Əziz soydaşlarım




Yüklə 10.83 Kb.
tarix23.02.2016
ölçüsü10.83 Kb.
Əziz soydaşlarım,

Mən – Nicat Tahir oğlu Kərimov 1985-ci il mart ayının 17-də Bakı şəhərində anadan olmuşam.

2001-ci ildə orta məktəbi, 2004-cü ildə isə hərbi xidməti başa vurmuşam.

2008-ci ilin iyun-iyul aylarında sağlamlığımda ciddi problemlərin olduğunu aşkar etdim. Belə ki, xüsusən gecələr ürək ağrısından əziyyət çəkir və güclü təngnəfəslik hiss edirdim. Artıq bunların dözülməz olduğunu gördükdə - avqust ayında həkimə müraciət etdim və onlar ağciyərlərimə su yığıldığını dedilər.

Mən bir neçə həftə Ağciyər İnstitutunda yatdım və orada suyun çəkilməsi üzrə müalicə kursu aldım. Lakin bunun üzərindən bir neçə ay keçdikdən sonra, dekabr-fevral aylarında bədənimin müxtəlif yerlərində, xüsusən də ağciyərlərimdə və ürək nahiyəmdə çox kəskin ağrılar hiss etməyə başladım. Ağrılar o qədər kəskin olurdu ki, nəinki uzanmaq, hətta otura da bilmirdim və saatlarla, bəzən isə bütün günü ayaq üstə qalmalı olurdum. Nəticədə ayaqlarım şişmişdi və artıq çox böyük çətinliklə gəzirdim. Müxtəlif ağrıkəsici iynələrdən, hətta qırmızı reseptlə verilən Omnopon adlı narkotik ağrıkəsicidən istifadə edirdim. Lakin əksər hallarda bunlar da kömək etmir və uzun qış gecələrini kəskin ağrı və qorxu içərisində keçirirdim. Bəzən isə kəskin nəfəs çatışmazlığından əziyyət çəkir və dərhal təcili tibbi yardım çağıraraq süni oksigen balonları vasitəsilə nəfəs alırdım.

Müxtəlif həkimlərə müraciət edirdim, lakin heç biri konkret bir söz deyib mülicəmi öz üzərinə götürmürdü. Bu vəziyyət təxminən may-iyun aylarına qədər davam etdi və bu müddətdən sonra bir həkim mənim müalicəmlə məşğul olmağa başladı. Artıq öz vəziyyətimdə də nisbi yaxşılaşma hiss edirdim. Ağrılarım azalmış, təngnəfəslik zəifləmiş, ayaqlarımın şişi çəkilmişdi. Arada bir dostlarımla gəzməyə də çıxırdım. Demək olar ki, bütün yayı bu cür davam etdi. Bir neçə həftə əvvəl isə yenidən kəskin ağrılar hiss etməyə başladım. Düşündüm ki, yenə də keçmiş ağır günlərim geri qayıdır və bərk qorxuya düşdüm. Həkimə müraciət etdim və bildirdilər ki, yenidən ağciyərlərimə su yığılıb və ağrılar da onun təsirindəndir. Yenə çoxlu dərmanlar, iynələr və sistem yazdılar ki, suyu qurutmaq üçün bunları qəbul edim. Lakin bunlar çox bahalı dərmanlardır və gündəlik təqribən 20-30 manat arası dərmanlara pul verirəm. Ailədə dörd nəfərik və yalnız atam işləyir, o da taksi sürücüsüdür. Təbiidir ki, adi taksi sürücüsü üçün hər gün dərmanlara bu qədər pul xərcləmək və üstəlik dörd nəfərlik ailə saxlamaq olduqca çətindir. Həm də ki, bu proses artıq bir ildən çoxdur ki davam edir və ailəmizin maddi vəziyyəti də durmadan ağırlaşır. Lazımi dərmanları və iynələri almaqda çətinlik çəkirik, bunlar olmadıqda isə mənim vəziyyətim daha da pisləşir.

Bütün yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, Sizdən xahiş etmək istəyirəm ki, mənə və ailəmə bacardığınız qədər yardım edəsiniz. Sizin düşündüyünüz çox kiçik yardım belə mənim üçün və ailəm üçün çox böyük kömək ola bilər.

Dəyərli vaxtınızı ayırdığınız və bu məktubu oxuduğunuz üçün sizə öz minnətdarlığımı bildirir və hər şeyə görə əvvəlcədən təşəkkür edirəm.




Səmimiyyətlə,
Nicat Kərimov

Ünvan: Bakı ş., Gəncə pr-ti 111, mənzil 10.

Telefon: 472 42 11, mobil: 055 754 53 74.

Manat köcürmələri üçün tələb olunan rekvizitlər:
Adı: “Bank Respublika” ASC-nin Yasamal şöbəsi

Kodu: 506526

VÖEN: 9900001901

Müxbir hesab N.: 0137010014944



S.W.I.F.T. BİK: BRES AZ 22
Adı: Karimov Nicat Tahir oglu
Hesab N.: 38019442222769401


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə