M. Fuad Köprülü Azəri Bakı




Yüklə 0.53 Mb.
səhifə1/7
tarix27.02.2016
ölçüsü0.53 Mb.
  1   2   3   4   5   6   7
M.Fuad Köprülü

Azəri

Bakı - «Elm» - 2000

Türk dilindən Azərbaycan dilinə çevirəlnlər:



Buludxan Xəlilov, Mirzə Ənsərli (Ləmbəli).
Redaktor: Buludxan Xəlilov
M.F.Köprülü. Azəri. Bakı, «Elm», 2000, 115 səh.

Əsərdə Azər dilinin təkamülü və inkişafı gös­təril­mişdir. Eyni zamanda Azəri ədəbiyyatının təkamülünə də xüsusi diqqət yetirilmişdir. Azəri ədəbiyyatının İlxanlılar və Cəlayirilər (XIII-XIV əsrlər), Qaraqoyunlu və Ağqo­yun­lular (XV əsr), Səfəvilər (XVI-XVIII əsrlər), Əfşarlar, Zəndlər və Qacarlar (XVIII-XIX əsrlər), yeniləşmə (XIX-XX əsrlər) dövrləri təhlil olunmuşdur.

Bu əsər Azərbaycan xalqının dilinin, ədəbiyyatının, tarixinin öyrənilməsində və ilk mənbələrlə tanışlıqda oxu­culara yaxından kömək edəcəkdir.


Prof. Dr. Fuad Köprülünün həyatı və

elmi fəaliyyəti

(1890- 1966)

Türk dünyasının görkəmli şəxslərindən biri, türk ədəbiy­yatı tarixçisi və siyasət xadimi olan prof. dr. Fuad Köprülü 1890- cı ildə İstanbulda ziyalı ailəsində anadan olmuşdur.

O, ilk və orta təhsilini İstanbulda Ayasofiya Mərkəzi Rüşdiyyə və Mərcan orta məktəblərində aldıq­dan sonra ali təh­sil almaq məqsədi ilə İstanbul Universitetinin hüquq fa­kültəsinə daxil olur. Ancaq ədəbiyyata, tarixə olan marağı ona burada üç ildən artıq (1907- 1909) oxumağa imkan ver­mir. Elə bu səbəbdən də F.Köprülü təhsilini yarımçıq qo­yub Universitetdən çıxır. Artıq sərbəstləşən F.Köprülü müs­təqil ola­raq ədəbiyyat, tarix və fəlsəfə ilə müntəzəm olaraq məş­ğul olmağa başlayır. Bu dövrdə İstanbulda müx­təlif ədəbi cə­miy­yətlər fəaliyyət göstərirdi. Ədəbiyyata marağı onun fəaliy­yət göstərən ədəbi dərnəklərdən biri olan “Fecr- i Ati”yə daxil olmağına səbəb olur. O, bu dövrlərdə şe'rlər yazmağa baş­la­ya­raq onları “Sərvəti Fünun” curnalında çap etdirir. Sonralar bu şe'rləri ”İqdam Qəzeti “nin 1914- cü il 28 iyun tarixli nöm­rəsində də çap olunmuşdur və M.F.Köprülü ədəbi məcli­s­lərdə gedən elmi mübahisələrdə yaxından iştirak etmişdir.

1910- cu ildən sonra üç il İstanbulun müxtəlif dərəcəli mək­təblərində (Mərcan və Qabataş orta məktəbləri, İstanbul və Qalatasaray litseyləri) türk dili və ədəbiyyatından dərs de­miş­dir. O, bu zaman dərs deməklə yanaşı litseylərdə ilk dəfə olaraq ədəbiyyatdan keçilən dərslərin proqramlarını tərtib etmişdir (1910). Bu dövürdə milli ədəbi cərəyana qoşulan F.Köprülü milli ədəbiyyatla əlaqədar olaraq açıqlamalar aparır və əldə etdiyi nəticələrə əsaslanaraq elmi məqalələr yazaraq müxtəlif mətbuat orqanlarında çap etdirir. Ziya Göyalp mil­liyət­çiliyinin fəlsəfi təməllərini qurarkən, Köprülü də milli ədəbiyyatın əsaslarını elmi bir şəkildə ortaya qoymağa çalışır­dı. Z.Göyalp kimi o da, türk tarixinin ilk dövürlərinə qədər enərək, tarix və ədəbiyyat baxımından müxtəlif türk xalqla­rı­nın hamısına aid araşdırmalar aparmağa çalışırdı. O dövrün tarixi və sosial şərtləri, Göyalpın sürəkli təlqinləri, ''İttihad və Tərəqqi'' Cəmiyyətinin müdafiəsi də Köprülünün bu yoldakı çalışmalarına kömək etmiş olurdu. F.Köprülünün türk ədəbiy­yatını müasir və elmi metodlarla incələmək məqsədiylə apa­rdı­ğı mübarizəsi heç də səmərəsiz qalmadı. Onun bu fikirləri ''Bilgi məcmuəsi''ndə 1913- cü ildə I nömrəsində çap olun­muş ''Türk ədəbiyyatı tarixində Üsul'' adlı elmi məqaləsində öz əksini tapdı. O, bu əsərindən başqa, 1913- 14- cü illərdə ''Türk Yurdu'', ''İqdam Qəzeti'', ''Sərvəti Fünun'' kimi mətbuat orqanlarında ''Abdullah Tukayev'', ''Yunus Emre'', ''Ədəbiy­ya­tı­mızda milli hiss'', ''Milli türkülər'', ''Saz şairləri'' (9 məqalə) və ümumiyyətlə, 20- dən çox məqalə çap etdirdi.



1913- cü ildə F.Köprülü artıq vətəninin elm aləmində bir ədəbiyyatçı kimi tanınmağa başladı və elə həmin ildə də İstanbul Universitetinin professorluğuna qəbul edildi. Bundan sonra elmi fəaliyyətlə daha dərindən məşğul olmağa baş­layan alim 1915-1916-cı illərdə ''Milli Tətəbbölər Məcmuə­si''ni (MTM) də çıxarmağa başladı və burada 9 müxtəlif məz­mun­lu elmi məqalə nəşr etdirdi. Bunlardan ''Türk ədəbiy­yatında aşıq tərzinin mənşə və təkamülü haqqında bir təcrübə'' (MTM, 1915, s. 113- 124, 235- 256, 464- 480; II, 1915, s. 308- 326. Bu məqalə seriyası tamamlanmışdır) və ''Türk ədəbiyyatının mənşəyi'' (MTM, II, 1914, s. 5- 78) mə­qa­lə­ləri elmiliyi cəhət­dən daha çox diqqəti cəlb edir. Müəllif bi­rin­ci məqalədə ədə­biyyat məfhumunun çərçivəsini genişlən­di­rərək əsrlərdən bəri ədəbiyyatdan xaricdə qalan aşıq və xalq ədəbiyyatında, heç olmazsa türk xalqının böyük bir züm­rəsinə aid duyğu və dü­şüncələrin ola biləcəyini kəşf etməklə həm bu elmi işin bizim üçün əksik qalan elmi tərəfinə yeni bir ünsür əlavə etmiş, həm də keçmişdəki milli həyat və düşüncə tərzi haqqında mümkün qədər anlayış yarada bilmişdir. İkinci məqalədə isə bu ədəbiyyatı vücuda gətirən xalqın ibtidai döv­r­lərdəki yaşayış, düşüncə və inanışlarına nüfuz edərək bu ədəbiyyatın yaranma və təkamül amillərini meydana çıxarmışdır.

F.Köprülünün ilk beynəlxalq şöhrətini tə'min edən ''Türk ədəbiyyatında ilk mütəsəvviflər'' (1918, 446 s.) adlı əsəri yalnız türk ədəbiyyatını deyil, geniş mə''nada türk ta­rixinin də bir çox məsələlərini əks etdirirdi. F.Köprülü bu əsəri ilə avropalıların Şərq­də indiyə qədər görmədikləri avropayi an­layış və tədqiqat tərzinin Türkiyədə təməlləşməsi qənaəti­nə gəlməkdə idi. Bu səbəbdən də bir çox Avropa şərqşü­nasları əsər və müəllifi haqqında bir çox məqalələr yazdılar. Prof. Y.H.Mordman ''Orientalistişe Literaturzeitunq''da (№3, 1923) bu əsər və müəllifi haqqında belə yazmışdır: ''Yeni Türki­yənin elm və fənn tədqiqatı arasında müəllif Fuad Köp­rülü bir mücahiddir''.

F.Köprülü sonralar ''Türk ədəbiyyatı tarixi'' (1920, 1921 və 1926) əsərini nəşr etdirdi. Əsər qədim dövrlərdən Tey­mura və Adriatik dənizinin sahillərinə qədər bütün türklərin ədə­bi və mədəni fəaliyyətlərini əhatə edir. Bu kitab mütəxəs­sislər üçün nə qədər qiymətlidirsə, türk tarixi və mədəniyyəti ilə yaxından maraqlanan hər kəsin də istifadə etdiyi bir mö­təbər mənbədir. Bu əsərdən başqa, o, bu dövrdə ''Dərgah məcmuəsi'' (DM) və ''Türkologiya Məcmuəsində'' 4 məqalə də çap etdirmişdir. Bu məqalələrin içində ''Ən əski türk azəri şairi Həsənoğlu'' (DM, I, 1921, s. 82- 83) da diqqəti cəlb edir.

F.Köprülü ''Türk ədəbiyyatında ilk mütəsəvviflər'' adlı mühüm əsərini yazarkən qarşılaşdığı və təmasda olduğu dini məsələlərin bir qismini ''Anadoluda İslamiyyət'' (Ədəbiyyat Fakül. Məc. II, 1922, s. 281- 311, 385- 420- 486), ''Bekta­şiliyin mənşəyləri'' və ''Türk Moğol şamanlığının islam təsəv­vüf təriqətləri üzərinə təsiri'' kimi yeni elmi görüşləri ilə mü­səlman olan türklərin milli ruhlarından, əski şaman düşüncə və inanışlarından islamiyyətə nə kimi ünsürlər gətirdiklərini və bunların müxtəlif inkişaflarını araşdırmış və meydana qoy­muş­dur. Bununla o, türk din tarixinin də bir qurucusu olaraq ad qazanmışdır.

Bütün bu elmi xidmətlərinin nəticəsi olaraq ona böyük e'timad göstərildi, yə'ni 1923- cü ildə İstanbul Universitetinin Ədəbiyyat Fakültəsinin dekanı seçildi. 1924- cü ildə onun təşəbbüsü ilə Türkologiya İnstitutu quruldu və 1925- ci ildə isə ''Türkologiya Məcmuəsi'' də nəşr edilməyə başladı. O, uzun müddət həm instituta, həm də bu məcmuəyə rəhbərlik etmişdir. F.Köprülü 1922- 1926- cı illərdə ''Mitteilunqen der Osmanişen Qeşixte'' (MOQ), ''ƏFM'', ''Yeni Məcmuə'' (YM), ''TM” və b. mətbuat orqanlarında 40- a yaxın elmi məqalə çap etdirmişdir. Bunlar arasında Azərbaycanla bağlı məqalələr («Əhməd Salis dövründə İstanbulda bir azəri şairi. Nami»- İqdam Qəzeti, 22 və 29 mart 1922), «Azərbaycan ədəbiy­yatına aid qeydlər Həsənoğlu və Həbibi».- ƏFM. IY. 1925 s. 72- 98» mühüm yer tutur. Alim bu dövürdə məqalələrdən başqa, Azərbaycan ədəbiyyatına dair, xüsusilə Füzuli yaradıcılığına həsr olunmuş “Külliyyatı Füzuli” (İST. 1924, 392 s.) və “Azəri ədəbiyyatına aid tədqiqlər” (Bakı, Azərnəşr, 1926, 56 s.) kimi əsərlərini də çap etdirmişdir. Bunlardan başqa, onun “Türkiyə tarixi” (1923), “Bu günkü ədəbiyyat” (İst. 1924, 329 s.), “Türk din tarixi” (1926, 623 s.) kimi iri həcmli elmi- tədqiqat xarakterli kitabları da nəşr olunmuşdur.

Artıq istər vətənində, istərsə də xarici ölkələrdə bir türkoloq, ədəbiyyat tarixçisi, publisist və tarixçi kimi tanınan F.Köprülü bu dövrlərdə xarici ölkələrdə keçirilmiş elmi məclislərdə Türkiyəni təmsil etmişdir; 1923- cü ildə Parisdə Din Tarixi Konqresi, 1925- ci ildə Rusiyada Rusiya Ea- nın yaranmasının 200 illiyi münasibəti ilə təşkil olunmuş məra­simdə, 1926- cı ildə Bakıda çağırılmış I Ümumittifaq türkoloci qurultayda, 1928- ci ildə Oksfortda şərqşünasların konqre­sin­də, 1929- cu ildə Londonda Dinlər tarixi konqresində və s. Bu elmi məclislərdə iştirak etmiş alim elə o vaxtlarda da dün­yanın bir çox elm mərkəzlərinin fəxri doktorluğuna, üzvlüyünə daxil edilmişdir. Məsələn, SSRİ EA-nın üzvlüyünə (1925), Macarıstan Alimlər Cəmiyyətinə (1926).

F.Köprülü Maarif Nazirliyində 8 ay müşavir (1924) iş­lədi və 1926- 1929- cu illərdə incəsənət Akademiyasında üç il mədəniyyət tarixindən mühazirələr oxudu. 1927- ci ildə Türk Tarix Cəmiyyətinə sədr seçilən alimə 1928- ci ildə Hend­del­berq Universiteti tərəfindən fəxri fəlsəfə doktoru adı verildi.

Görkəmli alim 1927- 1930- cu illərdə daha məhsuldar işlə­yərək «Milli ədəbiyyat cərəyanının ilk mübəşşirləri və Di­va­ni Türki bəsit», «Cövhəri» (1929, 38 s.), «Ərzurumlu Əm­rah» (1929, s.38), «XVI əsrin sonuna qədər türk saz şairləri» (İst. 1930, 70 s.), «Qayıqçı qul Mustafa və gənc Osman hekayəsi» (İst. 1930, 75 s.), «TY», «Həyat Məcmuəsi» (HM), «TM», «ƏFM», «Türk Tarix Cəmiyyəti Məcmuəsi» (TTCM) əsərlərini və bir çox elmi məcmuələrdə 100- dən çox elmi məqalələrini nəşr etdirmişdir.

Onun bu dövrdə yazdığı kitabların və məcmuələrin əsas məzmununu müxtəlif dövrlərdə yaşayıb- yaratmış saz şair­lərinin haqqında toplanmış materiallar təşkil edir.

Bu dövrlərdə Atatürk Türkiyədə milli elmin, maarifin və mə­dəniyyətin inkişafına xüsusi fikir verirdi. Bu səbəbdən də o, bütün məşhur alimlərə hörmətlə yanaşır və həmişə onları tez-tez bir yerə toplayaraq elmi məclislər təşkil edirdi. Atatür­kün ən hörmət etdiyi şəxslərdən biri də prof. F.Köprülü olmuşdur.

1930- 1940- cı illər onun həyatında mühüm dövr olmuş­dur. O, 1931- ci ildə «Türk hüquq və iqtisad tarixi məcmuə­si»- nin (THM) nəşrini təşkil etdi və burada bu mövzulara uyğun apardığı elmi araşdırmalarını çap etdirdi (8 məqalə): «Bizans müəssisələrinin Osmanlı müəssisələrinə tə'siri haq­qında bə'zi mülahizələr».- 1931, s. 165- 313, «Əhməd əl- Əməry». 1931, s. 324- 425 və b. O, 1931- ci ildə «Ədəbiyyat qəzeti»ndə (№2, s.1- 2) «Füzulinin yeni əsərləri» məqaləsini də çap etdirmişdir. F.Köprülü 1930-40- cı illərdə «THİTM», «Azərbaycan Yurd bilgisi» (AYB), «Yeni Türk Məcmuəsi» (YTM), «Ensiklopediede İslam» (Eİ), «Ülgü» kimi elmi mət­buat orqanlarında 60- a yaxın müxtəlif dillərdə [(Azərbay­canla bağlı məqalələri; «Füzulinin yeni əsərləri.- AYB, I, 1932, s. 447- 448, «Dədə Qorqud kitabına aid qeydlər, - I, AYB, 1, 2, 3, 1932, s.16- 21, 84- 91, 273- 292», «Həbibi; Həyatı və əsəri, ƏFM, VIII, 1932, s.88- 133», «Nami», AYB, 11, 1933, s. 301- 307») məqalələr və 6 kitab, kitabça («Əski şairlərimiz» (İst. 1932- 1934), «Türk dili və ədəbiyyatı haq­qında araşdırmalar» (İst. 1934, 310 s., və b.] nəşr etdirmişdir. O, 1933- cü ildə ordinator professor oldu. Bu dövrlərdə F.Köp­rülü İstanbul Universitetində bir neçə dəfə dekan ol­muş­dur. Onun elmdə bu cür məşhurlaşması bir çox elmdən xəbəri olmayan, ancaq elm aləmində mövqe tutmaq istəyən­ləri narahat etməyə başlayırdı. Çünki bu cür şəxslərə qarşı F.Köprülü çox amansız idi. Həmin bu bədxah elm xadimləri 1932- ci ildə Ankarada çağrılmış Türk Tarix Cəmiyyətinin 1-ci qurultayında ona qarşı haqsız hücumlara keçdilər. Ona əsas iradları onun ali təhsilli olmaması idi. Bütün bu haqsız hü­cumlara sinə gərən alimin qiymətini artıq xarici ölkələrin mö'tə­bər elmi mərkəzləri vermişdilər. Artıq o, Hendelberq, Sorbono, Azad Ukrayna, Münxen, Kərəçi və sairə kimi akademiya və universitetlərin fəxri doktoru idi.

1934- cü ildən siyasi həyata atılaraq Qars vilayətindən millət vəkili seçilən həmçinin İstanbul Universitetindəki vəzifə­sini də yerinə yetirərək Ankara Universitetində açılan Dil və Tarix- Coğrafiya fakültəsində orta dövr tarixindən Ankaraya köçürülmüş Siyasi Elmlər Məktəbində də türk müəssisələri tarixindən dərs demişdir (1936- 1941).

Görkəmli alim 1941- ci ildə İslam Ensiklopediya­sının redaksiya hey'ətinə daxil olur və burada ömrünün axırına kimi fəaliyyət göstərir. O, 1941-1950-ci illərdə İslam Ensiklopedi­yasının səhifələrində 60- dan çox elmi məqalə yazıb çap etdirmişdir (Azərbaycana aid məqalələr: «Arslan», I c, səh. 563- 564; «Azəri», c.2, səh.118- 151; «Bakı», c.2, «Füzuli», c.6, səh.686- 699).

F.Köprülü 1943- cü ildən professorluqdan iste'fa ve­rərək təqaüdə çıxır və Universitetlə əlaqəni kəsərək yalnız si­yasətlə məşğul olmağa başlayaraq Cəlal Bayar, Adnan Men­deres və Refik Koraltan ilə birlikdə Demokrat Partiyasının qurulmasında yaxından iştirak edir.

1946- cı il seçkilərində İstanbul millət vəkili seçilən ali­mə bir il sonra Amerika Şərqşünaslar Cəmiyyəti tərəfindən fəx­ri üzvlük nişanı verilir. Demokrat Partiyası iqtidara gəldik­dən sonra 1950- 1956- cı illərdə xarici işlər naziri (2 dəfə bu vəzifəyə seçilir) olur. Onunla digər partiya qurucuları ara­sın­da fikir ayrılığı olduğuna görə 1957- ci ildə Demokrat Parti­yasından iste'fa verir. Elə həmin il onun millət vəkilliyi də sona çatır. Və qəti olaraq siyasətdən uzaqlaşan alim 1959- cu ildə Amerika Tarix Cəmiyyətinin fəxri üzvlüyünə seçilir.

1960- cı il mayın 27- dən sonra siyasi fəaliyyətə yeni­dən başlayan F.Köprülü Yeni Demokrat Partiyasını (1961) qurur. Ancaq, bu partiya öz fəaliyyətində müvəffəqiyyət qa­zana bilmir. Bundan sonra F.Köprülü tamamilə siyasi fəaliy­yətindən əl çəkir (1961). Elə bu dövrlərdə (1964) o, Macarıs­tan EA-sı tərəfindən fəxri üzvlüyə qəbul edilir.

Mə'nalı və uzun ömür sürən alim 1966- cı ildə İstan­bulda vəfat etmişdir.



F.Köprülü türk ədəbiyyat tarixini Osmanlı dövlət sər­həd­lərini aşa bilməyən və bir antologiya olmaq­dan o yana keçməyən «Şüara təzkirələri» anlayışından qurtarmaq məq­sədilə dastanlar dövründən günümüzə qədər uzanıb gələn bir dövrü tədqiq etmişdir. Onun çalışmaları ilə türk ədəbiyyatı tarixi ilk dəfə olaraq Osmanlı ədəbiyyatının hüdudlarını aşırdı. Türk ədəbiyyat tarixinin müxtəlif dövrlərini müxtəlif tarixi metodlarla işləyib hazırlayan ilk şəxs F.Köprülüdür. Şəyyad Həmzə, Əhməd Fakih və b. kimi bir çox türk şair və yazıçı­larının varlığını elm aləminə ilk dəfə olaraq o tanıtdı.

F.Köprülü Qərbi Avropa ölkələrində və eləcə də onlar­dan başqa, şərqşünaslıq sahəsində məşhur olan şəxslərin elmi fəaliyyətlərini, apardığı araşdırmaları dərindən öyrənərək onların buraxdığı səhvləri düzəltməyə çalışmışdır.

O, türk ədəbiyyat tarixi, ədəbi tənqid, şərqşünaslıq, türk mədəniyyəti, türk dili və dini, türk sənəti və musiqisi, türk hüquq və iqtisad tarixi, türk siyasəti tarixi və etnoqrafiya kimi sahələrdəki çalışmaların ən mühümlərini kitab, kitabça və məqalələr şəklində çap etdirməyə müvəffəq olmuşdur.

Ədəbiyyat tarixi F.Köprülüyə görə, ümumiyyətlə, tari­xin (mədəniyyət tarixinin) ən mühüm bir hissəsidir. Ədəbiyyat bir millətin uzun illər boyunca keçirdiyi hiss və fikirlərini yazılı olaraq özündə əks etdirir. Ədəbi çalışmaların varlığı ədəbi əsərlərlə bağlı olduğundan, ədəbiyyat tarixinin hərəkət nöq­təsi də ədəbi əsərlərdir. Ancaq, ədəbi əsər içində yaşadığı xal­qın mə'nəvi tə'siri altında qalan sənətkar tərəfindən mey­dana gətirildiyinə görə, ədəbiyyat tarixi ədəbi əsərlə birgə sənətkarı və mənsub olduğu xalqı da incələmək məcburiy­yətindədir. Ədəbiyyat bir sosial məhsul olmaq baxımından onu meydana gətirən xalqın başqa müəssisələri ilə də ya­xından əlaqəlidir və onlarla bağlıdır. Həqiqətən, millətin coğ­rafi çevrəsi, dini, iqtisadi, əxlaqi, estetik və siyasi həyatıyla ədəbiyyat arasında çox sıx bir ilişgə vardır. Beləliklə, Köprülü sənət əsərinin meydana gəlməsində sosial çevrəyə geniş bir yer ayırır və sənətkarın irq, zaman və çevrə kimi üç ani amilinə üstünlük verir.

Ədəbiyyat tarixçisi mövzusu olan ədəbi çalışmaları öz metodları ilə ələ alıb incələyir, əsər, sənətkar və xalq arasın­dakı əlaqələri ortaya qoyur və ədəbi fəaliyyətlər haqqında bir neçə dəyərli nəticələrə gəlir. Qısası ədəbiyyat tarixçisi ədəbi çalışmalar üzərində incələmə və tənqidlər aparır. Ədəbiyyat tarixçisinin bu vəzifəni yerinə yetirə bilməsi əsər, sənətkar və xalqa aid materialların məzmunu və dəyərli olmasına bağlı olduğu qədər, şəxsən ədəbiyyat tarixçisinin bu çalışmanı an­la­yıb qavramasına diqqət, seçmə və qiymətləndirmə qabiliy­yətlərinə, eyni zamanda inkişaf etmiş metod və üsullara malik olmasına da bağlıdır.



F.Köprülü bütün bu söylədiklərimizi tətbiq edib gerçək­ləş­dirən bir alim olaraq türk ədəbiyyatı tarixinin bir elm sahəsi olaraq təməlini sağlam bir şəkildə araşdırmışdır. Onun «Türk ədəbiyyatı tarixi» (1926) adlı əsəri başlanğıcdan XIV əsrə qədər türk ədəbiyyatının yaranıb inkişaf etməsini geniş və ay­rı­ca formada ələ alır.

Artıq F.Köprülü türk ədəbiyyatının, tarix və mədəniy­yə­tinin xarici alimlərin əsərlərindən öyrənilməsi ən'ənəsinə qəti olaraq son qoymuşdur. O, türk ədəbiyyatı və mədəniyyətini, türk kitabxanalarındakı minlərlə əlyazmaya əsaslanaraq türk ruhu və görüşü ilə incələməyi müdafiə etmiş və müdafiə etdiklərini də müvəffəqiyyətlə mənimsəmişdir.

Buludxan Xəlilov

Mirzə Ənsərli (Ləmbəli)



Prof. M. F.Köprülünün əsərləri
a) kitabları
1. Hayat- ı Fikriye, İstanbul, 1909.

2. Nasreddin Hoca. Manzum hikayeler. İstanbul, 1918.

3. Tevfik Fikret ve Ahlakı. istanbul, 1918.

4. Türk edebiyyatında ilk Mutasavvıflar, istanbul, 1919.

5. Türkiye Tarihi, Kanaat Kütüphanesi, İstanbul, 1923.

6. Bugunkü Edebiyat. İstanbul, 1924.

7. Türk Tarih- i Dinisi. İstanbul, 1925.

8. Türk Edebiyatı Tarihi, İstanbul, 1926.

9. Milli Edebiyat Cereyanının ilk Mübeşşirleri ve Divan- ı Türki- ı Basit, İstanbul, 1928.

10. Kayıqçı Kul Mustafa ve Genc Osman hikayesi, İstanbul, 1930.

11. Türk Dili ve Edebiyatı Hakkında Araşdırmalar, İstanbul, 1934.

12. Eski Şairlerimiz Divan Edebiyatı Antolocisi, İstanbul, 1934.

13.Les Origines de İ'Empire Ottoman, Paris, 1935.

14. İslam Medeniyeti Tarihi. İstanbul, 1940.

15. Türk Saz Şairleri, Antoloci, II ve III. İstanbul, 1940- 1941.

16. Demokrasi Yolunda- On the way to Democracy, The Hauge, 1964.

17. Edebiyat Araşdırmaları, Ankara, 1966.

18. Bizans Müesseselerinin Osmanlı Müesseselerine Tesiri, İstanbul, 1981.

19. İslam ve Türk Hukuk Tarihi Araştırmaları ve Vakif Müessesesi, istanbul, 1983.
b) Əsas məqalələri
- «Türk Edebiyatı Tarihinde» Usul, Bilgi Mecmuası, 1913, s.3- 52.

- «Türk Edebiyatında Aşık Tarzının Menşe ve Tekamülü Haqqında Bir Tecrübe», Milli Tetebbular Mecmuası, I, 1915, s. 5- 46.

- «Türk Edebiyatının Menşei», Milli Tetebbular Mecmuası, II, 1915, s.5- 78.

- «Selcukiler Devrinde Anadoluda Türk Medeniyeti», milli Tetebbular Mecmuası, II, 1916, s.293- 232.

- «Türk Edebiyatının Ermeni Edebiyatı Üzerine Tesiri», Edebiyat Fakultesi Mecmuası, II, 1922, s.1- 50.

- «Anadoluda İslamiyet», Edebiyat Fakultesi Mecmuesı, II, 1922, s. 281- 311.

- «Eski Türklerde Dini- Sihri bir An'ane: Yağmur Tası», Edebiyat Fakultesi Mecmuesı, VI, 1925, s.1- 11.

- «Azeri Edebiyatına ait Notlar: Hasanoğlu ve Habibi». Edebiyat Fakultesi Mecmuesı, VI, 1925, s.68- 77.

- «Meddahlar, Türklerde Halk hikayeciliği tarihine ait bazı notlar», Türkiyat Mecmuası, I, 1925, s.1- 45.

- «Lutfi Paşa», Türkiyat Mecmuası, I, 1925, s.119- 150.

- «Oğuz Etnolocisine ait Tarihi Notlar», Türkiyat Meciuası, I, 1925, s.185- 211.

- «Türk klasik Edebiyatında Nazım Şekilleri» Tuyuğ: Turkiyat Mecmuesı, II, 1928, s. 219- 242.

- «Ahu İşhaq Kazeruni Und İshaqi Derwiche in Anatolien», Der Islam, XIX, 1930- 1931, s.18- 26.

- «Kayıkçı Kul Mustafa ve Genc Osman Hikayesi Hak­kında Yeni Vesikalar», Atsuz Mecmua, I, 1932, s.239- 246.

- «La Litterature1 Turque Othmanlı», Encucloredie de İ'İslam, VI, 1931 (1934), s.988- 1010.

- «Yıldırım Bayezid'in Esareti ve İntiharı Hakkında», Belleten, I, 1937, 591- 603.

- «Orta Zaman Türk Hukuki Müesseseleri: İslam Amme Hukukundan Ayrı bir Türk Amme Hukuku yokmudur?» Belleten, II, 1938, s.39- 721.

- «Mısırda Bektaşilik», Tükriyat Mecmuası, VI, 1939, s.13- 31.

- «Orta Zaman Türk İslam Feodalizmi: Le Feodalireme turc- musulman au Moyen- Ağe», Belleten V, 1941, s.319- 334; 335- 350.

- «Altın Orduya ait Yeni Araştırmalar», Belleten VI, 1941, s.397- 436.

- «XIII asırda Meraqa Rasathanesi Hakkında Bazı Notlar», Belleten, VI, 1942, s.207- 227.

- «Yeni Fariside Türk Unsurları», Türkiyat Mecmuası, 1942, VII- VIII, s.1- 16.

- «Vakif Müessesesinin Hukuki Mahayeti ve Tarihi Tokamülü», Vakuflar Dergisi, II, 1942, s.1- 35.

- «Türk Etnolocisinə ait Tarihi Notlar, Uran Kabilesi», Belleten VII, s.227- 243.

- «Anadolu Selcukluları tarihinin yerli Kaynakları, I. Anis al- Kulub, Kazi Burhaneddin Abu Nasr b. Mes'ud Anevi», Belleten VII, 1943, s.379- 522.

- «Yıldırım Bayezit'in İntiharı Meselesi», Belleten VII/27, 1943, s.591- 599.

- «Osmanlı İmperatorluğunun Etnik Menşei meseleri», Belleten, VII/28, 1943, s.219- 313.

- «Kay Kabilesi Haqqında yeni Notlar», Belleten, VIII/31, 1944, s.421- 452.

- «Türk və Moğol Sülalesinde Hanedan Azasının İdamında Kan Dökme Memnuiyeti», Türk Hukuk Tarihi Dergisi, 1944, s.1- 9.

- «Türk onomastique'i Hakkında», İst. Ünv. Ed. Fak. Tarih Dergisi, 1950, I, PIx- 236.


Prof. Dr. M.Fuad köprülünün əsərləri haqqında biblioqrafiyalar
- Şerif Hulusi Sayman, O.Prof. DR.Fuad Köprülü'nün yazıları için bir biblioqrafiya, 1913- 1914, İstanbul, 1935, 19 s.

- Şerif Hulusi Sayman, O.Prof. DR.Fuad Köprülü'nün yazıları için bir biblioqrafiya, 1912- 1940, İstanbul, 1940, 24 s.

- Sami N. Özerdim, Ord. Prof. Dr.M.Fuad Köprülü biblioqrafiyası, 1908- 1950 // Hasan Eren, Prof. T.Halesi. Türk Dili ve Tarihi Araşdırmalar I, Ankara, 1951, s.159- 248.

- Osman Turan, Fuad Köprülü'nün ilmi nişriyatı // 60 Doğum yılı münasebetilə Köprülü Aarmağanı (Melanges Fuad Köprülü). İstanbul, 1953, s.XXXV- L.


Prof. Dr. M.Fuad Köprülü haqqında yazılmış kitab və məqalələr

a) kitablar
- A.Cerrahoğlu, Tarih anlayışı olmayan Tarihçi, Fuad Köprülü, İstanbul,1964.

- Köprülü'den seçmeler, İstanbul, Kültür yayınları, 1972.

- Mehmet Fuad Köprülü, A Study of his contribution to cul­tural Reform in modern Turkey, Hartford, Conmecticut, 1974.

- George T.Park, The life and writings of Mehmet Fuad Köprülü, The Intellectual and Turkish Cultural Modernization, John Hopkins (USA) Univ.,1975,432 s. (doktorluq işi).

- Halil Vertay, Cumhuriet İdeolocisi ve Fuad Köprülü, İstanbul, 1983, 109 s.

- Dr. Orhan F.Köprülü, Fuad Köprülü, Ankara, 1987, 116 s.


b) məqalələr
- Acaroğlu M.Türker, «Ord. Prof. Dr, M.Fuad Köprülü ve Eserleri», Türk Yurdu, 5/7 (325), 1666, 21.

- Arder Necati, «Ord. Prof. Fuad Köprülünün İlmi Hayat ve Faaliyetindeki Felsefi Cepheye Umumi vir Vakış», Ankara Ünv. Dil ve Tarih- Coğrafa Fakültesi Dergisi, s.XII, №1- 2, Nisan- Hazıran 1954, s.33- 39.

- Alpiskender Ferid, «Fuad Köprülü'nün Siyasi Haşsiyeti»,- Türk Kültürü, Sayı 81, s.653- 655.

- Banarlı, Nihat Sami, Türkiye'de Türkoloci Araş­tırma­ları­nın yorulmak Bilmez Kurucusu, Fuad Köprülü Meydan Gaze­tesi, №77, 5 Temmuz 1966.

- «- - - - - - - - - - - - - - - - - - - » «Avrupalı Alimler ve Fuad Köprülü», Meydan Gazetesi, №82,83,84 Ağustos, 9,16,22, 1966.

- «- - - - - - - - - - - - - - - - - - » «Avrupalı Alimler ve Fuad Köprülü. Akademisiz millet ve Köprülü», Meydan Gazetesi, №87, 13 Eylül 1966.

- «- - - - - - - - - - - - - - - - - - » «Körpülü'nün Hayatından Çizgiler», Bilgi, 20/232, 1966.

- «- - - - - - - - - - - - - - - - - - » «Körpülü'nün Hayatından Çizgiler», Türk Kültürü (Köprülü özel sayısı), №47, Eylül 1966, s.960- 968.

- «- - - - - - - - - - - - - - - - - - » «Köprülü'nün Rubaileri» Türk Kültürü, №59, Eylül 1957, s.837- 843.

- Baştav, «Fuad Köprülü'ye tevcih edilen yeni Şeref Üye­liği Payesi» Türk Kültürü, Sayı 27, Ocak 1965,s.210- 211.

- Bayrı Mehmet Halit, «Meşrutiyet devrinin ilk ilmi müessesesi Türk Tarih Ercümesi pasıl kuruldu? Kimler idare ediyordu? Köprülü'nün Düşünceleri, Neşrettiği Eserler», Türk Dünyası 30- 31 (1952, s.1211- 1216).

- Caferoğlü Ahmet. «Bilinmeyen tarafları ile Fuad Köprülü», Türk Kültürü, sayı 47, Eylül 1966, s.943- 947.

- «- - - - - - - - - - - - - - - - » «Hakiki Köprülü», Türkiyat Mecmüası, XVI, 1968, s.1- 10.

- «Current Bioqraphy, Fuad Köprülü, Vol. 14 (1953), s.327- 328.

- Eraslan, Kemal, «Fuad Köprülü, Edebiyat tarihçiliği ve bir eser», Türk Kültürü (Köprülü özel sayısı), Sayı 47, Eylül 1966, s.991- 994.

- Es Hikmet Feridun, «Sorbon Üniversitesi'ne Türk Bayrağını çekdiren Adam», Yediğün, 5 Aralık, 1939.

- Esmenli Bilday, Fuad Köprülü'nün ardından, Türk Kül­türü (Köprülü Özel sayısı), Sayı 47, Eylül 1966, s.983- 984.

- Etinğü Turqut, Köprülüler turbesinde bir Köprülü daha. Hayah Mecmuası, Sayı 29, 14 Temmuz 1966, s.36- 37.

- Febvre Luclen, Aux Origiens de L'Empire Ottoman, Annales de'Histoire Economique et Sociale, IX. Sayı 43 (1937), s.100- 101.

- Fındıkoğlu Ziyaeddin Fahri, «Alim- i mumtaz», İş ve Düşünce, Sayı 265, 1969, s.43- 44.

- Hartmann Martin, «Die Osmansche Zeifschritt der Na­tionalen Forschungen. Der İslam, c. VII (1917), s.304- 326.

- Huart Clement, Keupruln- Zade Muhammed Fu'ad, Türk edebiyatında que, CCII, Canuary- Makch, 1923, s.146- 150.

- İnalcık Halil. «Türk İlmive M.Fuad köprülü», Türk Kültürü, Sayı 65, Makt 1968, s.289- 29.

- İran, Abdulkadır, «Fuad Köprülü- Yusif Ziya münakaşaları üzerine», Türk Kültürü (Köprülü özel sayısı), Sayı 47. Eylül, 1966, s.973.

- İnan Abdulradır, «Fuad Köprülü ve Sovyet ilimler Aka­demiyası», Türk Kültürü, Sayı 81. Temmuz 1969, s.632- 634.

- İzler Aynur, «Fuad Köprülü»nün ilk yazıları», Türk Kül­tü­rü (Köprülü'nün özel sayısı). Sayı 47, Eylül 1966, s.988- 990.

- Kandemir Feridun, «Fuad Köprülü Yedigün'e anlatıyor», Yedigün, 1 Nisan 1936.

- 1«- - - - - - - - - - - - - - - - », «Bizi Kimler idare ediyor?» Son Saat, Şübat 3, 4, 5, 6, 7 ve 8, 1951.

- Kankılıç Verdi, «Halk Nazaratında Fuad Köprülü», Hüryol, 22 Temmuz 1971.

- Karahan Abdulkadir, «Köprülü und sein werk», Kulcuca Turcica, 2/2 (1965), s.255- 257.

- Karahan Abdulkadir, «Edebiyat tarihçisi olarak. Fuad Köprülü (Ölümünün ilk yıldönümünde), Bilgi, 21/242- 243 (1967), s.17- 18.

- Karahan Abdulkadir, «Köprülü ve Eseri», Türk Kültürü (Köprülü özel sayısı), sayı 47, Eylül 1966, s.933- 935.

- Karahan Abdülkadir, «Edebiyat Tarihçisi olaraq Fuad Köprülü», Türk Kültürü, sayı 57, Temmuz 1967, s.650- 652.

- Karahan Abdulkadir, «Hocamız ve Selifimiz Fuad Köprülü», Güneş dazetesi, 4 Temmuz 1986.

- Kazancıgil Tevfik Remzi, «Fuad Köprülü'ye veda», Türk yurdu, c.5. №7- 325. Temmuz 1966, s.19- 20.

- Köprülü Cemal, «Fuad Köprülünün ilmi şahsiyeti», Türk Kültüründeki Rolu ve bazi hatıralar, Türk Kültürü, Sayı 81, Temmuz 1969, s.635- 652.

- Köprülü Cemal, «Türk Medeniyet Tarihin'in kurucularından Fuad Köprülü», Türk Kültürü, Sayı 177, Temmuz 1977, s.558- 564.

- Köprülü Orhan F., «Prof. Fuad Köprülü'nün not alma sistemi ve kitap telakkisi», Türk Kültürü, Sayı 57, Temmuz 1967, s.641- 643.

- Köprülü Orhan F., «Fuad Köprülü, İlim ve siyaset», Türk Kültürü, Sayı 81, Temmuz 1969, s.628- 631.

- Köprülü Orhan F. Fuad Köprülü- Hayatı ve şahsiyeti // Köprülünün edebi ve fikri makalelerinden seçmeler.- İstanbul, 1972.- s.III- XI.

- Köprülü Orhan F.Fuad Köprülü'nün Hayatı ve şahsiyeti // Osmanlı imperatorluğu'nun Kuruluşu.- Ankara, 1972.- s.V- XVI.

- Köprülü Orhan F. Vefatının 10 yıldönümünde Fuad Köprülü // Türk Kültürü.- ayı 167, Ekim 1976.- s.11- 12.

- Köprülü, Orhan F. Köprülü hakkında ihmal edilmeyecek bir eser // Türk Kültürü.- Sayı 176, Hazıran 1977.- s.49- 52.

- Orhan F. Köprülü. Fuad Köprülü'nün hayatı ve eserleri // Türk Edebiyatı Tarihi. 3 basım.- İstanbul. 1981.- s.XVIII- XXIV.

- Orhan F. Köprülü, Osmanlı İmperatorluğu'nun ku­rulu­şu ve Köprülü // Osmanlı İmperatorluğu'nun kuruluşu.- İstan­bul, Ötüken Nehriyat, 1981.- s.XI- XVI.

- Orhan F.Köprülü. Önsöz // Bizans Müeseselerinin Os­manlı Müeseselerine tesiri.- İstanbul, Ötüken Neşriyat, 1981.

- Orhan F.Köprülü. Önsöz // islam ve Türk Hukuku Tarihi Araşdırmaları ve Vakif Müesesesi.- İstanbul, Ötüken Neşriyat, 1983.

- Orhan F.Köprülü.1 M.Fuad Köprülünün Hayatı, Eserleri, Çalışa sistemi ve başlıca hususiyetleri // Türk Dili.- Sayı 421, Ocak 1987.- 40- 49.

- Kurat Ardes Nimet. Köprülü- zade Mehmet Fuad Vey // Türkiyat Mecmuası.- 1926, c.2.- s.555- 559.

- Mansuroğlu Mecdut. Fuad Köprülü, historien et phillogue turc // Orbis, Bulletin international de Documen­taation Linguistique.- 1954, c III, no 1.- s.336- 342.

- Mordmann C.H. Köprülü- zade Mehemmed Fu'ad, Türk Edebiyatında İlk Mutasavviflar // Orientalistche Literaturezeitugn.- no. 3, March 1923.- s.122- 130.

- Özoran Beria Remzi Fuad Köprülü, Türkoloyi ve Türkçülük // Türk Kültürü (Köprülü Özel sayısı).- Sayı 47, Eulül 1966.- s.985- 987.

- Rossi Ettore. Lo Storico Fuad Köprülü Ministro Değli Esteri di Turchia // Oriente Moderno.- c.XXX, no. 4- 6 (April- Cune 1951).- s.98- 103.

- Taeshner Franz.2 Eine Neue Türkische Publikation Zur Wirtschaftsgschichte // Orientalistische Literature Zeitung.- c.36, no.8- 9. Ağustos- Eylül 1933.- 482- 490.

- Tansel1 Fevziye Abdullah. Memleketimizin acı kaybi, prof. Dr. Fuad Köprülü // Velleten.- c.XXX, nu. 120 (Ekim 1966).- s.621- 636.

- Tansel Ferziye Abdullah. Prof. Dr. Fuad Köprülü'nün şiirleri // Belleten.- c.XXX, nu. 120 (Ekim 1966).- s.637- 640.

- Tansel Ferziye Abdullah. Prof. Dr. Fuad Köprülü hakkında bazi notlar // Türk Kültürü.- sayı 57. Temmuz 1967.- s.644- 649.

- Tansel, Fevziye Abdullah. Prof. Dr. Fuad Köprülü'nün ilk yazısı, Basın hayatının başlanğıcına dair bilgimizi düzelten ve tamamlayan yeni notlar // Velleten.- c.XXXIII, nu. 129 (Ocak 1969).- s.43- 52.

- Tansel Fevziye Abdullah. Fuad Köprülü'nün 1913'de Türk Milliyetçiliği hakkında bazi fikirleri: Türklük- İslamlık // Türk Kulturu.- sayı 81 (Temmuz 1969).- s.621- 627.

-Tansel Fevziye Abdullah. Fuad Köprülünün Türk Oca­k­lıklarla İzmir seyahatı, Temsil, edilen manzum eseri: Türk'in duası // Türk Kültürü.- Sayı 22, Hazıran 1970.- s.516- 531.

- Tansel Fevziye Abdullah. Metleketimizde folklor ilim kolu haqqında yazılan ilk makale: Yeni bir ilim Halkıyat (Folklore) // Kubbealtı Akademi Mecmuası.- Yıy 1. Sayı 3 (1972).- s.20- 26.

- Tansel Fevziye Abdullah. Fuad Köprülü ve Türk Milliyet perverliği // Kibbealtı Akademi Mecmuası.- Yıl 2. Sayı 3 (1973).- s.29- 34.

- Tansel Fevziye Abdullah. Fuad Köprülü'nün Ön­sözü'yle basılan eserler ve imzalar bir Önsöz'ü // Kubbealtı Akademi Mecmuası.- Yil 3. Sayı 3 (1974).- s.47- 56.

- Tansel Fevziye Abdullah. Fuad Köprülü'nün Armağan ettiği ve kendisine Armağan edilen eserler // Kubbealtı Akademisi Mecmuesi.- Yıl 4, Sayı 3 (1975).- s.39- 50.

- Tansel Fevziye Abdullah. Fuad Köprülü'nün yazmayı tasarladığı eserleri ve Anadolu Din tarihine ait tetkikler // Kub­bealtı Akademi Mecmuası.- Yil 5, Sayı 3 (1976).- s.12- 20.

- Tansel F.A. Köprülü'nün La Fontaine'in tercelerinden sadeleştirdiği ilk şiiri // Kubbealtı Akademisi Mecmuası.- Yil 10, Sayı 3 91981).- s.35- 41.

- Tansel F.A. Milli Edebiyatı istiqbalde aramak lazımdır // Kubbealtı Akademi Mecmuası.- Yil. 13, Sayı 4 (1984).- s.55- 67.

- Tansel Tahsin, Fuad Köprülü: İlim Aleminin mumtaz siması // Nayat Tarih Mecmuası.- Sayı 7 (Agustos 1966).- s.56- 58.

- Tansel Osman. Prof. M.Fuad Köprülü // 60 Doğum yılı münasebetiyle Fuad Köprülü Armağanı- Melanges Fuad Köprülü.- İstanbul, 1953.- s.V- XXIII.

- Turan Osman. Türk ilminin abidesi: Prof. Fuad Köprülü // Türk Kültürü (Köprülü özel sayısı).- Sayı 47, Eylül 1966.- s.936- 942.

- Ülkütaşir M.Şarir. Fuad Köprülü ve bazi basin hatıraları // Türk Kültürü (Köprülü özel sayısı).- Sayı 47, Eylül 1966.- s.974- 978.

- Buludxan Xəlilov, Mirzə Ənsərli (Ləmbəli). Prof. Dr. Fuad Köprülünün həyat və elmi fəaliyyəti (1890-1966) // Filologiya məsələlərinə dair tematik toplu. №3, Bakı, 1999, s.3-18.

Buludxan Xəlilov

Mirzə Ənsərli (Ləmbəli)


  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə