Faruq süMƏr oğuzlar (TÜrkməNLƏR) tariXLƏRİ boy təŞKİlati dastanlari bakı – 2013




Yüklə 5.61 Mb.
səhifə33/42
tarix23.02.2016
ölçüsü5.61 Mb.
1   ...   29   30   31   32   33   34   35   36   ...   42

2. Mazandaran oymaqları



Oymağın adı

Dili

Əhalısi

1. Qacar

Türk

2.000 ev

2. Canbəylü

Türk

50 ev

3. İmamlu

Türk

50 ev

4. Usanlu

Türk

50 ev

5. Əfşar

Türk

100 ev

3.Tehran oymaqları

Oymağın adı

Həyat tərzi

Dili

Yaşadığı yer

Əhalısi

1. Şahsevən




Türk

Qum-Tehran

9.000 çadır

2. Hara qanlü1




Türk

Qəzvin-Zəncan




3. Bacmanlu2




Türk







4. Gündəşlü3

Oturaq

Türk

Tehran şəhəri

400 ev

5. Xələc




Türk

Tehran şəhəri




6. Xudabəndəlü

Oturaq

Türk

Tehran şəhəri




7. Əfşar




Türk

Tehran-Qəzvin

900 ev

8. Türk-mafi




Türk və lək




100 ev

9. Kəngərlü




Türk və lək




1.000 ev

10.Qalaküb qovbaz




Türk və lək4







11.Əbülhəsəni




Türk




150 ev

12.Cahanbəylü şadlu










320 çadır

və ev


13.Usanlu5




Türk

Har-Dəmavənd

1.000 çadır


4. Xəmsə oymaqları

Oymağın adı

Dili

Əhalısi

1. Gərrus6

Böyük bir türk oymağı

4.000-5.000 ev

2. Əfşar şah-se­vənləri

Türk

2.500 çadır

3. Xudabəndəlü

Türk

600 ev

4. Dadanqa7

Türk

150 ev

5. Zülqədir

Türk

200 ev

6. Müqəddəm

Türk

150 ev

7. Əfşar

Türk

200 ev

8. Qurdbəyli

Türk

1.500 ev

Qış fəsli sərt keçdiyi üçün Xəmsədəki8 bütün oymaqlar evlərdə yaşayır, ya­yı çadırda keçirirlər. Ancaq onlar uzağa getmirlər.


5. Kirman oymaqları


Oymağın adı

Həyat tərzi

Dili

Yaşadığı yer

Əhalısi

1. Əfşar




Türk




1.500 ev

2. Qaraçı




Türk




700 ev



6. Həmədan bölgəsi oymaqları

Oymağın adı

Həyat tərzi

Dili

Yaşadığı yer

Əhalısi

1. Qaragözlü




Türk




4.000 ev

2. Həllac1




Türk

Böyük bir türk oymağı

?


7. Fars bölgəsi oymaqları


Oymağın adı

Həyat tərzi

Dili

Əhalısi

1. Bayat




Türk

120 ev

2. Bərgüşadi




Türk

50 ev

3. Qacar-əfşar




Türk və lek

100 lək evi

4. Əbülverdi

Ticarətlə məşğul

olurlar, qaçaqçıdırlar



Türk

300 çadır

5. Təvəlili

Əkinçidirlər

Türk

40 ev

6. Şahsevən




Türk

60 çadır

7. Qaragöz zərgər




Türk

100 ev

8. Əmələ

Əkinçidirlər

Türk və lək

40 ev

9. Qaşqay




Türk və lək

30-40 min çadır

Bu topluluq bir çox oymaqlardan ibarətdir. Qaşqay topluluğunun ən bö­yük qolu əmələ oymağı olub 3.300 çadırdan mütəşəkkildir. Bunların başında el-xan durur. Çox güclü bir topluluq olduqlarından qaşqaylar otlaqlarını öz­ləri təyin edirlər. Yaylaqları İsfahan sərhəddindəki Gəndümana qədər uza­nır. Qaş­qay oymaq­larından bir çoxu sahildəki alçaq düz yerdə qışlayır. On­lar çox böyük sürülərə sahib olan zəngin bir topluluqdur.




10. İnanlu




Türk

Darab və Fesada oturur

4.800 çadır

və ev

11.Ağacəri

Çağatay keştil

Zəngin-dirlər

Türk




1.000 çadır

12. Nəfər




Türk

Farsın bir çox yerində

850 çadır

13. Baharlu




Türk




1.230 çadır


8. Xorasan oymaqları


Oymağın adı

Dili

Yaşadığı yer

Əhalısi

1. Mərdi

Türk

Dağınıq bir halda yaşayır

70 ev

2. Çalai

Türk




2.000 ev

3. Türki-cəlayir

Türk

Kəlati-Nadiridə yaşayır

1.500 ev

4. Bayat və xurşabi

Türk

Nişapurda yaşayır

10.000 ev

5. Qarışıq

Türk

Səbzvarda yaşayır

1.000 ev

6. Kelicei

Türk

Cüveyndə yaşayır

200 ev



9. Kirmanşah oymaqları


Xudabəndəlü

Türk




200 ev



XƏZƏRARXASI TÜRKMƏNLƏRİNİN

OYMAQ TƏŞKİLATI İLƏ BAĞLI SİYAHILAR
Xəzərarxası türkmən topluluqlarının oymaq təşkilatlarına dair ötən əsr­də düzən­lənmiş siyahılara keçmədən öncə bu türkmənlərin tarixlərinin qısa bir xülasəsini vermək hər halda faydalı olacaqdır. Bundan gözlənən başlıca qa­yə bu türkmənlərin tarixlərinin dönüş nöqtələrini xatırlatmaqdır.

Daha öncə yazıldığı kimi, Xəzərarxası türkmənlərinin əsasını X əsrin bi­rin­ci yarısında insan yaşamayan Siyahkuh (Qaradağ) yarımadasına (Xəzər də­nizinin şərqi) Sır-Dərya (Seyhun) boylarından gələn bir oğuz bölüyü təş­kil etmişdir. Bu oğuz bölüyü həmin yarımadaya oğuzların öz aralarında cə­rə­yan edən bir çəkişmə nəticəsində gəlmişdir. Yenə eyni qaynaqların Süt-kənd çev­rəsində yaşadıqlarını bildirdikləri oğuzlar ilə Fə­rab-Kəncədə və Şaş (Daş­kənd) arasında yaşayan 1.000 evə yaxın müsəl­man türkün də həmin çə­kiş­mə üzündən oralara gəlmiş olmaları ehtimal edilir.

X əsrin ikinci yarısı ilə XI əsrın birinci yarısında Sır suyundan komalar ha­lında baş verən oğuz köçləri Siyahkuh yarımadasındakı oğuzların sayını çoxaltmış, hətta bəlkə onların Balxan dağları bölgəsində də yurd salmala­rın­da amil olmuşdur. Bunun nəticəsində Siyahkuh yarımadası Manqışlaq adını alıb oğuzların ən tanınmış yurdları halına gəlmişdir. Yarımadanın bu yeni adı Min qışlaq şəklində Müqəddəsinin coğrafiyasında keçir1. Kaşğari də ya­rımadanın adını Mankışlağ şəklində yazır, onu xəritəsində göstərir və bura­nın oğuzların ölkəsindən bir yer olduğunu qeyd edir2. Həmin əsrın sonları ilə XII əsrə aid sənədlərdə bu adın Mankışlağ şəklində keçdiği görünür. Mon­qol is­ti­lasından sonra isə Mankışlağ ümumiyətlə Mankışlak şəklində ta­nınmış və bu tələffüz şəkli zəmanəmizə qədər gəlmişdir.

Fəqət oğuzlar XI əsrın ikinci yarısının əvvəllərində yalnız Manqışlaq və Balxanı deyil, Manqışlaq ilə Aral gölü arasındaki bölgəni də (Üstyurd) məs­kunlaşdırmışdılar. Bu sonuncular müsəlman olmayan qıpçaqlarla birlikdə ya­şayır və Xarəzmdən İtil hövzəsinə gedən ticarət karvanlarını vururdu­lar. Bun­ların başında Çarığ (?) adlı bir başbuğları vardı. Çarığ 30.000 atlı top­la­ya bi­lən və Alp-Arslan ilə qarşılaşmayı gözə alacaq dərəcədə özünə və əs­gər­­ləri­nin çoxluğuna güvənən bir başbuğ idi. Ancaq daha ilk çarpışmada məğ­lub ol­muş, camaatını, köçkünlərini və davarlarını buraxıb Manqışlaq tə­rəflərinə qaç­mışdı. Çarığın aqıbəti haqqında heç bir bilgiyə sahib deyilik. Manqışlağa gə­lincə, buranı Kafşut adlı bir bəy idarə edirdi. Daha öncə söyləndiyi kimi, o da Sultan tərəfindən suçlu sayılırdı. Kafşut Çarığın məğ­lubiyyətə uğradığını görüncə, ərməğanlarla gəlib Alp Arslanın könlünü al­mışdı1. Alp Arslan sonra Cənd şəhərinə qədər gəldi. Bu, sadəcə babası Səl­cuqun qəbrini ziyarət etmək qayəsi ilə bağlı idi2. Cəndin "Səlcuqlular nəz­dində qüdsiyyət qazandığı" və Alp Arslanın nəvəsi Sultan Səncərin bu şəhər haqqında: "dövlətımizin baş­lanğgıcı və mənşəyi, bizim üçün ən əziz bəldə" sözləri ilə "bu duyğunu dilə gətirdiyi" irəli sürülmüşdür. Fəqət bu iddia əsla qəbul edilə bilməz. Çünki də­lil olaraq göstərilən sənəd Sultan Səncərə aid deyil, xarəzmşahlardan Sultan Təkişə (ölümü: 1200) aiddir3. Sultan Təkişin bu sözləri söyləməsi isə qayət təbii idi. Çünki Təkiş şahzadə ikən Cənddə vali idi4.

Səlçuqlu hökmdarı Börkü Yaruq 490-cı ildə (1097) Qoçqar oğlu Əkin­çini (?) xarəzmşah ünvanı ilə Xarəzmə vali təyin etmişdi. Bu, Mərvəzinin sözünə görə, xıtay ölkəsinə qonşu bir yerdə yaşayan xristian Kun (?=Kurı?) adlı bir qövm­dən olan bəydir5. Ancaq həmin il Qoçqar oğlu Əkinçi Mərvdə əmirlər­dən Qudan və Yaruq-Daş tərəfindən öldürüldü. Belə olduqda Xora­san valisi Altun-Tak oğlu Dadbəy Həbəşi Xarəzmə Anuş-Tigin oğlu Mə­həm­mədi vali təyin etdi. Xarəzmşah Məhəmmədin Xarəzmdən uzaqda oldu­ğu əsnada bu öl­kə Manqışlaqdaki türkmənlərin hökmdarı (? bəzü müluk it-turk=türk məlik­­lərindən biri) tərəfindən istila edildi. Sultan Səncərin yanın­da olan Əkinçinin oğlu Tuğrul-Tigin bunu xəbər alınca Xarəzmə qaçdı6. Xa­rəzmşah Sultan Sən­cəri gözləmədən düşmənlərinin üzərinə yürüyüb onları məğlub etdi. Türklər Manqışlağa, Tuğrul-Tigin isə Cəndxanın yanına (yəni Cənd şəhərinin və böl­gəsinin hökmdarı) qaçdı.

İbn ül-Əsirin sözlərindən belə anlaşılır ki, Manqışlaqda türkmənlərin bir dövlətləri vardır. Bu dövləti idarə edən ailə də Alp Arslanın Manqışlaq sə­fəri dolayısı ilə tandığımız Kavşutun nəsli ola bilər. Yenə həmin müvərrixin söz­lə­rindən7 Manqışlaqda eyni adı daşıyan bir şəhərin olduğuna inanmaq olar. Ya­kut Manqışlağı Mankaşla şəklində yazaraq bunun Xarəzmin ucunda (hü­du­dunda) möhkəmləndirilmiş bir qala olduğunu söyləyir8. Fəqət dastani əsər­lərdə bü­tün bunlarla əlaqədar xəbərlərə rast gəlinməz.

İbn ül-Əsirə görə, Atsız hələ babası Xarəzmşah Məhəmmədin sağlığın­da, yəni 1128-ci ildən əvvəl Manqışlaq şəhərini (mədinətu Man­qışlaq) zəbt et­­miş­dir. Bu xəbər doğru ola bilər. Türkmənlər yurdları Man­qışlağı qoru­maq üçün igidliklə savaşmışlar və bu xüsusta əllərindən gələn hər cür qey­­rə­ti gös­tərmişlər. Bu üzdən Atsız Manqışlaqda çox qan tökmüş və bu ölkəni ya­xıb yıxmışdı. Bu olayı nəql edən ərəbcə bir şeir bizə qədər gəlib çatmış­dır1.

Səlcuqlu hökmdarı Səncər, təbii, Atsızın öz qövmünün yaşadığı və öz im­pe­riyasına bağlı Manqışlağı qan və alov saçaraq ələ keçirməsinə səs çı­xar­­mamışdı. Ancaq Atsız sonra doğrudan-doğruya itaətsiz­lik göstərməyə baş­la­yınca, onu islamın iki ucu olan Manqışlaq və Cənddə məsumların qa­nı­nı tök­mək, qaziləri (qüzat) və mürabitləri (mürabitin - qazilər) yox et­mək­lə suçla­mış, bu iki uçdaki müsəlmanların və qazilərin qanını tökməyi xa­rəzmşahın bir adət halına gətirdiyini ifadə etmişdir2. Səncərin Xarəzm fəth­naməsində Manqışlaq və cəndliləri qazilər (qüzat, qaziyan) və mürabitlər (mürabitin = qazilər) olaraq vəsfləndirməsi bu yerlərdəki müsəlman türk­lə­rin qonşuları müsəlman olmayan qanlılar ilə sürəkli savaş halında ol­mala­rın­dan irəli gəlir. “Şəcəreyi-tərakimə”də Salur Öyürcük Alpin ata-babalarının da qazi ünvanını daşımalarının səbəbi bu olmalıdır3.

Atsızın Manqışlağı hakimiyəti altına alması Manqışlaq türkmənlərinin ta­rixində mühim bir dönüş nöqtəsi olmuşdur. Gerçəkdən, bu fəth nəticəsində Manqışlaq türkmənləri istiqlallarını itirmiş və rəiyyət, yəni sadəcə vergi ve­rən xalq vəziyyətinə düşmüşlər. Xarəzmşahlarla bağlı qaynaqlarda bu dövlə­tin xidmətində olan əmirlər arasında türkmən əsilli bəylərin görünməməsi də türkmənlərin rəiyyət durumuna düşmüş olmalarından irəli gəlir. “Şəcəreyi-tərakimə”də bu önəmli hadisəyə dair bir xatirəyə rast gəlinməməsi bəlkə də heyrətlə qarşılana bilər.

Monqol istilası üzərinə Xarəzm türkmənlərindən bir çoxlarının, Sır-Dər­ya və Xorasanda yaşayan əldaşları kimi, Anadoluya gəlmiş olduqları söylə­nə bilər. XIV əsrdə Sivas, Kayseri və digər bəzi yerlərin hakimi olan Qazı Bür­ha­nəddinin dədələrindən Məhəmməd b. Rəsulun (salur boyundan) mon­qol is­tilası üzündən Xarəzmdən Anadoluya gəldiyini bilirik.

Şəcəreyi-tərakimə”də salur Öyürcük Alpın keçirdği macəralara dair bir rə­vayət vardır. Bu rəvayətə görə İraqda (Əcəm İraqı=Orta İran) yaşayan Sa­lur Qazan bəy soyundan Öyürcük Alp bayındır bəyi ilə keçinə bilməyib doq­­quz yüzü salur, yüzü də karkın boylarından olmaq üzrə min evlik bir top­luluq ilə Qafqaz yolundan Krıma, oradan da şərqə yönəlib Yayıq irma­ğına gəlir. Bu irmağın sahilində Alakənd və Qaraqaş deyilən yerdə yaşayan qanqlıların başında Kök Tonlu adlı bir xan vardı. Öyürcük bir neçə il qanqlı xanının ya­nında qaldıqdan sonra onunla da arası dəyir, qaçır. Kök Tonlu ar­xadan ye­tişib topluluğun yeddi yüz evini əsir alır. Salur bəyi üç yüz ev ilə Man­qış­lağa çatır, Qaraxan deyilən yerdə üç il oturur. Ancaq qanqlı xanı Öyürcükü orada da ra­hat buraxmır və atlanıb Manqışlağa yola düşür. Bunu öyrənən Öyürcük Alp Bal­xan dağına qaçaraq Kök Tonlunun əlinə düşmək­dən qurtu­lur. Öyür­cük Alp həmin hadisəni bu şeirdə anladır:

Döndüm qaçıb qanqlı xandan qiblə sordum,

Qar, yel aşıb gələn ər önündən döndüm,

Qarçılara, yerçilərə yol başlatdım,

Yağışlı-qarlı iki qola yol yumuşatdım,

Kürklə, kürklə qırlara döşək saldım,

Ard önümə bizə (?) salıb köçümü çəkdim,

Qar altında (?) dağ yolundan aşıb vardım,

Qabaqlıdan Altaca yurt yurtlatdım.

Guruldaşıb ardımdan yağı yetincə

Qayğı başlı qatı yaya iş buyurdum.

Qanlı-irinli oxa qan yürütdüm,

Vursa kəsər kəskin qılınca tuğ bağlatdım,

Qılıncımı sıyırıb Bel-Əkşəmdə quyu qazdım,

Dərədə qışlayıb, qırda yaylayıb Balxan aşdım,

Əysə yayını (?) Qaradağa uğrayıb gəldim,

Hangi topluluq toy tutmadı orada oldum,

Altın gözlü dovşanı gətirdi deyə

Qaz ayağı üç ayrı damğa verdim1.

Öyürcük Alpa izafə edilən bu şeir yalnız tarixi bir hadisəni anlatması ba­xı­­mından deyil, qədimliyi və ifadə baxımından təsirliliyi və gözəlliyi ilə də diq­­qətə və ilgiyə layiqdir. Bu belə olmaqla bərabər Türkiyədə bu şeir üzə­rin­də heç bir tədqiqat aparılmamışdır. Halbuki bu mənzumənin şərh və izah edil­­mə­si gərəkən bir çox yerləri vardır. Hər halda Öyürcük Alpın bu şeiri Xə­zər­­arxası türkmənləri ədəbiyyatının ən əski yadigar­la­rından biridir. Daha ön­cə də qeyd edildği kimi, manqışlaqlılar və cəndlilər qanqlılar ilə savaşır­dılar. Bundan dolayı onlar qazi ünvanı ilə vəsflənmişlər. Qanqlılara gəlincə, açıqlandığı üzrə2, onlar qıpçaqların ən böyük qolu olmaqla bərabər adları an­­­caq XII əsrdən etibarən keçir. Bu qıpçaq qolunun XI əsrdə yaşayan və Kaş­­ğa­ri tərəfindən tanınan qıpçaq bəylərindən Qanqlının adını daşıdığı şüb­hə­sizdir. Qanqlılar qısa bir zaman içində qüvvətli bir varlıq göstərərək müs­təqil bir qövm kimi sayıldılar. Plano Carpini və Rubruck Yayıq çayı ilə Sey­hun ara­sın­daki bozqırları Qanqlı (Kangles, Kangle) ölkəsi olaraq anırlar3.

Öyürcük Alpın “Şəcəreyi-tərakimə”də (yəni “Türkmənlərin soy kötü­yü”) yer alması onun Salur Qazan Bəyin nəslindən sayılması və ya yuxa­rı­da nəql olu­nan macərası və bununla bağlı şeiri olmayıb, bir çox türkmən top­lu­luq­la­rının onun qardaş və oğullarından törədiklərinə inanılmış olması ilə əlaqə­dar­dır. İrəlidə bu, bir sxem halında göstəriləcəkdir.

“Şəcəreyi-tərakimə”dəki Ərsarı bay XIV əsrdə Balxanda yaşamış tarixi bir şəxsiyyətdir. Ərsarı bay orada Öyürcük Alpın nəvələrindən Qul Hacının oğ­lu kimi göstərilir. Ərsarı bay qırx dəvə verərək ürgəncli Şeyx Şərəfə dini məsələlərə dair türkcə “Müin ül-mürid” adlı bir əsər yazdırmışdı. 713-cü ildə (1314) yazılmış olan bu əsərin bir nüsxəsi Türkiyədə tapılmışdır4.



Ərsarı bayın eyni zamanda gözəl bir qızı vardı ki, bu gözəl qız Mama adı­nı daşıyırdı5. Koma adlı Xorasan valisi ağır başlıq verərək Mamanı ata­sın­dan istəsə də, rədd cəvabı ilə qarşılaşmışdı. Belə olunca Koma bəy Bal­xana gəlib Dökər (Döyər ?) adlı quyunun başında Ərsarı bayı öldürüb oyma­ğını yağma­la­mış və gözəl Mama ilə evlənmişdi. Fəqət Mama oğlan uşağı doğmamışdı. Bu üzdən Koma çox mal və evli bir qul verib Mama bikəni Bal­xandakı qar­daş­­la­rının yanına göndərir6.

Monqol hakimiyyətinin başlaması ilə Xarəzm türkmənləri Çingiz xanın İtilin ağzında oturan nəvəsi Batuya tabe olmuşdular. Xarəzm türk­mənlərinə sayın xanlı türkmənləri deyilməsi də bu tabeçiliyi göstərir. Bu dövrdə türk­mənlər haqqında qeydə dəyər bir bilgiyə rast gəlmirik. Anlaşıldığına görə, on­lar Altın Ordu xanlarına hər halda tam itaət göstərərək vergilərini hər il gə­­lən təhsildarlara ödəmişlər.
1   ...   29   30   31   32   33   34   35   36   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə