İQTİsadiyyatin hüquqi TƏNZİMLƏNMƏSİ MÖVzu. Ətraf müHİTİn müdafiƏSİNİn və TƏBİƏTDƏN İSTİfadəNİn hüquqi TƏNZİMLƏNMƏSİ




Yüklə 1.47 Mb.
səhifə12/14
tarix23.02.2016
ölçüsü1.47 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

6. Koınınersiya fəaliyyəti sahəsindəki dövlət orqanlarının hüquqi vəziyyəti. Respublikamızda koınınersiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsini və nəzarətini reallaşdıran dövlət orqanları müəyyən təkamül yolu keçmişdir. Belə ki, iqtisadi inkişafla əlaqədar olaraq dövlətin strukturunda bir sıra əsaslı islahatlar həyata keçirilmiş, ayrı-ayrı dövlət idarəetmə orqanları arasında yenidən səlahiyyət bölgüsü aparılmışdır. Qeyd edilməlidir ki, bu sahədə fəaliyyəti tənzimləyən ilk orqan Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Ticarət Nazirliyi olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 1997-ci il Tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Ticarət Nazirliyi haqqında Əsasnaməsi”ndə göstərilirdi ki, Ticarət Nazirliyi Azərbaycan Respublikasında daxili və xarici ticarət sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini, beynәlxalq ticarәt təşkilatları ilə əlaqələrin tənzimlənməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Ticarət Nazirliyinin əsas funksiyası dövlətin daxili və xarici ticarətinin idarə edilməsindən, digər mərkəzi icra hakimiyyəti orqanlarının bu sahədəki fəaliyyətinin mövcud qanunvericiliyə uyğun olaraq əlaqələndirilməsindən ibarət olmuşdur. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidentinin 11 iyun 2001-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”si təsdiq edildikdən sonra Ticarət Nazirliyi ləğv olunaraq bu strukturun hüquq və səlahiyyətlərinin əsas hissəsi yeni yaradılmış mərkəzi icra hakimiyyəti orqanı olan İqtisadi İnkişaf Nazirliyinə keçmişdir. Hal-hazırda da koınınersiya fəaliyyəti sahəsində tənzimləmə fəaliyyətini həyata keçirən əsas orqan kimi İqtisadi İnkişaf Nazirliyi çıxış edir. “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə” 28 dekabr 2006-cı il tarixində yeni əsasnamənin təsdiqi ilə qüvvədən düşmüş elan edilmişdir.

“Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”də göstərilir ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi xarici iqtisadi və ticarət əlaqələri, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, daxili ticarət, sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı, rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması sahəsində dövlət siyasətini işləyib hazırlayan və həyata keçirən, fəaliyyət dairəsinə aid olan məsələlər üzrə normativ hüquqi tənzimlənməni və müvafiq fəaliyyət sahələri üzrə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

İqtisadi İnkişaf Nazirliyinin strukturuna aşağıdakı qurumlar daxildir:


  • Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu;

  • Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti;

  • Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin regional bölmələri.

Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2009-cu il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə” göstərilir ki, Fondun məqsədi Azərbaycan Respublikasında sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına kömək göstərməkdən, onlara maliyyə dəstəyi verməkdən ibarətdir.

Sahibkarlığa Kömək Milli Fondunun əsas vəzifələri aşağıdakılardır:



  • Fondun vəsaitləri hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini qanunvericiliyə uyğun maliyyələşdirmək;

  • Fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitlərin səmərəli və təyinatı üzrə istifadə olunmasını təmin etmək;

  • Fondun vəsaitləri hesabına maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizasını həyata keçirmək;

  • Sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək;

  • Sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

  • Sahibkarlıq subyektlərinə zəruri olan hüquqi, iqtisadi və digər məlumatların toplanmasına və yayılmasına, bazar konyukturunun öyrənilməsinə, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasına kömək etmək;

  • Sahibkarlıq subyektləri üçün kadrların hazırlanmasına və onların ixtisaslarının artırılmasına dəstək vermək;

  • Sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsinə yardım etmək;

  • Ölkədə sahibkarlığın bazar infrastrukturlarının formalaşmasına və inkişafına kömək göstərmək;

  • Sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək və s.

Koınınersiya fəaliyyətinin normal inkişafının təmin olunmasının əsas şərtlərindən biri də əlverişli rəqabət mühitinin yaradılmasıdır. Ölkədə antiinhisar fəaliyyətinin tənzimlənməsini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyaya keçirir. Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2009-cu il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”də göstərilir ki, bu qurum inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin qarşısının alınmasını, məhdudlaşdırılmasını və aradan qaldırılmasını, əmtəə və xidmət (o cümlədən maliyyə xidmətləri) bazarlarında rəqabətin, istehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət tərəfindən qorunmasını, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən, antiinhisar (rəqabət), reklam, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, istehlak bazarında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət normalarına və qaydalarına riayət edilməsi üzərində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti aşağıdakı vəzifələri yerinə yetirir:



  • İnhisarçılıq fəaliyyətinin qarşısının alınması, rəqabətin qorunması, reklam fəaliyyəti və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət və yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) fəaliyyətlərini səlahiyyətləri daxilində əlaqələndirmək;

  • Mülkiyyət formasından asılı olmayaraq, əmtəələrin istehsalı, satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə məşğul olan hüquqi və fiziki şəxslər və ya onların birlikləri, dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən antiinhisar (rəqabət) qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətini həyata keçirmək, rəqabətin məhdudlaşdırılmasına, yaxud aradan qaldırılmasına, təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirlər hazırlamaq və həyata keçirmək;

  • Antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması, sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması, bazar subyektləri tərəfindən tətbiq olunan haqsız rəqabət hallarının aşkarlanması, onların aradan qaldırılması, bazarda ilkin (qeyri-inhisar) vəziyyətin bərpa edilməsi və qanun pozuntusuna yol vermiş şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görmək;

  • Hökmran mövqedən sui-istifadə edən, inhisarçılıq fəaliyyəti göstərən, öz hərəkətləri ilə rəqabəti məhdudlaşdıran və istehlakçıların mənafelərini pozan təsərrüfat subyektləri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görmək;

  • Qanunvericiliyə uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək, onlar tərəfindən istehlakçıların mənafeyinə və rəqabətə mənfi təsir göstərə bilən hərəkətlərin qarşısının alınması və aradan qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

  • Süni şəkildə qiymətlərlə manipulyasiya edilməsinə, qiymət ayrı-seçkiliyinə və qiymətlərin dempinqinə qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

  • Qiymətlərin artmasına təsir göstərən inhisarlaşma, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması məqsədilə hər bir əmtəə bazarı üzrə monitorinqlər aparmaq;

  • Təsərrüfat subyektlərinin antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması nəticəsində əldə etdikləri mənfəətin dövlət büdcəsinə ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görmək;

  • Hüquqi və fiziki şəxslərin reklam fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək, reklam haqqında qanunvericiliyin tələblərinə uyğun gəlməyən, o cümlədən istehlakçıları aldadan, onları çaşdıran, həqiqətə uyğun olmayan reklam yayımlarının qarşısını almaq və səlahiyyətləri daxilində bu sahədə digər tədbirlər həyata keçirmək;

  • Standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən, insanların həyatı və sağlamlığı, ətraf mühit üçün təhlükə yaradan, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış, mənşəyi məlum olmayan, saxlanma və yararlılıq müddəti ötmüş malların (işlərin, xidmətlərin) satışının (icrasının) qarşısını almaq üçün və belə malların (işlərin, xidmətlərin) satışı (icrası) ilə məşğul olan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

  • Özgənin ticarət markalarından və əmtəə (xidmət) nişanlarından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan qeyri-qanuni istifadə olunmasına qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək, zəruri hallarda aşkar edilmiş nöqsan və qüsurların aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanlarına təqdimatlar vermək;

  • Qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) satışı (icrası) zamanı qiymət intizamına öz səlahiyyətləri daxilində nəzarət etmək və s.

Ölkədə sahibkarlığın, o cümlədən koınınersiya fəaliyyətinin inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayan amillərdən biri bəzi sahibkarlıq fəaliyyəti növlərinin lisenziyalaşdırılmasıdır. Son illər bu sahədə bir sıra işlərin görülməsinə baxmayaraq, hələ də sahibkarlığın inkişafına mane olan hallar tam aradan qaldırılmamışdır. Belə ki, mövcud lisenziyalaşdırma sistemi xüsusi icazə verən dövlət orqanları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara təzyiq vasitəsinə çevrilmiş, bəzi hallarda isə rüşvətxorluğun yayılmasına şərait yaratmışdır. Ölkədə 240-dan çox fəaliyyət növünün xüsusi icazə əsasında fəaliyyəti və lisenziyanın qısa müddətə verilməsi, faktiki olaraq, sahibkarlığın inkişafına, iqtisadiyyata investisiya qoyuluşu prosesinə mənfi təsir etmiş, sağlam rəqabət mühitinin formalaşması və istehlakçıların hüquqlarının qorunması sahəsində dövlət siyasətinin gerçəkləşdirilməsi yolunda inzibati-bürokratik əngələ çevrilmişdir. Sahibkarlığın inkişafına dövlət qayğısının artırılması yuxarıda göstərilən nöqsanların qısa müddətdə aradan qaldırılmasını, ilk növbədə, xüsusi icazə tələb edən fəaliyyət növlərinin sayının kəskin surətdə azaldılmasını, lisenziya müddətinin uzadılmasını, lisenziya verilməsi prosesində dövlət orqanları tərəfindən sui-istifadə hallarına yol verməyən və bu işdə şəffaflığı təmin edən qaydaların tətbiqini zəruri edirdi. Bununla əlaqədar olaraq respublikamızda bir sıra işlər görülmüşdür. Bu işlər içərisində əsas yeri Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında” Qaydalar tutur.

Lisenziya - təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə müvafiq sahibkarlıq fəaliyyəti növlərini həyata keçirməyə icazə verən rəsmi sənəddir. “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında” Qaydalarda göstərilir ki, lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi lisenziyalaşdırma ilə bağlı dövlət tənzimlənməsinin əsas istiqamətlərini işləyib hazırlayır, lisenziyalaşdırma məsələləri üzrə normativ hüquqi aktların layihələrini hazırlayır, dövlət orqanları və təsərrüfat subyektləri tərəfindən lisenziyalaşdırma sahəsində qanunvericiliyə riayət edilməsinə nəzarət edir və lisenziyalaşdırma qaydalarının tətbiqinə dair izahatlar verir, lisenziya verən dövlət orqanlarına metodiki rəhbərliyi və informasiya təminatını həyata keçirir, lisenziyalaşdırma sahəsində sənədlərin formasını və onların doldurulması qaydalarını müəyyən edir.

Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Sözü gedən fərmana əsasən, respublikamızda xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət sahələri və bu lisenziyaları vermək səlahiyyəti olan müvafiq mərkəzi icra hakimiyyəti orqanları aşağıdakı kimidir:

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aşağıdakı fəaliyyət növlərinə lisenziya verilir:



  • Özəl mühafizə fəaliyyəti ;

  • Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş hüquqi və fiziki şəxslər tərəfindən qeyri-leqal yolla informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin işlənilməsi, istehsalı, satışı, alınması, ölkəyə gətirilməsi və ölkədən çıxarılmas ;

  • İnformasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsal sahəsində fəaliyyəti.

Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən aşağıdakı fəaliyyət növünə lisenziya verilir:

  • Kartoqrafiya fəaliyyəti .

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aşağıdakı fəaliyyət növlərinə lisenziya verilir:

  • Radioaktiv və ionizə şüaları verən maddələrin tullantılarının saxlanması və basdırılması;

  • Toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdiriləsi;

  • Yabanı dərman bitkiləri xaınınalının yığılması.

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən aşağıdakı fəaliyyət növlərinə lisenziya verilir:

  • Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı;

  • Əmtəə birjasının fəaliyyəti.

Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən aşağıdakı fəaliyyət növlərinə lisenziya verilir:

  • Neft məhsullarının satışı;

  • Qaz məhsullarının satışı.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən aşağıdakı fəaliyyət növlərinə lisenziya verilir:

  • Tibb fəaliyyəti;

  • Əczaçılıq fəaliyyəti;

  • Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliy tərəfindən aşağıdakı fəaliyyət növlərinə lisenziya verilir:

  • Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin ;

  • Tütün məmulatının;

  • Özəl baytarlıq təbabəti fəaliyyəti;

  • Baytarlıq preparatlarının istahsalı və satışı.

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən aşağıdakı fəaliyyət növlərinə lisenziya verilir:

  • Su nəqliyyatı ilə yük və sərnişin daşınması;

  • Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən aşağıdakı fəaliyyət növünə lisenziya verilir:

  • Hava nəqliyyatı ilə yük və sərnişin daşınması.

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən aşağıdakı fəaliyyət növlərinə lisenziya verilir:

  • Rabitə xidmətləri;

  • Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aşağıdakı fəaliyyət növünə lisenziya verilir:

  • Təhsil müəssisələrinin fəaliyyəti.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aşağıdakı fəaliyyət növünə lisenziya verilir:

  • Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyəti.

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aşağıdakı fəaliyyət növünə lisenziya verilir:

  • Bank fəaliyyəti.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən aşağıdakı fəaliyyət növlərinə lisenziya verilir:

  • Qeyri-dövlət pensiya fondlarının fəaliyyəti;

  • Sığorta sektorunda fəaliyyət;

  • Ciddi hesabat blanklarının hazırlanması;

  • Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi.

Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən aşağıdakı fəaliyyət növünə lisenziya verilir:

  • Auditor fəaliyyəti.

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən aşağıdakı fəaliyyət növlərinə lisenziya verilir:

  • Fond birjasının fəaliyyəti;

  • İnvestisiya fondunun fəaliyyəti;

  • Qiymətli kağızlar bazarının professional iştirakçılarının fəaliyyəti (broker, diler, qiymətli kağızların idarə edilməsi, qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq), depozitar, qiymətli kağız sahiblərinin reyestrinin aparılması, qiymətli kağızlar bazarında ticarətin təşkili);

  • Bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyət.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aşağıdakı fəaliyyət növünə lisenziya verilir:

  • Müxtəlif növ möhürlərin və ştampların hazırlanması.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aşağıdakı fəaliyyət növlərinə lisenziya verilir:

  • Turizm fəaliyyəti;

  • Mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən aşağıdakı fəaliyyət növlərinə lisenziya verilir:

  • Gömrük brokeri, gömrük daşıyıcısı, gömrük ərazisində malların emalı və gömrük ərazisindən kənarda malların emalı fəaliyyəti ;

  • Gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının, sərbəst anbarların və rüsumsuz ticarət mağazalarının təsis edilməsi.

Milli Televiziya və Radio Şurası tərəfindən aşağıdakı fəaliyyət növünə lisenziya verilir:

  • Teleradio yayımı (televiziya və radio yayımı, əlavə informasiya yayımı, kabel şəbəkəsi yayımı, peyk vasitəsilə yayım, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət).

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aşağıdakı fəaliyyət növlərinə lisenziya verilir:

  • Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması;

  • Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı;

  • Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması;

  • Liftlərin quraşdırılması və təmiri;

  • Atraksionların quraşdırılması və istismarı;

  • Energetika obyektlərinin, avadanlıqların və qurğuların quraşdırılması, sazlanması və təmiri;

  • Qaldırıcı qurğuların, metallurgiya avadanlıqlarının, təzyiq altında işləyən qazanların, tutumların istehsalı, quraşdırılması və təmiri;

  • Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi ;

  • Müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunması;

  • Yanğınsöndürmə texnikası məhsulunun istehsalı və alınması, sınaqların keçirilməsi;

  • Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri;

  • Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası;

  • Yanğından mühafizə binalarının, qurğularının, otaqlarının tikilməsi, yenidən qurulması və təmiri.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aşağıdakı fəaliyyət növünə lisenziya verilir:

  • Dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi.

Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, adı çəkilən mərkəzi icra hakimiyyəti orqanları bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verərək həmin sahədə fəaliyyət göstərmək niyyətində olan koınınersiya subyektlərinin fəaliyyətinin tənzimlənməsində bu və ya digər formada iştirak edirlər.

MÖVZU. TURİZM FƏALİYYƏTİNİN HÜQUQİ

TƏNZİMLƏNMƏSİ

1. Turizm və onun sosial, iqtisadi məzmunu.

2. Azərbaycan Respublikasında turizm sferasının tənzimlənməs hüquqi bazası

3. Turizm fəaliyyətində müqavilə münasibətləri. (Kоmissiya müqaviləsi.

Taп­şırıq müqaviləsi. Aэent müqaviləsi.)
1. Turizm fəaliyyətinin nəzəri-metodoloji əsasları

Turizm dedikdə, iqitsaiyyatın böyük bir sektoru başa düşülür. İqtisadiyyatı yüksək olan ölkədə turizm inkişaf edir və turizmin inkişafı yüksək iqtisadi dirçəlişə təkan verir. İqtisadiyyatın ümumi qanunları turizmə həm müsbət və həm də mənfi təsir göstərə bilər. Məsələn, vətəndaşların illik gəlirinin artması və onun bərabər paylanması, valyutanın sabit vəziyyəti, əlverişli konyuktura situasiyası turizmə müsbət təsir göstərir; iqtisadi böhranlar, sənayenin zəifləməsi, işsizlik, valyutanın qeyri-sabit vəziyyəti və əlverişsiz konyuktura vəziyyəti turizmə mənfi təsir göstərir. Vətəndaşların illik gəliri turizm xidmətlərinə olan tələbata bilavasitə təsir göstərir.

Gəlir çoxalanda vətəndaşların əlinə çoxlu miqdarda pul gəlir. Normal həyat səviyyəsini təmin etməkdən ötrü turizm səfərlərinə tələbat çoxalır. Nə qədər milli gəlir vətəndaşlar arasında bərabər bölünərsə, bir o qədər çox adam səyahətlərdə iştirak edər. Valyutanın sabitliyi də turizm sistemində vacib faktorlardan biridir. əgər dolların məzənnəsi yüksəkdirsə, alınan əmək haqqına ondan az miqdarda almaq olar, bununla da, səfərə çıxmaq mümükün deyil. Aınına Amerikalılar üçün bizim ölkədə səyahət etmək çox əlverişlidir. Valyutanın məzənnəsinin böyük miqdarda dəyişməsi eyni xidmət növünün qiymətlərinin böyük həcmdə dəyişməsinə səbəb olur. Turizmin iqtisadiyyata təsiri daha mübahisəsizdir. İş yerləri açır, istehsalat funksiyasını yerinə yetirir.

Turizmin bir neçə müxtəlif növləri vardır. Turizmin əsas iki müxtəlif forması- xarici və daxili turizm forması var.

Xarici turizm(beynəlxalq turizm) ölkəni tərk edib, başqa bir ölkəyə getməklə bağlıdır. Xarici turistin ölkəyə gəlməsi aktiv turizm adlanır, ölkədən getməsi isə passiv turizm adlanır.

Beynəlxalq turizmin ixracı qeyri-adi bir formada baş verir. Başqa məhsulların ixracından fərqlənərək beynəlxalq turizmdə turist özü ölkəyə gəlir. Əgər ölkədən xaricə gedən turistlərin sayı gələn turistlərin sayından çoxdursa, deməli ölkədən valyuta xaricə çıxarılır. Gedən turistlər xarici ölkənin iqtisadiyyatına investisiya qoyur. Xarici ölkənin turizm infrastrukturu daha da inkişaf edir. Belə hallarda ölkədə mənfi turizm saldosu əmələ gəlir.

Daxili turizm ölkə daxilində baş verir. Daxili turizmin inkişafı ölkə iqtisadiyyatının artımında mühüm rol oynayır. Turizmin ölkədə inkişafı başqa sahələrin də inkişafına təkan verir. Daxili turizmin inkişafı xarici turizmin inkişafına zəmin yaradır. Ona görə ki, daxili turizm ölkədə infrastruktur yaradır və həmin infrastrukturdan ölkəyə gələn xarici turistlərdə istifadə edirlər.

Bundan başqa, daxili turizm ölkə daxilində siyasi və iqtisadi sabitlik yaradır. Siyasi sabitlik ölkədə ona görə möhkəmlənir ki, turizmdən əldə olunan gəlir əhalinin müxtəlif təbəqələri arasında ədalətlə və görülən əmək müqabilində paylanılır. Turizm çoxlu iş yerləri yaradır. Turizm məhsulunu ixrac etmək etmək üçün çoxlu adam iştirak edir. Bir nəfər xarici turistə xidmət etmək üçün 9 iş yeri yaratmaq gərəkdir. Eyni zamanda, bir nəfər xarici turistdən gələn gəlir bir ton xam neftin satışından əldə olunan gəlirdən çoxdur.

Son zamanlar daxili və xarici turizm bir-biri ilə yaxınlaşır. Məsələn, Qərbi Avropada bağlanan Şenqen müqaviləsi ölkələr arasındakı sərhəd formallıqlarını götürmüşdür. Turistlər maneəsiz bu ölkələri gəzə bilirlər. Bu ölkələr arası sərbəst turist, işçi qüvvəsi və kapital axını davam etməkdədir. Ölkələrarası sərbəst turist zonası yaratmaqla Avropa digər regionlara nümunə göstərir. Avropa sərbəst turist məkanı yaratmağa can atır.

Hal hazırda beynəlxalq turizm dünya iqtisadiyyatının çox qüvvətli bir sahəsinə çevrilmişdir. Turist xidmətlərinin ümumi qiyməti insanlara göstərilən xidmətlərin 1/3 hissəsini təşkil edir. Bu da ümumi dünya məhsulunun 10,1 %-i olmuşdur. Elə ölkələr var ki, turizm onların dövlət büdcəsinin 30-40 %-ni təşkil edir.Məsələn, 2000-ci ildə Fransaya 70 milyon xarici turist gəlmişdir ki, bu da onun öz əhalisindən çoxdur. Yunanıstanda dövlət büdcəsinin ½ -i turizmin hesabına formalaşır. Baqam adaları, Meksika, Sinqapur, Tailand kimi ölkələrin milli gəlirinin 80 %-i turizmdən gəlir. Turizmin növləri müxtəlif əlamətlərinə görə qruplara bölünürlər:

1) ərazi əlamətinə görə- daxili və xarici, yəni beynəlxalq turizm;

2) müddətinə görə- qısa müddətli (1-2 günlük, istirahət günləri), uzun müddətli (7 gündən çox);

3) turistlərin sayına görə- fərdi turizm (1-3 nəfər), qrup şəklində (15 nəfərdən çox);

4) turistlərin hərəkət formasına görə- piyada və ya hər hansı nəqliyyatın növü ilə;

5) nəqliyyatın növünə görə- avtoturist, dəmir yolu sərnişini, aviaturist, gəmi turisti və s. ;

6) məqsədinə görə- itirahət və müalicə, ekskursiya turisti, elmi, etnik, işgüzar, macəra turizmi, dini, əyləncə, idman turizmi və s.;

7) yaşa görə- uşaq, gənc, orta yaşlı, və yaşlı adamların turizmi.

Turizmin əsas anlayışları aşağıdakılardır:

1) Turizm- Azərbaycan Respublikasının vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və s.), iş-peşə (vəzifə boclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələri;

2) Turist- istirahət, sağlamlaşdırma, tanış olma, idraki, iş-peşə, idman və dini məqsədlərlə getdiyi ölkədə (yerdə) müvəqqəti olan şəxs;

3) Tur- konkret müddətdə konkret marşurut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan forması;

4) Turizm yollayışı- ciddi hesabatlı blank olub, proqramla nəzərdə tutulmuş xidmətlərin ödənildiyini təsdiq edən sənəd;

5) Turizm vauçeri- xarici turistlərə xidmət göstərilməsi və firma ilə qarşılıqlı ödəmələr aparılması üçün əsas olmaqla, turun tərkibinə daxil olan xidmətlər üzərində turistin hüququnu müəyyənləşdirən və xidmətlərin göstəriləcəyi faktını təsdiq edən sənəd;

6)Turoperator-turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması,

hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatı;

7) Turagent- turoperator tərəfindən turların satışı, turizm məhsulunun hərəkətə gətirilməsi və satışı üzrə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxs;

8) Turagentlik- turizm və ekskursiya yollayışlarının satışı, habelə turizm- ekskursiya fəaliyyətinin təşkili üzrə informasiya, reklam, marketinq və s. digər xidmətlər göstərilməsi ilə məşğul olan vasitəçi təşkilat;

9) Turizm məhsulu- turistlərə göstərilən xidmətlər kompleksi (turistlərin yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi xidmətləri və səfərin məqsədindən asılı olaraq göstərilən xidmətlər);

10) Turizm fəaliyyəti- turoperatorun müddəti 24 saatdan çox olmayan və turistlərin yerləşdirilməsi xidmətini nəzərdə tutmayan və turizm məhsulunu formalaşdırılması, hərəkətə gətirilməsi və satışı üzrə fəaliyyəti;

11) Turizm ehtiyyatları- səfər edilən ölkənin (yerin) təbii, mədəni, tarixi, sağlamlaşdırma obyektləri və turistlərin ayrı-ayrılıqda və kompleks halında tələb və ehtiyaclarını təmin edə bilən, onların fiziki və mənəvi qüvvələrinin bərpası və inkişafına kömək edə bilən digər obyektlərin məcmusu;

12) Turizm infrastrukturu- turizm məhsulu istehsalı təşkilinin kompleks sistemi və ya mehmanxana və digər yerləşdirilmə- yerdəyişmə, nəqliyyat vasitələrinin, ictimai iaşə, əyləncə obyektləri vasitələrinin tanış olma idraki, iş-peşə, sağlamlaşdırma, idman və digər təyinatlı obyektlərin, turoperator və turagent fəaliyyətini həyata keçirən ixtisaslaşdırılmış müəssisə və təşkilatların, həmçinin ekskursiya və bələdçi xidmətləri göstərən təşkilatların məcmusu;

13) Turizm məhsulunun hərəkətə gətirilməsi- turizm məhsulunun satışına yönəldilmiş tədbirlər kompleksi ( reklam, ixtisaslaşdırılmış sərgilər, yarmakalarda iştirak, turizm məhsulunun satışı üzrə turizm informasiya mərkəzlərinin təşkili, kataloqların, bukletlərin və s. nəşri).

Turistlər aktivliyinə görə 6 prupa bölünür:

-İdman istirahətini sevənlər.

-Sakit istirahəti sevənlər. Onlar kənar admları və səs-küyü sevmirlər.Onları günəş, qum və dəniz maraqlandırır.

-İstirahətdən ləzzət alanlar. Onlar çox səriştəlidirlər, istirahət zamanı özləri üçün əyləncələr axtarırlar.

-Aktiv istirahət edənlər. Bu adamlar təbiəti çox sevirlər və idmanla məşğul olurlar.

- Tarix və mədəni abidələri öyrənənlər.

- Macəra sevənlər. Onlar tək gəzməyi sevirlər və heç nədən qorxmurlar.

Turizm növlərinin bütün rəngarəngliyinə baxmayaraq, turist səfərlərinin əksəriyyəti 70 %-i isitrahət məqsədini daşıyır. Onlardan 13 %-i işgüzar, 6 %-i isə dini və başqa növlərdir. Ən yüksək istirahət səviyyəsi 76 %-i ABŞ-dadır. Cənubi Asiyada bu göstərici 73 %-ə, Avropada isə 68 %-ə çatır.

2002-ci ildə beynəlxalq turistlərin sayı 715 milyona çatmışdır. ÜTT-nin proqnozlarına görə 2020-ci ildə beynəlxalq turistlərin sayı 1602 milyon nəfər və turizmdən alınan gəlirin miqdarı isə 200 milyard dollar olacaqdır.

Beynəlxalq turizmin əsas xüsusiyyətlərindən biri də odur ki, xidmətlərin ixracı, adi malların ixracından fərqli olaraq, xarici turisti ixrac edən ölkəyə özünün gəlməsi və xidmətlərdən istifadə etməsilə, idxal əməliyyatı isə ölkə turistlərinin xaricə göndərilməsi ilə bağlıdır. Bununla əlaqədar, turizmin ixracı- xaricdən turist qəbul olunması, idxal isə- ölkədən turistin xaricə getməsidir. Turizmdə beynəlxalq mal dövriyyəsində qəbul olunmuş iqtisadi siyasət aparılır. Valyuta məzənnəsinin dəyişmə siyasəti xarici turitlərin ölkəyə gəlməsini stimullaşdırmaq, ölkədən gedən turistlərin sayını azaltmaq məqsədini güdür.

Beynəlxalq turizmdə “dempinq” xarici turistlər üçün mallrın və xidmətlərin qiymətlərini aşağı salmaq məqsədini güdür.

Beynəlxalq turizmin valyuta problemləri beynəlxalq turist bazarının formalaşması və inkişafı ilə bağlıdır. Turizmin vacib göstəricilərindən biri turizmin ixracından əldə olunan gəlirin ölkənin ümumi ixracında tutduğu yerdir. Bəzi ölkələrdə beynəlxalq turizmdən əldə olunan gəlir, başqa məhsulların ixracından gələn gəlirdən çox olur ki, bu ölkə üçün beynəlxalq turizmin tutduğu mövqeyi göstərir. Məsələn, Norveç ildə 20 milyon tondan çox neft istehsal edir. Lakin bu ölkənin beynəlxalq turizmdən götürdüyü gəlir neftdən aldığı gəlirə yaxındır. Panamada 2 dəfə banan ixracından çoxdur, Misirdə 1,7 dəfə pambıq ixracından alınan gəlirdən çoxdur.

Azərbaycanda turist bazarı formalaşmaq üzrədir. Onun möhkəmləndirilməsi üçün istehsal olunan məhsulun qiyməti ilə keyfiyyəti arasında harmoniya yaratmaq lazımdır. Bu cür harmoniyanın yaranması xüsusilə daxili turizmdə çox vacibdir. Sərhədlər açıldıqdan sonra bizim vətəndaşlarımız münasib qiymətlərlə keyfiyyətli turist məhsulunu ölkədə yox, xaricdə axtarıb tapırlar.

ÜTT 1995-ci ildə İpaniyanın Kadis şəhərində turizm sahəsində Beynəlxalq Forum çağırmışdır. Foruda 52 ölkənin dövlət nümayəndələri iştirak etmişdir. Forum dövlətlərin qarşısında, turizmin inkişafında mühüm rol oynayan aşağıdakı problemlərin həlli məsələlərini qoymuşdur:

-Turistlərin təhlükəsizliyinin təminatı;

-Turist infrastrukturunun inkişafı;

-Turist müəssisə rəhbərlərinin və personalın tədrisə cəlb olunması;

-Turist obyektlərində ekoloji normaların gözlənilməsi;

- Turistlərin hüquqlarının müdafiəsi;

-Turist firmaları üçün güzəştli vegi sisteminin yaradılması;

-Ölkələrin müsbət imicini yaratmaqla turist məhsulunu xarici bazarlarda hərəkətə gətirmək.

İqtisadi və inzibati tədbirlərə isə aşağıdakılar aiddir:

-Vergi güzəştləri, kreditlər, subsidiyalar və dotasiyalar;

-pasport və viza məhdudiyyətlərinin gəlmə və ölkədən çıxan turistlər üçün azalması;

-sosial turizmin(sosial ehtiyaclar üçün dövlətin ayırdığı vəsaitdən yardımlanan səyahət) himayə olunması və inkişafı;

-ətraf mühitin qorunması üçün dövlətin qəbul etdiyi tədbirlər.

Vergi güzəştlərinə misal olaraq, Fransada başqa sahələrdə əlavə dəyər vergisi 20-22 %-dirsə, turizmdə 10 %-dir.

ÜTT təşkilatı turizmdə marketinqin funksiyalarını 3 hissəyə bölür: müştərilərlə təmasın qurulması, inkişaf və nəzarətdir. Müştərilərlə əlaqələrin yaranma məqsədi, onları inandırmaqdır ki, onlara təklif olunan turist məhsulu onların istədiyi və axtardığı məhsuldur. İnkişaf, məhsulu irəlilətmək üçün yeni üsullrın planlaşdırılmasıdır. Nəzarət, isə görülən işlərə nəzarət etmək, buraxılan səhvləri düzəltmək və təhlil etmək məqsədini güdür.

Turist bazarı anlayışı, iqtisadi cəhətdən azad olan turistlər(alıcılar) və turist məhsulunu satanlar arasında yaranmış alqı-satqı münasibətlərinin yaranmasıdır. Turist məhsulunu satanlar hüquqi və ya fiziki şəxs ola bilər. O, ona məxsus olan turist məhsulunu alıcıya satır və əvəzində pul alır. Turist bazarının əsas xüsusiyyəti ondadır ki, turist məhsulunun istehsalçısı və onun istehlakçısı demək olar ki, bir-birini görmür və tanımır.

1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə