İnsani tanimaq olmur şAİr ləyaqəTİ




Yüklə 1.24 Mb.
səhifə9/9
tarix22.02.2016
ölçüsü1.24 Mb.
1   2   3   4   5   6   7   8   9

XXI
İdealı mübarizə,

İradəsi dönməz, mətin

Əbədi qazancı isə

Xalq inamı, sədaqəti…

Bu insan ömrü boyunca,

Özünü çıxarıb yaddan,

Yuxuda da Azərbaycan

Onu rahat qoymur hətta…


***
Gündüzü, gecəsi yoxdur,

Boş bir dəqiqəsi yoxdur.

Səhər gərgin, axşam gərgin.

Buna tab gətirmək üçün,

Gərək dəmirdən olasan,

Gərək poladdan olasan.

O müsəlləhdir həmişə

Nə yorular, nə usanar.

Gördüyü azıman işlər,

İnsan qüdrətindən kənar…

Lap ən cavan çağında da,

Lap ağsaqqal vaxtında da,

Uzaqda da, yaxında da

Başında şöhrətdən çələng.

SSRİ kimi nəhəng

Bir dövlətin zirvəsində

Duranda da.

Moskvaya köçəndə də,

Naxçıvana dönəndə də,

Mühacirət taleyini

Seçəndə də.

Vəzifəsiz qalanda da

Öz əbədi ünvanında,

Doğma Azərbaycanında

O boyda qulluq sahibi

Ev-eşikli edib xalqı.

Özü isə ev-eşiksiz,

Tənha, yalqız qalanda da.

Elçin çalışıb hər zaman.

Şəxsi keyf, ləzzət bilməyib.

Sayılsa da xoşbəxt insan,

Xoşbəxtliyə vaxt olmayıb.

Səadəti Azərbaycan

Ayrı səadət bilməyib.

El onun qolu, qanadı,

O el ilə uçub ancaq.

Yetmiş beş illik həyatı

Xalq içində keçib ancaq.

Ona qiyam başlayıblar,

Xalq özünü səfərbər edib.

Ona güllə tuşlayıblar,

Xalq köksünü simər edib.

O, doğma xalqın içində

Güllə batmaz Heydər olub.

Onunladır hara gedə

Bu başı bəlalı ölkə…

Bu torpağa onun qədər,

Xidmətçi olmayıb bəlkə…

Bu milləti onun qədər,

Ərzdə tanıdan olmayıb,

Məmləkətdə onun qədər,

Qurub yaradan olmayıb,

Vətəni düşmən talayır,

O dəlidir, divanədir.

Azərbaycan çabalayır,

Onun qəlbi qəmxanadır.

Amma üzdən sakit, gülər,

Daima nikbin görünər.

Xalqın ən dərdli insanı

Faciəvi qəhrəmanı…

Ağırdır, yükü ağırdır,

Dünyanın yolun ağardıb

Görmədiyi yer qalmayıb,

Gəzmədiyi el qalmayıb,

Əlində bir uzun çıbıq,

Birdə ki, bizim xəritə…

Dolaşaraq qitə-qitə

Coğrafiyadan dərs oxuyur

Bizi tanımayanlara…

Erməniyə uyanlara

Ağıl verir, silkələyir,

Qanmayanları qandırır.

Millətləri, ölkələri,

Bizim hıqqı inandırır.


***
O, həqiqi rəhbər olub,

Müqəvva rəhbər olmayıb…

Heç vaxt qulluğu, titulu

Fikrinə çəpər olmayıb.

Çərçivədə olanda da,

O, sərbəst düşünə bilib.

Sərbəstlik nə idi onda,

Cavidlər, Müşviqlər bilib.

Cavid dedim düşdü yada,

Əsrin qanlı cinayəti.

O vaxt vəhşi Kalımada

Onlarla xalqın, millətin

Yatırdı ər oğulları.

Bağlı idi Sibirə onda,

Bütün dünyanın yolları.

Şimal dönmüşdü zindana,

Kimdə var idi ixtiyar

O yerlərə ayaq qoya?!

Çəkin suala, sorğuya,

O dövrün şahidlərini…

Qeyri millətlər bir yana

Gətirə bilmirdi ruslar,

Hətta öz şəhidlərini…

İlkin bizim elin oğlu,

O cəngəlliyə yol açdı…

O bu ehkamları yıxdı

Şimal çaşdı, cənub çaşdı.

Tək bizim Cavid əfəndi

Doğma vətəninə döndü.

İnanın siz sözlərimə,

Çoxu buna inanmadı…

Görənlər öz gözlərinə

Eşidənlər qulağına inanmadı…

Bu mənəvi zəfər idi,

Risk idi, insanlıq idi…

Siyasi bir hünər idi…

Yadınıza salın ya da,

Qanlı iyirmi yanvarı…

Şəhid etdilər Bakıda,

Çox günahsız insanları.

O vaxt «həbsdə» ola-ola,

Ağır xəstə ola-ola,

Sakit durmadı yerində.

Moskvada qərar tutan,

Kiçik evimizə gəldi…

Dünyanın ekranlarından,

Dünyanın efirlərindən

İlkin onun səsi gəldi.

Bu ikiqat hünər idi,

Dərdlərə dərmanlıq idi…

Təkbaşına zəfər idi,

Tənha qəhrəmanlıq idi…


***
Azərbaycan elçisidir,

Çətin yollar

Hələ qatı açılmamış…

Deməklə olarmı saymaq,

Nələr görüb gözü ilə

Bu həqiqəti da deyim.

Heyf, heyf,

Bu ölməz şəxsiyyət amma,

Çoxlarını aparacaq özü ilə…

Nə qədər şöhrətlər görüb,

Nə qədər həsrətlər görüb.

Səhər, axşam, gecəyarı

Telefonunda qulaq görüb…

Qapısında durnaları

Daim sərvaxt, oyaq görüb…

Həmi onu gözləyiblər.

Həmi onu izləyiblər…

Döyüşlərdə keçib ömrü,

Yolları kəsək, daş olub.

İki böyük quruluş görüb

İkisində də baş olub,

İkisində də xalqına

Xidmət olub idealı…

İkisində də xalq ona

Ümid edib bu diyarı.

İkisində də o ki var

Payına rəqiblər düşüb.

Adi düşmənlərə nə var

O nəhənglərlə döyüşüb.

Cürbəcür sifətlər görüb,

Süni məhəbbətlər görüb.

Hər cürə həriflər görüb,

Tənqidlər, təriflər görüb…

İkisində də bu insan

Həmi indi, həm o zaman,

Enmələr, qalxmalar görüb.

Çeşidli darğalar görüb.

Xalq, millət udanlar görüb,

Yurd, torpaq satanlar görüb…

Hər cür şarlatanlar görüb…

Kölgədə yatanlar görüb…

Zəkalar, ağıllar görüb,

İgid, ər oğullar görüb,

İkisində də bu inan

Həm indi, həm o zaman

Nərcürə murdar uz görüb.

Qorbaçov tək iblis görüb,

Yalnız şəxsi xeyri üçün,

Vuruşanlar, çarpışanlar,

Ətəyindən bərk-bərk hər gün,

Neçə əllə yapışanlar,

Çığıranda uca-uca

Kabinetinə girənlər,

Kölə kimi arxasınca,

Gəzməyi şərəf bilənlər,

Balaca düşəndə taxtdan,

Arxasında belə vaxtda

Dərhal əkilənlər görüb..

Qeybə çəkilənlər görüb…

Çörək verdiyi adamlar,

Çörəyini basdalayıb…

Ürək verdiyi adamlar,

Ürəyinə qəsd eləyib…

Hörmət göstərdiyi kəslər

Gediblər onun əksinə.

Vəzifə verdiyi kəslər

Göz dikib vəzifəsinə…

Çox heyrətli ömür sürüb.

Yolları kəsək, daş olub,

İki böyük quruluş görüb,

İkisində də baş olub…

İkisində də bu insan,

Həmi indi, həm o zaman,

Çox millət sevərlər görüb,

Həqiqət sevərlər görüb.

Çox haqlar, nahaqlar görüb,

Sinələrdə dağlar görüb.

Çoxunu yazmıram hələ.

Adamı budur yandıran.

Yenə o üzü dönüklər,

Üstünə tərif tökürlər

Ay onlara inandım a?!

Ömrü döyüşlərdə keçib.

Özü belə yolu seçib…

Çox narahat həyat sürüb,

Nə qədər bahar qış olub…

İki böyük quruluş görüb,

İkisində də baş olub…

İkisində də bu insan

Həmi indi, həm o zaman

Xalqı ilə sirdaş olub…

Xalqı yanında heç vədə

Gözdən, nəzərdən düşməyib.

Daim uca olub başı,

Yuxarılar çox dəyişib

Ona qarşı.

Aşağılar heç bir zaman

Dəyişməyib…

Onda da sevib onu xalq,

İndi də sevir onu xalq.

Sabah da belə olacaq.
***
Demirəm səhvsizdir tamam,

Heç qüsuru olmub əsla…

Olmayır günahsız adam.

Hələ o boyda şəxs ola…

İnsana inanıb daim,

Budur ən böyük «günahı»,

İnsana inanmasaydı

Olmazdı bu boyda dahi…

Düzdür, o inamı satan,

Qıranlarda az olmayıb.

O inamla alver edən

İnsanlarda az olmayıb.

O inamdan iman alıb,

Ucalananlarda görmüşük.

O inama qılınc salıb

Alçalanlar da görmüşük.

Rüşvət alanda görmüşük,

O inamın işığında

Aldadıblar dönə-dönə,

Çaşdırıblar gümanını.

Amma o insan yenə,

İtirməyib inamını.

Bu müdrik, ulu vaxtında

Yenə əyləşib taxtında…

Yenə o hamıya öndər,

Dayaqdır obaya, elə,

Yenə onun dövrəsində,

Yaxşılar ilə bərabər.

Yamanlar da vardır hələ,

Onu hey tərifləyirlər.

Baxmayın cip-ciplərinə.

Sözdə ona baş əyirlər,

Əməldə öz ciblərinə.

Bunlar çəkinməyir haqqdan,

Allahdan qorxsunlar barı.

Başqası olsaydı çoxdan

Faş eləmişdi onları.

O tələsməyib heç vədə,

Səbr eləmək müdriklikdir.

Bu insanın dözümü də,

Qəzəbi də çox böyükdür.

Bəli, görsə də çox üzlər,

İnsana inanıb daim,

Budur ən böyük «günahı».

İnsana inanmasaydı

Olmazdı bu boyda dahi.


***
İxtiyar olsaydı məndə,

İqtidar olsaydı məndə,

Kəsib yalançı dilləri,

Bu gün Əliyev Heydəri,

Boğazdan yuxarı olan

Təriflərdən qoruyardım.

Zahirdə qadasın alan,

Daldan ona qılınc çalan,

Yekələrdən qoruyardım.

Özü yalan, sözü yalan,

Tülkülərdən qoruyardım.

Ətəyindən tutub qalan

Kələklərdən qoruyardım

Dünən kölgəsini daşlayan,

Bu gün onu Allah sayan,

Hər sözünü, kəlməsini,

Onun adıyla başlayan,

Adıyla tamamlayan

Vəzifə, mənsəb əsiri

Fələklərdən qoruyardım

Ona qiymət verib zaman

Eh, ona tərif nə gərək.

Hər tərifdən uca duran,

Hər tənqiddən uca duran

İnsana tərif nə gərək

İnsana tənqid nə gərək.

O, bunlardan yüksəkdədir,

O, bunların fövqündədir.

Xalq ilə bir ürəkdədir,

Bir amalda, mövqeydədir.

Əsrin görünən oğlu,

Anadan nadir doğulub.

Gəldi-gedərdi başçılar

Tarix onları bol görüb.

Prezident olmağa nə var,

Heydər Əliyev ol görüm.

Heydər Əliyev deyəndə

Bu kiçik millət böyüyür.

Heydər Əliyev deyəndə

Doğma məmləkət böyüyür.

İnsan iftixar keçirir,

İnssanda vüqar böyüyür,

Çox-çox böyüklər kiçilir

Çox-çox kiçiklər böyüyür.

Amalı gün kimi aydın,

Yoxdur tayı, bəabəri.

Mən həmişə yersiz saydım

Onu durub bəziləri,

Kiməsə bənzədənləri,

Kiməsə oxşadanları,

Yad adlara qatanları.

Bəli, özü kimi təkdir

Heç bir kəsi etmir təkrar

Özü boyda böyükdür,

Özünə bənzəyir Heydər.

Şair, yetər, qələm çaldın,

Başını yuxarı qaldır.

Həyata bax, ətrafa bax,

Dünənə bax, bu günə bax,

Sabaha bax.

Əssə də min tufan, külək,

İnamların sönə bilməz.

Lap dünya üstünə gələ.

Millət ölər, sına bilməz.

Basılmaz igidik, ərik,

Hamımız var olan yerdə.

Şan, şərəf, ar olan yerdə…

Heç vaxt ayağa düşmərik,

Vahid, bütöv bir xalq kimi,

Ən kiçilməz bir xalq kimi,

Yada hasar olan yerdə…

Hamımız var olan yerdə.

Şimal, cənub olan yerdə,

Cənub, şimal olan yerdə.


1990-1995-ci illər.





1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə