Buraxiliş İŞİ MÖvzu: Müəssisə maliyyəsinin idarəedilməsinin təşkili və onun təkmilləşdirilməsi yollari qrup: 958a1




Yüklə 295.12 Kb.
səhifə2/3
tarix27.02.2016
ölçüsü295.12 Kb.
1   2   3
§1.2. Müəssisə maliyyəsinin təşkilinin nəzəri əsasları
Müəssisənin təsərrüfat fəaliyyətində maliyyə xüsusi əhəmiyyət kəsb edir. Maliy­yə­nin xüsusiyyəti ondadır ki, o, həmişə pul formasında çıxış edir. O, bölüşdürücü xarak­terdə olub, maddi istehsal sahələrində təsərrüfat subyektlərinin, dövlətin və qey­ri-istehsal sahəsi iştirakçılarının gəlirlərinin və yığımlarının formalaşmasını və istifadəsini əks etdirir.

Konkret təsərrüfat subyektlərinin sərəncamında olan pul vəsaitləri müəssisənin maliyyə resurslarını təşkil edir və onun gəlirlərinin əmələ gəlməsi, bölüşdürülməsi və istifadəsi prosesini əks etdirir.

Maliyyə-pul fondlarının yaranması və istifadə edilməsini ifadə edən pul müna­si­bətləri sistemidir. İstehsal-kommersiya müəssisələrində maliyyə mü­nasibətləri təsərrüfat fəaliyyətinin əsasları ilə birbaşa bağlı olan aşağıdakı prin­siplər üzərində qurulur və bu prinsiplər əsasında müəssisənin maliyyəsi təşkil olu­nur. Bu prinsiplər aşağıdakılardır:


  • maliyyə -təsərrüfat fəaliyyəti sahəsində müstəqillik;

  • özünümaliyyələşdirmə;

  • işin nəticəsinə maraqlılıq;

  • işin nəticələri üçün məsuliyyət;

  • maliyyə ehtiyatlarının yaradılması;

  • vəsaitlərin xüsusi və borc alınmış vəsaitlərə bölünməsi;

  • büdcə, büdcədənkənar və dövlət fondlarına birinci növbəli ayırmalar;

  • müəssisənin fəaliyyətinə maliyyə nəzarəti.

Maliyyə-təsərrüfat fəliyyəti sahəsində müstəqillik prinsipi başqa sahələrdə olduğu kimi maliyyə sahəsində də, mülkiyyət formasından asılı olmayaraq təsərrüfat subyekt­lə­rinin çəkdiyi bütün məsrəflərin, maliyyələşdirmə mənbələrinin, pul vəsaitlərinin sərfəli qoyuluşu istiqamətlərinin sərbəst halda öz təşəbbüsü ilə müəyyənləşdirilməsi deməkdir. Bazar münasibətləri müəssisənin maliyyə müstəqilliyini daha da genişlən­dirir. İndi respubilikamızda bütün müəssisələr əlavə mənfəət əldə etmək məqsədilə qısa və uzunmüddətli investisiyanı həyata kecirmək üçün digər təsərrüfat subyektlərinin qiymətli kağızlarını almaq, onların nizamnamə kapitalının formalaşmasında iştirak etmək, pul vəsaitlərini kommersiya banklarının depazit hesabında saxlamaq və bu kimi tədbirlərə əl atmaq və daha çox mənfəət qazanıb öz iqtisadi güclərini artırmaq imkanını əldə etmişlər.

Lakin müəssislərin təsərrüfat müstəqilliyindən danışarkən, bu anlayışı mütləq­ləş­dirmək olmaz və onların fəaliyyətinin müəyyən seqmentlərinin dövlət tərəfindən iq­ti­s­adi alətlər vasitəsilə tənzimlənməsi və dəstəklənməsini, işdə müəyyən nəzarətin həyata kecirilməsi labüdlüyünü inkar etmək səhv olardı. Bunu müəssisələrin möv­cud qanunlara uyğun olaraq vergi ödəmələri və büdcədənkənar fondların yaradıl­ma­sında fəal iştirakı ilə təsdiq etmək olar.

Özünümaliyyələşdirmə prinsipinin həyata kecirilməsi kommersiya fəaliyyətinin əsas şərtlərindən biri olmaqla, təsərrüfat subyektlərinin rəqabətqabilyətli olmasını təmin edir. Bu prinsip müəssisələrin istehsal etdikləri və satdıqları məhsulun, göstərdikləri xidmətlərin xərclərinin öz vəsaiti hesabına ödənilməsini, investisiya üçün xüsusi pul vəsaitlərindən, lazım gəldikdə bank və kommersiya kreditlərindən istifadə edilməsini nəzərdə tutur.

Təsərrüfat fəaliyyəti nəticəsində mənfəət əldə edə bilməyən, lakin istehlakcılar üçün zəruri məhsul buraxan və xidmət göstərən bəzi müəssisələr müəyyən şərtlər əsasında büdcədən qismən maliyyələşə bilər.

İşin nəticəsinə maraqlılıq prinsipi istehsal-kommersiya fəaliyyətinin əsası olmaqla təsərrüfat subyektinin mütləq müəyyən məbləğdə mənfəətlə işləməsini nəzər­də tutur. Həmin prinsip istər müəssisə və təşkilatlar üçün, istərsə də onların ayrı-ayrı işçiləri üçün vacib şərtdir. Onun həyata keçirilməsi münasib əmək haqqı alınmasını, dövlətin optimal vergi siyasəti yürütməsini, xalis gəlirin iqtisadi cəhətdən əsaslan­dırıl­mış nisbətdə istehlakı ilə yığım arasında bölüşdürülməsini tələb edir.

İşin nəticələri üçün məsuliyyət prinsipi özünün maliyyə-təsərrüfat fəaliyyətinin müsbət nəticələnməsi üçün bütün işçilərin müəyyən məsuliyyət sisteminə tabe olması zəruriəti şəklində təzahür edir. Bu prinipin xüsusiyyəti maliyyə-təsərrüfat fəaliyyətinin həyata kecirilməsində maliyyə metodlarının müxtəlif təsərrüfatdaxili subyektlərdə fərqli olmasından ibarətdir. Bu fərqlərə təsərrüfat subyektləri tərəfindən müqavilə şərtlərinin pozulmasını, qısamüddətli və uzunmüddətli ssusda borclarının vaxtında qaytarılmasını, veksellərin mövcud şərtlər lə uyğun qaydada ödənilməsini, vergi qanunvericiliyinin və sairə görə peniyalar, cərimələr ödəməyə məcbur edil­mə­sini səmərəsiz fəaliyyət göstərən təsərrüfat subyektlərinə qarşı müflisləşmə qaydasının tətbiq edilməsi kimi tənbeh tədbirlərinə əl atmasını aid etmək olar. Müəssisə rəh­bərləri üçün maddi məsuliyyət prinsipinin pozulması cərimə sisteminin tətbiq edil­mə­sinə, ayrı-ayrı işcilərin həmin məsulliyəti pozması isə onların müvafiq şəkildə cərimə olunmasına, mükafatdan məhrum edilməsinə, yaxud zay məhsul istehsal etdikdə işdən çıxarılmasına və yaxud ziyanın ödənilməsinə gətirib cıxara bilər.

Maliyyə ehtiyatlarının yaradılması prinsipi sahibkarlıq fəaliyyətini çox vaxt müşaiət edən risklə əlaqədar müəyyən maliyyə ehtiyatlarının və başqa oxşar fondların yaradılması zəruriətini ön plana çəkir. Əsas prinsipi daimi rəqabət, müəyyən şərt və tapşırıqları uduzmaq təhlükəsi olan bazar münasibətləri sahibkarın öz işlərini şəxsi təşəbbüsü, qabiliyyəti və riski əsasında görməni nəzərdə tutur. Bu çür təsərrüfat subyektinin müəyyən maliyyə ehtiyatlarının olub-olmaması onun gələcək iqtisadi taleyi üçün əlverişli rol oynaya bilər.

Bundan əlavə, mütərəqqi pul vəsaitinə malik olan təsərrüfat subyektləri mövcud inflyasiya şəraitində risk edərək öz pulunu daha yüksək mənfəət verə bilən depazit-əmanət və yaxud qiymətli kağızlar şəklnidə yerləşdirmək hüququndan istifadə et­məyə calışır. Bu halda həm də istehsal proqramlarının həyat kecirilməsində müəyyən şərtlər buraxa bilərki, bu da xeyli ziyanla nəticələnir.

Bütün bu risklər nəticəsində işgüzarlıq fəaliyyətinin ciddi pozulmaması üçün müəyyən ehtiyatların olması iqtisadi cəhətdən zəruridir. Mövcud qanunvericiliyə əsasən həmin prinsiplər açıq və qapalı səhmdar cəmiyyətlərdə həyata kecirilir. Ümu­mi qaydada əsasən ehtiyat fondunun kəmiyyəti ödənilmiş nizamnamə ka­pi­ta­lının 15%-indən az, lakin vergi ödənilən mənfəətin 50 %-indən çox olmamalıdır.

Maliyyə ehtiyatlarını öz təşəbbüsü ilə digər təşkilatı-hüquqi və mülkiyyət for­ma­larına əsaslanan təsərrüfat subyektləri də yarada bilər. Lakin bunun xalis gəlirdən, həm də büdcəyə vergi və başqa ödəmələri köcürdükdən sonra etmək lazımdır. Bununla bərabər, maliyyə ehtiyatlarına və bu kimi başqa fondlara köçürülən pul vəsaitlərini onların əlavə gəlir gətirmələri üçün bankların depazit hesabında, yaxud başqa bir likvidilik formasında saxlamaq daha məqsədəuyğundur.

Müəssisənin fəaliyyətinə maliyyə nəzarəti edilməsinə xüsusi diqqət yetirilməlidir, çünkü onun səmərəli qurulmasından müəssisənin maliyyə nəticələri çox aslıdır. Müəssisənin maliyyə xidmətləri biznes-planın icrasına, eləcə də xüsusi və borc kapitallarının təyinatı üzrə istifadəsinə daim nəzarət edilir. Nəzarət-təhlil funksi­ya­sı­nın həyata kecirilməsində maliyyə işçilərinə mühasibatlıq çox kömək edir. Bu­nunla da smetaların tərtib edilməsinin dürüstlüyü, kapital xərclərinin ödənilməsinin haqq-hesabı yoxlanılır, bütün hesabat növləri tərtib edilir, maliyyə və plan intiza­mı­na əməl olunması prosesinə nəzarət edilir.

İstehsal-kommersiya fəaliyyəti ilə məşğul olan subyektlərin maliyyəsinin təşkili­nin yuxarıda sadalanan pirinsiplərini hər bir konkret iqtisadi şəraitdə həyata kecirmək üçün cəmiyyətin məhsuldar qüvvələrinin və istehsal münasibətlərinin mövcud sə­viy­yəsinə uyğun gələn formaları və metodları düzgün seçərək tətbiq etmək lazım­dır, çünki bu pirinsiplər daim inkişafda və təkmilləşdirməkdə olur

Təsərrüfat fəaliyyətini həyata keçirmək üçün müəssisənin müvafiq maliyyə resurslarının əsas mənbələrindən biri ilkin kapitaldır. İlkin kapital müəssisənin tə­sis­çilərinin payları hesabına formalaşır və nizamnamə kapitalı formasını alır.

Nizamnamə kapitalının əmələ gəlməsi üsulları müəssisənin təşkilati-hüquqi for­ma­larından asılıdır. Nizamnamə kapitlanın vəsaiti əsas fondların əldə edilməsinə və normal istehsal-təsərrüfat fəaliyyətinin aparılması üçün lazım olan ölçülərdə dövriy­yə vəsaitlərinin formalaşdırılmasına yönlədilir. O, həmçinin lisenziyaların, patent­lə­rin, nou-hauların və s. alınması üçün sərf oluna bilər.

İstehsala qoyulmuş ilkin kapital satılmış məhsulun qiymətində ifadə olunmuş dəyəri yaradır. Məhsul satıldıqdan sonra o, pul formasını – mədaxil (satış pulu) formasını alır. Lakin mədaxil məhsulun istehsalına sərf olunmuş vəsaitlərin ödənilməsi, müəs­si­sənin pul fondlarının və maliyyə nəticələrinin formalaşması mənbəyi olsa da hələ gəlir deyildir. İstifadə prosesində mədaxil keyfiyyətcə müxtəlif tərkib hissələrinə bö­lünür. Mədaxildən istifadənin istiqamətlərindən biri amortizasiya fondudur. Amor­tizasiya fondu əsas istahsal fondlarının qeyri-maddi aktivlərin aşınması, pul formasını aldıqdan sonra isə amortizasiya ayırmaları şəklində təşkil olunur. Bu fon­dun əmələ gəlməsinin vacib şərti istehsal olunmuş malların istehlakçılara satılması və mədaxilin olmasıdır.

Müəssisə əmtəə yaradarkən xammalı, materialları, satın alınmış komplektləş­di­rici məmulatları və yarımfabrikatları sərf edir. Onların dəyəri digər maddi məsrəflərə, əsas istehsal fondlarının aşınması və işçilərin əmək haqqı ilə yanaşı məhsulun istehsalı üçün müəssisənin xərclərini təşkil edir və maya dəyəri formasını alır. Satış pulu daxil olana qədər bu xərclər müəssisənin dövriyyə vəsaitləri hesabına maliyyələşir. Məhsul satıldıqdan sonra mədaxil hesabına dövriyyə vəsaitləri bərpa edilir, məhsulun istehsalı üzrə müəssisənin xərcləri isə ödənilir.

Xərclərin maya dəyəri şəklində xüsusiləşməsi məhsulun satışından əldə edilən mədaxili istehsal xərcləri ilə müqayisə etməyə imkan verir. Məhsul istehsalı üçün vəsaitin investisiyalaşdırlmasının mahiyyəti xalis gəlirin əldə edilməsidir və əgər mədaxil maya dəyərindən çox olarsa, onda müəssisə onu mənfəət şəklində alır.

Həm mənfəət, həm də amortizasiya ayırmaları istehsala qoyulmuş vəsaitlərin döv­ra­nının nəticəsidir və müəssisənin xüsusi maliyyə resursları adlanır. Bu resursrlar­dan müəssisə müstəqil şəkildə istifadə edir. Müəssisənin mənfəəti isə bütünlükdə onun sərəncamında qalmır və bir hissəsi vergilər şəklində büdcəyə daxil olur. Müəs­si­sənin sərəncamında qalan mənfəət onun tələbat­la­rının maliyyələşdirilməsinin baş­lıca mənbəyidir. Bu tələbatlar yığıma və istehlaka bölünür. Məhz mənfəətin yığıma və istehlaka bölünməsi müəssisənin inkişaf pers­pektivlərini müəyyən edir.

Yığıma yönəldilən vəsaitlər (amortizasiya ayırmaları və mənfəətin bir hissəsi) müəssisənin istehsal və elmi-texniki inkişafı üçün istifadə olunan pul vəsaitlərini təşkil edir. Bunun əsasında maliyyə aktivləri (qiymətli kağızların alınması, başqa müəssisələrdə payçı kimi iştirak və s.) formalaşır. Mənfəətin digər hissəsi müəssi­sə­nin sosial inkişafına, o cümlədən istehlaka yönəldilir. Xüsusi vəsaitlərdən əlavə müəssisə borc alınmış maliyyə resurslarını - uzunmüddətli bank kreditləri, başqa mü­əssisələrin vəsaitləri, istiqrazları – cəlb edir. Borc alınmış vəsaitlərin geri qayta­rıl­masının (ödənilməsinin) mənbəyi də müəssisənin mənfəətidir.

Müəssisənin pul vəsaitlərinin investisiyalaşıdırlması istiqamətləri həm məhsul (iş və xidmət) istehsalı üzrə müəssisə fəaliyyətinin əsas növləri, həm də xalis maliyyə qoyuluşları ilə əlaqədardır. Əlavə gəlir əldə etmək üçün müəssisələrin və dövlətin qiymətli kağızlarını ala bilər, yeni yaradılan müəssisələrin və bankların nizamnamə fonduna vəsait qoya bilər. Müəssisənin müvəqqəti sərbəst vəsaitləri bankda depozit hesabına qoyula bilər.

Özlərinə məxsus olan pul vəsaitindən istifadə edərkən müəssisələr cəmiyyət və dövlət qarşısındakı öhdəliklərdən tam azad ola bilməzlər. Təşkilati-hüquqi və mül­kiy­yət formalarından asılı olmayaraq bütün müəssisələr büdcədənkənar sosial fondların və müxtəlif səviyyəli büdcə gəlirlərinin formalaşmasında iştirak edirlər.

Müəssisənin maliyyə sisteminin təsirliliyi hər şeydən əvvəl onun dəqiq və nizamlı işi ilə, eləcə də maliyyə xidmətinin fəaliyyətinin təşkili ilə müəyyən edilir.

Maliyyə xidməti aşağıdakı mühüm vəzifələri yerinə yetirir:


  • istehsal, banklar, malgöndərənlər, əmək haqqının ödənilməsi üzrə işçilər qarşısındakı maliyyə öhdəliklərinin və digər öhdəliklərin yerinə yetirilməsi;

  • müəssisənin və onun tərkibinə daxil olan struktur vahidlərin istehsal-təsərrüfat fəaliyyətinin vaxtında və keyfiyyətli təhlilinin həyata keçirilməsi, mənfəətin artırıl­ması və istehsalın rentabellyinin yüksəldilməsi yollarının axtarılması;

  • istehsal fondlarından və kapital qoyuluşlarından daha səmərəli istifadə olun­ma­sına yardım göstərilməsi;

  • maliyyə resurslarından düzgün istifadə olunmasına və dövriyyə vəsaitlərinin dövr etməsinin sürətləndirilməsinə nəzarət edilməsi.

Bazar münasibətləri və müəssisənin tam sərbəstliyi şəraitində maliyyənin təşkili, hər şeydən əvvəl müəssisənin maliyyə siyasətinin işlənib hazırlanması nəzərdə tu­tu­lur. Maliyyə siyasətinin işlənib hazırlanmasında məqsəd müəssisənin maliy­yə­sinin idarə edilməsinin elə səmərəli sisteminin qurulmasıdır ki, qarşıda duran strateji və taktiki vəzifələrin yerinə yetirilməsinə bilavasitə əlverişli şərait yaratmaq müm­kün olsun. Müəssisənin maliyyə siyasətinin işlənib hazırlanmasında bir sıra fun­k­sional struktur bölmələri iştirak edir.

Müəssisənin maliyyə siyasətinin işlənməsinin strateji vəzifələri aşağıdakılar he­sab olunur:



  • Müəssisənin mənfəətinin maksimumlaşdırılması

  • Müəssisənin kapitalının strukturunun optimallaşdırılması və onun maliyyə sabitliyinin təmin edilməsi

  • Mülkiyyətcilər, investorlar və kreditorlar üçün müəssisənin maliyyə-iqtisadi vəziyyətinin “şəffaflığına” nail olunması

  • Müəssisənin investisiya qoyuluşu üçün cazibədarlığının təmin edilməsi

  • Müəssisənin idarə edilməsinin səmərəli mexanizminin qurulması

  • Maliyyə vəsaitlərinin cəlb olunmasının bazar mexanizmlərindən istifadə edilməsi

Müəssisənin maliyyə siaysətinin işlənib hazırlanmasının əsas istiqamətlərinə aşağıdakılar aiddir:

  1. müəssisənin maliyyə-iqtisadi vəziyyətinin təhlili

  2. uçot və vergi siyasətinin müəyyən edilməsi

  3. müəssisənin kredit siyasətinin işlənib hazırlanması

  4. dövriyyə vəsaitlərinin idarə olunması

  5. istehsal xərclərinin idarə olunması, o cümlədən amortizasıya siyasətinin seçilməsi

  6. mənfəətin bölgüsü və istifadəsi siyasətinin seçilməsi.

Müəssisənin iqtisadi imkanı baxımından- həm onun əmlakı, həm də maliyyə və­ziy­yəti mövqeyindən-xarakterizə etmək olar. Təsərrüfat fəaliyyətinin qeyd edilən tə­rəf­ləri sıx qarşılıqlı əlaqədədir: əmlakın qeyri- səmərəli sektoru, onun keyfiyyətsiz tər­kibi müəssisənin maliyyə vəziyyətinin pisləşməsinə gətirib çıxarır və əksinə. Bu­na görə müəssisənin maliyyə siyasətinin işlənib hazırlanması onun maliyyə - iq­ti­sadi vəziyyətinin təhlili və qiymətləndirilməsindən başlanır. Belə təhlil qiy­mət­lən­dir­mə isə müəssisənin əmlak və maliyyə vəziyyətini əks etdirən bir sıra göstəri­ci­lərin köməyi ilə həyata kecirilir.

Müəssisənin əmlak və maliyyə vəziyyətini qiymətləndirmək üçün onların sə­rən­ca­mında olan əsas fondların dəyəri, əsas fondların aktiv hissəsinin payı, əsas fond­ların köhnəlmə, yeniləşmə, sıradan çıxma əmsalları və s. bu kimi göstəricilərdən isti­fadə olunur.

Müəssisənin maliyyə vəziyyətinin sabitliyi maliyyə resurslarının aktivlərə məqsə­də­uyğun və düzgün qoyuluşundan əhəmiyətli dərəcədə aslıdır. Aktivlər isə təbiəti etibarilə dinamikdir, müəssisənin fəaliyyəti prosesində həm aktivlərin miqdarı, həm­ də onların strukuru daim dəyişikliklərə məruz qalır. Uzunmüddətli perspektiv baxımından müəssisənin maliyyə vəziyyəti vəsaitlərin mənbələrinin strukturu, müəssisənənin kənar investorlardan və kreditorlardan aslılıq dərəcəsi və s. ilə xarak­terizə olunur. Müəssisənin xüsusi və cəlb edilmiş vəsaitləri arasındakı nisbət üçün qə­bul olunmuş vahid normativ yoxdur. Lakin belə bir geniş yayılmış fikir var ki, müəs­sisənin xüsusi vəsaitlərinin payı 60%-dən cox olmalıdır.

Vəsaitlərin dövriyyəsi baxımından istənilən müəssisənin fəaliyyəti özündə dövriyyə vəsaitlərinin bir növünün digərinə faizsiz çevrilməsi prosesini əks etdirir.

..... PV XM Bİ HM HV PV ....

Burada, PV- pul vəsaitləri, XM- anbarda olan xammal və material, Bİ- bitməmiş istehsal, HM- hazır məhsul, HV- hesablaşmalarda olan vəsaitlərdir.

Deməli, müəssisənin cari təsərrüfat – maliyyə fəaliyyətinin səmərəliyini əməliy­yat tsiklinin uzunluğuna əsasən qiymətləndirmək olar. Əməliyyat tsiklinin uzunluğu isə müəxtəlif növ aktivlərdə olan vəsaitlərin dövretmə sürətindən asılıdır. Dövriyyə sürətinin artması onlardan istifadə səmərəliliyinin yüksəldilməsinə gətirib çıxarır. Buna görə də müəssisənin maliyyə siyasətinin işlənməsində və maliyyə plan­laşdırılmasında dövriyyə vəsaitlərinin idarə edilməsi mühüm rol oynayır.
§1.3. Müəssisədə investisiya qoyuluşlarının sosial-iqtisadi məzmunu və maliyyələşmə mən­bə­lə­ri

Bazar münasibətlərinə keçid respublikanın bütün regionlarında yerləşən müəs­sisə­lərin maliyyə-təsərrüfat hüquqlarını artırmağa imkan verdi. Eyni zamanda onlar öz vəsaitlərini inkişaf etdirməklə mənfəət qazanmaq imkanlarını da əsaslı surətdə artırmışdır. Müstəqil maliyyə təsərrüfat fəaliyyəti aparmaq səlahiyyətlərinə ma­lik olan müəssisələr əsas təsərrüfat sahələrində əldə edilmiş pul vəsaitlərini müx­təlif qiymətli kağızalarda yerləşdirmək imkanlarına malikdirlər. Qiymətli ka­ğız­lar tərkib etibarı ilə maliyyə bazarının ən aktiv elementi olmaqla yanaşı müxtəlif müd­dət­lərdə etibarlığını qoruyub saxlamaqla,həm də onlar müxtəlif mənbəələrə söykə­nən daimi mənfəət gətirmək xassəsinə malikdirlər. Bütün bunlar bir məkan daxi­lində birləşdirilməklə qiymətli kağızlar portfelini təşkil edir.

Hazırki iqtisadi şəraitdə istənilən qiymətli kağızlar portfeli müxtəlif növ səhmlər dəstini təşkil etməklə, onlar istiqrazlar və digər qiymətli kağızlar kateqoriyyasına aid olub, hər cür riskdən qorunmaq dərəcəsinə malik olmaqla, mütləq mənfəət gətirə bilər. İqtisadi inkişaf perspektivini özünün strateji məqsədi seçmiş müəssisənin, ma­liyyə səraməyə siyasətini müəyyənləşdirərkən müxtəlif meyarlara nail olmaq isti­qamətlərini əvvəlcədən müəyyən etmək lazımdır. Bu məqsədlə müəssisə ücün sər­fə­li faiz dərəcəsi ilə verilən sərmayə formalarından istifadəyə üstünlük veril­mə­li­dir.

Müəssisənin maliyyə ehtiyatlarının artırılmasında alternativ variantlara malik ol­maq­la yanaşı, müxtəlif tip qiymətli kağızlar portfelinə uyğun olan digər səmərəli sərmayə qoyuluşu istiqamətlərindən də istifadə oluna bilər.

Qiymətli kağızalar portfelinin əsas xassəsi onların yaradılma məqsədlərindən və müəssisə üçün nəzərdə tutulmuş istehsal-təsərrüfat istiqamətlərinə uyğun tiplərdir. Mənfəət əldə etmək məqsədilə təşkil edilən qiymətli kağızlar portfeli-“gəlirlər portfeli” adlanır. Bu qiymətli kağızalar portfelinin fəaliyyət dairəsi mənfəət qazanmaqdan ibarət olub,mövcud risklərin kəmiyyətinə və dərəcəsinə uyğunluq təşkil etməlidir. Göstərilən risklər səviyyəsi müəssisənin maliyyə təminatını öz üzərinə götürən sərməyadar tərəfindən əvvəlcədən dəqiq müəyyənləşdirilməlidir.

Müəssisə tərəfindən maliyyə vəsaitinin qiymətli kağızaların alınmasına yönəldil­məsi, onun əsas fəaliyyət sahələrinə yeni maliyyə mənbələrinin və yeni kapital qo­yu­luş­larının cəlb edilməsinə gətirib çıxarır. Yeni mənbələr hesabına müəssisə fəa­liy­yətinə cəlb edilmiş pul vəsaitləri xidmət və digər iş sahələrində maliyyə xidməti bölmələri tərəfindən düzgün maliyyə-kredit siyasətinin aparılmasını tələb edir. Di­gər tərəfdən müəssisənin qoşulduğu sərməyədarlıq fəaliyyəti onunn aktivlərinin artması kimi qəbul edilir və müəssisə üçün bu hal nəinki önəmlidir, hətta rəqabət mü­­hitində özünü reallaşdırmaq istiqamətində əla perspektivli inkişaf istiqamət­lərin­dən­dir.

Müəssisənin daxili maliyyə resursları içərisində ən vacibi mənfəət və amor­tizasiya ayırmaları hesab olunur. Mənfəət müəssisənin istehsalat fəaliyyəti prose­sində formalaşır, onun son nəticəsi istehsalın artımı və genişləndirilməsi mənbəyidir. Aydın məsələdir ki, hər bir müəssisənin əsas məqsədi daha çox mənfəət əldə etməkdir. Kəmiyyətcə o, hazır məhsulun, mal materiallar satışından, habelə satışdan kənar gəlirlərin xərclərdən çox olmasından alınmış, başqa sözlə müəssisənin ümumi gəlirlərinin ümumi xərclərindən çox olan məbləğini ifadə edir, lakin maliyyə resursları mənbəyi kimi müəssisənin təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi ümumi gəlir yox, onun bir hissəsi, yəni vergilər və digər məcburi ayırmalar ödənil­dikdən sonra yerdə qalan xalis mənfəət qəbul olunur. Bu xalis mənfəət yığım, istehlak və ehtiyat fondlarının formalaşmasına yönəldilir.

Müəssisənin digər daxili maliyyə mənbəyindən biri də amortizasiya ayır­ma­la­rı­dır­. Onlar əsas istehsal fondalarının və qeyri-material aktivlərinin aşınmasının pulla ifadəsidir. Amortizasiya ayırmaları məhsulun maya dəyərinə daxil edilir və sonralar məhsul satışından əldə olunan pul hasilatının tərkibində müəssisənin bankdakı he­sab­laşma hesabına qaytarılmaqla yığım fondunun formalaşmasının daxili mənbə­yinə çevrilir. İnkişaf etmiş ölkələrdə sadə geniş təkrar istehsalın maliyyələş­məsində amortizasiyanın payı 50-70% təşkil edir. Bu baxımdan da, amortizasiya ayırmaları tətbiqinin geniş­lən­dirilməsi məqsədəuyğun olardı.

Bazar iqtisadiyyatı şəraitində kənardan cəlb edilmiş maliyyə vəsaitlərinin əhə­miy­yəti böyükdür. Təcrübə göstərir ki, cəlb edilmiş vəsaitlərsiz bir çox müəssisələr ahəngdar təsərrüfat fəaliyyətini qura bilmir. Normal iqtisadi situasiyalarda borc alınmış vəsaitlər istehsalın səmərəliyini yüksəldir, istehsalın genişləndirilməsinə və sabitləşdirlməsinə zəmin yaradır. Borc resursalarının cəlb edilməsi kanallarının çox­luğu onlardan müxtəlif təsərrüfat situasiyalarında əlverişli şəraitlə istifadə etmək üçün münbit şərait yaradır.

Bank kreditləri, kommersiya kreditləri, faktorinq, lizinq, fərdi şəxslərin kreditləri və s. cəlb edilmiş vəsait mənbələrinə aiddir.

Borc kapitalının cəlb edilməsi müəssisənin dövriyyə fondlarına olan ehtiyaclarının ödə­nilməsində zərurətə çevrilir. Belə ehtiyatlar müəssisənin yenidən qurulması və istehsalın texniki silahlandırılması, ilkin kapitalın yetərli olmaması, məhsul istehsalı, tədarükü, emalı, təchizatı və satışı prosesində mövsümlüyün mövcud olmaması zama­nı, həmçinin müəssisənin özündən asılı olmayan səbəblər nəticəsində baş verə bilər. Borc kapitalı qısamüddətli (bir ilə qədər) və uzunmüddətli (bir ildən yuxarı) olur. Müəssisənin aktivlərinin hansı mənbə hesabına-qisamüddətli yaxud uzun­müd­dət­li kapitalın-maliyyələşdirilməsi məsələsi istehsalat zərurətindən asılı olaraq hər bir konkret halda ayrıca həll olunur. Ancaq müəssisələr çox hallarda əsas kapitalın əksəriyyətini və dövriyyə kapitalının nisbətən sabit hissəsini uzunmüddətli kapital hesabına maliyyələşdirilməsinə üstünlük verirlər. Əmtəə axınının həcmindən asılı olan dövriyyə aktivlərinin qalan hissəsi qısamüddətli kapital hesabına maliyyələşdirilir.

Maliyyələşmənin bütün kənar mənbələrini iki qrupun birinə aid edirlər: kredit­lə­rin alınması və yaxud qiymətli kağızların buraxılması yolu ilə maliyyələşmə. Borc kapitalının kredit forması haqda ətraflı məlumat verək.

Dünya təcrübəsində aşağıdakı kredit növləri fərqləndirilir: bank, kommersiya, isteh­lak, dövlət, beynəlxalq və sələm kapitalı. Müəssisələr üçün ən önəmlisi kom­mer­­siya və əlbəttəki, bank kreditləridir.

Kommersiya kreditini müəssisə mal-material tədarük etdikdə, yaxud malgön­də­rən təşkilatda istehsalat ehtiyatları yartdıqda ala bilər. Bu növ kredit əksər kiçik müəssisələr üçün maliyyələşmənin mənbəyidir. Kapitalın cəlb edilməsinin bütün digər hallarında olduğu kimi, kommersiya krediti alan müəssisə aslılıq probleminə xüsusi diqqət yetirməlidir. Çünki malgöndərən müəssisəyə alış-verişsiz qiymət və yaxud daha aşağı keyfiyyətli mal “sırıya” və tələb edə bilər ki, müəssisə onun rəqib­ləri ilə işgüzar əlaqələri kəssin, həmçinin digər qeyri-münasib şərtləri yerinə yetir­sin. Bütün dünyada istehsal-kommersiya tipli müəssisələr qısamüddətli və uzun­müd­dətli kredit ehtiyatlarının mənbəyi kimi ən çox kommersiya banklarından isti­fadə edirlər.

Müəssisələrin istehsal və sosial ehtiyaclarının ödənilməsinə yönəldilən bank kre­dit­ləşməsi kredtinin mahiyyətini və məzmununu əks etdirən prinsiplərə-qaytarılma, ödənişlilik və müddətlilik prinsiplərinə ciddi əməl olunmaqla həyata kecirilir. Bank kreditini həmin əməliyyatalrın aparılmasına respublikanın Mərkəzi Bankı tərəfin­dən lisenziyası olan ixtisaslaşdırılmış kredit-maliyyə təşkilatları verirlər. Kredit münasibətlərini kredit müqaviləsi və ya kredit sazişi tənzimləyir.

Maliyyələşmə mənbəyindən asılı olmayaraq sərmayə qoyuluşuna təsir edən bir sıra mühüm amillər vardır. Bu amillərdən biri də investisiya mühiti və ya inves­ti­siya iqlimidir. Araşdırmalar göstərir ki, investisiya mühiti uzunmüddətli vəsait qoyuluşu, rəqabət mühitinin inkişafı, antiinhisar tədbirləri, istehsala mənfəət gə­tirən qoyuluşların təmin edilməsi, onun regionlar və sahələr arasında sərbəst axı­nın və s. amillərdən asılıdır. Bu mühit həmçinin məqsədyönlü investi­si­ya fəaliyyətinin dövlət tən­zim­lənməsi üzrə tədbirlər kompleksinin təsiri altında tə­şəkkül tapır. İnvestisiya mühiti sosial-iqtisadi, siyasi və ya investisiyanı qayta­ran maliyyə amilərinin məcmusudur. İnvestisiya mühiti isə öz növbəsində, in­ves­ti­­siya iqlimini formalaşdırır. Əslində isə investisiya mühiti və iqlimi qarşılıqlı əlaqədar olub, biri digərini tamamlayır. Bu mənada, investisiyaların cəlb edilmə­si­nin mümkün həcmi investisiya mühitinin ən başlıca amili olan investisiya iqli­minin vəziy­yə­tindən asılıdır. Ölkənin və ya müəssisənin investisiya iqlimini təşkil edən başlıca amil investisiya potensialıdır. Ölkə miqyasında nəzərdən keçirsək, in­ve­stisiya potensialı da öz növbə­sin­də, aşağıdakı mühüm amillərdən asılıdır:



  • İstehsal (əhalinin təsərrüfat fəaliyyətinin ümumi nəticələri);

  • Kadr (peşəkar təlim almış işçi qüvvələrinin və mühəndis-texniki heyətinin olması);

  • Xammal-resurs (təbii resursların əsas növlərinin ehtiyat balansı ilə təmini);

  • İstehlak (əhalinin ümumi alıcılıq qabiliyyəti);

  • İnfrastruktur (istehsal və sosial infrastrukturun inkişaf səviyyəsi)

  • İnstitutsional (bazar iqtisadiyyatının zəruri institutlarla təmini)

  • İntellektual (əhalinin təhsil səviyyəsi);

  • İnnovasiya (ETT nailiyyətlərinin tətbiq ölçüləri və istehsalın modernizasiya səviyyəsi);

  • İqlim (investisiya cəlbediciliyinin iqlim tərkibi investisiya potensialının qiymətləndirilməsində az istifadə olunur. Belə ki, portfel investisiyalar üçün bu az maraqlıdır);

  • Lokasiya (mərkəz şəhərlərinin iqtisadi-coğrafi vəziyyəti, əsas nəqliyyat kommunikasiyaları və s.)

Beləliklə də qeyd edilən parametrlər, eləcə də anoloji göstəricilər əsasında öl­kə­nin və ya müəssisənin investisiya potensialını təhlil etmək və investisiya cəlbe­di­ci­liyi baxımından qiymətləndirmək mümkündür. Eyni zamanda, investisiya qoyu­luş­­­larına təsir edən əsas amillərdən biri də investisiya riskidir. Bu risk, adə­tən aşağıdakı məhdudiyyətlər nəzərə alınmaqla qiymətləndirilir:

    • iqtisadi-siyasi sabitlik;

    • geosiyasi və geoiqtisadi vəziyyət;

  • göm­rük-vergi dərəcəiəri və onların tənzimlənməsi və bu sistemin səmə­rə­li­­liyi;

  • yerli bazarın xarakteristikası;

    • ticarət siyasəti;

    • bazara daxil olma şərtləri və xüsu­sıy­yətləri;

    • kapitalın risklilik dərəcəsi;

    • qoyulmuş investisiyaların öz xərcini ödəmə dərəcəsi;

    • daxili sosial durum və əhalinin rifah halı;

    • iqtisadi cinayətkarlığın səviyyəsi və ölkənin reytinqi;

    • dövlətin investisiya risklərindən sığorta təminatı.

Araşdırmalar göstərir ki, müəssisələrdə sərmayə qoyuluşuna təsir edən mühüm amillərdən biri də investisiya fəaliyyətini tənzimləyən normativ-hüquqi bazadır. Bu baxımdan da, investsiya qanunvericiliyi investisiya fəaliy­yə­tini tənzimləyən dövlət, eləcə də subyekt sə­viy­yəli xüsusi normativ aktlarla əla­qədardır ki, bunun üçün də ölkədə müvafiq ba­za­nın formalaşdırılması çox va­cib­dir. Bu baza nə qədər təkmil olarsa, investisiya cəlbediciliyi də bir o qədər yük­sək, risklilik isə aşağı olar. İstər ümumilikdə, istərsə də müəssisə səviyyəsində investisiya iqliminə mənfi təsir edən əsas amillər aşağı­da­kılardır:

  • Qanunverici bazanın qeyri-sabitliyi;

  • Hədsiz vergi qoyuluşu;

  • Cinayətkarlıq və korrupsiya;

  • Əhalinin aşağı alıcılıq qabiliyyəti;

  • Yüksək gömrük rüsumları;

  • Yerli hakimiyyət orqanlarının səriştəsizliyi və bürokratizmi;

  • Yerli bank xidmətlərinin məhdudluğu;

  • İnfrastrukturun geriliyi;

  • Biznes üzrə tərəfdaşların ödəniləcək pulu vaxtında ödəməməsi;

  • Dövlətin qeyri-qənaətbəxş, zəif sığorta təminatı;

  • Etibarlı tərəfdaşların olmaması;

  • Bazar informasiyasının azlığı;

  • Kadr problemləri;

  • Mal və xidmət bazarlarının inhisarlaşdırılması;

  • İstehsal güclərinin çatışmamazlığı;

  • İnflyasiya.

Azərbaycan sürətlə inkişaf edən və beynəlxalq aləmə yaxından inteqrasiya olunan bir ölkədir. Bu inkişafın bariz nümunəsi özünü ölkə iqtisadiyyatına qoyulan sərmayələrdə daha aydın göstərir. Bu sərmayələr istər dövlətin qoyduğu, istərsə də xarici investorların qoyduğu investisi­ya­lar­dır ki, bu investisiyalar da hər keçən il daha da artır. Dövlət Statistika Komitə­sinin məlumatları bunu daha aydın göstərir. Əgər 2000-ci ildə ölkə sənayesinə qoyulan inves­tisiyanın həcmi 670.1 mln manat idisə 2011-ci ildə bu göstərici 4849.1mln manat olmuşdur.

Aşağıdakı cədvəldə son illər ərzində ölkə sənayesinə qoyulan investisiyanın inki­şaf dinamikası verilmişdir.



Sənayedə əsas kapitala yönəldilən investisiyalar (faktiki qiymətlərlə) milyon manat ilə

Cədvəl 1.3.1



Göstəricilər

2003

2004

2005

2006

2007

2008

2009

2010

Sənaye - cəmi

3008

3917.2

4176

4297

4591

4249

3225

4276

Xarici investisiyalar

2648.1

3337.2

3350

3045

2676

2011

1403

1917

Daxili investisiyalar

359.9

580

826

1252

1915

2238

1822

2359

Mədənçıxarma sənayesi

2744.7

3706.7

3730

3386

3498

2883

2088

2952

Xarici investisiyalar

2593.8

3230.4

3210

2787

2577

1908

1272

1883

Daxili investisiyalar

150.9

476.3

520.6

598.6

920.6

974.6

816.8

1069

Emal sənayesi

77.8

145.2

115.8

112.3

299.9

395.2

354.2

510.2

Xarici investisiyalar

15.6

75.7

35.9

17.7

2

43.1

21.4

1.1

Daxili investisiyalar

62.2

69.5

79.9

94.6

297.8

352.1

332.8

509.1

Mənbə: www.azstat.org

Cədvəldən göründüyü kimi qoyulan sərmayənin əksər hissəsini daxili inves­ti­si­yalar təşkil edir. Burada dövlətin rolu danılmazdır. Keçən illər ərzində İqtisadi İn­kişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bir neçə iri mü­əs­sisələr yaradılmışdır. Bu müəssisələrə misal olaraq “Ümumi tutumu 5000 ton olan müasir soyuducu anbar kompleksi”-ni göstərmək olar.1

İndi isə bu müəssisənin maliyyə mənbələri, layihəsi, görüləçək işlər və s. haqda qısa olaraq məlumat vermək məqsədəuyğun olardı:


  1. Maliyyə mənbələrini əsasən iki istiqamət – müəssisənin öz vəsaitləri və kre­dit­lər təşkil etmişdir. Ümumilikdə isə bu aşağıdakı kimi olmuşdur:

Maliyyə mənbələri üzrə vəsaitlərin həcmi, (manat ilə )

Cədvəl 1.3.2.



Maliyyə mənbələri

Müəssisənin vəsaitləri

Kredit

Ümumi

Tikinti xərcləri

607000

1320000

1927000

Avadanlıq alışı

-

1280000

1280000

Dövriyyə vəsaitləri

550000

-

550000

Cəmi

1157000

2600000

3757000

Mənbə: www.anfes.gov.az

Araşdırmalar göstərir ki, layihənin 69%-i kredit vəsaitləri hesabına, 31%-i müəs­sisənin öz vəsaitləri hesabına ödənilmişdir. Bu isə o deməkdir ki, ümumi dəyəri 3757000 manat olan layihənin 1157000 manatı müəssisənin vəsaitləri, 2600000 ma­natı isə kredit hesabına təmin olunmuşdur. Layihənin icra planı isə aşağıdakı kimi nəzərdə tutulmuşdur:



1-ci mərhələ

Tikinti: 8 ay

2-ci mərhələ

Avadanlıq və texnika alınması:8 ay

3-cü mərhələ

Istehsal fəaliyyətinə başlanması:9-cu aydan sonra

  1. Tikinti işləri haqda:

Tikinti işləri ( torpağın alınması, bünövrə və.s)

320000 manat

Yerin örtüyü və izolyasiyyası

95000 manat

Konsturuksiyya işləri

280000 manat

Panel və qapılar

86000 manat

Soyutma, elektirik vasitələri

42000 manat

Montaj vəsaitləri xərcləri

50000 manat

Tigər tikililər və komnikasiyya xərcləri

280000 mant

Cəmi

1927000 manat

Mənbə: www.anfes.gov.az

  1. Əsas vəsaitlər haqda:

Əsas vəsaitin adı

Dəyəri (manat ilə)

Soyutma cihazları

480000

Nəmləndirici

23000

Hava təmizləyici

14000

Mərkəzləşdirilmiş izləmə sitemi

12000

Işıqlandırma

8000

Çeşidləmə və qablaşdırma avadanlıqları

420000

Elektirik tənzimləyici

12000

Generator ( 415 kva)

33000

Transformator ( 2500 kva)

30000

Atmosfer nəzarət sistemləri

140000

Avtokar ( 2 ədəd 1500kq-lıq yük qaldırıcı)

48000

Nəqliyyat vasitələri

60000

Cəmi

1280000

Mənbə: www.anfes.gov.az

Layihə üzrə satışdan daxil olma 15.2 mln manat, xalis mənfəət isə1.8 mln manat planlaşdırılır. Satış bazarı üçün isə birinci mərhələdə respublika daxili, ikinci mər­hə­lədə isə ixrac məsələləri nəzərdə tutulur. Anbarda 1 ton meyvə tərəvəzin saxlanması xərci 25.4 manat, istehsal gücü isə 1 ildə təqribən 3650 ton meyvə-tərəvəz saxlanması kimi planlaşdırılır.

Aydındir ki, bu müəssisədə 20 yeni iş yeri açılmış və əhalinin məşğulluq səviy­yəsi xeyli artmışdır. Müəssisədə orta aylıq əmək haqqı fondu 6000 manat, orta aylıq əmək haqqı isə 300 manat təşkil edir.2

Ümumilikdə, son dövrlər sahibkarlığın inkişafı üçün yaradılan münbit şərait cid­di nailiyyətlərin əldə edilməsinə imkan yaratmışdır. Bütün bunlar hökumətin iclasında da dəfələrlə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının yekunlarına həsr olunmuş iclasında maliyyə naziri söyləmişdir: “Cənab Pre­zi­dent, sahibkarlığa hərtərəfli dəstəyin göstərilməsi 2011-ci ildə də hökumətin qarşı­sında qoyduğunuz əsas vəzifələrdən biri kimi qalmaqdadır. Məhz diqqət və qayğı­nın nəticəsidir ki, yalnız 2011-ci ilin doqquz ayında iqtisadiyyatın müxtəlif sahələri üzrə 1287 sahibkarlıq subyektinə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 106 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 34 milyon ma­na­tını dövlət büdcəsindən ayrılan vəsait təşkil edir. Güzəştli kreditlərin 74 faizi res­publikanın regionlarının, 26 faizi isə Bakı şəhərinin müxtəlif qəsəbələrinin payına düşmüşdür. Bu kreditlər hesabına 5110 yeni iş yerinin açılacağı nəzərdə tutul­muş­dur. 2011-ci ilin doqquz ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə inves­ti­si­ya layihələrinin sayı 27 faiz, verilmiş güzəştli kreditlərin məbləği 31 faiz, yeni açılmış iş yerlərinin sayı isə 37 faiz artmışdır”.



II fəsil: MÜƏSSİSƏ MALİYYƏSİNİN TƏŞKİLİNİN TƏKMİLLƏŞ­Dİ­RİL­MƏSİ
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə