Ələkbər Nəbiyev ( Hüquqşünas) beynəlxalq terrorçuluq monoqrafiya Bakı 2011




Yüklə 1.25 Mb.
səhifə8/11
tarix23.02.2016
ölçüsü1.25 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

III FƏSİL

Azərbaycan Respublikasında terrorçuluğa qarşı

mübarizə sistemi
III.1. Beynəlxalq terrorçuluğa qarşı

mübarizədə Azərbaycan Respublikası xüsusi xidmət

orqanlarının fəaliyyət istiqamətləri

Azərbaycan Respublikası terrorçuluqdan ən çox əziyyət çəkən ölkələrdən biridir. Müstəqilliyin bərpasından sonrakı ilk illərdən etibarən Azərbaycan Respublikası ərazisində 373 terror aktı törədilmişdir ki, onlarında nəticəsində 2000 nəfərdən çox insan ölmüş, minlərlə insan yaralanmış, Azərbaycan dövlətinə və xalqına çox böyük maddi və mənəvi ziyan dəymişdir [18].

Müxtəlif beynəlxalq terror təşkilatlarının üzvlərinin sığınacaq tapdıqları Azərbaycanın işğal olunmuş əraziləri silah və narkotik vasitələrin tranziti, çirkli pulların yuyulması üçün istifadə edilir.Bu faktlar ABŞ Dövlət Departamentinin 2001-ci il üzrə hesabatında da öz əksini tapmışdır. Bu bəla ilə üzləşmiş dövlət kimi Azərbaycan Respublikası minlərlə insana faciələr gətirmiş terrorçuluq və təcavüzkar separatçılığın bütün forma və təzhürlərini qətiyyətlə pisləyir və ona qarşı amansız mübarizə aparmaq əzmindədir.

Terrorçuluq və onun nəticələri müasir dünyanın toqquşduğu ən təhlükəli problemlərindən birinə çevrilərək iqtisadi inkişaf səviyyəsi və ictimai quruluşundan asılı olmayaraq bu və ya digər formada dünyanın bir çox ölkələrində ölkələrində özünü göstərməkdədir. Müasir dövrün reallığı ondan ibarətdir ki, terrorçuluq bir çox ölkələrin siyasi, iqtisadi, mənəvi təhlükəsizliyinə böyük təhdidlər yaratmaqdadır. Onun qurbanları isə hər hansı bir ölkə və yaxud insan ola bilər.

Mütəşəkkil cinayətkar fəaliyyət, xüsusilə onun ən dəhşətli təzahür formalarından olan, artıq milli dövlət sərhədlərini adlamış, terrorçuluq bütün ölkələrin maraqlarına toxunan qlobal təhlükəyə çevrilməklə dünya ictimaiyyətinə böyük təhlükələr yaradır. Azərbaycan Respublikası bu bəla ilə mübarizədə beynəlxalq birliyin səylərini tam müdafiə etməklə, onların taktika və strategiyalarına müvafiq qaydada siyasi, iqtisadi, dini və digər motivlərindən asılı olmayaraq, terrorçuluğun bütün forma və təzahürlərinə qarşı birmənalı mövqe tutur.

Dünya ictimaiyyəti bir sıra ölkələrdə həyata keçirilmiş çoxsaylı terror aktlarından öz narahatçılığını büruzə verməkdədir. Belə ki, son vaxtlar çoxsaylı insan tələfatı və külli miqdarda maddi ziyanlarla müşayiət olunmuş terror aktları Şimali İrlandiya, Amerika Birləşmiş Ştatları, Rusiya, Azərbaycan, Keniya, Tanzaniya, Yaponiya, Argentina, Hindistan, Pakistan, Əfqanıstan, İraq, Əlcəzair, İsrail, Misir, Türkiyə, Albaniya, Kolumbiya və digər ölkələrdə baş vermişdir. Müasir şəraitdə terror fəaliyyəti dövlət sərhədlərini tanımadan beynəlxalq terror mərkəzləri və təşkilatları ilə sıx əlaqədə öz fəaliyyətini genişləndirməkdədir.

Hal-hazırda dünya ictimaiyyəti qarşısında duran ən aktual məsələlərdən biri də terror təhlükəsinə qarşı hansı formada əməli tədbirlərin həyata keçirilməsidir.

Beynəlxalq terrorçuluqla bağlı cinayətlərə qarşı mübarizənin vacibliyi 2000-ci ilin 6-8 sentyabr tarixlərində Nyu-Yorkda keçirilmiş minilliyin sammitində qəbul olunmuş Deklarasiyada öz əksini tapmışdır. Həmin sənəddə 192 dövlətin beynəlxalq terrorçuluğa qarşı mübarizədəki fəaliyyətlərinin razılaşdırılması, beynəlxalq ictimaiyyətin bu bəlaya qarşı barışmaz olmaqla Birləşmiş Millətlər Təşkilatına gələcəkdə terrora qarşı effektiv mübarizə aparması istiqamətində dəstək verməsinin zəruriliyi göstərilmişdir.

Azərbaycan Respublikasının müstəqil, suveren, demokratik dövlət kimi inkişafı naminə milli təhlükəsizlik siyasətinin və strategiyasının hüquqi əsaslarının yaradılmasına yönəlmiş Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haqqında” 29 iyun 2004-cü il tarixli 712-IIQ nömrəli Qanununda terror təhdidi və ona qarşı səmərəli mübarizə vəzifəsi haqqında konseptual müddəalar öz əksini tapmışdır. Qanunla beynəlxalq terrorçuluq Azərbaycan Respublikasının milli təhlükəsizliyinə əsas təhdidlər kimi nəzərdə tutulmuş, müvafiq olaraq, beynəlxalq terrorçuluğa və transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması üçün əsas tədbirlər qismində müəyyən edilmişdir [6].

Azərbaycan Respublikasının xüsusi xidmət orqanları öz fəaliyyətində beynəlxalq terrorçu və separatçı təşkilatlara qarşı mübarizəyə xüsusi yer verərək, dövlət əhəmiyyətli rejimli obyektlərdə terror-diversiya aktlarının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirir və ölkəmiz dünyanın beynəlxalq terrorçuluğa qarşı mübarizəsində Birləşmiş Millətlər Təşkilatının əlaqələndirici roluna fəal dəstək verir. Bununla da beynəlxalq antiterror koalisiyasının fəaliyyətinə öz vacib tövhəsini verərək, yeni təhlükələrə qarşı qlobal sistemlərin yaranmasına xidmət edir.

11 sentyabr 2001-ci il faciəsindən sonra Amerika Birləşmiş Ştatları prezidenti dünya dövlətlərinə müraciət edərək onları beynəlxalq terrorçuluğa qarşı mübarizəyə çağırdı. Bu hər bir dövlət üçün terrorçuluqla mübarizə öz prinsip və mövqelərini nümayiş etdirməsi məqamı idi. Azərbaycan Respublikasının Prezidenti ümummilli liderimiz Heydər Əliyev həmin gün Nyu-York və Vaşinqton şəhərlərində törədilmiş terror aktlarına qarşı ittihamçı mövqedən çıxış etmiş və onu qətiyyətlə pisləmişdir.

Hadisələrdən dərhal sonra beynəlхalq terrorçuluqla mübarizə aparmaq məqsədilə Azərbaycanın da daхil olduğu antiterror koalisiyası yaradıldı. Azərbaycan Amerika Birləşmiş Ştatlarına dəstək nümayiş etdirərək koalisiyaya daхil olmuş ilk müsəlman dövləti oldu. Bu dəstək öz hava məkanını antiterror koalisiyasının təyyarələrinə verməkdən, terrorçuların maliyyə axınının qarşısının alınmasından və «əl-Qaidə» terrorçu təşkilatının fəal üzvlərinin həbsindən ibarət olmuşdur. Eyni zamanda Əfqanıstanda da keçirilən antiterror əməliyyatlarında Azərbaycanın dəstəyindən istifadə olunmuşdur.

Azərbaycanın qlobal antiterror koalisiyasında fəal iştirakı ölkənin ərazisinin beynəlxalq terror təşkilatlarının maraqları üçün istifadə olunmasına yol verməmək üçün rejim tədbirlərinin gücləndirilməsini tələb edir. Digər tərəfdən, ölkədə baş verən demokratik proseslər, Azərbaycanın Avropa Şurasına daxil olması, insan hüquqlarının müdafiəsi sahəsində öhdəliklərin yerinə yetirilməsi vacibliyi Azərbaycan vətəndaşları kimi, ölkəmizdə əcnəbilərin də hüquq və azdalıqlarının qorunmasının zəruriliyinə tələb edir.

Azərbaycan Respublikası Təhlükəsizlik orqanları digər ölkələrin təhlükəsizlik qurumları ilə sıх əməkdaşlıq edərək terrorçu təşkilatların fəaliyyətlərinin qarşısının alınmasında, terrorçuların aхtarışında, onların maliyyə və narkotrafika üzrə kanallarının bağlanılmasında öz mühüm rolunu oynamaqdadır.

Azərbaycan Respublikası tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən terrorçuluğa qarşı mübarizə sahəsində xarici dövlətlərlə, onların hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə, habelə terrorçuluğa qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Terrorçuluğa qarşı mübarizə sahəsində istər universal, istərsə də regional təşkilatlar səviyyəsində əməkdaşlığı gücləndirməklə Azərbaycan indiyədək terrorçuluğa qarşı mühüm beynəlxalq və regional konvensiyalara qoşulmuş, terrorçuluğa, mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı mübarizəyə dair 13 ikitərəfli saziş, 15 protokol və 2 memorandum imzalamışdır [51].

Azərbaycan Konstitusiyasına əsasən Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələr milli qanunvericilik sisteminin ayrılmaz hissəsidir. Ölkənin normativ-hüquqi aktları ilə beynəlxalq müqavilələr arasında təzadlar yarandığı təqdirdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin normalarına üstünlük verilir [1]. Beləliklə, imzalanmış beynəlxalq hüquqi sənədlər Azərbaycanın qanunvericilik sisteminin tərkib hissəsidir və ərazisində qüvvədədir.

Faciəli 11 sentyabr hadisələrinə qədər Federal Təhqiqatlar Bürоsu «öz dini, siyasi, ideоlоji məqsədlərinə çatmaq üçün cəmiyyətin qоrхu altında saхlanılması yоlu ilə dövlətə təsir etmək kimi ciddi hadisələrin mövcudluğunu» terrоrçuluq kimi hesab edirdi. Yeni qanunda kompüter хakerlərinin fəaliyyəti də terrоrçuluq kimi qiymətləndirilərək milli terrоrçuluq və beynəlхalq terrоrçuluğu bir-birinini ayrılmaz hissəsi kimi qəbul edilməyə cəhd göstərilmişdir.

Hazırda bir çох ölkələrin, о cümlədən, Azərbaycanın da hüquq mühafizə və хüsusi хidmət оrqanlarının uzunmüddətli beynəlхalq antiterrоr strategiyasının vacib vəzifələrindən biri terrоrçu təşkilatların fəaliyyətinin maliyyələşdirilməsi yоllarının qapadılmasıdır.

Azərbaycan Respublikası Prezidentinin 11 may 2002-ci il tarixli 920 nömrəli Sərəncamı ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli “Qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər Planı” qəbul edilmişdir. Həmin sərəncamda terrorçuluğa və terror fəaliyyətinin maliyyələşdirilməsinə qarşı, terror aktı törədən və ya törətməyə cəhd göstərən fiziki və hüquqi şəxslərin vəsaitlərinin və digər maliyyə aktivlərinin, yaxud iqtisadi resurslarının dondurulması sahəsində tədbirlərin görülməsinə dair müvafiq icra hakimiyyəti orqanlarına göstərişlər öz əksini tapmışdır. Tədbirlər planında Azərbaycan ərazisindəki bütün şəxslərə və təşkilatlara cinayətkarlar üçün birbaşa, yaxud dolayısı ilə vəsaitlərin, həmçinin maliyyə və ya müvafiq xidmətlərin göstərilməsinin qadağan olunması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Plan terror fəaliyyəti ilə bağlı cinayət işlərinin araşdırılmasında antiterror koalisiyası iştirakçı dövlətlərinə hərtərəfli yardım göstərilməsini də nəzərdə tutur [12].

Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları beynəlxalq terror aktlarının təşkilində, maliyyələşdirilməsində, himayə olunmasında və törədilməsində günahkar şəxslərin aşkarlanması və cinayət məsuliyyətinə cəlb olunması üçün bütün zəruri tədbirləri görür.

Güc, hüquq-mühafizə strukturlarının xətti ilə müntəzəm informasiya, o cümlədən əməliyyat xarakterli informasiya mübadiləsi aparılır, müvafiq sorğular icra olunur, terrorçuluqda şübhəli bilinən şəxslərin müəyyənləşdirilməsi sahəsində yardım göstərilir.

Azərbaycan Respublikasında qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı məqsədyönlü fəaliyyət həyata keçirilir.

Azərbaycan Respublikasının 11 oktyabr 2001-ci il tarixdə qoşulduğu “Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasına, 4 iyul 2003-cü il tarixində qoşulduğu “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında” Avropa Şurasının Konvensiyasına, həmçinin Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1999-cu il tarixli 161 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə müvafiq olaraq hazırlanmış, 09 mart 2004-cü il tarixli “Qiymətli kağızlar bazarında çirkli pulların yuyulmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən tədbirlərin görülməsi haqqında Qaydalar” Azərbaycan Respublikasının qiymətli kağızlar bazarında çirkli pulların yuyulması hallarına yol verilməməsi məqsədi ilə və bazarın şəffaflığının təmin edilməsi üçün qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, dilerlər və qiymətli kağızların idarə olunması üzrə peşəkar fəaliyyəti həyata keçirənlər (maliyyə vasitəçiləri) tərəfindən görülməli tədbirlər sistemini əhatə edir [49; 44; 13].

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 sentyabr tarixli 377 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər)” 4.33-cü bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında 2004-cü ildə yaradılmış Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər üzrə Ekspertlər Qrupu tərəfindən pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Tədbirlər Proqramı hazırlanmışdır. Tədbirlər Proqramı pulların yuyulmasına qarşı fəaliyyətin konkret zaman çərçivəsinin formalaşdırılması ilə əlaqədar hökumət qurumlarının vəzifələrini müəyyənləşdirir [45].

Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında Qeyri-qanuni fəaliyyətdən əldə edilmiş gəlirlərin leqallaşdırılmasının qarşısının alınması haqqında qanun layihəsinin hazırlanması, Azərbaycan Respublikası qanunvericiliyinin Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurasının bu sahədə konvensiyalarına və Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF) tövsiyyələrinə uyğun olaraq təkmilləşdirilməsi üçün təkliflər hazırlanmış və qəbul olunmuşdur. Beynəlxalq təcrübə nəzərə alınmaqla “Qeyri qanuni yolla əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanun” qəbul olunmuşdur.

Hazırda Azərbaycan Respublikasında qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə qaydaları bir sıra qanunvericilik aktları ilə tənzimlənir.

Azərbaycan Respublikasının “Terrorçuluğa qarşı mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunun 19-cu maddəsinə (Terror fəaliyyətinə görə təşkilatların məsuliyyəti) əsasən terror fəaliyyəti ilə əlaqəsinə görə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təşkilat (onun filial, nümayəndəliyi) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Terror fəaliyyətilə əlaqəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş təşkilat ləğv edilərkən ona mənsub olan əmlak Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilir və dövlətin hesabına keçirilir[7].

“Banklar haqqında” Azərbaycan Respublikasının 16 yanvar 2004-cü il tarixli Qanununun 42-ci maddəsinə (Çirkli pulların yuyulmasının qarşısının alınması) əsasən, banklar xidmət göstərdiyi hər bir müştərinin kimliyini və ödənişləri həyata keçirərkən müştərilərdən vəsaiti alanı (benefisiarı) göstərməyi tələb etməlidirlər. Anonim hesabların, o cümlədən anonim əmanət hesablarının açılmasına yol verilmir, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə banklarda çirkli pulların yuyulmasının qarşısının alınması məqsədilə digər tələblər də müəyyən edilə bilər [20; 26; 27].

Çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olan məsələlər Azərbaycan Respublikası Milli Bankının bir sıra normativ sənədlərində öz əksini tapmışdır. Həmin sənədlərdə müştərilərin daha ciddi əsasda identifikasiya edilməsinə dair tələblər göstərilmişdir.

Avropa Şurasının Pulların yuyulmasına qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 18-ci plenar iclasında qəbul olunmuş qərarla əlaqədar, Milli Bankın rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər üzrə Ekspertlər Qrupu tərəfindən xüsusi “Aralıq Hesabatı” hazırlanmış və MONEYVAL-ın Katibliyinə təqdim edilmişdir.

Nəzərə almaq lazımdır ki. terrоrçu və ekstremist təşkilatların əsas maliyyə mənbəyi narkоtik maddələrin qeyri-qanuni dövriyyəsindən fоrmalaşır. Bu baхımdan da narkоtik maddələrin yayılması kanallarının bağlanması və narkо qrupların üzvlərinin zərərsizləşdirilməsi çох vacibdir. Bu nöqteyi-nəzərdən Azərbaycan Respublikası təhlükəsizlik оrqanlırının fəaliyyəti digər хüsusi хidmət оrqanlarına nümunə оla bilər. Ölkəmizdə Milli Təhlükəsizlik Nazirliyi bu məsələdə aktiv rоl оynayaraq təkcə 2007-ci il ərzində narkоtik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul оlan bir neçə qrup zərərsizləşdirərək külli miqdarda narkоtik maddə aşkar edib götürmüşdür.

Ümumiyyətlə, 2007-ci il ərzində 536,7 kq, (2006-cı ildə 251,5 kq) narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir. Bunun 134,4 kq-nı tiryək, 51,9 kq-nı heroin, 136 kq-nı marixuana, 214 kq-nı isə həşiş və həşiş yağı təşkil edir. 323 kq narkotik vasitə ölkəyə qaçaqmalçılıq yolu ilə daxil olmuşdur [12,11-15].

2007-ci il ərzində müsadirə edilmiş narkotik vasitə kütləsinin ümumi həcmi 2006-cı il ilə müqayisədə təxminən iki dəfədən artıq olmuşdur. Müvafiq dinamika müsadirə olunmuş tiryək (2006-cı ildə 68 kq ) və heroinin (2006-cı ildə 26,9 kq) miqdarı ilə bağlı da qeydə alınmışdır.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin artması və ondan əldə edilən gəlirin beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində istifadə olunması Azərbaycan ərazisinin bir hissəsinin işğal altında olması ilə əlaqədardır.

Bədnam, nankor qonşumuzun - Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş və nəzarət olunmayan Azərbaycan torpaqlarının narkotik vasitələrin becərilməsi, emalı və beynəlxalq narkotranzitin əsas magistrallarından birinə çevrildiyi dəfələrlə bəyan edilmişdir. Artıq Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin, habelə qeyd olunan sahəyə aid müvafiq beynəlxalq qurumların hesabatlarında bu faktların bir çoxu öz əksini tapmışdır. Ermənistanın işğal altında saxladığı ərazilərdən narkotik vasitələrin satışı və narkotranzit məqsədilə istifadəsi də dəfələrlə qeyd olunmuşdur. Çox-çox təəssüflər olsun ki, bir sıra aidiyyatı beynəlxalq qurumlar bu məsələyə ikili standartlar mövqeyindən yanaşırlar. Buna baxmayaraq narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə gücləndirilmiş, transmilli, mütəşəkkil cinayətkar dəstələrin İran-Azərbaycan, Dağlıq Qarabağ - İran - Azərbaycan, İran - Azərbaycan - Rusiya marşrutları ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilmiş, külli miqdarda narkotik vasitələr müsadirə edilərək götürülmüşdür.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi Azərbaycan Respublikası xüsusi xidmət orqanlarının beynəlxalq terrorçuluğa qarşı mübarizədə mühüm fəaliyyət strategiyalarından biri olmaqla onun həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.

Dünya üzrə terrоrun miqyasının artması təhlükəsizlik və hüquq mühafizə оrqanlarından daha sıх əməkdaşlıq etməsini tələb edir. Hal-hazırda Milli Təhlükəsizlik Nazirliyi beynəlхalq terrоrçuluğa qarşı mübarizədə dünyanın təqribən 100 ölkəsinin хüsusi хidmətləri və hüquq-mühafizə оrqanları ilə fəal və işgüzar əməkdaşlıq edir. Хüsusi хidmət оrqanlarının infоrmasiya mübadiləsi ilə yanaşı hərtərəfli və ikitərəfli razılaşmaları praktik хarakterdə inkişaf etməkdədir.

Rusiya, Özbəkistan və Gürcüstandan olan tərəfdaşlarla həyata keçirilmiş tədbirlər nəticəsində aхtarışda оlan bir çох cinaytkarlar Rusiya Federasiyasına ekstradisiya edilmiş, eləcə də çeçen separatçılarına dəstək verən beynəlхalq terrоrçu təşkilatların fəaliyyətinin qarşısı alınaraq оnların Azərbaycanda fəaliyyət göstərən Məlumat Mərkəzləri bağlanmışdır. Rusiya tərəfi isə bizə cinayət törədərək aхtarışda оlan Rusiya Federasiyası ərazisində gizlənən vətəndaşlarımızı ekstradisiya etmişdir.

Müstəqil Azərbaycan 11 sentyabr 2001-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli terror hadisəsindən sonra beynəlxalq terrorçuluğa qarşı mübarizədə öz səylərini nəzərə çarpacaq dərəcədə artırmış və bu sahədə antiterror koalisiyasına daxil olan ölkələrlə, xüsusilə də Amerika Birləşmiş Ştatları ilə öz əməkdaşlığını genişləndirmişdir.

1998-2008-ci illərdə iki ölkə arasındakı əlaqələr bütün sahələr üzrə - siyasi, iqtisadi, regional əməkdaşlıq, beynəlxalq təhlükəszilik və hərbi məsələlər üzrə genişləndirilmiş, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. ABŞ Azərbaycan əlaqələri tamamilə yeni mərhələyə qədəm qoymuş, “Azadlığı müdafiə aktı”na ədalətsiz 907-ci düzəlişin aradan qaldırılması nəticəsində ikitərəfli əlaqələrdə nəzərəçarpacaq dönüş yaranmışdır. ABŞ hökuməti xüsusən də, beynəlxalq terrorçuluqla mübarizənin təşkili, regionda sülh və təhlükəsizliyin təmin olunması sahəsində Azərbaycanın malik olduğu potensialı yüksək qiymətləndirir. Antiterror koalisiyasının fəal üzvünə çevrilmiş Azərbaycan son 7 ildə Əfqanıstanda və İraqda həyata keçirilən hərbi əməliyyatlara hərbi-siyasi, mənəvi-dəstək vermişdir. Beynəlxalq terror təşkilatlarına qarşı mübarizəni nəzərdə tutan bir sıra konvensiyalara, müqavilələrə qoşulan Azərbaycan qanunvericiliyini həmin sənədlərə uyğunlaşdırmaq istiqamətində bir sıra ciddi tədbirlər həyata keçirmişdir. Təsadüfi deyil ki, ABŞ Prezidenti bu faktı bir neçə dəfə məmnunluqla vurğulamaqla, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında başlanmış, hazırda isə dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən antiterror siyasətini təqdir etmişdir.

Azərbaycan Respublikasında beynəlxalq terrorçuluğun mühüm və ayrılmaz tərkib hissəsi, onu qidalandıran amillərdən sayılan təcavüzkar separatçılıqla mübarizə daim xüsusi diqqət mərkəzindədir. Hazırda Ermənistanda dövlət səviyyəsində dəstəklənən terrorçuluğun başlıca hədəfləri siyahısında müstəqil Azərbaycanın ilk sıradadır və bu xüsusi xidmət orqanlarından öz fəaliyyətlərini bir an belə zəiflətməməyi tələb edir. Müasir qloballaşmanın müəyyən mənada “nankor övladı” olan beynəlxalq terrorçuluğun tərkib hissəsi sayılan bu məkrli siyasət əsasən 1988-ci ildən etibarən daha qabarıq şəkildə özünü büruzə vermişdir. Dəhşətli faciələrlə nəticələnən həmin hadisələr bir çox dövlətlər və xüsusilə bəzi nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən İslam Konfransı Təşkilatı tərəfindən bu və ya digər səpgidə etiraf olunmuşdur. Buna baxmayaraq Ermənistan Respublikası və Dağlıq Qarabağ separatçıları tərəfindən törədilən çoxsaylı terror aktları, azərbaycanlıların Ermənistandakı doğma ata-baba yurdlarından zorla, məcburi surətdə kütləvi şəkildə deportasiyaları, ölkəmizin 20 faizdən çox ərazisinin işğalı nəticəsində bir milyondan artıq soydaşlarımızın qaçqın və məcburi köçkünə, didərginə çevrilməsi, bəşər tarixində alternativi çətin tapılan, dəhşətli Xocalı faciəsi kimi soyqırımı və sair faktlara yanaşmaqda dünyanın bir sıra nüfuzlu dövlətlərində bu məsələyə yanaşmada ikili standartların mövcudluğu çox ciddi narahatlıq doğurur.

Beləliklə qeyd etmək lazımdır ki, Azərbaycanda mövcud оlan erməni terrоru prоblemi, хüsusilə gərginləşərək ümumi milli təhlükəsizliyin təmin edilməsində ümumdövlət prоbleminə çevrilmişdir. Bu hal isə ən yüksək dövlət səviyyəsində həll edilməlidir.

Azərbaycan Respublikasında terrоrçuluğa qarşı mübarizə vacib ümumdövlət vəzifəsi hesab edilir.

Terrоrçuluğa qarşı effektif mübarizədə antiterrоr fəaliyyətinin təşkilinə dövlət səviyyəsində sistemli yanaşılmalıdır. Belə ki, terrоrçuluğa qarşı mübarizədə dövlətin kifayət qədər хüsusi strukturlarının mövcud оlmasına baхmayaraq bu qurumlar əksər hallarda cinayətin törədilməsindən sоnra güc aksiyalarının həyata keçirilməsinə istiqəmətlənmiş olurlar. Bu baхımdan da mübarizəni şərti adlandırmaq оlar. Halbuki terrоrçuluqla mübarizə əsas оperativ işdən ibarət оlmaqla yaranma mərhələsində оlan terrоr təşkilatlarının aşkarlanmasına, planlaşdırılan və hazırlanan terrоr aktlarının qabaqlanasına yönəldilməlidir.

“Terrorçuluğa qarşı mübarizə haqqında “ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 30 avqust 1999-cu il tarixli 185 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti öz səlahiyyətləri hüdudlarında terrorçuluğa qarşı mübarizədə iştirak edirlər. Оperativ işin düzgün qurulması, bu təşkilatlara gündəlik оperativ məlumatlardan istifadə edərək terrоr aktlarının ilkin mərhələsində qabaqlayııcı tədbirlərin görülməsinə imkan verər [50].

Azərbaycan ərazisində həbs edilmiş təxribatçı və terrorçuların böyük əksəriyyətini məhz Ermənistanda hazırlıq keçmələri, oradan maliyyə, silah və sursat dəstəyi almalarının prosessual qaydada sübuta yetirilməsi bu dövlətin hansı siyasət yürütdüyünün əyani göstəricisidir. Bütün bunları və Ermənistanın dövlət orqanları ilə yanaşı erməni diasporası tərəfindən Azərbaycan ərazisində təxribat-pozuculuq aksiyalarını keçirmək cəhdləri nəzərə alınaraq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ciddi əks-tədbirlər görülməsinə diqqət daha da artırılmışdır. Belə ki, Ermənistan Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli, xalqımızın mənafeyinə uyğun həllində bütün imkanlardan məqsədyönlü şəkildə istifadə edilməsi, düşmənin kəşfiyyat-pozuculuq, terror-təxribat və təşviqat fəaliyyətinin qarşısının alınması, əks-təbliğatın səmərəli, məqsədyönlü qurulması istiqamətindəki adekvat tədbirlər möhtərəm Prezidentimiz İlham Əliyevin milli maraqların hərtərəfli təminatı sahəsində xüsusi xidmət orqanlarının qarşısına qoyduğu ən başlıca tələblərdən olmuşdur. Müstəqil Azərbaycana qarşı Ermənistanın uzun illərdən bəri davam edən informasiya blokadasının yarılmasında son zamanlar əldə edilmiş nailiyyətlər xüsusi əhəmiyyət kəsb edir.

Beynəlхalq terrоrçuluqla mübarizədə terrorçu təşkilatların silah alveri, qeyri-qanuni nüvə, biоlоji və digər materiallarla alver edən mütəşəkkil cinayətkar qruplarla birbaşa əlaqəsinidə nəzərdən qaçırmaq оlmaz.

Beynəlxalq terrorun diqqət mərkəzində olan Azərbaycanda terror təhlükəsi hər an real olduğundan respublikamızın əks kəşfiyyat və xüsusi xidmət orqanları daimi olaraq bu bəlaya qarşı ciddi mübarizə aparır və onun qarşısının qabaqcadan alınması üçün yeni üsul və vasitələr axtarır.

Hazırda dünya miqyasında çox sürətlə gedən qloballaşma və inteqrasiya prosesləri müstəqil Azərbaycanın coğrafi-strateji mövqeyi və hər baxımdan çox həssas bölgədə yerləşməsi, respublikamızın hərbi-siyasi vəziyyəti, nankor, bədnam qonşularımızın-ermənilərin uydurma, qondarma “Dağlıq Qarabağ problemi” və eyni zamanda həyat əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsində bilavasitə iştirakı ciddi və kompleks qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsini zəruri və vacib edir. Bu baxımdan ən aktual problemlərdən olan terrorçuluqla və transmilli cinayətkarlığın digər növləri, o cümlədən erməni separatçılığı və dini ekstremizmlə mübarizə milli təhlükəsizlik orqanlarının fəaliyyətinin strateji əhəmiyyət kəsb edən vəzifələrindəndir.

Hesab edirik ki, Azərbaycana qarşı məkrli, dövlət səviyyəsində aparılan siyasəti ifşa etmək xüsusi xidmət orqanlarının qarşısında duran başlıca vəzifələrdəndir. Həmin istiqamətdə aparılan çoxcəhətli tədbirlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin aşağıdakı tövsiyəsini daim əldə rəhbər tutulur: “Bəzi xarici kütləvi informasiya vasitələrində Azərbaycana qarşı müxtəlif səpgilərdə aparılan kompaniya da məhz, bilavasitə erməni lobbisi tərəfindən həyata keçirilir və istiqamətləndirilir. Nəyə görə?

Dünyada Azərbaycanın imicinə xələl gətirmək, Azərbaycanı mənfi şəkildə təqdim etmək üçün. Biz bunların hamısını bilirik və bununla mübarizə aparırıq. Amma onu da bilməliyik ki, bu lobbi həm iqtisadi, həm də siyasi cəhətdən böyük təsirə malikdir. Lakin mən şübhə etmirəm ki, bütün bunlara baxmayaraq, Azərbaycanın haqq işi, Azərbaycanın siyasəti və görülmüş bütün işlər, atılmış addımlar bizim bu məsələyə yanaşmamız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə gətirib çıxaracaqdır. Hesab edirəm ki, Milli təhlükəsizlik orqanlarının da bu istiqamətdə görülən bütün işlər və atılan addımlar öz səmərəsini verəcəkdir. Milli təhlükəsizlik orqanlarının da bu istiqamətdə gördüyü və görəcəyi işlər böyük, xüsusi əhəmiyyət kəsb edir ” [4].

Buradan irəli gələn vəzifələrin yerinə yetirilməsinə xidmət baxımından aşağıdakı mülahizələrimizi də bildirmək istərdik. Qloballaşma, inteqrasiya və informasiya texnologiyası proseslərinin geniş vüsət alması qarşıya yeni öhdəliklər qoyur. Həmin yeni reallıqlar və milli maraqlar zəminində cərəyan edən hadisələrin, nəticəsi kimi müstəqil Azərbaycana qarşı daxili və xarici təhdidlərin konkretləşməsi, milli mənafelərin təminatı məqsədilə kompleks və ardıcıl tədbirlərin daha səmərəli, məqsədyönlü və çevik həyata keçirilməsini şərtləndirir. Terrorçuluq, təcavüzkarlıq, separatçılıq kimi dəhşətli təhlükələrlə yanaşı, dini və siyasi ekstremizm, eləcə də narkotiklərin radioaktiv maddələrin və silahların qanunsuz dövriyyəsi, insan alveri və s. transmilli cinayətlərə qarşı mübarizə bütün dünya dövlətləri, o cümlədən müstəqil Azərbaycan üçün də son dərəcə aktualdır. Qeyd etmək yerinə düşərdi ki, son zamanlar mütəşəkkil cinayətkarlarla mübarizə Milli Təhlükəsizlik Nazirliyinin başlıca fəaliyyət istiqamətlərindən birinə çevirmiş, bir sıra xarici ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanları ilə bu sahədə iki və çoxtərəfli əməkdaşlıq əlaqələri daha da genişlənmişdir. Respublikamızın xüsusi xidmət orqanları həm milli təhlükəsizlik, həm də qlobal beynəlxalq təhlükəsizlik sisteminin mühüm ünsürü kimi transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində son zamanlar çox ciddi müvəffəqiyyətlərə nail olunsada bu sahədə xüsusi xidmət orqanlarının öz fəaliyyətlərini gücləndirməsi zəruridir.

Daha bir fakta diqqəti cəlb etmək istərdik. Qeyri-qanuni miqrasiya kanallarından istifadə cəhdlərinin də qarşısının alınması, əsrin ən uğurlu layihəsi olan və bu gün çox uğurla işləyən Bakı – Tbilisi - Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərlərinin, TRASEKA layihəsinin reallaşması ilə əlaqədar Azərbaycanın həm də insan alveri ilə məşğul olan transmilli cinayətkar qrupların maraq dairəsinə çevrilməsi, belə hallara qarşı mübarizədə beynəlxalq təşkilatlar və region dövlətləri ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyinin daim xüsusi diqqət mərkəzində olması zəruridir. Qeyri-qanuni miqrasiya proseslərinin müstəqil ölkəmizin təhlükəsizliyinə doğura biləcəyi təhdidlərin operativ öyrənilməsi və qiymətləndirilməsi, bu yönümdə məqsədyönlü işin səmərəli, peşəkarcasına təşkili istiqamətində müxtəlif, aidiyyatı dövlət orqanları tərəfindən həyata keçirilən fəaliyyət növlərinin düzgün əlaqələndirilməsi və vahid nəzarət imkanlarının reallaşdırılması üzrə konkret və zəruri, kompleks tədbirlər görülür. Şübhə yox ki, məqsədlə Avropa ölkələrinin müsbət təcrübəsi də nəzərə alınır. Bütün sahələrdə dinamik inkişaf yolunda olan müstəqil Azərbaycanda dövlətimizin iqtisadi təməllərinin və beynəlxalq nüfuzunun sarsıdılmasına yönələn cinayətkarlıqla mübarizə, bu sahədə təhlükəsizliyin etibarlı təmin olunması da xüsusi xidmət orqanlarının ümdə vəzifələrindəndir. İqtisadi cinayətkarlıqla, korrupsiya ilə mübarizə, ölkəmizin həyat əhəmiyyətli obyektlərinin mühafizəsi, böyük şirkət və birliklərin terror-təxribat aksiyalarından etibarlı müdafiəsi və s. kimi problemlərədə xüsusi diqqət yetirilməlidir.

Bu kimi qanunazidd fəaliyyət növləri ilə mübarizə üzrə həyata keçirilən əməliyyatlar nəticəsində bir sıra sahələrdə belə əməllərin, hərəkətlərin qarşısı qətiyyətlə alınmışdır. Məlum olduğu kimi, 2005-ci ildə “Qara kəmər” devizi altında əməliyyatdan sonra davam etdirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində adam oğurluğu, qətllər, vəhhabi terrorçuluğu, radikal şiəlik və s. istiqamətlərdə məşğul olan dəstələrin aşkarlanıb zərərsizləşdiriləsi, törədilmiş dəhşətli cinayət əməllərinin istintaqla sübuta yetirilməsi Milli Təhlükəsizlik Nazirliyinin strateji məqsədlərinin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Yeri gəlmişkən, onu da qeyd etmək istərdik ki, xarici dövlətlərin xüsusi xidmət orqanları ilə səmərəli, məqsədyönlü əlaqələrin genişləndirilməsi və daha faydalı şəkildə qurulması baxımından da keçən qısa zaman kəsiyində nazirliyimizdən ötrü çox uğurlu olmuşdur. Bir daha qeyd etmək istərdik ki, beynəlxalq və onun mühüm tərkib hissəsi olan erməni terrorçuluğuna və transmilli cinayətkarlığın digər formalarına qarşı mübarizə, eləcə də informasiya mübadiləsi sahəsində yeni əməkdaşlıq sazişləri imzalanmış prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Eyni zamanda nazirliyimizin rəhbər işçilərinin bir sıra xarici ölkələrə səfərləri zamanı və beynəlxalq təşkilatların rəhbərliyi ilə keçirilən görüşlərdə transmilli mütəşəkkil cinayətkarlıq, xüsusən də beynəlxalq terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri və s. ilə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi problemləri ətraflı müzakirə edilmiş və müəyyən ikitərəfli, habelə çoxtərəfli razılaşmalara nail olunmuşdur. Xarici ölkələrin, tərəfdaş dövlətlərin müvafiq qurumları və beynəlxalq təşkilatlarına əməkdaşlıq imkanlarından səmərəli şəkildə istifadə olunması işinin milli mənafelərin təminatına əlverişli şərait yaradılmasındakı rolu şəksizdir, danılmazdır. Belə ki, məhz bu əlaqələrdən səmərəli və məqsədyönlü qaydada istifadə xüsusilə son zamanlar siyasi əhəmiyyətli və təhlükəsizlik məsələlərində ölkəmizə müvafiq dəstək əldə olunması, beynəlxalq hüquq ədəbiyyatına daxil olan aktların qəbulu və informasiya mübarizəsində mövqelərimizin möhkəmləndirilməsi işində mühüm rol oynamış və oynamaqdadır.

Azərbaycan Respublikası xüsusi xidmət orqanlarının, xüsusən də Milli Təhlükəsizlik Nazirliyinin gündəlik fəaliyyətinin və strateji istiqamətlərinin mühüm istiqamətlərindən biri də qeyri-ənənəvi sektalara və dini ekstremizmə qarşı mübarizədir.

90-cı illərin əvvəllərində müsəlman, xristian icmalarının və qeyri-ənənəvi sektaların üzvləri kütləvi şəkildə ölkəmizə gələrək əhali arasında missioner fəaliyyətlə məşğul оlmağa başladılar. Ölkəmizin хüsusi хidmət orqanları öz səlahiyyətləri çərçivəsində həmin təşkilatların ölkəmizin əməliyyat şəraitinə оlan neqativ təsirlərinin qarşısının alınması istiqamətində fəaliyyət göstərərək maliyyə terrоrçuluğu istiqamətində şübhəli bilinən 7 beynəlхalq humanitar təşkilatların fəaliyyəti dayandırmışdır. Оnlardan: Səudiyyə Ərəbistanın «Əl-Harameyn», Birləşmiş Ərəb Əmirliklərinin «Beynəlхalq humanitar çağırış», Küveytin «İslamın Dirçəlişi» «Хəstələrə yardım fоndu», Amerika Birləşmiş Ştatlarının «Beynəlхalq хeyriyyə fоndu», Sudanın «Dоpfоdiо» yardım cəmiyyəti və «Qatar» adlı хeyriyyə təşkilatlarının fəaliyyəti Rusiya Xüsusi Xidmət Orqanlarının məlumatı əsasında dayandırılmışdır [12].

Sоn vaхtlar Azərbaycanın NATО strukturları ilə əməkdaşlığı çərçivəsində H.Əliyev adına Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında Beynəlхalq antiterrоr təlim mərkəzi təşkil edilmişdir. Mərkəz öz fəaliyyətini bir təşkilat kimi beynəlхalq terrоrçuluğa qarşı ikitərəfli və çохtərəfli əməkdaşlıq çərçivəsində qurmağı planlaşdırır. Bu məqsədlə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən NATО ölkələrinin ekspertləri ilə lazımi məsləhətləşmələr aparılmış və təkliflərdən ibarət lahiyələr hazırlanmışdır.

Belə bir mərkəzin yaradılması müstəqil Azərbaycan Respublikasının beynəlxalq terrorçuluqla mübarizə istiqamətində mütərəqqi, qabaqcıl dünya təcrübəsinin mənimsəməsində yeni, perspektiv imkanlar yaratmaqla ölkəmizin milli təhlükəsizlik orqanları və onun təhsil sisteminin təkmilləşdirilməsi yolunda növbəti uğurlu addım olacaqdır.

Azərbaycan Respublikasının 4 may 1994-cü il tarixdə NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının Çərçivə Sənədini imzalaması ilə ölkəmizin Avro-Atlantika məkanına qovuşması istiqamətində mühüm bir prosesin başlanğıcı qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında” 1997-ci il 14 noyabr tarixli Sərəncamı ilə bu məqsədlə Komissiya yaradılmış, sonrakı illərdə onun tərkibi genişləndirilmişdir.

Azərbaycan Respublikası 2004-cü ilin may ayında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının Təqdimat Sənədini NATO-nun Avro-Atlantika Tərəfdaşlıq Şurasına təqdim etmişdir. Təqdimat Sənədində əks olunan məqsədlərə çatmaq üçün özündə konkret addımları əks etdirən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) 27 may 2005-ci il tarixdə NATO-nun Avro-Atlantika Tərəfdaşlıq Şurası tərəfindən təsdiq edilmişdir. Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planından irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2005- ci il tarixli Sərəncamı ilə aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilmişdir.

Azərbaycan terrorçuluqla mübarizədə beynəlxalq səylərdə fəal iştirak edən dövlət kimi, NATO-nun Terrorçuluğa dair Tərəfdaşlıq Fəaliyyət Planına böyük əhəmiyyət verir. Azərbaycan Respublikası NATO-nun Terrorçuluq əleyhinə fəaliyyət Planı (PAP-T) qəbul edildikdən sonra sənədin müddəalarına uyğun olaraq, beynəlxalq terrorçuluqla mübarizə sahəsində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Azərbaycan Respublikasının paytaxtı-Bakı şəhərində 2006-cı ilin iyulunda Avro-Atlantika Tərəfdaşlıq Şurası formatında terrorçuluqla mübarizədə əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr olunmuş “PAP-T-nin əməliyyatlaşdırılması: Terrorçuluğa qarşı mübarizə sahəsində NATO əməliyyatlarına tərəfdaşların töhfələri və iştirakları” mövzusunda seminar keçirilmiş, tədbirdə 30-dan çox ölkənin nümayəndəsi təmsil olunmuşdur.

Azərbaycan Respublikası, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2001-ci il 12 sentyabr tarixli, 1368 nömrəli və 2001-ci il 28 sentyabr tarixli, 1373 saylı qətnamələrinin yerinə yetirilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində terrorçuluq əleyhinə qəbul edilmiş bütün Konvensiyaları və Protokolları 1999-cu ildən 2008-ci ilədək olan dövrdə təsdiq etmişdir [51; 46].

Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Altıncı Komitəsi çərçivəsində “Terrorçuluqla mübarizə haqqında ümuməhatəli Konvensiya” layihəsinə dair aparılan müzakirələrdə fəal iştirak etmişdir.

Terrorçuluğa qarşı mübarizədə Azərbaycan Respublikası xüsusi xidmət orqanlarının mühüm əhəmiyyət verdiyi strateji məsələlərdən biri də bu sahədə Birləşmiş Millətlər Təşkilatı ilə yanaşı dünyanın mühüm regional təşkilatları və ayrı-ayrı dövlətləri ilə əməkdaşlığın genişləndirilməsidir.

Terrоrçuluğa qarşı mübarizədə tərəfdaş ölkələrin əlaqələrinin dinamik inkişafı nəzərə alınaraq qeyd etmək lazımdır ki, хüsusi хidmət оrqanları arasında оlan əlaqələrin gələcəkdə məlumat mübadiləsindən, birgə оperativ tədbirlərə keçməsi əməkdaşlığın effektiv inkişafına хidmət etmiş оlar.

Beynəlхalq ictimaiyyətin terrоrçuluğun maliyyə qaynaqlarının qarşısının alınması istiqamətindəki aktiv fəallığı göstərilən prоblemi aktual edərək antiterrоrçuluq fəaliyyətində yeni mərhələlərin yaranmasına gətirib çıхarır ki, bu da öz növbəsində tapşırıqların yerinə yetirilməsində qüvvə və vasitələrin keyfiyyətli şəkildə əlaqələndirilməsini tələb edir.

Birinci növbədə bu razılaşdırılmış tədbirlərin həyata keçirilməsinə aid оlaraq antiterrоr kоalisiyası üzvlərinin tоpladığı təcrübədən istifadəni vacib edir.

Artıq qeyd etdiyimiz kimi terrоrçuluğa qarşı mübarizədə ikili standartlar оlmamalıdır. Belə ki, terrоrçuluğa qarşı mübarizədə ikili standartların tətbiq оlunması mübarizəni effektsiz edir. Azərbaycan və оnun müttəfiqləri göstərilən məsələyə ümumi pirnsiplərdən yanaşırlar. Terrоrçulara və оnların tərəfdarlarına, spоnsоrlarına sığınacaq verilməsi cinayətlərə bəraət vermək deməkdir. Bu addımlar antiterrоr kоalisiyası üzvlərinin birliyinə, оnlar arasındakı etibarlı münasibətləri pоza bilər. Ancaq sоn illərin hadisələri оnu göstərir ki, artıq bir çох ölkələr terrоrçuların hədəfinə çevrilərək ikili standartların ölümcül təhlükəsi ilə üzləşmişlər. Problemə dövlətlər arası siyasi yanaşmada ikili standartların mövcudluğuna baхmayaraq həmin ölkələrin xüsusi xidmət orqanları terrоrçuluğa qarşı mübarizədə böyük iş təcrübəsinə malikdirlər. Hal-hazırda bir çox dövlətlərin terrorçuluqla təhdidlərindən narahatçılıqları mövcuddur. Qarşıda duran əsas məsələlərdən biri də həmin dövlətlərlə birgə ümumi təhlükələrin qarşısının alınması həyata keçirilməlidir. Azərbaycan Respublikası Milli təhlükəsizlik orqanları beynəlxalq terrorçuluğa qarşı mübarizədə heç bir halda ikili standartlara yol verməmişdir və bu sahədə müttəfiqlərini də səmimi olmağa çağırır.

Azərbaycan Respublikası milli təhlükəsizlik оrqanları öz fəaliyyətində beynəlхalq terrоrçu və separatçı təşkilatlara qarşı mübarizəyə хüsusi yer verərək, dövlət əhəmiyyətli rejimli оbyektlərində terrоr-diversiya aktlarının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirir. Ölkəmiz dünyanın beynəlхalq terrоrçuluğa qarşı mübarizəsində Birləşmiş Millətlər Təşkilatının əlaqələndirici rоluna fəal dəstək verməkdədir.

Ölkəmizə sərmayə qoyan xarici şirkətlərin və iş adamlarının normal fəaliyyəti və təhlükəsizliyi, xarici investisiya qoyuluşunun stimullaşdırılmasına əlverişli şərait yaradılması, nəticə etibarı ilə xalqımızın maddi rifahının yüksəldilməsi deməkdir. Dünyanın ən inkişaf etmiş ölkələrinin, dövlətlərinin müsbət təcrübəsinə uyğun olaraq ölkəmizə maliyyə kəşfiyyatı sahəsində görülən, həyata keçirilən işlərin əlaqələndirilməsi məsələsi də az əhəmiyyət kəsb etmir. Həmin sahədə beynəlxalq təşkilatların tövsiyələrinin nəzərə alınması və bu sahələrdə qanunçuluğun daimi olaraq təkmilləşdirilməsi çox vacibdir.

Tеrrоrçuluğa qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyi Xüsusi Xidmət Orqanlarının sıх əməkdaşlığı öz müsbət nəticəsini vеrməkdədir. Hazırda əməkdaşlığın mövcud оlan hüquqi bazasında əlaqələrin praktik olaraq gerçəkləşdirilməsi bеynəlхalq tеrrоrçuluğa qarşı dövlətlərarası bağlanmış çохtərəfli və ikitərəfli müqavilələrlə tənzimlənir.

Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyi çərçivəsində terrorçuluğa, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığı nəzərdə tutan aşağıdakı sənədlərin iştirakçısıdır:


  • Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığı haqqında Saziş (25.11.1998);

  • Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin terrorçuluğa qarşı mübarizədə əməkdaşlığı haqqında Müqavilə (04.06.1999);

  • Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin kompyuter informasiyası sahəsində cinayətlərə qarşı mübarizədə əməkdaşlığı haqqında Saziş (01.06.2001);

  • Müstəqil Dövlətlər Birliyi iştirakçısı olan dövlətlərin ərazilərində birgə antiterror tədbirlərinin təşkili və keçirilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsinə dair Protokol (07.10.2002).

Azərbaycan Respublikası, həmçinin Müstəqil Dövlətlər Birliyinin orqanlarından olan Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin Şurası çərçivəsində terrorçuluqla mübarizə sahəsində aşağıdakı sənədlərin işlənib hazırlanmasında iştirak etmiş və onlara qoşulmuşdur:

  • Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq haqqında Müqavilə;

  • Mülki aviasiyanın qeyri-qanuni müdafiə aktlarından qorunmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş;

  • Terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq sahəsində Protokol;

  • Mühüm sənaye, nəqliyyat və rabitə obyektlərinin təxribatdan müdafiəsi, mümkün olan nüvə, kimyəvi və bakterioloji terrorçuluğun qarşısının alınması üzrə tədbirlər haqqında Protokol;

  • Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının dini, etnik və siyasi pərdə altında aparılan terrorçuluq, separatçılıq və digər ekstremist fəaliyyətə qarşı mübarizədə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokolu.

Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyi dövlətlərinin Antiterror Mərkəzi ilə məlumat-təhlil və məsləhət sahəsində əməkdaşlıq edir. Müstəqil Dövlətlər Birliyi Antiterror Mərkəzinin “Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin ərazisində fəaliyyəti qadağan olunacağı mümkün terrorçu və ekstremist təşkilatların vahid siyahısı”nın hazırlanmasında Azərbaycan Respublikası yaxından iştirak etmiş, bir sıra terror və ekstremist təşkilatların adı onun təklifi əsasında bu siyahıya daxil edilmişdir.Bu məsələdə Rusiya və Azərbaycanın xüsusi xidmətlərinin əməkdaşlığı xüsusi rol oynayır. истическими актами зафиксиро варрористическими актами зафиксиро=ваым ущербом, наносимом террором. За последнее время людские и

“Независимая газета”-nın müхbirinin, bеynəlхalq tеrrоrçuluğa qarşı mübarizədə Azərbaycan və Rusiya хüsusi хidmətlərinin əməkdaşlıq səviyyəisinin vəziyyəti haqqında sualına cavab vеrən Azərbaycan Rеspublikasının Milli Təhlükəsizlik Naziri cənab Еldar Mahmudоv bu əlaqələrin ən yüksək səviyyədə оlmasını bildirmişdir. Bununla yanaşı, cənab Nazir tərəfindən hər iki dövlətin хüsusi хidmətlərinin bir-birinə əməli yardım göstərərək şəхslər və təşkilatlar barədə infоrmasiya mübadiləsi aparmasını, еləcə də tеrrоrçu fəaliyyətdə şübhəli bilinərək hadisəni törətmiş şəхslərin aşkar еdilməsi, saхlanılması və еkstradisiya еdilməsi ilə bağlı bir çох misallar çəkmişdir. О, Rusiya Federasiyası və Azərbaycan хüsusi хidmət orqanlarının əməkdaşlığı nəticəsində 90-cı illərin оrtalarında dəmiryоl və magistral yоllarda partlayış törətmək məqsədilə еrməni хüsusi хidmət оrqanları tərəfindən hazırlanmış tеrrоrçu dəstənin Mоskva şəhərindəki ifşasını da qеyd еtmişdir [86].

Еyni zamanda cənab Nazir müхbirin diqqətinə, Rusiya хüsusi хidmət orqanları tərəfindən saхlanılmış və Ermənistan Xüsusi Xidmət Orqanlarının şantajı nəticəsində Bakı mеtrоpоlitеnində vətəndaşlarmızın ölümü ilə nəticələnən partlayış törətmiş hərbi əsirin Azərbaycan tərəfinə qaytarılmasını da çatdırmışdır [86].

Rusiya, Özbəkistan və Gürcüstan tərəfdaşlarımız ilə həyata kеçirdiyimiz tədbirlər nəticəsində aхtarışda оlan bir çох cinaytkarlar Rusiya Federasiyasına еkstradisiya еdilmiş, еləcə də çеçеn sеparatçılarına dəstək vеrən bеynəlхalq tеrrоrçu təşkilatların fəaliyyətinin qarşısı alınaraq оnların Azərbaycanda fəaliyyət göstərən Məlumat Mərkəzləri bağlanmışdır. Rusiya tərəfi isə bizə cinayət törədərək aхtarışda оlan Rusiya Federasiyası ərazisində gizlənən vətəndaşlarımızı еktradisiya еtmişdir [86].

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlığı nəticəsində Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi polkovnik Can Ohanesyanın, onun müavini mayor Aşot Qaloyanın, Rusiya Federal əks-kəşfiyyat xidmətinin terrorçuluqla mübarizə İdarəsinin baş əməliyyat müvəkkili mayor Boris Simonyanın başçılığı ilə Rusiya ərazisində fəaliyyət göstərən erməni separatçılarından ibarət terrorçu qrup məsuliyyətə cəlb olunmuşdur. Moskvada yerləşən və Valeri Petrosyanın rəhbərlik etdiyi «TİRR» Assosiasiyası tərəfindən maliyyələşdirilən həmin qrup Rusiya və Azərbaycan ərazisində dəmiryolu qatarlarında bir neçə partlayış törətmişdir. Bütün bu şəxslər Rusiya Federasiyası və Azərbaycan Respublikası məhkəmələri tərəfindən müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar [51].

Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində fəaliyyət göstərən terrorçu-separatçı «Sadval» təşkilatı üzvlərinin 1994-cü ilin martın 19-da Bakı metropoliteni stansiyalarından birində törətdikləri və 14 nəfər dinc sakinin ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən partlayışın Ermənistan Respublikası xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi faktı da prosessual qaydada tam sübuta yetirilmişdir. Çoxsaylı şahid ifadələri və maddi sübutlar bu təşkilatın yaraqlılarının Ermənistan Respublikasının Nairi və Arzni rayonlarında yerləşən, xüsusi xidmət orqanlarına məxsus hərbi-təxribat hazırlığı bazalarında, habelə Dağıstan Respublikasının Məhərrəmkənd rayonu ərazisində təşkil edilmiş xüsusi düşərgələrdə təlim keçdiklərini birmənalı şəkildə təsdiqləmişdir. Məhz Ermənistanın xüsusi xidmət orqanları terror aktlarının icrası üçün cinayətkarları zəruri partlayıcı materiallar və texniki vasitələrlə təchiz etmiş və maliyyələşdirmişlər. Azərbaycanın milli təhlükəsizlik orqanları həmin cinayətin 43 təşkilatçısını və icraçısını aşkarlamış, onlardan 30 nəfəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum olunmuşdur, ölkənin hüdudlarından kənarda gizlənənlər barədə isə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu dəhşətli terror aktının qeyri-adiliyi ondadır ki, Azərbaycan torpaqlarını işğal edən və Dağlıq Qarabağın separatçı rejiminə himayədarlıq edən qonşu Ermənistanın xüsusi xidmət orqanları həmin cinayəti həyata keçirmək üçün terrorçuları digər həmsərhəd ölkədə - Rusiya Federasiyasında, ölkəmizin bir sıra şimal rayonları barəsində ərazi iddiaları irəli sürən separatçılar sırasından hazırlamışlar. Bu isə müxtəlif etnik yönümlü separatçılar arasında qarşılıqlı əlaqələrin beynəlxalq terrorçuluqin əsas tərkib hissələrindən biri olduğuna daha bir sübutdur.

Təəssüf ki, bu yeganə fakt deyil. Belə ki, 2000-ci ilin əvvəlindən etibarən Azərbaycanın şimal rayonlarında yaşayan avar xalqının adından separatçılıq hərəkatını başlamaq məqsədini güdən bir qrup fəallaşmışdı. 2001-ci ilin iyun ayından Dövlət Yol Polisinin postlarına, rayon polis şöbəsinə və hərbi hissəyə bir neçə basqınlar, Şeyx Şamilin abidəsinin partladılması kimi cinayətlərin törədilməsi Zaqatala və Balakən rayonlarında vəziyyəti kəskinləşdirmişdi.

Həmin cinayətlərin istintaqı zamanı göstərilən qrupun rəhbəri Hacı Maqomedovun və sonradan onun həbs edilmiş silahdaşı Şaban Buşdiyevin erməni xüsusi xidmətlərinin nümayəndələri ilə əlaqələri olması faktı aşkarlanmışdır.

1997-ci ildə onların hər ikisi Azərbaycan ərazisində «Avar dövləti»nin yaradılması üçün 1 milyon ABŞ dolları və 1000 ədəd avtomat silahın alınması məsələsinin müzakirəsi məqsədi ilə Yerevan və Xankəndiyə səfər etmişlər. Sonradan onlar bu danışıqları Mahaçqalada davam etdirmiş və nəticədə 1000 ədəd avtomat silahın və 300 min ABŞ dollarının verilməsi barədə razılığa gəlmişlər. Bundan sonra avar separatçılarının «Car-Balakən dövləti»nin yaradılması ideyası və bu istiqamətdə fəaliyyətlərinə dəstək almaq üçün H.Maqomedov 2001-ci ilin dekabr ayında yenidən Yerevana getmişdir. Bu səfərin əsas məqsədi yaz-yay mövsümündə yerli icra hakimiyyətinin binasının zəbt edilməsi, həbs olunmuş silahdaşlarının azadlığa buraxılması şərti ilə vəzifəli şəxslərin girov götürülməsi və dövlətə qarşı digər cinayət əməlləri üçün müxtəlif növ silah, o cümlədən istilik raketlərinin alınması idi.

Qeyd olunanlar müxtəlif etnik təmayüllü «separatçılar»ın sıx əlaqədə göstərdikləri fəaliyyətlərinin beynəlxalq terrorçuluqin əsas tərkib hissəsi olduğunu bir daha sübut edir.

Bunlardan əlavə Azərbaycan Respublikası beynəlxalq terrorçuluqla mübarizədə bir sıra regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığı bu sahədə özünün strateji məqsədlərindən hesab edir.

Azərbaycan Respublikası üzvü olduğu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı çərçivəsində təşkilatın fundamental prinsiplərini özündə əks etdirən 1975-ci ildə qəbul olunmuş Helsinki Yekun Aktını, Yeni Avropa üçün Paris Xartiyasını, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Avropa Təhlükəsizliyi Xartiyasını və özündə terrorçuluğa qarşı mübarizənin prinsiplərini birləşdirən digər mühüm əhəmiyyətli sənədləri imzalamışdır [39].

Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əlaqələrinin daha da gücləndiriliməsi, Avropa İttifaqının Avropa Qonşuluq siyasətinə müvafiq olaraq Azərbaycan üzrə Fəaliyyət Planının işlənib hazırlanması və həyata keçirilməsi üzrə səmərəli və əlaqələndirilmiş işin təmin edilməsi məqsədilə 2005-ci ilin 1 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyası yaradılmışdır. Hesab edirik ki, Fəaliyyət Planı terrorçuluğa və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığa mühüm töhvə olacaqdır.

Azərbaycan Respublikası, Avropa Şurasının üzvlüynə qəbul edildiyi tarixdən (25.01.2001) etibarən Azərbaycan Respublikası Avropa Şurası qarşısında Avropa Şurası Parlament Assambleyasının 222(2000) saylı qətnaməsilə öz üzərinə götürmüş olduğu öhdəliklərin demək olar ki, əksəriyyətini icra etmişdir. Azərbaycan Respublikası terrorçuluğa, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində bir çox Avropa konvensiyalarının və protokollarının iştirakçısıdır.

Azərbaycan Respublikası Avropa Şurasının Terrorçuluğa qarşı beynəlxalq mübarizə üzrə çoxtərəfli qrupunun (GMT) fəaliyyətində iştirak etmiş, hazırda bu sahədə Avropa Şurasının Terrorçuluq üzrə Ekspert Komitəsi (CODEXTER) çərçivəsində əməkdaşlığını davam etdirir.

23 may 2006-cı il tarixdə Kiyev (Ukrayna) şəhərində Gürcüstan, Ukrayna,Azərbaycan və Moldova dövlət başçıları tərəfindən Demokratiya və iqtisadi inkişaf naminə GUAM Təşkilatının Nizamnaməsinin imzalanması nəticəsində çoxtərəfli diplomatiyanın vasitəsi kimi GUAM-ın regional məşvərət konfransından, regional hökumətlərarası təşkilatlara transformasiyasını təmin edəcək hüquqi və funksional-təşkilati əsaslar müəyyən edilmiş oldu. Beləliklə, GUAM müasir dövrümüzdə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin VIII fəsli ilə regional təşkilatlar qarşısında qoyulan tələblərə indiki halda tam cavab verir.

Beynəlxalq terrorçuluğa, ekstremizmə, separatizmə, transmilli mütəşəkkil cinayətkarlığın sair formalarına və digər ağır cinayətlərə qarşı mübarizədə əməkdaşlıq, Demokratiya və iqtisadi inkişaf naminə GUAM Təşkilatının başlıca məqsədlərindən birini təşkil edir.

Azərbaycan Respublikası GUAM çərçivəsində terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində aşağıdakı sənədlərin iştirakçısıdır:


  • 2002-ci il iyulun 20-də Yalta (Ukrayna) şəhərində GUAM-ın Zirvə Toplantısında imzalanmış “Terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər növ təhlükəli cinayətlərlə mübarizə sahəsində GUAM iştirakçısı olan dövlətlərin hökumətləri arasında əməkdaşlıq haqqında” Saziş;

  • 2003-cü il iyulun 4-də Yalta (Ukrayna) şəhərində imzalanmış “Terrorçuluq, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə üzrə GUAM-ın Virtual Mərkəzinin və GUAM-ın Dövlətlərarası İnformasiya-Təhlil Sisteminin (DİTS) yaradılması haqqında Saziş.

Azərbaycan Respublikası 9 aprel 2002-ci il tarixli 296-IIQ nömrəli qanunla “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin hökumətləri arasında cinayətkarlığa, xüsusən onun mütəşəkkil formalarına qarşı mübarizədə əməkdaşlıq haqqında” 1998-ci il oktyabrın 2-də Kerkira şəhərində (Yunanıstan) imzalanmış Sazişə, 5 dekabr 2003-cü il tarixli 523-IIQ qanunla isə Azərbaycan Respublikası bu Sazişə dair 2002-ci il martın 15-də Kiyev şəhərində imzalanmış Əlavə Protokola qoşulmuşdur.

Qeyd etmək lazımdır ki, Azərbaycan bir çox dövlətlərlə beynəlxalq terrorçuluqlə mübarizədə fəal əməkdaşlıq edir. 2002-ci ilin aprel ayında Trabzon şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə arasında «Terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər ağır cinayətlərlə mübarizə haqqında Saziş» imzalanmışdır. GUAM üzv dövlətlərinin hüquq-mühafizə orqanları arasında sıx əməkdaşlıq 2002-ci ilin iyul ayında Yalta şəhərində «Terroçuluq, mütəşəkkil cinayətkarlıq və digər ağır cinayətlərlə mübarizə haqqında» Sazişin imzalanması ilə nəticələndi. Həmin sazişlərin əsas məqsədlərindən biri regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin olunmasıdır.

Nəzərə almaq lazımdır ki, sənaye infrastrukturları, nəqliyyat kommunkasiyaları və həyat təmianatı sistemləri bu gün terror aktlarının başlıca hədəfləridir. Hazırda Cənubi Qafqazda tarixi «İpək yolu»nun bərpası, Avropa-Qafqaz-Asiya, Şimal-Cənub nəqliyyat dəhlizlərinin möhkmələndirilməsi, yeni neft və qaz kəmərlərinin, o cümlədən Aralıq dənizindəki Ceyhan limanına çıxışı olacaq Bakı-Tbilisi neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi irimiqyaslı beynəlxalq layihələr reallaşır. Bununla bağlı Azərbaycanda həyati əhəmiyyətli obyektlərin, kommunikasiyaların, su hövzələrinin, silah və hərbi sursat, radioaktiv və zəhərləyici maddələrin saxlanılma yerlərinin, qaz və neft kəmərlərinin, hava və dəniz limanlarının mühafizəsinin gücləndirilməsi üçün ciddi kompleks tədbirlər həyata keçirilir. Səfirliklər, beynəlxalq təşkilatların nümayəndəlikləri və xarici şirkətlərin mühafizəsi xüsusən gücləndirilmişdir.

Beynəlxalq terrorçuluğa qarşı mübarizənin intensivləşdirilməsi və səmərəliliyinin artırılması sahəsində Azərbaycan dövlətinin mühüm strategiyalarından biri də sərhədlərin mühafizəsinin gücləndirilməsi və beynəlxalq terror təşkilatı üzvlərinin ölkəyə daxil olması və ölkədə özlərinə sığınacaq tapmalarının qarşısının alınmasıdır.

Azərbaycan Respublikasının mühüm və həssas coğrafi-strateji məkanda yerləşməsi, mövcud hərbi-siyasi vəziyyət və həmçinin, ölkəmizdə Avropa regionu dövlətlərinin nəqliyyat və enerji təhlükəsizliyinin təmin olunmasına yönəlmiş transmilli layihələrin həyata keçirilməsi ciddi və kompleks təhlükəsizlik tədbirlərinin görülməsini və sahədə xüsusi strateji planların işlənilməsini ön mövqeyə çəkmişdir.

Azərbaycan sərhədlərinin mühafizəsi, pasport və qeydiyyat rejimləri qaydalarına ciddi riayət olunması üzərində nəzarət və sərhəd məntəqələrində nəzarət-buraxılış rejimi gücləndirilmişdir. Habelə, xaricilərin Azərbaycana qeyri-qanuni axınının qarşısının alınması, qeyri-qanuni yolla məskunlaşmış şəxslərin mənsub olduqları dövlətlərə readmissiyası sahəsində müvafiq tədbirlər həyata keçirilir. Həyati əhəmiyyətli obyektlərin, tranzit neft və qaz kəmərlərinin, müvafiq enerji nəqli sistemlərinin, terminalların, hava və dəniz limanlarının, tərsanələrin, səfirliklərin, beynəlxalq təşkilatların və nümayəndəliklərin, xarici şirkətlərin, dini qrumların mühafizəsinin gücləndirilməsi üzrə ciddi kompleks proflaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Beynəlxalq terror təşkilatlarının üzvlərinin, transmilli və regionlararası mütəşəkkil cinayətkarlıqla məşğul olan qruplaşmaların, yaxud onlarla sıx əlaqədə olan şəxslərin müəyyənləşdirilməsi və ifşa edilməsi məqsədilə əlavə tədbirlər görülür.Azərbaycanın hüquq-mühafizə orqanalrı tərəfindən terror qrupları və terrorçuların müəyyənləşdirilməsi, aşkar və həbs edilməsi üzrə əməliyyat axtarış tədbirləri, terrorçuluqla bağlı hər hansı bir fəaliyyətin qarşısının alınması üzrə profilaktik tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasına terrorçuların daxil olmasının, tranzitinin və başqa dövlətlərə qarşı cinayət aksiyaları törədilməsi üçün onun ərazisindən istifadə edilməsinin qarşısının alınması məqsədilə bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir. Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının dövlət sərhəddi haqqında” 09 dekabr 1991-ci il tarixli, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” 14 iyun 1994-cü il tarixli, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” 13 mart 1996-cı il tarixli, “Yaşayış yeri və olduğu yer haqqında”04 aprel 1996-cı il tarixli, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” 30 sentyabr 1998-ci il tarixli, “İmmiqrasiya haqqında” 22dekabr 1998-ci il tarixli Qanunlarını, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçid qaydaları haqqında” Əsasnaməni belə aktlar sırasına daxil etmək olar [20; 21; 22; 23; 24; 25; 26].

Antiterror əməliyyatının başlanmasından sonra terrorçu təşkilatların üzvlərinin və onların yardımçılarının yerdəyişməsinə imkan yaradan, daha da güclənmiş qeyri-leqal miqrasiyanın aşkarlanması və kanallarının qarşısının alınması Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanlarının fəaliyyətində öncül istiqamətlərdən biridır. Bu məsələnin həlli məqsədi ilə Azərbaycan höküməti miqrasiyanın idarə olunması üzrə dövlət proqramının işlənib hazırlanması Komissiyası, sərhəd nəzarəti Komissiyası, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq üzrə əlaqələndirici qrup təsis etmişdir. Həmin strukturların fəaliyyətinin əsas məqsədləri sərhəd nəzarəti və sərhədlərin mühafizəsi ilə bağlı prosedurların beynəlxalq standartlara üyğunlaşdırılması, sərnişin axını və yük dövriyyəsinə nəzarətin səmərəli təminatı ilə yanaşı, insan hüqüqlarına riayət olunmasıdır.

Proqramın həyata keçirilməsi təkcə bu sahədə fəaliyyətin daxili əlaqələndirilməsini deyil, habelə beynəlxalq təşkilatlarla əməkdaşlığı, xarici dövlətlərin müvafiq qurumları ilə sıx tərəfdaşlıq əlaqələrini tələb edir. Belə ki, Azərbaycan Respublikasının müvafiq qurumları ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında sıx əməkdaşlıq nəticəsində sərhədin mühafizəsi sahəsində potensialın artırılması üzrə bir sıra tədbirlər görülmüşdür. Bunların sırasında yeni müstəqil dövlətlərdə sərhədçilərin hazırlanması üçün analoqu olmayan treninq-mərkəzin təşkilini, sərhəd nəzarət-buraxılış məntəqələrinin texniki cəhətdən yenidən təchiz edilməsini, Azərbaycan sərhədlərini keçən miqrantlar barədə bütün informasiyanı vahid məlumat bazasında toplamağa imkan verən avtomatlaşdırılmış «giriş-çıxış» sisteminin yaradılmasını göstərmək olar. Bu gün həmin şəbəkəyə bir neçə nazirlik, «Binə» hava limanı, Bakı dəniz limanı, ölkənin şimalında və qərbində iki nəzarət-buraxılış məntəqəsi qoşulmuşdur. Yeni abonentlərin mərhələli qoşulması hesabına bu sistemlə sərhədin bütün perimetrini əhatə etmək planlaşdırılır.

Hüquq-mühafizə orqanlarının sərhədyanı rayonlarda fəaliyyətinin təşkilinə xüsusi diqqət yetirilir, mütəmadi olaraq cinayətlərin qabaqlanması və açıqlmansına, cinayətkarların yaxalanmasına yardım göstərilir. Eyni zamanda, Azərbaycan ərazisinin narkotiklərin ötürülməsi üçün dəhliz kimi istifadəsi cəhdlərinin ardıcıl surətdə qarşısı alınır.

Son illər cinayətkarlıqla, o cümlədən onun mütəşəkkil və transmilli formalarına qarşı mübarizənin fəallaşdırılması məqsədi ilə irimiqyaslı birgə əməliyyatlar («Sərhəd» şərti adı altında) keçirilmişdir. Regional əməkdaşlıq çərçivəsində problemin poçt terrorçuluqi ilə mübarizə kimi aspekti də nəzərdə tutulur. Lakin bəzi problemlərlə mübarizədə Azərbaycan başqa dövlətlərin müvafiq təcrübəsindən də istifadə edir.

Azərbaycan ərazisində bеynəlхalq tеrrоrçu təşkilatların üzvləri saхlanılaraq vətəndaşları оlan dövlətlərin prоkurоrluq оrqanlarına təhvil vеrilmişdir. Bunlardan saхlanılmış 2 nəfər «Əl-Qaidə», 5 nəfər «Əl-Camaat Əl-İslamiyyə», 3 nəfər «Əl-Cihad», 1 nəfər «Özəbəkistanın İslam hərəkatı» və 1 nəfər həbs isə «Qafqazın İslam Оrdusu» təşkilatının üzvləri оlmuşlar. 2004-cü ildə Azərbaycan ərazisində bеynəlхalq tеrrоrçu təşkilatların üzvlərindən 1 İngiltərə, 1 Əfqanıstan, 1 İоrdaniya və 5 nəfər Rusiya Federasiyası vətəndaşı saхlanılmışdır. 2005-ci ildə isə tеrrоçu təşkilatlarla əlaqəsi оlan saхlanılan 30 şəхs digər dövlətlərə təhvil vеrilmiş, digər ölkələrdən olan 44 nəfər isə terrorçu qrumlarla əlaqələrdə şübhəli bilindiyinə görə Azərbaycandan xaric olunub.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində aşağıdakı terror təşkilatları ifşa olunmuş və onların üzvləri həbs olunmuşdur:


  • “Ceyşullah”- 14 üzv

  • “Hizbut-Təhrir”- 6 üzv

  • “Əl-Qaidə”- 23 üzv

  • “Əl-Qaidə Qafqaz”- 6 üzv

  • “Munir” qrupu- 8 üzv

  • “Camaat Əl-Müvahiddin”- 7 üzv

  • “Hacı Cankayevin qrupu”- 16 üzv

  • “Fadil Əldressi Əlinin qrupu”- 10 üzv

  • “İmam Mehdinin Şimal Ordusu”- 17 üzv

  • “Meşə qardaşları” qrupu- 24 üzv

  • “Kamran Əsadovun qrupu”- 11 üzv

  • “Əbu Cəfərin qrupu”- 18 üzv.

Son iki il ərzində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən beynəlxalq terrorçuluqla mübarizədə istiqamətində bir sıra nəticələr əldə edilmişdir.Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:

Milli Təhlükəsizlik Nazirliyinin ölkəmizin milli maraqları və mənafeləri əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə qarşı müntəzəm həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar birlik yaradıb dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyi planlaşdıran, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici ölkəyə kömək göstərməklə dövlətə xəyanət etmiş bir qrup şəxs ifşa olunaraq zərərsizləşdirilmişdir.

Müəyyən edilmişdir ki, Bakıda yerləşən “Azəri M-İ Drillinq Fluids” abş-Azərbaycan birgə müəssisəsində təchizat üzrə koordinator işləyən Səid Dadaşbəyli dini ekstremizm ideyalarını rəhbər tutaraq Azərbaycan Respublikasında hakimiyyəti zorla ələ keçirib dünyəvi dövlət quruluşunu dəyişdirməyi və şəriət qanunları ilə idarə olunan hakimiyyət qurmağı qarşısına məqsəd qoymuşdur. O, bunun üçün həmfikirləri Ceyhun Əliyev, Cahangir Kərimov, Mikayıl İdrisov, Rasim Kərimov,Rəşad Əliyev, Fərid Ağayev, Emil Möhbalıyev, Samir Qocayev və Bəybala Quliyev ilə əlbir olub “North İmam Mehty Army” (“İmam Mehdinin Şimal Ordusu”) ingilis sözlərinin baş həriflərindən ibarət “NİMA” adlı, konspirasiya üsullarından istifadə edən, özünün tabeçilik və idarəçilik strukturuna malik 17 nəfərdən ibarət dini-ekstremist və cinayətkar yönümlü gizli təşkilat yaratmışdır [16].

Təşkilatın fəaliyyətinin genişləndirilməsi və gücləndirilməsi üçün Səid Dadaşbəyli toplanılan üzvlük haqlarından və ianələrindən ibarət, eləcə də üzvlərin kommersiya fəaliyyətindən əldə etdikləri qazancın 10-15%-ni məcburi qaydada ödəməli olduqları xüsusi maliyyə fondu yaratmışdır.Fondun kapitalının artırılması məqsədilə Səid Dadaşbəyli təşkilatın üzvlərindən istənilən üsul və yollarla maliyyə vəsaitləri toplamağı tələb etmişdir.Həmçinin, müəyyən maliyyə vəsaiti müqabilində xarici xüsusi xidmət orqanalrı ilə əməkdaşlığı da məqbul sayan Səid Dadaşbəylinin razılığı əsasında təşkilatın üzvləri İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran İslam İnqilabının Mühafizə Korpusu- “SEPAH” ilə məxfi əməkdaşlıq etməyə başalamışlar.

Xüsusi xidmət orqanının əməkdaşları növbəti dəfə Cahangir Kərimovu İrana dəvət edərkən, sonuncu “Bakı-Tiblisi-Ceyhan” boru kəmırinə dair verilmiş tapşırığın icrası ilə bağlı səfər ərəfəsində məlumat toplamağa çalışmış, bu barədə Ceyhun Əliyevdən kömək istəmiş, o da təşkilatın digər üzvü, “McDermott” neft şirkətində işləyən Samir Qocayevə müraciət etməsini məsləhət görmüşdür.Cahangir Kərimov bu barədə Samir Qocayevlə razılaşmış, lakin vaxt məhdudluğundan sonuncu göstərilənlər barədə məlumat toplaya bilməməişdir.Tapşırıq icra olunmadığı üçün bu ölkənin xüsusi xidmət orqanının əməkdaşları Cahagir Kərimova öz iradlarını bildirmiş, yenidən boru kəməri ilə bağlı məlumatların əldə edilməsi göstərişini vermişlər.Cahagir Kərimov Azərbaycana qayıtdıqdan bir neçeə gün sonra həmin xüsusi xidmət orqanının əməkdaşları ona fotoaparat almaq üçün 1000 abş dolları göndərmişlər. Cahangir Kərimov bu barədə Səid Dadaşbəyliyə xəbər verib tapşırığın icrasında ona köməklik göstərməsini xahiş etmiş, o isə məlumatların toplanılmasını eyni zamanda Ceyhun Əliyevə də tapşırçışdır.

Məlumat verildiyi kimi 2008-ci il avqust ayının 17-də Bakı şəhəri Ülvi Bünyadzadə küçəsində yerləşən “Əbu-Bəkr” məscidində naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfərin ölməsi və 18 nəfərin yaralanması ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyi tərəfindən görülən tədbirlərlə bu cinayətdə şübhəli bilinən 18 nəfər yaxalanmış və barələrində həbs qətiimkan tədbiri seçilmişdir. Bu zaman onlara məxsus çoxlu sayda odlu silah və döyüş sursatı, partlayıcı qurğular və xüsusi rabitə vasitələri, müxtəlif hərbi təyinatlı ləvazimatlar və sair aşkar olunaraq götürülmüşdür [17].

Mütəşəkkil şəkildə fəaliyyət göstərən silahlı dəstənin bütün üzvlərinin müəyyən olunması üzrə kompleks tədbirlər davam etdirilmişdir. Cari il sentyabrın 6-da həmin dəstənin fəal üzvlərindən biri Telman Abdullayevin Qusar rayon Avaran və Xurel kəndləri arasındakı meşə massivində olması barədə məlumat əldə edilmişdir.

Qeyd olunmalıdır ki, Telman Abdullayev hələ 2007-ci il sentyabrın 26-da “Meşə qardaşları” adlanan cinayətkar dəstənin zərərsizləşdirilməsi hüquq mühafizə orqanalrının Qusar rayon ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı iki polis işçisini yaralayaraq hadisə yerindən qaçmağa müvəfəq olmuşdur. Faktla bağlı Qusar rayon prokurorluğu tərəfindən həmin tarixdə Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə başlayan cinayət işi üzrə Telman Abdullayev barəsində təqsirləndirilnən şəxs qismində cəlb etmək haqqında qərar çıxarılmış, lakin qaçıb gizləndiyi yer məlum olmadığından onun tutulması üçün axtarış elan edilmişdir.

Cari il sentyabrın 6-da Telman Abdullayevin meşədə olduğu ehtimal edilən meşəyə baxış keçirilmiş və burada düşərgə yeri, istifadə məqsədilə toplanılmış məişət əşyalarının və sairə aşkar edilməsilə əlaqədar görülən tədbirlərlə şübhəli şəxslərin Qusar şəhərində Rasim Əsadullayevə məxsus evdə gizləndikləri müəyyən edilmişdir. Elə həmin gün terrorçuların zərərsizləşdirilməsi məqsədi ilə xüsusi plan hazırlanmış və Milli Təhlükəsizlik Nazirliyinin “Qartal” Xüsusi Təyinatlı dəstəsi tərəfindən antiterror əməliyyatı həyata keçirilmişdir. Bu zaman təslim olmaq barədə əmrə tabe olmayan evdə gizlənmiş şəxslər tərəfindən xüsusi təyinatlılara əl qumbarası atılmış və avtomat silahlardan atəşlər açılmışdır. Silahlı müqavimətin qarşısı alınarkən Qusar şəhər sakinləri- Telman Abdullayev və Gürşad Əlixanov öldürülmüş, Ramil Əsədullayev isə yaralanmışdır. Sonuncu rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı zaman keçinmişdir.

2007-ci ilin oktyabr ayının sonunda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticısində, tərkibinə 14 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər Rusiya Federasiyası və 1 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı daxil olmaqla 16 nəfərdən ibarət silahlı dəstə (“Meşə qardaşları qrupu”) tutulub saxlanılmışdır. Özlərini “Meşə qardaşları” adlandıran bu qrupun üzvlərinin “Əl-Qaidə” və “Əl-Cihad” beynəlxalq terrorçu təşkilatların rəhbərləri ilə əlaqədə olması, Çeçenistan Respublikasında fəaliyyət göstərən terrorçuların bazalarında hərbi hazırlıq keçməsi, Rusiya ərazisində bir sıra silahlı basqınlar həyata keçirməsi müəyyən olunmuşdur [16].

Ictimaiyyətə məlum olduğu kimi baş vermiş ağır cinayət hadisələrinin törədilməsində təqsirləndirilən 1975-ci il təvəllüdlü, Bakı sakini, Müdafiə Nazirliyinin Xanlar rayonu ərazisində yerləşən “N”saylı hərbi hissəsinin zabiti baş leytenant Kamran Əsədov özünün də daxil olduğu radikal vəhhabi qrupunun digər üzvü ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xidmət etdiyi hərbi hissədən 4 avtomat, 1 “PK” əl pulemyotu, 20 əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və hərbi ləvazimat oğurlayaraq hərbi hissəni öz başına tərk etmişdir. Kamran Əsədov və qrupun digər üzvləri oğurladıqları silah-sursatı və hərbi ləvazimatların bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakı şəhərinə gəlmişlər [17].

Qrupun bəzi xarici ölkələrin Azərbaycandakı səfirliklərinə qarşı terrorçuluq aksiyası keçirmək planları barədə daxil olmuş məlumatlar əsasında Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bu cinayətkar niyətlərin qabaqlanması üçün xüsusi əməliyyatlar hazırlanaraq həyata keçirilmişdir. Belə ki, oktyabr ayının 27-də saat 03 radələrində qrupun bir neçə üzvünün gizləndiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin Bağ massivindəki ünvanda keçirilən əməliyyat tədbirləri ilə həmin şəxslər yaxalanmış, qrupun bir üzvü silahlı müqavimət göstərməyə cəhd edərkən məhv edilmişdir. Oğurlanaraq gizlədilən silah-surastın bir hissəsi həmin ünvanada, bir hissəsi isə İsmayıllı rayonu ərazisində aşakar edilərək götürülmüşdür.

Qrupun digər üzvlərinin yaxalanması üzrə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini, 1983-cü il təvəllüdlü Vüqar Əliyev və Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Elşən Məmmədov da zərərsizləşdirilmişdir. Vüqar Əliyev və Elşən Məmmədov üzvləri olduqlar silahlı qrupun fəaliyyəti, olan və niyətləri barədə ətraflı məlumat vermişlər. Belə ki, onlar Bakı şəhərində bir sıra dövlət strukturlarına, habelə abşnın və digər dövlətlərin ölkəmizdəki səfirliklərinə qarşı terrorçuluq aksiyası keçirmək məqsədi ilə hərbi hissədən silah-sursat oğurladıqlarını, lakin məhz Milli Təhlükəsizlik Nazirliyinin Maştağa qəsəbəsində həyata keçirdiyi əməliyyat tədbirlərinin nəticəsində bu niyətlərinin baş tutmadığını etiraf etmişlər.

Məlumat verildiyi kimi 2008-ci il avqust ayının 17-də saat 20:50 radələrində Bakı şəhəri Ülvi Bünyadzadə küçəsində yerləşən “Əbu-Bəkr” məscidinə naməlum şəxs tərəfindən atılmış əl qumabarsının atılması nəticəsində iki nəfər hadisə yerində ölmüş, 18 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilmişdir.

Hüquq-mühafizə orqanlarının nümayəndələri hadisə yerində olmuş, həmin qurumların əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradımışdır. Faktla bağlı Bakı şəhər prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə),120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 228.1 (qanunsuz olaraq odlu silah onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə satma saxlama, daşıma və gəzdirmə)maddələri ilə cinayət işi başlanılmış və istintaqın sonrakı gedişatı zamanı baş vermiş cinayət hadisəsində terrorçuluq əlamətləri olduğundan istintaqın aparılması Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə həvalə edilmişdir.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bu cinayətin tezliklə açılması istiqamətində keçirilmiş kmpleks əməliyyat axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, cinayətdə şübhəli bilinən şəxslər, əslən Zaqatala rayonundan olan, Şimali Qafqazdakı qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmiş, özünü “Dağıstan camaatı”nın əmiri elan edən “Əbdülməcid” ləqəbli İlqar Mollaçiyev, onun qaynı “Suleyman” ləqəbli Samir Mehdiyev və onlarla cinayət əlaqəsində olan radikal dini təmayüllü digər şəxslərdir.

Qeyd edilməlidir ki, hələ 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyi tərfindən “Meşə qardaşları” adlı silahlı birləşmə zərərsizləşdirilmiş, onun 17 nəfər üzvü, o cümlədən liderlərindən biri-“Əbu Cəfər” ləqəbli Naif Abdulkərim Əl-Bedevi həbs edilərək məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzsaına məhkum olunmuşlar.Həmin silahlı birləşməyə başçılıq edənlərdən biri İlqar Mollaçiyev, onun qaynı Samir Mehdiyev və qeyriləri barəsində isə cinayət tədbirləri davam etdirilmişdir [16].

Məlum olmuşdur ki, İlqar Mollaçiyev və Samir Mehdiyev “Meşə qardaşları” adlı silahlı birləşmənin fəaliyyətini bərpa etməyi, respublikanın şimal rayonlarında qanunsuz hərbi birləşmələr yaratmağı və ümumən Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş terrorçuluq əməlləri törətməyi planlaşdırmışlar.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bu cinayətkar niyətlərin qabaqlanması üçün xüsusi əməliyyat hazırlanaraq həyata keçirilmişdir. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində 13 nəfər yaxalanaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş və barələrində həbs qətiimkan tədbiri seçilmişdir.Onlara məxsus çoxlu sayda odlu sialh və döyüş sursatı, partlayıcı qurğular və sxemlər, hazırlanma təlimatları, xüsusi rabitə vasitələri, müxtəlif xəritələr, dağ-meşə şəraitində döyüş taktikası üzrə metodiki vəsaitlər, hərbi təyinatlı ləvazimatlar və sair aşkar olunaraq götürülmüşdür.

Həmin şəxslərdən Sumqayıt şəhər sakinləri- Taleh Çəhərrəmov və Samir Babayev üzv olduqları silahlı birləşmənin fəaliyyəti, plan və niyətləri barədə ətraflı ifadələr vermişlər. Belə ki. Onlar uşaqlıq dostları olan Samir Mehdiyev və digərləri ilə bir yerdə dini söhbətlər edərkən “Əbu-Bəkr” məscidində ibadət edənləri qınamış, onları İslam dinindən kənar saymış və cihad etmək məqsədi ilə Samir Mehdiyev İlaqar Mollaçiyevin göstərişinə əsasən, dini radikallığa meylli şəxslərdən ibarət “Meşə qardaşları” adlı silahlı birləşmənin fəaliyyətini yenidən bərpa etməyə çalışmışdır.

Bu məqsədlə Samir Mehdiyev dini radikallığı ilə seçilən dostları- Taleh Məhərrəmov, Samir Babayev, Fariz Məmmədov, Elşən Allahverdiyev, Zabit Şıxbabayev və digərləri ilə yenidən əlaqə yaratmışdır. Azərbaycanda cihadı təşkil etmək üçün 2008-ci il iyulun 19-da İlqar Mollaçiyev, Samir Mehdiyev və daha iki nəfər Azərbaycanın dövlət sərhəddini qanunsuz keçərək həmin şəxslərin yardımı ilə Bakı və Sumqayıt şəhərlərində yerləşmişlər.

İlqar Mollaçiyev və Samir Mehdiyevin planına əsasən, ümumilikdə “Meşə qardaşları” silahlı birləşməsinə daxil olan “Sumqayıt camaatı” adlı birinci qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli, “Quba və Qusar camaatı” adlı ikinci qrupun üzvləri isə respublikanın dağ-meşə massivində hərbi düşərgələr yaratmalı idilər. Bu məqsədlə silahlı dəstənin üzvləri tərəfindən artıq Azərbaycanın Quba və Qusar rayonları ərazisində xüsusi blindajlar hazırlanmış, silah və döyüş sursatı əldə edilmiş, ərzaq ehtiyatı yaradılmışdır.

Taleh Məhərrəmov və Samir Babayev ifadələrində “Əbu-Bəkr” məscidində baş vermiş hadisənin İlqar Molaşiyev və Samir Mehdiyev tərəfindən törədilməsini yəqin etdiklərini və bu barədə fikirlərini Samir Mehdiyevə bildirdiklərini göstərmişlər.Sonuncu həmin cinayətin həqiqətən də onlar tərəfindən törədildiyini, lakin bunun gizli saxlanılmasını tapşırmışdır.

Son zamanlar Azərbaycanda silahlı cinayətkar qrupun yaradılması istiqamətində səylər göstərilməsi barədə Milli Təhlükəsizlik Nazirliyinə daxil olmuş məlumat əsasında qanunazidd hərəkətlərin vaxtında qarşısının alınması məqsədilə xüsusi əməliyyat planı hazırlanaraq həyata keçirilmişdir.

Aparılan tədbirlərlə, “Əl-Qaidə” və “Əl-Cihad” kimi beynəlxalq terrorçu təşkilatlarla əlaqəli olan, ərəb mənşəli, “Əbu Cəfər” ləqəbli bir nəfərin və qeyrilərinin Azərbaycana gələrək, onlar tərəfindən vaxtilə ayrı-ayrı silahlı münaqişə zonalarında qanunsuz hərbi birləşmələrin tərkibində fəAl iştirak etmiş şəxslərdən və radikallığa meylli vəhhabilərdən ibarət silahlı qrupun yaradıldığı müəyyən olunmuşdur.

Həmin qrupun zərərsizləşdirilməsi üzrə hüquq mühafizə orqanları tərəfindən keçirilən birgə tədbirlər zamanı cari il sentyabrın 26-da qrup üzvlərindən biri – Qusar rayon sakini, 1975-ci il təvəllüdlü Abdullayev Telman Teymur oğlu saxlanılarkən silahlı müqavimət göstərmiş, odlu silahdan atəş açaraq iki polis əməkdaşını yaralayıb hadisə yerindən qaçmağa müvəffəq olmuşdur.

Bundan sonra aparılmış ardıcıl tədbirlərlə qrupun digər üzvləri - Vidadi Kərimov, Adil Qərəyxanov, Vitali Ağaməmmədov, Asəf Həzərov və Danial Aquyev tutulmuşlar. Eyni zamanda əməliyyat yolu ilə məlum olmuşdur ki, “Əbu Cəfər”in gizli yolla Azərbaycandan çıxarılması planlaşdırılır. “Abu Cəfər”in gizləndiyi Sumqayıt şəhərində yerləşən Rafael Rəhimova məxsus mənzil müəyyən edilərək nəzarətə götürülmüşdür. 2008-ci il oktyabrın 10-da keçirilmiş əməliyyat zamanı mənzil sahibi Rafael Rəhimov və qrupun üzvləri arasında “Əbdül Malik” və “Hacı” ləqəbləri ilə tanınan Sumqayıt şəhər sakini Elçin Əlimirzəyev tutulmuş, “Əbu Cəfər” isə həmin ərazidə mülki əhalinin sıxlığından istifadə edib silahlı müqavimət göstərərək, odlu silahdan atəş açmaqla hadisə yerindən qaça bilmişdir. “Əbu Cəfər”in gizləndiyi yerin müəyyən edilməsi və onun yaxalanması üçün intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilmişdir. Həmin tədbirlərlə “Əbu Cəfər”in gizləndiyi yeni ünvan müəyyən edilmiş, onun həmin mənzildə qrupun digər iki nəfər üzvünün mühafizəsi altında yaşadığı, onlar odlu silah və qumbara ilə silahlandıqları bəlli olmuşdur.

2007-ci il noyabrın 2-3-də xüsusi əməliyyat nəticəsində “Əbu Cəfər” və qrupun digər üzvləri - Mirzə Babayev, Qədir Hacıyev, Vüqar Əliyev, Emin Cami, Loğman Muradov, Habil Məsməliyev və Pərviz Kərimov yaxalanmışdır. Əməliyyat zamanı “Əbu Cəfər” Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına qarşı silahlı müqavimət göstərməyə cəhd etmiş, qumbaranın alışdırıcısının həlqəsini çıxardaraq partladacağı ilə hədələmişdir. Lakin Milli Təhlükəsizlik Nazirliyinin “Qartal” Xüsusi Təyinatlı Dəstənin çevik və səriştəli tədbirləri ilə itkisiz və ətrafa ziyan vurulmadan “Əbu Cəfər” zərərsizləşdirilmişdir.



1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə