GƏNCƏ ŞƏHƏr turizm və MƏDƏNİYYƏT İdarəSİ GƏNCƏ ŞƏHƏr məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi




Yüklə 307.23 Kb.
səhifə2/3
tarix27.02.2016
ölçüsü307.23 Kb.
1   2   3

Nizami Gəncəviyə dünya şöhrəti qazandırmış

“Xəmsə” haqqında :

Nizamidən qalan ədəbi miras Şərq ədəbiyyatında mövcud olan bütün janrları əhatə edən 48 min beytdən ibarətdir. Bundan 19 mini şairin nisbətən az məşhur olan “Divan-e əşar”ını (qəzəllər, qəsidələr və başqa parçalar) təşkil edir, qalan 29 min beyt isə vəsaitimizin bu bölümünün mövzusu olan beş kitaba daxildir. Bizim “beş kitab” dediyimiz bu mövzular məsnəvi tərzində yazılmış beş müstəqil poemadan ibarətdir. Şair özü bu beş kitabına “Pənc-gənc” (“beş xəzinə”) adı vermişdir. Təzkirəçilər və kitabçılar isə beşi bir yerdə toplanmış olan bu məsnəvilərə, qısaca olaraq, ərəb termini ilə “Xəmsə” demişlər. “Xəmsə” sözü Azərbaycan dilində “Beşlik” deməkdir.

Nizami bilavasitə bu “Beşliyi” ilə tanınmışdır.

Hazırladım mən əvvəlcə “Məxzəni”,

Tutmadı zəiflik bu işdə məni

Bu sürətlə yağlı, şirin topladım,

Xosrov-Şirin” dastanına başladım.

Bundan sonra bir başqa pərdə açdım,

Leyli-Məcnun” sevdasına ulaşdım.

Bu qissəni bitirmiş oldum; həmən

Yeddi gözəl” sarayına çəkdim yüyən.

İndi şe’rin mən girdim meydanına

Təbil vurdum İsgəndərin namı

Nizami

Biz də bu beş kitabı eyni sıra ilə Sizlərə təqdim edirik!

Sirlər Xəzinəsi “ (1174-1175)

Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi nin "Xəmsə" toplusuna daxil olan “Sirlər xəzinəsi” 1174-1175 –cü illərdə   yazılmışdır.

"Sirlər xəzinəsi" poeması "Xəmsə"nin birinci kitabıdır. Bu əsərdə dahi Azərbaycan şairi Nizami Gəncəvi qəddar şahları, hökmdarları ədalətli olmağa çağırmış, tənbəlləri, ikiüzlüləri tənqid etmiş, halal zəhmətlə yaşayan sadə adamlara öz yüksək məhəbbətini bildirmişdir.

“Xosrov və Şirin” (1180)





Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan əsərlərdən ikincisi "Xosrov və Şirin" (1180) poemasıdır. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin 23-cü şahı Xosrov Pərviz ilə sevgilisi Şirin haqqında qədim bir hekayət əsasında işlənmiş mənzum bir romandır.

Leyli və Məcnun” (1188)





Nizaminin «Leyli və Məcnun» poeması 1188-ci ildə yazılmış-dır. Şirvan hökmdarı Axistanın sifarişi ilə yazılmış «Leyli və Məcnun» poemasında Nizami Yaxın və Orta Şərq xalqları arasında geniş yayılmış məhəbbət əfsanəsini ilk dəfə ədəbiyyata gətirmiş, vicdan və sevgi azadlığı haqqında ölməz bir dastan yaratmışdır. Şair qadın hüquqsuzluğundan, qadının əşya kimi satılıb alınmasından, feodal adət-ənənələrindən söhbət açır, insan adını uca tutmağa, ali məqsədlərə qulluq etməyə, mərd və mübariz olmağa çağırır.

Yeddi gözəl “ (1197)

Yeddi gözəl (farsca: Həft Peykər Azərbaycan şairi və mütə-fəkkiri Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan əsərlərdən biridir. Nizami Gəncəvi bu əsəri 1197-ci ildə tamamlamışdır. Poemanın mövzusu qədim İran tarixindən götürülmüşdür. Əsərdə təsvir olunan hadisələrin mərkəzində Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gur dayanır. “Yeddi gözəl” adı rəmzi məna daşıyır. Lakin əsərə verilən bu romantik addan düzgün nəticə çıxarmaq lazımdır. Burada söhbət təkcə Bəhramın gözəllərlə əylənməsindən getmir, şairi düşündürən hökmdar və xalq problemi bu poemanın da mərkəzi xəttini təşkil edir. Bəhram ölkəni idarə etməyi əmək adamlarından çobandan öyrə-nib. O, Fitnənin sözləri qarşısında öz səhvini başa düşüb haqsız hərəkətlərindən peşman olur. Şair ölkənin abadlaşması, xalqın firavan yaşaması üçün hökmdarı ədalətli olmağa, xalqa arxalanmağa çağırır.

“Yeddi gözəl” poemasının Azərbaycan dilinə xalq şairi M.Rahim tərcümə etmişdir.
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə