İnsani tanimaq olmur şAİr ləyaqəTİ




Yüklə 1.24 Mb.
səhifə8/9
tarix22.02.2016
ölçüsü1.24 Mb.
1   2   3   4   5   6   7   8   9

VI
Bunu da deyim açığı

Mən heç cürə inanmıram.

Erməni bizə Laçını,

Erməni bizə Şuşanı,

Rahat verə inanmıram.

İnanmıram ki, yağıda

İynə boyda vicdan ola.

İnanmıram bu nağıla

Vəhşi dönüb insan ola

Bəlkə sehr görəcəyik

Bizim yerlər bizimkidir.

Dəyişibdir qarı düşmən.

Qusur yaladıqlarını,

Geriyə qaytarır düşmən

Çapıb taladıqlarını.

Guya canavar yağılar

Mürvətə, insafa gəlib

İnanmıram bu axıra

Lap haqdan cavabı gələ…

Günya bir-birinə dəyə,

O xainə inanmayın.

İnanmıram erməniyə

Siz də ona inanmayın.
İlan tək çıxa dəridən,

İnsan kimi dil anlaya

Min il bundan əvvələ də,

Min il bundan sonraya da,

Vəsiyyət kimi deyirəm,

İnanmayın erməniyə.

***
Lap mələk donuna girə,

Bağa tək qınına girə,

Kökünə, soyuna girə,

Bir daha sizə deyirəm

İnanmayın erməniyə.
***
Hər cür caniyə, inanın,

Hər cür xainə, inanın,

Lap moltanıya, inanın,

Bircə an, bircə saniyə,

İnanmayın erməniyə.
***
Min bir sifəti, üzü var,

Çox-çox mürdarı, pisi var,

Əllərində qan izim var,

O qan sizi lənətləyər,

İnanmayın erməniyə.

***


Cahanda heyvanlar qala

Dağlar, okeanlar qala,

Bir də, bir də onlar qala,

Ey ölülər, ey dirilər

İnanmayın erməniyə.

***
Ey dünyanın insanları

Yaxşıları, yamanları,

Təmiz qan deyil qanları.

Başım çox çəkib, bilirəm.

İnanmayın erməniyə,

İnanmayın erməniyə.

VIII
Düzü düzə qatmaq olar,

Fitnə, yalan olan yerdə.

İnamdan danışmaq olar

Bu qədər qan olan yerdə.

Yetər, çox inandıq, yetər,

Üzrü günahından betər.

Ya ölüb ya qalmalıyıq.

Faşistlərin «mərhəməti»

Bizə əsla gərək deyil.

Qarabağı, o cənnəti

Biz can verib almalıyıq.

Yoxsa bizə yolçu payı,

Məzlum payı gərək deyil.

Gərək deyil heç bir kəsin

Bizə rəhmi, minnəti,

Yurdumda canilər gəzir

Tapdanıb əzmim, qeyrətim.

Eşitsin ağıllım, dəlim,

Cahad etmək istəyirəm…

Güllə verin, tüfəng verin

Layiq olum bu şərəfə.

Həyatımda mən ilk dəfə.

Güllə atmaq istəyirəm.

Qana ola-ola düşmən

Həyatımda ilk dəfə mən

Qana batmaq istəyirəm.

Şahid xalqın şairi tək,

Müşfiqi tək, Sabiri tək

Şəhid olmaq istəyirəm.

Alış, ey nifrətim, alış,

Qanımın bahasına mən,

İtirdiyimiz yerlərdən

Heç olmasa, beşcə qarış,

Geri almaq istəyirəm…

Atalarım, balalarım,

Torpağına pay alarlar?!

Babəklər qınayır bizi,

Dayanarlar üzümüzə…

Bir yandan da özümüzü

Qırdırırıq özümüzə,

Talan salırıq üstəlik,

Hər şey talan olan yerdə…

Başçı olmaq istəyirik,

Başsızlıq baş alan yerdə…


IX
Yoxsa elə boş-boşuna,

Bu cəsəd nəyimə gərək?!

Şuşasız dönüm başına,

Bu millət nəyimə gərək


Bir vaxt Dərbəndi aldılar,

Təbrizi tora saldılar.

Qəlbimi iki yardılar

Bu «qismət» nəyimə gərək.


***
Nə qədər sürünmək olar,

Yurd, vətən dinləmək olar,

Nə qədər bölünmək olar,

Bu «vüsət» nəyimə gərək.

***
Para-paradır vətənim

Dönmür əlimdən gedənim.

İtirə-itirə gedirəm,

Bu «sürət» nəyimə gərək.

***
Yatan xalqım, ayıl, oyan,

Özün öz arxanda dayan.

Daima naçar, sızlayan,

Bir qeyrət nəyimə gərək.

***
Yurduma köhnə vəhşilər

Qoyub təzə sərhəd, çəpər.

Bir milyon qaçqın, dərbədər,

Qayıda evinə gərək.


***
Sözüm aləmə əsrz olsun,

Bu dava bizə ərz olsun,

Az olsun, amma mərd olsun,

Çox namərd nəyimə gərək.

***
Doğmalarım, əzizlərim,

Budur ən böyük istəyim.

Gedək sazlı, şikestəli,

Şuşanın toyuna gərək.


X
Suallar qalıb cavabsuz,

Xəstələr tavansız, tabsız,

Əlillər saysız-hesabsız

Dərmanlar qan qiymətinə.

İnsansa hər şeydən ucuz

Arpa-saman qiymətinə.

Ölüb doğulmaq olmayır,

Neçə milyon qiymətinə.

Heç yaxın durmaq olmayır

Bir adi don qiymətinə.

Uzunqulağın dəyəri,

Çatıb ceyran qiymətinə.

Dollar yığırlar yekələr,

Onun da qalxıb şəkəri

Keçib Quran qiymətini.

Hay deyirsən hay verən yox,

Huy deyirsən, huy verən yox.

Heç bir qıça göy verən yox,

Bir vicdanın qiymətinə.

Öz yolunu azıb bəşər,

Şər olub xeyir, xeyir olub şər.

Ümid qalıbdır Allaha,

İnsan qanı enib daha,

Adi suyun qiymətinə.

Qoyun keçi qiymətinə,

Keçi qoyun qiymətinə.

Düzə qiymət verməyirlər,

Sözə qiymət verməyirlər,

Bir kilo ət verməyirlər,

Nizaminin qiymətinə,

Füzulinin qiymətinə.

Can satırlar, baş satırlar,

Dost-aşna, qardaş, satırlar,

Yurd-yuva, dağ-daş satırlar,

Mənsəb, rütbə qiymətinə.

Varmı xəbəri millətin,

Adı, dəyəri millətin,

Düşüb kütlə qiymətinə.


***
Hardasan, qeyrətim, harda?!

Dava gedən bir diyarda

Arsızlıq ən-ənə olur.

Ümidlər dumanda, çəndə,

Bu qədər dərd-qəm içində

Bu qədər təntənə olar?!

Böyüklərin cibi dolu.

Nə olursa, vətən oğlu,

Sənə olur, mənə olur.

Mənə bir varlı göstərin

Ki, coşa vətən istəyi.

Öz torpağının yolunda,

Bir zədə ala qulundan,

Göstərin bir pullu gəda,

Ya da oğlu cəngə gedə

Bir barmağı paralana,

Dırnağından yaralana,

Axtar, çıraqla tapılmaz,

Min yol soraqla, tapılmaz.

Daim vətənin uğrunda,

Kasıblar keçiblər oğlundan,

Kasıblar keçib canından.

Onlar bu yükü daşıyıb,

Dözüb hər bir əzabına.

Bu millət, vətən yaşayır

Bax, onların hesabına.

Azca sərt əsəndə külək,

Millət deyən çox ağa, bəy,

O saat çıxıb aradan…

El seçir ağı qaradan…

El seçir mərdi-namərddən,

Bu gün də xalqdır sərkərdə.

Əmr etsə böyük sərkərdə

O an, o saat, əlbəəl,

Sadə xalq qalxacaq hərbə,

Onun qanı töküləcək

O susduracaq yağını.

Bəli, o ancaq və ancaq

Uşu Şuşaya sancacaq

Azərbaycan bayrağını.

Yalandan mən, mən deyənlər,

Elin malını yeyənlər

Yenə qaçıb, əkiləcək,

Öz qınına çəkiləcək.

Bütün dövrlər, əsrlər

Ancaq bu olub işləri,

Böyük xalqı əziblər,

Amma xalq əzib düşməni.

Ay mənim igid, əl xalqım,

Döyüşkən, cəngavər xalqım.

Məmləkət düşəndə dara

Sən ona tapmısan çarə,

Sən ona dayaq olmusan,

Arxasında sən durmusan.

Sən həm əzilən olmusan.

Həm də ki, əzən olmusan.

Xalqım məsləkim, vicdanım,

Qəhrəmanım, pəhləvanım,

Sonuncu arzum gümanım.

Kimim var ki, səndən başqa,

Böyük Füzuli demişkən,

Əbədi ahım, əfqanım.

XI
Kül üfürüm gözlərinə Tacirimiz, nazirimiz,

Neçə yerdə özlərinə

Bank, bağ-bağat, ev düzəldir.

Pozulub cah-cəlalımız

Amma çox-çox ziyalımız

Özünə yubiley düzəldir,

Abidə, muzey düzəldir,

Eyş-işrət, kef düzəldir.

Bəy olub əlvan geyimdə

Şıllaq atır yubileyində.

Bunlar qeyrətsizdi, nədi,

Kül üfürüm gözlərinə

Vətən, torpaq fəryad edir

Bunlar almır veclərinə.

Adam yanır, heyrətlənir,

Görəndə bu məclisləri.

Belə eyşi, işrətləri…

Ekran da hələ göstərir.

Mat qalır görən, eşidən,

Yeməklər neçə çeşiddə.

Sağlıqlar neçə mərtəbə.

Nitq eləyən neçə həpənd,

Yarınmalar, alçalmalar,

Haylar, küylər, əlçalmalar,

Mat qalır görən, eşidən,

Birinin kabab dişində,

Birinin qədəh əlində,

Biri qışqırır yerindən.

Qarışıb xanımlar, bəylər,

Oyun çıxarır təlxəklər.

O qədər böyükdür şadlıq

Möminlər keyfdədir hətta,

Hərə bir havacat çalır

Hətta lar dillər açılır.

Hamı razı, məmnun, gülər,

Ekranda göstərir hələ.

Camaat baxır, üzülür,

Ağzının suyu süzülür

Gözlərini döyə-döyə

Hey baxır bu mərəkəyə.

Düşünür bu nədir, Allah,

Bu bizim ölkədir, Allah?!

Ac-yalavaclar ölkəsi,

Bu qaça-qaçlar ölkəsi,

Bu satasatlar ölkəsi.

Millət naçar, məbmun, yazıq

Beşi varlı, mini kasıb.

Bir dəstə keyfdə, işrətdə,

At oynadır məmləkətdə

Milyonları, sarayları,

Xaric banklarda payları,

Heç nəyə məhəl qoymurlar,

Çapıb yedikcə doymurlar.

Qanuna minib oğurluq

Haram, rüşvət tuğyan edir.

Halalıq, düzlük, doğruluq.

Kasıbların «cinayəti».

Vahimə bürüyüb yurdu.

Hamı dərd, təlaş içində

Bir dəstə milyoner, pullu

Bir xalq ehtiyac içində

Solum evsiz, sağım evsiz,

Milyondan artıbım evsiz,

Bəs bu bayram nədir, Allah?!

Bəlkə yad ölkədir, Allah?!

Gəlmələr düşünər baxsa

Qələbə günüdür yoxsa.

Qarabağ alınıb bəlkə,

Şadlanır qəhrəman ölkə.

Bəlkə xəbərsizdi cahan

Süqut eyləyib İrəvan.

Bəlkə Xankəndim alınıb,

Ulu Dərbəndim alınıb.

Təbrizə girmişik bəlkə,

Birləşib bu boyda ölkə…

Yox, yox, belə şənliklərə

Əsla hüququmuz yoxdur.

Qırmayınca düşmənləri,

Sevinmək duyğumuz yoxdur.
XII
Çoxu hazırın naziri,

Öz xalqının əzazili,

Vətənə, yurda dəyişməz,

Öldür, məzarda dəyişməz,

Rütbəsini, masasını,

Çoxu hazırın naziri,

Keyfdədir soyu, nəsili,

Keyfdədir əhli-əyalı,

Özü də rütbəli, alim,

Adı da guya ziyalı…

Rüşvətdir fikri, xəyalı…

Dilində hər cür düşük söz,

Sən ondakı insafa bax.

Qaçqınlar evsiz, eşiksiz,

Bunun əlində on otaq

Kişi, arvad, iki uşaq.

Yaxındaca, uzaqdaca,

Neçə kilid, neçə açar.

Tez-tez xariciyə səfər,

Hər millətdən məşuqələr.

Əllərindən gəlib təngə,

Mersedeslər neçə rəngdə,

Nökərləri neçə sayda,

Xalq nə hayda, bu nə hayda?!

Şəxsi yeri, göyü vardır.

Şəxsi çimərliyi vardır.

Yayda bura gələnləri,

Sahildə dincələnləri,

Dənizə həsrət qoyubdur,

Hətta Xəzəri soyub o,

Sahili hasarlayıbdır,

Daşlayıb mismarlayıbdar,

Suları mərz ilə bölüb,

Şəxsi payını götürüb.

Şəxsi dalğa, şəxsi ləpə,

Şəxsi qayığı, kürüsü.

Şəxsi çobanı, sürüsü,

Şəxsi qumluq, şəxsi təpə,

Şəxsi balıqları üzür.

Xırda-xırda, yekə-yekə

Tor atan şəxsən özüdür.

O düşünür Xəzər bəlkə

Dədəsinin dənizidir.

İxtiyarım olsa idi,

İqtidarım olsa idi,

Çox-çox vecsiz nazirliyi,

Bağlayardım, dondurardım.

Yüzlərlə ölü canları,

Haram yeyib qusanları,

Döyüşlərə göndərərdim.

Saray-saray otaqları,

O daçaları, bağları

Didərginlərə verərdim.

İxtiyar olsaydı məndə,

İqtidar olsaydı məndə,

Ləğv edərdim bircə gündə

Çox-çox çürük nazirliyi.

Yaradardım bu vətəndə

Ər, kişilik nazirliyi,

Bir də düzlük nazirliyi…


XIII
İqtidarım olsa idi,

İxtiyarım olsa idi,

Mən o taya ötürərdim

Bu taydakı ağrıları.

Mən bu taya gətirərdim

O taydakı oğruları.

İqtidarım olsa idi,

İxtiyarım olsa idi,

Neçə polad qanad taxıb,

Uçardım anam Təbrizə,

Dinim-imanım Təbrizə.

Qalxardım Ərk qalasına

Üz tutardım bu torpağın

Minlərlə ər balasına.

Deyərdim ki, olmaz belə

Hardasız, qan qardaşlarım?!

Haydı, gedək o sahilə,

Birgə girək svaşlara.

Birgə girəyin Şuşaya.

Birgə alağın Laçını

Biz birgə olsaq Xudaya,

Çox-çox müşgüllər açılar.

Çox bağlı yollar açılar.

Bu qədər qardaşı olan,

Söylə, meydanda tək qalar?!

Qardaş qardaşına görən

Hansı gündə gərək olar?!

Hansı gündə kömək olar?!

Çox qırıb kəsdilər bizi,

Biclər, bədəsillər, qardaş,

Təkləyib əzdilər bizi,

Hələ də əzirlər, qardaş!

Babamız Xətai hanı,

Bu tay od, alov içində.

O tayın üzülür canı,

O tayda girov içində.

Heyif, tez getdi, xalqını

Yedilər qurdlar içindən.

Axır bizi ayırdılar,

O bölgüdən, aman qardaş.

Hicran ilə doyurdular

Yadlandıq, o vaxtdan, qardaş

Olduq ona-buna yamaq.

Bu nə tale-bəxtdir, qardaş?!

Yox bizimtək bəlalı xalq,

Dünyanı gəz axtar, qardaş,

Para-para oldu ölkə,

Səsimiz Allaha çatdı,

Nə günə qalmışıq gör ki,

Guya gələcəklər yadlar

Uzaq, yaxın ölkələrdən:

Kömək duracaqlar bizə?!

torpaq vermişik əldən,

Geri alacaqlar bizə?!

Yadlar gərəkdir nəyimə,

Sən mənə gərəksən, qardaş?!..

Bəs sən mənim köməyimə,

Haçan gələcəksən, qardaş?!


XIV
Qaçqın dövrüdür xalqımın,

Köçkün dövrüdür xalqımın.

Od, ocaq dəlisi olub,

Yurd, yuva Leylisi solub,

Məcnun dövrüdür xalqımın.

Səhralara üz tutubdur,

Heyvanları dost tutubdur.

Qurdla, quşla qol boyundur

Bu nə faciə, oyundur.

Sürgün dövrüdür xalqımın?!

Eşidən yox bu harayı.

Mağaradan çıxmış idi,

Dönür yenə mağazaya,

İlkin dövrüdür xalqımın…

Qaçqındır şəhərim, kəndim…

Üstəlik iki ildəcə

Qaçdı iki prezidentim.

Qaçqın doğulmuşuq məyər,

O daim bizə yoldaşdı.

Biri cumdu Kələkiyə,

Biri Moskvaya qaçdı.

Əkil-əkil əkildilər

İş çətinə düşən kimi

Köpük kimi çəkildilər

Əzildilər həşəm kimi.

Xalqın ümidləri sındı,

Qaldı naçar, özbaşına.

Biri yadlara sığındı,

Biri qohum-qardaşına.

Özün hifz et, bizi tanrı,

Vaşçı qorxaq olan yerdə?!

Xalqın can qoruyanları,

Can qeydinə qalan yerdə?
XV
O dünən hökmran idi,

Bir sahibi fərman idi.

Deyirdi vətən oğluyam

Cavanşirəm, Koroğluyam.

Onun qarantı tək mənəm

Düşmənlərinə düşmənəm,

Yağılarına yağıyam,

Bu millətin dayağıyam.

Deyirdi mənəm ixtiyar

Mənəm bu ölkənin şefi…

Əlində idi ordular,

Bir də ki, xalqın taleyi,

Göz görə, açıq-açığa

Satdı Şuşanı, Laçını

Şəxsi dövlət, sərvət kimi…

Ölkəni etdi yarıcan,

Sonra da çıxdı aradan,

Asta qaçan namərd kimi…

Qanını sordu xalqının,

Yenə də xalqdan dəm vurur.

İçdən çox vurdu xalqını,

İndi yad ölkədən vurur.



XVI
Bu da mənsəb sahibiydi

Çox qanlara bais oldu.

Çox xəyanətə səbəbkar.

Çox cinayətə səbəbkar.

Qarabağda açıq-aşkar

Vətəni hərraca qoydu,

Onun da peşəsi buydu,

Peşəsi vətən satmaqdı,

Doğma xalqı aldatmaqdı.

Bu başsız da belə başdı…

Bu nankor, fırıldaq, kələk

Gördü ki, ələ keçəcək,

Elə itdi, elə qaçdı,

Bir gördüm deyən olmadı.

Əhli, əyalı arvadı,

Onunla çıxdılar qeybə,

Tövbə beləsindən tövbə.

Özüylə milyon apardı

Yad himayəsində qaldı.

Yadlara imdad gətirdi,

Ayrı famil, ad götürdü.

Səsində tonu dəyişdi.

Üz quruluşunu dəyişdi.

Uzun bir saqqal buraxdı,

Gözlərinə eynək taxdı,

Bir az gülüşün dəyişdi,

Bir az yerişin dəyişdi,

Bir az duruşun dəyişdi,

Ev dəyişdi, dam dəyişdi,

Neçə yol ünvan dəyişdi.

Amma ki, ən ağır yükdən

Özün dəyişə bilmədi.

Yad yerdə də xainlikdən,

Bir ayrı peşə bilmədi…


XVII
Əsil oğul dar məqamda

Durar xalqın qabağında.

Lap öz güllə payını da,

Alar xalqın qabağında.

Doğransa da dilim-dilim,

Suçu, günahı çox isə,

Boynuna ölüm kəndirin

Salar xalqın qabağında.

Qəlbində qara yox isə,

Qəlbini ikiyə bölüb,

Yarar xalqın qabağında,

Özünə kişi deyən kəs

Gedib yalmanmaz, əyilməz

Özgə xalqın hüzurunda

Kənar xalqın qabağında.

XVIII
Sərtdir, misralarım sərtdir,

Sərtdi-məni qınamayın.

Məni danışdıran dərddir.

Dərddi-məni qınamayın.

Anam məni şair doğub,

Yalan söz yaza bilmirəm.

Yad əllərdir torpağım,

Mən buna dözə bilmirəm.

Vətən dönüb qurbət olur,

Nəyi varsa talan olur.

Yalanlar həqiqət olur,

Həqiqətlər yalan olur…

Bir tərəfdə üzülənlər,

Dolub bazara, küçəyə,

Bir tərəfdə kazinolar,

Milyon qırpır bir gecəyə,

Varım, dövlətim nə qədər.

Yeraltı sərvətim saysız,

Yer üstü sərvətim saysız.

Malımı yeyir özgələr,

Qalmışam qismətsiz, paysız.

Yadlar aparır dərd yarı,

Öz talançılarım lap çox.

Bunlar düşməndən də bizə

Pisdilər, dözə bilmirəm.

Özümüzün özümüzə,

Qəsdinə dözə bilmirəm…

Bu da təzə dəbdi düşüb,

Bəzi-bəzi xain, düşük

Millətin belə dövründə,

Qoçu saxlayır evində,

Cangüdən tutur özünə…

Nə deyəsən beləsinə,

Nə qızarır, nə utanır,

Zirehlənmiş maşın alır,

Topdağıtmaz saray alır,

Xaricilərdən pay alır,

Kömək alır, dəstək alır,

Bu xainlik «ustalar»ı.

Mən onları görəndə bil,

Dişlərim dişimi kəsir.

Azərbaycan əldən gedir,

Bunlar cangüdənlə gəzir.

İtirdik çox ərənləri,

Onlar insan deyildi bəs?!

Yanvarda can verənlərin,

Canları can deyildi bəs?!

Canları can deyildi bəs,

Minlərlə şəhid, müqəddəs,

Sinəsini edib səngər,

Düşmən ilə girdi cəngə.

Onlar sağdır nəzərimdə

Xalqın ölməz oğlu kimi.

Amma ki, siz, amma ki, siz

Şəhid qanıyla sulanan,

Ruhlarına yuva olan,

Bu torpağın üzərində

Cangüdənlə gəzirsiniz

Xain, xoflu oğlu kimi?!

Baş verərəm haqqın yolunda

Qoy yazım yeridir, yeri,

Çox əsrlər gəlib gedib.

Daima xalqın yolunda

Adilər canını verib

Alilər canını güdüb.

Qəribə dövrdü vallah

Ayıbdı, bizlərə ayıb

O boyda Sabirin allah,

Qeydinə qalan olmayıb,

Oyatmaq istəyib Sabir

Əsr-əsr yatanları.

Dələduz, şarlatanları.

Millət, vətən satanları.

Sürüylə boşboğazları,

Ondakı müftəbazları,

İndiki müftəbazları,

Nadanları, dayazları,

Ondakı yerlibazları,

İndiki yerlibazları,

Hər cür yalançı bütləri,

Ondakı ağlı kütləri,

İndiki ağlı kütləri.

Güvənib sözün gücünə

Başına daş yağa-yağa

Söküb millətin içini,

Açıb töküb ortalığa…

Yanıb ciyəri dağ olub,

Yolundan dönməyib yenə,

Yüzlərlə nadan yığılıb.

Cumub Sabirin üstünə…

Kimsədən qorxmayıb yazıb

Səsini aləmə yayıb.

Cangüdən bir yana qalsın

Heç onu sayan olmayıb.

Yüzlərlə cahil, yaramaz

Düşmən tək baxıblar ona.

Ölüm yatağında bir az

İanə yığıblar ona,

Sabiri əsrlər əyməz

O xalqın ruhu, vicdanı

Onun bir telinə dəyməz

Min-min cangüdənin canı.

O boyda şeyx Nizaminin,

Bəlkə xəncəri olmayıb.

Dünya sevib kəlamını

Sözdə bənzəri olmayıb.

Zaman cangüdəni olub,

Nizami düha, uludur…

İndi hər dəyərsiz durub

Özünə cangüdən tutur.


XIX
Bu söz də yanır bağrımda,

Bu da ən böyük ağrımdır,

Çox qədim tarixi olan,

Dühalar sahibi olan,

Ağlıyla Şərqi fəth edən,

Nadanlıqları rədd edən,

Tusi tək dahisi olan,

Ulu Xətaisi olan,

Yüz-yüz istedadı olan,

Tarixlərdə adı olan,

Öz yeri, öz səsi olan,

Ölməz Nəsimisi olan,

Nüfuzu, xətiri olan,

Möminəxatunu olan,

Sivil xalqın biri olan,

Elmi, təfəkkürü olan,

Şərdən, sənətdən zəngin,

Qüdrətdən, fitrədən zəngin,

Əlində misri qılıncı,

Qanlar kəsməkdə birinci,

Qanlar tökməkdə sonuncu…

Füzuli, Natəvan, Cəlil

Anlaya bilmirəm hələ,

Niyə hamı görə-görə…

Əsrlərlə qazanılan,

Xalqın ümid yeri olan,

Deyərlər bata gözündən,

Millət ayrıla, özündən,

Ola alverçi, möhtəkir…

Ola cəhalət qurbanı,

Dükan bazar-pasibanı.

Altında da döşəkcəsi,

Ola saqqız keşikcisi,

Tursik, tuman satıcısı,

Məslək, iman satıcısı,

Ola cahil, ola kölə,

Vətəni cibində görə…

Hər şey alına, satıla

Millət dönüb zillət ola

Ola özünün qatili.

Ay əziz qardaş-bacılar,

Bu əsil milli faciə,

Bu əsil fəlakət olar.

Bu dərd dövr edir qanımda,

Bu hər bir dərddən betərdir.

Heçdir bu dərdin yanında,

Çox-çox nisgillərim, dərdim.
XX
Şair, bir az dərin düşün,

Sarsılmasın eşqin, gücün,

İnamın itməsin, şair.

Özünü qısıb, eləmə,

Həyatda küsüb, eləmə

Oxu, gəlsin səsin şair,

Gəl, ruha, cana gəl, şair.

İnamlı zəmanə gəlib

Sən də inama gəl, şair.

Vətən, torpaq satanların,

Daxili şarlatanların,

Cahillərin, nadanların,

Yad kölgədə yatanların,

Əli qana batanların,

Ta axır günüdür, şair…

Nə qədər baş kəsən vardı,

Onlarda batıb itdilər.

Top-tüfənglə gəzən vardı

Gedər-gəlməzə getdilər.

Xalqa başsızlar baş idi,

Qan-qan deyirdi azğınlar!

Məmləkət yağlı leş idi,

Qonmuşdu qarğa-quzğunlar

Bu yağlı leşin üstünə.

Qalxmışdı dava-qırğına,

Qardaş qardaşın üstünə,

Oğul atanın üstünə…

Gündüzün günorta vaxtı,

Görürdün silahlı azğın,

Cumur adamın üstünə…

«Kişi» ova, keyfə çıxıb,

Ta onlar da qeybə çıxıb,

Şair, fikirləş dərindən,

Yüz-yüz bağlı qapı vardı.

Xalqın başı üzərində,

Olum-ölüm xofu vardı,

Yox olmaq həddində idik,

İnsanları axşam-səhər,

İzləyirdi vahimələr

Qorxu kəməndində idik.

Biz lap yaman gyndə idik,

Gülürdülər yazarlara…

Üzümüzə baxan yoxdu…

Sənət ölmüşdü azqala,

Ona qəhmər çıxan yoxdu…

Şeri, sözü, şairi,

Mirzə Cəlil, Sabiri,

Eyləyirlər daş-qalaq.

O keçmiş quruluşdan yazıb

Şair deyil, yalançılar.

O Leninə dastan yazıb

Demək bizə yabançıdır.

Yaxşı yazıb, yaman yazıb,

Gözəl yazıb, əsas deyil.

O da oktyabrdan yazıb

Zibilliyə tulazdayın.

Bunun da çoxdur nöqsanı,

O vaxt çox titullar alıb,

Demək, xalqı istəməyib,

Nə deyiblər onu çalıb.

Sovet Azərbaycanının,

Himnini o bəstələyib.

Bu lap ağdan da ağ idi,

Fitnəyi, məkr idi bu da…

Xalqın ruhun qırmaq idi,

Mənəvi qətl idi bu da,

Şair, fikirləş dərindən,

Qov, başından dərdi, qəmi…

Yox olub itə bilərdik

Qədim latın xalqı kimi.

Şükürlər olsun Allaha,

Bəxt bizlərə sarı gəldi

Salamat çıxdıq sabaha,

Elin havadarı gəldi.

Bu tarixdir, həqiqətdir

Bu bər-bəzəkli söz deyil,

Bunu soruşun millətdən,

O daha doğru düz deyər.

Bu, tarixdir, həqiqətdir,

Gəlişi gözəl söz deyil

Daha yazıq anaların

Saçı vaxtsız ağarmadı.

Daha şəhid məzarları,

Surət ilə çoxalmadı.

Azalmadıq qoşun-qoşun

Hər gün dağılıb-sökülüb,

O şəxsin böyüklüyünü,

Siz şairlərdən soruşun,

Şairlər daha düz deyər!

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə