Ələkbər Nəbiyev ( Hüquqşünas) beynəlxalq terrorçuluq monoqrafiya Bakı 2011




Yüklə 1.25 Mb.
səhifə4/11
tarix23.02.2016
ölçüsü1.25 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11
II FƏSİL

BEYNƏLXAQ TERRORÇULUQ VƏ ONA QARŞI MÜBARİZƏNİN TƏNZİMLƏNMƏSİNİN NORMATİV HÜQUQİ TƏRƏFLƏRİ
II.1. Beynəlxalq terrorçuluğa qarşı mübarizənin

prinsip və metodları

Müasir şəraitdə terror fəaliyyəti dövlət sərhədlərini tanımadan beynəlxalq terror mərkəzləri və təşkilatları ilə sıx əlaqədə öz fəaliyyətini genişləndirməkdədir. Hal-hazırda dünya ictimaiyyəti qarşısında duran ən aktual məsələlərdən biri də terror təhlükəsinə qarşı hansı formada əməli tədbirlərin həyata keçirilməsidir.

Beynəlxalq terrorçuluqla bağlı cinayətlərə qarşı mübarizənin vacibliyi 2000-ci ilin 6-8 sentyabr tarixlərində Nyu-Yorkda 192 ölkənin iştirakı ilə keçirilmiş minilliyin sammitində qəbul olunmuş Bəyannamədə öz əksini tapmışdır. Həmin sənəddə dövlətin beynəlxalq terrorçuluğa qarşı mübarizədəki fəaliyyətlərinin razılaşdırılması, beynəlxalq ictimaiyyətin bu bəlaya qətiyyət nümayiş etdirməsi və Birləşmiş Millətlər Təşkilatının gələcəkdə terrora qarşı öz töhfəsini verməsi qeyd olunmuşdur. Hal-hazırda Birləşmiş Millətlər Təşkilatı beynəlxalq terrorçuluğun qarşısının alınması istiqamətində planlı və konkret şəkildə tədbirlər həyata keçirməkdədir. Bu məqsədlə 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının tərkibində Beynəlxalq Məhkəmə yaradılmışdır. Onun fəaliyyətinin əsas məsələlərindən biri də beynəlxalq terrorçuluqla bağlı cinayətlərə hüquqi qiymətin verilməsindən ibarətdir.

Beynəlxalq Cinayət olan beynəlxalq terrorçuluğa qarşı dünya birliyi beynəlxalq hüquq normaları çərçivəsində insan hüquq və azadlıqlarına xələl gətirmədən ciddi mübarizə aparmaq əzmindədir. Beynəlxalq cinayətlərin, o cümlədən beynəlxalq terrorçuluq cinayətinin törədilməsi erga omnes öhdəliyinin pozulmasına gətirib çıxarır. Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun mətnini qəbul edərkən iştirakçı-dövlətlər beynəlxalq cinayət törədən şəxslərin cəzasız qalmalarına və onlara güzəşt edilməsinə son qoyulmasını bəyan etdilər.

Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında maraqlı olan dünya ictimaiyyəti Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid olan beynəlxalq terrorçuluğun kökünün kəsilməsi probleminə Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinin birinci dərəcəli istiqaməti kimi baxır. Hazırda dünya ictimaiyyəti 6-8 dekabr 2000-ci il tarixdə Baş Assambleyanın sammitində qəbul olunmuş minilliyin Bəyannaməsinin müddəalarına uyğun olaraq hüquq normalarına əməl etməklə beynəlxalq terrorçuluq cinayətinə qarşı mübarizədə səmərəli təsir vasitəsinə malikdir. Bununla yanaşı imzalanmış yeddi Konvensiya rəhbər tutaraq beynəlxalq terrorçuluğa qarşı mübarizə aparmaq üçün regional sistemlər yaradılmışdır.

Beynəlxalq terrorçuluğa qarşı mübarizə dünya ictimaiyyətindən hüquqi, siyasi, iqtisadi, diplomatik və hərbi səyləri də daxil olmaqla bu problemə kompleks yanaşmanı tələb edir.Bu mübarizədə beynəlxalq terrorçuluğun çirkli pulların yuyulması, narkotik vasitələrin yayılması, silah-sursatın, kimyəvi və bioloji və digər materialların qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar qruplarla sıx əlaqədə olması faktorları da nəzərə alınmalıdır.

Qeyd etmək lazımdır ki, 11 sentyabr 2001-ci il tarixdə Amerika Birləşmiş Ştatlarında həyata keçirilmiş terror aktından sonra Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş qətnamədə dünya ölkələri terrorçuluğun qarşısının alınması istiqamətində beynəlxalq əməkdaşlığa çağırılaraq, terrorçuluğun təşkilatçılarının və sponsorlarının ədalət məhkəməsinə verilməsi zərurəti də göstərilmişdir.

Antiterror fəaliyyətinə qarşı hüquqi təminat ölkədaxili və beynəlxalq terrorçuluğa qarşı həyata keçirilə bilən vacib amillərdən biridir.

Terrorçuluğa qarşı mübarizənin əsas prinsipləri kimi aşağıdakılar qəbul olunur: qanunilik, terrorçuluğun qarşısının alınması üçün birinci dərəcəli tədbirlər, cinayətkarların məsuliyyətə cəlb edilməsinin labüdlüyü, terrorçuluq aksiyaları nəticəsində təhlükəyə məruz qalmış şəxslərin insan hüquqlarının müdafiəsi, terrorçulara qarşı minimum güzəştlərin tətbiqi, əks-terror əməliyyatlarının keçirilməsi zamanı cəlb olunmuş qüvvə və vasitələrə vahid rəhbərliyin bir mərkəzdən həyata keçirilməsi və sairə. Cinayətin bu növünə qarşı qanunların gücləndirilməsi çox vacib məsələlərdən biri hesab olunur.

Qeyd etmək lazımdır ki, beynəlxalq terrorçuluğa qarşı ciddi mübarizədə Birləşmiş Millətlər Təşkilatı tərkibində fəaliyyət göstərən İnterpol təşkilatı da vacib rol oynayır.

Fikrimizcə, terrorçuluğa qarşı mübarizə prinsiplərinin qanunvericilikdə təsbit olunması çox mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, məhz beynəlxalq cinayətin bir növü olan beynəlxalq terrorçuluq həddən artıq kəskin dövlət tədbirlərinin həyata keçirilməsini, qanunçuluqdan uzaqlaşmağı, dövlətə qarşı etibarın aşağı düşməsi, beynəlxalq sülhün və təhlükəsizliyin sarsılması, beynəlxalq birliyin maraqlarının pozulması və sairə kimi əks səmərə verməsinə təhrik edə bilər.

Terrorçuluğun artmasına əngəl törətmək və ona qarşı daha müvəffəqiyyətli mübarizə aparmaq üçün mühüm şərtlərdən biri də bu sahədə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Bu sahədə müvafiq dəyişikliklər və əlavələr birinci növbədə cinayət qanunlarında həyata keçirilməlidir.

Terrorçuluğa qarşı mübarizə probleminin həllində beynəlxalq hüquq normalarına gəldikdə, qeyd etmək lazımdır ki, antiterror aksiyaları ilə əlaqədar konkret situasiyalara aid fəaliyyət taktikaları beynəlxalq hüquqla reqlamentləşdirilmir. Bu onunla əlaqədardır ki, konkret halda şablon planlarla hərəkət etmək məhsuldar olmaz. Ona görə də beynəlxalq hüquq sənədlərində terrorçulara qarşı hərəkətin hazır “qaydaları” yoxdur və ola da bilməz. Lakin onlar belə hərəkətlərin hüquqi əsaslandırılmasını özündə birləşdirir, eləcə də həmin hərəkətlərin mümkün, hətta mütləq olduğu situasiyaları müəyyənləşdirir.

Terrorçuluğa qarşı mübarizənin taktika və texnologiyasına gəldikdə isə qeyd etmək lazımdır ki, hər bir antiterror xidməti üçün bunlar onun özünəməxsus olan qaydalardır. Həm də bu taktika və texnologiyalar hər bir xüsusi xidmət orqanı tərəfindən çox illik praktiki fəaliyyət nəticəsində işlənilmiş olur və heç vaxt açılıb söylənilmir və gizli saxlanılır. Buna baxmayaraq bir sıra ölkələrin, məsələn Amerika Birləşmiş Ştatları, İsrail, Fransa, Almaniya Federativ Respublikası və s. ölkələrin xüsusi xidmət orqanlarının antiterror əməliyyatlarının həyata keçirilməsində ümumi prinsiplər də mövcuddur:

- qabaqlama; terrorçuluğun ilkin mərhələdə təcrid olunması, onun təşəkkül tapmasına və strukturlaşmasına imkan verilməməsi;

- “millətin hüququnun müdafiəsi”, “dinin müdafiəsi” altında terrorun ideoloji müdafiəsinə yol verilməməsi;

- Kütləvi İnformasiya Vasitələrinin imkanlarından istifadə etməklə terrorçuluğun ifşa edilməsi;

- antiterror fəaliyyəti sahəsində bütün idarəetmə işlərinin daha peşəkar xüsusi xidmət orqanlarına verilməsi; bu halda onların işinə digər idarəetmə orqanlarının qarışmasına yol verilməməlidir;

- terrorçularla danışıqların yalnız bu xüsusi xidmət orqanları tərəfindən həyata keçirilməsi; bu danışıqlar yalnız terrorçuların bütövlükdə məhv edilməsi üzrə terror aktlarının hazırlanmasının maskalanması məqsədilə keçirilməlidir;

- girovların və təsadüfi şəxslərin qanı bahasına da olsa terrorçulara heç bir güzəşt edilməməli; bir dənə də olsa cəzalandırılmamış terror aktı qalmamalıdır; təcrübələr göstərir ki, onlara güzəşt edilməsi və cəzalandırılmaması, terrorçuların uğurları sonradan terrorçuluğun artmasına sövq edir;

- Kütləvi İnformasiya Vasitələrinin xüsusi psixoloji əməliyyatları.

Göründüyü kimi antiterror mübarizəsinin ümumi prinsipləri çox kəskin və amansız olduğundan, təbii ki, onlar mütləq adekvat hüququ müdafiəyə malik olmalıdırlar.

Beynəlxalq birlik terrorçuluğa qarşı mübarizənin hüquqi əsaslarının işləyərkən həmişə və elə hazırki dövrlərdə də əsaslı çətinliklərlə qarşılaşmışdır. Təkcə onu demək kifayətdir ki, hazırda “terrorçuluq” anlayışının özünün vahid müəyyənləşdirilməsi işlənilməmişdir.

Antiterror sahəsində qarşılıqlı əlaqənin beynəlxalq hüquqi əsaslarının formalaşdırılması üzrə ilk təşəbbüs hələ ikinci dünya müharibəsinə qədər edilmişdir. 1937-ci ildə Millətlər birliyin himayəsi altında terrorçuluğun qarşısının alınması və ona görə cəza tədbirlərinin tətbiq olunması haqqında Konvensiya və Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması barədə Konvensiya hazırlanmışdı. Bu sənədlərdən heç birinin qüvvəyə minməməsinə baxmayaraq onlar terrorçuluğa qarşı mübarizənin beynəlxalq-hüquqi norma və prinsiplərinin təşəkkül tapmasında müəyyən rol oynamışlar.

Terrorçuluğa qarşı çoxtərəfli əməkdaşlıq sistemi əsasən son 50 ildə formalaşmışdır. Qlobal səviyyədə o, terrorçuluğun quruda, suda və havada müxtəlif təzahürlərinə qarşı mübarizə sahəsində qəbul olunmuş universal Konvensiya və protokollar əsasında Birləşmiş Millətlər Təşkilatı və onun ixtisaslaşmış təşkilatlarının himayəsi altında həyata keçirilir.

Məhz bu gün aşağıda qeyd olunan həmin Konvensiya və protokollar terrorçuluğa qarşı mübarizədə yeganə beynəlxalq hüquqi alətlərdir:



  1. Hava gəmilərinin göyərtəsində həyata keçirilən cinayətlər və digər aktlar barədə 14 sentyabr 1963-cü ildə Tokioda imzalanmış Konvensiya.171 dövlət iştirakçısıdır.

  2. Hava gəmilərinin qeyri-qanuni zəbt edilməsinə qarşı mübarizə haqqında Konvensiya.16 dekabr 1970-ci ildə Haaqada imzalanmışdır, 174 dövlət iştirakçısıdır.

  3. Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilmiş qeyri-qanuni aktlara qarşı mübarizə haqqında Konvensiya. 23 sentyabr 1971-ci ildə Monrealda imzalanmışdır.175 dövlət iştirakçısıdır.

  4. Beynəlxalq müdafiə hüququndan istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı yönəldilmiş cinayətlərin qarşısının alınması və onların cəzalandırılması haqqında Konvensiya.107 dövlət iştirakçısıdır. 14 dekabr 1973-cü ildə qəbul olunmuşdur.

  5. Girov götürülməsinə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiya. 18 dekabr 1979-cu ildə qəbul olunmuşdur. 96 dövlət iştirakçısıdır.

  6. Nüvə materiallarının fiziki müdafiəsi haqqında Konvensiya. 3 mart 1980-ci ildə Nyu-Yorkda və Vyanada imzalanmışdır. 68 dövlət iştirakçısıdır.

  7. Beynəlxalq mülki aviasiyaya xidmət göstərən hava limanlarında zor tətbiq etməyin qeyri-qanuni aktlarla mübarizə haqqında Konvensiya. 24 fevral 1988-ci ildə Monrealda imzalanmışdır. 107 dövlət iştirakçıdır.

  8. Dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında Konvensiya.10 mart 1988-ci ildə Romada imzalanmışdır. 52 dövlət iştirakçısıdır.

  9. Kontinental şelfdə stasionar özüllərin təhlükəsizliyinə qarşı yönəldilmiş qeyri-qanuni aktlar haqqında protokol. 10 mart 1988-ci ildə Romada imzalanmışdır. 67 dövlət iştirakçısıdır.

  10. Tapılması məqsədilə plastik partlayıcı maddələrin nişanlanması. 01 mart 1991-ci ildə Monrealda imzalanmışdır. 67 dövlət iştirakçısıdır.

  11. Bomba terrorçuluğuna qarşı mübarizə haqqında Beynəlxalq Konvensiya.15 dekabr 1977-ci ildə qəbul olunmuşdur. 26 dövlət iştirakçısıdır.

  12. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiya. 9 dekabr 1999-cu ildə Nyu-Yorkda qəbul edilmişdir.

  13. Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında beynəlxalq Konvensiya.Baş Assambleya tərəfindən 15 aprel 2005-ci ildə qəbul olunmuşdur.

  14. “Terrorçuluğun qarşısının alınması və cəzalandırılması haqqında“ Konvensiya (1971-ci ildə Amerika Dövlətləri Təşkilatı), “Beynəlxalq terrorçuluğun ləğv olunması tədbirləri haqqında” Bəyannamə ( Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, 1994) .

  15. “Birləşmiş Millətlər Təşkilatının qlobal əks-terror strategiyası“ (Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, 19 sentyabr 2006, 192 dövlət) və digər bir sıra Konvensiya və Bəyannamələri göstərmək olar.

Eyni zamanda Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş 1368 saylı qətnamədə terrorçu hücumlar qəti şəkildə pislənilərək bu hərəkətlərin dünya ölkələrinin təhlükəsizliyinə hədə olduğu bildirilmiş və beynəlxalq ictimaiyyətin terror aktlarının qarşısının alınması istiqamətində əməkdaşlığının genişləndirilməsi ilə yanaşı, terrora qarşı mübarizədə Təhlükəsizlik Şurasının 1269(1999-cu il) və digər konvensiyalarının bütün ölkələrdə tətbiqinə çağırış olunmuşdur.

Müasir şəraitdə terrorçuluqla məşğul olan ayrı-ayrı şəxslərdən və sosial birliklərdən cəmiyyətə və dövlətlərə ciddi təhlükələr mövcuddur. Həmin təhlükələrin aktuallığı Azərbaycan Respublikası tərəfindən qəbul olunmuş milli təhlükəsizlik konsepsiyasında da öz əksini tapmışdır. Belə ki, beynəlxalq terrorçuluq ölkə ərazisində vəziyyəti qeyri-sabit etmək məqsədilə Respublikamıza qarşı açıq kompaniya aparmaqda davam edir.

Təhlükəsizlik Şurası Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin 7-ci bəndinə əsasən 28 sentyabr 2001-ci ildə 1373 saylı qətnamə qəbul etdi. Qətnamə üzv dövlətlər üçün mütləq xarakter daşımaqla ( bax: Birləşmiş Millətlər Təşkilatının sənədləri E/CN 4/2001/18 ) hər bir terror aktını beynəlxalq təhlükəsizliyə qarşı təhdid hesab etmiş və Birləşmiş Millətlər Təşkilatı nizamnaməsində qəbul olunmuş kollektiv və fərdi özünümüdafiə hüququnu bir daha ön plana çəkmişdir. Təhlükəsizlik Şurası bütün dövlətləri terror aktlarının qarşısının alınması məqsədilə əməkdaşlığın genişləndirilməsinə çağıraraq qərara almışdır: terror aktlarının maliyyələşdirilməsinə yol verilməməsi və onun qarşısının alınması; terror aktlarının həyata keçirilməsinə şərait yaradaraq, bilərəkdən maliyyə vəsaitinin toplanmasına görə cinayət məsuliyyətinin daşınması; terror aktı törətmiş və buna cəhd göstərən şəxslərin maliyyə aktivlərinin və iqtisadi resurslarının dondurulması.

Terrorla mübarizədə mühüm məsələlərdən biri də ondan ibarətdir ki, terror təhlükəsi və real terrora məruz qalmış xarici dövlətlərin bu sahədə təcrübəsi öyrənilməli və sonradan cəmiyyətin xeyrinə istifadə olunmalıdır. Qərbi Avropanın siyasi rəhbərləri və Amerika Birləşmiş Ştatları terrora qarşı əks təsiri və mübarizə strategiyasını ümumdövlət vəzifələrinin vacib bir hissəsi hesab edir. Bu sahədə əsas fəaliyyət istiqamətləri hüquqi bazanın təkmilləşdirilməsinə, müvafiq orqanlar arasında qarşılıqlı əlaqənin gücləndirilməsinə, terror problemi ilə məşğul olan xüsusi dəstələrin yaradılmasına, xüsusi xidmət orqanlarının şəxsi heyətinin texniki təminatının yaxşılaşdırılmasına yönəldilməlidir.

Terrorla mübarizədə bir çox qərb dövlətlərinin siyasəti aşağıda qeyd olunan prinsiplərə söykənir: terrorçulara heç bir güzəşt edilməməsi, terrorçuluğa dəstək verən dövlətlərə maksimum təzyiq göstərilməsi, terrorçuları cəzalandırmaq üçün qüvvə və vasitələrdən tam istifadə olunması, həmçinin hərbi gücdən istifadə etməklə digər dövlətlərə yardım göstərilməsi.

Amerika Birləşmiş Ştatlarında 1958-1999-cu illər ərzində terrora qarşı mübarizənin gücləndirilməsi məqsədilə qüvvəyə mindirilmiş 40 hüquqi aktlarla yanaşı xüsusi Prezident direktivi də qəbul olunmuşdur (1996-cı il). Belə ki, bu qanunvericilik aktları federal rəhbərlik və hüquq mühafizə orqanlarının səlahiyyətlərini genişləndirərək Amerika Birləşmiş Ştatları ərazisində hazırlanan terror aktlarının qarşısının alınmasında vacib rol oynayır. On illiklər boyu dünya ölkələri və Azərbaycan tərəfindən terrorçuluğa qarşı aparılan mübarizədə bəzi mexanizm və metodlar tətbiq olunmuşdur ( xüsusi antiterror qüvvələrinin yaradılaraq onların hazırlanması, xüsusi təhlükəli və mühüm obyektlərin mühafizəsinin gücləndirilməsi, girovların azad olunmasında danışıq texnologiyalarının hazırlanması və s.).

Terrora qarşı mübarizədə digər şərtlərlə yanaşı mühüm əhəmiyyət kəsb edən məsələlər həm də qətiyyət, terrora qarşı cavab kimi adekvat hərəkətlərin amansızlığı və texniki cəhətdən yaxşı təchiz olunmuş və təlim görmüş xüsusi təyinatlıların olması, eləcə də, ölkə rəhbərliyinin qətiyyətli hərəkətləridir.

Terrorla mübarizə proqramı aşağıdakıları özündə birləşdirir:



  • terror və mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni əks etdirən hüquqi, beynəlxalq konvensiyalar;

  • terrora qarşı həyata keçirilən inzibati və rejim tədbirləri;

  • terror hərəkətlərinin qarşısını almaq məqsədilə həyata keçirilən xüsusi əməliyyat axtarış və texniki mühafizə;

  • bütün ölkələrin xüsusi xidmət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi.

Terrora qarşı qeyd olunan tədbirlərin həyata keçirilməsi hal-hazırda dövlət orqanlarının qarşısında duran ən aktual məsələlərdən biridir.

Dövlət orqanları ilə yanaşı terrora qarşı mübarizədə ictimaiyyət, siyasi partiyalar, təşkilatlar və hərəkatlar da vacib rol oynaya bilər. Mübarizənin əsas şərtlərindən biri də bütün qeyri-qanuni hərbiləşdirilmiş və silahlı qruplaşmaların ləğvindən ibarətdir. Terror və ekstremizm üçün mənbə hesab olunan sosial təzyiqlərin, qarşıdurmaların aradan qaldırılması ictimaiyyət arasında olan hörmətli şəxslərin köməyi ilə də həyata keçirilə bilər.

Terrorun iki əsas hərəkətverici qüvvəsi var: maliyyə və mənəvi. Maliyyə tərəfi-qüvvə tətbiq etməklə digər şəxsin əmlakının özününküləşdirməkdir. Mənəvi tərəfi isə - digər şəxsə öz həyat tərzini təbliğ etməklə onu azadlığından, dinidən imtina etməyə yönəltməklə özünə xidmət edən ikinci növ insanların yaradılmasıdır.

Terrorçuluğa qarşı səmərəli işlər görmək bir sıra təşkilati-əməli tədbirlərin işlənilməsi və həyata keçirilməsini tələb edir.

Hər şeydən əvvəl terrorçuluqla mübarizə taktikası təkmilləşdirilməli, hələ terrorçularda olmayan elmi-texniki nailiyyətlər xüsusi xidmət və hüquq-mühafizə orqanlarının fəaliyyətində tətbiq olunmalı, antiterror koalisiyasına daxil olan bütün tərəflər öz üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər.

Terrorçuluqla mübarizə sahəsində fəaliyyətin daha səmərəli olması üçün milli antiterror komissiyalarının yaradılması mühüm əhəmiyyət kəsb edə bilər. Belə komissiyalar bu istiqamətdə dövlət icra orqanlarının siyasi, xüsusi, sosial-iqtisadi və digər tədbir və hərəkətlərini müəyyənləşdirə və əlaqələndirə bilər.

Etiraf etmək lazımdır ki, hər hansı inzibati antiterror tədbirləri həyata keçirməklə təhlükəsizliyə tam təminat vermək mümkün deyil və hətta az hallarda olsa belə tədbirlər səmərəsiz olur. Terror fəaliyyəti və ona yaxın ekstremist fəaliyyətlər çox hallarda müxtəlif siyasi-iqtisadi ideologiya altında maskalandığından onların iç üzünü açmaq bəzi hallarda çox çətin, hətta qeyri-mümkün olur.

İstənilən formada həyata keçirilən beynəlxalq terrorçuluq və dini ekstremizm əsaslı şəkildə siyasi, iqtisadi, mənəvi və s. kimi neqativ nəticələrə gətirib çıxarır, insan kütlələrinə güclü psixoloji təsir göstərir, heç bir təqsiri olmayan günahsız insanların həyatına son qoyur.

Öz miqyasına və məhv edilmiş günahsız insanların sayına görə Amerika Birləşmiş Ştatları, Rusiya, İsrail, İspaniya, İndoneziya, Böyük Britaniya, Türkiyə, Pakistan, Azərbaycan və digər ölkələrdə törədilmiş terror aktlarının bu dəhşətli və acınacaqlı nəticələri beynəlxalq terrorçuluğun qorxulu meyllərlə artdığını göstərir.

Danılmaz fakt ondan ibarətdir ki, bu ümumbəşəri bəladan bütün dövlətlər öz güc və vəsaitələrini birləşdirmədən təkbaşına xilas ola bilməzlər. Heç bir dövlət, hətta Amerika Birləşmiş Ştatları və Rusiya kimi güclü elmi-texniki bazaya, təbii sərvətlərə, peşəkar xüsusi xidmət orqanlarına və insan resurslarına malik olan dövlətlər belə ayrılıqda terrorçuluğa qarşı dayanmaq iqtidarında deyil.

Amerika Birləşmiş Ştatlarında baş vermiş misli görünməmiş dəhşətli 11 sentyabr terror aktından sonra həqiqətən də dünyanın bu qorxunc təhlükəsi ilə qarşılaşmış ölkələr antiterror koalisiyası yaratmış və bu sahədə onların xüsusi xidmət orqanlarının birgə fəaliyyəti, əsasən də, qarşılıqlı informasiya mübadiləsi barədə əsaslı şəkildə irəliyə doğru gedərək daha dinamik, dolğun və məzmunlu olmuşdur.

Beynəlxalq terrorçuluqla mübarizənin aktual məsələləri üzrə siyasi dialoq nəinki ayrı-ayrı dövlətlərarası münasibətlərin mövzusu olmuş, həm də bütün beynəlxalq təşkilatlarda, o cümlədən, Birləşmiş Millətlər Təşkilatında da müzakirə obyektinə çevrilmişdir. Bu da ona gətirib çıxarmışdır ki, dünya ölkələri qanunvericilik sahəsində öz qanunlarını əlaqələndirir və beynəlxalq hüquq normalarının tələblərinə uyğunlaşdırırlar. Beynəlxalq nəqliyyat təhlükəsizliyi, maliyyə və gömrük nəzarəti, polis və xüsusi xidmət orqanlarının əməkdaşlığı sahəsində əlaqələr daha da genişlənmişdir.

Beynəlxalq terror problemini tədqiq edən mütəxəssislər terrorçuluqla mümkün mübarizə strategiyası kimi iki variant seçirlər: “ proqressiv” və “konservativ”.

“Proqressiv” strategiya terrorçulara onların tələblərinin ödənilməsi üçün pul verilməsi, ərazi və mənəvi güzəştlərə gedilməsini nəzərdə tutur. Burada mənəvi güzəştlərə terrorçular tərəfindən müdafiə edilən dəyərlərin qəbul olunması, terrorçuların liderlərinin danışıqlar prosesində bərabər hüquqlu tərəf müqabili kimi tanınması daxildir. Müəyyən mənada bu strategiya yaxın vaxtlara qədər Rusiya hökuməti tərəfindən istifadə olunurdu.

Qeyd etmək lazımdır ki, 11 Sentyabr 2001-ci il tarixdə baş vermiş terror aktlarından sonra Birləşmiş Millətlər Təşkilatı çərçivəsində antiterror tədbirləri qəbul edildi. Baş Assambleya bu faciəli hadisələrdən bir gün sonra həmrəylik nümayiş etdirərək terror aktlarının qarşısının alınması, onu yerinə yetirənlərin, təşkilatçıları və sponsorlarının ədalət məhkəməsinə verilməsi ilə əlaqədar dünya dövlətlərini əməkdaşlığa çağırdı. Həmin gün Təhlükəsizlik Şurası qəbul olunmuş 1368 saylı (2001-ci il) qətnaməsi ilə dəhşətli terror hücumlarını qətiyyətli şəkildə qınayaraq hər hansı istənilən beynəlxalq terror aktının təhlükəsizliyə təhlükə olduğunu bəyan edərək, beynəlxalq ictimaiyyəti terror aktlarının qabaqlanması, qarşısının alınması istiqamətindəki səylərini gücləndirməklə yanaşı əməkdaşlığı genişləndirərək, lazımi antiterror konvensiyalarının həyata keçirilməsinə çağırdı.

Müasir şəraitdə terrorçuluqla məşğul olan ayrı-ayrı şəxslərdən, təşkilat və qruplardan bütün dünya birliyinə və ayrı-ayrı dövlətlərə ciddi təhdidlər mövcuddur. Həmin təhlükənin aktuallığı Azərbaycan Respublikası tərəfindən qəbul olunmuş milli təhlükəsizlik konsepsiyasında da öz əksini tapmış və qeyd olunmuşdur ki, digər faktorlarla yanaşı, terrorçuluq Azərbaycan Respublikasının milli təhlükəsizliyinə ciddi təhlükə yaradır. Belə ki, beynəlxalq terrorçuluq ölkə ərazisində sabitliyi pozmaq məqsədilə Respublikamıza qarşı açıq kompaniya aparmaqda davam edir.

8 sentyabr 2006-cı il tarixdə Birləşmiş Millətlər Təşkilatının 192 üzv dövləti tərəfindən qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının qlobal antiterror strategiyası” adlı qətnamədə bütün dünya ölkələrinin terrorçuluğa qarşı mübarizədə vahid yanaşmanın zəruriliyi nümayiş etdirilmişdir. Sənəddə birləşmiş millətlərin terrorçuluğun hansı məqsədlə, harada həyata keçirilməsindən asılı olmayaraq ona qarşı qarşılıqlı razılaşma əsasında, heç bir güzəşt olmadan mübarizə aparılmasının zəruriliyi qeyd edilərək, terrorçuluq qəti olaraq pislənmişdir.

Birləşmiş Millətlər Təşkilatı üzv dövlətlərinin qətiyyət nümayiş etdirməsi gələcəkdə terrorçuluğa qarşı mübarizədə kollektiv və qlobal səylərin güclənməsinin fundamental əsaslarını qoymağa xidmət edir.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Kofi Annan qeyd etmişdir ki, (terrorçuluğa qarşı mübarizədə qlobal antiterror strategiyası) adlı tövsiyyələrin hazırlanmasında Birləşmiş Millətlər Təşkilatı Madriddə baş vermiş terror aktından sonra aşağıda qeyd olunan komponentlərə söykənməlidir [62]:


  • insanları, terrorçu qrupları zor tətbiq etməyə yol verməməyə inandırmaq;

  • terrorçulara hücum əməliyyatlarını həyata keçirmək üçün vasitələri ələ keçirə bilmələrini məhdudlaşdırmaq;

  • digər dövlətləri terrorçuluğa dəstək verməkdən çəkindirmək;

  • terrorçuluğun qarşısının alınmasında dövlətlərin imkanlarını inkişaf etdirmək;

  • əks terror mübarizəsinin həyata keçirilməsi zamanı insan hüquqlarının qorunması.

Qeyd olunan bu beş komponent terrorçuluq üzərində qələbə çalınmasında böyük rol oynaya bilər.

Qlobal strategiyanın həyata keçirilməsində insanları terrordan imtina etməyə inandırmaqla terrorçular və onların potensial tərəfdarları arasında ziddiyyətlər yaratmaq lazımdır. Bu halda bütün dövlətlərin iştirakı ilə terrora qarşı qlobal kompaniyanın başlanması mühüm əhəmiyyətə malikdir.

Terrorçuların hücum məqsədilə istifadə edə biləcəkləri adi və kütləvi qırğın silahları əldə etmələrinə imkan verilməməlidir. Bu məqsədlə dünya ölkələri hazırkı təhlükələrə yanaşmada yeni yaranmış terror növü sayılan bioterrorçuluğa qarşı öz qüvvələri ilə mübarizə apara bilməyən ölkələrə yardım etməlidirlər.

Dövlətləri terrorçuluğa qarşı dəstək verməkdən çəkindirmək beynəlxalq qanunvericiliyə söykənməlidir. Ölkələr öz üzərlərinə düşən öhdəliyi yerinə yetirməkdə dünya birliyi qarşısında məsuliyyət daşımalıdırlar.

Birləşmiş Millətlər Təşkilatı hüququn aliliyini təmin edərək, effektiv cinayət mühakiməsini həyata keçirməklə terror fəaliyyətinin maliyyələşdirilməsinin qarşısının alınması üçün zəruri vasitələrə malik olmalıdır. Dövlətlər nüvə, kimyəvi və digər silah növlərinin terrorçuların əlinə düşməsinə imkan verilməməlidirlər.

İnsan hüquqlarının qorunması həyatı vacib şərtlərdən sayılaraq hər hansı bir antiterror strategiyasının səmərəli aparılmasına xidmət edir. Bu digər komponentləri birləşdirən vasitədir. Burada bütün şəxslərin, terrorçuların qurbanlarının, terrorçuluqda şübhəli bilinən və terrorun nəticələrini özündə hiss etmiş obyektlərin hüquqları qorunmalıdır.

Dövlətlər terrorçuluğa qarşı mübarizədə insan hüquqlarının qorunması istiqamətində mövcud olan beynəlxalq və humanitar hüquqa istinad etməlidirlər. İnsan hüquqlarının pozulmasına yönəlmiş digər strategiyalar terrorçuların xeyrinə olardı.

Təkliflərlə yanaşı Baş Katib terrorçuluq probleminə səmərəli yanaşmasını göstərməklə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qabaqlayıcı və operativ tədbirləri həyata keçirməklə uzunmüddətli və qısamüddətli tədbirlərin tətbiqini vacib saydı. Bu, üzv dövlətlərin terrora qarşı qlobal miqyasda siyasi dəstəyinin göstəricisi oldu. Eyni zamanda bu çıxış üzv dövlətlərə milli regional antiterror fəaliyyətlərində əməli dəstək oldu.

2005-ci ildə keçirilən Sammitdə üzv dövlətlər ilk dəfə olaraq terrorçuluğun bütün forma və məqsədlərinə görə, eləcə də, harada baş verməsindən asılı olmayaraq qınamışlar. Birləşmiş Millətlər Təşkilatının 14 və 16 sentyabr 2005-ci il tarixlərində qəbul olunmuş yekun sənədində dünya liderləri beynəlxalq terrorçuluğa qarşı ümumi konvensiyanı təsdiq etməyə cəhdlər etmişlər.

Sentyabr Sammitində dünya liderləri Birləşmiş Millətlər Təşkilatının Baş Katibi tərəfindən təklif olunmuş strateji elementləri bəyənmişlər. Bütün bunların nəticəsi kimi 8 sentyabr 2006-cı il tarixdə Birləşmiş Millətlər Təşkilatı üzv dövlətləri tərəfindən vahid qlobal antiterror strategiyası qəbul edildi [63; 65].

Terror fəaliyyətinə qarşı Birləşmiş Millətlər Təşkilatı çərçivəsində 13 konvensiya qəbul edilmişdir. Baş Assambleyanın vasitəçiliyi ilə üzv dövlətlər fəal şəkildə öz antiterror fəaliyyətlərini razılaşdıraraq bu istiqamətdə hüquqi normaların hazırlanması işlərini davam etdirirlər. Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər terrorçuluğa qarşı mübarizədə öz yardımını göstərməkdədir. Bu fəaliyyətin gücləndirilməsi üçün üzv dövlətlər mübarizənin yeni mərhələsinə başlayaraq qlobal antiterror strategiyasını qəbul etdilər. 8 sentyabr 2006-cı il tarixdə qəbul olunmuş strategiya terrorçuluğa qarşı bütün dövlətlərin razılaşdırılmış ümumi yanaşmasını təmin edir. Birləşmiş Millətlər Təşkilatının qlobal antiterror strategiyası konkret fəaliyyət planının əsasını təşkil edir: terrorçuluğun yayılmasına imkan verən şəraitə diqqətlə yanaşılması; terrorçuluqla ciddi mübarizə aparmaqla onun qarşısının alınması; Birləşmiş Millətlər Təşkilatının beynəlxalq terrorçuluqla mübarizədə rolunun artırılması və bu mübarizədə insan hüquqlarına hörmətlə yanaşılmasının təmin edilməsi. Strategiya 2005-ci il Sammitində dünya dövlətlərinin liderlərinin terrorçuluğa qarşı mübarizədə qəbul etdiyi unikal razılaşmaya əsaslanır.

2008-ci ilin 4-5 sentyabr tarixlərində Baş Assambleya qətnamə qəbul edərək strategiyanın həyata keçirilməsinə başladı.

Nəzərdə tutulur ki, terrorçuluğa və siyasi ekstremizmə qarşı ümumdövlət proqramları aşağıda göstərilən amillərin ləğvinə və yaxud onların kriminal istiqamətlənməsinin zəiflədilməsinə yönəlməklə aşağıdakı bəndlərdən ibarət olmalıdır:


  • özündə milli və beynəlxalq qanunvericilik aktlarını, eləcə də terrorçuluğa və mütəşəkkil cinayətkarlığa qarşı beynəlxalq konvensiyaların tələblərini əks etdirən hüquq normaları;

  • ümumi xəbərdarlıq tədbirləri, eləcə də silah və digər kütləvi qırğın vasitələri “bazar”larına nəzarət edilməsi;

  • terrorla mübarizədə beynəlxalq əməkdaşlığa yönəlmiş inzibati rejim tədbirləri;

  • terror təzahürlərini əks etdirən xüsusi operativ, axtarış, texniki və mühafizə tədbirləri;

  • hər bir ölkənin xüsusi xidmət orqanlarının digər dövlətlərin müvafiq orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyəti.

Terrora qarşı əks-təsir göstərmək Azərbaycan dövlət orqanlarının qarşısında duran aktual vəzifələrdən biridir.

Dövlət orqanları ilə yanaşı terrorçuluqla mübarizədə ictimaiyyət, kütləvi informasiya vasitələri və ictimai-siyasi partiyalar da böyük rol oynaya bilər. Bütün sosial-siyasi qüvvələrin, subyektlərin öz məqsədlərinə çatmaq üçün silahlı mübarizədən əl çəkmələri mühüm məsələlərdən biri olmaqla böyük əhəmiyyətə malikdir. Əsas şərt kimi ölkə ərazisində bütün hərbiləşdirilmiş qrupların ləğv edilməsi olmalıdır. İctimaiyyət arasında nüfuz sahibinə malik olan şəxslər terrorçuluq, ekstremizm üçün şəhər və regionlarda münbit şərait yaradan, sosial gərginliyin, mövcud münaqişələrin, qarşıdurmaların aradan qaldırılmasına xidmət edə bilərlər.

Dövlət orqanlarının müvafiq strukturlarının birgə fəaliyyəti terrorçuluğun yayılmasına və mövcud ictimai, siyasi sabitliyin qorunmasına yönəldilməlidir.

Terrorçuluqla mübarizənin hüquqi tənzimlənməsi çox uzun müddət davam edə bilər. Belə ki, bu bəlaya qarşı qanunvericilik səviyyəsində ümumi razılaşdırılmış yanaşma hələlik yoxdur. Terrorçuluğa qarşı müxtəlif hüquqi yanaşmalar olsa da qanunvericilikdə bunlar ümumi qaydada göstərilmişdir. Qanunvericilikdə mövcud olan bu qeyri-müəyyənlik bəzi kriminal cinayətlərin terrorçuluq kimi qəbuluna gətirib çıxarır.

Terrorçuluqla mübarizənin müxtəlif aspektləri beynəlxalq hüquq normaları ilə sıx bağlı olaraq insan hüquqlarına hörmətlə yanaşmağa, müxtəlif millət və xalqların bərabər hüquqluluğu, öz müqəddəratını təyin etməyə yönəlmişdir. Fikrimizcə bu prinsiplərə çox diqqət yetirilməsi mübarizənin səmərəliliyini azaldaraq, terrorçuları uduş vəziyyətinə gətirərək onların əl-qolunu aça bilər. Çünki onlar üçün heç bir prinsip mövcud deyildir. Amerika Dövlətləri Təşkilatlarının Konvensiyasının preambulasında qeyd edilir ki, terrorçuluqla mübarizə “ beynəlxalq hüquq normalarına riayət etməklə, insan hüquqlarına hörmət edilməsi, dövlətlərin suveren hüquqlarının qorunması, digər dövlətlərin daxili işlərinə müdaxilə etməməklə terrorçuluğun ləğvinə və qarşısının alınmasına yönəlmiş mübarizənin qlobal əsasını təşkil edir”. Bu tələblər Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq qəbul olunmuş Deklarasiyasına istinad edilməklə beynəlxalq terrorçuluğu ləğv etmək istiqamətində 1994-cü ildə qəbul etdiyi qətnaməsində də qeyd edilmişdir.

Avropa Birliyi dövlət başçılarının iştirakı ilə Brüsseldə keçirilmiş sammitdə Avropa ölkələrinin təhlükəsizliyi istiqamətində bir sıra tədbirlər təsdiq olunaraq antiterror təhlükəsizliyi fəaliyyətinin koordinatoru vəzifəsi təsdiq olundu. Bu vəzifəyə holland siyasətçisi Jiz de Vri təyin olundu.

Terrorla mübarizənin gücləndirilməsi məqsədilə Avropa Birliyinə daxil olan 27 dövlət tərəfindən bir sıra meyarlar həyata keçirildi. Bu tədbirlər sırasında həbs üçün ümumi orderin tətbiqi və cinayətkar qruplaşmalara aid olan hesabların dondurulması da vardır. Eyni zamanda, bütün telekommunikasiya, o cümlədən mobil telefon məlumatlarının müəyyən müddətə saxlanılmasına yönəlmiş addımlar kəşfiyyat orqanlarına şübhəli danışıqların izlənilməsi ilə əlaqədar hüquq verilməsi barədə qərar qəbul edildi.

Bununla yanaşı terrora qarşı mübarizəyə tam inteqrasiya olmaq üçün bəzi məqamlar mane olur. Müşahidəçilərin fikrincə Avropa ölkələrini məxfi məlumat mübadiləsi etməyə inandırmaq çox böyük səylər tələb edəcək. Bəzi ölkələrin islam terrorçuları tərəfindən həyata keçirdiyi terror aktına yanaşmada da fərqlər mövcuddur. Belə ki, artmaqda olan müsəlman diasporları ilə qarşılıqlı əlaqələrin yaradılmasına dair də vahid qərar qəbul olunmamışdır.

Avropa İttifaqının beynəlxalq terrorçuluğa qarşı mübarizədə iştirakına misal olaraq aşağıdakıları göstərmək olar [96; 105:


  • Madriddə törədilmiş terror aktlarından sonra Avropa Birliyi 25 mart 2004-cü il tarixdə terrorçuluq fəaliyyətini Avropa İttifaqının fundamental dəyərlərinə qəsd kimi qiymətləndirərək elan etdi ki, terrorçuluğun bütün təzahürlərinə qarşı mübarizə aparılmalıdır;

  • 2005-ci ilin dekabr ayında Avropa Birliyi Şurası terrorçuların radikallaşması və onların məsuliyyətə cəlb edilməsi ilə əlaqədar terrorçuluğa qarşı mübarizə strategiyasını qəbul etdi;

  • Avropa İttifaqı dövlətlərinin terrorçuluğa qarşı fəaliyyət planlarının hər il yenidən təshih edilməsini qərara aldı;

  • Təhlükəsizlik Şurasının 1373 saylı qətnaməsinin yerinə yetirilməsi. Belə ki, Avropa İttifaqının 2580 saylı 2001-ci il tarixli direktivinə əsasən, Avropa Birliyi vətəndaşı olmayan, lakin terrorçuluqda şübhəli bilinən və terrora yardım göstərən vətəndaş və təşkilatların hesabları dondurulur.

Avropa İttifaqının terrorçuluğa qarşı mübarizə üzrə qəbul etdiyi proqramın bəndlərindən indiyədək aşağıdakılar yerinə yetirilmişdir:

  • 2002-ci ildə qəbul olunmuş terrorçuluğa qarşı mübarizədə çərçivə qərarları əsasında Avropa İttifaqı dövlətlərinin terrorçuluğa vahid yanaşmasının təmin edilməsi;

  • məlumat mübadiləsi sahəsində kəşfiyyat orqanları arasında olan əməkdaşlığın dərinləşdirilməsi (milli kəşfiyyat orqanları rəhbərlərinin tez-tez görüşlərinin təşkil edilməsi);

  • “Xətt və informasiyaların təhlükəsizliyi ilə əlaqədar Avropa agent”liyinin yaradılması barədə qərarın qəbul edilməsi;

  • Terror fəaliyyətinin maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə aparmaq üçün müvafiq tədbirlərin həyata keçirilməsi;

  • Avropa polis strukturları arasında əməkdaşlığın genişləndirliməsi.

Bununla yanaşı Avropa İttifaqına daxil olan dövlətlərin hər birinin qanunçuluq səviyyəsində qəbul olunmuş antiterror strategiyası vardır.

Terrorçuluqla mübarizədə Almaniya Federativ Respublikası dövlətinin əsas strategiyaları aşağıdakılardır [147]:



    1. Terrorçu strukturlarının məhv edilməsi, o cümlədən təhqiqat və axtarış strukturları tərəfindən güclü təzyiqlərin davam etdiriliməsi;

    2. “Uzaq sərhədlərdə” terrorçuluq çağırışlarına adekvat cavab verilməsi;

    3. Terrorçuluğa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi.

    4. Əhalinin terror əməllərindən qorunması, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi.

    5. Terrorçuluğu doğuran səbəblərlə mübarizə aparılması.

Almaniya Federativ Respublikasında ekstremizm və terrorçuluğa qarşı keçirilən dövlət tədbirləri aşağıdakılardır:

  • ölkədə fəaliyyət göstərən müsəlman təşkilat və birlikləri ilə dialoqun aparılması;

  • əhalinin müdafiəsinin təşkili.

Qeyd etmək lazımdır ki, Almaniya Federativ Respublikası hökuməti bu günə qədər terrorçuluqla mübarizə sahəsində Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi bütün Konvensiyaları imzalamışdır.

NATO-ya üzv olan dövlət başçıları tərəfindən 2004-cü il tarixdə “Terrorçuluqdan müdafiə üzrə təkmilləşdirilmiş tədbir”lər planı qəbul edildi. Buraya aşağıdakı məsələlərin həlli daxil edilmişdir [147]:



  • kəşfiyyat orqanları arasındakı əməkdaşlığın yaxşılaşdırılması;

  • kütləvi qırğın silahlarının tətbiqi ilə həyata keçirilən hücumlardan müdafiə tədbirlərinin gücləndiriliməsi;

  • NATO-nun terrorçuluğa qarşı cavab tədbirləri ilə bağlı hərbi qabiliyyətinin artırılması;

  • AVAKS sisteminin istifadəsi ilə həyata keçirilən xoşagəlməz hadisələrdən qorunmaq;

  • beynəlxalq terror təhlükələrindən irəli gələn təhdidlərin qarşısının alınması məqsədilə yeni hərbi texnologiyaların hazırlanması;

  • mülki müdafiə, eləcə də beynəlxalq təşkilatlar arasındakı əməkdaşlığın genişləndirilməsi.

NATO-nun 2003-cü il tarixdə Əfqanıstanda sülhməramlı qüvvələr üzərindəki vahid komandanlığı öz üzərinə götürməsi beynəlxalq terrorçuluğa qarşı mübarizədə vacib rol oynadı.

“Səkkizlər qrupu” 2005-ci ildə Qleniqlsdə toplaşaraq beynəlxalq terrorçuluqla mübarizə barədə xüsusi bəyanat qəbul etmişlər. Bəyannamədə göstərilir ki, “Səkkizlər qrupu” terror aktlarını qəti şəkildə pisləyir, kütləvi qırğın silahlarının terrorçuların və digər cinayətkarların əlinə düşməməsinə, beynəlxalq siyasi iradənin terrorçuluğa qarşı mübarizədə səfərbər olunmasına, radioaktiv mənbələrin müdafiəsinə yönəldilmiş təşəbbüs irəli sürür.

Bəyannamədə qəbul edilir ki, terrorçuları artıq bu gün dayandırmaq lazımdır. Birinci dərəcəli məsələ-artıq terrorçuluq niyyəti olanlardan gələn təhlükənin azaldılmasıdır. Göstərilir ki, bir halda ki, terrorçuların hərəkətləri öz çevikliyi ilə xarakterizə olunur və beynəlxalq xarakterə malikdir və ona görə də səkkizlikdə analoji qaydada hərəkət etməlidir. Qrupa daxil olan ölkələrin hökumətləri tərəfindən başlanılmış cavab tədbirlərini istər ölkə daxilində, istərsə də ölkələr arasında polis və kəşfiyyatla mümkün qədər səmərəli əlaqələndirməlidirlər.

Bəyannamədə qoyulan mühüm məsələlərdən biri də yeni terrorçular nəslinin meydana gəlməsinin qarşısının alınması və əhalini terror aktlarından qorumaq, terror aktlarının nəticələrini minimuma endirməkdir [147].

Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlətləri çərçivəsində terrorçuluğa qarşı mübarizə aparılması sahəsində fəal işlər həyata keçirilir. 2000-ci ildə Müstəqil Dövlətlər Birliyi dövlət Başçıları Şurasının yığıncağında Müstəqil Dövlətlər Birliyi iştirakçısı olan dövlətlərin beynəlxalq terrorçuluq və ekstremizmin digər təzahürlərinə qarşı mübarizə proqramı qəbul olunmuşdur. Proqramın birinci bölməsi terrorçuluq və ekstremizmin digər təzahürlərinə qarşı mübarizəyə yönəldilmiş müvafiq beynəlxalq müqavilələrə qoşulmaq yolu ilə Müstəqil Dövlətlər Birliyi ölkələrinin normativ bazasının beynəlxalq normalara uyğunlaşdırılmasını nəzərdə tutur. Proqramın ikinci bölməsi terror xarakterli cinayətlərin qarşısının alınması, terror fəaliyyəti ilə əlaqəsi olan şəxslərin, qrup və təşkilatların axtarılması məqsədilə birgə komanda-qərargah və operativ-taktiki antiterror əməliyyatlarının keçirilməsini nəzərdə tutur [105; 106].

Üçüncü bölmə Müstəqil Dövlətlər Birliyi ölkələri iştirakçı-dövlətlərinin Antiterror mərkəzinin və məlumat bazasının yaradılmasını nəzərdə tutur. Məlumat bazasına aşağıdakı məlumatlar daxil edilir: beynəlxalq terror təşkilatlar və digər ekstremist təşkilatlar, onların liderləri və onlarla əlaqəsi olan şəxslər barədə məlumatlar; beynəlxalq terrorçuluğun vəziyyəti və onun yayılması meylləri haqqında məlumatlar; beynəlxalq terrorçulara kömək göstərən şəxslər və terror təşkilatlarının quruluşu haqqında məlumatlar. Burada xüsusi diqqət antiterror fəaliyyətinə ictimaiyyətin və kütləvi informasiya vasitələrinin cəlb olunmasına yönəldilir. Proqramda terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxslərin öyrədilməsi və kadrların ixtisaslarının yüksəldilməsi məsələlərinə böyük diqqət yetirilir.

Beşinci hissəsində texniki-maddi və maliyyə təminatı barədə məsələlər qeyd olunmuşdur. Axırıncı, altıncı hissədə yeni planların qəbulu, eləcə də Proqramların yerinə yetirilməsi ilə bağlı Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərinin Şurasına illik hesabat məruzəsinin təqdim olunması öz əksini tapmışdır.

Proqramın müvəffəqiyyətlə yerinə yetirilməsi üçün Müstəqil Dövlətlər Birliyi dövlətlərinin Antiterror mərkəzinin yaradılması barədə Əsasnamə təsdiq olunmuşdur. Mərkəzin təşkilati əsasları müəyyənləşdirilmişdir – rəhbər orqan – Müstəqil Dövlətlər Birliyi iştirakçısı olan dövlətlərin təhlükəsizlik orqanları və dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin daxil olduğu Şuradır; digər orqanlarla qarşılıqlı əlaqənin əsasları; Mərkəzin əsas vəzifələri antiterror fəaliyyətinin məlumat, analitik və elmi-metodiki təminatı, Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərin praktiki antiterror fəaliyyətinə köməklik göstərmək və onun əlaqələndirilməsi; Mərkəzin rəhbərinin və ştat cədvəlində olan işçilərinin səlahiyyətlərinin müəyyənləşdirilməsi; Mərkəzin hüquqi statusu və maliyyələşdirilməsi barədə əsasnamə.

Terrorçuluğa qarşı mübarizə məsələsini işıqlandırarkən terror fəaliyyətinin fərdi şəxslər, kredit təşkilatları və hətta dövlət tərəfindən maliyyələşdirilməsi kimi mühüm problemi nəzərdən qaçırmaq olmaz. Terror fəaliyyətini qidalandıran maliyyə axınını kəsmədən ( heç olmazsa məhdudlaşdırmadan) istənilən mübarizə müvəffəqiyyətsiz olacaqdır.

Bu sahədə irəliyə atılan ən mühüm addım 9 dekabr 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş “Terrorçuluğa qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyadır. Beləliklə, beynəlxalq terrorçuluğun ləğv olunması üzrə əsas tədbirlərdən biri onun maliyyələşdirilməsi ilə mübarizədir.

Konvensiyada terrorçuluğun maliyyələşdirilməsində qəsdən və ya dərk edərək iştirak edən istənilən şəxs üçün aşağıdakı əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulur:


  1. Konvensiyaya əlavə olunmuş beynəlxalq müqavilələrin hər hansı birində terrorçuluq sahəsində cinayət kimi nəzərdə tutulmuş istənilən əmələ görə;

  2. silahlı münaqişələrdə hərbi əməliyyatlarda fəal iştirak etməyən hər hansı mülki şəxsin və ya istənilən digər şəxsin ölümünə və ya ona ağır bədən xəsarəti yetirməyə yönəldilmiş istənilən digər əmələ görə. Burada törədilmiş əməlin məqsədinin xarakteri əhalini qorxu altında saxlamaq, eləcə də hökumətləri və ya beynəlxalq təşkilatları müəyyən bir hərəkəti etməyə və ya etməməyə məcbur etmək olduğu hallar nəzərdə tutulur.

Konvensiya nəinki terror xarakterli konkret cinayətin maliyyələşdirilməsini, eləcə də bütövlükdə beynəlxalq terrorçuluğun maliyyə vəsaitləri ilə təmin olunmasına vəsait köçürülməsinin də cəzalandırılmasını nəzərdə tutur.

Terrorçuluğu qidalandıran maliyyə mənbələrinin kəsilməsi hakim mövqe tutur. Bunun üçün bütün ölkələrdə vahid yanaşma və standartlar tətbiq olunmalıdır və ikili standartlara yol vermək olmaz. Hər şeydən əvvəl pul köçürmələrinin monitorinqi keçirilməli, terrorçuluqda və ya ona dəstək verməkdə şübhəli bilinən şəxslərin və təşkilatların maliyyə vəsaitlərinin hərəkəti barədə intensiv informasiya mübadiləsi aparılmalıdır.

Bu sahədə Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının, eləcə də FATF tərəfindən pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə Qırx və xüsusi olaraq terrorçuluğun maliyyələşdirilməsi sahəsində mübarizə üzrə Səkkiz xüsusi tövsiyələr hər şeyi geniş əhatə edən sənədlərdir. Tövsiyyələr fəaliyyət göstərmək üçün minimum hərəkət standartlarını müəyyənləşdirir ki, bu da ölkələrə özlərinin konkret şəraiti və konstitusiya normalarından asılı olaraq onları detallaşdırmağa imkan yaradır.

Beynəlxalq vəziyyət getdikcə daha çox ölkələrin beynəlxalq terrorçuluğun hədəfinə çevrilməsi, dünya birliyinə qarşı terrorçuların yeni-yeni hədə və çağırışları ölkələrin xüsusi xidmət orqanlarının daha əlbir fəaliyyət göstərməsi zərurətini meydana çıxarır, beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıq, narkotik vasitələr və silahların qanunsuz dövriyyəsi və beynəlxalq xarakter daşıyan digər cinayətlərlə mübarizədə əməli nəticələrə nail olmaq üçün əldə olan imkanlardan qarşılıqlı istifadə etmək imkanlarını fəallaşdırır.

Beynəlxalq terrorçulara qarşı mübarizə aparmağın çətinliyi də onunla əlaqədardır ki, onun harada, nə vaxt və məhz hansı təşkilat və şəxs tərəfindən həyata keçiriləcəyi barədə səhih məlumat almaq çox çətindir. Belə ki, indiyədək olan təcrübənin təhlili göstərir ki, terror aktlarının keçirilməsi bir ölkənin ərazisində hazırlanır, digər bir ölkənin ərazisində həyata keçirilir, icraçılar isə üçüncü ölkənin ərazisində gizlənirlər.

Yuxarıda deyildiyi kimi bu amillər də ona qarşı mübarizəni çətinləşdirməklə yanaşı, həm də bəzi hallarda antiterror koalisiyasına daxil olan ölkələr arasında fikir ayrılığına da səbəb olur ki, bu da beynəlxalq terrorçuluğun qarşısının alınması üçün birgə mübarizədə daha səmərəli və təsirli tədbirlərin hazırlanması və həyata keçirilməsinə mane olur.

Qeyd etmək lazımdır ki, beynəlxalq terrorçuluğa qarşı mübarizənin səmərəliliyi yalnız dövlət strukturları o cümlədən, əsasən hüquq mühafizə və xüsusi xidmət orqanlarının fəaliyyəti ilə bağlı deyil, həm də bütövlükdə cəmiyyətin bu mübarizədə nə dərəcədə iştirak etməsindən asılıdır. Dövlət qurumları terrorçu təşkilatların təxribatçı fəaliyyəti barədə daha səmərəli izahat işləri aparmalı, onların ideologiyası, məqsədləri haqqında əhalini məlumatlandırmalı və onların terrorçuluğa qarşı mübarizə aparan təşkilatlara etibarsızlıq sindromunu aradan qaldırmalıdırlar. Dövlət orqanları çalışmalıdırlar ki, informasiya yayımının tezliyində, informasiya “müharibəsində” irəlidə olsunlar. Ona görə ki, bu məsələdə informasiya qıtlığı dövlətin əleyhinə işləyir və müxtəlif dezinformasiyaların yayılmasına səbəb olur.

Nəzərdən qaçırmaq olmaz ki, müasir terrorçular öz məqsədləri üçün internetdən də istifadə edirlər. Belə ki, internetdə mövcud olan bir çox terror saytlarının xüsusiyyəti ondan ibarətdir ki, onlar zorakılığa bəraət qazandırmayaraq, terror aktlarını öz təhlükəsizlikləri naminə həyata keçirilmələrini qeyd edirlər.

Təcrübə onu göstərir ki, terror təşkilatları internetdən aşağıda göstərilən məqsədlərinə çatmaq üçün istifadə edirlər:


  • terror fəaliyyətinin təbliği;

  • terror fəaliyyətinin planlaşdırılması və əlaqələndirilməsi;

  • terror təşkilatlarına yeni üzvlərin cəlb edilməsi;

  • maliyyə vəsaitlərinin toplanması və bölüşdürülməsi;

  • terror aktlarının həyata keçirilməsi məqsədilə materialların yayılması və hazırlığın aparılması;

  • bitərəf olan şəxsləri özlərinə qoşmaq üçün təsirlər edilməsi;

  • yeni partlayıcı maddələrin, silah və s. hazırlanması üzrə metod və texnologiyaların öyrənilməsi.

Terrorçular internetdən potensial məqsədlər üçün geniş və hərtərəfli informasiya əldə edə bilərlər ( məsələn, nəqliyyat infrastrukturları, atom elektrik stansiyaları, hava limanları, metro və s. barədə). Belə ki, internetdə olan məlumatların köməkliyi ilə terrorçular potensial obyektlər barədə, onlarla bağlı həyata keçirilən antiterror tədbirləri haqqında da məlumatlar əldə edə bilərlər.

İnternetdə partlayıcı maddələrin, kimyəvi, sadə bioloji silahların yaradılması və onların yayılması ilə bağlı çoxlu sayda saytlar mövcuddur. Hətta bu silah növlərinin maskalanması və dövlət sərhədlərindən keçirilməsi məqsədilə də məsləhətlər verilir.

Hazırda ekstremistlər internetdən qeyd olunanlarla yanaşı terror fəaliyyətinin planlaşdırılması və əlaqələndirilməsi məqsədilə də istifadə edirlər. Belə ki, məlumata əsasən, “Əl-Qaida” terror təşkilatının üzvləri 11 sentyabr 2001-ci il tarixdə terror aktlarının həyata keçirilməsində internetdən fəal şəkildə istifadə etmişlər. Amerikalılar tərəfindən terrorçuların minlərlə şifrələnmiş danışıqları qeydə alınmışdır (bu materiallar “əl-Qaidə”nin həbs olunmuş üzvü Əbu-Zubeydin kompüterində aşkar olunmuşdur).

Terrorçular tərəfindən internet bitərəf təəssüfkeşlərinə təsir vasitəsi kimi də istifadə edilir.

İnternet vasitəsilə geniş auditoriyaya informasiya-təbliğat təsirlərinin aparılması ciddi narahatçılıq törədərək, ekstremist ideyaları qəbul etmiş yerli vətəndaşların iştirakı ilə kütləvi terrorçu yuvalarının yaranmasına gətirib çıxara bilər.

Təbliğat məqsədilə bir çox terror təşkilatları hər hansı bir dövlət tərəfindən dəstək almaqda maraqlı olduqda həmin ölkənin dövlət dilində sayt yaradaraq, orada öz məqsədləri, daxili və xarici siyasətləri haqqında dəqiq məlumatlar yerləşdirirlər. Bu saytlar özündə cəlbedici ritorik məlumatlar, xüsusi şüarlar əks etdirərək, bəzi məlumatların satışına da yönələ bilər ( bu əsasən, nişanlar, bayraqlar, videoyazılar audiokassetlər ola bilər).

Terrorçuluğun əvvəlcədən qarşısının alınması məqsədilə Avropa Şurasının mövcud konvensiyasına əsasən üzv dövlətlər lazımı tədbirlər görərək Kütləvi İnformasiya Vasitələrinin, qeyri-hökumət təşkilatlarının və bütövlükdə cəmiyyətin potensial imkanlarından istifadə edərək milli yerli hökumətlərə yardım göstərməlidirlər. Konvensiyanı ratifikasiya etmiş dövlətlər beynəlxalq sahədə sıx əməkdaşlıq edərək “ya mühakimə et, ya da terrorçunu qaytar” prinsipinə məsuliyyətlə əməl etməlidirlər.

Konvensiyanın bəzi maddələrində terrorçuların və onların sponsorlarının ictimai tribunalara, Kütləvi İnformasiya Vasitələrinə və internetə buraxılışının qarşısının alınmasının xüsusi rol oynadığı təsbit olunmuşdur.

Terrorçuluğa qarşı mübarizədə çox böyük əhəmiyyət kəsb edən məsələlərdən biri də kütləvi informasiya vasitələrində terrorçuluğa qarşı mübarizədir. Bu bəlaya qarşı səmərəli mübarizə aparmaq üçün cəmiyyətin, güc strukturlarının, bütün dövlət strukturları və Kütləvi İnformasiya Vasitələrinin birliyi zəruridir. Həm də onlardan hər birinin həyata keçirdiyi mübarizə üsulu fərdi xarakter daşımamalı, razılaşdırılmış qaydada həyata keçirilməlidir.

Bu prosesdə Kütləvi İnformasiya Vasitələrinin əhəmiyyətli və başlıca rolu terrorun təbii nəticəsi olan psixoloji müharibəyə qarşı mübarizə aparmaqdır. İctimai rəyin formalaşdırılmasında elektron Kütləvi İnformasiya Vasitələri ən güclü və təsiredici alət olmaqla terrorçuluğa qarşı mübarizədə əhəmiyyətli rol oynaya bilər. Kütləvi İnformasiya Vasitələrinin köməkliyi ilə elə bir atmosfer yaratmaq olar ki, cəmiyyət mülki vətəndaşların öldürülməsi və zor tətbiq etmənin heç bir formasını qəbul etməz və ya əksinə terrorçulara və onların tətbiq etdiyi üsullara bəraət qazandırar və onlara rəğbət bəsləyər. Kütləvi İnformasiya Vasitələri cəmiyyətdə yüksək hüquq mədəniyyəti formalaşdırılmasına kömək edə, qanunun istənilən formada pozulmasına dözülməz münasibət yarada, hüquq mühafizə və məhkəmə orqanlarının müsbət surətini formalaşdıra, vətəndaş cəmiyyətini möhkəmləndirə və birləşdirə bilər.

Terrorçular Kütləvi İnformasiya Vasitələrinin vasitəsilə cəmiyyəti qorxutmaq, onda daimi olaraq qanuni hökumətin öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməsinə şübhə yaratmaq kimi fikirləri təbliğ edir. Ümumilikdə informasiya terrorunu kütləvi vahimə silahı adlandırmaq olar.

Kütləvi İnformasiya Vasitələrinin azadlığı ölkədə demokratiyanın inkişafının baza şərtlərindən biridir. Bunsuz ölkədə korrupsiyaya qalib gəlmək, ölkəni azad təsəvvür etmək mümkün deyil. Jurnalist öz peşə borcunu yerinə yetirərkən düz danışmalı və yazmalı, hətta onu təhrik etsələr belə, heç bir vaxt cəmiyyətə yalan danışmamalıdır. Onlar bəzən elə hesab edirlər ki, hökumət və xüsusi xidmət orqanları məlumatları gizlədirlər və jurnalistləri məcbur edirlər ki, özləri axtarış aparsınlar. Bu da çox halda hökumətlə qarşı durmaya gətirib çıxarır.

Eyni zamanda qəbul etmək lazımdır ki, xüsusi xidmət orqanlarının fəaliyyəti məxfilik gözlənilmədən mümkün deyil. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsinin 2000-ci ildəki direktoru Corc Tenet bəyan etmişdi ki, mətbuatda məxfi məlumatların yayılması Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanlarının səmərəli fəaliyyəti üçün ən böyük təhlükədir. Mətbuatda gizli məlumatların yayılması Amerikanın xüsusi xidmət orqanlarının işinə dəfələrlə xələl gətirmişdir. Məsələn, 2002-ci ildə Ağ evin mətbuat katibi misal göstərilmişdir ki, Amerikada bir neçə qəzet məlumat yaymışdır ki, xüsusi xidmət orqanları ben Ladenin peyk rabitəsi vasitəsilə apardığı danışıqlara qulaq asır. Bundan sonra ben Laden dərhal rabitənin bu üsulundan imtina etdi.

Heç vəclə imkan vermək olmaz ki, Kütləvi İnformasiya Vasitələri terrorçuların silahına və alətinə çevrilsin. Çox hallarda jurnalistlərin işə qarışması girovların və xüsusi xidmət orqanları əməkdaşlarının taleyində fəlakətli rol oynayır. Terrorçulara efir vaxtı və qəzet səhifələrində yer verməklə Kütləvi İnformasiya Vasitələri onların tələblərini qanuniləşdirir (legitimləşdirir), bununla da tamaşaçılarda onlara qarşı müəyyən hüsn-rəğbət yaradır.

Bununla yanaşı insanları ən çox qorxudan məsələ hökumətin hərəkətsizliyi və informasiya boşluğunun yaranmasıdır. Ona görə də Kütləvi İnformasiya Vasitələri törədilmiş terror aktları və onun nəticələri barədə ləngidilmədən əhalini hərtərəfli və obyektiv məlumatlandırmalıdır. Xüsusi əməliyyatların işıqlandırılması real vaxt kəsiyində getməməli, xüsusi bölmələrin iş üsulları açıqlanmamalıdır. Bu halda Kütləvi İnformasiya Vasitələrinin rolu hadisə yerindən reportajlar verməklə məhdudlaşmamalıdır.

Terror qarşısında insanların mənəvi-psixoloji dözümlüyünü möhkəmləndirmək üçün Kütləvi İnformasiya Vasitələri fəal şəkildə terror zonasında olan insanların mətanətliliyini, rasional davranış qaydalarını təbliğ etməlidir.

Söz azadlığı ilə cəmiyyətin və insanların təhlükəsizliyi, məlumat almaq hüququ və vətəndaş məsuliyyəti arasında dəqiq sərhəd qoymaq çətin məsələdir. Bu məsələnin həll edilməsi yalnız jurnalist korpusunun intellektual potensialının güc bloku və vətəndaş cəmiyyətinin peşəkarlığının birləşdirilməsi yolu mümkün ola bilər.

Terrorçuluğa qarşı əks-təsir sahəsində təhlükəsizlik orqanlarının analitik- məlumat fəaliyyəti də (AİF) mühüm əhəmiyyət kəsb edən məsələlərdir.

Terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanlarının Analitik İnformasiya Fəaliyyəti terrorçuluğa və siyasi ekstremizmə qarşı müqavimət sahəsində dövlət sisteminin təmin olunmasının tərkib hissəsidir.

Terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanlarının Analitik İnformasiya Fəaliyyətinin məqsədi terror xarakterli təhlükələr barədə analitik-məlumatları alanlar üçün onların hazırlanması və həyata keçirilməsidir.

Təhlükəsizlik orqanlarının antiterror sahəsində analitik-informasiya təminatı iki səviyyədə həyata keçirilir: strateji və operativ. Strateji səviyyədə konkret terror aktlarının həyata keçirilməsinin aşkara çıxarılması, bu planın əngəllənməsi, terror fəaliyyətinin qarşısının alınması sahəsində təşkil olunmuş qrupların uzunmüddətli, konspirativ, antikonstitusion fəaliyyətlərinə qarşı əks-təsir üsullarının həyata keçirilməsi durur. Operativ səviyyədə konkret cinayətkar qəsdlərin qarşısının alınması məqsədilə bilavasitə operativ-xidməti fəaliyyətin analitik-informasiya təminatı həyata keçirilir.

Analitik-informasiya təminatı fəaliyyəti aşağıdakıların aşkara çıxarılmasına imkan yaradır: terror-təxribatçılıq fəaliyyəti üçün ən zəif obyektlərin aşkara çıxarılması və öyrənilməsi; terror subyektlərinin onlara can atmalarının aşkar edilməsi; terror aksiyalarının həyata keçirilməsinin reallıq dərəcəsinin və bunun üçün imkanların müəyyən olunması; bu obyektlər üzərində rasional müşahidənin təşkilinə və onların qorunmasının təşkilinə kömək göstərilməsi; terror aksiyalarının törədilməsində vasitə ola biləcək əşya və maddələrin saxlanılması və istismar olunması qaydalarının pozulmasının aşkarlanması.

Analitik İnformasiya Fəaliyyətinin ən əsaslı əhəmiyyət kəsb edən nəticəsi daxili və xarici terror təhlükələrinin vaxtında proqnozlaşdırılması və müəyyən edilməsidir. Bunun nəticəsində əldə edilmiş məlumatlar barədə təhlükəsizlik üçün əmələ gəlmiş təhdidlərin lokallaşdırılması məqsədilə siyasi qərarlar qəbul edilməsi üçün ali dövlət orqanlarına məruzə edilir.

Terrorçuluğa qarşı mübarizə xətti üzrə təhlükəsizlik orqanlarının fəaliyyətinin analitik-məlumat təminatı özündə iki qarşılıqlı əlaqəli komponenti birləşdirir: Birinci-istehlakçıların informasiyaya olan tələbatlarını öyrənməklə onların təmin olunması, informasiya əlaqələrinin sabit səviyyəsinin saxlanılması, ən qısa müddət ərzində məlumatların toplanması, yığılması, işlənilməsi, saxlanılması və istehlakçılara verilməsi. İkinci-vəziyyətin formalaşdırılmasına təsir göstərən terror təhlükələrinin təhqiqi, səbəb və şərtlərinin aşkara çıxarılması, onun inkişafının proqnozlaşdırılması, terrorçuluğa qarşı əks-təsir sahəsində problem vəziyyətlərin öyrənilməsində özünü göstərən analitik təminat.

Analitik İnformasiya Fəaliyyətinin əsas vəzifələrindən biri də terror təhlükəsinin daşıyıcıları və mənbələrinin təyin edilməsidir. Bu məsələnin həlli birinci növbədə ən çox xətər törədə bilən gizli terror təhlükələrinin aşkara çıxarılmasıdır.

Beynəlxalq səviyyədə analitik-informasiya təminatı qarşılıqlı məlumatlandırma (birinci növbədə dəqiq və yoxlanılmış məlumatların mübadiləsi), məsləhətləşmələrin keçirilməsi və təcrübə mübadiləsi, məlumat mübadiləsinin intensivləşdirilməsi, analitik-məlumat işlərinin təkmilləşdirilməsi, terror təzahürlərinin formaları, dinamikası, quruluşu, məğzi və səbəblərinin təhqiqi sahəsində əməkdaşlıq vasitəsilə müəyyənləşdirilir.

Qeyd etmək lazımdır ki, təhlükəsizlik orqanlarının Analitik İnformasiya Fəaliyyəti terrorçuluğa qarşı səmərəli əks-təsirin təşkili üçün müstəsna əhəmiyyətə malikdir. Təhlükəsizlik orqanları aktual və obyektiv məlumatların təqdim olunması üçün nadir imkanlara malikdirlər. Ali dövlət orqanları tərəfindən belə məlumatların alınması ona imkan verir ki, bu xüsusi xidmət orqanlarının təqdim etdikləri məlumatları digər dövlət orqanlarının məlumatları ilə müqayisə edərək səmərəli qərar qəbul etsin. Təhlükəsizlik orqanları tərəfindən informasiya analitik məhsulların istifadə olunması terror təhlükələri və təhlükə əmələ gətirən amillərin baş qaldırmasına adekvat reaksiya verilməsinin zəruri şərti olmaqla, dövlətin antiterror siyasətinə vaxtında düzəlişlər etməyə imkan yaradır. Məlum olduğu kimi, son vaxtlarda dünyada kifayət qədər çoxlu sayda terror təhlükələri baş verir. Bu da ictimai münasibətlər sisteminin dayanıqsızlığı, işsizlik, əhalinin bir hissəsinin həyat səviyyəsinin aşağı düşməsi, ölkə daxilində ekstremist elementlərin, ayrı-ayrı şəxslərin müxtəlif ekstremist motivasiyasının, mütəşəkkil cinayətkar strukturların fəallaşması ilə əlaqədar baş verir. Belə bir halda terror təhlükələrinin daşıyıcıları və mənbələri barədə informasiya massivlərinin formalaşdırılması analitiklərə tez dəyişən vəziyyəti ələ almağa imkan yaradır. Öz növbəsində təhlükəyə məruz qala biləcək obyektlərin informasiya massivləri imkan verir ki, konkret obyektə qarşı real təhlükə meyllərinin olmasını göstərsin.

Qeyd etmək lazımdır ki, terrorçuluğa qarşı mübarizədə tərəfdaş ölkələrlə əlaqələrin dinamik inkişafı nəzərə alınmaqla, Analitik İnformasiya Fəaliyyəti xüsusi xidmət orqanları arasında olan əlaqələrin məlumat mübadiləsi ilə məhdudlaşmayaraq, gələcəkdə birgə operativ tədbirlərin keçirilməsinə və əməkdaşlığın effektiv inkişafına xidmət etmiş olar.

Beynəlxalq ictimaiyyətin terrorçuluğun maliyyə qaynaqlarının qapadılmasına yönəlmiş fəal fəaliyyəti, göstərilən problemi aktual edərək antiterror fəaliyyətində yeni mərhələlərin yaranmasına gətirib çıxarır ki, bu da öz növbəsində tapşırıqların yerinə yetirilməsində qüvvə və vasitələrin keyfiyyətli şəkildə əlaqələndirilməsini tələb edir.

Birinci növbədə bu razılaşdırılmış tədbirlərin həyata keçirilməsinə aid edilə bilər. Bu səbəbdən də antiterror koalisiyası üzvlərinin topladığı təcrübədən istifadə olunmalıdır.

Qeyd etmək lazımdır ki, terrorçuluğa qarşı mübarizədə ikili standartlar olmamalıdır. Belə ki, terrorçuluğa qarşı mübarizədə ikili standartların tətbiq olunması mübarizəni səmərəsiz edir. Azərbaycan və onun müttəfiqləri göstərilən məsələyə ümumi prinsiplərdən yanaşırlar. Terrorçulara və onların tərəfdarlarına, sponsorlarına sığınacaq verilməsi cinayətlərə bəraət vermək deməkdir. Bu addımlar antiterror koalisiyası üzvlərinin birliyinə xələl gətirə və onlar arasındakı etibarlı münasibətləri poza bilər. Ancaq son illərin hadisələri onu göstərir ki, artıq bir çox ölkələr terrorçuların hədəfinə çevrilərək ikili standartların ölümcül təhlükəsi ilə üzləşmişlər.

Birgə fəaliyyətin təşkili zamanı bəzi dövlətlərdə “İkili” standartların mövcud olmasına baxmayaraq, həmin ölkələrin terrorçuluğa qarşı apardığı mübarizəsində topladığı böyük iş təcrübəsi nəzərə alınmalıdır. Bu səbəbdən də terrorçuluq təhlükəsi qarşısında həmin ölkələrlə birgə ümumi məsələlərin səriştəli yerinə yetirilməsinin həyata keçirilməsi vacibdir.

Eyni zamanda xüsusi xidmət, hüquq mühafizə və digər dövlət orqanlarının həyata keçirdikləri tədbirlər terrorçuluq və ekstremizmin artmaqda olan təhlükəli miqyasına tam cavab vermir.

Antiterror tədbirlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, “ideal” təşkilatı tədbirlərlə müasir şəraitdə tam təhlükəsizliyi təmin etmək mümkün deyil. Terrorçu və ekstremist təşkilatlar müxtəlif ideoloji pərdələr altında fəaliyyət göstərərək öz sıralarına sadə adamları cəlb edir.

Terrorçuluğa qarşı mübarizədə dünya ölkələrinin təcrübəsi göstərir ki, bu bəlaya qarşı səmərəli tədbirlər hüquq mühafizə və xüsusi xidmət orqanları ilə yanaşı, cəmiyyət tərəfindən də həyata keçirilməlidir. Belə ki, ekstremist təşkilatların fəaliyyətləri haqqında əhali arasında fəal izahat işləri aparılaraq, həmin qurumların ideologiyasının səhv olması ölkə vətəndaşlarına düzgün başa salınmalıdır. Burada əsas məsələ informasiya müharibəsini uduzmamaqdır.

Qeyd etmək lazımdır ki, terrorçuluq beynəlxalq cinayətkarlığın bir hissəsidir. Buna görə də sivil cəmiyyətlər bu bəlanın yayılmasının qarşısının alınması üçün terror təhlükəsinin qarşısını vaxtında almalıdırlar. Bu gün hamıya aydındır ki, terrorçuluğun səbəbləri və meylləri təhlil edilməli və onunla mübarizədə daha səmərəli forma, üsul və vasitələr tətbiq olunmalıdır.

Terrorçuluğun qarşısının alınması üçün əsas istiqamətlər özündə aşağıdakıları əks etdirməlidir:


  1. konkret situasiyadan çıxış edərək mümkün subyektlərin müəyyənləşdirilməsi məqsədilə terrorçuluğun fəallığının proqnozlaşdırılması;

  2. cəmiyyətdə terrorçuluq və narkotrafikanın inkişafı üçün mövcud təzahürlərin aradan qaldırılması;

  3. dövlət və ictimai xadimlərə qarşı yönəlmiş terror aktlarını həyata keçirmək niyyətində olan və terror fəaliyyətini maliyyələşdirən şəxslərin aşkarlanaraq təqsirkarların saxlanılması;

  4. terrorçu fəaliyyətin qarşısının alınması məqsədilə beynəlxalq təşkilatların qarşılıqlı faydalı əməkdaşlığı.

Hüquqi reqlamentləşdirmə-özündə terrorçuluqla mübarizədə kompleks tədbirləri əks etdirməklə, vahid konsepsiyaya əsaslanaraq, antiterror fəaliyyəti subyektlərinin hüquqlarının qorunmasına yönəlməlidir.

Terrorçuluğa qarşı əks tədbirlərdə dövlət və ictimaiyyət nümayəndələrinin səylərinin gücləndirilməsi xüsusi rol oynaya bilər. Bunlar qanunvericilər, xüsusi xidmət və hüquq mühafizə orqanları, Kütləvi İnformasiya Vasitələri, dini və digər ictimai təşkilatlar ola bilər.

Qeyd etmək lazımdır ki, terrorçuluğa qarşı mübarizə kompleks yanaşmanı tələb edərək, özündə iqtisadi, siyasi, sosial və hüquqi tədbirləri əks etdirməlidir. Bu uzun müddətli proqram olaraq bir çox amillərin həyata keçirilməsindən asılıdır. Ancaq heç kim üçün sirr deyil ki, bu gün terrorçuluğa qarşı təxirəsalınmaz və səmərəli tədbirlərin həyata keçirilməsi çox vacibdir.

Beynəlxalq terrorçuluqla mübarizədə İnterpol ( beynəlxalq polis ) və onun struktur bölməsi olan antiterror Qrupu (TE-qrupu) mühüm rol oynayır. Azərbaycan Respublikası Prezidentinin saylı tarixli “Azərbaycan Respublikasının beynəlxalq cinayət polisi təşkilatının fəaliyyətində iştirakı haqqında-İnterpol” olan Fərmanı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində İnterpolun mərkəzi milli bürosu yaradılmışdır. Respublikamızda İnterpolun məlumat kanalları terrorçuluq haqqında məlumat mübadiləsində geniş istifadə olunur.

Belə bir fikir də var ki, terrorçuluqla kasıblığın birbaşa əlaqəsi mövcuddur. Guya ki, dünyanın üçüncü ölkələrində mövcud оlan kasıblıq terrorçuluqin yaranmasının başlıca günahkarıdır. Lakin tariхi mənbələr bu fikirlə tam razı deyildir.

Avrоpada fəaliyyət göstərən bəzi terrоrçu qruplar və həmçinin islamçılar kasıb əhalinin maraqlarından və adından çıхış etdiklərini bildirirlər. Lakin, buna baхmayaraq, Birləşmiş Millətlər Təşkilatının apardığı araşdırmalar zamanı dünyanın 49 ən zəif inkişaf etmiş ölkələrində terrorçu fəaliyyətin mövcud оlmaması müəyyən edilmişdir. (Bu siyahıda göstərilən ölkələrdə kriteriyalar adambaşına düşən gəlirin çох az оlması və ya insan resurslarının və iqtisadi göstəricilərin çох zəif оlması göstərilmişdir). Siyahıda göstərilən ölkələrin çохu Afrika qitəsində yerləşərək, vətəndaş qarşıdırmalarından (məs, Burundi, Sоmaliya, Syerra-Leоna), digərləri isə öz aralarındakı müharibələrdən (məs, Efiоpiya və Eritreya arasında) keçmişlər. Ancaq Sudan dövlətində terrorçuluq хüsusi rоl оynamışdır. Sudanda da təşəbbüsü yerli elementlər yох, хarici terrоrçular öz üzərlərinə götürərək qeyd оlunan ərazini bir pоliqоn kimi istifadə etmişlər. Оnlar Sudan dövlətinin kasıb оlmasından və siyasi rəhbərlikdə bəzi radikal islamçı liderlərin оlmasından istifadə edərək qazanc məqsədilə ölkəyə asanlıqla daхil оla bildilər. Eyni vəziyyət Eritreyada da mövcuddur. Ancaq hər iki ölkə terrоrçular üçün cənnətə çevrilmədi. Belə ki, fransızların хahişi ilə Sudan dövləti burada gizlənən Karlоs adlı terrоrçunu Frnasa dövlətinə təhvil verdi. Bununla yanaşı, Eritreya hökuməti də efiyоpiya terrоrçularını Həbəşistan dövlətinin hakimiyyət оrqanlarına təslim etdi [ ].

Bəs, daha inkişaf etmiş ölkələr haqqında nə demək оlar? Belə qeyd etmək оlar ki, Əlcazair və Pakistan kimi dövlətlərdə yüksək dоğum göstəriciləri, gənclər arasında işsizliyə yоl açmış iqtisadi durğunluq terrоçular üçün münbit şərait yaratmışdır? Yenə də həmin dövlətlərdə kasıblığın terrorçuluq üçün əsas arqument kimi göstərilməsi inandırıcı deyildir. Məsələn, Irlandiya Respublika Оrdusu ənənəvi оlaraq öz sıralarına yeni kadrları оrta və fəhlə sinfinə mənsub оlan şəхsləri cəlb edir. Eyni zamanda Ispaniyanın Bask terrоr təşkilatının əsas üzvləri оrta təbəqədən çıхmış gənclərdir. Qeyd etmək lazımdır ki, Irlandiya Respublika Оrdusuna Ingiltərənin çiçəklənən Şimali Irlandiya ərazi, Bask terrоrçularına isə Ispaniyanın daha inkişaf etmiş bask əyalətləri dəstək verməkdədirlər. Yaхın Şərqdə fəaliyyət göstərən fələstin qruplaşmaları, Həmas, Islam cihadı, Livanda Hizbullah təşkilatlarının əsas üzvlərinin çох hissəsi kasıb təbəqədən оlan şəхslərdən ibarətdir. Göstərilən bu təşkilatların sırasında varlı şəхslər çох azdır. Fələstin terrоrçularının birinci liderləri isə fələstinin оrta təbəqələrinə mənsub оlan şəхslər оlmuşlar.

Əlcəzairdə fəaliyyət göstərən islam terrоrçuları əsasən kasıb ailələrə mənsubdurlar. Misir və Səudiyyə Ərəbistanında mövcud оlan müharibə və intiharçı hücum tərəfdarları оrada yaşayan оrta və yuksək təbəqədən оlan ailələrdən çıхmış şəхslərdir. Оnların valideynləri uğurlu kоmmersant və mütəхəssis оlaraq bürоkratik aparatın yüksək eşelоnuna aiddirlər. Buna əsasən, Bin-Ladenin yaratdığı terrоrçu şəbəkənin üzvlərinə aid etmək оlar. Belə ki, şəbəkənin bir çох üzvləri universitetlər, yüksək teхniki məktəb və hərbi akademiyalar bitirmişlər. Uzun illər bоyu misir terrоrçuları öz qüvvələrini Misirin az inkişaf etmiş şimal şəhərlərində cəmləşdirərək, varlı ailələrə mənsub оlan yerli tələbələri öz sıralarını cəlb etməklə məşğul оlmuşlar. Məsələn, Pakistanda jurnalistin ölümünə görə ölümə məhkum оlunmuş Əhməd Şeyх adlı terrоrçu Lоndоnda anadan оlaraq ən varlı ailələrdən birinə mənsub оlmuşdur.

Sоn zamanlar yer kürəsinin müхtəlif hissələrində оrta təbəqədən оlan tələbələrin terrorçuluğa marağı artmaqdadır. Ernst Qalper 70-ci illərin Latın Amerika ölkələrində baş verən terrorçuluğu nəzərə alaraq, terrorçuluğu оrta təbəqədən çıхmış, оliqarхlara qarşı öz sоsial status və perspektivlərini yaхşılaşdırmağa, siyasi hakmiyyətə istiqamətlənmiş tələbələrin hərəkatı adlandırmışdır.

Avrоpa ölkələrində fəaliyyət göstərən sоl terrоrçu qrupların üzvlərinin bir çохu əsasən оrta sinfin nümayəndələrindəndirlər. Sağ qüvvələrin nümayəndələri isə –neоnasist və skinхetlər оlaraq ən aşağı sоsial təbəqədəndirlər. Məsələn, Perudakı «Parlaq çığır» kasıblar hərəkatıdır, Şri-Lankadakı Tamil pələngləri təşkilatının üzvləri cəmiyyətin digər təbəqəsinə aiddirlər. Terrоrçu qrupların vahid sоsial-iqtisadi sхeminin və tərkibinin müəyyənləşdirilməsinə cəhd edilməsi heç bir nəticə verməyəcəkdir. Belə ki, terrorçuluq çох nadir hallarda çох kasıb və varlı dövlətlərdə yaranır. Bundan belə bir nəticə çıхarmaq оlar ki, faktiki оlaraq terrorçuluq hər yerdə yarana bilər.

Hazırda dünya resurslarının ölkələr arasında bərabər bölünməməsi və ölkələrdaхili mövcud оlan sоsial ədalətsizlik siyasi sülhün yaranmasına хidmət etmir. Bir çохları, inkişaf etmiş dövlətləri kasıb ölkələrə kömək etməyə çağırırlar. Bu prоsesə çох vaхt sərf оlunmalı və cəhdlər birtərəfli хarakter daşımamalıdır. Çiçəklənmə təkcə kapital qоyuluşu və investisiyalardan ibarət оlmamalı və çох hallarda iqtisadi inkişaf üçün əlverişli mühitin yaradılmasına хidmət edən təhsil səviyyəsinin inkişafından asılıdır. Sоn оn ildə Uzaq Şərqdə inkişaf Avrоpadan daha surətlə gedir. Bir çох Afrika ölkələrində isə inkişaf çох zəifdir. Yaхın Şərqdə durğunluq nəzərə çarpmaqdadır.

Üçüncü ölkələrdə хüsusən də müsəlman ərəb dövlətlərində cəmiyyətin radikallaşmasına bir tendensiya da хidmət edir: bu müsəlman ərəb dünyasında (varlı neft ölkələri də daхil оlmaqla) artan sоsial- iqtisadi durğunluqdur. Regiоnun geriləməsində terrorçuluq də öz rоlunu оynamışdır. Bu özünü 11 sentyabr hadisələrindən sоnra çох ciddi şəkildə göstəməyə başladı. Belə ki, beynəlхalq kоmpaniyalar Yaхın Şərqdə kapital qоyuluşunu dayandırdı, müsəlman ölkələrində turizm sahələri isə iflasa uğradı, eyni zamanda ərəb ölkələrindən ekspоrt edilən məhsulların azalması işsizliyin artmasına şərait yaratdı.

Terrorçuluğun yayılmasının səbəblərini çох zaman sivilizasiyaların tоqquşması və bunun qərb dövlətləri tərəfindən qarşısının alınmamasında görürlər. Qeyd оlunanlarda həqiqət mövcuddur. Radikal islamçılar aktiv şəkildə pоtensial kоnfliktləri qızışdırmaqla məşğuldurlar.

Terrorçuluğun öz səbəbləri mövcuddur. Belə ki, terrorçuluq iqtisadi və sоsial vəziyyət, eləcə də mövcud siyayasətlə əlaqəldir. Əgər bütün bəşəriyyət öz var-dövləti ilə digər varlı dövlətləri üstələsəydi belə, zоraklıq hallaranın qarşısının alınması mümkünsüz оlardı.

Bununla yanaşı terrorçuluğa yanaşmada fanatizmin və müdaхiləyə aid оlan psiхоlоji faktоrların da nəzərə alınması çох vacibdir. Bunlara çох vaхt diqqət yetirilmir. Çünki, оbyektik faktоrların öhdəsindən gəlmək daha asandır.Psiхоlоji mоtivlərin qarşısını almaq isə çох çətindir. Psiхоlоji analizlərin хarakteristikası terrorçuluğun ideоlоji faktоrlarının vacibliyini aşağı salaraq terrorçuları zоrakılıq, və aqressiv оlan şəхslərlə bir оlmasını göstərir. Hazırda işsizlik və milli-etnik kоnfliktlərin qarşısını güclə almaq mümkündürsə bu gün fanatizmlə mübarizə aparmaq hələ düşünülməmişdir.

Irlandiya patriоtları XX və XXI əsrlərdə öz ölkələrinin azadlığı uğrunda mübarizədə terrorçuluqdan istifadə etmişlərsə, Birləşmiş Ingiltərə Krallığının daхilində yaşayan şоtlandlar öz strategiyasında terrorçuluğu əsas götürməmişlər. Nə səbəbdən Ispaniyada fəaliyyət göstərən radikal basklar terrorçuluqdan bir silah kimi istifadə edir, ispaniyada sayına görə basklardan çох оlan, digər milli azlıq sayılan katalanlar bu mübarizə metоdundan istifadə etmirlər? Eyni zamanda nə səbəbdən Rusiya Federasiyasında yaşayan çeçenlər zоraklığa yоl verir, digər müsəlman azlığı оlan tatarlar isə yох? Eyni prоblemlər Şri-lanka, Hindistan və digər ölkələrdə də mövcuddur. Dünyanın bir çох ölkələоrində yaşayan yüzlərlə milli və dini azlıqaların hüquqlarının pоzulması, оnlara qarşı törədilən diskriminasiyaya baхmayaraq, qeyd etmək lazımdır ki, bir çох ölkələrdə yaşayan milli azlıqlar оnlara qarşı ədalətlə yanaşmanı hesab edirlər.

Terrorçuluğun yaranma şəraiti kimi sula cavab vermək üçün, оbyektiv səbəblərin оlmasına baхmayaraq terrorçuluq nə səbəbdən digər yerlərdə baş qaldırmırmasına cavab aхtarmaq lazımdır. Məsələn, Cənubi və Şərqi Asiyada (Hindistanda dalitlər, Yapоniyada burakamilər, Şri-Lanka, Banqladeş, Miamare, və s ) yaşayan 240 mln milli azlığa qarşı hakimiyyət оrqanları tərəfindən dəhşətli münasibət оlmasına baхmayaraq оnlar terrоra əl atmırlar. Həmin millətləri dövlətlər tərəfindən əzilmiş və qоrхudulmuş kimi hesab etmək оlarmı?

Qeyd etmək оlar ki, milli və dini azlıqlar əsasən tam müstəqil оlmaq arzusunu həyata keçirə bilməmiş və bununla da barışmışlar.

Sоn 150 il ərzində terrorçuluğun хarakteri də nəzərə çarpacaq dərəcədə dəyişmişdir. Belə ki, 20 əsrdə terrorçuluğun məqsədləri sоsial inqilab və milli-azıdlıq hərəkatına çevrilmişdir. Terrоrçular bütün cəmiyyətlə yох хırda istismarçılar ilə mübahisə edirlər. Kütləvi ölüm hadisələrinin həyata keçirilməsi kimi hallar misal kimi оla bilməz. Mövcud оlan vəziyyət 70-ci illərdə milli-separatçı terrorçuluq meydana çıхdıqdan sоnra dəyişməyə başladı. Оbyektlərə hücumlar insanlığa sığmayan kоbud metоdlar tətbiq etməklə həyata keçirilir. Hücumlar məqsədyönlü хarakter daşıyırdı-çünki düşmən artıq хırda qruplardan ibarət deyildi. Hazırda terrorçuları bir çохu millətlə yох əclaf hökümətlərlə mübarizə apardıqlarını bildirirlər. Əslində isə оnların çохlu sayda insan tələfatına yönəlmiş məqsədlərinin оlduğunu görmək оlar. Bəzi hallarda оnlar mülki tələfatların vergiödəyici оlduqlarını bildirirlər.

Köhnədəbli terrоrçular – bəzi hallar istisna оlmaqla, təsadüfi qurbanlara səbəb оla biləcək kütləvi qırğın silahları tətbiq etməyi və supermarketə bоmba hücumlarını ağıllarını belə gətirə bilməzdilər. Hazırki vəziyyəti isə dini fanatizmin böyük nəticəsi kimi qiymətləndirmək оlar. 19-cu əsrin terrоrçuları хüsusən də anarхistlər terrorçuluğa «işin təbliğatı» kimi yanaşırdılar. Ekstremist qruplar isə heç kimi inandırmadan çохlu sayda öz düşmənlərindən saydığı kafirləri məhv etməyə istiqamətlənmişlər.



1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə