Faruq süMƏr oğuzlar (TÜrkməNLƏR) tariXLƏRİ boy təŞKİlati dastanlari bakı – 2013




Yüklə 5.61 Mb.
səhifə20/42
tarix23.02.2016
ölçüsü5.61 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   42

1. Trablis-Şam.

XVI əsrdə Trablis-Şam yörəsində olduqca qələbəlik bir türkmən icması ya­şayırdı. Onlar Trablis-Şam dağlarında yayla­ğa çıxır, qışda isə çöldəki Təd­mur vahəsinə enirdilər. Bu icma çoxusu Çuxurovada yerləşmiş olan üç-ox türkmənlərinin qalığı kimi görünür. İcmanın böyük qismi iki oymaqdan ibarət idi: sə­luriyyə və çoğuniyyə. Bu adların salur və çoğunlu sözlərinin ərəb­cə şəkilləri olduğu şübhəsizdir. Qanuni dövründə bu salur oymağı 25 oba­dan meydana gəlirdi. II Səlim zamanında salur­ların sayının artdığı görü­nür4. Bu salurlara dair axırıncı xəbər on­ların XVII əsrin sonlarında Ha­ma-Xü­mus arasındakı tor­paq­larda yerləşdirilən türkmən oy­maq­ları içində ol­duqlarıdır.



2. Tarsus.

Bu bölgədəki böyük boylardan biri də ulaş boyu idi. Ulaş boyun başçısı olmuş bir bəyin adıdır. Ulaş oğulları ən məşhur varsaq bəylərindən sayılır. Fatehin vəziri Rum Məhmət paşanı 874-cü ildə (1469) tar-mar edən varsaq bəylərinin rəhbəri Uyuz bəyin (əsil adı Hüseyn) Ulaş ailəsindən olduğunu bilirik. Ulaş bo­yunun yurdu Tarsusun şimal-qərbindən başlayıb Bulğar da­ğınadək uzanırdı.

Böyük bir təşəkkül olan ulaş boyu bayındır (41 cəmaət), or­xanbəylü və s. obalara ayrılmışdı1.

925-ci ildə (1519) ulaş boyuna bağlı salur obası bir az yu­xa­rıda göstə­ril­diyi kimi 10 qola (cəmaət) ayrılmışdı. Onlardan hər birinin bir tarlada əkin­çilik etdiyi bilinir2. Ulaş ailəsinin boyun hansı obasına mənsubiyyəti məsə­lə­si­nə gəlincə, ağla gə­lən ilk ehtimal onların bayındırlardan oldu­ğudur. Çün­ki boyun ən böyük obası bayındırlardan meydana gə­lirdi. Ulaş adı isə ai­lə­nin salurlardan olması ehtimalını təlqin edir. Bu fəslin əvvə­lində dediyimiz kimi, Dib Yavkunun bəy­lə­ri arasında salurdan Ulaş bəy vardı, həmçinin Də­də Qorqud das­­­tanlarının baş qəh­rəmanı Salur Qazanın atasının adı Ulaş idi. Həmin tarixdə (925-1519) Adana bölgəsindəki qara isalu tə­şəkkülü arasında salur (28 vergi evli), hacılu yörəsində isə Şeyx Salur (48 nəfər vergi verən əhali) adlı oymaqlar müşahidə edilir3.



3. Kars (Qədirli).

Bu sancaqda 39 nəfərlik salurlu adlı bir oymağa təsadüf olu­nur. Bu oy­ma­ğın digər bir adı da çörmük idi4.



4. Qoç-Hisar.

Bu yörədə I Səlim dövründə (1512-1520) salihlər və salur adlı 81 vergi evli bir oymaq yaşayırdı5.



5. Konya.

II Bəyazid dövründə Ərəylinin şimalındakı Qaraca dağ yö­rəsində günəli və salur oymaqlarının yaşadığını görürük. Məz­kur dövrdə bu oymaqların ver­­gi ödəyən əhalisi 482 nəfər idi, başlarında sipahizadələr olan Kərəm oğul­­­­ları vardı6. Konya böl­gə­si salur yer adlarının ən çox olduğu bölgələrdən biridir.



6. Niydə.

Bu sancağın Qara hisar qəzasında XVI əsrdə salurlardan bir oymağın ya­şadığı məlumdur. Bu salur oymağı yəhyalu, ağbaşlu, qayır xanlu və s. oy­maqlarla Ala dağda yaylağa çıxırdı7.



7. Hamid sancağı.

Bu sancaqdakı yörüklər arasında da XVI əsrdə 130 nəfər ver­gi ödəyən əha­lisi olan salur adlı bir oymağın yaşadığını bi­lirik1. Bu sancaqda salurlara aid xeyli yer adına da təsadüf edi­lir.



8. Boz-ox.

Bu yörədəki mühüm təşəkküllərdən biri olan söklən boyu arasında salur adlı kiçik bir oba da vardı.


9. Ulu yörük.

Ən axırda bəhs etdiyimiz salur oymağı olduqca mühüm bir təşəkküldür. Ulu yörükün orta parə qoluna mənsub olan bu tə­şəkkül Amasyanın güney yö­­rəsində yaşayırdı. Bu salurlar ağ sa­lur adını daşıyır. Yavuz Səlim döv­rün­də Məhmət Kətxuda (95 nəfər vergi verən), Hacı Qaya (27), axınçılı (32), Əmət Kət­xuda (25), ala bozlu, yaxud İldəyən Kətxuda (33) olmaqla 5 qola ayrılmışdı.

982-ci ildə ağ salurların sayı (vergi verən) 803 nəfər olmuş­dur2. Belə­liklə, XVI əsrdə Anadoludakı salur adlı təşəkküllər bunlardan ibarətdir. İndi də bu boyun Xəzərarxası türkmənləri arasındakı varlığından bəhs edək.

10. Xəzərarxası türkmənləri.

Salurlar Xəzərarxası türkmənlərinin meydana gəlməsində birinci dərə­cəli rol oynayan çavuldur, iğdır, eymür, karkın kimi boylardan biridir. Hətta əlimizdəki məlumatlara görə birincisi­dir. Salurlar qədimdən bəri Manqış­laq­da yaşayırdılar. Onların buraya eymür, döyər, çavuldur, karkın boylarına mənsub böyük qollarla Şah Məlikin öldürülməsindən sonra oğuz eli arasın­da başlayan qardaş qırğını nəticəsində gəldikləri nəql edilir. Biz X əsrdən bəri Manqışlaq yarımadasında türkmənlərin yaşadıq­larını bilirik.

XVI əsrdə salurların Manqışlaqda qələbəlik bir halda ya­şa­dıqları müşa­hidə edilir. Bunlar orada içki (iç) salur və taşqı (dış) salur olmaq üzrə iki qola ayrılmışdılar. Salurlar həmin əs­rin sonlarına doğru manqıtlar (noqaylar) tərəfindən oradan ta­mamilə çıxarıldılar. Bunun nəticəsində salurların bir qis­mi Ət­rək və Gürgan çayları bölgəsində, əsas kütləsi isə Xorasanda yurd sal­dı. İki çay arasına gələn salurlar ohlu (oxlu) və eymür­lərlə birlikdə yaşayır­dılar. Bu kütləyə sayın xanlı, yaxud yaxa türkmənləri deyilir.

1007-ci ildə (1598/1599) Şah Abbasın Astarabad bölgəsinə yürüşü nə­ticəsində digər sayın xanlı türkmənləri kimi salurlar da səfəvi hökmdarına öz itaətlərini bildirmişlər3.

Əbülqazinin nəql etdiyi rəvayətlərə görə1 ərsarı adlı türk­mən icması sa­lur­lardan (içki salur), yomut, təkə, sarıq adlı türk­mən icmaları da yenə bu boy­dan (taşqı salur) çıxmışlar. Rə­va­yətlər doğrudursa, bu günkü Xəzərar­xası türkmənlərinin bəlkə də yarısından çoxunun salurlardan olduğunu qə­bul etmək la­zımdır. XIX əsrin ortalarında doğrudan-doğruya salur adını da­şı­yan türkmən ic­ması Mərv ilə Herat arasında, Mürqab boyunda ya­şa­yırdı. Rəvayətlərdə onlardan çıxdıqları söylənən sarıqlar da sa­lurların ən yaxın qonşuları idi. Vamberi (1863) salurların 8.000 çadır olduqlarını və aşağıdakı obalardan meydana gəldik­lərini yazır2:

1. Yalavac (yaz, tizi, sakar, ordu xoca obalarına ayrılır­dı).

2. Qaraman (alam, görcikli, bəy böləyi).

3. Ana böləyi (yadçı, Buxara, bəkəşli törə (?), Teymur).

18. EYMÜR (EYMİR)

XVI əsrdə Anadoluda bu boya aid 71 yer adına təsadüf edi­lir3. Bu rə­qəm­lə eymürlər siyahıda dördüncü sıranı tuturlar. Ey­mür yer adlarından bir çoxu Sivas-Tokat bölgə­sindədir. Yenə hə­min əsrdə Anadolunun müxtəlif yer­lə­rin­də ey­mür adlı oy­maqlar müşahidə olunur. Bu boyun adı Ana­doluda daha ziyadə eymir (hətta bəzən bəlkə də imir), İran və Xarəzm türkmənləri arasında isə eymür şəklində tələffüz edilir.



1. Hələb türkmənləri.

Hələb türkmənləri arasındakı eymür oymağı Qanuni dövrü­nün ilk illə­rində 4 qola ayrılmışdı. Əffan Kətxudanın idarəsin­dəki birinci qolun əhalisi vergi ödəyən 177 nəfər idi. İkinci qol isə qaragöz adını daşıyır. Bu qolun əha­lisi 55 nəfər idi. Üçüncü eymür qolu Çarıq oğlu Əhməd Kətxudanın buy­ruğunda göstə­ri­lir. Onun əhalisi 86 nəfər idi. İlyas adlanan dördüncü qol di­gər qollardan ayrı yaşayırdı. Həm də bu qolun əhalisi digərlərinə nə­­­zərən çox az, cəmi 19 nəfər idi. 978-ci ildə (1570/1571) ey­mür oymağının vergi mü­kəlləfiyyətli əhalisinin sayı 453-ə yük­səlmişdi. Onlar XVII əsrdə də əski həyat tərzlərini davam et­dirmişlər4. Bu eymürlər də 1101-ci ildə (1690) təş­kil olunan Avstriya səfərinə çağrılmışlar. 100 atlı ilə bu səfərdə iştirak et­mə­lə­ri əmr olunan eymürlərə Hacı Qadir bəy və başqaları baş­çı­lıq edirdilər5. Hə­min ərəfədə eymür oymağı aşağıdakı əsas qol­lara ayrılmışdı: bunsuzlu ey­mür, dündarlu eymürü, tosun ey­­mürü, qaragözlü eymürü, çarıq eymürü, Əf­fan eymürü, san­caqlı eymürü, Yusif eymürü, Hacı Bayram eymürü, əf­şarlı ey­mürü.

Bu eymürlər 1104-cü ildə (1692/1693) Xümus sancağında yer­ləşdiril­miş­lər. Ancaq 1124-cü ildə (1713) eymürlərin bura­dan götürülərək Amik gö­­­lü yaxınlığındakı Murad paşa körpüsü dərbəndinə nəql edilmələri əmr olunsa da, bu qərar lazımi sə­viy­yə­də tətbiq edilməmiş və onların təkrar əv­vəl­ki məhəllə­rində yerləşdirilmələri qərara alınmışdır1.

Bu eymürlər XVIII əsrin ikinci yarısında da öz varlıqlarını davam etdi­rir­dilər. Niburun türkmən oymaqları siyahısında eymürlərin 500 çadır ol­duqları bildirilir2.



2. Dulqədirli.

a) Maraşdakı dulqədirli ulusu arasında yaşayan eymür oy­mağı böyük bir təşəkküldür. 1525-ci ildə bu eymürlərin 48 oba­dan ibarət olduğu bilinir. Bu obaların çoxu Maraş və ona bağlı Pazarcıq, Quru pınar və Haruniyyə nahi­yə­lərində qışlayır, Axır və Sandıq dağlarına yaylağa çıxırdılar. Onların ək­səriyyətinin qışlaqlarda əkinçilik etdiyi, hətta bəzilərinin çəltik yetişdir­dik­ləri də məlumdur. Maraş bölgəsindəki eymürlər XVI əsrin ikin­ci yarısın­dan etibarən Maraş və Antəb kəndlərində yerləşməyə başlamışlar.

Dulqədirli ulusunun başlıca oymaqlarından biri olan küşnə isə Eymür oğlu adını daşıyır. Görünür, oba öz adını Eymür adlı bir şəxsdən almışdır.

b) Kars (Qədirli) bölgəsində yaşayan eymürlər 971-ci ildə (1563/1564) on üç qola ayrılmışdılar. Onlar da Maraş bölgəsin­dəki qardaşları kimi qışlaq və yaylaqlarda iki cəbhəli həyat ya­şayır, qışlaqda əkinçiliklə, yaylaqda hey­vandarlıqla məşğul olurdular. Bu eymirlər öz adlarını Eymir adlı bir bəydən alırlar. Həmin il (971) hamısı da sipahi və sipahizadəganlar olan Ey­mirin oğul­larını da müşahidə edirik.

c) Boz-ox bölgəsindəki eymir təşəkkülü gündəşlüdən bir qol ilə birlikdə qara yuvaçılı oymağını meydana gətirir. Bu ey­mir təşəkkülü Maraş eymir­lərinin bir qolunu təşkil edirdi3.

3. Yeni-el.

Yeni-eldəki eymirlər Hələb türkmənləri arasındakı eymir­lə­rin bir qo­lundan meydana gəlmişdir. III Murad dövründə Yeni-el eymirləri Əhməd Kətxuda (110 nəfər vergi verən əhali), əf­şarlı eymiri (27), Səncərli eymiri (44), Polad Kətxuda eymiri (34), Məhmət Kətxuda eymiri (11) adlı yeni qollara ayrılmış­lar4. Onlar haqqında bildiyimiz ən son şey Yeni-el eymir­lə­rin­dən 50 evlik bir camaatın 1102-ci ildə (1690-1691) Qır-şəhir­dəki Tokat icarə torpağına bağlı Nüsrətli kəndinə yerləşmələri­dir1. Bunlardan başqa, dul­qədirli eymirinə mənsub 45 nəfərlik bir eymir obasının da Yeni-eldə ya­şadığını və əkinçilik etdiyini bilirik.



4. Boz-ulus.

III Səlim dövrundə Boz-ulus arasında Hacı Süleyman Kət­xudanın rəh­bər­lik etdiyi 148 nəfər vergi mükəlləfiyyətli bir ey­mir oymağı müşahidə olu­nur2. Bu oymaq Hələb türkmənləri, yaxud dulqədirli ulusu arasında yaşa­yan eymirlərin bir qolu idi.



5. Adana.

XVI əsrdə bu bölgədə yaşayan qara isalu boyu arasında ey­mir ilyaslı adlanan çox kiçik bir təşəkkülə təsadüf edilir.



6. Söyüt.

XVI əsrdə söyüt yörükləri arasında eymürlü adlı bir oymaq vardı. Bu oy­maq 59, 13 və yenə 13 vergi evi olmaq üzrə üç qo­la ayrılmışdı3.



7. Aydın.

Aydın yörəsindəki qaraca qoyunlular arasında eymirlər və Sarı Eymir oğlu İsa adlı iki oymaq vardı. Bunlardan eymirlər yaxud imirlər adını daşı­yan oymaq 111 nəfər, Sarı Eymir oğlu İsa oymağı isə 71 nəfər vergi verən əhalidən ibarət idi4.



8. İran eymirləri.

Səfəvi dövründəki əsas qızılbaş boylarından birinin zül­qə­dər (dulqədir) boyu olduğu məlumdur. Bu boyun adı onun Tür­kiyədəki dulqədir ulusundan ayrılmış bir qol olduğunu açıqca göstərir. Zülqədər boyunu meydana gətirən obalardan biri də eymür obası idi. Elə buna görə də eymür obası dulqədirli ulusu arasında gördüyümüz böyük eymür təşəkkülünün İrana gəlmiş bir qo­ludur. Təhmasib dövründəki zülqədər əmirlərindən İir Hüseyn bəyin eymür oba­sına mənsub olduğu məlumdur. Qa­nu­ni 942-ci ildə (1535-1536) Azər­bay­candan İstanbula qayı­dar­kən Vanı zəbt etməyə gə­lən Şah Təhmasib Qa­car Qara bəy­lə eymür Şir Hüseyn bəyi ön keşikçilər kimi qabağa göndər­mişdi5. Şah Abbas dövründə dulqədir əmirlərindən Kəlbəli Sul­tan ilə oğlu Xəlil Sultanın da eymürlərdən olduğunu bilirik6.



9. Xəzərarxası türkmənləri.

Eymürlərin mühüm bir qolu qərbə köçməyərək Manqışlaqda qalmışdı. Onlar da hər halda manqıtların istilası üzündən köh­nə yurdlarını buraxıb cə­nuba endilər. XVI əsrin sonlarına doğru biz eymürləri Gürgan və Ətrək bo­yunda yaşayan yaxa türkmənləri arasında görürük. Osmanlı sənədlərində də onlar yaxa türkmənləri adlanırlar. Onların əsasən göklən, ohlu (oxlu) və sa­lur­lardan ibarət olduqları məlumdur. Eymürlər əhali baxı­mından köklən və ohlulardan daha az idilər. Onların bir qismi Gurgan boyunda əkinçilik edirdi. Şah Təhmasibin ölməsi nəti­cə­sində baş verən daxili ixtilaf və çəkişmələr üzündən Asta­ra­bad bölgəsi səfəvilərin nəzarətindən çıxmışdı. Həmin dövrdə ey­mürlərin başçısı Əliyar bəyin bacarığı sayəsində yaxa türk­mən­lərinin di­gər qolları onunla hesablaşırdılar. Abbas hökmdar olanda çağatayların Asta­r­abad bölgəsini də əllərinə keçirmə­mələri üçün eymür Əliyar bəyi xan ün­vanı ilə Astarabad valisi təyin etdi.

Əliyar xan 1005-ci ildə (1596) öldü və Astarabad valiliyi onun oğlu Mə­həmmədyara verildi. Ancaq oxlu türkmənləri onu tanımadılar və çarpışma za­manı hələ 20 yaşı olmayan bu gənci öldürdülər (1007/1598). Bu səbəbdən Şah Abbas Məhəmməd­yarın qardaşı Qılınc bəyi Astarabada vali qoydu, an­caq o da ox­luları ram edə bilmədi. Məcbur qalan Şah Abbas Qacar Ziyad xan oğlu Hüseyn xanı Astarabada vali göndərdi, özü də həmin il Gurgana gəl­di. Bu bölgədə asayiş yaradan səfəvi hökmdarı geri qayıdanda eymür Qı­lınc xanı ailəsi və nökərləri ilə birlikdə paytaxta apardı. Eymürlər və salur­ların əyan-əşrəfi də Astara­bad hakimi Hüseyn xanın məiyyətinə daxil oldu­lar1. Hazırda Gürgan çayı sahilində eymürlərdən 200 evlik bir qrup yaşayır. Bunlar həmin eymürlərin qalıqlarıdır2.

19. ALA-YUNTLU

Bu boya aid XVI əsrdə 44 yer adına rast gəlinir3. Bunlardan başqa, hə­min əsrdə xüsusilə Orta və Qərbi Anadoluda bəzi ala-yuntlu oymaqları nə­zərə çarpır.


  1. Atçəkən.

Atçəkənlər arasındakı ala-yuntlular Turqut qə­zasında yaşa­yır­dılar. Bun­lar II Bəyazid və I Səlim dövr­lərində iki qol halın­da olub, vergi mükəllə­fiy­yətli əhalisi 228 nəfər olan birinci qol Qoz viran, Qozancalı yazısı (?), Arıqlı dərəsi və Böyrü dəlik ad­la­rını daşıyan tarlalarda əkinçiliklə məşğul olurdu. Bu qola mənsub 5 nəfərin də sipahi olduğu bilinir. Bu sipahilər Ay doğ­du oy­mağı ilə birlikdə Əlgən-viranı adlı bir əkinliyə sahib idilər.

Digər ala-yuntlu qoluna gəlincə, Divanə qışlası adlı əkində yaşayan bu qol (41 nəfər) yenə eyni qəzada yaşayan atçəkən­l­ə­rin böyük təşəkkül­lə­rin­dən yapa oymağının obaları arasında gö­rünür. Yapa oymağının başında Ya­pa oğulları dururdu. Ya­pa­nın nə zaman yaşadığı bilinmir. II Murad və Fateh dövr­lə­rində bu ailədə Əli bəyi görürük. II Bəyazid zamanında isə Əli bəyin oğulları Əhməd bəylə Veys bəy ölmüş və ailənin başında Veys bəyin oğul­ları Əli, Şahvəli və Piri qalmışdılar. Yapa oğulları XVI əsrdəki bəzi daxili ha­disələrə qarışmışdılar.

Atçəkənlər arasındakı ala-yuntlulara əlavə olaraq bu boya mənsub 5 nə­fər­lik bir oymağın da Aksaray bölgəsində yaşadı­ğı­nı bildirək. XVI əsrin son­­larına doğru bu ala-yuntlu oymağı­nın əkinliklərinin hərəsinin bir kənd ha­lına düşdüyü görünür. Bu kəndlərdəki ala-yuntlu əhalisi (vergi verən) belə idi: Qo­zan­çalı yazısı (?) (33), Əlgən viranı (99), Qoz viran (69), Aralıq dərə (15), Böyrü dəlik (42), Yağar (69). Bunlardan başqa bəzi ala-yuntlular da İlğının Çavurçu kəndi ilə Çaxmaq və Dəli di­nar (?) kəndlərində yerləş­miş­dilər1. Bu məlumatlar Konya böl­gəsinə ala-yuntlulardan mühüm bir qolun yer­ləşmiş olduğunu göstərir. Eyni dövrdə Aksaraya bağlı ala-yuntlu adlı 5 kəndin ol­ması da bunu təsdiq edir.

2. Ankara.

Məlum olduğu kimi, Orta Anadoluda oğuz boy adlarının ən çox olduğu bölgələrdən biri də Ankara sancağıdır. Oğuz boy adlarından çoxuna aid yer adlarına bu bölgədə rast gəlmək müm­kündür. Ankara sancağında bu boyun adını daşıyan 3 kənd məlumdur. Bunlardan başqa, həmin bölgədə bu adda ki­çik bir oymaq da vardır. 19 vergi evi olan bu oymaq Qüreyş özü adlı bir əkin­likdə rəncbərlik edir2.



3. Kastamonu.

Bu bölgədəki ala-yuntlu oymağı Kastamonu sancağının Boy ovası (Boy abad) qəzasında yaşayır. Bu oymaq da Ankara yörükləri arasındakı ala-yuntlu oymağı kimi, çox kiçik olub, ancaq 20 nəfərlikdir (vergi verən)3.



4. Uşaq.

Uşaq yörəsindəki ala-yuntlular 169 nəfərlik (vergi ödə­yən) bir oymaqdır. Bu oymağın bir qolu da dağınıq bir halda yaşayır4.



5. Məntəşə.

Bu bölgədə iki ala-yuntlu oymağına rast gəlmək olar. Bun­lardan biri Muğlanın Balat (Milet) qəzasında yerləşib, XVI əs­rin ortalarında əhalisi 100 evdən artıq idi. Həmin əsrin son­la­rında bu ala-yuntlu oymağı Muğlanın Dad­ya, Balatın Baran və Bayındır adını daşıyan kəndlərində yerləşmiş­dir1. Eyni sancaq­dakı digər ala-yuntlu oymağı isə sancağın Muğla qəzasında yer­ləşir. Bu ala-yuntlu oymağı 146 vergi evli idi2.



6. Hələb türkmənləri.

Hələb türkmənlərinin inallu boyu arasında da ala-yuntlu ad­lı bir oba vardır. İki qola ayrılan bu obanın 37 evlik qolu Kili­sin Ravəndan nahiyəsinə bağlı bəzi kəndlərdə yerləşmişdir. Di­gər qol isə daha kiçik olub, 15 vergi ev­lidir3. İnallu boyu oğuz­la­rın boz-ox qoluna mənsub bir təşəkkül idi. Bu sə­bəblə ala-yuntlu adlı bir oymağın inallu obaları arasında olmasını ala-yunt­lular ilə inallular arasında qövmi bir münasibətin varlığı ilə izah etmək mümkün deyildir.

20. YÜRƏGİR

Bu boyun adı təhrir dəftərlərində yürəgir və ürəgir şəklində ya­zılır. Yür­əgirlərə aid həmin dəftərlərdə 44 yer adı nəzərə çar­pır4. İndi Türkiyədə hər yerdə yürəgir, ürəgir yer adları yürəgil və ürəgil şəklində işlədilir. Bu yer ad­larına daxil olmayan Ada­nanın cənubunda Seyhan-Ceyhan irmaqları ara­sın­dakı bərəkətli yörənin adı da Yürəgir olubdur. Bura, aşağıda bəhs edilə­cə­yi kimi, yürəgir boyunun qışlağı idi. Bu gün bura da yürəgil şək­lində tə­ləffüz olunur. İndi Türkiyədə bu yörə adından başqa 10 yer adı qalmışdır5. Bunların hamısı da ürəgil və yürəgil şəklin­də tələffüz edilir. Yuxarıdakı 44 yer adından dördü Ankara san­cağında idi. İndi Ankaranın bir məhəlləsi olan yürəgil bunlara daxil deyildir.

XVI əsrdəki yürəgir yer adlarından biri də Trabzonun cənu­bundakı Kür­tün qəzasına bağlı bir yörəyə aiddir. Bu Ürəgir yö­rəsində Buğalu, Qaraqaya, Mürtəd çuxuru, Qara Keşiş, Ağ al­ma, Boynuyoğun, İman-asari və sair kənd­lər vardır.

Erməni krallarının idarə etdiyi Kilikyanın məmlüklər tərə­findən fəthində çoxlu türkmən iştirak etmişdir. Bu türkmən­lərin çoxunun üç-ox qoluna mənsub olduqları məlumdur. Üç-oxların hakim boyu da yürəgirlər idi. XIV əsrin ortasında yürə­girlər və onunla birlikdə Çuxurovanın fəthində iştirak et­miş olan kınık, bayandır və salurlar artıq bu bölgədə yaşayırdılar. Bu zaman yü­rəgirlərin başında Ramazan bəy dururdu. Dulqədir oğlu Qa­raca bəyin bəzi məmlük əmirləri ilə birlikdə 753-cü ildə (1352/1353) məmlük sultanına qar­şı üsyan qaldırması ilə əlaqədar özü vəzifədən çıxarılmış, türkmən əmirliyi üç-oxlu Ramazan bəyə verilmişdir. 755-ci ildə (1354) Ramazan bəyin oğlu­nun Qa­hirəyə gələrək sultana və böyük əmirlərə 1000 türk atı təq­dim etdiyi mə­lumdur. Ramazanın oğluna dirlikdən başqa türk­mən əmirliyi, məiyyə­tin­dəkilərə də təbilxana əmirlikləri veril­mişdir. Ramazan oğlunun Qahirəyə gəl­məsi və ona türkmən əmirliyinin verilmasi Ramazan bəyin bir qədər əv­vəl vəfat et­diyini göstərir.

761-ci ildə (1360) Adana və Tarsus şəhərləri məmlüklər tə­rə­findən er­mə­nilərdən alındı. 783-cü ildə (1381) Ramazan bə­yin oğlu İbrahim bəy yal­nız yürəgirlərin deyil, Çuxurovadakı bü­tün türkmənlərin başçısı kimi gös­tərilir. Onu iki il sonra Ada­na valisi kimi görürük. Beləliklə, Adana bölgə­sini uzun bir zaman idarə edən Ramazan oğulları bəyliyi quruldu. Yürəgir­lə­rin qışlaq yurdları, yuxarıda deyildiyi kimi, Adananın cənu­bun­da Seyhan ilə Ceyhan irmaqları arasındakı yörə idi. Yay­laqla­rı­nın isə şimalda Qızıldağ və Üç qapılı yaylası olduğu məlumdur.

Yürəgirlərin şərqində, Ceyhan qəsəbəsinin yerləşdiyi yer­dən şərqdəki Ga­vur dağlarına qədər uzanan torpaqlarda da kı­nık­lar yaşayırdılar. İbrahim bəy Çuxurovadakı məmlük haki­miy­yətinə son vermək, bu bölgəyə müstəqil hakim olmaq qayə­sini güdürdü. Hələ 780-ci ildə (1378) qədim Misis-Payas yolu üzərindəki Dəmir qapıda (Qaranlıq qapı) pusqu quraraq, Təmür bay komandasındakı bir məmlük ordusunu darmadağın edən türk­mənlərin başın­da onun durduğu məlum olur.

783-cü ildə (1381/1382) Hələb valisi olan Yel Buğa kınık­lar ilə yürəgir­lə­rin arasını vurmuş, hətta kınıkları yürəgirlərin üzə­rinə qaldıra bilmişdi. La­kin bundan gözlənilən nəticə çıx­madığı və İbrahim bəyin vəziyyətə hakim olduğu məlumdur. İb­rahim bəy Qaraman oğlu Əlaəddnn Əli bəy ilə ittifaq bağ­la­yaraq məmlüklərin Sis (Kozan) valisini də sıxış­dırmağa başla­mışdı. Bu­na görə Yel Buğa mühüm bir qüvvə ilə Çuxurovaya girdi. Bu əsnada İb­ra­him bəy bir uğursuzluq nəticəsində Sis va­lisinin əlinə düşdü. İbrahim bəyi, qar­daşını və hətta anasını Sis­də öldürtdürən Yel Buğa geri qayıdarkən Sarı­çamda yürə­gir­lərin basqınına məruz qaldı. Bu basqın nəticəsində məmlük or­dusu dağıldı. Əsgərlərin bir qismi Ayasa qədər gedə bildi. Yel Buğa gö­zün­dən yaralanmışdı. Biri onu ölülər arasında ta­nıya­raq güc-bəla ilə Ayasa apardı. Məmlüklər Hələbə qayıtmaq üçün Dəmir qapıya çatanda yenidən türkmənlərin hücumuna məruz qaldılar. Hələbdən yardımçı qüvvələr tam za­­­­manında ye­­tişməsəydi, onlar türkmənlərin əlindən qurtara bilməyəcək­di­lər1.

İbrahim bəydən sonra onun yerinə keçən Əhməd bəy döv­ründə (ölümü: 819-1417) yürəgirlər və Çuxurovadakı digər üç-ox boyları xoşbəxt bir həyat keçirdilər. Ondan sonra Çuxur­ovada məmlük hakimiyyəti möhkəm yerləşdi və bu, osmanlı dövrünə qədər sürdü. Yürəgir, kınık və özərli türkmənləri ara­­­sında əsasən XV əsrdən etibarən əkinçiliyin inkişafı gözə çarpır. Osmanlı hakimiyyəti (1517) başlandığı zaman yürəgir və kı­nıklar qəbilə təşkilatını itir­miş oldular. Yürəgir və kınık adları da artıq o zaman onların yaşadıqları yerləri ifadə edirdi. Kınık adı indi unudulsa da, yürəgir adı bu boyun Çu­xur­ovdakı mü­hüm siyasi rolunun bir xatirəsi olaraq zamanımıza qədər gəl­miş­dir.

XVI əsrdə ancaq Hələb türkmənləri və dulqədirli ulusu ara­sında çox ki­çik yürəgir oymaqlarına rast gəlmək olar. Bu xüsus, şübhəsiz, ən əvvəl yü­rəgirlərin bütün obalarının Çuxurovada yerləşməsi ilə əlaqədar olmalıdır. Hələb türkmənləri arasındakı yürəgir oymağı 29 nəfər olub, bu oymağın Sul­tan İbrahim döv­rün­də Əzaza bağlı Qara körpü adlı kənddə yerləşmiş ol­du­ğu mə­lumdur. Bu Qara körpü kəndi Kilisin şərqində yerləşən eyni­adlı kənd olacaqdır.

Dulqədirli ulusuna daxil olan digər yürəgir oymağının vergi ödəyən əha­lisinin sayı isə 33-dür. Bu oymaq qışda Suriya çö­lün­də, yazda isə Binboğada yaşayırdı1. Çox ehtimal ki, o, Hə­ləb türkmənləri arasındakı oyma­ğın bir qo­lu­­dur.


21. İĞDİR

Tarixi və coğrafi mənbələrdə adı çəkilməyən boylardan biri də iqdirlər­dir (iğdırlardır). Yer adlarına gəlincə, XVI əsrdə bu boya aid 43 kənd və əkinlik nəzəri cəlb etmişdir2. Bunlardan başqa, həmin əsrdə müxtəlif böl­gələrdə olmaq üzrə bəzi iqdir oymaqları özünü göstərmişdir.



1. Tarsus.

Bu bölgədəki Göyçəlü adlı boy arasında bulunan iğdir oba­sı iki qol ha­lında olub, ayrı-ayrı tarlalarda əkinçiliklə məşğul olurdu. Bunlardan başqa, Adana ətrafında da eyni adda iki ki­çik oymaq var. Bu bölgədəki sarı həm­zəli oymağının da bir iğ­dir təşəkkülü olduğu məlumdur3.



2. İç-el.

İğdirdən mühüm bir qolun da bu bölgədə yerləşdiyi nəzəri cəlb edir. Hət­­ta demək mümkündür ki, İç-el bölgəsindəki türk xalqı əsasən bəydili, yı­va və iğdirlərdən meydana gəlmişdir. Bu bölgədəki iğdirlər Qarı daş, Gül­nar və Mut yörəsində yaşayır­dılar. Qarı daşda yaşayan iğdirlər iki qola ayrı­lır və bu qollar­dan biri biçər iğdiri adını daşıyır. Biçər iğdiri Qanuni dövrün­də Ağ-viran (vergi vərən 169 nəfər) Kordüzlü (86 nəfər?), Təzək­lü (33 nə­fər), Üç­ayaqlı (41 nəfər), Arğıd qaş (46 nəfər) kəndlə­rində yaşayırdılar. Baş­qa qol olan oturaq iğdirlərin isə Qani (?), Divan (vergi ödəyən 103 nəfər), Nerun (149 nəfər?) və Sındavi (40 nəfər?) kəndlərində yaşadıqları məlum­dur.

İğdirlərin Gülnarda yalnız Üçbaşlı adlı kənddə yaşadıqları məlumdur. Bu kənddəki iğdirlərin II Bəyazid dövründəki vergi verənlərinin sayı 178 idi. Sipahi olan İğdir oğullarının nəsli də (30 nəfər) eyni kənddə və ya ona yaxın bir yerdə yaşayır. II Bə­yazid dövründəki osmanlı-məmlük hərbi münasibə­ti­lə varsaq bəyləri arasında adı çəkilən İğdir oğlu1 bu ailənin başçısı olan bəyi ifadə edir. İç-eldəki bu iğdirlərin bir obası da eyni dövrdə Orta Ana­doludakı Qoç-hisar yörəsində yaşayan mühüm bir boz-doğan oymağı ara­sında görün­məkdədir ki, indi ondan bəhs ediləcəkdir.

1   ...   16   17   18   19   20   21   22   23   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə