Budur gəldi bahar fəsli




Yüklə 1.67 Mb.
səhifə1/15
tarix22.02.2016
ölçüsü1.67 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   15


T.Ə.CƏFƏRLİ

BİR ƏSR BİR NƏSİL

Budur gəldi bahar fəsli



Dördüncü kitab

Məni boya- başa çatdırmış



Seyid Bikə və Məşədi Fazilin

əziz xatirəsinə ithaf edirəm



BAKI – 2013

Tahir Əşrəf oğlu Cəfərli

Bir əsr bir nəsil.

Budur gəldi bahar fəsli.

8 kitabdan 4-cüsü

Bakı.2003

©Dil və ədəbiyyat

Redaktor və məsləhətçi: f.e.n. R.S.ƏHMƏDOV

Bədii redaktor: C.T.CƏFƏRLİ

Таир Aшраф оглы Джафарли

Вот пришла опять весна!

4-я книги из 8 и « Один век один род». Баку-2003



В этой книге описываются события 40-60-х годов прошлого столетия. Автор раскрывает содержание популярной азербайджанской народной песни: "Вот пришла опять весна!" и строит сюжет книги на изображении людей, непосредственно связанных с Ашугом Шакиром и оказавших влияние на его творчество. Книга о дружбе и верности

GÖRÜŞ
Dənizdən sahilə sərin meh əsirdi. «Dərbənd» gəmisinin burnu sakit suların dalğalarını yara-yara körfəzə yan alırdı. Göyərtədə durmuş Əlisəttar, Ənzəlinin artıq ona tanış olan çiy kərpicdən tikilmiş birmərtəbəli evlərini seyr edir, Şimalla Cənubun fərqini anlamaq istəyirdi.

-Yenə bizə şükür! Bizdə yaşayış varmış, buralar aclıqdır ki! - deyə düşünürdü.

Adətən gəmi sahilə yan alanda iş başında olmayanlar, bir də sərnişinlər göyərtəyə çıxır və gəminin yan almasına tamaşa edir, qarşılayanlara əl edirdilər.

Bakıdan Ənzəliyə, yaxud Ənzəlidən Bakıya çox nadir hallarda sərnişin gələrdi. Adətən gələnlər və gedənlər diplomatlar, çinovniklər, hərbiçilər olurdular. Sadə insanların gediş-gəlişi demək olardı ki, yox idi.

"Dərbənd" gəmisi ticarət gəmisi idi. İrandan alınan və yaxud İrana satılan malları daşıyırdı.

Gəmi Ənzəli körfəzinə yan alan kimi boşaldılar, əvəzinə İran malı vurular, o saat da geriyə yol tutardı.

Nadir hallarda gəmi bir-neçə günlüyə Ənzəli limanında qalardı. Bunun üçün ciddi səbəblər olmalı idi. Bu adətən alınmış malların gəlib çıxmamağı, gəminin təmiri, bir də hava şəraitinin kəskin şəkildə dəyişməsi ilə əlaqədar olurdu.

Havanın sakitliyi ondan xəbər verirdi ki, Ənzəlidə üç-dörd saatdan artıq dayanmayacaqlar.

Sahildə İran fəhlələri ilə birlikdə işləyən matroslar bu bir-iki saatın ərzində öz-alış verişlərini edəcək, iş qurtaranda xəlvəti aldıqlarını kayutlarda gizlədəcəklər.

Adətən matroslar Bakıdan bura İranda tapılmayan cürbəcür alətlər, şokolad, kəlağayı və s. mallar gətirir, əvəzində isə Bakıda tapılmayan xına, ədva, saqqız, zərxara və s. şeylərə dəyişdirirdilər. Ancaq bütün bunları qorxa-qorxa edirdilər ki, heç kim görməsin.

Xüsusi şöbənin nümayəndəsi bunu görən kimi qabağını alırdı və o, matros bir daha İran sahillərini görmürdü.

Demək olar ki, bütün matroslar bu işlə məşğul idilər. Təkcə Əlisəttar onlara qoşulmurdu. Atası ona bu işlə məşğul olmağı qadağan etmişdi:

-Sənin gələcəyin var! Belə işlərə qoşulma!

Əlisəttarın gəmidə hamı xətrini istəyirdi. O, bir adamın işinə qarışmaz, çalışardı ki, hamı ilə yaxşı dolansın.

Onun işi sənədləri fars dilindən rus, rus dilindən isə fars dilinə çevirmək idi.

İrana çatan kimi kapitanla birlikdə sahilə çıxar, onları qarşılayanlarla danışıqlar aparardılar.

Gəmi kapitanı Həmid Əsədov azərbaycanlıydı, ancaq həmişə rusca danışardı.

İran tərəfindən qarşılayanların çoxu farsca yox, azərbaycanca danışardı. Bununla belə Kapitan Əlisəttardan onların dediklərini rus dilinə, özünün dediklərini isə fars dilinə çevirməyi tələb edirdi. Danışıqların birindən sonra Əlisəttar kapitandan soruşdu:

-Həmid müəllim, nə üçün siz azərbaycanlılarla da rusca danışırsınız?

-Elə lazımdır, Əlisəttar! Biz Sovet dövlətini təmsil edirik. Gəmimiz onun bir parçasıdır. Mən isə onun nümayəndəsi. Dövlət dilimiz rus dilidir. Qanunu pozmaq olmaz!

Kapitan Əsədov tələbkar olduğu qədər də mülayim, sakit və ziyalı adam idi. Matrosların hamısı ondan razı idi. Gəmisinin heyətində isə heç vaxt “ÇP1” olmurdu. Əlindən gələni edirdi ki, gəmi heyəti yaxşı dolansın.

Heyətin qorxduğu KQB-nin nümayəndəsi - Nağıyev Fikrət idi. Hamıya şübhə ilə yanaşar, hamını güdər, kimin nə ilə məşğul olduğundan xəbərdar olmaq istəyərdi.

Komandanın Fikrətdən zəhləsi gedirdi. Onu görən kimi hamı özünü yığışdırar, söhbətlərini dəyişər, çalışardılar ki, o, olan yerdən uzaqlaşsınlar. Açıq-açığına deyirdilər ki, şərdən uzaq qaçmaq lazıdır.

Əvvəl gündən Əlisəttarla ciddi maraqlanmağa başlayan Fikrət Nağıyevin əlinin altındakı donosların birində də ona ilişmək üçün bir şey yox idi.

Materiallar göstərirdi ki, Ənzəlidə sahilə çıxan Əlisəttar heç kimlə alış-veriş etmir, şəhərin küçələrini veyillənə-veyillənə gəzdikdən sonra gəmiyə qayıdırdı. Ənzəli onu, ümumiyyətlə, maraqlandırmırdı.

Hər şeyə şübhə ilə yanaşan Fikrəti Əlisəttarın nədən özünü başqaları kimi aparmaması təşvişə salırdı.

-Görəsən, bu nə ilə məşğuldur? Belə ola bilməz! Özünü belə təmiz aparmaqda nə isə məqsədi var. Gözüm onun üstündə olmalıdır! " - deyə, qərara gəlmişdi.

Əlisəttar özü də bilmədən onun nəzarətində idi. Ancaq bu nəzarət o qədər açıq şəkildə idi ki, hamı bunu hiss edirdi. Hətta matroslar da xəbərdarlıq etmişdilər ki, "Yoldaş Fikrət" səni güdür.

Əvvəl Əlisəttar bu sözləri qulaq ardına alırdı, ancaq sonralar Nağıyevin həddini aşdığını görüb, bir gün onun yaxasından yapışdı:

-Fikrət, adamını tanı! Oğrun-oğrun dalımca gəlmə! Özünü yığışdır! Mənə qarşı uşaqları qaldırma!

Fikrət Əlisəttarın bu hərəkətindən qorxuya düşsə də, ondan əl çəkmirdi. Hər addımını güdürdü.

KQB-dən onun haqqında aldığı kağızlarda Əlisəttar təmiz əqidəli, saf insan kimi göstərilirdi.

Oxuduqlarından dilxor olan Fikrət bir ara ondan əl çəkdi. Ancaq bu da uzun sürmədi.

Əlisəttarı güdməsi o qədər adi hal almışdı ki, göyərtəyə çıxan kimi "Yoldaş Fikrət, o, kapitanın yanındadır!" - deyə Əlisəttarın harada olduğunu ona göstərirdilər. Əlisəttarı Fikrətə göstərmək zarafata çevrilmişdi.

-Əlisəttar, sən mühüm dövlət adamısan, agentimiz səni qoruyur, gözdən qoymur. Sən canın, onun gözündən qaçma. Yoxsa hamımızı səni axtarmağa göndərər! - deyə, matroslar yarı zarafat, yarı ciddi onu xəbərdarlıq edirdilər.

O, isə əvəzində:

-Ona dəyməyin, o, dövlət adamıdır! Dövlətimizin maraqlarını qoruyur!-deyə, onlardan uzaqlaşardı.

***


1953-cü ilin sentyabr ayının ortaları idi. Ənzəliyə yan alan "Dərbənd gəmisi" dənizdə fırtınaya düşmüşdü. Gəminin komandasını dalğalar o qədər ora bura silkələmişdi ki, onda taqət qalmamışdı.

Yükləri bir təhər boşaldan komanda kayutalarına qayıdıb dünənki gecənin hayıfını yatmaqla çıxarırdılar. Sahilə güclü küləklər əssə də, gəmi lövbərdə sakitcə durub asta-asta yellənirdi. Heç kimdə sahilə çıxmaq həvəsi qalmamışdı.

Əlisəttar və kapitandan başqa hamı yatmışdı. Bakıdan gələn hava məlumatına görə dəniz sakitləşənə qədər, onlar hələ iki gün Ənzəli limanında qalmalı olacaqdılar.

Axşam düşdükdən sonra Kapitan Əlisəttarı yanına çağırdı.

-Əlisəttar, sahilə çıxmağa hazırlaş! Limanda bəzi sənədlərə səninlə baxmalıyıq. Beş dəqiqə vaxt verirəm.

Beş dəqiqədən sonra hər ikisi çox da uzun olmayan limanın sahililə şəhərə çıxan qapılara tərəf hərəkət etdilər. Qapının ağzında onların sənədlərin yoxlayan jandarmlar, şəhərə çıxış vərəqələrini görüb "Bi fərmayiş!" - dedilər və qapının ağzında gözləyən "Forda"oturtdulər.

"Ford" bir maşınlıq ensiz küçələrlə şəhərin mərkəzinə yaxınlaşırdı. Şəhərin mərkəzi dedikdə çox da böyük olmayan Ənzəlinin uzunluğu üz-dörd kilometr olardı, o da sahil boyu.

Şəhərin gur yerində maşın dayandı. Hər ikisi neon lampalarının par-par yandığı bir şirkətin binasının qarşısında maşından düşdülər.

Kapitanın hərəkətlərindən Əlisəttar o saat anladı ki, kapitan hara gəldiyini əvvəlcədən bilirdi, sürücünü də bu məqsədlə göndərmişdilər.

Şirkətin qapısında onları Avropa üslubunda geyinmiş bir cavan iranlı qarşıladı.

İranlının özünü aparması, maneraları ondan xəbər verirdi ki, bu fərd yüksək dairələrdə hərlənən bir adamdır.

Özünü "Fərhadi" adlandıran bu şəxs onları içəri dəvət etdi. O, təmiz azərbaycanca danışırdı. Maraqlı idi ki, kapitan da ona azərbaycanca cavab verirdi. Birinci dəfə idi ki, Əlisəttar kapitanın İranda azərbaycanca danışdığının şahidi olurdu.

İranlının arxasınca ofisin üçüncü mərtəbəsinə qalxdılar. Ənzəlidə ikimərtəbəlidən hündür bina demək olar ki, çox az idi. Gəldikləri şirkətin binası isə dörd mərtəbəli idi.

Üçüncü mərtəbədə nurani bir kişi onların qarşısına çıxdı:

-Ağaye Həmid, səni xoş gördük! Bizim tərəflərə xoş gəlmisən! - deyə onunla görüşmək üçün əlini kapitana uzatdı. Görüşdükdən sonra kabinetə keçdilər.

-Biz sizin gəlişinizə çox şadıq. Mənim təkliflərimlə də sizin tərəfin razılaşmağı, ticarət əlaqələrimizi daha da artıracaq, mallarımızı Bakıya göndərmək üçün şərait yaradılacaqdır.

-Bu belə olmalıdır, Ağaye Heybət! İran həmişə Azərbaycanla ticarət əlaqələrində olub. - deyə kapitan cavab verdi. Kapitanın bu sözlərindən Əlisəttar anladı ki, onlar bir-birini çoxdan tanıyırlar.

-Allah mərdimazarın evini yıxsın! Biz həmişə bir olmuşuq.

-Amin! - deyə kapitan cavab verdi.

-Mənim sizi bura çağırmaqda məqsədim ondan ibarətdir ki, gəminiz vasitəsi ilə mallarımı Bakıya daşıtdırım. Kapitanla şəxsən tanış olum! - deyə Ağaye Heybət sözünün rəsmi hissəsini belə bitirdi.

Kapitap Əsədov Ağaye Heybətinin dediklərinə qəhqəhə çəkdi.

-Qardaş, qurtar bu oyunu! Əlisəttar öz balamızdır. Basqallı Məşədi Fazilin oğludur. Mənim köməkçimdir.

-Dayan, dayan! Mir Hüseyn ağanın kürəkəni Fazili deyirsən? Mənim dostum Fazil Cəfərlinin balası? - deyə Ağayı Heybət ayağa qalxdı.

-Sən bilirsən, kimin oğlusan? Dünyanın ən adil insanının. Bilirsən, atanla nələr etmişik? Mir Hüseyn ağanın evinə basqın edib, Seyid Bikəni qaçırtmışıq. Atan necədir, oğul?

- Allaha şükür, sağ salamatdır.

-Bura soraq çatmışdı ki, onu sürgün ediblər.

-Düzdür, ancaq indi hər şey qaydasındadır.

Bir anlığa otağa sükut çökdü. Əlisəttar hiss etdi ki, Heybət ağa onu başdan ayağa süzür.

-Elə bil dayın Mir Kamil ağasan! İnsan insana necə oxşayar? - deyə Heybət ağa davam etdi.

Mir Kamil adı Əlisəttara tanış gəlməsə də, onu "dayın" kəlməsi düşündürdü.

-Yaxşı igid dayısına oxşar, deyiblər! - deyə Kapitan sözə qarışdı.

-Həmid, sənə deməmişəm, Mir Kamil ağa Şahımızın ən istəkli generalıdır. İranda böyük mənsəb sahibidir. Mir Hüseyn ağanın böyük oğludur...

-Heybət ağa, mən birinci dəfədir ki, bu adı eşidirəm. -deyə Əlisəttar sözə qarışdı.

-Sən cavansan, onun haqqında xəbərsiz olmalısan. 20-ci ildə Mir Kamil ağa yoxa çıxmışdı. Sizin ailə də elə bilirdi ki, itkin düşüb.

Fərhadi otağa daxil oldu və Heybət ağaya nə isə dedi:

-Buyurun, sufrə başına! - deyə ev yiyəsi onları qonaq otağına dəvət etdi.

Böyük bir dördbucaq stolun üstü yeməklərlə doluydu. Bakı dilində desək stolun üstündə nə yox idi: can dərmanı. Ancaq Əlisəttarı yemək maraqlandırmırdı.

Kapitan Əsədov bunu ondan qabaq hiss etmişdi. Stolun arxasına keçən kimi üzünü Heybət ağaya tutdu:

-Dayı oğlu, səndə deyəsən, çox xoş xəbərlər var? - deyə Həmid soruşdu. Kapitanın Heybət ağaya dayı oğlu deməsi Əlisəttarı təəccübləndirdi:

-Siz dayı oğlusuz?

-Burada təəccüblü nə var? Azərbaycanın yarısı bu yanda, yarısı o yanda...

-Bizi Bakıdan bura 36-da köçürtdülər. Həmidin anası mənim bibimdir. Nardaranlıda ərdə olduğundan bibimi köçürtmədilər. Bakının mərkəzindəki dükanlar, restoranlar hamısı bizimki idi. Yaxşı ki, bir balaca ayıq tərpəndik. Var-dövlətimizi bura keçirə bildik. Maşallah, indi Tehranda, Məşhəddə, Təbrizdə, İsfahanda daha nə bilim harada? Şirkətlərimiz, karxanalarımız, varımız, dövlətimiz...

Heybət ağa fikrə daldı. O, nəyi isə xatırlayırdı. Qulluqçu Əlisəttarın boşqabına aş çəkdi.

Əlisəttarı dayısı düşündürsə də, susurdu. İstəyirdi ki, dayısı haqda söhbəti davam etsinlər. Çünki Heybət ağa daşı atıb, kisəni gözlədənlərə oxşamırdı.

-Bilirsən, atanla nə cavanlıq etmişik? Haraları gəzməmişik? Paris, Vyana, Berlin, Praqa, İstanbul. Dədən mənimlə birlikdə Məşhədə gedib. İkimiz də olmuşuq məşədi.

Qulluqçu badələrə "Kişmiş arağı" süzdü. Ağaye Heybət ayağa qalxdı:

-Dayı oğlu! - deyə üzünü kapitana tutdu: - İcazə ver bu badəni qardaşım oğlunun sağlığına qaldırım! Atasının, anasının, dayılarının sağlığına içim!

Heybət ağa badəsini Əlisəttarın qaldırdığı badəyə vurdu, sonra uzadıb Kapitanınkına toxundurdu və bir nəfəsə içdi.

Əlisəttar badəni bir balaca dodağına yaxınlaşdırdı və yerə qoydu.

-Burdakılar, bizə şurəvilər deyirlər. Bizim kimi içə bilmirlər. "Kişmiş arağı" isə məcundur, dərmandır. Həmşərilər bunu qanmırlar. - deyə Heybət ağa qulluqçuya yenidən süzməyi göstəriş verdi.

Süfrə yığışdırılandan sonra balkona çıxdılar. Oradan dənizə gözəl bir mənzərə açılırdı.

Ənzəlinin yarıqaranlığına baxmayaraq körfəz bütün cazibədarlığı ilə insanı valeh edirdi.

Balkona samovar gətirildi. Mizin üstünə meyvə, çərəz və şirniyyat qoyuldu. Keçib kreslolara oturduqdan sonra, Heybət ağa qulluqçulara əliynən işarə etdi ki, çıxıb getsinlər. Balkonda yenə də özləri qaldılar.

-Fərhadi Həsən mənim böyük oğlumdur. Almanda oxuyub gəlib. Həmidi də birinci dəfədir ki, görür. Kiçik oğlum Hüseyn isə İngiltərədədir. Orda oxuyur. - deyə Həsəni onlarla təqdim etdi

-Heybət, sən oxu atmısan, yayını gizlətmə! De, görək Mir Kazım ağa kimdir?

-Dedim də, Seyid Bikənin itkin düşmüş böyük qardaşı. Bir beş-altı il bundan əvvəl Tehrana getmişdim. Cümə məscidində olarkən, Şah öz dəstəsi ilə gəldi. Onların arasında Mir Kamil ağanı gördüm. O, general geyimində idi. İzdihamın böyük olmasına baxmayaraq, mən bir təhər onlara yaxınlaşdım.

Məni görən kimi özü əl elədi, yaxınına buraxdılar. Kartını mənə verdi. Sonra Şahla birlikdə namaz qıldılar. O gündən bu günə qədər Tehrana gedən kimi onlara düşürəm. Elə bir işim olmur ki, o, əl tutmasın.

Seyid Bikə ona həm ana olub, həm bacı. Sizdən nigaran idi. Əmisi Seyid Rzanın güllələnməsindən də xəbərdardır. Elə bilirdi ki, sizinkiləri də güllələyiblər.

-Maraqlıdır! - deyə Əlisəttar təəccübləndi. Buna əsası vardı, anasından bu haqda heç nə eşitməmişdi.

Ağaye Heybətdən eşitdikləri Əlisəttarı düşünməyə vadar edirdi. O, birinci dəfə idi ki, Mir Kamil ağa kəlməsini eşidirdi. Anası babası Mir Hüseyn ağa haqqında ürək dolusu danışsa da, indiyə qədər istəkli qardaşı haqqında bir kəlmə də söz açmamışdı.

Heybət ağanın sözündən belə çıxırdı ki, Mir Kamil ağa atasının cavanlıq dostu olub. Atasından da onun haqqında eşitməmişdi.

Dünya görmüş Heybət ağa Əlisəttarın tərəddüd keçirtdiyini anladı.

Mir Kamil ağa 30-cu illərdə Türkstanda sovetə qarış cihadda iştirak edənlərin sərdarlarından biri idi. Bəlkə buna görə valideynləri onun adını tutmamışdılar.

Məşədi Fazili 27-ci ildə sürgün edildikdən sonra Heybət ağanın da, bu ailə ilə əlaqəsi kəsilmişdi. Heybətin özünün də onlardan xəbər yox idi.

-Əlisəttar, oğul, görürəm ki, mən dediklərim sənə yuxu kimi gəlir. Yaxşı olar ki, Bakıya qayıdanda Seyid Bikədən muştuluq istəyəsən. Onda anan sənə hər şeyi danışar.

Gələn səfər bura gələndə söz verirəm ki, səni dayınla görüşdürəcəyəm! - deyə Ağaye Heybət bu söhbətə son qoydu. Ürəyində isə sevinirdi ki, Mir Kamil ağaya şad xəbər çatdıracaq.

xxx

Gecənin qaranlığında gəldikləri "Fordla" limana qayıtdılar. Onları yola salmağa Həsən də gəlmişdi. Maşından düşdükdən sonra birinci dəfə idi ki, o kapitanla qucaqlaşdı. Sonra maşının baqajnikini açıb oradan iki bağlama çıxartdı, birin Əlisəttara, birini isə kapitana uzatdı.



-Dədəm verdi ki, sizə çatdırım.

Kapitan Əlisəttarın bağlamanı götürmədiyini görüb özü götürdü.

-Sağlıqla qalın! - dedi. İçəri keçən kimi bağlamanın o birisini Əlisəttara uzatdı.

-Heybət ağa bunu atan üçün göndərib.

Əlisəttar dinməzcə bağlamanı aldı və iri addımlarla kapitanın dalınca gəmiyə qalxdı.
***

ANANIN SİRRİ
Əlisəttar Bakıya çatan kimi evlərinə yox. bir başa atasıgilə gəldi. Günorta çağı idi. Bakıda sentyabr ayının axırının günəşli günləri davam edirdi. Həyətin qadınları ocağın ətrafında yığışıb günorta yeməyini hazırlayırdılar.

Əllinci illərdə yuxarı məhəllələrdə nə işıq, nə də qaz vardı. Odur ki, həyətlərin ortasında hamı üçün mətbəx qurulurdu. Bu mətbəxlərin içində təndir, sac, manqal, samovar, bir neçə odunla işləyən peç qoyulurdu. Həmxanalar yığışıb pul toplayır odun alırdılar və hamı birlikdə istifadə edirdi.

Bu mətbəxlər qadınları daha da mehribanlaşdırır və dostlaşdırırdı. Həmxana qadınlar bir ailənin bu və digər səbəbdən mətbəxdə nahar hazırlamadığını gördükdə. hərə bişirdiyindən o evə göndərirdi. Xəstələndikdə isə o qadının qayğısını çəkirdilər. Onların bu münasibətlərinə baxdıqca ataların niyə "Yaxşı qonşu qardaşdan əzizdir!" dediyini başa düşürsən.

Qışda isə hər ailə öz evinə çəkilərdi. Evin ortasında adətən ağ neftlə işləyən "Maşinka" yanardı. Soyuğunda bütün ailə onun ətrafında olurdu.

Mətbəxdən Seyid Bikə Əlisəttarın həyətə girdiyini və eyvana çıxdığını gördü. Ana əlini zivədən asılmış dəsmala sildi və ev tərəfə getdi.

Əlisəttar anasının eyvana qalxdığını görüb ayağa qalxdı. Anasının üzündən öpdü.

Seyid Bikənin stolun üstündəki bağlamanı göstərdi:

-Bu nədir, mənim balam? - soruşdu.

-Bunu İrandan göndəriblər, dədənin dostu...

-Hansı dostu?

-Ağaye Heybət!

-Nə Heybət? Dayan! Dayan! - yadıma düşdü. Dədənin cavanlıq dostu Fərhadi? Düz deyirəm. Sən onu haradan axtarıb tapmısan?

-Ay na, Ənzəlidə kapitanla qonağı olduq, dedi ki, səndən muştuluq alım: Dayım Mir Kamil sağdır! Şahənşahın generalıdır... Mənim məgər bu adda dayım var?

-Bala, var. Ancaq gecikmisən. Muştuluğu da çoxdan alıblar. Özüm də, atan da onunla görüşmüşəm.

-Kiminlə ana?

-Necə yanı kiminlə? Mir Kamillə.

-Bu ola bilməz?! Axı o, İrandadır.

-Düzdür, mənim balam! Odur ki, biz Türkmənstandan İrana keçdik və onunla görüşdük.

-Deməli, dədəni yenə də yoldan çıxartmısan?!- deyə Əlisəttar zarafat etdi.

-Görürəm ki, inanmırsan? - deyə Seyid Bikə ayağa qalxdı. Otağa keçdi. Əlində albomla qayıtdı, Əlisəttara uzatdı.

Albom nəfis şəkildə hazırlanmışdı, üzünə qızıl su ilə ornamentlər çəkilmiş, ingiliscə yazılar vardı.

Albomun xaricdən gəldiyinə heç cürə şübhə etmək olmazdı. Bakıda dəbə düşməyə başlamış bir sözlə "importnı maldır" ilə ifadə etmək olardı.

Əlisəttar albomu vərəqləməyə başladı. Şəkillərdə kübar bir ailənin həyat tərzi həkk olunmuşdu. Qeyri-adi gözəlliyə malik olan insanların şəkillərinə baxdıqca sanki onların özünə yaxınlığını hiss edirdi. Heç birini tanımamağına baxmayaraq, özünün onların bir parçası olduğunu düşünməyə başladı.

-Ay na, dayımgildir? - deyə soruşdu.

-Onlardır. - deyə Seyid Bikə gülümsündü.

Əlisəttar bir neçə dəfə albomu vərəqlədi, diqqətlə baxдыгдан сонра анасына гайтарды.

- Ана, хащиш едирям, буну юзцмцзкцлярдян башга щеч кимя эюстярмя!

Ялисяттар щяйятя дцшдц вя гапыны ачыб кцчяйя чыхды. Чямяндян ясян сярин мещ цзцня вурду. Мещин щавасына гатышмыш чямянин солмаг билмяйян чичякляринин ятри ону валещ етди. "Демяли Щейбят аьа дцз дейирмиш."- нятиъясиня эялди.

***

САЛЙАН ЭЮРПЦСЦ
Володйанын "Победасы" Салйан кюрпцсцня чатар-чатмаз Мяшяди Фазил машыны сахлатды. Сейид Бикянин ялиндян тутуб Кцрцн сащилиня енмяйя башладылар. Пайызын яввяли олмасына бахмайараг, бураларда щяля йай юз йерини хязана вермяк истямирди.

Чайын сащилиндя битян салхым сюйцдлярин будаглары сакит ахан сулара тохунур, диксинмиш кими бирдян йухары чякилир вя йенидян сулара гярг олурду.

Онларын дурдуьу сащиля о бири сащилдян ясян мещ салхым сюйцдлярин башыны сыьаллайыр вя сакит суларын цстцндя тякраролунмаз рясмлярини чякирди.

Сулар динмязъя сащиля тохунуб дальаланса да, инъя шырылты иля няьмясини сясляндирир, йаранмыш сакитлийи позса да, чыхартдыьы сясляр сащилин беш-алты метрлийиндян узаьа эетмирди.

Тябиятин бу еъазкарлыьы Сейид Бикяни сакитляшдирся дя, эюзляринин йашыны сахлайа билмирди.

Дцнян ахшамдан бу эцнки сяфяря щазырлашан Сейид Бикянин бура чатанда щяйаъан кечиряъяйини билдийиндян Мяшяди Фазил онун гаршысына бир шярт гоймушду:

-Яэяр эюрсям ки, щяйяъан кечиряъяксян, йары йолдан гайыдаъайыг!

-Мян разы, тяки атамын мязарыны тапым.

Инди онун эюз йашларынын селя дюндцйцнц эюрян Мяшяди Фазил башыны йелляди, Сейид Бикянин цзцндян йаьан сакитлийи дя щисс етди. Ъибиндян йайлыьыны чыхардыб, ханымынын эюзляринин йашыны силди.

-Сакит ол! Ахы мяня сюз вермишдин!?- деди

Сейид Бикя яринин тялаш кечирдийини щисс етди, анъаг эюзляди ки, онун эюзцнц силсин.

-Мян сакитям, горхма! - деди.

Володйа машыны йолун кянарындан чыхардыб, гапылары баьлады. О, да Сейид Бикяйля Мяшяди Фазилин ендийи дяряйя дцшдц. Гача-гача эялиб йанларында дайанды.

-Мир Камил дейирди ки, Салйан кюрпцсцня чатар-чатмазда саь тяряфдяки кяндин гябирстанлыьында басдырылыблар. Йерли ъамаатдан сорушсаныз, эюстярярляр! - дейя Мяшяди Фазил изащат верди.

-Биз дцз эялмишик. Бах, кюрпцнцн саьындайыг. "Салхым сюйцдялярин" арасында. Демяли, бураларда, щардаса габагдадыр. Володйа, бир йухарыдан бах, эюр ня эюрцрсян?

Володйа йенидян йухары дырманды. Ятрафа бойланды. Dурдуглары йердян чох да узаг олмайан тяпяликдя учурулмуш эцнбязин галыгларыны эюрдц.

-Фазил дайы, сиздян иряли, отуз-гырх метр аралыда, тяпяликдя, эцнбяз вар. Дейясян, гябирстанлыг ордадыр.- дейя, гышгырды.

Мяшяди Фазил Сейид Бикянин голундан тутуб Володйанын дедийи йеря тяряф getdilər.

Володйа ися машыны сахладыьы йерин архасындан ора йол узандыьынı эюрдц. Машын тяряфя гайытды, гапыны ачды, миниб, эцнбязин эюрцндцйц тяряфя сцрдц.

Гябирстанлыьын гапысындан азъа аралы нурани бир гоъа, кясилмиш аьаъ кютцйцнцн цстцндя отуруб гаршысында отлайан мал-гарайа бахырды.

Володйа машыны гоъанын йанында сахлады вя Сейид Бикя иля Мяшяди Фазили эюзлямяйи гярара алды. Машындан дцшдц, гоъайа салам верди.

Щаъы Тапдыг башыla саламы гябул етди. Бир кялмя беля аьзындан сюз чыхмады. Онлара йахынлашан яр-арвады сейр етди, бура нийя эялдиклярини дцшцндц.

Щаъы Тапдыг Чуханлы кяндинин молласы иди. Салйанын, Арбаканын, Шоркяндин вя с. кяндлярин адамларыны таныйырды. Ону ися танымайан йох иди.

Йашынын сяксяни ютмясиня бахмайараг чох эцмращ кишийди. Муьанда танынмыш "Гуран" билиъиляриндян иди. Тящсилини Кярбялада алмыш мютябяр бир диндар иди. Аилясини моллалыгла доландырырды.

Моллалыгла мяшьул олмаг гадаьан олдуьундан, Щаъы Тапдыг гейри-кяндлисини гябирстанлыгда эюряндя сусурду. Молланы сорушанда ися, "Бурада молла ня эязир?" - ъаваб верирди. Юзцнцн ися гаршысында отлайан мал-гарайа бахан олдуьуну дейирди.

Щяр ъцмя ахшамы гябирстанлыьын гаршысында оларды.

20-ъи иллярин ахырларында бцтцн моллалар кими ону да тутуб сцрэцн етмишдиляр. Мцщарибя яряфясиндя бурахмышдылар вя Чуханлыйа дюнмцшдц. Щаъы Тапдыг няляр эюрмямишди.

Гаршысында дайанын машынын Бакыдан эялдийиня шцбщя ола билмязди, эялянлярин дя шящярли олдуглары эюзя чарпырды. Шящярйана зювгля эейинмиш зийалылара охшайырдылар.

"Мотал папаьынын" уъуну эюзляриня ендирди ки, эюзцня дцшян эцняшин гаршысын алсын вя эялянлярин ким олдуьуну эюрсцн.

Мяшяди Фазилля Сейид Бикянин гаршыларындаkı щцндцрлцкдя чяпярлянмиш бир сащя ачлырды. Ашaьыдан йухары галхдыгъа Володйанын машынынын бу чяпярлийя эялдийи эюрцнцрдц.

Гябирстанлыг истигамятиня доьру ирялилядикъя чяпярлярин арxасында баш дашлары эюрцнмяйя башлады.

Мяшяди Фазил Сейид Бикянин ялиндян тутуб чыьыр бойу йухары галхды. Гябирстанлыьын гапысынын аьзында Щаъы Тапдыгла цзбяцз дайандылар. Она йахынлашыб салам вердиляр, Щаъы Тапдыьын ъавабыны алыб, юзлярини тягдим етдиляр.

-Биз Бакыдан эялмишик. Салйан кюпцсцня саьында олан гябирстанлыьы ахтарырыг. Дейясян, бурадыр.

Щаъы Тапдыг онун сюзлярини башы иля тясдиг етди. Сонра буралары, доьурдун да, танымадыгларыны эюрцб, бялядчилик етмяк гярарына эялди:

-Сиз гябирстанлыьда кимин мязарыны ахтарырсыныз? - дейя сорушду.

Мяшяди Фазил ня ъаваб веряъяйини билмяди. Анъаг дцшцндц ки, бу нурани гоъа ня ъцр олса, бурада баш вермиш щадисялярдян хябярдардыр, онунла ятрафлы данышмаг истяди.

-Мяним гайнатам, Мир Щцсейн аьа Бакынын танынмыш диндар алимляриндян бири иди. Сейид Бикя онун гызыдыр. 20-ъи илин йазында Азярбайъан Демократик Республикасынын щюкумят цзвлярини бурада эцлляляйибляр. Онларын мязарыны ахтарырыг.

-Нийя отуз цч илдян сонра? - дейя Щаъы Тапдыг сорушду.

-Бизя инди дейибляр. Эялмишик, мязарыны зийарят едяк.

Hacı Tapdıq diqqətlə Seyid Bikənin üzünə baxdı, sonra isə Məşədi Fazili yenidən süzdü:

-Mir Kamil ağa nəyinizdir? - deyə, imtahana çəkdi.

-Mir Kamil ağa mənim ürəyimin parası, mənim iki gözüm, böyük qardaşım. Siz onu haradan tanıyırsız?- deyə Seyid Bikə həm cavab verdi, həm də soruşdu.

Hacı Tapdıq belini dizəltdi, başındakı "motal papağı" çıxartdı və yenidən soruşdu:

-Məni necə, "Seyid qızı", tanıdın? Kərbəlanı yadına sal!

Son zamanlar Seyid Bikəyə elə gəlirdi ki, onu nə maraqlandırırdısa, kim maraqlandırırdısa o onun qarşısına çıxır.

Onunla üzbəüz duran kişinin üzünə baxdı. Ağ saqqalı və bığları onun nurani sifətini örtmüşdü. İri gözlərindən canlı bir işıq yanırdı. Qeyri-adi dərin və iri gözləri vardı.

Seyid Bikə bu gözləri unuda bilməzdi. Qarşısında atası Mir Hüseynin ən sevimli Kərbəla tələbəsi Tapdıq idi.

Seyid Bikə Tapdığı görəndə, balaca qız idi. Bununla belə, atası həmişə ondan danışardı.

Kərbəladan qayıtdıqdan sonra Mir Hüseyn ağa onu Bakıya çağıtdırıb Muğanın böyük məscidlərini birinə axund göndərmişdi. Sonuncu dəfə onu 1919-cu ildə görmüşdü. Atası ilə Cümə məscidində namaz qılanda.

-Hacı Tapdıq, məni də tanımalısan. İstanbula oxumağa gedəndə bizi yola salanların arasında da vardın! - deyə Məşədi Fazil əlavə etdi.

-Tanıyıram, Mir Hüseyn ağanın kürəkənisiz! Cəfərli Fazil!

Hacı Tapdıq fikrə daldı. Keçmişini xatırladan iki mötəbər adamın bura niyə gəldiklərini indi anlamağa başladı. Qarşısında duranların ağlına, mərifətinə yaxşı bələd idi.

-Gəlin, evə gedək. Mənə qonaqsız! -dedi.

-Hacı, tələsmə! Bizim işimiz elə buraynandır. Allah, özü səni bizə yetirib.

-Sizin qulluğunuzda hazıram.

-Gərək yaddaşını işə salasan! Söhbət 33 il bundan qabaq burada baş vermiş hadisədən gedir.

-Sən arxayın ola bilərsən. Yaddaşım hələ məni, nə də başqasını aldatmayıb. Hər şey yadımdadır. - deyə Hacı Tapdıq təkrar etdi.

-20-ci ilin mayında gecənin qaranlığında Salyan körpüsündə hökumət üzvlərini güllələmişdilər. O hadisədən xəbərin varmı?

Hacı Tapdıq bir az fikrə daldı. Beynində eşitdiklərini, gördüklərini yada salmağa başladı.

-Olmuş hadisədir. Bunu bütün Muğan bilir. 11-ci ordunun başında gələn Xəlil paşanın əmri ilə burada onları güllələyib, Kürə atmışdılar.

-Özün burada olmuşdun.

-Yox, bunları mənim əmim oğlu, öz gözü ilə görüb. Sahildə balıq tuturmuş. Camaatı ayağa o qaldırıb. Arbakanda yaşayır. İstərsəz, gedib, görərsiz.

-Bilirsən mən də o vaxtlar burda olmamışam. Danış, görüm necə olub?

-Bakı alınandan sonra Milli hökumət bolşeviklərə hakimiyyəti saziş əsasında verdi.

Bu sazişə görə kabinet hakimiyyəti bolşeviklərə verir, onlar isə öz növbəsində kabinetin üzvlərinə dəymirdilər. Bolşeviklər qol da çəkmişdilər.

Ondan sonra hakimiyyət bolşeviklərə keçdi. Bolşeviklər sazişi pozmadılar.

Güman ki, sazişi pozan Xəlil paşa olub. Deyilənlərə görə, bu hadisədən sonra Xəlil paşa milli hökuməti öz dəstəsi ilə həbs edib, qatara mindirib və naməlum istiqamətdə aparıb.

Heç kim onların hara və kim tərəfindən aparıldığından dürüst xəbərdar deyildi. Nə ailələri, nə qohumları. Xəlil paşanın əmriylə bu körpüdə güllələniblər.

Xəlil paşa 11-ci ordunun qatarında Salyandan keçib "Qırmızı Muğan Respublikası" deyilən oyunbaz qurumun köməyinə gedibmiş.

Deməli, Leninə verdikləri sözə əməl edirdilər. Azərbaycanı Rusiyaya təhvil verirdilər...

-Bəs güllənənlər necə oldu? Qəbirləri haradadır?

-Elə gəldiyiniz qəbirstanlıqda. Qatar gedən kimi ətraf kəndlərin əhalisi töküldü Kürün sahillərinə. Qayıqlarla suya batan cəsədləri üzə çıxartdılar. Yuz iyirmiyə qədər adamdı. Hamısını burada basdırdılar. Ancaq kimin kim olduğunu heç kim bilmirdi.

-Bəs haradan bildiniz?

-Bu faciəli hadisədən bir-iki həftə keçmişdi. Bir də gördüm qapım döyülür. Qapını açdım, bilirsiniz kimi gördüm? Mir Kamil ağanı və onunla gəlmiş Milli ordunun zabitlərini. Onlar olmuşları bizə danışdılar. Sən demə, gələnlər öldürülənlərin övladları idi.

Aparıb onlara qəbirləri göstərdim. Mənə "Quran" oxutdurdular. Xahiş etdilər ki, qəbirləri qoruyaq, itməsin. Bu insanlar Vətən yolunda şəhid olublar. Azərbaycanın qaymaqlarıdırlar.

Hamısı papaqların yerə vurub, and içdilər ki, Xalil paşanın nəslini-cinsini yox etməsələr kişi deyillər.

Səhəri günü Muğana məlum oldu ki, güllələnənlər kimlərdir. Düz deyiblər ki, qanı gizlətmək olmaz!

İndi burada yaşayanlara bu qəbirlər haqqında danışmağı qadağan ediblər. Bilsələr, adamın dərisini soyarlar. Nə pis zamanda yaşayırıq!?

-Qəbirlərin yeri itməyib? - deyə, Məşədi Fazil soruşdu.

-Qarşınızdadır! - deyə Hacı Tapdıq qabağa düşdü.

Qapıdan içəri girdilər, adsız qəbirlərin qarşısında durdular. Hacı Tapdıq “Fatəhə” surəsini oxudu.

Seyid Bikə bilmirdi ki, hansı qəbirə yaxınlaşsın. Onun çaşqınlağını Hacı Tapdıq başa düşdü.

-Qızım, fərqi yoxdur, hansı qəbirdə sənin atan yatır. Burda yatanlar millətimizin atalarıdırlar. Bunlar tariximizə şərəfli sətirlər yazanlardır. Bura gələnlər hamısı belə edirlər.

Seyid Bikənin gözündən yaşlar axırdı. Volodya xalasının qoluna girib maşına tərəf apardı. Məşədi Fazil Hacı Tapdıqla halallaşdı, bir daha təpədən Kürü seyr etdi və üzünü ona tutdu:

-Səndə nə qədər sirlər gizlənir, Kür? Bütün bunları, görəsən, xalqımız bir zaman biləcəkmi? Axı bundan bizim gələcəyim asılıdır.

***

  1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə