Mahatma Qandi Bütün insanlar qardaşdır Bakı 2011




Yüklə 0.93 Mb.
səhifə11/11
tarix24.02.2016
ölçüsü0.93 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

* * *

Sözlük

Atma - ruh, ağıl.
Advaita - İkili olmayan. 788-820-ci illər arasında yaşamış Hindistanlı filosof Şankaracaryanın fəlsəfəsi. Bu fəlsəfi görüşün əsası birliyə dayanmaqdadır. Bu fəlsəfəyə görə, yalnız bir tək mütləq həqiqət var və bütün görüntülər o bir tək mütləq həqiqətin təzahürləridir.
Əşram - Əşram qədim Hindistanda bir növ xanəgah imiş. Eyni dəyərləri paylaşan çevrələr əşramda toplaşar, bəlli əxlaqi nizama uyğun şəkildə ortaqca yaşarmışlar. Qandinin təsis etdiyi Funiks təhsil mərkəzi də əşram qaydalarına uyğun idarə edilirdi. Qandinin ən ünlü əşramı Qoceratda “Sabarmati” çayının sahilində Əhmədabad şəhərində yerləşirdi.
Əşrama - Hind inancına görə hər kəsin ruhu dörd mərhələdən keçər. Bu dörd mərhələnin hər biri bir “əşrama” adlanır. Bu dörd mərhələ bunlardır: 1. Mütaliə və şəxsi intizam. 2. Ailə qurma və dünya işləri ilə məşğuliyyət. 3. Düşünmə, dalğınlıq və dünya təmayüllərindən qopma. 4. imtina və dünyadan tam qopma.
Avatar - İnsan biçimində olan ilahi varlığın surəti.
Upanişad - Əski Hind fəlsəfi terminlərinin bütünüdür. Yüzə qədər kitabdır. Ancaq on kitabın daha əsil və orijinal olduğuna inanılır. Bu kitablarda “veda”ların qutsal öyrətiləri dartışılmaqdadır. Görəv, əxlaq, ölüm və həyat kimi müxtəlif mövzular dərin şəkildə dartışılmaqdadır.
Ahimsa - “Himsa”nın ziddi. Himsa aqressivlik və ahimsa qeyri-aqressivlik anlamındadır.
Bania - Hind toplumu dörd böyük kasta və ya sinifə ayrılır. Hər sinifin də müxtəlif qatları, layları var. Banilar üçüncü sinif olmuş və dükançılıqla məşğul olmuşlar.
Brahmaçarya - Brahmaçarya insanın öz nəfsinə hər yönlü hakim olması və qadınla da, ancaq övlad doğurmaq üçün cinsi ilişkiyə girməsidir.
Brəhmən - Dörd Hind sinifindən birinci sinif. Hindistanda dini işlərdən sorumlu olmuşlar. Bilim və bilgi onların inhisarında olmuşdur.
Boer - Güney Afrikada yerləşən Avropalı mühacir qəbilələr. Boer savaşından sonra İngiltərənin idarəsinə keçdilər.
Bhaquat - Bhaquat Qita Fəlsəfi mövzular içərən əski Hind kitablarından biridir. Tanrının yer üzündə təzahürü olan “Krişna”nın həyatını anlatmaqdadır.

Parsi - Hind atəşpərəstləri bu adla tanınmaqdadırlar.
Purdah - qadınları kişilərdən ayıran örtük.
Tamil - Hind sakinlərindən. Dilləri də tamilcədir.
Telequ - Hind saninləri. Dilləri də telequcadır.
Çapati - Hindistanda hazırlanan bir növ fətir-çörək.
Çarxa - Qandinin düzəltdiyi cəhrə, ipəyirmə vasitəsi. Qandi işsizliyi önləmək üçün bunu düzəldib hind kəndlilərinə önərdi. Qandi özü də bu cəhrə ilə məşğul olurdu.
Xaddar - İpliyi əllə əyrilib toxunan bir tür qumaş. Qandinin təkilfi ilə bu tür qumaşın istifadəsi Hindistanda yayqınlaşdı. Konqrenin də üzvləri bu qumaşdan paltar geydilər. Bütünüylə Hind malı sayılırdı.
Dharma - məzhəb, əxlaq və görəv yasası.
Divan - Hindistanda yarıbağımsız xanlıqların başçıları. Hindistan bağımısız olmadan öncə, İngiltərənin istilasında olmanın dışında 600 böyük-kiçik xanlıqlardan ibarət idi. Bunların hər biri özünü digərindən bağımsız olaraq görərdi. Bu hökumətlərin baş nazirinə “divan” ləqəbi verilmişdi.
Rişi - bilgə, dahi. Əski Hind gələnəyində düşüncə əhli olan insanlar orman­lıqlara gedib orada özlərinə dalar, yalnızca yaşardılar. Bunlara “rişi” deyirdilər. Insanlar onlardan dərs almaq üçün yanlarına gedərdilər. Rişilər açıq havada, böyük ağacların altında dərs keçərdilər.
Zulu - Güney Afrika qəbilələrindən.
Sattya - Həqiqət, doğruluq.
Satyaqraha - Satyaqraha, əslində doğruluğun yanlısı olmaq deməkdir. Ancaq Qandi bu sözü özünəxas biçimdə qeyri-aqressiv dirəniş və savaş yöntəmi kimi seçmişdir.
Satyaqrahi - Satyaqraha savaşçısı.
Sadavrata - Yoxsullara yardım etmə kültürü.
Sadavrati - Yoxsullara yardım edən.

Samskar - Əski zamanların dərinliklərdən qaynaqlanıb hər insana təsir göstərən zavala uğramaz özəlliklər.
Svaraj - istiqlal
Şastra - Hind məzhəbinin qanunları və əmrləri.
Mənu - Əski Hind bilgəsi. Əski Hind yasalarının qurucusu.
Mokşa - dünya bağlarından qopma. Həyatı yeniləmədən, yenidən dünyaya gəlmədən qurtulma. Hind inancına görə, hər fərd öldükdən sonra başqa biçimdə dünyaya gəlmiş olur. Daha öncəki həyatının necəliyinə görə yaxşı ya da pis surət qazanmış olur. Bu həyat təkrarlanması ruhun kamala çatıb Tanrıya varışına qədər davam edər. Ruh öz təkamülünü gerçəkləşdirdikdən sonra artıq yer üzündə həyat bulma sona çatar. Buna mokşa deyilir.
Muni - Ceyn məzhəbinin Hindistanda 25000 illik sabiqəsi var. Ahimsa Ceyn məzhəbinin əsasını təşkil edər. Ceyn məzhəbinin ruhanilərinə muni deyilir. Ceyn məzhəbi Hz. Budda ilə eyni zamanda ortaya çıxmış. Heç bir canlıya zərər verməmək Ceyn məzhəbinin ana dəyəridir.
Mahatma - Böyük ruh. Qandiyə verilən ləqəb. Qandi bütün dünyada bu ləqəblə tanındı.
Veda - Əski Hind məzhəbinin qutsal mətnləri. Vedalar dörd bölümdən oluş­maqdadır. Ən əskisi “Riqveda” adlanır.
Həricən - Tanrının övladı. Qandi bu sözü Hindistanda nəcis olaraq tanınan qəbiləyə ləqəb olaraq taxmışdı. Bu qəbilə tarix boyu çox aşağılandığından və çox əzab çəkdiyindən Qandi onları bu aşağılıq kompleksindən qurtarmaq üçün tanrı övladı ləqəbini onlara vermiş, onlara da bərabər haq tanımışıdır. Nəcislərə üst səviyyədə iş verməzdilər. Tualet təmizləmə kimi aşağı işlərdə çalışdırardılar. Nəcis­lərə toxunmaq da yasaq imiş. Onlarla bir yerdə yemək də yeyilməzmiş.

QANDİNİN DEDİKLƏRİ


  • Bir insan etdiklərinin cəmidir.

  • Birincisi: Sənə fikir vermirlər, sonra sənə əl çalırlar, sonra səninlə savaşırlar, axırda isə sən qalib çıxırsan.

  • Biz danışırıq, eyni vaxtda dinləyirik. Biz dinləyirik, amma bu susmaq üçün deyil.

  • Biz doğrudan da bütün dünyada sülh istəyiriksə, uşaqlardan başlamalıyıq.

  • Bizim ən böyük xəstəliyimiz eqoizmimizdir

  • Cəmiyyət həyatı üçün fərdi azadlıq və müstəqillik şərtdir.

  • Eqoizmin gözü pərdəlidir.

  • Əgər həqiqətən eşidən qulaqlara sahib isək, Tanrı bizə öz dilimizdə səslənər.

  • Ədalətsiz rejimi, ədalətlə yıxın. Alqışlar önünə qansız əllə çıxın.

  • Əməksiz qızıl ilə gümüş - sadəcə daşlardır.

  • Gələcəkdə görmək istədiyimiz dəyişiklər özümüz olmalıyıq.

  • "Gözə göz, dişə diş" düşüncəsi bütün dünyanı kor edəcək.

  • Güc fiziki vəziyyətdən yox, boyun əyməyən iradədən gəlir.

  • Heç kimə çirkli ayaqlarıyla, beynimdə gəzmə fürsəti verməm.

  • Həqiqət, bir daş qədər sərt, bir qönçə qədər də yumşaqdır.

  • İnsanlıqdan daha qüsursuz hansı kitab vardır ki.

  • Məndə yumor duyğusu olmasa, çoxdan intihar edərdim.

  • Nizamlı, təmiz və şərəfli ola bilmək üçün pula ehtiyacımız yoxdur.

  • Öz dilinə nəzarət etmək iqtidarında olmayan adamda doğruçuluq olmaz.

  • Sadə yaşa ki, başqaları da var ola bilsin.

  • Sanitariya siyasi azadlıqdan daha vacibdir.

  • Sevgi insanlığın, şiddət heyvanlığın qanunudur.

  • Səhv etmə imkanı olmasa, azadlığın qiyməti də olmayacaq.

  • Sıxılmış yumruqlarla əl sıxa bilməzsiniz.

  • Yalançı lap axırda özünü aldadır.

  • Zəif insanlar bağışlaya bilməzlər. Bağışlamaq güclülərə xas bir xüsusiyyətdir.



1 Sarvodaya - rifah və sosial güvənlik. Qandinin kitablarından birinin adıdır.

2 Satya - doğruluq və dürüstlük.

3Ahimsa “himsa” sözünün tərsidir. Himsa, yəni şiddət və aqressivlik. Ahimsa, yəni aqressivsizlik, müla­yim­lik və tolerans.

* Mahatma, yəni böyük ruh.

** Mokşa - dünya bağlarından qopma. Həyatı yeniləmədən, yenidən dünyaya gəlmədən qurtulma. Hind inancına görə, hər fərd öldükdən sonra başqa biçimdə dünyaya gəlmiş olur. Daha öncəki həyatının necəliyinə görə yaxşı, ya da pis surət qazanmış olur. Bu həyat təkrarlanması ruhun kamala çatıb Tanrıya varmasına qədər davam edər. Ruh öz tam təkamülünü gerçəkləşdirdikdən sonra artıq yer üzündə həyat bulma sona çatar. Buna mokşa deyilir.

1 Elbay—vali

*** qadınla yalnız çocuq doğurmaq üçün seks yapmaq.

**** Hind inancına görə insanlar müxtəlif təbəqələrə ayrılırlar. Bəzi insanlar bu təbəqələrin dışında yer alır və nəcis sayılırlar. Nəcis sayılanlar tualet təmizləmə kimi aşağı işlərdə çalışmağa məhkumdurlar.

***** Bu zaman Qandinin atası ölmüşdü.

****** Qandinin kiçik adı. “Qandi” onun soyadı, “Mohondas” isə, adı olmuşdur. Mahatma da daha sonra ona verilən ləqəbdir.

* Konqrə Qandinin Natalda hindlilərdən oluşdurduğu təşkilat idi. Bu təşkilat orada yaşayan hindlilərin haqlarını müdafiə edirdi.

* Brahmaçarya insanın öz nəfsinə hər yönlü hakim olması və qadınla da, ancaq övlad doğurmaq üçün cinsi ilişkiyə girməsidir.

1 Satyaqraha, əslində doğruluğun yanlısı olmaq deməkdir. Ancaq Qandi bu sözü özünəxas biçimdə qeyri-aqressiv dirəniş və savaş metodu kimi seçmişdir.

* “Tolstoy” Qandinin Güney Afrikada təsis etdiyi bir mərkəz idi. Orada Qandi və yandaşları Tolstoyun öyrətiləri əsasında əməl etməyə çalışırdılar.

* Funiks Qandinin Güney Afrikada təsis etdiyi bir başqa təhsil mərkəzi idi. Bu mərkəz “əşram” şəklində idi. Əşram əski Hindistanda bir növ xanəgah imiş. Eyni dəyərləri paylaşan çevrələr əşramda toplaşar, bəlli əxlaqi nizama uyqun şəkildə ortaqca yaşarmışlar. Qandinin təsis etdiyi Funiks eyitim mərkəzi də əşram qurallarına uyqun idarə edilirdi. Qandinin ən ünlü əşramı Qoceratda “Sabarmati” çayının sahilində Əhmədabad şəhrində yerləşirdi.

1 Böyük humanist fransız yazarı.

* Əhmədabad Hindistanda Qocerat əyalətinin mərkəzidir və Qandinin “əşram”ı bu şəhərin kənarında idi.

** Himsa, yəni aqressiv və ahimsa, yəni qeyri-aqressiv

* Əmrtiser Hindistanın Pəncab vilayətində sinqlərin yaşadığı şəhərdi. Hindistan milli azadlıq hərəkətində bu şəhərdə önəmli olaylar oldu. İngilis zabitlər xalqı incitmək üçün onları çirkabın içində süründürürdülər.

* Qandi bu sözləri 11 sentyabr 1931-ci ildə gömrük məmuruna demişdi.

* Xristianların təbliğat kitablarından.

** Meno əski Hind tarixinin qanun yazan şəxsiyyətlərindən biri olmuşdur.

*** Ceyn məzhəbinin Hindistanda 2500 illik keçmişi var. Ahimsa Ceyn məzhəbinin əsasını təşkil edər. Ceyn məzhəbinin ruhanilərinə muni deyilir.

**** Dəharma, yəni qutsal görəv və ya qutsal məzhəb.

***** Toro məhəbbət və dostluqdan yana olan Amerikalı filosofdur.

****** Brahmaçarya insanın öz nəfsinə hər yönlü hakim olması və qadınla da, ancaq övlad doğurmaq üçün cinsi əlaqəyə girməsidir.

******* Əşram əski Hindistanda bir növ xanigah imiş. Eyni ideyaları paylaşan çevrələr əşramda toplaşar, bəlli əxlaqi nizama uyqun şəkildə ortaqca yaşarmışlar. Qandinin təsis etdiyi Funiks təhsil mərkəzi də əşram qaydalarına uyğun idarə edilirdi. Qandinin ən ünlü əşramı Qoceratda “Sabarmati” çayının sahilində Əhmədabad şəhrində yerləşirdi.

******* Samskar, daha öncəki həyatlardan qalan güclü təsirlər.

* Söz qonusu 1947-ci ildə Pakistanın Hindistanda ayrılmasıdır.

* Qandi bu cümləni 29 yanvar 1948-ci ildə teror edilişindən təqribən 20 saat öncə demişdir.

* Burada Qandi, Hind məzhəbinin tənasüx və ya təkrar-təkrar dünyaya gəlmə görüşünü savunmaqdadır.

* Ahimsa, yəni aqressivsizlik, mülayimlik və tolerans.

1 Satyaqraha, əslində doğruluğun yanlısı olmaq deməkdir. Ancaq Qandi bu sözü özünəxas biçimdə qeyri-aqressiv dirəniş və savaş yöntəmi kimi seçmişdir.

* Tutum- duyqu, düşüncə və davranış birliyini içərən bir qavramdır. Tutum deyildiyində bu üç qavram bir yerdə nəzərdə tutulur.

* Qandinin öndərliyində Hindistanın istiqlalı üçün başladılan hərəkət idi.

* Satyaqraha, əslində doğruluğun yanlısı olmaq deməkdir. Ancaq Qandi bu sözü özünəxas biçimdə qeyri-aqressiv dirəniş və savaş yöntəmi kimi seçmişdir.

* Əllə ipəyirmə makinalarını Qandi Hind kəndlilərinə önərmişdi.

* Hind istiqlal savaşına öndərlik edən böyük siyasi örgüt idi. Bu gün də Hindistanın ən böyük siyasi partiyasıdır.

* Hz. İsanın öyrətilərindən.

* Ortaq gəlirli böyük ailələr Hindistana xas olan ailə biçimidir.

* Hindistanda 17 rəsmi dil var. G.G

* Brəhmənlərin kontrolunda olan Hind məzhəbinin qanunları.

* Bu qismi Amerikalı jurnalist bir qadına müsahibəsində söyləmişdir.



1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə