Kerim xan Zendin hakimiyyete gelmesi,daxili və xarici siyasəti




Yüklə 82.77 Kb.
tarix18.04.2016
ölçüsü82.77 Kb.
Kurs işi

“Kerim xan Zendin hakimiyyete gelmesi,daxili və xarici siyasəti”

Fakultə: TARİX

Qrup: 1026

Soyad: Qurbanov

Ad: Elvin

BAKI-2010

Plan:

Giriş.

I fəsil.

Kərim xan Zəndin hakimiyyətə gəlməsi və daxili siyasəti.

II fəsil.

Kərim xan Zəndin xarici siyasəti.

Nəticə.

Giriş


Səfəvi dövləti Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutur. 200 ildən çox bir tarixi dövr ərzində təkcə Azərbaycanı və qonşu ölkələri deyil, Yaxın və Orta Şərqin çox geniş ərazilərini idarə edən Azərbaycan Səfəvilər sülaləsi türk dövlətçiliyinin tarixinə parlaq səhifələr həkk etmişdir. Digər böyük türk imperiyaları kimi Səfəvi dövləti də uzun müddət onun hakimiyyəti altında yaşamış xalqlara əmin-amanlıq gətirmiş, təkcə Azərbaycan türklərinin deyil, bu dövlətin tərkibinə daxil olan başqa xalqların, o cümlədən İran xalqlarının maddi və mənəvi mədəniyyətinin qorunub saxlanmasında, daha da tərəqqi etməsində olduqca mühüm rol oynamışdır.

Bildiyimiz kimi Nadirin şah elan olunmasından sonra faktiki olaraq Səfəvi sülaləsinin varlığına son qoyuldu. Nadirin ölümündən sonra isə İranda hakimiyyət uğrunda gedən mübarizə daha da kəskin xarakter aldı. Bu mübarizədə iştirak edən tərəflərdən biri Kərim xan Zənd idi. XVIII əsrin ikinci yarısında Kərim xan Zəndin İranda həkimiyyəti ələ almaq uğrunda apardığı mübarizə xüsusi qeyd edilməlidir.

Qeyd edək ki, mövzu ilə bağlı çox məhdud dərəcədə ədəbiyyat mövcuddur. Bu isə Kərim xan Zəndin hakimiyyətə gəlməsi və onun yeritdiyi siyasətin araşdırılmasında xüsusi çətinlik yaradır. Bununla belə, mövzu üzrə bir sıra ədəbiyyatlardan istifadə etmişik. Bunlardan biri Строева Л. В. Керим-хан Зенд и ханы. // Иран: история и современность. М., Наука, 1983. Kitabıdır. Burada Kərim xan Zəndin XVIII əsrin ikinci yarısından etibarən apardığı mübarizə, Əli Mərdan xan, Məhəmməd Həsən xanla olan toqquşmalar xüsusi qeyd olunur. Azərbaycan dilində yeganə sayıla biləcək Gülxanım Qarayevanın “Yaxın və Orta Şərq ölkələrinin yeni tarixi(1642-1870)” kitabını xüsusi qeyd etmək lazımdır.

Kərim xan Zəndin xarici siyasətinin öyrənilməsində, o cümlədən, İngiltərənin Ost-Hind şirkəti ilə Yaxın və Orta şərqdə, Hindistanda nüfuz uğrunda gedən mübarizənin öyrənilməsində ingilis səyyahlarının əsərləri qeyd olunmalıdır. Buraya Bell Johnun “A journey from St.-Peterburg in Russia to İspahan in Persia üith an Embassy from his imperial Majesty Peter the First” vol.. London -1764, Busse H. “History of Persia under Qajar rule” London-1972 kimi kitabları daxil etmək olar.

I fəsil

Kərim xan Zəndin hakimiyyətə gəlməsi və daxili siyasəti.



Nadir şah öldürüldükdən sonra İranda formalaşdırılmış rejimin güclü sosial-iqtisadi və siyasi əsasları olmadığından sürətlə dağılmağa başladı. Bu prosesin sürətlənməsinə səbəb isə əsasən ölkədəki iri feodalların bir-birinə qarşı, eləcə də hakimiyyət uğrunda apardığı müharibələr idi. Bu müharibələr isə ilk növbədə Xorasanda başladı. İstər hakimiyyət, istərsə də Nadirin qoyub getmiş olduğu var-dövlət və sərvətə sahib olmaq uğrunda faktiki olaraq, hamı-hamıya qarşı mübarizə aparırdı. Belə bir vəziyyətdə Nadir şahın ordusundakı əfqan əsgərlərinin sərkərdəsi Əhməd xan qarışıqlıqdan istifadə edərək, onun toplarının və sərvətinin bir hissəsini ələ keçirərək Əfqanıstana apardı. Nadirin vəfatından sonra İranda yaranmış vəziyyətdən məharətlə istifadə edən Əhməd xan, buradan apardığı qənimətlə Əfqanıstanda ən iri feodal kimi də tanındı. Əfqan tayfalarının onu dəstəkləməsi nəticəsində Əhməd xan 1747-ci ilin oktyabrında Əfqanıstanın şahı elan edildi.

İranda isə vəziyyət getdikcə ağırlaşırdı. Belə ki, türk tayfalarının hakimiyyət uğrunda mübarizəsi faktiki olaraq İrana kənar müdaxilə üçün əlverişli şərait yaradırdı və bu təhlükə yenə ilk növbədə əfqan tayfalarından gəlirdi. Belə bir vəziyyətdə hələ Nadir şahın sağlığında ona qarşı üsyan etmiş Əliqulu xan köçəri bəluclardan, sistanlılardan, heratlılardan və başqa qüvvələrdən təşkil etdiyi ordular ilə hakimiyyətə gəlmək üçün Fəthabaddan Xorasana getmişdi. Qeyd edək ki, Nadir şaha və onun bütün tətəfdarlarına qarşı sui-qəsdi təşkil edən də Əliqulu xan idi. Yarnmış vəziyyət onun hakimiyyətə sahib olması üçün əlverişli şərait yaratmışdı. Belə ki, Nadir şahın ölüm xəbərini eşidən əfqanlar və özbəklər dərhal İranı tərk edərək öz yerlərinə qyıtdılar ki, bu da Əliqulu xanın Məşhədə daxil olması və özünü şah elan etməsi üçün əlverişli şərait yaratdı. Ona görə də o, bundan istifadə edərək özünü İranın şahı elan etdi.1



Öz hakimiyyətini möhkəmləndirmək məqsədilə o, Nadir şahdan fərqli siyasət yeritməyə başladı. Belə ki, kəndlilər üç il müddətinə vergidən azad edildi, şiə ruhanilərinin və qızılbaş tayfa başçılarının müsadirə olunmuş ____________________________________________ 1. R.İ.Dadaşova “Səfəvilərin son dövrü” Bakı-2003səh. 17 torpaqları geri qaytarıldı və onlarla əlaqələr genişləndirildi. Nadir şahın Gelat qalasında saxlamış olduğu qənimətin bir hissəsini şiə ruhaniləri və öz qohumları, eləcə də tərəfdarları arasında bölüşdürdü. Əliqulu şahın bu siyasətinə görə şiə ruhaniləri onu Adil şah adlandırırdılar. O, hakimiyyəti möhkəmləndirmək məqsədilə qardaşı İbrahim xanı mərkəzi İsfahan olmaqla İran İraqının hakimi təyin etdi. Lakin Adil şah bu addımında yanıldı. Çünki İbrahim xan İran İraqında möhkəmlənəndən sonra qardaşı Əliqulu şaha qarşı çıxış etməyə başladı. Tərəflər arasında toqquşma isə İbrahim xanın qələbəsi ilə başa çatdı. Belə ki, Nadir şahın Kermanşahdakı ropxanasının, həmçinin Azərbaycanın sərdarı Əmir Arslan Əfşarın və Adil şah qoşunlarının bir hissəsinin İbrahimin tərəfinə keçməsi döyüşün taleyini həll etmiş oldu. Məğlub edilən Adil şah isə Tehrana qaçmağa müvəffəq olsa da, onu 1748-ci ilin sentyabr ayında burada tutub gözlərini çıxardılar.

Belə bir vəziyyətdə Səfəvi hakimiyyətini bərpa etnək istəyən Şahrox İbrahim xan üçün yeni rəqib kimi çıxış edirdi. İbrahim xan isə dövlət xəzinəsini, eləcə də digər qiymətli qənimətləri ələ keçirdikdən sonra Şahroxun hakimiyyətə gəlməsinin qarşısını almaq istəyirdi. İbrahim xanın bu fikrini başadüşən Xorasan hakimləri yığılaraq, Məşhəddə Şahroxu 1748-ci il oktyabrın 1-də şah elan etdilər. Hakimiyyət uğrunda mübarizədən geri çəkilməyən İbrahim xan isə həmin il dekabrın 7-də Təbrizdə özünü şah elan etdi. Tərəflər arasındakı qarşıdurma Şahroxun qələbəsi ilə başa çatdı. İbrahim xan isə 1749-cu ildə tutularaq edam edildi. İbrahim xana məxsus sərvət və var-dövlət isə onu qoruyan Mir Seyid Məhəmmədə qismət oldu. O isə öz növbəsində İbrahimin məğlubiyyətindən sonra onun hakimiyyətini tanımaqdan imtina etməklə bərabər, Səfəvi taxt-tacına namizəd kimi özünün təbliğini genişləndirdi. O, əslində rəqibi Şahroxu zərərsizləşdirdikdən sonra hakimiyyətə gəlmək istəyirdi. Lakin Qum yaxınlığında məskunlaşmış türk xələc tayfaları Mir Seyidə müraciət edərək, ona hakimiyyəti ələ almaq təklifini etdilər. Lakin o, təklifi qəbul etmədi. Bununla o, Şahroxa sadiqliyini nümayiş etdirmək istəyirdi. Şahrox Mir Seyidin güclü rəqib olduğunu nəzərə alaraq, ğzü ona qarşı sui-qəsd təşkil etdi. Lakin bu sui-qəsd baş tutmadı. Qeyd edək ki, 1749-cu ilin dekabrında Şahrox özü çevriliş nəticəsində hakimiyyətdən kənar edildi. 1750-ci il yanvarın 14-də şah elan edilən Mir Seyid Məhəmməd II Süleyman ləqəbi ilə taxtda əyləşdi. Bununla belə II Süleymanın da hakimiyyəti çox sürmədi. Saray çevrilişi nəticəsində onun hakimiyyəti devrildi və Şahrox 1750-ci il martın 20-də yenidən hakimiyyətə gətirildi. XVIII əsrin 50-ci illərinin sonu və 60-cı illərinin əvvəllərində Şahrox Xorasanda möhkəmlənsə də, bütünlükdə ölkədəki hakimiyyət uğrundakı mübarizəyə son qoya bilmədi. Ümumiyyətlə, Şahroxun 1750-1795 ci illəri ıhatə edən hakimiyyəti dövrü İranda feodal dağınıqlığı və taxt-tac uğrunda çəkişmələr dövrü kimi səciyyələndirilir. Əslində onun dövrü İranda mərkəzi hakimiyyətin nisbi sabitlik dövrü kimi də qəbul olunur. Bu ilk növbədə, onun hakimiyyətinin 45 il davam etməsinin məhz bu sabitliyə əsaslanmasında öz səciyyəsini tapa bilərdi. Lakin bu sabitlik heç də onun tam anlamını ifadə edə biləcək sabitlik olmayıb, yalnız mərkəzi hakimiyyətin bir nəfərin əlində uzun müddət saxlanmasına şamil edilir. Çünki həmin dövr ərzində Məşhəddə hakimlik edən hər hansı bir şəxs Xorasanı öz hakimiyyəti altında tam olaraq birləşdirməyə müvəffəq olmamışdı. Bununla belə hakimiyyətdə olan Şahrox bu dövr ərzində nizami ordu, normal işləyən vergi sistemi, təsərrüfat əlaqələri və sair bu kimi dövlət əhəmiyyətli işlər görə və ona müqabil mexanizm formalaşdıra bilməmişdi. Ən başlıcası isə İranda son 45 il ərzində əhalinin sosial-iqtisadi inkişafını təmin edəcək, yaxud əhalinin yaşayış səviyyəsini yüngülləşdirə biləcək və davamlı siyasət yeridilməmiş, nə də bu istiqamətdə konkret islahatların keşirilməsinə cəhdlər edilməmişdi. Nəticə etibarilə Şahroxun hakimiyyəti dövründə İranda faktiki olaraq tam sosial durğunluq hökm sürmüş və hakimiyyət uğrunda yeni mübarizələr üşün əsaslı zəmin yaradılmışdı.

Nadir şahın formalaşdırmış olduğu mərkəzləşdirilmş dövlətin dağəlmasəndan sonra Qərbi və mərkəzi İranda müstəqil feodal dğvlətlərinin yaradılması uğrundakı mübarizə özünün yeni mərhələsinə yüksəlmişdi. Bu dövr yaranmış vəziyyətdə qərb və mərkəzi rayonlarda əsasən əfşarlar möhkəmlənmişdilər. Lakin mərkəzi İranda bəxtiyarilər lurlar da kifayət qədər qüvvəyə malik olmaqla, burada cərəyan edən proseslərə özünəməxsus dərəcədə təsir edə bilirdilər. Cənub-qərb zonasında Muşaşa sülaləsi hakimlik edirdi. Nadirin şahın vəfatından sonra Muşaşa tayfasının başçısı Molla Mətləb əyalətin əsas şəhərini tutaraq və öz nüfuz dairəsini genişləndirərək Xuzistanın ən güclü feodalına çevrilmişdi. Şimalda hakimiyyət uğrunda ən prinsipial mübarizə aparan qacar tayfası və onun əsas rəqiblərindən biri olan türkmən tayfaları möhkəmlənmişdilər. Nadirin vəfatından dərhal sonra proseslərin önünə keçən Məhəmməd Həsən xan Qacar Mazandaranda hakimiyyəti əlinə alaraq, 1752-ci ildə Gilan hakimi Hacı Camalın qoşunlarını məğlub etdikdən sonra oranı da özünə tabe etdi. Bu da nəticə etibarilə, Məhəmməd Həsən xanın Qolkan və Yomud kimi türkmən tayfaları üzərində hakimiyyətinin möhkəmlənməsinə səbəb oldu. Cənubi Azərbaycanda isə Əmir Aslan xan Əfşar 1748-ci ildə vəfat etdikdən sonra Urmiya hakimi Fətəli xan Əfşar və Domboli kürdtayfasının başçısı Şahbaz xan arasında mübarizə gedirdi. Lakin bu mübarizədə Cənubi Azərbaycanın çox hissəsi və Cənubi Qafqazın bir hissəsi İranda hakimiyyətə gəlmək uğrunda mübarizə aparan Azad xan Əfqanın hakimiyyəti altında birləşdirildi.

Beləliklə Nadir şahın vəfatından sonra bu qüvvələr arasında İranın faktiki olaraq hər yerində hakimiyyət uğrunda mübarizə genişlənmişdi. Belə ki, bu qüvvələr bir-birlərinə qarşı mübarizə aparırdıla, həm də bu mübarizə də özünə müqabil qruplaşmalarda da birləşirdilər. Bu onların həmin mübarizədə təkcə hərbi vasitələrdən deyil, həmçinin siyasi vasitələrdən də istifadə etmələrinin məqsədəuyğunluğunu əsaslandırırdı. Belə bir vəziyyətdə Mərkəzi İranda bəxtiyar tayfası olan Çaharləngin başçısı Əli Mərdan xan da mərkəzi hakimiyyətin olmamasından istifadə edərək, bəxtiyarilərin hakimiyyət uğrunda mübarizəsinə başçılıq etdi. Bu mübarizədə onların başlıca rəqibi o qədər də güclü olmayan zənd tayfası idi. Tərəflər arsındakı toqquşmada bəxtiyarilər məğlub oldu. Bəxtiyariyə qaçan Əli Mərdan xan burada əsas rəqibi olan Kərim xan Zəndlə hərbi ittifaq bağladı və 1750-ci ildə müttəfiqlər İsfahana hücum etdilər. Həmin il dekabr ayının 13-də şəhəri tutub qarət edən müttəfiqlər qələbədən sonra həmin ərazidə nüfuzlarını bərqərar etdilər. Əli Mərdan xan İran İraqının hakimi, Kərim xan isə hərbi hakim oldu. Əbülfət xan isə İsfahanın hakimi kimi saxlandı. Həmədan, Qəzvin və Kermanşahın işğal edilməsi Kğrim xan Zəndə tapşırıldı. Bununla belə Əli Mərdan xan hərbi əməliyyatlardan geri qalmadı. Kifayət qədər böyük ordu ilə Farsa hücum edən Əli Mərdan xan Fars hakimi Saleh xan Bayatı məğlub edərək Şirazı tutdu. Şirazın tutulması ilə bütün Farsa və Cənub Şərqi İrana nəzarəti ələ keçirən Əli Mərdan xan İsfahanı paytaxt elan etdi. Eyni zamanda Kərim xan da Həmədan, Qəzvin və Tehranı tutdu. Aparılan hərbi əməliyyatlar zamanı qazanılan uğurlar istər Kərim xanı, İstərsə də Əli Mərdan xanı İranda mərkəzləşdirilmiş dövlətin yaradılmasına və İranda təkhakimiyyətliliyi bərqərar etməyə sövq edirdi. Bu mənada, Kərim xan Əli Mərdan xanın hakimiyyətini devirmək məqsədilə İsfahana hücum edərək paytaxtı və Farsı özünə tabe etdi. Bu qələbə Kərim xan Zəndin hakimiyyətinin möhkəmlənməsinə gətirib çıxardı. Lakin Kərim xan mərkəzləşdirilmiş dövlətin başçısı kimi deyil, bu dövlətdə ali mənsəb sahibi kimi çıxış etdi. Belə ki, Səfəvi nəslindən olan II İsmayıl ilə İsfahana gələn Kərim xan onu taxtda oturtdu özü isə vəkilüddövlə elan edildi. Əslində real hakimiyyət Kərim xan Zəndin əlində cəmləşdi. O, Şah II İsmayıl isə bütün dövlət işlərindən təcrid etdi. Sonrakı iki il ərzində apardığı hərbi əməliyyatlar nəticəsində 1752-ci ildə bütün Mərkəzi və Qərbi İran, İran İraqı, Həmədan, Kürdüstan, Kermanşah, Fars və digər ərazilər Kərim xan Zəndin hakimiyyəti altında idi. Kərim xan zəndlə qarşıdurmada məğlub olan Əli Mərdan xan Xuzistanda qoşun toplayıb, yenidən Kərim xana qarşı yürüş etsə də, uğursuzluğa uğradı.2

Qeyd etdiyimiz kimi Şimali İranın ən qüdrətli feodallarından biri Məhəmməd Həsən xan Qacar idi. Məhəmməd Həsən xan bəxtiyarilərlə zəndlər arasında gedən mübarizədən istifadə edərək İranda mərkəzi hakimiyyətə sahib olmaq istəyirdi. Lakin Əli Mərdan xanın Kərim xan Zəndı məğlub olduğunu eşidən Məhəmməd Həsən xan1752-ci ildə zəndlərə qarşı başlamış olduğu hərbi yürüşdən geri dönmək məcburiyyətində qaldı. Məhəmməd Həsən xanın bu niyyətindən xəbər tutan Kərim xan Zənd onun kifayət qədər güclü olduğunu zənn edərək Astrabad və Mazandarana hərbi yürüşə başladı. 40 minlik qoşunla Astrabad yaxınlığındakı Ağqalanı mühasirəyə almasına baxmayaraq, Kərim xan Zəndin qoşunları məğlubiyyətə düçar oldu. Əsir düşmək təhlükəsindən qurtaran Kərim xan Zənd Tehrana qayıtmaq məcburiyyətində qaldı. Kərim xan Zəndin məğlub olduğu bir şəraitdə Əli Mərdan xan ona sadiq olan dəstələri də başına toplayıb, Kərim xana qarşı yenidən hücum etdi. Lakin Əli Mərdan xanın və onun müttəfiqlərinin qoşunları 1753-cü ilin yayında məğlub edildi və Kərim xan Zənd Kermanşahı tutdu. Bundan sonra Kərim xan Zənd İranda mərkəzi hakimiyyıt uğrunda mübarizə aparan Azad xan, Fətəli xan Əfşar və Şahbaz xan Donbolinin birləşmiş qoşunlarına qarşı hərbi əməliyyatlara başladı. Lakin Azad xanın başçılıq etdiyi müttəfiq qoşunlar Kərim xan Zəndi məğlub etdi və İsfahanı tutdular. Buna baxmayaraq fars feodallarının Kərim xan Zəndi müdafiə etməsi ona hakimiyət uğrunda mübarizəsini davam etdirməyə imkan verirdi. Məhz fars feodallarının güclü dəstəyi nəticəsində Kərim xan Zənd Azad xanı və onun müttəfiqlərini məğlub etdi. Qeyd edək ki, fars feodallarının Kərim xan Zəndi hərtərəfli dəstəkləməsində əsas məqsəd İranda mərkəzi hakimiyyətin türk tayfalarının deyil, yalnız onların əlində cəmləşdirilməsi idi. 1754-cü ildə baş vermiş bu döyüşdə məğlub olan Azad xan

__________________________________________________________________ 2. Строева Л. В. Керим-хан Зенд и ханы. // Иран: история и современность. М., Наука, 1983.səh.122

Şiraza, oradan isə İsfahana qaçdı. Lakin Kərim xan Zənd də hərbi əməliyyatları dayandırmadı və həmin il Şirazı tutaraq, İsfahana yürüşə hazırlaşdı.3

Belə bir vəziyyətdə Məhəmməd Həsən xan Qacar, Kərim xan Zəndin Azad xanla apardığı mübarizəsini nəzərə alaraq, Xəzərin cənub sahillərindəki ərazilərini xeyli genişləndirməyə müvəffəq oldu. Məhəmməd Həsən xan Qacar ilk növbədə zəndlərin və onların müttəfiqlərinin siyasi cəhətdən birləşməsinə qarşı çıxış edirdi. Çünki digər qruplaşmalara nisbətdə daha güclü və mütəşəkkil idi. Bu mövqedən çıxış edən Məhəmməd Həsən xan Qacar 1735-ci ildə Mərkəzi İrana hərbi yürüş etdi. Bu yürüş zamanı qacarlar zəndləri məğlub etdikdən sonra Məhəmməd Həsən xan Qacar İsfahanı tutmaq üçün yeni hərbi əməliyyatlara başladı. Gülabad yaxınlığında baş vermiş döyüşdə Kərim xan Zəndin qoşunlarını məğlub edən Məhəmməd həsən xan İsfahana daxil oldu.4

Azad xan Qacar xanlarının olmamasından istifadə edərək Gilanı tutdu. Bu xəbəri eşidən Məhəmməd Həsən xan tələsik şimala yollandı. Düşmənin üstün qüvvələri ilə həlledici döyüşə girməyin çətinliyini başa düşən Məhəmməd Həsən xan Mazandarana gəldi. Burada öz qoşunlarını yenidən təşkil edb, silahlandırandan sonra qəflətən Gilana hücum etdi. Bu vuruşmada Azad xanın qoşunları darmadağın edildi. 1757-ci ilin yanvarında Urmiya sahilində Məhəmməd Həsən xanın qoşunları ilə Azad xanın qüvvələri araslnda həlledici döyüş oldu. Məhəmməd Həsən xan qələbə qazandı. Məhəmməd Həsən xan bütün Azərbaycanı özünə tabe etməyə başladı. O, bu məqsədlə 1758-ci ilin yazında Araz çayını keçərək, Şimali Azərbaycana hücum etdi. Şimali Azərbaycandakı bir çox xanlar, o cümlədən Gəncənin irsi xanları olan Qacarlar, Muğan xanı və s. onun vassallığını qəbul etdilər. Lakin Cavad, Qazax və Borçalının hakimi, həmçinin hələ yaxın vaxtda Məhəmməd Həsən xanın müttəfiqi olan Qarabağ xanı Pənah xan onun hakimiyyətini qəbul etmədi. Bu səbəbdən Məhəmməd Həsən xan Qarabağ xanlığının paytaxtı olan Şuşaya hücum etdisə də, bu hücum müvəffəqiyyətsizliklə nəticələndi. Bundan sonra o, bütün səylərini Mərkəzi İranda öz mövqeyini gücləndirməyə yönəltdi. 1758-ci ilin yazında o, ______________________________________________________________3.http://historic.ru 4.Строева Л. В. Керим-хан Зенд и ханы. // Иран: история и современность. М., Наука, 1983.səh 124 Fətəli xan Əfşar,Şahbaz xan Donboli və digər müttəfiqləri ilə birlikdə İran İraqına yürüş edərək İsfahana daxil oldu. İsfahanı tutduqdan sonra 1758-ci ilin əvvəllərində Şiraza doğru hərəkət edən Məhəmməd Həsən xanın hərbi yürüşünü açıq toqquşma ilə qarşısını almaq istəyən Kərim xan müdafiə mövqeyi tutmaq məcburiyyətində qaldı. Öz növbəsində Qacar Şirazı mühasirəyə aldı. Yaranmış vəziyyətdə İsfahandan göndərilən xüsusi dəstənin fəaliyyəti Məhəmməd Həsən xanın Astrabaddaki düşərgəsində pozğunluq baş verdi. Bu isə İsfahandan Mazandırana qayıdan Məhəmməd Həsən xanın bütün əmlakının və hərbi sursatının zəndlərin əlinə keçməsinə imkan yaratdı. Bunun nəticəsində zəndlərin hərbi qüvvəsi xeyli gücləndi ki, bu da 1758-ci ilin fevralında Mazandarandakı Sari və Əfşar şəhərləri arasındakı yerdə baş vermiş döyüşdə onlara Məhəmməd Həsən xanın qüvvələrini məğlub etməyə imkan verdi. Bu döyüşdə Məhəmməd Həsən xan Qacar da öldürüldü. Qacarlar üzərindəki qələbə Kərim xan Zəndi İranda yeganə qüdrətli hakim kimi tanıtdı.

Əsas rəqibi Məhəmməd Həsən xan Qacarı məğlub etdikdən sonra Kərim xan Zənd bütün müstəqil və yarımmüstəqil xanlara ultimatum göndərərək, ona tabe olmağı və şah ordusunu daha da güclü şəkildə formalaşdırmaq üçün onlardan silahlı dəstələr göndərilməsini tələb etdi. Bu tələbin həmin xanlar tərəfindən qəbul edilməsi isə faktiki olaraq Kərim xan Zəndin hakimiyyətini tanımaq idi. Bu mənada İran İraqı, Mazandaran, Gilan, Kürdüstan, Qərbi və Mərkəzi İran xanları Kərim xan Zəndin ordusu üçün hərbi dəstələr göndərdilər. Kərim xan Zənd cənubdakı bir sıra xanları da özünə tabe etdikdən sonra həmin vilayətlərin idarə edilməsi üçün Tehrandan buraya hakimlər təyin etdi. Kərim xan Zənd kürd tayfasına mənsub olduğundan əsas qüvvələri də kürd və farslardan ibarət idi. Məhz farsların güclü və hərtərəfli dəstəyi nəticəsində də, Kərim xan Zənd apardığı mübarizədə məğlubiyyətdən yaxa qurtara bilmişdi. Bununla belə 1759-cu ilin yazında İsfahana gələn Kərim xan da mərkəzləşdirilmiş dövlətin paytaxtının İsfahan olduğunu nümayiş etdirmək məqsədilə məhz burada dövlət aparatının və inzibati idarə sisteminin formalaşdırılmasını təşkil etməyə başladı. Yeni idarəetmə sistemini formalaşdırmağa başlayan Kərim xan Zənd Azərbaycan xanlarını da özünə tabe etmək üçün hərbi yürüşə hazırlaşdı. Həmin dövrdə Azərbaycanda ən qüdrətli feodal hakimi Fətəli xan Əfşar idi. Azad xanı məğlub etdikdən sonra Fətəli xan Əfşar Cənubi Azərbaycan xanlıqlarını öz hakimiyyəti altında birləşdirmiş, İrəvan və Qarabağ xanlıqlarına isə özündən vassal asılılığını qəbul etdirmişdi.

Belə bir vəziyyətdə 1760-cı ilin yazında böyük bir qoşunla Azərbaycana hərbi yürüşə başlayan Kərim xan Fətəli xanla toqquşmada onu qəti məğlub edə bilmədi. Tğbriz qalasında müdafiə olunmağa başlayan Fətəli xan Əfşar şahsevən və digər türk tayfalarınınköməyi nəticəsində zəndlərə ciddi zərbə endirdi. Ordusunu qəti məğlubiyyətdən xilas etmək məqsədilə Urmiyaya doğru hərəkət edən Kərim xan burada da azərbaycanlıların güclü müqavimətinə rast gəldi. Urmiyanı da ala bilməyib şimala doğru hərəkət edən Kərim xan bu istiqamətdə yalnız Marağanı ala bildi. Bundan sonra Kərim xan hərbi yürüşlürinş fasilə verərək, ordunu yenidən gücləndirmək məqsədilə, ona tabe olan vassallardan yeni hərbi dəstələr tomlamağa başladı və nüfuz bərqərar etmiş olduğu vilayətlərdə yerli hakimyyətin möhkəmləndirilməsi ilə məşğul oldu.5

Göründüyü kimi XVIII əsrin ikinci yarısında İranda cərəyan edən hərbi-siyasi proseslərin əsas mahiyyəti burada taxt-taca kürdlərin, farsların, yaxud türklərin sahib olmasından ibarət idi. Bu mübarizədə farsların kifayət qədər qüvvə və imkanları olmadığından onlar müstəqil şəkildə digər iki rəqibinə qarşı mübarizə apara bilmirdilər. Ona görə də əsas rəqib kimi qəbul ounan türkləri tam məğlub etmək üçün kürdlərlə birləşərək həmin mübarizənin birinci mərhələsində İranda formalaşmış mərkəzi hakimiyyəti bölüşdürmək, sonradan isə həmin hakimiyyətə şəriksiz sahib olmaq istəyirdilər.

İki ildən sonra, 1762 –ci ilin mayında yenidən Cənubi Azərbaycana hücum edən Kərim xan Zənd Xoyla Səlmas arasındakı Qara-Çəmən düzənliyindəki döyüşdə Fətəli xan Əfşarı məğlub etdi. Fətəli xan özü Urmiyaya qardaşının yanına qaçsa da, onun müttəfiqi Şahbaz xan Donbili əsir düşdü. Kərim xan digər kürd tayfaları arasında da öz nüfuzunu bərqərar etmək məqsədilə Şahbaz xan Donbolini əsirlikdən azad edərək onu Xoy, Səlmas və ətraf rayonların hakimi təyin etdi. Bundan sonra Əhməd xan Donboli zəndlərin elbəyi kimi tanınmağa başladı. Fətəli xan Əfşarın əsas müttəfiqini öz tərəfinə çəkdikdən sonra daha da güclənən Kərim xan Zənd Urmiya üzərinə hücuma keçdi. Urmiya qalasında möhkəmlənən Fətəli xan Əfşar Kərim xan Zənd ilə açıq döyüşə girə bilmədi. Öz növbəsində Kərim __________________________________________________________________ 5.Строева Л. В. Керим-хан Зенд и ханы. // Иран: история и современность. М., Наука, 1983.səh.129-130 xan Zənd Urmiya qalasını mühasirəyə aldı. 9 ay çəkən mühasirə 1763-cü il fevralın 20-də Fətəli xan Əfşarın təslim olması olə başa çatdı. Bundan sonra, Kərim xan Zənd Əfşarların əsas müütəfiqi olan şahsevən tayfalarını özünə tabe etmək üçün Urmiyadan Şərqi Azərbaycana gəldi. Kərim xanın hərbi qüdrətinə qarşı çıxa bilməyəcəklərini görən şahsevən tayfaları onun hakimiyyətini tanıdılar. Bununla da Mərkəzi və Qərbi İranda, eləcə də Cənubi Azərbaycanda Kərim xan Zənd Şimali Azərbaycan xanlıqlarını da özünə tabe etmək üçün hərbi yürüşə hazırlaşdı. Lakin Ərdəbildə Zəki xan Zənd və Əli Məhəmməd xan Zəndin ona qarşı qaldırdıqları qiyamı yatırmaq məqsədi ilə geri qayıdaraq, bütün qüvvələrini səfərbər edərək onları üzərinə yönəltdi.

Qeyd edək ki, bu dövr yaranmış vəziyyət Kərim xan Zənd üçün əlverişli idi. Çünki qiyam qaldırmış xanların xalqla rəftarl kifayət qədər normal olmadığından, eləcə də 1762-ci ilin ikici yarısı üçün Kərim xan Zəndin Azərbaycanda, o cümlədən Cənubi Azərbaycanda möhkəmlənməsi, ona bu qiyamlarıasanlıqla yatırmaq imkanı vermiş oldu. Digər tərəfdən isə xalq özü qiyamçılara qarşı üsyan qaldırmaqla Kərim xanın vəziyyətə nəzarət etməsi üçün əlverişli şərait yaratmışdı. Buna görə də İsfahana yaxınlaşan Kərim xan Zəndə qarşı güclü müqavimət göstərə bilməyəcəklərini görən qiyamçı xanlar əvvəl bəxtiyarilərin yanına,oradan isə Xuzistana qaçdılar. Qiyamı yatırdıqdan sonra Kərim xan Zənd yenidən dövlət aparatının formalaşdırılmasına diqqəti cəlb etdi. İsfahan əhalisinin ona qarşı əks mövqedən çıxış etməsi Kərim xan Zəndi paytaxtı İsfahandan Şiraza dəyişməyə məcbur etdi. Yeni dövlət aparatında isə bütün əsas vəzifələr Zənd tayfası və farslar arasında bölüşdürülmüşdü. Yeni qurulan dövlətdə isə Fars bəylərbəyi və canişini Kərim xan Zəndin qardaşı Sadıq xan, baş vəzir Mirzə Cəfər İsfahani, Fars hakimi isə Mirzə Məhəmməd Şirazi təyin edilmişdilər.6

Kərim xan Zəndin İranı idarə rtməyə başladığı bir dövrdə ölkənin ısas rayonlarından olan Xorasanda ata tərəfdən Nadir şahın, ana tərəfdən isə şah Təhmasibin nəvəsi olan Şahrox xan hakimlik edirdi. Onun Səfəvi nəslindən olması ölkənin şahı elan edilməsinə imkan versə də, gözlərinin kor olması buna mane olurdu. Ona görə də bir çox feodal və əyanlar onun oğlunun yetkinlik yaşına çatmasını gözləyirdi ki, onu İranın Səfəvi şahı elan etsinlər. __________________________________________________________________ 6.http://historic.ru Qəndəharda əvvəllər Nadir şahın hərbi sərkərdəsi olmuş Əhməd xan hakimlik edirdi. Kermandan Bəndər Abbasa qədər uzanmış Lur vilayəti Kərim xanın rəqibi Zəkəriyyə xan tərəfindən idarə olunurdu. Sind, Hörmüz, Gürcüstan, Bəlucistan da müstəqil hakimlər tərəfindən idarə olunurdu. Hind okeanı shillərindən Bəsrəyədək olan əraziləri, eləcə də Fars körfəzi sahillərini ərəb feodalları idarə edirdi. İranda Zəndlərin mərkəzi hakimiyyət yaratmaq istiqamətində əldə etdikləri uğurlar İranın daxili siyasi həyatında mühüm hadisə idi. Belə ki, 15 illik fasiləsiz feodal müharibələrindən sonra İranda nisbi sabitlik dövrü başlanmışdı. İranın çox böyük hissısinə nəzarət edən Kərim xan Zənd faktiki olaraq İranın ali hakimi osa da, o şah tituluna iddia etmir və Səfəvilərin nominal xarakter daşıyan hakimiyyətini qəbul edirdi. Səfəvilərin nümayəndəsi Şah III İsmayıl Kərim xan tərəfindən ev dustağı edilərək Farsda saxlanılırdı. Kərim xan Zəndin mərkəzləşdirilmiş dövlət yaratmaq istiqamətində atmış olduğu hərbi-siyasi addımlar nəticəsində bir sıra xanlıqların müstəqilliyinə son qoyulmuşdu. Birləşdirilən ərazilər Kərim xan sarayına tabe olub, onun təyin etmiş olduğu canişinlər vasitəsilə idarə olunurdu. Tabe edilmiş xanlıqlar Kərim xandan vassal aılılığını qəbul etdiklərini təsdiqləmək məqsədilə öz vəliəhdlərini onun sarayına girov kimi göndərmişdilər.

Tam tənəzzülə uğramış kənd təsərrüfatının və sənətkarlığın bərpa edilməsinə, həmçinin ticarətin inkişaf etdirilməsinə çalışan Kərim xan Zənd inzibati və iqtisadi sahədə bir sıra islahatlar keçirdi. Yerli hakimlərin və vergi yığan canişinlərin fəaliyyəti üzərində nəzarət qoymaq üçün tədbirlər gördü. Yeni müəyyən olunmuş qaydaya əsasən məbləğindən artıq vergi, töycü və sair əlavə vergilər almaq qəti qadğan olunmuşdu. Bununla belə qeyd etməliyik ki, təsərrüfatın bərpa edilməsi və abadlıq işlərinin aparılması əsasən Fars əyalətində, İsfahanda, qismən Qəzvində, Yezddə özünə yer almışdı. Lakin digər tərəfdən ölkənin başqa rayonlarında da analoji addımlar atılırdı. Kərim xanın apardığı daxili siyasət nəticəsində Nadir şahın dövründə ölkədən qaçmaq məcburiyyətində qalaraq digər ölkə və regionlarda məskunlaşmış ailələrin bir hissəsi geri qayıtdı.

Kərim xanın daxili siyasətində köçəri və yarımköçəri tayfalara qarşı mübarizə aparmaq başlıca yerlərdən biri olmuşdur. Belə ki, onların daim öz yerlərini dəyişməsi mərkəzləşdirilmiş dövlətin qurulmasına və onun möhkəmləndirilməsinə mane olurdu. Belə ki, silahlı dəstələrə malik olan həmin tayfa xanları mərkəzləşmiş hakimiyyətə tabe olmaqdan boyun qaçırır və oturaq həyat tərzinə keçmiş rayonlara qarətçi yürüşlər edirdilər. Ona görə də Kərim xan onlara qarşı mübarizə aparırdı. Onun şiə rühanilərinə aylıq maaş təyin etməsi də həmin məqsəddən irəli gəlirdi.

II fəsil

Kərim xan Zəndin xarici syasəti



İranda zəndlərin hakimiyyətə gəlməsi İngiltərənin Hindistanı işğal etməsi ilə eyni vaxta təsadüf edirdi. Ona görə də Kərim xan Zənd Avropa sırasında ən çox İngiltərə ilə münasibətləri məhdudlaşdırmağa çalışırdı. Lakin İngiltərənin Hindistanda və ümumiyyətlə Yaxın və Orta Şərqdə möhkəmlənməsi Kərim xan Zəndi bu ölkəyə münasibətdə, xüsusilə onunla ticarət əlaqələrində bir sıra güzəştlərə getməyə məcbur etdi.

Bununla belə Kərim xan Zəndin xarici siyasətində başlıca obyekt Fars körfəzi rayonu idi. Bu regionda İranın nüfuzunu bərqərar etmək, hakimiyyətini möhkəmləndirmək məqsəsilə Kərim xan xeyli qüvvə və vəsait sərf edirdi. Bu dövrdə, yəni XVIII əsrin ortalarında Kəəb əmirliyi istər İran, istərsə də türk və ingilislər üçün təhlükə mənbəyi idi. Şətt əl-Ərəb çayının girəcəyini mühasirəyə alan ingilis Ost-Hind kompaniyasına məxsus olan gəmiləri ələ keçirən, tez-tez Bəsrə rayonuna qarətçi yürüşlər edən Kəəb əmirliyi, həm ingilis, həm də türk orqanları üçün çətinlik və qayğı yaradırdı. Kəəb əmirliyinə qarşı 1765 ci ildə İran və ingilis-türk birgə ekispedisiyası zamanı Kərim xan əmirliyə münasibətdə yeritdiyi siyasətini dəyişdi. Çətin vəziyyətə düşmüş əmir Şeyx Salman öz nümayəndəsini Kərim xan Zəndin yanına göndərdi. Nümayəndə bildirdi ki, əgər iranlılar Xuzistandakı iqamətgahlardan, yəni Dorak rayonundan çıxaraq Kəəb əmirliyinə orada möhkəmlənməyə imkan versələr, onda əmirlik zəndlərin hakimiyyətini tanıyacaq və hər il onlara bac verəcək. Kərim xan Şeyx Salmanın bu təklifini qəbul etdi. Zənd qoşunları Dorakdan çıxarıldı. Buna cavab olaraq Şeyx Salmanın oğlu bahalı hədiyyələrlə Kərim xanın yanına gələrək öhdəsinə götürdü ki, hər il əmir Kərim xana üç min tümən bac verəcəkdir. Bu sövdələşmədən sonra Kərim xan Ost-Hind kompanyası ilə birlikdə Kəəb əmirliyini məğlub etmək fikrindən daşındı. Lakin Zənd qoşunları Dorakdan çıxarıldıqdan sonra ingilislər türklərlə birlikdə Kəəb əmirliyinə qarşı hərbi əməliyyatlara başladılar. Yaranmış belə bir vəziyyətdə Kərim xanın nümayəndəsi 1766-cı ilin oktyabrında Doraka gələrək, ingilis və türklərdən tələb etdi ki, onlar dərhal İran ərazisini tərk etsinlər. Çünki, əmirliyin başçısı zəndlərin ali hakimiyyətini qəbul etmişdi. Bundan sonra türk ordusu İraqa geri qayıtsa da, ingilislər əmirliyin ərazisini körfəz tərəfdən mühasirədə saxlamaqda davam edirdilər. Onlar Şeyx Salmana qarşı hərbi əməliyyatlara başlasalar da, onu İran ərazisində təqib edə bilmirdilər. Bu səbəbdən də ingilislər hələ 1762 ci ildən etibarşn Kərim xanla daha sıx əlaqələr və münasibətlər formalaşdırmağa çalışırdılar. Bu bir tərəfdən İranın cənubunda Kərim xanın nüfuzunun artması və mövqeyinin möhkəmlənməsi ilə, digər tərəfdən isə Xark adasında hollandlara qarşı Bəndər-Riqin hakimi Mir Möhənnanın mübarizəsinin qüvvətlənməsi ilə əlaqədar idi. Mir Möhənnanın Fars körfəzində mövqeyinin möhkəmlənməsi həm ingilislərin, həm də zəndlərin maraqları ilə tərs mütənasib idi. Bununla belə ingilislər Mir Möhənnaya qarşı birgə hərbi əməliyyatlara başlamaq zəndlərin təklifi ilə razılaşsalar da, hərbi əməliyyatların keçirilməsinə tələsmirdilər. Buna səbəb yaranmış vəziyyətdən ingilislərin maksimum yararlanmaq məqsədi idi. Bu isə şirkətin ilk növbədə ticarət və kommersiya maraqlarının təmin edilməsindən irəli gəlirdi. Ona görə də 1763-cü ilin iyulunda Ost-Hind şirkəti Fars körfəzində ingilislərə fövqəladə və müstəsa hüquqlar verilməsinə dair Kərim xan Zəndlə saziş imzalamağa nail oldu. Həmin sazişə əsasən ingilislər Buşirdə, Fars körfəzinin İran sahillərində istədikləri yerdə öz faktoriyalarını yarada bilərdilər. Şirkətin nümayəndələri gömrük vergilərndən də azad olunmuşdu. Şirkət yun mallar gətirilməsi üçün inhisar hüququ almışdı. Eyni zamanda bütün avropalıların Fars körfəzi sahillərinə yun mallar gətirilməsi qadağan olunurdu.7

1763-cü ildə ingilislər Buşirdə öz ticarət faktoriyalarını yarada bildilər. Beləliklə Buşir Fars körfəzi rayonunda İngiltərənin ən mühüm ticarət mərkəzinə çevrildi. Kərim xanın ingilislərlə apardığı danışıqlarda, ingilislər zəndlərə qarşı duracaq qüvvələri dəstəkləməyəcəklərini və zəndlərin cənubda möhkəmlənmələrinə yardım edəcəklərini öhdələrinə götürsələr də, 1763-1765-ci illərdə baş vermiş hərbi əməliyyatlar zamanı onları dəstəkləmədilər. Nəticədə Xark adasından hollandları qovan Mir Mohənna Fars körfəzində daha da möhkəmlənmiş oldu ki, bu da Kərim xan Zəndin xarici siyasətinə zidd idi. Qeyd edək ki, ingilislər Ost-Hind şirkətinin simasında ikili siyasət yeridirdilər. İngilislərin bu cür siyasət yeritmələrində əsas məqsəd İranın __________________________________________________________________ 7Bell Johnun “A journey from St.-Peterburg in Russia to İspahan in Persia üith an Embassy fro his imperial Majesty Peter the First” vol.. London -1764, səh.36-38

artmaqda olan gücünün qarşısını almaq idi. Buna səbəb həm də Mir Mohənnanın ingilislərə daha çox güzəştə gedərək, onlara möhkəmləndiyi ərazilərdə kifayət qədər hərəkət azadlığı verməsi idi. Ona görə də ingilislər Kərim xan zəndlə müəyyən müqavilələr imzalasalar da, həqiqətdə ona qarşı əks mövqedə çıxış edirdilər. Belə bir vəziyyətdə 1769-cu ilin əvvəllərində Zəki xanın başçılığı ilə İran qoşunlarının Bəndər-Riqə hücum etməsindən istifadə edərək Mir Mohənnanın qohumu Həsən Sultan ona qarşı üsyan qaldırdı. Nəticədə Mir Mohənnanın hakimiyyəti devrildi. Mir Mohənnanın Xark adasından qaçmasından sonra buradakı yeni hakimiyyət, yəni Həsən Sultan Kərim xan Zəndin vassalı olduğunu qəbul etdi. O, Kərim xan Zənd tərəfindən Mozafatın və Xark adasının hakimi təyin edildi. Kərim xanın bu uğuru Ost-Hind şirkəti ilə münasibətlərin kəskinləşməsinə səbəb oldu. Kərim xan Zəndin onları sıxışdırdığını bəyan edən ingilislər 1769-cu ildə Buşirdəki ticarət faktoriyasını ləğv etdilər. 1773-cü ilə kimi dondurulmuş vəziyyətdə qalan münasibətlər həmin il paytaxtdan verilən əmrə əsasən şirkətin Fars körfəzindəki gəmisinin tutulması ilə daha da kəskinləşdi. Yaranmış vəziyyətdə 1775-ci ildə Kərim xanın Bəsrəyə hücumu zamanı ingilislər ərəblərə hərtərəfli yardım etdilər. Kərim xanın bu yürüşü iran zəvvarlarının və tacirlərinin Bağdad paşalığı tərəfindən sıxışdırılması ilə əlaqədar idi. Həmin yürüş Kərim xana zəngin ticarət mərkəzi kimi tanınan Bəsrənin tutulması nöqteyi-nəzərindən daha mühüm əhəmiyyət kəsb edirdi. Bəsrəyə birinci hücum müvəffəqiyyətsizliklə nəticələnsə də, 1776-cı ilin aprel ayında şəhərin tutulması üçün cəlb edilən yeni qüvvələr hesabına Bəsrə Zəndlər tərəfindən tutuldu. Lakin 1779-cu ildə Kərim xanın vəfatından az sonra Bəsrə yenidən Osmanlı dövlətinin tabeçiliyinə qaytarıldı.8

8. Busse H. “History of Persia under Qajar rule” London-1972. Səh.49-50



Nəticə

Kərim xan Zənd 1779-cu il martın 3-də vəfat etdi. Onun ölümü İranı vahid hakimiyyətdə birləşdirməyə imkan vermədi. Onun dövrü İranda feodal özbaşınalığına son qoyulması ilə səciyyələnir. Həmçinin Kərim xan Zəndin dövründə xarici siyasətdə də uğurlar əldə olundu. Ost-Hind şirkəti ilə Hindistanda nüfuz uğrunda gedən mübarizədə uğurlar əldə olundu. Kərim xan Zəndin əsas uğurlarından biri ona qarşı vuruşan müttəfiqləri məğlub edib, siyasi manevr edərək öz tərəfinə çəkməsidir. Kərim xan Zəndin ölümündən dərhal sonra İranda mərkəzi hakimiyyətə sahib olmaq uğrunda mübarizə yenidən qızışdı. Əslində hələ Kərim xan Zəndin sağlığında XVIII əsrin 70-ci illərinin ortalarından etibarən Zəndlərin hakimiyyət böhranı başlamışdı ki, bu da ilk növbədə ucqarlardakı vassal hakimlərinin mərkəzi hakimiyyətə bac verməməsində, yaxud müxtəlif bəhanələrlə bundan yayınmalarında öz ifadəsini tapmışdı. Kərim xanın hakimiyyətinin son illərində isə Zaqafqaziya və Azərbaycan hakimləri ilə Zəndlər arasında münasibətlər mürəkkəb xarakter almışdı. Onlar mərkəzi hakimiyyətin zəifliyindən istifadə edərək, özlərinin müsrəqil və yarımmüstəqil mövqelərini möhkəmləndirməyə çalışırdılar.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə