Fizioloji funksional küylər




Yüklə 24.09 Kb.
tarix30.04.2016
ölçüsü24.09 Kb.
Fizioloji funksional küylər
Funksional küylərə ürək qapaqlarının ,onların çəpərlərinin və magistral damarların kobud morfoloji dəyişikliklərlə əlaqəli olmayan ,lakin funksional xarakterli dəyişikliklərlə ,yəni qapaq aparatının funksiyasının pozulması ,qanın anotomik dəyişilməmiş dəliklərdən keçərkən sürətinin yüksəlməsi və ya qanın özlülüyünün artması ilə əlaqədar meydana çıxan küylər aiddir. Küylər mənşəyinə görə bəlünür :Əzələ küyü,hemodinamik küy,reoloji küylər.

Nisbi funksional küylər ürək əzələsinin müxtəlif zədələnmələri kardiomiopatiyalar zamanı meydana çıxır.Belə hallar medecik boslugunun genislənməsinə ,qapaqların fibroz və əzələ halqasının dartılmasına səbəb olur və qapagin nisbi catismazligi formalasmasi ilə ,yəni qapaq taylarının tam qapana bilməməsi ilə nəticələnir,beləliklə ,qan cərəyanının geriyə axını və küy eydana çıxır.Bu hallarda mədəcik və qulaqcıq bosluqlarının həcmləri iləatrioventrikulyar dəliyin ölçüsü arasındakı,mədəciyin həmçinin həcmi ilə magistral damarın diametri arasındakı nisbətin pozulmasının da əhəmiyyəti çoxdur.

Əzələ küyü ürək –damar sistemi qeyri-sabit olan cavan şəxslərdə meydana çıxa bilər.Bu zaman ürəyin qapaq taylarını sistola fazasında saxlayan qapaq halqasının dairəvi əzələlərinin və papilyar əzələnin tonusu pozulur.

Hemodinamik küylər ürəkdə hər hansı bir üzvi xəstəliklər olmadan qan cərəyanının sürətinin artması ilə əlaqədar meydana çıxır.Qn dcərəyanının sürətlənməsi müxtəlif mənşəli qızdırmalar,tireotoikoz,qan dövranının vegetativ tənzimlənməsinin pozulması(ürək nevrozu),fiziki yüklənmə(gərginlik) zamanı yaranır.

Reoloji mənşəli küylər- onlarınyaranmasinin səbəbi müxtəlif mənşəli anemiya ,pansitopeniya ,hipoproteinemiya, laxtalanma sistemində pozgunluqlar olan xəstələrdə qanın özlülüyünün azalması və qan cərəyanının bir qədər sürətlənməsidir.
Funksional küylər aşağıdakı xüsusiyyətlərə malikdir:
-onlar ucaliliginin müxtəlifliyi ilə fərqlənirlər-zəif,cətinliklə sezilən küydən orta ucalıqlı küyə qədər
-onlar yumşaq,zəif ,yüksəkdir,çox vaxt üfürücü xarakterlidir,musiqi çalarlı olurlar
-çox vaxt sistola fazasında dinlənilirlər,yəni onların əksəriyyəti sistolikdir
-diastolik küylər nadir hallarda funksional olur,xüsusilə onlar böyrək çatişmazlığı olan anemiyalı xəstələrdə meydana çıxır və çox vaxt ürəyin əsasında II qabirgaarası sahədə döş sümüyünün sol kənarında dinlənilir.
-küyün davametmə müddəti qisa və orta müddət arasında tərəddüd edir.
-funksional sistolik küylər heçvaxt I tonla qarişmir İ tondan dərhal sonra və ya qısa pauzadan sonra baslayır
-çox hallarda funksional küylər ağciyər arteriyası üzərində,bir qədər az hallarda zirvədə,bəzən ürəyin bütün auskultasiya nöqtələrində müşahidə edilə bilir.
-onlar çox dəyişkən ,labildir
Funksional küylər fizioloji və patoloji olmaqla 2 qrupa bölünürlər. Saglam səxslərdə ,əsasən usaqlıq yeniyetmə və gənclik yaşlarında fizioloji funksional küylər tez tez dinlənilir.
Fizioloji Funksional küylər.Ağciyər arteriyası üzərindəfizioloji sistolik küy(pulmonal küy sağlam uşaqlarda yeniyetmələrdə və 30 yasa qədər olan ,əsasən , astenik bədən quruluşuna malik cavanlarda daha çox tez rast gəlinən küydür. Bu küy idmançılarda ,kürək nahiyəsi yastı olan və ya qıfabənzər döş qəfəsi olan şəxslərdə hamilə qadınlarda esidilə bilər . bu küyü aksidental ,xoşxassəli,günahsız fizioloji adlandırırlar

Pulmonal küy aşağıdakı səbəblərdən meydana çıxır:cavan orqanizmin boyatma və inkişaf dövründə ürəK-damar sisteminin funksiyasının artması,hiperdinamik qan cərayanının meydana çıxması;

-usaqlıq və yeniyetmə dövründə sağ mədəcikdə ağciyər arteriyasının inkisafi arasında yaranan uyğunsuzluq sağ mədəciyin çixacaq şöbəsinin nisbi daralması , agciyər arteriyasının qapaq taylarının tam açılmamasi,üçbucaq formalı dəliyin əmələ gəlməsi ilə nəticələnir və bu səbəbdən qan axınında burulğanlıq yaranır;


-qanın sağ mədəcikdən agciyər arteriyasina qovulması zamani qapaq taylarinin və agciyər arteriyasi divarinin vibrasiyası səbəbindən.
-ağciyər arteriyasinin səthi yerləsməsi,hətta cuzi səslərin ötürülməsi və dinlənməsini asanlaşdırır
-sistola zamanı ağciyər konusunu əhatə edən miokard liflərinin yıgılması qanın axma itiqamətində onun köndələn kəsiyinin kiçilməsinə səbəb olur

-nazik döş qəfəsi divarının olması


-onurga sütununun döş şöbəsinin düzləşməsi zamanı ön arxa ölçünün azalması ilə əlaqədar döş qəfəsinin formasi dəyisilir ,ürək doş qəfəsinin ön divarina söykənərək yerini sola doğru dəyişmiş olur.


  • mədəciklərin sistolası zamanı mədəciklərarası çəpərin membranoz hissəsinin sağa doğru əyilməsi qanın axın istiqamətini yarımdairə formasında dəyişərək burulğanlı axının yaranmasına səbəb olur.

Ağciyər arteriyası üzərində fizioloji sistolik küy döş sümüyünün sol kənarında II və III qabırğaarası sahədə dinlənilir,o orta və ya zəif ucalıqlıdır,küy döş sümüyünün sol kənarı ilə aşağı və ya zəif ucalıqlıdır,küy döş sümüyünün sol kənarı ilə aşağı və ya yuxarı ötürülür,heç vaxt qoltuqaltı nahiyəyə ötürülmür. Bu küy sistolanın 1-ci yarisini tutur,davametmə müddəti qısadır,qeyri-daimiliyi ilə fərqlənir,xəstənin bədəninin vəziyyətindən ,tənəffüsün fazalarından asılı olaraq dəyişkən olur,daha yaxsi uzaniqli vəziyyətdə esidilir,ayaq üstə və oturaq vəziyyətdə itir, tənəffüsü saxladıqda və həyəcan zamanı güclənir. Ağciyər arteriyası üzərində sistolik küy qadınlarda hamiləliyin sonuna yaxın hipervolemiya ilə əlaqədar dinlənilə bilər və 95% hallarda hamilə qadinlarda esidilir. Doğuşdan sonra küy itir

Bəzən aorta üzərində funksional sistolik küy sağlam , yaşa dolmuş şəxslərdə ,əsasən kişilərdə təyin edilir. O,genislənmis aortanin sistolik vibrasiyasi ilə əlaqədar yaranir.Bu küy döş sümüyünün sağ kənarında II qabirğaarasi sahədə dinlənilir,sistolanin orta hissəsini tutur , çox zaman ürəyin zirvəsinə ötürülür.

Ürəyin zirvəsində dinlənilən funksional sistolik küy. Bu küy ağciyər arteriyası üzərindəki küy kimi cox hallarda rast gəlir və 1 cox əlamətlərinə gğrə onlar oxşardir. Belə küy saglam usaqlarda ,yeniyetmələrdə,asteniklərdə,yüksək oyaniqli şəxslərdə esidilir.O, zərifdir,yumsaqdir,qisamüddətlidir,çox dəyişkəndir, qoltuqalti xətlərə doğru ötürülmür,Itondan dərhal sonra və ya qisa pauzadan sonra meydana çıxır,sistolanın üçdə birini və ya yarisini əhatə edir.Emosional və fiziki gərginlik onun yaranmasina və itirilməsinə səbəb olur. Zirvədə funksional sistolik kuy daha yaxsi arxasi ustə və sol böyrü üstə uzanmış vəziyyətdə esidilir. Onun əmələgəlməsinin əsas səbəbləri bunlardır
-cavanlarda ürək qapaqlarinin papillyar əzələlərinin neyrorequlyator disfunksiyasi və yeni zamanda qapaq halqasinin dairəvi əzələsinin disfunksiyasi(diastolik küy)
-qan cərəyaninin sürətini yüksəlməsi(dinamik küy)

Perikardın funksional sürtünmə küyü .

O,yeniyetmələrdə və cavanlarda güclü fiziki gərginliklə əlaqədar ürək fəaliyyətinin güclənməsi nəticəsində yaranir.Onun lokalizasiyasi döş sümüyünün sol kənarıdır. Bu səs fenomeni sistola və diastola zamani qisa ,zərif cırmaq səsini xatirladir . Bu küy dəyişməmiş perikard vərəqlərinin sürtünməsi nəticəsində meydana cıxır, sakitlik halinda tez keçir



Kardiopulmonal küy(funksional ekstrakardial küy).Bu küyü eyni zamanda “sistolik tənəffüs” adlandirirlar. Bu zəif , yumşaq kuydur,bəzən müxtəlif gərginliyə malik civilti və ya sorucu səsi xatirladir. bu səs ürəyin sol sərhəddi yaxinliginda yerləşir çox vaxt sistola zamani dinlənilir, bəzən diastola fazasinda, nəfəsalma zamani ,yaxud fenondoskopla təzyiq etdikdə itir, küy qeyri- sabitliyi ilə fərqlənir

Kardiopulmonal küyün əmala gəlməsi sistola və diastola zamani üzokijm həcminin dəyisməsi ilə əlaqıdardir .Sistola zamani ürəyin həcmi kiçilir,onun ətrafında mənfi təzyiq əmələ gəlir və yaxinliqda yerləşən ağciyər formasi hava ilə bölür,yəni məhdud sahədə vezikulyar tənəffüs əmələ gəlir. Belə vəziyyət cox zaman sol mədəciyin hipertrofiyasi zamani bas verir . Diastola zamani ürəyin həcmi böyüyür, təkanla yaxinliqdaki ağciyər toxumasindan havani sixisdirib cixarir və vezikulyar tənəffüs səsinin yaranmasina səbəb olur. Bəzən sistola zamani ürəyin cevrilməsi və zirvənin önə doğru hərəkəti təkanvari olaraq ağciyərin kənarının məhdud sahəsidə havanı sıxısdırıb çıxarmaqla kardiopulmonal küyün yaranmasina səbəb ola bilər



Kardiopulmonal küy xüsusi diaqnostik əhəmiyyətə malik deyil,lakin onu kardial və ekstrakardial küylərlə səhv salmaq olmaz .

Ürək ətrafinda meydana çıxan fizioloji funksional küylər . Körpücüküstü arteriyal sistolik küy 30-40% uşaq və yeniyetmə oğlanlarda dinlənilir . Küyün maksimal dinlənilmə nöqtəsi körpücüküstü nahiyədə başı önə əyən əzələnin birləsdiyi yerdir . küy aorta ilə adsız arteriyanin birləşdiyi nahiyədə əmələ gəlir,uca deyil,qısamüddətlidi,ürəyə ötürülmür,fonendoskopla təzyiq etdikdə güclənir.

Venoz küy(“fırfıra küyü”). Bu küy vidaci venadan yuxarı boş venaya qan cərəyanının sürətlənməsilə əlaqədar meydana çıxan sistolodiastolik küydür ən çox uşaqlarda ,yenyetmələrdə hamilə qadinlarda esidilir. Küy körpücüküstü nahiyədə boynun yaxınlığında tıyin edilir. Cox zaman sağda dinlənilir,zərifdir,yumşaqdır,başidinlənilmə sahəsindən əks istiqamətə cevirdikdə güclənir.Qanın yuxarı bos venaya daxil olmasi ləngidikdə küy itir. Bu küy gücənərkən küyün dinlənilmə yerindən yuxarıda venaya barmaqla təzyiq edib onu sıxarkən bas verir.Dərin nəfəsalma zamani küy güclənir çünki qanın yuxari bos venaya daxil olmasi sürərlənir.

Laktasiya dövründə süd vəzisi üzərində yaranan küy hamiləliyin axirinci 3ayinda və doğusdan sonraki ilk həftələr ərzində esidilir.Küy kifayət qədər ucadir,yüksəktəzyiqlidir.I tondan dərhal sonra sistola zamani əmələ gəlir və diastolanin əvvəlində qurtarir. Fonendoskopla təzyiq etdikdə küy zəifləyir.O, uzanmis vəziyyətdə güclənir daha uca səslənir və ayaqüstü vəziyyətdə itə bilər. Belə küy mövcud olduqda çox zaman qabirgaarasi arteriyalarda pulsasiya əllənir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə