Fizioterapiya və tibbi bərpa ixtisası üzrə nümunəvi test sualları




Yüklə 1.47 Mb.
səhifə15/15
tarix23.02.2016
ölçüsü1.47 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

902) İdmançıların orqanizminin fiziki yükləməyə adekvat reaksiya göstəricilərinə hansılar aiddir?
A) Ağ ciyərlərin həyatı həcminin azalması

B) Nəbzin və arterial təzyiqin yükləmədən 5 dəqiqə sonra bərpası

C) Arterial təzyiqin artması

D) Nəbzi təzyiqin artması

E) Sistolik arterial təzyiqin enməsi
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва. 2004
903) Marafon qaçışı ilə məşğul olan idmançıda sabit vəziyyətdə başlanğıc göstəriciləri normadadır. Yarış yükləməsindən sonra Hb-nin az miqdarda enməsi, qlükozanın 10% enməsi, laktatın 50% artması, sidik cövhərinin 40% artması müşahidə olunur. İdmançının məşqliyinin səviyyəsi necə qiymətləndirilir?
A) Orta

B) Qeyri- kafi

C) Kafi

D) Aşağı


E) Yüksək
Ədəbiyyat: Н.Д.Граевская,Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
904) İdmançıların qidalanması üçün artıq dərəcədə enerjili hesab olunan qida komponenti hansıdır?
A) Karbohidratlar

B) Üzvi maddələr

C) Mineral maddələr

D) Zülallar

E) Yağlar
Ədəbiyyat: Н.Д.Граевская,Т.И.Долматова,«Спортивная медицина», Курс лекций и практические занятия, Москва. 2004
905) Fiziki yükləmələr üçün optimal hesab olunan idmançının qidasının zülal faizi hansıdır?
A) 65- 70%

B) 25- 30%

C) 10- 14%

D) 80- 90%

E) 50- 60%
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
906) Müxtəlif idman növləri ilə məşğul olan idmançıların enerji sərf etmə göstəricisinin gün ərzində dəyişilməsi (kkal) nə qədər təşkil edir?
A) 8000- 9000

B) 2800- 8000

C) 2000- 7000

D) 1800- 5000

E) 1400- 4500
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
907) Böyüklərdə zülal hesabına enerji göstəricisi 1 kq çəkidə nə qədər təşkil edir?
A) 30 k / kal

B) 50 k / kal

C) 38 k / kal

D) 42 k / kal

E) 27 k / kal
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва. 2004
908) İdmançıların energetik imkanlarını artırmaq məqsədi ilə qaraciyərdə qlikogenoliz prosesini fiziki yükləmələr zamanı artırmaq üçün orqanizmə əlavə nə daxil ola bilər?
A) Yağlar

B) Zülallar

C) Kalsium

D) Karbohidratlar

E) Fosfatlar
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
909) Orqanizmdə neytral yağların parçalanmasının stimulyasiyasını təmin edən maddə hansıdır?
A) Fosfatlar

B) Xolesterin

C) Xolin

D) Efirlə birləşmiş yağ turşusu

E) β- lipoproteidlər
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
910) Hipoksiya şəraitində idmançının fiziki iş qabiliyyətini artıran maddələr hansılardır?
A) Keton cisimlər

B) Vitamin B15 (kalium panqamat)

C) Zülallar

D) Xolesterin

E) Fosfatlar
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
911) 2 aydan yuxarı uşaqlarda hansı məşqlər tətbiq oluna bilər?
A) İntensiv

B) Oynaqlar üçün dinamik məşqlər

C) Passiv, fəal, reflektor

D) İdeomotor

E) Əzələlərin izometrik gərginlik məşqləri
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
912) Erkən yaş dövründə uşaqlara tətbiq olunmayan fəal fiziki məşqlər hansılardır?
A) Pəncənin baldır istiqamətində bükülməsi zamanı başın qaldırılması

B) Beldən qarın üzərinə çönmələr

C) Ayaqla “qılıncın” itələnməsi

D) Pəncəyə təzyiq zamanı ayaqların reflektor yığılması

E) Əllərin oyuncaqların arxasınca qaldırılması
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
913) Bir yaşa qədər uşaqlarda tətbiq olunan reflektor fiziki məşqlər hansılardır?
A) Yan tərəfə uzanan vəziyyətdə onurğanın açılması

B) Pəncənin altını qıcıqlandırdıqda ayaq barmaqlarının bükülüb açılması

C) İdeomotor məşqlərin tətbiqi

D) Qoltuqlar altında saxlama zamanı şaquli vəziyyətdə ayaqların düz açılışı

E) Horizontal vəziyyətdə əllər dayaqda, ayaqların açılması
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
914) Uşaqlarda erkən yaşlarında koordinasiyanın inkişafına yönəlmiş fiziki məşqlər hansılardır?
A) İməkləmə

B) Qoltuqlar altında saxlama zamanı şaquli vəziyyətdə ayaqların düz açılışı

C) Dayaqdan yapışaraq ayağa qalxmaq

D) Bədənin qabağa əyilməsi və dikəlməsi

E) Yan tərəfə uzanan vəziyyətdə bədənin açılması
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
915) Erkən yaşında uşaqlara suda üzmələr üçün əks göstərişlər hansılardır?
A) Travmadan sonrakı vəziyyətlər

B) Dayaq – hərəki aparatının xəstəlikləri

C) Əzələ – bağ aparatı xəstəlikləri

D) Dərinin irinli prosesləri

E) Həzm sistemi xəstəlikləri
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
916) İdman travmalarının xarici səbəbi hansılardır?
A) Təlim- məşqedici məşqlərin və yarışların qeyri- düzgün təşkili və üslubları

B) Hərəkət strukturunun biomexaniki pozulması

C) İdmançının orqanizminin funksional vəziyyətinin dəyişilməsi

D) İdmançının fiziki hazırlığının lazımı dərəcədə olmaması

E) Yorğunluq
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
917) İdman travmatizminin profilaktikası məqsədi ilə hansı tədbirləri görmək məsləhət deyil?
A) Fiziki məşqlərin və məşq yerlərinin gigiyenasına riayət etmək

B) İdmançıların fiziki və texniki hazırlığının təkmilləşdirilməsi

C) İdmançıların fiziki hazırlığının və səhətinin vəziyyətinə həikim və həkim- pedaqoji nəzarətinin vaxtında aparılması

D) İdmançılarla sanitar- maarifləndirmə işlərinin aparılması

E) Mərkəzi sinir sisteminin fəaliyyətini stimulə edən dərman preparatlarını qəbul etmək
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
918) Skelet əzələlərinin hissəvi qırılması zamanı ilkin yardım tədbirlərinə nə daxildir?
A) Ətrafın gips langeti vasitəsi ilə və ya kip bint sarığı ilə immobilizasiyası

B) Ritmik gimnastika

C) Ətrafların əzələlərinin funksiyasının gücləndirilməsi

D) İzometrik gimnastika və mülayim hərarətli vannaların tətbiqi

E) Fəal fiziki məşqlər
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
919) Burun sümüklərinin sınığı simptomları hansılardır?
A) Sümük birləşmələri hərəkətliliyi müşahidə olunmur

B) Burun tənəffüsü dəyişilməz qalır

C) Konyuktivanın irinli prosesi

D) Burun nahiyyəsində deformasiya və ağrıları çətinləşmiş burun tənəffüsü

E) Heç bir dəyişiklik müşahidə olunmur
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
920) Diz oynağının daxili meniskinin zədələnməsinin ən xarakterik simptomatikasına hansı aid deyil?
A) Oynağın iç tərəfi nahiyyəsində kəskin ağrılar

B) Oynağın xaricə rotasiyası zamanı ağrıların zəifləməsi

C) Baldırın “açılışı” simptomu

D) Diz oynağının blokadası

E) Oynaqda hərəkət məhdudiyyəti
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
921) Diz oynağının xarici meniskinin zədələnməsinin ən xarakterik simptomatikasına hansı aid deyil?
A) Ətraf yarımbüküş vəziyyəti

B) Diz oynağının arxa nahiyyəsində kəskin ağrılar

C) Diz oynağının blokadası

D) Baldırın xarici rotasiyası zamanı ağrılar

E) Diz oynağında blokadanın olmaması
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
922) İdmançıların travma ilə reabilitasiyası zamanı nə tətbiq olunur?
A) Hərəkətsiz yataq rejimi

B) Lidaza, ximotripsin elektroforezi

C) Fiziki yükləmələrlə müalicəvi gimnastika məşqləri

D) Gips sarğısı

E) Qaçış
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
923) Budun arxa əzələlərinin natamam açılışı zamanı xarakterik simptomlara hansılar aiddir?
A) Diz oynağında hərəkətsizlik

B) Budun arxa nahiyyəsində, ətrafların əzələlərinin gərginliyi zamanı kəskin ağrılar

C) Diz oynağının deformasiyası

D) Budun arxa nahiyyəsində, diz büküşündə arxadan hematoma

E) Diz oynağının ödemi
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
924) Çiyinin ikibaşlı əzələ vətərinin zədələnməsi (qırılması) xarakterik simptomlarına hansılar aid deyil?
A) Travmadan sonra hematomanın əmələ gəlməsi

B) Kəskin ağrı və çat səsi vətər qırılan nahiyyədə

C) Əl əzələlərinin gücünün kəskin enməsi

D) Vətər qırılan nahiyyədə çökəkliyin əmələ gəlməsi

E) Zədə nahiyyəsində şişkinliyin əmələ gəlməsi
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
925) Axil vətərinin qırılmasının simptomları hansılardır?
A) Zədə nahiyyəsində ağrılar, baldır əzələlərinin zəifliyi

B) Barmaqlar üstə duruş dəyişilməz qalır

C) Yerimə zamanı hərəkətlər ağrısız, sərbəst

D) Zədə nahiyyəsində əzələ gücünün saxlanılması

E) Travma nahiyyəsində heç bir ağrı müşahidə olunmur
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
926) Axil vətərinin zədələnməsi zamanı, əməliyyatdan sonra məşqedici yükləmələrin aparılması hansı dövrdə icazə verilir?
A) 6 – 8 ay

B) 5 ay


C) 1 – 2 ay

D) 10 – 12 ay

E) 3 – 4 ay
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва. 2004
927) Posttravmatik bel – oma radikuliti müşahidə olunan idmançıların fiziki reabilitasiyası erkən mərhələdə hansı məşqləri daxil edir?
A) Oturaq vəziyyətdə periferik qan dövranının yaxşılaşdırılması

B) Aşağı ətraf əzələlərinin müqavimət məşqləri

C) Uzanan vəziyyətdə bel və bud – çanaq oynaqları üçün məşqlər

D) Baldır əzələlərinin yükləmə məşqləri

E) Dinamik məşqlər və yuxarı ətraf, bədənin korpusunun və aşağı ətrafların distal şöbələrinin əzələlərin boşalması məşqləri
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
928) İdmançıların artıq dərəcədə xroniki fiziki gərginliyinin klinik formaları hansılardır?
A) Ürək – damar sisteminin vəziyyətinin sabitliyi

B) Mərkəzi sinir sisteminin, ürək – damar sisteminin gərginliyi

C) Qaraciyər ağrı sindromunun olmaması

D) Sinir - əzələ aparatının qeyri – gərgin vəziyyəti

E) Mərkəzi sinir sisteminin vəziyyətinin dəyişilməsi
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
929) Miokardın distrofik proseslərini xarakterizə edən farmakoloji sınaqlar hansılardır?
A) Fiziki yükləmələrlə

B) Kalsium ionları blokadası ilə

C) Adrenergik reseptorların blokadası ilə

D) Nitroqliserin tətbiqi ilə

E) Süni hipokaliemiya ilə
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
930) Miokardın distrofik pozulması və hiperkalsiemiya ilə idmançılara nə təyin oluna bilər?
A) Natrium brom

B) Maqnezium

C) İzoptin, kalium xlorid

D) Kalium orotat

E) İnderal
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
931) “Qaraciyər - ağrı” sindromu idmançılarda hansı əlamətlərlə təzahür edir?
A) Qaraciyərin ölçüsünün artması ilə, mədə şirəsinin turşuluğunun artması ilə

B) Qaraciyərin ölçülərini azalması ilə

C) “Ac” ağrılarla, artıq dərəcədə iştaha ilə

D) Biokimyəvi müayinənin nəticələrinin dəyişilməsi ilə

E) İntensiv yükləmələr zamanı sağ qabırğaaltı nahiyyədə ağrılarla, iş qabiliyyətinin enməsi ilə
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва. 2004
932) İntensiv əzələ işi zamanı idmançının yorğunluğunun obyektiv əlamətlərinə hansılar aiddir?
A) Koordinasıyanın dəyişilməməsi

B) Görülən işin davam edilməsi

C) Hərəkət gücünün saxlanılması

D) Periferik və mərkəzi hemodinamikanın dəyişməməsi

E) Hərəkət koordinasiyasının dəyişilməsi, hərəkət cəldliyinin və gücünün enməsi
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
933) Əzələ fəaliyyəti zamanı idmançıların orqanizminin yorulma mexanizminin pozulması əlamətləri hansılardır?
A) Tənəffüs sisteminin funksiyasının pozulması

B) Ürək – damar sisteminin artıq dərəcədə gərginliyi

C) Mərkəzi sinir və humoral mexanizmlərində

D) Əzələ sistemində yerli dəyişikliklərin mövcudluğu

E) Əzələ fəaliyyətinin mərkəzi requlyasiyası
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
934) Intensiv əzələ fəaliyyəti zamanı yorğunluğun inkişaf fazaları hansılardır?
A) Kompensasiya, super kompensasiya

B) Tənəffüs çatışmazlığı

C) Ürək çatışmazlığı

D) Qanda dəyişikliklər

E) Dekompensasiya
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
935) Tsiklik idman növlərində idmançının iş qabiliyyətini limitləşdirən orqanizmin sistemləri hansıdır?
A) Maddələr mübadiləsi

B) Mərkəzi sinir sistemi

C) Əzələ sistemi

D) Ürək-damar sistemi

E) Tənəffüs sistemi
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
936) Sürət-güc idman növlərində idmançının iş qabiliyyətini limitləşdirən orqanizmin sistemləri hansıdır?
A) Ürək-damar sistemi

B) Əzələ sistemi

C) Maddələr mübadiləsi sistemi

D) Mərkəzi sinir sistemi

E) Sinir-əzələ sistemi
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
937) Intensiv əzələ fəaliyyəti zamanı iş qabiliyyətinin bərpası prosesi nə vaxt baş verir?
A) Bir həftə keçdikdən sonra

B) Bir ay keçdikdən sonra

C) İkinci gün ərzində

D) 3 gün keçdikdən sonra

E) İş zamanı və dərhal işdən sonra
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
938) İdmançının iş qabiliyyətinin bərpası sistemi hansıdır?
A) Pedaqoji, tibbi-bioloji, psixoloji

B) İntelektual

C) İctimai

D) Sosial

E) Bədii
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
939) Masajın aparılması üçün xüsusi ayrılmış otaqda bir yerə düşən sahə nə qədərdir?
A) 8 m2

B) 10 m2


C) 18 m2

D) 15 m2


E) 16 m2
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
940) Masaj kabinasının eni və uzunluğu nə qədər olmalıdır?
A) 3,5-4,0 m

B) 3,0-2,0 m

C) 3,4 -2,0 m

D) 2,0-1,5 m

E) 2,5-2,0 m
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
941) Masaj kabinasında sorucu–təmiz hava ilə təmin edən ventilyasiya qurğusu vasitəsi ilə havanın dəyişilməsi neçə dəfə olmalıdır (1 saat ərzində)?
A) 2

B) 1


C) 3

D) 5


E) 6
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
942) Masaj otağının temperaturu nə qədər olmalıdır?
A) 200 C

B) 250 C


C) 220 C

D) 280 C


E) 180 C
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
943) Sürtücü vasitələr hansı masaj zamanı tətbiq olunmur?
A) Ətrafların masajı

B) Üz nahiyyəsinin masajı

C) Əl, ayaqların masajı

D) Belin masajı

E) Seqmentar – reflektor masaj
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
944) Masaj zamanı talkın istifadəsi nə hallarda göstərişli deyil?
A) Bədənin çəkisindən asılı olaraq

B) Piyləmə səbəbindən

C) Ahıl yaşlı xəstələrə

D) Çox tərləmə halında

E) Astenik vəziyyətdə
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
945) Masajistə olan əsas tələblər hansılardır?
A) Masajı oturaq vəziyyətdə aparılması

B) Masajı ayaq üstə duran vəziyyətdə aparılması

C) Əlcəklərin istifadəsi

D) Əllərə ciddi qulluq

E) Xüsusi geyim
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
946) Masaja əks göstərişlərə hansılar aid deyil?
A) Dərinin irinli prosesləri

B) Damarların trombozu

C) Dəri tamlığının geniş sahəli pozulmaları

D) Qanaxmaya meyillik

E) Skolioz
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
947) Klassik massaj üslublarına hansılar aid deyil?
A) Qabırğaarası əzələlərin masajı

B) Vibrasiya

C) Ovxalama

D) Sığallama

E) Sürtmə
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
948) Sığallama üslubuna hansı aid deyil?
A) Silkələmə

B) Səthi


C) Spiralşəkilli

D) Daraqvari

E) Xaçşəkilli
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
949) Sürtmə üslublarına hansılar aid deyil?
A) Çimdikləmə

B) Yonma


C) Səthi

D) Ştrixləmə

E) Silkələmə
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
950) Vibrasiya üslublarına hansılar aid deyil?
A) Dartılma

B) Yonma


C) Çubuqla döymə

D) Döyülmə

E) Səthi vibrasiya
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
951) Başın gigiyenik masajına hansılar aid deyil?
A) Alın ənsə istiqamətində başın sığallanması

B) Yumşaq toxumaların ardıcıl sıxılmalırı və yerdəyişməsi

C) Əl barmaqları ilə başın daraqvari sürtmələri

D) Başın tük nahiyyəsinin sığallanması

E) Başın dərisinin döyülməsi
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
952) Boyunun gigiyenik masajına hansılar aid deyil??
A) Paravertebral nahiyyələrin vibrasiyası

B) Məməyəbənzər çıxıntı, ənsə nahiyyələrinin sürtmələri

C) Boyunun arxa səthinin köndələn ovxalanması

D) Məməyəbənzər – döş -körpücük əzələnin ovxalanması

E) Müstəvili sığallama
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
953) Əllərin gigiyenik masajının əsas üslublarına hansılar aid deyil?
A) Dirsək oynağının tutma ilə sığallanması

B) Əllərin çimdikləmə ilə ovxalanması

C) Əldən çiyin oynağı istiqamətində sığallaması

D) Çiyinin ikibaşlı əzələsinin fasiləsis vibrasiyası



E) Çiyin, çiyinüstü və saitin sərələnmə üslubu ilə masajı
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
1   ...   7   8   9   10   11   12   13   14   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə