İnsani tanimaq olmur şAİr ləyaqəTİ




Yüklə 1.24 Mb.
səhifə7/9
tarix22.02.2016
ölçüsü1.24 Mb.
1   2   3   4   5   6   7   8   9

On dörd il yol gələn Ayan…
Bəli, on dörd illik fasilədən, həsrətli gözləmələrdən

sonra, ən yeni tibbi soraqların, müayinələrin,

müalicələrin nəticəsində abırlı, həyalı, son dərəcə

fədakar, dözümlü gəlin qızım Lalənin allaha

minşükür övladı oldu. Adını da Ayan qoydular. Nəinki

tibb elmindən o qədərdə başı çıxmayan bizlər-yəni

əzizlər, qohumlar, yaxınlar, hətta uşağın ana bətninə

düşdüyü ilk vaxtdan başlayaraq ta son ana qədər

inkişafına, doğuluşuna nəzarət, diqqət edən, məsul

olan bu sahənin nadir mütəxəssisləri həkimlər belə

onun dünyaya gəlişini heyrətlə qarşıladılar, körpəni

möcüzə adlandırdılar. Mənim isə necə fərəh, qürur

hissləri keçirdiyimi yalnız şerlə ifadə edə bildim…
Sənə on dörd qurban kəsim,

On dörd il yol gələn, Ayan…

Zaman-zaman uzaq gəzib,

Axır bizə gələn, Ayan…

Səni tutmaram bərabər,

Hər doğulan uşaq ilə.

Səni on dörd il sərasər,

Axtarmışıq çıraq ilə…

Dua qalmayıb etməyək,

Ümid qalmayıb hörməyək…

Loğman qalmayıb etməyək,

Ocaq qalmayıb görməyək.

Gözlərimiz yolda qalıb,

Qulağımız səsdə olub.

Nənələr qadanı alıb,

Həsrətindən xəstə olub…

Babalar üzə vurmayıb,

İçəridən çəkib, Ayan…

Hamının səadət payı,

Mələklər mələki, Ayan…

Ürəklər ürəyi, Ayan…

Sənə nə söz yazsam azdı,

Təzə parlayan ulduzum,

Möcüzəyə inanmazdım,

Diri möcüzəsən quzum…

On dörd ildən sonra anan,

Bala aldı qucağına.

Sonası sonası anan,

Bala aldı qucağına…

Atan gec-tez gələr deyib,

Özünü mətin saxladı,

Aylar ilə, illər ilə.

O iki sevən ürəyi,

Körpə əllərin bağladı,

Daha möhkəm tellər ilə…

İlki oldun bu birliyə,

Körpü oldun bu birliyə…

İki qəlbin hərarətin

Duyan Ayan…

Məhəbbətdjən yoğrulubdur

Mayan, Ayan…

Əvvəl-əvvəl ümidlərlə

Doğulmusan,

Sonra həqiqət olmusan…

Sən həm qızsan, həm oğulsan,

Həm balasan, həm anasan,

Həm saysız, həm yeganəsən,

Ay timsallı əfsanəsən,

Ay aya oxşayan, Ayan,

Anaya oxşayan, Ayan,

Ataya oxşayan, Ayan,

Bir suyuda babaya,

Oxşayan, Ayan…

Qoy bunu da deyim sənə,

Yada əziz kəslər düşür…

Nakam Səfurə nənənə,

Sənin bu ulu gəlişin,

Yəqin olub, əyan, Ayan…

Bir azca da nənələrə

Oxşayan Ayan…

Hətta ölən əzizlərə

Fərəh bağışlayan, Ayan…

İncə, zərif tellərinlə,

Dil bilməyən dillərinlə,

O cubbulu ürəyinlə,

O üç kiloluq çəkinlə,

Gül eşqilərinlə, ağınla,

Hıçqırıb, qışqırmağınla,

Hayınla sən, huyunla sən,

O bir qarış boyunla sən,

Nəsillərin soy-kökünü

Polad sapla saplayırsan,

Hamımızı sən bu günü,

Bir işığın şöləsinə

Toplayırsan…

Mənim gözəl, Ayan, qızım,

Düz on dörd il gündüz-gecə,

Gümanlardan, inamlardan keçə-keçə,

Gör nə boyda yol gəlmisən,

Gülüm, qönçəm,

Ayan, qızım,

Gör nə boyda yol gəlmisən

Bir az dincəl,

Ayan, qızım…


1998

Eşq, məhəbbət yaşayırsa
Nə zaman ki, rast gəlirəm qoşa-qoşa gəzənlərə

Bir-biriyçin yerdən çiçək, göydən ulduz üzənlərə

Sevgi üçün hər cəfaya, hər əzaba dözənlərə

Düşünürəm bu cahanda müqəddəslik yaşar hələ

Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.
Qoca olsun, cavan olsun, zərrə qədər fərqi yoxdur.

Kim ki, tənha yaşayırsa ruhu yoxdur, qəlbi yoxdur.

Xilqət üçün eşqdən böyük himn yoxdur, şərqi yoxdur,

Kifiri də sevən olsa açar, gözəlləşər hələ

Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.
Onun üçün nə millət var, nə qanun var, nə sərhəd var.

Ayaqları sayalıdır, onda xeyir-bərəkət var

O cahanda hökmransa ədalət var, hürriyyət var,

O yox isə müdrik şəxslər ləyaqətdən düşər belə

Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.
Onun adı çəkiləndə Əsli Kərəm yada düşür.

Leyli Məcnun yada düşür, dərd-ələm yada düşür.

Füzuli tək yanar ürək, sirli aləm yada düşür

Onu məğlub etməyibdir nə bir zülüm, nə şər hərə

Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.
Onu nə var, nə də zinyət əvəz edər bu dünyada.

Nə bir sərvət, nə bir qüdrət əvəz edir bu dünyada.

Məhəbbəti tək məhəbbət əvəz edir bu dünyada

Ondan qeyri-dəyərsiz min cür ləli-cövhər hələ

Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.
Sən ona can vermisənsə, verəcəkdir o sənə can,

Qanımızda, canımızda çağlayır oq ölənəcən

Axırıncı nəfəsəcən, əzrayıl görənəcək

Bizlər gəldi – gedəriyik o əbədi yaşar hələ

Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.
1990

Bir vaxt bu dünyada sən yaşayırdın
Bir vaxt bu dünyada sən yaşayırdın

Onunçün bu dünya qardaşdı mənə…

Hər qəmi, sevinci bir daşıyırdıq

Könüldaşdın mənə, dildaşdın mənə.


Yurd-yuvalı məni edən sən idin,

Mənə ünü, səsi yetən sən idin,

Çaşdım mənə yol öyrədən sən idin,

Ömürdaşdın mənə, yoldaşdın mənə…


Gör kimin əzizi, kimsəsiydim mən,

Ən sadiq, ən məhrəm bir kəsiydim mən,

Anamın tək oğlu bircəsiydim mən,

Arkadaşdın mənə, qardaşdın mənə…


İlk dəfə tutanda titrək əlindən

Bilməzdim həyatda varmış ölüm, qəm

Göylərin müqəddəs, mələklərindən,

Elə bil yadigar qalmışdın mənə…


Otuz il yaşadıq nəfəs-nəfəsə

Bir cüt bül-bül kimi verdik səs-səsə

Üç ər qoyub getdin nəslimizə

Onlar səndən qalan bəxşişdir mənə…


Mənsiz dözəmməzdin bəs neçə ildir,

Mənsiz bu dünyadan əbədi köçdün?!

Bəxtimə tənhalıq taleyi düşdü

Sən getdin bu aləm yadlaşdı mənə.


Kim dözər bu boyda zülümə, yarəb

Gəl bax, yalqız keçən günümə yarəb

Mən nə eyləmişdim ölümə yarəm

Ölüm bu yaşımda savabdı mənə.


1998

Bu, mən sevən gözəl deyil…
Həmin qaşdı, həmin gözdü,

Amma bu, o gözəl deyil.

Həmin səsdi, həmin sözdü,

Amma bu, o gözəl deyil…


Həmin qəşənglik, zəriflik,

Həmin xal, zənəxdan, kirpik,

Həmin o coşqunluq, kürlük,

Amma bu, o gözəl deyil…


Həmin çənə, həmin yanaq,

Həmin sinə, həmin buxaq,

Həmin o boy, buxun, ayaq,

Amma bu, o gözəl deyil…


Həmin o göyərçin əllər,

Həmin o göz oxşayan tellər,

Həmin o can alan dillər,

Amma bu, o gözəl deyil…


Həm odur, həm özgəsidir,

Bəlkə oxşar nüsxəsidir,

Bəlkə elə kölgəsidir,

Amma blu, o gözəl deyil…


Lap dünya yığıla, gələ,

Təzədən doğula, gələ,

Sərraflar desələr belə,

Bu gözəl, o gözəl deyil…


Onda ikilik yox idi,

Baxışlarından oxudum,

Ona yad nəfəs toxunub,

Bu mən sevən gözəl deyil.


1997

Mən sənsiz dura bilmirəm
Sən mənsiz durursan necə,

Mən sənsiz dura bilmirəm,

Sən qarşı yer-göy uca,

Qəzəbli ola bilmirəm…


Sənsiz uçmuş yurd kimiyəm,

Közü keçmiş od kimiyəm,

Bir tənha bulud kimiyəm,

Boşalıb dola bilmirəm…


Sən nəfəsim, odum, havam,

Sən dərdim, dərmanım, davam,

Əlinlə qurduğun yuvam,

Dağılıb qura bilmirəm…


Çalxalanır dərya içimdə,

Ölüb hər məna içimdə,

Tənhayam dünya içində:

Yaşaya, ölə bilmirəm…


1995

Sizə də məhəbbət qismət olayda…
Bir vaxt mən sevildim, sevdim, insanlar,

Sizə də məhəbbət qismət olaydı.

O ulu duyğular kənkəşanında,

Sizə də kaş uçmaq qismət olaydı…


Siz də bu tanrıya əyiləydiniz,

Siz də sevəydiniz seviləydiniz,

Siz də aşiq kimi deyiləydiniz,

Bu ad ömrünüzə ziynət olaydı…


Yalnız eşq eləyir insanı insan,

Onsuz hər bir insan cismani insan,

Onunla anlayır dünyanı insan,

Hamıda kaş belə qüdrət olaydı…


O yaşa baxmayır, sinə baxmayır,

Mənsəbə baxmayır, çinə baxmayır,

İqrə, etiqada, dinə baxmayır,

Aşiqlər kaş eyni millət olaydı…


Cahana aşiqlər olaydı hakim,

Ərzin iftixarı, tanrısı, şahı,

Mən də o dövlətə olaydım sakin,

Bir kəsə nə sərhəd, və sədd olaydı…


2000

Mən necə yaşayım ölü günləri
Sən məni təkliyin aldın əlindən,

Təzədən təkliyə düçar elədin.

Özün kövrəkliyin alıb əlindən,

Özün kövrəkliyə düçar eylədin.


Ömrümün, günümün bu qurub çağı,

Rühümda baharı göyərdə bildin.

Könlümdə qaralan odu, ocağı,

Təzədən yandırıb közərdə bildin…


Təzədən açıldı qolum, qanadım,

Təzədən od aldım sənin odundan

Hətta saçlarıma məhəl qoymadım,

Hətta yaş həddi də çıxdı yadımdan…


Qələmi, dəftəri qoydum bir yana,

Az qala ilhamı yaddan çıxartdım…

Səpdim günlərimi ayaqlarına,

Adınla oyandım, adınla yatdım…


Demə bu məhəbbət, demə bu sevgi,

Ötəri hiss imiş, ötəri həvəs…

Yox imiş təməli, yox imiş kökü,

Dəyəri bir qara qəpiyə dəyməz…


Özün bu sevdaya sövq etdin məni,

Sonra öz əlinlə özün dağladın.

Özün bu hicrana öyrətdin məni,

Özün bu kitabı açdın bağladın…


Özündə axırda dandın sözünü,

O andlar, imanlar de harda qaldı?..

Sən getdin yollardan çəkdim gözümü,

Sən getdin gözlərim yollarda qaldı…


Yenə dəfuş oldum qəmə, əzizim,

Soldu bağçalarım, soldu güllərim.

Tənhalıq ölümmüş demə, əzizim,

Mən necə yaşayım ölü günləri?..


Dünyadan əgər ki gələcəkdik niyə gəldik?..

Yaxud da var ikən itəcəkdir niyə gəldik?..

İlk mənzilimiz oldu müqəddəs ana bətni

Sonra eyləyib zührü bu köhnə evə gəldik.


Beş gündür bu dünya dedilər müdrik adamlar.

Yəni onu beş günlüyə biz görməyə gəldik?

Yarəb, qara bir qarğaya verdin neçə yüz il,

Vallah buna lap əzrayılın gülməyi gəldi…


Amma bəşər övladını çox erkən apardın,

Hərçəndi ki, dünyaya biz allah deyə gəldik?..

Dünya da nə dünya, gedəni ağlar apardı,

Siz eylə hesab eyləməyin ki, kefə gəldik?


Vur-çıx ömrümüzü dövrü-zəmanə

Bəmdən zilə qalxdıq və əlifdən beyə gəldik…

Cabir, bu həyatda yaşamaq üçün doğulurkən

Bunca yaşamaqdan daha çox ölməyə gəldik…


1997

***
Hardan aldın, Ağaxan, sən belə heyrətli səsi?

Qarşısında o səsin mən qolu bağlı bir əsir…

Ürəyindən süzülür, ya ki, qanından tökülür,

Tanrıdan yoxsa gəlir zəngüləsi, zümzüməsi

Oxşayıb zövqümü çox incə, şirin cəhcəhlər,

Vicdana and içirəm dadmamışam bir beləsin…

Sanki dünyadı bu səs dalğası çox, tufanı bol,

Onun öz sahili var, öz durumu, öz ləpəsi…

Eşidənlər bu səsə məftun olur, heyran olur,

Sənətin zirvəsidir, ustalığın möcüzəsi…

Onda sevgi dəmi var, onda məhəbbət alovu,

Ruhun o təntənəsi, vəlvələsi, zəlzələsi…

Bilmirəm heç nə cürə məğzin açım, xırdalayım,

Çox dərindir bu səsin sehri, gücü, fəlsəfəsi…

Dirilərsən deyirəm bəlkə də Cabir Novruz,

Torpaq altında belə bir gün eşitsən bu səsi.




İxtiyarım olsa idi…

(poema-ittiham)

Nə zamandır Qarabağı və neçə-neçə digər yerləri düşmən tapdağında qalan, bir milyondan çox yurd-yuva, ev-eşik dərbədəri olan, adı-sanı xar olan bir şair, bir vətəndaş, bir azərbaycanlı, kimi gecə-gündüz yanıram, qovruluram, düşünürəm, danışıram, az qala öz içimdə boğuluram. Ən sarsıntılı vaxtlarımda gümanım qələmimə çatır, ona pənah gətirirəm. Neçə vaxtdır bu poema sətir-sətir, misra-misra içimdə bir həyəcan təbili, bir vətən harayı, düşmənə qarşı bir nifrət, bir intiqam çağrısı kimi fəryad qoparır, «məni yaz» deyir.



Bütün ruhuma, canıma, varlığıma çökmüş, hopmuş, hər sözü, nidası, sualı içimdən bir göynək, bir qəzəb, bir hökm-fərman, bir ittiham kimi qopur, daha doğrusu, o məni yazır.

Yazdıqca qəzəblənirəm, qəzəbləndikcə yazıram. Az qala özüm-özümlə davaya, müharibəyə, cəngü-cidala girirəm. Son misrasını bitirəndə narahatlığım bitməyir. Ona təzədən dönürəm, onu təzədən şumlayıram, ələk-fələk edirəm. Fəsillər, sətirlər içində yanıram, ehtiraza gəlirəm. Öz əllərimlə öz yaxamdan tutub özümü sual-cavaba çəkirəm. Özüm-özümə müraciət edirəm. Neçin biz bu günlərə qaldıq, dünyanın naçar, faciəli xalqı olduq? Türkmənçayda bizi nəhəng, bir naqqa balığı kimi ikiyə parçaladılar, az qala səsimiz çıxmadı. Dərbəndimizi, Narın qalamızı bizdən aldılar, heç tükümüz dəbərmədi. Bütün XX əsr boyu milyonla yaxın həmyerlimizi bədnam qonşularımız soyqırıma məruz qoyub öz tarixi vətənlərindən Qərbi Azərbaycandan vəhşicəsinə qovdular, bu faciəmizlə də qol-boyun olduq. Minlərlə qardaş bacılarımızı, millətimizin evladlarını o tayda asıb, bu tayda kəsdilər, bəzən buna içimizdə olan satqınlarımızda fitva verdilər. Bəs razılaşmadığımız nə olub, nəyə olub? Əslində heç nəyə. Sayca da, tarixcə də, torpaqca da, maddi sərvətlərcə də zəngin və böyük xalq ola-ola həmişə özümüzü kiçik kimi aparmışıq, ən aşağı yerdə oturmağı özümüzə rəva bilmişik. Bütün dövlətlərdə də kiminsə, hansı böyüyünsə qoltuğuna sığınmışıq, kimlərinsə yedəyində getmişik. Neçin axı belə olub? Bizim axı nəyimiz çatışmayıb? Bir ucu Dərbəndə, digəri Zəncana söykənən məmləkətimiz olub. Sayı 50 milyondan çox xalqımız, cüssəli, boylu-buxunlu oğullarımız var, qeyrətli qadın və qızlarımız çoxdur. Bu məmləkətdə quş südündən tutmuş qızıl-gümüş mədənlərinəcən, təbiətin bütün mümkün olan iqlimlərinəcən, zəhmətkeş adamlarından tutmuş, dahi, mütəfəkkir, böyük siyasi, hərbi xidmətlərinəcən, saysız-hesabsız yeraltı-yerüstü, sualtı, suüstü zənginliklərinə, təbii sərvətlərinəcən hər şey olub, yenə də mövcuddur. Allah bizə dözüm, iradə, qeyrət, namus, ləyaqət, səxavət, geniş ürək verib. Bəli Allah bu xalqdan heç nə əsirgəməyib. Bəs bu qorxuaqlar, xainlər, namərdlər hardan peyda olublar? Bəs niyə belə olub, sual dalınca sual gəlir. Niyə xalqın çətin günündə Vəlimiz bir yana, əlimiz bir yana çəkib? Niyə mənsəbi, tamahı, vəzifəni, mənəmmənəmçiliyi, şəxsi mənfəəti hər şeydən, hətta vəzifədən də yüksək tutmuşuq? Niyə xalqa xidməti, millətə xidməti özümüzə, arvadımıza, uşağımıza xidmət kimi başa düşmüşük? Bəzilərimiz vəzifə, ad-san yolunda hətta vətəni, torpağı, milləti satıb, bu gündə belələri içimizdə az deyil. Ona görə də məkrli düşmənlərimiz həmişə bizi bölüb parçalayır. Bu gündə yağı bu xasiyyətimizdən istifadə edir, bizi yenidən kəsir şaqqalayır. Yetər, bu qədər parçalanmaq, bölünmək, az qala öz varlığını itirmək. Yetər çoxa layiq olduğun halda aza qail olmaq. Bu da həqiqətdir ki, artıq Azərbaycanın bu tayında hürriyyət küləkləri əsir, bizim ən böyük tarixi qələbəmizdir, amma o da ala-yarımçıqdır. Necə ola bilər ki, əsas hissəsi əsarətdə olan məmləkət tam azad olsun. Bu gün sənə də tale, zaman tam azad olmaq, birləşmək, nəhəng bir ölkəyə çevrilmək şansı verib, o taylı, bu taylı xalqım, vətənim. Mən inanıram ki, bu tayda tezliklə erməni gürzələrinin başını əzib öz xərabələrinəcən qovub işğal olunmuş torpaqlarımızın hər bir qarışını onlardan azad edəcəyik. Mən inanıram ki, bu tayın Azərbaycanı keçid dövrünün bütün çətinliklərini arxada qoyub yaxşı günlərə qovuşacaqdır. Amma bu dediyim kimi, ala-yarımçıq bir hürriyyət olacaqdır. Çünki Azərbaycan yalnız və yalnız o taylı-bu taylı Təbrizli, Bakılı, Dərbəndli, Göyçəli, vahid bir xalqa, məmləkətə çevrilməsə tam, azad, xoşbəxt ola bilməz. Bu gün kimi aydın həqiqətdir. Bütün bu qəribə, ibrətamiz inamlarımın və ağrılı tərəddüdlərimin, təəssüflərimin təsiri altında «İxtiyarım olsa idi» poemam yaranıb. Bu əsər zəmanənin balasıdır, onun bəhrəsidir, son illər qəlbimdə çağlayan haraylarımın, heç vaxt məni rahat buraxmayan vətənə, torpağa, millətə sevgimin əks-sədasıdır. Əsərin bir adı da – «Poema ittiham»-dır. Bu istər xarici, istər daxili düşmənlərimizə, eləcə də özümdən başlayaraq hamımıza şerlə oxuduğum hökmdür. Doğuluşu, ideyası 88-ci ildən ermənilərin Dağlıq Qarabağa qarşı qaldırdığı ixtişaşlardan başlayıb. O illərlə, aylarla varlığımda cümlə-cümlə, gilə-gilə, nöqtə-nöqtə doğulsa da, özü isə bir nəfəsə, az qala bir oturuma yazılıb. Amma əsərdə poetik nəfəs, poetik əhval-ruhiyyə ölkədə son illər tez-tez baş verən, dəyişən, olduqca təzadlı, kəskin siyasi-ictimai hadisələrdən asılı olaraq dəyişmiş, məcradan-məcraya, haldan-hala düşmüşdür. Ona görədə bəzi fəsillə, yürütdüyüm mülahizələr arasında təzadlar, poetik toqquşmalar mövcuddur. Ona görədə bu əsər onsuzda çox nikbin olmayan yaradıcılığımın, ana şerimin ən ağrılı, ən qəzəbli balasıdır. Onun bir nəfəsə yazıldığı üçün vəznini dəyişə bilməmişəm, daha doğrusu səkkiz hecalıdan ayrıla bilməmişəm. Burda referenlər, təkrirlər, xalqa, tanrıya, yerə, göyə, özümə, zəmanəyə, tarixə, ölülərə, dirilərə, şəhidlərə, vətənə, tapdaqda qalan torpaqlarımıza, keçmişə, bu günə, gələcəyə, xainlərə, satqınlara, daha nə sayım, nələrə, kimlərə birbaşa müraciətim çoxdur və bu da mənim digər yazılarımda da tez-tez istifadə etdiyim poetik gedişlərdir.

I
Sizdən soruşuram, sizdən

Dərdi mənə yaxın olan

Belə ağır günümüzdə

Bu qədər çal-çağır olar?!

Belə unutqanlıq olar,

Bu qədər hədyanlıq olar?!

Torpaqlar al qan içində,

Ekran toy-bayram içində.

Analar ah-vay içində,

Efirsə bay-bay içində.

Bu həqiqətmi, yuxumu,

Biz yoxuq, var olan yerdə.

Oxuyan necə oxuyur

Yurd tarımar olan yerdə?!

Necə yaşayıb-ölürük.

Qarabağ xar olan yerdə?!

Necə deyirik, gülürük,

Şuşada sar olan yerdə?

Laçını əsir olanlar

Necə sevinir, görəsən?!

Suçlu, müqəssir olanlar,

Necə sevinir, görəsən?!

Çadırlar naləli, neyli

Qaçqınlar fəraq içində.

Bizsə zurna piləyirik.

Hər gün kef-damaq içində.

Bir milyon vətən məcnunu,

Yaşayır soraq içində,

Yaşayır güman içində,

Qurd-çayan, ilan içində…

Donuz çıxıb təpəmizə

Btz hələ gənc öyrənirik.

İndi-indi, təzə-təzə,

Vətən sevmək öyrənirik.
II
Balaca xalqın nə qədər,

Vəkili, ağası olar?!

Nə qədər maldar, dükanlar,

Nə qədər mağaza olar?!

Gəlin, bir ölçəyin, gəlin.

Bu milləti yeyənlərin,

Bu milləti sökənlərin,

Bu boyda qarnı olar,

Nə boyda ağızı olar?!

Belələri həddin aşıb,

Hərə də bir yana çəkir.

Hamı da xalqa daraşıb,

Xalq da ki, zəbanə çəkir.

Ölkəni soymaq yarışı,

Satıb-sovurmaq yarışı

Görəsən, haçana çəkər?!

Gündə yüz budka qururlar,

Düz şəhərin beşiyində.

Vətəndən sayıq dururlar

Saqqızların keşiyində.

Küçədə səngər qururlar

Ərzaqların yeşiyindən.

Camaat axır bazara,

Alver dönüb köləliyə.

Kimdə vətən qeyrəti var,

Çıxsın görək irəliyə.

Görək nəyə yarayırlar

Dükanını qoruyanlar?!

Vətən oğul harayında,

Oğul dollar harayında.

Namus ayağa düşəli,

Pozulub bizim pərilər.

Dəbə düşüb fahişəlik,

Gəlmələrdir müştərilən.

Qəşənglərin, qəşəngini,

Yadlar çəkir dişlərinə.

Kifirlər gözündən batıb.

Pozulub mizan-tərəzi

Surət ilə qalxır artır,

Bu işində məzəndəsi…

Bilinməyir halal, haram,

Çoxu bu dərdə aludə.

Əllərində təzə xına,

Gəlin satdıq Xocalıda.

Gör ki, nə gündəyik Xuda,

Övlad satır bədbəxt ana…

Budur, ən böyük faciə;

Görməmişdik beləsini…

Ehtiyac ayırır necə.

Balasından anasını,

Anasından balasını.

III

Satqınlıqdır ən baha mal,

Satqınlar kefdədir indi.

Onlara bərk tələbat var,

Onlar çox dəbdədir indi.

Havayıdır məslək, amal,

Ar-namus müftədir indi.

Pulla alınır vəzifə.

Torpaqlar satıldı pulla.

Alverçi nəyimə gərək,

Yurdun silaha, əsgərə

Ehtiyacı olan yerdə?!

Heç olarmı qalib gəlmək:

Hamı tacir olan yerdə.

Necə dil tapaq, birləşək.

Bu qədər fırıldaq, kələk,

Yad, mühacir olan yerdə.

Bu qədər molla, hacı, bəy,

Mömin, kafir olan yerdə…
IV
Sərvətimiz ola-ola,

Yoxsulluq çatıb son həddə.

Nə qədər imkansız olar

Belə varlı məmləkətdə?!

Yayda suya, qışda qaza.

Həsrətdi şəhərlər, kəndlər.

Yaşamaq cəzadı, cəza,

Ölmək yaşamaqdan betər.

Uşaqlar dilənir aman,

Qocalar dilənir, allah.

Necə, nəcür əl tutasan,

Lap elə birinə, allah…

Nə qədər yaşayar insan

Sürünə-sürünə, allah.

Diriyə məhəl qoymursan,

Məhəl qoy ölüyə, allah…

Ümidsiz, inamsız, qorxaq,

Üzlərə baxmaq olmayır.

Nə evdə sakit yaşamaq,

Nə çölə çıxmaq olmayır.

Gücsüz, titrək, zəif, soyuq,

Əllər irəli uzanır.

Kasıblarına imkanı yox,

Varlıların din-imanı.

Nə qədər bic, dəllal, qoçu,

Talayır kəndi, şəhəri,

Böyüklərə hey əl açır,

Vəzifə dilənçiləri…

Toyuqlar dilənir hində,

Qaq, qaq ilə dən istəyir.

Yurd-yuvasızlar da gündə

Əl çalıb vətən istəyir.

Görəndə gözüm qaralır,

Bu sayaq «dilənçiləri»

Vətəndə vətənsiz qalıb,

Yurd-ocaq dilənçiləri…

Dığalarda əsr-əsr,

Soyumuza dirəndilər.

Zaman-zaman, nəsil-nəsil,

Bizdən torpaq diləndilər.

Görünməyib bu dünyada.

Belə yolçu dilənçilər.

Satqın, vəhşi, haramzada,

Namərd qonşu-dilənçilər.

İnsanlıqda payları yox,

Bu yırtıcı dəllalların.

Dilənməkdə tayları yox,

Sülənməkdə oxşarları…

Onlar büqələmunlar tək,

Min kərə cildin dəyişib…

İşləri düşəndə mələk,

Dişləri qıçanda vəhşi.

Onlar bizə bəla gəlib,

Dalayırlar bizi çoxdan.

Yox tayları, bərabəri,

Xainliklə, alçaqlıqla.


V

Sizədir xitabım, sözüm,

Bu günə qalardı vətən,

Çox qorxuğın, təpərsizin,

Azca arı olsa idi.

Bac alardım onlardan mən,

İxtiyarım olsa idi…

Sizədir xitabım, sözüm,

Yad əllərdə yurdu qalan,

Arvadı, gəlini, qızı

Məzarları darda qalan,

İsti-suyu, Cıdır düzü

Alçağa, namərdə qalan,

Nə var ki, deyib gülməli,

Ortada ölüm, qan durur.

Nakam şəhid qəbirləri,

Yadı da yaxır, yandırır.

Rəqs edən yelpaza qadın

Üz-gözü rəngli, sürməli…

Sən de, bəlkə mən də qanım,

Nə var sevinib gülməli?!

Millət demə yalançı bəy,

Ay xanəxəbər, gülməli…

Milləti sən taladın, bəy,

Sən ölməliydin, ölməli.

Niyə susdu o igidlər,

Onlar tamam günahsızdı.

Sənə nə ki, adi güllə,

Qaban gülləsi də azdı.

Siz tək satqınlar ucundan

Qana batdı Azərbaycan.

Siz tək xainlər ucundan,

Dövr-dövr, zaman-zaman

Hey qırıldı Azərbaycan,

Hey itirdi Azərbaycan,

Aydan-aya, ildən-ilə…

Bu gündə itirir hələ…

Yarısı bu tayda qalan,

Yarısı o tayda qalan.

Şahdağdan Səhəndə kimi,

Dərbənddən Mərəndə kimi,

Eyni dövlət ola-ola,

Eyni millət ola-ola,

Üzülüb az sayda qalan,

Para-para paralanan

Neçə yerdə şaqqalanan

Neçə yerdən yaralanan,

Elim, obam, yurdum mənim,

Qələm götürə bilmirəm,

Bir hıçqırıq tutur məni.



VI

Təsəlli tapıram hərdən.

Bu da təsəllidir, bəli,

Nə zamandır cəbhələrdən

Ki, tabut, ölü gəlməyir.

Təzəcə çıxmışıq yasdan,

Yoxma gələcəkdir məhvə…

Qanı kəsən dahi insan,

Ey yenilməz qadir rəhbər,

Qanı kəsmək ululuqdur

Bütün bəşərə qulluqdur.

Nəciblikdir, cəsarətdir,

Hər bir diriyə qiymətdir,

Hər bir ölüyə hörmətdir.

Amma ki, heyiflər olsun,

Qanı tökəndə insandır,

Qanı siləndə insandır.

Qoy dünya ayağa dursun

Ta qan axmasın, amandır.

Bu nəciblik bizə düşüb,

Onu Allah bizə yazıb.

Can tökmək vəhşilər işi,

Onu qonşumuza yazıb.

Olsa da çox çətin, ağır.

Hər möhnətə gərib sinə,

Biz yağını çağırırıq

Sülh hərbinə, duelinə.

Deyirik ki, qanlı yağı

Bəlkə də yatdı haq sözə.

Öz yurdumuz Qarabağı

Bəlkə qaytardılar bizə?!

Bu ümidlər, bu bəlkələr

Görən, Allah, haçan gələr?!

Bizim haqlı istəkləri,

Bütün cahan dəstəkləyir.

Bəli, biz son qoyduq cəngə

Dünya bizim tərəfdədir.

Ermənipərəst fırənglər

Guya bizim tərəfdədir.

Amerikaya zaman-zaman

Harayımız çatır guya.

Okeanın o tayından

Bizə əl uzadıb guya,

Rusiya bizi dost sayır

Guya ki, bizə səs verir.

Düşmənə silah paylayır,

Bizə quruca söz verir.

Heç üzünü görmədiyim

Ölkələr bizə tərəfdir.

Heç adını bilmədiyim

Bölgələk bizə tərəfdir.

Allah, dünya üzündə də,

Bu tərəflər, o tərəflər?!

Tərəflərin özündə də

Şərəflilər, bişərəflər…

Tərəfkeşlər, bitərəflər.

Bir tərəfdən deyirlər ki,

Ermənilər işğalçıdır

Bir tərəfdən işğalçıya

Aylar ilə, illər ilə,

Milyonlarla dollar ilə.

Kömək edirlər ardıcıl

Ki, çox qan töküb erməni

Ki, zillət çəkib erməni

Ki, əldən gedir, erməni

Torpağı işğal olan biz,

Milləti pamal olan biz,

Qalmışıq naçar, köməksiz.

Biz qəsbkarıq guya ki…

(Eh elə olaydı təki).

Bir tərəfdən deyirlər ki,

Ana yurdunuz Qarabağ

Erməni tapdağındadır.

Sülhlə bu həll olunacaq.

Qələbəniz yaxındadır.

O yandan belə edirlər.

Bu yandan belə edirlər.

Dovşana qaç öürədirlər

Tazıya tut öyrədirlər.

Mən siyasətçi deyiləm

Bəlkə də səhv eyləyirəm.

Bunlar xəyal, bunlar çətin,

Bizə yadların nə sözü,

Bizə yadların nə özü,

Nə də ki, minnəti gərək.

Bu bəlalı məmləkətin

Yadlara sərvəti gərək.

Siz imkan tapın bircə an

Girin içinə yadların

Öldü, qaldı Azərbaycan

Eh, nə vecinə yadların?!

Diplomatlıq bacarmaram.

Diplomatlıq deyil asan.

Türk demişkən, mən yazaram

Yazar gördüyünü yazar.

Mən bunu çoxdan demişəm.

Yad can desə mənə yaddır.

Yad məni soydu həmişə

Ayırdı, sökdü, aldatdı.

Şişirtmə yoxdur sözümdə

Çapmasaydı məni yadlar,

İndi mən dünya üzündə

Ən zəngin ölkə olardım.

Ən öncül bir yer tutardım,

Hamıya mən əl tutardım.

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə