Budur gəldi bahar fəsli




Yüklə 1.67 Mb.
səhifə13/15
tarix22.02.2016
ölçüsü1.67 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

MOSKVA TƏƏSSÜRATLARI
Kurs vağzalında Əşrəfi və onun ailəsini General Morozov və onun həyat yoldaşı qarşıladı. Səhər çağı olsa da, hava istiydi. Avqustun axırları həmişə belə olur. Bürkü nəfəs almağa qoymur, birdən hava sərinləşir. Hətta yağış da yağır. Axşamlarına isə söz ola bilməz.

Voyennı qorodoka çatana qədər Nadejda Stepanovna ilə Raziyə sevindiklərindən bilmirdilər ki, nə etsinlər.

-Мы думали, что вы приедете в Баку, а получилось наоборот! –deyə, Raziyə Nadiyaya deyirdi.

-У нашего уважаемого генерала нет времени для семьи. Я же об этом писала.

-Они все такие. Если бы не Наргиз, мы не увидились бы.

-Рая, как я рада нашей встрече.

-Я тоже. Ты знаешь, Наргиз поступила в мединститут. Поэтому мы здесь.

-Я поздравляю дочку!-deyə, Nadya Nərgizin üzündən öpdü.

General Morozov qadınların söhbətini eşidib arxaya boylandı və Nərgizi təbrik etdi.

-Ашраф с тебя причитается! Ой, как обмывать будем. Дяд Фазил приедет?

-Не знаю! Отец никогда не отчитывается.

-А Намиг?

-Спроси у зятя.

-У какого зятя?

-Моего затя!

-Ты не шути! Асад сын Намига.

Əşrəf gülümsəndi.

-Что вы затеяли черты?

-В будущем свадьбу.

-Братишка, от все души поздравляю.

“Zim” Morozovgilin mülkünün qarşısında dayandı. İki mərtəbəli "izbuşka" rus nağıl kitablarındakı evləri xatırladırdı. Moskvanın kənarında yerləşən hərbi şəhərcik elə bil Nərgizin nağıllar aləmi idi. Onun ən çox xoşladığı Moskva ətrafındakı bu şəhərcik idi.

Tanış binanın ikinci mərtəbəsinin eyvanından ded Vityanın qızları ona əl elədilər. Köhnə rəfiqəsini görən qızlar sevindiklərindən qışqıraraq aşağı düşdülər.

Nadya hara getdiklərini deməmişdi. Qızlar üçün Nərgizin gəlişi gözənilməz idi.

-Нара, откуда ты взялась? Ты же экзамен сдавала?- deyə, Morozovun böyük qızı Tanya soruşdu.

-Она уже студентка!- deyə, Nadya Nərgizin əvəzinə cavab verdi.

İki əlini açıb qızlarının onu qucaqlayacağını gözləyən Əşrəfin səbri kəsildi.

Девочки, а ну ка, к дяде! - dedi və onun boynuna tulanan qızların üzündən öpdü.

-Витя, тебе тоже придется уже жениха найти для своих. Как они выросли за год!

-Не скажи. Таня перешла в десятый, а Вера в девятый. Настоящие невестушки! Но я им уже сказал, что выдам их за бакинца, только за бакинца.

-Что в Москве мало хороших людей?- deyə, Raziyə soruşdu.

-Я бакинский русский! Таких людей очень мало

-Вот захвастался!.-deyə, Nadya qımıldandı.

-Бакинский русский-это не московский русский. Он знает, что такое гейрет! Это слово на русский не переводится. И твои русские этого не знают, мы, бакинские, знаем.

-Хорошо, хорошо не спорю!

-То,то!

Morozovun sir-sifətinin ciddiləşdiyni görə Nadya yenidən Raziyənin belini qucaqladı:



-Наших мужиков не изменим!

***


Nərgiz atası daxil olmaqla Böyük Vətən müharibəsi iştirakçılarına xas olan bir xasiyyətini aşkar etmişdi: müharibəni yada salmamaq və onun haqqında çox az danışmaq.

Hələ uşaqlıqda General Morozovgilə gələndə qulluqdan qayıtmış hərbiçinin döşündəki “koreşeklərini” atasına göstərib onların nə olduqlarını soruşardı.

-Get, özündən soruş! - deyə, Əşrəf qızını generalın yanına göndərərdi.

Balaca Nərgiz aşağıdan yuxarı uca boylu generalı süzdükdən sonra əli ilə pencəyinin yaxasındakı orden və medalları əvəzi olan koreşeklər işarə edib soruşardı:

-Дядь Витя, что это такое?

-Доченька, это значки орденов и медалей!

-А почему не несете их самих?

-Не знаю, видать, так удобно!

-За что это вам дали?

-Ты у отца спроси! У него больше орденов, чем у меня..

-А я ничего не видела.

-А ты спроси!

-Папа ничего мне не показывал...

Nərgiz sonra atasından bu haqda soruşmaq istəyəndə, onun sifətinin dəyişdiyini, özünü pis hiss etdiyini görürdü. Bu işə baş qoşduğuna görə peşman olurdu.

Bakıya qayıdanda nənəsinin sandığının qır-qızıl saxladığı yerdə çoxlu orden və medallar olduğunu gördü.

-Ay nə, bunlar kimindir? - soruşdu.

-Atanındır, mənim balam!

-Bəs niyə taxmır?

-Bilmirəm! Ancaq bilirəm ki, xoşlamır.

Nərgiz orden və medalların üstünü oxuduqdan sonra atasının harada vuruşduğunu və hansı şəhərləri azad etdiyini görürdü. Bu haqda söz salanda atası fikrə dalırdı, heç nə demirdi.

Atası müharibədən çəkilmiş kinolara baxanda yaman dilxor olurdu. “Faşistləri lap axmaq göstərirlər. Məgər biz bu cür axmaqlarla vuruşmuşuq? ” - deyə, Raziyəyə şikayətlənirdi. Həmişə sakit olmasına baxmayaraq, belə hallarda təmkinini itirirdi.

***


Taksi “Qızıl meydanda” dayandı. Meydanı əhatə edən Kremlin və tikilən binaların daşlarının qırmızı kərpicdən olduğu görən ruslar buranı “Krasnıy ploşad, yəni "qırmızı meydan “ adlandırmışdılar.

Əşrəfin yadına atasının Əlağa Vahidə dediyi sözlər düşdü: “İndiki şairlərimiz qədər sırtıq, yaltaq, yalançı, sabunsuz girən dünyada adam tapılmaz! ” Ruslar meydanlarını qırmızı adlandırır, bizimkilər çevirib qızıl edirlər, dünya və ruslar əsgərlərini qırmızı adlandırır, bizimkilər qızıl edirlər.

QUM “Qırmızı meydanda” Lenin mavzoleyilə üzbəüz, Moskvanın ən qədim üstü örtülü bazarlarından idi. Bu şəhərə gələnlər mütləq bura ayaq basırdılar, çünki öz şəhərlərində, kəndlərində tapa bilmədikləri malları burda tapırdılar.

Hamı bilirdi ki, bütün Sovet İttifaqı Moskva üçün işləyir, odur ki, keyfiyyətli, yaraşıqlı və modalı geyimləri ancaq buradan almaq mümkün idi.

Aydındır ki, QUM-da insan izdihamından yaranmış növbənin uzunluğu hərdən dörd yüz, beş yüz metrə çatırdı. Kimi ayaqqabı, kimi paltar, kimi diş şotkası, kimi uşaq geyimi və Allah bilir nə növbəsinə dururdu.

Əşrəf Moskvaya yaxşı bələd olduğundan adətən hər şeyi şəhərin kənarlarından alırdı. Çox vaxt General Morozovun yaşadığı hərbi qarnizondan bazarlıq edərdilər. İndi isə Nərgizin və Əsədin nazıyla oynadığlarından QUM-a gəlmişdilər.

-Ay ta, “Qırmızı meydana” baxarıq, sonra QUM-a dəyərik. Maraqlıdır. -deyə Nərgiz hamını bura gətirmişdi.

Nərgizin və Əsədin ağlına belə gəlməzdi ki, icazə alıb şəhərə tək çıxıb gəzsinlər. İstəklərini ancaq onlara bildirirdilər.

Gəzintini sevməyi xoşlayan Raziyə üçün isə qızının bütün təklifləri ürəyindən idi. Digər tərəfdən Morozovun arvadı Nadejda Stepanovna da onlara qoşulmuşdu. Tahir isə “Voennı qorodokun” əyləncələrindən əl çəkmirdi.

Tahir ondan üç-dörd yaş böyük olan generalın oğlu Vasyaya qoşulub bütün günü oynayırdılar. .

Nərgiz atasının qoluna girib QUM-u mərtəbə-mərtəbə gəzirdilər.

Nadejda, Raziyə və Əsəd isə onlardan ayrıldılar və sözləşdilər ki, yarım saatdan sonra fontanın qarşısında görüşsünlər.

Əşrəfin bazarlıq etməkdən zəhləsi gedərdi. Bir dəfə olsun ki, növbəyə dayanmazdı. Həmişə deyərdi ki, “Allah alverçilərin canını sağ eləsin! Əzab-əziyyətə bizi salmırlar. Beş-on şahı üstünə qoyub, gətirib evimizin içində satırlar”.

Həmişə Nərgizin şıltaqlığı ilə oynayan Əşrəfi ancaq o, yolundan çıxardıb maqazin və dükanlara apara bilərdi. Belə hallarda kəmsəbir olan Əşrəf qızının xətrinə hər şeyə dözürdü və çalışırdı ki, balası nə xoşlayır onu alsın

QUM-un birinci mərtəbəsinə növbə yenicə yaranmağa başlamışdı ki, Nərgiz atasını növbəyə saldı.

-Ay ta, ora bax, gəl girək, alaq! - deyə, onun qolundan sallanaraq, ayaqqabı dükanından çıxan qadının əlindəki ayaqqabını göstərdi.

Növbədəkilərin azlığını görüb, Əşrəf qızıla razılaşdı. Sevindi ki, qızının xoşuna gələn nəyi isə tapıb.

Dükanın qapısının girişində iri hərflərlə yazılmış elanı Nərgiz atasına göstərdi və rusca atasına dedi.

-Пап, посмотри, что там написано: Участникам и инвалидам ВОВ без очереди. Паппа, ты же участник и у тебя есть удостоврение ВОВ, покажи, и мы пройдем.

Nərgizin bu sözlərindən sonra ətrafdakılar onlara tərəf boylandı. Hətta qabaqdakılardan kimsə:

-Пропустите участника ВОВ- deyə yol açdı.

-Спасибо, я как все!. Дочька подождет!- deyə, Əşrəf ətrafdakılara minnətdarlığını bildirdi. Bundan sonra edilən təkidlərə də baxmadı. Hamı necə, o da elə. Gözlədi.

Bu səfər ayaqqabı dükanında çeşidin çox olması, içəri girənlərin vaxtını çox alırdı, növbə çox yavaş irəliləyirdi. Buna baxmayaraq Əşrəf səbirlə, təmkinlə gözləyirdi. Əsəd və qadınlardan isə əsər-əlamət yox idi.

-Anagil harada qaldı? Gör nə qəşəng ayaqqabılardır! Gəlsəydi, o, da alardı. - deyə, Nərgiz atasına şikayətləndi.

-Ay qız, sən özünü düşün! Ananda olan ayaqqabı, kimdə var? Elə bilirsən, bəyənəcək? - deyə, Əşrəf arvadının yüksək zövqünə işarə etdi. - İndi biz alacağıq, gəlib bəyənməyəcək.

Atasının haqlı olduğunu düşünən Nərgiz dinmədi. Hər ikisi növbələrinin çatmasını gözlədi.

Onların növbəsi qapıya çatmışdı ki, qabaqda almanca danışan bir qrup adam dayandı və əmələ gəlmiş növbəyə istehza ilə baxmağa başladılar. Onları göstərərək “ Ya! Ya!”- qımıldaşdılar.

Onlardan biri qapının ağzında dayanmış milis nəfərini barmağı ilə yanına çağırdı. Qulağına nə isə pıçıldadı. Milis qapının ağzına yanaşdı və qabaqda qapının ağzında növbəyə durmuşları aralamağa başladı:

-Qonaqlardır, onlar növbəsiz keçməlidirlər! Yol verin!

Qabaqda duranlar yerlərindən tərpənmək istəmədilər. Belə olduğu halda milisioner qarşıda duranları itələməyə başladı. Almanlar isə bunu görüb gülüşdülər.

Sanki Əşrəfin başına qaynar su tökdülər. Növbəsiz içəri girmək istəyən zırpı bir almanın qabağını kəsdi və yaxasından tutub bir-iki metr qırağa tulladı. Alman yanı üstə yerə dəydi. Növbədəkilər güldülər.

Onunla gələnlər zırpını qaldırdılar və ani bir sükut yarandı. Sükutu yenə də Əşrəf pozdu. Milisionerin yaxasından yapışdı:

-Ay it oğlu, burada duranların nəyi sənin bu faşistlərindən əskikdir. Atana-anana, babana-nənənə güllə atanlar deyil? Nə qədər ailəni gözü yaşlı qoyublar? Sən onlara yol verirsən? Biqeyrət!

Əşrəf milisi zırpı alman kimi tullamadı. Yaxasından tutub yuxarı qaldırdı.

Özünü itirən milis camaatdan imdad istəyirdi.

-Ay camaat, bu məndən nə istəyir? Mənə əmr veriblər, mən də əməl edirəm! - deyə, milis Əşrəfin əlindən qurtarmaq istəyirdi.

Növbə yaddan çıxdı, milisi hamı dövrəyə aldı və onun üstünə düşdülər.

-Kişi məgər düz demir? Bizi vaxtıykən tanklarının altında əzənlər, balalarımızı qıranlar niyə növbəsiz keçsinlər? -deyə, qoca bir qarı camaatın arasından dinləndi.

Növbədə elə hay-küy qalxdı ki, turist qrupu qorxudan qırağa çəkildi və nə baş verəcəyini uzaqdan izləməyə başladı.

Qıraqdakı milislər qarmaqarışıq olduğunu görüb fitlərini çıxartdılar və var gücləri ilə çalmağa başladılar. Fitin səsinə bir anın içində dükanın qabağı milislə doldu.

Yaxasını Əşrəfin əlindən qurtarmış milis zabitə onu göstərib nə isə deyirdi.

Zabit milisdən aralanıb Əşrəfə yaxınlaşdı və mədəni şəkildə:

-Siz bizimlə milis şöbəsinə getməlisiniz! - dedi.

Əşrəf növbədən çıxdı, Nərgiz də onu müşayiət etdi. Nərgiz arxaya boylandı və zırpı almanın dəstəsindən aralanıb ləhləyə-ləhləyə onların dalınca gəldiyini də gördü.

Çox da uzağa getmədilər. QUM-un qapısından bir az aralı şöbəyə gətirdilər. Alman Nərgizin gözündən itdi.

Rəis müavininin otağına girən kimi növbəni dağıtmaq istəyən milis Əşrəfi göstərərək bərk səslə ərz etdi:

-Yoldaş rəis! Beynəlxalq qalmaqal, xaricləri təhqir, milis işçisinə əl qaldırmaq. Baxın, bir görün nə edib? - deyə, cırılmış yaxasını göstərdi: - Hökumət adamına əl qaldırıb!

Milisin hay-küyünə o birisi otaqdan bir mayor çıxdı:

-Nə olub Antonıç! Nə hay-küy salmısan?

Antonıç dediklərini bir də təkrar etdi. Nərgiz atasının qoluna sığınıb dinməzcə dayanmışdı.

-Belə-belə! - deyə, mayor Əşrəfi altdan yuxarı süzdü: -Sir-sifətdən çox hörmətli adama oxşayırsınız! Bu ki xuliqanlıqdır.

Əşrəf dinmədi, ancaq hirs onu boğurdu. Üzündəki nifrəti mayor o saat hiss etdi.

- Cəbhəçisiniz? - deyə, soruşdu.

-Elədir! - deyə, Əşrəf bir-təhər cavab verdi.

-Hələ cəbhəçidir, gör nələr edir? - deyə, Antonıç sözə qarışdı.

-Bas bayıra Antonıç, tez ol! - deyə, mayor onu otaqdan qovladı: - Əyləş, qızım - deyə, Nərgizə və Əşrəfə divanı göstərdi.

-Harada vuruşmusunuz?

-Xarkov, Stalinqrad, Kursk, Kiev...

-Sən ki cəhənnəmdən çıxmısan! Mən də oralarda olmuşam. Stalinqraddan başlamışam.

-Orada ölkənin olum və ya ölüm məsələsi həll olunurdu.

-Nə qədər dostlarımı itirdim...

-Mən də...

Nərgiz atasının və mayorun gözlərini yaşardığını gördü.

Antonıç yenidən içəri girdi:

-Zərər çəkən alman otağınızda sizi gözləyir! - deyə, ərz etdi.

-Antonıç, sən burda mənim qonaqlarım üçün çay təşkil elə, indi gəlirəm! Aydındır?

-Bəli, yoldaş mayor.

Antonıç bu əmrdən sonra elə bir vəziyyətə düşdü ki, özü də bilmədi nə etsin.

Almanın növbəyə gəlməsi Antonıçı sevindirirdi ki, ona əl qaldırmış qafqazlını günahlandıracaqlar, digər tərəfdən isə xaricini müdafiə etdiyinə görə ona təşəkkür edəcəkdilər.

Komandirinin ciddiliyinə və qətiyyətliliyinə bələd olan Antonıç dinməzcə bayıra çıxdı və bir neçə dəqiqədən sonra əlində “Qjel podnosu” içəri girdi. Stolun üstünə çayniki, çaydanı və stəkanları qoydu.

Çay süzmək istəyəndə Nərgiz yerindən qalxmaq istədi. Kişinin qadının və qızın yanında çay süzməsinə Azərbaycanda pis baxırdılar. Əşrəf qızının nə edəcəyini o saat anladı, əlindən tutub, qalxmağa qoymadı. Əlini boynuna saldı və oturduğu divanın söykənəcəyinə arxalandı.

O birisi kabinetdə isə Mayor Antonov Hans Piterlə söhbət edirdi. Qans Piter hündür boylu gülər üzlü iyirmi beş-iyirmi altı yaşlı zırpı bir cavandı. QUM-da baş vermiş hadisə nəticəsində zərər çəkən də o, idi. Ancaq Hans Piter şöbəyə şikayət üçün gəlməmişdi.

Hans Piter təmiz rus dilində mayora müraciət etdi:

-Her mayor, günahkar bizik, bizi növbədən kənar keçirtmək istədilər. Tutulan yoldaş haqlıdır. Biz onun hüquqlarını pozurduq. O, Vətən müharibəsi iştirakçısı ola-ola növbədən kənar keçməyib, biz isə keçmək istəmişik. Xahiş edirik, ona dəyməyin! Mən hamımızın adından üzr istəməyə hazıram.

-Bilirsiniz onun nə qədər dostları, tanışları, yoldaşları müharibədə həlak olub?

-Anlayıram! Məgər bütün almanlar faşist idi? Faşizmə qarşı mübarizədə yüzminlərlə alman həlak olub.

-Bunu bilirik, ancaq səngərdə üzbəüzə gələn və bir-birinə güllə atmağa məcbur olan insanlar istəsələr də istəməsələr də bir-birinə düşmən olurdular...

İndi illər lazımdır ki, dostluq inamını yaradasan.

-Mən də bu fikirdəyəm. Atam müharibədə həlak olub. Ancaq mənim sovet xalqına nifrətim qalmayıb. Nifrətim faşistlərədir. Onlar Almaniyanın faciəsində günahkardırlar.

-Hələ müharibə vaxtı Stalin deyirdi ki, bir var faşistlər, bir də var alman xalqı. Biz alman xalqının düşməni deyilik, biz faşizmin düşməniyik.

-Bu faciə hamımızın faciəsidir. XX əsrdə bir də belə faciə təkrar olunmamalıdır. Mümkünsə, məni onunla görüşdürün! - deyə, Hans Piter mayordan xahiş etdi.

-Buyurun! - deyə, Mayor Antonov əliylə qapını göstərdi.

Onlar içəri girəndə Əşrəflə Nərgiz divanda əyləşib çay içirdilər. Antonıç isə onlara qulluq edirdi. Almanın içəri girdiyini görən Əşrəf ayağa qalxdı və dik onun gözlərinin içinə baxdı. Hans Piterin gözləri gülürdü.

-Bağışlayın məni! - deyə, əlini Əşrəfə uzatdı.

Əşrəfi onun gülər üzü və baxışı həyata qaytardı. Müharibənin çoxdan qurtardığını anlatdı, əli uzatdı.

-Qızınızdır? - deyə, Hans Piter Nərgizi göstərdi.

-Qızımdır.

-Mənim atam müharibədə həlak olub...Ancaq məndə sizə qarşı heç bir nifrət yoxdur. -deyə, Hans Piterin gözü doldu.

-Məni bağışla! - deyə, Əşrəf ona müraciət etdi.

Araya sükut çökdü.

-Bu faciələri daha yada salmayaq! Gəlin, bu günki gündən danışaq! - deyə, Mayor Antonov sükutu pozdu.

-Mən də bu fikirdəyəm deyə, Hans Piter gülümsədi. Sonra Əşrəfə müraciət etdi.

-Siz qafqazlısınız?

-Bəli!


-Milliyyətiniz?

-Azərbaycanlı!

-Mən Bonn universitetində rus və türk dillərini öyrənirəm.

-Bizim dilimiz Şərqin fransız dilidir. Türk dillərinin şahıdır.

-Eşitmişəm, ancaq bundan sonra daha da maraqlanacağam. Bonn universitetinin aspirantıyam.

-Çalışın Azərbaycan ədəbiyyatını öyrənin. Möcüzədir.

-Qızınız nə ilə məşğul olur?

-Bu il tibb institutuna daxil olub. Odur ki, gətirmişəm Moskvanı gəzdirim.

-Bütün azərbaycanlı qızlar bu cür qəşəngdir? - deyə, Mayor Antonov dinməzcə onları seyr edən Nərgizi göstərdi.

-Əlbəttə ki!

Onlar şöbədən çıxanda sözləşdilər ki, bir də görüşsünlər.

Nərgizlə Əşrəf bir daha QUM-a qayıtmalı oldular. Fontanın qarşısında Əsədin dəstəsi onları gözləyirdi.

-Səhərdən sizi gözləyirik! - deyə, Raziyə gileyləndi.

-İşimiz vardı! İnanmırsan, Nərgizdən soruş!

-Bir şey ala bildiniz?

-Ay na, mənim heç nə xoşuma gəlmədi.

-Gördün, Əsəd! Bu qızın xoşuna heç nə gəlmir.

Onlar ayaqqabı dükanın qarşısında keçəndə, növbədən bir nəfər çıxdı və onlara yaxınlaşdı:

-Sizin növbəniz çatıb! Keçib ala bilərsiniz! - deyə, Əşrəflə Nərgizə yol açdı və onları içəri buraxdı.

Bir neçə dəqiqədən sonra Nərgizin xoşladığı ayaqqabını alıb bayıra çıxanda, yenə də Əsədin dəstəsi nə baş verdiyini anlamadı.

-Bəs deyirdin xoşuna heç nə gəlmədi? - deyə, Raziyə soruşdu.

-Çünki mən seçə bilmədim.

-Bəs bunu?

-Bunu atam seçdi! - deyə, Nərgiz atasının üzünə baxıb güldü.

***

Viktor Vladimiroviç Əşrəflə birlikdə balkondan aşağı həyətə baxırdılar. Cavanlar həyətin ortasına patefon qoyub, çalıb oynayırdılar.



Viktor onları seyr etdikcə gülümsünür və dostuna işarə edib deyirdi:

-Əşrəf, bir fikir ver, necə şənlənirlər? Necə qayğısızdırlar? Bizim cavanlığımız isə səngərlərdə keçdi. Oddan-alovdan çıxdıq.

-Təki onlar xoşbəxt olsunlar!

-Fikir ver, onların dostluğuna, mehribançılığına!

-Görürəm! Bunu biz yaratdıq. Qoy, onlar davam etsinlər!

-Bu belə olacaq! Vay o gündən ki, bu dostluğu dağıtsınlar. SSRİ dağılar, çünki bu ölkə dostluq əsasında qurulub. Rus, türkmən, ukrainalı və başqalarının birliyi. Ağlın-şüurun qələbəsi deməkdir. Millətçilik bu birliyi dağıda bilər.

-Qorxulusu da budur.

-Ən pis insan millətçidir. SSRİ çoxmillətli ölkədir. Bu birliyi qorumaq üçün millətindən, əqidəsindən və dinindən asılı olmayaraq yaxşı insanı pis insandan ayırmalıyıq, vətəndaşlıq prinsipindən çıxış etməliyik, əks halda bu möhtəşəm ölkəni sonu faciədir.

-Vitya, sən, deyəsən, filosofa çevrilirsən. Uşaqlara bax! Düşündüyünə yer yoxdur.

-Sən elə fikirləşmə ki, boş-boşuna danışıram. Stalinə qarşı bu reviziyadan sonra hər şey tərsinə dövran edir. Baxarsan, bu Xruşov ələmi bir-birinə qatacaq. Stalini heç eləmək bu möhtəşəm ölkəni dağıtmaq deməkdir.

-Hardasa haqlısan, ancaq bu ölkənin taleyinə nə yazılıbsa, o da olacaq. Deməli, kamil cəmiyyətdə yaşamırıq.

-Mən də bu fikirdəyəm. Biz ki bu qeyri-kamilliyi aradan qaldıra bilərik. Bunun üçün yüz minlərlə kamil ziyalılarımız-alimlərimiz vardır.

-Vitya, mənim atam deyir ki, ziyalılıq qandakı genlərlə ölçülür, diplomların yox. Deməli, Stalin özünün yaratdığı dövlət qeyri-kamildir ki, Xruşov, Mikoyan kimilər hakimiyyətə gəlir.

-Bəs bunun axırı necə olacaq?

-Hər şeyə inamsızlıq yaranacaq! Ölkə özü bu cür adamlardan uzaqlaşacaq.

-Bilirsən, ölkə sahibsiz qalıb! O boyda ordunu dağıdırlar! - deyə, general Xruşovun apardığı reformalara işarə vurdu.

-Səbirli ol, komandir! Əsası odur ki, biz qaliblərik.

****

MƏKTƏBLİ VƏ TƏLƏBƏ
ßøðÿôèí àèëÿñè Ìîñêâàäàí àâãóñòóí àõûðû ãàéûòäû. ßñÿä åëÿ Ìîñêâàäàí áèð äÿôÿéÿ Ñÿìÿðãÿíäÿ öç òóòäó.

Áàêûéà ãàéûäàí êèìè Òàùèðlə Íÿðýèçèí ìÿêòÿá ìÿñəëÿëÿðèlə ìÿøğóë îëäóëàð.

Áöòöí ùÿéÿò ñåíòéàáðûí áèðèíè ýþçëÿéèðäè.

Sentyabr səhəri günəş şəfəqlərini Məşədi Fazilgilin əvvəl şüşəbəndlərinə, sonra isə eyvanlarına saldıqda saat yeddinin olduğunu göstərirdi.

Nərgiz çoxdan ayaq üstündə idi. Daş ütülə donunu ütüləyirdi. Tahir isə nənəsinin çarpayısında mışıl-mışıl yatırdı.

Seyid Bikə isə hamıdan əvvəl durmuşdu. O, äàüëûëàðûí Éàñàìàëäàí ýÿòèðäèéè ñöäö ìÿòáÿõäÿ ãàéíàäûðäû. Êèøèëÿð åâäÿ äåéèëäè.

Ìəøÿäè Ôàçèë þòÿí ùÿôòÿ Ñÿìÿðãÿíäÿ éîëà äöøìöøäö, ßøðÿô èñÿ éîëäàí áó ýöí ýÿëÿúÿêäè.

Åéâàíà ãàéûäàí Ñåéèä Ïèêÿ ýÿëèíèíèí Òàùèðè éóõóäàí äóðğóçìàã èñòÿäèéèíè ýþðäö.

-Ãîé, ùÿëÿ éàòñûí! Âàõòà ÷îõ âàð! Ñÿí Íÿðýèçè éîëà âåð!-äåäè.

Íÿðýèç èñÿ öòöëÿäèéè äîíó êåéèá ýöçýöíöí ãàðøûñûíäà þçöíÿ õÿëâÿòè òóìàð âåðèðäè. Áèðäÿí íÿíÿñèíèí îíó ñåéð åòäèéèíè äóéäó âÿ ÷åâðèëèá àðõàéà áàõäû.

Íÿíÿñèíèí íÿ äåéÿúÿéèíè ýþçëÿäè. Àíúàã Ñåéèä Ïèêÿ áèð êÿëìÿ áåëÿ äèíìÿäè, Òàùèðèí óçàíäûüû ÷àðïàéûíûí áàøûíà êå÷äè. ßëèíè áàëàúàíûí àëíûíà ãîéàðàã, áàðìàãëàðûéëà ñà÷ëàðûíû îâõàëàäû âÿ íÿâÿñèíèí àñòà-àñòà ýþçëÿðèíèí à÷ûëäûüûíû ýþðöá îíóí àëíûíäàí þïäö:

-Ãàëõ, ìÿíèì áàëàì! Ìÿêòÿá çàìàíû ýÿëäè! - äåäè.

Òàùèð ñàíêè áó ñþçëÿðè åøèòìÿê èñòÿéèðìèø êèìè ÷aðïàéûäàí äèê àòûëäû âÿ äþøÿìÿíèí öñòöíÿ äöøäö. ßëëÿðèíè íÿíÿñèíèí áîéíóíà ñàëûá áèð íå÷ÿ äÿôÿ îíóí öçöíäÿí þïäö:

-Íÿíÿ, ÿââÿë ñÿíèí, ñîíðà ùàìûíûí ñàáàùû õåéið! - äåäè âÿ ñòîëóí öñòöíÿ àòûëìûø øàëâàðûíû ÿéíèíÿ êå÷èðäèá ùÿéÿòÿ, ôoíòàíûí éàíûíà ãà÷äû. Ùoâóçóí êðàíûíû à÷äû, øûðûëòûéla àõàí ñóéó əëèíÿ àëûá öçöíÿ âóðìàüà áàøëàäû.

-Óøàã êè, óøàã! - äåéÿ Ñåéèä Ïèêÿíèí Íÿðýèçÿ èëê ñþçö áó îëäó. Àíúàã áèðäÿí éàäûíà äöøäö êè, áó ýöí Íÿðýèçèí èíñòèòóòà ýåòäèéè áèðèíúè ýöíäöð. Äöíÿíäÿí Òàùèð Ñåéèä Ïèêÿíèí áàøûíû î ãÿäÿð ãàðûøäûðìûøäû êè, ãûç éàääàí ÷ûõìûøäû.

Ñåéèä Ïèêÿ ñàíäûã÷àñûíûí àüçûíû à÷äû, çèíÿò ãóòóñóíäàí óúóíà ãûçûëäàí Ãóðàíãàáû áàüëàíìûø çÿíúèðè ÷ûõàðòäû âÿ ýÿëèá Íÿðýèçèí áîéíóíà ñàëäû.

-Íÿíÿíèí ñÿíÿ ùÿäèééÿñèäèð! Ñàüëûüíàí èøëÿäÿñÿí!- äåäè.

-×îõ ñàü îë, íÿíÿ! -äåéÿ, Íÿðýèç Ñåéèä Ïèêÿíèí áîéíóíäàí ñàðûëäû.

Åéâàíà Ðàçèéÿ ÷ûõäû. Åëÿ ýåéèíìèøäè êè, åëÿ áèë òîéà ýåäèðäè.

-Ùàíû Òàùèð? - äåéÿ, îüëóíó àõòàðäû.

Öçöíö äÿñìàëlà ñèëÿ-ñèëÿ Òàùèð ïèëëÿëÿðè ãàëõäû âÿ äöç îòàüûíà êå÷èá ìÿêòÿáëè ôîðìàñûíû ýåéèíìÿéÿ áàøëàäû.

-Àé íà! Îëàðìû ìÿí äÿ ñèçèíëÿ Òàùèðè ìÿêòÿáÿ àïàðûì? -äåéÿ, Íÿðýèç Ðàçèéÿäÿí ñîðóøäó.

-Äÿðñÿ ýåúèêÿðñÿí!

-Bizim dərslər saat doqquzun yarısında başlayır. Volodya əmi əvvəl Tahiri məktəbə qoyar, sonra məni aparar!

Volodyanın "Pobedasının" çırıltılı siqnalı küçədə gözlədiyinə işarə idi.

-Gəldi! - deyə, Tahir süfrənin arxasından durdu, yenə də otağa keçdi çantasını götürüb küçəyə qaçdı.

Beş dəqiqədən sonra Volodyanın maşını onları 172 N-li mÿêòÿáÿ ÷àòäûðäû.

Òàùèð ìàøûíäàí äöøöá, àðõàéà áàõìàäàí, ìÿêòÿáÿ ÷îõäàí áÿëÿä îëàí áèð àäàì êèìè òàé-òóøëàðû éûüûşàí ìåéäàí÷àéà òÿðÿô ãà÷äû.

Hər üç qadın onun dalınca baxıb gülüşdülər.

-Nənə, dərsdən özüm qayıdacağam! Dalımca gəlməyin! -deyə, Tahir keçib müəlliməsi Rəfiqə xanım üzünə baxmağa başladı. Uşaq elə bil gözlərilə deyirdi ki, gəlmişəm.

Balacanın ona dikilən gözləri Rəfiqə xanımı özünə cəlb etdi.

-Sən mənim sinfimdənsən? - deyə, soruşdu.

-Bəli! - deyə, Tahir cavab verdi.

-Onda keç, burda dur! - deyə, onu uşaqlarına qatdı.

Rəfiqə xanım Nərgizlə Raziyənin ona tərəf gəldiyini gördü. Özü onları qarşıladı. Rəfiqə xanım Nərgizin də müəlliməsi olmuşdu.

-Xoşuna gəldi? - deyə, Raziyə Rəfiqədən soruşdu.

-Kimi deyirsən?

-Balacamı.

-O, sənin oğlundur? Axı o, balaca idi?! - deyə, Rəfiqə xanım iki ay bundan qabaq gördüyü Tahirlə indikinin arasındakı fərqi qeyd etdi.

-Böyüyüb!- deyə, Seyid Bikə əlavə etdi.

-O gün olsun, Nərgiz kimi instituta girsin!

-Amin!


Zəng vuruldu. Şagirdlər bir cərgə ilə Rəfiqə xanımın arxasınca məktəbin qapısında içəri keçdilər.

-İndi isə səni yola salaq! - deyə, Seyid Bikə gözü qardaşının arxasınca qalmış Nərgizi əlini dartdı. Keçib Volodyanın maşınına mindilər.

Tibb institutunun qabağı òÿëÿáÿëÿðëÿ äîëóéäó. Ýåíèø ìåéäàía éûüûøàí òÿëÿáÿëÿð òÿòèëäÿí qayıdan äîñòëàðûíû àõòàðûð, îíëàðëà ýþðöøöð, ñîíðà øàøãûí ãàëìûø áèðèíúè êóðñóí óøàãëàðûíà íÿéèí ùàðaäà îëäóüóíó ýþñòÿðèðäèëÿð.

Tələbələrin şən səsləri Tibb institutunun qarşısındakı meydana bayram əhval-ruhiyyəsi gətirirdi.

Maşından düşüb tələbələrə qoşulan Nərgizin arxasınca baxan nənəylə ana bu gün onun həyata atdığı ilk atdımı sanki duyurdular.

-Bu qız nə tez böyüdü? - deyə, arxadan Volodyanın səsini eşitdilər.

-Əziyyətimiz indi başlanacaq! - deyə, Raziyə əlavə etdi.

-Heç bir əziyyəti yoxdur! Bir ildən sonra toyunu edib salırıq Səmərqəndə yola! - deyə, Seyid Bikə qərarının qətiliyini bildirdi.

-Onda gərək cehizini hazırlayaq! - deyə, Raziyə dərin xəyala daldı

-Hazırla da! Kim mane olur? - deyə, Seyid Bikə üzünü Volodyaya çevirdi:

-Getdik evə! Bu gün ağır günümüzdür. Əşrəflə dostları töklüşüb gələcəklər. Uşaqların qoyununu da kəsdirmək lazım olacaq.

-Nərgizin, arxasınca gedim? - deyə, Volodya soruşdu.

-Lazım deyil! Özü daha böyük qızdır. Bir də bizi dilə- dişə salma! - deyə Seyid Bikə maşına mindi.

***


Məktəbə gedənlərdən birinci Tahir qayıtdı. Əlindəki çantanı yelləyə-yelləyə, dəhlizin divarına çırpa-çırpa è÷ÿðè ýèðäè. Elə bil uşaq getdiyi yerdən qırılıb qaçmışdı. Üstü başı toz içində idi.

İçəri girən kimi nənəsinin üstünə qaçdı. Pişik kimi tullanıb onun boğazından sallandı, iki əyağı ilə nənəsinin belini qucaqladı, onun əllərini belində hiss edən kimi üzündən öpdü.

-Nənə, səhərdən sənin üçün darıxmışam. Müəllimə deyənlərin hamısını bilirəm. Məktəb maraqsızdır.

-Sonra maraqlı olacaq!

Tahir hamıdan çox Seyid Bikəni və Məşədi Fazili istəyirdi, onlarla nəfəs alırdı. Heç evlərində də qalmırdı. Bütün günü nənəsilə idi.

-Ay na, bir onun sir-sifətinə bax! - deyə Raziyə dilləndi.

Seyid Bikə Raziyənin niyə bu sözləri dediyni o saat başa düşdü. Nəvəsini yerə qoyub, geriyə çəkildi və diqqətlə balacanı süzdü. Tahirin şalvarının qırağından ağ köynəyinin balaqları görünürdü.

-Həmşəri ki, həmşəri! Çəkdi də, ana tərəfinə. Köynəyini şalvarına sal! Sonra şotkanı götür üstünü təmizlə! - deyə, nəvəsinə göstəriş verdi.

Tahir nənəsinin qətiyyətli sözlərindən özünü yığışdırdı, köynəyini şalvarına saldı və eyvana çıxıb evə keçdi.

Volodyanın "Pobedasının" siqnalı Əşrəfin gəlişindən xəbər verdi. Həyətə girməyilə anasını axtardı. Seyid Bikəni otağında tapdı:

-Ay na, indi dostlarım gələcək! Siz isə heç nə etməmisiniz.

-Biz nə etməliyik ki?

-Bəs qoyunu niyə kəsdirməmisiniz?

-Qoy Nərgiz dərsdən gəlsin də.

-Hələ gəlməyib!

-Saat neçədə gələcək?

-Dördün yarısında.

-Hələ üçün yarısıdır. Onda mən Volodya ilə gedim bazarlıq edim. İbadın dalınca adam göndərin! Qız gələndə uşaqların ayağının altında kəsin. Paylayın! Bu qoyun nəzirlikdir. Özümüz üçün Yasamaldan indi alıb qayıdırıq. -deyə, Əşrəfin gəlməyinən həyətdən çıxmağı bir oldu. Heç Tahiri soruşmadı da.

Əşrəf çox ağır təbiət insan idi. Deyib-gülən adam olsa da, uşaqlara üzü gülmürdü. Həyətdəki uşaqlar onu görən kimi yoxa çıxırdılar. Təkcə Nərgizə qarşı onda məhəbbət vardı.

Bütün uşaqlar kimi Tahir atasından çəkinirdi. Çalışırdı ki, onun yanında şitlik eləməsin.

Seyid Bikənin yadına belə gəlmirdi ki, Əşrəf uşaqlardan birini yanına salıb harasa aparsın. İstər toya, istər teatra, istər qonaqlığa Raziyələ özləri gedərdilər. Uşağı özüylə aparmağı mədəniyyətsizlik sayırdı.

Seyid Bikənin təkidinə "Ay ana! Toy, qonaqlıq uşaq yeri deyil!" Uşağın uşaq yeri var, böyüyün böyük!" - deyə cavab verirdi.

Onun bu cavabına hirslənən Seyid Bikə; Bu sənin Nərgizin, bu da sənin Tahirin! Özünüz baxın! Mən də gedirəm Nataşagilə, çoxdandır görmürəm! - deyə, otağına keçib qapısını bağlamış, dediyinə əməl etmişdi.

Naəlac qalan Əşrəf Raziyəni evdə qoyub, özü qonaqlığa getmişdi.

Axşam evə qayıdanda uşaqları anasının yanında görüb, Seyid Bikə Əşrəfin bu xasiyyətini dəyişə bilməyəcəyinə bir daha əmin olmuş, gəlini ondan inciməməsinə baxmayaraq, yaman hirslənmişdi:

-Mən getdim ki, uşaqları da götürüb aparasınız. Babaəlini görürsən, elə ki Rovşənlə bura gəlirlər, uşaqsız gəlmirlər. Abas da belədir. Sizə nə olub? Hamı necə siz də elə!

-Ay ana, Vallah belə yaxşıdır. Narahatlıq olur, fikrin uşaqların yanında qalır. Allah qoysa böyüyərlər özləri gedərlər.

-Mənim balam, bilsəydim ki, Əşrəf uşaqları sənin yanında qoyacaq, getməzdim.-äåéÿ, öçöíö ýÿëèíèíÿ òóòäó.

-Eybi yoxdur, ana! Hələ o qədər qonaqlıqlarda olacağıq!

Gəlinin cavabı Seyid Bikənin ürəyincə oldu. Başqa cavad gözləmirdi də.

***
İbad kişi əlində şişlərlə həyətə girdi. Keçib əlindəkiləri çarhovuzun üstünə qoydu. Belinə bağladığı iri bıçağı çıxartdı. Kranın trubasının üstünə bir-neçə dəfə çəkdi ki, itiləsin. Barmağının ucunu bıçağın ülgüc tərəfinə çəkdi ki, görsün itidir ya yox.

Bıçağı da çarhovuzun üstünə qoydu, səkisinə əyləşdi. Həyətdə sakitlik idi. Həmxanalar evlərinə çəkilmişdilər. Hamı sanki Seyid Bikənin hay-harayını gözləyirdi.

İbad kişinin belə oturmağı uzun çəkmədi. Seyid Bikə eyvanda göründü:

-İbad kişi, yuxarı qalx! Orda niyə oturmusan? Ayıb deyil!

-Seyid qızı, bura çox sərindir.

-Qalx yuxarı, bir stəkan çay iç! İndi Nərgiz gələr! Qoyunu kəsərsən!

Eyvana yenicə qalxmışdı ki, Nərgiz içəri girdi. Əlindəki balaca çantanı stolun üstünə qoydu. Bacısının gəldiyini görən Tahir də eyvana çıxdı:

-Nərgiz, necə oldu? Xoşuna gəldi institut?

-Bəs sənin necə?

-Dözmək olar! Müəlliməmiz çox yaxşıdır.

Seyid Bikə ikisinin əlindən tutub aşağı endi. İbad kişi dartıb tövlədəki qoçu ikisinin ayağı altına yıxdı.

-Mən niyə, nənə? Bu qoyun Tahirin adınadır! Mənim üçün kəsmisiniz! - deyə, Nərgiz geri çəkilmək istədi.

-Fərqi nədir, Nərgiz? İndi olar ikimizin. Bu gün hər ikimiz birlikdə dərsə getmişik. Odur ki, hər ikimizə düşür. -deyə Tahir Nərgizin əlini dartdı.

Nərgiz onun sözlərinə davam gətirə bilmədi. Ayağını yerə yıxılmış qoçün üstünə qoydu və Tahirin də belə eləməsini istədi.

Seyid Bikə Tahirin qətiyyətinə heyran qaldı. Nənə uşaqların ayaqları altına tökülmüş al-qırmızı qana əlini batırıb Nərgizlə Tahirin, sonra isə eyvana çıxmış Raziyəni alnına xal qoydu.

-Allah qəbul eləsin! - dedi.

İbad kişi qurbanlıq ətini doğradı və həyətdə olan evlərin sayına bölməyə başladı. Raziyə onları boşqablara düzüb, qonşulara paylamağa başladı.

Əşrəf dostları ilə həyətə yenicə girmişdi ki, Abbasla Nəriman başqa bir qara qoçu itələyə-itələyə həyətə saldılar.

İbad kişi dinməzcə qoçu yerə yıxdı və bıçağını onun boğazına çəkdi.

Axşam sərini Əlisəttar ailəsilə həyətə girəndə balaca Zöhrə məktəbli geyimində idi. Seyid Bikə üçüncü nəvəsinin məktəbə getməsindən xəbərsiz deyildi. Ancaq iki gün idi ki, başı Nərgizə qarışmışdı.

-Nənənin gülü! Gəl, səni bağrıma basım! Səni təbrik edim!

Zöhrə nənəsinin qucağına qaçdı.

Seyid Bikə nəvəsinin əlindən tutub otağına apardı. Əlisəttar isə həyətin ortasında oturan Əşrəfin dostlarına qoşuldu.

Seyid Bikəyə elə gəldi ki, bütün bu gördüklərini haçansa olub, bu hadisələr yenidən təkrar olur. Hadisələrin davamını sanki əvvəlcədən hiss edirdi. Bu hissiyyat onu tərk etmirdi. O, ömrünün ən xoşbəxt çağlarını yaşayırdı. Sən demə arzu elədiyi xoşbəxtlik elə bu imiş: balaların sevinməsi...


1   ...   7   8   9   10   11   12   13   14   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə