ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ




Yüklə 2.19 Mb.
səhifə26/40
tarix27.02.2016
ölçüsü2.19 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   40

Xırdalandıqca artır

Bir dəfə biri atamnan soruşnuşdu ki, ağa, vardan-dövlət­dən nəyin var? Həyətüz, bacouz, əkinüüz filan? Deeb ki, heç nə elə gördügün nə varsa bıdı. Bizdə əkin-biçin yoxdu. Deyib ancağ var dövlətim çoxdu. Mən özüm bir dəneydim, xırdalan­mı­şam 10 dənə olmuşam, indi 10 dənəni yavaş-yavaş xırdale­yi­­ram, olar da artır. İnan mənim elə bi var-dövlətim var ki, özü də xırdalanan var dövlətdi. Helə xirdalanır, artır. Pılı xərjdiyər­sən qutarar, amma mənim bı var-dövlətimnən heç nə tükənir, nə bitir. Bı kişi də mat-mat baxır bının üzünə. Çatmır bına bı nə deyir. Deyib ağa bırda axı elə bi var-dövlət əldə eləməy ol­maz. Ağa deyər ki, bunnan böyük var-dövlət ola bilməz.

Atam hər günü üçün şükür eliyən adam olub. Bizlərə də onu həmməşə tövsiyə eliyərdi. Deyirdi, Allahtala sənə nəyi ve­rib ona qane ol! Sən Rəbbüü həmişə yadunda saxla, o da səni yaddan çıxarmaz inşallah.

Deyərdi, Allah adama həmişə iki dəfə gülür. Bi səni qal­dıranda yuksəyə, ətrafındakılar istiyir dartıb səni salsın yerə, onda gülür, bi də səni yıxanda, o yerdəkilər istiyir səni qal­dır­sın, bir də onda gülür ki, mən yıxıram eeee sən hara əl­lə­şir­sən? Sən mənim qüdrətin qarşısında kimsən?



Mir Əlican Ağanın qadının yuxusuna girməsi


Uşağ idim, 6-7 yaşım olardı, babamın qulluğunda du­rur­dum. Bi gün həyətdə durmuşdum, gördüm söhbət gedir qde-to 1970-ci illər olardı, bir maşın gəldi dayandı. Soruş­du­lar ki, ağanın evi buradı? Mir Əlican ağanın? Dedim ki, bəli. Balaca bir ev vardı o vaxtı. Qadınnardı, iki də kişi idi. Qadınnar gəl­dilər, sürünə-sürünə evin başında 3 dəfə fırrandılar. Baba rəh­mətdik də balkonda oturmuşdu.Yuxarı qalxanda həmən qa­dı­nın biri babanı gördü, huşu getdi özünnən. Dedi ki, bu kişi idi, Maskvada məəm qarşıma çıxan.

Deməli, məsələ nə idi. Olar gəldilər babanı tapdilar, qur­ban kəsmişdilər. Deməli, Maskvada, bu qadının qardaşı öz öv­ladın­nan avto avariya düşüblər. Belə olub ki, bı xəstəxananın hə­yə­tinə gündə gəlirmiş, deyirmişdər ki, vəziyyəti ağırdı, öləcək. Ölməsə, bunu tutacaxlar, günahkar budu. Qadın deer ki, Allah dərgahına əlimi qaldırdım ki, İlahi, özün kömək ol. Deer, başımı belə tutmuşdum yuxu məni tutdu. Yuxu tutanda bacımı gördüm dedi ki, Mir Əlican Ağanın cəddini çağır, o, köməy olar. Deer başımı belə qaldırdım, səs eşitdim. Dedi ki, qızım, noolub? Ba­şımı qaldırdım dedim, ağa, sənsən? Maskvada, xəstəxanada hə­yət­də gördüm onu. Deeb. dərdüü bilirəm. Allahı çağır, cəd­dimizi çağır. Hər şey yaxşı olar, narahat olma. Allaha iman gətir, yəni namaz qıl söbəti olub. Deer, gözümü belə yumdum, dedim, ay ağa, nə desən eliyərəm, başımı qaldırdım gördüm ağa yoxdu.

Üstünnən bir yarım saat keçdi, oturmuşuğ də hamımız. Birdən həkim gəldi, qaçdım qabağına, dedi ki, qardaşın özünə gəlir. Belə oldu ki, iki günnən sora ekspertizanın rəyi çıxdı və rəydə də çıxdı ki, həqiqətən günahkar başqa maşın imiş. Olar da alkaqol vəziyyətində olublarmış sən demə. Ordan deer, mən bacıma zəng elədim ki, bəs belə də, o seyidi tanıyırsan? Ba­cım dedi, mən sənə nə deyim bilmirəm valla, amma eşitmişəm, hardasa var Masallıda. Nə isə olar gəlib tapdılar, qurban kəsdilər. Bax bu mənim uşağlığ xatirələrimdi.


Mir Rəsul Ağa və atası Mir Əlican Ağa

Əvvəcə onu qeyd edim ki, babamız da, atamız da, burda anadan olmuyub. Yardımlı rayonunun Primbil kəndində olub­lar. Primbil seyiddərinnən olublar. Müharibədən sora, baba­mın o vaxtı 50 yaşı olub, arxa cəbhədə olub.Əmimiz də rəh­mə­tə gedənnən sora hardasa Bir-iki il sora 47-48-ci illərdə əvvəl köç eliyiblər Cəlilabada, sora 50-ci illərin əvvələrində bura köçüblər. O vaxta qədər burda yaşayış olmuyub.Yəni biz­dərdən söbət gedir.


Mir Rəsul Ağanın övlad verməsi

Atamızda da böyuk kəramət olub. Vaxtilə mən ədliyədə işdiyən zaman babamın, atamın cəddinin hansı qüvvədə oldu­ğunu mənim iş yoldaşdarım eşidmişdi. Mənim iş yoldaş­da­rım­nan biri evlənmişdi, amma yeddi ildi övladı olmurdu. Bir gün belə qərara gəldik biz cənub bölgəsi üzrə ezamiyyətə gə­lək, gələndə həmən yoldaş ki, var o da biznən gəldi. Nəsə bə­zi lazımi işdəri görənnən sora gəldik ağamın yanına. Otur­duğ söbət elədüy. Həmın adam dedi:

– Ağa, mən bi niyyətnən gəlmişəm.

Dedi:


– Demiyə bilərsən. Sənin övladın olmur. Bu qurudu, duruxdu.

Dedi:


– Allah sənə övlad verəcək. Amma bir şərtnən əyər sən özün namaz qılmağa imkanın yoxdursa, sənin valideynlə­rin­nən atan və yaxud da anan, kimsə namaz qılsın hec olma­sa.Yəni onun müqabilində.

Dedi ki, ağa, baş üstə. Üstünnən 3 ay keçmişdi, iş yol­daşıyığ mənə yaxınnaşdı, dedi ki, seyid xəbərin var əmi ola­cağsan. Deməli, Məhəmməd peyğəmbərin mövlud günü onun qızı oldu. İndinin indisində də həmən yoldaş deyir ki, sizin öv­ladınızdı, sizin qızınızdı. Bir neçə dəfə belə hadisələr olub. Atamın da, babamın da belə möcüzələri çox olub.


Mir Əlican Ağanın batan maşını çıxarmağı


Masallının uzağ bir kəndinə babam əlil bir qadına ərzağ, əlinə düşəni aparıb. Geri qayıdanda bərk yağış tutub, ax­şam­cağı olub. Avtobus da olmuyub geri qayıtmağa. Söhbət ge­dir 1960-cı illərdən. Qonşu kətdən biri təzə qaz 53 maşın alıbmış. Bora­digah qəsəbəsinnən qayıdanda görüb ki, yolda yağış ya­ğır, bir yaşdı kişi əl eliyir. Deeb, baxıb kinayənən ki, mən bu yağışda səni də götürəcəm? Nəsə saxlamıyıb. Maşın babadan ayrılan kimi xarab olub. Gedib qabaxda dayanıb, nə qədər eli­yib təzə maşındı tərpənmiyib yerinnən. Nəysə, deer, belə ot­muşdum bax­dım gördüm maşının qapısın aşdı kimsə, baxdım gördüm bu ağadı. Tanımıyıb də. Deeb ki, ağa, cəddivə qurban burda niyə sən? Deeb ki, burda əlil bir qadın var, ona ərzaq gətirmişdim. Deeb, bə niyə getmirsən? Deer ki, ağa getmir axı. Əlin belə deer vurdu maşına, dedi ya Allah deməynən ma­şın xoddandı. Mən də ağa da mindüy maşına. O qədər həyəcannandım ki, ma­şınnan nə vaxt gəlmişəm bilməmişəm. Şıx­lara çatanda, o vaxt da belə yollar yox idi, torpax yol idi. Yağış da yağdığına görə aləm palçığ idi. Baba deyib ki, bala, girmə bura, batarsan. Bur­dan da özüm piyada gedəcəm. De­dim, yox eee ağa, sən nə da­nı­şırsan. Namazın vaxtıdı. Deer, hələ də özümə gələ bilməmişəm.

Əlqərəz maşını saxladım, baba düşdü, getdi dəstəmaz almağa. Mən də dedim da maşını arxaya cevirim, batdı maşın. Elə batdı ki, təkərin axırına qədər. Nə qədər elədim gördüm ki, qeyri mümükündü çıxartmağ. İndi fikirrəşirəm ki, trak­tordan-zaddan tapım bu maşını çıxartmağa. Bi də gördüm ağa əlindəki suqabını qoydu gəldi. Dedi, mən sənə dedim axı girmə bura. Dedi, maşını xodda, dedim ağa maşın xoddadı. Əlin deer ki, maşına vurmağnan elə bil ki, maşını böyük bir traktor götürdü qoydu kənara. Maşın o sürətnən elə gəldi ki. Evə gəldim təzə evlənmişdim, ağlıyıram, yoldaşım baxır ki, sə­nə noolub. Deeb heç nə ağanın möcüzəsin görmüşəm. Sora kimə o maşın batan yeri göstərib deyirdim ki, mən burdan çıx­mışam heç kəsin inanmağı gəlmirdi.

1   ...   22   23   24   25   26   27   28   29   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə