Mehriban Əliyeva Səlahəddin Xəlilov




Yüklə 1.5 Mb.
səhifə2/11
tarix22.02.2016
ölçüsü1.5 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Qloballaşma, yoxsa qlobal sivilizasiya?!
Bəşəriyyətin bütövləşməsin­dən böyük qüvvə alınması gözlə­nilir. Lakin bu qüvvənin həmişə idarə edilə biləcəyi sual altın­dadır.

Teyyar de Şarden
Son vaxtlar fəlsəfi və ictimai-siyasi fikirdə ən çox rast gəlinən anlayışlardan biri qloballaşmadır. Lakin təhlil göstərir ki, fəlsəfi kontekstdə bu anlayış heç bir yük daşımır. Belə ki, son dövrlərdə dünyanın coğrafi-siyasi xəritəsində ikiqütb­lü inkişafdan bir­qütb­lü inkişaf yoluna keçid tendensiyası mü­şa­hi­də olunursa, bu hal ancaq yaranmış konkret siyasi-iq­tisadi situ­a­siyanı ifadə edir və hər hansı obyektiv-zə­ruri inkişaf qanu­na­uyğunluğunu əks etdirmir.

Fəlsəfə maddi dünyada olduğu kimi, ictimai-si­yasi həyatda da konkret tarixi vəziyyətləri yox, insan-dünya münasibətlərinin zəruri mərhələlərini öy­rənir. Bu zərurət isə ondan ibarətdir ki, ilk insan cə­miy­yət­ləri yarandığı gündən bu günə qədər insanın əməli fəaliyyəti kiçik ictimai qruplar miqyasından baş­la­yaraq daha böyük ictimai birlikləri və nəhayət, bütün bəşəriyyəti ehtiva edən genişmiqyaslı, qlobal ictimai proseslərin tərkib hissəsi kimi üzə çıxır. Yəni fərdi fəaliyyətlər ancaq ictimai fəaliyyət kontekstində məna kəsb edir.

Bu cür yanaşdıqda qloballaşmanın tarixi bəşər tarixi ilə üst-üstə düşür. Yəni, hər bir insan özünün həyat uğrunda, özünü və dünyanı dərk etmək, onları dəyişdirmək və dünyanı insana tabe etmək istiqamə­tindəki mücadiləsində gec-tez başqa insanlarla iş bir­liyi yaratmaq məcburiyyətində qalır və bu proses ta bütün bə­şə­riy­yəti əhatə edənə qədər genişlənməkdə davam edir. Ailə, tayfa, millət, milli dövlət bu inkişaf yolunda pillələrdir.

Lakin buna heç kim qloballaşma demir. Çünki bu proses fər­di insan mahiyyəti ilə ümumi insan mahiyyətinin eyniyyətin­dən irə­li gəlir və bir tenden­siya kimi həmişə mövcud olmuşdur.

İndi qloballaşma adı altında baş verən proseslər əslində bir qütb­lü dünyanın mütləqləşdirilməsi və mil­li dövlətlərin vahid bay­raq altında sıraya düzül­məsi, bir dilin başqa dilləri, bir siyasi ira­də­nin başqa siyasi iradələri, bir iqtisadi marağın başqa maraq­ları sı­xış­dırıb çıxarması ilə müşayiət olunur. Fəlsəfədə iz­lənən ümum­ictimai təşkilatlanma prosesi isə belə subyektiv meyllər föv­qün­dədir.

Kant tərəfindən irəli sürülən vahid planetar döv­lət ideyası He­gelin ümumdünya-tarixi təfəkkür ide­yası, K.Yaspersin «istiqa­mət­lənmiş zaman» təlimi və s. ictimai zəruri inkişaf tendensiyasnı ifa­də etməklə fərddən millətə, millətdən bəşəriyyətə gedən yolun qa­nu­nauyğunluqlarını, mahiyyətini izah edir. Bu yolun bir mən­təqəsi olan dövlət bir çox mütəfəkkirlər tərəfindən ictimai sazişin nəticəsi kimi izah olun­muş­dur. Yəni, in­sanlar cəmiyyəti daha yaxşı idarə etmək üçün ictimai təşkilatlan­ma­nın optimal formalarını ax­tarır və müxtəlif ictimai-siyasi inki­şaf mərhələlərində həmin inki­şaf səviyyəsinə adekvat olan idarə­çi­lik for­maları tapılır. Bu məntiqlə bütün bəşəriyyət miq­ya­sındakı vahid idarəçilik sistemi də ictimai sazişin nəticəsi olmalıdır. Bir­ləş­miş Millətlər Təşkilatı, bey­nəlxalq hüquq normaları məhz bu mən­tiqdən doğ­muşdur. Bu proses, əl­bəttə, qloballaşma adlan­dı­rıla bilərdi, lakin belə olma­mış­dır. İn­di qloballaşma adı ilə təqdim olu­nan tendensiya nəzərdən keçir­di­yi­miz bə­şər tarixinin məntiqi dava­mı kimi ortaya çıxmır. Ona görə də bu iki proses fərqlən­di­ril­məlidir.

Əvvəlcə, aydınlaşdırmaq lazımdır ki, mahiyyəti etibarilə ümumbəşəriləşmə, ictimai qloballaşma olan real tarixi inkişaf prosesi, fərddən bəşəriyyətə gedən yol fəlsəfi ədəbiyyatda öz əksini hansı terminlərlə tap­mışdır. – Şübhəsiz ki, ilk növbədə sivilizasiya ter­mi­ni ilə! Hətta sözün etimologiyasından da görün­düyü kimi, söh­bət ictimailəşmədən, fərd müstəvi­sin­dən ictimai toplum, cə­miy­yət müstəvisinə keçid­dən gedir. Və məhz sivilizasiya insan­la­rın birləşməsindən, birgə əməli fəaliyyətdən doğan yeni enerji po­ten­sialının daşıyıcısı olur. Yəni, toplumun gücü fərdlərin gücünün cə­mindən çox olur. Və fərdlər təbiətlə, dünya ilə qarşılıqlı mü­na­sibətində bu yeni güc poten­sialından istifadə etməyə başlayır.

Biz sonrakı paraqrafda sivilizasiyanın mahiy­yə­tini daha geniş işıqlandırmağa çalışacağıq. İndi isə məqsədimiz bu ictimai-zəruri prosesin fəlsəfi mənada qloballaşma tendensiyasını ifadə etməsi və geopolitik kontekstdə ortaya çıxmış qeyri-fəlsəfi qloballaşma terminindən fərqini vurğulamaqdır.


İnsan özünü hələ dünyadan, təbiətdən ayır­ma­dığı vaxtlarda o, bütöv idi. Özünü təbiətə qarşı qoy­duqca, ayrıldıqca bu, bütövlükdə boş sahələr yaran­mağa başladı. Və bu boşluq insanın zehni və əməli fəaliyyəti ilə əsrlər boyu damla-damla yeni məz­mun, yeni mahiyyətlə doldurulmuş oldu.

Dünyanı bir küll halında duyan, hiss edən insan onu rasio­nal düşüncə ilə anlamaq üçün hissələrə ayır­dı. Bütöv dünya par­ça-parça oldu, hadisələr top­lu­muna çevrildi. İnsanın məni də par­ça­landı və yenidən parçalardan, hissələrdə rekonstruksiya olun­du. Pozul­muş intuitiv ahəngin yeni rasional ahənglə əvəz­lən­məsi üçün neçə-neçə minilliklər ərzində insanın ra­sional quruculuq fəaliyyəti lazım gəldi.

Rasionallaşma, dünyaya seyrci münasibət, dün­ya­nın mənti­qi dərki insanı özündən ayırıb, bütöv­lü­yündən məhrum edib, təbiətin, maddi dünyanın qoy­nuna atdı. Mifik dünya, əsrarəngiz dünya, poetik dün­ya buz kimi soyuq ağlın təmasından çatladı, hissə­lərinə ayrıldı. Və hissi idrakın tələblərinə uyğun ola­raq insan miqyası ilə müqayisə olunacaq lokal təd­qiqat sahələrinə ayrıldı. Bu sinkretik sahələr də öz növbəsində duyğu orqanlarının fiziki-fizioloji qavra­ma imkanlarına uyğun rakurslara bölündü.

Bu bölünmə hissi idrakın hökmü ilə həyata ke­çirildi. Yeni­dən bütövləşmək, ayrı-ayrı parçaları və rakursları vahid ortaq məx­rəcə gətirmək, hissələrin arxasında tamı görmək, hissi obraz­la­rın arxasında hə­qi­qəti sezmək və nəhayət, haçandan haçana bü­töv­lük­də dünyanın elmi mənzərəsini yaratmaq uğrunda id­rak mü­cadiləsi neçə min illər ərzində davam etdi. Lakin insan yenə də bütövləşə bilmədi.

Bir insanın rasional quruculuq fəaliyyətindəki məhdudluq, lokallıq bütövlüyün əldə olunması nami­nə daha çox insanın birgə fəaliyyətinin, daha doğrusu fəaliyyətlərinin birləşməsini tələb edir­di. Sivilizasiya bu missiyanı da öz üzərinə götürdü.

İnsanların intellektual fəaliyyətinin cəmiyyət miqyasında bir­ləşdirilməsi… Əməli fəaliyyət sahəsin­dəki səylərin birləşdiril­mə­si, əmək bölgüsü və bölün­müş əməli fəaliyyətlərin inteqrasi­ya­sı, birgə yaradı­cılıq səyləri ilə yaranan elmi nəzəriyyələr, kəşflər və onla­rın tətbiqinin nəticəsi olan texniki qurğular, ma­şın­lar, sex, manufak­tura, fabrik, zavod, avtomat­laş­mış isteh­sal müəssisələri…

İnsan idrakı ilə bölünmüş təbiətin insan ideya­ları əsasında yenidən birləşməsi və ikinci təbiətin ya­ranması. Bütün bu fəa­liy­yət­lərin, bütün bu intel­lektual yaradıcı proseslərin subyekti olan… insanmı? Yox, bə­şəriyyət.

Bəli, ümumbəşərilik sivilizasiyanın mahiyyətin­dədir. Bəşə­riy­yət hələ özünü bir tam kimi tanımadığı dövrlərdən, qeyri-aşkar şəkildə ayrı-ayrı fərdlərin fəaliy­yətinin arxasında dayanaraq mad­di istehsal prosesini, elmi-texniki tərəqqini, informatizasiyanı, bir sözlə, sivilizasiyanı yaradırdı.

Düzdür, bir çox hallarda bu böyük ictimai bir­lik, bu böyük ümumbəşəri qüvvə məhz planet miqya­sına gəlib çatmamış, lokal və regional sivilizasiyalar mövcud olmuşdur. Lakin bizcə, onların da subyekti yarımçıq bəşəriyyətlər yox, məhz bəşəriyyət özüdür.

Bu gün bəşəriyyət özünü dərk etməyə lap yaxın ikən, min illər ərzində gedən proseslər öz məntiqi ye­kununa az qala çatır ikən ictimai-siyasi proseslərdə baş verən təbəddülatlar onun üçün təh­lükəyə çevril­mişdir. Sivilizasiyanın obyektiv zəruri gedişatı qlo­­bal­laşma deyilən yandançıxma bir proseslə təhlükə altına alın­mışdır.

Biz heç də müasir dövrdə qloballaşma adı al­tında gedən pro­sesin əleyhdarı kimi çıxış etmək fik­rində deyilik. Sadəcə ola­raq, adın düzgün seçilmə­məsi, mahiyyətin təhrif olunması ucba­tın­dan həqiqi böyük qloballaşma prosesinin, yeni, ümumbəşəri sivi­li­zasiyanın arxa plana keçməsinin və nəzərdən düşməsinin əleyhi­nəyik.

Əlbəttə, ictimai hadisələrin miqyası böyüdükcə onları han­sı isə bir, bütöv ideyanın maddi təcəssümü kimi izah etmək çətin­lə­şir. Kiçik miqyaslı hadisələri sonradan müəyyən ideya istiqa­mə­tin­də düzmək və bütövlükdə tarixin məqsədini onun ayrı-ayrı parçala­rı­nın timsalında seyr etmək nisbətən asandır. Lakin bütöv ta­ri­xi pro­sesi sivilizasiya kontekstinə salmaq və intellektual tex­no­loji qu­ru­culuq prosesi ilə ictimai hadisələr, tarix səhnələri ara­sın­da əlaqə yaratmaq və bütün bunların vahid ideya əsasını müəy­yən etmək, əlbəttə, çətindir. Lakin bu, çox önəmlidir. Bəşə­riy­yət bundan sonra hara gedəcəyini dərk etmək üçün buna qədər han­sı ideya əsasında inkişaf etdiyini mütləq anlamalıdır.

Biz bütövlükdə bəşər tarixini bütün lokal sivi­lizasiyaları əha­tə edən bu geniş əhatəli prosesi məz­mu­nuna uyğun olaraq qlo­bal sivilizasiya adlandı­raca­ğıq. İdeya müəllifi və icraçısı bütöv­lük­də bəşəriyyət olan bu proses ayrı-ayrı fərdlərin və lokal ictimai qrup­ların, millətlərin, dövlətlərin neçə min illər ər­zin­də göstərdik­ləri məqsədyönlü fəaliyyətlərin vektorial cəmi kimi ortaya çıxır.

Çağdaş mənada qloballaşma da, şübhəsiz, qlo­bal sivilizasi­ya­nın əhatə etdiyi müxtəlif yönümlü, müx­təlif çeşidli, müxtəlif ömür­lü proseslərdən biridir. Qlobal sivilizasiya qloballaşmadan fərq­li olaraq həm­çinin qlobal problemləri də əhatə edir. Ekolo­gi­ya­nın ayrı-ayrı lokal problemlər çərçivəsində yox, bəşər tarixi kon­tekstində, insanın mahiyyəti kontekstində nəzərdən keçi­ril­məsi də məhz qlobal sivilizasiya çər­çivəsində mümkün olur.


Məhz qlobal sivilizasiyanın bəşəriyyətin ideya təcəssümü ki­mi nəzərdən keçirilməsi yenidən insanın mahiyyəti probleminə, hə­ya­tın mənası probleminə və həqiqi böyük fəlsəfi problematika­ya qayıdışı da şərt­ləndirmiş olur.

Uzun bir dövr ərzində ayrı düşmüş mənəviy­yat­la texnogen cəmiyyət, mədəni-mənəvi dəyərlər siste­mi ilə maddi-texniki sis­tem­lər, fərdi-mənəvi yaşantı­larla ictimai-siyasi proseslər, adi insa­ni xoşbəxtliklə planetar vətəndaşlıq məsuliyyəti, nəhayət ki, eyni bir or­taq məxrəcə, eyni baxış müstəvisinə gətirilir. «Bə­şəriy­yə­tin uşaqlıq çağı» olan antik dövrdə olduğu kimi, yenidən mik­ro­kos­mun makrokosmla əks əla­qəyə girməsi, özünü rasional dünyada, süni təbiətdə itirmiş insanın yenidən özünü tapması…


* * *
Üçüncü minilliyin başlanğıcında dünyada gedən ictimai-siya­si və iqtisadi proseslər kontekstində ən çox nəzərə çarpan hadisə­lər­dən biri tarixi İpək Yo­luna qayıdışdır. Bu gün neçə yüzillər və mi­nillər keçdikdən sonra bir vaxt­lar dünyanın iki qütbünü bir­ləş­dirən Böyük İpək Yolunun yenidən bərpası məsə­lə­si ortaya çıxır, Azərbay­can da yeni­dən Şərqlə Qərb arasında strateji körpü rolunu oynamağa başlayır.

Lakin nəyə görə məhz indi?

400 il keçdikdən sonra dünyada dəyişən nə olmuşdur? İpə­yə­mi yenidən ehtiyac yaranmışdır, kar­vanamı?

Karvan dövrü çoxdan keçmişdir. Onun çox güc­lü alter­na­tiv­lə­ri onu ticarət yollarından çoxdan sıxış­dırıb çıxarmışdır və yeni nəq­liyyat vasitələri dünyanın ən ucqar qütblərini ən qısa müddətə birləşdirmək im­kanı açmış­dır.

İpək də daha çoxdandır ki, Şərqi səciy­yələn­dirmir. İpəyin də olduqca müxtəlif alternativləri mey­dana çıxmıçdır. Elm və texnologi­ya inkişaf etdikcə çox müxtəlif çeşid­lərdə istehsal olunan sintetik par­ça­lar ipəyin həm zahiri, həm də fiziki xassələrini asanlıqla əvəz edir. Həm də bu sahədə Qərb Şərqi üstələyir. İndi dəvə də, karvan da, ipək də, köhnə geyimlər, dəb­lər də, adət-ənənələr də daha çox də­rəcədə ek­zotikaya çevrilir. Onlar qərbliləri iqtisadi cəhətdən deyil, başlıca olaraq tarixi və etnoqrafik baxım­dan ma­raqlandırır. Bir çox Şərq ölkələri iqtisadi partnyor­luqdan çıxaraq istirahət və turizm diyarlarına çevrilir.

Lakin doğrudanmı Qoca Şərq müasir Qərb dün­yasını ancaq tarixi ilə, keçmişi ilə, ekzotikliyi ilə cəlb edir? Və doğrudanmı daha Şərqin deməyə yeni sözü qalmamışdır?

Bəli, son əsrlərdə məhz belə bir tendensiya hiss olun­maqda idi. Çoxları elə düşünürdü ki, indi daha qədim tica­rət yollarını turist yolları əvəz edə bilər. Təy­­yarələr, çar­ter reysləri həqiqətən daha çox dərə­cə­də turistlərə xidmət edir. Onların yükləri də çox vaxt məhz keçmişə söykənən suve­nirlərdən ibarət olur.

Qərbin Şərqə mara­ğı da­ha çox dərəcədə gənc­liyin ağsaq­qal­la görüşü, keçmişdən ib­rət dərsi almaq xarakteri da­şıyır. Təsa­dü­fi de­yil­dir ki, Şərq­lə Qərb ara­sındakı dia­loqun başlıca isti­qa­mət­lərindən bi­rini indi mədəniyyətlər arasındakı mübadilə təşkil edir.

Lakin son illərdə başqa meyl də getdikcə güc­lən­məkdə­dir. Qə­dimdə ipək gedən yollarla indi neft və qaz nəql olunmağa başla­mışdır.

Yolların da rolu yenidən artmağa başlamışdır. Düz­dür, Bö­yük imperiyalar dövrü artıq çoxdan keç­mişdir. Amma böyük siya­sət­lər dövrü hələ keçməmiş­dir. Əksinə, indi siya­sətin rolu daha çox art­mağa başlamışdır. Əvvəllər qılın­cın dediyi sözləri də indi iq­­ti­sadi mənafelərə əsaslanan siyasət deyir.

Tarixdən yaxşı məlumdur ki, müharibələr siya­sətə müdaxilə edəndə siyasət gözəlliyini də itirir. Si­yasi münasibətlərin öz labi­rint­ləri var və bu labi­rintdən ancaq böyük siyasətçi, bələd­çinin kö­məyi ilə çıxmaq mümkündür.

Lakin çox təəssüf ki, qaba qüvvət, müharibə taktikası ölkə­lər arasında incə siyasət körpüsünü da­ğıtmış, qarşı­lıqlı iddialar, hər­bi və siyasi qarşıdur­malar yaratmış­dır.

Bəşər tarixinə ilkin nəzər saldıqda çox vaxt ticarət də, iqtisa­diy­­yat da, elm və mə­dəniyyət də arxa plana keçir və ən çox gözə çar­pan müharibələr olur, böyük iddi­alı sərkərdələrin, şahların, kral­­ların böyük-böyük im­pe­riyalar ya­ratmaq uğrundakı mübari­zələri...

Əgər müxtəlif ölkələr sər­vətlərinə görə eyni olsa idilər, bəlkə də bu qədər müharibələr olmazdı. Əgər dünya­nın bu başından o biri başına qədər yol keçən müxtəlif yüklü dəvə karvanları rahatca gedib-gələ bilsəydilər bey­nəlxalq münasibətlər tarixində də hərb və siyasət deyil, ti­carət ön yerdə durardı.

Ancaq tarixdə ipək yüklü dəvə karvanları ilə yanaşı həmişə əliqılınclı süvari dəstələri də olub. Qitələri, diyar­ları birləşdirən sülh məramlı tacirlərlə, karvanba­şılarla yanaşı, ölkələr arasında sərhədlər çə­kən, ticarət əlaqələ­rindən bac-xərac tələb edən sər­kər­də­lər, xanlar, xaqanlar da olub.

İqtisadiyyat, ticarət dünyanı birliyə, vəhdətə sövq etdiyi halda, rə­ya­sət və siya­sət dünyanı parça­lanmağa və hərənin öz ağalıq zona­sını yarat­ma­sına yönəlidir.

Neçə-neçə imperiyaların ərazisindən və nüfuz dairə­sindən ke­çən qanlı-qadalı Böyük İpək Yolu isə bü­tün çətin­liklərə bax­ma­ya­raq, min illər ərzində ya­şamağa da­vam edib.

Ancaq XVI əsrdə nisbətən az xətərli olan okean yol­la­rı kəşf olunduqdan sonra, Böyük İpək Yolu da nəfə­sini dərmək üçün bir qədər arxa plana keçib, karvanları okean gəmiləri əvəz edib.

Azərbaycanın müstəqil dövlət kimi yeritdiyi bey­nəlxalq iq­ti­sadi siyasət imkan verdi ki, daha kəsə və iqtisadi cəhətdən əlverişli ticarət yolu – ümu­miyyətlə beynəlxalq əlaqələrin bütün sa­hə­­lərini əhatə edən yeni yollar salınsın. Məlum oldu ki, bu, vax­ti­lə min illər boyunca fəaliyyət göstərmiş İpək Yolu­nun yeni va­rian­tı ola bilər. Hələ o vaxt ən optimal yol İpək Yolu idi. Qədim İpək Yolunun prioritetliyi b.e.ə. III-II əsrlərdən başlayaraq XVI əsrə qədər davam et­mişdi.

XV-XVI əsrlərdə, bir tərəfdən imperiyalar ara­sında münasi­bət­lərin kəskinləşəməsilə əlaqədar olaraq, digər tərəf­dən Şərq ölkələ­rin­dən – Çindən, Hindis­tan­dan, Orta Asiyadan quru yolla aparı­lan məhsulların is­tehsal texno­lo­giyasının artıq neçə illər, əsr­lər ər­zin­də Qərb ölkələ­rində mənimsənilməsi sayəsində tica­rətdə priori­tet­lər xeyli də­rə­cədə dəyişildi. Bəzən məh­sul­ların ixracı ilə paralel ola­raq ixtisaslı kadrlar və texnologiyalar ixrac olunurdu və ticarəti yerli istehsal əvəz edirdi. Ona görə də XVI əsrdən sonra müxtəlif səbəblər nəti­cəsində bir neçə əsr ərzində İpək Yolu fəa­liy­yətini da­yan­dırmış və ya məh­dudlaşdırmışdır. O vaxt bu yol da­ha çox dərə­cədə Cənubi Azərbaycan ərazisindən ke­çirdi və XVI əsrdən sonra Çindən gedən ipəyin məhdudlaşması nəticə­sin­də Azərbaycan ipəyi­nin Qərbə ixracı daha da genişləndi. XVII-XIX əsrlərdə Azər­bay­canda ipəkçilik, həm də Şərq ölkələri üçün ənənəvi olan bir sıra digər məhsulların ixracı ge­nişlə­nirdi. Yeni dövrdə Azərbaycan daha çox rol oynamağa baş­ladı.

Amma məhz Azərbaycanın müstəqillik əldə et­məsi, bütün dünya ölkələrinə münasibətdə açıq iqti­sadi siyasət yeritmək stra­te­giyasını seçməsi, Azər­bay­canda ictimai-si­yasi sabitliyin yaran­ma­sı, Azərbay­ca­nın iqtisadi cəhətdən ciddi partnyor kimi qiymət­lən­dirilməsi və təsdiq olunması – bütün bunlar elə bir pers­­pektiv açdı ki, yenidən bərpa olunacaq ticarət yo­lunda Azərbaycan mərkəzi yer­lərdən bi­rini tutdu. Düz­dür, analoji statusa Orta Asiya ölkələri də malik­dir, onlar da müstəqil, bağımsız ölkələrdir, bö­yük xam­­mal ehtiyatları var. Lakin Azərbaycan Asiya ilə Avropa arasında xüsusi strateji mövqe tutur. Azər­bay­can həm Xəzər dənizi ilə birbaşa əlaqəsi oldu­ğuna, Orta Asiya öl­kələrilə əlaqələr yaratmaq imkan­larına, həm də son illərdə vaqonların, böyük avtomo­billərin, yük maşınlarının bərə ilə keçirilməsi asan­laşdığı­na görə mü­əyyən üstünlüklərə malikdir. Ən baş­lıcası isə Azərbay­canın və ona rəh­bər­lik edən şəx­siyyətin dünya nüfuzuna malik olması və onun si­ma­­sında iq­tisadi əlaqələrin, bağlanan müqavilə­lə­rin eti­barlılığı Qərb dünyasında bu yolun bərpa olunma­sına həvə­si artırır və onu tə­minatlı edir. Eyni zamanda, Uzaq Şərq ölkə­lə­ri və ilk növbədə Ya­po­niya yeni açılan im­kanı görür və ona görə də qədim İpək Yo­lu­nun bər­pası ideyasından çı­xış edirlər. Böyük İpək Yolunun bər­pa­sı­na dair beynəlxalq konfransın res­publika­mız­da keçirilməsi Azər­baycanın yeni yaradılan bey­nəlxalq magis­tral­da aparıcı rol oyna­masını daha da möh­kəm­ləndirəcəkdir. Yeni bağlanan müqavilə­lərdə Azərbay­ca­nın strateji mövqeyi təs­bit olu­nur və çəkilən yeni yolların – avtomobil, dəniz, dəmir­yolu – hamısında Azər­baycanın xüsusi çəkisi yüksəkdir. Təsadüfi de­yil­dir ki, Prezident İlham Əliyev iqtisadiyyatın inki­şa­fında yolun böyük rolunu xüsusi qeyd etmişdir: «Yol iqtisadiyyatın, iqtisadi inkişafın əsas amillərindən bi­ri­dir. Əgər müasir infrastruktur, yol olmasa iqti­sadiyyat inkişaf edə bilməz. Xüsusilə, regional iqtisa­diyyat çox böyük çətinliklərlə üz­ləşə bilər. Bizim məq­sədi­miz isə ondan ibarətdir ki, Azərbay­canın hər bir bölgəsi, hər bir regionu sürətlə və hərtərəfli inkişaf etsin. Əlbəttə, bu məqsədə çatmaq üçün ilk növbədə müasir yollar olmalıdır.»10

Dəmir yollarının və yüksək keyfiyyətli avto­mo­bil yollarının salınması XX əsrdə quru yolunu yeni­dən aktual­laşdırmışdır. Bu qayıdış sadəcə nəqliyyat növünün inkişafında tsiklikliyə, dövriliyə dəlalət et­mir. Bu qayıdış ənənəvi vasitələrin yeni intellektual və texnoloji imkanlar sayəsində ikinci nəfəs əldə et­məsindən xəbər verir.

Bundan əlavə, bu gün Avropa ölkələrinin Şərq dünya­sına marağı artmaqdadır. Bunu bir neçə səbəbdən izah etmək olar. Bi­rin­cisi, SSRİ imperiyasının dağılması ilə ideo­loji baryerin və ma­neə­lərin aradan götürülməsi; ikincisi, Orta Asiya respub­lika­la­rı­nın müs­təqil dövlətlərə çevril­məsi; üçüncüsü, Çinlə müna­sibət­lə­rin yumşaldılması. Çünki ideoloji baryer olan­da nə SSRİ daxilində olan Şərq ölkələri ilə, nə də Çinlə sərbəst ticarət əlaqələri yarat­maq mümkün deyildi.

Sözsüz ki, bu kimi iri həcmli layihələrin real­laş­ması və bö­yük kapital qoyuluşu bu istiqamətdə re­gion döv­lət­lərindən cəsarətli ad­dım­lar atılmasını tələb edir­­di. Çox­ları gözləmə mövqei tut­du­ğu halda bütün çə­tin­liklərə və təzyiqlərə baxmayaraq, Heydər Əli­ye­vin məqsədyönlü siyasəti və ciddi səyləri nəticəsində uzun müd­dətə nəzərdə tutul­muş neft strategiyasının ilk mühüm addımı atıldı. “Əsrin kon­trak­tı” adını al­mış və Xə­zər­də iri miqyaslı neft hasilatını nə­zər­də tutan bu mü­qavilə Azərbaycanın təkcə iqtisadiy­ya­tı­nın yox, həm də Azər­baycanın beynəlxalq siyasətinin əsl təntənəsi idi. Za­man keç­dik­cə o vaxt atıl­mış bu müdrik ad­dı­mın əhəmiyyəti daha çox hiss olu­nur. Bu kontrakt həm də regionda bütün sonrakı neft layi­hə­lə­rinin real­laş­masına rəvac vermiş oldu.

XXI əsrdə dünyanın bir çox dövlətlərini vahid iqtisadi mə­kan­da birləşdirmək bu proqramın baş xət­tini təşkil edir. 70 il xa­ri­ci dünyadan təcrid olunmuş Xəzər hövzəsi ölkələrinin milli iqti­sa­diyyatlarının qlo­­bal təsər­rüfat sisteminə qoşulmasında dəmir və dəniz yolları, boru xətləri və avtomobil magistralları müstəsna əhə­miyyətə malikdir.

Müasir dövrdə TRASEKA-nın Qərb-Şərq nəq­liyyat inteq­ra­si­ya­sında rolu danılmazdır. Bu, milli nəq­liyyat sistemlərinin Avropa və dünya nəqliyyat şəbə­kələrinə qoşul­ması deməkdir.

Şərq-Qərb, Şimal-Cənub yollarının kəsişmə­sin­də yerləşən Ba­kı şəhəri vahid Avropa-Asiya nəqliyyat sistemində iri nəqliyyat qov­şağı rolunu oynayır. TRASEKA proqramının həyata keçiril­mə­si Bakının nəqliyyat şəbəkəsinin bərpasında həlledici amilə çevri­lir.

Əsas İxrac Boru Kəməri – Bakı-Tbilisi-Ceyhan Xəzər nef­ti­ni dünya bazarla­rına ən səmərəli istiqamətdə çatdıran boru kəməridir.

Beləliklə, qısa müddət ərzində Azərbaycan Av­ropa və Asiya arasında sadəcə körpü rolu ilə kifayət­lən­məyərək, mühüm iqtisadi mər­kəzə çevrilmişdir. Ümid et­mək olar ki, səmərəli bey­nəlxalq iqtisadi əməkdaşlıq sahəsində əldə edil­miş uğurlar həm də bölgədə siyasi sabitliyin və mədəni inki­şa­fın rəhni ola bilər.

Lakin dünyanın vəhdəti deyil, bölüşdürülməsi ideyası hələ də üstünlük təşkil etdiyindən, hələ də bir sıra bölgə­lərdə hərb və siya­sət iqtisadi əlaqələrin, ti­ca­rətin, mədə­niyyətlərin dialoqunu üstə­ləyir. Ona gö­rə də iqtisadi və mə­dəni-mənəvi əlaqələr diapa­zo­nu­nun daha da genişləndiril­məsinə böyük ehtiyac vardır. Bu ba­xım­dan, «Əsrin kontraktı», TRASEKA pro­qra­mı və İpək Yo­lu­nun bər­pası üçün göstərdiyi böyük səylər estafetin iqtisadiyyata və mə­dəniyyətə ve­rilməsi naminə atılan ən ciddi addımlar hesab oluna bilər.

İndi planetimiz yeni böyük bir eranın başlan­ğıcında­dır. Bəşəriyyət imperiyalarsız və müharibələr­siz ya­şamaq praktikasını öyrənir. Elə bir praktikanı ki, yol­ları idarə edən ancaq iqtisadi prinsiplər olsun. İndi kon­kret coğrafi ərazilərlə sərhədlənmiş imperiya­ları iqtisadi nüfuz dairələri əvəz edir. Və dünyada ge­dən proseslə­rin mərkəzində vahid iqtisadi məkan ya­ratmaq uğrunda müba­rizə dayanır.

Şərq və Qərbin vəhdəti kontekstində siyasiləş­miş qloballaş­ma prosesinin əvəzinə, qlobal siviliza­siya ideyasının inkişaf etdirilməsi daha çox elmi əsas­lara malikdir.



Mədəniyyət və ideologiya
XXI əsr nəinki qütblərin, ideo­lo­giyaların, sivilizasiyaların qarşı dur­duğu, həm də arxaik, ənənəvi, mo­dern və postmodern dünyagörüşü və sim­vol­larının üz-üzə gəldiyi za­man kimi səciyyələnir.

Ramiz Mehdiyev
XX əsrin sonunda beynəlxalq miqyasda baş ver­miş böyük miq­yaslı ictimai-siyasi hadisələr, iki dünya sis­temi arasındakı mü­ba­ri­zədə paritetin pozulması, dün­­­ya­nın ən böyük güc mərkəzlə­rin­dən bi­rinin sıradan çıx­ması və yeni dünya nizamının formalaşması kon­tek­s­tində hər bir xalq, hər bir ölkə öz gələcək inkişaf yo­lunu da­ha də­qiq müəyyənləşdirmək üçün yollar ax­ta­rır. Bu­nun üçün bey­nəl­xalq miqyasda gedən ictimai-siyasi pro­ses­lərin mahiyyətini düz­gün dərk etmək və ölkənin daxili və xarici siyasətində bütün pla­net miq­ya­sında mü­şahidə olunan ümumi meylləri nəzərə almaq tələb olu­nur.

Müasir dövrdə Azərbaycanda dövlət qurucu­lu­ğu pro­sesini şərt­ləndirən ən mühüm məsələlərdən biri də hansı ictimai-siyasi qu­ruluşdan və hansı ideya-si­yasi ba­xışdan imtina edilib, əvəzində nə kimi yeni quruluş və baxışlar sistemi qurulması məsələsidir. Əgər biz Qərb dəyərlərini və inkişaf etmiş kapitalist ölkələrində bər­­qərar olan aparıcı ideya-siyasi baxış­ları qəbul ediriksə, əvvəlcə bu sahədə kifayət qədər biliklər əldə edilməlidir. Həmin ölkələr­də­ki siyasi sis­temlər və hakim ideoloji prinsiplər haqqında yetərli mə­lu­­mat olmalıdır. Daha sonra isə bizim ictimai-iqtisadi reallığı­mız­dan çıxış et­mək və qarşıda duran vəzifəni bütün konkretliyi ilə izah etmək lazımdır.

Biz, hər şeydən əvvəl neçə onilliklər ərzində so­sialist ictimai-iqti­sadi münasibətlərinə uyğunlaşmış bir ölkədə yaşayırıq. Döv­lə­tin kursu, ictimai-iqtisadi quru­luş dəyişilsə də, təfəkkür tərzi, siyasi düşüncənin adi şüur səviyyəsində və ictimai psixologiya qatındakı du­rumu asanlıqla və qısa zamanda dəyişə bilməz.

Digər tərəfdən də, biz bu sosialist düşüncəsinin tamamilə atıl­ma­sının tərəfdarıyıqmı? Yaxud dövlət qu­­ru­cu­luğunda, yeni icti­mai-iqtisadi münasibətlərə ke­­­çid prosesində sosializm cə­miy­yə­tin­də əldə olun­muş dəyər­lər­dən və nailiyyətlərdən tamamilə imti­na­mı etməliyik? Axı, dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, bi­zim ölkədə bazar iqtisadiyyatı da, özəlləşdirmə də – məhz sosial yönümlü olmalıdır.

Uzun müddət, 70 il SSRİ-nin tərkibində olmuş Azər­baycan Res­publikası üçün sosializmin miras qoy­­duğu dəyərlərdən birdən-bi­rə imtina etmək çox çətindir. Həm də nəinki çətindir, sadəcə müm­kün de­yil və buna heç ehtiyac da yoxdur. Sosial de­mo­kratiz­min müəyyən komponentlərini saxlamaq zəru­rəti müasir dövrdə bü­­tün dünyada özünü göstər­mək­dədir.

Belə olan halda birdən-birə tam liberallaşma yo­­lunun seçil­mə­si, demokratikləşdirmə adı ilə anar­xiya yaradılması; sosializmin nai­liyyətlərindən tama­milə im­tina edilməsi, hər şeyə sıfırdan baş­lan­ması is­ti­qamə­tin­də çağırışlar nə dərəcədə əsaslıdır?

Vətəndaş cəmiyyətinin qurulması, insanların hü­­­­quq və azad­lıq­larının təmin olunması, söz və mət­buat azadlığı, fikir plüralizmi, si­yasi plüralizm və s. – bütün bunlar tədricən, əvvəlki dəyərlər sis­te­mi­ni uçu­rub-da­ğıtmadan, bir sintez halında həyata keçiril­məlidir.

Qərb ölkələrindəki ideya-siyasi meyllərin təhlili gös­tərir ki, onlar liberalizmi məhz sosialist təliminin bir sıra mühüm element­lə­ri ilə zənginləşdirməyə çalı­şırlar. Bir çox ölkələrdə sosialistlər ha­ki­miyyətə gəlir və sosialist idealları ön plana keçir. Belə olan halda biz sosializmin ideya-nəzəri bazasından nəyə görə qeyd-şərtsiz im­ti­na etməliyik? Axı, sosializm heç də bir sıra məhdud dü­şün­cəli adam­ların təsəvvür etdiyi kimi, bolşevizm və ya mark­sizm-leni­nizm tə­limindən ibarət deyil. Sosializm ide­yaları Platondan üzü bəri bü­tün tərəqqipərvər fikir sahiblərinin təlim­lərində önəmli yer tutmuşdur. Təsa­düfi deyildir ki, XX əsrdə “yeni liberalizm” təlimi xüsusi mülkiyyətin törətdiyi qeyri-bərabər vəziyyət və istismar hallarına qarşı mü­barizə ünsürlərini də özündə ehtiva edir.

Ona görə də yeni dövrdə liberalizm təliminin so­sialist yö­nüm­lü təlimlə inteqrasiyası meylləri hiss olu­nur. Klassik libera­lizm­dən sosial liberalizmə və hətta liberal sosializmə doğru tə­ka­mül də açıq-aşkar hiss olu­nur.

Modernləşdirmə nəzəriyyəsinin tərəfdarları T.Par­­sons, U.Ros­­­­­tou, Q.Almond və s. klassik libe­ra­lizmin möv­qelərini möh­kəm­ləndirmək üçün liberal plüralizmin daha da inkişaf etdiril­mə­sini vacib sayır­lar. Onların fikrincə, plüralizm, bir tərəfdən, sosial di­ferensasiyaya gətirib çıxarsa da, digər tərəfdən, in­teqrativ ten­den­­siya­lar da artır. Koalision siyasi par­tiyalar, müstəqil məhkə­mə sistemi də ictimai-siyasi in­teqrasiyaya xidmət edir. Maarifçilik ideallarının təb­liği, kütləvi informasiya vasi­tələri, təhsil müəssisə­lə­ri cəmiyyətdə birləşdirici rol oy­na­yır, ümumbəşəri dəyərlərin ya­yıl­­ması – ön plana ke­çir. Mədəniyyət ideologiyaya qarşı dayanır. İdeo­loji qar­şı­dur­madan sivilizasiyaların və mədəniyyətlərin qarşı­dur­masına keçid meylləri özünü göstərir. Lakin bu mü­vəqqəti bir haldır. Bütün sivilizasiyalar mahiyyəti etiba­rilə eyni yönümlüdür və ictimai tərəqqiyə xidmət edir. Mədə­niyyətlərin müxtəlifliyi isə qarşıdurmadan daha çox, qarşılıqlı tamamlamaya aparmalıdır.

Belə bir şəraitdə Azərbaycanda da ictimai inki­şafın əsas yö­nəl­dici amili siyasi ideologiyalardan da­ha çox sivilizasiya və mə­də­niy­yət olmalıdır. Lakin vax­tında düz­gün siyasi kurs götürülmə­sin­dən də çox şey asılıdır. Əgər iqtisadi inkişafın, yeni iqtisadi mü­na­si­bətlərin əsa­sında dövlət mülkiyyəti ilə xüsusi mülkiyyətin, sosial yönümlə şəxsi marağın, planlılıqla azad rəqabətin vəh­dəti dayanır­sa, deməli, üstqurum müstəvisində də müa­sir­liklə ənənənin, libera­lizm­lə kon­servatizmin vəhdətinə üstünlük verilməkdədir. Ye­­ni si­ya­si münasibətlər də dün­ya praktikasında rast gəlinən müxtəlif ide­ya-siyasi cərəyanların müasir Azərbaycan ictimai gerçəkliyi üçün məqbul olan sintezinə əsaslanır.
* * *
Müasir dövrdə bütün dünyada müşahidə olunan əsas ten­den­siyalardan biri də milli-etnik və dini də­yərlərdən ümumbəşəri dəyərlərə doğru, əxlaq və adət-ənənədən hüquq və qanunçuluğa doğru yerdəyiş­mə­dir, hərəkətdir. Bu tendensiya daha çox dərəcədə ABŞ-dan gəlir və yeni dünya düzümündə, planetin coğrafi-siyasi mənzərəsində ABŞ-ın rolu və iştirakı artdıqca daha da güclənir. Belə ki, Qərb dünyası özü də yeknəsəq, eyni tip­li mədəni-mənəvi sis­tem olma­yıb, bir-birindən köklü surətdə fərqlənən müxtəlif tə­rəf­lərin sintezidir. Burada əsasən, ABŞ və Avropa ara­sındakı fərqlər nəzərə alın­malıdır.

Avropa milli dövlətlərin klassik nümunələrinin ta­rixi inkişaf prosesində yaxınlaşması və milliliklə ümum­bəşəriliyin özünəməx­sus vəhdətinin formalaş­ması ilə səciyyələndiyi halda, ABŞ lap əv­vəl­dən praq­matik dü­şün­cənin və hüquqi-siyasi dəyərlərin milli-mə­dəni də­yər­lərə nisbətən prioritetliyi ilə səciy­yələnir.

İki dünya sistemi arasındakı mübarizə kommunist ideologi­ya­­sının məğlubiyyəti və Qərb dəyərlərinin qələ­bəsi ilə bitdikdən son­ra dünyanın siyasi mənzərəsində də ciddi dəyişiklik yarandı. Dün­yanın iki superdövlətin­dən biri olan SSRİ-nin dağılması ilə dün­yada ikiqütblü güc mərkəzindən birqütblülüyə keçid baş verdi. ABŞ-ın hərbi və siyasi hegemonluğu ideya-siyasi və mədəni-mə­nə­vi proseslərə də təsir göstərməyə başladı. Nəticədə “Qərb dün­ya­sı”nın öz struktu­run­da da yeni meyllər özü­nü göstərməyə başladı. ABŞ-ın siyasi rolu­nun artması Avropada da inteqrasiya meyllərini artırdı.

Bu meyl iqtisadi müstəvidə, ola bilsin ki, dün­yanı birqütblü inkişaf təhlükəsindən xilas etmək və bununla Qərb sivilizasiyasının ma­hiyyətini qoruyub saxlamaq “instinktindən” (belə ki, rəqabətin tə­min olun­ması və plü­ralizm, o cümlədən iqtisadi plüralizm kapi­ta­lizm cə­miyyətinin mahiyyətindən doğmaqla, in­kişafın əsas təmi­nat­çısıdır) ibarət idisə, ideya-siyasi müstəvidə, ək­sinə, ABŞ nümu­nə­sinə, kosmopolitizmə yaxınlaşmaq istəyindən doğur.

Avropanın inteqrasiyası hər halda ABŞ nümu­nə­sinə bən­zə­yən Birləşmiş Dövlətlər şəklində həyata keçə bilməz. Avropa milli döv­­­lətləri istəsələr də, öz milli-tarixi ənənələrindən və spesifik xü­su­­siyyət­lə­rindən əl çəkə bilməzlər. Yəni indi Avropada baş ver­mək­­də olan hər­tə­rəfli inteqrasiya prosesi istər-istəməz milli-mənəvi müs­­tə­vidə böyük müqavimətlərlə rast­laşır.

SSRİ vahid dövlət yaradılması və hərtərəfli in­teq­rasiya yo­lun­da ciddi maneələrdən biri olan dini müx­­təliflikdən xilas olmaq üçün bütövlükdə dindən imtina etmək yolunu, ateist dünya­görü­şü­­nü rəhbər tut­muşdu. Sonrakı vəzifə isə milli fərqlərin də aradan gö­­türülməsi idi ki, bu xüsusda böyük çətinliklərlə üz­ləşirdi. İcti­mai-iqtisadi amili ön plana çəkən və vahid istehsal münasi­bət­­ləri, va­hid iqtisadi bazis şə­raitində bütün digər fərq­lərin tədricən ara­dan qal­dırılmasına istinad edən kom­munist ideologiyası özünü doğrult­madı. Bəs yeni dünya düzümü hansı ideoloji prin­sip­lərə əsaslanır? XX əsrin axırları, XXI əsrin əvvəl­lə­rində dünyada gedən qlobal­laş­ma və iqtisadi inteq­ra­siya proseslərinin ideya əsası hələ keçən əsrin əvvəl­lərində irəli sürülmürdümü? Lakin bu ideyadan dərhal sonra məhz kimin bayrağı altında bir­ləş­mək problemi iki dəfə dünya müharibələrinə gətir­mədimi? İndi nə dəyişmişdir?

Avropa Birliyi ideyası K.Marksın düşündüyünə uy­ğun ola­raq inkişaf etmiş Avropa dövlətlərinin ictimai-iq­tisadi birliyi əsa­sın­da qurulmuş və sosializm prinsip­lərinə əsaslanan yeni formasiya kimi­mi, V.İ.Le­ninin “Av­ropa Birləşmiş Ştatları” şüarına mü­na­si­­bətinə uyğun şəkildəmi, yaxud U.Çörçillin dediyinə uyğun olaraq, ABŞ nümunəsinə bənzər Avropa Birləş­miş Dövlətlərinin yaradıl­ma­sı kimimi, yoxsa özünə­məxsus yeni forma­da­mı həyata keçirilməlidir?

Nəzərə almaq lazımdır ki, qloballaşma və iqti­sadi inteqrasiya müasir dövrdə ictimai inkişafın sə­bəbi yox, nəticələrindən biridir. Səbəbsə, elm və tex­no­logiyanın yeni inkişaf mərhələsinə qədəm qoyması, informasiya­nın rolunun və əhəmiyyətinin misilsiz də­rə­cə­də artması və nəticədə çox uzaq regionların, va­hid informa­si­ya mə­­kanına daxil edilməsidir. Qədimdə maneəsiz informasiya mə­ka­nı, maneəsiz ticarət və böyük elm, mədəniyyət meydanı yaran­ması üçün müt­­ləq hərbi və siyasi va­sitələr lazım idi. Məkan an­caq siyasi iradə ilə, hərbi yol­la genişləndirilirdi. Təsa­düfi de­yil­dir ki, tarixən böyük mə­dəniyyətlər, çox vaxt böyük imperiyalar hü­dudunda ya­ran­mışdır. Alek­­sandr Makedonskilərin, Sezarların hər­bi-siyasi fəa­liy­yəti ilə, antik elm və fəlsəfənin, ellin mə­də­niy­yə­ti­nin, İslam xila­fə­ti ilə, orta əsr Şərqində elm və mə­­dəniyyətin inki­şafı arasında, heç şüb­həsiz, bir uy­ğunluq vardır.

Amerikada ştatlar birləşməsəydi, sərhədlər ge­niş­­lən­mə­səydi, ABŞ-da iqtisadiyyat, elm və texnika bu də­rəcədə inkişaf edə bilər­di­mi? Bu gün Avropanın birləş­məsində də əsas məqsədlərdən biri gömrüksüz və vi­zasız fəaliyyət sahələrini genişləndirmək, ti­ca­rə­tin, tex­nologiyanın, elm və mədəniyyətin yük­sək in­kişafı üçün daha böyük meydan açmaq deyilmi?

XIX əsrin əvvəllərində, Şimali Azərbaycanın Ru­siya tərəfin­dən işğalının məhz işğal aktı kimi mənfi nəticələri ilə bərabər, xal­qı­mızın daha böyük bir imperiya məka­nında gedən proseslərə qa­tıl­maq im­kanı da nəzərə alın­malı deyilmi? Bizcə, Azər­bay­canın bü­tün Şərq dünya­sında qabaqcıl mövqelərə çıx­masında bu amilin də nəzərə alınması vacibdir.

Sonra isə biz Sovetlər İttifaqına qatıldıq. SSRİ impe­riyasının hansı ideo­loji-siyasi və hərbi vasitələrlə ya­radılmasından asılı olmaya­raq, o, böyük elm və mə­­də­niyyət məkanı idi. SSRİ dünya içəri­sin­də dünya idi. Təsəvvür edin ki, bu gün Avropa şenqen vizası tət­biq et­məklə, bir neçə ölkədə vahid iqtisadi və mə­də­ni məkan yarat­ma­ğa çalışır. Am­ma bizim üçün hələ XX əsrin 20-ci illərindən başla­ya­­­raq, bütün SSRİ mə­ka­nında vizasız və qeyd-şərtsiz ge­diş-gəliş im­ka­nı, təhsil almaq, təcrübə mübadiləsi keç­mək, tədqiqat in­s­ti­tut­larında və kitabxanalarda çalış­maq şansı ya­ran­mışdı. Hələ indi də Azərbaycanı Şərqdə, İslam dün­yasında ən qabaqcıl ölkələrdən biri səviyyə­sində sax­layan hələ o vaxt, 70-80-ci illərdə SSRİ məka­nında yetişən yüksək ixtisaslı kadrların mövcudluğu­dur.

Düzdür, indi Moskva o Moskva deyil. Rusiya da SSRİ deyil, MDB məkanı da onu əvəz edə bilmir. Müs­təqil Azərbaycan indi öz miqyasına və səviy­yə­sinə uyğun yeni bir elmi atmosfer, mədəni mühit for­malaşdırmağa çalışır. Digər tərəfdən də, dünya miq­ya­sına çıxmaq üçün yeni imkanlar açılmışdır. Avro­paya, Amerikaya ge­diş-gəliş, informasiya mübadiləsi imkanı yaranmışdır. Tür­kiyə ilə, İranla sıx əlaqələr qu­rulur. Türkiyə Avropa mədəniyyətinə, Qərb sivili­za­siyasına bizdən əvvəl qatıl­dığın­dan ilk baxışda çox müa­sir və mütərəqqi görünür. Lakin tək Türkiyə mə­ka­nı elm və mədə­niy­yətin, habelə iq­tisadiyyatın in­kişafı üçün yetərli deyil. Çün­ki Qərb dünyası indi bizə münasibətdə üzə çıxdığı kimi, Türki­yəyə də elm və texnologiyadan, müasir sənayedən öncə ifrat siyasi plüralizm transfer etmişdir ki, nəticədə elmi-texniki və iqtisadi geriliklə “modern kültür” və sür­ətli de­mo­kratikləşmə arasında bir tə­­zad özünü gös­tər­mək­də­dir. Avropaya isə, hələ olsa-olsa dek­la­ra­tiv şə­kildə, yaxud pərakəndə halda, gələcəyə avans kimi qa­tıla bilirik.

Bizim Qərb dünyası ilə əlaqələrimiz, müasir­ləş­mə prosesləri hələ ki, çox dərəcədə siyasi müstəvidə gedir. Bizə sivilizasiyanın elmi-texniki, iqtisadi tə­məl­lərindən öncə demokratiya prinsiplərini, siyasi plü­ralizmi, insan hüquqlarını və s. öyrətməyi üstün tuturlar. Çünki bu sonuncuları emitasiya etmək asan­dır, elmi, müasir tex­no­logiyanı, sənayeni isə emi­ta­siya etmək olmur. On­ları doğrudan-doğruya yaratmaq lazımdır. Bu ağır vəzifə isə yerli hakimiyyətin, gənc milli dövlətin öz üzərinə düşür. Siyasi müstəvidəki “sürətli inkişaf” isə əksinə, bu çətin vəzifənin həyata keçirilməsinə nəinki kömək etmir, hətta mane olur.

İqtisadi bazisdən və real ictimai şüur səviy­yə­sindən ayrı düş­müş, kənardan transfer olunan süni libe­ral­laşma və intensiv de­mok­ratiya əvəzinə, demo­kra­ti­yanın və liberallaşmanın iqtisadi is­la­hat­larla həm­ahəng apa­rılması, təkamül yoluyla həyata ke­çi­ril­mə­si həqiqi real inkişafın başlıca şərtidir.


***
Rasional düşüncə tərzinin hakim kəsilməsi və insanlarda mü­qəd­dəs duyğuların, böyük arzu və ideal­ların, nəcib insani key­fiy­yət­lərin quru məntiqi analizlə əvəz edilməsi – əxlaqi tənəzzül təhlü­kə­si yaradır. Bu hadisə ən çox gənc nəslin kütləvi mənəvi deqra­da­si­yası kimi təzahür edir. Ali məqsədin, nəcib duyğuların olma­ması, pri­mitiv hisslərin, maddi-fizioloji mahiyyətdən doğan arzu və is­tək­lərin gənc­li­yə hakim kəsilməsi ailə böhranının, parnoqrafçılığın, narko­ma­niz­min, neofa­şiz­min və s. bu kimi meyllərin geniş yayıl­ma­sına gətirib çı­xa­rır. Doğrudur, bu hadisələrin sosial səbəbləri də var­dır, lakin bu­ra­da ilk səbəb kimi məhz rasionalizm müt­lə­qiyyəti və onu neytral­laş­dır­maq cəhdləri çıxış edir. Əsrlər boyu forma­la­şan və güclü fəlsəfi və ideoloji bazası olan rasionalizmdən fərqli ola­raq onun alter­na­tivləri: irrasionallığı ön plana çəkən sosial tə­ma­yüllərin nəzəri əsasları hələ təzə-təzə yaranır. Bu "nəzə­riy­yə­çi­lə­rin" cəmiyyətin ümumi inkişaf qanunauyğun­luqları­na istinad et­mə­dən, praktikada sınanılmış fəlsəfi nəzəriy­yələrə və ideoloji prin­sip­lərə əsaslanmadan, yal­nız ayrı-ayrı konkret mühakimələrə isti­nad edərək, yal­nız müəyyən qrup hadisələr üçün səciyyəvi olan el­mi qanunauyğun­luqları mütləqləşdirərək "dünyanı dəyiş­dir­­mək" xül­yasına düşmələri nəticə etibarilə heç bir ic­timai bəhrəsi olmayan kortəbii axına çevrilir, dünyanı də­yişmək və öz azadlığını təsdiq et­mək həvəsi isə xüsusi bir azad gənclik mühiti yaratmaq, həyat tər­zin­də hansı isə xırda, formal dəyişiklik etmək "təs­kin­liyi" ilə əvəz olu­nur. Bu proseslər hələ ki, ictimai tərəqqinin aparıcı xəttinə, hə­rə­kətverici qüvvələrinə təsir etmir. Lakin gə­lə­cək­də belə təsirləri is­ti­sna et­mək üçün əsas yoxdur. Cəmiyyət qurucular və isteh­lakçılar qis­mində iki yerə bölünürsə, bu proses gec-tez öz sözünü deyə bilər.

Xippilər hərəkatına qoşulan gənclər tezliklə əmin olmağa baş­ladı ki, cəmiyyəti dəyiş­mək modanı dəyişməkdən qat-qat çətin imiş; insanlar arasında yeni münasibətlər yaratmaq saç düzəlt­mə­yin yeni üslu­bunu yaratmaq qədər sadə bir iş deyilmiş. İkincisi, "cə­miyyəti də­yiş­mək" həvəsi heç də cəmiyyətin so­si­al-iqtisadi qu­ru­lu­şunu dəyişmək ideyası şəklində de­yil, elmi-texniki tərəqqinin, ra­sio­nalizmin yaratdığı dö­zülməz atmosferə qarşı "üsyan" kimi tə­za­hür edir. Yəni, yeni ideya cərəyanları və gənclik hərəkatları heç də təkcə rasional dü­şüncə tərzinin insan mənə­viy­yatına birtərəfli təsi­ri­nin nəticəsi olmayıb, həm də və da­ha çox dərəcədə həmin ra­sio­na­lizm atmosferinin (bu atmosfer əslində industrial cəmiyyətin müəy­­yən spesifik cəhətləri ilə birləşərkən həqiqətən dözülməz olur) doğurduğu sıxıntıya qarşı çıx­maq cəhdinin nəti­cəsidir. Lakin kor-koranə surətdə, bu sıxıntının, dö­zül­­məz­liyin əsl səbəb­lərini aşkar etmədən, onları ara­dan qaldırmağın elmi yollarını müəyyən­ləş­dir­mə­dən göstə­rilən cəhdlər müsbət nəticə verə bilməz. Ob­yek­tiv icti­mai qanuna­uy­­ğunluqları dərk etmədən, real ic­timai münasibət­lə­rin dəyişilməsinə nail olma­dan "ürə­yim necə istəyir, elə də yaşama­lı­yam" prin­sipi ilə nü­mayiş etdirilən azadlıq həqiqi azadlıq deyil. Təəssüf ki, bu gün Qərb dünyasında yetiş­məkdə olan gənc­lərin bö­yük bir qismi azadlığın bu bəsit anlamını rəhbər tutaraq onu həqi­qə­tən məhdudlaşdıran ictimai-iqtisadi problemlərə, cəmiyyətin mə­­nəvi həyatındakı həqiqi çatışmazlıqlara qarşı yox, "köh­nə" adət-ən­ənə­yə, valideynlərə, milli köklərə qarşı çıxırlar. Qlo­bal­laş­ma siyasəti yürüdənlər isə bu cür asan əldə oluna bilən azadlığı baş­qa ölkələrin gəncliyinə "ba­ğış­la­ma­ğa" hazırdır. Beləliklə, öz öl­kə­lərinə bir cür, başqa öl­kələrə başqa cür ideoloji münasibət müa­sir dövrün iki­li standartlar spektrində önəmli problem­lərdən biri­nə çevrilir.

Qloballaşmanın hədəfi yox, ixracatçısı olan güc­­lü ölkələrdə gəncliyin başını qatmağa, onu ic­ti­mai-siyasi fəallıqdan yayındır­ma­ğa ehtiyac olma­dı­ğından, gəncləri "rasionalizm mütləqiyyəti" təh­­lü­­kə­sindən, ide­al­sız, ali hisslərsiz yaşamaq - bəsit həyat sür­mək­dən qorumaq üçün onlara nəcib duyğular aşı­lamaq sahəsində xü­su­si tədbirlər həyata keçirilir. (Tək­cə bir misal çəkmək kifayətdir ki, Avropada fəl­sə­fənin əsaslarını hələ uşaq yaşlarından mənim­sətmək üçün xüsui metodikalar hazırlanması dövlət səviyyə­sində təşkil olun­muşdur.) Guya elm və texnikanın inkişafı ilə emosional hə­ya­tın xalis intellektual həyat­la, hissi əxlaqın "rasional əxlaqla" əvəz olun­masının zəruriliyini göstərən fikirlər qəti şəkildə təkzib edilir. La­kin bununla belə, sosioloji tədqiqatlar göstərir ki, hətta mü­tə­rəq­qi ölkələrdə də vaxtında tədbirlər görül­mədikdə rasionalizm ar­tıq dəbdən düşmüş "Don-Ki­xotluq" üzərində qələbə çalır, ha­di­sə­lə­rə əxlaqi borc, vicdan mövqeyindən deyil, "bu hadisədə işti­ra­kım mə­nim üçün nə kimi fayda və ya ziyan gətirər?" məntiqi ilə ya­naş­maq halları getdikcə artır.

XX əsrin sonu, XXI əsrin əvvəllərində Qərbdə rasionalist dü­şün­cə tərzinə qarşı çıxışlar xeyli çoxal­mış, azadlıq və rəngarənglik axtarışları bu sahəyə də müdaxilə etmiş və alternativ düşüncə və həyat tərzləri yaradılmışdır. Bəli, məhz yaradılmışdır. Çünki pro­ses­­lərin təbii gedişi, sosial-iqtisadi həyatın, ictimai mühitin təsiri, aşa­ğıdan dəyişilmə – bir şeydir, fəlsə­fənin dəyişilməsi, yeni ideolo­gi­yaların yaradıl­ma­sı və bunun kütlələrə yuxarıdan təlqin edilməsi başqa bir şeydir. Rasionalizmi inkişaf etdirməklə bahəm onun əlavə təsirini klassik bədii düşüncə ilə, ənənəvi gö­zəllik duyğusu ilə kompensasiya etmək, neytral­laş­dırmaq bir şeydir, onu kökündən sarsıtmaq, irrasional düşüncə tərzi aşılamaq, reallığın özü­nü inkar etmək, bə­zən hətta dəyişiklik naminə dəyişiklik etmək başqa bir şeydir. Postmo­dernizm məhz nəyin bahasına olur­sa-olsun ənənə­dən uzaqlaşmaq təşəbbüsləri kimi gö­rü­nür. Onun “fəlsəfi əsasları” da əslində fəlsəfənin əsas­larını dağıtmaq, metafizik düşüncəni ümu­miy­yət­lə inkar etmək üzərində qurulmuşdur.

Əvvəlcə sənətdə yayılan impressionist, sür­realist, avanqardist baxışlar tədricən dü­şün­cə tərzinə sirayət etmiş, postmodernizmin bir çox istiqamətləri bədii yaradıcılıqla yanaşı fəlsəfi fikrə də təsir gös­tər­miş, ənənədən uzaqlaşmaq bir çox insanlar üçün ar­zuolun­maz haldan məqsədə çevrilmişdir. Əsrlər boyu əqldən instinktə, ruh­dan nəfsə enməkdən xilas arayan insan indi bunu müasirlik, in­ki­şaf ölçüsü kimi dəyər­ləndirməyə başlamışdır. Dəyişiklik, yeni­ləş­mə dalğası artıq meyarların özünü də hədələməyə başlamışdır. Ost­vald Şpenqlerin “Avropanın süqutu”, Patrik Byu­kenenin “Qər­­bin ölümü” əsərlərindən sonra indi Qərb fəlsəfi fikrində post­mo­der­niz­mə bir reaksiya yaran­mış­dır. Postmodern dövrünün nü­ma­yəndəsi olan Cil Li­poveski “Boşluq erası. Müasir individualizm haq­qın­da esse” əsərində rasionalizmə, fikir ənənəçiliyinə reaksiya kimi ya­ranmış azad hissiyyat, azad düşüncə və azad rəftar hərəka­tı­nın acı nəticələrindən söhbət açır. İstehlak cəmiyyətinin gənc nə­sil üçün yaratdığı asan yaşayış tərzi, həyatdan ləzzət almaq, ins­tink­tiv hisslərə qoyulan ictimai məhdudiyyətləri adlayıb keç­mək, bütün sosial və əxlaqi baryerləri dağıtmaq, kef və əyləncələrə meydan açmaq – bütün bunlar yeni dövrün səciyyəsi kimi təqdim olunur. C.Lipoveski bu həyat tərzini stimullaşdıran iqtisadi motiv­lə­ri də müəyyən etməyə çalışır. Əvvəllər gənclərin kef və əyləncəyə pul sərf etməsi üçün əvvəlcə faydalı əmək­lə məşğul olması və maaş al­ması tələb olunurdu. Əmək isə bildiyimiz kimi, mənəvi sə­bat­lı­lı­ğın for­malaşması üçün ən mühüm amillərdən biridir. İndi isə kre­dit kartlarının peyda olması gənclərə nisyə mal almaq və hələ pul qa­zanmamış pul xərcləmək imkanı yaradır. C.Lipoveski bu hadisə­ni protestant etikasının ən güclü dağıdıcı aləti hesab edir.11

Lakin təəssüf ki, bu meyllər, daha doğrusu, on­ların surroqatı bü­tün cəmiyyət miqyasında yayılır və mövcud ictimai psixolo­gi­ya­nın ayrılmaz kompo­nen­tinə çevrilir. Buna görə də, həmin meyl­lə­rin mənfi təsirlərinin neytrallaşdırılması sahəsində aparılan iş də küt­­ləvi miqyas daşımalıdır.

Biz hələ rasionalizmin inkarı yox, kompen­sa­siyası mərhələ­si­ni yaşamalıyıq. Elmi-texniki nailiy­yət­lərdən doyan, hər addımda ra­sionalizmin maddi təcəssümləri ilə rastlaşan və onun həyatda və fikirdəki bolluğundan boğulan Qərb dünyasından fərqli olaraq biz hələ də şair xalq olmaqdan o tərəfə çox da gedə bilməmişik. Və ra­sio­nallığın aşıb-daşmasından şika­yət­lənə bilmərik. Biz Avropanın iki-üç əsr bundan əv­vəl yaşadıqlarını hələ indi yaşayırıq. Biz bol­şe­vik inqilabının yarımçıq kəsdiyi maarifçilik mərhələsini ictimai bir proses kimi yenidən yaşamaq məcburiy­yətindəyik.

Lakin bu deyilənlər fikir müstəvisinə, insanın daxili aləminə aiddir. Fikrin, elmi nailiyyətlərin məh­sulu olan texnoloji qurğular və yeni texnika dal­ğa­larında ictimai şüura güclü təsir edən kütləvi infor­masiya vasitələri və bu vasitələrlə Qərbdən trans­fer edilən ye­ni mentalitet bizi hələ tam dəyişə bilmə­mişdir. Və yaxşı ki, dəyişə bilməmişdir. Bu yeni men­talitet bizim milli mentalitetlə üst-üstə düş­mədiyindən milli köklərə bağlı olan insanlar onu qəbul etmir. Nə­­ticədə millət parçalanır, ənənəçilərlə modernistlərin aş­kar və qeyri-aşkar qovğası başlanır.

Əlbəttə, biz elmin, müasir texnologiyanın əley­hinə deyilik. Bi­zim intellektual tərəqqimiz və Avro­panın elmi inkişaf səviyyə­si­nə çatmağımız əlçatmaz bir şey deyil. Və bu məsələdə ziddiyyət or­ta­ya çıxa bilməz. Lakin Qərb həyat tərzi təkcə elmi-texniki inkişa­fın, rasional düşüncənin məhsulu olmayıb, həm də neçə əsr ərzində rasionalizmə reaksiya şəklində yaranmış əxlaqi-mənəvi normaların (daha doğrusu, normasızlığın), «mənəvi boşluğun» məhsuludur. Müa­sir dövrdə Qərb ideoloqlarını rasionalizmdən da­ha çox məhz ona reaksiyanın; modernizmin və post­modernizmin yaratdığı mə­nə­vi plüralizmin sosial nəticələri narahat edir. Bizə transfer olunan da məhz bu nəticələrdir. Neçə əsrlik tərəqqi prosesinin daxili yük­sə­liş məqamlarını yaşamadan birbaşa onun neqa­tiv nəticələri ilə qarşılaşmaq immuniteti olmayan ada­mın yoluxması kimi bir şey­dir. «İsinmədik istisinə, kor oluruq tüstüsünə».
* * *
Elmi-texniki inqilab, postindustrial cəmiyyət döv­rünün do­ğur­duğu rasionalizmin, in­tellektualizmin emosional mənəvi hə­ya­tı sıxışdırmaq təhlükəsi fəlsəfi ədəbiyyatda etik şü­urun daha ət­raf­lı tədqiq olunması və əxlaq normalarının məntiqi idrak pil­lə­sin­də dərk olun­ma­sı ilə onun psixik tələbat formasına keçməsi, emo­sio­nal-psixoloji pillədə qərar­laşması ara­sın­dakı fər­qin geniş təhlil edil­məsinə ehtiyac yaratmışdır.

Emosional aləmin bütün əzəmət və zənginliyini qoruyub sax­la­maq üçün ən təsirli amil­lərdən biri incəsənətdir. Lakin bəzən incəsənət "könüllü olaraq" elmə təslim olmaq möv­qeyi tutur, incə­sənətin özü ifrat rasionalizmlə zənginləşir.

Rasionalizmin, intellektualizmin mənfi təsirinə məruz qalmış əsərlər əsasən müa­sir­lik, elmi-texniki inqilabla səsləşmə kimi qələ­mə verilir. Lakin bütöv­lükdə mütərəqqi incə­sə­nətin məqsədi, yuxa­rı­da artıq qeyd edildiyi kimi, bizdə hələ yeni-yeni yayılmaqda olan ra­sionalist mənəviyyat tərzini gücləndirməkdən deyil, kom­pen­sa­si­ya etməkdən, neytral­laş­dır­maqdan ibarət olmalıdır.

Əlbəttə, bu heç də o demək deyil ki, müasir dövrdə incəsə­nə­tin, bədii ədəbiyyatın məqsədi elə yal­nız rasionalizmə və texnisizmə qar­şı mübarizə apar­maqdan, bu meylləri bütövlükdə və tamamilə tək­zib etməkdən ibarət olmalıdır. Bu cür kəskin müna­sibət özü də qü­surludur; rasionalizmə, texnisiz­mə qa­pılmaq birtərəfli mövqe ol­du­ğu kimi, onu tamamilə inkar etmək, ona düşmən münasibəti bəs­ləmək də bir­tərəfli mövqedir və qüsurludur. "Texnisizmə düş­mən­­çilik münasibətinin ədəbiyyatda qərarlaşması" (S.Flor­­man) heç də problemin həllinə xidmət etmir.

Elm və texnikaya münasibətin hər iki kənar halı, ya təslim­çi­lik, ya tam inkar mövqeyindən çıxış edilməsi yolverilməzdir. «Qızıl orta»nın tapılması üçün hər cür ifratçılıq istisna edilməlidir. Yeni dövrün incə­sənətindən, mövzu baxımından müasir problem­lə­rə uyğunlaşmaqla yanaşı, öz mahiyyətinə sadiq qal­maq tələb olunur.

İnsanı düşündürən (məntiqi yolla) sənətdən, in­tel­lektual poe­zi­yadan, rasionalist nəsrdən, tapmaca rəsm­lərdən daha çox, həmin prob­lemlərin emosional həllini verən, insanların biliyini artırmaq de­yil, hiss­lərini hərəkətə gətirmək, tərbiyə etmək vəzifəsini qarşıya qo­yan incəsənətə – əsil incəsənətə bu gün daha böyük ehtiyac vardır.

İnsanın mənəvi keyfiyyətləri təkcə hissi yox, həm də məntiqi idrak pilləsinin məhsuludur. Hər han­sı xasiyyət, əxlaqi keyfiyyət emosional və rasional id­rak komponentlərinin qarışığı kimi ortaya çıxır. Həm də rasional komponentin payı nə qədər çox olsa, xa­rak­ter həmin istiqamətdə bir o qədər dayanıqlı olar. Lakin nəyin yax­şı, nəyin pis olduğunu bilmək, hər hansı keyfiyyətin məziyyə­ti­ni və ya qüsurunu şüurlu surətdə dərk etmək hələ insanın öz real fəa­liy­yə­tində bunu rəhbər tutacağına dəlalət etmir. İnsanın ardıcıl məq­sə­dəuyğun fəaliyyəti üçün təkcə ağıl kifayət de­yil, bunun üçün həm də ideya inamı, möhkəm əqidə lazımdır.

Lakin kor-koranə surətdə insanda qəti müəy­yən­ləşmiş əqidə formalaşa bilməz. Cəmiyyətin ob­yek­tiv inkişaf qanunlarını bilmə­dən, mürəkkəb icti­mai hadisələrin gedişindən baş çıxarmadan, əx­laq nor­malarına ardıcıl surətdə əməl etmək mümkün de­yil.

Həyat mövqeyi təkcə hiss və emosiya ilə, ins­tinkt və kortəbii vər­dişlərlə müəyyən edilərsə, deməli, o hələ fəal həyat mövqeyi deyildir. Bu halda həyat mövqeyi dayanıqlı olmaz, situasiyaların də­yişmə­sin­dən, hissi-emosional vəziyyətlərdən asılı olaraq insa­nın konkret şəraitlərdə tutduğu mövqe də dəyişər, ardıcıl, prinsipial xarakter daşımaz.

Həyat mövqeyinin, dayanıqlı olması, ən çətin şəraitdə belə in­sanın öz həyat idealına sadiq qalması, əxlaq normalarından kə­na­ra çıxmaması üçün onun əqidə və idealının şüurlu surətdə və el­mi əsaslar üzrə formalaşmasının böyük əhəmiyyəti vardır. Sadə­cə ola­raq mühitə uyğunlaşmaq deyil, mühiti öz həyat idealına uy­ğun­laş­dırmaq mövqeyi yalnız qəti elmi müddəalarla möh­kəm­lən­di­rilmiş olan əqidə sayəsin­də, fəlsəfi dünyagörüşünün forma­laş­ma­sı sayə­sin­də mümkündür.



1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə