ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ




Yüklə 2.19 Mb.
səhifə2/40
tarix27.02.2016
ölçüsü2.19 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   40

Son Söz

Bir zamanlar Türkiyədə Qaziantep Universitetində müəl­­lim işləyərkən Güney-Doğu Anadolu bölgəsində 18 aylıq toplama, sistemləşdirmə, dəyərləndirmə və mədəni kimlik məsələləri ilə bağlı bir layihə çərçivəsində Yavuz elində bir ağsaqqaldan, nədən insanlarımızın yaddaşında nağıl, əfsanə, rə­vayət kimi folklor janrları çox az qalıb, – deyə soruşduqda söyləyici “O atlılar ki, vardı, gözəl atlarına minib getdilər” kimi çoxanlamlı bir cavab vermişdi. Bugünkü folklorun duru­munu obrazlı şəkildə atlarına minib gedən, yerində piya­da­lar qalan bir topluma bənzətmək mümkündür.

Texnologiyanın sürətlə məişətimizi işğal etdiyi bir za­manda piyadalaşan, mənəvi dünyası kiçilən bir cəmiyyət for­malaşır ki, bu bizi biz edən, bizi özgələşməyə qoymayan folk­lorun faciəsidir. Folklorun sahəsi hər gün daha da daralır, mənəviyyatımızın aynası, kimliyimizin pasportu olan klassik folklor sürətlə ölür, icra ortamından (auditoriyasından) çıxır. Ölən folklorun yerini süni kişilik, süni namus, süni ailə müna­sibətləri haqqında çəkilən dizilər (seriallar) tutur. Mənşəyi mə­­lum olmayan, məqsədi isə bizi yadlaşdıran, özgələşdirən teleşoular, teleseriallar, əyləncə proqramları və daha nələr təhkiyə folklorunu sıxışdırıb ortadan çıxarır.

Son olaraq demək lazımdır ki, folklorun regional kon­tekstdə bölgələr üzrə toplanması gələcəkdə folklor atlaslarının yaranmasına, folklor fondunun tərkibinin təyin və təsbit edil­məsinə, janrların yayılma sahəsinin və tezliyinin öyrənil­mə­si­nə yardım edəcəkdir.

Sonda Masallı folklorunun toplanmasında, hazırlanma­sında mənə yardım etmiş insanlara – başda İctimai-siyasi və hu­manitar məsələlər üzrə Masallı Rayon İcra Hakimiyyəti baş­çısının müavini Nəsir Muxtarlıya, Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Lətifə Mövsümovaya, Masallı şəhər mədəniyyət evinin direktoru Vəkil İsmayılova, Masallı Rayon İcra Hakimiyyəti Hüquq Şöbəsinin məsləhətçisi Hikmət Xəli­lova, Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik Ya­şı­na çat­mayanların işləri və hüquqlarının müdafiəsi üzrə komis­si­yanın məsul katibi Qulam Şükürova, İctimai-siyasi və hu­ma­nitar şöbəsinin baş məsləhətçisi Gülşən Xəlilovaya, dostlarım Lətif Babayevə, Arif Fərzəliyevə təşəkkür edirəm.

Ayrıca Masallı Folkloru kitabını hazırlama layihəsini dəstəkləyən Folklor İnstitutunun direktoru Muxtar İmanova, top­lama və hazırlama prosesində Folklor İnstitutunun əmək­daşlarından Çiçək Əfəndiyevaya, Nailə Rəhimbəyliyə, Nuridə Muxtarzadəyə, Qurban Əliyevə, Tünzalə Məmmə­dovaya, Vü­salə Kərimovaya, İlahə Heybətovaya və digərlə­rinə də tə­şəkkür etməyi özümə borc bilirəm.



Füzuli Bayat

1. İNANCLAR



Namazın növləri
Günəş tutulanda bizdə namaz qılıllar, ayət namazı. “ƏssAllah”nan başlıyır, “Həmd”dən sonra beş dəfə “İxlası” oxuyursan, ya da “İxlası” beş yerə bölürsən. Gündü, küləydi, qara küləkdi, bulara ayət namazı qılınır. İnsan rəhmətə ge­dən­nən sora, mən əgər rəhmətə getmişəmsə, namazı qılmı­ram­sa, heç namaz qılmamışamsa, mənim yaşımdan on beş yaş çı­xır­lar, on beşi vurullar ikiyə. Ayət namazı qılırlar küləydi, zəl­zə­lədi belə-belə şeylərə.

Vəhsət namazı vacibdi, ona görə ki, qəbir evində birinci gecə qəbir əzabı onun üçün hasan keçsin. O ölüm ki, Allah-tala yazıb, nə bir saniyə bu üzə ola bilər, nə bir saniyə o üzə. Başqa deyimlər hamısı boş şeydi.


Çillələr haqqında
Kiçik çillə deyir ki, ömrüm az, qabağım yaz. Böyük çillə qırx gündü, dekabrın 21-i başlıyır. Yanvarın 30-da qur­tarır. Böyük çilləynən kiçik çillənin arasında Xıdır var. Xıdır dörd gün böyük çillədən götürür, üç gün kiçik çillədən. Kiçik çillə çaxmaq olur, kiçik çillə müsübət olur. Ona görə deyir ömrüm az, qabağım yaz. Sonra var oğrubığ, doğrubığ. Oğru­bığdan sora doğrubığ gəlir.
Şeytan haqqında
Öz ənənəmizdə deyirik ki, şeytan pis adamlardı – bizi azdırır, bizi yolundan eliyir. Məsələn, şeytan girir qəlbimizə bir də görürsən, yolumuzu azırıq. Ondan sora oğurruğa ge­dirik, pis əməllərə gedirik. Onu şeytan eliyir.
Göy qurşağı
Göydə yeddi dənə rəng belə gedir a, göy qurşağı odur. Bax, Əlinin Fatiməynən evlənmə mərasimidi. Yeddi rəng or­dan qalıb. Onnarın toylarında asiman bəzənib. Səmada olub onnarın toyları. Olar əmiqızı, əmioğludular. Ona görə deyir­lər: əmiqızı əmioğlu məhrəm olar. Kəbinnəri göydə kəsilər. Yeddi rəng olarındı. Göy qurşağının altından keçəndə xoş­bəxtlik gətirər. Ona baxarsan, salavat çəkərsən. Onnan sora ürəyindən xoş şeylər keçər.
Müqəddəs quşlar
Müqqəddəs quşdu qaranquş. Qaranquşu vurmaq olmaz. Qa­ranquş Kərbəladan xəbər gətirib. Hacıleyleyin ayağı niyə qır­mızıdı? Orda qana batıb gəlib. Göyərçin də Kərbəla müsü­bə­­tini görüb. Ona görə müqqəddəsdi. Vurmaq, öldürmək olmaz.
Arı
Arı Allah-talanın ən gözəl nemət verən həşəratların­dan­dı. Arının əzaları dəvənin əzaları ilə eynidir. Onun verdiyi bal dünyada hər şeydən yüksəkdi. Arıdan xəbər alıblar ki, sən ge­dirsən acı çiçəylərdən acı çəkirsən, bal əmələ gətirirsən. Deyir:

– Mən hər xortumumu salıb onun şirəsini çəkəndə, mən bir salavat çəkirəm, ona görə o, bala çevrilir, şirin olur.


* * *

Göydə hər kəsənin bir ulduzu var. Səyyarə də ulduzdu, Şövkət də ulduzdu, Ülkər də ulduzdu. Ulduzlar səmada olan cisimlərdir. Allah-tala oları elə yaradıbdır ki, göynən yerin arasındadır.


* * *

Küləy əsəndə namaz qılırığ iki rukət.


* * *

Yağış yağması üçün əlimizi qaldırarığ Allaha, deyirik İlahi, rəhm eylə.


* * *

Məsələn deyərlər ki, qırx günlük çiləsi çıxmamış körpə uşağın başının altına çörək qoymasan, su qoymasan, pis olar. Uşağı qırxı çıxmadan ağacın altınnan keçirtməzlər. Ağacın altınnan keçirdəndə o qorxar. O qorxar, beyni tərpənər, his­siyatı azalar. Körpə anadan olanda qırx gün qonşudan, dualı adamdan onun evinə gedə bilməz. Əgər dua üstündə o, uşağın üstünə getsə, o uşağ tələf olar. Qırx gün çilədən gərək uşağı qo­ruyasan. Gələn adamların hamısını elə çöldə saxlayırsan, içəri qoymursan. Uşağı çıxardırsan, qapının üstünə tutursan, hə­min adam altdan keçər. Onda körpə çiləyə düşməz. Çiləyə düşəndə uşağ qıçını-qıçının üstünə keçirəcək. Sora arığlıyar, eybəcər fason olar. Biz uşağlarımızı belə qorumuşuq. Bunnan qabağ qırx gün yatardılar. İndi elə deyil axı. Bir dənə şişi ba­şı­na keçirib fırrıyardılar arvadın, həmin gəlinin – doğanın dörd tərəfinə. Üç dəfə o durannan sora edərdilər. Onu götürüb atardılar çölə.

* * *

Mis çalırlar Ay tutulanda.


* * *

Keçmişdə Ay tutulanda, Gün tutulanda mis çalarmışlar.


Göz dəymə
Uşağlara göz dəyəndə qızdırma – zad gəlirdi. Uzərrigi, pambığı, duzu – bu üçünü də qoyardılar bi qaba, yandı­rard­ılar. Onun tüstüsünü evin dört bi yanına verərdilər, uşağın da başına fırradardılar. Evin, uşağın azar-bezarı ücün eliyirdilər. Kecmişdə günortadan sora evə süpürgə vurmazdılar ki, sü­pür­gə axşamın mal ayağında evə vurulanda, onun düşər-düşməzi olur. Evin bərəkəti qacar.

Məsumlar
Kim ki deyir, ibadətkaram mən, günahkar deyiləm, gü­na­hım yoxdur, inanma. Hamımızın günahı var. 124 min pey­ğəmbəri Allah-taala bəxş eliyib dünyaya, onnarın da günahı var. Təkcə 14 məsum və məsumə günahkar deyıl. Pak və tə­mizdir. Bu da peyğəmbər, Əli Əleyissalamdır. On bir övladı ilə xanım Fatimeyi-Zəhradı. Dünyaya pak gəlib, pak gedirlər. Yəni oların nə sorğusu var, nə günahı, nə də əzabları.
Şükür etmək
Allah-taala nə qədər əzab verseydi o peyğəmbərə, başın qaldırıb ötəndən sora, deyərdi, İlahi, çox şükür sənə, dər­ga­hıva, çox şükür sənin böyüklüyüvə.

Başına daş vururdular, ağacla vururdular, üzünə tüpü­rür­dülər. Biri dəli deyirdi, biri səfil deyirdi. Hamı deyirdi, onun başı xarabdı. Amma ona nə qədər zülm elədilərsə də, hə­mişə deyərdi, çox şükür sənə, Ya Rəbb, hər kim ki nə qədər şükür eləsə, o, Allahın dostudur.

* * *

Səhər tezdən durursan, axşam məsəl üçün görürsən ki, Ay çıxıb. Deyirsən:



– Allahun məssəlli əla Muhəmmədin və ali Muhəmməd. Günəşi də görəndə deyirsən, Ayı da görəndə.

* * *


Toyunda yağış yağanda, qar yağanda deyirsən, qazan dibi yemisən a.

* * *


Cənamaz isladırdığ, yağış yağsın. Əkin qalıb axı, yağış yağsın. Qabağdakı “Ərrəhman” oxuyurdu, ruzi oxuyurdu. Ge­də-gedə, biz də onun dalınca. Yağış çox yağanda su basırdı ölkəni Dayansın deyə onda çıxırdı camaat müsəlliyə.
* * *

Uşağın dişi çıxanda qoyun baş-ayağı qatırdığ, bişirirdik.


* * *

Uşağ gəzmiyəndə, gec gəzəndə aparırdılar, qoyurdular zənbilə. Öybəöy gəzdirirdilər. Yağ verən verirdi, yumurta ve­rən verirdi. Öy yiyəsi onu bişirərdi, paylıyırdı qohum-qonşu­ya.


* * *

Dil açmıyan uşağa da dua yazdırırdılar. Aparırdılar molla yanına. Qəbirsanlığa aparırdılar, yeddi qəbrə atırdılar uşağı. Uşağ qışqırırdı. Gedirdilər, götürürdülər.

* * *

Çiləyə düşən uşağı, gec danışan uşağı atırdılar qəbrə. Özləri çəkilirdi dala. Uşağ nənə görmüyəndə qışqırır axı. Uşağ qışqırırdı, tez qaçıb götürürdülər.


* * *

Yuxu belədi, ayın iyirmi ikisindən sonra nə yuxu gör­sön, o, düz olar. Ancax müsəlman ayında. And belədi birinin be­lə səhvi var, ya boşuyur arvadın, ya evdə davası düşür, ya­lan­nan and içir, Allah keçər.

* * *

Gecə güzgüyə baxarsan, şeytan səni azdırar, dəli olarsan.


* * *

Gecə incil altından keçmək olmaz.


* * *

Haran ağrıyır, hərəkətin yoxdu, get göy söyüdü qucağla denən ki, düzgünnüyümü verirəm sənə, düzgünnüyüvü ver mənə. Üç dəfə o söyüd yanacağ, sən diriləcəysən.

* * *

Qabağ oğlan uşağını ocağa tos tutarmışlar, ya səkiyə bir belə üstünə su səpirsən. Yeyərdilər, düyünü bir qırağa tökər­di­lər, deyərdilər, onda toyuğun da payı var. Biz yeyərdik, hə­mişə süfrəni aparıb həyətə çırpardığ.


* * *

Həyəti süpürüb küncə yığarsan a, o, kifirlikdi.

* * *

Qədimdə deyərdilər, süpürgəynən süpürüb küncə yığ­ma, cinlər yığılar ora.


Aşura, məhərrəmlik
O vaxtı plov bişirərdilər, tökərdilər məcmeyə, aparar­dılar məçid qabağına. Məçid qabağında tökərdilər onu zən­bilə, aparardılar. Zənbil sənbil deməkdi. Aşura günü halva-yu­xa pay­lıyardılar. Şəbeh tamaşası olardı. Buların biri İmam Hü­se­yin olarmış, biri Əbəlfəz olarmış. Atın üstündə al qanın içində olarmışlar. Zincir vurarmışlar. Ocağın qabağı dolu olar­mış. Ələ­mi aparardılar gəzdirərdilər. Mərsiyə deyərdilər. Bir qiya­mət olurdu. Səhərəcən “Hüseyin” deyə-deyə sinə vurardılar.

Məhərrəmlikdə günahdı oruc tutmaq. Aşura səhəri xö­rəy bişirərdilər. İmamın üçün verərdilər, yeddisin verərdilər. İmamın yeddisi ehsan verərdilər. Teş qoyurduğ, içinə su qo­yurduğ. Bir dənə qab qoyurduğ yanına, üstünün qarynan ör­tür­dük. Qırxınacan o teş qalardı. O suyu içirdilər, deyirdilər kimyədi. Teşdin suyu qalırdı. Məsələn, bu gün anan xəstə ol­du, gətir ver içsin. Uşağın xəstə oldu, teşdin suyun ver içsin, şəfa tapsın. Adi sudan olurdu. Yığılan pulu verirdik imamın yeddisində imam ehsanı.


* * *

Məhərrəmlik ayında kəndimizdəki evlərdə təkiyyə bə­zi­yirdilər. Kişilər bu evə gedirdi. Zənənlər bir başqa evə ge­dirdi. Ağlıyırdılar ordan dururdular. Kimin qəlbi sınığdı, ölü­sü ölüb, müharibədə şəhid olub gəlmiyib, o evlərə, həyət­lərə gedirdik. Yığışırdığ, gedirdik qəbirsanlığa, o qəbirsan­lı­ğın dörd tərəfin tolanırdıq, ağı deyirdik, ağlıyırdıq.


* * *

Deer sufrəni gecə çırpmaq olmaz. Əyər çırpasan da tən­dirxanaya çırpmaq lazımdır ki, evin bərəkəti qaçmasın. Ayağ alta çırpmıyasan.


* * *

Baş tükünü ayağ altina atmaq olmaz. Saçıvı daradun, yu­mır­ra biyaz üssinə tüpir, qoy bi yerə. Sabah atarsan, gecə olmaz.

* * *

Qız uşağı gecə güzgüyə baxmaz, baxtı bağlanar. Bi də gecə baxmaq olmaz ki, lapdan xoflanarsan, şəklənərsən.



* * *

Bizdə belədi, Ay tutulanda vedrəyə döyürlər danq-danq, dəmirnən döyürlər ki, Ay açılsın. Namazı var, iki rükər ayət namazı qılırsan. Şüşəni qaraldırsan, hisnən baxırsan ki, Ay tutulub, ya da tutulmuyub.


* * *

Yuxu görəndə isə suya danışırsan. Hər adama yuxu da­nışmazlar. Arvad görən yuxunu tərsinə yozurlar.


* * *

Yağış yağmayanda ehsan verirsən ki, yağış yağsın.

* * *

Uşağın başının altına bıcax qoyurlar ki, qorxmasın. Bu, Quranı əvəz edir.


Söyləyicilər:

Rəfayıl Vahabov, doğum tarixi 1944, təhsili ali, Göylənni kəndi

Həcər Həsənova, doğum tarixi 1950, təhsili orta, Şərəfə kəndi

Ələkbər Ələkbərov, doğum tarixi 1928, təhsili orta-ixtisas, Qızılağac kəndi

Şabikə Bəşirova, 75 yaş, təhsili yoxdur, Dadva kəndi

Südabə İsayeva, doğum tarixi 1952, təhsili orta, Ərkivan kəndi

Mənsurə Abdullayeva, doğum tarix 1933, təhsili yoxdur, Qızılağac kəndi

Gülcahan Ələkbərova, doğum tarixi 1927, təhsili yoxdur, Qızılagac kəndi

Gülsüm Muradova, doğum tarixi 1937, təhsili 5-ci sinif, Xallıcalı kəndi.

Fatma Tağıyeva (Pərzad), doğum tarixi 1938, təhsili 7 illik, Gəyəçöl kəndi

Mövsüm Ağayev, doğum tarixi 1932, təhsili 7 illik, Ərkivan kəndi

Bulqeyis Gözəlova, doğum tarixi 1947, təhsili orta, Xırman­dalı kəndi


Toplayanlar:

Füzuli Bayat (Gözəlov)

Çiçək Əfəndiyeva

Nuridə Muxtarzadə


1   2   3   4   5   6   7   8   9   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə