ÇƏKƏNƏ QƏm dünya çƏKMƏYƏNƏ DƏm dünya baki-2008




Yüklə 4.44 Mb.
səhifə47/47
tarix27.02.2016
ölçüsü4.44 Mb.
1   ...   39   40   41   42   43   44   45   46   47

ÖYRƏTMƏ MƏNƏ

Axı bu dünyanın ayrılığı var,

Salır insanları çiskinə, çənə.

Həsrəti, hicranı ürəklər ovar,

Özünü sən belə öyrətmə mənə!
Onsuz da xəzanı düşmüş payızam,

Sinəsi ah-nalə dərdli bir sazam,

Ayrı planetə uçan ulduzam,

Özünü sən belə öyrətmə mənə!


Tanrının önündə gücsüz bəndəyik,

Hökmü-fərmanına biz daməndəyik,

Əcəl qarşısında gör nə gündəyik?

Özünü sən belə öyrətmə mənə!


Dəli sevgimizə qənim tapılar,

Həsrət üzümüzə açar qapılar…

Ayrılıq oduyla ürək çapılar,

Özünü sən belə öyrətmə mənə!


Sübhün yazısını oxudu kimlər?

Eşqin əlacını bilməz həkimlər,

Qarışıq dünyada çoxdu hökümlər,

Özünü sən belə öyrətmə mənə!
Bəlalı ürəyim yolunda ehsan,

Mən Şirin Xanımam, sən bahar, leysan,

Hər an torpaq təni udacaq asan,

Özünü sən belə öyrətmə mənə!

25.11.1990/ Qızılqum
VURULDUM
Gözüm aldı, könül tutdu, sevgilim,

Tuti dilə, şirin sözə vuruldum.

Eşqin məni oda atdı, sevgilim,

Sinəndəki oda, közə vuruldum!


Dağdan aşan dəli seləm, çağlaram,

Xəyalınla pünhan ülfət bağlaram,

Möhnətindən illər boyu ağlaram,

Göz yaşımı süzə-süzə vuruldum!


Çiçəyinəm, üşüyürəm bağımda,

İlğımlara tuş olubdu bağım da,

Tufan vurmuş, xəzəl olmuş çağımda,

O qamətə, o xoş üzə vuruldum.


Bir ocağam, gəl toxunma qoruma,

Eşqi məndən, məni ondan qoruma,

Könlün düşüb qəfil sevgi toruma,

Güllərini üzə-üzə vuruldum.

Şirin Xanım, dərdin dağlar qədərdir,

Taleyini qara yazan qədərdir,

Demə, gülüm, sevgi gəldi-gedərdir,

Faş eyləmə eşqi üzə, vuruldum.

03.12.1990/ Qızılqum
BİLMƏDİM
İtirdim bir payız səhəri səni,

Bu külək hayandan əsdi, bilmədim!

Tale ayrı saldı qismətdən məni,

Hicranın başımda əsdi, bilmədim!

Çevirdi üstümə yaman dilləri,

Yolunda sazağa verdim illəri,

O dəli köhlənli zaman selləri,

Bəndimi-bərəmi kəsdi, bilmədim!


Söylə, puç oldumu o şirin dilək?

Şirin Xanım, sənə zülm etdi fələk,

Ağlaya-ağlaya daş oldu ürək,

Müqəddəs eşqimdən küsdü, bilmədim!

19.11.1990/ Qızılqum
DÖNÜKLÜK
Qınadın məhəbbəti,

Ayaqladın ülfəti,

Getdin biganələr tək.

Bu amansız gedişin,

Ürəyimi qoydu tək.
Bu səninçin çox güman,

Ən adi gediş oldu...

Bir insan taleyinə

Yazılan eniş oldu.


İndi sənli dərdlərim

Bir dağ oldu qarşımda.

Dumanlarmı, çənlərmi?-

Ayaq açdı başımda.


Söylədiyin o dillər,

Puç etdiyin könüllər,

Qəddini əyəcəkdir,

Sənə olan nifrəti,

Hər kəsə deyəcəkdir!

28.04.1990



İNCİ-İNCİ

Dəli möhnətinə dözüm qalmayıb,

Könlümə nəş‘əni düz inci-inci.

Sual et, neçə yol gözüm dolmayıb?

Sinəm məlalını süz inci-inci.
Odlanıb yanıram neçə müddətdi,

Həsrət sağalmayan mərəzdi, dərddi,

Mənim eşqim ki var, dünyada mərddi,

Onu məhəbbətlə süz inci-inci.


Özümə yad oldum sənsiz el bilir,

Leysanın gücünü dağda sel bilir,

Məcnunun eşqini səhra, çöl bilir,

Qoy onun izinə üz inci-inci.


Ey eşqimin dağı, mən güneyinəm,

Piyalənə axan şəffaf meyinəm,

Yanıqlı kamanın, qəmli neyinəm,

Bas bağrım başına köz inci-inci.


Çılğın dağ seliyəm, yol-irız hanı?

Ömür kitabımın sənsiz yox anı,

İlqara sadiq ol, sən ömrü, canı

Şirin Xanım üçün üz inci-inci.

23.10.1988

DEDİM, AYRILAQ

Könlümdə ilahi məhəbbətini,

Qoruya-qoruya, dedim, ayrılaq.

Fələkdən bəxtimin səadətini,

Soruya-soruya, dedim, ayrılaq.
Əlinin istisi qaldı əlimdə,

Bəlalı sevgimin adı dilimdə,

Uzaqdan, yaxından səni dilim də,

Araya-araya, dedim, ayrılaq.


Səni qoruyarkən yad alqışlardan,

Min bir tə‘nələrdən, sərt qarğışlardan,

Könlümə muniskən, pak baxışlardan

Yarıya-yarıya, dedim, ayrılaq.


Könlümün könlümə sayğılarını,

Bəlalı eşqimin duyğularını,

Tənha gecələrin uyğularını

Yoruya-yoruya, dedim, ayrılaq.


Addımlar sevgimiz bəxt küçəsiylə,

Bizi qovuşduran ümid səsiylə,

Könlüm həsrətinin işgəncəsiylə,

Qarıya-qarıya, dedim, ayrılaq.


Ürəyim həzin ney, yaralı tütək,

Şirin Xanım sızlar sənsiz tənha, tək,

Eşqini könlümə ipəkqurdu tək,

Sarıya-sarıya, dedim, ayrılaq.

30.11.1989/ Zeynalabdin

Tağıyev qəsəbəsi



MƏNƏ ELƏ GƏLİR Kİ…

Mənə elə gəlir ki,

Sənindir bu ürək, can.

Mənə elə gəlir ki,

Məni sən yaratmısan.
Mənə elə gəlir ki,

Bu müqəddəs torpağı,

Hər gülşəni, hər dağı,

Adicə bir yarpağı,

Mənə sən yaratmısan.
Mənə elə gəlir ki,

Qərinəni, zamanı,

Bu yağışı, dumanı,

Ürəyimdə gümanı,

Mənə sən yaratmısan.
Mənə elə gəlir ki,

Göydə uçan quşları,

Sirr yuvası daşları,

Gözlərimdə yaşları,

Mənə sən yaratmısan.
Mənə elə gəlir ki,

Coşub-daşan çağlayan,

Gah gülən, gah ağlayan,

Məni sənə bağlayan,

Eşqi sən yaratmısan!

02.11.1978/ Yasamal



YUXUMA NİYƏ GƏLMİSƏN?

Anlaya bilmədim səni,

Açılmayan bir sirmisən?

Ürəyimə çəkib çəni,

Yuxuma niyə gəlmisən?
Düşsə də bu mənə baha,

Batsa da sevgim günaha,

Biz ki, yad olmuşuq daha,

Yuxuma niyə gəlmisən?


Sən özgə bir qəlb aradın,

Kimin telini daradın?

Başqa birinə yaradın,

Yuxuma niyə gəlmisən?


Röyan nəyimə lazımdır?

Bu da bir tale yazımdır,

Verdiyin qəmlər azmıdır?

Yuxuma niyə gəlmisən?


Şirin Xanımdan doymusan?

Könlünü darda qoymusan,

Başqa sevdaya uymusan,

Yuxuma niyə gəlmisən?

27.07.1985/ Yasamal

SƏNİ İSTƏYİR ÜRƏK

Yoxdur gecə-gündüzüm,

Qəmə salıbdır fələk.

Qalmayıb səbri-dözüm,

Səni istəyir ürək!
Könlümü ovutmağa,

Dərdimi sovutmağa,

Qəmimi dağıtmağa,

Səni istəyir ürək!


Pərdə-pərdə gəlir qəm,

Sənsiz heçdir bu aləm,

Ərşə qalxıbdı naləm,

Səni istəyir ürək!


Açılmayır sabahım,

Tutacaq səni ahım,

Budurmu ki, günahım

Səni istəyir ürək?!


Başıma dərd açma, gəl,

Qürbətlərə uçma, gəl,

Qismətindən qaçma, gəl,

Səni istəyir ürək!


Şirin Xanım çəkir dad,

Yetmirmi sənə fəryad?

Könlümə eylə imdad,

Səni istəyir ürək!

19.10.1989

ARAYACAQSAN

Surətim gözündə güzgü olacaq,

Eşqimlə telini darayacaqsan,

Özündən xəbərsiz gözün dolacaq,

Sən məni hər yerdə arayacaqsan!
Düşmən kəsiləcək sənə ürəyin,

Xatirəm olacaq könül dirəyin,

Didərgin düşəcək eşqin, diləyin,

Mənim xatirəmlə yarıyacaqsan!


Gözündən, könlündən düşəcək həyat,

Yalnız mən olacam bağrına səyyad,

Xəyalım köksündə quracaq busat,

Bu sirri hamıdan qoruyacaqsan!


Mənli günlərini yığıb sinənə,

Dolub boşalsa da qəlb dönə-dönə,

Bu çətin olsa da, əzizim, sənə,

Mənim həsrətimlə qarıyacaqsan!

24.06.1986/ Zuqulba
SƏNSİZ
Bu həyatım ağlar bir ney,

Bəmdə, zildə ötər, sənsiz.

Hər sözümdən yağar giley,

Xoş günlərim bitər, sənsiz!


Diri ikən dünyam gordu,

Alışıbdı sinəm qordu,

Ürək səni məndən sordu,

Özüm ondan betər, sənsiz!


Necə dözüm bu gedişə?

Ömrüm ilə bəd gərdişə,

Gedər əldən sevinc, nəş‘ə,

Səadətim itər, sənsiz!


Həsrət məni yaraladı,

Taleyimi qaraladı,

Ağ bəxtimi qaraladı,

Yolumda çən bitər, sənsiz!


Hicran qəmə muştuluqçu,

Şirin Xanım, nədir suçun?…

Dalınca bu ürək uçub

Yoxdur xəbər-ətər, sənsiz!


27.11.1990/ Qızılqum

MƏNİMKİ OL


Ey mənim taleyimin sabahı,

Ömrümün, günümün pənahı,

Həsrəti könlümün günahı –

Harada qaldın?!

Bəlkə kiminsə qəlbində yurd saldın,

gəl, gəlişinlə yanıqlı könlümə,

bir içim su ol!

Nə məndən inci, nə də asi ol.

Bilmirəm hara aparır məni bu yol…

Fəqət, hirsinlə, hikkənlə,

həyat oynu oynama mənlə.

***


Gah şirin, gah acı sözlərinlə,

Bir cüt ala gözlərinlə –

Mənimki ol,

Mənimki ol!

22.07.1990

MÜƏLLİF HAQQINDA


Şirinxanım Ağabala qızı Kərimbəyli (Şadiman) 2 sentiyabr 1955-ciildə Dəvəçi-Siyəzən bölgəsinin Tağay kəndində anadan olub. Doğulduğu kənddə səkkizillik, sonra isə Siyəzən şəhər 2№-li orta məktəbi bitirib. Ali təhsillidir. Bakı Dövlət Universitetinin əyani şöbəsində Kitabxanaçılıq fakültəsini bitirib. İlk «Mənə elə gəlir ki» şeiri 1978-ci ildə universitet redaksiyasında buraxılan qəzetdə işıq üzü görüb. 1991-ci ildə ilk kitabı «Ürək niyə ağrıyırsan?» adı altında Azərnəşrdə çapdan çıxıb.1992-ci ildə Türkiyənin Ankara şəhərində çapdan çıxmış «Çağdaş Azərbaycan şeri» antologiyasında silsilə şerləri çap olunub. Şairin televiziyada və dövrü mətbuatda şerləri səslənib və dərc olunub. 1995, 2005-ci ildə Teymur Əhmədovun müəllifliyi ilə buraxılan «Azərbaycan yazıçıları» ensiklopedik məlumat kitabda şair haqqında məlumat verilir. Şirinxanım «Məcməüi-şüəra və «Füzuli» ədəbi məclislərinin üzvü olub.

Şair 2000-ci ildə 400 səhifəlik «Çəkənə qəm dünya, çəkməyənə dəm dünya», 2002-ci ildə 565 səhifəlik «Kiminə acı dünya, kiminin tacı dünya», 2007-ci ildə 741 səhifəlik «Ağıla bəhər dünya, ürəyə qəhər dünya» adlı iri həcimli silsilə kitabların müəllifidir. 2008-ci ildə şairin çapdan çıxmış kitabları əsasında tərtib olunmuş «Seçmələr» , 300səhifəlik şeirlər kitabı və Dilarə Girzanlının həyat və yaradıcılığından bəhs edən «Məni illərdən soruş» adlı100 səhifəlik publsist kitabı çapdan çıxıb. Şirin Xanım Şadiman Kərimbəyli yaradıcılığı haqqında 5 aprel 2008-ci ildən «Kredo» qəzetində şair-publisist, «Kredo» qəzetinin baş redaktoru, Rəsul Rza mükafatçısı Əli Rza Xələflinin «Adı Şadiman olanın…» publisistik yazısı gedir. 2009-cu ildə həmin yazının kitab şəkilində çapı nəzərdə tutulub.

Şirin xanım 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Şirin xanım Kərimbəyli Şadiman hal-hazırda ədəbi fəaliyyətini davam etdirir.

MÜNDƏRİCAT

Ön söz…………………………………………
BÖYÜK YARADANA
Böyük Yaradana……………………………….

Qoru, Allahım…………………………………..

Fələk……………………………………………..

Rəbbə……………………………………………..

Apar məni…………………………………………

Niyə şairləri yaratdın, Allah?…………………….

Nə ola yetişəm sənə, Allahım?……………………

ÇƏKƏNƏ QƏM DÜNYA

Hanı, dünya?……………………………………….

Bu dünya……………………………………………

Çəkənə qəm dünya…………………………………

Dünya sevincdən doldu, ya kədərdən gözlərin?……

Dünya mənə tanış gəlir……………………………

Peşiman……………………………………………….

Verilir haqqa cəza……………………………………

Ələmin ümürü zamandan uzun………….…………..

Aman dünya…………………………………………..

Dünya beş gün……………………………………….

TOXUNMA TORPAĞIMA

Mən də varam….……………………………………

Bakı…………………………………………………

Tağayda……………………………………………..

Ey Şabran yolundan soraq, Dəvəçi………………

Siyəzən…………………………………………….

Dəvəçi-Siyəzən, isti ocağım………………………………………….

Qaranquş……………………………………………

Oyanmaqdayam…..………………………………….

Azadlıq……………………………………………….

Bayrağım……………………………………………..

Darıxma, Qarabağ, darıxma, Şuşa……………………

Salatın………………………………………………..

Tacik oğlu……………………………………………

Haqq ordusu…………………………………………..

Didərgin ana……………………………..…………..

Mənim şair babam……………………………………

Vətəndi…………..…………………..………………

Bu millət………………………….…………………

Toxunma torpağıma………………………………….

Şəhid qardaş, şəhid bacı……………………………

Kökü özümüzdən olan cəlladlar…………………….

Çingiz……………………………………………..

Qardaş……………………………………………..

İyirmisəkkiz mayısan…..………………………….

Başbilənlərimizə…………………………………

Çeçenlər………………………………………….

Bizi özümüzə qaytaran ola……………………….

Ey şəhid……………………………………………

Şəhidlər Xiyabanı…..……………………………..

Qisasa çağırır….………………………………….

Ağı-dastan…………………………………………



ÖZÜMÜ AXTARIRAM

Tək səni istəyirəm………………………………….

Daş ürəklər…………………………………………

Gecikməyin…………………………………………

Yol gedirik……………………………………….

Ayrılıq…………………………………………….

Can ürəyim………………………………………….

Nə sən bildin, nə mən………..……………………..

Mavi yuxularım……………………………………..

Bacım…………………………………………..

Qanunsuz doğulmuş qızcağaza……………………

Nigaranam……….………………………………

Rübabə……………………………………………

Anlarım……………..…………………………….

Üşüdüm…………………………………………

Bu həyatı istəmirəm……………………………..

Tapılmaz………………………………………….

Yanacağam………………………………………..

Sazım çal……………….…………………………

Gəlnimiz…………………………………………..

Deməyim neyləyim?………………………………

Neftçilər…………………………………………..

Nə çəkdiyimi bilən yox…………………………..

Dənizlə mən………………………………………

Bənzər……………………………………………

Hicran bayatıları………………………………….

Zaman şərqisi…………………………………….

Eylər…….……………………………………….

Günlərim………………………………………..

Sürükləyir bəşəri………………………………

Pillələndi………………………………………..

Körpə gülüşü……………………………………..

Var……………………………………………….

Dağdan ağır olur……………………………….

Olmadı………………………………………….

Niyə? ……….…………………………………..

Kimə nə?………………………………………..

Bu göylə yer arası……………………………..

Tum satan oğlan………………………………..

Ana dünyası…………………………………….

Səni ucalıqdan düşürməyəydilər………………

Bu xəbər……………………………………….

Qan, fələk……………………...……………..

Lənət və rəhmət……………………………….

Ay başıdaşlı ürək………………………………..

Telefon zəngləri……………..…………………

Yanan kim?…….………………………………

Özümü axtarıram……………………………..



TƏBİƏT RUHUMDA NƏĞMƏ TƏK GƏZƏR

Nazlı gəlişinə mən olum heyran……………….

Novruzda……………………………………….

Gecə……………………………………………

Kim deyər hansı yaxşı?……………………….

Mənə payızları gətirmə, zaman……………….

Xəzər…………………………………………..

Yaralı payız……………………………………

Bu payız……………………………………….

Sarı qar………………………………………..

Bu xəzəl yağışı……………………………….

Payız küləyi…………………………………..

Bu payız yaman yağar………………………….

Bəyaz qarın nağılı……………………………..

Soyuq buzlar asılıb……………………………




SEVGİ DUYĞULARI

Gecənin yarısı………………………………..

Bəyaz gecələr…………………………………

Sən yadıma düşürsən…………………………..

Sevgi duyğuları…………………………………

Bu bəlalı başıma……………………………….

Gözbəbəyim…….……………………………..

Telefon telləri………………………………….

Olaydı..………………………………………..

Gəlmə yuxulara..………………………………

Olmayacaqsan…………………………………

Yaşıl gözlər…………………………………..

İkimizdə yanırdıq nə vaxtdan bu atəşə?………

Kaş olmayaydı……………………………………

Bir anın səadəti…………………………………

Köçdü bu sevgi…………………………………

Sən oldun…………………………………………

Olmasın…………………………………………..

O baxışlar………………………………………..

Hicran ağrısı..……………………………………

Qırma ümidimi…………………………………..

Məni bağışla..……………………………………

Demə………………….………………………..

Səninlə………………………………………….

Səni……………………………………………..

Sən mənim könlümün möhnət yuvası…………

Gözlərinə təşəkkür………………………………………..

Sevgilim..………………………………………

Deyir…………..……………………………….

Qovuşarıq inşallah……………………………..

Gəl………………..…………………………….

O gözlərin……………………………………….

Bilmirəm..………………………………………

Keçilməz…..……………………………………

Eyləmə peşə…..……………………………….

Qalmayıb……………………………………….

Başımızdan getmədi……….………………….

Bir əlac etmədi………………………………..

Nə söylər?………………………………………

Nə deyirsən?..…………………………………

Gülüm………………………………………..

Amalı yox..…………………………………..

Sönər..………………………………………..

Yandırsan yanaram……………………………

Aram-aram oxuda……………………………

Sevgim taxtlara sultandı………………………

Qayıtma……………………………………….

Ürəyi……………………………………….

Qayıdacağam…………………………………….

Eşqilər yalan………………………………………

Oynama həsrətlə………………………………….

Dönmərəm əsla………………………………….

Tək sənə qovuşmağa……………………………..

O odlu gözlərin könlümə atəş……………………

Vüsal yaşları……………………………………

Sənin ki, deyil…………………………………..

Sən deyən oldu…………………………………..

O gecə…………………………………………….

Söndü, nə söndü…………………………………..

Bu necə sevgi, Allah?…………………………….

Yar, yar………………………..………………….

Söylətmə………………………………………….

Ağlama, könül……………………………………

Ürək hicrandan dəli……………………………..

Məni səndən ayıran……………………………….

Səsin gəldi qulağıma…………………………….

Dilimdə adın, ey yar…………………………….

Hər hava çalan gözlər..………………………..

İlahi baxışlarda………………..………………..

Üzdü ürəyimi bu iztirablar……………………..

Qayıt……………………………………………..

Üstünə……………………………………………

Canım, sevgilim…………………………………

Gəlməsən…………………………………………

Heykələ dönübdü…………………………………

Səda….……………………………………………

Məhəbbət..……………………………………….

Onsuz…………………………………………….

Gəlməyir yola?………………………………….

Alışaq bir yerdə….………………………………

Həm çiçəkdi, həm ətir…………………………..

Sənin taleyinlə, mənim taleyim………………

Yuxumda….………………………………….

Bəs eylər……………………………………..

Könlümün səadəti…………………………….

Qurban………..……………………………….

Gözləyəcəksən..………………………………

Açılsın məhəbbət bağında güllər….………….

Bu düyündən…………………………………..

Ürəyinə yatacaq?………………………………

Qaçırsan…….…………………………………..

Mən yadına düşəydim…………………………


Dördlüklər………………………………………

Rübailər…………………………………………

Qəzəllər…………………………………………
POEMALAR
Xocalı Soyqırımı……………………………..

Dünya hələ yatır deyən…………………….

Burdan bir atlı keçdi………………………..

Bir anın fəqanı……………………..………

Göylər oğlu………………………………….

Tağayım………………………………………


DRAMLAR
Kahada ölüm hökmü…………………………..

Sevgi vara satılmaz…….……………………


ÜRƏK NİYƏ AĞRIYIRSAN
Azərbaycan elinizə qurban olum…………………

Ana dilim………………………………………….

Oğuz Babam–Dədəm Qorqud……………………

Azərbaycan………………………………………

Haray dünya………………………………………

Şəhid qanları..…………………………………….

İtgin şəhidlər………………………………………

Ağla, ürəyim, ağla…………………………………

Güllələr……………………………………………

Didərgin qız………………………………………

Can bala..…………………………………………

Əncam et…………………………………………

Daşnaklar…………………………………………

Olsun……………..………………………………

Qarabağı vermərəm..…………………………….

«Haralısan?»…………………………………….

Bəxtiyar………………………………………….

Bu dərdi dillərə ötürənə nə?…………………….

Neylədin?………………………..………………

Təbriz……………………………………………

Laqeydlik…………………………………………

Xəlil Rza…………………………………………

Bu dünyada………………………..…………….

Damğalayırlar…………………………..………..

Dünyanın dərdi………………………..…………

Dil nahaq danışanda…………..………………….

Düz-düzə………………………………………….

Narahatam…………………………………………

Olur……………………………..………………….

Gözləmə……………………………………..…….

Xəzər, dərdə döz ağlama..…………………………

Mən sənin halına yanan övladam…………………

Küləklər dəli əsər…………………………..……

Ana…………………………………………………

Sən varsan, ata…………………………………….

Gəl tələsmə ağarmağa, saçlarım..…………………

Ürək niyə ağrıyırsan?…………………………….

Dəymə mənim ürəyimə..………………………….

Qaldı yollarında yorğun baxışlar…………………

Öyrətmə mənə……..…..……………………….…

Vuruldum……………….………………………….

Bilmədim……………………………………………

Dönüklük…………………..……………………….

İnci-inci…………………………..…………………

Dedim, ayrılaq……………..……………………….

Mənə elə gəlir ki…………………………………

Yuxuma niyə gəlmisən?……………………………

Səni istəyir ürək……………………………………

Arayacaqsan…………………………………………

Sənsiz………………………………………………



Mənimki ol…………………………………………
Müəllif haqqında……………………………………



1   ...   39   40   41   42   43   44   45   46   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə