İlahi ƏdaləT




Yüklə 7.38 Mb.
səhifə15/24
tarix23.02.2016
ölçüsü7.38 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

İFRATÇILIQ


Yaxşı əməlin, Allah dərgahında kimliyindən asılı olmayaraq, hamıdan qəbul ediləcəyini iddia edən dırnaqarası ziyalıların müqabilində dırnaqarası ifratçı müqəddəslər dayanırlar. Bunlar həmin qrupun müqabil nöqtəsi sayılırlar. Bu qrupa daxil olanlar deyirlər ki, müsəlman olmayandan hansısa əməlin qəbul edilməsi qeyri-mümkündür. Kafirlərin və şiə olmayan müsəlmanların əməllərinin bir qəpik belə dəyəri yoxdur. Kafir və şiə olmayan müsəlmanın özü rədd edilirsə, əməli özündən qabaq rədd edilməlidir. Bu qrup da öz iddiasının sübutu üçün iki dəlil, yə’ni əqli və nəqli dəlil gətirir.

1. Əqli dəlil: Bu qrup öz əqli dəlilində deyir ki, əgər Allah dərgahında qeyri-müsəlman və ya qeyri-şiənin əməli qəbul edilirsə, onda müsəlmanla qeyri-müsəlman və həmçinin şiə ilə qeyri-şiə arasında nə fərq var? Onlar arasındakı fərq ya yaxşı əməlin müsəlman və şiədən qəbul edilməsi, qeyri-müsəlman və qeyri-şiədən isə qəbul ediləməməsi, ya da müsəlman şiənin pis əməlinin cəzalandırılmaması, qalanların pis əməllərinin isə cəzalandırılması formasında olmalıdır. Amma əgər hər iki dəstənin yaxşı əməllərinə mükafat və pis əməllərinə cəza veriləcəksə, bəs onda onlar arasında nə fərq var? Belə olan təqdirdə İslam və şiəliyin tə’siri nədir? Kafirlə müsəlman və həmçinin şiə ilə qeyri-şiənin əməllərinin qiymətləndirilmə baxımından bərabər olmalarının mə’nası budur ki, İslam və şiəlik puç və lazımsız bir şeydir.

2. Nəqli dəlil: Bu qrup yuxarıdakı dəlildən əlavə, Qur’anın iki ayəsi və bir sıra hədislərə də istinad edir.

Bir çox rəvayətlərdə qeyri-şiənin, yə’ni Əhli-beytin vilayətini qəbul etməyənin əməlinin qəbul edilməməsi bildirildiyi kimi, Qur’anın bir neçə ayəsində də kafirin əməlinin qəbul edilmədiyi aşkarcasına bildirilib.

Mübarək «İbrahim» surəsinin 18-ci ayəsində Allah-taala kafirin əməlini, küləyin sovuraraq yoxa çıxardığı külə bənzədib.

«Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar (dünyada) etdikləri əməllərdən heç bir fayda (savab) əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaşmaq!...»

Mübarək «Nur» surəsinin 39-cu ayəsində isə kafirlərin əməlləri uzaqdan baxanda suya oxşayan, amma yaxından baxanda heç nə olmayan ilğıma bənzədilib.

Həmin ayədə deyilir ki, gözləri qamaşdıran və bə’zi avamların gözündə, hətta peyğəmbərlərin xidmətlərindən də böyük olan xidmətlər, əgər Allaha imanla birgə olmasa puçdur və ilğım kimi, xülyadan başqa bir şey deyil. Ayənin mətni belədir:

«(Allahın vəhdaniyyətini danan, Qur’anı yalan hesab edən) kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. Allah da onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir.»

Bu, kafirlərin nəzərə yaxşı gələn əməllərinin misalıdır. Aman onların pis əməllərinin əlindən! Vay onların halına!

Sonrakı ayədə onun misalını belə oxuyuruq:

«Yaxud onların əməlləri əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, bu (ikinci) dalğanın üstündən də bir dalğa zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda, demək olar ki, onu görməz. Allah bir kəsə işıq verməsə, onun işığı olmaz.»

Bu ayəni əvvəlki ayənin kənarına qoyanda belə bir nəticə əldə edilir ki, kafirlərin yaxşı əməlləri aldadıcı zahirlərinə baxmayaraq, əsası olmayan ilğımdır və onların pis əməlləri şər üstündən şər, zülmət üstündən zülmətdir.

Həmin ayələr, kafirlərin əməlinin vəziyyətini aydınlaşdırır.

Şiələrin nəzərində, qeyri-şiənin əməlinin vəziyyətini Əhli-beytdən (ə) nəql edilmiş hədislər aydınlaşdırır.

Bu barədə çoxlu hədislər nəql edilib və maraqlananlar «Kafi» kitabının birinci cildi «Kitabul-höccə», ikinci cildinin «kitabul-iman vəl-kufr» fəsillərinə və «Vəsailuş-şiə» və «Müstədrəkul-vəsail» kitabının birinci cildlərinin «müqəddimatul-ibadət» fəsillərinə, «Biharul-ənvar» kitabının 18-ci fəslinin məad bəhsləri və qədim çapının yeddinci cildinin 227-ci fəsli, 15-ci cildinin əxlaq hissəsinin 187-ci səhifəsinə müraciət edə bilərlər.

Biz nümunə üçün «Vəsailuş-şiə» «kitabından bir rəvayət nəql edirik:

«Məhəmməd ibni Müslim deyir ki, imam Baqirin (ə) belə buyurduğunu eşitdim: Əgər kimsə Allaha ibadətdə özünü əziyyətə salsa, amma Allahın ona tə’yin etdiyi imama bağlı olmasa, əməli qəbul deyil və özü də yolunu azmış və sərgərdandır və Allah onun əməlini düşmən bilir. Əgər həmin şəxs bu halda ölsə, onun ölümü İslam ölümü deyil, küfr və nifaq ölümüdür. Ey Məhəmməd ibni Müslim, bil ki, zülm başçıları və onların davamçıları Allah dinindən xaricdirlər, özləri yollarını azıblar və başqalarını da azdırıblar. Onların yerinə yetirdikləri əməllər tufanlı bir gündə küləyə düçar olan kül kimidir ki, hazırladıqları şeydən heç nə əldə etməzlər, budur əsaslı azğınlıq.»1

Bu, səadət və xoşbəxtliyin əsasını iman və e’tiqad hesab edənlərin dəlilləri idi.

Bə’zən, bu qrupa daxil olanların bə’ziləri ifrata vararaq ancaq iman iddiasını, daha doğrusu hökm çıxarmaq üçün mənsubiyyət məsələsini sırf me’yar hesab edirlər. Məsələn Mürciə, Bəni-üməyyənin hakimiyyəti zamanı həmin fikri təbliğ edirmiş. Xoşbəxtlikdən Bəni-üməyyənin kökünün kəsilməsi ilə onların da kökləri kəsilib. Həmin əsrdə Əhli-beytdən (ə) ilham alan şiə təfəkkürü Mürciənin müqabil nöqtəsi olub, amma bədbəxtlikdən son əsrlərdə Mürciənin fikirləri başqa bir formada avam şiələrin arasına da nüfuz edib. Şiələrin avam kütələsinin bir qrupu, Əmirəl-mö’mininə zahirdə də bağlı olmağı nicat tapmaq üçün yetərli hesab edirlər. Bu fikir, şiəliyin son əsrlərdəki çətinliklərinin əsas amili sayılır. Son əsrlərin dırnaqarası dərviş və sufiləri dini hökmlərə əməl edilməsini başqa yollarla təhqir edirlər. Onlar qəlbin saflığı məsələsini əllərində şüar ediblər, halbuki qəlbin həqiqi saflıq və paklığı əmələ zidd bir şey deyil, əməlin yerinə yetirilməsinin təşviq və təsdiq edicisidir.

Bunun müqabilində əməlin dəyərini həddindən artıq şişirdərək böyük günahlara mürtəkib olanı da kafir hesab edənlər meydana çıxıblar. Xəvaric belə əqidəyə malik olub. Mütəkəllimlərin bə’ziləri böyük günaha mürtəkib olanı nə kafir və nə də mö’min hesab edir, həmin şəxsin iki mənzil arasında yerləşdiyini deyirdilər.

İndi bu nəzəriyyələrin hanısının düz olmasını araşdıraq. Görəsən ancaq e’tiqadın əsas olmasını vurğulayan nəzəriyyənin tərəfdarı olmaq lazımdır, yoxsa əməlin əsaslığına təkid edən nəzəriyyənin? Yoxsa burada üçüncü bir mövqe də var?

İndi iman və e’tiqadın dəyəri bəhsinə başlayaq.


1   ...   11   12   13   14   15   16   17   18   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə