Mehri MƏMMƏdova nəRİman nəRİmanov arxiVİNİn təSVİRİ Bakı – 2012 azərbaycan miLLİ elmlər akademiyasi




Yüklə 1.1 Mb.
səhifə2/5
tarix23.02.2016
ölçüsü1.1 Mb.
1   2   3   4   5

Yenə
Rus dilində.

Yazıldığı tarix: 23 yanvar 1924.

Moskva.

Məzmunu: Nəriman Nərimanovun V.İ.Leninin ölü­mü münasibətilə söylədiyi nitqi.



Başlanır: Uşel ot nas….

Bitir: … doroqoqo Vladimira İlğiça.

Ölçüsü: 22x35 sm; həjmi: 1 vərəq, s.v. 11.
Yenə
Rus dilində makina çapı.

Yazıldığı tarix və yeri qeyd edilməmişdir.

Məzmunu: V.İ.Leninin ölümü münasibətilə söylə­diyi nit­qi.

Ölçüsü: 22x35,5 sm; həjmi: 2 vərəq, s.v. 11.


Yenə
Rus dilində makina çapı.

Yazıldığı tarix və yeri qeyd edilməmişdir.

Bəzi səhifələrdə mixəyi mürəkkəblə düzəliş və əla­vələr edilmişdir.

Məzmunu: Azərbayjan Kommunist partiyasının II qu­rul­­tayında ölkənin siyasi və maddi vəziyyə­tin­dən danışılır.

Başlanır: Sila Sovetskoy Rossii…

Bitir: … do six por na sredstvo obhestv.

Ölçüsü: 21x34 sm; həjmi: 23 vərəq, s.v. 7.

N.NƏRİMANOVUN MƏRUZƏLƏRİ
Nərimanov- Biz Qafqaza getməliyikmi?
Rus dilində makina çapı.

Yazıldığı tarix və yeri qeyd edilməmişdir.

Məzmunu: Sovet hökuməti qurulmasının ilk illə­rin­də söylənilən siyasi məzmunlu məruzədir.

Başlanır: Doljnı li mı itti na Kafkaz…

Bitir: … partiə s poqrimnoy proqrammoy.

Ölçüsü: 22x35,5 sm; həjmi: 16 vərəq, s.v. 9.


Yenə

Religiya və kommunizm
Rus dilində makina çapı.

Yazıldığı tarix və yeri qeyd edilməmişdir.

Bəzi səhifələrdə mürəkkəblə təshihlər aparılmışdır.

Məzmunu: Dinin bəşəriyyət tarixində ləngidiji mən­­fi ro­lun­dan, siyasi jəmiyyətdə hakim siniflərə xidmət etmə­sin­dən, dinin mürtəje mahiyyətindən bəhs edib, onun kom­mu­nizm jəmiyyəti qurmaq yolunda əngəl olduğunu göstərir.

Başlanır: Prejde çem qovorit o teme reliqiə i kom­mu­nizm…

Bitir: … eqo spaset tolğko kommunizm.

Ölçüsü: 22x35 sm; həjmi: 9+1 vərəq, s.v. 15.
Məruzə
Rus dilində çap.

Çap tarixi: 8 may 1921.

Yazıldığı yer qeyd edilməmişdir.

Məzmunu: N.Nərimanovun fəhlə soveti, Qızıl or­du və mat­ros deputatların çağırdığı I Azərbayjan qurultayının 4-jü ijlasında etdiyi məruzəsi.

Başlanır: Tovarihi, ə vse taki popıtaösğ…

Bitir: …bravo, ura (vse vstaöt i privetstvuöt Narimanova).

Ölçüsü: 14x22sm; həjmi: 2 ədəd, s.219.
Məruzə
Rus dilində.

Yazıldığı tarix: 3 oktyabr 1921.

Ağ, saya kağızlara makinada çap edilmişdir.

Məzmunu: N.Nərimanov Azərbayjan MİK II plenumu sessiyasının 2-ji ijlasında söylədiyi bu mə­­­ru­­zədə yeni yaran­mış Azərbayjan Sovet hö­ku­mə­tinin və onunla əlaqədar ola­raq ayrı-ayrı nazir­liklərin fəaliyyəti və qarşılarında duran vəzifələrin­dən bəhs edir.

Başlanır: Tovarihi, ə v svoem doklade…

Bitir: …Vot ə bı prosil prinətğ gto…

Ölçüsü: 22x35 sm; həjmi: 10 vərəq, s.v. 13.
Çıxış
Rus dilində makina çapı.

Yazıldığı tarix: 28 dekabr 1918.

Məzmunu: Həştərxan kommunistləri və müsəl­man­ların məsul nümayəndələri qarşısında N.Nəri­­­­manovun çıxışıdır.

Başlanır: Tovarihi, poslednəə provokaüiə rasprostra­nəemaə sredi musulğman…

Bitir: …Kotorıy i əvləetsə vısşey vlastğö na mes­tax.

Ölçüsü: 23x37 sm; həjmi: 8 vərəq, s.v. 8.




NƏRİMANOVUN MÜXTƏLİF ŞƏXSLƏRƏ MƏKTUBLARI
Nəsib bəy Yusifbəyova
Rus dilində.

Yazıldığı tarix və yer: 1919, Həştərxan.

Məzmunu: AXJ hökumətinin başçısı Nəsib bəy Yusif­bə­­yo­vun İngiltərə təsiri altına düşməsini, pantürkizm və panis­la­miz­min Denikinə müharibə elan etməsinin səbəb­ləri­ni ifşa edir və Yusifbəyovu hökumətdən əl çəkməyə çağırır, Azər­bay­janın So­vet Rusiyası ilə birləşməsinin müsbət jə­hətlə­rindən bəhs edir

Başlanır: Milostivıy qosudarğ…

Bitir: …çğe serdüe tak iskrenno i trevojno bilosğ za sçastğe ix.

Ölçüsü: 22x35 sm; həjmi: 5 vərəq, s.v.18.


Baba Əliyevə
Avtoqraf.

Rus dilində.

Yazıldığı tarix:1920, 1924-1925-ji illər.

Ağ, saya vərəqlərə bənövşəyi, qırmızı mürəkkəb və qara ka­randaşla yazılmışdır.

Məzmunu: Bu kiçik məktublar Baba Əliyevə ya­zıl­mış­dır.

Məmmədzadəyə, Hüseyn Abdul­layevə, Ağa­yevə kö­mək et­mək, Şahnazarovun gü­na­hı yox­dursa onu azad etmək tək­lif olu­nur.

Ölçüsü: müxtəlif, həjmi: 5 vərəq, s.v. 27.


N.Nərimanovun İran fəhlə və kəndlilərinə məktubla mürajiəti
Rus dilində makina çapı.

Yazıldığı tarix qeyd edilməmişdir.

Məzmunu: İran fəhlə və kəndlilərinə mürajiət edə­rək bildirilir ki, öz vətəninizi ingilis impera­list­ləri­nə satmayın, onları qovun, çıxarın və s.

Başlanır: Tovarihi raboçie i krestğəne İrana…

Bitir: …da zdravstvuet vsemirnaə soüialğnaə re­vo­löüiə.

Ölçüsü: 22x32 sm; həjmi: 2 vərəq, s.v. 12.


N.Nərimanovdan Musabəyova
Rus dilində makina çapı.

Yazıldığı tarix qeyd edilməmişdir.

Məzmunu: Azərbayjanın neftindən gələn gəlirin təh­sil və səhiyyə işlərinə sərf olunması haqqında gös­təriş verir.

Başlanır: 20-qo marta v politböro eşe raz rassma­tri­valsə vopros o delovı otçisleniəx nefti.

Bitir: …Ne meşaö temu prodoljatğ rabotu.

Ölçüsü: 22x35 sm; həjmi: 2 vərəq, s.v. 19.


Türkiyə fəhlə və kəndlilərinə məktubla mürajiəti
Rus dilində makina çapı.

Yazıldığı tarix qeyd edilməmişdir.

Məzmunu: Türkiyə fəhlə və kəndlilərini öz vətən­lərinin azadlığı uğrunda vuruşmağa çagırır.

Başlanır: Tovarihi raboçie i krestğəne Turüii...

Bitir: …Kotorıe privıkli na naşem nesçastği stro­it svoё sçastğe.

Ölçüsü: 21,5x35 sm; həjmi: 4 vərəq, s.v.16.


Hajı Zeynalabidin Tağıyevə
Rus dilində makina çapı.

Yazıldığı tarix: 27 iyun 1902-ji il.

Məzmunu: N.Nərimanov Hajı Zeynalabidinə bildirir ki, onun təhsili üçün verdiyi 2280 m. pulu təhsili bitdikdən sonra 2 il müddətində ödəyəjək­dir.

Başlanır: 1902 qoda iönə 27 dnə…

Bitir: … v çёm i podpisuösğ.

Ölçüsü: 10x15 sm; həjmi: 1 v; s.v.27.


Hajı Zeynalabidin Tağıyevin kontoruna
Rus dilində makina çapı.

Yazıldığı tarix:16 avqust 1903-jü il.

Məzmunu: Kontordan xahiş edir ki, ona No­vo­ros­siysk Universitetinə daxil olduğu gündən lər.

Başlanır: Pokoreyşe proşu kontoru…

Bitir: Student Novorossiyskoqo Universiteta.

Ölçüsü: 20x30 sm; həjmi: 1 vərəqin yarısı. s.v. 27.


Hajı Zeynalabidin Tağıyevə
Rus dilində makina çapı.

Yazıldığı tarix:16 aprel 1913-jü il. Həştərxan.

Məzmunu: Oxuduğu müddətdə ona göndərilən 2460 m. pulu birdən ödəyə bilməyəjə­yini bil­dirir və hər ay 25 m. verməklə ödənilməsinə ijazə verməsini xahiş edir.

Ölçüsü: 20x30 sm; həjmi: 1 vərəq, s.v.27 (vərəqin yarısı).


MÜXTƏLİF ŞƏXSLƏRİN NƏRİMANOVA MƏKTUBLARI
Bəkirov M.X.-dən
Rus dilində.

Yazıldığı tarix: 8 mart 1924, Yalta.

Ağ, təkjizgili kağıza qəhvəyi mürəkkəblə yazıl­mış­dır.

Məzmunu: Nərimanovu SSRİ MİK-nə sədr seçil­mə­si mü­­na­sibətilə təbrik edir, onun ijtimai fəa­liy­yətinin böyük­lü­­yün­dən danışır.

Başlanır: Mnoqouvajaemıy Narimanbek s peşu vıra­zitğ vam svoö radostğ…

Bitir: …Vaş M.Bekirov

Ölçüsü: 22x35 sm; həjmi: 2 vərəq, s.v. 21.
Əliyev Babadan
Rus dilində makina çapı.

Yazıldığı tarix qeyd edilməmişdir.

Məzmunu: Bakı kəndlərində düşmənlərin tərkisi­lah edil­məsi, Azərbayjan kəndlilərinin vəziyyəti, öl­­kə­dəki vəziyyət haqqında N.Nərimanova məlu­mat verilir.

Ölçüsü: müxtəlif, həjmi: 7 vərəq, s.v. 27.



TELEQRAMALAR
N.Nərimanovdan
Rus dilində.

Yazıldığı tarix qeyd edilməmişdir.

Yarımçıq vərəq. Təkjizgili ağ kağıza mixəyi mü­rək­kəblə yazılmışdır.

Məzmunu: Teleqram dok. N.Nərimanov tərə­fin­dən Tif­lis «Kafkazskiy raboçiy» qəzetinə göndəril­mişdir. Teleq­ra­ma­­da o bildirir ki, namizədliyini məjlisi-müəssisanda qoy­ma­ğa menşeviklərə mən razılıq verməmişəm. Komitəyə öz ar­zusuna görə hə­rəkət etməyə ijazə vermişəm.

Ölçüsü: 22x18 sm; həjmi: ½ vərəq, s.v. 20.
Yenə

Müsəlman teatrı tərəfindən N.Nərimanova
Rus dilində

Yazıldığı tarix: 17 may 1917, Bakı.

Makinada çap edilərək teleqraf blankına yapış­dı­rıl­mış­dır.

Kimin tərəfindən isə N.Nərimanova göndəril­miş­dir.

Məzmunu: N.Nərimanovu müsəlman teatrının 10 illik yubi­leyi və eyni zamanda bu teatrın əsasını qoyanlardan biri hesab olunan Murtuzanın gəlmə­si ilə əlaqədar olaraq təşkil ediləjək yubiley tama­şa­sına dəvət edirlər.

Ölçüsü: 22x26 sm; həjmi: 1 vərəq, s.v. 36.


Yenə
Rus dilində.

Yazıldığı tarix: 16 iyun 1917, Bakı.

Makinada çap edilərək teleqraf blankına yapış­dı­rıl­mış­dır.

Blankın üzərində qırmızı mürəkkəblə belə bir qeyd var­dır.

«S moey storonı prepətstviy k otezdu net, potrebuet­sə priqlasit na nedelö zamestitelə . 17/VI-1917 q».

Məzmunu: Nou Cordanidən N.Nərimanova gön­də­ril­miş­dir. N.Nərimanovun 19 iyunda qurultaya gəl­məsi xahiş olunur.

Ölçüsü: 22x26 sm; həjmi: 1 vərəq, s.v. 36.

DƏVƏTNAMƏLƏR
Rus dilində

10 may 1921, Bakı.

Bir vərəq, ağ blanka çap edilmişdir. Yuxarı his­sə­sin­də dəniz əks edilmişdir.

Məzmunu: Kaspi flotunun siyasi şöbəsi tərəfindən N.Nə­ri­­manovu hərbi dənizçilərin teatrının açılı­şı­na dəvət edirlər.

Ölçüsü: 18x26,5 sm; həjmi: 1 vərəq, s.v. 38.
Yenə
Rus dilində.

Çap tarixi: 1925

Moskva.

Məzmunu: Şərqşünaslıq elmi jəmiyyəti, Şərqşü­nas­­lıq İns­ti­tu­tu Şərq xalqları zəhmətkeşlərinin Kom­munist univer­site­tinin təşkil etdiyi komissiya tərəfindən N.Nərimanovun ədə­bi-ijtimai siyasi fə­aliyyətinin 30 illik yubileyinin keçiri­lə­jəyi bildi­ri­lir.



Ölçüsü: 10x15 sm; həjmi: 2 vərəq, s.v. 39.

N.NƏRİMANOVUN ŞƏXSİYYƏTİNƏ AİD SƏNƏDLƏR
Rus dilində.

Yazıldığı tarixi: 1902-ji il. Yazıldığı yeri göstə­ril­mir.

Ağ, saya kağıza makinada çap olunmuşdur.

Məzmunu: N.Nərimanov H.Z.Tağıyevə bildirir ki, ona 5 il müddətində təhsil xərji olaraq göndərdiyi 2280 m. pulu 2 il müddətinə tamamilə qayta­ra­jaq­dır.

Ölçüsü: 21x30; həjmi: 1 vərəq, s.v. 27.
N.Nərimanov –Xəstələrə yazdığı diaqnozlar, anketlər, mühazirələr və s.
Rus dilində.

Yazıldığı tarix: 1907.

Odessa.

Müxtəlif kağızlara müxtəlif karandaş və mürək­kəb­lə yazıl­mışdır.

Məzmunu: N.Nərimanovun tələbəlik illərində xəs­tələr üzə­rində apardığı təjrübi müşahidələr haqqın­da qeydləridir.

Ölçüsü: müxtəlif, həjmi: 47 vərəq, s.v. 33.



Elan
Azərbayjan dilində çap.

Yazıldığı tarix: 1917, Bakı.

Elan «Xalq yurdu» jəmiyyəti tərəfindən verilərək 17/II-1917-ji ildə N.Nərimanovun «Xalq yurdu jə­miyyətinin məq­­səd və vəzifələri» mövzusunda mü­ha­zi­rəsi olajağı bil­di­rilir.

Ölçüsü: 29x41 sm; həjmi: 1 vərəq, s.v. 278.




Yenə
Azərbayjan dilində ərəb əlifbası ilə və rus dilində.

Çap tarixi: 1917, Bakı.

Məzmunu: «Xalq yurdu jəmiyyətinin məqsəd və və­zi­fələri» mövzusunda 17 fevral 1917-ji ildə N.Nə­rimanov tə­rə­findən oxunajaq mühazirənin ela­nı.

Ölçüsü: 15x21sm; həjmi: 1 vərəq, s.v. 278.


Vəsiqə-№2808
Rus dilində

Yazıldığı tarix: 23 oktyabr 1919.

Adı, familyası, vəzifəsi və s. qəhvəyi və qırmızı mü­rək­kəblə yazılmışdır.

Vəsiqə Xariji İşlər Xalq Komissarlığı tərəfindən N.Nəri­mA­no­va verilmiş və onun Yaxın Şərq şö­bə­sinin müdiri ol­du­­ğunu göstərir.

Ölçüsü: 7x10,5 sm; həjmi: 2 vərəq, s.v. 22.
Pasport №1870
Yazıldığı tarix: iyun, 1919.

Həştərxan Şəhər Milis idarəsindən N.Nərimanova veril­mişdir. Mətn qara mürəkkəblə rus dilində ya­zılmış, imza və möhürlə təsdiq edilmişdir. Üzərinə qara dermantindən jild çəkilmişdir.

Ölçüsü: 10,5x15,5 sm; s.v. 29.
Üzvlük kitabçası
Yazıldığı tarix: 13 oktyabr 1924, Moskva.

İki vərəqə çap edilmiş və qırmızı jildə çəkilmişdir.

Kitabçanın üzərində ortada qızılı rəngli zərlə «Poçot­nıy çlen» sözləri yazılmışdır.

Məzmunu: Bu kitabçadan N.Nərimanovun Mos­kva Döv­­lət Konservatoriyasının fəxri üzvü olduğu məlum olur. Kitab­ça həmin təşkilat tərə­fin­dən verilmiş­dir.

Ölçüsü: 7,5x10,5 sm; həjmi: 1 ədəd, s.v. 31.
Protokoldan çıxarış
Rus dilində.

Yazıldığı tarix: 24 oktyabr, 1928.

SSRİ Mərkəzi İjraiyyə Komitəsi Rəyasət Heyəti ij­lası­nın protokolundan N.Nərimanovun ailəsi üçün veriləjək təqa­üd haqqında qərardan çıxa­rış­dır. Çıxarış rəsmi blankda verilmişdir.

Ölçüsü: 20,5x14,5 sm; həjmi: 1 vərəq, s.v.119.


Vizit kartoçkası
Rus dilində.

Yazıldığı tarix qeyd edilməmişdir.

Bir parça ağ qalın vərəqə «Doktor Nariman Nari­ma­nov» sözləri ilə çap edilmişdir.

Ölçüsü: 10,5x5 sm; s.v. 22.


Məramnamə
Azərbayjan dilində.

Çap tarixi və yeri qeyd edilməmişdir.

Rusiya sosial-demokrat fəhlə firqəsinin II qurul­ta­yında qəbul edilən məramnamədir.

Ölçüsü: 13x21 sm; həjmi 4 vərəq, s.v. 279.



N.Nərimanovun əsərlərinin siyahısı
Ərəb əlifbası ilə.

Siyahıda 11 əsərin adı yazılmış, ikisinin üstündən xətt çə­kilmişdir.

Əsərlər aşağıdakılardır:


  1. Edam

  2. Pir

  3. Bahadır və Sona

  4. Nadir şah

  5. Nadanlıq

  6. Dilin bəlası

  7. Tibb və islam

  8. Aləmi Nijvan

  9. Xalera

  10. Sərf və nəhv

  11. Traxoma

Ölçüsü: 10,5x27 sm; həjmi: s.v. 25.


N.Nərimanov – Plan
Avtoqraf.

Azərbayjan dilində. 14.1929-ju il.

Yazıldığı tarix qeyd edilməmişdir.

Rus dilində çap olunmuş N.Nərimanova məxsus resept kağızlarında ərəb əlifbası ilə yazılmışdır.

Səhifələrdə əlavələr və düzəlişlər edilmişdir.

Məzmunu: N.Nərimanovun xəstəliklərlə bağlı de­yə­­jəyi mühazirələrin planı.

Başlanır: Müqəddimə. Luksiyada əsas məqsəd.

Bitir: …Axırınjı söz.

Ölçüsü: müxtəlifdir; həjmi: 6 vərəq, s.v. 30.

Nüsxə
Ağ, saya kağızlara N.Nərimanovun telefon nömrə­si, fami­liyası və adı, qəbul saatları və ev ünvanı çap edilmişdir.

Nüsxələr istifadəsiz qalmışdır.

Ölçüsü: 8,5x22 sm; s.v. 29.
Fəxri Fərman (foto surəti)
Rus dilində.

Yazıldığı tarix qeyd edilməmişdir.

Məzmunu: SSRİ şərqşünaslarının elmi jəmiyyəti tərə­findən N.Nərimanova göndəri­lə­rək, onu ədə­bi və siyasi fəa­liyyətinin 30 illiyi mü­nasibətilə təbrik edirlər. Mixailğ Pav­loviç Boroqdin, V.Qurko-Krəjin.

Ölçüsü: 24x33,5 sm; həjmi: 1 ədəd, s.v. 32.


N.Nərimanov haqqında ensiklopediyadan çıxarış
Rus dilində.

Yazıldığı tarix qeyd edilməmişdir.

Çıxarış «Malaə Sovetskaə gnüiklopodiə»nın 543 544-jü səhifələrindən götrülmüşdür.

Ölçüsü: 21,5x29 sm; həjmi: 1 vərəq, s.v. 41.


Şeyxzadə Məqsud – Nəriman haqqında xalq masalı.

Dagıstan xatirələrindən
Azərbayjan dilində makina çapı.

Bu material 1927-ji ildə «Maarif və mədəniyyət» cur­na­lının 4 və 5-ji nömrəsində çap edilmişdir (səhifə 32-35).

Məzmunu: N.Nərimanovun inqilab uğrundakı mü­­barii­zə­sin­­­dən, onun xalq tərəfindən qavranılmış ifadəsindən poetik dillə söhbət açılır.

Başlanır: İdarədən jəmiyyət içərisində zühur etmiş

hər hanki bir hadisə…

Bitir: …Munis işıqlar bizi səbirsizliklə gözləyir

və çağırırlardı.

Ölçüsü: 21x28 sm; həjmi: 13 vərəq (2 nüsxə), s.v.43.



N.NƏRİMANOVLA ƏLAQƏDAR YAZIŞMALAR
Rus dilində makina çapı.

Yazıldığı tarix:1909, 1910, 1912-ji illər.

Ağ, saya kağızlarda çap olunmuşdur.

Məzmunu: N.Nərimanov haqqında cinayət işi qaldırıl­mış və bununla əlaqədar can­darm idarələri, həbsxana işçi­ləri, Tiflis qubernatoru arasında ya­zış­malardan ibarət­dir. Burada N.Nərimanovun ba­jı və qardaşının imperatora yaz­dığı ərizə də öz əksini tapmışdır. Onlar öz qardaşlarının gü­nahsız olduğunu bildirir və onun azad olunmasını xahiş edir­lər.

Ölçüsü: Müxtəlif, həjmi: 29 vərəq, s.v. 27.
Məqalə
Rus dilində.

Yazıldığı tarix: 1925, müəlifi qeyd edilməmişdir.

Makina çapı.

Məzmunu: N.Nərimanovun 30 illik ədəbi ijtimai və si­yasi fəaliyyəti haqqında.

Başlanır: «Tovarihğ N.N. rodilsə v Tiflise v 1872 q…

Bitir: … kotorıe uje qotovı k peçati.

Ölçüsü: 22x35,5 sm; həjmi: 6 vərəq, s.v. 39.

TƏLİQƏLƏR
Rus dilində əlyazması.

15-5 /II. 1896, 18/IV 1896.

Bakı.

Ağ, saya kağızlara qara mürəkkəblə yazılmışdır.



Məzmunu: Təliqələr Qafqaz Mülki Hissəsinin baş rəisinə Bakı qubernatoru tərəfindən və Bakı 2-ji rus-ta­tar məktə­binin direktorundan Bakı quber­natoruna yazıl­mışdır. Bu­ra­da uşaqlar üçün aylıq «Sovqat» adlı curnal buraxmaq üçün ijazə ve­ril­mə­si məsələsi qoyulmuşdur.

Ölçüsü: 23x36 sm; həjmi: 3 vərəq,s.v. 35.


Yenə
Rus dilində.

Yazıldığı tarix: Aprel 1921- ji il.

Ağ, dama-dama dəftər kağızına qara mürəkkəblə yazıl­mış­dır.

Məzmunu: Təliqə N.Nərimanov tərəfindən Azər­bay­jan üzrə işlər müvəkkili Baba Əliyevə yazıl­mışdır. 11 nəfər jani­nin əmlakını müsadirə edib zə­rər çəkənlərə verilməsi təklif olunur.

Ölçüsü: 20x16,5 sm; həjmi: 1 vərəq, s.v. 27.

Yenə
Rus dilində.

Yazıldığı tarix: 15 dekabr 1924, Moskva.

SSRİ Şərqşünaslarının Elmi Jəmiyyəti N.Nəri­ma­nov­dan xahiş edir ki, onun 30 illik ədəbi fə­aliy­yətinə hazırlıq ilə əlaqədar «Pir» əsəri ilə bərabər tərjümeyi-halını da «Novıy Vastok» curnalına gön­dərsin.

Ölçüsü: 22x29,5 sm; həjmi: 1 vərəq, s.v.38.



1908-1913-jü illər. Janişin dəftərxanası, Xüsusi şöbə
Tiflis candarm idarəsi rəisinin müxtəlif şəxslərin siyasi durumu haqqında araşdırmasının surəti. Sənədlər rus dilin­dədir. Onların tərjüməsini veririk.

  1. Hesabat.

1909-ju il. Hesabatın surəti Loniaşvili tərə­­findən təsdiq­lənib. Əsli isə Tiflis quberniyasının Candarm idarəsinin rəisi polkovnik Yefrem tərəfindən im­za­lanmışdır. Hesabat 1905-1911-ji illər İran Məşrutə inqi­labına (Jənubi Azər­bayjan, Səttərxan hərəkatı) yardımda şübhəli bilinən şəxslər haq­qında araş­dır­maların sonunjusudur.

Məzmunu: 1909-ju ilin başlanğıjında Tiflis Müha­fizə şö­bəsi Zaqafqaziya hüdudlarında farspərəst təb­liğatın apa­rıl­­ması haqqında məlumat aldıqdan sonra, yerli müsəlman əhalinin İranda baş verən hadisələrə münasibəti araşdırılıb. Məlum olub ki, Tiflisdə İran inqilabı təşkilatı olan «Müjtə­hid» partiyasının komitəsi fəaliyyət göstərir. Komitənin əsəs məqsədi İran inqilabçılarını silah, hərbi sursat və partlayıjı maddələrlə təmin etmək, ən başlıjası könüllü dəstələrin Sət­tarxan hərakatında iştirakını təşkil etməkdir. Qeyd etmək lazımdır ki, «Müjtə­hid» partiyasının komitəsi bütün bu işləri «Daş­naksyütün» partiyası ilə sıx ittifaqda həyata keçi­rib. Hesabatın gedişində göstərilir ki, rus tələbəsi N.Nəri­ma­nova «Müjtəhid» partiyasının komi­tə­si­nə rəhbərlik son­radan tapşırılır. Çünki komitənin fonduna yığılan maddi vəsait düzgün xərjlənmir, vəsaiti yığmaq üçün təhdid və təh­rik dolu tələb məktubları çox vaxt elə şəxslərə təqdim olunurdu ki, onların maddi durumu bu tələbləri yerinə ye­tir­­məyə imkan vermirdi. Bütün bu hallar müsəlman əha­li­nin «Müjtəhid» komitəsinə olan inamını sar­sıdırdı. Buna görə də, N.Nərimanova işi yenidən təşkil etmək tapşırıl­mış­dı.

Sənəd naqisdir. Sonrakı səhifədə şübhəli şəxs­­lərin siya­hı­sından 9-ju sıra nömrəsində Əbdül Hüseyn Tahirzadənin adı çəkilir və onun İran tə­ləbəsi olduğu bildirilir. Qeyd olunur ki, Zaqaf­qa­ziya ərazisindəki İran inqilabçıları onun mənzi­lində məskunlaşırdılır. Ə.H.Tahirzadə də «Daş­nak­syütün» partiyası ilə ittifaqda İrana silah və hərbi sursat göndərməkdə şübhəli bilinir.

Hesabatda axtarış zamanı şübhəli bilinən şəxslərin evlə­rindən tapılan dəlillər sadalanır:

N.Nərimanovanın evindən «Müjtəhid» ko­mi­təsinin ona imzalanmış 4 sabah 1325-ji il tarixli (hijri) məktubu; N.Nə­rimanovun 1905-ji ildə Odes­sa şəhərində çıxışı zamanı nitqində istifadə et­diyi referatın konspekti tapılıb. Çıxışda konsti­tu­siyalı və respublika dövlət quruluşlarının monar­xiya quruluşundan üstünlüyü göstərilmiş, Odessa­da höku­mət nümayəndələri ilə toqquşma zamanı həlak olan inqi­lab­çıların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması təklif olunmuşdur. Bundan baş­qa N.Nərimanovun evindən inqi­labçı sosi­alist­lər partiyasının rus dilində proqramı aşkarlan­mış­dır.

Hesabatın sonunda N.Nərimanovun höku­mət tərəfin­dən təyin ediləjək ünvana sürgünə gön­dərilməsi, İran tələ­bələrinin isə İrana göndərilməsi təklif olunur.



  1. N.Nərimanovun Metex qalasında həbs olunması haq­­qında 1 mart 1909-ju il tarixli sə­rən­jam sənədin əsli pol­kovnik Yefrem tərəfindən im­zalanıb. Sərənjam Metex qa­lasının rəisinə, Tiflis Da­irə məhkəməsinin prokuroruna və Tiflis quber­natoruna təqdim etmək üçün tərtib olunub.

  2. Məxfi sənəddir - 7 mart 1909-ju il Tiflis quber­na­toru­nun Dəftərxanasından Tiflis quber­ni­ya­sının Candarm İda­rəsinin rəisinə göndərilib. Qu­bernator və Dəftərxana müdiri tərəfindən imza­la­nıb.

Məzmunu: N.Nərimanovun Metex qalasın­da həbs müd­dətinin daha 1 ay uzadılajağını bildi­rir.

  1. Qətnamədir. 10 mart 1909-ju il tarixli sənəd Rot­mistr Loniaşvili tərəfindən imzalanıb və Metex qalasının rəisinə ünvanlanıb.

Məzmunu: N.Nərimanovun həbs müddəti­nin 1 ay uza­dılması haqqındadır.

  1. Məxfi sənəddir. 17 mart 1909-ju il tarixində po­l­kov­nik Yefrem tərəfindən imzalanıb.

Məzmunu: Şübhə altına alınan şəxslər haqqında məlu­matlardır. Sənədə şübhəli şəxslərin bioqrafik məlumatları və araşdırma ilə bağlı siyasi məlumatlar daxildir.

  1. Xahiş məktubu. Məktub 24 aprel 1909-ju ildə N.Nə­rimanovun qardaşı Rizvan Nərimanov, bajıları-Səkinə və Mərziyə tərəfindən Tiflis Candarm Polis İdarəsinin rəisinə yazılmışdır.

Məzmunu: Məktubda bildirilir ki, N.Nərimanovun himayəsində dul qalmış bajılarının, vəfat etmiş qardaşının 11 kiçik yaşlı uşaqları var (bajıları 1905-ji il erməni-musəlman savaşı zamanı çox böyük ziyan çəkiblər). Qardaşı N.Nərimanovun siyasi görüşlərdən uzaq olduğunu, Tiflisdə yalnız həkimlik təjrübəsini təkmilləşdirdiyini bildirir. Tiflis şəhərinin müsəlman əhalisi arasında Nərimanova xüsusi hörmət və sevginin olduğunu bildirərək, onların da xahiş məktubunun surətini öz məktubuna əlavə etdiyini bildirir. Rizvan Tiflis şəhərinin 6-jı sahəsinin həkimi olan qardışının iftira və böhtan qurbanı olduğunu bildirir və ajizanə surət­də onun azad olmasını xahiş edir.

  1. Məxfi sənəddir. Tiflis Quberniyası Candarm Polis idarəsinin rəisindən 6-jı polis sahəsinin pristavına göndə­ri­lib. Tarixi 1909-ju ilin aprel-may aylarına aiddir.

Məzmunu: Rizvan Nərimanova qardaşının həbs jəza­sı­nın istintaq qurtarana qədər ləğv olun­mayajağını bildirmək tapşırılır. Sənəddə məktubu aparanın 2 may 1909-ju ildə bu qərarın Rizvan Nərimanova çatdırajağı barədə məlumat var.

  1. 4 may 1909-ju ildə Metex qalasının rəisinə gön­dəril­diyi bildirilir.

Məzmunu: Bildirişdə N.Nərimanova çata­jaq məktubun olduğu bildirilir.

  1. Məxfi sənəddir. Tiflis quberniyası Jandarm idarəsi­nin rəisinə, Tiflis quberniyası Axalsix, Axalkələk və Qori uyezd­lərinin rəis köməkçisindən göndərilib.

Məzmunu: N.Nərimanovun həbs olunma­sı­nın səbəbləri bir də açıqlanır və azad olunmasının mümkün olmayajağı bildirilir.

  1. Jədvəldir. Sənəd naqisdir. Jədvəldə məs­u­liyyətə jəlb olunan şəxslərin siyahısı.

Müxtəlif məlumatlarla tərtib olunub. Bizdə olan his­sə N.Nərimanovun məlumatlarıdır.

  1. Qətnamədir. Tarixi 15 may 1909-ju ilə aiddir.

Məzmunu: Xüsusi şöbənin hesabatının nəti­jələri əsasın­da Nəriman Nərimanovun və İran tələbələrinin inqilabi fəa­liy­yəti haqqında məlumat verilir, axtarış zamanı əldə olu­nan dəlillərin si­ya­hı­sı sadalanır, qəbul olunan jəza qərarı və N.Nə­ri­ma­novun əfv olunması barədə olunan mürajiətə ve­rilən rədd javabı təqdim olunur. Bütün bunların əsasında qəbul olunan qərar bir daha təsdiq olu­nur.

  1. 1903-jü ildə Polis Departamentinin müdirinə göndə­rilmişdir.

Məzmunu: Nərimanovun saxlanılması, idti­fa­qın sona çatması haqqında məlumatdır.

  1. Əlahəzrət imperatorun Qafqazdakı janişininə Tiflis şəhərində yaşayan Rizvan Nəri­ma­nov və Bakıda yaşayan Səkinə Zamanova və Mərziyə Zeynalova tərəfindən xahiş məktubu. Ta­rixi 8 aprel 1909-ju ilə aiddir. İmzalar fars dilin­dədir.

Məzmunu: Qardaşları N.Nərimanovun keç­di­yi ağır hə­yat yolunu təsvir edir və bildirilir ki, hal-hazırda Tiflis mü­səlmanlarının xahişi ilə orada həkimlik edən Nərimanın rus jəmiyyətinin heç bir siyasi jərəyanı ilə əlaqə saxlamağa və onlara qo­şulmağa imkanı yoxdur. Bundan başqa, N.Nəri­manovun həbsi ilə 3 ailənin başsız və ehtiyaj içində qall­dığını vurgulayırlar.

  1. Yuxarıda göstərilən məktubun baxılması üçün 13 aprel 1909-ju il tarixdə Tiflis general-qu­bernatoruna təqdim edildiyi bildirilir. Sənəd Dəf­tərxana janişini Lvoviç tərəfin­dən imzalanıb. İmza aydın xətlə yazılmayıb.

  2. Göstərilən mürajiətin baxılması və nətijə çıxarıl­ması üçün Tiflis Quberniyasının Candarm ida­rəsinə 21 aprel 1909-ju il tarixində təqdim olun­duğu bildirilir. Sənəd Tiflis quberniyasının və Zaqatala dairəsinin Ali ştabının general-mayoru tə­rəfindən imzalanıb.

  3. Bildiriş. Daxili İşlər Nazirliyinin Dəf­­tər­xana müdiri tərəfindən imzalanıb. İmza ay­dın deyil.

Məzmunu: Nərimanovun 23 maddə əsasında və «Müj­təhid» partiyasında fəaliyyət göstərdiyi üçün həbs edilməsi bildirilir. İstintaqın sonuna kimi azad olunmasının müm­kün­süzlüyü və həbs müddətinin Daxili İşlər Nazirliyinin gös­tərişi ilə istintaqın sonuna kimi uzadılması haqqında məlu­mat verilir.

  1. Tiflis quberniyasının müvəqqəti gene­ral-quberna­to­runa ünvanlanıb və 30 aprel 1909-ju il tarixdə Qafqaz jani­şin­liyinin məhkəmə şöbəsinin dəftərxanasına təqdim olu­nub.

Məzmunu: N.Nərimanovun azad olunması haqqında xahiş məktublarını nəzərə alaraq istin­ta­qın işinin sürət­ləndi­rilməsi xahiş olunur.

  1. Məktub. Zadəgan AlekseyAfanasyevij Qurski tərə­findən Qafqaz janişini qraf Şarion İva­noviç Vorontsov-Daş­kova ünvanlanıb. Məktub Ba­kı şəhərindən 28 aprel 1909-ju il tarixində gön­dərilib.

Məzmunu: Artıq 18 ildir N.Nərimanovu şəx­sən tanı­dıgını, onun həyat yolu və fəaliyyəti haq­qında hər şeyi bil­diyini gösitərir. Nərimanovun «qa­ra müsəlman kütləsi» ara­sından çıxdığını, hi­ma­yədarı və maddi imkanı olmadığına görə, artıq yaşlı vaxtında tibb təhsilini başa vurduğunu və qardaşının 8 yetim uşağını böyütdüyünü vurğu­layır. Özü­nün xristian, N.Nərimanovun isə müsəl­man olmasına bax­mayaraq, onun həbsə deyil, candarma və dəstəyə layiq oldu­ğu fikrində oldu­ğu­nu bildirir.

  1. Məxfi sənəddir. 15 may 1909-ju ildə Tiflis Quber­niya­sının Candarm idarəsinin rəisi tərəfindən Tiflis quber­ni­yası və Zaqatala dairəsinin general-qubernatoruna göndə­rilib.

Məzmunu: N.Nərimanovun həbsdən azad edilməsinin mümkünsüz olduğu bildirilir.

  1. Bildiriş. 20 may 1909-ju il tarixində Tiflis

quberniyası və Zaqatala dairəsinin Ali ştabının ge­neral-mayoru və Dəftərxana müdiri tərəfindən im­za­lanıb.

Məzmunu: Yuxarıda göstərilən sənədlərin Qafqaz jani­şinin dəftərxanasına təqdim olunduğu bildirilir.



  1. Məktub Səkinə Zamanova və Mərziyə

Zeynalova tərəfindən 21 may 1909-ju il tarixdə Qafqaz janişininə yazılıb. Məktubun sonunda qeyd olunub ki, Səkinə Zamanova savadsız olduğu üçün onun əvəzinə Qu­lam Vahabov imza atıb. İm­zalar fars dilindədir.

Məzmunu: Qardaşlarının heç bir günahı ol­ma­dığını, onun Tiflis müsəlmanları arasında bö­yük hörməti olduğunu bildirirlər. Xüsusi olaraq, on­ların ailəsinin erməni-müsəl­man qırğını zamanı böyük zərər çəkdiyi və 11 yetim uşağın Nəri­ma­novun himayəsində qaldığı göstərilir. Böyük qar­daş­ları Salman Nərimanovun vəfat etdiyinə görə N.Nərimano­vun həbsinin hər üç ailə üçün bir fəla­kət olduğunu qeyd edir və onun azad olunmasını rija edirlər.



  1. Bildiriş. 18 iyun 1909-ju il tarixdə Tiflis Şəhər Polis idarəsinin ərizəçiyə göndərilməsi üçün təqdim olunur.

Məzmunu: N.Nərimanovun həbsdən azad olunmasının imkansız olduğu bildirilir.

  1. Bildiriş. 26 iyun 1909-ju il tarixində tərtib olun­muş­dur.

Məzmunu: Yuxarıda sadalanan sənədlərin Qafqaz jani­şinin dəftərxanasına təqdim olunduğu bildirilir.

  1. Məktub. 21 iyun 1909-ju il tarixində N.Nərimanov tərəfindən Qafqaz janişininə yazılıb.

Məzmunu: 1909-ju il mart ayının 1-dən həb­sə alındığını və bunun əsassız olduğunu bildirir. Artıq 6 ildir Odessa şə­hərində tibb təhsili aldığını, sonunju təhsilini (1908-ji ilin yayı) heç Bakıda keçirmədiyini qeyd edir. Bakıya noyabrın 15-i im­ta­hanlarını bitirəndən sonra gəldiyini göstərir. 1909-ju il fevral ayında isə Tiflis müsəlmanlarının xahişi ilə həkimlik fəaliyyətinə başlayıb. İlkin ax­ta­rış zamanı evindən qeyri-qanuni heç nəyin tapıl­madığı halda ertəsi gün Can­darm idarəsinə çagrılıb və burada da dərhal həbs olun­duğu­nu bildirir. Nə Tiflis komitəsi, nə də İran inqilabçıları ilə heç bir əlaqəsi olmadığını iddia edir və həbs jəzasının ləğv olunmasını xahiş edir.

  1. Qafqaz janişininə Tiflis sakinləri Səkinə Zamanova və Mərziyə Zeynalova tərəfindən yazıl­mış yeni məktub. Məktub 1 iyul 1909-ju il tarixdə yazılıb. Məktubda onlar yenə də qardaşları N.Nə­ri­manovun azad olunmasını xahiş edirlər.

  2. Sənəd. Məxfidir.

İnfantesiyanın generalı Lvoviç tə­­rə­findən Daxili İşlər Nazirliyinə yazılmış məktubdur. Mək­tub 17-18 iyul 1909-ju il tarixində tərtib olunub.

Məzmunu: N.Nərimanovun İran inqilabının «Müjtə­hid» partiyasının Tiflis komitəsinin üzvü ol­du­ğunun sübut olunduğunu, onun inqilabi fəa­liy­yətinin nəinki İran tələbə­lərinə, həmçinin rus tə­lə­bələrinə də mənfi təsir göstərdiyini nəzərə alıb, Nərimanın Sibirə 5 illik sürgünə göndərilməsi xa­hiş edilir. Nazirdən alınajaq qərar haqqında sərən­jamı gözlədiyini bildirir. Məktubla birgə Nəriman Nərimanovun siyasi fəaliyyəti barədə ittifaqın 130 vərəqlik araşdırmasının da göndərildiyi vurğulanır.



  1. Sənəd tamamilə məxfidir.

Məktub 27-28 iyul 1909-ju il tarixində Tiflis quberna­to­runa ünvanlanıb. N.Nərimanovun sür­gün olunmaması xa­hi­şi ilə bağlı məktubun alındığı bildirilir.

Göstərilən tarixdən N.Nərimanovun saxla­nıl­masının ar­tıq Daxili İşlər Nazirliyinin sərən­jamına verilməsi tələb olu­nur. İmza aydın deyil.



  1. Məktub Daxili İşlər Nazirliyinin Polis departamenti tərəfindən 29 avqust 1909-ju il tari­xində Qafqaz janişininə göndərilib.

Məzmunu: N.Nərimanova 2 il müddətində Qafqaz jani­şinliyi hüdudlarında yaşamaq qadağan olunur. Onun jəza müddətinin 21 avqust 1909-ju il tarixindən hesablanması gös­tərilir.

  1. Məktub 28 sentyabr 1909-ju il tarixdə Tiflis və­tən­da­şı Rizvan Nərimanov tərəfindən Qaf­qaz janişininə ün­van­lanıb.

Məzmunu: N.Nərimanovun sürgün olun­ma­sı haqqında qərarın onları pərişan etdiyini göstərir. Nəriman Nərima­novun xəstə olduğu üçün ona rəhm olunmasını rija edir. Heç olmazsa sürgün ün­vanına özünün getməsinə ijazə veril­məsini xahiş edir. Çünki mərhələli səfər onun səhhətinə olduqja jiddi ziyan vura bilər.

30. Təjili məhkəmə sənədidir. 3 oktyabr 1909-ju il tari­xində Tiflis qubernatoruna ünvan­la­nıb.

Məzmunu: Rizvan Nərimanovun xahişinin haqlı oldu­ğunu və N.Nərimanovun sürgün ün­va­nına öz hesabına get­mək hüququ olduğunu bil­dirir. Bu haqda əlaqədar təşki­lat­ların və xahişçinin məlumatlandırılması xahiş olunur.

İmza aydın deyil.

31.Məktub.

Qafqaz janişininə 30 iyul 1910-ju il tarixində Səkinə Zamanova və Mərziyə Zeynalova tərəfin­dən yazılmış mək­tub­dur.

Məzmunu: Qardaşları N.Nərimanovun sür­gün­dən vax­tın­dan əvvəl azad olunmasını xahiş edir­lər.

32. 7 avqust 1910-ju il tarixində Qafqaz janişinin dəf­tərxanısı tərəfindən Səkinə Zamanova və Mərziyə Zeyna­lovanın məktubuna javabdır.

Məzmunu: N.Nərimanovun sürgün olunma sərənja­mı­nın Daxili İşlər Nazirliyi tərəfindən veril­diyindən, onun son­rakı taleyinin də bu qurumun sə­lahiyyətinə aid olduğu bil­dirilir. Buna görə də bu məktuba javab vermə hüqu­qu­nun olmadığını qeyd edir.

33. Məktub. 7 yanvar 1912-ji il tarixində N.Nə­rimanov tərəfindən Həştərxan şəhərində Qaf­qaz janişininə yazıl­mış­dır.

Məzmunu: Sürgün müddətinin artıq avqust ayının 21-də bitdiyini, buna görə də ona Bakıda yaşamağa ijazə verilmə­sini xahiş edir.

34. Məktub.

21/23 yanvar 1912-ji il tarixində Qafqaz janişinliyinin xüsusi şöbəsi tərəfindən Həştərxan şəhəri polis idarəsinə ünvanlanıb.

Məzmunu: Həştərxan şəhərində yaşayan N.Nə­Rima­no­va, həbs jəzasının bitdiyinə görə, əvvəlki yaşayış yerinə qa­yıt­mağa ijazə verildiyini bildirmək xahiş olunur.

35. Məktub.

21/23 yanvar 1912-ji il tarixində Qafqaz ja­nişinliyinin xüsusi şöbəsi tərəfindən Tiflis quber­natoruna ünvanlanıb.

Məzmunu: N.Nərimanovun inzibati həbs jə­za müd­də­ti­nin bitdiyinə görə ona Qafqaz vila­yə­tinin hüdudlarına qa­yıt­mağa ijazə verildiyi bil­di­rilir.

Dəftərxana müdiri İvoviç və iş ijraçısı Stel­bitskiy tə­rə­fin­dən ünvanlanıb.

36. N.Nərimanov tərəfində yazılıb. 27 iyun 1902-ji il ta­rixinə aiddir. İmzası ilə təsdiqlənib (su­rətidir).

Məzmunu: H.Z.Tağıyevdən ali məktəbdə təhsil almaq üçün maddi yardım aldığını və bu məbləği (2280 manat-5 il ərzində- ilk il 600 manat, sonrakı 3 ildə 360 man) iki il ərzində ödəyəjəyini bildirir.

37. Məktub.

N.Nərimanov tərəfindən H.Z.Tağıyevin kon­to­runa ün­van­lanıb.

Məzmunu: Ona ayrılan aylıq 50 man. Məb­ləğin müəllim Axund molla Yusif Talıbzadə vasitəsilə anasına verilməsini xahiş edir.

Məktub 16 avqust 1903-jü il tarixində yazı­lıb.

38. Məktub.

16 aprel 1913-jü il tarixində Həştərxan şəhə­rindən N.Nə­rimanov tərəfindən H.Z.Tağıyevə gön­­dərilib.

Məzmunu: Bildirir ki, Tağıyevin konto­run­dan aprelin 20-dən etibarən 24620 manat həjmində məbləğin (4 il ərzin­də hər ay 50 man. ödənilib) ödənilməsini xahiş edir. Qeyd edir ki, təhsilini bitirəndən sonra bu məbləği ödəmək üçün aylıq məbləğin miqdarının təyin edilməsi haqqında Tağı­ye­vin özünə mürajiət etmiş, o isə «bu haqda sonra» danış­mış­dır.

Kontorun bu tələbini yerinə yetirə bilməyə­jəyini və ayda 25 manat ödəmək iqtidarında oldu­ğunu bildirir.

39. Azərbayjan İnqilab Komitəsinin sədri Nə­rimanova Bakı uyezdinin tərk-silah komitəsinin sədri Baba Əliyevdən hesabat.

Məzmunu: Bakının 6 kəndinin tərk-silah olun­masını-Maştağa, Buzovna, Mərdəkan, Şüvə­lan, Qala, Türkan və həbs olunanların siyahısını göstərir. Həbs olunanların 1918-ji ildə «günahsız kəndliləri» qırdığını bildirir.

40. N.Nərimanova ünvanlanmış məruzə.

Məzmunu: 1918-ji ilin soyqırımı hadisələri ilə bağlıdır. Əsasən, Lənkəran zonasında baş verən hadisələrin xronoloci ardıjıllığı.

41. Az. SSR Xalq Komissarları Sovetinin sədri N.Nəri­ma­nova Julfa-Bakı dəmiryolunun Nə­zarət komitəsinin səd­ri tərəfindən hesabat.

Məzmunu: Göstərilən marşurut üzrə görülən işlər və və­ziyyət barədə məlumat verir s.v.27.


1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə