İQTİsadiyyatin hüquqi TƏNZİMLƏNMƏSİ MÖVzu. Ətraf müHİTİn müdafiƏSİNİn və TƏBİƏTDƏN İSTİfadəNİn hüquqi TƏNZİMLƏNMƏSİ




Yüklə 1.47 Mb.
səhifə6/14
tarix23.02.2016
ölçüsü1.47 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

4. Telekoınınunikasiya və informasiya sferasında fəaliyyəti tənzimləyən dövlət orqanlarının hüquqi vəziyyəti
İnfоrmasiya-kоınınunikasiya texnоlоgiyalarının inkişaf etdirilməsi Azərbay­can Respublikasının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. 2003-cü ildə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə infоrmasiya-kоınınunikasiya texnоlоgiyaları üzrə Milli Strategiya " yaxın 10 il ərzində görüləcək işlərin ümumi xəttini müəyyən­ləşdirmişdir. Azərbaycan Respubli­kası Cənubi Qafqazda bu sahə üzrə Milli Strategiya qəbul etmiş yeganə ölkədir. Bu siyasətin davamı olaraq İKT sahəsində dövlət proqramının hazırlanması vacib məsələ kimi irəli sürülmüş və "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005– 2008-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan)” hazırlanmış və təsdiq edilmişdir.

“Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2004-cü il tarixli 172 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət orqanları üçün İnternet şəbəkəsi seqmentinin yaradılması, saxlanılması və inkişafının təmin edilməsi çərçivəsində Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən “AZSNET” (Azerbaijan State Network) İnternet şəbəkəsi seqmenti yaradılmış, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, 25-dən artıq dövlət orqanı yüksəksürətli İnternetlə təmin edilmişdir.

Bakı şəhərində və Azərbaycan Respublikasının digər ərazilərində yerləşən dövlət orqanlarının infоrmasiya-kоınınunikasiya texnоlоgiyalarından istifadə etmək imkanlarını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2005-ci il tarixli 126-8sm nömrəli sərəncamı ilə TAE fiber-optik kabel magistralından və Azərbaycan Respublikasının Dövlət Dəmir Yoluna məxsus fiber-optik kabel magistralından (TRASECA) ayrılmış optik liflərin üzərində Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən dövlət orqanları üçün müasir tələblərə cavab verən dayanıqlı və etibarlı vahid multiservis infrastruktur şəbəkəsinin yaradılması işlərinə başlanmış və 2007-ci ilin birinci yarısında bu işlərin 1-ci mərhələsinin başa çatdırılması nəzərdə tutulmuşdur. Quraşdırılan DWDM avadanlıqları şəbəkənin sürətinin 1,6 Terabit/san.-yə qədər artırılmasına imkan verir.

Dövlət Gömrük Komitəsinin real vaxt çərçivəsində və “оn-line” rejimdə məlumatların ötürülməsi şəbəkəsi mərkəzlə bölgələrdə yerləşən məntəqələr arasında fəaliyyət göstərir ki, bu da Azərbaycanda E-idarəçilik sahəsində geniş ərazi şəbəkə sisteminin ilk praktik nümunəsidir. Elektron Gömrük" (e-Gömrük) layihəsi "e-Azərbaycan" proqramının bir komponenti olaraq "Azərbaycan Respublikasının gömrük sisteminin inkişafı üzrə dövlət proqramının (2007-2011)" əsas istiqamətlərindən birini əhatə edir. Bu səbəbdən, "e-Azərbaycan" proqramının həyata keçirilməsi ilə bağlı yaradılan hüquqi və normativ sənədlər əsasında "e-Gömrük" layihəsi formalaşır və icra edilir. Bu səbəbdən "e-Gömrük" layihəsinin başa çatması "e-Azərbaycan" proqramının həyata keçirilməsi ilə sıx bağlıdır."e-Gömrük" sisteminin yaradılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnformasiya və Koınınunikasiya Texnologiyaları üzrə İnkişaf Strategiyasının əsas məqsədlərindən birini təşkil edir və əsasən üç altsistemdən ibarətdir:

1. Gömrük Xidmətində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi.

2. İnternet informasiya resurslarının idarəetmə sistemi.

3. Gömrük Komitəsinin daxili portalı - İntranet sistemi.

"e-Gömrük" əsasən DGK-da həyata keçirilən "Gömrük Xidmətində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi" (VAİS) layihəsi üzərində qurulur. VAİS aşagıdakı modullardan ibarətdir:

- Gömrük nəzarəti sistemlərinin elektronlaşdırılması;

- Gömrük rəsmiləşdirilmə prosedurlarının avtomatlaşdırılması;

- Qaçaqmalçılıq və hüquqpozmalara qarşı mübarizə üzrə avtomatlaşdırılmış idarəetmə sistemləri və kompüterləşdirilmiş əməliyyat mərkəzi;

- Maliyyə fəaliyyətinin avtomatlaşdırılması;

- Valyuta sərvətlərinin avtomatlaşdırılmış qeydiyyat sistemi;

- Resursların idarəetmə sistemi;

- Sənəd dövriyyəsinin avtomatlaşdırılması;

- Risklərin idarə olunması sistemi;

- Texniki təchizat üzrə "Elektron sifariş" sistemi;

- Dövlət sərhədinin avtomobil buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" avtomatlaşdırılmış idarəetmə sistemi.

Vergilər Nazirliyində də Geniş Ərazi Şəbəkə Sistemi yaradılır. ƏDV: deklarasiya, yoxlamanın nəticələri haqqında məlumat - xidmət müvafiq informasiya təqdimatı ilə həyata keçirilir. Vergilər Nazirliyinin elektron xidmətlərinə elektron bəyənnmə, elektron hesab-faktura, onlayn kargüzarlıq, banklarla elektorn mübadilə kimi xidmətlər daxildir. Ümumiyyətlə hesabatların, bəyənnamələrin elektron formada verilməsinin məqsədi Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq, vergi bəyannamələrinin (hesabatların) vergi ödəyicisi tərəfindən elektron şəkildə təqdim edilməsi, vergi orqanları tərəfindən onların qəbulu və bu barədə vergi ödəyicisinə elektron səkildə bildirişin verilməsi işlərinin tənzimlənməsi ilə “Elektron hökumət” layihəsi çərçivəsində dövlət orqanlarının vətəndaşlara və təşkilatlara təqdim etdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına və onların təqdim olunma prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına  nail olmaqdır. Elektron bəyannamə (hesabat) - informasiyanın elektron-rəqəmsal formada təqdim olunduğu sənəd hesab edilir. Yeni şirkətlərin qeydiyyatı - xidmət müvafiq prosedura qaydaları haqqında informasiya təqdimatı ilə həyata keçirilir. Bu xidmət növü Azərbaycan Respublikası prezidentinin 25 oktyabr 2007-ci il tarixli “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “ bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında ” Sərəncamına əsasən 2008-ci ildən tətbiq olunmağa başlamışdır.

Standartlaşdırma, Metrоlоgiya və Patent üzrə Dövlət Agentliyi öz fəaliyyətini beynəlxalq səviyyədə qəbul оlunmuş İKT standartlarına müvafiq qaydada qurmağa başlamışdır.

Dövlət orqanlarının E-xidmətlərinin yaradılması və həyata keçirilməsi dövlət informasiya sistemlərinin yaradılması və inkişaf etdirilməsi çərçivəsində gerçəkləşdiriləcək. Dövlət orqanlarının E-xidmətlərinin yaradılması dövlət xidmətlərinin göstərilməsi və inzibati prosedurların həyata keçirilməsi reqlamentlərinin funksional təhlilinin aparılması əsasında həyata keçiriləcək. Aparılmış təhlilin nəticələrinə görə dövlət idarəetmə və inzibati reqlamentlərin (prosedurların) həyata keçirilməsi sisteminin modernləşdirilməsi üzrə təkliflərin hazırlanması planlaşdırılır. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi çərçivəsində E-xidmətlərin gerçək­ləş­diril­məsi və E-hökumət infrastrukturunun baza komponentləri ilə qarşılıqlı fəaliyyət sahəsində dövlət orqanlarının informasiya sistemləri ilə bağlı tələblər müəyyən olunacaq. Proqramın həyata keçirilməsinin ilkin mərhələsində dövlət E-xidmətlərinin işlənilməsi və inkişaf etdirilməsi üçün reqlamentin və həmçinin onların standart sənədləşdirmə forması müəyyən olunacaq. Dövlət orqanları tərəfindən E-xidmətlərin təqdim olunması mövcud informasiya sistemlərinə dəyişikliklərin edilməsi və ya E-hökumət portalı ilə inteqrasiya üçün qarşılıqlı fəaliyyət standartlarını nəzərə almaqla yeni informasiya sistemlərinin işlənib hazırlanmasını nəzərdə tutur. Proqram çərçivəsində 83 xidmət növündən ibarət E-xidmətlərin göstərilməsi planlaşdırılır. Vətəndaşların və təşkilatların fəaliyyətinin əsas sahələrinə müvafiq olaraq baza E-xidmətlərinin siyahısı tərtib olunacaq.

Sosial sahədə Elektron səhiyyə sistemi də mühüm rol oynayır. Burada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2006-cı il tarixli “Elektron sağlamlıq kartı" sisteminin tətbiqi Qaydaları"nın təsdiq edilməsi haqqında qərarı xüsusi əhəmiyyət kəsb edir. Qərar Elektron sağlamlıq kartı sisteminin və tibbi elektron registrlərin yaradılması qaydalarını müəyyən edir. Sağlamlıq kartı sisteminin tətbiqi müvafiq elektron registrlərin hazırlanması vasitəsilə vətəndaşların sağlamlığı vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsini və operativ şəkildə şəxslərin sağlamlığı barədə məlumat bankının yaradılmasını təmin edir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan sağlamlıq kartı sistemi şəxsi, tibbi və sığorta məlumatlarını özündə saxlayan elektron informasiya sistemidir. Sağlamlıq kartı sistemində olan məlumatlar (xəstəlik tarixi, cari istifadə edilən dərman preparatları, peyvəndlər, tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır.

Digər mühüm məsələ Təhsil sistemində idarəetmənin informasiyalaşdırıl­ması­dır ki, o da aşağıdakıları özündə cəmləşdirir:

- təhsil sahəsinin idarə olunmasında və tənzimlənməsində vahid informasiya infrastrukturunun yaradılması, təhsilin idarə edilməsində informasiya sistemləri və texnologiyaların səmərəli tətbiqinin təmin edilməsi;

- təhsilin idarə olunmasının məlumat sistemlərinin (TİMS) inkişaf etdirilməsi, “elektron hökumət” prinsiplərinin tətbiqinin genişləndirilməsi;

- təhsilin idarə olunması funksiyalarını yerinə yetirən dövlət orqanlarının İKT avadanlığı və müvafiq proqram vasitələri ilə təmin olunması.

Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən xidmətlərin həyata keçirilməsi üçün dövlət orqanlarının Vergilər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Təhsil Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiə fondunun və digər qurumların öhdəsinə verilmişdir.

Biznes sektoru üçün hökumətin E-xidmətləri aşağıdakı tədbirlər çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur:

1)  Sosial fondlara ödəmə - xidmət müvafiq informasiya təqdimatı ilə həyata keçirilir. Bunu Dövlət Sosial Müdafiə Fondu əsasında həyata keçiriləcəkdir.

4) Statistika orqanlarına məlumatın təqdimatı - xidmət müvafiq informasiya təqdimatı ilə həyata keçirilir. Dövlət Statistika Komitəsi tərəfindən Nazirlər Kabinetinin 11 fevral 2010-cu il tarixli Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi Qaydası haqqında qərarına əsasən həyata keçirlir. Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların Statistik vahidlər, ailə kəndli və ev təsərrüfatları tərəfindən dövlət statistika orqanlarına elektron sənəd formasında təqdim edilməsində məqsəd statistika orqanları ilə əlaqələrin keyfiyyətinin yaxşılaşdırılması, statistik vahidlərə düşən informasiya yükünün və vaxt itkisinin azaldılması, müasir informasiya və koınınunikasiya texnologiyalarından istifadə etməklə məlumatların təqdim edilmə üsulunun asanlaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasına nail olmaqdan ibarətdir.

5) Ətraf mühitin qorunması ilə əlaqədar icazələr - xidmət müvafiq informasiya təqdimatı ilə həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir.

Ödəmə sistemi sahəsində də elektrоnlaşma həyata keçirilir. Belə ki, artıq real zaman rejimində Banklararası Milli Hesablaşma Sistemi fəaliyyət göstərir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin İKT sektorunda görülən işlər üzrə elektron şəffaflıq prinsipini həyata keçirməyə, rabitə və informasiya texnologiyaları sahəsində yerli və xarici istifadəçiləri dünya standartları səviyyəsində sahəvi informasiya resurları ilə təmin etməyə imkan verən müvafiq informasiya portalı hazırlamış, onu rus və ingilis dillərinə tərcümə edərək abunəçilərin və vətəndaş cəmiyyətinin istifadəsinə təqdim etmişdir.

Tələbə qəbulunun şəffaf şəkildə keçirilməsi məqsədilə 1992-ci ildən test sistemi tətbiq edilir və qiymətləndirmə prоsesi informasiya texnоlоgiyalarının ən qabaqcıl nailiyyətlərindən istifadə edilərək kоmpüterləşdirilmişdir.

2000-ci ildən isə cəmiyyətdə gedən demоkratik prоseslərin əsas göstəricisi оlan şeçki prоseslərinin şəffaf tərzdə keçirilməsi üçün «Seçkilər» Avtоmatlaşdırılmış İnfоrmasiya Sistemi fəaliyyət göstərir. Bu sistemin ən vacib funksiyalarından biri bölgələrdəki seçki dairələri ilə Mərkəzi Seçki Kоmissiyası arasında оperativ infоrmasiya mübadiləsi üçün etibarlı əlaqənin təmin edilməsidir.

«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Qanuna müvafiq olaraq, 2001-ci ildə «Giriş-çıxış» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (AMAS) yaradılmışdır. Pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin verilməsi, o cümlədən şəxslərin yaşayış və olduğu yer, əcnəbilərin ölkədə daimi yaşamasına icazə və vətəndaşlığa qəbul (çıxmaq) üzrə qeydiyyatların aparılması, şəxslərə və nəqliyyat vasitələrinə sərhədkeçmə nəzarətinin keçirilməsi, Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə, Xarici İşlər, Ədliyyə, Vergilər Nazirlikləri, Dövlət Sərhəd və Dövlət Miqrasiya Xidmətlərini və digər aidiyyəti dövlət orqanlarının şəxslər və miqrasiya üzrə informasiya təminatı kompüterləşdirilmişdir. Aidiyyəti dövlət orqanlarını, o cümlədən qeydiyyat və şəxsiyyət vəsiqələri üzrə yerli polis strukturlarını, regional pasport mərkəzlərini, sərhəd nəzarət məntəqələrini tam əhatə edən və ölkənin xaricdəki konsulluq bölmələrinin vahid şəbəkəyə birləşdirilməsini nəzərdə tutan infrastruktura malik “Giriş-çıxış” AMAS üzrə orqanlararası əlaqələndirmə işləri təşkil edilmişdir. Ölkə vətəndaşları barəsində toplanan informasiya seçici yaşına çatmış şəxsləri tam əhatə etmiş, bu resurslardan demoqrafik statistika və siyahıyaalma işlərində, habelə nəqliyyat, rabitə, turizm, təhsil, sosial təminat və digər sahələrdə istifadəsi üçün imkanlar genişlənmişdir. “Giriş-çıxış” AMAS-ın təkmilləşdirilməsi davam etdirilmiş, E-imza və biometrik texnologiyalarının tətbiqinə, mobil identifikasiya və elektron rəqəmli xəritə ilə vizuallaşdırma vasitələrinin yaradılmasına başlanılmışdır.

2007-ci ildə “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqrami” hazırlanmış və təsdiq edilmişdir. Bu Proqramda biometrik texnologiyaların tətbiqi ilə yeni nəsil pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin istehsalının və verilməsinin, bu sahədə E-xidmətlərin göstərilməsinin təşkil edilməsi, fərdiləşdirilən sənədlərin mühafizə dərəcəsinin və sərhədkeçmə nəzarətinin gücləndirilməsi, identifikasiya işlərinin dəqiqliyinin təmin edilməsi, kritik infrastrukturun və obyektlərin mühafizə rejiminin təkmilləşdirilməsi üzrə tədbirlər nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 20 fevral tarixli 94 nömrəli Sərəncamı ilə yaradılmışdır. Nazirlik Azərbaycan Respublikasında rabitə (telekoınınunikasiya, poçt) və informasiya texnologiyaları sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən normativ hüquqi tənzimlənməni, rabitənin və informasiya texnologiyalarının inkişafını təmin edən, bu sahələrdə digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik rabitə və informasiya texnologiyaları sahəsində vahid dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək; rabitə və informasiya texnologiyaları sahəsində dövlət tənzimlənməsini həyata keçirmək; informasiya texnologiyalarının kütləvi istifadə edilməsi yolu ilə sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaranmasını, informasiyanın əmtəəyə çevrilməsini, informasiya bazarının formalaşdırılmasını təmin edən tədbirlər görmək; rabitə və informasiya texnologiyaları sahəsində həyata keçirilən fəaliyyət, o cümlədən radiotezliklər spektrinin istifadəsi, habelə yerüstü peyk rabitə avadanlıqlarının istismarı və fəaliyyəti üzərində dövlət nəzarətini təmin etmək; dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin rabitə və informasiya texnologiyaları xidmətlərinə olan təlabatlarının ödənilməsi üçün zəruri olan tədbirləri hazırlamaq və həyata keçirilməsində iştirak etmək kimi vəzifələr daşıyır. Nazirliyin aşağıdakı funksiyaları vardır:

- rabitə vasitələrinin və xidmələrinin, informasiya texnologiyalarının inkişafının proqnozları əsasında rabitə və informasiya texnologilarının inkişaf konsepsiyalarını hazırlayır və həyata keçirilməsini təşkil edir;

- rabitə və informasiya texnologiyaları sahəsində dövlət proqramlarını hazırlayır və onların yerinə yetirilməsi üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görür;

- rabitə və informasiya texnologiyaları sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir; nazirliyin səlahiyyətlərinə aid olan məsələlər üzrə normativ hüquqi aktları və sahə standartlarını hazırlayıb təsdiq edir;

- tabeliyində olan qurumlar vasitəsi ilə Azarbaycan Respublikasının bütün ərazisində keyfiyyətli və etibarlı rabitə xidmətləri göstərilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür və s.

İnformasiya texnologiyaları sayəsində fəaliyyəti həyata keçirmək üçün Rabitə və informasiya Texnologiyaları Nazirliyinin tabeliyində Məlumat-Hesablama mərkəzi yaradılmışdır. MHM-nin fəaliyyətinin əsas məqsədi rabitə sahəsində informasiyanın kompyüter texnologiyası əsasında avtomatlaşdırılmış şəkildə işlənmiş, kompyüter şəbəkəsinin və istismarın genişləndirilməsidir. Məlumat Hesablama Mərkəzi (MHM) texnoloji proseslərdə istifadə olunan hesablama texnikasının texniki xidmətini, proqram təminatının hazırlanması, korporativ və lokal şəbəkələrin istismarını həyata keçirir.

2008-gi ilin 10 ayında informasiya koınınunikasiya texnologiyaları (İKT) sektorunda fəaliyyət göstərmiş müəssisələr tərəfindən istehsal olunmuş məhsul və göstərilmiş xidmətlərin həcmi faktiki qiymətlərlə 691 milyon manat olub və 30,1 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur. 2008-ci il ərzində telekoınınunikasiya və poçt sektorunda əldə edilən gəlirlərin həcmi ötən il ilə müqayisədə 29,7 faiz artaraq 701,7 milyon manat olub. ÜDM üzrə gəlirlərin 1,4% telekoınınunikasiya və poçt sektorunun payına düşür. Reэiоnların innоvasiya zоnası пrоyektinin həyata keçirilməsi nətigəsində 2012-gi ildə İKT sektоrunun həgminin 5 dəfə artması, эəlirlərinin isə 4 dəfə artaraq 4 mlrd dоllar оlması və 2018-2020-gi illərdə bu sektоrun эəlirlərinin neft sektоrunun эəlirlərinə bərabər оlagağı эözlənilir. Rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara 204.5 milyon manatlıq, yaxud 2007-ci ilin birinci rübündəkindən 45.9 faiz çox rabitə xidməti göstərmişlər.

2007-ci ildə əhalinin hər 100 nəfərinə düşən əsas telefon aparatlarının sayı 15 ədəd, mobil telefon abunəçilərinin sayı 52 abunəçi olmuşdur. Azərbaycan Res-publikasının 67.5 min kv. km ərazisi və ya ölkə ərazisinin 78.0 faizi mobil şəbəkə ilə əhatə olunmuş, bu ərazilərdə yaşayan əhali ölkə əhalisinin 99.0 faizini təşkil etmişdir. 2007-ci ilin sonuna ölkədə 322.9 min ədəd (2006-cı ildə 261.4 min), o cümlədən ev təsərrüfatlarında 205.9 min ədəd, hüquqi şəxslərdə 101.7 min ədəd və hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlarda 15.3 min ədəd kompüter mövcud olmuşdur1. Orta hesabla ölkə əhalisinin hər 100 nəfərinə 3.7 (2006-cı ildə 3.1) ədəd kompüter düşmüşdür. 2007-ci ilin sonuna İnternet istifadəçilərinin sayı 926.6 min nəfər, əhalinin hər 100 nəfərinə İnternet istifadəçilərinin sayı 11 nəfər (2006-cı ildə 10) olmuşdur.

Dövlət orqanlarının E-xidmətlərinin yaradılması dövlət xidmətlərinin göstərilməsi və inzibati prosedurların həyata keçirilməsi reqlamentlərinin funksional təhlilinin aparılması əsasında həyata keçiriləcək. Aparılmış təhlilin nəticələrinə görə dövlət idarəetmə və inzibati reqlamentlərin (prosedurların) həyata keçirilməsi sisteminin modernləşdirilməsi üzrə təkliflərin hazırlanması planlaşdırılır. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi çərçivəsində E-xidmətlərin gerçək­ləş­diril­məsi və E-hökumət infrastrukturunun baza komponentləri ilə qarşılıqlı fəaliyyət sahəsində dövlət orqanlarının informasiya sistemləri ilə bağlı tələblər müəyyən olunacaqdır. Proqramın həyata keçirilməsinin ilkin mərhələsində dövlət E-xidmətlərinin işlənilməsi və inkişaf etdirilməsi üçün reqlamentin və həmçinin onların standart sənədləşdirmə forması müəyyən olunacaqdır



5. Telekoınınunikasiya və informasiya sferasindaki iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinin beynəlxalq təcrübəsi
İqtisadi və sosial inkişafın ən mühüm göstəricilərindən biri olan məlumat­lanma, xəbərləşmə sahəsində meydana çıxan inkişaflar ilə insanların vaxtlarını daha səmərəli və qənaətlə istifadə etmə imkanı yaranmışdır. Yüksək sürətlə inkişaf edən texnoloji tərqəqqi həyatımızın hər sahəsinə təsir göstərməklə, bilik iqtisadiyyatı, yeni iqtisadiyyat və ya internet iqtisadiyyatı kimi məfhumları meydana çıxarmışdır. Bilik və rabitə sektorunda baş verən tərəqqillər mal və maliyyə bazarlarının ölkə sərhədlərini aşaraq dünyaya açılmasına imkan vermişdir. Ticarət və sosial həyatın inkişafı, xüsusi ilə şəhərlərdəki demoqrafik artımın güclənməsi ilə etibarlı və səmərəli xəbərləşmənin əhəmiyyəti gün keçdikcə artmaqdadı. Klassik inkişaf modelləri yerini bilik mənbələrini əlində tutmağa söykənən fərqli bir inkişaf modelinə verərkən inkişaf etmiş ölkələrin iqtisadiyyatı “kapital və əmək” quruluşlu ölkələrdən “bilikli” bir quruluºa çevrilməkdədir.

Dövrümüzün şərtlərində biliyin şəxslərdən şəxslərə ötürülməsi vaxtı xəbərləşmənin çox kiçik bir mərhələsini təşkil edir. Bu səbəblə xəbərləşmə fərdi xəbərləşməni təmin etməklə yanaşı, bilik cəmiyyətinin əsas bünövrəsini təşkil edən və öz başına iqtisadi dəyəri olan strateji bir sektor halındadır. Xəbərləşmə məfhumu “fərdlər, qruplar və ya təşkilatlar arasında müxtəlif düşüncə, bilik və hisslərin ötürülməsi ilə əlaqəli olaraq ortaq bir məfhum təşkil etmək və qarşılıqlı təsiri təmin etmək məqsədi ilə səs, görüntü və ya ötürülmə kimi ünsürlərdən yararlanaraq aparılan bilik alış verişi” olaraq müəyyən oluna bilər.

XX əsrin son rübündə tüxnologiyada yaşanan sürətli inkişaf bilik və bilik axınına verilən əhəmiyyəti artırmışdır. Xüsusi ilə dünyadakı qloballaşmayı surətləndirən azad bazar iqtisadiyyatının faktiv fəaliyyət göstərməsi üçün , kifayət qədər biliyin etibarlı şəkildə vaxtında qərər qəbul edənlərə ötürülməsini zəruri edir. Telekoınınunikasiya xidmətləri belə bir iqtisadi quruluşda, ölkə mənbələrinin daha təsirli paylanmasında ən mühüm vasitələrdən biri olan maliyyə bazarlarının ayrılmaz bir parçası olduğu kimi, istehsalçı və istehlakçı zəncirində bilik axınını təmin edərək hər cür mal və xidmət bazarlarının tələb və təklifdəki dəyişmələrə uyğun olaraq işləməsində mühüm bir rol oynamışdır.

Telekoınınunikasiya sektoru iqtisadi və ictimai təsirləri səbəbi ilə demək olar ki bütün ölkələrdə stratejik bir investisiya yatırılası sahə kimi qəbul edilir. Bu texnologiyaların doğru və yayağın olaraq istifadə edilməsi dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təşviq edilir. Bilik cəmiyyəti iqtisadiyyatı bütün ölkələrdə telekoınınunikasiya şəbəkələrinin qurulmasını zəruri edir.

Telekoınınunikasiya xidmətləri 1980-ci illərin ortasına kimi bir çox ölkədə ictimai xidmət olaraq qiymətləndirilmiş və birbaşa dövlətlə əlaqəliolan yaxud dövlətə aid olan şirkətlər vasitəsi ilə təbii inhisarçı şəklində göstərilmişdir. Sahənin dövlət inhisarında olmasının ən əsas səbəbləri tələb elastikliyi aşağı olan telekoınınunikasiya xidmətlərinin gəlir mənbəyi olaraq görülməsi və beynəlxalq xidmətdən irəli gəlmişdir. Beləcə telekoınınunikasiya xidmətləri əhatə iqtisadiyyatı olması əsası ilə əsasən poçt xidmətlərinin alt sektoru kimi görülmüşdür. Lakin informasiya texnologiyasında baş verən inkişaflar və xüsusi ilə bankçılıq və digər xidmət sektorlarının beynəlxalq fəaliyyətləri telekoınınunikasiya xidmətlərinin poçt xidmətlərindən ayrılmasında təsirli rol oynamışdır. Sektorda bir tərəfdən bazar sərhədləri rotadan qalxarkən digər tərəfdən bütün telekoınınunikasiya sistemləri də dijital dünyayla inteqrasiya halına gelmişdir. Artıq təhsil, sağlıq, bankçılıq kimi digər sahələrdə inkişafı müəyyən edən əsas ünsürlərdən biri də telekoınınunikasiya sektorudur.

İnsanların uzaq məsafədəki insanlarla əlaqə qurma səyləri üçün istifadə etdiyi bəsit alətlərin tərkedilməsi elektrik erasının başlaması ilə baş vermişdir. 1729-cu ildə bir İngilis kimyaçısı olan Stephan Grayin bir mis tel üzərindən elektriki ötürməsi ilə telekoınınunikasiyanın ilk addımları atılmışdır. Telekoınınunikasiyanın başlanğıcı olaraq qəbul edilən telegraf uzun bir nüddət dövlətin nəzarətində, bürokratik və hərbi ehtiyaclar üçün istifadə edilmiş, mülki məqsədli isə XİX əsrin sonlarından etibarən başlanmışdır.

İİ Dünya müharibəsi dövründə radarın kəşf edilməsi ilə müharibədən sonra mikrodalğa radio yayımı vasitəsi ilə uzun məsafəli telegrafla rabitə həyata keçirilmişdir. NASA və Amerikan Telefon və Teleqraf şirkəti AT və T –in əməkdaşlığı ilə dünyanın ilk beynəlxalq xəbərləşmə peyki olan Telstar 1 orbitinə yerləşdirilmişdir. Beləcə telekoınınunikasiya sahəsində ölkələr arasında uzaqlıq problemi həll olunaraq, mesajın sürətli bir şəkildə alıcıya çatdırılması təmin eidlmişdir. 80-cı ildən etibarən isə telefonun inkişaf dövrü başlamış, mobil, telesekreterli və kabelsiz telefonlar yaradılmış və insanların istifadəsinə verilmişdir ki, məhz bu dövrdən etibarən telekoınınunikasiya sektorunun yüksək sürətlə inkişafı başalmışdır. İnternetə tələbin artması bəzi iqtisadi fəaliyyət növlərinin məhz elektorn formada aparılmasına gətirib çıxarmışdır ki, bura elektron ticarət, elektron bankçılıq kimi sahələri aid etmək olar.

Dünyada 1844-cü ildə Samuel morzenin telegraf mesajını Vaşinqtondan Balti­mora ötürməsi telekoınınunikasiya erasının da başlanğıcı olaraq qəbul edilmişdir. bu tarixdən bugünə beynəlxalq və bir çox yerli quruluşlar sahənin bukünkü quruluşuna, qanuni tənzimləmələrə və inkişafına qatqı qatmışdır. 1988-ci ildə Nəqliyyat Nazirliyi tərəfindən hazırlanan TUENA hesabatında telekoınınuni­kasi­ya sektorundakı nizam­layıcı qurumların qurulması dövlət orqanları ilə münasibətləri baxımından 4 formada bölünmüşdür:



  1. hökumətdən asılı olmayan və vəzifələrin böyük bir qismini yerinə yetirənlər.

  2. hökumətdən asılı olmamaqla yanaşı, vəzifələrin bir qismini nazirlik və ya digər sərbəst qurumlarla bölüşənlər.

  3. nazirlik içində yarı sərbəst qurumlar.

  4. nazirlik içində tam asılı nizamlayıcı quruluşlar.

Hökumətdən asılı olmayaraq fəaliyyət göstərən nizamlayıcı qurumlara Beynəlxalq Telekoınınunikasiya İttifaqı (İTU) və ABŞ-dakı Federal Koınınunikasiya Komissiyası (FCC) misal göstərmək olar. Nizamlama fəaliyyətlərini hökumətdən kənar nazirlik və ya digər sərbəst qurumlarla bölüşənlərə ən tipik nümunə İngiltərə xəbərləşmə sektorunu nizamlayan Telekoınınunikasiya idarəsi olan OFTEli misal göstərmək olar. Bundan əlavə Avstraliya xəbərləşmə qurumu ACA, Kanada Radio –TV və xəbərləşmə komissiyası CRTC və Türkiyənin Telekoınınunikasiya Qurumunu misal göstərmək olar. Cənubi Koreyadakı Koreya Koınınunikasiya komitəsi isə İnformasiya və Rabitə Nazirliyinin tərkibində yarı müstəqil nizamlayıcı qurumlardandır. Nazirlik içində tam asılı olaraq fəaliyyət göstərən qurumlara ən tipik nümunə Yaponiyadır. Yaponiyada Poçt və Telekoınınunikasiya Nazirliyinin tabeliyində Telekoınınunikasiya Komissiyası fəaliyyət göstərir .

Beynəlxalq Telekoınınunikasiya İttifaqı 189 ölkədən və 650 sektordan təşkil olunmuş Birləşmiş Millətlər Təşkilatının telekoınınunikasiya sahəsində fəaliyyət göstərən dövlətlərarası hüquqi bir qurumdur.

Telegrafın icad edilməsindən sonrakı on illik dövrdə xəbərləşmə şəbəkəsi ölkə sərhədləri içində yayılmışdır. Lakin telegraf xətlərinin sadəcə ölkə sərhədləri nəzərə alınaraq qurulması, beynəlxalq xəbərləşmənin həyata keçirilməsinə mane olacaq bir faktor kimi meydana çıxdı. Bu problemin həll edilməsi üçün 20 Avropa dövlətinin Parisdı 1865-ci ildə toplanmış və 2 ay sonra ilk “Beynəlxalq Teleqraf Birliyi” qurulmuşdur. Beləliklə telekoınınunikasiya sahəsində ilk beynəlxalq saziş kimi qəbul edilmiş və ilk Telegraf Nizamnaməsi nəşr olunmuşdur.

Dünyanın telefonla tanışması Birliyin bu sahədə də nizamlamalar etməsini zəruri etmiş və telekoınınunikasiya sahəsindəki xidmətlərin genişlənməsi nəticəsində Birliyin öhdəlikləri də artmışdır ki, nəticədə Birlik Madrid Konfransından çıxan bir qərarla 1934-cü ildə Beynəlxalq Telekoınınunikasiya İttifaqı (İTU) adını almışdır. İkinci dünya müharibəsindən sonra isə BMT-nin xüsusi bir orqanı kimi fəaliyyət göstərməkdədir. BTİ (İTU) - elektrorabitənin xidmət və qovşaqlarının iştirakçı - dövlətlər çərçivəsində istismarını və maarifləndirməsini uzlaşdıran ümumdünya təşkilatıdır. BTİ beynəlxalq telekoınınunikasiyanın nizamlanmasına, standartlaşdırıl­masına, uzlaşdırılmasına və inkişafına, eyni zamanda bu sahədə dövlətlərin siyasətinin uzlaşdırılmasına cavabdehdir.

Birliyin xidmət sahəsi peyklərin telekoınınunikasiya vasitələri arasına girməsi ilə yeni bir mahiyyət qazanmışdır. Beləcə texnoloji tərəqqi telekoınınunikasiya xidmətləri arasında inteqrasiya edərkən bazarda meydana çıxan güclü rəqabət də telekoınınunikasiya sahəsində yeni trendləri (qloballaşma, yenidən inkişaf, əlavə dəyərli şəbəkə xidmətləri, ağıllı şəbəkə sistmeləri və regional razılaşmalar ) meydana çıxarmışdır. Bu baxımdan Birliyin məqsədləri aşağıdakı kimi sadalana bilər:


  • beynəlxalq koınınunikasiya altqurumlarının beynəlxalq şəbəkələrə bağlanaraq, sadə telefon görüşmələrindən ən müxtəlif məlumatın ötürülməsinə kimi dünya miqyasında sürətli və etibarlı bir əlaqənin təmin edilməsi üçün standartları inkişaf etdirmək;

  • yeni texnologiyaların mövcud qlobal telekoınınunikasiya şəbəkəsi ilə intqrasiyası üçün lazimi fəaliyyəti həyata keçirmək;

  • telekoınınunikasiyanın inkişaf etməkdə olan ölkələrdə inkişaf etdirilməsi üçün məsləhət, texniki kömək, layihə idarəetməsi, təhsil xidmətləri və məlumatlarla təmin etmək;

  • telekoınınunikasiya qurumları, maliyyə mənbələri və özəl qurumlar arasında ortaqlıqlar qurulmasına kömək göstərmək;

  • bütün bu fəaliyyətlərin reallaşması üçün lazım olan hər cür qanun, nizamnamə və idarə və rəhbərliyi həyata keçirmək və tətbiqini təmin etmək.

Radiokoınınunikasiya sektoru (İTU-R), radio dalğasının, bütün radiokomunikasiya xidmətləri tərəfindən bərabər, səmərəli və qənaətli istifadəni təmin etməklə məsuliyyətlidir. Birlik sektorda az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə telekoınınunikasiya xidmətlərinin inkişaf etdirilməsi məqsədi ilə hər cür texniki yardım və əməkdaşlıq təmin etməklə Telekoınınunikasiya İnkişaf etdirmə Sektorunu (İTU-D) vəzifələndirmişdir. İnkişaf sektorunun məramı, telekoınınunikasiya sahəsində inkişafda olan ölkələrə texniki yardım göstərilməsinə köməklik göstərmək, eyni zamanda bunların yerinə yetirilməsi üçün lazım olan maliyyə və maddi vəsaitlərin səfərbər olunmasına, eləcə də telekoınınunikasiya sahəsində yeni texnologiyanın üstünlüklərini planetin bütün insanlarının xeyrinə yayılmasına yardımçı olmaqdır.

Standartlaşdırma sektoruna dünya miqyasında telekoınınunikasiya sahəsi üzrə, yeni texnologiyaların yayılmasına köməklik göstərilməsi, xidmət göstərilməsində beynəlxalq standartlaşdırma prosedurlarının təkmilləşdirilməsi və qloballaşma proseslərinin, konvergensiya, internetin yayılmasının aktivləşdirilməsi kimi məsələlər aiddir. Bundan əlavə, Standartlaşdırma sektoru qaydaları öyrənir və müəyyənləşdirir, qətnamələr qəbul edir, istək və təqdimatları qısa və dürüst ifadə edir, eləcə də telekoınınunikasiya sahəsi üzrə məlumatları toplayır və dərc edir.

ABŞ-da telekoınınunikasiya nizamlamaları, telekoınınunikasiya xidmətlərinin dövlət inhisarında aparıldığı digər ölkələrdən çox əvvəl başlamışdır. Aleksandr Bellin petent hüququ ilə bağlı ABŞ-da qurulmuş telekoınınunikasiya şirkətlərinə dair nizamlamalar 1920-ci ildə “Federal Radio Komissiyası”nın yaradılması ilə başlamışdır. Komissiyanın vəzifəsi yayım planlaşdırması ilə bağlıdır. Federal Radio komissiyası 1934-cü ildə “Federal Koınınunikasiya Komissiyasının” yaranması ilə bütün vəzifə və səlahiyyətlərini bu quruma vermişdir. FKK radio, televiziya, telegraf, peyk və naqil vasitəsi ilə ölkədaxili və beynəlxalq xəbərləşməyə dair nizamlamalar həyata keçirməklə vəzifələnmişdir. Hazırkı dövrdə Amerika Telekoınınunikasiya sahəsi, federal, əyalət və yerli səviyyədə ayrı-ayrı hüquqlara malik qurumlar tərəfindən nizamlanır. Bundan əlavə bu nizamlamalarda “Federal Məhkəmə” də mühüm bir rol oynayır. Federal Koınınunikasiya Komissiyası isə bu qurumlar arasında federal səviyyədə nizamlayıcı qurum olaraq fəaliyyət göstərir. Federal Koınınunikasiya Komissiyasının tabeliyində 50 əyalət, Kolumbiya Bölgəsi aiddir.

Müstəqil nizamlama qurumu olan FKK Amerika Prezidenti tərəfindən seçilən və Senat tərəfindən təsdiqlənən 5 komissiya üzvü tərəfindən idarə olunur. FKK əsas vəzifələri arasında əyalətlərarası və beynəlxalq xidmətlərin tənzimlənməsi, radio dalğalarının təxsisi, yayım sektorunda qaydalara riayət etmənin yoxlanılması, xidmət srandartlarının yaradılması, telefon və telegraf xidmətlərinin surəli və səmərəli şəkildə məqbul qiymətlərlə aparılması daxildir. Komissiya üzvləri FKK-nın bütün fəaliyyətlərini həyata keçirmək üçün 10 qərargah idarəsi və 6 büroya səlahiyyət vermişdir. Büro və idarələr fərdi funksiyalara malik olsalar da, Komissiyanın iclaslarında daimi olaraq mütəxəssis kimi iştirak edirlər. Komissiyada fəaliyyət göstərən idarələr – İdarəetmə Hüquqi işlər İdarəsi, Koınınunikasiya İdarəetmə İdarəsi, Texnoloji və Mühəndislik idarəsi, Ümumi məsləhət İdarəsi, Ümumi Nəzarət İdarəsi, Qanuni məsələlər İdarəsi, İdarəetmə Direktoru idarəsi, Mətbuat İdarəsi, Stratejik Planlama və Siyasət təhlili idarəsi və insan resursları idarəsindən ibarətdir.

İdarələr komissiyanın daxili fəaliyyətlərində aktiv rol oynayır, bürolar isə əksinə xarici fəaliyyətlərin həyata keçirilməsinə kömək edir. FKK tərəfindən səlahiyyətləndirilmiş Bürolar – İstehlakçı və Hökumətlə əlaqələli işlər bürosu, İcra bürosu, beynəlxalq münasibətlər bürosu, media bürosu, Simsiz Telekoınınunikasiya ilə Telefon rəqabət bürosundan ibarətdir. Büroların səlahiyyətlərinə lisenziya və digər sənədlərə dair müraciət əməliyyatları, şikayətlərin araşdırılması, xidmət nizamlamalarının inkişaf etdirilməsi və aparılması, radio və televiziya yayım stansiyaları ilə təhsuk xidmətlərinin nizamlanması, beynəlxalq iclaslarda komissiyanın təmsil edilməsi kimi vəzifələri vardır.

İngiltərədə telekoınınunikasiya xidmətləri 1980-cı ilinə qədər Ümumi Poçta idarəsi tərəfindən aparılmışdır. 1980-ci ildə qəbul edilən Telekoınınunikasiya qanunu ilə Ümumi Poçt İdarəsi , Poçt və Britaniya Telekoınınunikasiya olaraq ikiyə ayrılmışdır. Beləcə İngiltərədə bütün telekoınınunikasiya xidmətləri rəqabətə açılmışdır. 1982-ci ilin iyulunda Britiş Telekomun 51% səhminin satılması və sektorda nizamlayıcı bir qurumun yaranması üçün OFTEL-in qurulmasına yönəlmiş bir hesabat (Cm8610) yayımlanmışdır. 1984-cü ilin avqustunda sektorda rəqabətin aktivliyinin təşviq edilməsi və bərabər rəqabət şərtlərinin qorunması məqsədi ilə OFTEL telekoınınunikasiya sahəsində nizamlayıcı bir qurum olaraq rəsmi şəkildə qurulmuşdur. 1984-cü il Telekoınınunikasiya Qanununa görə OFTEL-ə bir çox səlahiyyətlər verilmişdir. Qurumun vəzifələri aşağıdakılardır:

- lisenziya sahiblərinin lisenziya sazişinin hökmlərinə riayət etməsini təmin etmək;


  • lisenziya alanlara razılaşaraq lisenziya şərtlərinin dəyişdirilməsinə qərar vermək ya da istehlakçı haqqlarını qorumaq və sərbəst rəqabəti təmin etmək;

  • sənaye və ticarət Nazirliyi vasitəsi ilə Hökumətə telekoınınunikasiya sektoru və veriləcək lisenziyalarla bağlı məlumat və tövsiyələr vermək;

  • istehlakçıların işlərinə yarayabiləcək hər cür məlumatı toplamaq və yayımlamaq;

  • telekoınınunikasiya sektorunda xidmətlərə dair aparılan şikayət və ya tədqiqatları araşdırmaq;

  • telekoınınunikasiya xidmətlərinin beynəlxalq səviyyədə yayğınlaşdırılması və təqdim edilməsi üçün xidmətləri hərtərəfli saxlamaq , istehlakçıya qiymət və xidmət keyfiyyəti baxımdan qorumaq;

  • telekoınınunikasiya sektorunda dövlət tərəfindən bildirilən siyasətlərin tətbiq edilməsi məqsədi ilə rəqabətin təşviq edilməsi, rəqabətin məhdud olduğu sahələrdə isə hakim idarəedici BT-a verilən lisenziyada bildirilən şərtlərə riayət edib etmədiyini yoxlamaq.

ABŞ, İngiltərə və Yaponiyadakı telekoınınunikasiya sahəsində atdığı addımlar, Avropa Birliyinin telekoınınunikasiya siyasətini nəzarətdə saxlamağa və koordinasiya etməyə yönəlmişdir. 1987-ci ildə telekoınınunikasiya xidmətlərində orta bazarın inkişaf etdirilməsi istiqamətində addımlar atmışlar. Bu addımlardan ən mühümü 1987-ci ildə yayımlanan “Dinamik Avropa İqtisadiyyatına doğru” adlı yaşıl hesabat tərtib etmişdir. Hesabatda birliyə üzv dövlətlər arasındakı fərqliliklərin ortadan qaldırılmasına yönəlmişdir.

Avropa birliyinin ən mühüm qərar orqanı hesab edilən Nazirlə Şurası 1993-cü ildə iyun ayında əsas telefon xidmətlərinin 1 iyun 1998-ci ildə cəmiyyət içində rəqabətə açılması qərarını almışdır. Lakin telekoınınunikasiya sektorunda Birlik üzvləri arasında mühüm fərqliliklər vardır. Məsələn Finlandiya, İsveç və İngiltərə bu sahədə dünya miqyasında müjüm bir yerə sahib ikən, İrlandiya, İspaniya, Yunanıstan, Portuqaliya vı Avstriya rəqabətin olduqca gerisində qalmışdır. Bu səbəblə Birlik, üzv ölkələr arasında bir razılıq təmin edilməsi üçün bu üzvlərə 2003-cü ilə kimi vaxt verilmişdir.

Avropa Birliyi 1994-cü ildə mayda hazırladığı Bangeman Hesabatında tək bazarın faydasını maksimum etmək üçün fikri haqlar, özəl həyatın qorunması və media sahibliyi sahələrindəki problemlərə Avropa səviyyəsində nizamlayıcı qurumlar təşkil edərək rəy bildirməsini təklif etmişdir. Bundan əlavə bu hesabatla


  • Avropa səviyyəsində həll edilməsi lazım olan lisenziya, telekoınınunikasiya şəbəkələrinin bağlantıları, mənbələrin ortaq istifadəsi (radio dalğaları, abunə adresləri kimi) mövzularda üzv ölkələrə tövsiyələr vermə

  • Bütün sahibkarları və xidmət təklif edənlər üçün keçərli olacaq və bazara çatmada qeyri bərabərlik hallarını aradan qaldıracaq tək bir nizamlama çərçivəsində birləşməyi məqsəd güdür.

Telekoınınunikasiya şəbəkə texnologiyaları ilə yanaşı informasiya texnologiyalarında baş verən inkişaf və telekoınınunikasiya xidmətləri ilə informasiya xidmətlərinin iç-içə girərək bütünləşməsi, telekoınınunikasiya şəbəkəsi üzərindən təklif edilən xidmətlər ilə yanaşı əlavə dəyər vergili xidmətlə olaraq bilinən bilik xidmətlərinin də inkişafını təmin etmişdir. Xüsusi ilə əlavə dəyərli xidmətlərin yüksək tələbə malik olması, bu xidmətlərin təklif edilə bilməsi üçün lazımi alət və vasitələrin istehsalında surətli texnoloji inkişafa səbəb olmuşdur. Beləcə telekoınınunikasiya sektoru göstərilən xidmətlərin xüsusiyyəti nəzərə alınaraq 3 alt qrupda birləşir ki, bunlara aşağıdakılar daxildir:

  • Ümumi telekoınınunikaisya xidmətləri;

  • Əlavə dəyər vergili telekoınınunikasiya xidmtələri;

  • Telekoınınunikasiya cihazları istehsalı.

Əsas telekoınınunikasiya xidmətləri həm ictimai həm də xüsusi müştərilərin ehtiyac duyduğu biliyin bir ucdan digər uca ötürülməsini əhatə edir. Əsas xidmətlər ən sadə ifadə ilə desək mal göndərəndən alıcılara məlumat yaxud səsin ötürülməsidir. Beləcə fərqli coğrafi məkanlardakı iki istifadəçi arasındakı səs və məlumat növündəki mesajın iki tərəfli olaraq dəyişilməsi təmin edilir. ABŞ telekoınınunikasiya nizamlama qurumu olan Federal Koınınunikasiya Komissiyasının əsas xidmətləri “bir xəbərləşmə dövrəsi üstündən sadəcə daşıma gücünə malik və istehlakçının təmin etdiyi bilik ilə qarşılıqlı təsir baxımından çox asanlıqla anlaşıqlı olan xidmətlər” kimi göstərilir. Əsas telekoınınunikasiya xidmətləri dairəsində yer alan xidmətlərə aşağıdakılar daxildir:

İnformasiya texnologiyaları problemləri bütün dünya üçün müasir dövrdə ən mühüm aktual məsələlərdən sayılır. Məhz burada elmi-texniki tərəqqinin bütün istiqamətlərdə gələcək inkişafı toplanmışdır. İnkişaf etmiş ölkələrin maliyyə, idarəetmə sistemləri informasiya texnologiyalarının işlənib hazırlanması məsələsinə daha çox diqqət yetirirlər. Müasir dövrdə ən mühüm aktual məsələ telekoınınunikasiya texnologiyalarının formalaşması problemləri çıxdı ki, bu da informasiya emalının və əlaqə vasitələrinin formalaşması ilə bağlı məsələlərdir.

2000-ci il 22 iyul qlobal informasiya cəmiyyətinin Okinava xartiyasında deyilir ki, “İnformasiya-koınınunikasiya texnologiyaları XXİ əsrdə cəmiyyətin formalaşmasına təsir göstərən ən mühüm amillərdəndir. Onların inqilabi təsirləri insanların həyat tərzinə, onların təhsilinə və işinə, həmçinin dövlətlə vətəndaşlar arasındakı münasibətlərə təsir göstərir. İnformasiya koınınunikasiya texnologiyaları iqtisadiyyatın inkişafının ən mühüm həyətverici stimuluna çevrilir. Biz elə etməliyik ki, informasiya-koınınunikasiya texnologiyaları dayanıqlı iqtisadi inkişafı təmin etsin, ictimai rifah halının yüksəlməsinə nazil olsun, sosial razılığı stimullaşdırsın, insan hüquqlarını, mədəniyyətin inkişafını qorusun. Bu məqsədlərə nail olmaq üçün milli və beynəlxalq strategiyaların qəbul olunmasını tələb edir. ”:

Avropa birliyində koınınunikasiya vasitələri və informasiya texnologiyaları rabitə xidmətləri sahəsi və informasiya ötürülməsi sferası kimi qəbul olunur. İnformaisya və telekoınınunikasiya vasitələrinin yüksək səviyyəsi bütün sənaye və sosial fəaliyyət sahələrində Avropa birliyinin elmi-texniki siyasətinin ən mühüm amilinə çevrilmişdir. Birləşmiş ümumiavropa informasiya vəkoınınunikasiya şəbəkə­lərinin bazasında yeni-telekoınınunikasiya sənayesi yarandı. Telekoınınunikasiya texnologiyları Avropa birliyinin informasiya strukturunun əsasını təşkil edir. Avropa birlyinin telekoınınunikasiya siyəsətinin əsas məqsədi təkcə avropa birliyinə üzv dövlətlərin deyil, bütövlükdə qlobal telekoınınunikasiya şəbəkəsinə daxil olan ölkələrin geniş zolaqlı rabitə və koınınunikasiya xidmətləri sistemini yaradılmasında iştirak etməkdir. Bu sahədəki fəaliyyətin əsas fəaliyyət istiqamətlərini müəyyən edən ilk sənəd Avropa komissiyası tərəfindən qəbul edilmiş Telekoınınunikasiya sektorunun inkişaf proqramı olan Star proqramıdır. Bu sahədə, xüsusi ilə telekoınınunikasiya sistemlərinin əsas növləri müəyyən edilmişdir.

İnformasiya mübadiləsi zamanı ənənəvi beynəlxalq münasibətlər ilk növbədə ümumi qəbul olunmuş beynəlxalq hüquq normalarının təsirinə düşür, yəni ümumi hüquq sahəsi hesab olunur. Tarixən elektrorabitə sahəsində qəbul edilmiş qanunveri­ci­lik aktları əsasən dövlət idarəetməsi məsələlərinə və tülükoınınunikasiya münasi­bət­lərinin texniki tərəflərinə yönəlmişdir. Bu mənada hüquqi tənzimləmədə əsas məsələlər əlaqə vasitələrinin uyğunluğu, bu sahədəki fəaliyyətin lisenziyalaşdırılması, rabitə vasitələrinin və sistemlərinin standartlaşması və sertifikatlaşması, onların keyfiyyət məslələlərinin həlli, dövlət strukturlarının idarəetmə fəaliyyətinin və öhə­dlik­­lərinin müəyyən edilməsi və s. Lakin müasir dövrdə informasiya hüququnun özü­nə­məxsus xüsusi hüquq elementləri mövcuddur : informasiya obyektlərinə və xət­lərinə maddi hüququn yayılması, informasiya xidmətlərinə əşya statusunun verilməsi, yeni rəqəmsal və virtual obyektlərin qorunması üçün müstəsna hüquq rejiminin tətbiqi və s.

Ona görə də informasiya və telekoınınunikasiya sferasındakı beynəlxalq münasibətlərin əsas hüquqi problemləri telekoınınunikasiya şəbəkələrinin istifadə qaydaları və şərtlərinin hüquqi tənzimlənməsi, qlobal komputer şəbəkələrində informasiya mübadiləsi zamanı müxtəlif subyektlərin maraqlarının v hüquqlarının qorunması, “hüquqların kollektiv idarəetməsi” vəziyyəti ilə bağlı münasibətlərin tənzimlənməsi kimi məsələlər daxildir. Telekoınınunikaisya sistemləri və şəbəkələrinin istifadəsinə aid olan ölkədaxili və beynəlxalq norma və prinsiplər koınınunikasiya hüququ, xüsusi mülkiyyətin toxunulmazlığı hüququ, ənənəvi müəllif hüquqları kimi bu sahədə tənzimləmə məsələlərini çox sürətlə itirir, belə ki, onların işlənib hazırlanması informasiya texnologiyalarının artım sürətinə yetişmir. Bu halda dövlət adətən ümumi tənzimləmə metoduna müraciət edir, yəni bütün iştirakçılar üçün beynəlxalq səviyyədə olan vahid və tək yanaşmadan istifadə edir ki, bu da problemlərin milli qanunvericilik səviyyəsində həllinə maner olur.

Avropa ölkələri 80-cı illərdən başlayaraq informasiya və telekoınınunikasiya texnologiyaları sahəsində milli siyasətin razılaşdırılması üçün tədbirlər işləyib hazırlayır. Avropa birliyi ölkələrinin telekoınınunikasiya islahatlarının əsas təmayülü ümumi telekoınınunikasiya xidmətləri və məhsulları bazarının yaradılması oldu ki, bu da müasir və yeni texnoloji əlaqə vasitələri ilə yayılır. İnformasiya sferasındakı bazar münasibətlərinin inkişafı ilə, telekoınınunikasiya xidmətləri və məhsullarının xarici istehsalçılarının daxili bazara daxil olması ilə beynəlxalq-hüquq problemləri yarandı ki, bunlar da əsasən bu obyektlərə mülkiyyət və onlardan istifadə ilə əlaqədar yaranmış münasibətlərlə bağlı oldu. İnformasiya, informasiya və telekoınınunikasiya xidmətləri- bu elə bir məhsul növüdür ki, ənənəvi qiymət və dəyər qoyma, koınınersiya müqavilələtinin bağlanması, onların yayılmasının gömrük və tarif kimi maneələr tipli üsullar tətbiq etmək qeyri-mümkündür. Ən mühüm problemlərdən biri də distant əlaqə vasitələrinə bəzi dövlətlərin artıq mövcud inhisarçıları ilə informasiya məhsul və xidmətlərinin fərdi istehsalçılarıınn maraqları arasındakı münaqişələr, yaxud dövlətin informasiya mübadiləsi sahəsində vahid texniki standartların dövlət tərəfindən tətbiq olunmama istəyidir.

Ümumi telekoınınunikasiya xidmətləri və məhsulları bazarın yaradılması ilə bağlı ilk normalar 1957-ci ildə qəbul olunmuş Roma müqaviləsində və 1991-ci ildə qəbul olunmuş Maastrikt sazişində yer almışdır. Düzdür bu sazişlərdə birbaşa vahid telekoınınunikasiya bazarının yaradılmasından söhbət getməsə də, mövcud bəzi maddələr bu məsələyə toxunmuşdur. Məsələn sazişin 3-cu maddəsində iştirakçı ölkələrin vahid daxili bazarının yaradılması şərtləri və məhsul, xidmət və kapitalın sərbəst hərəkəti prinsipləri göstərilmişdir, bundan əlavə n bəndində transavropa şəbəkələrinin , o cümlədən telekoınınunikasiya şəbəkələrinin inkişafı məsələsinin mühüm əhəmiyyət kəsb etməsi qeyd edilmişdir. 52-66-cı maddələr bu fəaliyyətin ümumi bazar çərçivəsində məhsul və xidmətlərə demonopolizasiya məsələləridir. 110-115-ci maddələr ümumi bazarın ticarət siyasətinin əsas müddəalarını, 129a isə istehlakçıların qorunması meyarlarını müəyyən edir. 128-ci maddədə isə yaradıcı məhsulların, o cümlədən audiovizual məhsul və müdia-məhsullarının qorunması üsulları göstərilmişdir. Bundan əlacə 1985-ci ildə qəbul olunmuş Ağ sənəd (White Paper) və 1987 –ci ildə qəbul olunmuş Yaşıl Sənəd (Green Paper) də vahid telekoınınunikasiya bazarının əsas prinsiplərinin yaradılması və təsdiq edilməsi, həmçinin telekoınınunikasiya xidmət və məhsul bazarının məsələləri qeyd olunmuşdur. Bu aktların hər ikisinin əsas mahiyyəti aşağıdakılardan ibarətdir:



  • daxili bazarda ticarət maneələrinin aradan qaldırılması, xüsusən də lisenziya tələblərinin, xarici xidmətlərin say limiti, şəbəkələrin icarəsinə məhduduiyyət və s.

  • bütün iştirakçı ölkələr üçün texniki standartlar, texnoloji qoşulma üsullarının və rabitə və koınınunikasiya sistemlərinin birləşdirilməsi məqsədi ilə informasiyanın ötürülməsi

  • telekoınınunikasiya xidmətlərinə ticarət obyekti statusunun verilməsi və vahid ticarət siyasətinin yaradılması

  • fərdi istehlakçıların dövlət telekoınınunikasiya şəbəkələrindən istifadənin təmin edilməsi və asanlaşdırılması

Beləliklə, Avropa Komissiyasının bu iki aktı faktiki olaraq telekoınınunikasiya xidmətlərinin ticarət qaydalarını yaratdı, daxili bazarda rəqabətin stimullaşdırılması üçün hüquqi şəraiti və şərtləri müəyyən etdi və bu bazarlara fərdi və xarici istehsalçıların daxil olmasını asanlaşdırdı.
MÖVZU: İNNОVASİYA FƏALİYYƏTİNİN HÜQUQİ

TƏNZİMLƏNMƏSİ


1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə