İktnin imkanlarina və tətbiqinə əsaslanan “E-hokümət” konsepsiyası




Yüklə 24.93 Kb.
tarix20.04.2016
ölçüsü24.93 Kb.
İktnin imkanlarina və tətbiqinə əsaslanan “E-hokümət” konsepsiyası

“Bu gün dünyada bele bir tendensiya var: Qloballaşmış cəmiyyət formalaşdırmaq. Buna isə elmin, təhsilin gələcək uğurları və insanların təfəkkürünün yeniləşməsi hesabına nail olmaq olar.” Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev.

İkt-nin imkanlarina və tətbiqinə əsaslanan “E-hokümət” konsepsiyası çərçivəsində ölkənin ənənəvi idarəçilik metodları dəyişərək mahiyyətcə dövlət idarəçilik sisteminin təşkili və inkişafının yeni metodları işlənib hazırlanır.

Elektron hökumət - vətəndaşlara dövlət tərəfindən verilən xidmətlərin elektron mühitdə təqdim edilməsi deməkdir. Dövlət xidmətlərinin vətəndaşa ən asan və ən təsirli yolu ilə keyfiyyətli, sürətli, fasiləsiz və etibarlı bir şəkildə çatdırılmasna imkan yaradır. (www.e-gov)


“Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın (2003–2012-ci illər)” gerçəkləşdirilməsi ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması üçün müvafiq hüquqi baza yaratmışdır. Bununla yanaşı, həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır.

Internet- texnologiyalrının istifadəsi ilə bağlı uğurlar siyasi kommunukasiya vasitəsi kimi internet və digər müasir informasiya texnologiyaları əsasında elektron hökümətin və ya elektron interfeysi ilə təhciz olunan hökümətin yaradılmasına gətirib çıxarmışdır.

“Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır.

Layihənin həyata keçirilməsinin əsas istiqamətləri

E-hökumətin və onun istifadəçilərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılması

Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi

E-hökumət infrastrukturunun əsas komponentlərinin yaradılması

“Bir pəncərə” prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsi

Dövlət qulluqçularının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi

E-hökumət infrastrukturunun və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, fərdi məlumatların mühafizəsinin təmin olunması

Əhali qruplarının informasiya texnologiyaları sahəsində savadlılıq səviyyəsinin artırılması, e-hökumət xidmətlərinə çıxışının təmin olunması

İnsan həyatının hər bir sahəsində innovasiya proseslərinin getdiyi günümüzdə E-Azərbaycan, Elektron Hökumət, E-Təhsil, E- Məktəb, E-Müəllim, E-Dərslik, E-Dərs, E-Kitab, E-Jurnal, E-İmza, E-xəritə, E- poçt ,E-məktub, E-Xidmət , E-Ticarət və sairə ifadələr gündəlik həyatımızda müntəzəm işlətdiyimiz və istifadə etdiyimiz məfhumlara çevrilmişdir.Buna misal olaraq

E- Dərs elektron dərslərin tətbiqi müasir məktəblərdə, litseylərdə geniş vüsət almış və uşaqların maraq obyektinə çevrilmişdir.Eyni zamanda elektron dərslərin gerçəkləşməsi bir çox layihələrin yaranmasına səbəb oldur.Buna misal olaraq qeyd edə bilərik ki,hal-hazırda elektron kitabxanalar,elektron test sistemi,elektron təhsil bugünki təhsil sistemimizin əsasını təşkil edir. Bu dərslər vasitəsilə uşaqlarda informasiya əhatəsi daha da genişlənir və əlçatılmaz obyektlər şagirdlərin canlı müşahidəsinə çevrilir. Ümumi desək,xəyal etdiklərimiz reallaşır. Önəmli olan bizim üçün reallaşan texnikanın şagirdlərimizə göstərdiyi təsiri müəyyənləşdirmək daha məqsədə uyğundur. Elektron dərslərin müsbət və mənfi cəhətləri:

Müsbət cəhətlər:

Şagirdlərdə kompüter bacarıqlarını formalaşdırır.Əyani vəsaitlər mövzunu sonradan xatırlamağı və yadda saxlamağı asanlaşdırır.Rəngarəng, görüntülü dərslər şagirdlərin marağını çəkərək, diqqətini yalnız buraya cəmləyir.Sinfə gətirilə bilməyən, yaxud tapılmayan əyani vəsaitləri asanlıqla müəyyənləşdirmək olur.

Mənfi cəhətləri:

Hazır materiallardan istifadə edildiyi üçün yaradıcı təxəyyül inkişaf etmir.Mövzunun slaydlarla izah olunması sinifdə passivlik yaradır.Qavraması və öyrənməsi yüksək olan şagirdləri bu metod tez yorur.Tənbəlliyin təməli qoyulur.Beynin inkişafını lazımı səviyyədən geridə qoyur.

Önəmli olan problemlər

Ölkəmizin regionlarında internet sürətinin aşağı, qiymətlərin isə baha olması insanların sosial muhitə olan marağını azaldır, və bunun nəticəsində e- hokumet konsepsiyası haqqında insanların maariflənməsi çətinləşir.

Elektron hökumət layihəsi reklam edilməlidir. Bu daha çox istifadəçinin e- hökumət portalından istifadəsinin sayını artıracaq. Həmçinin e-hökumət konsepsiyası haqqında gənclərin mariflənməsi üçün Universitetlərdə seminarların təşkil olunması gərəklidir. Elektron hökumət yazı müsabiqəsinin keçirilməsi biz gənclərin bu sahəyə olan maragını artırır, daha çox məlumatlanmağımıza kömək edir.

Bununla yanaşı e- hökumət xidmətlərindən bölgələrdə də tətbiq olunmasını həyata keçirmək lazımdır.

E- hökumət Problemlərin həlii

“E-hökumət” –vətəndaşlarla dövlət məmurları arasında ünsiyyəti azaldır,süründürməçiliklərin, korrupsiyanın aradan qaldırılmasına əvəzsiz kömək edir.

E-hökumətdə yaradılan yeni imkanların əsas məqsədi aşağıdakılardır:


● Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsini yüksəltmək və onlardan istifadə imkanlarını sadələşdirmək;
● Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyini artırmaq və təqdim olunan elektron xidmətlərin keyfiyyətini yüksəltmək;
● İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətləri optimallaşdırmaq və yerinə yetrilmə prosedurlarını sadələşdirmək;
● Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyini, tamlığını, etibarlılığını və sərbəst əldə olunmasını təmin etmək;
● İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılması və əldə edilməsinə sərf olunan vaxtı maksimum azaltmaq;
● İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadə etmək.
Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər.

Yaxın zamanda vergi ödəyicilərinə "Asan imza" xidməti də təqdim ediləcək.Hazırda "Asan xidmət" və Azərbaycan Vergilər Nazirliyi ilə birgə "Asan imza"nı ilk növbədə vergi ödəyicilərinə verilməsinə hazırlıq görülür. Növbəti mərhələdə isə bu xidmət artıq bütün ölkə vətəndaşlarına təqdim ediləcək.

“ Elektron Hökumət" və “Elektron imza” istiqamətində maarifləndirmə ilə baglı olan lahiyəyə start verildi. Bu lahiyələrin keçirilməsi «Elektron hökumət», «Bir pəncərə sistemi» və «Elektron imza» ilə bağlı maarifləndirmə apararaq, bu proseslərdə  region gənclərinin iştirakını stimullaşdırmağa imkan yaradır.
Layihə çərçivəsində ölkənin Qərb bölgəsində və Bakının bir neçə rayonunda maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulur.

2010-cu ildə Azərbaycan da e- hökumət inkişafı indeksi üzrə dünyada 83-cü yeri tutmuşdur.Bu göstəriciyə görə, ölkəmiz MDB məkanında Rusiya Federasiyası, Ermənistan, Gürcüstan və digər ölkələri üstələyərək 7-ci pilləyə qalxmışdır.MDB məkanına daxil olan ölkələrin e-hökumət hazırlığı indeksinin müqayisəli analizi 2010-cu ildə 12 ölkə arasında Azərbaycanın 6-cı yeri tutdugunu göstərir. Azərbaycanda BMT-nin “E-Government Survey 2010” adlı hesabatında “E-hökumətin inkişaf indeksi” üzrə 2008-ci ildəki tutduğu mövqedən 6 pillə irəlləyərək 183 dövlət arasında 83-cü yerə yüksəlmişdir.

Respublikamızda ən yeni texnologiya – 4G-nin tətbiqi, milli irsimiz və mədəniyyətimizlə bağlı materialların virtual məkanda daha dolğun şəkildə yerləşdirilməsi, azərbaycandilli internet resurslarının zənginləşdirilməsi, internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnalların yayılması, sosial şəbəkələrin geniş yer alması və respublika əhalisinin əksər hissəsinin internet istifadəçisinə çevrilməsi informasiya-kommunikasiya texnologiyalarının inkişafının əyani göstəricisidir. Elm və texnikanın ayrı-ayrı istiqamətlərinin tərəqqisinə təkan verən kosmik sənayenin yaradılması ilə bağlı dünyanın aparıcı xarici mütəxəssislərinin iştirakı ilə Azərbaycanın süni telekommunikasiya peyki olan Azerspace-1 orbitə buraxildi. Bununla da ümummilli liderin arzularından daha biri reallığa çevrildi.

Sistikaya görə, dünya ölkələrinin gəlirlərində neftin payı 3% təşkil etdiyi halda, İKT sahəsində əldə olunan gəlirlər 8% təşkil edir. Dünyanın bütün ölkələrində informasiya texnologiyalarına olan diqqət və bu sahəyə qoyulan sərmayə durmadan artır. Bu böyük gəlir mənbəyindən daha da çox faydalanmaq üçün milli strategiyalar hazırlanır və həyata keçirilir. Ölkəmizdə İKT sahəsində böyük işlərin görülməsi, layihələrin həyata keçirilməsi, əlbəttə ki, kadr potensialından birbaşa asılıdır . İKT-nin sürətli inkişafı ilə ayaqlaşa bilən, konkret dar ixtisasa aid olan məsələləri həll edə biləcək çoxlu yüksək ixtisaslı kadrlara böyük ehtiyac vardır. Buna görə də İKT biznesinin infrastrukturunun formalaşdırılması məsələsi gənclərimizin professional təhsilinin modernizasiyası ilə sıx bağlıdır. Gənclər gələcəyin əmək resurslarıdur, İKT-nin inkişafında aparıcı rol oynayırlar və İKT-ni yaşlılara nisbətən daha tez qavrayır və istifadə edirlər. Məhz buna görə də onlara öyrənmək, yaratmaq, öz töhfələrini vermək və qərarların qəbulunda təcrübəli mütəxəssislərlə birgə iştirak etmək imkanı yaradılmalıdır. Gənclərimiz İKT-nin ən aktiv istifadəçiləri və əhalimizin böyük hissəsini təşkil etdikləri üçün informasiya cəmiyyətinin qurulması probleminin də həllində müvəffəqiyyətlə iştirak edə bilərlər. Dünya üzrə keçirilən informatika və riyaziyyat olimpiadalarında azərbaycanlı gənclərin, demək olar ki, hər il yüksək yerlər tutması bizim gənclərimizin bu sahədə yüksək potensialından xəbər verir. Buna misal olaraq Hazırda Azərbaycan gəncləri beynəlxalq standartlara cavab verən çoxaspektli layihələr üzərində iş aparır. Belə layihələrdən biri və akademik Ə.Abbasovun rəhbərliyi altında həyata keçirilən “Dilmanc” maşın tərcüməsi sistemidir. Layihənin yaradıcı qrupunun üzvlərinin xeyli hissəsini gənclər təşkil edir. Burada İngilis-Azərbaycan istiqaməti üzrə maşın tərcüməsinin yaradılması işlərinə rəhbərlik edən Rauf Fətullayevin, proqramçılar İlkin Əşrəflinin, Samir Şaqavatovun, Sevinc Məmmədovanın, filoloqlar Aytən Bəylərovanın, Barat Talıbovun, Rövşən Hüseynlinin, Fərhad Əhmədovun və digərlərinin adlarını xüsusi qeyd etmək istərdim. Uşaq hüquqlarının internetdə təbliği və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi üçün bir çox işlər görmüş Faiq Ağayev, Azərbaycan Respublikası Vergilər Nazirliyində “Azərbaycan Vergilər İnformasiya Sistemi” layihəsinin işçi qrupunun üzvləri Ramin Bağırov və Anar Rüstəmov kimi yüksək potensiallı gənclərin işləri ölkəmizdə İKT-nin parlaq gələcəyindən bir daha xəbər verir.



Qasımova Rəhiməxanım ADPU-nun 3 kurs telebesi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “İKT ili” çərçivəsində “Respulikada “Elektron Hökumət: mövcud vəziyyət problemlər, prsepektiv və gözləntilər” mövzusunda keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

Meqale “Butöv Azərbaycan” qazetində dərc olunub.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə