FaküLTƏ : Bİm kafedra: “Gömrük işinin təşkili”



Yüklə 243.28 Kb.
səhifə3/4
tarix23.02.2016
ölçüsü243.28 Kb.
1   2   3   4
Mal nümunəsi –məhsulun bir hissəsi olub,onun bütün tərkibini, xüsusiyyətlərini və strukturunu bütünlüklə özündə əks etdirəndir.

Prob-mal nümunəsinin optimal, lazımlı hissəsi olub, bütün tədqiqat obyektinin (ekspertizası ) tərkibi və xüsusiyyətlərini olduğu kimi əks etdirəndir.

Prob və nümunələrin götürülmə metodikası ,hazırlanması və tədqiqatının aparılması, həmçinin təhqiqatının (ekspertizasının təyinatı qaydaları , qablaşdırılması ,daşınması ,qorunması uçotu və tədqiqatdan sonraya qalmış prob və nümunələrə sərəncam verilməsi AR DGK tərəfindən müəyyən edilir.

Gömrük nəzarəti altında olan mallardan prob və nümunələr aşağıdakılar götürə bilər.

a.AR-in gömrük orqanlarının səlahiyyətli işçiləri.

b.AR-in gömrük orqanlarının icazəsi ilə gömrük sərhədində nəzarət funksiyasını icra edən digər dövlət orqanları.

c.AR-in gömrük orqanlarının icazəsi üzrə malın sahibliyinə səlahiyyəti olan şəxslər.

Əgər prob və nümunələr gömrük orqanının təşəbbüsü ilə götürüləcəksə ,onda gömrük orqanının müvafiq vəzifəli şəxsi mal sahibini(daşıyıcı və s) prob və nümunənin götürülməsi vaxtı və onların miqdarı haqqında əvvəlcədən xəbərdar etməlidir.

Prob üçün götürüləcək malın miqdarı (çəkidə ,həcmdə və s.) sonradan onu üç bərabər hissəyə ayırmaq (analitik ,nəzarət və etalon ) və nəzarət yoxlamalarını da uçota almaq şərti ilə müəyyən edilir.

Gömrük orqanınn vəzifəli şəxsi prob və nümunələri mal sahibinin və hal şahidinin ,lazım olduqda isə mütəxəssisinin iştirakı ilə götürməlidir. Malların götürülən prob və nümunələri müəyyən edilmiş protokola görə rəsmiləşdirilir.Protokolun ikinci nüsxəsi və ya surəti mal sahibinə təqdim olunur.

Əgər gömrük orqanı əsasssız olaraq malları buraxmazsa ,onda mal sahibinin yazılı ərizəsi əsasında, gömrük orqanının vəzifəli şəxsi ilə birlikdə mallardan prob və nümunələrin götürülə bilər.Bu halda rəsmiləşdirmə mövcud protokola uyğun olaraq həyata keçirilir.Mal sahibinin təkidi ilə götürülən prob və nümunələrə prob və nümunələrə görə məsuliyyəti özü daşıyır.Həmin prob və nümunələrin götürülməsi ,onların mühafizəsi və daşınması xərclərini da mal sahibi ödəyir.

Gömrük orqanlarının vəzifəli şəxslərinin götürdükləri mal nümunələri və problara yarlıq vurulur,imzalanır və möhürlənir.

Probların və mal nümunələrinin götürülməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasına görə məsuliyyəti müvafiq gömrük orqanının rəisi daşıyır.

Gömrük ekspertizasının aparılması qaydaları.

Gömrük ekspertizasını ali və ya orta itxisas təhsili olan,gömrük ekspertizası sahəsində müvafiq hazırlıq keçən və attestasiya nəticəsində gömrük ekspertizasının aparılmasına buraxılan ekspertlər apara bilərlər.Eyni zamanda gömrük ekspertizasını aparmaq üçün DGK-nin işçisi olmayan mütəxəssis də dəvət oluna bilər.Bu cür mütəxəssisləri gömrük laboratoriyasının rəhbəri cağıra bilər.Dəvət olunan mütəxəssislər gömrük orqanlarının mütəxəssisləri ilə eyni hüquqa malikdirlər.

Bir qayda olaraq,gömrük ekspertizası Dövlət Gömrük Komitəsinin binalarında həyata keçirilir.Lakin bəzi hallarda ekspertiza kənar yerdə də aparıla bilər.

Gömrük ekspertizasının obyektləri –gömrük sərhədindən keçən mallar, həmçinin həmin mallar haqqında gömrük və digər sənədlərdə olan məlumatlardır.

Gömrük ekspertizası aparılarkən, ekspertlərin vəzifələri və məsuliy-yətləri ,prosessual hüququları,habelə,ekspertin yekun rəy verilməsindən imtina və ya düzgün olmayan rəy verməsinə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdarlıq qaydalaır AR-in mövcud qanunvericiliyi əsasında həyata keçirilir.

Ekspertin vəzifələri aşağıdakılardır.

1).AR-in gömrük,inzibati,cinayət prosessual,mülki-prosessual ,iqtisadi qanunvericiliyinin tələblərinə uyğun olaraq,qarşısında qoyulmuş suallara tam,hərtərəfli və obyektiv əsaslandırılmış ekspert rəyi verməlidir. O,verdiyi rəyə görə şəxsən məsuliyyət daşıyır.

2).ekspertiza üçün təqdim olunmuş mallar,problar,nümunələr və digər materialla təqdim olunmalı ,əgər tam rəy hazırlamaq mümkün deyilsə,əlavə məlumatların tələb olunması səbəblərini açıqlamalıdır.

3).qanunvericilikdə göstərilmiş əsaslar olduqda,öz namizədliyini geri götürmə barədə məlumat verməlidir.

4).ekspertizanı təyin edən təşkilatın razılığı olmadan gömrük hüquqpozuntuları və ya ilkin təhqiqat barədə məlumatları açıqlama-malıdır.

5).tədqiqat üçün alınmış materialların qorunmasını təmin etməlidir.

6).ekspertizanı təyin edən təşkilatın tapşırığı üzrə, habelə şəxsi təşəbbüsü üzrə, gömrük hüquq pozuntusunun baş vermə səbəbləri və onun açılması şəraitini müəyyənləşdirmək.

7).tədqiqat aparan zaman texniki təhlükəsizlik qaydalarına əməl etmək.

Ekspertin aşağıdakı hüquqları vardır.

1.gömrük ekspertizasının predmeti olan materiallarla tanış olmaq lazım gəldikdə isə DGK-nın digər qurumlarından ekspertizanın aparılması üçün vacib olan nomrativ sənədləri istəmək.

2.ekspertizanı təyin edən təşkilatdan və ya şəxsdən rəyin verilməsi üçün lazım olan əlavə materiallar, prob və mal nümunələrinin təqdim olunması barədə vəsatət qaldırılmaq.

3.gömrük hüquq pozuntusu ilə bağlı işin icraatı və ya baxılması onda olan şəxsin ,yaxud da müstəntiq ,prokuror,hakim və digərlərinin icazəsi ilə sorğunun və ya istintaqın aparılmasında və digər prosessual hərəkətlərdə iştirak edib, gömrük eskpertizasının predmetinə aid suallar vermək.

4.yekun rəyində ,ekspert tədqiqatının gedişində müəyyən edilmiş,lakin iş üzrə əvvəlcədən qoyulmuş suallarda olmayan halları göstərmək.

5.əgər GHP ilə bağlı işin icraatı və baxılması onda olan şəxs yaxud da cinayət işi üzrə istintaqı aparan şəxs prokuror,hakim ekspertin hüquqlarını və ya qanuni maraqlarını pozarsa ,onda qanuna uyğun olaraq onların hərəkətləri və ya qərarlarından şikayət etmək .

Ekspert həmçinin xidməti vəzifələrini yerinə yetirmək istisna olmaqla ,gördüyü işlərin müqabilində mükafatlandırılmaq hüququnada malikdir.

Eskspertə aşağıdakılar qadağan olunur.

1).müvafiq gömrük orqanının yazılı göstərişi olmadan ekspertizaya başlamaq.

2).ekspertizanın təyinatı barədə göstərişdə olmayan və tədqiqat obyekti sayılmayan malları,prob və nümunələri ,iş materiallarını tədqiq etmək.

3).qanuni qaydada təqdim olunmayan məlumatları özbaşına toplamaq və onlardan istifadə etmək.

4).onun səlahiyyətinə aid olmayan məsələləri həll etmək.

5). işlədiyi müəssisənin ,təşkilatın və idarənin sənədlərinin yoxlanılması, ekspertizası ,təftişi, inventarizasiyası və sair işlərdə mütəxəssis kimi iştirak etmək.

6).ona həvalə edilmiş ekspertiza işinə kənar şəxsləri cəlb etmək.

7).xüsusi hallar istisna olmaqla ,malları ,prob və nümunələri ,sənədləri və digər materialları xidməti binadan kənarda saxlamaq.

Gömrük ekspertizası AR-in qanunları və DGK-nın göstərişi əsasında hazırlanmış və rəsmiləşdirilmiş ,ekspertizanı təyin edən müvafiq təşkilatın tədqiqatı üzrə aparıla bilər.Ekspertizaya ,onun aparılması barədə qərar (tapşırıq,göndəriş ) təqdim olunur.Çox obyektli və çoxepizodlu ekspertizada isə ayrı-ayrı epizodlar ,mal qrupları ,şəxslər və s.üzrə ekspertizalar təyin oluna bilər.

Lazımi hallarda işlə bağlı aşağıdakı digər materiallar da göndərilə bilər.

-sənədli təftiş aktları

-dəlil kimi işə tikmiş qeyri-rəsmi sənədlər(ekspertin rəyi )

-gömrük ekspertizasının predmetinə aid olan məlumatları özündə əks etdirən sorğu və istintaq protokolları, digər materiallar.

Ekspertizanın təyin olunması barədə olan qərarda (tapşırıq ,göndəriş ) aşağıdakılar göstərilməlidir.

  1. Qərarın (tapşırıq,göstəriş ) tərtib olunduğu yer və tarix, ekspertizanı təyin edən təşkilatın qərarı çıxaran və ya tərtib edən şəxsin soyadı və vəzifəsi, ekspertiza təyin edilən GHP ,cinayət və ya mülki işin nömrəsi.

  2. ekspertizanın təyin olunması üçün əsas ,daha doğrusu gömrük ekspertizasının vacibliyini şərtləndirən hallar,faktlar.

  3. Ekspertizanın aparılması həvalə olunan təşkilatın adı.

  4. Qablaşdırılmış ,möührlənmiş şəhifələnmiş və tikilmiş şəkildə təqdim olunası ekspert tədqiqatının obyektləri və digər materiallar.


Əgər ekspertizaya təqdim olunmuş materiallar prossesual qanunve-riciliyin tələblərini pozmaqla rəsmiləşdirilmişdirsə ,onda ekspertizanı aparan təşkilatın rəhbəri bu barədə bir sutka ərzində gömrük və ya digər hüquq-mühafizə orqanına xəbər verməlidir.Ekspertizanı təyin etmiş təşkilat bu xəbərdarlığı nəzərə almazsa ,onda ekspertizanı aparacaq təşkilatın rəhbəri heç bir tədqiqat aparmadan işi bir ay müddətinə geri qaytara bilər.

Ekspertizanı aparacaq təşkilatın rəisi.( və ya onun müavini )aşağıdakı funksiyaları yerinə yetirir.

-ekspertizaya ünvanlanmış materialları alır, onların Qanuna və Təlimata uyğunluğunu yoxlayır,ekspertizanın aparılması üçün ekspertlər ayırır.onlara hüquq və vəzifələrini izah edir,səhv və ya yalan rəy verməyə görə daşıyıcı inzibati və ya cinayət məsuliyyət barədə xəbərdarlıq edir.

-ekspertizanın müddətini müəyyən edir.

-ekspertlərin apardığı işlərə lazımi elmi və metodiki xarakterli köməklik göstərmək şərti i və tədqiqatına gedişi ilə tanış edir, ekspertizanın müddətinə və keyfiyyətinə nəzarət edir.

-ekspertiza başa çatdıqdan sonra aparılan tədqiqatın dolğunluğunu, ekspertin çıxardığı qərarların əsaslılığını ,ekspertin təlimata düzgün əməl etdiyini və yazılmış rəyin keyfiyyətini yoxlayır.

-ekspertizanı təyin etmiş təşkilata ekspert (ekspertərin də ola bilər) rəyi ilə birlikdə bütün materialları göndərir.

Əgər təyin olunmuş ekspertizanı aparmaq imkanı yoxdursa ,onda təşkilatın rəhbəri bu barədə gömrük orqanına və ya məhkəməyə (müstəntiqə ) məlumat verir və göndərilmiş prob və nümunələri, habelə digər tədqiqat obyektlərini ya geri qaytarır,yada ekspertiza aparacaq digər təşkilata göndərir.

Ekspert rəhbərliyin imzası ilə birlikdə ekspertizanın aparılması haqqında qərarı aldıqdan sonra ilə başlamalıdır.Əgər göndərilən materiallar ekspertizanın aparılması üçün qanun pozuntuları ilə rəsmiləşdirilmişsə ,onda ekspert bu barədə rəhbərliyi məlumatlan-dırmalıdır.Ekspertizanın aparılma müddəti rəhbərlik tərəfindən müəyyən edilir.

Əgər təqdim olunmuş materiallar təyin olunmuş ekspertiza üzrə rəy verməyə kifayət etmirsə və bu çatışmazlığı aradan qaldırmaq mümkün olmazsa, habelə, qoyulmuş suallar onun xüsusi bilik dairəsindən kənara çıxarsa ,onda ekspert bu barədə müvafiq məlumat verməlidir.

Əvvəlki ekspertizaların predmeti olmayan yeni obyektlərin ekspertizası (məsələn, yeni götürülmüş prob və nümunələr) təkrar və ya əlavə ekspertiza deyil, yeni ekspertiza adlanır.Çoxsaylı ekspertlər tərəfindən aparılan ekspertizanın yekun rəyi yazılmamışdan qabaq onlar öz aralarında məsləhətləşirlər.Əgər ümumi rəyə gəlsələr, onda rəyi ekspertlərin hamısı imzalayırlar.Belə razılıq əldə olunmazsa ,hər bir ekspert sərbəst rəy hazırlayır.

Ekspertizanın hərtərəfli aparılması məqsədi ilə,müxtəlif elm sahələri üzrə ekspertlərin cəlb olunması tələb olunarsa, kompleks ekspertizanın aparılması təşkil olunur.Kompleks ekspertiza aparılarkən müvafiq rəhbərlik tərəfindən aparıcı ekspert təyin olunur.Aparıcı ekspert ekspertlər komissiyasının işini təşkil edir və koordinasiya fəaliyyəti ilə məşğul olur.Aparıcı ekspert və ya komissiyanın (qrup) rəhbəri qanunvericiliyinə uyğun olaraq ekspertlərin malik olduğu prossesual hüquq və vəzifələrə malik olurlar.Aparıcı ekspertin əsas vəzifəsi, komissiya qarşısında qoyulmuş tapşırıqların tam və elmi cəhətdən əsaslandırılmış həlli üçün kollektiv üzvlərinin bilik və bacarığından daha səmərəli istifadə olunmasını təmin etməkdir.

Rəy və onun hazırlanması üçün lazım olan tələblər.

Ekspertin rəyi üç hissədən ibarət olmalıdır:

giriş hissə;

tədqiqat hissəsi;

nəticə.

Rəyin giriş hissəsində aşağıdakılar göstərilir:

ekspertizanın adı, onun nömrəsi;

ekspertizanın əlavə və ya təkrar, komisyon və ya komleks olması;

ekspertizanı təyin edən orqanın adı;

ekspert haqqında məlumat, vəzifəsi, adı, atasının adı, təhsili, ixtisası (ümumi və ya ekspert), elmi dərəcəsi;

materialın ekspertizaya daxil olduğu və rəyin yazıldığı tarix;

ekspertizanın aparılması üçün əsas (təyinat, qərar və ya tapşırıq, nə vaxt və kim tərəfindən tərtib olunub); ekspertiza üçün təqdim olunan material və digər tədqiqat obyektlərinin adı, qablaşdırılmanın növü, təminata alınma vasitəsi və onun rekvizitləri; işin xarakteri və rəy verilməsi üçün ilkin məlumatlar və tələb olunan əlavə materiallar haqqında ekspertin müraciəti, onun nəticələri;

ekspertizanın aparılmasında iştirak edən şəxslər haqqında məlumat (soyadı, adı, atasının adı, prosessual vəziyyəti);

ekspertizanın aparıldığı yer; ekspertin həll etməsi üçün qoyulmuş suallar.

Ekspert tərəfindən qoyulan suallar ekspertizanın təyin edildiyi qərarda (təyinatda) göstərildiyi formada olmalıdır və həmin formanın dəyişdirilməsinə icazə verilmir. Onları dəqiqləşdirmək lazım gəldikdə ekspert ekspertizanı təyin edən şəxsə müraciət etməli və öz səlahiyyətinə uyğun tapşırığı necə başa düşdüyünü qeyd etməlidir. Qoyulmuş sualların ekspertin bilik dairəsindən kənara çıxması və ondan xüsusi bilik və bacarıq tələb olunması rəydə qeyd olunmalıdır. Ekspert tədqiqatı daha məqsədəuyğun qaydada aparmaq üçün qoyulmuş sualları yenidən qruplaşdıra bilər. Əgər sual ekspertin təşəbbüsü ilə qoyularsa, onda bu hal giriş hissəsində göstərilməlidir.

Təkrar və ya əlavə ekspertiza aparıldıqda giriş hissədə ilkin ekspertizanın kim tərəfindən və harada aparılması, ekspertiza nəticələri haqqında verilən rəyin nömrəsi və tarixi, ekspert qarşısında təkrar ekspertiza üzrə qoyulan suallar üzrə ilkin ekspertizanın nəticələri, həmçinin təkrar və ya əlavə ekspertizanın təyini məqsədləri göstərilməklə məlumat verilir.

Kompleks və ya komisyon ekspertiza aparıldıqda rəyin giriş hissəsində aparıcı ekspertin soyadı və ekspertiza üçün hazırlıq mərhələsi göstərilir.

Əgər ekspertiza bir neçə laboratoriya tərəfindən aparılarsa, rəyin giriş hissəsində bu laboratoriyaların adı qeyd olunur.

Kompleks ekspertizanın aparılmasında ümumi sualın həllində xüsusi əhəmiyyətə malik olan ayrıca bir ekspertiza əsas rol oynadıqda rəyin giriş hissəsində həmin ekspertizanın nəticələri göstərilir.

Rəyin tədqiqat hissəsində tədqiqat prosesi və onun nəticələri, həmçinin müəyyən edilmiş ekspertizanın elmi izahı verilir.

Ekspert tərəfindən tədqiq edilən hər bir suala tədqiqat hissəsində ayrıca bir bölmə uyğun gəlməlidir. Bir-biri ilə əlaqədar iki və daha artıq sualı eyni zamanda tədqiq etdikdə onların cavabı tədqiqat hissəsində bir bölmədə verilir.

Tədqiqat hissəsində aşağıdakılar göstərilməlidir:

ekspertizaya verilən obyektin vəziyyəti; xüsusi ixtisasa malik olmayan şəxslərin başa düşməsi və lazım gəldikdə ekspertiza nəticələrinin düzgünlüyünü yoxlamaq üçün tədqiqat metodları və üsulları; qoyulmuş sualların həlli zamanı nəşr tarixi və yeri göstərilməklə ekspertin əsaslandığı sorğu-normativ (təlimat, qərar, əmr) materiallar; ilkin məlumat üçün istifadə olunan prosessual hərəkətlər (sorğu, yoxlama, baxış, təcrübə və s.), həmçinin nəticələrin əsaslandırılması üçün istifadə olunan digər ekspertiza nəticələri; lazımi izahlarla istifadə olunan əlavələr;

tədqiqat nəticələrinin xüsusi terminlər də izah olunmaqla izahlı ekspert qiymətləndirilməsi.

Tədqiqat hissəsində qoyulmuş bir neçə suala cavab vermək mümkün olmadıqda onun səbəbləri ekspert tərəfindən göstərilməlidir.

Əlavə ekspertiza aparıldıqda əvvəlki ekspertiza nəticələrindən istifadə olunması haqqında məlumat göstərilməlidir.

Rəyin tədqiqat hissəsində təkrar ekspertiza zamanı əvvəlki ekspertiza nəticələrindən kənaraçıxmaların səbəbləri (tədqiqat metodikasından kənaraçıxmalar, digər sabit kəmiyyətlərdən istifadə etmək, hesablamada buraxılan səhvlər və s.) göstərilməlidir.

Bir neçə ekspert tərəfindən aparılan kompleks ekspertizanın rəyinin tədqiqat hissəsində hər bir ekspertin soyadı göstərilməklə nəticələr ayrı-ayrı bölmələrdə verilə bilər. Tədqiqat nəticələrinə görə həmin tədqiqatı aparan ekspertin imzası ilə aralıq nəticələr verilə bilər. Ekspert komissiyasının yekun müzakirəsinin ümumiləşmiş və birgə nəticəsi tədqiqat hissəsinin sintezləşdirici bölməsində qeyd olunur. Burada ümumi nəticənin əsaslandırılması da göstərilməlidir.

Rəyin giriş hissəsində qoyulmuş sualların ardıcıllığına uyğun olaraq ekspertizaların nəticələri cavab şəklində verilə bilər.

Hər bir qoyulmuş suala mahiyyətinə uyğun olaraq cavab verilməli və ya hansı səbəbdən həll olunmaması göstərilməlidir.

Tədqiqat nəticəsində müəyyən edilən, lakin həll edilməsi ekspert qarşısında qoyulmayan sualların həlli nəticələri rəyin sonunda qeyd olunmalıdır. Nəticələr dəqiq və aydın yazılmalı və əlavələrə yol verilməməlidir. Müstəsna hallarda nəticələr tədqiqat hissəsində verilən nəticələrin izahına əsaslanaraq geniş verilə bilər.

Kompleks ekspertiza aparılan zaman ümumi nəticə (nəticələr) ekspertizanı aparan və ümumi qərara gələn ekspertlər tərəfindən imzalanır. Əgər ekspertlər ümumi qərara gələ bilmirlərsə, onda ümumi rəydə ayrılıqda müstəqil nəticələr tərtib edirlər. Hər bir ekspert komissiyasının digər üzvləri ilə razılığa gələ bilməməsinin səbəbləri əsaslandırılmalıdır. Sərbəst nəticələrin şərhi zamanı ekspert komissiyasının digər üzvləri tərəfindən alınan nəticələrdən əsaslandırılmış şəkildə istifadə edilə bilər.

Ekspert tərəfindən müəyyən edilmiş profilaktik xarakterli tədbirlər rəyin tədqiqat hissəsində, gömrük qaydalarının pozulmasının aradan qaldırılması haqqında təkliflər isə onun giriş hissəsində göstərilir.

Rəy ekspertizanı aparan ekspert tərəfindən imzalanıb laboratoriyanın möhürü ilə təsdiq olunur, ekspertizanı təyin edən şəxsə və Mərkəzi laboratoriyaya göndərilir.

Komisyon ekspertiza aparıldıqda rəy mövcud təlimatın 3.12 bəndinin tələblərinə əsasən, kompleks ekspertiza aparıldıqda isə Azərbaycan Respublikası məhkəmə ekspert idarələrində kompleks ekspertizalarının aparılmasının təşkili haqqında təlimatın tələbləri əsasında təsdiq olunur.

Ekspert tərəfindən qismən avtomatlaşdırılmış tədqiqat metodlarından, o cümlədən EHM-dən istifadə olunduqda rəy yuxarıda göstərildiyi kimi tərtib olunaraq təsdiq edilir və ekspert şəxsi məsuliyyət daşıyır. Rəyin tədqiqat hissəsində hansı tədqiqat işində EHM və proqram istifadə olunduğu, proqramın kim tərəfindən tərtib olunduğu və təsdiq olunduğu, hansı nəticələr alındığı qeyd olunmalıdır.

Rəydə cədvəl, qrafik və s. şəkildə əlavələr verilərsə, onlar da ekspert tərəfindən imza edilir və laboratoriya möhürü ilə təsdiq olunur. Əlavələrdə rəyin nömrəsi və tarixi göstərilməlidir.

Rəy və ona əlavə iki nüsxədə hazırlanmalı, biri ekspertizanı təyin edən şəxsdə, biri isə laboratoriyada saxlanmalıdır.

Komisyon və ya kompleks ekspertiza aparıldıqda rəy ekspertizanı təyin edən şəxsə və ekspertizanın aparılmasında iştirak edən laboratoriyalara göndərilmək üçün lazım olan nüsxədə hazırlanır.

Tədqiqat məhkəmə ekspertizasında aparıldıqda və ya gömrük qaydalarının pozulması işinə gömrük orqanlarında baxıldıqda rəy bu bölmədə göstərilən qaydalara uyğun olaraq hazırlanır, müzakirə olunduqdan sonra isə məhkəməyə və ya gömrük qaydalarının pozulması işinə baxan şəxsə göndərilir.

Əgər tədqiqat məhkəmə ekspertizasında və ya gömrük qaydalarının pozulması işinə baxan gömrük orqanlarında eyni suallar üzrə və eyni bir ekspert tərəfindən nəticələr əvvəlki kimi qalması şərti ilə aparılarsa, rəyi müstəqil olaraq əvvəlki tədqiqat nəticələrinə əsaslanaraq tərtib edir.

Tədqiqat məhkəmə ekspertizası və ya gömrük qaydalarının pozulması işinə baxan gömrük orqanlarında aparılarsa, onda hazırlanmış rəyin surəti ekspertizanın təyini haqqında qərar və ya təyinatın surəti ilə birlikdə Mərkəzi laboratoriyaya göndərilir.

Rəyin tərtib olunmasının mümkün olmadığı haqqında məlumat üç hissəsindən ibarət olur:

giriş: mövcud təlimatın 4.1 bəndində göstərilən məlumatlar qeyd olunur;

əsas: rəyin verilməməsinin səbəbləri geniş izah olunur;

yekun: ekspert qarşısında qoyulan hər bir suala cavab verməməyin səbəbləri göstərilir.

Rəyin verilməməsi haqqında məlumat (akt) ekspert tərəfindən imza olunur, laboratoriyanın möhürü ilə təsdiq edilir, bir nüsxəsi laboratoriya rəisi tərəfindən ekspertizanı təyin edən orqana göndərilir, bir nüsxəsi isə laboratoriyada saxlanılır.

Əgər bu cür məlumat (akt) gömrük qaydalarının pozulması işinə gömrük orqanlarında baxılması və ya məhkəmə araşdırılması mərhələsində tərtib olunarsa, onda rəy iki nüsxədə tərtib olunur və ekspert tərəfindən imzalanaraq bir nüsxəsi məhkəməyə, bir nüsxəsi isə laboratoriyaya göndərilir.

3.Gömrük Nəzarəti sistemində gömrük ekspertizasının rolu
Ekspertiza-elmin müəyyən sahələrində xüsusi bilik tələb edən hər hansı məsələnin ekspert (latınca exrertus sözündən olub təcrübəli deməkdir.) tərəfindən tədqiq edilməsidir.Ekspert tədqiqatının özəlliyi əvvəlcədən dəqiq müəyyənləşdirilmiş suallara, bir qayda olaraq,qısa vaxt ərzində və aydın cavab verməkdir.Ekspert tədqiqatı qoyulmuş bütün suallara hərtərəfli və müəyyən olunmuş qaydalar üzrə hazırlanmış yazılı rəylə yekunlaşır.Ekspert rəyindən müxtəlif sahələrdə yaranmış mübahisəli məsələlər və ya problemlər üzrə əsaslandırılmış qərar qəbul etmək üçün istifadə olunur.

Elmi ekspert tədqiqatı aparılarkən ,əsas tapşırığı lazımi qaydada icra etmək üçün üsul və vasitələri ekspert tərəfindən sərbəst seçilir.Dünyada müxtəlif təyinatlı v tədqiqat predmetli çoxlu sayda ekspertizalar mövcuddur.Onların köməyi ilə fərqli tədqiqat metodlarından istifadə etməklə ,müxtəlif obyektləri öyrənirlər və əhəmiyyətinə görə ayrı-ayrı tapşırıqları icra edirlər.Ümumi olaraq onlar üçün son məqsəd –həqiqətin müəyyən edilməsidir.Ekspertizaları müxtəlif əlamətlərə görə sistemləşdirmək və təsnifatlaşdırmaq mümkündür.

Məqsədinə görə ekspertlər 2 qrupa bölünür.

1 Məhkəmə xarakterli.

2.Qeyri-məhkəmə xarakterli.

Ekspertizalar elm sahələri və ya fəaliyyət dairələri üzrə (elmi praktiki elmlər sahəsi ) sistemləşdirilir.Bu meyarlar üzrə ekspertizları aşağıdakı siniflərə ayırırlar.hərbi,siyasi,sosioloji ,texniki ,iqtisadi ,kriminalistik,tibbi, incəsənətşünaslıq ,əmtəəşunaslıq,ekoloji və s.Hər bir elm sahəsinin özünəməxsus nəzəri bazası hüquq əsaslar toplusu formalaşdırılır.

Hər bir sinif aşağıdakı ümumi əlamətlərə səciyyələnən müxtəlif növ ekspertizaları özündə birləşdirə bilər.

-predmetinə görə.

-obyektinə görə

-metodikasına görə.

-ekspert tədqiqatlarının tapşırıqlarına görə.

Öz növbəsində ,eskpertizanın çeşidi daxilində çeşidin bir və ya bir neçə əlamətinin dəyişməsini təyin edən növ və yarımnövlər ayrılır. Məsələn,əgər malın texniki ekspertizasında müxtəlif obyektlər və əşyalar todqiq olunur, müxtəlif tapşırıqlar verilir və ya fərqli metodikalardan istifadə olunursa ,onda malın texniki ekspertizasının müxtəlif növ və yarımnövləri alınır.

Növbəliliyinə görə ekspertizalar ilkin və təkrar həll olunan tapşırığın miqyasına görə əsas və əlavə tədqiq olunan obyektlərin miqdarına görə azobyetkli və çoxobyektli ekspertizanı aparan ekspertlərin sayına və onların iş üsullarına görə tək və kollektiv və s.bölünür.

Əsaslı ekspertizanı təyin etmək üçün ,gömrük orqanının əməkdaşı,müvafiq ekspertizanın aparılmasının nəzəri və təcrübi əsaslarını mütləq bilməlidir.(onun predmetini ,obyektlərini,tədqiqat metodikasını ,imkanlarını və s.)

Gömrük eskpertizasını ekspertizanın xüsusi sinfinə aid etmək olar.Çünki onun predmet,tapşırıq obyekt və tədqiqat metodu kimi özəl xarakterli əlamətləri vardır.

Gömrük ekspertizasının predmetinə gömrük işinin həm ümumi problemlərini ,həm də gömrük nəzarəti ardıcıllığının konkret şərait və faktlarını aid etmək olar.Bunların içərisində daha vacibləri aşağıdakılardır.

1.Gömrük nəzarəti obyektinin təyinatı,vəziyyəti və növünün müəyyənləşdirilməsi.

2.Xarici İqtisadi Fəaliyyət Əmtəə(Mal ) Nomenklaturasına uyğun malların təsnifatı.

3.Malların keyfiyyət göstəriciləri (markası,cinsi,növü ,məlumatın təbii olması və s.) xarakterli (lisenziyalılığı ,aksizliliyi ,ikiqat təyinatlılığı ),mənşə ölkəsi ,hazır məhsulun çıxış norması və onda olan xammalın identifikasiyası əsasında,onların gömrük dəyərini və bazar qiymətini (dəyərini ) təyin etmək.

4.narkotik və psixotrop maddələrin identifikasiyası.

5.qiymətli daş-qaşların ,əntiq malların, muzey eksponatlarının və sairin dioqnostikası.

Bundan əlavə ,qaçaqmalçılığa və gömrük hüquq pozuntularına qarşı mübarizə prosesində operativ işçilər tərəfindən irəli sürülən bəzi məsələlər də gömrük ekspertlərinin apardığı xüsusi sinif ekspertizalarla –kriminalistik,iqtisadi ,əmtəəşunaslıq,hemmoloji və s həll edilir.

Gömrük ekspertizasının əsas növləri.

Tədqiqat obyekti bilavasitə mallar olan gömrük ekspertizasının əsas növləri ilə tanış olaq.Bu dərslikdə kriminalistik ekspertiza prosesi ilə tədqiq olunan və obyekti sənədlər olan ekspertizadan heç bir söhbət getməyəcəkdir.

Qeyd etmək lazımdır ki, gömrük eskpertizaları ekspert qarşısında qoyulan tapşırıqların məsuliyyətindən asılı olaraq müxtəlif növlərə bölünürlər.Lakin bəzi hallarda bir ekspertiza qarşısında qoyulan tapşırıqları həll etmək üçün,başqa ekspertizanın predmeti olan məsələyə da toxunmalı olursan.Məsələn Təsnifat ekspertizası aparılarkən ,bir qayda olaraq,ilkin mərhələdə identifikasiya məsələləri,sonuncu mərhələdə isə materialşünaslıq və ya kimyəvi ekspertiza məsələləri həll edilir.

Malların bu və ya digər dərəcədə tədqiqi ilə əlaqədar olaraq ekspertizaları aşağıdakı növlərə ayırmaq olar.

1.eyniləşdirmə ekspertizası. 2.texnaloji ekspertiza3.təsnifat ekspertizası4.malın mənşə ölkəsinin təyini5.əmtəəçilik ekspertiza

6.malların gömrük dəyərinin təyini7.materialların ekspertizası

İdentikifasiya ekspertizası.Ekspert qarşısında sual qoyulur, ekspertizanın obyekti olan mal necə adlanır? Bildiyimiz kimi,gömrük sərhədindən keçən çoxsaylı malların içərisində heç də həmişə tanıdığımız mallar olmur.Belə ki, bəzi malların xarici görünüşü (məsələn xammalların növü,yarımfabrikatlar və s.)onun mahiyyəti haqqında çox az məlumat verir.Odur ki, malın tərkibinı və təyinatını müəyyənləşdirmək üçün xüsusi tədqiqat aparmaq, daha doğrusu ,ekspertiza tələb olunur.İdentifikasiya (latınca,identificare sözündən olub eyniləşdirmək deməkdir.)-iki obyekt arasındakı oxşarlıqların müəyyən edilməsidir.Naməlum malın identifikasiyası isə hər hansı bir məlum malla oxşar xüsusiyyətlərin tapılmasıdır.Bu zaman məlum malın maddi obyetk şəklində orada olması o qədər vacib deyildir.Çünki əslində həmin məlum və naməlum malları tutuşduraraq onların çox oxşar əlamətlərini müəyyən etməklə ,onları eyniləşdirir.

Təsnifat ekspertizasının əsas məqsədi ,təqdim olunan malın əmtəə pozisiyası və subpozisiyası,daha doğrusu ,malın kodunu təyin etməkdir.Hər iki anlayış eyniyüklüdür.və qarşılıqlı əvəzlənəndir.

Aşağıda tamamilə XİF ƏN-lə uzlaşan Hormonikləşdırılmış sistem (HS) üzrə (bu barədə 6-cı mövzuda geniş məlumat veriləcəkdir.) təsnifatın əsas icra qaydaları verilmişdir.

Malın mənşə ölkəsinin təyini.Əsas məqsədi –Azərbaycanın gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların tarif və qeyri-tarif tənzimləmə tədbirlərini həyata keçirməkdir.Malın mənşə ölkəsinin təyin edilməsinin prinsipləri beynəlxalq təcrübəyə əsaslanır.Malın mənşə ölkəsinin müəyyən edilməsinin hüquqi əsasları “Gömrük tarifi haqqında “Azərbaycan Respublikasının Qanunu“ ilə təsbit edilmişdir.

Əmtəəçilik ekspertizası.-malın növünü,onun təyinatını ,vəziyyətini ,əsas istehlak xüsusiyyətlərini ,mövcud çatışmamazlıqlarını ,markasını ,cinsini və digər özəlliklərini təyin etmək üçün aparılır.Adətən,bu suallar malın təyinatı üzrə istifadəsi və onun satışını(realizasını )müəyyənləşdirərkən həll olunur.Bəzən əmtəəçilik ekspertizası qiymətləndirmə (dəyər ) ekspertizasının bir hissəsi olub,malın qiymətini təyin etmək üçün aparılır. Adətən gömrük məqsədi üçün malın topdansatış qiyməti səviyyəsində sərbəst bazar qiyməti təyin olunur.Sərbəst bazar qiyməti dedikdə,bir tərəfdən mala kifayət qədər tələb və təklifin olması, digər tərəfdən iqtisadi və inzibati məhdudiyyətlərdən kifayət qədər azad olması ilə xarakterizə olunan sövdələşmə qiyməti başa düşülür.

Sərbəst bazar qiyməti aşağıdakı hallarda təyin olunur.

1).gömrük qaydaları pozularkən.Bu həm qanun pozuntusunun ağırlığını müəyyən etməyə, həm də hüquqpozuntusuna görə cərimənin hesablanmasa lazımdır.

2).mal realizasiya edilərkən (satılarkən ).Dövlət mülkiyyətində olan mallar satilarkən .

3).Əlavə dəyər vergisinin miqdarı hesablanarkən,Malın ixracı zamanı,ixrac edənə ƏDV qaytarılarkən.

Malın bazar qiymətini təyin edərkən müxtəlif informasiya (məlumat )mənbələrindən istifadə edilə bilər.

-kataloqlardan və təşkilatlardan (istehsalçı və satıcı )qiymət vərəqlərindən

-sərgilərin və topdansatış yarmarkalarının materiallarından

-ayrı-ayrı mal qruplarının konyuktor və analitik məlumatlarından

-firmaların İnternet saytlarından və s.

Qiymətləndirmə ekspertizası aparılarkən ,malın sərbəst bazar qiyməti konkret region üzrə və müəyyən müddətə görə təyin olunur.Əmtəəçilik və qiymətləndirmə ekspertizası barədə zərgərlik məmulatlarının timsalında.


Yüklə 243.28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2020
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin