FaküLTƏ : Bİm kafedra: “Gömrük işinin təşkili”




Yüklə 243.28 Kb.
səhifə2/4
tarix23.02.2016
ölçüsü243.28 Kb.
1   2   3   4
Gömrük nəzarətinin müəyyən formalarından azad etmə.

Qanun və beynəlxalq müqavilələrdə mal və nəqliyyat vasitələrinin ayrı-ayrı növlərinin gömrük nəzarəti sferasından çıxarılmasının konkret halları müəyyən edilə bilər.Məsələn,Azərbaycan Respublikası Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin şəxsi baqajı,xidməti vəzifələrinin icrası ilə əlaqədar gömrük sərhəddindən keçən Milli Məclis deputatlarının və Nazirlər Kabineti üzvlərinin şəxsi baqajları gömrük yoxlamasından azaddır.(yəni azad etmə şərtəndirilir.

Öz yoluna davam edən xarici hərbi gəmilərin,hərbi və hərbi nəqliyyat hava gəmilərinin ,eləcə də hərbi texnikanın gömrük yoxlamasından azad edilməsi dövlətlərarası müqavilələrlə tənzimlənir.

Gömrük nəzarəti həyata keçirilərkən mal və nəqliyyat vasitələrinə qeyri qanuni zərər və ziyan vurulması istisna edilməməlidir.

Gömrük nəzarəti zonaları.

Gömrük sərhədinə bitişik ərazi gömrük nəzarəti zonası adlanır.Gömrük nəzarəti zonaları gömrük sərhədi boyu, gömrük rəsmiləşdirilməsi aparılan, gömrük orqanları yerləşən və həmçinin Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi digər yerlərdə yaradılır.

Gömrük nəzarəti zonasının rejimi yüklərin yer dəyişdirilməsi və onlarla davranışda qaydaların daha ciddi reqlamentasiyası ilə fərqlənir.Bu zonalarda istehsal kommersiya fəaliyyəti,həmçinin malların,nəqliyyat vasitələrinin, digər dövlət orqanlarının vəzifəli şəxsləri də daxil olmaqla bütün şəxslərin hərəkəti yalnız gömrük orqanlarının icazəsi və onların nəzarəti altında həyata keçirilə bilər.Gömrük nəzarəti zonası rejiminin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza tətbiq edilir.

Gömrük anbarlarının ,müvəqqəti saxlanc anbarların,rüsumsuz ticarət mağazalarının əraziləri və xüsusi gömrük rejimlərinin təsir göstərdiyi digər ərazilər də gömrük zonası hesab edilir.

Vizual müşahidə-gömrük zonalarının konkret şəraitində müəyyən və qeyri müəyyən şəxslərin davranışı barədə məlumat əldə edilməsini təmin etmək üçün tətbiq edilir.Məqsəd:gömrük nəzarətindən predmet və malların gizlədilməsi, hər hansı predmetlərin digər şəxslərə verilməsi,müəyyən şəxslərin (liman,aeraport,dəmiryol işçilərinin , yükləyicilərinin )gömrük nəzarəti proseduralarına qeyri-adi marağı faktlarını və s.aşkar etməkdir.Vizual müşahidənin köməyi ilə ərazi və məhəlli sularda panoram nəzarəti kənar gəmilərin qeyri-qanuni olaraq xaricə gedən və gələn gəmilərə yanalmasının ,həmçinin gəmidən yüklərin alınmasının, gömrük nəzarəti,əməliyyatı bitdikdən sonra gəmiyə qaldırılmasının qarşısı alına bilər.Vizual müşahidə ,həmçinin ,gömrük ərazilərinin operativlik sarıdan mühüm əhəmiyyət kəsb edən sahələrində-gəmi dayanacaqlarında ,dəmiryol qovşaqlarında ,konteyner terminallarında,baqaj və yük sahələrində də aparılır.

Yaşıl və qırmızı təhlizlərin quruluşu və fəaliyyət göstərməsi prinsipi Ümumdünya Gömrük Təşkilatının 8 iyul 1971-ci ildə qəbul edilmiş “İkikanallı sistem əsasında aviasərnişinlərə sadələşdirilmiş gömrük nəzarəti barədə” tövsiyələrində öz əksini tapmışdır.Bu tövsiyələrin meydana çıxması zərurəti beynəlxalq turizmin dinamik inkişaf etdiyi bir dövrdə səmərəli gömrük nəzarətinin və artan sərnişin axınının sərhəddən qısa müddətdə buraxılmasını təmin etmək vəzifəsindən irəli gəlirdi.

İkikanallı metodla gömrük nəzarətinin təşkili sərnişinlər tərəfindən gömrük zonasının “yaşıl” və “qırmızı ” dəhlizlə tərk edilməsini nəzərdə tutur.Yaşıl dəhlizdən istifadə etməyə o şəxslərə icazə verilir ki,yanında apardığı əşyalar rüsumsuz rəsmiləşdirilə bilsin,xüsusi icazə tələb olunmasın və s.Qalan digər hallarda sərnişinlər “qırmızı ”dəhlizlə tərk edilməsini nəzərdə tutur.”Yaşıl” dəhlizdən istifadə edilməyə o şəxslərə icazə verilir ki,yanında apardığı əşyalar rüsumsuz rəsmiləşdirilə bilsin, xüsusi icazə tələb olunmasın və s.Qalan digər hallarda sərnişinlər “qırmızı ” dəhlizi seçməli və gömrük bəyannaməsi təqdim etməlidirlər.İki dəhlizdən hansının seçilməsi qərarı sərnişin özü qəbul edir.Belə seçim bəyanetmə aktı mənasını daşıyır və əgər gömrük nəzarəti həyata keçirilərkən “yaşıl” dəhlizin seçilməsinin qeyri-qanuni olduğu aşkara çıxarsa,sərnişin hüquqi məsuliyyətə cəlb edilə bilər.

Əgər “yaşıl” və ya “qırmızı ”dəhlizin seçilməsi mərhələsində sərnişində şübhə ,sual yaranarsa,o, “qırmızı ” dəhlizi seçməli və orada bəyanetmə anınadək lazım olan məlumatı almalıdır.

”Yaşıl” dəhlizin seçilməsi və istifadə olunması bu dəhlizdən keçən sərnişinlərə gömrük nəzarətinin həyata keçirilməsinin mümkün olmaması demək deyildir.Bu halda gömrük nəzarəti diferensial olaraq həyata keçirilir və seçmə xarakter daşıyır.Nəzarət subyektləri gömrük əməkdaşı tərəfindən praktik təcrübə əsasında seçilir.

”Yaşıl” və “Qırmızı“ dəhlizlərin tətbiqi sistemi sərnişinlərin gömrük qanunvericiliyinin tələbləri barədə kifayət qədər məlumatlandırılmasını nəzərdə tutur.

Mütəxəssis və ekspertlərin cəlb edilməsi.

Elm və texnikanın müxtəlif sahələrində xüsusi biliklərə malik olmadan Gömrük nəzarətinin ayrı-ayrı forma və metodlarından istifadə olunması, bəzi mal növlərinin və nəqliyyat vasitələrinin (xammal, minerallar,hərbi texnika və s.)yoxlanılmasının həyata keçirilməsi mümkün deyil.Nəzərə alsaq ki, gömrük əməkdaşları bəzi hallarda lazımi xüsusi biliklərə malik olmaya bilərlər.Bu hallarda müəyyən sahələrdə peşəkar olan mütəxəssislərin xidmətinə müraciət edilməsi təbiidir.

Qanunvericilik gömrük orqanlarına gömrük nəzarətinin həyata keçirilməsinə kömək üçün ekspertlərin və digər nəzarət və hüquq mühafizə orqanlarının, mülkiyyət forması və tabeçiliyindən asılı olmayaraq müəssisə və təşkilatların mütəxəssislərinin cəlb edilməsi hüququnu verir.Gömrük orqanının mütəxəssis və ya ekspertin cəlb edilməsi barədə müraciəti,bu mütəxəssisin çalışdığı qurumun rəhbərliyi üçün məcburu xarakter daşıyır.

Mütəxəssis və ekspertlərin cəlb edilməsi ilə bağlı xərclər,gediş-gəliş,otaqların kirayəsi ,sutkalıq xərclər ,zəhmət haqqı, əgər bu iş mütəxəssislərin xidməti vəzifələrinə daxil deyilsə ,gömrük orqanları tərəfindən ödənilir.Gömrük orqanının çağırışı ilə dövlət mütəxəssislərinin ekspert sifətində çalışdığı müddətdə, orta aylıq əmək haqqı saxlanılır.

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük nəzarətini həyata keçirmək ərazi və binalara daxil olması.

Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəsiqə əsasında istənilən əraziyə və istənilən bağlı sahəyə-əgər bu yerlərdə gömrük nəzarətinə cəlb ediləcək mal və nəqliyyat vasitələri,gömrük nəzarəti üçün lazım olan sənədlər yerləşirsə, yaxud nəzarəti gömrük orqanlarına həvalə olunmuş fəaliyyət göstərilirsə ,-daxil olmaq hüququna malikdirlər.

Məsələn, gəminin gömrük yoxlaması zamanı gömrük orqanı nümayəndələrinin tələbi ilə həmin gəminin kapitanı gəmidə olan butun sahələri, bölmələri, otaqları açmaqa borcludur.

Gömrük əməkdaşları-gömrük anbarlarına ,müvəqqəti saxlanc anbarlarına, rüsumsuz ticarət mağazalarına və s.maneəsiz girə bilərlər.

Bir sıra hallarda gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük nəzarətinə cəlb edilən fəaliyyət həyata keçirilən yerlərdə bilavasitə iştirakı normativ aktlarda birbaşa nəzərdə tutulur.

Malların ,nəqliyyat vasitələrinin,binaların və başqa yerlərin eyniləşdirilməsi.

Gömrük nəzarətinə cəlb ediləcək mal və nəqliyyat vasitələrinin olduğu yerlər və həmçinin gömrük nəzarəti altında olan yerlər,gömrük nəzarəti predmetlərinin özləri gömrük orqanları tərəfindən eyniləşdirilə bilər.Plomb möhür qoyulması, rəqəmli, hərfli və digər növ markalanma eyniləşdirilmə işarələri, ştamp vurulması,prob və numunələrin götürülməsi, mal və nəqliyyat vasitələrinin təsvir edilməsi ,mal-müşayiət sənədlərindən istifadə edilməsi və s.əsas eyniləşdirmə vasitələri hesab edilir.

Beynəlxalq təcrübədə eyniləşdirmə vasitələri əvəzinə gömrük təminatı atributları məfhumundan istifadə edilir.

Gömrük nəzarəti bitdikdən sorna gömrük orqanının vəzifəli şəxsləri gömrük,nəqliyyat və mal müşayiət sənədlərinə müvafiq imza,ştamp, möhür qoymaqla, mal və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilərək yoluna davam etməsinə icazə vermiş olurlar.

Ayrı-ayrı yük bağlamalarına ,nəqliyyat vasitələrinin yük hissəsinə ,konteynerlərə gömrük təminatı atributları qoyulmalıdır.

Gömrük təminatları aşağıdakı tələblərə cavab verməlidir.

  1. Möhür ,ştamp ,markalanma,imza izlərinin saxtalaşdırılması qeyri-mümkün olmalıdır.

  2. Gözlə görünən izlər qoyulmadan gömrük təminatlarının tam-lığının pozulması mümkün olmamalıdır.

  3. Ştempellər ,izqoyan materiallar ,yazı vasitələri(pasta,mürəkkəb ,möhür ,yapışkan örtük.)xarici iqlim təsirlərinə davamlı olmalıdır.

  4. Gömrük təminatları atributlarının izləri və qeyd edilən yazılar aydın olmalıdır.

  5. Sənəd və bağlamalara gömrük təminatı atributlarının vurulması və qeydlər edilməsi minimum vaxt almalıdır.


Yuxarıda qeyd olunanları bir qədər da açıqlamağa çalışaq.

Daxili gömrük tranziti prosedurası üzrə malların daşınması zamanı plombların ,möhürlərin və digər gömrük təminatlarının mövcudluğu ümumi tələblər sırasındadır.Mallar elə bağlamalarda ,nəqliyyat vasitələrin-də və ya konteynerlərdə daşınmalıdır ki,onların daşındığı vasitələrdən çıxarılması ,yaxud həmin vasitələrə nəyinsə qoyulması iz qoymadan, gömrük təminatlarını zədələmədən mümkün olmasın .Malgöndərən və daşıyıcılarının plomblarından da istifadə edilməsinə müəyyən şərtlərlə yol verilir.

Eyniləşdirmə vasitələri yalnız gömrük orqanları tərəfindən ,yaxud onların icazəsi ilə dəyişdirilə və məhv edilə bilər.Bu qayda mal və nəqliyyat vasitələrinin məhv edilməsi,itirilməsi üçün real təhlükə olduqda və kifayət qədər xarab olması hallarına şamil edilmir.

Eyniləşdirmə vasitələrinin dəyişdirilməsi (formaca ), qoparılması,yaxud məhv edilməsi barədə təxirəsalınmadan gömrük orqanlarına gömrük orqanlarına məlumat verilir.Bu məlumat təhlükənin olduğu barədə sübutlarla möhkəmləndirilir.

Aksizli markarala tətbiq edilən aksiz markaları da eyniləşdirilmə vasitələri hesab edilir.Aksiz markalarının tətbiq edilmə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 mart 1997-ci il tarixli 24 saylı qərarı ilə təsdiq edilmişdir.

Gömrük nəzarəti altında olma müddəti.

Bir qayda olaraq,mal və nəqliyyat vasitələri gömrük nəzarətinin başlandığı andan onun seçilmiş gömrük rehiminə uyğun olaraq bitməsinə qədər gömrük nəzarəti altında yerləşir.Başqa sözlə mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında yerləşməsi müddəti bilavasitə seçilmiş gömrük rejimindən asılıdır.Əgər mallar sərbəst dövriyəyə buraxılış üçün bəyan edilirsə bu müddət günlərlə ölçülür.əgər misal üçün gömrük anbarı rejimi altında bəyan edilirsə bu müddət üç ilə qədər ola bilər.Bu halda gömrük nəzarətinin müddəti də rejim başa çatana qədər uzadılmış olur.

Mal və nəqliyyat vasitələrinin gətirilməsi zamanı gömrük nəzarətinin başlanğıcı onların Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi an hesab olunur.Mal və nəqliyyat vasitələrinin ölkədən çıxarılması zamanı gömrük nəzarəti –gömrük bəyannaməsinin təqdim edildiyi andan başlanır.

Gömrük nəzarətinin bitmə vaxtını GM 188-ci maddəsinin 4-cü və 5-ci bəndləri müəyyən edir.Bu məcəllədə nəzərdə tutulan hallar istisna edilməklə,mallar və nəqliyyat vasitələri buraxıldığı andan gömrük nəzarəti başa çatır.Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılan mallar və nəqliyyat vasitələri buraxılarkən,onlar Azərbaycan Respubli-kasının gömrük sərhədini keçdiyi andan gömrük nəzarəti başa çatır.1 saylı əlavədə dəmir yolu ilə daşınan yüklərin gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarının və dəmir yolunun qarşılıqlı münasibətlərinin texnologiyası nümunə olaraq göstərilmişdir.

Gömrük nəzarəti altında malların yerləşdirilməsinin minumum müddətlərinin müəyyən edilməsi Dövlət Gömrük Komitəsinin səlahiyyətinə daxildir.Bu barədə texniki və texnaloji xarakterli qərarlar qəbul edilərkən, eyni zamanda mühüm ictimai-hüquqi prinsiplər.

  • Dövlət təhlükəsizliyinin təmin edilməsi

  • Qanunun aliliyi

  • Insan hüquq və azadlıqlarına hörmət və riayət edilməsi prinsipləri nəzərə alınmalıdır.


Təqdim edilmiş gömrük bəyannaməsinin ,mal və nəqliyyat vasitələrinə gömrük nəzarəti üçün tələb olunan digər sənədlərin yoxlanılması üçün mövcud qanunvericilik maksimum müddət olaraq on gün müəyyən edir.Bu müddətin başlanğıcı olaraq gömrük bəyannaməsinin qəbul edildiyi və lazımi sənədlərin təqdim olunduğu gün hesab edilir.

Əgər gömrük rəsmiləşdirilməsi prosedurası mal və nəqliyyat vasitələrinin təqdim edilməsini nəzərdə tutursa, bu müddət belə təqdimetmə anından başlanır.

Göstərilən müddətlər bilavasitə gömrük orqanları tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin müddətlərini məhdudlaşdırır.Əgər nəzərdə tutulan mal və nəqliyyat vasitələrinin keçirilməsinə digər orqanlar da nəzarət edirsə, belə nəzarətə sərf edilən zaman bu müddətə (on və üç gün ) daxil edilmir.

Bu müddətin azaldılması gömrük əməkdaşlarının hazırlıq səviyyəsindən və tətbiq edilən müasir texniki nəzarət vasitələrinin effektivliyindən asılıdır.

Gömrük təcrübəsi göstərir ki, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması obyektlərinin qeyri-ticarət dövriyyəsində ən geniş yayılmış daşınması minik avtomobilləri ilə həyata keçirilir.

Qısa müddətdə nəqliyyat vasitələrinə gömrük nəzarətinin keçirilməsi texniki vasitələrinin mükəmməlliyindən və gömrük orqanının vəzifəli şəxsinin peşəkar hazırlığından asılıdır.






2.Gömrük ekspertizası strukturasının inkişaf xranologiyası
Son illər Azərbaycan Gömrük xidmətinin inkişafında böyük dəyişikliklər baş vermiş və bunun əsas 30 yanvar 1992ci ildə Suveren Azərbaycan Respublikası Gömrük Komitəsinin yaranmasına səbəb olmuşdur.

Ölkə prezidentinin 10 yanvar 1997-ci il tarixli 464 saylı sərəncamı ilə artıq bu tarix Gömrük əməkdaşlarının peşə bayramı günü kimi suveren respublikamızda gömrük xidmətinin inkişaf tarixi səlnaməsinə daxil olmuşdur.

Ekspertiza fəaliyyətinin strukturu Azərbaycan Respublikasının Nazirlər kabinetinin Azərbaycan Respublikasının Gömrük komitəsinin məsələləri haqda 1 iyun 1992ci il 301 saylı qərarı ilə bilavasitə Gömrük Komitəsinin özündə təşəkkül tapmış 19 avqust 1993 cü il 721 saylı prezident fərmanı və Respublika Nazirlər Kabinetinin “Ali və yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının ştat və xidməti minik avotmabillərinin sayının müəyyən edilməsi haqqında “14 yanvar 1994-cu il tarixli 12 saylı Qərarına habelə Azərbaycan Respublikasının Gömrük Komitəsinin 315 saylı 13 aprel 1994-cü il tarixli əmri üzrə hüquqi şəxs statusuna malik tabeli struktur kimi yaradılmışdır.


Azərbaycan Respublikası

Dövlət Gömrük Komitəsi.





Mərkəzi laboratoriya




Gömrük orqanları







Bölgə Gömrük laboratoriyaları

Ekspress diaqnostik qruplar



1996-cı ildə Ümumdünya Gömrük Təşkilatının ”Gömrük laboratoriyalarının təşkili ”Proqram Layihəsinə müvafiq laboratoriya binasının sxem çertyoju verilmiş və onun əsasında laboratoriyanın inzibati binası inşa olunmuşdur.

Birləşmiş Millətlər Təşkilatı Narkotik maddalərə nəzarət proqramı Laboratoriya şöbəsinin xətti ilə narkotik vasitələrinin təyininə dair metodiki vəsaitlər əldə olunmuş, onların təyini üçün alınmış ekspres-testlərin istifadə qaydaları dair təlimatlar hazırlanmışdır ki, bu da təyinat üzrə metodiki bazanın möhkəmləndirilməsinə zəmin yaratmışdır.

1997-ci il Komitənin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsilə birlikdə ”Emal məqsədi ilə Azərbaycan mallarının xaricə ixracı,xarici malların Azərbaycan Respublikasına idxalı, kooperasiya əməliyyatları və onlara gömrük nəzarəti qaydalaır” üzrə təlimat hazırlanmış və Komitə üzrə 104 saylı 10 fevral 1997-ci il tarixli əmrlə təsdiq olunaraq malların emal rejimləri altında yerləşdirilməsinin hüquqi əsası təmin olunmuş və eyniləşdirilmə ,məsarif,sərf normalarının xarakterik xüsusiyyətləri öz şərhini tapmışdır.

Həmin dövrdə texniki nəzarət vasitələrindən karatomer,qiymətli daş və qiymətli metalları,onlardan hazırlanmış məlumatları təyin edən detektorların ,habelə narkotiklərin təyini üçün politestlərdən istifadə qaydaları-iş prinsipləri üzrə aşağıdakı təlimatlar ”Gold Detector”, PRESİDUM DİAMOND FACT ”,GT-3000 GOLD Tester, ”YEWEL DETECTOR”, RANGER”,bədən skaneri-metal detektorundan, ”Narkotik vasitələrin ekspress təyini üzrə sprey-testlər”dən istifadə qaydaları hazırlanmışdır,bu da metodiki məlumat bazasının elmi-texniki cəhətdən zənginləşməsinə zəmin yaratmışdır.

Gömrük xidmətində məhz radiasiya təhlükəsizliyinə nəzarət üzrə ilk əməli addımlar atılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ”Azərbaycan Respublikası ərazisində radiasiya təhlükəsizliyinə nəzarəti gücləndirmək tədbirləri haqqında ”76 saylı 11 iyul 1997-ci il tarixli Qərarı və Gömrük Komitəsi üzrə 822 saylı 5 sentyabr 1997-ci il tarixli və 958 saylı 27 oktyabr 1997-ci il tarixli əmrlərə əsasən ”radiasiya nəzarəti”nə dair texniki vasitələr və onların istismarına aid, habelə radiasiya nəzarəti üzrə göstəriş təlimatı hazırlanmışdır ki, bu da şüalanma mənbəyi olan obyektlərə təhlükəsizlik baxımından nəzarətin aparılması qaydalarını özündə əks etdirmişdir.

1998-ci il.Bu ildən başlayaraq beynəlxalq tədbirlərdə çıxış imkanı yaranmış –Ümumdünya Gömrük Təşkilatının təşkil etdiyi “Əqli mülkiyyət hüquqlarının qorunmasına dair “beynəlxalq seminarlarda “,Yüksək təhlükəli obyektlərin qiymətləndirilməsi, ekspertizası, sertifikatlaşdırılması və sığortalaşdırılması işlərinin təkminləşdirilməsi “üzrə təşkil olunmuş beynəlxalq konfransda çıxışlar olunaraq müəllif hüquqları ,əlaqəli hüquqlar ,sənaye mülkiyyətinə aid olan hüquqların qorunması, eyniləşdirmə metodları ,sertifikatlaşdırmaya aid təkliflər verilmişdir.

...1999-cu il Bu il uğurlu olmuş və Ümumdünya Gömrük Təşkilatının Harmonik Sistem Nomenklaturasının icmalı üzrə Subkomitənin 20-ci sessiyasında iştirak olunaraq ayrı-ayrı mal qrupları üzrə təsnifat baxımdan təkliflər toplusu təqdim olunmuşdur.

Elə bu ildə Avropa Ərzaq Təhlükəsizliyi Komissiyasının Respublikamızdakı nümayəndəliyinə Komitənin işçi qrupu ilə birlikdə “Azərbaycan Respublikasının Ərzaq təhlükəsizliyi Proqramı “nın ticarət və gömrük siyasətinə aid hissəsi işlənib hazırlanaraq təqdim olunmuş və proqram yekdilliklə qəbul olunmuşdur.

Habelə bu dövrdə “Tasis-əqli mülkiyyət“ Strinq Komitəsinin iclasında strinqlərin keçirilməsinə dair,Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşkil etdiyi tədbirlərdə iştirak olunmuş və əqli mülkiyyət obyekltərinin Xarici Ticarətinə dair TRİPS Sazişi əsasında təkliflər verilməklə ,sərhədyanı tədbirlərin həyata keçirilməsinə əlaqədar eyniləşdirmə vasitələrilə tədqiqatın aparılması üsullarına dair şərh verilmişdir.

Respublika Səhiyyə Nazirliyinin qidalanma və mikronutrient çatışmamazlığı üzrə Milli İdarələrarası Komissiya üçün ərzaq məhsullarının yodla zənginləşdirilməsinə dair proqram sənədinin gömrük ekspertizasına aid hissəsi üçün materiallar hazırlanmış və bu hissə Səhiyyə Nazirliyinə təqdim olunaraq “2005-ci ilə qədər olan dövr üçün yod defisitli xəstəliklərin ləğvinə aid “Milli Proqramda öz əksini tapmışdır.

Nəhayət ,2000-ci il.Bu il Azərbaycan gömrüyünün inkişaf salnaməsində yadda qalan illərdən biridir.Belə ki,Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyası əsaslı təmirdən sonra müasir analitik cihazlarla təchiz olunaraq istifadəyə verilmişdir.

Laboratoriyanın əsaslı təmirdən sonra açılışında -21iyun 2000-ci ildə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Mişel Dane və İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) gömrük rəhbərlərinin Bakıda keçirilən yeddinci iclasının nümayəndələri iştirak etmişlər.

Ümumdünya Gömrük Təşkilatının baş katibi M.Dane laboratoriyanın açılışını Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mühüm nailiyyəti hesab etmişdir və bu nailiyyətin ilkin nəticələri artıq gömrük orqanlarının əməli fəaliyyətində özünü büruzə verməkdədir.

Gömrük laborarotiryası sisteminin xronoloji şərhi göstərir ki,müxtəlif növlü nümunələrin vizual,orqanoleptik və fiziki-kimyəvi tədqiqatı üzrə təhlil, habelə bəzi malların təsnifatının və harmonikləşdirilmiş sistemin izah qaydaları,Müstəqil Dövlətlər Birliyinin Xarici İqisadi Fəaliyyətinin Mal Nomenklaturası üzrə ət və ondan hazırlanmış məhsullar (04),dənli taxıl məhsulları (10),heyvan və bitki mənşəli yağlar (15), alkoqol və alkaqolsuz içkilər və sirkə (22), yeyinti sənayesinin qalıq və tullantıları,heyvan üçün hazır yem (23),neft və onun məhsulları (27),üzvi kimyəvi birləşmələr (29),əczaçılıq məhsulları(30), kağız və karton (48), avadanlıq və mexaniki qurğular ,onların hissələri(84), elektrik maşınları və avadanlıqlar (85),nəqliyyat vasitələri (87), nəzarət üçün cihazları (90), mal qrupları aid olduğu müəyyən olunmuşdur.

Nəticədə isə bu ümumilikdə malların mal mövqeləri üzrə kodlaşdırılmasının ,habelə Xarici Ticarətin Gömrük statistikasının aparılmasının dəqiqliyinə təminatı vermiş və iqtisadi səmərəlilik baxımdan hər bir əməliyyat üzrə milyonlarla manat gəlir əldə edilməsinə səbəb olmuş və ən başlıcası isə ekologiya,flora,faunanın, insan və heyvanların həyat və sağlamlığının qorunmasını təmin etmişdir.

Bu strukturun inkişaf xronologiyası göstərir ki, sistemin texniki vasitələrlə təminatı, yeni və ən müasir metodların,cihazların tətbiqi gömrük xidməti orqanlarının ekspert- tədqiqat təminatına olan təlabatını operativ surətdə həll etməyə yaradacaqdır.

Gömrük ekspertizalarının təyin olunma qaydaları.

Gömrük ekspertizasının aparılması ,Azərbaycan Respublikasının ərazisində qüvvədə olan cinayət-prosessual və gömrük qanunvericliyi, həmçinin inzibati hüquqpozmalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir.Gömrük orqanları tərəfindən gömrek ekspertizası ,gömrük nəzarəti və ya gömrük rəsmiləşdirilməsi zamnı,gömrük orqanlarının səlahiyyətlərinə aid olan qaçaqmalçılıq və ya digər cinayətlərlə bağlı təhqiqatın aparılması həmçinin Gömrük Hüquq Pozuntuları(GHP) üzrə təhqiqatın həyata keçirilməsi ilə əlaqədar təyin olunur.

Ekspertizanın təyin edilməsi qaydaları AR Gömrük Məcəlləsinin 342-ci maddəsinin müddəaları ilə müəyyən edilmişdir. “Gömrük qaydalarının pozulması haqqında işin icraatına aparan və ya bu işlərə baxan AR gömrük orqanının vəzifəli şəxsi ekspertiza keçirilməsini zəruri hesab etdikdə bu barədə qərar çıxarır.Qərarda ekspertizanın təyin edilməsinin əsasları, ekspertin soyadı və ya ekspertiza keçiriləcək gömrük laboratoriyası ,yaxud digər müvafiq müəssisənin adı,ekspert qarşısında qoyulan suallar və ekspertin sərəncamına təqdim edilən materiallar göstərilir “

Azərbaycanın gömrük orqanlarının qərarı üzrə ekspertiza respublikanın ərazisində yerləşən ekspert təşkilatları və bu təşkilatlardan kənarda işləyən ,lakin elm, texnika, incəsənət və ya sənətkarlıq sahəsində xüsusi lazımi biliklərə malik olan şəxslər aparırlar.

Ekspert kimi aşağıdakı şəxslərdən istifadə edilə bilməz.

  1. Gömrük nəzarəti və ya gömrük rəsmiləşdirilməsinin aparılması zamanı,konkret fakt üzrə əvvəllər bu işdə iştirak etmiş mütəxəssislər,habelə prob və nümunə götürmüş şəxslər.

  2. AR Cinayət Məcəlləsinin tələblərinə cavab verməyən şəxslər.


Ekspertizanın aparılmasına gömrük orqanlarının münasibəti, tapşırığa uyğun olaraq ,ekspertizanın təyin olunması haqqında qərarla rəsmiləşdirilir.

Ekspertizanın aparılması barədə göstəriş ,gömrük nəzarəti və ya gömrük rəsmiləşdirilməsi prosesində GHP barədə iş açılana qədər verilir.Ekspertizanın təyin olunması barədə qərar, gömrük orqanları tərəfindən GHP barədə iş açıldıqdan sonra verilir.

Cinayət işi üzrə ilkin təhqiqatın aparılması zamanı da ekspertizanın təyin olunması barədə qərar çıxarılır.

Ümumiyyətlə ekspertiza aşağıdakı hallarda təyin oluna bilər.

1.Gömrük nəzarəti və ya gömrük rəsmiləşdirilməsi aparılarkən.AR gömrük orqanının vəzifəli şəxsi gömrük nəzarəti və ya gömrük rəsmiləşdirilməsini həyata keçirərkən lazım gələrsə həmin orqanın və ya onun müavinin ,habelə müvafiq olaraq qaçaqmalçılıq şöbəsinin müdiri və ya onun müavinin razılığı ilə ekspertiza təyin edilə bilər.

2) GHP haqqında iş apararkən .İcraatında GHP haqqında iş olan gömrük orqanının vəzifəli şəxsi,bu orqanın rəisi və ya onun müavininin, habelə qaçaqmalçılığa qarşı mübarizə şöbəsinin rəisi və ya onun müavininin :həmin işin baxılması zamanı isə müvafiq gömrük orqanının vəzifəli şəxsinin razılığı ilə ekspertiza təyin edilir.

Cinayət işi üzrə tədqiqat aparan şəxs tərəfindən ekspertizanın təyin olunması barədə qərar, müvafiq şöbənin rəisi və ya onun müavini, həmçinin qaçaqmalçılığa qarşı mübarizə şöbəsinin rəisi və ya onun müavini tərəfindən təsdiq olunmalıdır.

Ekspertizanın təyin olunması barədə olan tapşırıqda və ya qərarda aşağıdakılar göstərilməlidir.

  • ekspertizanın təyin olunması barədə verilmiş tapşırığın (qərarın) tərtib olunduğu yer və tarix ,ekspertizanı təyin edən gömrük orqanının adı ,onun ünvanı, gömrük hüquq qaydasının pozulması qaydası və ya cinayət işinin nömrəsi (ekspertiza təyin olunan)

  • ekspertizanı təyin etmiş şəxsin soyaı və vəzifəsi.

  • ekspertizanın adı

  • ekspertizanın təyin olunmasının səbəbi

  • ekspertizanı aparacaq müəssisənin adı,digər əgər onun aparılması ekspert müəssisəsinə deyil,kənar şəxsə həvalə edilmişsə -onun adı,soyadı, atasının adı, ixtisası və vəzifəsi göstərilir.

  • ekspertin qarşısında qoyulmuş suallar.

  • ekspertin sərancamına verimiş materiallar (ekspert tədqiqatının obyektləri-əşyalar, sənədlər,götürülmüş prob və nümunələr, həmçinin onları müşayiət edən sənədlər,gömrük yük bəyannaməsi,texniki şərtlər, keyfiyyət pasportu və sertifikatı, texnoloji reqlamentləri,layihələr,şəkillər ,ekspertiza predmetinə aid məlumatlar olan müqayisə nümunələri ,ekspertizanın aparılması üçün əhəmiyyətli olan digər materiallar.

  • əlavə və ya təkrar ekspertiza təyin olunduqda-əvvəlki ekspertizanın rəyi (yaxud ekspertizanın apara bilməməsi haqqında ekspertin rəyi )ilkin ekspertizadan sonra əldə olunmuş materiallar(ilkin ekspertizanın predmeti olmamış yeni obyektlərin ekspertizası ümumi qaydaları üzrə təyin olunur və əlavə və ya təkrar ekspertiza adlanmır).


Ekspertiza tədqiqatı üçün götürülmüş prob və nümunələr ekspertiza ,onların götürülməsi barədə protokolla birlikdə göndərilir.Malların prob və nümunələri,habelə əşyayı dəlillər ekspertizaya, müvafiq şəkildə qablaşdırılmış və qoruyucu yarlıkla möhürlənmiş şəkildə göndərilməlidir.

Mallardan prob və nümunələrin götürülməsi, həmçinin əşyayi dəlillərin götürülməsi, həmçinin və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.

AR Gömrük Məcəlləsinin 343-cü maddəsində göstərilmişdir.”Gömrük qaydalarının pozulması haqqında işin icraatına və ya bu işə baxılmasını həyata keçirən AR gömrük orqanının vəzifəli şəxsi gömrük qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilən fiziki şəxsdən, vəzifəli şəxsdən,idarə, müəssisə və təşkilatların rəhbərliyindən və ya onların müavinlərindən ,digər işçilərdən, həmçinin gömrük qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən ekspertizanın keçirilməsi üçün zəruri olan imza şəxslərdən ekspertizanın keçirilməsi üçün zəruri olan imza və xətt nümunələrini almaq ,mallardan və digər əşyalardan prob və nümunələr götürmək hüququna malikdir.

Gömrük qaydalarının pozulması haqqında işin icraatına və ya bu işə baxılmanı həyata keçirən AR gömrük orqanının vəzifəli şəxsi prob və nümunələrin götürülməsi haqqında qərar qəbul edir.Prob və nümunələrin götürülməsi haqqında protokol tərtib edilir.”

Dövlət Gömrük Komitəsinin gömrük laboratoriyasında ekspertizanın aparılması şərtləri və qaydaları ,AR-in mövcud qanunvericiliyinə ,habelə gömrük ekspertizasının aparılması qaydalarına uyğun həyata keçirilir.

Azərbaycanın gömrük orqanları ,ekspertizanın aparılması üçün tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq istənilən idarə, müəssisə və təşkilatlardan mütəxəssis cəlb edilə bilər.Bu mütəxəssislər prob və nümunələrin götürülməsində , narkotik vasitələrin olmasını təyin etmək üçün maddələrin ekspress-analizinin aparılmasında ,fiziki şəxslərin şəxsi yoxlamasında (onların tibb işçiləri tərəfindən yoxlanılması lazım gəldikdə ),habelə digər gömrük məqsədləri üçün lazım olan işlərdə iştirak edə bilərlər.

Ekspertiza cəlb edilmiş mütəxəssis aşağıdakı vəzifələri yerinə yetirməlidir.

a) öz xüsusi bili və bacarığını istifadə etməklə,gömrük orqanın vəzifəli şəxsinə sübutların aşkar olunması və götürülməsində kömək etməli, konkret prosessual hərəkətlərin yerinə yetirilməsində iştirak etməli, bu hərəkətlərə əlaqədar olan məsələlərə diqqəti cəlb etməli və digər bili və bacarıq tələb edən suallara aydınlıq gətirməlidir.

b)idarə və müəssisələrin müəyyən fəaliyyət sahələrinin yoxlanılmasında (təftiş aparılmasında ) iştirak etməlidir.

c) gömrük orqanının vəzifəli şəxsinə ,protokolda aşkarlanmış faktları və halları düzgün əks etdirməklə kömək etməlidir.

Mütəxəssisin aşağıdakı hüquqları vardır.

a) gömrük orqanının vəzifəli şəxsinin icazəsi ilə icraatda olan işlə əlaqədar şahidlərə və ayrı-ayrı şəxslərə suallar vermək.

b) sübutların aşkarlanması, bağlılığı və götürülməsi ilə əlaqədar müraciət etmək.

c) sübütların aşkarlanması, işlə bağlılığı və götürülməsi üçün elmi texniki vasitə və metodlardan istifadə etmək.

ç ) müşahidələr aparmaq ,ölçülər götürmək və təcrübələr həyata keçirmək.

d ) icraatda olan GHP bağlı işləri aparan gömrük orqanının vəzifəli şəxsinə ,xüsusi bilik və bacarıq tələb edən məsələlərlə əlaqədar məsləhətlər vermək.

e) özünün iştirakı ilə aparılmış və tərtib olunmuş konkret prosesual hərəkətlərə aid protokol və aktlarla tanış olmaq,onların məzmuna lazımi düzəlişlər etmək.

ə ) göstərilən pratokol və aktları imzalamaq.

GHP baradə işin icraatı və ya ona baxılması ilə əlaqədar iştirak edən mütəxəssis,həmin iş üzrə şahid qismində dindirilə bilər. Mütəxəssisin çağırılması ilə bağlı müstəntiqin tələbi,onun işlədiyi idarə, müəssisə təşkilatın rəhbərliyi tərəfindən yerinə yetirməlidir.

İstintaq hərəkətlərini yerinə yetirməzdən öncə müstəntiq mütəxəssisin şəxsiyyətini və səriştəliyini təsdiq etməli ,onun şübhəli şəxsə olan münasibətini aydınlaşdırmalıdır.Müstəntiq mütəxəssisə ,onun hüquq və vəzifələrini aşdınlaşdırmalı ,öz vəzifələrini yerinə yetirmədikdə məsuliyyətini protokolda göstərməli və protokolu ona imzalatmalıdır. Mütəxəssis aşağıdakı vəzifələri yerinə yetirməlidir.

  • çağırışa gəlmək

  • öz bilik və bacarığından istifadə etməklə sübutların aşkarlanması, bağlılığı və götürülməsini işində müstəntiqə kömək etməklə işin icraatında iştirak etmək.

  • sübutların aşkarlanması,bağlılığı və götürülməsi ilə əlaqədar şəraitə müstəntiqin diqqətini cəlb etmək.

  • etdikləri hərəkətlər üzrə aydınlaşdırma aparmaq.


Mütəxəssis sübutların aşkarlanması, bağlılığı və götürülməsi ilə əlaqədar protokolda düzəlişlər etmək hüququna malikdir.Öz vəzifələrini yerinə yetirməkdən imtina edən mütəxəssisə ictimai təsis tədbirləri və ya məhkəmə yolu ilə pul cəriməsi tətbiq edilə bilər.

Mütəxəssis kimi, aparılan işlə heç bir əlaqəsi olmayan digər müəssisələrin ekspertləri ,həkimlər, pedaqoqlar , əmtəəşünaslar ,incəsənət işçiləri və digərləri işə cəlb oluna bilərlər.Eyni işin aparılması prosesində əvvəl iştirak edən mütəxəssis ,təkrar dəvət oluna bilməz.

Mütəxəssis dəvət olunması üçün xüsusi sərəncama ehtiyac yoxdur.Əgər ekspert ,ekspert təşkilatının işçisidirsə ,onda onun çağırılması qaydalarını həmin təşkilat müəyyən edir.

Mallardan prob və nümunələrin götürülməsi qaydası.

AR-in gömrük sərhədini keçən mallardan,prob və nümunələrin götürülməsi qaydaları mövcud qanunvericiliyə (Gömrük Məcəlləsi,DGK-nın qəbul etdiyi qaydalar və s.) uyğun hazırlanmışdır.

Mallardan prob və nümunələr aşağıdakı məqsədlər üçün götürülür.

1.AR gömrük sərhəddindən keçən mallara gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirmək,onları ödənişə cəlb etmək.

2.gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesində təyin olunan ekspertiza üzrə rəyi hazırlamaq.

3.istehlakçıların maraqlarının müdafiəsini təmin etmək.

1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə