Kurs iŞİ MÖvzu: ƏMƏk haqqi sistemləRİ qrup




Yüklə 181.26 Kb.
səhifə2/2
tarix27.02.2016
ölçüsü181.26 Kb.
1   2
§ 3.Azərbaycan Respublikasında əməyin ödənilməsi formalarının normativ

hüquqi təminatı
Digər ölkələrdə olduğu kimi respublikamızda da əmək haqqı və onun ödənilməsi sahəsində münasibətlərin tənzimlənməsi üçün normativ hüquqi baza yaradılmışdır.Bununla əlaqədar münasibətlərin hüquqi tənzimlənməsi baxımından

ən başlıca mənbə kimi respublikanın əsas qanunu hesab olunan konstitusiya çıxış edir.Konstitusiyada bir sıra maddələr vardır ki,onlar bilavasitə əmək və əmək haqqı ilə xarakterizə olunur.Belə ki, konstitusiyamızı 35-ci,36-cı,41-ci maddələrində əmək münasibətləri öz əksini tapır.Konstitusiyamızın 35-ci maddəsi əməyin fərdi və ictimai rifahın əsası olması,hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst sürətdə özünə fəaliyyət növü,peşə,məşğuliyyət və iş yeri seçmək hüququnun olması,hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək,heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququnun olması müəyyən edilir.

Ölkəmizdə konstitusiyadan sonra əmək haqqının ödənilməsi sahəsində yaranan münasibətlərin tənzimlənməsində mənbə kimi Azərbaycan Respublikasının 1999-cu il fevralın 1-də qəbul edilmiş və həmin ilin iyulun 1-də qüvvəyə minmiş,XIII bölmə 48 fəsil və 317 maddədən ibarət olan Əmək Məcəlləsi çıxış edir.Əmək məcəlləsinin 7-ci bölməsi əməyin ödənilməsi ilə əlaqədardır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.Müvafiq Məcəllədə eyni zamanda qeyd edilir ki, əmək haqqı işçiyə görülən işin müqabilində işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, yaxud natura formasında verilən haqdır. Qanunvericilikdə işçilərə pul formasında verilən əmək haqqına aşağıdakı ödəmələr aid edilir:

-aylıq tarif maaşı; - tarif (vəzifə) maaşına əmək şəraiti ilə əlaqədar əlavə oluna ödənclər;

- İşçinin maddi marağının artırılması məqsədilə verilən mükafatlar;-tarif maaşına artımlar(əmsallar); -

İş rejimi və əmək şəraiti ilə bağlı təminat xarakterli ödəmələr; -nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı, müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda ödəmələr; - özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxamayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif maaşı ilə onun maaşı arasındakı fərqin ödənilməsi; - istirahət və bayram günlərində görülən işə görə əmək haqqının ödənilməsi; - iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi;- gece vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi;-boşdayanma vaxtı əməyin ödənilməsi(işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif(vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir);

İşçinin işləmədiyi vaxta görə verilən ödəmələr, yəni:

-əmək, təhsil və yaradıcılq məzuniyyətinə görə ödənilən məbləğlər;

- işçinin işdən çıxarkən istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətinə görə ödənilən pul əvəzi;

- dövlət və ictimai vəzifələrin yerinə yetirilməsi üçün cəlb edilən işçilərin iş vaxtının ödənilməsi;

- qismən ödənişli sosial məzuniyyətdə olan işçilərə ödənilən məbləğ;

- tətillərdə iştirak etmiş işçilərə ödənilən məbləğ(bu vəsaitin əmək haqqı fondundan hesabalandığı halda);

- müayinə, qanvermə və hər dəfə qanvermədən sonra təqdim olunan istirahət günlərinə görə donor işçilərə ödəmə.

Başqa ödəmə növləri:


  • işçinin təqsiri olmadan yararsız(zay) məhsul istehsalına(işin, xidmətin görülməsinə ) görə ödəmə;

  • müəssisələrdə istehsal təcrübəsi keçən ali məktəb tələbələrinin, orta ixtisas və texniki peşə məktəblərinin şagirdlərinin əməyinin ödənilməsi, habelə peşəyönümlü dövründə ümumtəhsil məktəbləri şagirdlərinin əməyinin ödənilməsi;

  • əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi;

  • ştatdankənar işçilər üçün hesablanmış qonorar(mühazirələrin oxunmasına, radio və televiziya ilə çıxışlara, tərcümələrə və.s görə).

Natura formasında verilən əmək haqqına aiddir:

  • işçilərə pulsuz verilmiş(qanunvericiliyə uyğun olaraq) kommunal xidmətlərinin, qidalanmanın, ərzaqların dəyəri;

  • işçilərə pulsuz verilmiş mənzilin ödənilməsi üzrə xərclər(pulsuz verilən mənzil, kommunal xidmətləri və i.a. üçün pul kompensasiyasının məbləği);

  • işçilərə pulsuz verilmiş əşyaların(formalı paltarlar, geyimlər daxil edilməklə) şəxsi daimi istifadədə qalan, yaxud aşağı salınmış qiymətlərlə onların satışı ilə əlaqədar güzəşt məbləği;

  • maddi yardım, o cümlədən kooperativ mənzil tikintisi üçün ilkin üzvlük haqqının ödənilməsi üçün, kooperativ və fərdi mənzil (ev ) tikintisinə verilmiş kreditin qismən ödənilməsi üçün göstərilən maddi yardım;

  • müəssisələrin vəsaiti hesabına işçilərə və onların müalicə, istirahət, ekskursiya və səyahət üçün verilən putyovkaların ödənilməsi;

  • mənzil şəraitini yaxşılaşdırmaq, özü üçün təsərrüfat yaratmaq məqsədilə müəssisələrin işçilərinə verilən(faiz də daxil edilməklə ) ssudaların(borcların) ödənilməsi üzrə məsrəflər;

  • işçilərə tibbi yardım göstərmək üçün poliklinika xidmətlərinin ödənilməsi üçün xərclər, müəssisələrin vəsaiti hesabına məktəbəqədər müəssisələrdə uşaqların saxlanması üçün ödəmələr;

  • ümumi istifadə olunan nəqliyyat, xüsusi marşurutlarda, idarə nəqliyyatı ilə iş yerinə gedişin ödəmələri;

  • öz işçilərinin xeyrinə müəssisələr tərəfindən şəxsi və əmlak sığortası üzrə müəssisələr tərəfindən ödənilən sığorta haqqı;

sair güzəştlərin(klublarda məşğələlərin, qəzetlərə və jurnallara abunələrin, protezləmələrin və.s) ödəmələri.

Əmək sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsində əsas qanunvericilik bazasından biri hesab edilən Azərbaycan Respuplikasının Əmək Məcəlləsində eyni zamanda əmək haqqına edilən əlavə və mükafatların məbləği də öz əksini tapmışdır. Əmək haqqına edilən əlavələr və mükafatların məbləği dedikdə istehsalat nəticələrinə görə mükafatlar:



  • xüsusi təyinatlı vəsaitlər və məqsədli daxilolmalar hesabına ödənilən mükafatlar;

  • ilkin işin yekunlarına görə mükafatlar;

  • tarif(vəzifə) maaşına artımlar(peşəkarlığa, əməkdə yüksək nailiyyətlərə və.s görə);

  • uzunmüddətli işə(faiz artımları), iş stajına(bu həmin müəssisədə ixtisası üzrə iş stajına) görə artımlar;

  • iş rejimi və əmək şəraiti ilə bağlı təminat xarakterli ödəmələr başa düşülür.

Əmək haqqının pul formasında verilməsi dedikdə bütün işəgötürənlərin işçilərə əmək haqqının ödənilməsini manatla, yaxud xarici valyuta şəklində olduqda isə xarici valyutanın manata olan ekvivalenti ilə aparılması başa düşülməlidir.

Əmək haqqı iqtisadi kateqoriya kimi hər bir işçinin əməyinin keyfiyyət və kəmiyyətdən asılı olaraq işəgötürənlərin işçiyə pul və ya natura formasında ödədiyi ödəncdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsində əmək haqqının minimum məbləği adlı müddəa öz əksini tapmışdır. Bu müddəa eyni zamanda konstitusyon müddəa kimi də xarakterizə olunur. Həmin maddəyə görə işçinin heç bir ayrı- seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdir-

diyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Minimum əmək haqqı iqtisadi sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəy-

yən edən sosial normativdir. Qeyd edək ki aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir. Minimum əmək haqqının müəyyən edilməsində əsas məqsəd haqqı ödənilən işlərdə çalışan şəxslərə minimum əmək haqqının mümkün səviyyəsinə aid zəruri soial müdafiə-

nin təmin edilməsidir.

Dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqından artıq məbləğ qanun vericiliklə nəzərdə tutlmuş hallarda bu və ya digər müəssisə və ya təşkilatın maliyyə vəziyyəti nəzrə alınmaqla işçilərlə ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsində, kollektiv müqavilədə və ya imzalanmış sazişlərdə öz əksini tapa bilər.

Minimum əmək haqqı məbləğinin təyin edilmədində Beynəlxalq Əmək Təşkilatının 1970-ci il 131 nömrəli “Minimum əmək haqqının müəyyən edilməsi haqqında” Konvensiyası qəbul edilmişdir. Bu konvensiya Azərbaycan Respublikası tərəfindən də ratifikasiya olunmuşdur. Ona görə də qeyd olunan sənədləri ratifikasiya etmiş hər bir üzv dövlət muzdlu işləyən bütün işçiləri əhatə edərək, onların qanunla müəyyən olunan minimum əmək haqqından az olmayaraq əmək haqqı almaq hüququ prinsipinə əməl olunması öhdəliyini öz üzərinə götürür.

Əmək haqqının ödənilməsinin minimum həcmini müəyyənləşdirməklə Azərbay-

can dövləti eyni zamanda “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəl-

xalq pakta uyğun olaraq üzərinə götürmüş olduğu, hər bir işçiyə layiqli həyat səviyyəsi təmin etmək öhdəliyinin yerinə yetirilməsinə təminat verir.

Qeyd etmək lazımdır ki minimum əmək haqqı əhalinin həyat səviyyəsini təyin edən əsas göstəricilərin minimal standartların, minimum istehlak xərclərinin müəyyən edilməsində mühüm rol oynayır.

Beləliklə bütün bu dediklərimizdən belə bir nəticəyə gəlmək olar ki respublikamız müstəqillik əldə etdikdən sonra əmək haqqı və onun ödənilməsi sahəsində yarnan münasibətlərin normativ-hüquqi təminatını Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyası, Azərbaycan Respubliksanın 1999-cu il 1 iyulda qüvvəyə minmiş Əmək Məcəlləsi, Azərbay-

can Respublikasnın tərəfdar çıxdığı beynəlxalq konvensiyalar və qanun qüvvəli digər normativ hüquqi aklar yəni Azərbaycan Respublikası Prezidentinin fərmanları, Nazirlər Kabinetinin qərarları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmrləri, təlimatları, tövsiyələri və qanunvericilikə nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən lokal normativ aktlar təşkil edir.

§4.Əmək haqqı sistemlərinin təkmilləşdirilməsi istiqamətləri
Bazar iqtisadiyyatına keçid şəraitində dövlətin qarşısında dayanan əsas proritet məsələlərdən biri kimi əmək haqqı və onunla bağlı münasibətlərin nizama salınma-

sı olmuşdur. Çünki müvafiq kateqoriya ölkə əhalisinin sosial-iqtisadi rifahını müəyyən etməklə yanaşı, eyni zamanda ölkənin əsas maliyyə planı sayılan döv-

lət büdcəsinin gəlirlərinin təmin edilməsi vasitələrindən biri kimi çıxış edir. Respublikamızda əmək haqqının təkmilləşdirilməsi istiqamətində atılan ilk addım müvafiq kateqoriyanın iqtisadi kateqoriya olmaqla yanaşı hüquqi məfhum kimi də təsbit olunmasıdır. Belə ki müstəqil dövlətimizin ilk referendumla qəbul olunmuş qanunu hesab olunan Konstitusiyasında əmək haqqı və bununla əlaqədar münasi-

bətlər öz təsbitini tapmışdır. Konstitusiyanın müddəaları əsasında respublikamızın qanunvericilik bazasının tərkib hissəsinə daxil olan digər normativ hüquqi aktlarda da əmək haqqı və onun ödənilməsi ilə bağlı münasibətlər öz hüquqi təsbitini tapmışdır.

Qeyd etmək lazımdır ki dövlət tərəfindən əmək haqqı və onun ödənilməsi sahəsində təkmilləşdirmə istiqamətlərindən biri kimi işçilərin əmək hüquqlarının müdafiəsi məqsədilə onlar üçün minimum əmək haqqı məbləğinin müəyyən edilməsidir. Dövlət bu sahədə maliyyə məbləği təyin edərkən hər bir fiziki şəxs üçün minimum fizioloji tələbatları ödəməyə xidmət edən rəqəm müəyyənləşdir-

məlidir. Lakin Azərbaycan reallığında bu məbləğ qeyd olunan xüsusiyyət nöqteyi-

nəzərindən özünü doğrultmur. Belə ki Azərbaycan Respublikası Prezidentinin “Minimum əmək haqqı məbləğinin artırılması haqqında” 2010 –cu il fərmanına əsasən Respublikamızda minimum əmək haqqı məbləği müvafiq tarixdən etibarən 85 manat təyin edilmişdir. Bu məbləğ isə bu və ya digər fiziki şəxsin aylıq minimum fizioloji tələbatını ödəmə baxımından olduqca aşağıdır. İnkişaf etmiş ölkələrin təcrübəsində isə bu məbləğ Azərbaycan reallığından qat- qat yüksəkdir. Zənnimcə bu məbləğin artırılması respublikamız üçün sosial-iqtisadi rifahın yüksəldilməsi vasitələrindən biri kimi çıxış edə bilər. Belə ki müvafiq kateqoriya işçilər üçün bu maddi stimullaşdırma tədbiri onların gündəlik əmək funksiyalarını bərpa etmə ba-xımından böyük əhəmiyyət kəsb edir. Çünki minimum əmək haqqı nə qədər yüksək olarsa işçi bir o qədər də sərf etdiyi enerjini ərzaq və qida məhsulları əldə etməklə tez bir zamanda bərpa edir. Bu baxımdan respublikamız minimum əmək haqqı məbləğinin təkmilləşdirilməsi istiqamətində xarici ölkələrin təcrübəsinə nə-zər salmaqla bu məbləğə insanın gündəlik yaşaması üçün zəruri olan istehlak normalarını daxil etməlidir.

Respublikmızda əmək haqqı və onun ödənilməsi sahəsində təkmilləşdirmə tədbirləri kimi Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Nazirlər Kabinetinin bu sahədə qəbul etdiyi normativ xarakterli aktlar və bu normativ xarakterli aktlara uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmrləri, tövsiyələri və təlimatları xüsusilə qeyd olunmalıdır. Bu normativ xarakterli aktlar sırasında “Azərbaycan Respublikasın-da ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında “ “Xalq təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstərən işçilərin əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərən-camlarını , “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənc-lərin müəyyən edilməsi barədə”, “Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcü-məçilərə ödənilməli olan məbləğin miqdarı və verilməsi qaydasının təsdiq edilməsi haqqında” , “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarlarını göstərmək olar. Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 2000-ci il 15 iyun tarixli, 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə” Siyahıya əsasən orta əmək haqqı hesablanarkən nəzərə alınan ödənclər sisteminə aşağıdakılar şamil olunur:

-faktiki işlənmiş vaxt üzrə tarif (vəzifə) maaşı;

-müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatların məbləği;

- kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr(zərərli əmək şə-raitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin(vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə fəxri ada görə və.s;

- uşağın yedizdirilməsi üçün ayrılmış fasilələrin ödənilməsi;

- iqlim şəraitinə görə əmsallar üzrə əlavə ödənişlər;

- qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan ədəbi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlar, daimi xarakterli daşıyan müəlliflik, artist qonorarları və quruluş haqqı;

- işçinin təqsiri olmadan zay(yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələr;

- əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət;

- qanunvericilikdə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi(peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda;

- məcburi işburaxma dövrünün ödənilməsi;

- əmək,təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı.

Müvafiq qərara görə əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənclər:



  • birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri;

  • işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödəmələr;

  • iş vaxtından artıq iş saatlarının ödənilməsi;

  • istirahət, bayram və ümumxalq hüzn günlərində işə görə ödəmələr;

  • əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortizasiyasına görə ödə-mələr;

  • maddi yardım şəklində verilən müxtəlif növlü ödənişlər;

  • ezamiyyətlə bağlı verilən ödəmələr,çöl xərcləri,daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə müvəqqəti əvəzetməyə görə ödəmə;

  • ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərinin, yanaca-ğın, nəqliyyatda gediş biletlərinin dəyəri və ya onların kompensasiyası;

  • işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə-profilak-tika qidalarının dəyəri;

  • qanunvericilklə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri(pulsuz kollektiv yeməklər, müəssisənin mənfəətinin hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər);

  • sanatoriya- kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;

  • başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üzrə xərclərin ödənilməsi;

  • istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş işçilərə müəssisə və təşkilatlar tərəfindən ödənilən təqaüdlər;

  • yarış və müsabiqə qaliblərinə verilən pul mükafatları;

  • gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsili müəssisəni qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələrin, idarələrin və təşkilatların hesabına ödənilən müavinətlər;

  • mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələr.

Respublikamızda əmək haqqı və onun ödənilməsi sahəsində həyata keçirilən mütərəqqi addımlardan biri kimi əməyin ödənilməsinin nağdsız qaydada kart sistemi vasitəsilə həyata keçirilməsini göstərmək olar.

Bütün bunlarla yanaşı əmək haqqı və onun ödənilməsi sahəsində təkmilləşdirməyə ehtiyac duyan istiqamətlərdən biri kimi əmək haqqı və vergi mexanizmi arasındakı əlaqələrin düzgün müəyyənləşdirilməsidir. Belə ki Azərbaycan Respublikasının Vergi Qanunvericili-yinə əsasən fiziki şəxslərin aylıq əmək haqqısından dövlət büdcəsinin gəlirlərini tə-min edən istiqamətlərdən biri kimi gəlir vergisi tutulur. Burada tənzimləməyə ehtiyac duyulan məsələ bir sıra müəssisələrin öz işçiləri üçün aşağı əmək haqqı məbləği təyin etməsidir ki burada müəssisələrin əsas məqsədi vergi öhdəliyini yeri-nə yetirməkdən boyun qaçırmaqdır. Belə ki bir sıra müəssisələr müxtəlif əmək haqqı məbləğləri üçün vergi dərəcələrinin yüksək olması ilə əlaqədar olaraq öz işçiləri ilə razılaşaraq onlara aşağı əmək haqqı məbləği təyin edir. Lakin bu üsul dövlət büdcəsinin gəlirliyinin azaldılması ilə yanaşı müvafiq işçilər üçün gələcəkdə onların sosial müdafiəsi sahəsində müəyyən əngəllər törədir. İqtisadi ədəbiyyatlar-da bir sıra müəssisələrin öz işçilərinə bu yolla aşağı əmək haqqı məbləğini təyin et-məsini “ikili muhasibatlıq” da adlandırırlar. Lakin istənilən halda bu müəssisələr üçün qeyri-leqal fəaliyyət hesab olunur. Vergi orqanları tərəfindən müəssisələrdə bu hal aşkarlanarsa onlara qarşı çox ciddi maliyyə sanksiyaları tətbiq oluna bilər.



Nəticə

Bilirik ki,hər bir iqtisadi anlayış digər iqtisadi anlayışlarla əlaqəli şəkildə öyrənilməlidir. Əmək haqqı termini müxtəlif tərəflərdən izah olunur. Bütün izahlarda ümumi cəhət budur ki, ″əmək haqqı müqavilə əsasında işçiyə onun sərf etdiyi əməyə görə ödənilən pul məbləğidir. Əmək haqqı hər bir işçinin gördüyü işin keyfiyyət və kəmiyyətinə görə təyin edilir. Əmək haqqının müxtəlifliyi işin çətinlik dərəcəsi, mahiyyəti və nəticəsinə görə dəyişir. İnsanın özünə peşə seçməsi və ya işə girməsinin əsas səbəblərindən biri, sözsüz ki, əmək haqqıdır.

Adətən əmək haqqı pulla ifadə olunur. Lakin pul ekvivalenti əmək haqqının yeganə ifadəsi deyil. Bir çox hallarda real əmək haqqı da nəzərdən keçirilir. Real əmək haqqı nominal əmək haqqı hesabına əldə edilə bilən mal və xidmətlərin miqdarıdır, beləliklə, o, nominal əmək haqqının ″alıcılıq qabiliyyəti″ deməkdir. Nominal əmək haqqından fərqli olaraq real əmək haqqı alınan mal və xidmətlərin qiymətindən də asılıdır.

Əmək haqqı işçinin hər hansı müəssisədə əldə etdiyi yeganə gəliri deyil. Onun yalnız bir hissəsidir (adətən böyük hissəsidir). Həmin müəssisədə işçinin əldə etdiyi gəlirə müxtəlif mükafatlar, məzuniyyətlərin və xəstəlik vərəqələrinin ödənilməsi, sağlamlığın və həyatın sığorta etdirilməsi, eləcə də pensiya təminatı kimi gəlirlər də daxildir.

Əməyin ödənilməsi sisteminə gəldikdə isə respublikamızın timsalında əmək haqqı əsasən əməyin ölçüsü kimi nəyin götürülməsindən asılı olaraq 2 formada xarakte-

rizə olunur: 1)Vaxtamuzd əmək haqqı sistemi; 2) İşəmuzd əmək haqqı sistemi.

Vaxtamuzd, yaxud da işəmuzd əmək haqqından hansına üs­tün­lük verilməsi konkret şəraitdən asılıdır. Müasir dövrdə vaxtamuzd əmək haqqı formasına üstünlük verilməsi meylləri müşahidə olunur. Bu, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, ETT-nin nailiyyətlərindən geniş istifadə edilməsi ilə əlaqədardır.

Lakin əmək haqqının forma və sistemləri dəyişməz deyildir. Istehsalın xarakterindən, ETT-nin əhatə dairəsindən və digər amillərdən asılı olaraq, onun yeni-yeni, həm də mütərəqqi forma və sistemləri meydana gəlib inkişaf edə bilər və bu təcrubədən istifadə etmək lazım­dır. Çünki inkişaf etmiş bazar iqtisadiyyatına malik olan ölkələrdə əmək haqqı demək olar ki, bazar qanunları və şəraitinə uyğun gəlir, mü­əs­sisənin istehsal fəaliyyətinin son nəticələrindən asılı olur. Odur ki, əmək haqqının müasir sistemlərində qiymətlə bağlı olmayan, lakin kəs­kin­ləşən rəqabətdən irəli gələn bir çox amillər nəzərdə tutulur. Məsələn, inkişaf etmiş ölkələrdə yüksək keyfiyyətli məhsul istehsalı, xammal və material­lara qənaət edilməsi, işçinin vicdanlı işi, səriştəliliyi, bacarığı və s. üçün üstəlik haqq verilməsini nəzərdə tutan mükafatlan­dırma sistemi geniş yayılmışdır.

Inkişaf etmiş ölkələrin tarif sistemi sahəsində təcrübələri də diqqətəlayiqdir. Başqa sözlə, bazar iqtisadiyyatının inkişaf etdiyi ölkə­lərin demək olar ki, hamısında tarif sistemindən müvəffəqiyyətlə isti­fa­də olunur. Bu təcrübənin qısa məzmunu belədir:

1) Tənzimlənmənin üç pilləli mexanizmi – əmək bazarı, dövlətin müdaxiləsi və kollektiv müqa­vilələr – fomalaşdırılır;

2) Elmi-texniki tərəqqinin təzahürlərindən biri olan əməyin nəticələrinin kəmiyyətinə görə ənənəvi ödə-mə sistemindən, hər şeydən əvvəl götürə sistemdən imtina edilir;

3) Öz ixti­sasını yük­səl­dən, bir neçə peşəyə yiyələnən və müxtəlif vəzifələri yerinə yetirən işçi­lərdə maraq yaradılır;

4) Müəssisə və təşkilatların fəaliy­yət­lərinin nəticələrinə görə maddi stimullaşdırmanın kollektiv formaları geniş yayılır.

Beləliklə respublikamız bu təcrübələrdən yararlanaraq əməyin ödənilməsi sistemlərində müəyyən kəmiyyət və keyfiyyət dəyişiklikləri həyata keçirməlidir.



İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYATLAR

1.Azərbaycan Respublikasının Konstitusiyası.Qanun-2004

2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi.Bakı:2007

3.Qasımov.A,İsmayılov.İ. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Kommentariyası.Bakı:2009

4.Qasımov.A.Azərbaycan Respublikasının Əmək Qanunverciliyi.Normativ Hüquqi Aktlar Toplusu.Bakı:2006

5.Meybullayev.M.X.Babayev.Ə.P.İqtisadi Nəzəriyyə.Bakı:2001

6.Quliyev.T.Ə.Əməyin İqtisadiyyatı.Bakı:2003

7.Rzayev.Q.R.Mühasibat Uçotu və Audit.Bakı:2008

8.Məmmədova.Ş.A.Qasımov.A.M.Cəfərov.Z.İ.Əfəndiyev.Ə.İ.Azərbaycan Respublikasında Əmək Haqqınin Hüquqi Tənzimlənməsi.Bakı:2007

9.”Gecə vaxtı yerinə yetirilən iş,habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə”AR Nazirlər Kabinetinin 2001-ci 16 mart tarixli 66 nömrəli qərarı

10.”Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə”AR Nazirlər Kabinetinin 2000-ci 15 iyul tarixli 126 nömrəli qərarı

11.”Azərbaycan Respublikasında Ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında“AR Prezidentinin 2005-ci 24 noyabr tarixli sərəncamı

İnternet resursları:

1.WwW.Google.Az

2.WwW.E-Qanun.Az

3.WwW.Kitab.Az



4.WwW. Economy.Gov.Az
1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə