ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ




Yüklə 2.19 Mb.
səhifə36/40
tarix27.02.2016
ölçüsü2.19 Mb.
1   ...   32   33   34   35   36   37   38   39   40

10. AĞILAR

Qardaş-qardaş, quş qardaş.

Çevril ol gümüş qardaş.

Bacın qərib yerdədir, bacın qurban,

Atını döndər düş, qardaş.
Göydən gedən quşa bax.

Qanadı sınmışa bax.

Aləmə pay paylandı.

Mənə yağan daşa bax.


Hər kəndin öz adəti var. Hər kəndin özünün adamları ayrı-ayrı yeddi gün ağlaşma tutar. Mənim qardaşım atam rəh­mətə gedəndə, mən uşağ olmuşam da, özü dilə gəldi, dedi: Ağ­lıyın görüm, kim nətər ağlıyır? Sağlığında deyirdi. Danış­dı, Yasinin oxudu, bəlkə bir yüz nəfər adam var idi. Qardaşım can verən gecəsində dedim:

Qardaş, sən mənim diləyim idin.

Qəfil görünən qonağım idin.

Gəl mənim canım, ürəyim, qardaş.

Gəl mənim gözüm, ürəyim, qardaş

Qardaş biriviz sağ gözüm, biriviz sol gözüm.

Birviz ürəyim, biriviz canım.
Biri bacım oğlu idi, biri qardaşım idi. Bakıda həkim işliyirdi. Deyirdi:

– Bir at mindim başı yox.

Bir çay keçdim, daşı yox.

Mənə deyərlər burda bir qərib ölüb

Yanında qardaşı yox.
Aşığ olmayaydım.

Saralıb solmayaydım.

Dünyada bir ayrılığ, bir ölüm,

Heç biri olmayaydı.


Qardaşlar, a qardaşlar,

Yağış yağar, qardaşlar.

Tabutum əyri gedər,

Yapışmasa qardaşlar.


Bala dağı, bal dağı,

Əzizəm bala dağı.

Hər yaralar sağalar,

Sağalmaz bala dağı.


Deyir, əzizinəm, ağlamazdım.

Sızlardım ağlamazdım.

Ana, bilsəydim vəfan budur,

Sənə bel bağlamazdım.


Mən aşiq dolana-dolana,

Dur gəl, dolana-dolana.

Balaların yazığdı, yatma torpağda,

Dur gəl, dolana-dolana.


Deyir, bu qızın adı nədi?

Şənbədir adı nədir?

Bala saxladım böyütdüm,

Bilmədim dadı nədir.


Dağlara bax, dağlara,

Şeh qonub yarpağlara.

Hayıf sənin canınnan,

Qarışdın torpağlara.


Qardaş, dinmə qan olar,

Yel əsər, tufan olar.

Qardaş, gəzən yollaruva,

Tək bacın qurban olar.


Balam can, ay balam,

Can, ay balam, can,

Çağır məni, ana, bala,

Deyim sənə can.


Anam, məndən sonra qəmli dayanma,

Məndən sonra qəm oduna sən yanma.


Əslim Qarabağlıdı,

Sinəm çarpaz dağlıdı,

Gəl mənə dəymə fələk,

Ürəyim oğul dağlıdı.


Qoyunu kəsən olmaz.

Qanaradan, asan olmaz.

Qərib yerdə ölənin

Gözlərin basan olmaz.

Gözlədim birdən bilməz.

Sən qəmdə, mən fikirdə.

Öləndə cüt öləydiy,

İkimiz bir qəbirdə.


Qaşları qibləgahdu.

Yada baxur günahdur.

Dağları duman alsa,

Bil ki, mən çəkən ahdu.


Meşənin yaş ağacı.

Kəsməyə yaş ağacı.

Bağa baltalı girdi.

Gördü bizim ağacı,

Kəsdi bizim ağacı.
Şalım qana boyandı.

Ucu yerə dayandı.

Mənim ahu-zarıma

Göydə fələk oyandı.


Qəribəm bu vətəndə.

Gözüm yoldan ötəndə.

Qəriblik yaman olur,

Baş yastığa yetəndə.


Səlyana binə gəlləm.

Gedərəm, yenə gəlləm,

Bilsəm hardan gəlirsən,

İmana, dinə gəlləm.

Dağların sarı gülü,

Ağ gülü, sarı gülü.

Fələyə neynəmişəm

Görmədim tarı günü.


Dağlarda səməy olmaz,

Səmayi yeməy olmaz.

Canım bir dərdə düşdü,

Heç yerdə deməy olmaz.


Dağları gəzdim, gəldim,

Daşları gəzdim, gəldim.

Gəzdim, tapa bilmədim,

Əlimi üzdüm, gəldim.


Dağların göy çəməni,

Göyərib göy çəməni.

Gəzib taparam səni

Ya vurar ovçu məni.


Dəvəçiyəm gəzirəm,

Dəvəm itib, gəzirəm.

İtirmişəm balamı,

Soraqlaşıb gəzirəm.


Gəlmişəm görəm səni,

Zülfümsən hörəm səni.

Nə qapı, pəncərəm var

Bir açıb görəm səni.


Dəryaya atdı məni,

Nəqqalar utdu məni.

Fələyə neyləmişdim?

Nalələr tutdu məni.


Mən aşiq, oxusana,

Bülbülüm, oxusana.

Hər gün oxuyan bülbül,

Kim atdı oxu sana?


Mən bu bağa gəlmişəm,

Yağa-yağa gəlmişəm.

Götürmüşəm dərdimi

Ağlamağa gəlmişəm?


Getdi, gələ bilməzsən,

Zülfün hörə bilməzsən.

Elə yerdə yatıbdır,

Bir də görə bilməzsən.


Ağlaram ağlar kimi,

Dərdim var dağlar kimi.

Viran olub tökülləm,

Xaraba bağlar kimi.


Mən aşiq çaşdım yenə,

Qaynadım, coşdum yenə.

Dərd mənə elə üz verdi,

Kəlməmi çaşdım yenə.


Köynəyi ağ saxlaram,

Yuyaram, ağ saxlaram.

Bir də əlimə düşsən,

Səni qonaq saxlaram.


Mən aşiq uymamışam,

Baş yastığa qoymamışam.

Sən məndən doymuş olsan,

Mən səndən doymamışam.


Əlimə saz verdilər,

Sazıma naz verdilər.

Yalvardım təbiblərə

Dərmanım az verdilər.


Gəl-gəl, gərəyimsən,

Beşiyim, bələyimsən.

Qərib yerdə ölürəm,

İndi gəl, gərəyimsən.


Mən aşiq, bacı, bağlar,

Açar, qıyğacı bağlar.

Bacımın sınıq könlün

Bağlasa, bacı bağlar.


Aşığ ellər ayrısı.

Sona tellər ayrısı.

Bir günüvə dözməzdim,

Düşdüm illər ayrısı.


Dağların göy çəməni

Göyərib göy çəməni.

Ya gəlib taparam səni.

Ya vurar ovçu məni.


Bunu onda deyirlər ki, evin böyüyləri öləndə:
Bağa girməli deyül.

Gülün dərməli deyül.

Gedib bağın bağbanları,

Gəlib görməli deyül.


Bağa girmərəm sənsiz,

Gülün dərmərəm sənsiz.

Bağda quzu mələsə,

Bil ki, o, mənəm sənsiz.


Ağac aşanda ağlar.

Kür qovuşanda ağlar.

Ana balasından, bala anasından

Ayrı düşəndə ağlar.


Aşığ ellər ayrısı,

Bacım laylay, bacım laylay

Sona tellər ayrısı,

Bacım laylay, bacım laylay.


Deyir, bacı, bütün ayrılığuva dözməzdim

Elə düşdü ellər ayrısı.

Laylay bacım, laylay.

Arvadlar qoşulur səs verir. Hərənin öz avazı var. Ana üçün ağlayanda belə deyirsən:
Mən aşığ ana yeri.

Xan yeri, ana yeri.

Bütün aləm yığılsa,

Heç verməz ana yeri.


Dağların başı sənsən.

Dibinin daşı sənsən.

Bütün aləm yığılsa,

Hamının başı sənsən.


Dağlarda sənəy olmaz.

Sənəyi yeməy olmaz.

Elə bir dərdə düşdüm.

Heç yerdə deməy olmaz.


Nərgizlər, ay nərgizlər.

Top-top bitər nərgizlər.

Hayıf sənnən

Torpağ örtər, yer gizlər.


Mən aşığam, ay dərdim.

Vay dərmanım, vay dərdim.

Hamı gül əkdi, gül dərdi.

Mən gül əkdim, vay dərdim.


Deer yerüz soyuğ olmıyeydi,

Qızılgül solmıyeydi,

Bir ayrılığ bir ölüm,

İkisi olmuyeydi.


Dərya, sənnən kim keçdi?

Kim qərq oldu, kim keçdi?

Əzrayıl sinəyə çökəndə

Göz önünnən kim keçdi?


Dəryada fənar yanar.

Baxdıqcan iraq yanar.

O qədər dərd mənim var,

Dedigcən ürəg yanar.


Yolda maral durmuş oldu.

Boynunu kəc burmuş oldu.

Zalım ovçu sərrast oldu,

Atam oğlun vurmuş oldu.


Yük yığıb, dayanmadı.

Ev tikib qoyammadı.

Ardıycan ağlamağa,

Bir kəsi olammadı.


Aşıx barat, eylədim.

Halım barat eylədim.

Yığdığını, dərdiyini

Kimə barat eylədim?


Aşıx ozan olmuşam.

Ozanı yozan olmuşam.

Tutmuşam dişimə qəmli qələmi,

Almışam əlimə dərdin dəfdəri,

Qəm-qüssədən betəri

Bayatı deyən olmuşam.


Mən aşıx, bu xaniyə,

Bu qana, bu xaniyə.

Kimin belə dərdi var

Gəlsin bu qəmxaniyə.


Əzizim, birəm dağlar,

Gülüm yox dərəm, dağlar.

Mənim ahu-zarımnan

Göydə mələklər ağlar.


Ay taleyim, ay dərdim,

Vay dərmanım, vay dərdim.

Gül əkənlər gül dərdi,

Mən bəs niyə vay dərdim?


Mən aşıq, sulu dağlar,

Çeşməli, sulu dağlar.

Mənim ahu-zarımnan

Göy kişnər, bulud ağlar.


Əzizim, ulu dağlar,

Çeşməsi sulu dağlar.

Mənim ahu-nalama

Göydə mələklər ağlar.


Su axar, yeri yaş qalar,

Daş zindanda daş qalar.

Oğlu gedən ananın

Gözlərində yaş qalar.


Araz axanda ağlar,

Kür qovuşanda ağlar.

Analar balasından

Ayrı düşəndə ağlar.


Mən aşiq, özüm ağlaram,

Özüm deyib, özüm ağlaram.

Dərdimi bilən olmaz,

Özüm deyib, özüm ağlaram.


Mən aşığ, bala dağı.

Bal dagı, bala dağı.

Hər yaralar sağalar,

Sağalmaz bala dağı.


Tüfəngimin mazı var,

Atmamışam, azı var.

Bala, səni sinidim

İllərcən yaşı var.


Oçular olmasın,

Caxmağı qo almasın.

Səni vuran oçular,

Əlləri qo* olmasın

Mən aşığ, doymamışam,

Baş yasdığa qoymamışam.

Sən bizdən doydun getdün

Biz sənnən doymamışuy.


Qızılgül olmiyaydı.

Saralıb, solmiyaydı.

Bir ölüm, bir ayrılıq

İkisi olmiyaydı.


Gedirəm giran olsa.

Dərdimi bilən olsa.

O qədər ağliyaram,

Gözümə tor gəlincə

Ay bacım, lay-lay.

Anam, lay-lay.

Atam, lay-lay.
Ay sevgilim, səndən qeyri kimim var,

Gəl üstümə.

Aman öldüm, bi kəs öldüm, dad öldüm,

Aman öldüm, bi kəs öldüm, yad öldüm.


Mən aşığ, uymamışam,

Baş yerə qoymamışam,

Sən mənnən doymuş olsan,

Mən sənnən doymamışam.


Fələgin zənciri kürəgimdədi,

Zalımın zənciri biləgimdədi.

Soruşursuz mənə bayatı de, şeer de,

Bala, yarın,* ürəyimdədi.


Bu çaylar axar gedər,

Evləri yıxar gedər.

Dünya bi pəncərədü,

Hər gələn baxar gedər.


Açığ qoy pencərəni,

Gözüm gürsün gələni.

Qəbrə necə qoyalar,

Gözü yolda qalanı.


Yanaram, mən yanaram,

Göydə ulduz sanaram.

Hər yadıma düşəndə

Balam, onda mən yanaram.


Aşığam, gözdə məni,

Kababam közdə məni.

Payım qoy paylar üstə,

Gəlirəm, gözdə məni.


Pambığ aralı qaldı,

Başım darağlı qaldı.

Hitlerin gözü çıxsın,

Qızdar adaxlı qaldı.

Hitler gəldi yol qoydu,

Bumaşnigə pul qoydi,

Hitlerin gözü çıxsın,

Gəlinnəri dul qoydi.


Göydən gedən quba qazlar,

Maşın vurar, tükün tozlar.

Əslidən mənə bir xəbər.

Məktub səni kim gətirdi,

Mən xəstiyə kim yetirdi?
Söyləyicilər:

Gülsüm Muradova, doğum tarixi 1937, təhsili 5-ci sinif, Xal­lı­calı kəndi.

Mənsumə Hüseynova, doğum tarixi 1938, təhsili 7-illik, Xır­man­dalı kəndi.

Mədinə Kərimova, doğum tarixi 1942, təhsili 7-illik, Şərəfə kəndi.

Həcər Həsənova, doğum tarixi 1950, təhsili orta, Şərəfə kəndi.

Rübabə Ələkbərova, 80 yaş, təhsili natamam orta, Qızılağac kəndi.

Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili 7-illik, Musa­kü­çə kəndi.

Fizzə Abdullayeva, doğum tarixi 1935, təhsili 7-illik, Hacı­təpə kəndi.

Əlizaman Baxış, Hacıtəpə kəndi (Keçmişdə və indi), B., 2010.

Gülxanım Tagıyeva, doğum tarixi 1928, təhsili yoxdur, Gəyəçöl kəndi.

Arəstə Əsgərova, doğum tarixi 1939, təhsili 7-illik, Ərkivan kəndi.

Məşədxanım Mirzəyeva, doğum tarixi 1931, təhsili 7-illik, Hişkədərə kəndi.

Şabacı Quliyeva, doğum tarixi 1924, təhsili 7-illik, Hiş­kə­də­rə kəndi .

Rəxşəndə Məmmədova, doğum tarixi 1936, təhsili 7-illik, Şərəfə kəndi.

Həlimə Rzayeva, doğum tarixi 1924, təhsili yoxdur, Digah kəndi.
Toplayanlar:

Füzuli Bayat (Gözəlov)

Qurban Əliyev

Nuridə Muxtarzadə

Vüsalə Kərimova

İlahə Heybətova



1   ...   32   33   34   35   36   37   38   39   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə