GƏNCƏ ŞƏHƏr məDƏNİYYƏt və turizm idarəSİ GƏNCƏ ŞƏHƏr məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi




Yüklə 51.73 Kb.
tarix23.02.2016
ölçüsü51.73 Kb.
GƏNCƏ ŞƏHƏR MƏDƏNİYYƏT VƏ TURİZM İDARƏSİ

GƏNCƏ ŞƏHƏR MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ



QƏHRƏMANLIQ UNUDULMUR
Həzi Aslanov-100

( Biblioqrafik yaddaş )

Gəncə-2010

O, el üçün keçdi candan,

O yaşadı insan kimi,

Demə öldü o qəhrəman,

O müqəddəs diləklərdə,

Bir də təmiz ürəklərdə

Yaşayacaq dastan kimi.
Səməd Vurğun.

Azərbaycanın qəhraman oğlu Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. Ibtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra o komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-30-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxumuşdur. 1929–cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub.Iki illik təhsildən sonra o Kotovski adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb. Hərb sənətinə möhkəm bağlanan Həzi döyüş texnikası ilə yaxından maraqlanır, həm öyrənir həm də öyrədirdi.

Ikinci dünya müharibəsi başlananda o Ukraynada xidmət edirdi. 1941 ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri bərabər döyüşdə Həzi özünü bacarıqli sərkərdə kimi göstərdi. O öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücümlarını düz beş ay dəf etdi, onu ağır tələfata uğratdı. 1941 ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmənlığına görə Qırmızı Ulduz ordeninə layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa – vuruşa 40 km-dən artıq yol gedib Stalin-qrad-Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardılar.

Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlər-də böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumunu dəf etdilər, bir batalyon piyada qoşunu , 30 tankı 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942–ci il 22 dekabrda Sovet Ittifaqı Qəhrəmanı adına layiq görüldü. O daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943 cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi Həzi Zirehli Tank Qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. Sonra yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944–cü il 13 martda ona tank qoşunları general-mayoru adı verildi. 1944-cü il iyunun axırlarında Belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Be-lorusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən

sonra Aslanovun tankları Vilnüsə hucumları davam etdirdilər. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağür zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə , general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görüldü. Böyük Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən kapitan Aslanov Moskva ətrafındakı vuruşmalarda (1941) göstərdiyi igidliyə görə və komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. Aslanovun 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərmişdir. Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı vermək haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında yazılmışdır ki, cəbhə komandanlığının döyüş tapşırığının nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilsin. Aslanovun polkuna isə qvardiya adı verilmişdir. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak etmişdir. 1944 ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi. Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov Mitava şəhəri yaxınlığındakı vuruşmada qəhrəmancasına həlak olmuşdur. Həzi Aslanov, Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.

1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan baş-lamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə , fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır. Iki dəfə Qırmızı Ulduz, 3 dəfə Qırmızı bayraq , Aleksandr Nevski, Ikinci dərəcəli Suvorov Ordeni, 1–ci dərəcəli Vətən Müharbəsi Ordeni və saysız medallarla təltif edilmişdir.




1945–ci il yanvarın 24-də Mitava (indiki Yelqava) şəhəri yaxın-lığında Həzi Aslanov ağır yaralı elan olunur: guya onun yanında top mərmisi partlamışdır. Müharibə iştirakçıları bilirlər ki, insanın yanında top mərmisi partlayanda partlayış dalğası və yüzlərlə qəlpə onun bədənini tanımaz hala salır. Yaralanan anda Aslanovun əynində olmuş gödəkçə Azərbaycan Tarixi Muzeyində qorunur və həmin gödəkçənin yalnız ürək nahiyyəsində cəmi bir dəlik vardır. Aslanovun müəmmalı şəkildə yaralanmasının səbəbləri indiyədək araşdırılmayıb.

Tibbi sənədlərdən aydın olur ki, Aslanovun yarası ölümcül deyilmiş və ona vaxtında yardım göstərilsəydi, həyatını xilas etmək olarmış. Lakin Aslanova adicə sarğı qoyulur, cərrahi əməliyyat isə qeyri – müəyyən, daha doğrusu, gülünc səbəblərdən ləngidilir. Nəticədə Həzi Aslanov qan itkisindən keçinir. Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi haqqında təqdimat sənədləri isə naməlum səbəbdən itirilir. Yalnız 1991-ci ildə, ölümündən 46 il sonra xalqımızın igid oğluna ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Həzi Aslanovun qəbri Bakıda Şəhidlər xiyabanındadır. Burada qəhrəmanın abidəsi ucaldılmış, 1969–cu ildə Həzinin vətəni Lənkəranda onun ev-muzeyi açılmışdır. 1983–cü il 8 mayda Lənkəran şəhərinin mərkəzində onun boyük heykəli ucaldılmışdır.

Faşizm üzərində Böyük Qələbənin 65-ci ildönümü günü yaxınlaşır. Sevinc günü, kədər günü…Bu Qələbə üçün 10 minlərlə həmvətənimiz həyatını qurban verdi. Onlar Vətəndən uzaqlarda, həm də doğma Azərbaycan torpağını qoruyaraq, mərdliklə, fədakarcasına döyüşdülər, heç də hamısı evlərinə dönə bilmədi. Lakin onlar qədirbilən xalqımızın xatirəsində yaşayır və əbədi olaraq yaşayacaqlar. Çünki qəhrəmanlıq insanın ən ali keyfiyyətidir və heç vaxt unudulmur. Sonrakı nəsillər Vətən uğrunda qəhrəmanlıq göstərənləri daim rəhmətlə anır və qəh-rəmanlıq dərsini onlardan öyrənirlər. Xalqımız Həzi Aslanov kimi oğulları ilə fəxr edir.

Həzi Aslanov haqqında kitablar:


1. Aslanov.H. Azərbaycan Sovet esklopediyası.1-ci cild. -Bakı: Azərbay-can Sovet ensiklopediyasının baş redaksiyası, 1976.- 437. S.

2. Azərbaycanın sovet ittifaqı Qəhrəmanları.-Bakı: 1963.- S. 5-11.

3. Əbdülhüseyn Ə. Aslanov Həzi Əhəd oğlu / Ə. Əbdülhüseyn. 20-ci Əs-rin Yüz görkəmli Azərbaycanlısı.-Bakı: “Sumqayıt” nəşriyyatı, 2002.- S.18-19.

4. Əhmədov. S. Azərbaycan tarixindən yüz şəxsiyyət / Səbuhi Əhmədov; red. İ. Qasımzadə.- B.: Ayna Mətbu Evi, 2006.- S. 200 – 202.

5. Həzi Aslanov / Azərbaycanın Qızıl Ulduzları.- Bakı: İşıq, 1975.- S.16-17

6. Həzi Aslanov / Əlamətdar və tarixi günlər təqvimi.- Bakı: 2009.- S. 30-32

7. Salam, general. Bakı: Azərnəşr, 1983.- 226 S.

8. Sovet İttifaqı Qəhrəmanı, Xalq qoşunları - mayoru Həzi Aslanov: Bib-lioqrafik göstərici.-Bakı: Azərnəşr, 1985.- 88.S.
Rus dilində :

9. Багиров.М / Путь Генерала : Историков – Биограф. Очерк о гене-рале Ази Асланове .- Баку : Язычы.-1988.-179.С.

10. Письмо Героя Советского Союза Азии Асланова / Письма славы и бессмертия.- Баку: Элм,1987,- Стр,119-121.

11. Письма славы и бессмертия.- Баку: Элм, 1987.- 220с.

Dövrü mətbuatda :

1. Nəsillərə nümunə. Unudulmaz Qəhrəman: [ Həzi Aslanov haqqında] //Azərbaycan.-2005.-23 oktyabr.

2. Nəsillərə nümunə. Qəhrəmanlıq salnaməsi // Azərbaycan ordusu.-2006.- 15 fevral 21,28 fevral.-S.4

3. Əliyeva Elmira. İki dəfə Sovet İttifaqı qəhrəmanının layiq görüldüyü ikinci “Qızıl ulduz” dan xəbəri olmadı // İki sahil.- 2009.-7 may.- № 84.-s.8.

4. Ağayeva Natiqə. Cəsur sərkərdənin ruhuna ehtiram: İki dəfə Sovet İttifaqı qəhrəmanı General Həzi Aslanovun Lənkərandakı evmuzeyilə bağlı təəsuratlar // 525-ci qəzet.-2009.- 4 iyun.-S.7.

5. Belarusda iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun heykəli ucalıb // Azərbaycan.-2009.-11 iyul.- S.3.

6. “ İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov” kitab – albomun təqdimatı olmuşdur // Azərbaycan.- 2009.- 4 dekabr.- S.5.

7. Məmmədova Nara. Həzi Aslanovun qəhrəmanlıq biblioqrafiyası

// Respublika.- 2010.- 23 yanvar.- №16.-S.5.

8. Nəcəfxanlı Əli. Qəhrəmanın yubiley tədbiri // Xalq qəzeti.- 2010.- 23 yanvar.- №17.-S.6.

9. O ki, sizləri dünyalar qədər sevirdi və həyatını qurban verdi // Əda-lət.- 2010.-23 yanvar.- №13.-S.17.
Həzi Aslanovun surəti bədii ədəbiyyatda:

1. Abbaszadə Hüseyn. General: Roman.-Bakı: Gənclik, 1981.-354 S.

2. Vurğun S. Qəhrəmanın ölümü. Əsərləri.-Bakı:Elm,1985.-S.127-128.
Tərtib edən : Məlumat biblioqrafiya

şöbəsinin müdiri Məmmədova Tamella

Kompüter dizayneri: Məlumat biblioqrafiya

şöbəsinin biblioqrafı Abbasova Leyla


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə