FaküLTƏ : Bİm kafedra: “Gömrük işinin təşkili”




Yüklə 243.28 Kb.
səhifə4/4
tarix23.02.2016
ölçüsü243.28 Kb.
1   2   3   4
Malın gömrük dəyərinin təyini.

Gömrük dəyərinin müəyyən edilməsi sistemi

Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük qiymətləndirilməsi) sistemi gömrük qiymətləndirilməsinin beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərinə əsaslanır və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallara şamil edilir.

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

Malın gömrük dəyərini bəyanetmə

Gömrük dəyəri mal Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən deklarant tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir.

Gömrük ərazisinə gətirilən və həmin ərazidən çıxarılan malların gömrük dəyərinin bəyan edilməsinin qayda və şərtləri, o cümlədən bəyannamə forması Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilir.

Gömrük dəyərinin deklarant tərəfindən müəyyən edilməsi bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun olaraq həyata keçirilir.

Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə Azərbaycan Respublikasının gömrük orqanı nəzarət edir.

Azərbaycan Respublikasının ərazisinə gətirilən malların gömrük dəyərinin bəyan edilməsinin qayda və şərtləri haqqında Əsasnamə

Ümumi müddəalar

Azərbaycan Respublikası ərazisinə gətirilən malları bəyan edən şəxslərə (kommersiya məqsədi üçün nəzərdə tutulmayan malları idxal edən fiziki şəxslər istisna olmaqla) malların gömrük dəyərinin müəyyən edilməsi üçün bu Qaydaların tətbiqi məcburidir.

Bu qaydalar: deklarantlar üçün — gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bəyan olunması zamanı; gömrük orqanları üçün — gətirilən malların deklarantlar tərəfindən bəyan edilən gömrük dəyərinə nəzarət etmək üçün istifadə olunur

Gömrük orqanlarında malların buraxılmasının əsassız olaraq gecikdirilməsinin qarşısını almaq üçün gömrük dəyərinə nəzarət prosesi qısa müddətdə həyata keçirilməlidir. Malın gömrük rəsmiləşdirilməsi müddətində deklarant tərəfindən bəyan edilmiş gömrük dəyərini təsdiq etmək mümkün olmadıqda, qüvvədə olan qanunvericiliyə müvafiq qaydada malın şərti olaraq buraxılmasına gömrük orqanı göstəriş verə bilər. Malın şərti olaraq buraxılması dedikdə, onun gömrük dəyərinin şərti olaraq müəyyən edilməklə buraxılması başa düşülür, yəni gömrük dəyərinin tam və dəqiq müəyyən edilməsi prosesi deklarant tərəfindən təqdim edilmiş məlumatlar əsasında müəyyən edilməklə başa çatır. Bu zaman şərti buraxılan mal üçün bəyan edilmiş gömrük rejimi əsas götürülür.

Gətirilən malın gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı isə, seçilmiş metoda uyğun olaraq deklarant tərəfindən təqdim edilmiş sənədlər də daxil olmaqla gömrük dəyərinin düzgün müəyyən edilməsinə nəzarəti həyata keçirir.

Azərbaycan Respublikasına gətirilən malların gömrük dəyəri müəyyən edilmiş qaydada deklarant tərəfindən GDB-nə uyğun olaraq bəyan edilir. Gətirilən mallar bəyan edilmiş gömrük dəyəri əsasında gömrük rüsumlarına və vergilərinə cəlb edilir. Bəyan edilən rejim üzrə gətirilən mal gömrük vergi və rüsumlarına cəlb olunmursa (gömrük rəsmiləşdirilməsi üçün rüsum istisna olmaqla), gömrük dəyəri YGB-si ilə bəyan edilir. Bəyan edilmiş gömrük dəyərinə gömrük orqanında əsaslandırılmış şübhə yarandıqda, deklarantdan gömrük dəyəri bəyannaməsini doldurmağı tələb edə bilər.

Gömrük dəyəri bəyannaməsi gömrük sənədi hesab olunur.

Deklarant gömrük dəyəri bəyannaməsində və gömrük dəyərini təsdiq edən sənədlərdə göstərilən bütün məlumatlara görə Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlara uyğun olaraq məsuliyyət daşıyır.

Gömrük dəyəri bəyannaməsi yük gömrük bəyannaməsi və müvafiq gömrük orqanı tərəfindən gömrük məqsədi üçün tələb olunan digər sənədlərlə birlikdə təqdim olunur

Malın gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı deklarantda olmayan məlumatlara malik ola bilər. Belə məlumatlara xarici ticarət dövriyyəsində olan malların məlumat qiyməti, habelə əvvəllər gömrük rəsmiləşdirilməsindən keçən eyni adlı və ya eyni cinsli mallar haqqında məlumatlar daxil edilir. Deklaranta gömrük orqanında orta kontrakt qiyməti, məxfilik saxlanılmaqla ayrı-ayrı sövdələşmə üzrə gömrük dəyəri haqqında məlumat təqdim oluna bilər.

Gömrük orqanı deklarantın yazılı ərizəsinə əsasən bəyan edilmiş mala mövcud qanunçuluqla müəyyən edilmiş qaydada əmlak girovu və ya müvəkkil bankın zəmanət məktubu əsasında möhlətdən istifadə etmək icazəsi verə bilər.

Əmlak girovunun dəyəri və ya bank zəmanəti məbləği gömrük dəyərinin gözlənilən düzəliş həddi zamanı yarana biləcək gömrük tədiyələrinin ödənişini təmin etməlidir. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük tədiyələrinin ödənişi həyata keçirildikdə halı olarsa, əmlak girovunun dəyəri və ya bank zəmanəti məbləği gömrük orqanı tərəfindən müəyyən edilmiş qaydada malın şərti müəyyən edilmiş gömrük dəyəri ilə deklarant tərəfindən bəyan edilmiş gömrük dəyəri arasındakı fərqə müvafiq olaraq müəyyənləşdirilir.

Deklarant tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti yarandıqda gömrük orqanına Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq əmlak girovu qoymaq və ya müvəkkil bankın təminatını almaq şərti ilə bəyan edilən malın istifadə üçün ona verilməsi barədə müraciət edə bilər, yaxud keçirilən mal üçün Azərbaycan Respublikası gömrük orqanı tərəfindən gömrük qiymətləndirilməsinə uyğun olaraq gömrük rüsumları ödəməlidir.

Bəyan edilmiş gömrük dəyərinin dəqiqləşdirilməsi və ya Azərbaycan Respublikasının gömrük orqanına əlavə məlumatların təqdim edilməsi ilə bağlı xərclər deklarant tərəfindən ödənilməlidir.

Azərbaycan gömrüyünün tarixi 200 ildən artıq dövrü əhatə edir və bu müddətdə tabeçilik ,struktur ,funksional,unifikasiya , inteqrasiya və s.baxımdan böyük bir tarixi inkişaf yolu keçmişdir.

Laboratoriyanın təşkili zamanı Ümumdünya Gömrük Təşkilatının “Gömrük Laboratoriyalarına rəhbərlik” metodiki –toplusu əsas götürülməklə mal dövriyyəsinin xarici ticarətin gömrük statistikasının təhlili üzrə Laboratoriyanın inzibati-təşkili strukturu müəyyənləşdirilmiş və Laboratoriya üçün avadanlıq, analitik cihaz,laboratoriya mebel dəsti,kimyəvi reagentlər və s .alınmış texniki ədəbiyyat, standart nümunələr,beynəlxalq, dövlət ,sahə standartları ,texniki şərtlərə dair ədəbiyyat –sorğu bankının yaradılması üçün ədəbiyyat materialı,metodiki vasitələr və s əldə olunmuşdur.

Gömrük Laboratoriyasının təşkili sistemini əyani sürətdə xarakterizə etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Bununla əlaqədar gömrük laboratoriyaları aşağıdakı növ gömrük ekspertizaları aparır:

sinifləşdirmə; materialşünaslıq; identifləşdirmə (eyniləşdirmə); kimyəvi; sortlaşdırma və çeşidləmə; texnoloji; əmtəəşünaslıq; incəsənətşünaslıq və s.

1.3. Gömrük laboratoriyalarında gömrük ekspertizaları gömrük orqanlarının və ya Azərbaycan Respublikasının digər hüquq-mühafizə orqanlarının qərarı ilə gömrük qaydalarının pozulması işləri, arbitraj məhkəmələrində mübahisəli məsələlərin həlli, cinayət və mülki işlər üzrə, habelə Azərbaycan Respublikası gömrük orqanları tərəfindən gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı, həmçinin digər dövlət orqanlarının, müəssisə, təşkilat, sahibkar və vətəndaşların müraciəti ilə əlaqədar aparıla bilər.

1.4. Azərbaycan Respublikası gömrük orqanlarının tapşırığı ilə aparılan ekspertizalar pulsuz, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən ayrılan vəsait hesabına həyata keçirilir. Digər hüquq-mühafizə orqanlarının qərarına, dövlət orqanlarının, müəssisə, təşkilat, sahibkar və vətəndaşların müraciətlərinə əsasən aparılan gömrük ekspertizasının haqqı həmin şəxslər tərəfindən ödənilir.

1.5. Gömrük ekspertizaları gömrük ekspertizası sahəsində müvafiq hazırlıq keçmiş və attestasiya nəticələrinə görə gömrük ekspertizası aparmağa səlahiyyəti olan ali və ya orta ixtisas təhsilli laboratoriya əməkdaşları (ekspertləri) tərəfindən aparıla bilər.

Attestasiya qaydaları və intizam məsuliyyəti laboratoriya əməkdaşlarının attestasiyası haqqında Təlimatla müəyyən olunur.

Mütəxəssislərin seçilməsi, onların tərkibinin təsdiqi və fəaliyyət qaydası Mərkəzi laboratoriya rəisi tərəfindən həyata keçirilir.

Mərkəzi laboratoriyanın rəisi öz peşə yönümünə müvafiq olaraq ekspert kimi çıxış edə bilər.

Gömrük laboratoriyalarında gömrük ekspertizalarını laboratoriyanın ştat üzrə əməkdaşları olmayan mütəxəssisləri də apara bilər.

Belə mütəxəssislərin seçilməsi, say tərkibinin təsdiqi və onların fəaliyyəti Mərkəzi laboratoriya rəisi tərəfindən həyata keçirilir.

Ştatdan kənar əməkdaşların ekspert kimi fəaliyyəti bu Əsasnamə ilə müəyyən olunur.

Belə mütəxəssislər laboratoriyanın ştatlı əməkdaşları kimi analoji ekspertizaların aparılması zamanı ekspert kimi öhdəliyini yerinə yetirmələrinə görə mükafatlandırma və ekspertizanın aparılması üçün tələb olunan xərcləri həmin qayda və həmin miqdarda alma hüququna malikdir.

1.6. Gömrük ekspertizaları, bir qayda olaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi laboratoriyalarında aparılır.

Bəzi hallarda laboratoriya və digər orqanların icazəsi ilə gömrük ekspertizaları başqa orqanların bu tipli laboratoriyalarında aparıla bilər.

Malların ayrılıqda tədqiqatı sahəsində lazımi rəy almaq üçün Mərkəzi laboratoriya (onun struktur vahidinin) rəhbərliyinin icazəsi ilə laboratoriyanın ekspertləri həmin tədqiqatları digər ekspertiza, sahə və elmi müəssisə laboratoriyalarında apara bilər.

1.7. Ekspertizanın aparılması qaydasını pozan, ekspert öhdəliklərinə məsuliyyətsiz yanaşan və cinayət məsuliyyətinə cəlbolunmayan gömrük laboratoriyası əməkdaşları intizam məsuliyyətinə cəlb oluna bilərlər.

1.8. Gömrük ekspertizasının əsas obyekti gömrük sərhədindən keçirilən mallar, habelə bu mallar haqqında gömrük və digər sənədlərdə olan məlumatlardır.

Ekspert tədqiqatları prosesində başlanğıc material kimi gömrük qaydalarının pozulmasında şübhəli olan və bu qaydanı pozan şəxslərin və şahidlərin izahat və göstərişlərindən, cinayət işləri üzrə şübhəli və müqəssir olanların məlumatlarından və bu iş üzrə digər materiallardan, sənədlərin təftiş aktlarındakı faktlardan, habelə mütəxəssis-ekspertlərin rəylərindən istifadə etmək olar.

1.9. Mərkəzi laboratoriya, bir qayda olaraq, mürəkkəb gömrük ekspertizaları, habelə Azərbaycan Respublikası gömrük və digər hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərinin digər laboratoriyalarının ekspertlərinin verdiyi rəyin düzgünlüyünə və əsaslandırılmasına şübhəsi olduqda təkrar ekspertizaları aparır.

1.10. Gömrük Komitəsinin bölgə laboratoriyaları onlar tərəfindən aparılan ekspertizaların uçotunu aparır və Mərkəzi laboratoriyaya aylıq və illik hesabat verir.

Mərkəzi laboratoriyanın hüquqları.

2.1 Mərkəzi Laboratoriya qarşısında duran vəzifə və funksiyaları yerinə yetirmək üçün sərbəst təsərrufat və maliyyə fəaliyyəti göstərmək hüququna malikdir.

2.2 Cari və perspektiv məsələləri həll etmək üçün Gömrük Komitəsinin müvafiq idarə,şöbə və bölmələri ilə əlaqəli surətdə xidməti icra edir.

2.3 İstehsal müəssisələri,elmi-tədqiqat instutları,ali məktəblər, idarə və digər təşkilatlarla əməkdaşlıq və təcrübə mübadiləsi etməklə ayrı-ayrı malların ekspertizasını laboratoriya əməkdaşları ilə birlikdə aparır və müvafiq rəy verir.

2.4 Qüvvədə olan müvafiq Qanun və Əsasnamələrə görə yuxarı təşkilatlar qarşısında aidiyyatı məsələlər üzrə vəsatət qaldırır,təqdimat və təkliflər verir.

2.5 Komitə rəhbərliyi ilə razılaşdırmaqla yazışmalar aparmaq, komputer məlumat banklarına çıxmaqla beynəlxalq teleqraf,teletaur ,telefaks, teleks və digər əlaqələr yaradır, normal iş üçün lazım olan texnika və avadanlıqların istifadə edir.

2.6 Zəruri tikili və avadanlıqları icarəyə götürmək ,əvəssiz olaraq balansdan –balansa keçirmək, təmənnasız istifadə etmək, habelə müvafiq qaydada silmək üçün Komitə rəhbərliyi qarşısında məsələ qaldırır.

2.7 Respublika Dövlət Gömrük Komitəsinin təşkil etdiyi yığıncaq ,reyd və s.tədbirlərdə iştirak edir.

2.8 Səlahiyyətləri daxilində Komitə rəhbərliyi ilə razılaşdırılmaqla məhkəmə,iqtisadi və münsiflər məhkəməsində iddiaçı v ə cacabdeh kimi çıxış edir.

2.9 Gömrük Məcəlləsi və Gömrük Tarifi haqqında Qanuna və bu Əsasnaməyə uyğun olaraq reyd, baxış və təşkilatı işlərdə iştirak edir.

2.10 Qüvvədə olan qanun və normativ aktlara müvafiq olaraq xarici iqtisadi fəaliyyətlə əlaqədar spesifik ekspertizalar aparır.

Laboratoriyan strukturu ,əmlak və vəsaiti.

Mərkəzi Laboratoriyanın strukturu ştatdakı işçilərin sayı,görüləcək işin xarakteri və həcmindən asılı olaraq,Respublika Dövlət Gömrük Komitəsi rəhbərliyi tərəfindən laboratoriyanın təmayüllü,gömrük laboratoriyalarına dair beynəlxalq metodik təlimatlar nəzərə alınmaqla normativ aktlara müvafiq olaraq ümumi qaydalar üzrə təsdiq olunur.

Görüləcək işlərin xarakteri və Mərkəzi Laboratoriyanın təmayülündən asılı olaraq onun nəzdində aşağıdakı struktur vahidləri (şöbə və bölmə ) fəaliyyət göstərir.

neft və neft məhsullarının, qara və əlvan metalların, parça və parça məmulatının,əntiq və incəsənət əşyalarının,tikinti materiallarının, konservlər,alkoqollu və alkoqolsuz içkilər,şirələrin,kimya sənayesi məhsullarının tədqini əhatə edir.

Kənd təsərrufatı məhsullarına nəzarət bölməsi.

1.heyvandarlıq məhsullarının 2.bitkiçilik məhsullarının 3.toksikologiya və radiologiya sahəsində 4.ekologiya və karantin sahəsində tədqiqatları əhatə edir.

Mühasibatlıq.

Dövlət Gömrük Komitəsi tərəfindən Mərkəzi Laboratoriya üçün müəyyən olunmuş qaydada fondlara (əsas və dövriyyə ) vəsair ayırır.Əsas fondu öz balansına götürür,müvəqqəti maliyyə ,o cümlədn valyuta köməyi alır.

Yüksək dəyərə malik olan istehsal vasitələri (nəqliyyat vasitəsi,laboratoriya cihaz və avadanlıqları və s.)Komitə tərəfindən alınaraq Mərkəzi Laboratoriyanın balansına keçirilir.

Büdcə ilə hesablaşmalar aparır.Öz balansından istismar müddətində sıradan çıxmış cihaz və avadanlıqlaırn dəyəri nəzərdə tutulmuş məbləğdən yuxarı olduqda isə Komitənin razılığı ilə həyata keçirilməsini təşkil edir.Sərf edilmiş kimyəvi reaktiv ,habelə mənəvi cəhətdən köhnəlmiş vasitələri silir.

Əsas vəsaitlərin silinməsi Komitə tərəfindən təsdiq olunaraq həyata keçirilir.

Azərbaycan Respublikası qanunvericilik aktlarına əsasən icarəyə verilməsi və götürülməsi qadağan olunmuş vasitələrdən başqa,digər vasitələri (cihaz ,nəqliyyat vasitəsi və s.)razılaşdırımaqla icarəyə verir və götürür.

Laboratoriyanın idarə olunması.

Respublika Dövlət Gömrük Komitəsi Mərkəzi Laboratoriyanın idarə oluması,onun fəaliyyəti ilə əlaqədar bütün məsələlərin müzakirəsi və həlli vahid rəhbərlik prinsipləri əsasında həyata keçirilir.

Gömrük Komitəsinin sədri onun müavinləri Mərkəzi Laboratoriyanın fəaliyyəti sahəsinə nəzarətə səlahiyyətlidirlər.

Mərkəzi Laboratoriyanın rəisi DÖvlət Gömrük Komitəsi sədrinin əmri ilə təyin və azad olunur və öz vəzifəsinin yerinə yetirilməsində məsuliyyət daşıyır.




Nəticə

Son olaraq onu qeyd edim ki ,önümüzdəki illərdə gömrük sisteminin işi,onun struktur ,iş prinsipi daha da təkminləşəcək.Burada yeni alınmış texniki avadanlıq ,qurğular işin şəffaflığını təmin edəcək.Gömrük nəzarətinin dəqiq yerinə yetirilməsi ölkənin millli,maraqlarını və milli təhlükəsizliyini təmin etmiş olacaq.

Azərbaycan DGK-nin qarşısında qoyulmuş vəzifələri uğurla yerinə yetirilməsi Ümumdünya Gömrük Təşkilatının (ÜGT) də bəyəndiyi taktiki və strateji tədbirlərin ardıcıl həyata keçirilməsindən çox asılıdır.

      Nəticə olaraq qeyd edim ki, xarici iqtisadi fəaliyyətin idarəedilməsi prosesində dövlət orqanları sistemində gömrük sisteminin rolu çox əhəmiyyətlidir. Belə ki, o, dinamik olaraq inkişaf edir, eyni zamanda xarici iqtisadi fəaliyyət iştirakçılarına keyfiyyətli xidmət göstərir. Bu xidmət özünü xarici iqtisadi əlaqələrin yüksəlişində öz əksini tapır. Belə ki, 1997-ci ildə gömrük sisteminin xidmət göstərdiyi xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 1995-ci illə müqayisədə 47% artaraq, 278,8min təşkil etmişdir. Eyni zamanda gömrük orqanları işçilərinin sayı 1 yanvar 1998-ci ildə, 1 yanvar 1996-cı illə müqayisədə cəmi 72% artmışdır.Gömrük sisteminin fəaliyyətinin mühüm əhəmiyyət kəsb etməsi, eyni zamanda onunlaizah olunur ki, dövlət büdcəsinin stabil gəlir mənbələrindən biri də gömrük rüsum və vergiləridir.

      Gəldiyim nəticəyə görə gömrük siyasətinin həyata keçirilməsi tarazlaşdırılmış iqtisadi siyasətdən və gömrük xidmətinin modernləşdirilməsi səviyyəsindən asılı olmaqa, dövlətin perspektiv inkişaf yollarının müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir.

       Azərbaycan Respublikası DGK yerinə yetirdiyi funksiya və vəzifələr ölkənin iqtisadi təhlükəsizliyinin tə'min edilməsi, istərsə də dövlət büdcəsinin gəlir hissəsinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda gömrük rüsumları idxalın əmtəə strukturunu formalaşdırır, qiymət əmələgəlmə mexanizminin tərkib hissəsi olaraq müəssisələrin təsərrüfat fəaliyyətinin nəticələrinə və sosial vəziyyətinə tə'sir göstərir.

       Bütün yuxarıda qeyd edilənlər, onu göstərir ki, dövlət orqanları içərisində gömrük sisteminin öz çəkisi var və bu sistemin öyrənilməsi müasir dövrdə xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslər üçün çox əhəmiyyətli və aktualdır.



1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə