ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ




Yüklə 2.19 Mb.
səhifə24/40
tarix27.02.2016
ölçüsü2.19 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   ...   40

Mən dilənçi deyiləm

Bir dənə də epizod danışım. Atam yetim uşağ olub. Se­mişka, siqaret satırmış. Bi dənə də özünnən böyük bacısı olub. Onun üzünə qapını bağlıyıb gedirmiş. Deeb yiyəsizük, heç kəsimiz yoxdu. Onu evdə qoyurmuş. Gedirmiş alver eli­yir­miş, gətirirmiş bacısına çörəy verirmiş. Yenə gedirmiş. Amma o, kasıblığnan heç kəsə əyilmiyib.

Bi gün bi İdris adında polis rəisi vardı. O deyər ki, o se­miş­ka satan uşağları tutun. Atam çox balaca olub. Deer, ha­mısı qaşdı, atamı başdeyıblar qovmağa. Bu gəlib çatıb, atama iki dənə elə şillə qoyub ki, atam dəyib yerə. Əlindəkilər da­ğı­lıb ye­rə. Soyuğ da hava imiş. Başında da o tüklü papağlar olur­­du yee qabağ, onnan var imiş. Tutublar bıları gətiriblər. Bı atamı çox incidib o adam. Qolunnan tutub belə sürüyüb. Gətirib salıb ota­ğa. Otağda da peç yanırmış. Atamın başınnan papağı alıb soxub o yanan peçin içinə. Peç sönər. Nə qədər eli­yər o peç yan­maz. Sora götürər bu papağı çırpar atama. Deeb götür rətdol.

Çıxıblar gediblər. Helə bı gedən kimi bı kişiyə xəbər gələr ki, evə gəlsün oğlu ölür. Gedib görüb ki, uşağı üzü qib­liyə çeviriblər, arvad çatan kimi deyib evün yıxılsün kimi sızıldadıbsan? Məən balam ölür. Deeb, Mirini vırmışam. Deeb tap gətir. Ooon əl, ayağınnan öpüm. Həm də uşağın ağzı əyilibmiş. Atamı düşüb axtarıblar sahatdarnan. Axırda tapıb­lar, gətiriblər. Bı gəlib girib içəri, balacaboy adam ola. Gorüb ki, arvad ağlıyır ki, ağa səən, başua dönüm, qucağlıyıb atamı, öpüb. Atam deeb ki, əlüü çək. Atamın da 10 -12 yaşı olub. O dəstə ki, var semişkaçı uşağlar, hamısı dəsteynən gəliblər ata­mın daleycan. Arvad deeb, ağa, uşağın adı Füzuli olub, Füzuli ölür ona əlüvü çək.

Deeb arvada:

– Ürəyın göyneyir?

Deeb ki, hə evladımdı. Deeb atası, anası hərəvüz bi qo­lu­na girün, uşağ ət kimidi. Durğuzun ayaq üstə tutun uşağı. Gör nə qədər hikkə olub atamda ki, otağın o başında uşağı tu­tub­lar, bı başınnan qaçıb gəlib ona iki dənə o şilləni qoyub. Ana­sı hiyyy eliyib. Atam deyib ki, səən ürəyin göynədi, məəm də anam olseydi, göyniyərdi bayağ səən ərün məni vı­ran­da. Gəlib əlin çəkib deeb ki, bına ölüm yoxdu.

Arvad gətirib veşılkada atama kastyum verib, deeb and olsun cətduə ki, kastyumu almuşuğ, bayrama bına geydir­mə­yə. Geyinmiyib. Bı sənün. Atam alıb çırpıb paltarı, deeb mən di­lən­çi döörəm. Mən öz qazancımı yeyirəm hələ. Mənə lazım döör.


* * *

O qədər səliqəli adam idi ki, bırdan çıxardı. Hər yan palçığ olardı, onun ayaqqabısının ancağ altı batardı. Elə bil göynən gedərdi.


* * *

Məsələn, kimsə uşağı gətirərdi yanına ki, ya bı diksinib, ya xəstədi, ya qorxub nəsə, hökman deyərdi ki, uşağı həkimə apa­run. Qurannan ayələr də oxuyardı ha, amma həkimə məsləhət görərdi.



Aparın gəzdirin

Bi dəfə Saatdıdan iki qardaş gəldi. Dedilər:

– Ağa, valla sorağlaşa-sorağlaşa gəlib çıxmışuğ bıra, iki qardaşa bir evladımız var. Nə qədər istiyirsən var-dövlətimiz var də, yəni yer-yurdumuz, malımız-heyvanımız hər cür. Bı uşağ gecələr durur, çıxır gedir, gəzir. Bunu yığışdıra bilmirüy biz. Ya qoşulur bu uşağlara, hər cür maddıyyatı var də. Gedir ora bıra. Bı uşağı biz ipə-sapa yatızdıra bilmirüy də. Evə salıb qapını bağlıyiruy alınmır. Nəsə bizə bi əlac qıl, ağa, qurban olum.

Mir Tağı Ağa saldı uşağı içəri tək tənha, mənə də göz elədi ki, gəl içəri bu uşağa bir-iki suallar ver. Dedi ki, soruş dos­t­arı onu niyə çox istiyir? Onnan nə tələb eliyillər, nəydən xo­şu gəlmir. Getdim soruşdum. Gəldim uşağın dediklərin ağa­ma dedim. Sora özü girdi içəri, bir neçə dəqiqə söbət elə­di. Sora oturdular çay-çörəy yedilər, atam dedi, bu uşağı götür 3-4 ay çıxart bu ölkədən. Düşdüyü mühütdən çıxart apar bını. Bu mühütdən tamam uzağlaşdır bı uşağı. Nə narazılığun olsa, sora mənə deyərsən.

Bir yarım ildən sora, rəhmətdiy Səkinə bibi gəldi, dedi evləndiriblər o uşağı. Elə o vaxt da aparıblar onda bir neçə müd­dətə çıxardıblar ölkədən. Deer, qayıdıb gələnnən sora heç o uşağları yaxın qoymuyub. O dostdarı qəti sürətdə yaxın qoy­muyub.

Qazana bilirsən get qazan

Bi nəfər o biri qardaşımı – Mir Əli qardaşımı çox in­citdi, amma bı ona o qədər güzəşt elədi, elədi. Dedi:

– Yox ee, ağa, belə evüü də sat mənə ver, son nöktə belə gəldi də.

Bı dayandı, dedi:

– İndi get, gorüm nə qazanırsan qazan.

Adi maşın əzilmə haqq hesabında olmuşdu bı şey. İs­pi­sat maşını bına düzəltdirdi. Baş idarədən bına zəng vırdılar ki, ağa, o maşın ispisatdı. Sən ona heş nə qoyma. Olar onçün ci­na­yət daşıyır. Amma dedi, yox eee, onnan çörəy qazanır, qoy düzəldim. Düzəltdi verdi, dedi:

– Yox eee əlavə nəsə də verməlisən mənə. Bı da bezdi yazığ, dedi, qazana bilirsən indi get qazan.

İnanun bir-birinin dalıycan olarda dört hüzür birdən düş­dü. Düşdülər bının ayağına, bı da dedi ki, mən sizə qarğış eləməmişəm, sadəcə dedim qazana bilzöz qazanın. Bı evin qədəri qədər qazana bilsən, get qazan.



Məzluma kömək elə

Həmişə mənə deerdi ki, oğlum, işdiyirsən, çörəy qaza­nırsan, həmişə məzluma köməy elə. İnanun o söz mənim bey­nimdə elə qalıb ki, indi də Masallının elə bir kəndi-kəsəyi yox­du ki, orda məni tanımasınnar. Hara getmişəm, harda otur­muşam, hamı deyib sənin aton çox gözəl insan idi.

O, ölən günü isə dedim hə gör biz nə qədər böyük insanı itirdik. Ağlım kəsmiyən tanıdığım-tanımadığım adamlar gəlib bırda elə ağlıyırdılar, məəttəl qalırdım, əşi.

Öz ölümünü bilmək

Ölümünə qədər bilmişdi. Səhərə yaxın idi, namazı qıl­mış­dı. Mən də bırda yatmırdım, o ocağ evində yatırdım. Gör­düm o balaca qardaşım gəldi ki, bəs kişinin nəsə halı dönüb. Gəldim bıra gördüm, kişi uzanıb üzü qibliyə, tər basıb. Sildüy tərini zadını, dedi, bala, qorxmeyün, bı tər o tərdən dö­yül. Mən gedirəm. Bir-birüzdən müğayət olun. Mənim vax­tım tamamlandı. Heş nədən qorxmeyün, heş nədən çəkinme­yün. Ölüm ölümdü. Bir gün gəlmişüy, bir gün güdəcüy. Dedi:

– Mən gedirəm, mənnən sora yerimdə o böyük qar­da­şıvuzdu. Ba bı ardıcıllığ getməlidi.

Mən ağanın altıncı oğluyam. Atam deyərdi ki, daim ça­lı­şun cəmiyyətə xeyirivüz dəysin. İnsannara bacardığca yax­şılığ eliyün, onnarı da yaxşılığa sövq eliyün. Məsələn, mə­nim əhatəmdə olan sinif yoldaşdarımızın əksəriyyəti içən idilər. Am­ma indi, hamısı namaz qılır. Bu da bizə atamnan tərbiyədi ki, cəmiyətə xeyrivüz dəysin. Mənim şəxsən özümə deyib ki, pis vərdişlərə qurşanson, sənə atalığ haqqımı halal eləmərəm. Deyirdi, insana iki şey qalır həyatda. Bir rəhmət, bir lənət. Ça­lışun lənət qazanmıyun. Bu, çox asan bi şeydi. Onu hamı qazana bilər. Amma rəhməti qazanmağ çox çətindi.


* * *

Bi dəfə məktəbdən gəlirdim, bi nəfər qonşu dedi, gözdə gözdə, mən də uşağam məktəbdən gəlirəm. Dedim:

– Nə işdi?

Dedi:


– Sənə bi şey verəcəm.

Dedim:


– Nə?

Gördüm cücədi iki dənə, bağlıyıb qəzetdə büküb, gətirdi verməyə mənə. Dedim:

– Bu nədi?

Dedi:


– Sizə cədd malı verirəm.

Dedim:


– Biz dilənçi-zad döyülük. Cədd malı verən ocağa gələr. Mən sənçin yükdaşıyan deyiləm.

Dedi:


– Niyə elə bəs?

Dedim:


– Elə döyül, məə belə tərbiyə veriblər ki, yolda sənə nə­sə versələr, qəbul eləmə. Sən ağzunda ağa deyirsən. Ağa cə­miy­yətin elitasıdı.

Bı baxdı belə. Bıy ağa bağışda. Atam bizə deyərdi ki, oğul ağalığı özüvüzə şüar tutub, işivüzü aşırmoun.



1   ...   20   21   22   23   24   25   26   27   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə