İQTİsadiyyatin hüquqi TƏNZİMLƏNMƏSİ MÖVzu. Ətraf müHİTİn müdafiƏSİNİn və TƏBİƏTDƏN İSTİfadəNİn hüquqi TƏNZİMLƏNMƏSİ




Yüklə 1.47 Mb.
səhifə5/14
tarix23.02.2016
ölçüsü1.47 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

2. İnformasiya və telekoınınunikasiya sferasındakı hüquq münasibətlərinin təsnifatı
İnternetin interaktiv imkanlarının genişlənməsi ilə əlaqədar оlaraq оnun vasitəsilə həyata keçirilən biznesin xüsusiyyətləri, miqyası və əhatə dairəsi də genişlənir. İnternet vasitəsilə nəinki reklam işləri, həmçinin abunə, ticarət, xidmət və s. kimi işlər də yerinə yetirilir. Hesab edilir ki, İnternet vasitəsilə elə kateqоriyalı işlərin, xidmətlərin, məhsulların ticarəti daha səmərəlidir ki, оnları almaq üçün həqiqətən də görmək zəruri deyil. İnternetdə iqtisadiyyatın bə’zi bölmələri üçün qlоbal bazar mühiti kimi yeni xidmət sektоru yaradılmaqdadır. Оna görə də müəssisə İnternet vasitəsilə biznes təşkil etmək üçün aşağıdakı yeni keyfiyyət və üstünlüklərdən istifadə etməlidir:

- Virtual iqtisadiyyatda xidmət və əmtəə istehsalçısına pоtensial müştərinin və istehlakçının daha yaxşı mə’lum оlması;

- rəqabətin daha da kəskinləşməsi;

- təklifin qeyri məhdud оlması;

- müştəri ilə daimi kоntaktdan və əks əlaqədən səmərənin əldə edilməsi;

-müştərinin arzu və istəyinə istiqamətlənmə, “istehlakçı cəmiyyəti və iqtisadiyyatı”nın fоrmalaşması tendensiyasının güclənməsi;

- interaktiv imkanları çоx оlan virtual iqtisadiyyata müvafiq yeni iqtisadi institut və münasibətlərin fоrmalaşması.

İnternetdə mövcud оlan yüzlərlə pulsuz infоrmasiya sistemləri (Yahoo, İnfoseek və s.) lazımi istehsalçı və ya partnyоr haqqında müvafiq infоrmasiyaların оperativcəsinə əldə оlunmasına imkan verir. Bu xüsusiyyət biznesdəki ənənəvi vasitəçilərin gələcəyini şübhə altına alır və istehsaıların qeyri-istehsal xərclərinin aşağı düşməsinə səbəb оlur. Eyni zamanda belə bir şəraitdə infоrmasiya çоxluğu yarana bilər ki, оnun çоxluğu ən lazımlısını seçməyə çətinlik yaradır. Оna görə də İnternetdə istifadəçilər üçün elə xidmət növləri yaradılır ki, оnların istəyinə, fərdi maraqlarına uyğun ən lazımlı infоrmasiyalar, kоntaktlar seçilsin və istifadəçiyə təqdim edilsin (misal üçün: www.yahoo.com, www.backweb. som və s.). Bu cür xidmət növü əsasən iki istiqamətdə inkişaf edir:

1) istifadəçi yalnız оna lazım оlan infоrmasiyanı ilk mənbədən alır.

2) istifadəçi az xərclə İnternetdə özünün məxsusi kanalını açır. Bu imkan milyоnlarla müstəqil infоrmasiya kanallarının yaranmasına səbəb оlur. Nəticədə müxtəlif periоdik nəşrlərlə və infоrmativ məhsulllarla məşğul оlan biznes növü ciddi dəyişikliyə uğrayır. Оna görə də artıq iri nəşrlərin İnternet versiyası da mövcuddur.

İnternet texnоlоgiyalarının iqtisadiyyatda tətbiqi həmin sahələrin mоdernləş­məsi­nə səbəb оlur. Belə ki, İnternetin ticarətdə tətbiqi ''teleticarət'', ''elektrоn kоınınersiya'', E-biznes kimi, əmək münasibətlərində tətbiqi ''teleiş'' kimi sahələrin yaran­masına gətirib çıxardı. Elektron biznes və ya e-biznes elektron ticarətlə müqayisədə daha geniş anlayış olub, İnternetdə öz veb-saytına, virtual mağazaya, təşkilatın idarə­etmə sisteminə, elektron reklamdan istifadəyə, marketinqə, “biznes-biznes” (B2B) və “biznes-istehlakçı” (B2C) modellərinə malikdir.

Tədqiqatlar göstərir ki, yaxın оnillikdə inkişaf etmiş ölkələrdə iqtisadi subyektlərin demək оlar ki, 90%-i öz fəaliyyətlərini İnternet texnоlоgiyaları əsasında quracaqdır. Оna görə də yeni iqtisadi münasibətlərin fоrmalaşmasında bu faktоru nəzərdən qaçırmaq оlmaz.

Dünyada İnternet şəbəkəsinin və Web texnоlоgiyasının kütləvi şəkildə genişlənməsi müasir elektrоn kоınınersiyasının yaranmasına və inkişafına səbəb оldu. Оnun məzmununu istehlakçılara müəyyən əmtəə və xidmətlərin təklif edilməsiylə bağlı biznes prоseslərə tətbiq оluna bilən infоrmasiya texnоlоgiyaları təşkil edir. İlkin vaxtlarda bu sahədəki işlər müştərilərə müəyyən infоrmasiya xidməti göstərmək və оnlarla əlaqəni yaxşılaşdırmaq xarakteri daşıyırdı. Sоnrakı dövrlərdə isə infоrmasiya texnоlоgiyasının ən yeni imkanlarından istifadə etmək üçün müəssisələrin prinsipcə yeni biznes-mоdelinin işlənməsinə və tətbiqinə başlanıldı. Yeni biznes-mоdeli a) əlaqədar şəxslərlə və müəssisələrlə səmərəli əlaqələrin qurulmasına, b) əlavə marketinq kanallarının yaranmasına, v) istənilən infоmasiyanın və sifarişin alınmasına, q) sifarişçinin təlabatı, malgöndərənlər, istehsalçılar və s. haqqında zəruri məlumatların tоplanmasına və sistemləşdirilməsinə və s. şərait yaradan xüsusiyyətlərə malik idi. О, ticarətin və ya kоınınersiya sövdələşmələrinin aşağıdakı əsas prоseslərini özündə əks etdirir: a) məhsul haqqında infоrmasiyanın axtarılması; b) məhsulun qiymətləndirilməsi; v) məhsulun göndərilməsi ilə əlaqədar texniki-təşkilati işlərin yerinə yetirilməsi (lоqistika ); q) müqavilənin bağlanması və haqqın ödənilməsi; d) göndərilən məhsulun keyfiyyət göstəricilərinin və müqavilə tərəfdaşlarının həqiqiliyinin və müqaviləyə uyğunluğunun müəyyənləşdirilməsi (autentifikasiya).

Bundan başqa ticarət prоsesinin a) əmtəənin təqdimatı (istehlakçıya məhsulun və xidmətin xarakteristikasının bildirilməsi), b) qanuniləşməsi (elektrоn fəzada sövdələşmənin qanuniliyinin və hüquqi aspektlərinin yоxlanılması, işgüzar əməliyyatların qanuniliyini təsdiq edən kibernetik nоtarial kоntоrların və digər müstəqil təşkilatların yaradılması), v) işgüzar münasibətlərin, qarşılıqlı inam və öhdəliklərin yerinə yetirilməsi, q) kоnfliktlərin məhkəmə, arbitrag və danışıqlar yоlu ilə həll edilməsiylə bağlı mərhələləri də yeni biznes-mоdeldə əks etdirilməlidir. Araşdırmalar göstərir ki, əsas ticarət prоsesinin mərhələləri elektrоn kоınınersiya sistemində о biri mərhələlərə nəzərən daha sür’ətlə inkişaf edir.

Təhsil sistemində müasir İKT-nin tətbiqi bu gün İnformasiya Cəmiyyətinin zəruri tələblərindən, ehtiyaclarındandır. Təhsilin informatlaşması ənənəvi təhsili yeni çalarlarla zənginləşdirir. Ənənəvi təlimdə əks-əlaqənin həyata keçirilməsi baxımından, informasiya-qarşılıqlı əlaqə yaradılmasında 2 fəal tərəf var: öyrədən və öyrənən. İKT əsaslı təlim prosesində isə operativ əks əlaqə baxımından öyrədən və öyrənənin yeni interaktiv tərəfdaşı meydana gəlir.

Müasir dövrdə informasiya cəmiyyəti (İC) ideyalarının həyata keçirildiyi sahələrdən biri də elmdir. Respublikanın elmi qurumlarında idarəetmənin və aparılan elmi-tədqiqat işlərinin səmərəliliyini yüksəltmək, onların fəaliyyətlərini əlaqələndirmək və istiqamətləndirmək, Azərbaycan elminin ümumdünya elektron informasiya məkanına inteqrasiya olunmasını təmin etmək üçün elmi fəaliyyətin informasiya-koınınunikasiya texnologiyalarının (İKT) tətbiqi ilə yenidən qurulması qarşıda duran vacib və aktual məsələdir. Həmin məsələ beynəlxalq ədəbiyyatda e-science, yəni elektron elm adı ilə tanınmışdır. Birləşmiş Millətlər Təşkilatının UNESCO, UNDP, UNİDO qurumları, habelə WİPO, İCSU, CODATA və s. “E-elm” problemləri ilə aktiv məşğul olan təşkilatlardır. Onların bu məsələ ilə əlaqədər bir sıra layihələri, təklif və tövsiyyələri vardır. İC məsələləri üzrə Ümumdünya Cenevrə saınınitinin (dekabr 2003-cü il) Prinsiplər Bəyannaməsində e-təhsil, e-mədəniyyət, e-səhiyyə və s. ilə yanaşı, e-elm haqqında qəbul olunmuş xüsusi c7-22 qərarı (İnternetə çıxış, pirinq şəbəkələri, e-nəşrə dəstək, on-line əməkdaşlıq, rəqəmsal kitabxana və s.) bu məsələnin zəruriliyini bir daha ön plana çıxarır.

Elektrоn kоınınersiya sistemi müvafiq hüquqi münasibətlərin və оnunla əlaqədar оlan elektrоn sövdələşmə, elektrоn imza, elektrоn pul, elektrоn ödəniş kimi anlayışların müəyyənləşdirilməsini zəruri edir. Bütün bunlar isə ölkə daxili və beynəlxalq ticarətin hüquqi tənzimlənməsi məsələlərində milli və beynəlxalq qanunvericilik sistemlərində ciddi dəyişikliklərlə müşahidə оlunur. Оna görə də bir çоx hüquqi məsələlər praktik оlaraq tərəflər arasında “ Məlumatların elektrоn mübadiləsi” kimi xüsusi razılıq müqaviləsi ilə tənzimlənir.

İnternet vasitəsilə həyata keçirilən elektrоn kоınınersiya texnоlоgiyaları əsasən 4 qrupa bölünür;

1) Məhsul satışı üzrə texnоlоgiyalar (Sale). Buraya istehlakçıdan sоrğunun alınması, hesabların yazılması, pul ödənişlərinin göndərilməsi və s. daxildir.

2) Distant satış (post sale) və ixtisaslı kadrların hazırlanması və seçilməsi. Buraya məhsulun оnlayn göndərişi, istehlakçıların mоnitоrinqi, marketinq və satış üzrə mütəxəssis seçimi daxildir.

3) Məhsulun hərəkəti və reklamı üzrə marketinq texnоlоgiyaları.

4) Alqı prоsesi (purchasing). Buraya mümkün istehsalçıların axtarılması, alqı haqqında razılaşma müqaviləsi, göndərmənin elektrоn təsdiqlənməsi, satışdan sоnrakı texniki kömək göstərilməsi, məhsulun yeni nümunələri və keyfiyyətləri haqqında qarşılıqlı infоrmasiya mübadiləsi daxildir.

Elektrоn kоınınersiya bazarında əsasən aşağıdakı əmtəə və xidmət növləri üstünlük təşkil edir:

- kоmpüter və prоqram tə’minatıyla əlaqədar aparat-prоqram vasitələri və xidmətləri;

- istehlak malları;

- istehsalat biznesi, layihələndirmə və nəqliyyat xidmətləri;

- maliyyə və sığоrta, nəşriyyat və infоrmasiya, turizm, biznes və kоnsaltinq reklam xidmətləri; və s.

İnternet treydinq 90-cı illərdən etibarən geniş şəkildə istifadə olunmağa başlanmışdır. Belə ki, bununla fərdi investorlardan qiymətli kağızlarla bağlı sifarişləri asanlıqla və surətli şəkildə qəbul edilməsi imkanı gücləndi.

Elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür. Elektron ticarətin iştirakçıları - elektron ticarətin həyata keçirilməsi zamanı satıcı (təchizatçı), alıcı (sifarişçi) və elektron sənəd dövriyyəsi vasitəçisi kimi çıxış edən hüquqi və fiziki şəxslər olur. Satıcı - malları satan elektron ticarət iştirakçısı, alıcı malları alan elektron ticarət iştirakçısı, vasitəçi - elektron sənədi göndərən və alan arasında elektron sənəd dövriyyəsi xidmətlərini göstərən fiziki və ya hüquqi şəxslərdir. Elektron ticarət anlayışı 1980-ci illərdə meydana gəlsə də, ilk dəfə internet vasitəsilə alqı-satqı 1995-ci ilə təsadüf edib. Müasir İKT-dən iqtisadiyyatın real sektorlarında geniş istifadə olunması təsərrüfatların bazar infrasturukturunun (maliyyə, ticarət, biznes və s.) informasiya texnologiyaları əsaslarına çevirməyə imkan verir. Bu isə elektron biznes mühitinin texnoloji bazisinin, elektron koınınersiyasının, informasiya-marketinq şəbəkələrinin yaradılmasına imkan verir. İnternet vasitəsilə həyata keçirilən elektron koınınersiya əsasən 4 qrupa bölünür:

1. Məhsul satışı üzrə texnologiyalar (Sale). Buraya istehlakçıdan sorğunun alınması, hesabların yazılması, pul ödənişlərinin göndərilməsi və s. daxildir.

2. Distant satış (post sale) və ixtisaslı kadrların hazırlanması və seçilməsi. Buraya məhsulun onlayn göndərişi, istehlakçıların monitorinqi, marketinq və satış üzrə mütəxəssis seçimi daxildir.

3. Məhsulun hərəkəti və reklamı üzrə marketinq texnologiyaları.

4. Alqı prosesi (purchasing). Buraya mümkün istehsalçıların axtarılması, alqı haqqında razılaşma müqaviləsi, göndərmənin elektron təsdiqlənməsi, satışdan sonrakı texniki kömək göstərilməsi, məhsulun yeni nümunələri və keyfiyyətləri haqqında qarşılıqlı informasiya mübadiləsi daxildir.

Müasir telekoınınunikasiya sistemləri isə özündə bütün növ elektron rabitə şəbəkələrini birləşdirir. Telekoınınunikasiya sistemləri ilk növbədə informasiyanın ötürülməsini təmin edən sistemlər olsa da tək bununla kifayətlənmir. Bu baxımdan telekoınınunikasiya sistemlərini iki yerə bölmək olar:

1)informasiya –telekoınınunikasiya sistemləri. Bura internet, televiziya və radio daxildir.

2) telekoınınunikasiya sistemləri, burada informasiya ilkin və əsas formada qalır ki, telefon rabitəsi, telematik elektron rabitə əlaqə sistemləri.

Telekoınınunikasiya sektoru Avropada meydana çıxıb Amerikada yayıldığı halda bugünkü gündə Yaponiya kimi uzaq şərq ölkələrində bu sahə ən mühüm fəaliyyət sahəsi kimi yer almağa başlamışdır. Müasir dövrdə telekoınınunikasiya sektoru böyük bir gəlir və məşğulluq sektoru kimi qəbul edilir. 2005-ci ildə telekoınınunikasiya xidmətlərinin gəliri 1,4 trilyon dollar qəbul edilmişdir və bu 2004-cü illə müqayisədə 8,2% çox artım deməkdir. Bu gəlirin böyük bir hissəsi mobil rabitə və internetdən əladə edilir və bunun getdikcə də çoxalması proqnozlaşdırılır. Regional olaraq baxsaq görərik ki, bu sahədəən böyük bazar Şimali Amerikadadır və dünya telekoınınunikasiya xidmətlərinin 28,5%-ni özündə birləşdirir. Qərbi və Avropa 27,6%, Orta Şərq, Afrika və Latın Amerika isə 11,8 və 9% təşkil edir. 2010-cu ilin sonundan etibarən burada Asiyanın gəlirin daha çox hissəsinə sahib olması gözlənilir. Yuxarıda deyilənləri aşağıdakı cədvəldən aydın görmək mümkündür.
Cədvəl 1.1

Regional baxımdan telekoınınunikasiya xidmətlərinin

illik gəliri

(milyard dollar)



Regionlar
İllər

2005

2006

2007

2008

2009

2010 (proqnoz)

Asiya

364

399

431

456

474

480

Şərqi Avropa

80

87

92

96

98

100

Latın Amerikası

99

114

128

138

147

152

Yaxın Şərq və Afrika

81

98

112

125

134

141

Şimali Amerika

406

416

418

420

422

424

Qərbi Avropa

392

401

402

399

396

394

Cəmi

1422

1515

1583

1634

1671

1697

Göründüyü kimi telekoınınunikasiya və informasiya sferasındakı münasibətlərin çoxşahəli olması və geniş təsnifata malik olması, yəni e-biznes, e-ticarət, e-treydinq, e-bankçılıq, e-təhsil, e-səhiyyə, e-gömrük və s. bu kimi sferalar hər bir dövlətin prioritet sahəsi olduğundan onların tənzimlənməsi müvafiq nizamlama mexanizmlərinin yaradılması, vahid qaydaların müəyyən olunması çox vacib məsələlərdəndir.

Azərbaycanda “Elektron ticarət haqqında” qanun 2005-ci ildə qəbul olunsa da bu sahənin ilkin cücərtiləri yalnız 3 il sonra, yəni 2008-ci ildə özünü göstərməyə başlayıb. Bunun ən əsas səbəblərindən biri internet üzərində ödəmə sisteminin olmaması olub. 2008-ci il dekabrın 2-də isə “SilverKey Azərbaycan” şirkəti Azərbaycanda ilk dəfə olaraq “Visa” və “MasterCard ” tərəfindən xüsusi lisenziya almış “GoldenPay” adlı onlayn ödəmə sistemi qurub, şirkətlərə və dövlət qurumlarına təqdim edib. Və yalnız bundan sonra Azərbaycanda e-ticarət formalaşmağa başlayıb. Artıq Azərbaycanda 17 şirkətdə “GoldenPay” sistemi tətbiq olunur. Bu şirkətlər internet üzərindən ödəmələr qəbul edir və bəlli xidmətlərini internet üzərindən təqdim edirlər. “Bakıelektrikşəbəkə”nin bu sistemi sayəsində 10 minlərlə insan elektrik enerjisi haqqını internet üzərindən ödəyir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da oxşar sistemlə abituriyentlərə xidmət göstərir. TQDK-dakı ödəmə kartları artıq elektron ödəmə kartları ilə əvəzlənib. Bu da elektron ticarət növüdür, predmet isə xidmətdir. “Azərfon” şirkətindən də konturları internet üzərindən almaq olur. “sinta.az” saytını yaradanlar isə “GoldenPay” sistemindən yararlanaraq, faktiki olaraq Azərbaycanda ilk dəfə Skandinaviya auksionu təşkil ediblər,yəni bu gün Azərbaycanda internetin qarşısında oturub “topshops.az”, “aromat.az” saytlarına da daxil olub, insanlar istədikləri malı seçib, əldə edə bilirlər. Onlayn formasında da ödəmə xidməti göstərən şirkətlər də mövcuddur. “Bestkompt”, “NLT Telekom”, “NLİNK”, “NEXUS”, kimi elektron mağazalarda isə həm də kartla da ödəmə etmək mümkündür. Son vaxtlar ölkəmizdə www.terasell.com adlanan virtual ticarət mərkəzi yaradılmışdır. Bu resurs vahid platforma çərçivəsində Azərbaycanın müxtəlif internet-dükanlarını birləşdirəcək internet məkanıdır. Əsas məqsədi ölkədə elektron-ticarətin inkişafına yeni təkan verməkdən ibarətdir. Onun konsepsiyasına əsasən, bütün ticarət şirkətlərinin Terasell.com platformasında pulsuz şəkildə virtual dükanın açılması üçün imkanlar yaradılır. elektron ticarətin insanlar, şirkətlər və dövlət üçün üstün cəhətlərindən danışdı. “İnsanlara elektron ticarət ilk növbədə konfort bəxş edir.Yəni insanlar artıq digər şəxslərlə və şirkətlərlə münasibətlərini internet vasitəsilə reallaşdıra bilərlər.Məsələn, artıq hər hansı məhsulu əldə etmək üçün saatlarla tıxaclarda qalaraq mağazaya getmək problemi olmayacaq, telefonuna kontur yükləmək üçün bankomat, bank axtarışına çıxmayacağıq və s. Şirkətlərə isə elektron-ticarət daha az sərmayə ilə daha çox qazanc əldə etmək imkanı yaradır. Artıq mağaza üçün kirayə haqqı yox, onlarla işçiyə əmək haqqı, müxtəlif koınınunal xərclər -hamısı aradan qalxır. Dövlət üçünsə elektron-ticarət şəffaflıq deməkdir, vergidən yayınmamaq deməkdir, iqtisadiyyatın yeni və müasir növü deməkdir. Çünki elektron ticarətin geniş yayıldığı cəmiyyətlərdə iqtisadiyyatın şəffaflığı tam təmin olunur və korrupsiya halları minimuma enir.

İKT-nin sürətlə inkişaf etdiyi müasir dövrdə “e-science” adı altında elmi məsələlərin həllinə dair ABŞ, İngiltərə, MDB və s. dünya ölkələrində aparılan işlər geniş diapazonu və müxtəlifliyi ilə fərqlənirlər. Həmin ölkələrdə elmi-tədqiqat fəaliyyətin müxtəlif sahələrində İKT-nin tətbiqi məsələlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

-elmi-tədqiqat fəaliyyətlərin müasir İKT əsasında kompleks avtomatlaşdırılması (layihələrin, qrantların, nəşrlərin idarə olunması sistemləri və s.) (bu, beynəlxalq elmi mühitdə CRİS-Current Research İnformation Systems adlandırılır)

-tədqiqatlar üçün vahid onlayn elmi infrastrukturun yaradılması (research e-infrastrukture ayrı-ayrı elmi müəssisələrin CRİS-lərinin inteqrasiyası ilə vahid onlayn tədqiqat mühitinin formalaşdırılması hesabına əldə olunur)

-alimlər və elmi təşkilatlar üçün texniki innovasiya verilənlərindən sosial-iqtisadi fayda əldə olunması (bu, e-science-in sosial nöqteyi-nəzərdən inkişafı kimi izah olunur).

Dünya təcrübəsi göstərir ki, informasiya və koınınunikasiya texnologiyalarından geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir və məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunması və yoxsulluğun azaldılması üçün tutarlı vasitələrdəndir. Müasir tələblər baxımından ölkədə informasiya və koınınunikasiya texnologiyalarının inkişaf səviyyəsi bütövlükdə dövlətin hərbi-siyasi və sosial-iqtisadi potensialının göstəricilərindəndir. Ölkənin informasiyalaşdırılması yolu ilə informasiya cəmiyyətinin formalaşdırılması təşkilati, sosial-iqtisadi, elmi-texniki, texnoloji və ən başlıcası, siyasi amillərə malik olan mürəkkəb prosesdir, onun müvəffəqiyyətlə həyata keçirilməsinə cəlb olunan siyasi-inzibati, maliyyə, insan, texniki və s. resurslardan səmərəli istifadə olunmasını, prioritetlərin və fəaliyyət istiqamətlərinin düzgün müəyyən edilməsini, görülən işlərin tənzimlənməsini və əlaqələndirilməsini tələb edir. Müasir ictimai mübadilə 2000-ci ildən etibarən məhz xidmət sferasında inkişaf etməyə başlamışdır ki, bu da müxtəlif növ informasiyanın telekoınınunikasiya şəbəkləri vasitəsi ilə ötürülməsi ilə bağlıdır. İnformasiya telekoınınunikasiya sistemi kimi internetin yaranması və bu sahədəki münasibətlərin inkişafı “informasiya hüququ” kimi məfhumun yaranmasına gətirib çıxarmışdır ki, onun da əsas məqsədi “informasiya” terminini hüquqi baxımdan tədqiq etməkdir. Bununla yanaşı qeyd etmək lazımdır ki, müasir dövrdə təkcə internetlə deyil digər telekoınınunikasiya vasitələri, stasionar, hərəkətli (mobil, peyk cə s) rabitə vasitələri, televiziya və radio yayımı vasitəsi ilə informasiyanın ötürülməsi baş verir. Bunun üçün də bu sfradakı münasibətlər sözsüz ki, telekoınınunikasiya hüququnun predmeti kimi qəbul olunmalıdır. Bundan əlavə, telekoınınunikasiya hüququnun predmetinə həmçinin, elektrik əlaqə şəbəkəsi kimi internetin fəaliyyəti ilə yaranan münasibətləri də daxil etmək olar. Qeyd etmək lazımdır ki, bəzi müəlliflər təkid edirlər ki, informasiya hüququ huququn müstəqil forması, telekoınınunikasiya hüququ isə informasiya hüququnun kompleks alt sahəsi kimi formalaşmışdır. Bu cür yanaşmalar olsa da, əslində hər iki məfhum kompleks qanunvericilik institutlarını əks etdirir ki, bu da müxtəlif tələbat sahələrindəki hüquqi normaların məcmusudur ki, bu münasibətlər də informasiya və telekoınınunikasiya sistemlərindəki fəaliyyətin həyata keçirilməsi zamanı yaranır, dəyişir və dayandırılır. İnformasiya hüququ informasiyanın formalaşması, mövcudluğu, istifadəsi, saxlanması, yayılması və mühafizəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Burada informasiya həm ictimai münasibətlərin ayrılmaz bir parçası kimi, həm də ictimai maraqların mühafizəsi, o cümlədən dövlətin, bələdiyyələrin, korporativlərin və fərdi təhlükəsizliyin mühafizəsi kimi qəbul olunaraq tənzimlənir.


3. Azərbaycan Respublikasinda telekoınınunikasiya və informasiya sferasindaki iqtisadi münasibətlərin tənzimlənməsinin hüquqi təminatı
Azərbaycan Respublikasında sоn illərdə iqtisadi islahatlar yeni kоnstitusiyada təsbit оlunduğu kimi bazar iqtisadiyyatının qurulması və inkişafı istiqamətində dönmədən həyata keçirilir. Artıq kənd təsərrüfatı sferasında tоrpaq islahatı başa çatdırılmış, dövlət özəlləşdirmə prоqramlarının ilkin mərhələləri arxada qalmışdır. İqtisadiyyatın yenidən qurulması və inkişaf etdirilməsi sоsial yönümdə davam etdirilir, neft srategiyasına müvafiq kоntraktlar bağlanır, qeyri-neft sektоrunun inkişafına qayğı göstərilir, büdcədən məaliyyələşən müəssisə və təşkilatların yenidən qurulması davam etdirilir. Bütün bu tədbirlərin həyata keçirilməsi təbii ki, elmi zəminə söykənməli, islahatların priоritet istiqamətləri və nəticələri elmi-texniki nəaliyyətlər əsasında daha da dəqiqləşdirilməli və əsaslandırılmalıdır. Bu prоsesdə təsərrüfat оbyektlərinin kifayət qədər dərin və hərtərəfli öyrənilməsi, оnların fəaliyyətlərinin bazis dövrünün, eləcə də sоnrakı mərhələlərə aid infоrmasiyalar tоplusunun ən yeni texnalоgiyalar vasitəsilə dərin təhlili, sistemləşdirilməsi, qaşılıqlı əlaqələrinin aydınlaşdırılması çоx mühümdür. Bütün bunlar isə həmin prоseslərdə müasir kоmpüter-infоrmasiya texnоlоgiyalarının tətbiqini zəruri bir tələb kimi оrtaya qоyur.

Dünyada gedən infоrmasiyaşdırma prоsesi qоbal və dönməz bir xarakter aldığından Azərbaycan iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiyası məsələsi məhz respublika iqtisadiyyatının, bütövlükdə cəmiyyətin hansı səviyyədə infоrmasiyalaşdırıl­masından bilavasitə asılı оlacaqdır. Оna görə də iqtisadi prоseslərdə infоrmasiya texnоlоgiyalarının tətbiqi günümüzün vacib və təxirə salınmaz tədbirlərindəndir. İnformasiya koınınunikasiya sferasında dövlətin ən əsas vəzifəsi ilk növbədə mövcud hüquqi bazanın yaradılmasıdır ki, məhz bu hüquqi baza olduqdan sonra bu sferada fəaliyyətin həyata keçirilməsi sadələşəcəkdir. Bu baxımdan dövlət tərəfindən atılmış ilk mühüm addı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-koınınunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" olmuşdur ki, bu strategiya yaxın 10 il ərzində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirmişdir.

Milli Strategiya informasiya və koınınunikasiya texnologiyalarından istifadə və onun genişləndirilməsi sahəsində dövlətin siyasətini əks etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas istiqamətlərini müəyyən edir. Strategiya cəmiyyətin tələblərini, qabaqcıl dünya təcrübəsini nəzərə alır və ölkənin inkişafına, demokratik cəmiyyət quruculuğuna, Azərbaycanın beynəlxalq aləmə inteqrasiya olunmasına xidmət edir. Milli Strategiyanın əsas vəzifələrinə aşağıdakılar aiddir:


  • informasiya cəmiyyətinin hüquqi əsaslarının yaradılması və inkişaf etdirilməsi;

  • cəmiyyətdə insan amilinin inkişaf etdirilməsi, vətəndaşların keyfiyyətli təhsil, tibbi xidmət və sosial təminatlar alması üçün əlverişli şəraitin yaradılması;

  • vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarının təmin edilməsi üçün müvafiq mühitin yaradılması;

  • effektiv, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsi və yerli özünüidarəetmənin həyata keçirilməsi, elektron hökumətin yaradılması, elektron ticarətin formalaşdırılması və inkişaf etdirilməsi;

  • ölkənin iqtisadi, sosial və intellektual potensialının möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması, informasiya və bilik bazarının yaradılması və inkişaf etdirilməsi;

  • xalqın tarixi, ədəbi və mədəni irsinin qorunub saxlanması və onun geniş təbliği;

  • inkişaf etmiş informasiya və koınınunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiya və koınınunikasiya xidmətlərinin genişləndirilməsi;

  • ölkənin informasiya təhlükəsizliyinin təmin olunması;

  • ölkənin ümumdünya elektron informasiya məkanına inteqrasiyası;

  • milli proqram vasitələrinin yaradılması, informasiya və koınınunikasiya texnologiyaları məhsullarının istehsalının (İKT sənayesinin) inkişaf etdirilməsi;

  • ölkənin «rəqəmsal geriliyinin» aradan qaldırılması.

Milli Strategiyanın əsas məqsədi informasiya və koınınunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir.

Ölkənin informasiyalaşdırılması yolu ilə informasiya cəmiyyətinin formalaşdırılması təşkilati, sosial-iqtisadi, elmi-texniki, texnoloji və ən başlıcası, siyasi amillərə malik olan mürəkkəb prosesdir, onun müvəffəqiyyətlə həyata keçirilməsinə cəlb olunan siyasi-inzibati, maliyyə, insan, texniki və s. resurslardan səmərəli istifadə olunmasını, prioritetlərin və fəaliyyət istiqamətlərinin düzgün müəyyən edilməsini, görülən işlərin tənzimlənməsini və əlaqələndirilməsini tələb edir. Bu səbəbdən informasiya və koınınunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi sahəsində «İnformasiya, informasiyalaş­dırma və informasiyanın mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş dövlət siyasətinin həyata keçirilməsi üzrə milli strategiya və fəaliyyət planının olması çox vacibdir.

Milli strategiyanın əsas fəaliyyət istiqamətlərindən biri də elektron hökumətin formalaşdırılması və inkişaf etdirilməsidir. Elektron hökümətin inkişafı aşağıdakı istiqamətlərdə həyata keçiriləcəkdir. Dövlət idarəetmə orqanlarında və təşklatlarında, yerli özünüidarəetmə orqanlarında informasiya və koınınunikasiya texnologiyalarının geniş tətbiqi və inkişaf etdirilməsini, vətəndaşların, qeyri-hökumət təşkilatlarının dövlətin idarə edilməsində iştirakı üçün münasib şəraitin yaradılmasını, informasiya və koınınunikasiya texnologiyalarından istifadə etməklə siyasi sistemin müxtəlif tərkib hissələri arasında əməkdaşlığın gücləndirilməsini, dövlət qulluqçularının informasiya və koınınunikasiya texnologiyaları sahəsində biliklərinin müntəzəm artırılması mexanizminin hazırlanması və həyata keçirilməsini, dövlət idarəetmə orqanlarında və təşkilatlarında elektron sənəd mübadiləsinin geniş tətbiqini, vətəndaşlara informasiya xidmətləri göstərən dövlət avtomatlaşdırılmış məlumat sistemlərinin, tematik, sahə, regional informasiya resurslarının yaradılmasını, seçkilər prosesində informasiya texnologiyaları tətbiqinin inkişaf etdirilməsini nəzərdə tutur. Bu addımlar ölkədə informasiya-koınınunikasiya texnologiyalarının dövlət orqanlarında istifadəsinin səmərəliliyinin artırılmasının, əhalinin bu orqanlarla əlaqələrində ünsiyyətinin asanlaşdırılmasının və bürokratik əngəllərin aradan qaldırılmasının, ölkədə yaradılan müxtəlif təyinatlı informasiya sistemlərinin qarşılıqlı uzlaşmasının əsasını qoydu.

İnformasiya və koınınunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur və ümumiyyətlə, gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti onların informasiya və koınınunikasiya texnologiyalarından səmərəli istifadəsindən asılı olacaqdır. Bunu nəzərə alaraq, 10 may 2005-ci ildə elektron ticarət haqqında qanun imzalanmışdır. Elektron ticarət informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyətdir. Ənənəvi ticarətin virtual aparılmasıdır. Ənənəvi ticarətdən fərqli olaraq elektron ticarətin iştirakçıları alıcılar, satıcılar və elektron sənəd dövriyyəsi vasitəçiləridir.

Elektron ticarətin təşviq edilməsi məqsədi ilə satıcı (təchizatçı) koınınersiya bildirişindən istifadə edə bilər. Koınınersiya bildirişi satıcı (təchizatçı) tərəfindən malların yayılmasına, xidmətlərin göstərilməsinə, işlərin görülməsinə və ya onun imicinin formalaşdırılmasına birbaşa, yaxud dolayı yolla xidmət edən məlumatdır. Koınınersiya bildirişi aşağıdakı şərtlərə cavab verməlidir: bildirişin koınınersiya xarakterli olması aydın bildirilməli, bildirişi göndərənin adı və ünvanı dəqiq göstərilməli, satışı stimullaşdırmaq məqsədi ilə qanunvericiliklə icazə verilmiş güzəştlər, mükafatlar və hədiyyələr kimi təkliflər aydın göstərilməli, onların əldə edilmə şərtləri açıq, birmənalı ifadə olunmalı və bu təkliflərlə asanlıqla tanış olmağa imkan yaradılmalı, satışı stimullaşdırmaq məqsədi ilə qanunvericiliklə icazə verilmiş yarışlar və oyunlar barədə məlumatlar aydın göstərilməli, onlarda iştirak şərtləri açıq, birmənalı ifadə olunmalı və bu təkliflərlə asanlıqla tanış olmağa imkan yaradılmalıdır.

Qeyd edək ki, satıcıya (təchizatçıya) birbaşa müraciət etməyə imkan verən məlumatlar, o cümlədən, İnternet və elektron poçt ünvanları, mallar (xidmətlər, işlər) və ya onların satıcısı (təchizatçısı) barədə sərbəst surətdə, xüsusən də xərc çəkmədən əldə edilmiş məlumatlar koınınersiya bildirişinə aid edilmir.

Alıcının (sifarişçinin) razılığı olmadan satıcı (təchizatçı) tərəfindən elektron poçt vasitəsilə təşəbbüs xarakterli koınınersiya bildirişləri göndərilə bilər. Satıcı (təchizatçı) təşəbbüs xarakterli koınınersiya bildirişlərini almaq istəməyən şəxslərin qeydiyyatdan keçməsinə imkan yaratmalı və bu qeydiyyata riayət etməlidir. Təşəbbüs xarakterli koınınersiya bildirişlərinə cavab verilməməsi aksept hesab olunmur.

Məlum olduğu kimi istənilən ticarət zamanı satıcı ilə alıcı arasında müqavilələr imzalanır, elektron elektron ticarətdə bu müqavilələr elektron sənəd formasında bağlanır. Müqavilə bağlamaq təklifi hüquq qanunvericliyində oferta adlanır. Qanunvericiliyə uyğun olaraq, oferta, o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər. Müqavilənin şərtləri xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən dəqiq və birmənalı başa düşülən şəkildə tərtib edilməli, həmçinin müqavilə onunla tanış olmağa və onu saxlamağa imkan verən formada hazırlanmalıdır. Müqavilənin bəzi şərtləri digər elektron sənədə istinadən verilə bilər və bu səbəbdən müqavilə etibarsız sayıla bilməz. Bu halda satıcı (təchizatçı) müqavilənin qüvvədə olduğu müddətdə istinad olunan elektron sənədə çıxış imkanı təmin etməlidir. Müqavilə satıcının (təchizatçının) ona aksept aldığı andan bağlanmış hesab olunur. Əgər tərəflər arasındakı razılığa əsasən digər hallar nəzərdə tutulmamışdırsa, elektron sənədin qəbul edilməsinin təsdiqi aksept hesab olunmur.

Alıcı (sifarişçi) sifariş verməzdən əvvəl satıcı (təchizatçı) tərəfindən təchizatçının adı, ünvanı, malların (xidmətlərin, işlərin) xüsusiyyətləri barədə əsas məlumatlarla, vergilər nəzərə alınmaqla malların (xidmətlərin, işlərin) qiymətləri ilə, çatdırılma nəzərdə tutulduqda, onun xərci və digər şərtləri, ödəniş və sifarişin icra olunma şərtləri, müqavilə bağlamaq təklifinin və ya qiymətin qüvvədə olduğu müddətlə, ehtiyac olarsa, malların, işlərin və xidmətlərin daimi və ya mütəmadi təchiz edilməsinin minimal müddəti ilə, müqavilənin bağlanma üsulu və mərhələləri ilə, satıcı (təchizatçı) tərəfindən müqavilənin qeydiyyatının aparılması və ona çıxış imkanı və s. məlumatlarla təmin olunmalıdır.

Sifariş verilərkən satıcı alıcıya sifarişi aldığını dərhal bildirməlidir. Məhz bu halda, alıcı (sifarişçi) sifarişin təsdiqlənməsi barədə məlumatı əldə etdiyi halda sifariş qəbul olunmuş sayılır. Alıcı (sifarişçi) malın (işin, xidmətin) ödəniş qaydasından asılı olmayaraq 7 iş günü ərzində cəriməsiz olaraq və səbəb göstərmədən bağlanmış müqavilənin icrasından imtina edə bilər. Bundan əlavə inzibati xətalar məcəlləsinin 240-1 maddəsinə görə elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə satıcı (təchizatçı) tərəfindən alıcıya (sifarişçiyə) və səlahiyyətli dövlət orqanlarına yanlış məlumatın verilməsinə görə - fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli beş mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisinin xidmət göstərərkən ötürdüyü, saxladığı informasiyaların ümumi monitorinqinin aparılması və ya qanunsuz fəaliyyətin həyata keçirilməsini sübut etmək məqsədi ilə fəal surətdə faktların və ya təfərrüatların müəyyənləşdirilməsi üzrə hərəkətlərə məcbur edilməsinə və ya bu hərəkətlərin elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən fərdi təşəbbüs qaydasında həyata keçirilməsinə görə - fiziki şəxslər şərti maliyyə vahidinin otuz mislindən otuz beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin yetmiş beş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.

Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən xidmət göstərdiyi alıcıların (sifarişçilərin), satıcıların (təchizatçıların) qanunsuz fəaliyyəti və ya qanunsuz informasiya ötürməsi barədə səlahiyyətli dövlət orqanlarına məlumatın verilməməsinə və ya səlahiyyətli dövlət orqanlarının müraciətinə əsasən xidmətlərin alıcılarının (sifarişçilərinin), satıcıların (təchizatçıların) müəyyənləşdirilməsinə imkan verən məlumatların təqdim edilmə­mə­sinə görə fiziki şəxslər şərti maliyyə vahidinin otuz beş mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin doxsan misli miqdarında, hüquqi şəxslər şərti maliyyə vahidinin üç yüz misli miqdarında cərimə edilir.

Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən məhkəmənin qərarı və ya qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanının müraciəti əsasında hüquq pozuntularının qarşısının alınması məqsədi ilə göstərilən xidmətin dayandırılmamasına, informasiyanın saxlanılması xidmətinin göstərildiyi halda informasiyanın silinməməsinə və ya ona çıxışın məhdudlaşdırılmamasına görə fiziki şəxslər şərti maliyyə vahidinin otuz beş mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin doxsan misli miqdarında, hüquqi şəxslər şərti maliyyə vahidinin üç yüz misli miqdarında cərimə edilir.

Vasitəçi elektron ticarətin digər iştirakçıları ilə bağlanmış müqavilənin şərtlərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Vasitəçi alıcının (sifarişçinin), satıcının (təchizatçının) təqdim etdiyi informasiyanı rabitə şəbəkəsi vasitəsilə ötürmək və ya rabitə şəbəkəsinə çıxış imkanını təmin etmək xidməti göstərdikdə, ötürülən informasiyaya görə aşağıdakı hallarda məsuliyyət daşımır:



  • ötürmənin təşəbbüskarı olmadıqda;

  • informasiyanın alıcısını seçmədikdə;

  • ötürülən informasiyanın məzmununu dəyişmədikdə və ondan seçmələr etmədikdə.

Azərbaycan Respublikası Prezidentinin "14" iyun 2005-ci il tarixli 927 N-li qərarı ilə “Telekoınınunikasiya haqqında” qanun qəbul edilmişdir ki, bu Azərbaycan Respublikasında telekoınınunikasiya sahəsində fəaliyyətin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirir və telekoınınunikasiya resurslarının məqsədyönlü planlasdırılmasını və istifadə olunmasını tənzimləyir. Qanunda göstərildiyi kimi telekoınınunikasiya elektrik və ya elektromaqnit rabitə vasitələri (kabel, optik və radio əlaqəsi və digər vasitələr) ilə hər hansı siqnalın, səsin və təsvirin məsafəyə ötürülməsi və qəbul edilməsi, telekoınınunikasiya şəbəkəsi isə telekoınınunikasiyanın təmin edilməsi üçün vahid texniki və texnoloji sistemdə birləşdirilmiş müxtəlif növ vasitə və qurğuların məcmusudur. Telekoınınunikasiya ölkənin istehsal və sosial infrastrukturunun tərkib hissəsi olmaqla, dövlət hakimiyyəti orqanlarının, fiziki, hüquqi şəxslərin, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların filial və nümayəndəliklərinin telekoınınunikasiya xidmətlərinə olan tələbatlarını təmin edir. Telekoınınunikasiya fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:

  • operatorların, provayderlərin, istifadəçilərin hüquq bərabərliyi və qanuni mənafelərinin qorunması;

  • xüsusi təyinatlı telekoınınunikasiya şəbəkələri və vasitələri ilə məlumatların qəbulunun və ötürülməsinin qanunvericilikdə nəzərdə tutulan qaydada məxfiliyinin təmin edilməsi

  • şəbəkə əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi;

  • telekoınınunikasiya şəbəkəsinin bütövlüyünün qorunması;

  • telekoınınunikasiya şəbəkələrinin qarşılıqlı fəaliyyətinin operativliyi;

  • telekoınınunikasiya xidmətləri bazarında inhisarçılığın yolveriməzliyi və sağlam rəqabət mühitinin təmin edilməsi;

  • qərarların qəbul edilməsinə şəffaflıq və aşkarlığın təmin edilməsi.

  • telekoınınunikasiya sahəsində dövlət tənzimləmə funksiyalarının təsərüfat funksiyalarından ayrılması;

  • telekoınınunikasiya sahəsində beynəlxalq əməkdaşlıq.

Dövlətin, hüquqi və fiziki şəxslərin, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomotik nümüyəndəliklərinin və beynəlxalq təşkilatların filial və nümayəndəliklərinin maraq dairəsinə aid olan mövcud informasiya məkanı, telekoınınunikasiya vasitələri və qurğuları telekoınınunikasiya obyekti hesab edilirlər. Telekoınınunikasiya xidmətləri göstərən, onları tənzimləyən və bu xidmətlərdən istifadə edən bütün dövlət hakimiyyəti orqanları, fiziki, hüquqi şəxslər, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomotik nümayəndəlikləri və beynəlxalq təşkilatların filial və nümayəndəlikləri telekoınınunikasiya fəaliyyətinin subyektləridirlər. Telekoınınunikasiya fəaliyyətinin subyekti olan operatorların qanunvericliklə müəyyən edilmiş öz telekoınınunikasiya şəbəkələrini planlaşdırmaq və inkişaf etdirmək, qanunvericiliklə müəyyən olunmuş qaydada nömrə resurslarını və radiotezlikləri almaq və onlardan istifadə etmək, qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, göstərdikləri telekoınınunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını, müstəqil müəyyən etmək, ayrılmış nömrə resursundan abunəçilərinə məxsusiləşdirmə kodlarını vermək, operator və abunəçi arasında bağlanmış müvafiq müqavilədə müəyyən edilən istifadə qaydalarına riayət etməyən abunəçilərə telekoınınunikasiya xidmətlərinin göstərilməsini dayandırmaq, qanunvericiliyə uyğun qaydada telekoınınunikasiya sahəsində fəaliyyətini dayandırmaq (yaxud fəaliyyətinə xitam vermək) kimi hüquqları vardır. Provayderlər isə müvafiq operatorla bağladıgı müqavilə əsasında ümumistifadəli telekoınınunikasiya şəbəkəsinə qoşulmaq və xidmətlər göstərmək, qanunvericiliklə müəyyən olunmuş qaydada nömrə resurslarından və radiotezliklərdən istifadə etmək, göstərdikləri telekoınınunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını, qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil müəyyən etmək hüquqlarına malikdir. Abunəçilrin hüquq və vəzifələri də qanunla müəyyən edilir, belə ki, onlar operatoru, provayderi sərbəst seçmək, keyfiyyətli telekoınınunikasiya xidmətlərini tələb etmək, operatorun, provayderin əməllərindən qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət vermək hüquqlarına malikdir.

Telekoınınunikasiya xidməti dedikdə müvafiq telekoınınunikasiya şəbəkəsi vasitəsi ilə hüquqi, fiziki şəxslərin və qanuni əsaslarla fəaliyyət göstərən digər subyektlərin telekoınınunikasiyaya olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən fəaliyyət növü başa düşülür. Respublikamızda telekoınınunikasiya fəaliyyətinin tənzimlənməsini dövlət müvafiq hüquqi vasitələrlə həyata keçirir.

Respublikada telekoınınunikasiya fəaliyyətinin təşkili aşağıdakı istiqamətlər üzrə aparılır:

1. telekoınınunikasiya sahəsində fəaliyyətə dövlət nəzarətini həyata keçirilməsi;

2. telekoınınunikasiya sahəsində vahid dövlət siyasətinin və elmi-texniki proqramlarının hazırlanmasında iştirak edir və onları qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsi;

3. telekoınınunikasiya xidmətlərinin standartlarını müəyyən edilməsi;

4. telekoınınunikasiya xidmətlərinin növlərini və onların xüsusiyyətlərini müəyyən edilməsi;

Azərbaycan Respublikası daxilində mövcud olan telekoınınunikasiya şəbəkələrinin normal idarə edilməsi və düzgün istismar rejimində saxlanması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların təşkilati-texniki strukturu müəyyənləşdirilir.

Ümumistifadəli telekoınınunikasiya şəbəkəsi müvafiq qaydalar, standartlar, xidmət göstərilməsi və ödəmə şərtləri əsasında abunəçinin istifadə edə biləcəyi telekoınınunikasiya xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan və bütün istifadəçilərə qoşulma imkanını verən telekoınınunikasiya şəbəkəsi, yaxud onun bir hissəsidir. Ümumistifadəli telekoınınunikasiya şəbəkəsi operatorlar arasında bağlanan arabağlantı müqavilələr əsasında istifadəçilərə vahid prinsiplərlə telekoınınunikasiya xidmətləri göstərmək üçün təşkil edilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla ümumistifadəli telekoınınunikasiya şəbəkəsinin xidmətlərindən istifadə edilməsinə məhdudiyyət qoyulmur. Ümumistifadəli telekoınınnukasiya şəbəkələrinin inkişafı, təkmilləşdirilməsi, səmərəli və etibarlı istifadə edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş telekoınınunikasiya operatorları tərəfindən tədbirlər həyata keçirilir.

Telekoınınunikasiya şəbəkələri, qurğuları və vasitələri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. Dövlət mülkiyyət formasından asılı olmayaraq operatorlar, provayderlər üçün bərabər hüquqi şərait yaradır. Dövlət mülkiyyətində olan telekoınınunikasiya şəbəkələri, qurğuları və vasitələrinin təsnifatı normativ hüquqi aktlarla müəyyən edilir. Telekoınınunikasiya şəbəkələri, qurğuları və vasitələrinin (o cümlədən dövlətin mülkiyyətində olanların) mülkiyyət forması qanunla nəzərdə tutulmuş qaydada dəyişdirilə bilər. İstənilən hüquqi və fiziki şəxslər telekoınınunikasiya sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsində, icarəyə və idarəetməyə verilməsində Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada iştirak edə bilərlər. Telekoınınunikasiya şəbəkələri, qurğuları və vasitələri üzərində mülkiyyət formasının dəyişdirilməsinə onların mövcud maddi-texniki bazasını zəiflətməmək və texnoloji fəaliyyəti pozmamaq, habelə fiziki və hüquqi şəxslərin telekoınınunikasiya xidmətlərindən istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırmamaq şərti ilə qanunvericiliklə müəyyən olunmuş qaydada yol verilir. Telekoınınunikasiyanın inkişafına investisiya qoyuluşu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Telekoınınunikasiyanın inkisafı üçün investisiya qoyulusuna dair qərarlar qanunvericilikdə müəyyən olunmuş qaydada, müvafiq dövlət proqramları və müqavilələr əsasında qəbul olunur. Müvafiq ərazilərin sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq telekoınınunikasiyanın inkişafı üçün aidiyyəti icra hakimiyyəti orqanları da müəyyən tədbirlər görürlər. Xarici investisiyaların telekoınınunikasiyanın inkisafına cəlb edilməsi və onların qorunması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uygun olaraq təmin edilir. Telekoınınunikasiyanın inkişafı üzrə tədbirlər uyğun olaraq büdcə və büdcədənkənar vəsaitlər operatorların, provayderlərin öz vəsaitləri, kreditlər, qrantlar və qanunvericiliklə qadağan edilməmiş digər mənbələr hesabına maliyyələşdirilir. Dövlət hakimiyyəti orqanlarının telekoınınunikasiya xidmətləri və telekoınınunikasiya təyinatlı strukturlarının maddi-texniki bazasının inkişafı üçün nəzərdə tutulmuş xərclər həmin orqanlar üçün ayrılmış müvafiq büdcə vəsaitinin tərkibinə daxil edilir. Fiziki və hüquqi şəxslərə məxsus telekoınınunikasiya şəbəkələrinin inkişafı qanunvericiliklə qadağan edilməmiş mənbələr hesabına təmin edilir.

1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə