Humanitar və sosial elmlər faküLTƏSİ




Yüklə 24.25 Kb.
tarix23.04.2016
ölçüsü24.25 Kb.




X Ə Z Ə R U N İ V E R S İ T ET İ


HUMANİTAR VƏ SOSİAL ELMLƏR FAKÜLTƏSİ




SİYASİ ELMLƏR VƏ BEYNƏLXALQ ƏLAQƏLƏR


DEPARTAMENTİ
ELMİ İŞ

Rusiyanın xarici siyasətində Afrika”


FƏNN: Dünyanın siyasi və iqtisadi coğrafiyası

YAZAR: Elnur ATAYEV

MÜƏLLİM: Araz ASLANLI



Bakı – 2012

GİRİŞ

Rusiyada artıq Medvedyevin prezidentlik dönəmi başa çatdı. Putin 4 ildən sonra artıq üçnücü dəfə Rusiya prezidenti seçildiPutin hakimiyyətə gəldikdən sonra prezident müddətini 4 ildən 6 ilə qaldırdı. Bu da o deməkdir ki, artıq Putin 2018-ci ilə kimi Rusiyanın prezidenti olacaq. Hər kəsə məlumdur ki, Medvedyev prezident olduğu müddətdə belə Rusiyanın bütün ipləri Putinin əlində idi. Rusiyanı əgər 2011-ci ildəki Rusiya ilə müqayisə etsək dəyişən bir şey var: oda ki Medvedyev əvəzinə Putin. Ona görə də mən belə düşünürəm ki, Rusiyanın 2012-ci ildəki xarici siyasəti keçən ildəki xarici siyasəti ilə bənzərlik (hardasa mənim fikirimcə 45% bəznərlik) təşkil edəcək. Məsələn: Rusiyanın xarici siyasətindəki əsas məsələlərdən biridə həm keçən il üçün həm yeni dövr üçün Afrika dövlətləri ilə münasibət, onlarla tərəfdaş olması istəməsidir.

Rusiya prezidentinin Afrika üzrə xüsusi nümayəndəsi Mixail Marqelov Rusiyanın Afrika və ərəb ölkələri ilə münasibətlərinin gələcəyi haqda belə bir fikir səsləndirib: "Rusiya dünya dövlətidir və bizim imtina edə bilməyəcəyimiz bəzi maraqlarımız var. Əgər Afrika və ərəb dünyasındakı seçkilərdə islamçı partiyalar qələbə qazanarlarsa, Kreml onlarla dialoqa girəcək 1".

Rusiya - Afrika münasibətlərinin taarixinə nəzər yetirsək görərik ki onlar arasındakı əlaqə Sovetlər Birliyi dövrünə qədər gedir. 1950-60-cı illərdə Afrika qitəsində bir çox ölkənin müstəqillik qazanması Sovetlər Birliyinin gözündən qaça bilməzdi və bu hadisədən sonra Sovetlərin bu Afrika qitəsinə olan marağı getdikcə artmışdır. Soyuq müharibə dönəmində müstəqillik sonrası tamamilə əlaqəsiz bir xarici siyasət yürüdən Afrika qitəsinin ölkələrinin Sovetlər Birliyi ilə də yaxın əlaqələr qurduğu müşahidə edilmişdir. Sovetlər Birliyi Qərb və ABŞ ilə arasındakı rəqabət səbəbiylə bu ölkələrlə əlaqələrini inkişaf etdirərək, öz nüfuz dairəsini genişləndirmək istəyirdi. Bu səbəbdən də Sovetlər Birliyi, Afrika ölkələrinə iqtisadi, texniki və hərbi yardımlar etmişdir. 1980-ci illərin sonunda artıq Sovet İttifaqının Afrikadakı 37 ölkədən texniki yardımı olarkən, 42 ölkə ilə də ticarət andlaşması qurmuşdu.

1990-cı illərdə Sovet İttifaqının dağılması və Rusiyanın mərkəzi iqtisadiyyatından bazar kapitalizminə keçiş vaxtı, ölkədə böyük çətinliklər var idi. Xüsusən yaşanan iqtisadi problemlər və 1994-cü ildə başlayan Çeçenistan problemi Rusiyanın Afrikaya olan marağının azalmasına səbəb olmuşdur. Yeltsinin hakimiyyət dövründə Afrikaya olan bütün köməklər dayandırıldı və Rusiya Afrikadan onlara olan borcu geri ödəməyini istədi.


  1. Afrikanın Rusiya üçün önəmi.

Afrikanın beynəlxalq siyasətdə, strateji və iqtisadi baxımdan əhəmiyyətinin artdığını söyləmək mümkündür. Geo-strateji baxımdan Afrikanın Avropaya yaxınlığı, dünyanın maraq mərkəzi olan Yaxın Şərqə qonşu olması, Aralıq dənizinə bitişik mövqeyi və iki okeana (Hind və Atlantik Okeanları) çıxışı olması səbəbiylə əhəmiyyətli bir mövqedədir. Afrika zəngin yeraltı və yerüstü resurslarına görə dünya iqtisadiyyatının çox böyük yük bir xammal mənbəyidir. İşlənməyə hazır şəkildə dünya platin ehtiyatlarının yüzdə 89,4-inə, qızılın yüzdə 37,3-inə, xrom ehtiyatlarının yüzdə 81,1-inə, kobaltın yüzdə 60,1-inə , titanın yüzdə 20-inə, fosfatın yüzdə 76,1-inə, boksitin 30 faizinə, manqanın yüzdə 60,9-una, almazın yüzdə 39-una, misin yüzdə 10-una sahibdir. Afrika qitəsi uran, dəmir, qalay, nikel, antimon və daha başqa qiymətli mədənlərə də malikdir. Dünya neft və təbii qaz ehtiyatlarının yüzdə 6,6-sına, kömür ehtiyatlarının yüzdə 6-sına, su qaynaqlarının isə yüzdə 20-inə sahibdir. Dünya platin ehtiyacının yüzdə 92-ini, almaz ehtiyacının 70 faizini, manqan ehtiyacının yüzdə 35'ini, boksit ehtiyacının yüzdə 15,5-ini, xromun yüzdə 50-70-ini, kobaltın yüzdə 37, titanın yüzdə 15% - ni qarşılayır.2

Bundan başqa Afrika qitəsində Nigerya, Anqola, Livya və Sudan neft və təbii qaz istehsalçısı kimi neft ölkələri var. Həmçinin ÇAD və Mavritanya'da da neft yataqları tapılıb. Təxminlərə görə, önümüzdəki illərdə dünya bazarlarına ixrac ediləcək yeni neftin dörddə biri məhz Afrikadan çıxarılacaq. Bu hal təbii ki həm Rusiyanın həm də Qərb dövlətlərinin gözündən qaça bilməz.

Həmçinin qeyd etmək lazımdır ki, Rusiya 2012-ci ildə dünyada buğda ixracı üzrə rekord qırdı. Rusiya keçən ilin iyul ayından etibarən 18,5 mln. ton buğda ixrac edib. Rusiya buğdasının əsas alıcıları isə Şimali Afrika, Yaxın Şərq ölkələri və Türkiyədir.3



Mənbə: “Russia’s Economic Engagement with Africa”



  1. Rusiya və Afrika ölkələri münasibətlərində canlanma

Yeltsinin hakimiyyətinin ilk dövürlərində pisləşən Afrika-Rusiya əlaqələri mən deyərdim ki, Putinin dövüründə yenidən dirçəlməyə başladı. 1980-ci illərdə Rusiya-Afrika ölkələri arasındakı ticarətin maliyyə həcmi 1 milyardı keçdiyi halda, 1994-də qədər bu rəqəm, xüsusi ilə Yeltsinin dönəmində yarıbayarı azalmışdır.

Putinin hakimiyyətə gəldikdən sonra isə biz Afrika-Rusiya münasibətlərində getdikcə artan canlanmanın şahidi olduq. Putin hakimiyətinin ilk dövürlərində Rusiyanın əsas siyasəti Qərb ölkələri və ABŞ-la əlaqələri inkişaf etdirib, beynəlxalq problemləri həll etmək idi. Ancaq Qərblə bir çox məsələlərdə fikir ayrılğına çıxan Rusiyanın bu siyasəti o qədər də uğurlu nəticə vermədi. Neft və qazın qiymətlərində olan sürətli yüksəliş ölkədəki iqtisadiyyata çox böyük təsir etdi və deyərdim ki SSR-i dövründə zəifləyən iqtisaiyyat yenidən dirçəldi. İqtisadi yüksəlişin bu mərhələsində Rusiyanın Xarici İşlər Naziri Primakovun Afrika ölkələri ilə münasibəti gözə çarpmaqda idi və bu münasibətlərin nəticəsi kimi biz 1999-cu ildə Rusiyada “Afrika günləri” adlı ölkədə tədbirin təşkili görə bilərik. Artıq 2000-ci ildən başlıyaraq Rusiyanın səalhiyyətli şəxsləri Afrikanın Rusiya üçün əhəmiyyətindən danışılırdı. Artıq yeni dövrdə Rusiya və Afrika ölkələri arasında bir canlanma müşahidə olunmaqda idi. SSR dövründə Rusiya və Afrika ölkələri arasındakı münasibət yalnız ideoloji yaxınlıq idisə artıq yeni dövrdə bu yaxınlıq ideologiyası iqtisadi çıxarlar və pragmatizm ilə əvəz olunmuşdu. 2001-ci ildə Misir, Qvineya, Cəzayir, Efiopiya kimi böyük Afrika dövlətlərinin baş nazirləri Rusiyanı ziyarət etdi. Buna qarşılıq olaraq 2006-ci ildə Putin, Misir, Cəzayir kimi Afrika ölkələrinə səfər etdi. Bu səfərlərindən sonra Putin çıxışlarının birində Afrika ölkələrinin Rusiyaya olan 12 milyard dollar borcunun silindiyini bildirdi. Digər tərəfdən qaz, turizim və s. Müxtəlif sahələrdə iqtisadi əlaqələr də gözə çarpacaq qədər inkişaf etdi.

Bu hadisələrin nəticəsində Afrika ölkələrinin bir çoxunda bir çox şirkətlər fəaliyyət göstərməyə başladı. Rusiya-Afrika ölkələri arasındakı ticarətin həcmi son dövürdə 3,5 milyon dollara qədər yüksəldi4. 1994-də bu statistikanın 700 milyon dollara düşdüyünü nəzərə alsaq, bu artımın bu qədər zamanda bu qədər böyüməsi, fərqin artması, Afrikanın Rusiya üçün nə qədər əhəmiyyətli olduğunu görmüş olarıq. Rusiya və Afrika ölkələri arasında artıq tək iqtisadi deyil hərbi-texniki cəhətdən də inkişaf etməkdədir. Afrikadan gələn 500dən çox şagird Rusiyada hərbi təhsil almaqdadır. Bu günümüzdə Rusiyanın 53 Afrika ölkəsi ilə iqtisadi və hərbi münasibətləri var. təhsil almaqdadır.



Istifadə olunmuş ədəbiyyatlar:


  1. “Russia’s Economic Engagement with Africa” , 11 May, 2011

  • www.afdb.org/fileadmin/uploads/afdb/Documents/Publications/Russia's_Economic_Engagement_with_Africa.pdf



  1. Wikipedia

  • http://az.wikipedia.org/wiki/Afrika




1 http://pozisiya.time4soft.com/index.php?mod=news&act=view&nid=2341


2 www.consensuseconomics.com/con1/download/Energy_and_Metals_Price_Forecasts.htm


3 biznesinfo.az/news/worldnews/params/ln/az/article/62507

4 www.afdb.org/fileadmin/uploads/afdb/Documents/Publications/Russia's_Economic_Engagement_with_Africa.pdf

группа 80



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə