Ələkbər Nəbiyev ( Hüquqşünas) beynəlxalq terrorçuluq monoqrafiya Bakı 2011




Yüklə 1.25 Mb.
səhifə5/11
tarix23.02.2016
ölçüsü1.25 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11
II.2. İnkişaf etmiş ölkələrin xüsusi xidmət orqanları və terrorçuluq cinayətinin qarşının alınması və ona qarşı mübarizədə onların mübarizə üsulları

Dünyanın bütün ölkələrində bu və ya digər formada fəaliyyət göstərən xüsusi xidmət orqanları vardır ki, onların da digər funksiyalarına digər məsələlərlə yanaşı, həm də beynəlxalq terrorçuluqla mübarizə və onun qarşısının alınması da daxildir. Onların məqsəd və vəzifələrində mübarizə üsullarında bir sıra fərqlər olsa da ümumi cəhətlər eynidir.

Terrorçuluqla mübarizə və onun qarşısının alınması sahəsində dünyanın bir sıra inkişaf etmiş ölkələrinin xüsusi xidmət orqanlarının fəaliyyət istiqamətlərinə baxaq:

Amerika Birləşmiş Ştatları. ABŞ təhlükəsizlik sistemində kifayət qədər xüsusi xidmət orqanları vardır ki, onların da hər birinin məsuliyyət zonasına digər məsələlərlə yanaşı, həm daxili həm də beynəlxalq terrorçuluqla mübarizə də daxildir.

Bu gün Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanları sistemində aşağıdakılar mövcuddur [147; 149]:

Milli təhlükəsizlik şurası (National Security Council):


  • Milli təhlükəsizlik üzrə prezidentin xüsusi köməkçisi;

  • Kəşfiyyat proqramları üzrə Baş Direktor (Senior Director for İntelligence Programs);

  • Təhlükəsizlik, infrastrukturunun qorunması və əks-terrorçuluq (National Coordinator for Security, İnfrastructure Protection and Counter- Terrorism).

Amerika Birləşmiş Ştatları prezidenti yanında məşvərətçi orqanlar:

  • Prezident yanında kəşfiyyat fəaliyyəti üzrə məsləhət şurası (President’s Foreign Intelligence Advisory Board)

  • Əks-kəşfiyyat üzrə Milli şura (Klintonun prezidentliyi dövründə Mərkəzi kəşfiyyat idarəsi ilə Federal Təhqiqatlar Bürosu arasında güc nisbətlərinin dəyişdirilməsi məqsədilə yaradılmışdır).

İnzibati orqanlar:

  • Mərkəzi kəşfiyyat;

  • İnzibati-büdcə idarəsi.

Amerika Birləşmiş Ştatlarının kəşfiyyat birliyinə aşağıdakı federal idarələr daxildir [147; 149]:

  • Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) (Center İntelligence Agency);

  • Müdafiə departamenti. Departamentin katibi vəzifəsini Amerika Birləşmiş Ştatlarının müdafiə naziri icra edir;

  • Hərbi kəşfiyyat (Defence İntelligence Agency). Rusiyada bu “Müdafiə nazirliyinin kəşfiyyat idarəsi” adlanır;

  • Hərbi-dəniz kəşfiyyatı (Office of Naval İntelligence (ONİ)). Rus mənbələrində “Amerika Birləşmiş Ştatlarının hərbi-dəniz Komandanlığı” adlanır ;

  • Milli hərbi-kosmik kəşfiyyat mərkəzi (National Reconnaissance Office);

  • Xüsusi məlumat toplanması xidməti (Special Collection Service);

  • Milli təhlükəsizlik agentliyi (MTA)

Ədliyyə departamentinə aşağıdakı kəşfiyyat idarəsi daxildir:

  • Federal Təhqiqatlar bürosu (FTB);

Dövlət departamentinə aşağıdakı xidmət orqanı daxildir:

  • The Bureau of İntelligence and Research (İNR).

Amerika təhlükəsizlik sistemi dünyada ən güclü və bahalı sistemdir. Lakin 11 sentyabr terror aktından sonra Amerika Birləşmiş Ştatları prezidenti Corc Buş belə nəticəyə gəldi ki, xüsusi xidmət orqanları öz vəzifəsinin öhdəsindən gələ bilmədilər. Bununla əlaqədar olaraq 8 oktyabr 2001-ci il tarixdə Prezident kəşfiyyat və əks-kəşfiyyat orqanları sistemində Daxili təhlükəsizlik idarəsi (Office of Homeland Security) yaratdı. Yeni idarənin rəisi nazir ranqındadır və birbaşa Amerika Birləşmiş Ştatları prezidentinə tabedir.

Bu idarənin funksiyasından danışarkən C.Buş göstərmişdir ki, bu idarə yeni terror hücumlarının qarşısının alınmasına cəhd edilməsi məqsədilə bir sıra federal idarələrin, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsi və Müdafiə nazirliyinin fəaliyyətini əlaqələndirəcəkdir.

İdarə qarşısına qoyulan məqsədə nail olunması üçün bütün xüsusi xidmət orqanlarının departament və xidmətləri, yerli hakimiyyət orqanları və fərdi şəxslərlə birgə işləməli, eləcə də zəruri hallarda Amerika Birləşmiş Ştatlarının terrorçuluqdan qorunmaq üçün milli strategiyasına əlavələr və dəyişikliklər etməlidir.

Bundan əlavə İdarənin fəaliyyəti çərçivəsində və Amerika Birləşmiş Ştatları ərazisinin terror təhlükəsindən qorumaq vəzifəsini yerinə yetirmək üçün Daxili təhlükəsizlik şurası (The Homeland Security Council) yaradılmışdır.

Şuraya Prezident, vitse-prezident, maliyyə, müdafiə, ədliyyə, səhiyyə, nəqliyyat nazirləri, fövqəladə hallar federal agentliyinin Federal Təhqiqatlar Bürosu, Mərkəzi Kəşfiyyat İdarəsinin direktorları, prezidentin daxili təhlükəsizlik üzrə köməkçisi və icra hakimiyyəti orqanının digər vəzifəli şəxsləri daxildir. Digər nazirlik və idarələrin səlahiyyətinə aid olan məsələlər müzakirə olunduqda onların rəhbərləri şuranın iclasında iştirak edirlər. Şuranın rəhbəri prezidentdir.

Yuxarıda göstərilən kəşfiyyat idarələrinin əsas taktika və strategiyasına baxmamışdan əvvəl onlardan başqa Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən aşağıdakı xidmət orqanlarının qısa şəkildə əsas funksiya və vəzifələrinə baxaq:



Amerika Birləşmiş Ştatlarının maliyyə departamenti (The Treasury Department): Office of İntelligence Support. Rus versiyasında “kəşfiyyata köməklik şöbəsi” və ya “Kəşfiyyatın təminatı şöbəsi” adlanır.

Əsas strategiyası Maliyyə nazirliyinin imkanlarından istifadə etməklə kəşfiyyat məlumatlarının toplanması və təhlilidir. 1977-ci ildə yaradılmışdır.



Maliyyə nazirliyinin məxfi xidməti (United States Secret Service)- prezidentin və vitse-prezidentin, onların ailə üzvlərinin, hökumətin rəsmi qonaqlarının mühafizəsini təmin edir, hökumətin bina və tikililərini qoruyur. Mühafizə olunan şəxslərə və obyektlərə qarşı potensial təhlükə törədə biləcək bütün Amerika və xarici təşkilatlar və şəxslər barədə kəşfiyyat və əks-kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olur. Bundan əlavə Amerika Birləşmiş Ştatları hökumətinin diplomatik nümayəndəliklərində olan maliyyə məsələləri üzrə attaşedə kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olur.

Energetika departamenti (Department of Energy) - özünün xaricdə kəşfiyyat aparatı yoxdur. Lakin Energetika nazirliyinin xarici ölkədə olmuş hər bir əməkdaşı qayıtdıqdan sonra topladıqları məlumatlar barədə beynəlxalq təhlükəsizlik işləri üzrə idarəyə yazılı hesabat təqdim etməlidirlər. Prezidentin 12333 saylı əmrinə müvafiq olaraq bu idarə xarici dövlətin energetikası, əsasən də atom energetikası və nüvə silahının işlənməsi barədə məlumatlar toplayır.

Xüsusi təyinatlılar. Buraya Amerika ordusunun xüsusi güc operativ bölümü olan “Delta” daxildir. Bu bölüm bütövlükdə antiterror fəaliyyəti ilə məşğul olur. Əsasən xaricdə girov götürülmüş amerikalıların azad edilməsi ilə məşğul olur. Fəaliyyət göstərdiyi müddət ərzində xarici ölkələrdə, o cümlədən Panama, Qrenada, İraq və s. yüzlərlə gizli əməliyyatın həyata keçirilməsində iştirak etmişdir.

Bunlardan əlavə Amerika Birləşmiş Ştatlarında antiterror fəaliyyəti ilə müvəffəqiyyətlə məşğul olan “Nyu-York polisinin fövqəladə xidmətlər bölümü (ESU)”, “Los-Angels polisinin bölümü (SWAT)”, suda Amerika Birləşmiş Ştatlarının antiterror fəaliyyətinin həyata keçirilməsinə məsul olan “Hərbi-dəniz Xüsusi Qrupu (Naval Spacial WaRusiya Federasiyasıare Development Group)”, Amerika Birləşmiş Ştatlarının dəniz korpusu nəzdində yaradılmış xüsusi antiterror briqadası və s. mövcuddur.

Mərkəzi Kəşfiyyat İdarəsi bilavasitə Amerika Birləşmiş Ştatları prezidentinə tabedir və Amerikada mövcud olan nazirliklərin heç birinə tabe deyil. Mərkəzi Kəşfiyyat İdarəsinin bütün digər kəşfiyyat orqanları arasında liderliyi ondan ibarətdir ki, o bütün çoxsaylı və cürbəcür Amerika kəşfiyyat idarələrinin fəaliyyətini əlaqələndirir. Prezident Trumen Mərkəzi Kəşfiyyat İdarəsini vaxtı ilə məhz bu məqsədlə yaratmışdır.

Mərkəzi Kəşfiyyat İdarəsi özü-özlüyündə kəşfiyyat məlumatlarının toplanması, işlənilməsi, agenturanın cəlb olunması və Amerika Birləşmiş Ştatlarının xarici ölkələrdə həyata keçirdiyi bütün gizli əməliyyatları idarə edən çox güclü bir təşkilatdır.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru eyni zamanda mərkəzi kəşfiyyatın direktorudur və Amerika Birləşmiş Ştatlarının kəşfiyyat birliyinə rəhbərlik edir, tərkibinə daxil olan idarələrin kəşfiyyat fəaliyyətinin əlaqələndirilməsi ilə məşğul olur. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru bir qayda olaraq mülki şəxs olur və vəzifəyə prezident tərəfindən təyin olunur və Senat onu təsdiqləyir.

Mərkəzi Kəşfiyyat İdarəsinin strukturu ........ saylı sxemdə verilmişdir. Mərkəzi Kəşfiyyat İdarəsinin quruluşunun əsas hissəsini üç direktorluq təşkil edir.



  1. Kəşfiyyat direktorluğu müxtəlif mənbələrdən alınmış kəşfiyyat məlumatlarını işləyib təhlil edir və onun əsasında prezidentə, Milli təhlükəsizlik şurasına, Konqresə, eləcə də Amerika Birləşmiş Ştatlarının kəşfiyyat birliyinə məlumatlar hazırlayır. Başqa sözlə desək bu direktorluq Mərkəzi Kəşfiyyat İdarəsinin analitik orqanı hesab edilir. Direktorluğa aşağıdakı ərazi şöbələri daxildir:

  • Avropa və Rusiya şöbəsi;

  • Yaxın Şərq, Cənubi Asiya və Almaniya Federativ Respublikası şöbəsi;

  • Asiya-Sakit Okean və Latın Amerikası şöbəsi;

Ərazi idarələrindən başqa Kəşfiyyat direktorluğunun tərkibinə aşağıdakılar daxildir:

  • Transmilli problemlər şöbəsi;

  • Siyasi yardım şöbəsi (1998-ci ildə yaradılmışdır). Kəşfiyyat məlumatlarının Amerika Birləşmiş Ştatlarının yüksək vəzifəli şəxslərinə, eləcə də Amerikanın təhlükəsizliyinə cavabdeh olan şəxslərə çatdırılmasını təmin edir. Şöbənin əsas “müştərilərindən” birincisi Analitik təminat üzrə prezident qərargahıdır (President’s Analytical Support Staff).

Şöbənin ikinci əsas müştərisi - Mərkəzi Kəşfiyyat İdarəsinin operativ mərkəzidir. Bu mərkəz bütün sutka ərzində Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizliyinə təhdidlər yarada biləcək böhran vəziyyətlərinin meydana çıxması əlamətlərinin aşkara çıxarılması üçün daxil olan məlumatları təhlil edir və ləngidilmədən bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərliyini məlumatlandırır.

  • Beynəlxalq cinayətkarlıq və narkotiklər üzrə mərkəz. 1989-cu ilin aprel ayında Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru yanında narkotiklərlə mübarizə mərkəzi yaradıldı (Counternarcotics Center, CNC).1994-cü ildə mərkəzin funksiyası genişləndirildi və o həm də beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə də məşğul olmağa başladı (Crime and Narcotics Center, CNS), lakin o əvvəlki abreviaturasını saxladı. Mərkəzin işində Amerika Birləşmiş Ştatlarının kəşfiyyat birliyinin mütəşəkkil cinayətkarlıq və narkotiklərə qarşı mübarizə ilə məşğul olan strukturları bilavasitə iştirak edir.

  • Kütləvi qırğın silahlarının yayılması üzrə mərkəz (1991-ci ilin sentyabrında yaradılmışdır). Digər ölkələrin silahlanma və kosmik sistemlərinin texniki tərəflərinin təhlili, nüvə, kimyəvi və bioloji silahlar, atom energetikası, taktiki və ümumi təyinatlı silahlar sistemini, hava hücumundan müdafiə vasitələri, elmi-texniki tərəqqi sahəsində siyasətləri barədə məlumatların təhlili məsələləri ilə məşğul olur. Bu məsələlər üzrə bütövlükdə kəşfiyyat birliyinin fəaliyyətini əlaqələndirir.

Operativ direktorluq. Bu direktorluq agentura kəşfiyyatı vasitəsilə məlumatların axtarılması və toplanılması ilə əlaqədar məsələləri həll edir, gizli əməliyyatları təşkil edir və həyata keçirir, agentura-operativ tədbirlərin əks-kəşfiyyat təminatını həyata keçirir, terrorçuluğa və narkobiznesə qarşı mübarizə aparır. Bununla da operativ direktorluq Mərkəzi Kəşfiyyat İdarəsinin “hasilat”, Kəşfiyyat direktorluğu isə “emal” orqanı rolunu oynayırlar.

  • Xarici kəşfiyyat şöbəsi. Regional şöbələrin fəaliyyəti üzərində nəzarəti həyata keçirir, məlumat mənbələrinin etibarlılığını qiymətləndirir və operativ bölmələr üçün praktiki zəmanətlər işləyir.

  • Əks-kəşfiyyat mərkəzi (1988-ci ildə yaradılmışdır). Mərkəzi kəşfiyyat idarəsinin rezedenturasının kəşfiyyat fəaliyyətinin təhlükəsizliyini təmin edir, xarici xüsusi xidmət orqanlarına daxil olmanı həyata keçirir, satqınlarla işləyir.

  • Terrorçuluğa qarşı mübarizə mərkəzi (1986-cı ildə yaradılmışdır). Başlıca məqsədi terror aktlarının qarşısının mümkün qədər ilkin mərhələdə alınmasıdır. Bunun üçün aşağıdakı üsullardan istifadə olunur: terror qrupları daxilində nifaq (ikitirəlik) salmaq; onların infrastrukturunu zəiflətmək; xarici dövlətlərin dost xarici xidmət orqanları ilə əməkdaşlıq etmək; terror təşkilatları və qruplarının xarici ölkələrdə olan liderlərinin təqib edilməsi və tutulması.

Mərkəzin vəzifələrinə daxildir:

Kəşfiyyat materialları əsasında terrorçuluğa qarşı mübarizə üzrə iri miqyaslı proqramların işlənilməsi və onun müdafiə edilməsi; beynəlxalq terror qrupları və onlara yardım edən ölkələrin imkanlarının məhdudlaşdırılması; kəşfiyyat məlumatları əsasında beynəlxalq terrorçuluğa görə məsuliyyət daşıyan bütün qrup və dövlətlər üzrə analitik icmal məlumatlarının hazırlanması; Mərkəzi Kəşfiyyat İdarəsinin və Amerika Birləşmiş Ştatlarının Kəşfiyyat birliyinə daxil olan digər qurumların antiterror fəaliyyətinin əlaqələndirilməsi.



Federal Təhqiqatlar Bürosu (FTB) (Federal Bureau of İnvestigation)- Amerika Birləşmiş Ştatlarının Ədliyyə nazirliyinin bir bölməsi olmaqla bilavasitə bu idarənin başçısına tabedir. O, özündə əks-kəşfiyyat, siyasi polis və cinayət axtarış funksiyalarını birləşdirir. Bu nöqteyi-nəzərdən Federal Təhqiqatlar Bürosu dünyanın xüsusi xidmət orqanları arasında nadir yer tutur.

Öz səlahiyyətlərinə uyğun olaraq Federal Təhqiqatlar Bürosu öz fəaliyyətini üç istiqamətdə həyata keçirir:



  • milli təhlükəsizliyin təmin edilməsi;

  • daxili təhlükəsizliyin təmin edilməsi;

  • cinayətkarlığa qarşı mübarizə.

Milli təhlükəsizliyin təmin edilməsi məqsədilə Amerika Birləşmiş Ştatlarının baş əks-kəşfiyyat funksiyası Federal Təhqiqatlar Bürosunun üzərinə qoyulmuşdur və onun bu sahədə fəaliyyəti Amerika Birləşmiş Ştatları prezidentinin 12333 saylı 4 dekabr 1981-ci il tarixli İcra əmri ilə tənzimlənir. Qeyd etmək lazımdır ki, Federal Təhqiqatlar Bürosu əks-kəşfiyyat fəaliyyəti üzərində inhisara malik deyil. Əks-kəşfiyyatla Amerikanın bir sıra xüsusi xidmət orqanları da məşğul olur ki, bunlarında sırasında birinci növbədə Mərkəzi Kəşfiyyat İdarəsini qeyd etmək lazımdır.

Federal Təhqiqatlar Bürosunun fəaliyyətinin üçüncü istiqaməti cinayətkarlığa qarşı mübarizədir. Federal Təhqiqatlar Bürosu faktiki olaraq federal polis rolunu oynayaraq, digər cinayətlərlə yanaşı federal cinayət hesab olunan 250 növdən artıq cinayətin təhqiqatı ilə məşğul olur. Bunların sırasına bankların qarət olunması, adamların oğurlanması, partlayıcı qurğuların istifadə olunması, prezident və Amerika Birləşmiş Ştatlarının digər vəzifəli şəxslərinə sui-qəsdlər, narkobiznes, terrorçuluq və s. daxildir.

Federal Təhqiqatlar Bürosunun tərkibində beynəlxalq cinayətlərlə, o cümlədən beynəlxalq terrorçuluqla mübarizə aparmaq məqsədilə xüsusi idarələr fəaliyyət göstərir.

Terrorçuluqla mübarizə üzrə idarə. Terrorçuluqla mübarizə sahəsində baş orqan vəzifəsi hələ 1982-ci ildə Federal Təhqiqatlar Bürosunun üzərinə qoyulmasına baxmayaraq, bu sahədə müstəqil idarə yalnız 11 noyabr 1999-cu ildə yaradılmışdır.

İdarə özündə iki operativ bölməni birləşdirir: onlardan biri beynəlxalq terrorçuluqla, digəri isə daxili terrorçuluqla əlaqədar olan işlərin təhqiqatı ilə məşğul olur. Bunlardan əlavə idarənin tərkibinə aşağıdakılar daxildir:



Daxili müdafiə üzrə milli şöbə (National Domestic Preparedness Office).Bu bizim respublikada fəaliyyət göstərən Mülki müdafiənin analoqu kimidir. Bu şöbə adi silahların və kütləvi qırğın silahlarının tətbiqi zamanı baş verə biləcək hadisələrdən əhalinin müdafiəyə hazırlanması ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının federal xidmətlərinin güclərini əlaqələndirir.

İnfrastrukturların müdafiəsi milli mərkəzi (National İnfrastructure Protection Center).

Mərkəzin funksiyalarına aşağıdakılar daxildir:



  • kompüterlərdən və informasiya texnologiyalarından qeyri-qanuni istifadə edilməsi yolu ilə Amerika Birləşmiş Ştatlarının infrastrukturunun təhlükəsizliyini təhdidlər altında qoyan halların aşkara çıxarılması, bu barədə müvafiq orqanların xəbərdar edilməsi, onların qarşısının alınması və təhqiqatı ilə məşğul olmaq;

  • xakerliklə əlaqədar işlərin təhqiqatı;

  • terrorçuluğa qarşı mübarizəyə və xarici əks-kəşfiyyata aid işlərin təhqiqatında digər xüsusi xidmət orqanlarına köməklik etmək;

  • Amerika Birləşmiş Ştatlarının infrastrukturuna daxil olma cəhdləri adi cinayətkarlıq olmayıb, Amerika Birləşmiş Ştatlarına qarşı xaricdən mütəşəkkil kompüter hücumları ilə bağlı olduğu halda, bu barədə milli təhlükəsizliyə məsul olan xüsusi xidmət orqanı rəhbərlərini xəbərdar etmək və s.

Federal təhqiqatlar bürosu hazırladığı “Davranış təhlili proqramında” terror aktlarının törədilməsini aşağıdakı mərhələlərə bölür:

1-ci mərhələ: terror aktının planlaşdırılması:



  1. birbaşa və ya üçüncü şəxs vasitəsilə təhlükə barədə məlumatların yayılması

  2. “məlumat axını”

  • qeyri-müəyyən təhlükələr

  • lovğalıq

  • əməliyyatın əla nəticə verəcəyi və mütləq müvəffəqiyyətlə nəticələnəcəyi barədə uydurmalar (ölənlərin sayı; ölümə gedənlərin şəhidlik zirvəsinə çatanlar sırasına daxil olacaqları barədə vədlər vermək)

3. keçmiş və gələcək planlar barədə suallara qeyri-müəyyən cavablar vermək və ya belə suallara qeyri-real, yaxud yoxlanılmağa məruz qalmaya bilən cavablar vermək

4. terror obyektinin qeyri-adi aləmdə göstərilməsi (təsvir edilməsi).

FTB bu mərhələdə terrorçular tərəfindən qarşıya qoyulan bu məqsədlərə əks-tədbir kimi aşağıdakıları nəzərdə tutur:


  1. Təhlükələri yayan şəxslərin dindirilməsi və fəal istintaq-təhqiqat işlərinin aparılması

  2. Onların qohumları ilə aşağıdakılar barədə söhbətlər aparılması:

  • terrorçunun davranışında baş vermiş nəzərə çarpan dəyişikliklər

  • fikirlərinin radikallaşdırılması

  • tez-tez xaricə getmələri

  • yeni əlaqələri

  • yeni və müəyyənləşdirilməmiş gəlir mənbələrinin olması

  • ifrat dindarlıq

  • terror fəaliyyətini müdafiə edən və ya belə fəaliyyətin mənbəyi olan icmalarda fəal əks-təsir tədbirlərinin həyata keçirilməsi.

2-ci mərhələ - terror aktlarının hazırlanması aşağıdakıları özündə birləşdirir:

- potensial məqsədlərə bir başa təhlükə yoxdur

- “itki” nəzarət imkanlarını məhdudlaşdırır

- sərhədlərin qabaqcadan zondla öyrənilməsi prosesinin başlanılması

- məqsəd üzərində müşahidənin həyata keçirilməsi

- təhlükəsizlik tədbirləri üzərində əks-müşahidənin aparılması

- müşahidə nəticəsi üzrə bombanın hazırlanması və onun qablaşdırılması üçün zəruri materialların alınması

- terror aktından sonra nümayiş etdirilmək üçün terrorçu ölüm qabağı qeydlər yaza və ya çəkilişlər apartdıra bilər

- gələcək ölümə gedən dünyanın ləzzətinə uya bilər

- o özünün şəxsi əmlakını paylaya bilər və bununla da “bu dünyada” işlərini qaydaya saldığını düşünər

terrorçu hər şey üçün nağd ödəniş aparır, bu günlə yaşayır və gələcək üçün planlar qurmur

- terror əməliyyatlarında ən fəal iştirakçı rolunu əməliyyata bir başa rəhbərlik edən oynamağa başlayır

- terrorçu yekəxanalıq və gözü götürməzlik nümayiş etdirir

- gizli ayinlər həyata keçirir.



Bu hərəkətlərə qarşı əks-tədbirlər kimi aşağıdakılar nəzərdə tutulur:

  1. terror aktının hazırlanması planının pozulması üçün şübhəli bilinən şəxslərlə, onların qohumları və tanışları ilə fəal iş aparmaq

  2. məlumatlar alınması və terror aktının hazırlanmasına maneçilik törətmək məqsədilə şübhəli şəxslərin saxlanılması və ya həbs olunması

  3. “inventarizasiyanın” keçirilməsi

  4. terrorçuların mümkün terror obyektləri üzərində müşahidə keçirmələrinin qarşısını almaq üçün əks-tədbirlərin keçirilməsi

  5. terrorçuların zərbə məqsədləri olan obyektlərdə törədilə biləcək terror aktları nəticəsində tələfat və zərərin azaldılması və ya ümumiyyətlə terror aktının həyata keçirilməsinin müvəffəqiyyətsizliyə uğradılması üçün obyektlərin mühafizəsinin gücləndirilməsi

  6. terrorçuların elektron poçtlarının və mobil telefon əlaqələrinin nəzarətə götürülməsi

  7. şübhəli bilinən şəxslərin davranışı üzərində müşahidənin davam etdirilməsi.

Tək terrorçu tərəfindən terror aktının həyata keçirilməsinin qarşısının alınması üçün nəzərdə tutulan əks-tədbirlərə aşağıdakılar daxildir:

  • şübhəli şəxsin diqqətini yayındırmaq üçün onu yüksək səslə çağırmaq və ya komanda vermək

  • şübhəli şəxsin diqqətini yayındırmaq və onun sonrakı hərəkətlərinə mane olmaq məqsədilə onunla fiziki təmasa girmək

  • dindirilmə aparılana qədər şübhəli şəxsin bütün hərəkətlərini, xüsusilə də onun əllərini nəzarət altında saxlamaq

  • ərazinin təmizlənməsi və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi

Növbəti mərhələ terror aktından sonra rəhbərlərin və həmfikirlərin davranışını özündə əks etdirir:

    1. Seriyalarla sinxron terror aktları

  • tələfatın sayını artırmaq məqsədilə partlayışlar bilavasitə biri-birinə yaxın məsafədə və ya vaxt etibarı ilə az zaman ərzində törədilir

2. bir qayda olaraq ikinci terror aktı birincidən 20 dəqiqə sonra evakuasiya marşrutlarında və birinci terror aktının həyata keçirildiyi yerin yaxınlığında həyata keçirilir

  1. gələcək terror aktlarının planlaşdırılması və fövqəladə hallar üzrə xidmətlərin öyrənilməsi məqsədilə terror aktı törədilən yerin müşahidə olunması.

Bunların qarşısının alınması üçün aşağıdakı əks-tədbirlərin görülməsi nəzərdə tutulur:

    1. birinci növbəli tədbirlərdən biri terror aktlarının potensial məqsədləri üzərində müşahidəyə cəhd göstərilməsinin qarşısının alınması

    2. minaların təmizlənməsi xidmətlərinin ştatının artırılması və onun səlahiyyətlərinin genişləndirilməsi

    3. çox ciddi və hərtərəfli məhkəmə təhqiqatlarının keçirilməsi.

Amerika Birləşmiş Ştatlarında misli görünməmiş 11 sentyabr 2001-ci il tarixdə baş verən dəhşətli beynəlxalq terror hadisəsi göstərdi ki, mövcud quruluşda Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanları beynəlxalq, eləcə də daxili terror təhlükələrinə qarşı dayanmaq iqtidarında deyildir. Bununla əlaqədar olaraq bir sıra təşkilati tədbirlərin həyata keçirilməsi zərurəti yarandı.

Amerika Birləşmiş Ştatlarında terrorçuluqla mübarizə sahəsində fəaliyyət göstərən xüsusi xidmət orqanları silsiləsində 21 sentyabr 2001-ci il tarixdə Daxili Təhlükəsizlik İdarəsi (DTİ) yaradıldı.

Daxili təhlükəsizlik idarəsinin (Office of Homeland Security) əsas funksiyası Amerika Birləşmiş Ştatlarının təhlükəsizliyi ilə əlaqədar olan məsələlərin həllində müxtəlif federal agentliklərin fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Bununla əlaqədar olaraq C.Buş 21 sentyabrda Konqresdə çıxış edərək göstərmişdir: “Mən istəyirəm ki, fövqəladə hallarda bizdə elə bir adam olsun ki, o telefon dəstəyini qaldıraraq əmin olsun ki, ştatların və şəhərlərin hakimiyyət orqanları bilirlər ki, bu situasiyada nə etmək lazımdır və qəza xidmətləri hadisə baş verən yerə yollanmışlar. Lakin, bu o demək deyildir ki, Daxili Təhlükəsizlik İdarəsi bizim Fövqəladə hallar nazirliyinin analoqudur. Lakin onun səlahiyyətləri daha genişdir. Yeni idarə Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosu da daxil olmaqla milli təhlükəsizliklə məşğul olan bütün idarələrin fəaliyyətini əlaqələndirir. Belə idarələrin sayı isə 40-dan çoxdur”.

Daxili Təhlükəsizlik İdarəsinin rəhbəri nazir dərəcəsindədir və bir başa prezidentə tabedir. Nazirlər kabinetinin üzvü kimi Daxili Təhlükəsizlik İdarəsinin başçısı terrorçuluq və daxili təhlükəsizliyin digər problemlərinə aid bütün məsələlər üzrə prezidentin əsas müşaviridir. O, bu problemlərə aid olan bütün kəşfiyyat məlumatlarına çıxış hüququna malikdir. Lakin bu o demək deyildir ki, Daxili Təhlükəsizlik İdarəsi səlahiyyətinə aid olan məsələlər üzrə bütün xüsusi xidmət orqanlarını özünə tabe etmişdir. Sadəcə olaraq Daxili Təhlükəsizlik İdarəsi öz hüquqları daxilində onların fəaliyyətini əlaqələndirir. Məsələn, Mərkəzi Kəşfiyyat İdarəsi kəşfiyyatla əlaqədar, Federal Təhqiqatlar Bürosu isə əks-kəşfiyyat üzrə bütün xüsusi xidmət orqanlarının fəaliyyətini əlaqələndirdikləri qaydada.

İdarənin tərkibinə aşağıdakı agentliklər daxil olmuş və bütün agentliklər dörd baş idarə üzrə bölüşdürülmüşlər:

1) Sərhədin və nəqliyyatın təhlükəsizliyi idarəsi;

2) Fövqəladə hazırlıq və operativ reaksiya idarəsi;

3) Elm və texnologiya idarəsi;

4) İnformasiya təhlili və infrastrukturun mühafizəsi idarəsi.

Sərhədlərin və nəqliyyatın təhlükəsizliyi idarəsinin tərkibinə daxil edildilər:

- The U.S. Customs Service(Treasury)

- The Immigration and Naturalization Service (part) (Justice)

- The Federal Protective Service

- The Transportation Security Administration (Transportation)

- Federal Low Enforcement Training Center (Treasury)

- Animal and Plant Health Inspection Service (part) (Agriculture)

- Office for Domestic Preparedness (Justice)

Fövqəladə hazırlıq və operativ reaksiya idarəsinin tərkibinə:

- The Federal Emergency Management Agency (FEMA)

- Strategic National Stockpile an the National Disaster Medical System (HHS)

- Nuclear İncident Response Team (Energy)

- Domestic Emergency Support Teams (Justice)

- National Domestic Preparednes Office (FBİ)

Elm və texnologiya idarəsinin tərkibinə aşağıdakı agentliklər daxil edildilər:

- Environmental Measurements Laboratory (Energy)

- National BW Defense Analysis Center (Defense)

- Plum Island Animal Disease Center (Agriculture)

İnformasiya təhlili və infrastrukturun mühafizəsi idarəsi aşağıdakı tərkibdə təşkil olundu:

- Federal Computer Incident Response Center (GSA)

- National Communications System (Defense)

- National Infrastructure Protection Center (FBI)

- Energy Security and Assurance Program (Energy)


1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə