Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı: texniki yardım




Yüklə 245.83 Kb.
səhifə3/3
tarix27.02.2016
ölçüsü245.83 Kb.
1   2   3

İllik İş Planının Büdcə Vərəqəsi


Layihənin adı: Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı: texniki yardım

İl: 2014-cü il

GÖZLƏNİLƏN NAİLİYYƏTLƏR (MƏHSULLAR)

PLANLAŞDIRILAN TƏDBİRLƏR

MÜDDƏT

MƏSUL TƏRƏF

PLANLAŞDIRILAN BÜDCƏ

R1

R2

R3

R4

Maliyyələşmə mənbəyi

Büdcəyə dair məlumat

Məbləğ

Qadınların və qızların iqtisadi və sosial həyatda aktiv iştirak etmə potensialının artırılması (sınaq ərazidə)

2011-2015-ci illər üçün ÖPS-nin 1.2-ci Nəticəsi

Zəif qrupların riskləri idarə etmək və yüngülləşdirmək bacarığının artırılmasına diqqət yetirilməklə, məşğulluq imkanlarında regional və gender fərqlərini aradan qaldırmaq üçün milli strategiyaların, siyasətlərin, potensialın gücləndirilməsi.



1. Qadın Resurs Mərkəzinə dəstəyin göstərilməsi

X

X

X

X

BMTİP, AQUPDK

BMTİP

Beynəlxalq məsləhətçi: 3,500 ABŞ dollar

Səfərlər: 500 ABŞ dollar

Təchizat: 1,000 ABŞ dollar

Audio visual və çap etmə xərcləri: 500 ABŞ dollar

Digər: 1,000 ABŞ dollar


6,500 ABŞ dolları

  1. QQRM tərəfindən təşkil olunan təlim kursları

3.1. Əmək bazarının dəyərləndirilməsi sayəsində müəyyən olunan ən azı bir əlavə təlimin keçirilməsi.













BMTİP, AQUPDK

BMTİP

Müqavilə (podrat) xidmətləri şirkətləri: 7,500 ABŞ dollar


7,500 ABŞ dolları

4. Məlumatları artırma: iqtisadi sahədə səlahiyyətlərin genişləndirilməsi

4.1. Qadınların iqtisadi həyatda iştirakına dair 1-günlük tədbirin təşkil olunması və İlkin Plan üzrə tədbirlərin bir hissəsi kimi hazırlanmış resursların yayımlanması.




X

X







BMTİP, AQUPDK

BMTİP

Müqavilə (podrat) xidmətləri şirkətləri: 2,000 ABŞ dollar

Digər: 1,500 ABŞ dolları




3,500 ABŞ dolları

5. Qadınların Sosial Həyatda İştirakının Gücləndirilməsi və QHT-lərin Yaradılması və İdarə Olunması üzrə təlim
5.1. Kənd Ərazilərində Qadınların Sosial Həyatda İştirakının Gücləndirilməsi üzrə Təlim Vəsaitinin işlənib hazırlanması.

5.2. QHT-lərin Yaradılması və İdarə Olunmasının Əsasları üzrə təlimatın işlənib hazırlanması.

5.3. Qadınların sosial həyatda iştirakının gücləndirilməsi üzrə təlimin keçirilməsi.

5.4. QHT-lərin yaradılması və idarə olunması üzrə təlimin keçirilməsi.






X

X




BMTİP, AQUPDK

BMTİP

Beynəlxalq məsləhətçi: 5,000 ABŞ dolları

Səfərlər: 3,000 ABŞ dolları

Müqavilə (podrat) xidmətləri şirkətləri: 5,000 ABŞ dolları

Digər: 2,500 ABŞ dolları




15,500 ABŞ dolları




6. Məlumatların artırılması: sosial həyatda iştirak etmə
6.1. İlkin Plan üzrə tədbirlərin bir hissəsi kimi hazırlanmış əyani vəsaitlərin paylanması.

X










BMTİP, AQUPDK

BMTİP




0

3-cü Komponent. Özəl sektor iştirakçılarının gender məsələlərinə qarşı həssaslığının artırılması.

7. Gender məsələlərinə həssaslıqla yanaşılan xidmətlərin göstərilməsi və belə məşğulluq strategiyalarının faydaları üzrə təlimlərin hazırlanması və keçirilməsi (hədəf qrupu: yerli aktiv bankların, qeyri-bank kredit təşkilatlarının və özəl şirkətlərin heyət üzvləri).







X

X

BMTİP, AQUPDK

BMTİP

Beynəlxalq məsləhətçi: 5,000 ABŞ dolları

Səfərlər: 2,500 ABŞ dolları




7,500 ABŞ dolları

8. Kənd qadınları üçün əmək yarmarkası


    1. Sınaq ərazidə özəl və dövlət sektorunda kənd qadınları üçün məşğulluq imkanlarının təqdim edildiyi əmək yarmarkasının təşkili.







X

X

BMTİP, AQUPDK

BMTİP

Müqavilə (podrat) xidmətləri şirkətləri: 10,000 ABŞ dolları

Digər: 5,000 ABŞ dolları




15,000 ABŞ dolları

4-cü Komponent. Siyasət və proqramların hazırlanması .

9.1 Kənd qadınlarının iqtisadi səlahiyyətlərinin genişləndirilməsi və icma həyatında aktiv iştirakı sahəsində siyasət və proqramların inkişaf etdirilməsi üzrə Təlim Vəsaitinin çap olunması (AQUPDK-nin heyəti üçün).

9.2. AQUPDK-nin heyəti üçün Kənd Qadınlarına Dəstək Göstərmə üzrə Tövsiyələrə dair kitabçanın hazırlanması.

X

X







BMTİP, AQUPDK

BMTİP

Beynəlxalq məsləhətçi: 2,000 ABŞ dollar

Audio visual və çap etmə xərcləri: 4,000 ABŞ dollar




6,000 ABŞ dolları




10.1 müəyyən bir sınaq ərazidə iqtisadi və sosial həyatda iştirakla bağlı kənd qadınlarının ehtiyaclarının və maraqlarının dəyərləndirilməsini aparmaq

10.2. Dəyərləndirmənin nəticələri əsasında bir sınaq ərazidə layihənin genişləndirilməsi üçün tövsiyələrin hazırlanması.







X

X

BMTİP, AQUPDK

BMTİP

Beynəlxalq məsləhətçi: 8,000 ABŞ dollar

Səfərlər: 2,000 ABŞ dollar




10,000 ABŞ dolları




11. Layihənin idarə olunması

11.1. Layihə idarəetmə bölməsinin təsis olunması.

11.2. BMTİP tövsiyələrinə uyğun olaraq layihənin həyata keçirilməsi


X

X

X

X

BMTİP, AQUPDK

BMTİP

Müqavilə (podrat) xidmətləri – fərdlər (məvaciblər):

Layihə meneceri: 2,000 dolları / ay x 12 ay = 24,000 ABŞ dolları

İcarə və xidmət: 500 ABŞ dolları

Təchizat: 1,500 ABŞ dolları



26,000 ABŞ dolları

CƏMİ

























97,500 ABŞ dolları
  1. İDARƏETMƏ TƏDBİRLƏRİ


A. Milli səviyyədə icra. Layihə milli səviyyədə həm İcraçı Tərəfdaş, həm də layihənin Benefisiarı (faydalanan tərəf) qismində çıxış edəcək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən icra olunacaq, həyata keçiriləcəkdir. BMTİP-nin Ölkə üzrə Nümayəndəliyi icra prosesinə dəstək göstərəcəkdir. Icraçi Tərəfdaş kimi AQUPDK ümumilikdə layihənin idarə olunmasına görə cavabdehlik daşıyacaqdır. Bununla yanaşı, AQUPDK layihə çərçivəsində həyata keçirilən bütün tədbirlərə kömək edəcəkdir.
BMTİP, özünün tədarük və insan resurslarının idarə edilməsi və NƏİ (nəticələrə əsaslanan idarəetmə) təlimatları üzrə müvafiq Qaydalarına və Prosedurlarına uyğun olaraq, tədarük və podrat xidmətləri daxil olmaqla, dəstək verəcək və xidmət göstərəcəkdir.
B. Layihə İdarəetmə Tədbirləri. Layihə, BMTİP-nin Nəticələrə Əsaslanan İdarəetmə üzrə qaydalarına uyğun olan idarəetmə strukturuna malik olacaqdır (aşağıda baxın: Şəkil: Layihə İdarəetmə Tədbirləri).
I. Layihənin idarə heyəti. Layihə İdarə Heyətinə layihənin qərarvermə orqanıdır və Layihə Menecerinə istiqamət verir və layihəyə dəyişiklikləri təsdiqləyir. Bu orqan layihə üzrə risklərin siyahısı, məsələlərin siyahısı, əldə olunan biliklərin siyahısı və layihə monitorinqi planını nəzərdən keçirir və onlara düzəlişlər edir. Layihə İdarə Heyəti üç funksiyanı özündə birləşdirir:


  • İcraçı (İcraçı Tərəfdaş) Layihə İdarə Heyətinin iclaslarını təşkil edir. Bu vəzifəni AQUPDK-nin nümayəndəsi olacaq Milli Layihə Direktoru icra edəcəkdir;

  • Baş Təchizatçı: Bu vəzifəni BMTİP-nin Rezident Nümayəndəsinin müavini, yaxud BMTİP-nin təyin etdiyi İnkişaf üzrə Məsləhətçisi icra edəcəkdir;

  • Əsas Benefisiar: Bu vəzifəni AQUPDK-nin nümayəndəsi (nümayəndələri) icra edəcəkdir.

II. Layihənin idarə edilməsi. Layihə Meneceri işə götürüləcək və layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərə gündəlik nəzarət edəcək, eləcə də maliyyə və inzibati məsələlərə dair hesabat vermə öhdəliklərini daşıyacaqdır. Layihə Meneceri layihənin icrası, gündəlik işlərin idarə edilməsinə görə cavabdehlik daşıyacaq və Layihə İdarə Heyətinin qoyduğu məhdudiyyətlər çərçivəsində, onun adından, layihəni idarə etmək səlahiyyətinə malik olacaq. Layihə Menecerinin başlıca vəzifəsi, bu Layihə sənədində müəyyən olunan zəruri tədbirləri tələb olunan keyfiyyət standartına uyğun və müəyyən olunmuş vaxt və məsrəflər çərçivəsində görməklə, planlaşdırılmış nəticələrə nail olmağı təmin etməkdir.


III. Layihəyə Zəmanət. Layihəyə və fəaliyyətlərə müstəqil nəzarət etmək, müvafiq işlərin həyata keçirilməsinə əmin olmaq üçün BMTİP İnkişaf üzrə Məsləhətçi təyin edəcəkdir. BMTİP İnkişaf üzrə Məsləhətçisi Risk, Problemlər və Öyrənilən Dərslər üzrə siyahıları yoxlamaq, Monitorinq Planına uyğunluğu təmin etmək kimi vəzifələri daşıyır.
IV. Layihəyə dəstək. Tədarük, podrat xidmətləri, səfərlər və ödənişlər daxil olmaqla, BMTİP layihəyə maliyyə və inzibati məsələlərdə dəstək verəcəkdir.
Şəkil A. Layihə İdarəetmə Tədbirləri.


C. Layihənin maliyyələşdirilməsi. Layihənin uğurlu icrası üçün Azərbaycan hökuməti və BMTİP layihəyə aşağıdakı köməklikləri göstərəcəklər:
Hökumətin köməyi:

  • Layihə ilə əlaqəli fəaliyyətlər üçün məkan və məsləhətçilərə öz missiyalarını tamamlamaq üçün lazımi informasiyanın əldə edilməsinə kömək. Təlim kurslarının keçirilməsi üçün Hökumət lazımi məkanı təmin etməlidir, ya da layihə üçün müvafiq məkanların icarəyə götürülməsində köməklik;

  • Layihə çərçivəsində həyata keçirilən tədbirləri yerli icra orqanları ilə əlaqələndirmək;

  • Təlim kurslarının hazırlanmasına ümumi dəstək, o cümlədən BMTİP ilə məsləhətləşmə aparılmaqla, təlim tədbirlərində iştirak edəcək şəxsləri təyin etmək


BMTİP-nin köməyi:

  • Layihə büdcəsinə 158,500 ABŞ dollar məbləğində dəstək;

  • Layihə üçün milli/beynəlxalq ekspertlərin və işçilərin seçilməsinə dəstək;

  • Tədarük və maliyyə məsələlərinə dəstək;

  • Təlimlərin təşkili və avadanlıq təchizatçılarının seçilməsində iştirak etmək;

  • Layihənin nəticələrinin keyfiyyətinə nəzarət.



D. Audit yoxlamaları. BMTİP/Mİ təlimatlarında tələb olunduğu kimi, layihə müstəqil audit yoxlamasından keçəcəkdir.
E. Digər məsələlər. Bütün nəşrlər və digər vizual materiallar BMTİP-nin nəşrlərlə bağlı siyasətinə uyğun olmalıdır.

VI. MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ


_____________________________________________________________

BMTİP-nin İstifadəçi üçün Qaydalarında qeyd edilən proqramın siyasət və prosedurlarına uyğun olaraq, layihəyə aşağıdakı qaydada nəzarət ediləcəkdir:



  • Ən azı ildə bir dəfə aparılan keyfiyyət dəyərləndirməsi, aşağıda Keyfiyyətə Nəzarət cədvəlində qeyd edilmiş keyfiyyət meyarları və metodları əsasında, əsas nəticələrə doğru irəliləyişi qeydə alacaqdır.

  • Mümkün problemlər və dəyişiklik etmə tələblərinin izlənməsi və onların həllini asanlaşdırmaq üçün Problemlərin Siyahısı Atlas-da aktivləşdirilməli və Layihə Meneceri tərəfindən yenilənməlidir.

  • Risklərin Siyahısı Atlas-da aktivləşdirilməli və layihənin icrasına təsir göstərən kənar amillər yoxlanaraq mütəmadi qaydada yenilənməlidir.

  • Monitorinq Planı Atlas-da aktivləşdirilməli və əsas idarəetmə tədbirlərini izləmək üçün yenilənməlidir.

  • İllik İcmal Hesabat. İllik İcmal Hesabat Layihə Meneceri tərəfindən hazırlanmalı və Layihə İdarə Heyəti və Nəticələr üzrə Şuraya da təqdim edilməlidir. Minimum tələb kimi, bu hesabatda bir illik dövrü əhatə edən layihə fəaliyyıtlərinin, məsələ və risklərin təsviri verilir. Həmçinin hesabatda nəticələr və çərçivələr bölməsində verilimiş hədəflərin əldə olunmasına dair məlumat əks olunmalıdır.

  • Layihənin İllik İcmalı. Yuxarıda qeyd olunan hesabat əsasında, layihənin fəaliyyətini dəyərləndirmək və növbəti il üçün İllik Fəaliyyət Planını (İFP) hazırlamaq məqsədilə, ilin dördüncü rübündə və ya ondan dərhal sonra layihənin icmalı aparılmalıdır. Sonuncu ildə bu icmal yekun dəyərləndirmə olacaqdır. Bu icmal Layihə İdarə Heyəti tərəfindən aparılır və tələb olunduğu halda burada digər maraqlı tərəflər də iştirak edə bilər. Bu icmalda, diqqət, nailiyyətlərə (məhsullara) doğru irəliləyişin hansı həcmdə olduğunu və onların müvafiq nəticələrə uyğunluğunun saxlanılıb-saxlanılmamasını müəyyən etməyə yönələcəkdir.



  1. HÜQUQİ ƏSAS


Layihə sənədi, Azərbaycan hökuməti və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında 6 fevral 2001-ci ildə imzalanmış Standart Əsas Yardım Sazişinin 1-ci bəndində qeyd olunan istinad vasitəsi kimi qəbul olunur.

Standart Əsas Yardım Sazişinin III maddəsinə əsasən, icraçı agentliyin və onun heyətinin və əmlakının və BMTİP-nin icraçı agentliyin nəzarətində olan əmlakının təhlükəsizliyinə görə məsuliyyət icraçı agentliyin üzərinə düşür.

İcraçı qurum aşağıda qeyd olunan vəzifələri yerinə yetirməlidir:


  1. Layihənin davam etdiyi müddət ərzində ölkədə təhlükəsizliklə bağlı vəziyyəti nəzərə almaqla, müvafiq təhlükəsizlik planının işlənib hazırlanması və onun bəndlərinə riayət olunması;

  2. İcraçı agentliyin təhlükəsizliyi ilə bağlı bütün riskləri və öhdəlikləri öz üzərinə götürməsi və təhlükəsizlik planın tam şəkildə icrası.

BMTİP yuxarıda qeyd edilən planın olub-olmamasını yoxlamaq və zəruri hallarda plana düzəlişlərin edilməsi ilə bağlı təkliflər vermək hüququna malikdir. Təhlükəsizlik planına riayət edilməməsi və ya onun həyata keçirilməməsi imzalanmış sazişin pozulması hesab oluna bilər.

İcraçı agentlik, Layihə Sənədinə əsasən, BMTİP-dən alınan maliyyə vəsaitlərindən terrorizmlə bağlı olan fərdlərin və qurumların dəstəklənməsi üçün istifadə olunmadığını, habelə BMTİP-dən maliyyə dəstəyi alanların heç birinin Təhlükəsizlik Şurası Komitəsi tərəfindən 1999-cu il tarixli 1267#-li qətnamə ilə təsis olunan siyahıda olmadığını təmin etmək üçün bütün mümkün səylərin göstərilməsini öhdəsinə götürür. Yuxarıda qeyd olunan siyahıya çıxışı http://www.un.org/Docs/sc/committees/1267/1267ListEng.htm vasitəsilə əldə etmək mümkündür. Bu müddəa, bu Layihə Sənədi əsasında qəbul edilən bütün yardımçı müqavilələrə və ya yardımçı sazişlərə də daxil edilməlidir.





1 BMSB-nin Demoqrafik İllik Nəşrləri üzrə Məlumat Bazası, sentyabr 2007-ci il (rəsmi milli hesablamalar), 2004-cü il, http://data.un.org/Data.aspx?q=Azerbaijan+rural+male&d=GenderStat&f=inID%3a2%3bcrID%3a88

2 Qadınlara qarşı Ayrı-seçkiliyin Ləğvi üzrə Komitənin yekun müşahidələri, 44-cü iclas, 20 iyul-7 avqust 2009-cu il

3 Eyni mənbə.

4 “Pozitiv ayrı-seçkilik” istisna olmaqla.

5 BMTİP-nin Müqayisəvi Üstünlüyü. İlkin mandat / diqqəti kənd qadınları ilə bağlı problemə yönəltmək, http://www.un.org/womenwatch/feature/ruralwomen/undp-comparative-advantage.html
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə