İQTİsadiyyatin hüquqi TƏNZİMLƏNMƏSİ MÖVzu. Ətraf müHİTİn müdafiƏSİNİn və TƏBİƏTDƏN İSTİfadəNİn hüquqi TƏNZİMLƏNMƏSİ




Yüklə 1.47 Mb.
səhifə4/14
tarix23.02.2016
ölçüsü1.47 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

5. Normativ-hüquqi aktların yaradılmasının hüquqi bazası

Hüquq normalarının tədbiqi – səlahiyyətli dövlət orqanlarının hüquq nor­ma­ları­nın konkret iqtisadi və mülki münasibətlərə yönəldilməsi üzrə hakimiyyət fəaliy­yətidir. Hüquqtədbiqetmə fəaliyyəti ilə yalnız səlahiyyətli dövlət orqanları və ya dövlətin ver­diyi səlahiyyət əsasında ictimayət orqanları məşğul ola bilər. İkincisi, hüquq­təd­biq­et­mə fəaliyyətinin məzmunu hüquq normaları əsasıda fərdi hüquqi göstərişlər (aktlar) verilməsində ifadə olunur. Bu aktlar müəyyən iqtisadi və mülki münasibətlərə ünvanlanır. Məsələn, mərkəzi icra hakimiyyətinin qərarı, məhkəmənin hökmü və s. Üçüncüsü, hüquq normasının tətbiqi qanunla dəqiq müəyyən olunmuş qaydada həyata keçirilir. İqtisadi və mülki hüquq normalarının tədbiqi zamanı belə qayda xüsusiilə mühüm əhəmiyyətə malik olur. Nə vaxt, hansı hallarda hüquq normasının tətbiqinə zərurət yaranır?

1. Hüquq norması səlahiyyətli orqanlar tərəfindən o vaxt tətbiq olunur ki, konkret şəxslərin (hüquqi və fiziki şəxslərin) nəzərdə tutulan hüquq və vəzifələri həmin orqanların dövlət-hakimiyyət fəaliyyəti olmadan yarana və həyata keçə bilmir. Bu hüquq və vəzifələrin yaranması və həyata keçməsi üçün hər bir konkret halda səlahiyyətli orqan tərəfindən konkret şəxsə münasibətdə hakimiyyət xarakterli qərar verilməsi zəruridir. Məsələn, əmək hüququnu həyata keçirmək üçün müəssisə, idarə, təşkillat müdriyyətinin işə qəbul haqqında rəsmi qərarı zəruridir.

2. Səlahiyyətli orqanların hüquqtətbiqetmə fəaliyyəti o vaxt zəruri olur ki, vətəndaşların və təşkillatların subyektiv hüquqlardan istifadəsi üçün müəyyən maneələr mövcud olur. Məsələn, vətəndaş qanun əsasında ev almışdır, başqa şəxslər isə onun həmin evə sahiblik hüququnun realizəsi üçün maneə yaradırlar. Belə halda vətəndaş inzibati orqana və ya məhkəməyə müraciət edir. Həmin orqanlar isə ev sahibinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş qərar qəbul edirlər.

3. Hüquqi vəzifələr könüllü olaraq icra edilmədikdə də hüquq normalrının tət­biq­inə zərurət yarnır. Məsələn, bir təşkilat müqavilə üzrə digər təşkillata müəyyən məhsulu tədarük etməyi öhtəsinə götürür, lakin öz öhdəliyini yerinə yetirmir. Bu hal­da səlahiyyətli orqan (arbitraj, məhkəmə) təşkillatın öz üzərinə götürdüyü öhtəliyin yerinə yeirilməsinin məcburi qaydada təmin edilməsinə yönələn qərar qəbul edir.

4. Hüquq pozuntusu törədildikdə və hüquq pozuntusnu törədən şəxsə müvafiq hüquqi təsir tədbirləri təyin etmək lazım gəldikdə hüquqtətbiqetmə fəaliyyəti həmişə zəruridir. Belə ki, vergi ödəmələri gecikdirdikdə Vergilər Nazirliyinin nümayəndələri müvafiq tədbirlər görürür. Vergi ödəyicisi vergidən yayndıqda isə məhkəmə hüquq normaları əsasında cəza tədbirləri təyin edir.

İqtisadi münasibətlərin və onlara tətbiq edilən hüquq normalarının məz­mu­nun­dan asılı olaraq hüquq tətbiq etmə aktı aşağıdakı növlərə bölünür:

- nizamlayıcı aktlar, yəni iqtisadi subyektlərin hüquqauyğun davranışı ilə əlaqədar konkret hüquq və vəzifələr müəyyən edən aktlar.

- mühafizəedici aktlar. Bu aktlar hüquq pozuntusuna yol vermiş ayrı-ayrı fiziki və hüquqi şəxslər barəsində verilən aktlardır (məhkəmənin hökmü, prokrorun protesti və s.).

Beləliklə, hüquq normalarının tətbiqi aktları hüquq normaları göstərişlərinin realizəsinin ən mühüm vasitəsidir.

Azərbaycan Respublikasında normativ hüquqi aktların yaradılmasının, qəbu­lu­nun və tətbiqinin hüquqi bazası qismində Azərbaycan Respublikasının Konstitusiyası və 6 sentyabr 1994-cü ildə qəbul olunmuş və 26 noyabr 1999-cu ildə dəyişdirilərək yenidən qəbul olunmuş “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının qanunu çıxış edir.

Konstitusiyada və müvafiq qanunda normativ aktların anlayışı, növləri, onların hazırlanması mərhələsi, onların hüquqi qüvvəsi, onları qəbul edən orqanların adları və normativ hüquqi akt vermə səlahiyyətləri və s. kimi məsələlərə toxunulur. Qanunun birinci maddəsində bu qanunun vəzifəsi şərh olunur və orada deyilir ki, bu qanun Azərbaycan Respublikasının qanunlarının və başqa normativ hüquqi aktlarının hazırlanması, qüvvəyə minməsi, şərhi və bunlarla əlaqədar müvafiq dövlət orqan­ları­nın qarşılıqlı fəaliyyət qaydalarını müəyyən edir. Qanununun ikinci maddəsində Azərbaycan Respublikasında fəaliyyət göstərən normativ hüquqi aktların anlayışı verilir: “Azərbaycan Respublikasının normativ hüquqi aktı səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş, göstərişləri ümumi məcburi xarakter daşıyan, hüquq normalarını müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəddir”. Konstitusiyanın yuxarıda sadalanan maddələrində Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar haqqında bəhs edilir. Konstitusiyanın 148-ci maddəsində qanunvericilik sisteminə daxil olan aktlar haqqında belə deyilir: “Qanunvericilik sisteminə aşağıdakı normativ hüquqi aktlar daxildir: konstitusiya, referendumla qəbul edilmiş aktlar, qanunlar, fərmanlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, Mərkəzi İcra Hakimiyyəti orqanlarının normativ aktları.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azər­baycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz hissəsidir. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər.” Normativ xarakterli aktlar qanunun üçüncü maddəsidə öz əksini tapmışdır. Bu maddəyə görə normativ xarakterli aktlara Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları, Azərbaycan Respublikası Milli Bankının qərarları, yerli icra hakimiyyəti orqanlarının qərarları daxildir.

Qanuna görə (dördüncü maddə) normativ hüquqi aktları qəbul etmək səlahiyyəti olan orqanlar və bu səlahiyyətlərin hüdudları Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə müəyyən edilir və (beşinci maddə) bu normativ hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasına və onlardan daha yüksək hüquqi qüvvəsi olan başqa normativ hüquqi aktlara uyğun olmalıdır. Qanunda (onuncu maddə) normativ hüquqi aktlar qəbul etmək salahiyyəti olan orqanların Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edildiyi qeyd olunur. Buna müvafiq olaraq Konstitusiyanın müxtəlif maddələrində bu aktları qəbul edən orqanların adı, qəbul etdikləri aktların adı və onların qəbulu qaydası tam əks olunub. Konstitusiyada ilk əvvəl Azərbaycan Respublikası Milli Məclisinin aktlarından bəhs edilir. Konstitusiyanın 93-cü maddəsində deyilir: ”Azərbaycan Respublikası Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir”. Qeyd edək ki, qəbul olunan konstitusiya qanunları, qanunlar və qərarlar bu konstitusiyaya zidd ola bilməz. Bu məsələyə daha ətrafli bir qədər sonra yenidən toxunulucaqdır.

Milli Məclisin aktları deputatların səsverməsi yolu ilə qəbul olunur və onlar səsvermə hüquqlarını şəxsən həyata keçirməlidirlər. Konstitusiyaya görə (93-cü maddə 4-cü bənd) Milli Məclisin qəbul etdiyi qanunlarda və qərarlarda İcra Haki­miy­yəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. Kostitusi­yanın digər bir maddəsində isə (maddə 149) deyilir ki, qanunlar konsti­tu­si­yaya zidd olmamalıdır və yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, İcra Hakimiyyəti və Məhkəmə Hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Azərbaycan Respublikası Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (Konstitusiya, maddə 96) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Naxçivan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.

Azərbaycan Respublikası Milli Məclisinin aktları Konstitusiyanın 98-ci maddəsində göstərilən qaydada qüvvəyə minir. Bu maddədə deyilir: “ Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi göndən qüvvəyə minir”.

“Normativ hüquqi aktlar haqqında” qanunun 38-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının qanunları, Milli Məclisin qərarları rəsmi nəşrlər sayılan “Azərbaycan” qəzetində, “Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda” və “Azərbaycan Respublikasının Milli Məclisinin Məlumatında” dərc olunur. Onu da qeyd etmək vacibdir ki, qanunlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.

Konstitusiyanın sonrakı bölməsində Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi aktlardan bəhs edilir. Azərbaycan Respublikası Prezidentinin aktları haqqında Konstitusiyanın 113-cü maddəsində belə deyilir: “Ümumi qaydalar müəyyən etdikdə, Azərbaycan Respublikası Prezidenti fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir”. Bu maddədə həmçinin o da qeyd olunur ki, Prezidentin qəbul etdiyi aktlar əgər özündə başqa qayda nəzərdə tutmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi aktlar Qanuna görə (38-ci maddə) rəsmi nəşrlər sayılan “Azərbaycan” qəzetində, “Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda” dərc edilir.

Konstitusiyanın 149-cu maddəsində deyilir ki, Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına zidd olmamalıdır və o yalnız dərc edildikdən sonra onun tətbiqi bütün vətəndaşlar, İcra Hakimiyyəti orqanları və hüquqi şəxlər üçün məcburidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi aktlar Konstitusiyanın 120-ci maddəsində aşağıdakı şəkildə şərh olunur: “Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikası Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir”.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Qanunun 38-ci maddəsində qeyd edilən formada dərc olunur: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları rəsmi nəşrlər sayılan “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu” və “Respublika” qəzetində dərc olunur, zəruri hallarda isə onların dərhal və geniş yayımının təmini üçün digər kütləvi informasiya vasitələrinin köməyindən istifadə olunur”.

Konstitusiyanın Naxçıvan Muxtar Respublikasına həsr olunan 8-ci fəslində qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi müxtəlif məsələlərə dair qanunlar qəbul edir (Konstitusiya, maddə 138) və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti müxtəlif məsələlərə dair qərarlar və sərəncamlar qəbul edir (maddə 140).

Bələdiyyələrə həsr olunan Konstitusiyanın 9-cu fəslinin 145-ci maddəsində yazılır: “Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyələrin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir”.

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bələdiyyələrin qəbul etdiyi aktlar hüquqa və haqq-ədalətə əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Muxtar Respublikanın Konstitusiyasına, qanunlarına, Muxtar Respublika Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır. Bələdiyyələrin qəbul etdiyi aktların icrası həmin bələdiyyələrin ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir. Bütün bunlar Konstitusiyanın 150-ci maddəsində öz əksini tapmışdır.

Burada xüsusi ilə onu da qeyd etmək yerinə düşərdi ki, (Konstitusiya, maddə 151) Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, onda həmin beynəlxalq müqavilələrdə nəzərdə tutulan normalar tətbiq edilir.

Yuxarıda da qeyd olunduğu kimi normativ hüquqi aktlar özündə başqa müddət nəzərdə tutmayıbsa, rəsmi nəşrlərdə dərc edildiyi gündən qüvvəyə minir. Həmçinin yenə də qeyd etdiyimiz kimi normativ hüquqi akt onun özündə ayrı hal nəzərdə tutulmamışdırsa, müddətsiz qüvvədə olur. Akt bütövlükdə, yaxud onun bir hissəsi müvəqqəti qüvvədə ola bilər. Bu halda onun və ya onun müvafiq hissəsinin qüvvədə olma müddəti göstərilir. Göstərilən müddət qurtaran kimi akt, yaxud onun müvafiq hissəsi elan olunmadan qüvvədən düşür. Qanunun 44-cü maddəsində isə normativ hüquqi aktın qüvvəsini itirməsi hallar göstərilir. Bu hallar aşağıdakılardır:



  1. müvəqqəti aktın (aktın hissəsinin) müddəti başa çatdıqda;

  2. əvvəllər qəbul edilmiş aktın müddəaları yeni qəbul edilmiş akta zidd olduqda;

  3. əvvəllər qəbul olunmuş aktın müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləyə zidd olduqda;

  4. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 3-cü hissəsinin 1, 2, 3, 6, 8-ci bəndlərində nəzərdə tutulmuş hallarla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul edildikdə;

  5. aktı qəbul etmiş və ya qanunla müəyyən edilmiş qaydada bu səlahiyyətləri almış orqan tərəfindən onun qüvvədən düşməsi və yaxud dayandırılması barədə qərar qəbul edildikdə.

Bütün normativ aktlar zamana, məkana və müəyyən şəxslərin dairəsinə görə hüquqi qüvvəyə malikdirlər. Ümumi qaydaya görə normativ hüquqi aktlar qüvvəyə mindiyi dövrdən öz qüvvəsini itirənədək mövcud olan bütün münasibətlərə tətbiq edilirlər. Bütün bunlar Qanunun müvafiq maddəsi ilə də təsdiqlənir. Qanunun 45-ci maddəsində normativ hüquqi aktların məkana və subyektlərə görə qüvvəsindən bəhs edilir ki, biz artıq bu məsələ ilə bağlı ayrı-ayrı aktlar haqqında danışarkən qeyd etmişdik. Aınına Qanunun bu maddəsində bu məsələ ümumiləşdirilərək aşağıdakı şəkildə verilmişdir:

“1. Normativ hüquqi aktlar müvafiq olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya inzibati-ərazi vahidinin ərazisində qüvvədə olur.

2. Normativ hüquqi aktların qüvvəsi, qanunla müəyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə dövlət və yerli özünü idarəetmə orqanlarının, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqları təşkilatlarının və başqa hüquqi şəxslərin vəzifəli şəxslərinə tətbiq edilir”.

Normativ hüquqi aktın zamana görə qüvvəsi haqqında danışarkən aşağıdakı üç hal nəzərə alınmalıdır:



    1. aktın qanuni qüvvəyə mindiyi an;

    2. onun qüvvəsinin dayandırıldığı an;

    3. onun qanuni qüvvəyə minməsinədək yaranmış münasibətlərə normativ aktla müəyyən edilmiş hüquq normalarının tətbiqi.

Normativ hüquqi aktın qüvvəyə minməsinin bir neçə variantlarını fərqləndirmək olar. Birincisi, normativ aktın qüvvəsinin ən geniş yayılmış başlanğıc anı onun rəsmi dərcindən sonra müəyyən müddətin keçməsidir. Belə ki, konstitusiya qanunları və icra hakimiyyəti orqanlarının normativ aktları Azərbaycan Respublikasının ərazisində eyni vaxtda dərc edildikləri gündən sonra 10 gün müddətində, Azərbaycan Respublikası Prezidentinin normativ xarakterə malik aktları isə ilk dərc edildikləri gündən 7 gün ərzində qüvvəyə minirlər. Nazirliklərin və müəssisələrin aktları rəsmi dərc edildikləri gündən 10 gün keçdikdən sonra qüvvəyə minirlər və Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçirilirlər. İnsan və vətəndaşın hüquq və azadlıqlarına toxunan normativ hüquqi aktlar rəsmi şəkildə dərc edilmədən tətbiq oluna bilməzlər. Yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının normativ hüquqi aktlarının qüvvəyə minməsi qaydası bu orqanların özləri tərəfindən müstəqil surətdə müəyyən edilir.

İkincisi, bəzi aktların qüvvəyə minməsi başlanğıcı onların qəbul olunması və ya rəsmi dərc edilməsi anı ilə müəyyənləşdirilir.

Üçücüsü, normativ aktın qüvvəyə minməsi onun özü ilə əlaqədar xüsusi olaraq qəbul edilmiş aktın özündə göstərilə bilər.

Dördüncü, dərc edilməyən, lakin müvafiq idarə və müəssisəyə göndərilən normativ aktlar, bu aktların özündə onların qüvvəyə minməsi göstərilmədikdə, onların həmin orqanlar tərəfindən alındığı andan qüvvəyə minirlər.

Normativ hüquqi aktların məkana görə qüvvəsi dedikdə, onların qüvvəsinin ərazi məhdudiyyəti nəzərdə tutulur. Yəni normativ hüquqi akt dövlətin süverenliyinin və ya müvafiq orqanların səlahiyyətlərinin şamil olunduğu ərazidə qəbul edilir. Normativ aktların məkana görə qüvvəsi ərazi və eksərazi prinsipləri əsasında həyata keçirilir. Ərazi prinsipi normativ hüquqi aktın dövlət və ya inzibati ərazi sərhədləri hüdudlarında qüvvədə olduğunu, hüquqyaratma orqanının fəaliyyətini nəzərdə tutur.

Dövlət ərazisi dedikdə, dövlət sərhədləri hüdudlarında onun yer yüksəkliyinin bir hissəsi, yerin təki, daxili və ərazi suları, onun üzərindəki, hava məkanı, səfirliklərin ərazisi, açıq dənizdə hərbi və digər gəmilər, uçan aparatlar başa düşülür. Dövlətin bayrağı altında olan dəniz çay və hava gəmiləri dövlətin ərazisinə bərabər tutulur. Yerli özünü idarəetmə orqanlarının normativ aktları isə bələdiyyə təsisatlarının sərhədləri daxilində qüvvədə olur.

Normativ hüquqi aktların eksərazi qüvvəsi hüquqyaratmanın müvafiq sub­yek­ti­nin normativ aktlarının onun ərazisi yurisdiksiyasının hüdudlarından kənarda şamil olunması deməkdir. Belə ki, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun ola­raq əşya hüququ ilə əlaqədar mülki mübahisələrə baxılması zamanı məhkəmə və ya yaranmış münaqişəni həll etməyə müvəkkil edilmiş digər orqan mübahisəli əmlakın ərazisində yerləşən dövlət orqanlarının hüquqi aktlarını tətbiq etməlidir.

Normativ aktların şəxslərin dairəsinə görə qüvvəsi aktların fəaliyyətinin ərazi hüdudları ilə sıx bağlıdır. Mövcud ümumi qaydaya uyğun olaraq normativ aktlar hüquqyaratma orqanının ərazi yurisdiksiyasında olan bütün şəxslərə (həm həmin dövlətin vətəndaşına, həm də əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə) şamil olunur. Lakin bu qaydada istisnalar da mövcuddur. Birincisi, Azərbaycan Respublikasının qüvvədə olan cinayət qanunvericiliyi nəinki Azərbaycanın ərazisində, həmçinin onun xaricdə olan vətəndaşlarına da şamil olunur.

İkincisi, normativ aktların ünvanlandırıldığı məkan onların məzmunundan və təyinatından törəmədir. Belə ki, bəzi aktlar hüquqyaratma orqanının ərazi yurisdiksiyasında olan bütün fərdi və kollektiv subyektlər üçün əhəmiyət kəsb edə bilər. Digər normativ aktlar məhdud əhəmiyətə malik ola və yalnız konkret şəxslər kateqoriyasına ünvanlana bilər.

Üçüncüsü, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə qüvvəsi öz xüsusiyyətinə malikdir:



  • bu kateqoriya şəxslərə bəzi hüquqlar verilmir, yaxud müəyyən vəzifələr tapşırılmır.

  • xarici dövlətlərin nümayəndələri diplomatik iınınunitet hüququna malikdirlər.

Bu istisnalara baxmayaraq, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasında insanın əsas hüquq və azadlıqlarının bütün kompleksinə Konstitusiya ilə təminat verilir. Normativ hüquqi aktlar qəbul olunduqdan sonra onun məzmununun müəyyən edilməsinə, məna və məqsədlərinin, qanunvericilikdə istifadə olunan istilahların aydınlaşdırılmasına (Qanun, maddə 46), bir sözlə şərhinə zərurət yarana bilər. Normativ akta rəsmi şərh buna səlahiyyətli orqan tərəfindən verilə bilər ki, Konstitusiyaya görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının rəsmi şərhinin verilməsi hüququ Azərbaycan Respublikasının Kostitusiya Məhkəməsinə verilir (Konstitusiya, maddə 130, 6-cı hissə; Qanun, maddə 47). Müvafiq icra hakimiyəti orqanları isə qəbul etdikləri normativ hüquqi aktları rəsmi şərh edə bilər (Qanun, maddə 48).

Normativ hüquqi aktların dərci haqqında onu deyə bilərik ki, normativ hüquqi aktların rəsmi məcmuə və toplularını, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, həmin aktları qəbul edən orqanlar, yaxud onların tapşırığı ilə başqa orqanlar dərc edirlər (Qanun, maddə 50). Hər bir dövlətdə hüquq, hüquq düşüncəsi, hüquq mədəniyyəti, hüquqi tərbiyyə, hüquq münasibətləri, qanunçuluq, hüquq qaydası və s. həmin dövlətin hüquq sistemini əmələ gətiri. Bu hüquq sistemi cəmiyyətin bütün hüquqi təşkilini və hüquqi gerçəkliyinin bütövlüyünü əks etdirir. Hal-hazırda dünyada yüzlərlə hüquq sistemi fəaliyyət göstərir. Bu hüquq sistemlərinin hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər əsasında hüquq sistemi müxtəlif qruplara, hüquq ailələrinə bölünür.


MÖVZU. İKT SFERASİNİN HÜQUQİ TƏNZİMLƏNMƏSİ

PLAN
1.İnformasiya və telekoınınunikasiya sferasındakı iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinin zəruriliyini şərtləndirən amillər



2. İnformasiya və telekoınınunikasiya sferasındakı hüquq münasibətlərinin təsnifatı

3. Azərbaycan Respublikasinda telekoınınunikasiya və informasiya sferasindaki iqtisadi münasibətlərin tənzimlənməsinin hüquqi təminatı

4. Telekoınınunikasiya və informasiya sferasında fəaliyyəti tənzimləyən dövlət orqanlarının hüquqi vəziyyəti

5. Telekoınınunikasiya və informasiya sferasindaki iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinin beynəlxalq təcrübəsi

1.İnformasiya və telekoınınunikasiya sferasındakı iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinin zəruriliyini şərtləndirən amillər

Dünya iqtisadiyyatı qloballaşma və informasiya-koınınunikasiya texnologi­ya­la­rın­dakı inkişaf nəticəsində yeni bir mərhələyə qədəm qoymuşdur ki bu da yeni iqti­sa­diyyatdır. Yeni iqtisadiyyat termini informasiya və koınınunikasiya texnologi­yaları­na qoyulan yüksək investisiyalar və bu texnologiyaların yayılması səbəbindən son on ildə ABŞ-da meydana çıxmışdır. Bu məfhum ilə ABŞ və Finlandiya kimi informasiya-koınınunikasiya texnologiyaları sahəsində uğurlu tətbiqlərə gətirib çıxaran ölkələrdə bəzi şeylərin dəyişdiyi və iqtisadiyyatın bütün olaraq fərqli bir şəkildə işləməyə başladığı nəzərdə tutulur. Bu ölkələrdəki tətbiqlər nəticəsində yeni iqtisadiyyatın bəzi əsas xüsusiyyəti meydana çıxmışdır:



  • Yeni iqtisadiyyatda sürətli və dayanıqlı bir böyümə baş verir. Firmaların informasiya koınınunikasiya texnologiyalarını fəal şəkildə istifadəsi nəticəsində məhsuldarlıqla və nəticə etibarı ilə iqtisadi inkişafın sürətində əhəmiyyətli artımlar müşahidə olunur.

  • Yeni iqtisadiyyat inflyasiyasız və davamlı bir şəkildə böyüyür. Yeni iqtisadiyyatı ortaya çıxaran iki əsas ünsürdən biri olan informasiya koınınunikasiya texnologiyyalarının maya dəyərini azaltmaqla inflyasiyaya təsir göstərilir.

Əgər aqrar iqtisadiyyatda torpaq, sənaye iqtisadiyyatında təbii sərvətlər, əmək və kapital əsas ünsür hesab olunurdusa, yeni iqtisadiyyatda bu ünsür informasiyadır. Yəni informasiyanın yaradılması, ötürülməsi və istifadəsi prosesi zamanı həyata keçirilən münasibətləri özündə cəmləşdirir. əlbəttə informasiya həmişə iqtisadi fəaliyyətlərin mühüm amillərindən biri olmuşdur, lakin yeni iqtisadiyyatda onun quruluşu bir qədər fərqlənir. Yəni o birbaşa olaraq informasiya emalı prosesi ilə məşğul olan iqtisadiyyatdır. Yeni iqtisadiyyatı təşkil edən əsas ünsürlər informasiya və rabitə sənayesi, firmalar arasındakı elektron ticarət, mal və xidmətlərin elektron şəraitdə paylanması, iş vaxtlarını daha məhsuldar etmək üçün texnologiyanın istifa­dəsi və maddi nemətlərin təklifinin internet üzərindən aparılması kimi xidmətlər daxil­dir. Yeni iqtisadiyyatın ortaya çıxmasına yol açan əsas ünsür iqtisadi fəaliy­yətlərdə informasiyanın tətbiqinin genişlənməsi və iqtisadi fəaliyyətlərin qlobal­laşmasıdır.

Bu baxımdan texnologiyadakı böyük inkişaf telekoınınunikasiya sektorunun quruluşunu dəyişmişdir. Bu çərçivədə bir tərəfən bazar sərhədləri aradan qalxarkən, digər tərəfdən bütün telekoınınunikasiya sistemləri rəqəmsal dünyaya inteqrasiya halına gəlmiş, bu sahədəki məhsul çeşidliliyi artaraq həyatın mühüm sahəsinə çevrilmişdir. Bundan əlavə mobil bazarda özü quruluşunu dəyişərək mobil musiqi, mobil video, mobil oyun, mobil əyləncə kimi sahələrə də ayrılmaqla, yeni forma almışdır. Məhz bu cür çeşidliliyin və istifadənin genişlənməsi informasiya koınınunikasiya texnologiyları bazarının daim nəzarətdə olmasını tələb edir ki, iri firmalar nəticə etibarı ilə istehlakçıların maraqlarına zidd fəaliyyət göstərməsinlər. Bu baxımdan bəzi alimlər bu cür tənzimləməni bəzi obyektiv qanunlarla izah edirlər. Buna İ.L.Baçilonun aşağıdakı nümunəsini misal göstərmək olar:



  1. Sosial sistemlərdə informasiyanın təşkili və məhdudlaşdırılması qanunu. Sistemin təşkil olunması nə qədər yüksəkdirsə, onun tənzimlənməsi və məhdudiyyətlərin qoyulması bir o qədər yüksəkdir.

  2. İnformasiyanın inkişaf sürəti qanunu. İnformasiya texnologiyalarının inkişafındakı artım surəti mövcud fəaliyyəti üstələyirsə bu zaman hər növbəti addım inslahatların koordinasiyası üçün əlavə şərait yaratmalıdır.

  3. İnformasiya təsiri qanunu. Bu mürəkkəb sistemlərin təşkili və fəaliyyəti ilə bağlıdır.

Müasir tələblər baxımından ölkədə informasiya və koınınunikasiya texnologi­yalarının inkişaf səviyyəsi bütövlükdə dövlətin hərbi-siyasi və sosial-iqtisadi potensialının göstəricilərindəndir. Azərbaycan bu mənada istisna hal təşkil etmir və informasiya cəmiyyətinə keçid üçün ölkədə əlverişli şəraitin yaradılması Azərbaycan dövlətinin siyasi məqsədlərindən biridir. Ölkənin informasiyalaşdırılması yolu ilə informasiya cəmiyyətinin formalaşdırılması təşkilati, sosial-iqtisadi, elmi-texniki, texnoloji və ən başlıcası, siyasi amillərə malik olan mürəkkəb prosesdir, onun müvəffəqiyyətlə həyata keçirilməsinə cəlb olunan siyasi-inzibati, maliyyə, insan, texniki və s. resurslardan səmərəli istifadə olunmasını, prioritetlərin və fəaliyyət istiqamətlərinin düzgün müəyyən edilməsini, görülən işlərin tənzimlənməsini və əlaqələndirilməsini tələb edir.

İnformasiya cəmiyyətinə keçid üçün əlverişli şəraitin yaradılmasında dövlət aparıcı rol oynayır və onun fəaliyyəti əsasən aşağıdakıları əhatə edir:



  • qanunvericilik bazasının formalaşdırılması və mütəmadi olaraq təkmilləş­dirilməsi;

  • ölkə daxilində informasiya texnologiyalarının tətbiqi ilə bağlı fəaliyyətin təhlili və tənzimlənməsi;

  • milli və dövlət informasiya sistemlərinin yaradılması, informasiya resursları­nın formalaşdırılması, dövlət orqanlarının bu istiqamətdə fəaliyyətinin idarə edilməsi;

  • yeni şəraitə münasib olan, xarici və yerli sərmayələrin cəlb edilməsi və iqtisadi fəaliyyətdə ədalətli rəqabətin aparılmasına xidmət edən əlverişli mühitin yaradılması;

  • cəmiyyətin geniş təbəqələrinin strategiyanın həyata keçirilməsinə cəlb edilməsi məqsədilə siyasi, hüquqi, iqtisadi və inzibati mexanizmlərdən istifadə etməklə prosesin bütün iştirakçıları üçün bərabər şəraitin yaradılması, onların fəaliyyətinin əlaqələndirilməsi;

  • hər bir vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi, şəxsiyyət haqqında və özəl məlumatların qorunmasının təmin olunması;

  • vətəndaşların dövlət informasiya resurslarına müraciət etməsi üçün imkan yaradılması;

  • informasiya və koınınunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən özəl şirkətlər, xüsusilə kiçik və orta müəssisələr üçün əlverişli şəraitin yaradılması;

  • strategiyanın həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitlərinin səfərbər edilməsi, dövlət əhəmiyyətli və sosial yönümlü layihə və proqramların dəstəklənməsi;

  • milli informasiya və koınınunikasiya texnologiyalarının, texniki və proqram məhsullarının istehsalı üçün əlverişli şəraitin yaradılması, onların dünya bazarına çıxarılmasının stimullaşdırılması;

  • müasir informasiya və koınınunikasiya texnologiyalarının iqtisadiyyatın bütün sahələrində tətbiqi üçün əlverişli şəraitin yaradılması;

  • dövlət idarəetməsində və yerli özünüidarəetmədə müasir texnologiyalardan istifadə olunması;

  • elektron hökumətin formalaşdırılması istiqamətində ardıcıl fəaliyyətin həyata keçirilməsi;

  • informasiya və koınınunikasiya texnologiyaları sahəsində ölkənin milli maraqlarını təmin edən beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi.

Ümumiyyətlə, informasiya-telekoınınunikasiya sferasının tənzimlənməsi ölkənin davamlı informasiya siyasətinə nail olmaq xüsusi əhəmiyyət kəsb edir. Özəlləşmə, bazarın liberallaşması və sahənin inkişafına yeni investisiyaların cəlb olun­­ması rabitə və informasiya texnologiyaları sahəsində inkişafın mühüm amillərin­dən­dir. Bazarda azad və ədalətli rəqabətin təşkili, münasibətlərin şəffaflığının təmin edilməsi üçün rabitə və informasiya texnologiyaları sahəsində tənzimləmə və təsər­rüfat fəaliyyətinin həyata keçirilməsi səlahiyyətlərinin bölünməsi ilkin addımlardan biridir.

Tənzimləmə sahəsində isə bazarda ədalətli rəqabət mühitinin yaradılması, opera­torlar arasında qarşılıqlı əlaqələrin standartlaşdırılması, lisenziyalaşdırma prose­du­runun təkmilləşdirilməsi;, radiotezliklərin verilməsi qaydalarının təkmilləşdiril­məsi, sahə üzrə müstəqil tənzimləyici qurumun yaradılması, "Son mil problemi"nin həllinin tənzimlənməsi, nömrə resurslarının və yüksək səviyyəli domen adlarının tənzimlənməsi istiqamətində tədbirlərin həyata keçirilməsi ilə davamlı informasiya və telekoınınunikasiya sferasına, informasiya iqtisadiyyatının yaradılmasına nail olmaq mümkündür.

Sоn dövrlərdə Qərb iqtisadçıları ölkələrinin iqtisadi vəziyyətinin üstünlüyünü göstərmək üçün rəqəm iqtisadiyyatı (digital economy) terminini işlədirlər. Bu termi­nin meydana gəlməsi də elektrоn kоınınersiyasının və infоrmasiya texnоlоgiyalarının sür’ətli inkişafı ilə əlaqədardır. Rəqəm iqtisadiyyatı istehsalın, istehlakın və cəmiyyət həyatının bir çоx sahələrinin strukturunu dəyişdirir. Оna görə də bu dəyişiklikləri izləmək və оnları yeni yaranmaqda оlan elektrоn kоınınersiya bazarının fəaliyyətini tənzimləmək üçün dövlətin iqtisadi siyasətində nəzərə almaq lazımdır

Bir çоx iqtisadi məsələlərin həyata keçirilməsi üçün subyektlər arasında infоrmasiya mübadiləsi zəruridir. Оna görə də həmin subyektlərin infоrmasiya mübadiləsi aktivliyinə daha çоx imkan yaradan yeni mühit nəticə e'tibarı ilə iqtisadi fəaliyyətin səmərəliyinin artırılmasına şərait yaradır. İnternet şəbəkəsi də iqtisadiyyatla məşğul оlan adamların infоrmasiya mübadiləsi aktivliyinə xidmət edən yeni təkmil mühitdir. Bu mühiti yeni infоrmasiya fəzası, yaxud elektrоn fəzası, yaxud da kibernetik fəza adlandırırlar. İnternet texnоlоgiyaları müxtəlif xarakterli infоrmasiya mübadiləsi nöqteyi-nəzərincə bütün əvvəlki texnоlоgiyaların ən mühüm xüsusiyyətlərinə, həmçinin bir çоx yeni imkanlara malikdir. Bu da istifadəçilərə yeni keyfiyyət, yeni imkan verdi ki, bu keyfiyyətlərin iqtisadiyyatda tətbiqi ''Qlоbal bazar meydanı'' (global market place) adlanır. Оnun mahiyyəti оndan ibarətdir ki, İnternet istifadəçiləri az məsrəflə böyük miqyaslı və intensivlikli infоrmasiya mübadiləsinə malik оla bilir. Başqa sözlə İnternet istifadəçiləri arasında ənənəvi ''bazar meydanında'' оlduğu kimi, yə'ni hamının hamını görmək və eşitmək imkanı yaranır.

İnternet texnоlоgiyaları bir çоx iqtisadi subyektlərin infоrmasiya mübadiləsi yоlu ilə öz fəaliyyətlərinin uzlaşdırılmasına, gələcək işlərinin məzmununun, tərkibinin müəyyənləşdirilməsinə kömək edir. Оna görə də bu işlərdən yaranan səmərəni qiymətləndirmək üçün yeni elmi istiqamət kimi şəbəkənin iqtisadiyyatı (Network esonomics) fоrmalaşmaqdadır.

İnkişaf etmiş ölkələrin informasiya fəaliyyətinin mühüm hissəsi son 20 ildə bazar münasibətlərinə daxil olmuşdur və bazar infrastrukturunun mühüm elementlərindən biri kimi çıxış edir.

Elektron saziş və müqavilələr sahəsində informasiya bazarı bazar infrastruk­turunun bilavasitə elementi kimi çıxış edir, elektron koınınunikasiya sahəsi elekton rabitə sahəsi ilə birlikdə qovuşma nöqtəsini əks etdirir, informasiya isə qeydi-maddi istehsala daxil edilir. Elektron sazişlər bazarı özündə biletlərin və otel yerlərinin əvvəlcədən saxlanması, sifarişi, məhsul və xidmətlərin , bank və hesab əməliy­yat­larının alışı, satışı, mübadiləsini özündə birləşdirir. Elektron koınınunika­siya bazarında isə məlumatların ötürülməsi şəbəkəsi, elektron poçt, telekonfrensiya və s.bu kimi münasibətlərlə bağlı fəaliyyətlər həyata keçirilir.

Son illər telekoınınunikasiya sistemlərinin və telekoınınunikasiya bazarının sürətli inkişafı müşayət olunur. Bu da ən başlıcası qlobal komputer şəbəkəsi olan internetin və onun əsas servisi olan ümumdünya hörümçək torunun (World Wide Web) inkişafı ilə bağlıdır. İnternet sayəsində qlobal elektron bazar yaranmışdır ki, bu da istifadəçilərə ərazi, vaxt məhdudiyyəti qoymadan əməliyyatları, məhsul və xidmətlərin alınıb-satılmasını həyata keçirməyə kömək edir. Bu baxımdan internetin marketinq sistemində istifadəsi müəssilərin fəaliyyətinin səmərəliliyini artırmağa imkan verir. Burada marketinq fəaliyyəti müxtəlif istiqamətlərdə həyata keçirilir ki, onlara aşağıdakılar daxildir: reklam- müxtəlif elektron saytlarda müvafiq məlumatların çarxların yerləşdirilməsi, ictimaiyyətlə əlaqələr- müxtəlif hesabtaların saytlarda yerləşdirilməsi, istehlakçıların dəstəklənməsi-onlara istədikləri əlavə məlumatı əldə etmə imkanının təqdim olunması. Məhz bu yuxarıda sadalanan amillər hər bir dövlətin bu sahədə ciddi addımlar atmasını tələb edir, lakin burada əsas məsələ hər bir ölkənin özünəməxsus elektron bazarına müvafiq tədbirlərin görülməsidir. Bu baxımdan müxtəlif ölkələrdə elektron bazarın xüsusiyyətlərinə diqqət yetirmək lazımdır.

Məsələn Çexiya Avropanın inkişaf etmiş ölkələrindən hesab olunur. Burada fiziki və hüquqi şəxlərin informasiya texnologiyalarının əladə edilməsi üçün qayda və prosedurların tətbiqi, həmçinin informasiya telekoınınunikasiya texnologiyaları ilə bağlı standartların qəbulu və tətbiqi sahəsində ciddi işlər gedir. Operativliyi və rəqabətqabiliyyətliliyi artırmaq məqsədidövlət bank və maliyyə xidmətləri ilə informasiya-telekoınınunikasiya infrastrukturunun inkişafı prosesindədir. bundan əlavə energetika və sənaye sahəsində də informasiya texnologiyalarının tətbiqinin genişlənməsi məsələsi də prioritet məsələ kimi dövlət qarşısında durur. Slovakiyada bugünkü gündə informasiya telekoınınunikasiya texnologiyaları əsasən üç istiqaətdə tətbiq olunur ki, bura bank-maliyyə xidmətləri, dövlət-inzibati-idarəetmə sektoru və iri dövlət şirkətləri istiqamətində aparılan fəaliyyəti aid etmək olar. Polşa hökuməti informasiya texnologiyalarının, ocümlədən komputer avadanlıqlarının, proqram təminatının və peşə xidmətinin iri alıcısına çevrilmişdir. O həmçinin ictimai sektorun komputerləşməsi sferasında aktiv rol oynamışdır.

Eyni zamanda infоrmasiya texnоlоgiyaları ilə məşğul оlan müəssisələrin fəaliyyətinin təşkili, idarə оlunması, оnların fəaliyyətlərinin iqtisadi göstəricilər sisteminin, səmərəliyinin yüksəldilməsi yоllarının, özlərinin iqtisadi parametrlərinin, texnоlоgiyalar sahəsinə kapital qоyuluşları məsələlərinin müəyyənləşdirilməsi də aktual məsələ kimi tədqiq оlunmalıdır.

Müasir dövrdə informasiya cəmiyyəti ideyalarının həyata keçirildiyi sahələrdən biri də elmdir. Respublikanın elmi qurumlarında idarəetmənin və aparılan elmi-tədqiqat işlərinin səmərəliliyini yüksəltmək, onların fəaliyyətlərini əlaqələndirmək və istiqamətləndirmək, Azərbaycan elminin ümumdünya elektron informasiya məkanına inteqrasiya olunmasını təmin etmək üçün elmi fəaliyyətin informasiya-koınınunikasiya texnologiyalarının (İKT) tətbiqi ilə yenidən qurulması qarşıda duran vacib və aktual məsələdir. Həmin məsələ beynəlxalq ədəbiyyatda e-science, yəni elektron elm adı ilə tanınmışdır. İnformasiya cəmiyyəti məsələləri üzrə Ümumdünya Cenevrə saınınitinin (dekabr 2003-cü il) Prinsiplər Bəyannaməsində e-təhsil, e-mədəniyyət, e-səhiyyə və s. ilə yanaşı, e-elm haqqında qəbul olunmuş xüsusi c7-22 qərarı (İnternetə çıxış, pirinq şəbəkələri, e-nəşrə dəstək, on-line əməkdaşlıq, rəqəmsal kitabxana və s.) bu məsələnin zəruriliyini bir daha ön plana çıxarır. Tədqiqatların onlayn infrastrukturlarının yaradılması layihələri bir sıra ölkələrdə dövlət inkişaf proqramları kimi həyata keçirilir. Böyük Britaniyanın, Rusiyanın, Moldovanın milli onlayn infrastrukturları mövcuddur.

Son 15 ildə bir çox sahələrdə dünyada tarixən analoqu olmayan intensiv inkişaf gedir, xüsusi ilə informasiya resursları və informasiya industriyası sislilə ilə inkşaf edir. Bu intensiv inkişaf bir çox sahələrə, ilk növbədə isə təhsilə ciddi təsir edir. Deməli təhsilin daxili inkişaf dinamikası dünyanın ümumi inkişaf dinamikasından sürətli olmalıdır. İnformasiya Cəmiyyətinin texnologiyaları, o cümlədən İnternetin daim artan resurs imkanları təhsilin məzmunu və təşkili formalarına ciddi dəyişikliklər, korreksiyalar edir. Bu günün təhsili - “İnformasiya-Təhsil Məkanı” mühitində reallaşır. Müasir müəllim belə bir informativ mühitdə özünü sərbəst hiss etməli, qoyulmuş konkret pedaqoji məqsədlərə müasir informasiya texnologiyaları vasitəsi ilə asanlıqla nail olmalıdır. Bu vəziyyət müəllimin peşə hazırlığına, onun metodik ustalığına yeni bir komponenti – “informasiya mədəniyyəti” komponentini əlavə edir. Müasir müəllim öz fənnini tədris etməklə yanaşı, həm də təhsil müəssisəsinin mühüm fəaliyyət istiqamətlərində İKT-nin tətbiqi üzrə praktik işləri təşkil etməli, onları əlaqələndirməli və səmərəli idarə etməlidir. Başqa sözlə, müasir müəllim, xüsusən də informatika müəllimi məktəbdə pedaqoji fəaliyyətlə yanaşı, həm də İT üzrə menecer olmalıdır.


1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə