Faruq süMƏr oğuzlar (TÜrkməNLƏR) tariXLƏRİ boy təŞKİlati dastanlari bakı – 2013




Yüklə 5.61 Mb.
səhifə32/42
tarix23.02.2016
ölçüsü5.61 Mb.
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

6. DR. ÇAKIROĞLUNUN QƏRBİ ANADOLUDAKI YÖRÜK

OYMAQLARINA DAİR SİYAHISI5 (XIX əsrın II yarısı):


  1. Əhmədli: bir bölüyü Kulada, bir bölüyü də Bursaya bağlı Simavda ya­şayır.

  2. Altçı: Attalada; oturduqları yer At Alana qədər uzanır.

  3. Anamaslı6: Dəmirçi qəzasında. Bunlar 50 çadır və 70 evdir. 10.000 da­varları var, 15.000 quruş vergi verirlər.

  4. Ərəbli7 : Salihli civarında yaşayırlar, yaşadıqları yer Bursa vi­­la­yə­ti­nə­dək uzanır.

  5. Çaqqal: Saru-xan sancağında otururlar.

  6. Çarıq: Kulada yaşayırlar.

  7. Farsaq8: Aydın vilayətinin hər tərəfinə yayılmışlar. Bu, 1.200 ailə­dən ibarət olan çox zəngin və qələbəlik bir oymaqdır.

  8. Göy musalı: bunlar Dəmirçi qəzasında, İnciklər kəndi yaxınlığında ya­şa­yırlar. 50 çadır və 50 evdən ibarətdirlər.

  9. İvatlı: Qameit (?) civarında yaşayırlar. 22 çadırdır.

  10. Qacar1: Səlgədə və Alaşəhirdə yaşamaqla bərabər güneydə Nazil­liyə qədər uzanırlar. Qacarlar qələbəlik və önəmli bir oymaqdır. Bu oymaq kula qacarı, kələş qacar və ova qacar qollarına (məhəllə) ayrılır. Vamberi səlgə qacarı da bunlara əlavə edir.

11. Qara-təkkəli2: İzmir civarında qışlayırlar.

12. Xorzum3: Aydın və Bursa vilayətlərində yaşayırlar.

  1. Qızıl keçili4: Səlinti (Kula) nahiyəsində, Pınarköydə yaşayırlar. Bun­lar 800 çadırdır, 60.000 davarları var, 6.000 quruş vergi verirlər.

  2. Manavlı: Alaşəhirlə Salihli və Bursa vilayətində yaşayırlar.

  3. Narincəlü: Kula qəzası ilə Dənizli yuxarısındakı Omur Bala dağ ya­xınlarında yaşayırlar.

  4. Saraç: Uşaq ilə Eşmə arasında yaşayırlar.

  5. Sarı təkkəli5: Nazilli ilə Dənizli arasında və Bursa vilayətində yaşa­yır­lar.

  6. Şəbidli: Kula qəzasında yaşayan 60 evlik bir oymaqdır.

  7. Şeyxli: bunlar qışda Ulu Borluda, yazda Afyon Qara Hisarında yaşa­yırlar. On obaya ayrılırlar: arpat şeybli, qısat şeybli, hacı şeyhli. Bunlar 70-80 çadır və 200 evdir, 15.000 quruş vergiləri vardır.

  8. Yağcı bədirli: Somada və Bursa vilayətində otururlar.



Aydın vilayətinin cənub-qərbində və

digər yörələrində yaşayan oymaqlar


  1. Abdal: Ulu Borluda və başqa yerlərdə otururlar.

  2. Ağdağlı: Nazilli civarında.

  3. Ağqozalı:

  4. Alaca qoyunlu: Konyaya qədər gedirlər.

  5. Allah-Abeli: Saru-xan sancağında.

  6. Bəylikli:

  7. Boynu incəli6:

  8. Burxan: Bursa vilayətində də yaşayırlar.

  9. Çambar: Aydın və Bursa vilayətlərində otururlar.

  10. Çəpni: önəmli bir oymaq olub Aydın vilayətinin hər tərəfinə yayıl­mış­l­ar.

  11. Çitmi7:

  12. Dədə Karkınlı8: Saru-xan sancağında otururlar.

  13. Dəriçi: Aydın Bursa vilayətlərində otururlar.

  14. Dosuti ərəbli:

  15. Əski yörük:

  16. Əşpək:

  17. Geypey:

  18. Gərinisli: Nazillidən Muğlaya qədər olan yerlərdə yaşayırlar.

  19. Göşçi (?): Nazillidə.

  20. Xırmandalı1:

  21. Xutal:

  22. Gözəl bəyli: Nazilli civarında otururlar.

  23. İynəçi: Saru-xan sancağında.

  24. İmir xarici2: Saruhan sancağında.

  25. Cərid3 (Cirid): Nazilli yaxınlığında otururlar.

  26. Qara Fak oğlu: Aydın və Bursa vilayətlərində.

  27. Qaramanlı: Nazillidən İspartaya qədər olan yerdə.

  28. Qara yağcılı:

  29. Kosalar: Nazillidə.

  30. Kılaz:

  31. Kirtiş:

  32. Kislilərli: Saru-xan sancağında.

  33. Qızıl işıqlı: Bu da Bursa vilayətində oturur.

  34. Qocabəyli: Aydın və Bursa vilayətlərində.

  35. Musarlarlı: Saru-xan sancağında.

  36. Muzan: Bursa vilayətində.

  37. Omurlu:

  38. Rəhman:

  39. Saatçı (Saçı qaralı): Vamberiyə görə, Nazilli civarında.

  40. Sarı keçili:

  41. Daş evli:

  42. Təkkəli4:

  43. Təraci5:

  44. Yatağanlı: Qaraağac yaxınlığında.

  45. Yel aldı:


7. İRANDA YAŞAYAN TÜRKMƏN ƏSİLLİ

OYMAQLARLA ƏLAQƏDAR SİYAHILAR
İranda yaşayan türk əsilli oymaqlar onlara xas olan bir sıra xüsu­siy­yət­lər­lə alimlərin diqqətini xüsusi olaraq cəlb edirlər. Çünki bu oymaqlar XV əsr­dən XX əsrın ilk rübünün so­nuna qədər İranı idarə edən dövlətlərin ən önəm­li hərbi gücünü təşkil et­miş, biri müs­təsna olmaqla xanədanların hamı­sı bu oymaqlardan çıxmışdır.

XIX əsrdə İranda yaşayan oymaqlar əski boy təşkilatları ortadan qalx­mış, bir çoxu az öncə təşəkkül etmiş, bir çoxu yeni adlar almış, qalanları isə baş­lı-başına, yəni müstəqil bir oymaq səciyyəsi qazanmış kimi görünürlər. Bu­na görə, bu oymaqlarla əlaqədar bir çox məsələlərin həll edilə bilməsi üçün XVI əsrdə İranda yaşayan oymaqlara dair əsaslı bilgilərə sahib olmaq lazım gəlir.

XIX əsrdə İranı ziyarət edən avropalı səyyahlar bu ölkədəki oymaqlar ba­rədə məlumatlar vermişlər. Hətta bu səyyahlardan bəzilərinin oymaqlarla bağ­­lı siyahılar tərtib etdikləri də bilinir.

Avropalı səyyahlardan Dup­re öz si­yahı­sı­nı dillərə görə, Lady Sheil isə bölgələrə görə düzəltmişdir. Ancaq La­dy Sheil də oymaqların danışdıqları dilləri göstərməyi unutmamışdır. Səy­yah­la­rın oymaqlar haqqında verdikləri bilgilərin mənbəyi iranlı yetkili­lərdir.

Dupre siyahısına daxil etdiyi bütün oymaqları əsgər oymaqlar (les tribus militaires) kimi səciyyələndirir. Çünki bu oymaqlar, yuxarda da göstərildiyi kimi, İran ordusunun çox önəmli gücünü təşkil etməkdə davam edirdilər. Dupreyə görə, dörd qola ayrılan əsgər oymaqların ən igidi və qələbəlik ola­nı türkcə danışan oymaqların meydana gətirdiyi qoldur1.
1. Duprenin siyahısı

türkcə danışan oymaqlar (XIX əsrin əvvəli)


  1. Əfşar

  2. Qacar

  3. Müqəddəm

  4. Dümbəlü (Dümbüli)

  5. Türkmən

  6. Kəngərlü

  7. Talış

  8. Qaraçorlu

  9. Şahdullu

  10. Qara gözlü

  11. Aynallu

  12. Bayat

  13. Bəydili

  14. Qurdbeçə

  15. Türkmafi

  16. Xocavənd

  17. Əbdülməliki

  18. Rəhimlü

  19. Fars-mədanlu

  20. Nasir baharlu

  21. Muğanlu

  22. Xudabəndəlü

  23. Hacılar

  24. Şahsevən

  25. Əmranlü

  26. Qarahəmzəlü

  27. Əmvarlu

  28. Ustacalu

  29. Sarıcalu

  30. Xan çobanlu

  31. Cavanşir

  32. Qoyunlu

  33. Cəlayir

  34. Xələc

  35. Səədlü

  36. Bulverdi

  37. Qaşqay

  38. Qurd

  39. Acırlu

1. Ə f ş a r

a) Azərbaycan və bilxassə Urmiyə yörəsində yaşayır. Qasımlu və araşlu adlı iki qola ayrılır. Bir çox obalardan meydana gəlmişdir ki, bunlardır: qa­raç­lu, imamlu, davudlu, heydərlü, yorğanlu, usallu (usalu), qılınclu, qani bəy­lü, həsənsalu1, kiləlü, yəbərla, tutmaxlu, adaxlu, kuhguelü2, qarahəsənlu, əli­bəy­lü, tərzili, şahboranlu........................................................25.000 (nəfər)

b) Xəmsədə, yəni Qızıl-üzən sahillərindən Sultaniyyə və Sayınqalaya qə­dər uzanan Zəncan torpağında...............................................10.000 (nəfər)

с) Qəzvin çevrəsi, başlıca Çal və Huar (Hiarə) yörələrində..5.000 (nəfər)

ç) Həmədan çevrəsində .......................................... təqribən 7.000 (nəfər)

d) Tehranın yerləşdiyi Rey bölgəsində ...........7.000 (nəfər)

e) Xuzistandaki Şüştər yaxınında ......10.000 (nəfər)

f) Kirmanda ........6.000 (nəfər)

g) Xorasanda ........8.000 (nəfər)

ğ) Farsda ........5.000 (nəfər)

h) Mazandaranda .........5.000 (nəfər)

cəmisi: 88.0001 (nəfər)

2. Q a c a t (=Q a c a r)

Qacar oymağı yuxarı-baş və aşağı-baş olmaq üzərə iki qola ayrılmışdır. İndiki İran şahları bu oymağa mənsubdurlar. Fətəli şah bu oymağın rəisidir. Qacarlar çox da qələbəlik deyillər. Üstün bir mövqeyə çatan igidlər və xoş­bəxt insanlar kimi qacarlar da digər oymaqlar və xalq tərəfindən sevilmir. Yuxarıda adları keçən qacarın iki qolu bu obalara ayrılır: qavallu2, dəvəlü, kikyalu, dabanlu, suçanlu, kərlü, izzəddinlü3.

a) Mazandaran və Tehran .........1.800 (nəfər)

b) Xorasanda, Mərvdə ............500 (nəfər)

с) İrəvanda .............500(nəfər)

ç) Gəncədə ..........1.000(nəfər)

cəmisi: 3.800 (nəfər)

Qacarlardan bir qol ana oymaqdan ayrılaraq əfşarlara qatılıb qacar-əfşar adını daşımışdır. Bunlar Mazandaranla İrəvan dolaylarında yaşayırlar.

3. M ü q ə d d ə m

Marağada yurd tutmuşdur. Müqəddəmlərin başı Azərbaycan bəylərbəyi­si Əhməd xandır. Əhalısi təqribən 5.000 nəfərdir.

4. D ü m b ə l ü4

Azərbaycanın qərbində və Xoy ilə Səlmas yaxınlarında yaşayırlar. Baş­çı­ları Cəfərqulu xandır. Bu, əski Xoy valisi idi. 1800-ci ildə Fətəli şaha qarşı etmişdir. Oymağın əhalısi 1.200 ailəyə yaxındır.

5. T ü r k m ə n

Əski və yeni adı ilə iki qola ayrılır.

a) əski türkmən5, Azərbaycanda .........8.000 (nəfər)

Həmədan çevrəsində .........3.000 (nəfər)

Farsdakı Kazərunda .........2.000 (nəfər)

cəmisi: 13.000 (nəfər)

b) yeni türkmən1 Tehranda və Mazandaranda .........3.000 (nəfər)

İranın bəzi çöl və ovalarında...............................................25.000 (nəfər)

cəmisi: 38.000 (nəfər)
6. K ə n g ə r l ü2

Kiçik bir oymaqdır. Araz sahillərində 4.000 və ya 5.000

Qum və dolaylarında.................................................1.000 nəfər qədərdir.

7. Talış

Talış və Mazandaran bölgələrində yaşayır, əhalısi 5.000 nəfər qədərdır.

8. Q a r a ç o r l u

Qarabağ əyalətində, Araz ilə Kürün birləşdiği yerdə.........12.000 (nəfər)

Bundan başqa Xorasanda və digər əyalətlərdə də bu oymaqdan xeyli
adam yaşayır.


9. Ş a h d u l l u

İrəvan çevrəsində ...8.000 (nəfər)

10. Q a r a g ö z l ü3

Bilxassə Həmədan torpağında yaşayırlar 12.000 (civarında)

11. A y n a l l ı4

İsfahanın Fəreydən məhəllində yaşayırlar..... 4.000 və ya 5.000 (nəfər)

12. B a y a t

Ağ bayat və qara bayat olaraq ikiyə ayrılırlar:

a) (ağ bayat) Azərbaycanda ................5.000 (nəfər)

Tehran yörəsində .........3.000 (nəfər)

Farsda Şiraz tərəflarında...................................... (təqribən) 3.000 (nəfər)

b) (qara bayat) Nişapurda5 .............. 8.000 (nəfər)

cəmisi: 19.000 (nəfər)

13. В ə y d i l i6

Azərbaycanda ..........3.000 (nəfər)

Savə və Qumda ..........2.000 (nəfər)

14. Q u r d b e ç ə7

Azərbaycan və İraqa (Əcəm) yayılmışlar ..........6.000 (nəfər)

15. T ü r k – m a f i

Türk-mafilərin yarısı kürdcə danışur.

Geri qalanları....... .................................................................2.000 (nəfər)

16. X o c a v ə n d i

Gilan Mazandaran hüdudlarında...................4.000 və ya 5.000 (nəfər)

17. Ə b d ü l m ə l i k i

Xocavəndilərlə qonşu olaraq yaşayırlar.............5.000 və ya 6.000 (nəfər)

18. R ə h i m l ü

Yəzd-Kastda otururlar ...........3.000 (nəfər)

19. F a r s - m ə d a n l u2

Farsda yaşayırlar .........10.000 (nəfər)

20. N a s i r - b a h а r l u3

Farsda yaşayırlar .....əhalısi təqribən 12.000 (nəfər)

21. M u ğ а n l u

Təbrizin şimal-şərqində, Arazın cənub sahilində yaşayırlar. Adları Mu­ğan şəhərindən və yörəsindən alınmışdır. ............6.000 (nəfər)

22. X u d а b ə n d ə l ü4

Kirmanşahda və Xəmsədə 5.000-6.000 (nəfər)

23. H а с ı l a r5

Mazandaran əyalətində ..........4.000 (nəfər)

24. Ş a h s e v ə n

İgid və savaşçı bir oymaqdır..............................................8.000 (nəfər)

Ərdəbil ovalarında, Rey və Farsda yaşayırlar........... 5.000-6.000 (nəfər)

25. Ə m r а n l ü

Mazandaranda, Astarabad yörəsində .......... 4.000 (nəfər)

26. Q a r a h ə m z ə l ü6

İsfahanın qərbindəki Kəzzazda.......................2.000 və ya 3.000 (nəfər)

27. Ə m v а r l ü

Qəzvin torpağında oturur .....5.000 (nəfər)

28. U s t а с а l u7

Azərbaycanda otururlar .....3.000 (nəfər)

29. S a r ı с а l u

Bunlar da Azərbaycanda otururlar ......................... 4.000-5.000 (nəfər)

30. X a n ç o b а n l u1

Azərbaycanda yaşayırlar.



Onlara tabi olanlarla birlikdə əhalısi ..............................10.000 (nəfər)
31. С a v a n ş i r

Cəsur olaraq tanınmış bir oymaqdır. Azərbaycanda Şişə (Şuşa?) yörə­sin­­də yaşayırlar. Bu oymağın rəisi İbrahim xan Fəthəli şahın iqtidarını sarsmaq üçün eyni addakı şəhəri ruslara təslim etmişdi.................6.000-8.000 (nəfər)

32. Qoyunlu

a) Ağqoyunlu. Azərbaycanda yaşayırlar.................... 7.000-8.000 (nəfər)

b) Qaraqoyunlu. Xoyda və İrəvanda da bunlara mənsub oymaqlar var.

33. С ə l а у i r2

Xorasanda Kəlat yörəsində yaşayırlar, əhalısinin sayı bilinmir.

34. X ə l ə с

Qumda, Savədə və Azərbaycanda yaşayırlar ............8.000 (nəfər)

35. S ə ə d l ü3

İranda Halbal yörəsində yaşayırlar ..........5.000 (nəfər)

36.В u l v e r d i

Farsda oturur............................................... əhalısi təqribən 5.000 (nəfər)

37. Q a ş q a y4

Qaşqay da Farsda oturur .........................................12.000-15.000 (nəfər)

38. Q u r d

Bunlar Fars, Mazandaran və İraqda yaşayırlar 3.000-4.000 (nəfər)

39. А с ı r l u5

İsfahanın şimal qərbindəki Səravənd nahiyəsində...............6.000-ə qədər

Bu dili (türkcəni) danışan başqa oymaqlar da var. Fəqət onları bu­raya da­­xil etmək üçün əldə kifayət qədər material yoxdur. Üstəlik, mənə Av­ro­pa­da yazılan və bu oy­maqlardan bəhs edən hər hansı bir əsər məlum deyil­”6.
2. Lady Shellin siyahısı

(XIX əsrın ortası)
Lady Shellin siyahısından da göründüyü kimi, XIX əsrın ortalarında İran­daki türk oymaqlarının mühüm bir qismi torpağa bağlanaraq köçəri hə­ya­ta vida etmişdir. Köçəri həyat tərzini davam etdirən eldaşları bunlara tat və tax­taqapu(lu?) demişlər. Orxon kitabələrində rast gəldiyimiz tat sözünün ya­ban­çı mənasını ifadə etdiyi bilinir. Tat sözü daha sonralar oğuzlar tərəfin­dən iranlıları ifadə etmək üçün iş­lədilmişdir. Səfəvi dövründə də İrandakı yerli və oturaq ünsürlərin hə­min söz ilə (yəni tat sözü ilə) ifadə edildiyi mə­lumdur. XIX əsrdə torpağa bağlanmış türk ünsürlərinə də taxtaqapu ilə bir­lik­­də tat adının verildiyi müşahidə olunur. Ancaq bu sözün oturaq türklər haq­­qın­da yay­ğın bir deyim halına gəlmədiyini söyləmək mümkündür. Tür­ki­yə­də isə tat sözünün özəlliklə kəndlilər və oy­maqlar arasında lal və kəkə­mə an­lam­ların­da işlənməkdə olduğunu bilirik1.
1. Azərbaycan oymaqları2

Oymağın adı

Həyat tərzi

Dili

Yaşadığı yer

Əhalısi

1. Şahsevən




Türk

Meşkin və Ərdəbil

1.000 çadır

2. Hacı əlilü




Türk

Qaradağ

800 çadır

və ev


3. Bəydili




Türk

Qaradağ

200 çadır

və ev


4. Şəklü3




Türk

Qaradağ

150 çadır

və ev


5. Müqəddəm

Tat, yəni oturaq

Türk

Marağa

5.000 ev

6. Mahmudlu

Əksəriyyəti tat

Türk

Marağa yaxınında

2.500 ev

7. Baharlu

Əksəriyyəti tat

Türk

?

2.000 ev

8. Əfşar/avşar

Əksəriyyəti tat

Türk

Urmiyə

7.000 ev

9. Qarapapax

Tat

Türk

Suldus

1.500 ev
1   ...   28   29   30   31   32   33   34   35   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə