ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ




Yüklə 2.19 Mb.
səhifə17/40
tarix27.02.2016
ölçüsü2.19 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   40

Yağış yağdırma

Hətta bizdə Masallı rayonunda o vaxtı keçmiş katib olub, deyib, ağa, seyidsənsə, yağış yağdır, çəltik gedir əldən, bura çəltikçilik rayonu olub da. Bu ərazilər su olub. Masallıda o vaxtı bütöv ərazilər Xəzər dənizi olub. İki dənə kənd olub bizdə Ərçüvan və Bambaşı (Zəm-zəm kəndi) olub. Belə de­yil­lər. Kəndin tarixi böyükdü. Deyib, ağa, bir yağış yağdır da, başçı çağırıb onları keçmiş katib deyirdilər də Sovet vaxtı. Ağanın qurşağı var da. Bu qurşağı biz saxlıyuruğ. Vermişüy bacımıza. Çırpar bu qurşağı yerə, çırpar özün yerə, əzilər, eli­yər. Saat yarımnan sora bir dənə leysan başdıyar bırda, gələr deyər, ağa, məni bağışda, mənim ürəyimnən başqa şey ke­çirdi. Həqiqətən də sizdə var belə şeylər.

Gəldilər babamın ocağını istədilər eləsinnər, mən ziyalı adamam. Özümün də imkanım, uşağlarım var. Mənim on ba­cım var, üzr istəyirəm, özümün də 4 övladım var, 6 nəvəm var. Gəldilər, mənə dedilər ki, belə bir ocağ yaratmağ istü­yü­rüy, mən fikirrəşdim ki, bu ocağı mən yaradım. Bacılarımnan mehribanam, yeznələrnən mehribanam, tay bu ocağa nələr gələcey, pul gələcey. Sora da mən olacam bacı düşmanı. Onu mən ləğv elədim. Həqiqi deyirəm a. Heç şəklini də vermədim. Babam ağır seyid olub həddinnən artığ. Adı Seyid ağa idi. Ən böyük seyid olub.

Çinar Ağacı

İran qranisində Pirzoba ocağı var, mənim babam ordandı, oların törəmələrinnəndi. Babamın tayfası hamısı orda olub. Hə­min ocağın ortasında bi dənə quran evi olub. Kim gedərmiş nə niyyətə, nə işə, o ocağa nəzir boyun alarmış, evi üçün, canı üçün, balası üçün gedərmiş ora, o Quranın qapısında başın qo­yar­­mış ora. Mən xəstəydim, özüm üçün getmişəm ora, 3 ayın gəlini idim onda, dərd tapmışdım. Cavan qardaş itirmişdim. Hə, nəsə apardılar məni ora. O Quran qapısına belənci başımı qoy­dum ora, üzümü tutdum ocağın içinə. Həmin o Quran ocağına. Gözüvü diriyirsən o qarannığ yerə. Baxdım gördüm ki, gözumə çinar ağacları göründü. Bizim yerdərdə olmur o ağaclardan. Yamyaşıl ağaclar o qarannığ yerdə belə gedir, belə gedir. Ora gedənnər gedib, yatıb yuxu görüllər, durub danışıllar ocağın yi­yə­sinə. O da yozur. Düzdü, mən yuxu görmədim. Nə qədər elədim, görə bilmədim. Amma belə bi şey gördüm.

Durdum danışdım ki, hal-qəziyyə belə. Ocağın yiyəsi dedi, qızım, get, əlüü at qulağuun dibinə, rahat ol. Binnan da sə­nin azarun, bezarun getdi. Day bınnan sora sən xəstəlik gör­məzsən. Özü də yeriyə bilməzdim. Allahın birriginə and olsun, bala, düz padyomudu, yol mil kimi üzüyuxarı. Düşüb cıxmağ zulum idi. Mən də dedim, ay Allah, necə çıxacam, düşəcəm. Elə düşdüm quş kimi. Azarımı da elə o ocağda qoydum. Hə? bax Pirzoba ocağının kəramətini mən görmüşəm.

Ya babalarımın cəddi

Seyid Məhəmməd aga da ki, olar İrandan kecmiş seyid­lərdir. Bilmirəm, 1928-ci illərdə, ya da neçənci illərdə, bil­mi­rəm İrandan üc nəfər adam kecillərmiş Azərbaycana, bu tayda quldurlar bunnarı tutullar. Bunnarın iksin başın kəsiblər. Se­yid Məhəmmədin dədəsinin də başını kəsmək istəyəndə de­yib, ya babalarımın, cəddi mənə köməy ol.

Lapdan bi nəfər gəlib deyib jandarmalar gəldilər. Deyir, necə yəni gəldilər? Deyib qoy bunun da başını kəsim. O biri yoldaşı deyib ki, burax onu, o da buraxıb qaçır. Bıçax bunun bo­ğazını bir az kəsibmiş. Kişi əlini ordan elə basır, qan da­ya­nır. Quldurlar qacır gedir, iki nəfər ölür. Bu gəlir kecir bizim kəndə, ona yer verirlər. Burada evlənir, ondan Mirsəmiəddin ağa adlı oğlu olur. Seyid Məhəmməd ağa da, o ölməyib, qalan seyidin nəvəsidir. Hə, Mirsəmiəddin ağa, ondan da olub, Mir­səmid, Mir Daməd, Seyid Məhəmməd.

İmamzadə

Bu yaxında bir kişi gəldi Cəlilabaddan, iki gəlindi, ar­vad-uşağnan, bi yerdə əyləşdilər orda. Gedəndə bı arvad gö­türdü başının yaylığını qoydu burda, dedim xeyir ola?

Dedi:

– Bir il bunnan qabağ mən bu yaylığı götürmüşəm, üzr istiyirəm, gəlinimin uşağı yox idi. Mən onu bağlamışam gə­li­ni­min belinə, indi Allaha çox şükür, uşağı oldu. İndi bi niy­yətim də var, o da olsun, gənə gələrəm.



Bi də mən öz gözümnən görmüşəm. Bir kişi var idi, ma­ğazinçiydi, yaşdı kişiydi. Bunun ağzı belə getmişdi. Ya­dım­dadı, gələrdi, burda yatardı sonra ağzı düzəldi.

Lap ulu babalarımız söybət eliyərdilər ki, o vaxt bırda qə­bir olub, deyiblər ki, imam qəbridi bu, hələ o vaxtı ulu ba­ba­larımız gediblər meşədən ağac-zad gətiriblər. Necə çöldə qarolçu binası yoxdi? Hə o formada onunçın bi dənə bina dü­zəl­diblər. Bi dövr keçənnən sora helə deer bırda işığ yanar­mış o vaxtı, gecələr. Sora camaat bir az zad olannan sora çiy kər­picdən balaca bi dənə bina tikiblər. Sora yenə bi müd­dət­dən sora hökümətin lap əvvəlində o dağılıb, qırmızı kərpicdən daş parçasınnan tikiblər.

Demək, biz bi gün Maskvadaydüg, 1995-ci ildən sorakı söbətdi. Nənəmiz seyid arvad idi, uşağlar dedi ki, gəlin nə­nə­min qəbri üstə bi dənə məqbərə tikəy. Dedim yox, yaxşı alın­maz, heç kimdə yoxdı, bi dənə bizdə olsun, lazım döyil. On­nan­sa gəlin bu piri, İmamzadəni, biz düzəldəy, İmamzadə oca­ğını da yəni.
* * *

Əli Rza, Piri Zəhra imam balasıdı, Pir İmamzadə Əli Rza­nın adınadı, ordakı qəbirsə 7-ci imam Museyi Kazımın qız nəvəsinindi. Əsasən də cümə günləri gəlillər bura ziyarətə.



İmamzadə ocağının kəramətləri

El arasında pir yox, ocax deyillər. Sora dedim Vallah, mən biy az hökumətdən qorxan adamam, gedib xəbərin bilə­rəm, onnan sora. Gəldim Mirqiyas Ağanın yanına, dini ida­rə­nin başçışı (qazi), dedim, belə bir vəziyyət var, uşağlar is­si­yil­lər buranı bərpa eləsinnər. Dedi:

– Gedək onda icra aparatına.

Getdik Şirəli məllimin yanına, icra başçısı o idi onda. 2000-ci ilin söbətidi, nəysə razılaşdılar. Sora getdüy Mask­vi­yə, orda lahiyə, zad təşkil elədüy, orda getdüy dini idaralara, Maskvada lahiyə gətirdüy oralara, sora genə getdim icraya. Bax­dılar, Mirqiyas Ağa dini rəhbərdi getdüy baxdılar, razılaş­dılar. Dedim ağa, gəlün mən qorxan adamam, gəl ipi sən çək­gi­nən. Ağa özü gəldi ipi çəkdüy, qalanı bizim boynumuza. Am­ma nə məzara, nə də bırda balaca bi bina var idi, heç ona da əl vurmaduy. Mən elə gözümü açannan elə bu qəbir bura­dadır. Usta gəldi, dedim usta, o qəbir necə var, bir daş da tər­pətmədən ətrafını götürdüy. Üstünü də gördüyünüz kimi belə bəzədüy, kənarrarda da qəbirsannığ elə də qaldı. Dedim, indi Allahın sirridi də, necə onu tərpətməy olar eee.

Adamlar başdadı axışmağa, nə bilim biri dedi, Ilahi, oğ­lum sağ-salamat əsgər getsin gəlsin, gələrəm bura. Getmə­mişdən qabağ gəlib ziyarət eliyillər. Təzə evlənənnər gəlib bu­ranı ziyarət eliyillər, Həccə, Kərbəlaya gedənlər tez-tez gə­lil­lər bura. Mən atamnan da eşıtmışəm ki, deer Kərbəlaya gedən birinci buranı ziyarət eləməlidi.

Bizdə kolxoz var idi, təftişkomun sədri var idi. Ona deyiblər ki, get İmamzadəni bağla. Bu da gəlir İmamzadə qa­pı­sına qıfil vurur, çəpərdən keçəndə paya batır bının boğa­zına. Onun üzü elə ölənəcən elə şiş qaldı. Sora dedilər ki, bəs bu niyə oldu? Deyir ki, bəs gedirdim ocağı bağlamağa, on­nan­dı. Gəlib görüllər ki, aaa qıfıl yoxdu üstundə.

Bakıdan hansısa muzeyin direktoru idi, dört nəfər idilər, gəldi dedi, mən bura dügün vurmuşdum, açılıb. Soruşdum nə işdi, xeyir ola?

Dedi:


– Mənim qızım ərə getmirdi, indi gedib, düyünüm açı­lıb.

O vaxtı, mən vəzifədə olanda kamsamol, partkom, həm­kar, ispalkom, direktor, sora bələdiyyəyə qədər 29 il mən bu distansiyalarda işləmişəm.O vaxtı mən kənd soveti işdiyəndə uşağ istədi hüquqa girsin, dedi bəs götürmüllər, bəs gərək fəh­lə balası ola, atası vəzifədədi, getdi tarixə imtahan verdi, sə­nəddərin aldı. Dedim, niyə alırsan? Dedi, bəs belə də. Mək­tə­bi də qızıl medalnan qutarırdı, sora direktora dedim biyaz yax­­şı alınmaz, deyəllər atası vəzifədədi deyə ona qızıl medal verdilər. Ona bi dənə 4 yaz, yazdı, hə, yaxşı oxuyurdu. Sora oxu­du getdi əsgər, gəldi, onda da mən direktor keşdim. Gənə hüquqa götürmədilər, dedilər, gərək fəhlə balası olsun. Nə isə uşağ da ruhdan düşdü, dedim onda get Moskvaya. O vaxtı mən də ali həmkarlar məktəbi qutarmışdım, o evdə ki mən qalmışam, tanış evdi, getginən ora. Bu getdi, 3-4 aydan sora mən də getdim. Getdüy o unverstetə dedilər göndəriş olma­lı­dır, ancaq gərək kaminist ola. Onda uşağı mən də rahat uçot­dan çıxardım. Uşağ girdi orda fəhləliyə, adi yaşıllaşdırma ida­rə­sindədi. 1 il sora icra ona göndəriş verdi hazırrığ şöbəsinə, so­ra imtahan verdi, qəbul olundu. İndi həmin oğlan hər həftə bira nəzir pul göndərər ki, deer orda mən dara düşəndə nə niy­yət tuturam İmamzadəyçün, qəbul olur. Sidq urəynən. O açı­lışı da Mirqiyas ağa özü dedi:

– Oğul var, gedir zapravka açır, oğul var, şadlıq evi açır və s. İndi bu da bağlanıb da bura. Bunu edir. Nənəmiz deyərdi ki, biz yalan da demərük, and da işmərük. O deyirdi ki, əvvəl bütün balalara dua eliyin, sora öz balalarıvıza.

Bura ən çox elə hər yerdən gəlillər. Aşurada da gəlillər bu­ra. Əsasən isə Bədəlan, Ərkivan, yaxın kətdərdən. Ən şox da Masallıdan. İndi biz də buranı yaratmışuğ kənd ücün xalğ gəlir dua eliyir...



1   ...   13   14   15   16   17   18   19   20   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə