İlahi ƏdaləT




Yüklə 7.38 Mb.
səhifə24/24
tarix23.02.2016
ölçüsü7.38 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   24

XÜLASƏ VƏ NƏTİCƏ


Bu fəsildə müsəlman və qeyri-müsəlman şəxslərin yaxşı və pis əməlləri barəsində dediklərimizdən aşağıdakı nəticələr əldə edilir:

1. Səadət və bədbəxtliyin hər birinin öz dərəcəsi var və nə səadət əhlinin hamısı bir dərəcədədir və nə də bədbəxtlər. Bu dərəcə və fərqlər cənnət əhli barəsində «dərəcələr», cəhənnəm əhli barəsində isə «dərəkat» ifadəsi ilə işlədilir.

2. Cənnət əhlinin hamısı elə əvvəlcədən cənnətə getməyəcəklər. Cəhənnəm əhinin də hamısı orada əbədi qalmayacaq, yə’ni onlar cəhənnəmdə həmişəlik qalmayacaqlar. Cənnət əhlinin çoxu bərzəx aləmi və ya cəhənnəmdə ağır əzab mərhələlərini keçdikdən sonra cənnətə gedəcəklər. Hər hansı bir müsəlman və ya şiə bilməlidir ki, əgər özü ilə saf bir iman aparmış olsa belə, Allah eləməmiş, dünyada fəsad, günah, zülm və cinayətlərə mürtəkib olubsa, qarşısında çox çətin bir mərəhələlər var və günahlardan bə’zilərinin təhlükəsi daha çoxdur və hətta bə’ziləri cəhənnəmdə əbədi qalmağa səbəb ola bilər.

3. Allah və axirətə imanı olmayan şəxslər, təbii ki, əməllərinin heç birini yüksəlmək məqsədi ilə etmirlər və buna görə də onlar Allah və axirətə doğru seyr və hərəkətdə olmurlar. Deməli, onlar Allah və axirətə doğru qalxmır və cənnətə çatmırlar, yə’ni onlar, getməli olduqları məqsəd və hədəfə doğru getmədiklərinə görə ona çatmırlar.

4. Allah və axirətə imanı olan, əməllərini Allaha yaxınlaşmaq məqsədi ilə yerinə yetirən və işlərində niyyətləri saf olanların əməlləri Allah dərgahında qəbul olur və onlar müsəlman olub-olmamalarından asılı olmayaraq, mükafat və cənnətə nail olacaqlar.

5. Allah və axirətə imanı olan və Allaha yaxınlaşmaq məqsədi ilə xeyir işlər görən qeyri-müsəlmanlar islam ne’mətindən məhrum olduqları üçün, təbii ki, bu ilahi proqramdan bəhrələnməkdən də məhrum olurlar. Onların xeyir əməllərinin İslamın ilahi proqramları ilə uyğun gələni, məsələn müxtəlif yaxşılıqlar və Allah bəndələrinə xidmət kimi uyğun olan miqdarı qəbul edilir. Təbii ki, heç bir əsası olmayan uydurma ibadətlər qəbul edilmir və kamil proqrama əl çatmamasından yaranan bir sıra məhrumiyyətlər də onlara şamil edilir.

6. Qəbul edilmiş xeyir əməllər müsəlman və ya qeyri-müsəlman tərəfindən yerinə yetirilməsindən asılı olmayaraq, bir sıra afət və bəlalara malikdirlər və həmin afətlərin sonradan onları məhv edib aradan aparması mümkündür. Həmin afətlərin başında cuhud, inadkarlıq və qərəzli kafirlik durur. Buna görə də əgər qeyri-müsəlman şəxslər Allaha yaxınlaşmaq məqsədi ilə çoxlu xeyirli işlər görsələr, amma onlara İslam həqiqəti təqdim ediləndə təəssüb və inadkarlıq göstərsələr və həqiqətpərvərlik insafını kənara qoysalar, həmin xeyir əməllərin hamısı tufanın külü sovurması kimi hədərə gedir.

7. Müsəlmanlar və həqiqi tövhid əhli olan digərləri, əgər fəsad və günaha mürtəkib olsalar və ilahi proqrama xəyanət etsələr bərzəx aləmi və qiyamətdə uzunmüddətli əzablar çəkməli olacaqlar və hətta bilərəkdən, günahsız mö’mini öldürmək kimi bə’zi günahlar səbəbindən həmişəlik olaraq əzabda qalacaqlar.

8. Allah və qiyamətə imanı olmayan və bə’zən Allaha şərik qoşan şəxslərin xeyir əməlləri əzabın yüngülləşdirilməsi və ya aradan qaldırılmasına səbəb olacaq.

9. Xoşbəxtlik və bədbəxtlik şərti deyil, həqiqi və təkvini şəraitə tabedir.

10. Allahın xeyir əməli qəbul etməsinə dəlalət edən ayə və rəvayətlər, təkcə əməllərin fe’li yaxşılığını nəzərdə tutmur. İslam baxımından əməl həm fe’li, həm də faili cəhətdən yaxşılığa malik olanda xeyir və saleh əməl sayılır.

11. Peyğəmbərlik və imaməti inkar edənlərin əməllərinin qəbul olmamasına dəlalət edən ayə və rəvayətlər həmin inkarların inadkarlıq və tərslik üzündən olmasını nəzərdə tutur. Amma yalnız e’tiraf etməməkdən ibarət olan, inkar və e’tiraf etəməmələrinin də mənşəyi təqsir deyil, acizlik olanlar həmin ayə və rəvayətlərdə nəzərdə tutulmurlar. Bu qism inkarlar Qur’ani-kərim baxımından müstəz’əf və Allaha ümid bəsləyənlər sayılırlar.

12. İbni Sina və Molla Sədra kimi İslam filosoflarının fikrincə, həqiqəti e’tiraf etməyənlərin çoxu müqəssir deyil, acizdirlər. Həmin şəxslər əgər Allahı tanımayanlardan olsalar əzaba düçar olmayacaqlar, hərçənd ki, cənnətə də getməyəcəklər. Amma əgər Allahı tanısalar, məada e’tiqadları olsa və Allaha yaxınlaşmaq məqsədi ilə saf əməllər yerinə yetirsələr öz əməllərinin yaxşı mükafatlarını alacaqlar. Yalnız aciz deyil, müqəssir olan şəxslər bədbəxtlik və əzaba atılacaqlar.

İlahi, Səni Məhəmməd və Onun Əhli-beytinə and verirəm ki, bizim işlərimizin axırını xeyir və səadətli et, bizi müsəlman olduğumuz halda dünyadan apar və saleh insanlara qovuşdur Amin!

Mündəricat




İLAHİ ƏDALƏT 2

MÜQƏDDİMƏ 2



CƏBR VƏ İXTİYAR 6

ƏDALƏT MƏSƏLƏSİ 7

İŞLƏRİN YAXŞI VƏ PİSLİYİNİN ZATİ OLMASI 8

ƏQLİN SƏRBƏSTLİYİ 9

İLAHİ İŞLƏRİN HƏDƏF VƏ MƏQSƏDİ 10

İXTİLAFLARIN BAŞLANĞICI 12

ƏDALƏT, YAXUD TÖVHİD 13

İSLAM KƏLAM ELMİNİN İSLAM FƏLSƏFƏSİNƏ TƏ’SİRİ 16

ƏQLİ ŞİƏ MƏKTƏBİ 17

FİQH ELMİ SAHƏSİNDƏ ƏDALƏT 19

HƏDİS ƏHLİ İLƏ QİYAS ƏHLİNİN MÜBAHİSƏSİ 20

ŞİƏLİKDƏ FİQH ÜSLUBU 21

İCTİMAİ-SİYASİ DAİRƏLƏRDƏ ƏDALƏT 23

ƏSAS QAYNAQ 23



BİRİNCİ FƏSİL 29

İNSANİ VƏ İLAHİ ƏDALƏT 29

YOL VƏ ÜSLUBLAR 33

ƏDALƏT NƏDİR? 38

İRADLAR 44

ÜSULİDİNDƏ ƏDALƏT 46

ƏDALƏT VƏ HİKMƏT 47

DUALİZM 49

ŞEYTAN 54

FƏLSƏFİ BƏDBİNLİK 58

NAZ YA E’TİRAZ? 64

İKİNCİ FƏSİL 67

MƏSƏLƏNİN HƏLLİ 67



İSLAM FƏLSƏFƏSİ 69

YOL VƏ MƏSLƏKLƏR 70

AYRI-SEÇKİLİKLƏR 72

DÜNYANIN QURULUŞU ONUN ZATIDIRMI? 76

XOŞ VƏ ƏBƏDİ XATİRƏ 78

BURADA AYRI-SEÇKİLİKDƏN YOX, FƏRQLİLİKDƏN DANIŞMAQ LAZIMDIR! 80

FƏRQLƏRİN SİRRİ 81

ŞAQULİ SİSTEM 82

EN DAİRƏSİ VƏ YA ÜFÜQİ SİSTEM 86

İLAHİ QANUN 89

QANUN NƏDİR? 91

İSTİSNALAR 92

QƏZA-QƏDƏR VƏ CƏBR MƏSƏLƏSİ 94

XÜLASƏ 96



ÜÇÜNCÜ FƏSİL 97

ŞƏRLƏR 97



ÜÇ İSTİQAMƏTLİ BƏHS 98

BİZİM ÜSLUBUMUZ 98

DUALİZM MƏSƏLƏSİ 99

ŞƏR YOXLUQDUR! 100

ŞƏR NİSBİDİR 104

ŞƏRLƏR - ƏDALƏT PRİNSİPİ BAXIMINDAN 109



DÖRDÜNCÜ FƏSİL 111

ŞƏRLƏRİN FAYDASI 111

FƏRQLƏNDİRMƏ PRİNSİPİ 113

ÜMUMİ QURULUŞ 115

ÇİRKİNLİK GÖZƏLLİYİN AYNASIDIR 116

CƏMİYYƏT, YOXSA FƏRD? 118

TUTUMLARIN FƏRQİ 120

BƏDBƏXTLİKLƏR XOŞBƏXTLİKLƏRİN ANASIDIR 123

ÖVLİYALAR ÜÇÜN BƏLA 127

BƏLALARIN TƏRBİYƏVİ TƏ’SİRİ 128

ALLAHIN TƏQDİRİNƏ RAZILIQ 130

BƏLA VƏ NE’MƏT NİSBİDİR 131

ZİDDİYYƏTLƏR TOPLUMU 135

ZİDDİYYƏTİN FƏLSƏFİ ƏSASI 138

ÜMUMİ NƏTİCƏ 139

BEŞİNCİ FƏSİL 143

ÖLÜM-İTİMLƏR 143



ÖLÜM ANLAYIŞI 144

ÖLÜM QORXUSU 144

ÖLÜM NİSBİDİR 146

DÜNYA RUH ÜÇÜN ANA BƏTNİ KİMİDİR 146

DÜNYA İNSANLIQ MƏKTƏBİDİR! 148

E’TİRAZIN KÖKÜ 149

ÖLÜM HƏYATIN GENİŞLƏNMƏSİDİR 152

ALTINCI FƏSİL 155

AXİRƏT CƏZALARI 155



ƏMƏLİN CƏZASI 156

İKİ DÜNYA ARASINDAKI FƏRQLƏR 157

İKİ DÜNYA ARASINDAKI ƏLAQƏ 162

ÜÇ NÖV CƏZA 164

TƏNBİH VƏ İBRƏT 164

DÜNYA CƏZALARI 166

AXİRƏT ƏZABI 168

USTADIN XATİRƏSİ 173

NƏTİCƏ 175

YEDDİNCİ FƏSİL 177

ŞƏFAƏT 177

İRAD 178

QANUNUN ZƏİFLİYİ 179

ŞƏFAƏTİN NÖVLƏRİ 181

QANUN POZUNTUSU 181

QANUNUN QORUNMASI 183

RƏHBƏRLİK ŞƏFAƏTİ 184

BAĞIŞLANMA ŞƏFAƏTİ 187

RƏHMƏTİN CAZİBƏSİ 187

PAKLIQ PRİNSİPİ 187

SAĞLAMLIQ PRİNSİPİ 188

ÜMUMİ RƏHMƏT 189

BAĞIŞLANMA İLƏ ŞƏFAƏTİN ƏLAQƏSİ 189

ŞƏFAƏTİN ŞƏRTLƏRİ 191

ŞƏFAƏT ALLAHA MƏXSUSDUR 192

TÖVHİD VƏ TƏVƏSSÜLLƏR 193

İRADLARA CAVAB 194



SƏKKİZİNCİ FƏSİL 196

GİRİŞ 198

1. MÖVZUNUN ÜMUMİ CƏHƏTİ 200

2. İSLAMDAN BAŞQA HEÇ BİR DİN QƏBUL DEYİL 203

İMANSIZ SALEH ƏMƏL 206

İKİ TƏFƏKKÜR TƏRZİ 206

ÜÇÜNCÜ MƏNTİQ 207

DIRNAQARASI ZİYALILAR 208

İFRATÇILIQ 212

İMANIN DƏYƏRİ 215

KÜFRÜN CƏZASI 216

TƏSLİMİN DƏRƏCƏLƏRİ 216

HƏQİQİ REGİONAL İSLAM 218

SAF NİYYƏT ƏMƏLİN QƏBUL OLMA ŞƏRTİDİR 220

KEYFİYYƏT, YOXSA KƏMİYYƏT? 225

BƏHLULUN MƏSCİDİ 227

ALLAH VƏ AXİRƏTƏ İMAN 228

NÜBUVVƏT VƏ İMAMƏTƏ İMAN 233

ZƏRƏR-ZİYANA UĞRAMA 236

SIFIRDAN AŞAĞI 242

ACİZ VƏ MÜSTƏZ’ƏFLƏR 242

İSLAM FİLOSOFLARI BAXIMINDAN 248

MÜSƏLMANLARIN GÜNAHLARI 249

TƏKVİNİ VƏ ŞƏRTİ ŞƏRTLƏR 254

XÜLASƏ VƏ NƏTİCƏ 258






1 Ali-İmran-18.

2 Ər-Rəhman-7.

3 Hicr-85.

4 Bəqərə-255.

5 Kəhf-49.

6 Kəhf-30.

1 Ali-İmran-18.

2 ər-Rəhman-7.

3 əl-Hədid-25.

4 əl-Ə’raf-29.

1 əl-Bəqərə-282.

2 əl-Bəqərə-124.

3 əl-Maidə-95.

4 ət-Təlaq-2.

1 əl-Hədid-25.

2 əl-Ənbiya-47.

3 ət-Tövbə-70.

4 Ali- İmran-18.

1 ər-Rəhman-7.

1 əl-Ən’am-1.

2 əs-Səcdə-7.

3 Ta-ha-50.

1 ən-Nəhl, 99-100.

2 İbrahim-22.

1 İsra-64.

1 Ə’raf 16-17.

2 Şura-11.

3 Ə’raf-54.

4 Rə’d-16.

5 İsra-111.

1 Avropada fəlsəfənin inkişafı; 3-cü cild..

1 Avropada fəlsəfənin inkişafı; 3-cü cild.

2 Avropada fəlsəfənin inkişafı; 3-cü cild..

1 Bəqərə-156.

1 Qəmər-50.

1 Qəmər-49-50.

1 Saffat-164.

2 Səcdə-5.

1 Naziat-5.

2 Şuəra-193.

3 İnsan-23.

1 Əhzab-62.

2 Fatir-43.

3 Rə’d-11.

1 İsra, 4-8.

1 Təlaq 2-3.

1 Ta-ha 50.

1 Rə’d-17.

1 Həcc-61.

1 Fəlsəfə tarixi; Vill Dorant.

1 Bələd-4.

1 Bəqərə-155.

1 Nəhl-118.

1 Mu’minun-115.

1 Mulk-2.

1 Muminun-115.

1 Qəmər 54-55.

1 Fussilət-21.

2 Nəhcül-bəlağə, 42-ci xütbə.

1 Yasin-59.

2 Ən’am-164.

1 Hicr-47.

2 Əraf-38.

3 Sad-64.

1 Məhəmməd-33.

1 Səba-5.

1 Səfinətul-bihar 10-cu cild səh 296.

1 Ali İmran-30.

2 Kəhf-49.

2 Bəqərə-281.

3 Nisa-10.

4 Həşr-18.

1 Təkvir, 1-14.

1 Cümə-8.

2 Hucurat-12.

1 Ənfal-2.

1 Bəqərə-48.

1 Hud-98.

1 Bəqərə-26.

1 Ən’am-16.

1 Nisa-116.

1 Zumər-44.

2 Maidə-35.

1 Nisa-64.

1 Əhqaf-9.

1 Ali-İmran-85.

1 Bəqərə, 80-82.

2 Ali-İmran, 24-25.

3 Bəqərə, 111-112.

1 Nisa, 123-124.

2 Zilzal 7-8.

3 Tövbə-120.

1 Maidə-69.

1 Vəsailuş-şiə; 1-ci cild, birinci hissə; səh 90..

1 Şüəra 88-89.

1 Nəml-64.

2 Bəqərə-34.

1 Ə’raf-12.

2 Ə’raf 14.

3 Sad 82-83.

1 İsra 15.

1 Mulk-2.

1 Tövbə-111.

2 Bəyyinə-5.

1 Dəhr-9.

1 Fatir 10.

1 İsra 18-19.

2 İsra-20.

1 Biharul-ənvar; 3-cü cild; səh. 377..

2 Əvvəlki mənbə, səh 382.

3 Əvvəlki mənbə; səh. 382.

1 Ali-İmran-20

2 Ali İmran-64.

1 Bəqərə 264.

1 səh 347.

1 Təfsirul-mizan; 5-ci cild; səh 51.

1 Müstədrəkul-vəsail; 1-ci cild; səh. 24.

1 İbrahim-36.

2 Hucurat-13.

1 Məryəm-39.



1   ...   16   17   18   19   20   21   22   23   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə