İQTİsadiyyatin hüquqi TƏNZİMLƏNMƏSİ MÖVzu. Ətraf müHİTİn müdafiƏSİNİn və TƏBİƏTDƏN İSTİfadəNİn hüquqi TƏNZİMLƏNMƏSİ




Yüklə 1.47 Mb.
səhifə11/14
tarix23.02.2016
ölçüsü1.47 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

3. Koınınersiya hüququnun subyektləri. Koınınersiya hüququnun subyektləri qanunla müəyyən olunmuş qaydada qurulmuş və hüquqi (və ya) dövlət qeydiyyatından keçmiş koınınersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Bura fərdi sahibkarlar, koınınersiya hüquqi şəxsləri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-koınınersiya hüquqi şəxsləri daxildir.

Koınınersiya dövriyyəsində hüquqi şəxslərin bütün növləri – təsərrüfat ortaqlıqları (tam ortaqlıq və koınınandit ortaqlıqları) və təsərrüfat cəmiyyətləri (məhdud məsuliyyətli, əlavə məsuliyyətli, səhmdar cəmiyyətləri), kooperativlər, qeyri-koınınersiya qurumları (ictimai birliklər ( o cümlədən, həmkarlar ittifaqları, dini təşkilatlar və s.), fondlar, hüquqi şəxslərin ittifaqları) iştirak edirlər.

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 15 dekabr 1992-ci il tarixli Qanununun 3-cü maddəsinə əsasən, sahibkarlıqla Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə aşağıdakılar məşğul ola bilərlər:


  • Fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı;

  • Mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər;

  • Hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs;

  • Xarici hüquqi şəxslər.

Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, sahibkarlıq fəaliyyətinin subyektləri ilə koınınersiya fəaliyyətinin subyektləri üst-üstə düşür. Bu subyektlərin anlayışını aşağıdakı kimi vermək olar:

Fərdi sahibkarlar – öz riskləri ilə şəxsi əmlak məsuliyyəti əsasında müstəqil olaraq sahibkarlıq fəaliyyətini gerçəkləşdirən və bu məqsədlə qanunla müəyyənləşdirilən qaydada qeydə alınmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdir. Fiziki şəxsin sahibkarlıq, o cümlədən koınınersiya fəaliyyəti ilə məşğul olmasının zəruri şərtləri onun fəaliyyət qabiliyyətliliyi və fərdi sahibkar kimi vergi orqanlarında dövlət qeydiyyatına alınmasıdır (Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Mülki Məcəlləsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir).

Hüquqi şəxs - qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, o cümlədən həm fiziki, həm də hüquqi şəxslərin iştirakı ilə yaradıla bilər. Hüquqi şəxslər iki qrupa ayrılırlar:


  • Koınınersiya hüquqi şəxsləri;

  • Qeyri-koınınersiya hüquqi şəxsləri.

Yuxarıda qeyd olunduğu kimi koınınersiya subyektləri kimi dövlət müəssisələri, hüquqi şəxs statuslu qeyri-dövlət müəssisələri və fiziki şəxslərin ticarət müəssisələri, bazar və yarmarkalar çıxış edir.

Koınınersiya hüquqi şəxsləri fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan bütün hüquqi şəxslərə deyilir.

Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan koınınersiya təşkilatlarıdır. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya koınınandit ortaqlığı formasında yaradıla bilər. Təsərrüfat cəmiyyətləri məhdud və əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər.

Tam ortaqlığın iştirakçıları nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. Bu formada əmlakın formalaşma mənbələri əsas etibarı ilə iştirakçıların paylarından ibarət olur. Şəxs yalnız bir tam ortaqlığın iştirakçısı ola bilər. Tam ortaqlığın firma adına onun bütün iştirakçılarının adları və “tam ortaqlıq” sözləri daxil edilməli və ya “və ortaqları” sözləri əlavə edilməklə bir və ya bir neçə iştirakçının adı daxil edilməlidir. Tam ortaqlığın mənfəəti və zərəri, əgər nizamnamədə və ya iştirakçıların digər razılaşmasında ayrı qaydada nəzərdə tutulmayıbsa, onun iştirakçıları arasında onların şərikli kapitaldakı paylarına mütənasib surətdə bölüşdürülür. Tam ortaqlığın iştirakçıları ortaqlığın öhdəlikləri üzrə özlərinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

Koınınandit ortaqlığında ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları (tam ortaqları) ilə yanaşı, ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçısı - maya qoyanı (koınınanditçi) vardır. Koınınandit ortaqlığın firma adında ən az bir tam ortağın adı və “koınınandit ortaqlığı” sözləri əlavə edilməlidir. Koınınanditçinin maya qoyması ona ortaqlıq tərəfindən verilən şəhadətnamə ilə təsdiqlənir. Koınınanditçinin ortaqlığın mənfəətinin onun şərikli kapitaldakı payına düşən hissəsini nizamnamədə nəzərdə tutulan qaydada almaq, ortaqlığın illik hesabatları ilə tanış olmaq, maliyyə ili qurtardıqda ortaqlıqdan çıxmaq və nizamnamədə nəzərdə tutulan qaydada öz mayasını almaq və ya digər maya qoyana və ya üçüncü şəxsə vermək hüququ vardır.

Qeyri-koınınersiya hüquqi şəxsləri isə ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları və digər formalarda yaradıla bilər. Bu növ hüquqi şəxslərdə əsas məqsəd mənfəət götürmək deyil və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürülmür. Bu təşkilatlar adətən sosial, xeyriyyə, mədəni, təhsil, elm və idarəetmə sahələrində müəyyən məqsədlərə nail olmaq, bədən tərbiyəsi və idmanın inkişafı, vətəndaşların mənəvi tələbatlarının ödənilməsi, insan hüquqlarını qorunması və ictimai mənafelərə yönəlmiş digər məqsədlər üçün nəzərdə tutulur.

Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, respublikamızda bazar iqtisadi sisteminin yeni qurulmasına baxmayaraq koınınersiya sahəsində müvafiq hüquqi baza formalaşdırılmışdır və bu proses daim təkmilləşdirilməkdədir. Onu da qeyd etmək lazımdır ki, koınınersiya fəaliyyətinin tənzimlənməsində mühüm məsələlərdən birini də məhsul və xidmətlərin dövriyyəsinin hüquqi əsaslarının formalaşdırılması təşkil edir.
4. Koınınersiya hüququnda müqavilə münasibətləri. Koınınersiya sahəsində tərəflər arasındakı münasibətlərin tənzimlənməsinin ən operativ və səmərəli vasitəsi məhz müqavilə sayılır. Belə ki, ən sərt inzibati-hüquqi vasitələrlə əldə olunmadıqda belə, əsasında tərəflərin qarşılıqlı maraqları duran müqavilə iqtisadi dövriyyədə qayda və sabitlik yaratmağa qabildir. Müqavilənin müəssisə və təşkilatlar arasında hesablaşmaların aparılması, iqtisadi stimullaşdırma, həmçinin istehsal olunan dəyərlərin və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında marağın olması üçün böyük əhəmiyyəti vardır. Bu münasibətlərdə müqavilədən istifadə olunması həm də hər bir müəssisənin öz fəaliyyətində maraqlı olması və məsuliyyətin artırılması məqsədinə xidmət edir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə əqdlərin ən çox yayılmış növüdür. Bildiyimiz kimi, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsi və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilə ikitərəfli və ya çoxtərəfli əqddir. Başqa sözlə, məzmunundan və tətbiq olunduğu sahədən asılı olmayaraq bütün müqavilələr əqd kimi qiymətləndirildiyi halda, bütün əqdlər müqavilə kimi qəbul edilə bilməz. Çünki əqd müqavilədən daha geniş əhatə dairəsinə malikdir.

Müqavilənin ən əsas xüsusiyyətlərindən biri müqavilə azadlığının təmin olunmasıdır. Mülki qanunvericilik müqavilə azadlığını təmin edən aşağıdakı bir sıra qaydaları nəzərdə tutur:


  • Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir;

  • Müqavilə bağlayarkən tərəf seçilməsi azaddır;

  • Tərəflər müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir;

  • Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

Bütün müqavilə azadlıqları ilə yanaşı, müqavilə qanun və digər normativ aktlarla müəyyən olunan və tərəflər üçün məcburi hesab olunan imperativ normalara uyğun olmalıdır. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, aınına qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

Müqavilənin digər bir xüsusiyyəti isə onun məzmununu təşkil edən şərtlərinin mühüm, adi və təsadüfi olmaqla üç yerə bölünməsidir. O şərtlər mühüm hesab olunur ki, müqavilənin bağlanması üçün zəruri və kifayət edicidir. Müqavilənin bağlanmış sayılması üçün onun bütün mühüm şərtləri mütləq razılaşdırılmalıdır. Mühüm şərtlərdən fərqli olaraq adi şərtlərin tərəflər tərəfindən razılaşdırılması tələb olunmur. Adi şərtlər normativ aktlarda göstərilir və müqavilə bağlanan zaman mexaniki qaydada fəaliyyətə başlayır. Təsadüfi şərtlər o şərtlər hesab olunur ki, adi şərtlərini ya dəyişdirilməsinə, ya da onların tamamlanmasına xidmət edir. Onlar müqavilənin mətninə tərəflərin razılığına əsasən daxil edilir. Adi şərtlər kimi onların da olmaması müqavilənin bağlanmış hesab olunmasına təsir etmir.

.Müqavilənin əsas xüsusiyyətlərindən biri də onun forması ilə bağlıdır. Müqavilənin bağlanması üçün həmin forma üçün zəruri olan bütün mühüm şərtlərin razılaşdırılması tələb olunur. Müqavilə əqdlərin bir növü olduğuna görə ona əqdlərin formaları haqqında ümumi qaydalar tətbiq edilir. Bildiyimiz kimi, əqdlər şifahi və yazılı formada bağlanır. Şifahi bağlanan əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Müqavilənin etibarlılığı üçün Mülki Məcəllədə müəyyən forma təyin edildikdə və ya müqavilə üçün bu formanı tərəflər nəzərdə tutduqda, müqavilə yalnız həmin formaya dair tələbin icrasından sonra qüvvəyə minir. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Vətəndaşlar və hüquqi şəxslər arasında çox vaxt tipik müqavilə blanklarından istifadə olunur. Belə blanklar müqavilənin daha operativ yazılı formada bağlanmasını mümkün edir.

Çoxsaylı mülki-hüquqi müqavilələri daha yaxşı başa düşmək üçün onların növlər üzrə bölgüsünü həyata keçirmək tələb olunur. Müqavilələrin aşağıdakı növləri fərqləndirilir:



  • Real və konsensual müqavilələr. Konsensual müqavilələrin bağlanması üçün tərəflərin iradə ifadələri və razılığı kifayətdir (məsələn, alqı-satqı müqaviləsi, podrat müqaviləsi və s.). Real müqavilələrin bağlanması üçün razılığın olması kifayət deyil. Burada əşyanın verilməsi, əqdin predmetinin göz qabağında olması mütləq lazımdır (məsələn, borc müqaviləsi, bağışlama müqaviləsi və s.);

  • Əsas (qəti) və ilkin müqavilələr. Əsas müqavilələr tərəflərin hüquq və vəzifələrini bilavasitə əmələ gətirir. İlkin müqavilə isə gələcəkdə tərəflərin əsas müqavilə bağlamaq haqqında razılaşmalarıdır. Əgər müqavilədə müəyyən müddət razılaşdırılmamışdırsa, onda əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır;

  • Tərəflərin və üçüncü şəxslərin xeyrinə olan müqavilələr. Bir qayda olaraq, müqavilə onu bağlayan tərəflərin xeyrinə olur və onun icrasının təmini-tələbi yalnız onlara məxsusdur. Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirir;

  • Birtərəfli və qarşılıqlı (ikitərəfli) müqavilələr. Birtərəfli müqavilələr bir tərəfdə ancaq hüquq, digər tərəfdə isə ancaq vəzifələr yaradır (məsələn, borc müqaviləsi). Qarşılıqlı müqavilələrdə isə tərəflərdən hər biri hüquq əldə etməklə, digər tərəf qarşısında vəzifələr daşıyır (məsələn, alqı-satqı müqaviləsi);

  • Əvəzli və əvəzsiz müqavilələr. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, bu müqavilə əvəzli sayılır (məsələn, alqı-satqı müqaviləsi). Əgər bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır (məsələn, bağışlama müqaviləsi);

  • Azad və öhdəlik müqavilələri. Azad müqavilələr elə müqavilələrdir ki, onlar bütünlükdə tərəflərin mülahizələrindən asılı olur. Öhdəlik müqavilələri isə öz adından göründüyü kimi ya bir, ya da hər iki tərəf üçün məcburi olur. Öhdəlik müqavilələri içərisində əsas yeri ümumi müqavilələr tutur. Koınınersiya təşkilatının bağladığı və öz fəaliyyətinin xarakterinə görə ona müraciət edəcək hər kəs barəsində malların satışı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi (pərakəndə ticarət, ümumi istifadədə olan nəqliyyatla daşıma, rabitə xidmətləri, enerji təchizatı, tibb, mehmanxana xidməti və s.) sahəsində bu təşkilatın həyata keçirməli olduğu vəzifələri müəyyənləşdirən müqavilə ümumi müqavilə sayılır;

  • Qarşılıqlı razılaşdırılmış və qoşulma müqavilələri. Qarşılıqlı razılaşdırılmış müqavilələrdə şərtlər bütün müqavilə iştirakçıları tərəfindən razılaşdırılır. Qoşulma müqavilələrində isə müqavilə şərtlərini yalnız bir tərəf müəyyən edir, digər tərəfin həmin müqavilə şərtlərini dəyişmək və ya ona əlavələr etmək imkanları yoxdur (məsələn, dəmir yolunun müştəri ilə daşıma müqaviləsi, prokat müqaviləsi və s.).

Koınınersiya fəaliyyəti sahəsində müqavilənin rolu mülki hüquq və vəzifələrin meydana gəlməsindəki əsas hüquqi fakt, eyni zamanda müvafiq sahədə münasibətlərin tənzimlənməsi vasitəsi olması ilə müəyyən edilir. Müqavilə münasibətlərinə yalnız fəaliyyət qabiliyyəti olan fiziki və hüquqi şəxslər daxil ola bilərlər. Koınınersiya fəaliyyəti baxımında müqavilə onu bağlayan subyektlərin hər birinin mənafeyinin müdafiə olunmasının müstəsna hüquqi vasitəsidir. Koınınersiya sahəsində istifadə olunan müqavilələrə elə müqavilələr aiddir ki, onlar tərəflərin və ya ən azı onlardan birinin qanuni əsaslarla həyata keçirilən müxtəlif sahibkarlıq fəaliyyətindən gəlir əldə etmək məqsədinə xidmət etsin. Əslində, mülki-hüquqi müqavilələrin böyük əksəriyyəti bu xarakteristikaya uyğun gəlir.

Mülki Məcəllə ilə tənzimlənən müqavilələr içərisində əsasən koınınersiya fəaliyyəti sahəsində tətbiq edilən müqavilələr aşağıdakılardır:

Əmlak və digər əmlak hüquqlarının verilməsinə yönəldilmiş müqavilələr:


  • Alqı-satqı müqaviləsi;

  • Göndərmə müqaviləsi;

  • Dəyişdirmə müqaviləsi.

Əşyaların istifadəyə verilməsi ilə bağlı müqavilələr:

  • İcarə müqaviləsi;

  • Lizinq müqaviləsi;

  • Əmlak kirayəsi müqaviləsi;

  • Borc müqaviləsi;

  • Renta müqaviləsi;

  • Bank əmanəti müqaviləsi.

  • Bank hesabı müqaviləsi.

Xidmət göstərilməsinə dair müqavilələr:

  • Konsessiya müqaviləsi;

  • Saxlama müqaviləsi;

  • Daşıma müqaviləsi;

  • Tapşırıq müqaviləsi;

  • Ticarət nümayəndəsi (agent) müqaviləsi;

  • Komissiya müqaviləsi;

  • Turist xidmətlərinin göstərilməsi müqaviləsi;

  • Sığorta müqaviləsi.

İşlərin görülməsi ilə bağlı müqavilələr:

  • Podrat müqaviləsi.

Cəmiyyətin maraqlarının dəyişməsi müqavilənin şərtlərinin dəyişilməsini tələb edə bilər ki, buna da yalnız qanunda nəzərdə tutulmuş hallarda yol verilir. Belə ki, Mülki Məcəllədə müqavilənin dəyişdirilməsi və xitamının əsasları, qaydası və nəticələri təsbit edilmişdir. Mülki Məcəllənin müvafiq maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və xitamı əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, yalnız tərəflərin razılığı əsasında ola bilər. Mülki qanunvericilikdə və ya tərəflərin razılaşması ilə yol verildiyi hallarda müqavilənin, tamamilə və ya hissə-hissə icrasından birtərəfli qaydada imtina edildikdə, belə müqavilə dəyişdirilmiş və ya ləğv edilmiş sayılır. Belə hallarda məhkəmənin hökmü tələb olunmur.

Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur.

Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər:


  • Müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;

  • Şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;

  • Müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;

  • İşgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.

Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Əgər mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Yuxarıda qeyd olunanlardan hüquqi kateqoriya kimi müqavilə münasibətlərinin koınınersiya sahəsində tərəflər arasındakı münasibətlərin tənzimlənməsindəki mühüm yeri bir daha nəzərə çarpır.


5. Məhsul və xidmətlərin keyfiyyətinin hüquqi tənzimlənməsi. Koınınersiya fəaliyyəti sahəsində məhsulların, işlərin və xidmətlərin keyfiyyətinin hüquqi tənzimlənməsində standartlaşdırma fəaliyyəti mühüm rol oynayır. Bu sahədə münasibətlərin tənzimlənməsinin hüquqi əsasları “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 16 aprel 1996-cı il tarixli Qanununda müəyyənləşdirilmişdir. Qeyd edilən Qanunla yanaşı standartlaşdırma sahəsində münasibətlərin tənzimlənməsində aşağıdakı normativ aktlar da mühüm rol oynayır: “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 13 iyun 2000-ci il tarixli Qanunu, Azərbaycan Respublikası Prezidentinin “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydalarının təsdiq edilməsi barədə” Fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Malın mənşə ölkəsinin təyin edilməsi Qaydasının təsdiq edilməsi haqqında” Qərarı, Nazirlər Kabinetinin 1 iyul 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Milli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə”, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının, standartlaşdırmaya dair digər normativ sənədlərin, habelə beynəlxalq (regional) və dövlətlərarası standartların, norma, qayda və tövsiyələrin və xarici ölkələrin milli standartlarının xüsusi dövlət reyestrinin və kataloqlarının yaradılması, saxlanılması və aparılması qaydaları haqqında” Qərarı və s. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2001-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin səlahiyyətləri daxilində qəbul etdiyi normativ hüquqi aktlar da bu sahədə münasibətlərin tənzimlənməsində böyük əhəmiyyətə malikdir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2008-ci il tarixli Sərəncamı ilə bu Dövlət agentliyinin əsasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır.

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, standartlaşdırma məhsullar (işlər, xidmətlər) üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyət olub, aşağıdakıları təmin etmək məqsədi daşıyır:



  • Məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyini;

  • Məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğunu, eləcə də qarşılıqlı əvəz olunmasını;

  • Məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsini;

  • Ölçmələrin dəqiqliyini və vəhdətini;

  • Bütün növ resursların qənaətini;

  • Təbii və texnogen qəzaların və habelə digər fövqəladə vəziyyətlərin yaranması ehtimalları nəzərə alınmaqla təsərrüfat obyektlərinin təhlükəsizliyini;

  • Ölkənin müdafiə qabiliyyətini və səfərbərliyə hazırlığını;

  • İstehlakçıların məhsulların (işlərin, xidmətlərin) nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmalarını.

Standart — maraqlı tərəflərin əksəriyyətinin razılığı əsasında hazırlanmış və müvafiq səlahiyyətli təşkilat və ya orqanlar tərəfindən təsdiq edilən kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəd olub, aşağıdakı dörd növü özündə birləşdirir:

  • Beynəlxalq standartlar — dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrdir;

  • Regional (hövzə) standartlar — texniki-iqtisadi əməkdaşlıq edən bir qrup regional (hövzə) dövlətlərinin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələrdir;

  • Dövlətlərarası standartlar — iki dövlətin qarşılıqlı razılıq əsasında qəbul və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrdir;

  • Milli standartlar — ayrı-ayrı müstəqil dövlətin ərazisində müvafiq qaydada hazırlanıb istifadə edilən standartlar, norma, qayda və tövsiyələrdir.

Dövlət standartları kütləvi təkrar istehsal və istifadə perspektivinə malik olan məhsullar (işlər, xidmətlər) üçün işlənib hazırlanır. Azərbaycan Respublikasının dövlət standartları məcburi və tövsiyə olunan tələbləri nəzərdə tuturlar.

Məcburi tələblərə aşağıdakılar aiddir:



  • Məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi;

  • Məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğu və onların qarşılıqlı əvəz olunması;

  • Məhsulların (işlərin, xidmətlərin) əsas istehlak xüsusiyyətləri, onlara nəzarət metodları, məhsulların qablaşdırılması, nişanlanması, daşınması, saxlanması, utilləşdirilməsi qaydaları;

  • Məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu;

  • Məhsulların (işlərin, xidmətlərin) təhlükəsizlik texnikası və istehsalat sanitariyası tələbləri;

  • Məhsulların istehsalı, istifadəsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı bütün resurslardan səmərəli istifadə, məhsulların (işlərin, xidmətlərin) texniki sənədləşməsi qaydaları;

  • Standartlaşma sisteminin dövlət standartları ilə müəyyənləşdirilən digər tələblər.

Dövlət standartları qanunvericiliklə müəyyən edilmiş qaydada standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra qüvvəyə minir.

Məhsulların (işlərin, xidmətlərin) dövlət standartlarına uyğunluğunun təmin edilməsinin, nişanlanma qaydalarının, öz məhsullarını nişanlamaq üçün təsərrüfat subyektlərinə xüsusi razılıq (lisenziya) verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyatı həyata keçirilir və bu işlərin vahid dövlət reyestri aparılır. Azərbaycan Respublikasının dövlət standartlarının tələblərinə və ya Azərbaycan Respublikasının ərazisində rəsmi tanınan beynəlxalq, regional (hövzə), dövlətlərarası və digər dövlətin standartlarına uyğun olmayan, insanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən məhsulların (işlərin, xidmətlərin) istehsalına, idxalına, satışına, istifadəsinə və icrasına yol verilmir. Dövlət standartları qanunvericiliklə müəyyən edilmiş qaydada standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra qüvvəyə minir.

Müvafiq icra hakimiyyəti orqanları tərəfindən standartlaşdırma üzrə tələbləri təmin etmək məqsədi ilə öz səlahiyyətləri daxilində təşkilati-hüquqi forma və mülkiyyət formasından asılı olmayaraq eyni istehlak və funksional təyinatlı müəyyən növ məhsul istehsal edən (iş görən, xidmət göstərən) təsərrüfat subyektləri üçün sahə standartları və texniki şərtlər hazırlana və qəbul edilə bilər. Belə normativ sənədlər müvafiq dövlət standartları müəyyən edilməmiş məhsullar (işlər, xidmətlər) üçün, habelə mövcud dövlət standartlarının tələblərini sərtləşdirmə, yaxud artırmaq zərurəti yarandıqda hazırlanır. Mövcud dövlət standartlarının tələblərini sərtləşdirmək məqsədi ilə hazırlanan sahə standartları və texniki şərtlər dövlət standartlarının məcburi tələblərinə uyğun olmalı, bu normativ sənədlər bütün hallarda vətəndaşların və dövlətin mənafelərinə zidd olmamalıdır. Bu sənədlərin hazırlanması, qəbulu, qeydiyyatı, tətbiqi, dəyişdirilməsi və ləğvi qaydaları qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları ilə müəyyən edilir. Göstərilən normativ sənədləri qəbul edən müvafiq dövlət icra hakimiyyəti orqanları həmin sənədlərin dövlət standartlarının tələblərinə uyğunluğuna görə məsuliyyət daşıyırlar. .

Dövlət standartlarının tələblərinin təmin edilməsi, eləcə də istehsalın təşkili və idarə edilməsinin təkmilləşdirilməsi məqsədi ilə, hər bir müəssisə müstəqil olaraq müvafiq standartlar hazırlaya və təsdiq edə bilər.

Təsərrüfat subyektlərinin standartlarının hazırlanması, təsdiqi, qeydiyyatı, tədqiqi, dəyişdirilməsi və ləğvi qaydaları müvafiq təsərrüfat subyekti tərəfindən “Standartlaşdırma haqqında” Qanuna uyğun olaraq müstəqil müəyyənləşdirilir. Təsərrüfat subyektlərinin və ictimai birliklərin standartları insanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vurmamalıdır. Təsərrüfat subyektlərinin standartlarında qoyulan tələblərin dövlət standartlarının tələblərinə uyğunluğuna görə məsuliyyəti standartları təsdiq edən müvafiq təsərrüfat subyektləri və ya ictimai birliklər daşıyır.

Sahə standartları, texniki şərtlər müəssisə standartları, elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ictimai birliklərin standartları təsdiq edildikdən sonra ən azı bir ay müddətində standartlaşdırma sisteminin operativ idarə edilməsi və onun informasiya təminatı məqsədi ilə qanunvericiliyə uyğun olaraq standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış müvafiq dövlət informasiya bankına göndərilməlidir.

Dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə riayət edilməsinə dövlət nəzarətinin məqsədi məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinin standartlaşdırma üzrə normativ sənədlərdə nəzərdə tutulan tələblərə uyğunluğunun təmin edilməsinə nail olmaq yolu ilə istehlakçıların, dövlətin və təsərrüfat subyektlərinin qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunmasından ibarətdir.

Standartlaşdırmanın tələblərini təmin etmək üçün dövlət nəzarəti istehlakçıların müraciət və şikayətlərinin təmin edilməsi, habelə müvafiq qanunvericilikdə və standartlarda nəzərdə tutulan hallar istisna olmaqla, ildə iki dəfədən çox olmamaq şərti ilə, standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi plan üzrə, yalnız insanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən məhsullara (işlərə, xidmətlərə) standartlaşdırma üzrə normativ sənədlərin tətbiqi mərhələlərində həyata keçirilir. Təsərrüfat subyektləri və onların vəzifəli şəxsləri dövlət nəzarəti üçün zəruri şərait yaratmalıdırlar.

Qanunvericiliklə müəyyən edilmiş qaydada və öz səlahiyyəti daxilində standartlaşdırma üzrə dövlət nəzarəti orqanlarının aşağıdakı hüquqları vardır:


  • Təsərrüfat subyektlərinin xidmət və istehsal sahələrinə sərbəst daxil olmaq;

  • Dövlət nəzarətini həyata keçirmək üçün təsərrüfat subyektlərindən zəruri məlumat və sənədləri almaq;

  • Dövlət nəzarəti həyata keçirilən zaman təsərrüfat subyektlərinin mütəxəssislərindən və maddi-texniki vasitələrindən əvəzsiz istifadə etmək;

  • Standartlaşdırma üzrə qüvvədə olan normativ sənədlərə müvafiq olaraq məhsulların (işlərin və xidmətlərin) standartların tələblərinə uyğunluğunu təyin etmək üçün sınaq nümunələri seçib götürmək;

  • Aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün müvafiq təsərrüfat subyektlərinə rəsmi iradnamə vermək;

  • İnsanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən məhsulların (işlərin, xidmətlərin) standartların tələblərinə tam uyğun olmadığı hallarda onların istehsalının, yerinə yetirilməsinin və ya istifadəsinin dayandırılması və ya qadağan edilməsi, dövriyyədən (satışdan) çıxarılması və ya istehlakçılardan geri qaytarılmasının təmin edilməsi haqqında yazılı tələbnamələr vermək;

  • İrad və tələbnamələri yerinə yetirməyən, habelə məhsullarını (işlərini, xidmətlərini) dövlət nəzarətindən yayındıran təsərrüfat subyektlərinin məhsullarının (işlərinin, xidmətlərinin) satışının qadağan edilməsi haqqında qərar qəbul etmək və s.

Azərbaycan Respublikasında milli standartlaşdırma sistemini təşkil edən strukturlara aşağıdakılar aiddir:

  • Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi - ölkədə texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət idarəetmə fəaliyyətini həyata keçirir;

  • Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi - tikinti sahəsi üzrə standartlaşdırma işlərini həyata keçirir;

  • Digər dövlət idarəetmə orqanları standartlaşdırma üzrə fəaliyyəti öz səlahiyyətləri çərçivəsində həyata keçirirlər;

  • Texniki Komitələr (TK) - Azərbaycan Respublikası dövlət standartlarının, standartlaşdırma üzrə başqa normativ sənədlərin təşkili və işlənməsi, baxılması, razılaşdırılması və təsdiqə hazırlanması, eləcə də beynəlxalq (regional) standartlaşdırma üzrə işləri aparır.

Hazırda respublikamızın ərazisində 4 beynəlxalq standart (bank işi sahəsində) tətbiq edilib. Bundan əlavə İSO 9000 seriyalı beynəlxalq standartların (keyfiyyəti idarəetmə sistemlərini əhatə edən) tətbiqi haqqında beynəlxalq sertifikat almış müəssisələr vardır. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olma ərəfəsində standartlaşdırma üzrə işlərin istiqaməti ticarətdə texniki maneələrin aradan qaldırılmasına yönəldilmişdir. Bu məqsədlə milli standartlaşdırma sistemi beynəlxalq tələblərə uyğunlaşdırılmalıdır.

Standartlaşdırma sahəsində beynəlxalq əlaqələrin və əməkdaşlığın əsas vəzifələri aşağıdakı kimidir:



  • Azərbaycan Respublikasının dövlət standartlaşdırma sisteminin beynəlxalq, regional və başqa ölkələrin qabaqcıl milli standartlaşdırma sistemləri ilə harmonizasiya edilməsi;

  • Beynəlxalq, regional və başqa ölkələrin milli standartları əsasında respublikanın standartlaşdırma üzrə normativ sənədlərinin təkmilləşdirilməsi;

  • Respublikada istehsal edilən məhsulların keyfiyyətinin və onların dünya bazarlarında rəqabətliyinin yüksəldilməsi;

  • Beynəlxalq və regional standartlar işlənib hazırlandıqda Azərbaycan Respublikasının menafeyinin müdafiəsinin təmini;

  • Başqa ölkələrlə ölçmə vəhdətinin (eyniliyinin) təmini;

  • Sertifikatlaşdırma nəticələrinin qarşılıqlı tanınması.

Məhsul və xidmətlərin keyfiyyətinin tənzimlənməsinin əsas vasitələrindən biri də sertifikatlaşdırmadır. Bu sahədə münasibətlərin tənzimlənməsində “Milli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə” əsas rol oynayır. Bu Əsasnamədə bir sıra mühüm anlayışların izahı verilmişdir. Belə ki, məcburi sertifikatlaşdırma - xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulun normativ sənədlərin məcburi tələblərinə uyğunluğunun təsdiqidir. Könüllü sertifikatlaşdırma - istehsalçının, məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının təşəbbüsü ilə könüllülük əsasında keçirilən sertifikatlaşdırmadır. Milli standart - standartlaşdırma üzrə milli orqan tərəfindən qəbul edilmiş və geniş istehlakçı dairələri üçün istifadəsi açıq olan standartdır. Beynəlxalq standart - standartlaşdırma üzrə beynəlxalq təşkilatın qəbul etdiyi və geniş istehlakçı dairələri üçün istifadəsi açıq olan standartdır.

Sertifikatlaşdırma - məhsulun, prosesin və ya xidmətin verilmiş tələblərə uyğunluğunu üşüncü tərəfin yazılı şəkildə təsdiqlədiyi proseduradır. Məhsulların sertifikatlaşdırılması yerli məhsulların beynəlxalq və milli standartların tələblərinə uyğun olaraq faktiki xarakteristikasının kompleks məcmusudur. Mhsulunn idxal edən və ixrac edənlər arasında razılaşdırılmış sənədləri beynəlxalq standartlara uyğunlaşdırıldıqda da sertifikat funksiyasını yerinə yetirir. Mahiyyət etibarı ilə sertifikat məhsulun keyfiyyətini xarakterizə edən sənəddir.

Məhsulun sertifikatlaşdırılması prosesinə aşağıdakılar daxildir:


  • Məhsulun nomenklaturasının müəyyənləşdirilməsi;

  • Konkret məhsul növləri üzrə tələb olunan sertifikatların müəyyənləşdirilməsi;

  • Normativ-texniki sənədlərin hazırlanması;

  • Məmulatın sertifikatlaşdırılması qaydalarının müəyyənləşdirilməsi;

  • Məhsulun sertifikatlaşdırılması üzrə razılaşmaların əldə olunması;

  • Mal göndərilən müəssisələrdə sertifikatlaşdırılan məhsul istehsalının attestasiyası;

  • Məhsulun sınaqdan keçirilməsi;

  • Sertifikatların verilməsi və qeydiyyatdan keçirilməsinin düzgünlüyünə nəzarət;

  • Sertifikatlaşdırılmış məhsulun keyfiyyəti;

  • Sertifikatlaşdırmanın nəticələri haqqında informasiya.

Sertifikatlaşdırılmanın əsas məqsədi aşağıdakılardır:

  • Əhalinin həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəli olan məhsulların (xidmətlərin) istehsalının (idxalının) və satışının qarşısının alınması;

  • Respublikada müəssisələrin və sahibkarların beynəlxalq, iqtisadi, elmi - texniki əməkdaşlıqda, həmçinin daxili bazarda və ticarətdə iştirakı üçün əlverişli şəraitin yaradılması və rəqabətliliyin inkişaf etdirilməsi;

  • İstehlakçılara məhsulların (xidmətlərin) səriştəli seçilməsində köməklik göstərilməsi.

Sertifikatlaşdırmanın mahiyyəti ondan ibarətdir ki, sertifikatlaşmış məhsul yüksək istehlak xüsusiyyətinə, beynəlxalq bazarda rəqabət qabiliyyətinə malik olmaqla cəmiyyət üzvlərinin tələbatını təmin edir və alıcılar tərəfindən yüksək qiymətləndirilir. Sertifikatlaşma sınaq mərkəzinin ərazisində keçirilir və məmulatın yüksək keyfiyyətinə təminat verir. Sertifikat işarəsi qiymətə əlavələr edilməsinə təminat verir. Məhsulu idxal edən onun keyfiyyətinə əmin olduqdan sonra qiymətə kompensasiya ödəyir. Hər bir ölkənin sertifikatlaşma üzrə beynəlxalq əməkdaşlıqda iştirakı birgə müəssisələrinin yaradılması imkanını genişləndirir, əmək məhsuldarlığının yüksəldilməsinə, mövcud tələbata uyğun istehsalın həcminin artırılmasına imkan verir.

İqtisadi ədəbiyyatlarda sertifikatlaşdırmanın müxtəlif növləri fərqləndirilir. Məsələn, mənşəli sertifikat malın məhz hansı ölkədən gəlməsini göstərir (ölkənin gömrük orqanının vəzifəli şəxsi – eksportyoru tərəfindən imzalanır); Sığortalı sertifikat – sığorta müqaviləsi şərtlərini saxlayır (sığorta vəsiqəsini əvəz edir); Çəkili sertifikat – malın hər dəstinin çəkisi göstərilməklə, onun təfsilatı cədvəli qurulur (limanlarda, dəmiryol stansiyalarında, anbar və bazarlarda gələn yükün boşaldılması və yenidən çəkilməsində tərtib edilir. ABŞ və bəzi başqa ölkələrdə gömrükxanada, ticarət birjalarında, bələdiyyə və anbar müəssisələrində istifadə edilir. Keyfiyyət sertifikatı həmin dəstdən olan malın keyfiyyətini təsdiq edir.

“İstehlakçılarınm hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 19 sentyabr 1995-ci il tarixli Qanununun müvafiq maddəsinə əsasən, malların (işlərin, xidmətlərin) sertifikatlaşdırılması üzrə milli orqan aşağıdakıları həyata keçirir:


  • Malların (işlərin, xidmətlərin) sertifikatlaşdırma qaydalarını müəyyənləşdirir;

  • Məcburi sertifikatlaşdırılmalı malların (işlərin, xidmətlərin) nomenklaturasını müəyyənləşdirir;

  • Konkret mal (iş, xidmət) növlərinin sertifikatlaşdırılması üzrə orqanları, həmçinin müvafiq sınaqların aparılması üçün sınaq laboratoriyalarını (mərkəzlərini) akkreditasiya edir, digər hüquqi şəxslərə akkreditasiyanı keçirmək hüququnu həvalə edir;

  • Malların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının aparılmasının düzgünlüyünə nəzarəti həyata keçirir;

  • Sertifikatlaşdırılılmış malların (işlərin, xidmətlərin) sertifikatlaşdırılma üzrə akkreditasiya olunmuş orqanların, sınaq laboratoriyalarının (mərkəzlərinin) dövlət reyestrini aparır;

  • Xarici və beynəlxalq orqanların verdiyi sertifikatların tanınması barədə qərar qəbul edir;

  • Malların (işlərin, xidmətlərin) sertifikatlaşdırılması məsələləri üzrə xarici ölkələr və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrdə Azərbaycan Respublikasını təmsil edir.

Gələcəkdə bu sahədə aparılan işlərin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, beynəlxalq qaydalara uyğun yeni qanunvericilik aktlarının, texniki reqlamentlərin işlənməsi, “uyğunluğun qiymətləndirilməsi”nin müasir tələblər əsasında həyata keçirilməsi, istehsal müəssisələrində məhsulun keyfiyyətliliyinə ən yüksək təminat verən İSO 9001:2000 versiyalı beynəlxalq standartın tətbiqi ilə əlaqədar işlərin genişləndirilməsi nəzərdə tutulur.

Yuxarıda qeyd edilənlərə əsaslanaraq demək olar ki, respublikamızda məhsul və xidmətlərin keyfiyyətinin tənzimlənməsi vasitəsi kimi standartlaşdırma və sertifikatlaşdırma işinin hüquqi bazası daima təkmilləşdirilir və dünya standartlarına uyğunlaşdırılır.

1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə