Ələkbər Nəbiyev ( Hüquqşünas) beynəlxalq terrorçuluq monoqrafiya Bakı 2011




Yüklə 1.25 Mb.
səhifə2/11
tarix23.02.2016
ölçüsü1.25 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11
1.2. Beynəlxalq terrorçuluğun əsas səbəbləri və amilləri
XX əsrin 80-ci illərindən beynəlxalq terrorçuluq dünya birliyini narahat edən qlobal problem olmaqla dünya siyasətinin dayanıqlı amilinə çevrilmişdir. Beynəlxalq terrorçuluğun meydana gəlməsi bir sıra, o cümlədən siyasi, milli, irqi və dini amillərlə bağlı olmuşdur. Onlar əsasən XX əsrin ikinci yarısından formalaşmış və inkişaf etməyə başlamışdır. Siyasi şərtlərlə bağlı göstərilən müddətdə beynəlxalq terrorçuluğun inkişafı ilə əlaqədar bir sıra sosial-siyasi problemi ayırmaq lazımdır. Müstəmləkəçilikdən azad olaraq formal müstəqillik əldə etmiş dövlətlər keçmiş müstəmləkəçi dövlətlərdən asılılıqdan tam azad ola bilməmələri meylləri varlı və kasıb ölkələr arasında fərqlərin dayanıqlı olaraq artmasına gətirib çıxardı.

Sonradan XX əsrin 50-70-ci illərində ölkələrin varlı və kasıb ölkələrə bölünməsi son olaraq müəyyənləşdirildi: varlı Şimalla kasıb Cənub arasında qarşıdurma bəzən antoqonist xarakter almaqla, özünün qarşılıqlı güzəştli həllini tapa bilmirdi. Yeni sənaye ölkələri (YSÖ) meydana gəlməyə başladı. Asiya - Sakit okean regionunda ən azı iki belə qrup ayırmaq olar ki, onlar iqtisadi inkişaf tempinə görə güclü sıçrayış etmişlər: ”Asiya pələngləri” (Tayvan, Honkonq, Sinqapur və Cənubi Koreya) və “Asiya əjdahaları” (İndoneziya, Filippin, Tailand, Malayziya və Bruney) meydana gəlmişdir ki, bu da “Asiya möcüzəsi” adı ilə dünyanı heyrətləndirmişdir .XX əsrin 80-ci illərinin axırlarında Yeni Sənaye Ölkələrinin siyahısına Vyetnam və Çin də daxil oldular.

XX əsrin 80-90-cı illərində oxşar proses Cənubi-Afrika qitəsində baş verdi. Çili və Braziliya kimi dövlətlər də yüksək iqtisadi inkişaf tempi nümayiş etdirdilər. Bunlar bütün dünya üzrə götürdükdə istisnalıq təşkil edir. Bunlara baxmayaraq, hazırda Asiya və Latın Amerikası ölkələrinin, eləcədə Afrika qitəsində bir çox ölkələrin iqtisadiyyatının inkişafı qənaətbəxş deyil və hətta dağılmaq vəziyyətindədir.

Hətta bu deyilənlərin baş verdiyi ən əlverişli illərdə belə ( Malayziya, Sinqapur və Bruney istisna olmaqla) həmin ölkələr cəmiyyətdə baş verən sosial gərginliyi azalda bilməmişlər. Maddi firavanlığa nail olmuş ölkələrdəki, yüksək rifah halı, sosial qeyri-bərabərlik Asiya, Afrika və Latın Amerikası ölkələri əhalisinin nəinki ən kasıb təbəqəsi, hətta orta təbəqə-tələbələr, ziyalılar, dövlət aparatının aşağı təbəqə məmurları - tərəfindən qısqanclıqla qarşılanır.Qərbin “qızıl üçbucaq” ölkələrinə (Amerika Birləşmiş Ştatları, Yaponiya, Avropa İttifaqı) planetin əhalisi kasıb ölkələrinin düşmənçiliklə baxır. Bununla yanaşı üçüncü dünya ölkələrində özünün maddi vəziyyəti ilə razı qalmayan əsas sosial qrupları arasında beynəlxalq terrorçuluq üçün münbit mühit saxlanılmışdır. Dilənçilik və səfalətdən son dərəcə qəzəblənmiş bu təbəqə öz problemlərinin həllini diqqətə çatdırmaq üçün öz hökumətləri ilə hər formada qarşıdurmaya, o cümlədən zor tətbiq etməyə qadirdirlər.

Bu qarşıdurmanın istiqamətləri dövlətin milli sərhədləri çərçivəsində məhdudlaşmır. Çox hallarda o milli sərhədlərdən kənara çıxır. Yalnız dövlət idarələri və məmurları deyil, həm də iri xarici biznes nümayəndəlikləri, transmilli kompaniyaların ofislərin də onların hücum obyektinə çevrilir. Cənubi və Mərkəzi Amerikada əksər sol radikal terrorçu qrupların fəaliyyətində xarici biznesmenlərin girov götürülməsi, onların müəssisələrinin partladılması və yandırılması adi vərdişə çevrilmişdir. Onların fəaliyyətinin ayrılmaz tərkib hissəsi anti - amerikaçılıqdır. Anoloji hal bir sıra Cənubi-Şərqi Asiya ölkələrində də mövcuddur. Məsələn, Filippin və İndoneziya üsyançıları tez-tez yalnız Amerika vətəndaşlarını deyil, həm də Qərbi Avropa ölkələrinin vətəndaşlarını da girov götürürlər. Məsələn, İndoneziyanın Sumatra adasında azad açıq separatçı hərəkatının döyüşçülərinin hədəfi İndoneziyanın “Petramina” dövlət neft şirkəti ilə birgə neft və qaz yataqlarının istismarı ilə məşğul olan Amerikanın “Eksson Mobil Oil İndoneziya” şirkətidir.[66-44].

1969-cu ildə Filippində yaradılmış və bu günə qədər yaşayan kommunist təmayüllü Yeni Xalq Partiyası (YXP) ölkədə işləyən amerika kompaniyalarından “inqilab vergisi” yığılması ilə məşğul olurdu və bunu ödəməkdən “imtina edənləri” onların əmlakına qarşı terror aktı həyata keçirməklə cəzalandırırdı.(27, 245-246).

İnanılmaz olsa da terrorçuluğun sosial motivi hətta iqtisadi cəhətdən zahirən firavan həyat səviyyəsi olan ölkələrdə də mövcuddur. Buna misal olaraq Səudiyyə Ərəbistanı krallığını göstərmək olar. Güclü neft ehtiyatı olması ilə əlaqədar krallıq az bir müddət ərzində çox böyük iqtisadi artıma malik olmaqla, həyat səviyyəsinə görə dünyanın qabaqcıl ölkələri sırasına daxil oldu. Lakin buna baxmayaraq o, son on ildə getdikcə dərinləşən sosial problemlərdən qaça bilmir.

Sosial qeyri-sabitliyin təzahürlərindən biri büdcə kəsirinin artması ilə əlaqədar sosial layihələrə dövlət xərclərinin ciddi şəkildə azaldılması olmuşdur. Analoji problemlər çox böyük neft və qaz ehtiyatlarına malik olan Ərəbistanın digər monarxiya quruluşlu dövlətlərində də özünü göstərməkdədir. Bu ehtiyatlar çox vaxt ölkəni xammal bolluğunun girovuna çevirməklə, ölkənin “bədbəxtçiliyinə” səbəb olur.

Kasıb ölkələrin əksəriyyəti bir sıra obyektiv və subyektiv səbəblər üzündən yeni ideya və texnologiyanı mənimsəmirlər. Asiya və Afrikanın bir sıra ölkələrində, eləcə də müsəlman aləmində ənənəvi cəmiyyətin yenidən qurulmasına diqqət yetirilmir. Ayrı-ayrı nəzərə çarpmayan texnoloji proseslərin tətbiqi isə zəif həyata keçirilir və əsasən hakim sinfə xidmət edir. Bütün bunlar da daxili siyasi vəziyyətin gərginləşməsinə və ictimai-siyasi həyatda radikal meyllərin baş qaldırmasına gətirib çıxarır.

Siyasi ekstremizm ideyasının meydana gəlməsi və onları yayan müxtəlif təşkilat, hərəkat və qrupların olması terrorçuluğun baş qaldırması üçün münbit şərait yaradır. Bunun təsdiqi olaraq sosial-siyasi vəziyyətin qeyri-sabit xarakteri və bütün təbəqələrdən olan ekstremistlərin geniş fəaliyyət göstərdiyi Ərəb Şərqi, Cənubi Asiya və Asiya-Sakit okean regionlarının bir sıra ölkələrini göstərmək olar.

Çox vaxtlar Asiya, Afrika və ya Cənubi Amerika kontinentində radikal əhval-ruhiyyə öz ölkələrində sosial-iqtisadi və ictimai-siyasi reallığı dəyişmək istəməyən avtoritar rejim nəticəsində əmələ gəlir. Bununla əlaqədar olaraq “parlaq gələcək” uğrunda həlledici fəaliyyət göstərərək həmin rejimlərin devrilməsinə belə hazır olan qruplar meydana çıxır.

Bəzi hallarda bu regionlarda meydana gəlmiş terrorçu qrupların Qərbə qarşı yönəldilmiş hərəkətləri iki sivilizasiyanın toqquşması kimi qiymətləndirilir. Əslində bu heç də belə deyil. Fikrimizcə, bu hər şeydən əvvəl qloballaşmanın dərinləşməsi ilə əlaqədar olaraq xammal ixrac edən ölkələrin sənayecə inkişaf etmiş ölkələrə qarşı müqavimətidir. Bu ölkələrin sənayecə inkişaf etmiş ölkələrin xammal bazası statusundan çıxa bilməmələrini çox zaman Amerika Birləşmiş Ştatları, Qərbi Avropa ölkələri və Yaponiyanın həmin ölkələr üçün əlverişsiz, hətta məhvedici şəkildə formalaşmış beynəlxalq əmək bölgüsünü saxlamağa çalışmaları ilə əlaqələndirirlər. Həm də bu vəziyyətin saxlanılması yalnız beynəlxalq iqtisadi-ticarət əlaqələrinin bərqərar olmuş səviyyəsinin saxlanılması ilə məhdudlaşmır. O, Qərbin daha fəal xarici siyasəti, o cümlədən hərbi-güc üsulu ilə də möhkəmləndirilir .Bunu nümayiş etdirmək üçün Amerika Birləşmiş Ştatlarının dünyanın istənilən regionununda yerin təkində karbohidrogen enerji daşıyıcıları tapıldıqda, həmin regionu özünün “milli maraqları” zonası adlandırmasını göstərmək olar. Bu halda həmin regionda yerləşən ölkələrin milli maraqlarına etinasızlıqla yanaşılır .Getdikcə dərinləşən qloballaşma müxtəlif regionların qeyri-bərabər inkişafını təsbit edir ki, bu da ekstensiv əhval-ruhiyyənin törəməsinə və beynəlxalq terrorçuluq fəaliyyətinə əlverişli şərait yaradılmasına gətirib çıxarır.

XX əsrin ikinci yarısında beynəlxalq terrorçuluğun yayılmasına münbit şəraitin yaradılması üçün Qərb və Şərq, eləcə də Şimali Atlantika alyansı ilə Varşava müqaviləsi dövlətləri arasında olan qarşıdurma da az rol oynamamışdır.

Terrorçu qrupların hökumət əleyhinə olan fəaliyyətlərinin əsasən kütləvi partizan xarakteri aldığı Asiya, Afrika və Latın Amerikası ölkələrindən fərqli olaraq, Qərbi Avropa və Yaponiya da öz terrorçuluq fəaliyyətini müxtəlif solçu nəzəriyyələrlə əsaslandıran az saylı gizli, amma çox mobil olan terrorçu qruplar formalaşdırılması təcrübəsi yayılmışdır.

Siyasi terrorçuluq ölkədə hakim rejimin güc yolu ilə devirmək məqsədilə həyata keçirilən terrorçuluqdur. Bu halda onlar hakimiyyətə gəldikdən sonra ölkədə köklü sosial-siyasi dəyişikliklərin həyata keçirilməsini qarşılarına məqsəd qoymurlar.

Siyasi terrorçuluq üçün xarakterik xüsusiyyət ondan ibarətdir ki, o, dar istiqamətdə təzahür edir: onun qəsd obyekti regionun konkret ölkəsinin rəhbəri və onun yaxın ətrafı olur. Törədilən terror aktları dövlət başçısının, onun ailə üzvlərinin, nazirlərin ictimai xadimlərin fiziki məhvinə, ölkə daxilində siyasi, ayrı-ayrı hallarda isə iqtisadi vəziyyətin sabitliyinin pozulmasına yönəlmiş olur.

Bir qayda olaraq siyasi təmayüllü terror təşkilatlarına “korrupsiyalaşmış rejimi” hakimiyyətdən uzaqlaşdırmaq uğrunda çıxış edən görkəmli siyasi, ictimai və din xadimləri tərəfindən həyata keçirilir. Məsələn, Liviya Xalq Qurtuluş Cəbhəsinə Liviyanın Hindistandakı keçmiş səfiri Yusef Maharif rəhbərlik etmiş, Səudiyyə Ərəbistanında “Qanuni hüquqların müdafiəsi komitəsi” adlı terror təşkilatına Ər-Riyadda kral universitetinin fəxri professoru, Səudiyyə Ərəbistanının Konstitusiya Məhkəməsinin keçmiş sədri Abdallah Massari liderlik etmişdir.

Siyasi terrorçuluğun xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun rəhbər orqanı bir qayda olaraq müxalifətin ölkəsində olan rejimə düşmənçilik mövqeyi nümayiş etdirən ölkədə yerləşir.

Siyasi terrorçuluğun təcrübəsi göstərir ki, onlar tərəfindən xarici ölkədə silahlanması və hazırlıq keçmələri ilə yerləşdikləri ölkənin xüsusi xidmət orqanlarının məşğul olduğu yarım hərbiləşdirilmiş silahlı qruplaşmalar yaradılır və sonradan müxalifət üçün arzu olunmayan hökumətin devrilməsinə istiqamətlənmiş qiyamlar və üsyanlar təşkil etmək üçün gizli şəkildə müxalifətin ölkəsinə göndərilirlər.

Məsələn, Liviya Xalq Qurtuluş Cəbhəsi Səudiyyə Ərəbistanında xüsusi hazırlıq keçmiş döyüşçüləri M.Kəddafinin öldürülməsi ilə başlayacaq dövlət çevrilişini həyata keçirmək üçün 1984-cü ildə Liviyaya göndərmişdi. 1992-ci ildə onlar yenidən, bu dəfə Amerika Birləşmiş Ştatlarında hərbi hazırlıq keçmiş döyüşçülərdən istifadə edərək Liviyada qiyam qaldırmağa cəhd göstərmişlər.

Siyasi terrorçuluq İsraildə də hökm sürür. Sionist yönlü “Tuş emunim”, “Kah”, “Kahane hay”, “Eyal” ekstremist təşkilatları sistematik olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün çıxış edən yerli təşkilatların üzvlərinə, FƏT ilə sülh müqaviləsi imzalanmış İsrailin siyasi xadimlərinə qarşı terror aktı törədirlər.

Qeyd etmək lazımdır ki, keçən əsrin 80-90-cı illəri beynəlxalq qanunçuluğun dayanıqlı səviyyəsini təmin etməli olan beynəlxalq institutların fəaliyyətində böhranla müşahidə olundu. Hər şeydən əvvəl bu, Birləşmiş Millətlər Təşkilatının fəaliyyətində özünü göstərməyə başladı. O, sərbəst arbitr kimi öz müstəqil statusunu zəiflətdi və hər hansısa bir üstqurum orqanına çevrildi və onun əsas funksiyası, zəif dövlətlərin hüquqlarının dünyada yeni siyasi və iqtisadi yaratmaq səlahiyyətinə iddia edən güclü dövlətlər tərəfindən çoxsaylı tapdanmasının qeyd olunması ilə müşayiət olundu.

Dünya qaydalarının çox qütblü sisteminin dağılması istər iqtisadi, istərsə də siyasi proseslərin qeyri-sabitliyi ilə xarakterizə olunan “keçid zonası” fenomenini ortaya gətirdi. 90-cı illərdə çoxmillətli dövlətlərin dağılması separatist meyllərin stimullaşdırılmasına şərait yaratdı. Bu, Yuqoslaviyada vətəndaş müharibəsinə, SSRİ məkanında yaradılmış müstəqil dövlətlərdə, məsələn Rusiya, Azərbaycan, Gürcüstan, Moldovada separatçılıq meyllərinin gücləndirilməsinə, onların ərazi bütövlüyünə qəsd edilməsinə, daxili vəziyyətə tam nəzarət edə bilməyən yerli hökumət orqanlarının zəiflədilməsinə, o cümlədən ümumi cinayətkarlığın və beynəlxalq terrorçuluq fəaliyyətinin artmasına gətirib çıxartdı.

Bütün bu deyilənlər, eləcə də hökumətlərin sosial problemləri həll etməyə hazır olmamaları, dövlət aparatı məmurlarının böyük əksəriyyətinin misli görünməmiş miqyasda korrupsiyaya qurşanması, hökumətin səmərəli idarəetmə qərarları qəbul edə bilməməsi adı çəkilən ölkələrdə kütləvi narazılığa səbəb olmuşdur. Bütün bunlar, yəni kasıbçılıq, korparativ-planlı, bürokratik və kapitalizmə qədər ki istismar ənənələri, mədəniyyətin aşağı səviyyəsi və milli özünü dərketmənin təzyiqlərə məruz qalması kimi problemləri aradan qaldırmaq üçün yeni yolların axtarılmasına sövq edirdi. Onların qarşısında milli iqtisadiyyatları əzən, dünya korporativ kapitalın hegemonluğunun aradan qaldırılması kimi məsələlər dururdu. Əhalinin böyük əksəriyyəti bu vəziyyətdən çıxmağın yolunu özlərinin ilkin mənbələrinə, adət və ənənələrinə qayıtmaqda görürdülər. Dünyanın bir çox guşələrində geniş yayılmış bu meyllər, qərb mədəniyyəti, qərb həyat tərzi və fikrinin zorla onlara qəbul etdirilməsinə qarşı qəti etiraz idi. Bu meyl müsəlman aləmində, əsasən də ərəb ölkələrində çox geniş yayılmışdır. Bununla da ekstremisçiliyin, o cümlədən onun son dərəcə ifrat forması olan terrorçuluğun, milli və dini əsaslandırılmasının əsaları formalaşdı.

Ayrı-ayrı dövlətlərin regional səviyyədə rəqabət aparması və onların maraqlarının toqquşması şəraitində millətçiliyin radikal təzahürləri kifayət qədər tez bir vaxtda dövlət daxili münaqişənin çərçivəsindən kənara çıxmaqla, açıq və ya gizli şəkildə xarici aləmə çıxır. Bununla da, daxili millətçi radikallıq beynəlxalq terrorçu təşkilatlar üçün geniş fəaliyyət meydanı yaratmaqla, beynəlxalq münaqişə əlamətləri alır və köhnə milli münaqişələr vəziyyətin mütəmədi olaraq gərginləşərək residivist xarakter almasına gətirib çıxarır. Buna misal olaraq radikal millətçi təşkilatların və bir çox hallarda isə Ermənistan dövlətinin bilavasitə iştirakı ilə Türkiyə və Azərbaycan əleyhinə həyata keçirdikləri terror aktlarını göstərmək olar. Hazırda Ermənistanın işğalçı qoşunları tərəfindən zəbt olunmuş Azərbaycan əraziləri Ermənistan hökuməti və dövlətinin bilavasitə iştirakı ilə narkotrafika marşrutuna və beynəlxalq terrorçuların yuvasına çevrilmişdir. Bu fakt dəfələrlə dünyanın bir çox dövlətləri, o cümlədən Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən bəyan edilməsinə baxmayaraq dünya birliyi hələ də buna göz yumur. Bu da beynəlxalq terrorçuluğa qaşı ikili standart olmaqla, ona qarşı birgə mübarizənin səmərəliliyini aşağı salır.

Millətçi terrorçuluq özlərinin etnik qrupları üçün ayrıca dövlət yaradılmasını qarşılarına məqsəd qoyurlar.Onlar bunu “milli qurtuluş” adlandırırlar və onların fikrincəqalan dünya onlar barədə bunu unudubdur.Bu növ terrorçular çox vaxt beynəlxalq aləmdə rəğbət qazanırlar.Buna misal olaraq Rusiya Federasiyasında “çeçen” terrorçularını, Gürcüstanda Cənubi Osetiya və Abxaziyanı, Azərbaycan Respublikasında Dağlıq Qarabağ separatçılarını, Böyük Britaniyada İrlandiya, İspaniyada “Eto”nu, Türkiyədə Kürdüstan fəhlə partiyasını, Şri-Lankada “Tamil pələngləri” və sairəni göstərmək olar.Ekpertlər qeyd edirlər ki, məhz millətçi terrorçular özlərinin silahlı mübarizəsinin gedişində tətbiq etdikləri zorun səviyyəsini azalda bilərlər və heç olmazsa onu öz “düşmənlərinin” hərəkətlərinə uyğunlaşdırarlar.Bunu da birinci növbədə ona görə edirlər ki, özlərinin kənarda yaşayan etnoslarının köməyindən məhrum olmasınlar.Bir çox millətçi terrorçular iddia edirlər ki, onlar terrorçu deyil, öz xalqının azadlığı uğrunda mübarizə aparan mücahidlərdir.İrlandiya Respublika Ordusu və Fələstin Azadlıq Təşkilatı hələ 1990-cı ilin əvvəllərində elan etdilər ki, onlar terror üsullarından əl çəkirlər.Lakin əslində belə olmadı.Bu növ terrorçuluğa Baskların yaşadığı rayonları İspaniyadan ayırmaq istəyən Bask vətəni və azadlıq, Türkiyə ərazisində öz dövlətlərini yaratmaq istəyən Kürdüstan fəhlə partiyasını, Azərbaycanın əzəli ərazisi olan Dağlıq Qarabağda erməni dövlətini yaratmaq istəyən Daşnak və Arsak partiyalarını göstərmək olar.Bu növ terror təşkilatlarının çirkin fəaliyyəti nəticəsində yüz minlərlə insan həyatını itirmiçdir.Təkcə Türkiyədə Kürdüstan fəhlə partiyasının törətdiyi əməllər nəticəsində otuz mindən çox adam həyatını qeyb etmişdir.

Dini terrorçular zor tətbiqinin guya Allah tərəfindən müəyyənləşdirdiyini əllərində əsas götürürlər.Bu halda onların həmlə etdikləri obyektlər həm coğrafi, həm etnik, həm də sosial nöqteyi nəzərdən mövcud deyil.Bununla da onlar nəinki yalnız lokal, hətta qlobal səviyyədə belə dərhal əsaslı dəyişikliyə nail olmağa çalışırlar.

Dini terrorçular nəinki kiçik kultlara, hətta çox yayılmış dini konfessiyalara da aiddir.Bu növ terrorçuluq digər terror növlərinə nisbətən daha geniş yayılmışdır.Belə ki, 90-cı illərin ortalarında ən məşhur 56 terror təşkilatından demək olar ki, yarısı dini motivlərlə bağlı olduqlarını bəyan etmişlər.

Dini terrorçular hər hansı bir ərazidə hüquqlarının bərpası, hər hansı bir siyasi prinsipin həyata keçirilməsi barədə qayğılı olmadıqlarından onların həmlələrinin miqyası millətçi terrorçuların və ideoloji ekstremistlərinkindən çox vaxt əsaslı şəkildə böyük olur.Onlar hesab edirlər ki, onların sektalarının və ya konfessiyasının üzvü olmayan hər kəs onların düşmənləridir.

Bu kateqoriya terrorçuluğa Usama ben Ladenin “Əl-Qaidə” təşkilatı, müsəlman sünnülərinin “Həmas” qruplaşması, Livan şiələrinin “Hezbolla” qrupu, radikal yəhudi təşkilatı olan Meera Kahan, Amerikanın bir sıra ku-klus-klan “xalq drujinaları”, Yapon “Aum Senrike” sektası, vahhabitlər, Misirdə “Müsəlman qardaşlar” və onun xarici ölkələrdə filialları, “Camaa islamiyyə”, “İslam Cihadı”, “İslam Qurtuluş Cəbhəsi”, “Silahlı islam qruplaşması”; İordaniyada “Allah döyüşçüləri”; Liviyada “Döyüşkən islam qruplaşması”; Livanda “Həzbullah”, “İslam camaatı”-İC; Fələstin muxtariyyətində - HƏMAS, “İslam cihadı”; Sudanda “Milli islam cəbhəsi”-MİC; Yəməndə “Əl-İslax”-Əİ və bir sıra digər terror təşkilatlarını aid etmək olar [75; 95; 104].

Sudan MİC, Yəmən Əİ və Livan “Həsbullah” təşkilatlarından başqa bu təşkilatların hamısı qanundan kənar elan olunduqlarından, onlar gizli fəaliyyət göstərirlər. Onlar üçün aşağıdakı əlamətlər xarakterikdir: əhalinin kasıb təbəqələrinin dini əhval ruhiyyəli nümayəndələrinin üzvlüyü, əsasən də kəndli gənclər; onun üzvlərinin fanatikliyi və onların əksəriyyətinin özlərini ölümə qurban verməyə hazır olmalarıdır. Bu xüsusiyyətlər onların törətdiyi terror aktlarının qəddarlığında da özünü göstərir. Belə ki, bu terror aktları çoxlu sayda qurbanlar və dağıntılarla müşayət olunur.

Yuxarıda sadalanan dini təmayüllü terror təşkilatlarına rəhbərlik bir qayda olaraq keçmiş ictimai və siyasi xadimlər, ziyalıların nümayəndələri, eləcə də, din aləmində nüfuzlu şəxslər tərəfindən həyata keçirilir. Məsələn, Sudan Milli İslam Cəbhəsinin rəhbəri Şeyx Hasan Turabi Xartum universitetinin hüquq fakultəsini bitirmiş, Sarbonda doktorluq dissertasiyası müdafiə etmişdir. O, islam fundamentalizminin ideoloqu hesab olunur. 1995-ci ildən Fələstin “İslam cihadı”nın başında Qəzzada İslam universitetini bitirmiş, İngiltərədə ali təhsil almış, Amerika Birləşmiş Ştatlarında dissertasiya müdafiə etmiş Abdalla Şallah durur.

Etnik rəngli terrorçuluğa parlaq misal kimi Şimali İrlandiyada on illərlə davam edən icmalar arası müharibəni göstərmək olar.Şimali İrlandiyada bu dövrü “qarışıqlıq dövrü (Troubles)” adlandırırlar.Bu müharibədə bir tərəfdən katolik İrlandiya respublika ordusu və protestant loyalist bölmələri bir-birini çox qəddarlıq və amansızlıqla qırırlar.İrland müəllifləri O. Liri və Mak Herri özlərinin “Antoqonizm siyasəti: Şimali İrlandiyanı başa düşmək” əsərində çox inandırıcı şəkildə göstərirlər ki, qarşıdurmanın katoliklərlə protestantlar arasında baş verməsi barədə geniş yayılmış fikrə baxmayaraq, əslində burada mübarizə iki etnik qrup- adanın XVI əsrdə Tyudor dinastiyası tərəfindən işğal olunana qədər yüz illərlə yaşamış köklü irlandlarla, sonradan buraya köçürülmüş şotlanda və ingilislər arasında gedir.Birincilər katolik, ikincilər isə presviterian və anqlikan kilsələrinə ibadət edənlərdir.Onlar eyni dilə, eyni bir mədəniyyətə malik olsalar da, aralarındakı düşmənçilik yüz illərdir ki, davam edir.Bu terrorçuluqda birinci növbədə mülki vətəndaşlar əzab çəkirlər. Terrorçuların guya müdafiə etdikləri dinc əhali arasında öldürülənlərin sayı düşmənçilik edən qruplaşmaların ölən üzvlərinin sayından dəfələrlə çoxdur.Bu measir terrorçuluğun xüsusiyyətlərini bir daha əks etdirir: günahsız dinc əhalinin taleyinə biganəlik.

İrqi amillər və bu əsasda ziddiyyətlər terrorçuluq təzahürlərinin artmasında heç də millətçilikdən az əhəmiyyət kəsb etmir. Bunun ən təhlükəli cəhəti ondan ibarətdir ki, irqi düşmənçiliyi qızışdırmaq əksər hallarda digər dövlətlərdən gələnlərə və xarici vətəndaşlara yönəlmiş olur. Beləliklə, irqi dözümsüzlüyün əsasında əvvəlcədən beynəlxalq gərginliyin qızışdırılmasına kömək edən toxum qoyulmuş olur ki, bu da irqi əsasda terror aktlarının törədilməsinə şərait yaradır. İrqi əsasda zorakılığa dünyanın müxtəlif ölkələrində, əsasən də Amerika Birləşmiş Ştatlarında tez-tez rast gəlmək olur. Buna misal olaraq ağ irqin saflaşdırılması və özlərini “ali irq” hesab edən və bu əsasda terror aktları törədən Amerika Birləşmiş Ştatlarında ku-kluks-klanların, eləcə də bir sıra Qərbi Avropa ölkələrində, məsələn Fransa, Böyük Britaniya, Almaniya, İtaliyada Asiya və Afrikadan olanlara və onların mədəniyyət assosiasiyaları və klublarına qarşı hücumları göstərmək olar. Bir qayda olaraq irqi dözümsüzlük bir çox sağ radikal, millətçi, əsasən də faşist təmayüllü təşkilat və qrupların, məsələn İtaliyanın “Ali qardaşlıq”, “Silahlı faşist partiyası (falanqa)” və yaxud “İtaliyanın saflaşdırılması milli komitəsi” tərəfindən həyata keçirilir [71; 88]. Lakin terror formasını almış tam irqi dözümsüzlük özünün praktiki tətbiqini ağ dərililərin Afrikanın cənubunda hökmranlığı dövründə almışdı. Buna misal olaraq irqi ayrı-seçkiliyin əleyhinə olan hərəkatın liderlərini öldürən və onların fəallarını qorxudan “Vit kommando” irqçi qruplaşmanın fəaliyyətini göstərmək olar [71]. Dövlətin qurulmasına dar irqçilik çərçivəsində yanaşma qonşu Afrika dövlətlərinə (Namibiya, Zimbabve, Mozambik) münasibətdə Cənubi Afrika Respublikasında fəaliyyət göstərən bir sıra irqçi terrorçu təşkilatların fəaliyyəti ilə özünün fəal davamını almışdı. Cənubi Afrika irqçilərinin gizli təşkilatlarının belə taktikası onların milli azadlıq hərəkatı nəticəsində qara çoxluğun hakimiyyətə gəlməsi və bununla da aparteid rejiminin sabitliyinə təhlükə yarana biləcəyi ilə bağlı idi.

Ayrı irqə mənsub olmasına görə vətəndaş hüquqları və azadlıqları pozulmuş insanlar buna görə cavab tədbirlərinə əl atmaq məcburiyyətində olurlar. İrqi zorakılıq daha güclü zərbə vurmaq tədbirlərinə gətirib çıxarır. Məhz, Cənubi Afrikadakı hadisələr belə inkişaf etməyə başladı və eyni vaxtda bir neçə təşkilat və hərəkat terror üsullarından istifadə etməklə aparteid rejiminə müharibə elan etdilər. Bu halda dövlət qulluqçularının siyasi qətillərindən, kollaborasionistlər üzərində açıq məhkəmə qurub, ölüm hökmü çıxarıb onu icra etməkdən, polis məntəqələrinə və dövlət idarələrinə hücumlardan geniş istifadə olunurdu.

XX əsrin axırında Molukko adalarında yeni bir dini münaqişə əmələ gəldi. İlk başlanğıcda bu dalğa ölkənin müsəlman və xristian icmaları arasında qarşıdurmanı əks etdirməklə dinlər arası xarakter daşıyırdı. Müsəlman-xristian toqquşması Ambon adasında və onun inzibati mərkəzində başlanmışdı. Çox tez bir zamanda qanlı toqquşmalar qonşu adalara sirayət etməklə ölkənin paytaxtı Manilaya qədər gedib çıxdı. Qısa bir müddət ərzində ölkəyə “Laşkar çihad” qruplaşmasının İndoneziya hökumətinin qiymətləndirilməsinə görə islam ekstremistlərinin 2 mindən çox üzvünün ölkəyə daxil olması nəticəsində münaqişə beynəlxalq xarakter aldı. Bu qrupa qarşı İndoneziyanın bu hissəsində xristian icmasının nümayəndələri tərəfindən formalaşdırılmış “Xristin ordusu” qruplaşması dayanmışdı. 2000-ci ilin ortalarında dinlər arası qarşıdurmanın qurbanların sayı üç min nəfərə çatmışdı [66].

Dünya təcrübəsi göstərir ki, müasir beynəlxalq terrorçuluğun baş verməsinə səbəb olan münaqişələr əsasən Şimali Afrika və Asiya, Cənubi Amerika qitəsində islamçılıq şüarları altında çıxış edən islam ekstremistlərinin fəaliyyəti ilə bağlıdır. Onların bəyan edilmiş məqsədi milliyyətə fərq qoymadan ümumi dinə xidmət edənlərin vahid xəlifəliyini yaratmaqdır. Beynəlxalq terrorçuluqda islam amili yalnız XX əsrin 70-80-ci illərindən dayanıqlı və geniş miqyaslı beynəlxalq xarakter almağa başlamışdı. Məhz bu dövrdə radikal islamçılar Suriyada qiyam qaldırdılar və İsraillə separat sülh müqaviləsi imzalamış Misir prezidenti Ənvər Sədatın həyatına sui-qəsd həyata keçirdilər [92]. Beynəlxalq aləmdə islam amilinin yeni əlamət və forma almasında dönüş anı 1978-1979-cu illərdə İranda baş verən islam inqilabı və onun nəticəsində müsəlman klerikallarının hakimiyyətə gəlməsi oldu. Bu hakimiyyət nəinki müsəlman şiə ruhanilərinin hakimiyyətə iddialı olduqlarının əsaslılığını sübut etdi, həm də onun xalqı səfərbər edərək Amerika Birləşmiş Ştatlarına qarşı durmaq qabiliyyətində olduğunu nümayiş etdirdi. Dünya siyasətinin bərabər hüquqlu subyekti olmaqla İran İslam Respublikasının yaradılmasının bir çox həm şiə, həm də sünni təriqətli müsəlman təşkilatları üçün nümunə olmaqla, onlara öz fəaliyyətlərini genişləndirməyə stimul yaratdı. Bu dövrdə İranda Amerika Birləşmiş Ştatları səfirliyi əməkdaşlarının “islam tələbələri” tərəfindən girov götürülməsi müsəlman aləmində ekstremist təşkilatlara İran təcrübəsindən istifadə etmək də güclü təkan verdi. [53]. Lakin burada qeyd etmək yerinə düşərdi ki, Amerika Birləşmiş Ştatları səfirliyi əməkdaşlarının girov götürülməsi heç bir dini xarakter daşımırdı. Bunu o dövrdə Amerika Birləşmiş Ştatları hökumətinin İran inqilabına qarşı tutduğu mövqeyə cavab olaraq inqilabi tələbələr həyata keçirmişdi.

Terrorçuluğu tam anlamaq üçün birinci növbədə onun xarici təzahürlərini deyil, kökünü öyrənmək lazımdır. Terrorun səbəbləri çox vaxt səhv qəbul olunur. Belə bir fikir geniş yayılmışdır ki, terrorçuluq ədalətsizliyə qarşı hərəkətdir, terrorçular isə dözülməz şəraitdən təngə gəlmiş insanlardır (kasıbçılıq, ümidsizlik, sosial və siyasi sıxıntı).Bu məntiqdən yanaşsaq, terrorçuluğun aradan qaldırılması və ya heç olmazsa onun azaldılmasının yeganə yolu terrorçuluğu kobud güc yolu ilə boğmağa çalışmaq yox, onun mənbəyinin, terrorçulara sakitlik verməyən yaranın kəsilib atılmasıdır. Bir amerikalı filoloq demişdir: “Bataqlığı qurudun, ağcaqanadlar özləri yox olacaqlar.”

Keçmişdə uyğun fikirlər əsasən özünü doğruldurdu. Rusiya inqilabçılarını və İrlandiya vətənpərvərlərini misal gətirək. Çar Rusiyasında olan yırtıcı rejim o dövrlərdə Avropada mövcud deyildi. Rusiyada idarəedicilərin hakimiyyəti qeyri-məhdud idi, siyasi azadlıq və ədalətsizliyə qarşı mübarizə qeyri-mümkün idi, əhalinin böyük əksəriyyəti ağır dilənçi vəziyyətində yaşayırdı, yuxarı aristokratlarla aşağı kəndlilər arasında distansiya çox böyük idi, dövlət məmurları korrupsiyaya uğramışdılar. Belə bir şəraitdə idealist əhval-ruhiyyəli gənclərin bir qrup nümayəndələri mənfur rejimin görkəmli nümayəndələrinə qarşı güc tətbiq etməyi qərara aldılar. Bu terror hərəkətinin iştirakçılarının motivlərinə və şəxsiyyətinə nəzər saldıqda, onların şəxsi ambisiyaları olmayan, igid gənc insanlar olduğu aşkar olur. Onlar rus xalqının zülmdən azad olması və yaxşı həyat yaşamaları üçün özlərini qurban verməyə hazır idilər. İlkin olaraq bu cavan oğlanlar “xalqın içinə daxil olub” təbliğat aparmağa cəhd etdilər. Onlar terror kursuna “qanun daxilində hərəkət etmək ya mümkün deyil, ya da bu heç bir nəticəyə gətirib çıxarmayacaqdır” nəticəsinə gəldikdən sonra əl atdılar. İnsan öldürmək onları çox kədərləndirirdi və onlar hər şeyi edirdilər ki, günahsız insanlar zərər çəkməsinlər. Bu terror hərəkətinə məxsus olan fədakarlığı nəzərə alsaq, onda onun Rusiya cəmiyyətində geniş müdafiə olunduğuna, çox hallarda ona kömək göstərildiyinə təəccüblənməyə dəyməz.

Ümumiyyətlə cəmiyyət terror üsullarını heç də həmişə cinayətkar üsul hesab etməmişdir. Buna misal olaraq Rusiyada Vera Zasuliçin işini göstərmək olar. O, Rusiya tarixində birinci terrorçu olmuşdur. Eyni zamanda o, həm də Rusiyada vətəndaş cəmiyyətinin qurulmasında birinci simvolik fiqurdur. Qubernator Trenovu güllələməklə o cəmiyyətin diqqətini dövlət tərəfindən həyata keçirilən zorakılığa cəlb etməyə cəhd etmişdir. Bu halda cəmiyyət onun tərəfində duraraq onu müdafiə etdi. Andlılar məhkəməsi onu günahsız sayaraq bəraət etdi.

XIX əsrdə və XX əsrin əvvəllərində İrland terrorçuları xarici işğaldan azad olmaq və milli müstəqillik uğrunda mübarizə aparırdılar. İngiltərə çox əsrlər ərzində İrlandiya üzərində hökmranlıq etmiş, lakin milli özünü dərketmənin yüksəlməsi ilə əlaqədar olaraq, çox ciddi müxalifətlə qarşılaşmalı olmuşdur. Burada İrlandiyada olan çox ağır iqtisadi vəziyyət, müntəzəm olaraq baş verən aclıqla əlaqədar Amerikaya kütləvi emiqrasiya da öz rolunu oynamışdır. Terror aktlarını fenianlar (sonradan İrlandiya Respublika ordusu və digər təşkilatlar) törədirdilər. Onlar bu əməlləri həm İrlandiyada, həmdə Britaniyada həyata keçirirdilər. Onları cəmiyyətin çox geniş təbəqələri, o cümlədən İrlandiya protestantları müdafiə edirdilər.

İrlandiyada milli müstəqillik uğrunda mübarizəni Avropada sol qüvvələr də bölüşürdülər, lakin onlar bu mübarizənin üsuluna şübhə ilə yanaşırdılar. Lakin İngiltərə elitar demokratiyaya malik olsa da demokratik ölkə idi. İrlandiyalılar səsvermə hüququna malik idilər, Parnellanın rəhbərlik etdiyi İrlandiya partiyası isə əsaslı təsir gücünə malik idi. Bu partiya demokratiyanın yüksəlməsi və siyasi mübarizənin gücləndirilməsi hesabına öz məqsədinə çatmağa nail ola bilərdi. K.Marks və F.Engels irland xalqının mübarizəsini müdafiə etsələr də terror üsullarının qəti əleyhinə idilər. Londonun Klerkenvell rayonunda keçirilən terror aktını Engels hanniballar, qorxaqlar və axmaq fanatiklər adlandırırdı. Marks isə məktubunda yazırdı ki, fenianların işi uğrunda London proletariatını qəzəbləndirmək olmaz.

Həmin dövrdə üçüncü terror qrupu olan və hamının ən çox qorxduğu anarxistlərə Avropanın sol qüvvələri mənfi münasibət bəsləyirdilər. Ayrı-ayrı anarxistlər dövlət başçıları və nazirləri öldürürdülər .Onların hərəkətləri ilə sol qüvvələr razı deyildilər. Əgər siyasi rejim onlara öz etirazlarını ifadə etməyə başqa imkanlar verirdisə, onda bu halda, ölümə necə haqq qazandırmaq olardı? Anarxistlərin içərisində normal olmayan, tez özündən çıxan adamlarda az deyildi. Onlardan biri bomba partladarkən demişdi ki, insan tələfatı heç nədir, əsas odur ki, “partlayış gözəl alınsın” digər biri edam vaxtı demişdi: “axır ki, mən məşhur oldum”.

Beləliklə, hətta terrorçuluğun çiçəkləndiyi XIX əsrdə belə terror fəaliyyəti ilə məşğul olmaq barədə qərar qəbul etmək yalnız siyasi əqidə ilə deyil, şəxsi amillərlə də bağlı idi.

Əsasən ikinci dünya müharibəsindən sonra terrorun xüsusiyyətləri dəyişməyə başladı. Terror əməliyyatları əsasən Almaniyada Azad Korpus, rumin Dəmir qvardiyası, yapon terrorçuləri kimi son dərəcə sağçı və faşist elementlər tərəfindən həyata keçirilirdi. Getdikcə daha da aydın olurdu ki, terrorçuluq “solçu” və ya mütərəqqi təzahür deyil. Məsələn, 1922-ci ildə Almaniyanın xarici işlər naziri yəhudi əsilli Valter Ratenaynu məhz faşizmin sələfləri terror aktı nəticəsində öldürmüşdülər.

Terrorçuluğun təbiətini öyrənərkən aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır; terror aktları nəyə görə baş verir və terrorçular bunun nəticəsində nə əldə edirlər, terror prosesi özündə nəyi əks etdirir , terrorun sosial və siyasi nəticələri nədən ibarətdir.

Öz məqsədinə görə terrorçuluq millətçi, dini, irqi və ideoloji (sosial) terrorçuluqə bölünür.

Separatist, yaxud milli azadlıq ideyaları məqsədilə həyata keçirilən terrorçuluq millətçi terrorçuluq adlanır.Bu müxtəlif dinə itaət edənlər (məsələn, müsəlmanlar və iudistlər), yaxud da eyni dinə itaət edənlər (məsələn, müsəlmançılıqda sünni-şiə, xristianlıqda katolik – provoslav - protestant) arasında mübarizə ilə əlaqədar olan terrorçuluqdir. Belə terrorçuluğun məqsədi dünyəvi dövləti dağıtmaq və dini hökumət yaratmaqdır.

Cəmiyyətin diqqətini hər hansı ciddi bir problemə cəlb etmək, ölkənin mövcud iqtisadi və siyasi sistemini qismən və ya tamamilə dəyişmək məqsədilə həyata keçirilən terrorçuluq ideoloji, sosial terrorçuluğa aid edilir.

“İdeyaya” söykənən siyasi terrorçuluğun yerinə onunla paralel mövcud olan etnik və dini terrorçuluq gəlmişdir. Buna misal olaraq İrlandiyanın Respublika Ordusu, bask separatçıları və bir çox müsəlman ölkələrində fəaliyyət göstərən çoxsaylı təşkilatları göstərmək olar.

Etnik terrorçuluğun parlaq nümunəsinə Şimali İrlandiyada katolik irland respublika ordusu və protestant loyalçıları dəstələrinin on illərlə bir-birini vəhşicəsinə qırmasını aid etmək olar. O, Liri və Mak Herri özlərinin “Siyasi antoqanizm” adlı məqalələrində bu qarşıdurmaları katolik və protestantlar arasında deyil, iki ayrı-ayrı etnik icmalar arasında olan toqquşmalar kimi başa salmağa çalışır. Onlardan biri etnik qrup köklü irlandiyalıların nəslindən digəri isə sonradan bu ərazilərdə məskunlaşmış şotland və ingilislərin nəslindən idi. Birincilər katolik, ikincilər isə ingilis kilsəsinə aid olmuşlar. Onların bir dili və mədəniyyəti olmasına baxmayaraq aralarında olan düşmənçilik yüz illər boyu davam etməkdədir. Qarşıdurmalarda silahlı qruplaşmalar az tələfat verir və əziyyət əsasən dinc əhalinin üzərinə düşür. Bu isə öz növbəsində dinc əhalinin taleyi ilə maraqlanmayan müasir terrorçuluğun xüsusiyyətlərini təsdiq edir.

Etnik terrorçuluqi partizan müharibəsinin ayrılmaz bir hissəsidir. Misal kimi Şri-Lanka (tamillərin sinqallara qarşı), Hindistan və Pakistan (Kəşmir konflikti), Livanda (şiə silahlı dəstələrinin yəhudilərə qarşı) baş vermiş hadisələri göstərmək olar.Bu toqquşmalarda hərbi əməliyyatlarla yanaşı, terrorçular tərəfindən düşmən arxasında ayrıca götürülmüş mülki şəxslərin və ya hərbiçiləri öldürülməsi və ya girovların götürülməsi kimi müxtəlif metodlardan istifadə olunur.

Amerika Birləşmiş Ştatlarına terrorçuluq nəzəriyyəsini alman radikalları Karl Hayntsen və Yohann Most gətirmişlər. Onlar anarxist kompaniyaların sistematik həyata keçirilməsində kütləvi qırğın silahlarının tətbiqi nəzəriyyəsini hazırlamışdılar .Bu insanlar hesab edirdilər ki, elm və ixtiralar nəticəsində hazırlanmış yeni silah növləri kütləni silahlandırır ki, ondan da terror aktlarında istifadə etmək olar. Onlar təsdiq edirdilər ki, bombanı kilsə və yaxud hər hansı digər kütləvi yerdən almağından asılı olmayaraq “düşmənlərin” toplaşdığı yerdə partlatmaq lazımdır.

Hayntsen və Most öz ideyalarını təcrübədə həyata keçirmədilər, bunu başqaları etdi. Amerika anarxistlərinin iştirakı ilə belə bir ağır terror aktı 1886-cı ildə Çikaqoda Heymerget qırğını zamanı törədildi və burada 8 nəfər polis əməkdaşı həlak oldu. XIX əsrin axırında siyasi qətllər formasında terrorçuluq ən böyük qlobal təzahürə çevrilmişdir. Siyasi terrorun qurbanları kimi 1892-ci ildə İspaniyada Martinez Kompası, 1894-cü ildə Fransa prezidenti Karnonu, 1898-ci ildə Avstriya-Macarıstan imperatoru Yelizavetanı, 1900-cü ildə İtaliya kralı Yubertonu, 1901-ci ildə Amerika prezidenti Makkinlini göstərmək olar. Birinci dünya müharibəsi serb millətçisi tərəfindən Avstriya ekshersoqu Ferdinand və onun arvadı Sofi öldürüldükdən sonra başlandı.

Çox maraqlıdır ki, iki dünya müharibəsi arasındakı dövrdə terror fəallığı müşahidə olunmamışdı. Bu onunla izah oluna bilərdi ki, birinci dünya müharibəsində milyonlarla insanın ölümü ilə əlaqədar olaraq siyasi qətllər arxa plana keçmişdi.

İkinci dünya müharibəsi qurtardıqdan sonra müstəqillik uğrunda mübarizə aparılan Yaxın Şərq, Şimali Amerika və Asiyada terrorçuluq əməlləri millətçi qruplar üçün düşünülmüş taktikaya çevrildi. Aqrar cəmiyyətlərdə partizan müharibəsinin aparılması üçün növbəti dəfə terrorçuluq ön plana çəkildi. Fələstin və Kiprdə daha ənənəvi terror aktları həyata keçirilməyə başlanıldı. Bir sıra millətçi siyasi qruplaşmalar zor tətbiqi ilə böyük müvəffəqiyyətlər əldə etdilər. Üçüncü dünya ölkələrində liderə çevrilmiş terrorçular iddia edirdilər ki, müstəmləkəçilik boyunduruğuna qarşı onların mübarizəsi terrorçuluq deyil, azadlıq uğrunda əsil mübarizlərin apardıqları klassik müharibədir.

1960-cı illərdən terrorçuluq bütün dünyaya yürüş etdi. Latın Amerikasında terrorçuluq “Tupamaros” hərəkatı şəklində meydana gəldi. Uruqvayda o, uşaqların oğurlanması, bankların qarət edilməsi şəklində baş verirdi ki, onun da nəticəsində Latın Amerikasında nisbətən yeganə demokratik rejimli hakimiyyət devrildi və onun yerinə hərbi diktatura gəldi. Argentinada “Montoneros” və ERA kimi sol terror təşkilatları xarici iqtisadi maraqlara qarşı, eləcə də Argentina hakimiyyətinə qarşı ciddi kompaniyaya başladılar. Braziliyalı Karlos Mariqellanın əsərləri onun vətəni Braziliya, Latın Amerikası və bütövlükdə dünyanın digər ölkələrində terrorçuluğun artmasına çox böyük təsir göstərdi. Mariqellanın 1969-cu ildə yazdığı “Minimanual of the Urban Guerilla” terrorçuluq üzrə praktiki rəhbərlik kimi özünü göstərən əsəri, bütün dünyada terrorçular arasında çox böyük şöhrət qazanmışdı.

1960-1970-ci illərdə Almaniya, İtaliya və Yaponiyada ifrat sol terrorçuluq Baader-Maynxof- Almaniyada, Qırmızı briqadalar- İtaliyada, Qırmızı Ordu-Yaponiyada meydana gəldi. Bunlar hamısı Mariqellanın ideyası ilə silahlanmışdılar. Bu terror qrupları yalnız öz ölkələrində deyil, həmdə xaricdə beynəlxalq maraqlar əleyhinə terror əməliyyatlarını həyata keçirirdilər. Belə terror aktlarından ən məşhuru Yaponiyanın Qırmızı Ordusu terror təşkilatının üzvü tərəfindən İsrailin Ben-Qurion aeroportunda törədilmişdir.

1960-cı ildə terrorçuluq dalğası Avropa və Asiya ilə məhdudlaşmırdı, o çox hallarda Amerika Birləşmiş Ştatlarında da özünü göstərirdi.Sosial islahatların ləng getməsindən məyus olmuş bir sıra fəal radikallar, tələbələr demokratik cəmiyyət uğrunda hərəkatından ayrılaraq özlərinin “Uezermen” terror qrupunu yaratdılar. Vətəndaş hüquqları uğrunda ənənəvi hərəkatdan bezmiş qara dərili radikallar Qara pantera hərəkatını təşkil etdilər. Puerto-Riko millətçiləri, yəhudi ekstremistləri də bu dövrdə çox fəal idilər.

İslam dininə itaət edən bir qrup müsəlmanın terrorçu hərəkətlərini xarakterizə edərkən görünür ki, onların başlıca yayılma mənbəyi Səudiyyə Ərəbistanı, Sudan, İran, Pakistan, Əfqanıstanın ictimai-dini təşkilatlarıdır. Həqiqətən də, son zamanlar (son 25 ildə) ən fanatik və ən fəal terrorçulər onlardır.

Bununla əlaqədar olaraq aşağıdakı suallar meydana çıxır: nəyə görə və hansı səbəblərdən islam terrorçuluğu təşəkkül tapmışdır. Görəsən bu təşəkkülə dünyada baş verən siyasi hadisələr nə dərəcədə təsir göstərmişdir, islam fundamentalizmi nədir və onun islam terrorçuluğu ilə hansı ümumilikləri var? Bəzi tədqiqatçılar bu iki anlayışı eyniləşdirməklə çox böyük qəbahətə yol verirlər. Bunu onlar ya bilərəkdən əvvəlcədən düşünülmüş halda dinlər arasında nifaq salmaq məqsədilə, ya da islamın əsil mahiyyətini, onun dəyərlərini bilmədən edirlər.

İslam terror qruplaşmaları öz aralarında çox geniş şəkildə əlaqə saxlayırlar. Bu onunla şərtlənir ki, onların fikrincə iki düşmənləri var: qərb həyat tərzi və islamın müqəddəs torpaqlarını zəbt etmiş dinsiz İsrail dövləti. Bunlardan əlavə onlar ümumi islam fundamentalizminə malikdirlər. Onlar həmçinin bir çox müsəlman ölkələrində radikal islam təşkilatlarının verdikləri vəsait hesabına çox güclü maliyyə bazasına malikdirlər.

İslam bayrağı altında terrorçuluğun mahiyyətini anlamaq üçün birinci növbədə islam fundamentalizminin nə olduğunu aydınlaşdırmaq lazımdır.

Fundamentalizm sözü ilk dəfə Amerika Birləşmiş Ştatlarında evangelist kilsəsinin (əsasən kalvistlər, baptistlər və presviterianlardan ibarət ) ortodoksal nümayəndələrinin yaratdıqları bir sıra xristian qruplarını xarakterizə etmək üçün tətbiq olunmuşdur. Sonradan bu termin qərb tədqiqatçıları tərəfindən islam, yəhudi dini və digər təriqətlərin öyrənilməsində istifadə olunmuşdur. Həmdə çox vaxt o geniş şəkildə təfsir edilmişdir: dini-sivilizasiya birliyinin başlanğıcına qayıtma; daimi olaraq müqəddəs mətnlərdə olan dini-siyasi prinsiplərin çıxarılması. Bizim dövrümüzdə bu termin demək olar ki, dünyanın hər yerində Cənub-Qərbi və Mərkəzi Asiyada, Şimali Amerika və Yaxın Şərqdə, Amerika Birləşmiş Ştatları və Avropada fəaliyyət göstərən islam, yəhudi dini, protestant, katolik, proslaf, indus, buddist və digər təriqətlərə itaət edən çox saylı siyasi-dini hərəkat və təşkilatların nəzəri və praktiki fəallığının şərh olunması üçün istifadə olunur. Prosesin özünün geniş vüsət alması, dövlətlərin və xalqların bu prosesə cəlb olunması fundamentalizmin yalnız nüfuzlu amil olmasını deyil, həmdə siyasətin subyekti olmasına dəlalət edir.

Radikal islamın dinlə əlaqədar olan bu forması islam ölkələrinə “keçmiş möhtəşəmliyini” qaytarmaq üçün mömin müsəlmanlara “qərb mənəvi dəyərləri və qərb həyat tərzi” ilə əlaqədar olan hər şeydən imtina etməyi məsləhət bilirlər. Qeyd edirlər ki, islamın mənbəyinə, “fundamentinə” Məhəmməd peyğəmbərin nəsihət etdiyi çox dəqiq formada qayıtmaq lazımdır.

Əsil həqiqətdə “fundamentalizm” siyasi radikallıqla, ekstremizmlə eyni mənalı deyil və bilavasitə terrorçuluğun səbəbi kimi çıxış etmir.

Terrorçu fanatiklər hər şeydən az islamın “saflaşdırılması” barədə düşünürlər. Onların Qərbə, birinci növbədə Amerikaya kin və ədavətinin kökü dini xarakter deyil, sivil-mədəni, psixoloji və geopolitik xarakter daşıyır.

“Fanatlıq” termini latın sözü olan “fanum”-dan götürülmüşdür və tərcümədə “müqəddəs yer” mənasını verir. Lakin bu sözün mənası dəyişdirilərək “başdan çıxardılmış, divanə” mənasında işlədilir .Bu təzahür barədə din tarixçiləri, teoloqları tez-tez yazırlar. Fanatlığın cəmiyyət üçün nə qədər dəhşətli bir təzahür olmasını göstərmək üçün təkcə onu demək kifayətdir ki, Hitler özünün Mein Kampf əsərində fanatlığı Alman faşizm hərəkətinin ayrılmaz tərkib hissəsi kimi müəyyənləşdirirdi.

Hitler deyirdi ki, kütləni səfərbər etmək üçün “yarımçıq bəyanatlar və hərəkətlər” kifayət deyil, həmdə məqsədə doğru yorulmadan, fanatik şəkildə can atmaq lazımdır.

Fanatlıq heç də həmişə dini xarakter daşımır və bunu bir çox müasir hadisələr təsdiq edir. 1980-cı ilin əvvəllərində Yaxın Şərqdə bomba ilə özünü ilk dəfə öldürən müsəlman deyil, kübar dairələrinə mənsub olan xristian olmuşdur. 1990-cı illərdə sıralarından ən çox özünü öldürən terrorçular çıxmış Tamil pələngləri də dini amil xatirinə fəaliyyət göstərmirdilər. Başqa sözlə desək, fanatizmin güclü mənbəyi dinlə yanaşı, millətçilik də ola bilər.

Lakin tamamilə aydındır ki, fanatikliyin dini mənbəyi mövcuddur. Ən aydın şəkildə o xristianlıq tarixinin bir sıra epizodlarında özünü bariz şəkildə göstərir. Buna misal olaraq səlib yürüşlərini (XI-XII əsrlərdə Qərb xristianlarının Şərqə yürüşləri) göstərmək olar. Papa Urbanın və digər yüksək vəzifəli kilsə xadimlərinin çıxışları xristian dindarlarını müqəddəs torpaqları murdarlayan və məhv edən sarasinlərdən ( Sarasinlər - orta əsrlərdə qərblilərin Afrika müsəlmanlarına verdikləri addır) azad etmək üçün yürüş etməyə çağırırdılar. Bununla əlaqədar olan məlumatlarda göstərilir ki, fransız rəiyyəti bu çağırışa çox böyük ruh yüksəkliyi ilə “bunu Boq istəyir” qışqıraraq cavab verdilər. Bu çağırış nəticəsində yüz minlərlə insan həyatı bahasına Jerusəlim zəbt olundu və bundan sonra dəhşətli qanlı qırğınlar başlandı.

Dirçəliş erasına qədər fanatiklik tədricən yox oldu. Lakin XIX əsrin axırlarında rus proslav kilsəsində yenidən dirçəlməyə başladı. [104]

Fundamentalizmin yenidən meydana gəlməsi fanatlığın dirçəlməsinə gətirib çıxardı .Bu günku fanat terrorçulərə öz qurbanlarının ruhunu xilas etmək ideyası yaddır.Əksinə, onların şüarı odur ki, öz qurbanını məhv etməlisən ki, ondan heç bir iz qalmasın.Terrorçuların qəddarlığı bu gün yalnız kafirlərə yönəlməmişdir. Məsələn, Əlcəzair terrorçuları öz həmdinlilərinə və uşaqlara qarşı misli görünməmiş qəddarlıqlar törədirlər.

Fanatlıq terrorçuluğun əsas elementlərindəndir. Əgər belə olmasa idi, onda güclü və dar istiqamətli din əsasında başqa terrorçuları ölümə getməyə və öldürməyə məcbur etmək olmazdı. Buradan da dini və ya kübar əsasından asılı olmayaraq terrorçuluqda vəhvilik dalğası meydana gəlir. Yüz il bundan əvvəlki Rus inqilabçı terorçuları hesab edirdilər ki, insanları öldürməklə (siyasi nöqteyi-nəzərdən zəruri olsa da ) onlar böyük günah işlədirlər ki, bunun üçün də onlar mütləq cəzalandırılacaqlar. Lakin bütün terrorçular bu ideyanı dəstəkləmirdilər. Məsələn, Çikaqoda Xeymarket qırğını ilə əlaqədar iş üzrə mühakimə olunan Fişer məhkəmə prosesində edam olunmazdan əvvəl demişdir ki, “bu mənim həyatımın ən xoşbəxt günüdür”. Belə insanlar əmin idilər ki, İsa kimi qurtuluş yükünü özləri çəkirlər.

Aşkar fikri bir də təkrar edək: zaman ötdükcə terrorçuluq, terrorçular, terrorun səbəbləri və motivləri dəyişmişdir. Yüz il bundan əvvəl terrorçuluq sosial-inqilabi və ya anarxist, bəzi hallarda isə milli separatçılıq xarakteri daşıyırdı. XX əsrin 70-ci illərində dünya xəritəsində baş verən terrorçuluq çox hallarda həmin meyllərə malik olmuşdur. Məsələn, Qərbi Avropada, Latın Amerikada solçuların terrorçuluğu, Yaxın Şərqdə millətçi terrorçuluq. Artıq 1920 və 1930-cu illərdə Almaniya və Rumıniyada, növbəti on illikdə isə İtaliya, Türkiyə və digər ölkələrdə ifrat sağçılıq terrorçuluğu meydana gəlmişdi. Bu növ terrorçuluq əsasən daxili xarakter daşıyırdı və hakim sinfin nümayəndələrinə, yaxud digər partiya və ya sosial qruplara yönəlmişdi. Yalnız bir neçə halda, məsələn , Yaxın Şərq və Hind yarımadasında törədilən terrorçuluq digər ölkələrə qarşı həyata keçirilmişdir.

Ekspertlər təsdiq edirlər ki, ancaq milli terrorçular özlərinin zora yönəlmiş silahlı mübarizəsini öz düşmənlərinin fəaliyyətlərinə nisbətdə azalda bilərlər. Qeyd olunan hərəkət öz etnik qrupunun dəstəyinin itirilməməsi məqsədilə edilir. Bir çox milli terrorçular özlərini öz xalqlarının azadlığı uğrunda mübarizə aparan şəxslər kimi göstərirlər. Misal kimi - İrlandiya Respublika Ordusu və Fələstin Azadlıq Təşkilatını göstərmək olar. Hər iki təşkilat 90-cı ildə terror metodlarından əl çəkdiklərini elan etmişlər. Bu tip terrorçulara İspaniyada baskların yaşadığı ənənəvi ərazilərin ayrılması məqsədilə fəaliyyət göstərən Bask vətəni və azadlığı uğrunda mübarizə və Türkiyə ərazisində müstəqil dövlət yaratmaq uğrunda mübarizə aparan Kürdüstan Fəhlə partiyası kimi təşkilatları aid ola bilər.

Dini terrorçuların fikrincə onların məqsədlərinə çatmaq üçün zor tətbiq etmək ancaq Allah tərəfindən müəyyən olunduğu zaman həyata keçirilə bilər. Onlar coğrafi, etnik və sosial sərhədlər tanımayaraq qlobal miqyasda ciddi dəyişikliklər tələb edirlər. Bu növ terrorçular kiçik mədəni birləşmələrlə yanaşı çox geniş yayılmış dini konfesiyaların tərkibində də ola bilərlər. Terrorçuluğun göstərilən istiqaməti digərlərindən fərqli olaraq öz dinamik inkişafı ilə fərqlənir. Məlum olmuşdur ki, 1990-cı ildə tanınmış 56 terrorçu təşkilatlarından yarısı öz fəaliyyətlərində dini motivlərdən istifadə edir. Belə ki, “dindarlar” ərazi və siyasi prinsiplər prizmasından çıxış etmirlər. Onların hücum miqyasları millətçilərdən fərqli olaraq daha böyükdür. Onlar öz dini sekta və konfesiyalarının üzvü olmayan hər bir şəxsi düşmən sayırlar.

Bu kateqoriya terrorçulara “əl-Qaida”nin rəhbəri olan Üsamə Bin-Ladenin tərəfdarları daxildirlər .Eyni zamanda sünni müsəlmanlarının “Həmas” və Livan şiələrinin “Hizbullah” eləcə də yəhudilərin “Meera Kaxana” təşkilatı, Amerikadakı ku-klus-klanın “xalq” drujinaları, Yaponiyanın “Aum Senrike”in üzvləri də qeyd olunan terrorçu tipə aiddirlər.

“Qlobal cihad” termini islam ekstremistlərinin fəaliyyətlərinin son tendesiyaları ilə xarakterizə olunur. Əgər əvvəllər əsas diqqət ayrıca götürülmüş ölkələrdə inqilabların baş verməsindən çox hakimiyyətin və ya rejimlərin dəyişdirilməsinə verilirdisə, hal-hazırda mübarizənin əsas prioritet istiqaməti Amerika Birləşmiş Ştatları, İsrail və bir sıra Avropa dövlətlərinə qarşı yönəlmişdir.

Radikal islamçı qüvvələrin öz strategiyasını dəyişdirməsində əsas səbəb kimi onların beynəlxalq terrorçuluqda perspektiv mübarizə metodlarını görməklə yanaşı aşağıdakı faktorlar da öz rolunu oynamışdır:

- ərəb ölkələrində baş vermiş inqilabi hərəkət və cəbhələrin uğursuzluğu;

- islam dünyasının qərb dəyərlərinin hücumlarının təsirləri nəticəsində çətinlikləri - bu amillər qərbdə və ərəb ölkələrində məskunlaşmış müsəlman icmalarına təsir etməkdədir.

- bir çox müsəlman cavanlarının dini savadsızlığının onları islam yönümlü sektaların qurbanlarına çevirməsi;

- telekommunikasiyaların inkişafının müsəlman dünyasının ayrı-ayrı hissələri ilə əlaqəni gücləndirməsi;

- Əfqanıstan, Bosniya, Albaniya, Kosova, Çeçenistan, Filippin, İndoneziya və Kəşmirdə baş verən konfliklərin islam və xristian dünyaları arasındakı qarşıdurma kimi izah olunması;

- Sovet İttifaqının dağılması nəticəsində köhnə etnik və dini qarşıdurmaların yaranması;

- milli ərəb hökumətlərinin cəmiyyətdə olan problemləri həll etmək iqtidarında olmaması və xarici düşmənlər üzərində qələbənin təmin edilməməsi;

- Ərəb ölkələrində və Yaxın Şərqdə ekstremist qüvvələrə qarşı mübarizənin gücləndirilməsi nəticəsində radikal islam qüvvələrinin dünyanın digər ölkələrinə köçməsi;

- Avropa ölkələri hakimiyyət orqanlarının ərəb ölkələrindən gəlmiş immiqrant və qaçqınlara liberal yanaşma ilə yanaşı onların dini və siyasi fəaliyyətlərinə dözümlülük nümayiş etdirməsi.

Bir neçə əsr bundan əvvəl islam dünya dinləri sırasında üstün rol oynayaraq ən aparıcı konfesiyalardan biri sayılırdı. Müsəlman ölkələri xristian dünyasını dəqiq elmlər, mədəniyyət, incəsənət və öz dövrünü çox qabaqlamış təhsil sistemində çox irəlidə idi. Son yüz illiklərdə qüvvələr nisbəti dəyişmiş və nəticədə islam dünyası siyasi, iqtisadi və hərbi sahədə xüsusi ilə Amerika Birləşmiş Ştatları dövlətinin təsirlərinə məruz qalmışdır. Avropa mədəniyyətləri, ictimai, texniki nailiyyətləri müsəlman dünyasının əvvəlki inkişaf qüdrətlərini kölgədə qoyaraq islam inamının əsaslarını zəiflətmişdir.

İranın Birləşmiş Millətlər Təşkilatındaki keçmiş nümayəndəsi , İran alimi və diplomatı Fereydun Xoveydanın qeyd etdiyi kimi, islam sivilizasiyasının inkişafı ciddi daxili çəkişmələrin və xristian dünyasının təsirləri nəticəsində XII əsrdə dayanmışdır. Belə ki, XI əsrdə müsəlman dünyası Aralıq dənizi və Qüds şəhərinin itirilməsi ilə əlaqədar məğlubiyyətlərə düçar oldular. XV əsrin 2-ci yarısında isə xristianlar müsəlmanları İspaniya və Portuqaliya kimi dövlətlərin ərazisindən çıxarmağa müvəffəq olmuşlar. Bu hadisələri islamın tarixi ilə məşğul olan alimlər “andaluz faciəsi” adlandırırlar.

Bu məğlubiyyətlər bu günədək islam dünyasının mənəvi vəziyyətinə çox böyük təsirlərini göstərməkdədir. Bin-Ladenin səlahiyyətli nümayəndəsi sayılan Əbu Həyat ərəb kütləvi informasiya vasitələrinə 7 oktyabr 2001-ci il tarixində verdiyi müsahibəsində bildirmiş və eləcədə keçmiş faciələrin Fələstin torpaqlarında Andaluz faciəsinin təkrar olunmasının islam aləmi tərəfindən qəbul edilməyəcəyini bildirərək qeyd etmişdir ki, Amerika siyasəti və İsraili dövləti də məğlubiyyətə düçar olacaqdır.

XI və XII əsrin əvvəlində müsəlman hakimlərinin müvəffəqiyyətsiz cəhdləri islam rejimlərinin məhvinə və yaxud zəifləməsinə gətirib çıxardı.Silsilə şəklində baş vermiş hərbi və siyasi məğlubiyyətlər islam dünyasında yeni nəsil hərbi liderlərin yetişməsinə gətirib çıxartdı. Kürd mənşəli Səlahəddin 1187 və 1192-ci illərdə xaçpərəstlərə ciddi zərbələr vuraraq onları bəzi müsəlman torpaqlarını qaytarmağa məcbur etdi. Bununla yanaşı 1146-1163 və 1195-ci illərdə mərakeşli Əbdül Mamin də öz növbəsində İspaniyada xristianlara qarşı müvəffəqiyyətlə mübarizə aparmışdır. Hal-hazıradək o, milyonlarla müsəlmanın kumirinə çevrilərək dini fitvalarda adı çəkilməkdədir. İslam dini nümayəndələri və terrorçuları onun həyat yolunu əsil şəhid nümunəsi kimi qeyd edirlər.

XII əsrdə bu qələbələr cəmiyyətə və dövlətə digər neqativ təsirlərini göstərərək islam mədəniyyəti və sivilizasiyasını çox surətlə geri atmağa başladı. İslam dünyasını birləşdirmək üçün yeni hakim və sərkərdələr dini ekstremizmdən istifadə etməyə məcbur olaraq öz hərəkətlərinə müsəlman dünyasının keçmiş məğlubiyyətləri ilə bəraət verməyə başladılar.

Ekstremist qüvvələr tərəfindən Qurani-Kərimin düzgün izah olunmaması onların öz elmi və mədəni nailiyyətlərindən əl çəkməsinə gətirib çıxardı. Bu proses hal-hazıradək davam etməkdədir. Buna misal olaraq 1192-ci ildə Kordova (İspaniya) şəhərinin ülaməsinin əsas elmi-texniki kitabxananın bütün ədəbiyyatlarını yandırmasını və ya səkkiz yüz il sonra 1979-cu ildə İranın dini rəhbəri ayatolla Homeyninin göstərişi ilə bütün ali təhsil ocaqlarının islamlaşdırılması, 1980-83-cü illərdə qeyri-islam universitetlərinin bağlanmasının nəticəsi kimi ölkədə müəllimlərə qarşı müxtəlif təzyiqlərin tətbiq olunmasını göstərmək olar.

Bu tendensiyalar islam dünyasının mədəni və iqtisadi geriləməsinə səbəb olaraq sələfilər (Məhəmməd peyğəmbərin ilk tərəfdarları təmiz islam) hərəkatının yaranmasına gətirib çıxardı.

Sələfilərin əsas ideoloqları vəhhabi dini təriqətinin yaradıcısı Məhəmməd ibn Abdul əl-Vəhabdır.

İslamda birinci parçalanma dördüncü və axırıncı xəlifə, peyğəmbərin əmisi oğlu və kürəkəni Əli ibn Əbu Talib Abu-l-Həsən əl-Murtadın sektant tərəfindən törədilmiş terror aktı nəticəsində faciəli ölümündən sonra baş vermişdir. Bu hadisə çox ciddi siyasi ideoloji ayrılmaların əsasını qoydu. Bu ayrılmalar iki nisbətən müstəqil icmanın şiə (ərəb sözü “şia”dan götürülüb partiya deməkdir) və sünni (ərəb “sunna” sözündəndir nümunə deməkdir) əsası qoyuldu.

Bu icmalarda sonrakı xırdalanma prosesi özünü müxtəlif ayrıca sektalara bölünməkdə göstərdi. Hazırda bunların sayı bir neçə onluq təşkil edir və islam şüarı altında müxtəlif növlü qruplaşmaların formalaşdırılması meylləri qalmaqdadır [57; 78].

Müsəlman ölkələrində müstəmləkəçilikdən azad olmaq uğrunda aparılan mübarizə “İslam” partiyaları və hərəkatlarının, digər milli və başqa ictimai birliklərin yaradılması prosesini gücləndirdi. İlkin dövrlərdə onlar öz ölkələrinin müstəmləkəçilikdən azad edilməsi, xalqların öz iradələrini azad şəkildə bildirmələri hüququ, müstəqil dövlətlərinin yaradılması, eləcə də beynəlxalq və millətlərarası münasibətlərdə bərabərlik və ədalətlilik uğrunda çıxış edirdilər [36, 70].

Son onilliklərdə “siyasi islam”, “islam radikalizmi”, “islam fundamentalizmi” barədə danışılmağa başlanılmış və bu anlayışlar arasında az qala bərabərlik işarəsi qoyulmuşdur. Fundemantalizm dini təmizləmək, saxlamaq və qorumaq məqsədi ilə müdafiə xarakterli ola bilər. Məhz islam fundamentalizminin “cihad” prinsipini əsas götürən son variantları islam radikalizmi (islamçılıq) adı ilə məhşurdur. Radikalizmin ardıcılları cihadı onların gözündə allahsız və materialist olan xristianlıq və Qərb dünyası ilə mübarizə - silahlı mübarizəyə qədər – üsulu kimi dərk edirlər.

Qurani-Kərimdə bu barədə belə deyilir: “Sizinlə vuruşanlarla siz də vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz (ikinci surə 190-cı ayə)”, “onlar sizinlə vuruşmayınca siz də onlarla vuruşmayın (ikinci surə 191-ci ayə), “əgər onlar vuruşdan və Allaha şərik qoşmaqdan vaz keçərlərsə şübhəsiz ki, Allah bağışlayan və rəhm edəndir. (ikinci surə, 192-ci ayə), “əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz (surə 4, ayə 90)” [43].

Cihad altında islamın yayılmasının ilk dövrlərində, hər şeydən əvvəl azsaylı və zəif müsəlman icmalarının müdafiəsi uğrunda mübarizə başa düşülürdü.

Qeyd etmək lazımdır ki, müsəlmanlar 3 avramistik dinlərdən biri olan xristianlığa qarşı heç bir zaman müharibə elan etməmişlər və islama itaət edənlər Musa və İsaya peyğəmbər kimi ehtiramla yanaşmağı özlərinin vəzifəsi hesab edirlər. Davakar islam üçün cihad islamın düşməni kimi Qərblə mübarizə üsuludur.

Radikal islamistlər hesab edirlər ki, dövlətlər dünyəvi qanunlar qəbul etməklə parlamentliliklə, elmi-materialist təhsillə, repressiv aparat və kütləvi informasiya vasitələri ilə əsl islamı cılızlaşdırır və beləliklə islam bir din kimi ölümcül təhlükəyə qoşalaşmış ekstremizmə əl atır və bununla da müsəlman dininin əsasını təşkil edən bir sıra prinsipləri pozurlar. Bu prinsiplər arasında aşağıdakıları göstərmək olar: “Dində məcburiyyət (zorakılıq) yoxdur” (surə 2, ayə 256). Göstərilir ki, qoy kim istəyir qəbul etsin , kim istəmir qəbul etməsin.

Dünya əhalisinin böyük əksəriyyətinin itaət etdiyi hər üç dünyəvi din islam, xristianlıq və iudizm hər növ zorakılığın əleyhinə çıxış edir, istənilən qəddarlıq, zor tətbiq etmək və günahsız insanların öldürülməsi təzahürlərin qəti şəkildə rədd edərək dünyaya harmonluq və sülh gətirir. Qəddarlıq və zor tətbiq etmə Allahın insanlara bəxş etdiyi xeyirxahlığı, paklığı və əxlaqı məhv edir.

Özlərinin dəhşətli cinayət əməllərini törədən terrorçular islamın, xristianlığın və ya yəhudi dininin (iudaizm) qanun və rəmzləri ilə pərdələnmələrinə baxmayaraq əslində isə onların dinlə heç bir münasibəti yoxdur. Hansı dinə xidmət etməyindən asılı olmayaraq, heç bir mömin adam dünyada ən böyük günah işlədib günahsız insanı öldürməz. Dinin müqəddəsliyi altında pərdələnərək belə əməl törədənlər insan deyillər. Onlar din altında öz dəhşətli əməllərini həyata keçirərkən ateistlər kimi dini dəyərləri nüfuzdan salırlar.

İslam bayrağı altında pərdələnən əksər ekstremist qruplar öz mənşəyini XX əsrin 20-ci illərində Misirdə məktəb müəllimi Həsən əl-Banna tərəfindən əsası qoyulmuş “Müsəlman qardaşları cəmiyyəti”ndən götürür. “Adətlərin düzəldilməsi” üzrə dini təşkilat kimi “Qardaşlıq” tezliklə dəqiq ideologiyası olan siyasi partiyaya çevrildi.

Həsən əl-Bannanın təlimi aşağıdakıları təbliğ edirdi: “İslamda din dövlətdən, siyasətdən ayrılmazdır. Əsl müsəlman yalnız o deyil ki, o Allaha ibadət edir. O bütün müsəlmanlığın problemləri ilə yaşamalı və mübarizə aparmalıdır ki, ətraf cəmiyyətdə şəriət qanunları ilə yaşasın, vahid konstitusiya isə Quran olsun” [38].

Nəzərdə tutulurdu ki, zəruri hallarda silahlı mübarizə aparmaq lazımdır. “Qardaşlığ”ın şüarı belə səslənirdi : “Cihad-bizim yolumuzdur, bizim ali məqsədimiz – Allah yolunda ölməkdir.”

Bir sıra insanlar İslam dəyərlərini tam dərk etmədən İslamın adından hərəkət edirlər. Bu və ya digər insanın özünü müsəlman elan edərək həyata keçirdiyi əməllərə görə islam haqqında fikir yürütmək olmaz. İslamın özünü nədə ifadə etməsini tərk etmək üçün yeganə mənbə - 14 əsr bundan əvvəl təqribən 23 il ərzində Məhəmməd peyğəmbərə Qüdrətli Allah tərəfindən vəhy olunmuş və bu gün bir milyarddan artıq insanın etiqad etdiyi islam dininin müqəddəs kitabı və səmavi kitabların ən sonuncusu olan Qurani-Kərimdir.

Bu gün Qərb ölkələrində, eləcə də Amerika Birləşmiş Ştatlarında İslam haqqında olan biliklər və təsəvvürlər Müqəddəs Qurani-Kərimdə Allahtəala tərəfindən müsəlmanlara, eləcə də bütün bəşəriyyətə vəhy olunmuş əsl islam dəyərləri ilə üst-üstə düşmür.

İslam dininə itaət etməyən, əsil islam dəyərlərindən xəbəri olmayan və onun fərqinə varmayan Qərb dövlətləri və Amerika Birləşmiş Ştatlarının bir sıra savadsız alimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, hətta dövlət və hökumət nümayəndələri İslamı terrorla eyniləşdirirlər ki, bu da bu dinə etiqad edən bir milyarddan çox insana qarşı təhqirdir.

Möhtərəm prezidentimiz cənab İlham Əliyev İslam dəyərlərindən danışarkən demişdir: “Dünyada gedən proseslər bəzi hallarda bizi narahat edir. İlk növbədə, bəzi ölkələrin kütləvi informasiya vasitələrində və müəyyən siyasi dairələr tərəfindən islamı terrorçuluqla eyniləşdirmək cəhdləri bizi çox narahat edir və hiddətləndirir. Biz buna heç cür imkan verə bilmərik. İslamı terrorçuluqla eyniləşdirmək olmaz. İslam sülh dinidir, mehribanlıq dinidir, dözümlülük dinidir. Azərbaycan özü terrorun qurbanıdır. Erməni terrorçu təşkilatları bizə qarşı 30-dan çox terror aktı törətmişlər. Bu terror aktları 2000-dən artıq azərbaycanlı həlak olmuşdur. Ancaq biz bu terrorçu təşkilatları hər hansı bir dinə bağlamırıq. Bu düzgün deyildir. Terrorçuluğun nə dini var, nə də milliyyəti. Ona görə biz bu məsələlərə öz etirazımızı daha da inamla bildirməliyik, öz sözümüzü deməliyik. Eyni zamanda, gərək bütün təbliğat imkanlarımızdan istifadə edərək, çox böyük narahatlıq doğuran bu mənfi meylə münasibətimizi bildirək, öz hərəkətimizlə bunun qarşısını alaq” [3].

YUNESKO-nun 20 oktyabr 2001-ci ildə Paris şəhərində keçirilən 31-ci sessiyasında qəbul olunmuş Qətnamədə terrorçuluğun hər hansı konkret bir dinlə, dini inamla və ya milliyyətlə əlaqəsi qəti şəkildə rədd edilmiş və qeyd olunmuşdur ki, terrorçuluğun hazırkı meydan oxumasına Birləşmiş Millətlər Təşkilatı sisteminin bütün təşkilatlarının ardıcıl və əlaqələndirilmiş şəkildə cavab verilməsini tələb edir [87].

Qurani-Kərimdə əsil insani ləyaqətlər- yüksək əxlaq prinsipləri, məhəbbət, mərhəmət, canıyananlılıq (rəhim), təvazökarlıq, itaətlilik, fədakarlıq və dözümlülük mədh olunur. Qurani-Kərimin qanunları ilə yaşayan hər bir müsəlman yüksək əxlaqi keyfiyyətli şəxsiyyət, havadarlıq və dözümlülük nümunəsi olmalıdır. O, onu əhatə edən insanlara sülh, məhəbbət, hörmət və həyatın parlaq sevincini bəxş etməlidir.

Ərəb dilində “İslam” “sülh” deməkdir. İslam- insanlara və bütövlükdə bəşəriyyətə humanizmlə dolu həyat, sülh və səadət gətirməyə dəvət edən dindir. Hər şeydən uca olan Allah vəhy etdiyi Müqəddəs Quranda ən yüksək insani məziyyətlərə çağırır: mərhəmət, dözümlülük və rəhm etmə. Bu müqəddəs kitab insanları sülh və əmin-amanlıq şəraitində yaşamaq üçün öyüd-nəsihət verir. ”İnək” surəsinin 208-ci ayəsində deyilir: “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama)gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir!”

Qurani-Kərim insanları öyrədir ki, onlar yalnız o vaxt xoşbəxt ola və əmin-amanlıqda yaşaya bilərlər ki, bütün qəlbləri ilə İslamı qəbul etsinlər və Allahın əxlaq qaydaları ilə yaşasınlar.

Hamıdan uca Allah bütün şər işləri lənətləyir. Hamıdan ucada duran Allah insanlara bütün şər əməllərdən uzaq durmağı məsləhət bilir, onlara yaxınlarına qarşı şübhə və etibar etməməyi qadağan edir, əxlaqsızlığı, qəddarlığı, təcavüzü və qan tökməyi məzəmmət edir və pisləyir. Kim ki, Böyük Allahın bu dini əmrlərini pozursa, o Yaradan qarşı cinayət törədir və şeytana qulluq edir. Müqəddəs Qurani-Kərimdə Allah dəfələrlə onun iradəsinə zidd hərəkət etməməyə və şər əməllər törətməməyə çağırır. Buna Qurani-Kərimdən yalnız iki surəni misal gətirək: ƏR-RƏD(Göy-Gurultusu) surəsinin 25-ci ayəsində deyilir - “Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri(qohumluq əlaqələrini qıranları) qıranlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti (cəhənnəm) gözləyir”.

“Allahın sənə verdiyindən özünə axirət qazan. Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum - əqrəbaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə, həqiqətən Allah fitnə-fəsad törədənləri sevməz”.(ƏL-QƏSƏS (Hekayət) surəsi, ayə 77)

Böyük Allah insanlara zərər gətirən hər şeyi qadağan edir. Terrorçuluq və zorakılıq - hər şeydən uca olan Allaha qarşı böyük cinayətdir. Əsil müsəlman dünyaya harmoniya gətirir və onu təkmilləşdirməyə çalışmalıdır.

İslam - yaşamaq hüququnu, söz azadlığını və insanın öz iradəsini ifadə etmək hüquqlarını qoruyur. İstənilən münaqişəni və fikir ayrılıqlarını qınayır, heç bir rüsvayçılığa, ürəksizliyə və ya insanların bir-birinə böhtan atmasına imkan vermir.

İslam nəinki yalnız terror və zor tətbiq etməni qəti qadağan edir, eləcə də hətta az da olsa təzyiq göstərməyə və yaxud insanların bir-birinə öz fikrini zorla qəbul etdirməyə mənfi münasibət bəsləyir.

Müqəddəs Qurani-Kərimin ƏL-BƏQƏRƏ (İNƏK) surəsinin 259-cu ayəsində bunlarla əlaqədar belə deyilir: “Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlığından (küfrdən) aydın fərqlənir. Hər kəs şeytanı (və ya bütləri) inkar edib Allaha iman gətirərsə, o, (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi ) eşidən və biləndir.

ƏL-FAŞİYƏ (BÜRÜYƏN) surəsinin 21 və 22-ci ayəsində isə Allah tərəfindən Peyğəmbər Əleyhissalama vəhy edilir ki, (Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd verənsən. Sən onların üzərində hakim deyilsən.

Dini zorla qəbul etdirmək İslamın prinsipinə ziddir. Əsl İslam yalnız söz və vicdan azadlığı olan yerdə mövcuddur.

Allah-təala günahsız insanların öldürülməsini qadağan edir. Qurani-Kərimə uyğun olaraq günahsız insanı öldürmək ən böyük qəbahətdir.

ƏL-MAİDƏ (SÜFRƏ) surəsinin 32-ci ayəsində Böyük Allah Peyğəmbərə buyurur ki, insanlara çatdırsın: “. . . hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə, o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz açıq möcüzələrlə gəlmişdilər. Bunlardan sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) həddi aşdılar.

Müqəddəs kitabda deyilir ki, günahsız insanları öldürəni cəza gözləyir. Bir nəfərin öldürülməsi bütün insanlığa olan sui-qəsddən heç də yüngül günah deyil.

Müqəddəs Qurani-Kərimdən göründüyü kimi İslam müasir, elmi və proqressiv dindir. Əsl müsəlman hər şeydən əvvəl öz ölkəsinin həyatında fəal rol oynayır, ətrafındakılara qarşı loyaldır, elmlidir, pak və comərddir.

Quranın mənəvi dəyərləri əsasında tərbiyə olunmuş savadlı müsəlman insanlara yalnız məhəbbət və hörmət bəsləyir, o istənilən ideyaya, hətta özünün dünya görüşündən əsaslı şəkildə fərqlənən ideyaya hörmətlə yanaşır. O, istənilən münaqişə situasiyasında sülh məramı ilə çıxış edir.

Hər bir müsəlman öz ürəyində desə ki, o bütün bu kriteriyalara cavab verən cəmiyyətdə yaşayırsa, onda bu cəmiyyət dünyada ən yüksək inkişaf etmiş, sülhsevən, çiçəklənən və firavan cəmiyyətdir.

Quranda böyük Allah insanları dözümlülüyə və mərhəmətliliyə çağırır.

Əl-Əraf (“sədd”) surəsinin 199-cu ayəsində hər şeyə qadir olan qüdrətli Allah bizləri “bağışlama yolunu tutmağa, yaxşı işlər görməyə və cahidlərdən üz döndərməyə çağırır.” Qurani-Kərimdən Peyğəmbərə buyurur ki, insanlara çatdırsın: “. . . hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə, o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz açıq möcüzələrlə gəlmişdilər. Bunlardan sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) həddi aşdılar.

Müqəddəs kitabda deyilir ki, günahsız insanları öldürəni cəza gözləyir. Bir nəfərin öldürülməsi bütün insanlığa olan sui-qəsddən heç də yüngül günah deyil.

Müqəddəs Qurani-Kərimdən göründüyü kimi İslam müasir, elmi və proqressiv dindir. Əsl müsəlman hər şeydən əvvəl öz ölkəsinin həyatında fəal rol oynayır, ətrafındakılara qarşı loyaldır, elmlidir, pak və cömərtdir.

Quranın mənəvi dəyərləri əsasınsa tərbiyə olunmuş savadlı müsəlman insanlara yalnız məhəbbət və hörmət bəsləyir, o istənilən ideyaya, hətta özünün dünya görüşündən əsaslı şəkildə fərqlənən ideyaya hörmətlə yanaşır. O, istənilən münaqişə situasiyasında sülh məramı ilə çıxış edir.

Hər bir müsəlman öz ürəyində desə ki, o bütün bu kriteriyalara cavab verən cəmiyyətdə yaşayırsa, onda bu cəmiyyət dünyada ən yüksək inkişaf etmiş, sülhsevən, çiçəklənən və firavan cəmiyyətdir.

Quranda böyük Allah insanları dözümlülüyə və mərhəmətliliyə çağırır.

Əl-Əraf (“sədd”) surəsinin 199-cu ayəsində hər şeyə qadir olan qüdrətli Allah bizləri “bağışlama yolunu tutmağa, yaxşı işlər görməyə və cahidlərdən üz döndərməyə çağırır.” Qurani-Kərimdə bağışlamaq və dözümlülük İslamın əsas ehkamlarından biridir. İslamın tarixi göstərir ki, əsl müsəlmanlar həmişə bu öyüd-nəsihətin arxasınca getmişlər. İslamın hakim mövqe tutduğu ölkələrdə müxtəlif dini konfesiyaların nümayəndələri həmişə sülh və əmin-amanlıq şəraitində yaşamış, özlərinin dini, dili və özlərinə məxsus adət-ənənələri qoruyub saxlamaq üçün ən əlverişli imkanlara malik olmuşlar. Belə dinc yanaşı yaşamağa misal olaraq Osmanlı İmperiyasını göstərmək olar. Bu imperiyanın yeddi yüz il ərzində Kiçik Asiyanın böyük bir hissəsində, Yaxın Şərqdə və Avropanın bir çox ölkələrində hökmranlıq etməsi, məhz çox millətli etnik qruplara hörmət dözümlülük nəticəsində mümkün olmuşdur. Müsəlman insanlara xeyirxahlıq və sülh, dözümlülük, canıyananlıq gətirmişlər. Müqəddəs Qurani-Kərim müsəlmanlara öyrətdiyi böyük səbirlilik bütün bəşəriyyətə sülh və əmin-amanlıq bəxş edə bilər.

Quranda dözümlülük (səbirli) olmağa belə bir çağırış vardır: “Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlamaqla cavab ver!). Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsə. (Fussilət (müfəssəl izah edilmiş) surəsi, ayə 34).

Toni Bler: “Mənim üçün Quranda ən diqqətəlayiq məsələ-onun mütərəqqi xarakteridir. Kənar müşahidəçi kimi Quran öz islahatçılıq ruhu ilə məni valeh edir. Bu müqəddəs kitabda iudaizmi və xristianlığı öz mənbəyinə qaytarmağa cəhd edilir. Quranda elm və birlik mədh edilir, mövhumatçılıq (xurafatçılıq) isə qəbul edilmir. Quran praktikidir və kəbin, qadınların vəziyyəti və dövlət idarəetməsində öz dövrünü çox qabaqlayır... İlk orta əsr dövründə dini dözümlülüyü xristian ölkələrindən çox müsəlman ölkələrində müşahidə etmək olardı” [101].

Bütün deyilənlərdən görünür ki, İslamın öyrətdiyi ədəb qaydaları – sülh, çiçəklənmə və ədalətlilikdir. Hazırda dünyadan “islam terrorçuluğu” adlandırılan vəhşiliyin nə islama, nədə Quarani-Kərimə heç bir aidiyyatı yoxdur. Bunlar din pərdəsi altında gizlənən və onun çox saf əxlaqını cinayətkarların, vəhşilərin, qatı mövhumatçıların işidir. Bizim borcumuz İslam bayrağı altında dinə itaət edənlər arasında düşmənçilik toxumu səpən və günahsız insanları vəhşicəsinə öldürən cinayətkarları cəzalandırmaqdır.

Məhz buna görə də heç də təsadüfi deyildir ki, 2005-ci ilin dekabr ayında İslamın tarixi vətəni Məhəmməd peyğəmbərimizin təvəllüd tapdığı müqəddəs Məkkə şəhərində İslam Kofransı Təşkilatının III fövqəladə toplantısı keçirilmişdir. Qeyd olunan yığıncaq 11 sentyabr 2001-ci ildə Amerika Birləşmiş Ştatlarında baş verən çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktı ili bağlı qarşıda duran vəzifələrə həsr olunmuşdur. Bu möhtəşəm tədbirdə fəal iştirak və çıxış edən möhtərəm Prezidentimiz İlham Əliyevin eyni zamanda bu qəbildən olan tədbirin Bakıda da keçirilməsini tövsiyə etmişdir. İslam Konfransı Təşkilatının bu sammitində həmin beynəlxalq qurumun Baş Katibi Ekmaləddin Ehsanoğlu tərəfindən dəstəklənmiş və 2006-cı ilin sentyabr ayında Bakıda həmin məsələyə həsr olunmuş iki tədbir keçirilmişdir. Tədbirin biri İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyası idi. İkinci tədbir isə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Turizm Nazirlərinin V Konfransı idi. Möhtərəm Prezidentimiz İlham Əliyev hər iki forumda çox dərin məna, məzmun və mündəricə kəsb edən məruzə ilə çıxış etmişdir. Dövlətimizin başçısı V konfransdakı çıxışında demişdir: “Azərbaycan çoxsaylı terror aktları törədilmişdir. Bu terror aktları nəticəsində 2 mindən artıq soydaşımız həlak olmuşdur... 2001-ci ilin sentyabr ayının 11-də Amerika Birləşmiş Ştatlarında dəhşətli terror aktı baş vermişdir. Günahsız insanlar həlak olmuşdur, biz onların xatirəsini yad edirik. İslam dünyası o dəhşətli terror aktını pisləmişdir və bu gün bizim birgə səylərimiz, o cümlədən dünyada terrorçuluğa aparılan mübarizəyə xidmət göstərir. Terrorçuluqla mübarizə aparmaq üçün bütün ölkələrin səyləri birləşməlidir. Təkbaşına bu bəla ilə mübarizə aparmaq mümkün deyildir. Azərbaycan bu işə öz töhfəsini verməyə hazırdır və verir. İslam Konfransı Təşkilatı çərçivəsində çoxsaylı görüşlərdə həmişə bu məsələdə vurğulanıb ki, bəzi qüvvələr islamı terrorla eyniləşdirmək istəyirlər. Buna qətiyyətlə yol vermək olmaz. İslamı terrorla eyniləşdirmək istəyən qüvvələr sadəcə olaraq, ya bilməyərəkdən, yaxud da ki, qəsdən bizim dinimizə təcavüz etmiş olurlar. İslam dözümlülük dinidir. Biz bütün başqa dinlərin nümayəndələri ilə sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyirik və buna nail olacağıq [3; 4].

Bir sıra politoloqlar beynəlxalq terrorçuluğu iki sivilizasiyanın münaqişəsi kimi qiymətləndirilər. Tanınmış Rusiya politoloqu Vyaçeslav Nikonov yazır: Görünür ki, keçən əsrin səksəninci illərində Hantinqtonuun “gələcək əsr sistemlərin, sinfi ziddiyyətlərin münaqişəsi deyil, sivilizasiyaların, hər şeydən əvvəl xristian-müsəlman sivilizasiyasının münaqişəsi olacaqdır” fikri özünü doğruldur. Görünür ki, bu artıq başlayır, artıq Əfqanıstandan Çeçenistana, Balkanlara və s. çatır. İndi artıq Nyu-York və Vaşinqtona çatır.”

Professor Mixail Reşetnikov yazır: “... Bəşəriyyət bütün XX əsr və ola bilsin ki, ondan sonra da saxlanılacaq tendensiya ilə qarşılaşır. Söhbət tək-tək terror aktlarından deyil, ərəb ölkələrinin surətli ekspansiyası şəraitində iki sivilizasiyanın toqquşmasından gedir. Zaman ötdükcə Amerika Birləşmiş Ştatları və Avropada hesab etdikləri kimi vəziyyət yatırılmayacaq, əksinə dərinləşəcəkdir. Hələlik əksər ərəb ölkələri qərb dövlətlərinin malik olduğu adekvat orduya malik olmadıqlarından onlara qarşı dura bilmirlər. Lakin ərəb ölkələrinin iqtisadi potensialı surətlə artır. Hələlik onlardan vəsait yanlış təlaş (təşviş) aksiyalarının keçirilməsinə kifayət edir. Bu ambisiya və imkanların üst-üstə düşməsi islam terrorçuluğunu törədir.

Burada aydın deyil ki, niyə cənab M.Reşetnikov yalnız ərəb ölkələri barədə danışılır. İslam sivilizasiyası həm də Əfqanıstan və İran, Pakistan, Malaziya, İndoneziya, Azərbaycan, qismən Rusiya, müəyyən dərəcədə Çin, Hindistan və ərəblərə heç bir aidiyyatı olmayan digər bir sıra ölkələrində əhatə edir.

B.Nikonov və M.Reşetnikovun söylədikləri fikirlərin bir hissəsi ilə razılaşmaq olar ki, həqiqətən də XX əsrin sonu XXI əsrin əvvəllərində həyata keçirilmiş beynəlxalq terror əməliyyatları sistemlərin münaqişəsi, sinfi ziddiyyətlər ilə əlaqədar deyil. Amma bu əməllərin törədilməsi müsəlman-xristian sivilizasiyanın qarşıdurması kimi qiymətləndirmək, onları dinlərlə əlaqələndirmək kökündən səhvdir. Hazırda beynəlxalq cinayət əməli olan beynəlxalq terrorçuluğun kökünü digər səbəblərdə axtarmaq lazımdır.

Müasir terror nə sağ, nə də sol, nə ağ nə qırmızı, nə konfensiyalararası, nədə sivilizasiyaların toqquşması deyil, hər şeydən əvvəl əsasən etnik-separatist təzahürlərdir. (Çeçenistan, Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və ya təmiz etnik (ərəb terror təşkilatlarının İsrailə qarşı, ben Ladenin Amerika Birləşmiş Ştatları vətəndaşlarının harada olmasından asılı olmayaraq məhv ediləcəklər tezisi, 11 sentyabr terror aktı və çoxlu digər misallar). Burada etiraf etmək yerinə düşərdi ki, etnik terrora qalib gəlmək, ideoloji terrora qalib gəlməkdən daha çətindir. Çünki, onlar həm açıq, həm də gizli şəkildə öz həmvətənləri və dindaşları tərəfindən müdafiə olunurlar.

Praktik olaraq bütün müasir terror təşkilatları öz məqsədlərinə çatmaq üçün ölümə getməyə qadir olan, güclü dini fanatizmə malik olan təşkilatlardır. Müsəlman-fanatiklər Allahın düşmənlərinin öldürülməsini dini fədakarlıq hesab edir və nəzərdə tuturlar ki, (onların fikrincə buraya başqa Allaha itaət edənlər daxildirlər) məhv edilməlidir.

Lakin bu yalnız müsəlmanlara şamil deyil. Ümumiyyətlə dünyada sektant (təriqətçilik) fanatizmi getdikcə güclənir. Bir qayda olaraq sekta nə qədər kiçik olarsa, o daha fanatik olur. Buna misal olaraq “AUM sinrike” sektasını göstərmək olar. Bu sektanın doktrinası ondan ibarətdir ki, “qəsdən öldürmə həm öləni, həm də qatili xilas etməlidir”. Məhz bu sekta beynəlxalq terror tarixində heç bir günahı olmayan insanlara qarşı zəhərləyici maddələrdən istifadə etmişdir. Bu hadisə “AUM sinrike”nin vətəni olan Yaponiyada Tokio metrosunda 20 mart 1995-ci ildə baş vermişdir.

Bu dini sekta özünə Seko Asaxara dini adı götürmüş yapon Çizuo Matsumoto tərəfindən 1987-ci ildə yaradılmışdır. Buddist və induist əhkamlarının qarışığı kimi özünü göstərən bu sektanın liderinin əqidəsi iki tezisə əsaslanırdı. Birinci, günah və eyiblərlə dolu olmaqla çürüyən dünya apokalipsisə, Armaqeddona yaxınlaşır və bəşəriyyətin böyük hissəsi alov içərisində həlak olacaqdır. İkinci, Allah xilas üçün imkan qoyur, amma hamıya yox, yalnız Seko Asaxaronun ardınca gedən “mərhəmətli, məftunedici irqə” mənsub olanlara.

Göründüyü kimi XXI əsrin əvvəlləri müasir dünyada beynəlxalq terrorçuluq təhlükəsinin azalacağına ümid vermir. Hazırda dünyada terrorun fəallaşması üçün bir çox münbit şərait və amillər mövcuddur. Onların arasında - siyasətin müxtəlif subyektləri arasında təbii ehtiyatlar uğrunda ziddiyyətlərin dərinləşməsi, müasir hakim mövqe tutan problemlərin həllində hökmranlıq etmək, köhnə etnosiyasi, irqi, konfessional və dini əskikliklər və ziddiyyətlər. Bununla yanaşı tam açıq şəkildə görünür ki, bir sıra dövlətlərin öz milli maraqlarının həyata keçirilməsi vasitəsi kimi terrorçuluqdan istifadə edirlər.

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə