Əmin Əfəndiyev İlyas Əfəndiyevin yaradıcılı




Yüklə 247.24 Kb.
səhifə3/3
tarix22.02.2016
ölçüsü247.24 Kb.
1   2   3
3. BAKI ƏDƏBİ MÜHİTİNDƏ

İ.Əfəndiyev 1938-ci ilin axırlarında Bakıya gəlir və onun yaradıcılığında mühüm rol oynamış Bakı ədəbi mühitinə qovuşur. Bakıda heç kimi tanımayan kimsəsiz gənc yazıçı İ.Əfəndiyev o vaxtlar Yazıçılar İttifaqında partkom işləyən görkəmli yazıçı Əli Vəliyevlə tanış olur və onun köməyilə «Yeni yol»44 qəzetində mədəniyyət və ədəbiyyat şö‘bəsində ədəbi işçi vəzifəsinə işə düzəlir.

Ev məsələsində isə ona Yazıçılar İttifaqının sədri Səməd Vurğun kömək edir, «Əski Şərq» mehmanxanasında bir otaq alır, yazıçı orada üç il yaşayır.45

Bakıda keçirdiyi ilk günləri yada salan İlyas Əfəndiyev qeyd edir ki, rayonda o qədər zülm çəkmişdik, o qədər təhqir olunmuşduq ki, burada adamlardan kömək, hörmət, insani münasibət görəndə ürəyim kövrəlirdi. Mənə elə gəlir ki, tamam yeni bir aləmə düşmüşəm. Demə səs hüququndan məhrum edilmiş tacir oğluna da kömək, hörmət olarmış...46

Bakıda ilk gündən qayğıkeş və xeyirxah insanlarla əhatə olunmuş gənc yazıçı məhsuldar yaradıcılıqla məşğul olmağa və ilk mətbu əsərlərini respublikanın dövri mətbuat orqanlarında dərc etdirməyə başlayır.Yazıçı «Yeni yol» qəzeti redaksiyasında bir qədər işlədikdən sonra qəzetin nəşri dayandırılır. Bundan sonra İ.Əfəndiyev əmək fəaliyyətini əvvəlcə «Kommunist» /1939 -1940/, sonra isə «Ədəbiyyat qəzeti»ndə nəsr şö‘bəsinin müdiri kimi davam etdirmişdir.

Heç şübhəsiz ki, İ.Əfəndiyevin bir yazıçı kimi inkişaf etməsində və ədəbi ictimaiyyət tərəfindən tanınmasında əməkdaşlıq etdiyi həmin qəzet redaksiyalarının müəyyən xidməti olmuşdur.

İ.Əfəndiyev 1940-cı ilin yanvar ayında Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunmuşdur. 1990-cı ildə qələmə aldığı xatirələrindən birində bu haqda yazıçı göstərmişdir:

«Bir gün gənc tənqidçi Əkbər Ağayevlə təsadüfən küçədə rastlaşdığımız zaman mənə dedi ki: - Yazıçılar İttifaqının sədri Rəsul Rza iclasda sənin kitabın haqqında yaxşı sözlər danışdı. Deyirdi: -«...hiss olunur ki, gənc müəllif iste‘dadlıdır, ümidverəndir. Onu İttifaqa cəlb etmək lazımdır.»47

İ.Əfəndiyev Yazıçılar İttifaqına daxil olmaq üçün aşağıdakı məzmunlu, həm də qəribə səslənən ərizə ilə müraciət etmişdir:

«Azərbaycan Sovet Yazıçıları İttifaqının İdarə Hey‘­ətinə, gənc yazıçı İlyas Əfəndiyev tərəfindən Ərizə.

Yazdığım hekayələrdə bir çox nöqsanlar olduğunu bilirəm. Rica edirəm məni öz sıranıza qəbul edəsiniz. Gələcək işlərimdə mənə kömək edəsiniz. İlyas Əfəndiyev».48

1939-cu il dekabr ayının 28-də yazılmış həmin ərizə, Yazıçılar İttifaqı İdarə hey‘ətinin 10 yanvar 1940-cı il tarixli iclasında müzakirə edilmiş və İ.Əfəndiyev İtti­faqa üzv qəbul olunmuşdur. Gənc yazıçı bundan sonra Yazıçılar İttifaqının işlərində yaxından iştirak etməyə başlayır.

Böyük Vətən müharibəsinin başlanması bütün başqa sə­nətkarlar kimi İ.Əfəndiyevi də səfərbər etdi, o, da «müsəlləh əsgərə» çevrilib, qələmini silahla əvəz etdi. Yazıçı oxucularda düşmənə qarşı dərin nifrət, vətənə məhəbbət hissləri aşılamaq vəzifəsini öhdəsinə götürdü. Tarixi keçmişimizə, el qəhrəmanlarına, folklor nümunələrinə müraciət edərək bir sıra hekayələr yazdı, əsgərlərlə görüşlər, söhbətlər keçirmək üçün yazıçı briqadaları ilə bərabər Azərbaycan diviziyalarında oldu, digər tərəfdən, əsasən bir nasir kimi tanınmış ədib, ədəbiyyatın başqa bir sahəsində - dramaturgiyada qələmini sınadı. 1943-cü ildə o, yazıçı M.Hüseynlə birlikdə, mövzusu Böyük Vətən müharibəsindən götürülmüş «İntizar» pyesini qələmə aldı. Əsər 1944-cü ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının səhnəsində göstərilmiş və dramaturq İ.Əfəndiyevin Azərbaycan Milli Teatrı ilə 50 ildən çox bir müddətdə davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsası belə qoyulmuşdu.

Bundan sonra yazıçı Milli Teatrımız üçün «İşıqlı yollar» /1946/ və «Bahar suları» /1947/ pyeslərini qələmə aldı.

İ.Əfəndiyev drmaturgiyaya gəldiyi illəri belə xatırlayır: «...Tanınmış yazıçı Mehdi Hüseyn mənə yaxınlaşıb... «istəyirsən birlikdə bir pyes yazaq» - dedi. Mehdi kimi məşhur bir yazıçının bu təklifi gənc yazıçı üçün çox xoş idi və mən razılıq verdim. Beləliklə də biz birlikdə «İntizar» pyesini yazdıq. Pyes Akademik Milli Teatrda müvəffəqiyyətlə tamaşaya qoyuldu. Bundan bir müddət sonra teatrın direktoru və baş rejissoru Adil İsgəndərov məni milli teatra də‘vət etdi. Nəsr yaradıcılığımdan xoşlandığını bildirdi və təklif etdi ki, neft həyatından teatr üçün bir pyes yazmaq barədə düşünüm... Neftçilərin həyatını öyrənməyə başladım və neft həyatından «İşıqlı yollar» adlı dram əsərimi yazdım. Əsər Akademik teatrda tamaşaya qoyulduqdan sonra Adil İsgəndərov müasir kənd həyatından da bir pyes yazmağı təklif etdi. Hətta qonorarın yarısını da qabaqcadan verdi. «Bahar suları» adlı pyesim də belə meydana gəldi. Pyesi Adil İsgəndərov özü tamaşaya qoydu, musiqisini Səid Rüstəmov yazdı. Beləliklə, mən nəsr yazmaqla bərabər dramaturgiyaya daxil oldum».49

40-cı illərin axırlarında İ.Əfəndiyev artıq özünü bir nasir və dramaturq kimi təsdiq etmişdir. Onun yaradıcılıq uğurları təkcə oxucuları deyil, eyni zamanda ədəbiy­yatşünas alimləri də sevindirirdi. Yazıçının yaradıcı­lı­ğı, çap etdirdiyi hər bir yeni əsəri tənqidçilərin diqqətin­dən yayınmırdı. Məhz bu illərdə dövri mətbuat səhifələrində onun yaradıcılığı haqqında ilk məqalələr dərc olunmağa başladı. Əkbər Ağayevin «Kənddən məktublar», Hü­seyn Şərifovun «Ümid verən yazıçı», Mehdi Hüseynin «Bir nasir haqqında», H.Orucəlinin «Həyata doğru», O.Sa­rı­vəl­li­­nin «İntizar», M.Arifin «İntizar», M.Cəfərin «İnti­zar» tamaşası haqqında» və s. məqalələr İ.Əfəndiyevin ge­niş oxucu kütləsinə tanıtmaqda mühüm rol oynamışdır. Bun­­dan əlavə, Azərbaycan Yazıçılar İttifaqının xüsusi ic­laslarından birində yazıçı İ.Əfəndiyevin yaradıcılıq he­sabatının dinlənilməsi və burada S.Vurğunun, M.Hü­sey­nin, Ə.Məmmədxanlının, Ə.Ağaye­vin,­ H.Orucəlinin və başqa sənətkarların çıxış edib xoş söz­lər söyləmələri İ.Əfən­­diyevin yaradıcılığına olan maraqdan irəli gəlirdi.50

Yazıçının qayğısını çəkən qələm dostları, xeyirxah in­sanlarla yanaşı, onun paxıllığını çəkənlər, yüksəlməsini istəməyənlər də tapılırdı. Bu illərdə Yazıçılar İdtii­fa­qında çağırılmış iclasların birində «cavan yazıçı İ.Əfən­diyevin özünü yaxşı aparmadığından», «bir sıra poz­ğun ünsürlərlə» əlaqə saxladığından söhbət getmiş və Ya­zı­çılar İttifaqının Rəyasət hey‘əti ona ciddi xəbərdar­lıq etmişdir.51 Lakin gənc yazıçı İ.Əfəndiyev Bakıya gəl­di­­yi ilk gündən Əbülhəsən, Ə.Vəliyev, S.Rəhman, M.Cə­fər, M.­Hüseyn, S.Vurğun, S.Rəhimov, M.Arif, Ə.Ağayev, A.İs­gən­də­rov, Adil Əfəndiyev və onlarla bu kimi sənətkar­la­rın əha­tə­sin­­də olmuş, hər gün onların tə‘sirini hiss etmiş, nə­zər- diqqətindən kənarda qalmamış və yetkinləşmiş­dir. Yazıçı həmin xeyirxah insanları xatırlayaraq sonralar qeyd et­miş­­dir ki, «mən ədəbiyyatımızda onların yerini boş gö­rü­rəm. Yazıçılardan S.Vurğun da, Əli Vəliyev də, Mehdi Hü­seyn də, Süleyman Rəhimov da o şəxslərdir ki, o zaman ədə­bi gənclik /o cümlədən mən də/ onlara güvənirdik, onları özü­müzə kömək, arxa hesab edirdik. Bir çətinliyimiz olanda müraciət edirdik, onlardan həmişə kişilik, kömək görürdük».52

Yaradıcılıq yollarında inamla addımlayayn gənc yazıçı 1941-45-ci illərdə Azərbaycan Radio komitəsində ədə­bi verilişlər şö‘bəsinin müdiri, 1945-ci ildən Bakı kinostudiyasında ssenari şö‘bəsinin rəisi, daha sonra isə Azərnəşrdə bədii ədəbiyyat şö‘bəsinin müdiri vəzifəsində çalışarkən ədəbi ictimaiyyətlə bilavasitə təmasda və əlaqədə işləmiş, həyatı dərindən öyrənmiş, dünyagörüşünü daima artırmışdır.

1945-ci ildə İ.Əfəndiyevin «Aydınlıq gecələr» adlı ikinci kitabı nəşr olunur ki, burada əsasən müharibə illərində yazılmış əsərlər toplanmışdır. Əsərlərin mövzuları müharibədən götürülmüşsə də, əsas məsələ bu idi ki, Həmin hekayələrdə döyüş və sınaq illərində müasirlərimizin mə‘nəvi sifətləri və dəyanətləri qələmə alınmışdır. Həmin əsərlərdə də yazıçı canlı insan surətlərinə, onların daxili aləmlərinin təsvirinə üstünlük vermişdir. «Aydınlıq gecələr» kitabı İ.Əfəndiyevi oxuculara öz səsi, öz yazı üslubu olan orijinal bir yazıçı kimi təsdiq etdi.

1947-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrı İ.Əfəndiyevin «İşıqlı yollar» pyesini tama­şaya qoydu. Əsər Teatrın 1948-ci ildə Moskvaya qastrolu zamanı paytaxt sənətsevərlərinə göstərilmişdir. Həmin pyes yazıçının ilk müstəqil səhnə əsəri idi. Gənc dramaturq görkəmli rejissor Adil İsgəndərovun təklif və tə‘kidilə «Bahar suları» pyesini yazır. Lakin əsərin tamaşası birmə‘nalı qarşılanmadı, pyes haqqında müxtəlif mülahizələr irəli sürüldü.

«Bahar suları» pyesi haqqında müəllif yazmışdır: «...Dramaturgiyada «konfliktsizlik» nəzəriyyəsi ifşa olunandan sonra, bizim Akademik Dram Teatrında tamaşaya qoyulan ilk konfliktli əsər mənim «Bahar suları» pyesim oldu. Bu əsərdə müsbət obrazlarla bərabər, mənfi tiplər də var idi. Pyes Akademik Teatrda müvəffəqiyyətlə gedirdi. «Kommunist» qəzeti Əli Vəliyevin təşəbbüsü ilə böyük disput təşkil etmişdi....Disput olduqca canlı keçirdi. Çıxış edənlər tamaşaya yüksək qiymət verirdilər. Birdən bizim yazıçı yoldaşlardan o zaman məs‘ul vəzifədə olan biri özünü qaranəfəs disputa yetirərək çıxışında sübut etməyə çalışdı ki, guya müəllif əsərdəki mənfi tipləri göstərməklə bizim cəmiyyətimizə böhtan atmışdır, bizdə Nəcəf kimi adamlar yoxdur, tək-tük varsa da, göstərmək lazım deyil...»53Lakin əsərin müzakirəsində iştirak etmiş Əli Vəliyev, S.Vurğun, eyni zamanda ədəbiyyatşünaslar əsərin bir sıra məziyyətlərini göstərməklə, müəllifin düz yol tutduğunu təsdiq etmişlər.

1949-cu ildə Azərbaycanın ədəbi-mədəni ictimaiyyəti və bütün sənətsevərləri Azərbaycan Dövlət Dram Teatrının 75 illiyini təntənə ilə qeyd edərkən, səhnə sənətinin inkişafındakı xidmətləri nəzərə alınaraq İ.Əfəndiyev «Şərəf Nişanı» ordeni ilə təltif edilmişdi.

1954-cü ildə tamaşaya qoyulmuş «Atayevlər ailəsi» dramaturq İ.Əfəndiyevin yaradıcılığında irəli atılmış uğurlu bir addım idi. Müəllif ictimai həyatda rastlaşdığı qüsurları realist mövqedən, yüksək sənətkarlıqla qələmə aldığından, əsər tamaşaçı və oxucular tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Pyesi tamaşaya Tofiq Kazımov hazırlamışdı.

Sanki İ.Əfəndiyev ilə T.Kazımov bir-birini kəşf et­mişdi, onlar biri digərini çox gözəl başa düşürdülər. Müasirlik duyğusu çox güclü olan bu iki sənətkarda oxşar cəhətlər, intellektual səviyyə, birgə yaradıcılıq axtarışları Azərbaycan teatrı tarixinə parlaq səhifələr yazmışdır. Yaradıcılıq intuisiyası çox geniş olan Tofiq Kazımovla, insan qəlbinin dərinliklərinə nüfuz etməyi bacaran İ.Əfən­diyev arasındakı yaradıcılıq əlaqələri uzun illər davam etmişdir.

İ.Əfəndiyev «Atayevlər ailəsi» tamaşası haqqında yazmışdır: «Atayevlər ailəsi»nin quruluşu üzərində Tofiqin ilk müvəffəqiyyəti, rolları aktyorlar arasında çox sərrast bölməsindən başladı. Hansı rolu hansı aktyorun daha təbii ifa edə biləcəyini düzgün tə‘yin etmək hissi, yaradıcılıq intuisiyası Adil kimi, Tofiqdə də çox güclü idi... «Atayevlər ailəsi» Tofiqin Akademik Teatrımızda ilk müvəffəqiyyətli quruluşu oldu».54

Bu vaxta qədər bir dramaturq və xırda hekayələr müəllifi kimi tanınmış İ.Əfəndiyev 1958-ci ildə ilk dəfə iri həcmli «Söyüdlü arx» romanını oxuculara təqdim edir. Əsər yazıçıya böyük uğur qazandırdı.

1953-1958-ci illərdə İ.Əfəndiyev Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi vəzifəsində çalışar­kən ədəbiyyata gələn iste‘dadlı gənclərin inkişafını qayğı ilə izləmiş, bacardığı qədər onların yeni əsərlərinin çapına, kitablarının buraxılmasına kömək göstərmişdi.

O, 1954-cü ildən e‘tibarən Yazıçılar İttifaqı Rə‘ya­sət hey‘ətinin üzvü olmuş, 1958-ci ilin axırlarında Yazı­çı­lar İttifaqı idarə hey‘ətinin məs‘ul katibi seçilmiş­dir. İttifaqın işində yaxından iştirak edən ədib, Res­publika yazıçılarının II qurultayında /1954/ «Azərbaycan so­vet dramaturgiyası», III qurultayında isə /1958/ «Azər­bay­can dramaturgiyasının inkişafı» mövzularında mə‘ruzə­lər etmişdir.

İ.Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər biz onun həyat və yaradıcılıq yolunun hər hansı bir ilini, yaxud qısa bir dövrünü ciddi xronoloji ardıcıllıqla izləsək, maraqlı bir mənzərənin şahidi olarıq: yazıçı eyni bir qısa dövr ərzində hekayələr yazmaqla yanaşı, iste‘dadlı bir dramaturq kimi də fəaliyyət göstərir, iri həcmli roman və povestlərlə bərabər oçerklər üzərində də işləyir, publisistik məqalələr qələm almaqla yanaşı, konfrans və qurultaylarda mə‘ruzələrlə çıxış edir. Bir sözlə, İ.Əfəndiyevə hekayədən faciəyə, romandan komediyaya, məqalədən pyesə keçmək heç də çətinlik törətmir, bu, yazıçı üçün adi bir haldır. İ.Əfəndiyev ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaratmışdır ki, bu da yazıçının sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyi və yaradıcılıq intellektindən xəbər verir.

1960-cı ildə Respublikanın Əməkdar İncəsənət xadimi fəxri adını almış İ.Əfəndiyevin yaradıcılığında 60-80-cı illər ən məhsuldar dövr hesab olunur. Bu illərdə onun yaradıcılığında janr rəngarəngliyi özünü göstərir, bir-birinin ardınca iri nəsr əsərləri, ciddi ictimai-siyasi problemlər qaldıran, gözəl mə‘nəvi keyfiyyətlər aşılayan, eyni zamanda müasir Azərbaycan nəsrinin yüksək bədii-estetik səviyyəli nümunələri kimi şöhrət qazanmış «Körpüsalanlar» /1960/, «Dağlar arxasında üç dost» /1963/, «Sarıköynəklə Valehin nağılı» /1976-78/, «Geriyə baxma, qoca» /1980/, «Üçatılan» /1981/ kimi povest və romanlarını dərc etdirir, eyni zamanda maraqlı dram əsərlərini qələmə alır, publisist və ədəbiyyatşünas kimi məhsuldar yaradıcılıq yolu keçir. Bu illərin məhsulu olan «Sən həmişə mənimləsən» /1964/ pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji dramanın əsasını qoyur. Bu yolu uğurla davam etdirən dramaturq «Mənim günahım» /1967/, «Unuda bilmirəm» /1968/, «Məhv olmuş gündəliklər» /1969/, «Qəribə oğlan» /1973/, «Bağlardan gələn səs» /1976/ və s. pyeslərini yazır. Ölməz sənət nümunələri kimi Azərbaycan dramaturgiyası xəzinəsini zənginləşdirən, yüksək vətəndaşlıq pafosu, incə lirizm və dərin psixoloji tapıntılarla aşılanan bu pyeslər teatr sənətimizdə yeni bir mərhələ açdı, «İlyas Əfəndiyev teatrı» yaratdı.

«İlyas Əfəndiyev teatrı»nın uğurlarından söhbət açarkən, təkcə onu göstərmək kifayətdir ki, ilk tamaşası 1968-ci ildə olmuş «Unuda bilmirəm» pyesi 1981-ci ilə qədər, yalnız Azərbaycan Milli Teatrı səhnəsində 350 dəfə oynanılmışdır.

İlyas Əfəndiyev 1971-ci ildə Qırmızı əmək Bayrağı ordeni ilə təltif edilmişdir.

Əlinə qələm aldığı ilk gündən müasir mövzulara daha çox müraciət edən dramaturq, 1971-ci ildə mövzusu tarixi keçmişimizdən götürülmüş «Mahnı dağlarda qaldı» pyesini yazır. Yeni yaradıcılıq uğuru kimi qarşılanmış bu pyesə görə İ.Əfəndiyev 1972-ci ildə Respublika Dövlət mükafatına layiq görülür.

1974-cü ildə Respublikamızın ədəbi ictimaiyyəti yazıçının anadan olmasının 60 illiyini təntənə ilə qeyd edir. Yubileylə əlaqədar olaraq ədib Oktyabr İnqilabı ordeni ilə təltif olunur. Azərnəşr onun dörd cildlik «Seçilmiş əsərləri»ni nəşr edir.

Görkəmli ədəbiyyat xadimi, geniş şöhrət qazanmış İ.Əfəndiyev Azərbaycan Respublikası Ali Soveti Rəyasət hey‘ətinin 30 iyul 1979-cu il tarixli fərmanı ilə Xalq yazıçısı fəxri adına layiq görülmüşdür.

Yazıçının anadan olmasının 70 illiyi Respublikamızda qeyd olunarkən «Yazıçı» nəşriyyatı 1984-1985-ci illərdə oxucularına gözəl bir hədiyyə hazırlamış, ədibin 6 cildlik «Seçilmiş əsərləri»ni nəfis şəkildə 40 min nüsxə tirajla çap etmişdir. Ədəbiyyat sahəsindəki xidmətləri nəzərə alınan ədib həmin il Lenin ordeni ilə mükafatlandırılmışdır.

1990-cı ildə Azərbaycanın Milli Teatrı öz tarixində ilk dəfə olaraq xarici ölkəyə - Türkiyəyə qastrol səfərinə çıxmışdır. Bu səfər zamanı Teatr İstanbul və Ankara şəhərlərində teatr həvəskarlarına İ.Əfəndiyevin «Bizim qəribə taleyimiz» və «Sevgililərin cəhənnəmdə vüsalı» əsərlərinin tamaşasını göstərmişdir. Böyük uğurla qarşılanan bu əsərlər haqqında Türkiyə mətbuatı onlarla sanballı məqalələr vermişdir.55

60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev, 90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb yaradır, hər il yeni-yeni əsərlər nəşr etdirir, təzə pyeslərini tamaşaya qoyurdu. Sovet rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra mövzuları cəsarətlə ədəbiyyata gətirir, onları yeni zamanın kontekstində oxuculara təqdim edirdi. O. «Hacı Axundun cənnət bağı necə oldu» hekayəsini,56 «Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı»57 povestini dərc etdirir, «Şeyx Xiyabani» /1986/, «Bizim qəribə taleyimiz» /1988/, «Sevgililərin cəhənnəmdə vüsalı» /1989/, «Tənha iydə ağacı» /1991/, «Dəlilər və ağıllılar» /1992/, «Hökmdar və qızı» /1994/ və s. pyeslərini tamaşaya qoydurmuş,58 bir sıra yeni kitablarını nəşr etdirmişdi.59

Azərbaycanın ədəbi ictimaiyyəti 1994-cü ilin may-iyun aylarında Xalq yazıçısı İ.Əfəndiyevin anadan olmasının 80 illiyini təntənəli surətdə qeyd etdi. Ədəbiyyatın inkişafında xidmətlərini nəzərə alan müstəqil Azərbaycan Respublikasının Prezidenti yazıçını «Şöhrət» ordeni ilə təltif etdi. Respublikamızın sənət adamları arasında İ.Əfəndiyev birinci sənətkar idi ki, həmin ordenlə mükafatlandırılmışdı. Heydər Əliyev cənabları yazıçıya göndərdiyi təbrik məktubunda ədibin yaradıcılığına yüksək qiymət verərək yazmışdı: «Sizi-Azərbaycanın görkəmli dra­ma­turq və nasirini 80 illik yubileyiniz münasibətilə ürək­dən təbrik edirəm. Dünya mədəniyyətinə ölməz dahilər bəxş etmiş qədim Odlar yurdunda xalqın məhəbbətini qazanmaq, sənət zirvəsinə ucalmaq olduqca çətin və şərəflidir. Siz fədakar əməyiniz sayəsində bu şərəfə nail olmuşsunuz.

Oxucuların sevə-sevə mütaliə etdiyi nəsr əsərləriniz, Milli teatrımızın səhnəsində tamaşaya qoyulan pyesləriniz bunu parlaq şəkildə sübut edir...Sizin yaratdığınız obrazlar xalqımızın övladlarına mə‘nəvi saflıq və vətənpərvərlik aşılanması işinə xidmət etmişdir. Əminəm ki, müstəqil Azərbaycanımızın hələ neçə-neçə nəsli bu zəngin mənbədən faydalanacaqdır».60

Zəngin yaradıcılıq yolu keçmiş, həyatın acılı-şi­rin­li günlərini yaşamış sənətkarımız İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

«İlyas Əfəndiyev əslinə-nəslinə yaraşan şərəfli, namuslu yazıçı ömrü sürdü. Həm də namuslu ömür sürdüyünü özü bəyan etmirdi, qələmdən ayrılmadan son günlərinəcən halal zəhmətlə, hər cür intriqalardan, həsəddən və nifrətdən uzaq bir aləmdə - sənət dünyasında yaşadığı həyatla sübut edirdi».61

İ.Əfəndiyevin insani keyfiyyətlərindən söhbət açan akademik Kamal Talıbzadə yazır: «İlyas ömrünün axırına qədər evlənmədi, baxmayaraq ki, çox cavan ikən dul qalmışdı, həm də gözəl, yaraşıqlı kişi idi... Övlad üçün özünü oda-közə vuran, onun üçün xoşbəxt gələcək haqqında düşünən narahat ata idi... Oğullar da atalarına borclu qalmadılar, atalarını sözün əsl mə‘nasında yaşatdılar».62

Yazıçının iki övladı vardır. Xalq yazıçısı, filologi­ya elmləri doktoru Elçin görkəmli nasir, dramaturq və ədəbiyyatşünas alimdir. Uzun müddət «Vətən» cəmiyyətinin səd­ri, Yazıçılar Birliyin katibi olmuş Elçin həm də görkəmli dövlət xadimidir. O, Respublika Baş Nazirinin müa­vini vəzifəsində çalışır. Kiçik oğlu Teymurçin Əfəndiyev tanınmış ədəbiyyatşünas alim, professordur. O, uzun il­lərdir ki, Ə.Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universitetində çalışır, indi həmin Universitetin rektorudur.

İ.Əfəndiyev ata və ana fədakarlığı ilə böyütdüyü övlad­la­rına bağlı bir insan idi. O, oğulları ilə fəxr edir, on­la­rın uğurları, ailə səadəti ilə fərəhlənir, baba sevinci ilə yaşayırdı. Nəvəsi Yalçının kinoda çəkilməsi, Üzeyir bəyin uşaqlığını oynaması ona böyük sevinc bəxş etmişdir.

Yazıçının qardaşı Mustafa Əfəndiyev nəşriyyat-poli­qrafiya sahəsində işləmiş, «Azərnəşr»də baş redaktor vəzifəsində çalışmışdır. O, həm də bacarıqlı tərcüməçi idi. L.N.Tolstoyun «Hacı Murad» və «Uşaq hekayələri», M.Qorkinin «Günəşin övladları», A.Çakovskinin «Mü­ha­sirə», R.Kiplinqin «Mauqli», V.İvanovun «Zirehli qatar 14-69», S.Uluqzadənin «Mirvari» və s. kitablar onu Azərbaycan oxucusuna iste‘dadlı tərcüməçi kimi tanıtmışdır.

Digər qardaşı Tofiq Əfəndiyev görkəmli yazıçıdır. Onun «Ağ çiçəklər», «Dağ yolu», «Cənub mehi», «Prokuror», «Mü­naqişə», «Qara qapılar» kitablarında toplanmış hekayə, povest və romanları oxucular tərəfindən həvəslə oxunur. Qardaşlarından digəri hüquq-mühafizə orqanların­da çalı­şır. Tibb institutunu bitirmiş bacısı tanınmış həkimdir. Onun oğlu Çingiz Əlioğlu iste‘dadlı şairdir. 60-cı illərdə ədəbiyyata gəlmiş 55 yaşlı Çingiz Əlioğlunun səsi respublikadan kənarda da eşidilməkdədir.

Yazıçının nəvələri təHsillərini uğurla davam etdirirlər və yəqin ki, onlar da Əfəndiyevlər ailəsinin şan-şöhrətini daha da ucaldacaqlar.




1 Ядябиййат вя инжясянят. - 1984. - 11май.

2 Ядябиййат гязети. - 1997. - 7 нойабр. - С.6.

3 Нябийев Б. Шяряфли йол. // Коммунист. - 1984. - 27 май.

4 Илк дяфя бу адла дярж олунмуш щямин щекайя сонралар «Гырчы вя гырмызы чичяк»- кими чап едилмишдир.

5 Гарайев Й. Мцасирлийин сабитлийи. // Яфяндийев И. Сечилмиш ясярляри. 6 жилддя. 1-жи жилд. - Б. : Йазычы, - 1984. - С.5.

6 Ядябиййат гязети. - 1940. - 11 феврал.

7 Яфяндийев Я. Илйас Яфяндийев. Библиографик эюстярижи. - Б.: Азярняшр, 1985. - С.75-90.

8 Сейидов Й. Илйас Яфяндийев (мцхтясяр очерк).- Б. : Азярняшр, 1975; Яфян­­дийев Я. Илйас Яфяндийев.- Б.: Азярняшр, 1985; Салащова А. И.Яфяндийев йарадыжылыьынын поетикасы. - Б.: Йазычы, 1984; Исмайылов Й. И.Яфян­ди­йевин йарадыжылыг йолу. - Б.: Елм, 1991; Гарайев Й. Хары бцлбцлцн наьылы.- Б.: Азярняшр, 1995; Яфяндийев Я. Илйас Яфяндийев.- Б.: Ишыг, 1996.

9 Насиров Г. Творческий путь И. Эфендиева: Автореферат канд. филолог. наук. Б., 1967; Мамедов Б. Драматургия И. Эфендиева /1943-1973/. - Б., 1974; Салахова А. Особености языка и стилья романов И.Эфендиева. Автореф. канд.филолог. наук, Б., 1981.

10 Бу йерин ады Гарабулаг олмушдур. Сонралар Гарабаь яразиси рус гошунлары тяряфиндян ишьал едиляркян чар ордусунун полковники Гарйаэин йерли азадлыг мцжащидляри тяряфиндян юлдцрцлдцйц цчцн онун «шяряфиня» чарын ямриля бюлэяйя Гарйаэин ады верилмишдир. 1959-жу илдян Фцзули району адланыр.

11 Яфяндийев И. Бизим гярибя талейимиз. - Б.:Йазычы, 1989.- С.288.

12 Яфяндийев И. Сян ей бюйцк йарадан!.. - Б. : Шярг-Гярб, 1997. - С.92-93.

13 Яфяндийев Я. Илйас Яфяндийев. Албом-монографийа.- Б. : Ишыг, 1996. - с.66.

14 Яфяндийев И. Бизим гярибя талейимиз. - Б.: 1989. - с.336.

15 Яфяндийев И. Сян ей бюйцк йарадан!. Б., 1997. - С.63-65.

16 Ядябиййат гязети,1944, 24 апрел ; Щекайядяки бу ящвалат йазычынын «Эерийя бахма, гожа» романында да гялямя алынмышдыр. Бах: «Бизим гярибя талейимиз» - Бакы, 1989. - С.295-299.

17 Яфяндийев И. Сян ей бюйцк йарадан! - Б., 1997. - С.51-57.

18 Ялийев, Й. Пак адын ишыьы //Азярбайжан мцяллими. - 1997.- 16 декабр.

19 Ялийев, Й. Пак адын ишыьы //Азярбайжан мцяллими. - 1997.- 16 декабр. - с.92.

20 Щябиббяйли И. «Ж.Мяммядгулузадя: Мцщити вя мцасирляри»: Докторлуг диссертасийасы. - Б. , 1995. - с.13.

21 Гызыл Араз. - 1938. - 18 май.

22 Йеня орада. - 1938 - 9 ийун.

23 Йеня орада. -1939. - 11 йанвар.

24 Гызыл Араз. - 1938. - 27 ийун.

25 Йеня орада. - 1939. - 16 декабр.

26 Йеня орада. - 1938. - 27 ийун.

27 Гарйаэин район театры щаггында ятрафлы мя‘лумат цчцн бах: Сян ей бюйцк йарадан!. - Б., - 1997. - С.106-115.

28 Бах: И.Яфяндийевин Йазычылар Бирлийиндяки «Шяхси иши».

29 Азярбайжан Дювлят Ядябиййат вя Инжясянят архиви, ф.137, сийащы1, с.в.181.

30 Яфяндийев Я. Илйас Яфяндийев:Албом-монографийа. - Б.:Ишыг, 1996. - С.62.

31 Яфяндийев И. Сян ей бюйцк йарадан!. - Б., 1997. - С. 93.

32 Йеня орада. - С.94.

33 Яфяндийев И. Сян ей бюйцк йарадан!. - Б., 1997. - с.125

34 Халг гязети. - 1994. - 27 май.

35 Йени йол. - 1938. - 2 нойабр.

36 Йеня орада. - 1938. - 14 декабр.

37 Йеня орада. - 1938. - 27 декабр.

38 Йеня орада. - 1938, ; 4 йанвар, 1939, 12 феврал; вя с.

39 Ядябиййат гязети. - 1939. - 26 йанвар.

40 Азярбайжан Дювлят ядябиййат вя инжясянят архиви. - фонд 137. - с.в.181. - с.1-4.

41 Револйусийа вя култура. - 1939. - №5. - С.64-70

42 Кянддян мяктублар. Повест вя щекайяляр. /Редактору Сабит Рящман./ - Б. : Азярняшр, 1939. -122 с.

43 Яфяндийев И. Достумузу хатырлайаркян. / Хатиряляр, дуйьулар/. - //Азярбайжан. - 1987. - №5. - С.117 -118.

44 Гязет 1925-1939-жу иллярдя чап олунмушдур. Яввялляр «Йени ялифба комитяси» вя Азярбайжан КП-нин органы кими фяалиййят эюстярмиш, йени ялифбаны тяблиь етмиш, савадсызлыьын ляьви вя мядяни ингилабын гялябясиня чалышмышды. Сонралар Бакы шящяр гязетиня чеврилмиш, нефт сянайеси фящляляринин ишини ишыгландырмышдыр.Сон нюмряси 1939-жу ил февралын 28-дя чыхмыш гязетин редактору Яли Вялийевин йахын досту Аллащверди Исайев иди.

45 Азярбайжан. - 1987. - №5.

46 Шаирянин гисмяти (Ниэар ханымы хатырлайаркян) // Сян ей бюйцк йарадан. - Бакы, 1997. - С.130-131.

47 Сян ей бюйцк йарадан!. - Б., 1997. - С.130 -131.

48 Азярбайжан Йазычылар Иттифагынын архиви. И.Яфяндийевин «Шяхси иши».

49 Яфяндийев Я. Илйас Яфяндийев. Монографийа. Б.: Ишыг, 1996. - С.75.

50 Ядябиййат гязети. - 1944. - 23 март.

51 Ядябиййат гязети. - 1940. - 4 октйабр.

52 Яфяндийев Я. Илйас Яфяндийев. Монографийа. Б.: Ишыг, 1996.- с.110.

53 Азярбайжан. - 1987. - №5. - С. 125-126.

54 Яфяндийев Я. Илйас Яфяндийев. Монографийа. Б.: Ишыг, 1996.- с. 146.

55 Танытым. - 1990. - №131. - С.31-35 / бир нечя мягаля /.

56 Ядябиййат гязети. - 1994. - 4 март.

57 Эцнай. - 1996. - 25, 27 апрел.

58 Яфяндийев Я. Илйас Яфяндийев. Монографийа. Б.: Ишыг, 1996. - с.212.

59 Яфяндийев И. Цч роман. Б.: Эянжлик, 1987; Бизим гярибя талейимиз, Б.: Йазычы, 1989; Жейран ову. Щекаяляр. Б.: Эянжлик, 1994; Сян ей бюйцк йарадан!..Б.: Шярг-Гярб,1997.

60 Азярбайжан. - 1994. - 26 май.

61 Анар. Йери эюрцняжяк. // Ядябиййат гязети. - 1996. - 11 октйабр.

62 Талыбзадя К. Мящяббятин тяряннцмц. // Ядябиййат гязети.-1997.- 3 октйабр.
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə