Ilk Basım-turuz. Com




Yüklə 134.69 Kb.
tarix23.02.2016
ölçüsü134.69 Kb.
ali.valioglu@hotmail.com

Nüvedidən

Alqışlar
-Dualar
-And Içmeler
-Söyüşler

Gülməcələr


Topladı Əli Vəlioğlu. Bakı

Ilk Basım-TURUZ.COM

8\4\2012

ANDİÇMƏLƏR:

Allah haqqı. Tanrı haqqı

Özüm ölüm

Sən öl

İmam Hüsen haqqı



Həzirət Abbas haqqı

Qolları qələm həzirət Abbasa and olsun

Səni qolları qələm həzirət Abbas

Cənabı Zeynəb haqqı

Ataa goru

Bir balama and içirəm. Balamın canı. Nubar balaa canı

İşığa kor baxım yalan desam

Bu od haqqı

Yediyimiz quran-(çörək) haqqı

Otuz cüzlü Qurana and ulsun.Oxunan Quran haqqı

Getdiyim Kərbalaya and ulsun

Seytəsən haqqı

Valla-billah, xabarım yuxdu

Tuba (tövbə)

Qiblə haqqı

Oğlum ölsün əgər yalan deyram

Yalan desəm duz kimi gözüm ağarsın

Haram yemişəmsə, bu iki didədən maif olum

İt balasıyam sannan avazın çıxmasam

Malaa(əmanətinə) gözümün ucuyla baxsam, o dünyada sənə şuğlüzümə olum

Çörəyii itirsəm, yaxşılığın gözumnən galsın

Malııma haram qatmışamsa, balalarıma ehsan eleyim

Malaa əl vursam, əlim qurusun. Əgər açıb baxmışam, iki gözdən də kur ulum

Əmanətindən dilimə bir şey dəyibsə, gözümnən gəlsin

Haram yemişəmsə, burnumnan galsın... və sair...

* *


ALQIŞLAR, DUALAR
Əli belii qurşasın

Allah köməyin olsun

Allah rəhm eləsin. Allah saxlasın. Allah dadına yetsin

Allah canaa qıymasın

Allah canıı (balaa, dədəə, nənəə)saxlasın

Atan (anan) rəhmətdə

Allah bədnəzərdən (mərdiməzardan) saxlasın

Pis gözdən uzaq olasan

Ömrün uzun olsun

Ömrün Arazca olsun

Sinəndə ağ tük bitsin

Sinən dağ görməsin. Bala dağı görməyəsən

Ağsaqqal ulasan. Pir ulasan

Duru sular(axar sular) qabağaa çıxsın

Neynım-neceleyim demeyasan

Yolun açıq ulsun. Xoş getdin. Yaxşı yoı

Sağ-salamat gedəsən

Salamat qalın

Dədəli, nənəli (atalı, analı) böyüyəsən

Atan, anan qazancı yesin (görsün)

Ruzulu olasan

Halal çörəkli olasan

Süfrən dolu olsun

Qonaqlı-qaralı olasam

Qapın həmişə açıx olsun

Allah səni xuşbax elasın

Bəxtin gözəl olsun

Bala dağı görmeyasan

Atan-anan dağını görməsin

Maşallah


Allah qoysa, İnşallah. İnşallah

İşin irəli, Qoluna qüvvət

Allah qüvvət versin

Ağzın şirin olsun

Əlin, qolun var olsun

Allah, qəriblikdə olanıı yetirsin

Ümid evi olasan

Həmişə toyda. Həmişə xeyir işdə

Qapına şənliyə gələk

Oğul (nəvə) töyu görəsən

Mübarəkdir. Təbrik edirəm

Oğullu-qızlı olsunlar

Gözün dolu görəsən

Aydınlıqda olasan. Gözün aydın

Can sağlığıynan

Yüz beləsini dağıdasan

Xuş galmısan

Yaxşı yul, Yulun açıq ulsun

Allah əvəzini versin

Allah, gözüü yaşlı quymasın

Uğul, uşaq (nəvə) sahibi ulasan

Yüz yaşeyasan

Halal südəmmişi qabağaa çıxsın

Mərdi-məzardan uzax ulasan

Allah. Səni mərdi-məzardan uzax elasın

Anaa südü halal olsun

Hörmətin artıq olsun

Bərəkətli olsun

Canın bəla görməsin

Allah sınıqlıq verməsin

Allah bu tük üstə saxlasın

Allah sənə min şükür

Səni verənə şükür (qurban)

Allah qazananıı saxlasın

Min budaq olasan

Ölənlərin rəhmətdə

Yurtda-yuvada qalasan

Allah xəta-bəladan uzax elasın

Bir quyub, min götürəsən

Getdiyin yerdə yarıyasan

Allahın nəzərində ulasan

Allah gözdən salmasın

Başın-dişin ağrımasın

Nubaranlığa çıxasan

Böyük kişi olasan

Heç darda qalmayasan

Payın çux olsun

Anaa südü kimi halal olsun

Evin abadan

Bir olsun, pirricə olsun

Doyunca işlədəsən

Könül xuşluğuyla

Şirin ağızla yeyəsən

Əlin-qulun var ulsun

Qədəmlərin mübarək

Ayaqların yüngül ulsun

Şadlıq aparasan

Sağ əlin bizim başımıza

Ayaqların ruzulu ulsun

Qoşa qarıyasız (yarıyasız)

Allah eləməsin

Allah pis gün verməsin (göstərməsin)

Allaha pənah

Allah var, rəhmi var

Dostun dost olsun, düşmənin puç olsun

Mərdiməzardan uzax olasan. Pis gözdən uzaq olasan

Bədnəzərə gəlməyəsən

Allah sağ gözü sol gözə möhtac eləməsin

Allah sən düşmənə möhtac eləməsin

Allah rahat ölüm versin

Allah ağlıı almasın. Allah ağıl versin. Allah səbir versin

Yastığın yüngül olsun

Qapında toy çalınsın. Böyük toyun görəsən

Xoş sədan gəlsin

Mal-dövlət sahibi olasan

Allah cibəə bərəkət versin

Allah ruzuu başınnan töksün

Allah zəhmətii itirməsin

Verdiyii Allah əfsənətə salsın

Allah qəlbinə gorə versin... və sair...


* *

QARĞIŞLAR:

Səni yarımeyasan

Qanın daşlara dağılsın

Qızıl güllə ürəyəə dəysin. Qızıl gülləyə tuş gələsən

Dizin qarnaa kessin

Anan vayında otursun

Qazancı ehsan eleyasan. Qazandığını dava-darmana verəsən

Qazancın it qanı ulsun. Yediyin it aparan olsun

Allah ruzuu kəssin

Noqofil gülləyə tuş gələsən

Anan qazancıı yeməsin

Yediyin haram olsun

Buğazaa lığlığa çıxsın

Dizlaraa su yensin

Buğazınnan bir damcı su keçmasın

Maif qalasan. Kur qalasan

Elə günə qalasan ki, elin səə rəhmi gəlsin

Elə dərdə düşəsən ki, dərdəə dərman tapılmasın

Uğul (bola) vayına uturasan

Allah qazananıı öldürsün

Evaa vayli-şivən düşsün

Ocağın keçsin

Yurdun-yuvan dağılsın. Evin dağılsın

Evin yansın, Evəə ud düşsün. Evəə müsübət düşsün

Tirin sınsın

Qofil gülləyə galasan. Qofil dərdə düşəsən

Nənən dizin qucaqlasın

Heç üzün gülməsin

Balaya həsirət qolasan. Bala şirinliyin görmeyasan

Bolannan yorımeyasan

Canınnan yarımeyasan. Heç yarımeyasan

Tuyun yasaa dönsün

Qara hasba tökasan

Nənən yaralaraa piltə quysun

Evində çaqqal ulasın

Yurdunda mal yatsın

Mərdiməzar ulasan

Yaman günə qalasan

Bərəkətin kəslsin

Bir ulaltın qalmasım

Uşax üzünə həsirət qolasan

Qazancın dava-dərmana (həkimlərə) getsin

Boşaa daş düssün.

Ər üzünə həsirət qalasan. Ər üzü görmeyasan

Əlin əllərə dəyməsin

Bola dağı görəsən

Eldən, ubadan ulasan

Qara köş köçəsən

Əlin qulun qurusun

Əlin dolaa yetməsin

Ruzun həmişə qıt ulsun

Una-buna möhtac qolasan

Vayaa oturasan

Qan qusasan

Allah bəlaa versin

Allahın bəlasına gələsən

Allah dadaa yetməsin

Canınnan yarımeyasan

Mürdəşi üzüü yüsün. Mürdəsi su töksün meydii yüsün

Mürdəşi enəə-buyaa uxşasın

Qəbirə buyleyim (quyum)

Buyuu yerə suxum

Qəbirə girəsən

Kəfənin yarımçıq qalsın

Üstəə sal döşeyim

Nənən üzün cırmaxlasın

Nənən enəə, buyaa su töksün səni yüsün

Meydin daşlara dağılsın

Meydii görüm

Qarnaa şiş girsin

Buyuna xam ip tutum

Buyuna xam ip tutum qırılsın, bir də tutum

Mərdiməzarın evini allah yıxsın

Allah belii qırsın

Damazlığın kəsilsin

Başına daş düşsün

Uda, alova düşəsən

Tamahın öz basıı yesin

Vurğun təpənnən vursun

Qara su ulasan. Qara kösav olasan

Hasba tökəsən

Səni zəlil ulasan

Yaman ux... və sairə......


* * *

SÖYÜŞLƏR
Axmax. Alçax

İt balası. Köpey oğlu

Qancığın balası (qızı)

Eşşək oğlu. Eşşəyin balası. Eşşəyin qızı

Donuz oğlu. Donuzun balası. Donuzun qızı

Ayı oğlu. Ayı balası

Meymun oğlu

Çaqqal. Çaqqal oğlu

Var-yoxuna lənət. Ataa lənət

Tula balası. Tula oğlu. Tulanın qızı

Tüpürüm böygüü üzünə

Sıpa. Sıpanın balası

Qodux. Qoduğun oğlu. Qoduğum balası

Burnu yarılmamış sıpa

Burnu yarılmış eşşək

Qatır oğlu, qatır

Pozğun. Pozğun oğlu. Pozğumum qızı

Dığa. Dığanın oğlu. Dığanın qızı. Ermənidən əskiy. Erməni tulası

Haxçiyh. Haxçiyin qızı (ermənicə haxçıq-qız,dığa oğlan deməkdir).

Var-yoxaa lənət

Simasız


Oğraş

Quldur. Quldurun balası. Quldur oğlu

Oğru. Oğru köpəyoğlu

Haram köpəyoğlu. Haramzadə köpəyoğlu

Düzlər oğlu

Gədə. Gədə oğlu

Murdar oğlu. Nurdar köpəkoğlu

Qurumsax. Qurumsax oğlu. Qurumsax köpəkoğlu

Namussuz. Namussuz oğlu..

Yaltaq. Yaltaq köpəkoğlu

Satqın. Satqın köpəkoğlu

İşbiyon. İşbiyon köpəkoğlu

Xəbərçi oğlu, xəbərçi. Xəbərçi köpək oğlu

Bic köpək oğlu

Həyasız. Həyasız oğlu, həyasız. Həyasız köpəkoğlu

Kaftar. Kaftar köpəkoğlu

Gorbagor. Gorbagor köpəkoğlu

Qeyrətsiz. Qeyrətsiz köpəkoğlu

Yetim oğlu, yetim

Görməmiş köpəkoğlu

\ Ac köpəkoğlu

Xəsis köpəkoğlu

Yaramaz oğlu, yaramaz. Yaramaz köpəkoğlu

Yarıtmaz köpekoğlu

Mərdiməzar köpekoğlu

Kələkbaz köpekoğlu

Sümsük köpeyoğlu. Qarınqulu köpəkoğlu

Eşşək boyunlu. Eşşək boyunlu köpəkoğlu. Sıpa köpeyoğlu

Zatı qırıq. Zatıqırıq köpeyoğlu

Xeyrə-şərə yaramaz köpeyoğlu

Xəsis oğlu, xəsis. Xəsis kopəkoğlu

Simic oğlu, simic. Simic köpəkoğlu

Qapılarda sülənən köpəkoğlu. Sülə köpeyoğlu. Sülə oğlu, sülə

Ziqqı oğlu, zıqqı. Zıqqı köpeyoğlu

Qanmaz köpekoğlu. Xıxı köpeyoğlu

Quldur köpəkoğlu

Kəmfürsət köpəkoğlu. Civəllağı köpeyoğlu

Girəvəçil köpəkoğlu

Kaftar. Kaftar köpəkoğlu. Kaftarın qızı

Haramın olsun. İt qanı olsun

Tümbətümün oğlu. Tümbətümün qızı

Biovza oğlu. Biovza köpəkoğlu

Kor köpəkoğlu

Zarafatı qanmayan köpəkoğlu... və sair...

(İT dedi; Zarafat deyil ee...gör məndən nə qədər törəyənlər var?!)

Gülməcələr



Camaat yaylaqdan arana köç etsə də, çobanlar sürülərini payızın sonlarına kimi təmiz- saf havalı, sulu, xəziməli dağlarda otarardı. Bəhrəm bəy də adəti üzrə sürünü apxaca yığıb təzəcə yuxuya getmək istəyirdi ki, yağılar arxaca soxulub Bəhrəm bəyin ayaqlarını, qollarını bağlayıb, sürüsünü aparırlar. Çıxılmaz vəziyyətdə olduğunu görüb Allah ümidinə ücadan bayatılayıb arası 30-40 klometr olan kənd adamlarını köməyə səsləyir:
Əmim qızı Bəsti gəl,
Haram qoyunu basdı, gəl,
Ağ qarabaş erkəyin
Qəzili qolumu kəsdi gəl.
Deyirdilər eşidilməsi möcüzə olan bu səsə camaat köməyə gedib yağıları haxlayıb sürünü geri alırlar. (Söylədi Fərman Qasımov).
* * *
Usta Vəli qonşu Ernəzir kəndində ev qururmuş. Bu zaman cehizsiz-zadsız kəndə gətirilən gəlin görüb oxuyur:
Budur bir gəlin gəlir,
Əlləri yalın gəlir,
Cehi yox, cehizi yox
Darayıb telin gəlir. (Söylədi Fərman Qasımov).
* * *
Camaat toya say-seçmə zurnaçıları gətirərdilər. Necə olur ki, bir dəfə Mərdi adlı erməni zurnaçıları toya gətirirlər. Yarıtmaz çalğısından adamlar başa düşürlər ki, toy sahibi erməni hiyləsinə aldananraq onu toyuna gətirib. Erməni Mərdinin toya gəlməsi ona dərs olsun deyə, toydakılar sözləşib lampanı sondürürlər. Hamı tökülüb Mərdini əlləyir (barmaqlayır). Erməni elə bilir ki, onu kiminləsə səf salıblar. Odur ki, bir ağızdan hey qışqırır:--Ara, asma, man Mardiya sazandara!... Ara, asma, man Mardiya sazandara...Adamlar Mərdini əldən salandan sonra birinin yazığı gəlib deyir: A köşə, barı qışqırıb yerini bildirmə...
* * *
Nənəmizin əri Məmi, kənddən uzaq Bənddüzündə tək-tənha taxıl əkirmiş. Bu heyni bir erməni yanından keçib dərəni addayandan sonra dayanıb soruşur:
--A mard, (adam deməkdir) adın nədir?
-- Adım Məmidir,--deyə cavab verır.
Erməni bir az duruxub söz tapmadıqda deyir:
--Mami, Mami, gotun pındıx...
Nəmi soruşur:
--A köşə, bəs sənin adın nədir?
Erməni deyəndə ki, Hartun, Məmi dərhal cavab verir:
--Hartun, belə harsına (yəni arvad, gəlin) dürtüm. (Söylədi Həmzə Əliyev).
* * *
NÜVƏDİ LƏTİFƏLƏRİ, GÜLMƏCƏLƏRİ:
Nüvədi lətifələrini toplasaydın mini keçərdi. 1984-cü ildə cəmi-cumlatanı 170 lətifə topladım. Sonra nə isə bu işi axıra çatdırmadım. 170 lətifədən 70-ni bu kitaba saldım.
Atam Usta Vəlinin lətifələrindən:
Usta Vəli 90 yaş yaşamağına baxmayaraq son dörd ilini evdə oturur. Yaşamaq həvəsi, Fərhad biləkli bu adamı oturaq halı həyatdan əlini üzür. Hər dəfə qapı açılıb örtüləndə kimin gəldiyini bilmək marağı ilə soruşur:--Kimdi? Bu suala ömür yoldaşı Pərizat hər dəfə “mənəm”,- deyə cavab verir. Bu hal bəlkə də 10- 15 dəfə təkrar olunur. Hər dəfə də eyni sual, eyni cavab. Axırıncı dəfə “Kimdi?” ,--deyə Vəli soruşanda, eyni sualdan bezən Rəpizat “Belə, Əzraildir, gəlib canıı alsın”,--deyir. Az keçmir klubdan qayıdan oğlu Əli qapını açır. Vəli yenə soruşur: --Kimdi?
Pərizat görür ki, desə əzrayildir, bu cavabdan oğlunu acığı tutacaq. Odur ki. tez dillənir:-- İndi dediyimdir.
Qaynana-gəlin “indi dediyim” örtülü cavaba gülürlər. İşdən xəbərsiz Əli bu gülüşə hirslənir. Bu cavabın necə yarandığını izah edəndən sonra Əlinin hirsi sönür. (Söylədi gəlini Fatma Əlizadə).
• * *
Usta Vəli ustad bənna idi. Bir gün qohumu Ranazan dayı gəlib Vəliyə deyir ki, sabah gərək mənin divarımı qurasan. Vəli deyir ki, sabahlıq, birisi günlük yarımçıq işimi qurtarım gələrəm. Ramazan çox xahiş edir ki, olmaz ki, olmaz. Sabah hökmən ona işləməlidi. Vəli çox deyir, Ramazan az eşidir. Söhbət, mübahisə xeyli uzanır.Ramazan dayı bir hey deyir “Vəli, qurbanın olum, saban mənə işlə”. Bu zaman kənddə qurulmuş padiodan “Ay ləli, qurbanın olum” mahnısı səslənir. Radionun səsi evin içinə düşür. Ramazan dayı soruşur:
--Vəli, o nə dey, həylə?
--Sənin dilincə yalvarır ki, Ay Vəli, qurbanın olum, get Ramazanın divarını qur. Ramazan dayi:--Ay yanasan kişi, u nə biley ki, mən Vəliyə yalvarıram.
(Yada salanı qızım Nərgiz Əlizadə).
* * *
Usta Vəli ikinci mərtəbədə açıq eyvanda yanında da bir neçə uşaq oturmuşdu. Bu zaman bir xoruz çəpərin üstünə atılıb ara vermədən ucadan banlayır. Usta Vəli başmağının tayını çıxarıb hirslə xoruza atır və deyir: --Köpəkoğlunun xoruzu, toyuqla çox fərli iş görmüsən, hələ bir aləmə də car çəkirsən. (Söylədi İsfəndiyar Əhmədli).
* * *
Göyərçin xala rəhmətə gedir. Arvadlardan biri:--Yaxşı ki, odunluqda ölməyib. Bir başqası:-- Əməli saleh arvad imiş ki, gecə çoldə qalıb ölməyib. Başqa birisi:--Gör nə yaxşı arvad imiş ki, evdə ölüb. Daha biri:-- Allah üzünə baxıb ki, ölümündən xəbər tutublar. Beləliklə hərə bir söz, hərə bir fikir deyib Allaha şükr edirlər. Bayaqdan bunları eşidən Usta Vəli deyir:-- Rəhmətliyin qızı! Dəy deynən bu dünyada kef eleyib ki. (Söylədi Balakişi Həsənov).
* * *
Nadinc uşaqlar Nuru dayının eşşəyinin qarnini yirtirlar. Bağından evə qayidan Usta Vəli görür ki, Nuru uşaqları söyür, qarğış edir. Onu belə görən Vəli soruşur:
--Ə... Nuru nə olub?
--Nə olcax, uşaqlar vurub eşşəyin qarnını yırtıblar.
Bəs sən nə elədin?
--Nə eləyəcəyəm. Eşşəyimi bu günə salanları uzun qullu Həzirət Abbasa tapşırdım.
-- Ala bax e (zarafatla boğma verir)... Mən də dedim bəs nə eləyib. Onlara ki tapşıdın, arxeyin ul. Heç zad eləyən deyillər,-- deyə usta Vəli Nurunun könlün belə alır. (Söylədi bacım Tinatin Əliyeva).
* * *
Usta Vəli bağından evə qayıdarkən yolda Şapı xala ilə rastlaşır. Şapı xalanın kimin qarasınca danışdığını görüb soruşur:-- Şapı, nə olub öz-özə deyinirsən?
--Sənin oğlunlanam. Heç demirsən, ay küçüyüm, niyə bu arvada un vermirsən?
Usta Vəli:-- Gəl gedək görün, niyə un vermir?.
Omlar Çörəkçiyə qayıdırlar. Vəli əllərini qapının çərçivələrinə söykəyərək başını içəri salır və oğlu Həmzəyə:-- A... küçüyüm, bu arvada niyə un vermirsən,--deyib qayıdır.
--Bəs niyə qayıtdın?
-- Sən demədin de “A, küçüyüm, bu arvada niyə un vermirsən?.Mən də dedim.
Həmzə bu dəfə də bir tay un verib yola salır. (Söylədi Tinatin Əliyev).
* * *
Kənddə qaydasız və yarıtmaz işinə görə qonşu kənddən gəlmiş kolxoz sədrini vəzifəsindən qovmaq üçün kəndin adamları iki tirə (tərəf) olurlar. Qovmaq istəyənlər sədrdən raykoma iki ilə yaxın ərizə yazırlar. Sosializmin murdar zoru camaatın arzusunu gözündə qoyur. İradəli dəstəni fikirlərindən döndərə bilmirlər. Ərizəçiləri qorxutmaq məqsədilə bu dəfə raykom katibi Hovanesyanın özü gəlir. Şübhələndiyi adamları dindirir. Şübhələndiyi adamlardan da biri Usta Vəli idi. Hovanesyan:-- Usta Vəli, sən bilərsən. Bu ərizələri kim təşkil edir?
Usta Vəli cavab verir:
Çay daşı, çaylaq daşı,
Yandı ürəyimin başı,
Adın deyə bilmərəm
Mirzəhüseynin qardaşı.
Halbu ki kənddə Mirzəhüseyn adda adam olmayıb.
(Söylədi Sağlar Babatov).
* * *
Usta Vəli məzəçil və gələcəkdəki bəzi yeniliklərdən xəbəverən kəndin səxavətli və xeyirxah adamı idi. Bir gün onun başına yiğilanlar söhbət ərəfəsində kənddə doğulan uşaqları sayırlar. Bu zaman biri soruşur:--Doğrudan e.., Vəli dayı, necə olur ki, bir il oğlan çox doğulur, bir il də qız?
Usta Vəli məzəsinfən qalmayıb deyir:--Çox kampot yeyənin oğlu, çox marinat yeyənin qızı olur. (Söyləyən Fatma Əlizadə).
* * *
Usta Vəli yenilikçi, çox qurub-yaradan çox şeyin ustası idi. Bir neçə gün nəvəsi Akif, onun sinif yoldaşı Sədrəddin Uştanın bağının başı sal qayada 50 rəqəmini həkk edirlər. Usta Vəli nəvəsi Akifdən soruşur:--Oğlum, neçə gündür o qayada nə yazırdın?
--Sovet hökumətinin yaranmasının 50 illiyini yazmışam.
--Bəs niyə mənim bağımın başında?
--Ora kəndin hər yerinə qanşar olduğuna görə.
Usta Vəli beş və sıfır rəqəmlərini mənalandıraraq:-- Sovet höküməti yəni mənə demək istəyir ki, 5 yerdə bağını aldım, əllərini boş, özünü də oturaq qoydum. (Söylədi qardaşoğlum Aqil Əliyev).
* * *
Bir gün Usta Vəli dükançı Əlməmməd dayı ilə söhbət edirdi. Bir neçə nəfər onların söhbətinə qulaq asırdı. Bu heyni birisi içəri girib Əlməmməd dayıya dedi:-- Əlməmməd dayı, arvada bir tursik almaq istəyirəm, sən bilərsən neçə razmer gedər?
Əlməmməd dayı bu sözdən pərt olduqda, Usta Vəli üzünü bu adama tutub dedi:--Yanasan gədəə, hər gecə arvadıı dalın qucaqlayan sən bilmirsən, Əlməmməd hardan bilsin. (Söylədi həkim Fikrət Qəhrəmanov).
* * *
NÜVƏDİLİLƏRDƏN BİR QƏDƏR LƏTİFƏLƏR:
Abas qardaşı Süleymanla uzaq kəndlərə alverə gedirlər. Bir evə düşürlər. Ev sahıbi süfrəyə südaşı düzür. Abas danışıdıqca Süleyman südaşını ürürə-üfürə yeyir. Süleyman danışığa başı qarışan qardaşına bir hey dyir:--Abas, çörəyii ye.
Abasın gözü qardaşının qabına sataşıb soruşur:--Süleyman, aş soyuyub?
--Hə, soyuyub.
Abas qaşığı doldurub ağzına qoyur.Aş isti olduğundan Abas tikəni nə uda bilir, nə də qaytara bilir. İsti aş Abasın ağzını pülüşükdən (yandırır) çıxarır və ağzı yandığından gözlərindən yaş axır. Bunu belə görən Süleyman soruşur:
--Qardaş, niyə ağlayırsan?
-- Abbasın Süleyman adda qardaşı ölüb, ona görə ağlayıram. (kənd sönbəti).
* * *
Çar rusiyası illərində nüvədililər taxıl, düyünü çay-para dediyimiz Zəngilan, Qubadlı və sair yerlərdən gətirərdilər. Tez-tez İran quldurları yolları kəsib alverdən qayıdanları soyardılar.
Bir gün Abas kişi alverə çay-paraya gedib qayıdarkan quldurlar onun qabağını kəsib deyirlər:-- Dayan! Tərpənsən vuracağıq!
Abas kişi halını pozmadan onlara yaxınlaşıb deyir:-- Eşşəkdən ötrü deyirsiz?,--əlindəki çubuğu uzadıb,--dəy niyə vurursuz. İyirmi ildir mən bizləyirəm, ala indi də sən o qədər bizlə ki, canın çıxsın! (kənd söhbəti).
• * *
Kəlba Abas Ernəzirdə kolxozun subay malını saxlayırmış. Axşam malı tövləyə yığır. Kibritin axırıncı dənəsi ilə ocağı qalayıb yandırır. Bir az keçməmiş papiros eşib yandırmaq istəyəndə görür ki, kibritin dənəsi yoxdur. Papirossuz səhərə kimi qıvrılır. Səhər-səhər kimsə yanına gəlir. Abas dərhal əl-ayağı titirək halda:--Vay, qurbanın olum! Nə yaxşı gəldin. Gecə səhərədək papirossuz yata bilməmişəm. Kibritini ver bir papiros yandırım.
Gələn adam ocaqda közün sırçdığını görüb deyir:--A kişi. ocaq burda, köz burda; niyə papirosunu yandırmamısan?
--Vallah, heç ağlım kəsməyib. (Söylədi Sağlar Babatov).
* * *
1918-ci ilin dekabrın 8-də ermənilər kəndə qəfildən hüçum edirlər.Kəndim adamları bu qəfil hücumdan macal tapıb ümumi döyüş apara bilmədiyindən silahlanan adamlar hərə öz məhləsini qoruyur. Aşağı Diyəbərəni də Abasgillər qoruyurlar. Az olduqlarını görən Abas səsini başınaatıb hay-küylə qısqırır:-- Commonu (arvaddır), vur gəldim! ..Drambonu, (bu adı özündən uydurur) vur, gəldim!
Ermənilər kişinin hay –küyündən, Gommonu, Drambonu adlarından elə bilirlər ki, kənddə ingilislər köməyə gəliblər. Ermənilər qorxub başqa məhəllədə vuruşam erməni dəstəsinə qoşulurlar. (kənd söhbəti).
• * *
1950-ci illərdə Nüvədidə kolxoz sədri işləyən İsrafilin özbaşınalığını görən camaatın bir hissəsi bir ildən çox mübarizə aparıb, nəhayət ki, sədrı vəzifəsindən aşırırlar. Sədri iclasda dəlicəsinə müdafiə edən kişiyə, kişi qeyrətli Afərim deyir:
---(adını yazmıram) Ay...(filankəs), qorxma, İsrafil sədrlikdən gedən kimi daşşaqlarını kəsib verəcəyəm saxla. (Söyləyən Həzi Musayev).
• * *
Keçmişdə Kəlba Yaradanqulu adlı bir qoca varmış. Kişinin tay-tuşlarından biri uşağın birini öyrədir ki, yaxınlaş Yaradanquludan soruş “ Sənin saqqalın yaxşıdır, ya itin quyruğu?”
Uşaq yaxınlaşıb ağsaqqalların içində qoca kişidən soruşur:--Kəlba Yaradanqulu dayı, sənin saqqalın yaxşıdır, ya itin quyruğu?
80-85 yaşlı qoca görür ki, bu söz uşağın sözü deyil, arqaşlıq tay-tuşlarından keçib. Halını pozmadan deyir:--Oğul, əgər o dünyada “Qıl Körpüdən” o taya keçdim; saqqalım yaxşıdır, Yox, keçə bilmədim , itin quyruğu.
(Söylədi Əhmədəli Əliyev).
* * *
Heydər məzəlikdə, əcazlıqda (-bütün yazılarıma bir izah: bəzi ədəbi sözlərin ləhcə variantini da yazıram. Ona görə ki, bu ləhcə sözlər itib-batmasın deyə; məzə--əcaz kimi qoşa variantını yazdım) tayı yox idi. Heydər eşidir ki, Zamanın bir keçisi oğlaqsızdır. Zaman ona-buna ağız açıb uğursaq (yad keçinin balasına deyilir) oğlaq istəyir. Heydər deyir ki, keçimin biri ekiz doğub, birini sənə verərəm. Onlar gəlirlər, Heydəp içəri keçib parçaya bükülmüş bağlamanı gətirib Zamana verir və deyir:-- elə elə ki, bizim Rəxşəndə bilməsin ki, sənə oğlaq vermişəm. Abrımı ətəyimə düyər. Zaman sevinə-sevinə evə gəlib bağlamanı açır. Nə görsə yaxşı; sən demə Heydər təzəcə dünyaya gəlmiş qızını Rəxşəndədən xəbərsiz parçaya büküb Zamana oğlaq adına verib. (Söylədi Hüseyn Abdinov).
• * *
Heydərin atası Qurbanəli canüstə imiş. Kişi son nəfəsində əl-qol atır. Bunu görən Rəxşəndə əri Heydərə deyir:--Heydər, dədən əl-qol atır. Gör nə demək istəyir?
Atasının halından xəbəri olan Heydər deyir:-- İlaxıra bir neçə gün qalır.Kişi bizdən yumurta istəyir ki, o dünyada dədən Zeynəlabdinlə yumurta çalışsın. Gör evdə yumurta var. qoy ovcuna aparıb o dünyada dədənlə çalışsın.
(Söylədi Hüseyn Abdinov).
* * *
Zamana elçiliyə gedirlər. Boydan balaca olduğu üçün qızın adamları razı olmurlar. Bir-iki gün ondan sonra bir dəstə adan qızı Zamana vermədiklərindən danışarkən Heydər onlardan soruşur:-- Doğrudan, niyə qızı Zamana vermək istəmirlər?
Birisi dillənir:-- Nə bilim, guya deyirlər ki, Zamananın boyu balacadır.
Hazırcavab (elə bil Heydər dımıxda durmuşumuş) Heydər o saat deyir:--Onun gödəkliyini neynirlər. Qıza qurşaqdan aşağısı lazımdır. (kənd söhbəti).
** ** **
Ələsgər bəy tez-tez Ordubada getdiyindən Tay-tuşları yaxşı tanıyırlar. Bu hazır cavab kişiyə zarafatla sataşaraq deyirlər:--Kəndlilər ki, var eşşəkdilər. Kişi bir söz deməyib çayçıdan çıxıb bazara gəlir. Bir hambala pul verib filan yerə apar deyir. Hambal onu dalına alıb çayçıya gətirir. Onlar çayçıya yaxınlaşanda Ələsgər bəy eşşək üstündə ayaqlarını yelləyən kimi yelləyib deyir:--Açu, açu, köpək oğlunun eşşəyi necə də yük götürəndir. Ələsgər bəy ona sataşanlara göstərir ki, baxın görün kimdir eşşək. (Söylədi Əlməmməd Məmmədov).
• * *
Ələsgər bəy Ordubada gedəndə tay-tuşları yiğilib, söhbət, zarafat edərmişlər. Sözdə onunla bacarmadıqlarını görən tanışlardan biri Ələsgər bəyi susdurmaq üçün soruşur: --Ələsgər, de görum kəndçilər çölə oturanda niyə tez-tez nəcislərinə baxırlar?.. Ələsgər bəy halını pozmadan:-- Baxırlar ki. görsünlər neçə şəhərlini doyurar. (Söyləyən Zaman Quliyev).
* * *
Nüvədinin suyu qışda bol, yayda qıt olardı. Bir il quraqlıq olduğundan aşağı məhəllələrə su çatmadığından çoxları kimi Kəlbə Qurbanın da bağı sususluqdan yanır. Həmin vaxtlarda bir neçə nüvədili İrana gedərkən Əli bulağı deyilən yerdən keçəndə adamlar buz kimi sərin sudan əyilib içirlər. Kəlbə Qurbanın içmədiyini görən yoldaşları ona:--Gəl iç, tərpənək gedək... Qurban içməyəcəyini bildirir. Yoldaşları “Daha yollarda su yoxdur, susayacaqsan, gəl iç” desələr də, Qurban onlara cavab verir:--Lap susuzdan ölsəm də içməyəcəyəm.
Yoldaşları səbəbini soruşanda, Kəlba Qurban deyir:--Bağım susuzluqdan yanıb kül olsun, mən də burda arsız-arsız su içim. (Söylədi Əli Həziyev).
• * *
Həbib dayı uşaqlıqda qonşu Astazır kəndində bir illiyə müzdü çoban olur. Az müddətdə otardığı sürü elə arıq düşür ki, heyvan sahibi qorxur ki, sürüsü qışdan çıxmaya. Həbib də bunu bildiyindən sürünü otarmaqdan imtina edib deyir:-- Daha otarmıram haqqımı ver gedim. Sürü sahibi Həbibə istədiy heyvanı tutmasını məsləhət bilir. Həbib sürüdən heç bir heyvanı bəyənmir: --Bu ölü heyvanlardan rəğbətlisi var ki, tutum. Demişdin haqqına bir heyvan verəcəyəm, Bu ölü heyvanları mən neynirəm. (Söyləyən Əli Həziyev).
• * *
Gülgəz kəndin ən çirkini, eybəcəri idi. Ona görə ömrünün sonuna kimi onu alan olmur. Bir gün qonşusu Hətəmxangilə od gətirməyə gedir. Hətəmxan bu arvadı görən kimi öz arvadını söyüb-döyməyə başlayır. Gülgəz od alıb gedəndən sonra arvadı soruşur:-- A kişi, mən sənə nə dedim ki, heç yerdən məni söyüb-yamanladın, döydün?
Hətəmxan deyir ki, bilirsən nə var? Bu Gülgəzə yazığım gəlir.Səni ona görə döydüm ki, qoy elə bilsin ərə gedən arvadlar bədbəxtdilər.
(Söylədi Fərman Qasımov).
• * *
Məhərrəm boydan gödək, cansız, arıq bir kişi imiş. O, bir gün Məşədi Qurbanla İrana toya gedir. Toy orta dirəkli böyük evdə çalınırmış. Toyun qızışdığı yerdə dizlərinə şüşə bağlamış güclü, pezəvəng bir pəhlivan ortaya çıxıb deyir:--Ay mənə bir qənim!... Ay mənə bir qənim!...
Qorxudan heç kim çıxmır. Məhərrəm Qurbana deyir ki, durub güləşəcəyəm.Qurban da ona deyir ki, dilii qoy özəə. Məhərrəm eşitməyib meydana tullanıb deyir ki, mən sənə qənim. Kəndin adamları bu çəfti-çüləsiz, cansız adamı belə görəndə heyrətlənirlər. Pezəvəng pəhlivan Məhərrəmi süpürləyir. Məhərrəm görür ki, pəhlivan onu ünvay-künvay eləyəcək, yanındakı orta dirəyi bərk-bərk qucaqlayır. Pəhlivan onu dartıb ortaya gətirmək istəyəndə camaat bir-birinə dəyib qışqırırlar:-- Yanasan, tat!..Dirəyi burax, dirək yıxılacaq, ev başımıza çökəcək... Adamlar görür ki, dirəyi buraxmır, evin çökməsindən qorxub tələm-tələsik çölə qaçırlar. (Söylədi qardaşım Həmzə Əliyev).
• * *
Səmi dayı kolxozun naxırına gedəndə Xanəli dayının danasını kəsib yeyir.
Xanəli dayı Səmigilə gəlib deyir ki, mənin danamı səndən başqa heç kim yeməz. Ya danamın əvəzinə dana ver, ya da pulunu. Xanəli dayı hər tələb edəndə Səmi dayı da “Quran”a and içir. Xanəli dayı ona inanmasa da, “Quran”a and içdiyindən bağışlayıb gedir. Sona ərinin yalandan “Quran”a and içdiyindən söyüb, qarqış edir. Arvadını belə görən Səmi deyir:--Köpək qızı, məhlim mən bilmirəm nə edirəm. “Quran”a and içdikcə, dilimi də dişləyirdim.
(Söyləyən dayıoğlum Eldar Səfərov).
• * *
Nanaz Nüvədinin darğasıydı. O,Ernəzirdə Tavat adlı qızı sevsə də, Tavat onu bəyənmir. Nanaz həm də yaxşı mərsiyə deyən imiş. Onu Ernəzirə mərsiyə deməyə aparırlar. Əvvəl Namaz mərsiyə deyib camaatı qızışdırır. Camaatın “şaxsey, vaxsey deyib sinələrinə, dizlərinə döyüb ağlaşir, səs-səsə verib mərsiyə deyirlər. Camaatın qızışdığını görən, gözünü Tavatdan çəkməyən Namaz oxuyur:
Gedin deyin Namaza,
Yerin salsın ayaza,
Öpüş versin Namaza.
Gur səs içində Namazın səsini eşitməyən camaat vur-sındır dizlərinə döyüb, ağlaşırlar. Bir neçə mərsisdən sonra ernəzirlilər Namazın fırıldağını tutur və onu məclisdən qovurlar. (kənd söhbəti).
• * *
Kəndda Namaz Nağını çağırıb strajniki qonaq aparmasını deyir. Strajnik ev sahibinə deyir ki, gərək mənə yorğa toyuq (kök toyuq) kəsəsiz. Nağının da cəmisi iki toyuğu varmış.Tutub birini kəsmək istəyəndə, strajnik deyir ki, bu arıxdır. Nağı qara toyuğu kəsmək istəyəndə qonaq yenə qoymayıb yorğa toyuq tələb edir. Nağı and –aman içir ki, olanım elə iki toyuqdur. Strajnik iki ayağını dir başmaqa geyib tələb edir ki, mütləq yorğa toyuq olmalıdır. Əlacı bir yerə çatmayan Nağı acığından qollarını götürüb oynayır və oynaya –oynaya oxuyur:
Yorğa toyuq, yorğa toyuq,
Fərəc oğlan, yoxdur toyuq.
Gəl öldürüm qara toyuq,
Yoxdur, özüü yorma, toyuq.
Nağının bu hərəkəti strajnik Fərəcə xoş gəlir və deyir:--A kişi, qurban olasan sənin bu şuxluğuna. Yoxsa, bu şallaqla yanlarını qaraldıb kösəv edəcəyidim.
(Söylədi Pərizad Əliyeva).
• * *
Çar vaxtı kəndə tez-tez pristav gələr, kəndxuda Namaz onları qəbul edib evlərə paylardı. Bir gün kəndə gələn strajnik Namaza deyir ki, mən gecəni yaxşı keçirmək üçün gözəl qızı olan bir evə qonaq ver. Heç bir söz deməyib ondan ayrılan Namaz Xanəli adlı birisinin yanına gəlib deyir ki, tabağa bir az arpa, yanına da kül qoy. Kəndin meydanınında strajnik adamlarla söhbət edərkən tabağı üstü örtülü gətirib qoyarsan onun qabağına və tez də əkilərsən. Xanəli də Namazın dediyi kimi edir. Bir azdan sonra strajnik tabağın örtüyünü götürür. Nə görsə yaxşı; arpa və kül. Bir şey başa düşməyən strajnik bu nədir,--deyə soruşanda; Namaz bu naxələfin məqsədini camaata açıqlayır və üzünü ona tutub deyir:-- Tabaqda arpa və kül o deməkdir ki, sən eşşəksən, arpadan ye, get küllükdə ağna.
Beləliklə el içində biabır olan strajnik həmin an kəndi tərk edir və bir daha kəndə gəlmir. (kənd söhbəti).
• * *
Mənsiməgilə Astazırdan erməni dostları qonaq gəlir. Qonağa süfrə açır. Erməni deyir:-- Mansıma kibra, xorak çoxdur, eli, bir az gotur.
--Neynax çoxdur, ye, Qıdan kirvə, yeməzsən artığını tökərəm itə.
Qıdan bu sözdən inciyib çörək yemir. Gecəni yatıb, səhəri aç-susuz Astazıra qayıdır . (Söylədi anam Pərizad Əliyeva).
• * *
İmmiş xala mehriban, xoşrəftarlı arvad idi. Bir dəfə dağda Taxtaçeşməyə gəlir. Balaca qız olan Afiqədən parç istəyir ki, su doldurub içsin. İmmiş xalanın qocalığından iyrənən balaca Afiqə ona parçını vermir. Xala çox deyir, qız eşitmir, yalvarır Afiqə sözə baxmır. İmmiş xala başa düşür ki, bu qız ondan iyrəndiyi üçün parçı ona vermir. Bu xala da qohum bildiyi Afiqənin əlindən parçı alıb bir neçə dəfə paçasının arasına sürtüb verir:-- Körək qızı, məndən iyrənməyinə bax.
Xalanın belə hərəkətindən Afiqənin haray-qışqırığı qopur. Bu qəfil qışqırıqdan qorxan obanın adamları çeşməyə qaçırlar. İmmiş xala hadisəni olduğu kimi nağıl edir. Adamlar gülməkdən uğunub keçinirlər. (Söyləyən İmmiş Zamanova).
• * *
Hüseynbəyçiməni Nüvədi yaylaqlarının ən səfalısıdır. Əhali yayda elliklə bu yaylağa qalxar, 2-3 ay istirahət edərdilər. Həmişə tez-tez duman gələr, çiskin, çovğun olar. Buna görə Ordubadlılar “İki qış keçirən nüvədililər və ya köpək uşağı) deyərdilər. Bir gün qatı dumanlıq obanı bürüyür. Qanşar döşdə dumana düşən və azacağından qorxan Bayraməli kişi arvadı Şaxlığı səsləyib deyir:-- Şaxlıq, ay Şahlıq, bax gör mən hardayam. (Söylədi Pərizad Əliyeva).
• * *
İbrahim kəndin sğortasını yığan idi. Rayon Sığorta idarəsinin rəisi Davidyan işin necə təşkil olunmasını yoxlamaq məqsədiylə kəndə gəlir. Necə olur ki, İbrahimlə sözləri çəp gəlir. Bundan qəzəblənən erməni İbrahimə deyir:--Səni işdən çıxararam, acından ölərsən.
Bu sözə dözməyən İbrahim qəzəblə deyir:--A, erməni, a köşə, mənim qırx beş yaşım var. Beş il sənin yanında işləmişəm. Tutaq ki, beş ili sən saxlamısan, Bəs bu qırx ilini kim saxlayıb?! (kənd söhbəti).
* * *
Fərrux qonşu Pişəmmi kəndində bir qız sevir. Nişanlısını görmək məqsədilə bir qoyun kəsib Pişənniyə yollanır. O, əvvəl-əvvəl dama çıxıb bacadan boylanır ki, görsün evdə kim var. Bu zaman adamlar dövrə vurub otururmuşlar. Fərrux əyilib baxmaq istəyərkən özünü saxlaya bilməyib dalı şələli gupbultuynan içəri düşür. Evdəkilər bu gözlənilməz hadisədən qorxub təşfiş keçirirlər.
(Söylədi Pərizad Əliyeva).
* * *
Üçüncü baban Əbil İldırımgillə şərikli dəyirman tikmək istəyirlər. Yer üstündə Həmzə bəylə dalaşırlar. Onlar deyir yer mənimdir, bu tərəf deyir yer mənimdir. O deyir olmaz, bu deyir tikəcəyəm... Mübahisə yoğunlayıb döyüşə keçir. Rüstəmlə Oruc Əbil babanızı irəli itələyib deyirlər:-- Get... get irəli... qoy vursunlar öl, yer bizə qalsın.
Əbil də fikirləşir ki, mən öləndən sonra neynirəm dəyirmanı. Odur ki, onu qabağa itələyən Püstəmə və Oruca deyir:--Niyə məni öldürsünlər? Siz it xılından çoxsunuz. Biriz ölsəz, yenə o biriləri qalacaq. Mən ölsəm, məndən kim qalacaq? Yaxşısı budur siz gedin vursunlar biriz ölün. (Söylədi Pərizad Əlıyeva).
• * *
İbrahim bəyi Əldərə kəndinin bəyləri qonaq çağırırlar.İbrahim bəy görür ki, məclisdəki bəylərin hamısı uşağını qucağına alıb oturublar. Məclisin şirin vaxtında nüvədili qonaq qəfildən anqırmağa başlayır. Bəylər onun bu hərəkətindən təəccüblənib soruşurlar:-- İbranim bəy, sən nə eləyirsən?
İbrahim bəy:-- Görürəm hamınızın qoduğu yanınızdadır. Mən də anqırıram ki, qoduğum gəlsin. (Söyləyən Əli Həziyev).
* * *
Dəmirçi sənətkar, Sabirin şerlərini əzbər bilən Kəlbəli dayı qış sərt keçdiyindən heyvanları ölməsin deyə, bir ev ot, meşoq-meşoq kəpək, təhnə-təhnə çörək yedirdir. Yaz ağzı heyvanlar kişinin zəhmətini yerə vururlar. Arıq düşən keçisinin öldüyünü görən Kəlbəli dayı yerə uzanıb can verən keçisinin saqqalından tutub deyir:--Köpen keçisi, hara ölürsən? Bir ev otumu, kəpəyimi yemisən e... Borcumu ver, sonra öl. (kəndin söhbəti).
• * *
Səhləli dayı bir gün qatarla miyakkı deyilən vaqonda İravana gedirmiş. Bələdçi (provodnik) yaxınlaşıb bu kişidən bilet göstərməyini istəyir və bileti olmadığından başqa vaqona keçməsini tələb edir. Səhləli dayı da deyir ki, niyə gedim, hazır oturmuşam da. Bələdçi deyəndə ki, olmaz, bura miyaqqı vaqondur.
Səhləli dayı keyfini pozmadan:--Miyaqqıdır? Daha yaxşı. (kənd söhbəti).
• * *
Bir gün Yevlax stansiyasında qatar gözləyən Əhmədəli müəllim soruşur:-Səhləli, qatarın gəlməsinə nə qədər vaxt var?
Səhləli saata baxıb deyir:-- On dəqiqə.
Söz kişinin ağzından qurtarmamış, stansiya növbətçisi qatarım gəlməsini elan edir:-- Kirovabaddan-Bakıya gələn qatarın vaxtına dörd dəqiqə qalır.
Elanı eşidən Əhmədəli müəllim:-- Səhləli. saatın səfdir, düzəlt.
Səhləli dayı ona fikir verməyib deyir:--Yaxşı-yaxşı, arvad ağılda olma.
(Söylədi Zəminə Bağırova).
• * *
Kolxoz sədri Mayıl ilə məktəb direktoru Calalın araları dəyir. Bir-birinin işiniə mane olmaq üçün müxtəlif əngəllər törətmək istəyirlər. Mayılın da adamları Calalın işi pozulsun deyə 10-cu sinfin qızlarını öyrədirlər məktəbə getməsinlər; desinlər ki, müəllimlər qızlara sataşırlar. Calalın qohumu ola-ola Mayıla tərəf saxlayan Günəş xala da oğlu Fərhadı məktəbdən saxlayır.
Bir gün Əhmədəli müəllim küçədə Fərhadla qarşı-qarşıya gəlir və yaxınlaşıb deyir: -- Fərhad bacı, Fərhad bacı, bəs sənin məmələrini hansı müəllim əlləyib?
(Söylədi Fatma Əlizadə).
• * *
Sovet quruluşunun ilk illərində adamlar kütləvi savadsız idilər. Əhmədəli kişi əsgərlik vaxtlarında yoldaşlarına məktub yazdırır. Yoldaşı məktubun üstündə yazacağı ünvanı sorusur. O da “ Meğri payon poşt Astazır Nəhmət gəlib aparacaq” deyir. Məktub bu nvanla sahibimə çatır. (Soylədi atam Usta Vəli).
• * *
Yas məclisi imiş. Molla adəti üzrə dini gerçəklikdən çox, uydurmalardan söhbət açır, yarımçıq eşitdiyi misallardan danışıb məclis əhlində gülüş, dinə inamsızlıq yaradır. Molla söhbətinin birində deyəndə ki, insan qəbrə qoyulandan cənnət-cəhənnəm arasındakı məsafə üç yüzillik yoldur. Kimin ki, əməli saleh deyil cəhənnəmə üç yüz il başıaşağı yol gedir. Mollanın yalan uydurmalarına güclə dözən Səməd dayı nəhayət ki dillənir:--Elə olsa, yazıq dədə! Hələ iki yüz əlli il də başıaşağı yol gedəcək. (kənd söhbəti).
• * *
Keçmişdə heç kəsin ayaqyolu olmadığından adamlar daldalarda, kalafalarda oturardılar. Bir dəfə Canəli dayı kalafada oturmuşdu ki, görür Xeyrənsə xala gəlib onun yanında saymazyana oturdu. Canəli dayının yadına düşür ki, bu xalanın gözləri zəif görür. Odur ki zarafata salıb deyir:-- Xeyrə xala, əlini əlimə uzat görüm bir-birinə dəymir, yoxsa nənəmizin əmcəyi tutular. (Söylədi. Aqil Əliyev).
(İzah: yaxın keçmişlərə qədər bir-birinə yaxın oturan adamlar aralarında
məsafəni gözləmək üçün deyərdilər “Yaxın olub əlimiz bir- birinə
çatsa nənəmizin əmcəyi tutular. Onun üçün əl ələ çatmamalı idi).
• * *
Xeyrənsə xalanın bağında bir şaftalı ağacı var imiş. Dəli Əli tez-tez bağa girib şaftalıdan yeyər, sonra da ciblərini doldurub gedərmiş. Bir gün də ağaca çıxarkən böyük bir budaq parçalanır. Səsə Xeyrənsə xala gəlib onu söyür və daşlayır. Dəli Əli də yolboyu oxuya-oxuya deyir:--Ay mamacan, Xeyrənsənin şaftalısın cırmışam... (Söylədi Həmzə Əliyev).
• * *
Xeyrənsə xala özünə aid olan işi camaatın gözündə xeyli şişirtməyi sevərmiş.
Onun iki oğlağı varmış. Hər gün nəvəsi İbrahin bu iki oğlaqı evlərinin üstü döşə ötürərmiş. Oğlaqlar da otlayıb dar qovuşanda özləri enib gələrmiş. Bir gün oğlağın biri evə gəlmir. Xeyrənsə xala (evləri hühdürdə kəndin qənşərində idi) qənşərə çıxıb uca səslə nəvəsini haraylayır:--İbrayim, ay İbrayim!!.. Uğlaxların girt yarısı (ləhcəmizə gırt sözü—tam, bütöv yarısı deməkdir. Eşidən də elə bilsin ki, bunun 30, 40 oğlağı var) galmeyib. (Söylədi Səvgülü Rzayeva).
• * *
Məhərləmlikdə sinəzən demək üçün arvadlar bir evə yığışırlar. Həbib dayını da dəvət edirlər ki, həm sinəzən desin, həm də imam sözlərindən danışsın. Xeyli vaxt keçəndən sonra Güləndam görür ki, arvadların içində bircə kişi Həbib dayıdır. Güləndam üzünü arvadlara tutub deyir:--Siz allah, bir az sakit olun. Bir tapmaca satıram, görüm kim tapacaq. Hamı sakit olan kumu Güəndam tapmaca satır:--Aşağıdan bir sürü haxçik (ermənicə haxçik-qız; dığa-oğlan deməkdir) gəlir, içində də bir dığa?
Həbib dayı məsələni başa düşür və qaş-qabağını turşudub deyir:--Bu da mənim yaxşılığım, Axırda məni dığa elədiz. (Söylədi Həmzə Əliyev).
• * *
Kənddə döyüş olan kimi kəndin məmə yeyəndən, pəpə yeyənə kimi hamı tamaşaya çıxardı. Bir gün Məşə Qurban kiminləsə döyüşür. Adətdir; döyüşən adamların arasına girib araçılıq edərdilər. Araçılıq edənlər yığışıb bunların hər ikisini tuturlar. Rəqib tərəf sakitləşsə də, Məşə Qurban bir hey dartınıb qışqırır:—Ə məni buraxın, ə məni tutman... A.. sizinən deyiləm məni tutman.
O çox dartınıb qışqırsa da, adamlar buraxmırlar ki. buraxmırlar.Məşə Qurban dartınıb əldən çıxmağa çalışsa da onu bərk-bərk saxlayırlar. Əlacı qırılan Məşə Qurban tutanları söyməyə başlayır. Görür ki, yenə buraxmırlar:--A köpey uşağı, demirəm məni buraxın! A it uşağı, sizə demirəm məni tutmayın! A buraxın şalvarımı batırdım! A buraxın töküldü... Adamlar işi başa düşüb onu buraxırlar. O. tələm-tələsik kalafaya qaçır. Camaat gülməkdən uğunur.
(Söyləyən qardaşım Tariyel Əliyev).
• * *
Çar rusiyası zamanı nüvədililər dövlət vergisini verə bilmədiklərindən dövlət adamları borcluları döyüb incidirlər. Camaat qərarə gəlir ki, gəlin bu işdə Mamedemini irəli verək. O bəlkə bizi bu bəladan qurtardı. Mamedemin də hər dəfə vergi yığmağa gələni bir təhər razı edib yola salırmış. Bunun üçün Mamedemin bir gün qonşu Astazır kəndinə gedir (Bu kənddə türk-erməni yaşayırdı) və erməni Muğdusudan pul istəyir. Muğdusu Mamedeminlə şərt kəsib deyir:--Pulu vaxtında qaytarmasan dediyin Qarğa daşını və ətraf dağları səndən alacağam.
Mamedemin aldığı pulu vergiyə verib camaatın canını qurtarır. Vaxt tamam olur Mamedemin borcunu qaytara bilmədiyi üçün Muğdusu onu məhkəməyə verir. Məhkəmə borcu niyə qaytarmırsan,--deyə soruşduqda və tələb etdikdə Mamedemin xayasının yırtıq oldüğunu söyləyir. Muğdusu deyəndə ki, onda Qarğa daşını və dağları qaytar özümə, niyə qaytarmırsan?
--Sən nə vaxt gəldin ki, mən sənə Qarğa daşını qaytarmadım? Udur ee.. Qapğa daşı yerində, dağlar yerində durur. Quru daşlar nəyimə gərəkdir, isteysən bu gün get ayalıx elə. (Söylədi Həzi Musayev).
* * *
Dəmir yolunda işləyən bir nüvədili yanlarında işləyən Zübeydənin yol rəisi ilə tez-tez gəzdiyini eşitdiyindən qərara gəlir ki, onunla əlaqəyə girsin. Bu oğlan Zübeydə ilə işləyərkən ona deyir:--Zübeyda, deyirlər sən hamıya verirsən, mənə də ver dəy.
Bundan acığı tutan Zübeydə deyir:--Köpək oğlu, istəyirsən istə də, dəy niyə detirsən hamıya verirsən,-- bunu deyib əlindəki beli ilə vurub gədənin başını yarır. (Söyləyən bu işin şahidi).
• * *
Gülünovu yaylağında sağıcı işləyən Sərəfnaz arvadla Sona döyüşür. Sərəfnaz xalanın əri Məmmədxan kişi də çox fağır, həyalı kişi idi. Məmmədxan görür ki, Sona çox qaraçılıq edib, darı yeyib göyə püfkürür. Kişi arvadına deyir ki, qoy gedim ona bir neçə söz deyim gəlim. Məmmədxan gedir və bir azdan qayıdır. Ondan soruşanda ki, nə dedin?
Məmmədxan deməli idi ki, dişimin dibindən qurtaranı dedim, çaşıb belə olur:-- Sikimin dibindən qurtaranı dedim. (Söylədi lətifəsöyləyici qadın).
• * *
Məktbə müəllim düzələnləri görən Oruc rayona gedib maarif şöbəsindən müəllimliyə işlə düzəltməsini bildirir. Maarıf şöbəsi ondan ixtisasın nədir, nə dərsini deyə bilərsən. Yeddiillik təhsili də olmayan Oruc deyir ki, pus dilini bilirəm, üç il əsgərlikdə olmuşam. Maarif şöbəsi şübhələnib deyir:--Rus dilini bilirsənsə, de görün nərdivana rusca nə deyir?
Oruc dərhal cavab verir:--Nərdivana belə drmaşenko deyir. (kənd söhbəti).
• * *
Qəbirsanlıqda Məşədi Sadiqin qəbrinin yanında bir ehsan tutu varmış. Hər gün uşaqlar bu tutu daşlayıb yeyərmişlər. Bir gün Mənsimənin yolu qəbiristanlığa düşür, Görür ki, uşaqlar tutdan yeyir, budaqlarını da əyib sındırırlar. Bunu görən arvad uşaqlara deyir:--Yeyirsiz, yeyin də, dəy niyə budaqlarını sındırırsınız?
Arvad görür ki. uşaqlar onu saymır. Hirslənib deyir:--Yeyin Məşədi Sadığın ehsanına poxum kimi. (Söylədi lətifəsöyləyici qadın).
• * *
Zeynəlabdinin 3-4 qaramalı varmış. O, bədnəzər Məşəd Əsgərdən qorxduğundan malları hər səhər lap ertədən örüşə apararmış ki, bu bədnəzərlə qarşılaşmasın. Bir gün yenə lap səhər tezdən mallatı örüşə apararkən Məşəd Əsgər malları sayb sahibindən soruşur:--Zeynəlabidin, bax bu qara buzov qara inəyin balası, göy də göy inəyin balasıdır. Bəs bu ağ buzov hansının balasıdır?
--Məşəd Əsgər, onu da mən doğmuşam,--deyə Zeynəlabdin cavab verir.
(Söylədi Səvgülü).
• * *
Bir il qış qəhər gəlir. Ot-ələf evlərdə tamam tükənir. Məşədi Hüseyn Əlverdinin yanına gedib deyir:-- Əlverdi, al bu on manatı, mənə bir neçə burma (burulub kiplənmiş ot) ver.
Əlverdi pulu alıb tövləyə girir və əlindəki on mamatı qoyuna tutub “düyüləyir”. Sonra qayıdıb deyir:-- Məşədi, pulu qoyunlara verdim yemədilər. Pulu ala, get özünə ot tap. (Söylədi Həzi Musayev).
• * *
Əhməd Kazımov eşidir ki, İdris müəllim partiyaya keçib. Ona sataşmaq qərarına gəlir. Bir gün onunla qaqrşılaşarkən soruşur:--İdrıs, deyirlər partiyaya keçmisən, doğrudur?
--Hə, keçmişəm, Əhməd.
Çoxdan fürsət axtaran Əhməd elə həmin an deyir:-- Səni ki, partiyaya götürüblər, deməli o partiya lotuxanadır.
İdris müəllim halını pozmadan:--Partiya mən keçəndən lotuxana olmayıb ki, nənən (anan) Şabəyim partiyaya keçəndən lotuxana olub. (kənd söhbəti).
• * *
Kolxox sədri kolxozçusu gənc Oqtayı harasa işə göndərir. Oqtay tapşırığın yersiz olduğunu görüb işdən boyun qaçırır. Calal çox deyir, Oqtay az eşidir, nəhayət Onun işə getmədiyni görüb deyir:--Getməsən sən öl, sənin şalvarını çıxardaram. Oqtay bu sözdən sonra sədrin otağını tərk edir. Sədr yenə bir gün Oqtayı idarəyə çağırır. Oqtay da telefonla cavab verir:-- Calal müəllim, şalvarımı çıxartmısan, idarəyə gələ bilmərəm.
--A.. yekə oğlansan, haneyə (lağa) qoyma, dur idaraya gəl.
-- Vallah Calal müəllim, üz vurma gələn deyiləm. Şalvarımı çıxartmısan. Tumançax gəlməyə halım yoxdur. (Söylədi Məmmədqulu Rzayev).
* * *
Oqtay Cəfərov kəndin tamahsız, əliaçıq, düzlüyü sevən cavan bir bağbandır. Oqtay bir gün Kəhriz dəhnəsinə piyada gəlir. Bu zaman Bahadırın üç ənik iti ona hücum edir. Elə bu an maşında adamlar da gəlib bulağa çatırlar. Oqtay daş götürüb özünü qoruyarkən arxadan gələn iri it heç nəyə baxmadan irəliləyib onun üst-başını yalayır, qalan üç it də sakitləşir. Oktayın yadına düşür ki, bu itə on il bundan qabaq çobana köməyə gedərkən ona bollu-bollu çörək atıb. Mehribanlıq göstərən iti Oqtay bir təhər sakitləşdirir. Maşındakılar hər dəfə olduğu kimi. Yenə də ”Oqtay al bu bidonu doldur. Oqtay al bu kanistiri dolrur” deyirlər.
-- Hamınız bir dəqiqə sakit olun, bir söz demək istəyirəm,--deyə Oqtay sözünə davan edir:--Ay işçilər, on il bundan qabaq bu itə çörək atdığımdan indi mənim əl-ayağımı yalayır. Ancaq sizə on ildir ki, su doldururam, yaxşılıq edirəm. Bu itdə olan qeyrəti sizdə görmədim. (kənd söhbəti).
* * *
Əbil baban bir evə qonaq gedir. Görür ki, arvad süd aşına bir ovuc duz atıb harasa getdi. Bir az keçmir gəlin gəlib bir qaşıq duz atıb getdi. Çox keçmir qızı da gəlib xörəyə baxmadan bir ovuc duz atıb getdi. Yenə bir azdan sonra başqa qızı gəlib o da duz atıb getdi. İşi belə görən Əbil baban durub bir ovuc duz da o atır. Günorta xörək süfrəyə gətirilir. Qaşığı ağızına aparan ağzı dolu südaşını ovcuna qaytarır. Arvad bu işə məəttəl qaldıqda Əbil hadisəni olduğu kimi ev adamlarına söyləyib deyir:-- Gördüm ki, hərə öz işini gördü, sizə qoşulub bir ovuc duz da mən atdım. (Söylədi Fatma Əlizadə).
• * *
Lenin ordenli, briqadir Yarışla, bağban Canəlinin araları möhkəm dəyir. Üzün müddət yola getmirlər. Yarışın dədə-babası kəndin adlı bəylərindən idi. Sovet hökuməti bütün bəyləri sürgün etdiyi kimi bunları da cəzalalandırır. Bütün bunlar artıq keçmişdə qalır. Ağır zəhnətinə görə hökümət Yarışı Lenin ordeni ilə təltif edir. Bu münasibətlə raykom və rayon işçiləri kəndə gəlir. Kolxoz yığıncağı çağırılır. İşçilər Yarışı o ki var tərifləyirlər. Axırda söz raykom katibi Tevonyana verilir. O da çoxlu tərif deyib ordeni Yarışa təqdim edir. Sonra söz kolxozçulara verilir. Canəli birinci çıxış edərək briqadiri zəhmətinə görə xoş sözlər deyəmdən sonra, üzünü raykom katibinə tutub deyir:--Yoldaş, Tevonyan, yoldaş rayondan gələn qonaqlar, Yarışın dədə-babası Lenini axtarırdı ki, başını kəssin, indi isə belə adama hələ bir Lenin ordeni də verirsiniz. (kənd söhbəti).
• * *
Ernəzir kənd olanda (Sovet höküməti kəndin bütün əhalisini Nüvədiyə köçürüb xarabaya qoydu) Bahar adlı sözünün dalı-qabağını yoxlamayan kasıb bir arvad vardı. Onun anası rəhmətə gedir. Bahar cəhd edir ki, anasına ehsan versin. Çox çətinliklə ordan, burdan düyü və doşab tapır. Yağı olmadığından ehsanı hələlik verə bilmir. Adamlar ehsan verəcəyini soruşanda, Bahar deyir:-- Nənəmə ehsan vermək istəyirəm. Düyü ilə doşabım var. Bir yağım yoxdur. Yağı da harda olsa it götündən çıxaracağam. (Söylədi Əhmədəli Əliyev).
• * *
Pəzi qocamin (yəni nənə) babası Səhleli kənddən çox uzaq yerə çəpərə gedir.
Günortadan bir qədər keçmiş çəpər şələli evə qayıdır. Evə lap az qalmış birdən yadına düşür ki, dəhrəsi çəpərlikdə qalıb. Ağır şələ altında, qan-tər içində kişi çəpərliyə qayıdıb dəhrəsini tapıb, axşam evə gəlib çatır.
(Söylədi anam Pərizat Əliyeva).
• * *
1988-ci ildə ermənilərin Qarabağ iddiası ilə Azərbaycana hucumu ərəfəsində Səhləli dayı dağda təki-tənha ot biçərkən bir “Vilis” gəlib onun yanında dayanır. Maşından üç erməni düşür. Görəndə ki, bu kişi onlara məhəl qoymur, erməninin biri soruşur:--A kişi bizi tanımadın?
Səhləli onlara baxıb deyir:--Əə.. məhlim biz erməniyik ki, çörək itirən olaq. Biz millət çörək verənə namərd olmarıq. Niyə tanımıram. Sən Sumbatın bacısıoğlu Volodsan... A Volod, məgər ermənilərdən heç bir ağıllısı yoxdur ki, desin; bu girməli köl deyil. Sizin bizə gücünüz çatmaz
Volod yazıq-yazıq baxıb deyir:-- Ay Sahleli kişi, ela onu deginan.
(Söylədi Əhməd Kazımov).
• * *
İsa dayı bacısı oğlu Əmirə özünü o ki var öyür:-- Bir adam mənim yanımdan yel olub ötənməz. Elə sayığam ki, gözümə də püf deyən olmaz. İsanı sınamaq üçün Əmir gecə yarı kolxozun Kəhriz bağlarına gedir. Onun yatdığı çardağa çıxı çarıqlarını götürür. Əmir bu əhvalatı qonşusu Süleyman müəllimə danışır və tapşırır ki, heç kimə bir söz deməsin. Qoy dayısı İsa çarıqlarını atara-axtara qalsın. Süleyman da bu hadisəni necə eləsin ki, bilsinlər. Odur ki özünü dəliliyə vurub yatır. Xəbər yayılır ki, Süleyman dəli olub sayıqlayır. Eşidənlər bir-bir gəlib ona dəyirlər. Məhliqa xala (İsanın da, Əmirin də yaxın qohumudur) soruşanda ki, Süleyman niyə xəstələnmisən; o da dəlicəsinə əl-qol atıb sayıqlayırmış kimi:-- Heç nə, canına qurban olduqlarım mənə deyirlər ki, İsa reyğəmbərin çarıqlarını Əmir əlmömün oğurlayıb. (İzah-- Dəlilik adıyla bildirmək istəyir ki, İsanın çarığını Əmir oğurlayıb).
Süleymanın belə sayıqlamasına çoxları inanır. Sonra kimsə onun fırıldağını başa düşüb nə demək istədiyini açıqlayır. (Söylədi Fatma Əlizadə).
• * *
Gülnisə həmişə xəstəliyindən, başındakı səs-küydən şikayətlənir. Yenə də canının rahatsızlığından giley edərək:-- Elə bil başımda toy çalırlar.
Hər dəfə bu sözləri eşidən oğlu Fuad bu dəfə anasından soruşur:--Ana, başında çalınan oğlan toyudur, yoxsa qız toyu? (Söylədi qohumu).
• * *
Gülnisə hər dəfə olduği kimi yenə xəstəliyindən gileylənir. Onun dinşəmədiyini görən oğlu Fuad soruşur:-- Ana, ölümündən qorxursan?
Gülnisə cavab verir:--Ölümümdən qorxmuram ee.. Qəbirdəki qaranlıqdan qorxuran.
Fuad deyir:--Qorxma, ana, oraya projektor çəkdirərik.
(Söylədi həmim qohumu).
• * *
1988-ci ildə ermənilərin Azərbaycana hücum ərəfəsində Ermənistandan qovulub çıxarılan türklərə (azərbaycanlılara) baxmayaraq, nüvədililər bir nəfər kimi dağlarda səngər qurub keşik çəkir, özlərini erməni hücumundan qoruyurlar. Nüvədililərin bu qəhrəmanlığını eşidən Zəngilan Raykom katibi və işçiləri camaatı görməyə gəlirlər. Hamı gələn qonaqları qarşılayır. Əziz Raykom katibinə yaxınlaşıb deyir:-- Əli boş, dalı yaş nəyə atılıb gəlmisən? Gəlirdin silahdan zatdan gətirirdin. (Söylədi İsfəndiyar Əhmədli).


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə