Dərsliyi Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə"




Yüklə 2.5 Mb.
səhifə10/33
tarix23.02.2016
ölçüsü2.5 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   33
§ 2. FRANSUA KENE FİZİOKRATLAR MƏKTƏBİNİN

BANİSİ KİMİ VƏ ONUN İQTİSADİ BAXIŞLARI
Fiziokratlar məktəbinin əsasını qoyan Fransua Kene 1694-cü ildə Versalın yaxınlığında kasıb kəndli ailəsində ana­dan olmuşdur. Onun ailəsi kiçik ticarətlə məşğul idi. Valideyin­ləri F.Keneye heç bir təhsil verə bilməmişdilər. Lakin o, müstəqil olaraq təhsillə məşğul olur, hətta latın və yunan dillə­rini öyrənir. Çox gənc yaşlarında tibb ilə maraqlanır. Kənd cər­rahından dərs alan Kene sonralar Parisdə tibb məktəbində oxuyur və nəhayət, məşhur həkim olur. O, bir neçə tibb əsəri yazır və 1749-cu ildə istedadlı bir həkim kimi Markiz de Pom­padurun şəxsi həkimi, 1752-ci ildə isə XY Lüdovikin həkimi olur. Ona zadəgan titulu verirlər, Versal sarayına köçür, sonra­lar isə iri mülk sahibinə çevrilir. O, görkəmli alim-bioloq kimi də fəaliyyət göstərmişdir.

F.Kene tibb və biologiya elmləri ilə yanaşı fəlsəfə ilə də məşğul olur, Malbranşın və Dekartın əsərlərini öyrənir. Fəlsəfə ilə məşğul olmaqla, maarifpərvər filosofların əsərlərini öyrən­məklə F.Kene insan cəmiyyətinə kainatın məhsulu kimi ba­xırdı. İnsan cəmiyyətini F.Kene təbiətin qanunlarına tabe olan aləm adlandırırdı. Təbiət qanunlarını öyrənərək o hesab edirdi ki, nəinki təbiətdə, hətta cəmiyyətdə də mübadilə ekvivalentlik prinsipinə əsaslanır. Bu ideyadan Kene iqtisadi tədqiqatla­rında da istifadə edirdi.

F.Kene 60 yaşlarında bir iqtisadçı kimi formalaşır. 1756-cı ildə Didro onu Ensiklopediya yazılışına cəlb edir. Bu hadisə Kenenin həyatında çox mühüm rol oynayır. Versalda 50-ci il­lərdə Kenenin ətrafına ensiklopedistlərdən Didro, Helvetsi, Tyürqo və Mirabo toplanırdılar. Bu şəxslər inqilabi ruhda idilər. Dini, təbiəti dərk etməyi, cəmiyyəti, dövlət quruluşunu bu maarif­çilər ciddi tənqid edirdilər.

Xalq arasından çıxan Kene xalqın iztirab və əzablarını yaxşı başa düşürdü. Saray mühitində, eyş-işrət içərisində yaşayan Kene aristokratları da, şəhər zəhmətkeşlərini də, fransız kəndlisinin acınacaqlı həyatını da düzgün dərk edirdi. Kenenin isə aristokratlar və zadəganlarla olan əlaqəsi çox sıx idi. Bu ikilik onun iqtisadi platformasına təsir etməyə bilməzdi. 1756-1757-ci illərdə Kene aşağıdakı məqalələrini Ensiklopediya üçün yazır: "Fermerlər", "Taxıl", "Əhali" və "Vergilər". Kənd təsərrüfatına həsr edilmiş Kenenin əsərləri böyük maraq doğurur. Onun tələbələri, ardıcılları meydana çıxır.

F.Kene idealist idi. Dinin hərtərəfli hökmranlığını qəbul edirdi. Lakin Ensiklopediyada olan maarifçilər tərəfindən materialist ideyalar qərarlaşmışdı. Bundan qorxan Kene Ensiklopediya ilə olan əməkdaşlığından imtina edir.

Fransua Kene "Fermerlər" və "Taxıl" məqalələrində kənd təsərrüfatına və iqtisadi siyasətə xas olan ziddiyyətləri açıqlayır, XY Lüdovikin apardığı siyasəti əks etdirirdi. Bir çox faktiki materiallar əsasında əkinçilik sistemində olan geriliyi göstərir, kənd təsərrüfatının təşkilinin və aqrar münasibətlərin yenidən qurulmasının zəruriliyini açıqlayırdı. F.Kene primitiv, bəsit texnikaya əsaslanan natural təsərrüfatın iri fermer təsərrüfatı ilə əvəz olunmasını istəyirdi. Fermer təsərrüfatı, onun fikrincə, bazar üçün işləməli və iri kapital qoyuluşuna əsaslanmalı idi. F.Kene aqrar mədəniyyətinin artmasını və kənd təsərrüfatında muzdlu əməyin tətbiq edilməsini istəyirdi. O iddia edirdi ki, Fransa kiçik, qeyri-məhsuldar istehsaldan və yardarlıqdan imtina etməlidir. Kiçik istehsal və yardarlıq külli miqdarda sərvətin itməsinə və daimi aclığın qalmasına səbəb olur.

Deməli, F.Kene mahiyyət etibarilə feodalizmin qalıqlarının ləğv edilməsinə çağırırdı və iri kapitalist əkinçiliyinə keçilməsini istəyirdi. O yazırdı ki, həm kiçik, həm də iri təsərrüfatlar xərclərə olan münasibətlərdə qeyri-proporsional mənfəət gətirirlər. Bununla əlaqədar olaraq varlı əkinçilər bir neçə kotandan istifadə edərək özləri və dövlət üçün əlverişli şərait yaradırlar. Buna görə də varlıların təsərrüfatında iş qüvvəsinə qənaət edilir və nəticədə onlar özlərini yüksək mənfəətlə təmin edirlər.

F.Kene öz iqtisadi proqrammasını ümumiləşdirilmiş şəkildə "Əkinçilik dövlətinin iqtisadi siyasətinin ümumi prinsipləri və bu prinsiplərə aid qeydlər" (1758) əsərində vermişdir.

Sənaye istehsalının təhlilini vermiş klassik ingilis burjua siyasi iqtisadından fərqli olaraq F.Kene, kənd təsərrüfatının təhlilini verməklə bu sahəni yeganə istehsal sahəsi kimi izah etmişdir.

Fiziokratlar məktəbi merkantilizm ilə mübarizədə inkişaf etmişdir. F.Kene özünün "Əhali" məqaləsində XY Lüdovikin merkantilist siyasəti və ticarət müharibələri əleyhinə çıxış edirdi. Bu sahədə o "Ticarət haqqında" (1765) adlı əsərində xüsusilə aktual çıxış edirdi. Merkantilizmin əksinə olaraq Kene və ümumiyyətlə fiziokratlar, ekvivalent mübadilə ideyasını irəli sürürdülər. F.Kene belə hesab edirdi ki, tədavülə daxil olan əmtəələr qabaqcadan verilmiş qiymətlər əsasında çıxış edirlər. Lakin F.Kene nə üçün əmtəələr qabaqcadan müəyyən olunmuş qiymətlər əsasında çıxış edirlər səbəbinin elmi əsasını verə bilməmişdir. O, mübadilənin ekvivalent xarakter daşıdığını əsas tutaraq merkantilizmi tənqid edirdi. Çünki merkantilistlər iddia edirdilər ki, sərvət tədavüldə yaradılır. Buna görə də F.Kene göstərirdi ki, əmtəələrin alışı hər iki tərəfdə bərabərlik yaradır, satış hər iki tərəf üçün uyğun olan qiymətlər əsasında aparılır və mübadilə heç nəyə üstünlük vermir.

F.Kene "Cənab M.X. memuarlarına cavab (sənaye və ticarətin səmərəsi, qeyri-məhsuldar sinfin məhsuldarlığı haqqında)" (1765) məqaləsində belə bir qərara gəlir ki, bazar qiymətinin yaranmasının əsas səbəbi əmtəələrin az tapılması və ya məhsul bolluğudur və ya satıcılar ilə alıcılar arasında olan zəif və ya güclü rəqabətdir.

Merkantilistlərdən fərqli olaraq F.Kene pulu qeyri-faydalı sərvət adlandırmışdır. O elan edirdi ki, pul mübadilədə vasitəçi rolunu oynayır. Əgər merkantilistlər pula yığım kimi baxırdılarsa, F.Kene bunu inkar edirdi, çünki Keneyə görə pul ölkə sərvətinin təkrar istehsalına kömək etmir. Məlumdur ki, merkantilistlər sərvətin mənbəyini xarici ticarətdə görürdülər, Keneyə görə isə ölkənin sərvətinin mənbəyi və varlanmağın açarı maddi istehsaldır. Maddi istehsal dedikdə o kənd təsərrüfatını nəzərdə tuturdu. Kene iddia edirdi ki, xarici ticarət müxtəlif ölkələrdə əmtəələr üzərində olan qiymətləri bərabərləşdirir. Xarici ticarət qiymətləri bərabərləşdirsə də heç bir əlavə şey vermir. Tacirlərin gəliri ölkənin mənfəəti deyil, bu proses təkrar istehsalın yox olması ilə aradan çıxır. Əgər merkantilistlər tacirləri bazarın ağası adlandırırdılarsa (öz əmtəələri üzərində özləri istədiyi qiyməti qoyurlar), F.Kene qeyd edirdi ki, satışdan əldə edilən fayda alış zamanı yox olur. Qeyd edək ki, merkantilizmi tənqid etməsinə baxmayaraq F.Kene ticarət mənfəətinin reallığını və əhəmiyyətini düzgün olmayaraq inkar edirdi.

Fiziokratların nəzəri axtarışlarının əsasını "təbii qaydalar" təşkil edirdi. Belə bir konsepsiyanı F.Kene özünün "Təbii hüquq" (1765) əsərində şərh etmişdir. Onun bu əsəri özünün və ümumiyyətlə fiziokratların dünya görüşü və fəlsəfi baxışlarını əks etdirən bir traktatdır. F.Kene belə hesab edirdi ki, ictimai qanunların özü "təbii qaydalar" qanunlarıdır. Bu qanunlar allah tərəfindən göndərilmişdir və cəmiyyət onlardan təkrar istehsal və bölgü münasibətlərində istifadə etməlidir. F.Kene bu ideyasını "Çin əsarəti" (1767) əsərində də inkişaf etdirmişdir. O, göstərirdi ki, fiziki qanunlar təbii qaydaları müəyyən etməklə yanaşı insan nəsli üçün də əlverişlidirlər. Bu qanunlar dəqiq olaraq insanların bütün təbii hüquqlarını müəyyən edirlər. Belə qanunlar əbədidir, dəyişməzdir və ən yaxşı qanunlardır.

F.Keneyə görə mülkiyyət hüququ təbii hüququn əsasıdır. Mahiyyət etibarilə "təbii qaydalar" F.Kene tərəfindən burjua qaydaları kimi qəbul edilirdi. F.Kene "təbii qaydalar" pərdəsi altında kapitalizmi müdafiə edirdi. Kapitalizm isə xüsusi mülkiyyət münasibətləri və azad rəqabət əsasında inkişaf edirdi. F.Kene bəyan edirdi ki, insanların təbii hüquqları təxminən onların şeylər üzərində olan hüquqları ilə müəyyən olunur. Bu şeylər isə onlara istifadə etmək üçün zəruridir.

Fiziokratların "təbii hüquq" və "təbii qaydalar" haqqında olan təlimləri tərəqqipərvər ideyalar idi. Bu ideyalar ictimai inkişafın obyektiv və qanunauyğun qaydalarını irəli sürürdü. Fiziokratlar cəmiyyətə canlı ictimai orqanizmin inkişafı kimi baxırdılar. İqtisadi həyatı isə öz daxili qanunauyğunluqları olan təbii proses adlandırırdılar.

Fiziokratların xidməti ondan ibarət idi ki, onlar ictimai formaya cəmiyyətin fizioloji forması kimi baxırdılar. Cəmiyyətin fizioloji forması dedikdə Fiziokratlar istək və arzudan, siyasətdən asılı olmayaraq istehsalın özünün təbii zərurətindən irəli gələn formaları nəzərdə tuturdular.

Fiziokratların iqtisadi nəzəriyyələrinin mərkəzi nöqtələrindən biri "xalis" və ya izafi məhsul haqqında olan təlimləridir. Merkantilistlərin əksinə olaraq fiziokratlar izafi məhsulun mənşəyini tədavül sferasından maddi istehsal sferasına daxil edirlər, bununla da kapitalist istehsalının təhlilinin əsasını qoyurlar. F.Kene "Cənab M.X. memuarlarına cavab" əsərində əkinçiliyin məhsuldarlığının müstəsna əhəmiyyət kəsb etdiyini əsaslandırmış və ticarəti ancaq şeylərin bir-birinə qarşı mövcud qiymətlərinin əsasında mübadilə olunduğu vasitə adlandırmışdır. Məhz bu səbəbdəndir ki, Fiziokratlara görə ticarət sərvət yaratmır.

"Xalis məhsulu" Fiziokratlar (məlumdur ki, əkinçilikdə) istehsal xərclərindən artıq əldə edilən artıq məhsul adlandırırdılar. "Vergilər" məqaləsində F.Kene yazırdı ki, "xalis məhsul" hər il yaradılan sərvətdir. Bu sərvət millətin gəlirini təşkil edir ki, əkinçilikdə yaradılan məhsuldan bütün xərcləri çıxdıqdan sonra qalan gəlirdir. Beləliklə, Fiziokratlar göstərirdi ki, "xalis məhsul" ancaq əkinçilikdə yaradılır. F.Kene qət edirdi ki, sənaye ancaq istehlak edir və buna görə də sənayedə xalis məhsul yaradılmır; sənaye əməyi ilə yaradılan sərvət torpağın verdiyi gəlir hesabına olur və ona görə də sənaye qeyri-məhsuldar sahədir. F.Kene göstərirdi ki, sənayenin təkrar istehsalı torpaq sahələrindən əldə edilən gəlir hesabına həyata keçirilir. F.Keneyə görə sənayedə xammal və materiallara yeni forma verildiyi üçün istehsalın bu sahəsi qeyri-məhsuldardır.

Bu ideyaları F.Kene "Sənətkar əməyi haqqında" (1766) əsərində inkişaf etdirmişdir. F.Kene bu əsərində yazırdı ki, sərvət istehsalı onun təkrar istehsalıdır. İstehlak isə məhsulun, maddi nemətlərin məhv olması deməkdir. Bu əsərində F.Kene göstərirdi ki, sənətkar xammalın dəyərliliyini (qiymətini) artırır, lakin o saat qət edirdi ki, sərvət əkinçilikdə yaradılır. O izafi məhsulu naturalcasına izah edərək onu təbiətin bəxşeyişi kimi qəbul edirdi. İzafi məhsula onun belə yanaşmasını dəyər kəmiyyəti kimi izah etmək olar. Əgər F.Kene "Əkinçilik dövlətinin ümumi iqtisadi prinsipləri..." əsərində "torpaq sərvətin yeganə mənbəyidir" deyirdisə, "Çin əsarəti" əsərində "xalis məhsulun" daha geniş anlayışını verirdi. O qeyd edirdi ki, xərclər çıxıldıqdan sonra qalan artıq məhsul "xalis məhsuldur". Bu xalis məhsul isə, F.Keneyə görə dövlətin və xüsusi mülkiyyətçilərin gəlirini təşkil edir.

İzafi dəyər probleminin öyrənilməsində Fiziokratların çox böyük xidmətlərinə baxmayaraq onların "xalis məhsul" haqqında olan təlimləri məhdud və ziddiyyətli xarakter daşıyır. Feodal nümayəndələrinə üstünlük verərək izafi məhsul (izafi dəyər) problemini onlar tam şəkildə həll edə bilməmişlər. Fiziokratlar izah edə bilmirdilər ki, izafi dəyər dəyərin artmasıdır. F.Kene bir tərəfdən iddia edirdi ki, "xalis məhsul" torpağın məhsuludur, təbiətin bəxş etdiyi nemətdir. Digər tərəfdən iddia edirdi ki, "xalis məhsul" muzdlu fəhlənin izafi əməyi tərəfindən yaradılan məhsuldur. Fiziokratizmdə olan bu ikililik onların dəyərin mahiyyətini başa düşməməsindən irəli gəlirdi.

Belə bir hal onunla əlaqədar idi ki, Fiziokratların nəzəri bazası yox idi, əmtəə və dəyərin təbiətini onlar təhlil etməmişdilər. Fiziokratlar maddi nemətlərin artmasını təbiətin özü ilə əlaqələndirirdilər. Fiziokratların fikrincə kənd təsərrüfatında sərvətin artması istehsal prosesinə sərf olunan istehlak dəyərlərindən çox istehlak dəyərlərinin yaranması təbii amillərin hiss ediləcək dərəcədə artması ilə əlaqədardır.

F.Kene iddia edirdi ki, kənd təsərrüfatı "xalis məhsul" gətirən yeganə sahədir. Məhz buna görə də o izafi dəyəri renta ilə eyniləşdirirdi. Deməli, F.Keneyə görə torpaq rentası "xalis məhsulun", izafi dəyərin yeganə formasıdır.

Fiziokratlar iddia edirdilər ki, sənayedə izafi məhsul yaradılmır, kapitala görə sənayedə mənfəət də yoxdur. Kapitalistlərin gəliri yüksək əmək haqqı kimi izah edilirdi. Onlar belə hesab edirdilər ki, gəlir və fəhlənin əmək haqqı istehsal xərclərinə daxildir. Fiziokratlar, xüsusilə F.Kene belə hesab edirdilər ki, sənayedə yaradılan məhsulun dəyəri onun istehsalına çəkilən xərclərə bərabərdir. Beləliklə, fiziokratlar sənayedə, kənd təsərrüfatında və ticarətdə yaradılan mənfəət kateqoriyasını nəzərə almırdılar.

F.Kene ticarət mənfəətini qeyri-iqtisadi kateqoriya hesab edirdi və göstərirdi ki, ticarət mənfəəti haqq-hesabda aldatma yolu ilə əldə edilir. O, belə hesab edirdi ki, "xalis məhsul" tam mənası ilə torpaq sahibinə çatır, fermerlər guya xalis məhsuldan heç bir hissə almırlar, onlar özlərinin muzdlu fəhlələri kimi əmək haqqı alırlar. Fermerlərin və onların muzdlu fəhlələrinin aldıqları əmək haqqı da istehsal xərclərinə daxildir. Fiziokratların bu ideyasına görə guya fermerlər özləri özlərinə əmək haqqı verirlər. Faktiki olaraq bu o demək idi ki, kənd təsərrüfatında fermer-kapitalistlər və muzdlu fəhlələr eyni adamlardır.

Fiziokratların "xalis məhsul" haqqında olan təlimləri onların məhsuldar və qeyri-məhsuldar əmək haqqındakı konsepsiyaları ilə əlaqədar idi. Fiziokratların bu sahədə olan xidməti ondan ibarət idi ki, siyasi iqtisad elmində onlar əmək məhsuldarlığı anlayışını açıqlamışdılar. Onlar düzgün başa düşürdülər ki, məhsuldar əmək elə bir əməkdir ki, o izafi dəyər yaradır, yəni "xalis məhsul" istehsal edir. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, onlar məhsuldar əməyi kənd təsərrüfatına, əkinçiliyə tətbiq edilən əmək hesab edirdilər. Sənayedə tətbiq edilən əməyi qeyri-məhsuldar əmək adlandırırdılar. Daha dəqiq desək, sənayedəki əmək səmərəsiz əmək kimi qəbul edilirdi.

Fiziokratlar iddia edirdilər ki, əmtəələr tədavülə irəlicədən müəyyən olunmuş qiymətlə daxil olurlar. Mahiyyət etibarilə bu o demək idi ki, dəyər istehsalda yaradılır. F.Kene dəyər kateqoriyasını həll etmədən əmtəənin dəyərə və istehlak dəyərinə malik olmasını ayırd edirdi.

Fiziokratlar, o cümlədən F.Kene bazar qiyməti şəraitində tələb və təklif arasında olan nisbətlə məhdudlaşırdılar.

Məlumdur ki, fiziokratlar dəyər nəzəriyyəsi yaratmamışlar. Onların belə bir mövqeyi U.Petti və P.Buagilber ilə müqayisədə bir addım geri demək idi. Çünki U.Petti və P.Buagilber dəyərin əsasını əmək təşkil edir ideyasını vermişdilər, fiziokratlar isə bunun əksinə olaraq iddia edirdilər ki, dəyəri torpaq, təbiət yaradır.

F.Kene və ümumiyyətlə, fiziokratlar pul haqqında da heç bir nəzəriyyə yaratmamışdılar. Fransua Kene "Ticarət haqqında", "Sənətkar əməyi haqqında", "Əkinçilik dövlətinin iqtisadi siyasətinin ümumi prinsipləri və bu prinsiplərə qeyd" adlı əsərlərində göstərirdi ki, pul elə bir vasitədir ki, o mübadiləni yüngülləşdirir. O, pul yığımının əleyhinə çıxış edirdi, puldan dəfinə kimi istifadə olunmasını istəmirdi. F.Kene yazırdı ki, pul öz özlüyündə adamların tələbatını ödəmir və pul pul yaratmır. Əgər real sərvət yoxdursa pul sərvəti də səmərəsizdir və faydasızdır. Kene daha sonra göstərirdi ki, pul istehlak olunmur, təkrar istehsal edilmir, lakin daima sərvət mübadiləsi vasitəsi kimi çıxış edir.

F.Kenenin və onun məktəbinin nümayəndələrinin ideyalarının təhlili göstərir ki, əmək haqqı barədə olan merkantilistlərin fikirlərini onlar təkrar etmişlər. F.Kene əmək haqqını fiziki yaşayış minimumu hesab edirdi. O iddia edirdi ki, əmək haqqı adi, elementar tələbatı ödəməli və dəyişməz qalmalıdır.

Fiziokratların kapital haqqında olan nəzəriyyələri isə böyük əhəmiyyət kəsb edir. Merkantilistlər kapital ilə pulu eyniləşdirirdilər, Fiziokratlar isə kapitalın əşya tərkibini təhlil edirdilər. İstehsal xərclərinin təhlili F.Keneyə imkan verirdi ki, kapitalın tərkib hissələrini o ayıra bilsin. Əkinçilik işlərinə hər il sərf edilən xərcləri F.Kene illik avans adlandırırdı (toxum, iş qüvvəsi). Bir neçə il fəaliyyət göstərən kənd təsərrüfatı maşınlarına, tikililərə, mal-qaraya və s. çəkilən xərcləri isə ilkin avans hesab edirdi.

F.Kene yazırdı ki, illik avans bir başa və tam şəkildə xərclərə daxildir, ilkin avans isə hissə-hissə istehsal xərclərinə daxil edilir. Lakin, kapitalın belə bir bölgüsünü-illik və ilkin avansı Kene kənd təsərrüfatı istehsalına aid edirdi. Odur ki, kənd təsərrüfatında fəaliyyət göstərən kapitalı o məhsuldar kapital adlandırırdı.

Merkantilistlər kapitalı bir çox tarixi dövrlərə aid kateqoriya adlandırırdılarsa da fiziokratlar belə fikri nəzərə almırdılar.

§3. FRANSUA KENENİN "İQTİSADİ CƏDVƏL"İ

Kapital haqqında təlim təkrar istehsal prosesinin və bütövlükdə ictimai kapitalın tədavülünün təhlili F.Kene üçün çıxış nöqtəsi idi. Siyasi iqtisad elmində o, ilk dəfə istehsalın və satışın daima "təkrar istehsalı" anlayışından istifadə etmiş və ümumiyyətlə, "təkrar istehsal" kateqoriyasını bu elmə o gətirmişdir. Təkrar istehsal prosesinin təhlilini F.Kene özünün məşhur əsəri olan "İqtisadi cədvəl"də vermişdir (1758).

"İqtisadi cədvəl"də F.Kene üç birləşmiş sinifdən ibarət olan cəmiyyətə vahid bir orqanizm kimi baxmışdır. Çünki F.Kenenin "İqtisadi cədvəl"ində məcmu məhsul tədavül prosesi zamanı bilavasitə üç sinif arasında bölüşdürülür. F.Kene yazırdı ki, millət üç sinif vətəndaşlardan ibarətdir. Buraya o, aşağıdakı sinifləri daxil edirdi: məhsuldar sinif, mülkiyyətçi siniflər, səmərəsiz sinif. Məhsuldar sinfə və ya fermerlərə o torpaqdan istifadə edənləri, torpaqla əlaqədar olaraq xərc çəkən adamları daxil edirdi. Beləliklə, məhsuldar sinif dedikdə o, kəndliləri, fermerləri, kənd təsərrüfatında olan muzdlu fəhlələri, yəni kənd təsərrüfatında məşğul olan bütün əhalini başa düşürdü. Mülkiyyət sahiblərinə isə F.Kene "xalis məhsul" əldə edənləri, yəni torpaqdan gəlir alanları aid edirdi.

Mülkiyyət sahiblərinə F.Kene kralı, torpaq sahiblərini, kilsə işçilərini daxil edirdi. Sənayedə məşğul olan bütün əhali "səmərəsiz", qeyri-məhsuldar sinif adlandırılırdı. "Səmərəsiz", qeyri məhsuldar sinif dedikdə F.Kene sənayedə məşğul olan muzdlu işçiləri, sənətkarları, kapitalistləri, tacirləri və kiçik alverçiləri nəzərdə tuturdu. F.Keneyə görə "səmərəsiz sinif", mülkiyyət sahibləri "xalis məhsul" yaratmırlar, lakin onlar öz əməkləri vasitəsilə özlərinə lazım olan miqdarda istehlak şeyləri istehsal edir və tələbatlarını ödəyirlər.

F.Kene sübut etməyə çalışırdı ki, kral və torpaq sahibləri cəmiyyətin əsasını təşkil edirlər. Lakin mülkiyyət sahiblərini birinci yerə keçirə bilmirdi. Əgər o mülkiyyət sahiblərini birinci yerə keçirsəydi öz nəzəriyyəsinə qarşı ziddiyyət yaradardı. Çünki F.Kene üstünlüyü kənd təsərrüfatına verirdi. Kənd təsərrüfatına verilən belə bir üstünlük fiziokratların əsas konsepsiyasını təşkil edirdi.

Torpaq sahibləri F.Kenenin əsas ideyasını təşkil edir və xüsusi sinif kimi izah edilirdi. O, xüsusi sinif adlandırdığı torpaq sahiblərini məhsuldar siniflə "səmərəsiz" sinif arasında yerləşdirirdi.

Qeyd edək ki, F.Kenenin siniflərin belə bir bölgü prinsipi onun yaşadığı tarixi şəraitdən irəli gəlirdi. Çünki F.Kenenin dövründə Fransa fəhlə sinfi təzə formalaşırdı. Kapitalist müəssisələri rüşeym halında idi, kapitalizm manufaktura dövrünü yaşayırdı və bu manufakturalar feodalizmin tərkibində inkişaf edirdi.

F.Kene tərəfindən cəmiyyətin fermerlərə, mülkiyyət sahiblərinə və sənayeçilərə bölünməsi cəmiyyətin orta əsrlərdə silklərə-kəndlilərə, zadəganlara və şəhərlilərə bölgüsünə uyğun gəlirdi. Onun dövründə məlum idi ki, sənaye kənd təsərrüfatından asılı idi. Məhz buna görə fiziokratlar belə bir nəticəyə gəlirdilər ki, guya sənaye "xalis məhsul" istehsal etmir və qeyri-məhsuldar sahədir. Sənayeçi siniflər də "səmərəsiz" siniflərdir. Məlumdur ki, kapitalistlərin özləri "xalis məhsul" istehsal etmirlər (xalis gəlir), sənayedə olan fəhlələr əmək prosesində istehlak dəyərlərinin şəklini dəyişirlər.

F.Kene tərəfindən kənd təsərrüfatının yeganə istehsal sahəsi və fermerlərin ancaq məhsuldar sinif elan edilməsinin əsası vardı. Çünki kənd təsərrüfatında yaradılan torpaq rentası izafi məhsul kimi dərk edilirdi.

F.Kene öz "İqtisadi cədvəl"ində əsas problemlərdən biri olan xalq təsərrüfatı proporsiyalarını açmışdır ki, bu proporsiyalar da ölkənin iqtisadi inkişafını təmin edirdi. "İqtisadi cədvəl" cəmiyyətin illik məhsulunun reallaşdırılmasını və təkrar istehsalın formalaşdırılmasının şərtlərini özündə əks etdirən bir sxemadır. Milli miqyasda sadə təkrar istehsalın imkanlarını və siniflər arasında olan iqtisadi əlaqələri göstərmək məqsədilə bu "cədvəldə" reallaşdırma prosesini sadələşdirmiş və bir çox momentləri sərfnəzər etmişdir. Beləki o "İqtisadi cədvəldə" sadə təkrar istehsalı təhlil etmək məqsədilə yığım prosesini cədvəldən çıxarmışdır. F.Kene "İqtisadi cədvəldə" pulun dəyərinin dəyişməzliyini, əmtəələrin qiymətlərinin sabitliyini təklif etmiş və reallaşma prosesinə xarici ticarətin təsirini cədvəldən çıxarmışdır.

F.Kenenin "İqtisadi cədvəl"i iqtisad elmi sahəsində böyük kəşflərdən biri hesab edilir. Çünki o, bu əsərində bütövlükdə kapital istehsalı prosesinə təkrar istehsal prosesi kimi baxmış, tədavülü isə təkrar istehsal prosesinin forması kimi izah etmişdir. F.Kene təkcə bununla kifayətlənməyərək kapital və gəlirlər arasında olan mübadiləni, təkrar istehsal ediləcək və istehlak üçün yaradılacaq münasibətləri, istehsalçılar və istehlakçılar arasında olan əlaqələri (həqiqətdə kapital ilə gəlirlər arasında olan əlaqələri) də cədvəldə təhlil etmişdir. Digər tərəfdən F.Kenenin dahiliyi ondan ibarətdir ki, o, iki istehsal bölməsinin-xammal istehsalı ilə sənaye arasında olan əlaqələrin iqtisadi mənalarının təhlilini vermişdir. Qeyd edək ki, XVIII əsrin son rübündə belə bir "İqtisadi cədvəl"in yaradılması siyasi iqtisad elmində inqilab demək idi. Çünki siyasi iqtisad da göstərilən dövrdə bir elm kimi hələ də formalaşmamışdı, bu elm hələ də özünün bəsit dövrünü yaşayırdı. Siyasi iqtisad elmində F.Kenenin bu konsepsiyası böyük bir elmi kəşf idi.

F.Kenenin "İqtisadi cədvəl"inə görə torpaq sahibləri məhsulu reallaşdırmaq üçün şərait yaradırlar. Çünki torpaq sahibləri fermerlərdən istehlak (tələbatları ödəmək üçün) məhsulları alırlar. Bu məhsullar bir mlrd. livr təşkil edir. Bu pullar fermerlərdə qalır. Sonrakı reallaşdırma ikinci mlrd. dolların hesabına həyata keçirilir. Buna da torpaq sahibkarları sənaye əmtəələri alırlar. Bununla da torpaq sahibkarlarının ictimai məhsulun reallaşdırılması prosesində olan iştirakı başa çatır. Çünki F.Keneyə görə torpaq sahibləri özlərini istehlak malları ilə təmin edirlər, yəni onların yaşayış vasitələri artıq vardır, bu məhsullar bir il üçün nəzərdə tutulur və öz öhdələrinə təkrar istehsal prosesində düşən vəzifələrini yerinə yetirmiş olurlar.

F.Kene "İqtisadi cədvəl"ində daha sonra göstərir ki, ictimai məhsulun sonrakı mübadiləsi sənayeçilər sinfi ilə fermerlər arasında baş verir. Belə bir münasibət ondan irəli gəlir ki, torpaq sahibkarlarına satılan sənaye əmtəələrinə görə sənayeçilər bir mlrd. livr əldə etmişlər. Sənayeçilər əldə etdikləri bir mlrd. livri yenidən fermerlərə qaytarırlar, ona görə ki, sənayeçilər fermerlərdən bir mlrd. livrlik istehsal məqsədli məhsullar alırlar. Fermerlərdən xammal alan sənayeçilərə ikinci mlrd. livr çatır, çünki sənayeçilər fermerlərə bir mlrd. livrlik məhsul satmışdılar. F.Kenenin "İqtisadi cədvəl"ində reallaşdırmanın belə bir prosesi başa çatır. Çünki sənayeçilərdən məhsullar və pul vəsaiti fermerlərə, fermerlərdən məhsullar və pul vəsaiti sənayeçilərə keçdiyi üçün istehsal və təkrar istehsalın davam etdirilməsi məqsədilə şərait yaranmış olur. Məhz buna görə də istehsal və təkrar istehsal dəyişməz miqyasda davam etdirilir.

F.Kenenin "İqtisadi cədvəl"inin mahiyyətinin təhlili göstərir ki, o, bu cədvəldə siyasi iqtisad elmində birinci dəfə olaraq ictimai məhsülün reallaşdırılmasının əsas yollarını göstərmişdir. Belə bir proses daxilində o pul və əmtəələrin hərəkətini mübadilə prosesində çoxsaylı aktlarının birləşməsi prinsiplərini təhlil etmişdir. Belə bir metodoloji prinsip F.Keneyə imkan vermişdir ki, o, təkrar istehsal prosesini və reallaşdırmanın fasiləsiz həyata keçirilməsini təhlil edə bilsin. F.Keneyə görə belə bir proses o zaman həyata keçirilə bilər ki, xalq təsərrüfatının inkişafında müəyyən proporsiyalara riayət edilsin.

Kənd təsərrüfatı məhsulunun istehsalına sərf olunmuş bütün xərclər çıxıldıqdan sonra əmələ gələn artığı Kene "xalis məhsul" adlandırmışdır. F.Kene öz "İqtisadi cədvəl"ində xalis məhsulun istehsalını, bölgüsünü və dövranını təhlil etmişdir. Fiziokratların şərhində xalis məhsul izafi məhsulun və izafi dəyərin ən yaxın timsalıdır. Doğrudur, fiziokratlar xalis məhsulu birtərəfli olaraq torpaq rentasına müncər edir və torpağın təbii bəhrəsi hesab edirdilər. Lakin fiziokratların, o cümlədən F.Kenenin çox böyük xidmətləri bunda idi ki, onlar izafi dəyərin mənşəyi haqqında tədqiqatı tədavül dairəsindən bilavasitə istehsal dairəsinə keçirmişdilər. Belə bir metodologiyaya baxmayaraq F.Kene və fiziokratlar dəyər anlayışının sirlərini təhlil etmirdilər.

Fiziokratlar əkinçilikdə izafi məhsulu haqqı ödənilməmiş insan əməyinin nəticəsi kimi deyil, təbiətin bəhrəsi kimi izah edirdilər. İzafi məhsul artıq natural məhsul formasında, xüsusilə də çörəkdə bilavasitə mövcuddur. Öz modelini yaradarkən Kene bu model üçün yardarlığa işləyən kasıb kəndlini deyil, daha çox işçi qüvvəsini və sadə avadanlığı olan, həmçinin pulla muzdur tutan icarəçi fermeri əsas götürmüşdür.

F.Kene yazırdı ki, kapitalist nəyin hesabına kapital (o, kapi­tal qoyuluşunu avans adlandırırdı) yığa bilər? Bunu aydınlaşdırmaq üçün F.Kene belə bir fikir irəli sürürdü ki, yalnız xalis məhsuldan alınan, yəni torpaq sahiblərinin gəlirindən alınan yığım normaldır, iqtisadi cəhətdən "qanunidir". Fabrik sahibi və ya tacir isə öz "əmək haqqlarından" müəyyən şey kəsib götürməklə o qədər də "qanuni" olmayan üsulla kapital yığa bilərlər.

F.Kenenin iqtisadi fikirlərindən, xüsusilə onun "İqtisadi cədvəlindən" hansı əməli nəticələr irəli gəlir. Hər şeydən əvvəl F.Kenenin ilk tövsiyəsi iri fermer təsərrüfatı formasında əkinçiliyin hər cür həvəsləndirilməsi olmuşdur. Lakin, daha sonra ən azı o vaxtlar üçün o qədər də zərərsiz görünməyən iki tövsiyə var idi. F.Kene belə hesab edirdi ki, yalnız yeganə həqiqi iqtisadi "artıqlıq" olan xalis məhsula vergi qoymaq lazımdır. Hər cür başqa vergilər təsərrüfatı çətinə salır.

F.Kenenin bu qədər mühüm və şərəfli sosial funksiyalar aid etdiyi həmin feodallar əslində bütün vergiləri verməli idilər. O zamankı Fransada məsələ tamam əksinə idi: həmin feodallar heç bir vergi vermirdilər. Bundan əlavə, F.Kenenin dediyi kimi, sənaye və ticarət əkinçiliyin "himayəsində" olduğundan lazım idi ki, bu himayə ucuz başa gəlsin. Bu isə o zaman baş tuta bilərdi ki, sənaye və ticarət üçün yaradılmış bütün məhdudiyyətlər və çətinliklər ya ləğv edilsin və ya heç olmasa zəiflədilsin.

F.Kenenin iqtisadi təlimi öz dövrü üçün istər nəzəriyyədə və istərsə də praktikada mütərəqqi olan bütün iqtisadi və sosial dünyagörüşü idi. Məsələn, F.Kenenin məşğul olduğu başlıca problem, müasir elmin dili ilə deyilsə, iqtisadiyyatın inkişafını təmin edən əsas xalq təsərrüfatı proporsiyaları problemidir. Bu problem müasir dövr üçün son dərəcə aktual və əhəmiyyətlidir. Demək olar ki, F.Kenenin ideyaları bir çox ölkələrdə tərtib edilməkdə olan sahələrarası əlaqələr balanslarının əsasında dururdu. Bu balanslar sahələrin (mikroiqtisadiyyat) və təsərrüfatın idarə edilməsində daha böyük rol oynayırdılar.

Sahələrarası balans (xərc balansı) məcmu ictimai məhsulun (ümumi milli məhsulun-ÜMM) istehsalı və bölgüsünün təhlili və iqtisadi cəhətdən əsaslandırılmış makroiqtisadi pro­por­si­ya­ların proqnozlaşdırılması üçün daha dolğun ilkin statistik material verir. Bu metodun tətbiq edilməsi bizim zəmanəmizin iqtisad elminin ən böyük və praktik cəhətlərindən biri olmalıdır.
§ 4. A.R.JAK TYÜRQONUN İQTİSADİ BAXIŞLARI VƏ FİZİOKRATİZMİN İNKİŞAFI
Fiziokratlar məktəbinin tarixi inkişafında Ann Rober Jak Tyürqonun (1727-1781) xüsusi xidmətləri olmuşdur.

Elmi cəhətdən Tyürqo novator, dərin biliyə və tərəqqipərvər ideyalara malik idi. Onda incə müşahidəçilik və əsl nəzəri qabiliyyət vardı. Tyürqo ensiklopedistlər və fiziokratlar ilə yaxınlaşaraq "Ensiklopediyada" məqalələr çap etdirir və iqtisadi məsələlərə dair bir çox əsər yazır.

1766-cı ildə "Sərvətin yaranması və bölüşdürülməsi haqqında düşüncələr" adlı əsərini yazır və əsəri 1776-cı ildə kitab şəklində çap etdirir.

Çox maraqlı olan bu əsərdə Tyürqo fiziokratların doktri­na­larını əks etdirir, lakin bir çox əlavələr və şərhlər də fiziokratların fikirlərinə əlavə edir. Məsələn, Tyürqo qət edir ki, ticarətin özünün mövcud olması torpağın qeyri-bərabər bölüş­dürülməsinin nəticəsidir. Əgər torpaq bərabər bölüşdürülsəydi onda hər kəs özünə lazım olan yemək şeyləri əldə edə bilərdi. Eyni zamanda muzdlu əmək sistemi də olmazdı, əgər hamısı bərabər olsaydı heç kim digəri üçün işləyə bilməzdi. Tyürqo belə bir ideya irəli sürürdü ki, torpaq bölüşdürülməmişdən əvvəl becərilməyə başlanmışdır, be­cərilmə başlanandan sonra torpaq insanlar arasında bölüş­dürülməyə məruz qalmış. Bu səbəbdəndir ki, sonralar torpaq üzərində olan mülkiyyət qanunları da yaranmışdır.

Sonralar, torpağın müxtəlifliyi və tələbatların çoxluğu, Tyürqoya görə, mübadiləni yaratmışdır. Tyürqo göstərirdi ki, işçilərin arasında olan rəqabət minimum dərəcədə məhdudlaşdığına görə həyat minimumu yaranır, yaşayış vasitələri istehsal edilir və əmək haqqı meydana çıxır. Beləliklə, sahibkarlarla fəhlələr arasında seçmə üsulu tətbiq edirlər və kim ən az əmək haqqı ilə işləməyə razılıq verərsə onları işə götürürlər. Torpaq isə əksinə, adamlardan asılı olmayaraq və onların bir-birləri ilə razılığı olmadan işçilərə bilavasitə əməklərinin qiymətini verir. Torpaq adamlarla ticarət etmir, onları məcburiyyətə çəkmir. Torpaq adamların alacaqları əmək haqqı barədə onlarla razılığa girmir. Digər tərəfdən, torpağın verəcəyi hər hansı bir məhsul qabaqcadan torpaqla razılaşdırılmır və insanların gündəlik əməklərini torpaq qiymətləndirmir. Torpağın insanlara bəxş etdiyi nemətlər torpağın fiziki münbitliyinin nəticəsidir. Adamların əldə etdikləri öz səylərinin və əmək haqqından artıq olan torpağın xalis bəxşeyişidir.

Beləliklə, torpaq sahibi asılı olmayan sərvət əldə edir ki, bunun da nəticəsində istehsalı təşkil edir. Bu göstərdiyimiz fikirlər əsasında Tyürqo cəmiyyəti iki əsas sosial qrupa ayırmışdır. Birinci qrupa Tyürqo istehsal edənləri və ya torpaq sahiblərini, ikinci qrupa isə aylıq məvacib alanları, yəni sənətkarları daxil edir. Birinci qrupa daxil edilən sosial qrup sərvət yaradır, ikinci qrupa daxil olanlar isə şeylərə lazımi forma verirlər.

Tyürqonun fikrincə "ilkin vaxtlarda mülkiyyətçilərlə əkinçilər arasında fərq olmamışdır, sonra torpaq üzərində mülkiyyətçilər yaranmağa başlayır. Beləliklə, insanlar arasında bərabərsizlik meydana çıxır. Çünki insanlar güclüdürlər, əməksevərdirlər və qənaətcillik, ehtiyatlılıq göstərib mühüm torpaq sahələrini tutmuşlar, nəticə etibarilə borc verənlərə çevrilmişlər. Bu proseslərin nəticəsində icarə münasibətləri yaranır. Torpağın məhsuldarlığının nəticəsi əkinçilər və sahibkarlar arasında bölünməyə başlayır ki, bu da xalis məhsul yaradır. Həmən bu xalis məhsul və ya gəlir, Tyürqoya görə, sahibkarların verəcəkləri əmək haqqı və ödəyəcəkləri xərclər çıxıldıqdan sonra qalan hissəsidir.

Nəhayət, Tyürqo iddia edir ki, cəmiyyəti üç sinfə bölmək zərurəti yaranır. O, belə bir sxema irəli sürür ki, cəmiyyət aşağıdakı siniflərdən ibarətdir: məhsuldar sinif, əmək haqqı yaradanlar sinfi və sərbəst sinif. Belə bir şəraitdə öz əməyinə görə əkinçilər də mükafatlandırılırlar, yəni əmək haqqı alırlar (sənətkarlar kimi). Əkinçiliklə məşğul olanlar və sənətkarlar çox istehsal edirlər.

Tyürqo göstərirdi ki, sənətkarlar özləri və başqaları üçün heç bir gəlir yaratmırlar. Tyürqo torpaqdan əldə edilən gəlirin beş üsulunu izləmişdir: muzdlu əmək sisteminin müxtəlifliyi, köləlik, təhkimçilik, yarılığa işləyənlər, qeydə alınan icarədarlıq.

Dəyərlilik təhlilinə xüsusi diqqət verərək Tyürqo göstərirdi ki, puldan gəlir əldə etmək və ya faiz götürməklə əməksiz və torpaqsız varlı olmaq olur. O, mübadiləni tələbatların qarşılıqlı olması ilə əsaslandırırdı. Qızılı və gümüşü adi əmtəə kimi izah edən Tyürqo, qeyd edirdi ki, hər bir əmtəə pulun ikili keyfiyyətinə malikdir. Çünki pul vasitəsilə əmtəələrin dəyərliliyi ölçülür, pul vasitəsilə əmtəələrin dəyərliliyi ifadə olunur.

Lakin öz keyfiyyətliliyinə, bölünmə qabiliyyətinə görə qızıl və gümüş pul rolunu oynamışlar. Bu proses şeylərin təbiəti ilə baş vermiş və burada razılıqlar və qanunlar heç bir rol oynamamışdır.

Tyürqoya görə əmtəənin nisbi dəyərliliyinin minlərlə səbəbi var. Lakin belə bir nəticəyə də gəlirdi ki, mübadilə olunan hər bir şeyin dəyərliliyi başqa ölçüyə gələ bilməz, ancaq razılaşma, istehlak və arzu şeyin dəyərliliyinə təsir edə bilər. Məsələn, o göstərirdi ki, dəyərlilik insanların arzularının razılığı ilə müəyyən oluna bilər. Tyürqo qeyd edirdi ki, rəqabət qiymətləri bərabərləşdirir və onların bazar səviyyəsini yaradır, satıcılar və alıcılar da bununla razılaşırlar.

Tyürqonun əsərində kapital problemi xüsusi yer tutur. Feodal rejiminin böhranında və feodalizmin iflası şəraitində Tyürqo çalışırdı ki, mənfəət və faiz əldə edən kapitalistlərin hüquqlarını əsaslandırsın. O göstərirdi ki, hərəkət edən sərvətin olması qazanc əldə etmək üçün irəlicədən müəyyən olunmuş zəruri şərtdir. Tyürqo belə bir dəlil göstərirdi ki, torpaqdan istifadə etmək üçün avadanlıq, qoşqu alətləri, mal-qara yerləşdirmək üçün yer və s. lazımdır.

Tyürqoya görə, torpağın alınması kapitalın ilkin mənimsənilməsi demək idi. Torpağın qiymətini torpaqdan alınan gəlirə bərabər tuturdu. Mənfəət əldə etmək məqsədilə sənaye müəssisələrinə sərf edilən kapitalı o ikinci hadisə hesab edirdi. Onun fikrincə, kapitalist öz əməyinə görə əmək haqqı almalıdır. Buna görə də kapitalist qayğıkeş olmalı, risk etməli və nəhayət öz bacarığını göstərməlidir. Əgər bu belə olmazsa onda kapitalist öz əməyinə görə gəlir əldə edə bilməyib yaşaya bilməz. Mənfəətin əldə edilməsi Tyürqoya görə zəruridir ki, kapitalist istehsal alətləri alır və bu alətlər sonradan aşınırlar, mal-qara-qoşqu alətləri saxlanılmalıdır, xammala xərc çəkilməlidir.

Əgər kapital çatışmazlığı olarsa onda kapitalistlər torpağı kəndlilər vasitəsilə becərməlidirlər. Məhz buna görə də Tyürqo belə bir nəticəyə gəlirdi: ancaq kapital iri əkinçiliyi yarada bilər, torpağa daima "muzdlu dəyərlilik" verər və sahibkara çoxlu gəlir gətirər.

Tyürqo hesab edirdi ki, mənfəətin bütün formaları - kapitalistin əmək haqqı, risk və bacarıq əvəzinə ödəmələr, renta xarakterli gəlirlər torpağın yetişdirdiyi məhsulun qiymətindən irəli gəlir. İri kənd təsərrüfatı istehsalının təşkilini Tyürqo kapital tətbiqinin üçüncü üsulu hesab edirdi. Ticarətin verdiyi qazancı dördüncü üsul adlandırırdı.

Merkantilistləri tənqid etməyinə baxmayaraq Tyürqo ticarət mənfəətini qəbul edirdi. Lakin burada da o, əmək, risk və bacarıq fərqlərini görürdü.

Tyürqo kredit əməliyyatını kapital tətbiqinin beşinci üsulu adlandırırdı. Tyürqoya görə bu doğru hal idi. Borcun qiymətini və ya faizi o, tələb və təklifdən asılı olaraq təhlil edirdi. Məlumdur ki, faiz borc kapitalının gətirdiyi mənfəətin səviyyəsi ilə müəyyən olunur. Borc məsələlərində Tyürqo heç bir cinayət görmürdü. O göstərirdi ki, əgər borc müqaviləsi hər iki tərəf üçün əlverişlidirsə bu ədalətlidir.

Tyürqo pul ilə kapitalı fərqləndirirdi. O yazırdı ki, bazara çıxarılan pul borc kimi xərclənmir. Kapital isə müəyən formada dəyərlilik amili kimi yığıla bilər. Əgər pulun qiyməti ticarət dövriyyəsində metalın qiymətindən asılı olursa, faizin səviyyəsi yığılmış kapitalın miqdarı ilə müəyyən edilir.

Tyürqo kapitalı yaradan amillər barədə məsələ qoymuş və qənaətçilliyə geniş yer vermişdir. O, pulun oynadığı böyük rolu inkar etmirdi, çünki bütün qənaətcilliklər, əmanətlər pul formasında həyata keçirilir. Fiziokratlar kimi Tyürqo da qət edirdi ki, bütün kapitallar torpaqdan yaranır və ya kapital torpağın yaratdığı dəyərlərin bir hissəsinin yığılmış formasıdır. Tyürqo tərəfindən torpağın məhsulu "sərbəst gəlir" kimi qəbul edilirdi. O, eyni zamanda göstərirdi ki, "sərbəst gəlir" yığımın ilkin mənbəyidir.

Eyni zamanda, onun fikrincə, bu gəlirin yaranmasında torpağın alınmasına sərf edilən kapital əsas rol oynayır. Tyürqo göstərirdi ki, əgər torpaq alınmasa idi daha çox gəlir verərdi. Onun belə bir fikri fiziokratların ideyaları ilə üst-üstə düşürdü ki, hər bir torpaq sahibi kapitalistdir. Ona görə ki, hər cür torpaq müəyyən kapital ilə eyni gücə malikdir.

Tyürqo qeyd edirdi ki, gəlir faizin səviyyəsinə enərsə, bu çox qorxuludur. Çünki bunun ardınca əmək fəaliyyəti dayana bilər, torpaqdan istifadə zəifləyər, sənayenin və ticarətin iflici başlayar.

Belə bir cəhəti də qeyd edək ki, Tyürqo maliyyə siyasəti barədə olan fiziokratların fikirlərinə şərik çıxırdı. O yazırdı ki, pul faizi üzərində kortəbii vergi qoymaq olmaz. Əgər bu belə olarsa kapitalist öz pulunu geri götürər, yəni borc verməz, müəssisə də borcsuz öz fəaliyyətini davam etdirməz.

Tyürqonun iqtisadi fikirlərinin təhlili göstərir ki, o fiziokratların mövqeyində dayanmışdır. Çünki Tyürqo əkinçiliyin müstəsna məhsuldar sahə olması barədə əlavə dəlillər gətirməklə fiziokratizmi inkişaf etdirmişdir. Lakin Tyürqonun gətirdiyi dəlillər fiziokratizmin zəif tərəflərilə üst-üstə düşür və fiziokratların sübutları ilə eyniyyət təşkil edir.

Məlumdur ki, həm F.Kene, həm də Tyürqo iddia edirdilər ki, xammal və ərzaqla təmin etdirənlərdən asılı olan sənətkarlar və məhsul istehsal edən bu zümrə səmərəsiz sinif adlandırılırdı. Aclıqdan əziyyət çəkən və tələbatını ödəmək üçün, ailəsinin minimum yaşayışını güclə təmin edən və sənayedə məşğul olan əməyin nümayəndələri də səmərəsiz sinifə daxil edilirdi.

F.Kenenin xalis məhsul haqqında olan təliminə Tyürqo heç bir yenilik gətirməmişdi. Kene xalis məhsul barədə öz təlimini möhkəm elmi əsaslar və dəlillər üzərində yaratmışdı. Fiziokratların ideyaları çərçivəsindən kənara çıxa bilməyən Tyürqo isə digər iqtisadi problemlər haqqında siyasi iqtisada öz yeni fikirlərini gətirə bilmişdir. F.Keneyə nisbətən Tyürqo kapitalizmin yaranması, bərabərsizliyin və siniflərin meydana gəlməsi barədə dəyərli elmi fikirlər irəli sürmüşdür. Tyürqo düzgün hesab edirdi ki, kapitalizmin yaranması prosesində xalq kütlələrinin yoxsullaşması, torpaqdan məhrum olmaları mühüm rol oynamışdır. Tyürqoya görə, məhz kəndlilərin torpaqdan və istehsal alətlərindən məhrum edilməsi onları muzdlu əmək səviyyəsinə gətirib çıxarmışdır. Əgər XYIII-XIX əsrlərdə kəndlilərin təsərrüfatı kütləvi surətdə ləğv edilməsəydi göstərdiyimiz dövrdə kapitalizm öz nüfuzunu Avropada yaya bilməzdi.

Tyürqoya görə iqtisadi inkişaf torpaq bölgüsündən çox asılı olmuşdur. Bu bölgüdən asılı olaraq müxtəlif siniflərin yaranması mövcud olmuşdur. Bu vəziyyətin düzgünlüyünü feodalizmin tarixi inkişaf taleyi də təsdiq edir.

Fiziokratlar üçün xarakterik xüsusiyyət kəsb edən cəmiyyətin sinfi quruluşu haqqında olan fikirləri Tyürqo öz tədqiqatlarında daha da dərinləşdirmişdir. Tyürqo sənayeçilər və fermerlər arasında kiçik təsərrüfat sahiblərini və muzdlu işçiləri fərqləndirirdi. Məlumdur ki, Kene cəmiyyətin üçsinifli modelini vermişdi. Tyürqo isə onu beşsinifli edir. F.Kenenin əksinə olaraq Tyürqo sosial statusu olan kapitalistlərlə muzdlu işçilərin əksliklərini açıqlamışdır. O, cəmiyyətin sinfi quruluşuna dərindən nüfuz edirdi. Beləliklə, Tyürqo iqtisadi nəzəriyyəni müəyyən mənada irəliyə apara bilmişdi.

Fiziokratlara nisbətən Tyürqo əmək haqqı qanunu haqqında dərin məna kəsb edən fikirlər irəli sürmüşdü. O, düzgün izah edirdi ki, "əməkçi" adamların torpağı yoxdur, muzdlu işçilər arasında olan rəqabət və kapitalistlərin hüquqları şərait yaradır və imkan verir ki, mövcud olan iş qüvvəsindən ən ucuzunu kapitalistlər seçə bilsin və onları işlə təmin etsin.

Tyürqonun iqtisadi baxışlarında qiymətli cəhətlərdən biri də ondan ibarətdir ki, o, pulla əmtəə dünyası arasında olan əlaqələri açmış və belə bir nəticəyə gəlmişdir ki, pulun özünün də əmtəə təbiəti vardır.

F.Kene kapitalın formalaşmasını nəzərə almırdı və göstərirdi ki, sənayeçilər və tacirlər torpaq sahiblərindən məvacib alırlar. Tyürqo isə kapital yığımı prosesinin aktivləşməsini vurğulayırdı və kapitalizmin genişlənməsini izah etməyə çalışırdı. Hərəkət edən sərvətin yığılmasını o, iqtisadi proseslərin vacib şərti hesab edirdi.

Tyürqo kapitalı hərəkət edən dəyərlərin yığımı kimi izah edirdi. Bununla da fiziokratlarda olan naturalizmi o aradan qaldırırdı. Onun bu baxışları kapital haqqında olan qiymətli fikirlər idi.

Tyürqo öz iqtisadi baxışlarının bir hissəsini dəyər probleminə həsr etmişdir. Ancaq dəyər problemlərini axıra kimi həll edə bilməmiş və bu məsələdə müəyyən nöqsanlara yol vermişdir. Bu da onun yaşadığı dövrün məhdudluğundan irəli gəlirdi.

Tyürqo belə bir fikir irəli sürürdü ki, muzdlu əməkdən istifadə edən kapitalist-fermer öz kapitalı üçün fabrik sahibi qədər mənfəət, üstəlik də renta kimi torpaq sahibkarına verməli olduğu müəyyən artıq məhsula malik olmalıdır.

Tyürqo kapital tərəfindən yaradılan məhsulun dəyərinin nədən ibarət olduğunu aydınlaşdırmağa çalışırdı. O qeyd edirdi ki, məhsulun dəyərindən kapital xərci, o cümlədən fəhlələrin əmək haqqı ödənilir. Yerdə qalan hissəsi üç yerə bölünür. Birinci hissə kapitalistin "heç bir əməksiz", pul kapitalının sahibkarı kimi ala biləcəyi gəlirə bərabər olan mənfəətdir. Bu, mənfəətin borc faizinə bərabər olan, uyğun gələn hissəsidir. Mənfəətin ikinci hissəsi öz pullarını fabrikə və ya fermaya digər istehsal sahələrinə qoymaq qərarına gələn kapitalistin "əməyini, riskini və məharətini" ödəyir. Bu, sahibkar gəliridir. Üçüncü hissə torpaq rentasıdır. Bu hissə yalnız əkinçiliyə qoyulmuş kapitallar üçün mövcuddur.

Sözsüz ki, Tyürqonun bu qeyd etdiyimiz baxışları iqtisad elmində yeni fikirlər idi.


§ 5. FİZİOKRATLARIN İQTİSADİ PROQRAMI
Fiziokratlar məktəbinin görkəmli nümayəndələrinin iqtisadi baxışlarının şərhindən sonra bu məktəbin yaratdığı və qarşıya qoyduqları məqsəd - onların iqtisadi proqramı - üzərində dayanaq.

Fiziokratların iqtisadi siyasət proqramının bir çox ideyalarını F.Kene özünün yuxarıda göstərdiyimiz, "Əkinçilik dövlətinin iqtisadi siyasətinin ümumi prinsipləri" kitabında şərh etmişdir. O, bu əsərində göstərmişdir ki, ali hakimiyyət vahid olmalıdır və cəmiyyətin bütün üzvlərindən yüksəkdə dayanmalıdır. Ali hakimiyyət cəmiyyətin bütün təbəqə və zümrələrinə qarşı ədalətli olmalıdır.

Onun fikrincə mülkiyyət üzərində bu mülkiyyət sahiblərinin (təminatı) qarantı olmalıdır.

Çünki mülkiyyətlə təmin olunmaq cəmiyyətin iqtisadi quruluşunun fundamentini, əsasını təşkil edir. Başqa cürə olarsa torpaqdan istifadə etmək, onu becərmək olmaz. Vergi siyasəti elə təşkil olunmalıdır ki, o, çətinlik yaratmasın və milli gəlirin həcminə proporsional olaraq müəyyən edilsin.

F.Kenenin və bütünlükdə fiziokratların proqramında belə bir fikir də öz əksini tapmışdır ki, torpaq sahiblərinin "xalis məhsulundan" vergi tutulmalıdır. Fiziokratlar əmək haqqı və zəruri istehlak şeylərindən vergi alınmasının əleyhinə çıxış edirdilər. Onların fikrincə vergilərin çoxluğu vergi toplamağı çətinləşdirir və bu proses xeyli xərclərin olmasını tələb edir. Əgər bu belə olarsa ticarət əngəlliklərlə qarşılaşa bilər və nəticədə cəmiyyətin sərvətinin bir hissəsi məhv olar.

Fiziokratlar məktəbinin əsasını qoyan və onun rəhbəri olan F.Kene hər hansı bir şəraitdən asılı olmayaraq fermerlər üzərində vergi tətbiq edilməsinin əleyhinə idi, dövlətin əkinçiliklə əlaqədar olaraq çəkdiyi xərcləri toxunulmaz fond kimi qorunmasını təbliğ edirdi. Fiziokratların proqramına əsasən belə bir proses ona görə lazım idi ki, bu fondun hesabına vergi, gəlir və bütün sinifdən olan vətəndaşların yaşaması üçün vəsait əldə edilə bilsin. Əgər bu belə olmazsa vergilər soyğunçuluq vəsaitinə çevrilə bilər və dövlət isə dağılar.

Fiziokratların proqramına görə satış nə cür olsa, təkrar istehsal da elə olacaqdır. Kənd təsərrüfatı məhsullarının və əl əməyi məmulatlarının satılması üçün yollar yaxşılaşdırılmalı və su nəqliyyatından istifadə edilməlidir. Fiziokratlara görə ərzaq malları və digər əmtəələr üzərində olan aşağı səviyyəli qiymətlər düzgün deyildir, çünki aşağı səviyyəli qiymətlər millətin xarici ticarətini əlverişsiz edir.

Fiziokratların proqramında göstərilirdi ki, əkinçilərin xeyrinə olmayan cah-cəlalı genişləndirmək olmaz, bu hal səmərəsiz qənaətcilliyə gətirib çıxarar və dövlət də tərəqqi edə bilməz. Fiziokratların proqramına görə vergilər alınarkən və onları xərcləyərkən pul əmlakının artmasına şərait yaratmaq olmaz. Çünki pul əmlakının artması "xəlvəti sərvətin" artmasına səbəb olar və nəticədə adamlar həm vətənlərini, həm də padşahı (çarı) tanımazlar. Belə adamlar tədavül vasitələrini mənimsəyə bilərlər, nəticədə bölgü və istehsal çətinləşir.

Fiziokratların proqramında daha sonra göstərilirdi ki, borc məsələlərində dövlət ehtiyatlı olmalı, bu pul rentası yarada bilər, ticarət zəifləyər və alverçilik, möhtəkirlik artar. Daha sonra proqramda qeyd edilir ki, əhali xaricilərlə olan ticarətdə ehtiyatlı olmalıdır və millət elə bilər ki, belə bir ticarət əlverişli pul balansı yaradır. Eyni zamanda iddia edilirdi ki, ticarətə tam azadlıq verilməlidir, çünki xalq və dövlət üçün ən ümidverici və əlverişli sahədaxili və xarici ticarəti idarə etməkdir. Fiziokratlara görə ticarət üzərində tam rəqabət təmin olunmalıdır.

Fiziokratların proqramına görə torpaq sahiblərinin gəlirlərinə qoyulan vahid vergi bu gəlirlərin yarısına bərabər ola bilər. Əhalinin özünün və onun əmək haqqının üzərinə qoyulan vergilər muzdlu əməyin qiymətini artıra bilər, bu da öz növbəsində sahibkarlara ziyan gətirər. Belə bir prosesin nəticəsində əmək məsrəflərinin həcmi, ərzaq istehsalı və əhalinin tərkibi azalar.

Fiziokratların proqramında göstərilir ki, kənd təsərrüfatı işçilərinin, bütün sənətkarların və ticarətçilərin vergilərdən azad olunması təbii qanun olmalıdır. Əgər göstərilən əmək sahəsində məşğul olanlar vergilərdən azad olmasalar ölkənin gəliri üzərinə ikiqat ağırlıq düşər və millət müflisləşər.

Bütün bu qeyd etdiklərimizlə yanaşı fiziokratların proqramına görə torpaq dövlətin mülkiyyətində deyil, sahibkarlar arasında bölüşdürülməlidir. Çünki belə zümrədən olanlar gəlirlərin artmasına maraq göstərirlər və idarəçiliyi yaxşılaşdırmağa çalışırlar. Onların fikrincə xalis gəlir torpaq sahibinin mülkiyyətinin və idarəçiliyinin nəticəsidir.

Fiziokratların tələb etdiyi vahid vergi siyasəti və bu vergilərin torpaq sahiblərindən alınması onların "üçüncü təbəqə" üçün irəli sürdükləri maliyyə məsələlərinə həsr olunmuş maksimum proqramında da öz əksini tapmışdır.

Onların maliyyə proqramı siyasi radikalizm ilə fərqlənirdi. Bu proqram siyasi cəhətdən daha yetkin idi. Vergi və maliyyə məsələlərində fiziokratlar obyektiv fəaliyyət göstərən iqtisadi qanunlara əsaslanırdılar.

Məlumdur ki, fransız kəndi feodal üsul-idarəsindən əziyyət çəkirdi və buna görə də kapitalist fermerçiliyinin Fransada inkişaf etdirilməsi o dövr üçün tərəqqipərvər bir hal idi. Əgər kapitalizm kənd təsərrüfatında inkişaf edərdisə, əlbəttə feodalizmin əsasları sarsıla bilərdi. O zaman Fransa çətinlikdən çıxa bilər və öz milli sənayesini inkişaf etdirərdi. Kapitalın kənd təsərrüfatına axını onun inkişafına tə:sir edər və səmərəlilik arta bilərdi.
§ 6. İQTİSADİ TƏLİMLƏR TARİXİNDƏ FİZİOKRATİZMİN YERİ VƏ ROLU
İqtisadi təlimlər tarixinin inkişafında və siyasi iqtisadın bir elm kimi formalaşmasında fiziokratlar mühüm rol oynamışlar və onların bu elm sahəsində xüsusi mövqeyi və yeri vardır.

XYIII əsrdə meydana gələn burjua siyasi iqtisadının ilk sistemi birtərəfli - analitik metodun aradan götürülməsi ilə üzvi surətdə bağlıdır. Birtərəfli - analitik metod sadə, bir-birilə əlaqəsi olmayan iqtisadi abstraksiyaya (mücərrədlik) söykənirdi. Bir-birilə əlaqəsi olmayan bu sadə iqtisadi hadisələrin qeydə alınması və abstraktlaşdırılması nəticəsində aşağıdakı kateqoriyalara əsaslanan iqtisadi sistem yaranmağa başladı. Məsələn, əmək, əmək bölgüsü, tələbat, mübadilə dəyəri. Mübadilə dəyəri dövlətə, beynəlxalq mübadiləyə və dünya bazarına aid edilirdi.

İqtisad elminin ilk prinsiplərinin hazırlanması birinci növbədə fiziokratlara məxsusdur. Çünki, fiziokratların təlimi kapitalist istehsalı haqqında olan sistemli konsepsiyadır. Bu konsepsiyada mərkəzi yeri F.Kenenin "İqtisadi cədvəl"i tutur.

F.Kene cəmiyyətə canlı bir orqanizm kimi baxmışdır. O göstərirdi ki, cəmiyyət də xəstə və sağlam vəziyyətdə ola bilər. Məhz buna görə də məqsəd cəmiyyətin xəstə tərəflərini sağaltmaq üçün müəyyən üsullar tapmaqdan ibarətdir. Cəmiyyətin sağlamlığı dedikdə Fransua Kene cəmiyyətin təbii vəziyyətini nəzərdə tuturdu. O qeyd edirdi ki, cəmiyyətə təbii sağlamlığı qayıdarsa bu istehsal tarazlığı deməkdir. Əgər cəmiyyətin təbii sağlamlığı varsa o zaman istehsal tarazlığı da yaradılan məhsul ilə bütün burjua sinfinin yaşamasını təmin edə bilər. Belə bir şəraitdə, F.Keneyə görə, istehsal prosesi sonrakı dövrlər üçün də davam edər, yəni təkrar istehsal təmin edilər. Ancaq belə bir elmi konsepsiyada F.Kene ilə U.Petti arasında fərq var idi.

Faktiki olaraq F.Kene istehsalın obyektiv xarakter daşıyan qanunlarını qəbul edirdi. Bunun üçün o, "təbii qaydalar" və "təbii hüquqlar" prinsipinə söykənirdi ki, "təbii qaydalar"ı , "təbii hüquqlar"ı XYIII əsr fransız maarifçiləri təbliğ edirdilər (Monteksye, Russo və s.).

Digər tərəfdən, qeyd edək ki, U.Pettiyə nisbətən F.Kene dövlətə başqa münasibət bəsləyirdi. Dövlət məsələlərində U.Petti merkantilistlərin mövqeyində qalırdı. Merkantilistlər isə iddia edirdilər ki, ölkənin sərvəti iqtisadi siyasət vasitəsilə müəyyən edilir. F.Kene isə göstərirdi ki, dövlət cəmiyyətin həkimidir (lekar). Odur ki, dövlət həkim kimi cəmiyyətin xəstə tərəflərini müalicə etməli və cəmiyyəti öz "təbii qaydalar"ına qaytarmalıdır.

Məsələnin belə qoyuluşu o demək idi ki, elə prinsiplər axtarılıb tapılmalıdır ki, bu prinsiplər ictimai istehsalın ayrı-ayrı hissələrini, tərəflərini deyil (çünki söhbət burada bütövlükdə cəmiyyətin normal, təbii vəziyyətindən gedir), ictimai istehsalı bütövlükdə əhatə edə bilsin.

İstehsalı fiziokratlar məhsulu və onun dəyərini yaradan sahə hesab edirlər, lakin onlar əmtəənin dəyər və natural formasını dəqiq ayırd etmirdilər. Bununla belə, əkinçilik istehsalını "xalis məhsul"u yaradan sahə elan edirdilər. Bu ideya fiziokratizmin mərkəzi ideyası idi. Onların bu fikirləri epizodik xarakter daşımırdı. Məhz əkinçilikdə "xalis məhsul"un (izafi dəyərin) yaradılması fiziokratların tədqiqatının başlanğıcı və son çıxış nöqtəsi idi. Onların təliminin bu prinsipləri F.Kenenin "İqtisadi cədvəl"inin bütün mahiyyətini və məzmununu təşkil edirdi.

F.Kene belə bir müddəadan çıxış edirdi ki, "xalis məhsul" ancaq cəmiyyətin bir qütbündə (əkinçilikdə) yaradılır və cəmiyyətin bu qütbündən "xalis məhsul" istehlaka doğru hərəkət edir.

Qeyd edək ki, ümumi prinsiplər olmasa monist elmi sistem də olmaz. Fiziokratlarda da bu fikir var idi. Məhz buna görə də fiziokratların xidməti və tarixdəki rolu ondan ibarət idi ki, onlar kapitalist istehsalı haqqında ilk sistemli konsepsiya yaratmışdılar.



1   ...   6   7   8   9   10   11   12   13   ...   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə