Bəziləri deyirdi ki, o heç vaxt yatmır. Bəziləri deyirdi ki, anası uşaq vaxtı onu zibil yeşiyinə atıb. Bəziləri deyirdi ki, o, bütün ölkələri gəzib və bütün sirlərdən xəbəri var. Kimsə düşünürdü ki




Yüklə 0.54 Mb.
səhifə5/9
tarix23.02.2016
ölçüsü0.54 Mb.
1   2   3   4   5   6   7   8   9

3 gün sonra
Suta üç gün qaranlıq otaqda qalandan sonra müəllim qapını açır. Suta müəllimindən küsmüş halda ona tərs-tərs baxır. Sonra deyir:

- Müəllim, axı mən düz deyirdim. İki üstəgəl bir üç edir. Amma Balu deyirdi ki, beş edir. Sizsə düz cavab verdiyimə baxmayaraq məni cəzalandırdınız. Əslində isə siz Axmaq Balunu cəzalandırmalıydınız.

Müəllim cavab verir:

- Balu, ağılsızdır, ona görə səhv danışa bilər. Bir üstəgəl iki doğrudan da üçdür. Amma sən yüz faiz əmin olduğun bir şeyə görə mübahisə etdin. İndi de görüm hansınız daha Axmaqsınız?
Bizim həyat tərzimiz aksiom idi. Onun sübuta ehtiyacı yox idi. Azad nağılın ikinci hissəsini üç gün sonra danışdı.

Bu gündən daha çətin tapşırıq başlayırdı. Bizə pislik edənlərə yaxşılıq edirdik. Yaxşılığı elə etməli idik ki, heç kəsin xəbəri olmasın. Onun özünün belə. Ortaya sual çıxırdı – Day nə mənası oldu?


Mənası da o idi ki, biz ona yaxşılıq eləməklə ona dərs vermək istəmirdik. Biz ona yaxşılıq eləməklə başqalarına nə qədər mərhəmətli olduğumuzu göstərmək istəmirdik. Biz onu vicdan əzabı çəkməyə məcbur etmək istəmirdik. Biz özümüzə əzab verirdik. Bu, ilahi bir mazoxizm idi. Bircə dəfə bunu etməyə çalışın. Hansısa bir əclaf adama yaxşılıq edin. Amma bunu heç kimə danışmayın. Üzdə hamı onu söyəndə siz də söyün. Amma altdan - altdan heç kəsin xəbəri olmayanda ona yaxşılıq edin. Məni dərsdə bir oğlan tez-tez dolayırdı, söyürdü. Oğlanın adı Zahid idi, çox axmaq uşaq idi. Hər dəfə söz atanda onu çırpmaq istəyirdim. Amma indən belə gərək hər pislik edəndə ona yaxşılıq edəydim. Birinci gün məni yenə söydü, evə gedərkən yolunun qabağına 10 manat atdım. Qıraqdan pulu necə sevinclə götürüyünü gördüm. Səhəri gün o məni yenə doladı. Hirsimdən özümü güclə saxlayırdım. Amma yaxşılıq etməliydim. Universitetin həyətində hamıdan gizli onun maşınını silib təmizlədim. Bir gün məni hamının qarşısında itəldi. O gün gizlicə öyrəndim ki, sevdiyi futbol komandasının orijinal forması onun çoxdankı arzusu imiş. Abbasın köməyilə formanı tapdım, bağlamaya qoyub anonim olaraq Zahidin ünvanına yolladım.
Tək mən belə deyildim. Biz hamımız bu əzabı çəkirdik deyə dərdimiz bir az yüngülləşirdi. Bir həftə sonra A- dan xəbər gəldi ki, artıq bəsdir. Artıq edilən pisliklər heç tükümüzü də tərpətmirdi. Əksinə, sevinirik ki, buna görə həmin adama heç bir yaxşılıq etməməliyik. Bu hissin nə olduğunu sözlərlə izah edə bilməyəcəm. İstəyən özü yoxlaya bilər. Məndən sizə məsləhət, doğrudan peşman olmazsınız. Bütün bu vaxt ərzində biz həm fiziki məşqlər edirdik, həm də mənəvi söhbətlər edirdik. Xəstəxanalarda tanımadığımız xəstələrə baş çəkir, hal-əhvallarnı öyrənirdik. Yetimxanalara gedir, uşaqlarla saatlarla oynayır, gülməli tamaşalar düzəldib uşaqlara göstərirdik. Bu xeyriyyə deyildi. Bu yaxşılıq idi. Xeyriyyə bir az quru və soyuq olur. Bəzən elə adamlar uşaq evlərinə pul göndərir ki, həmin uşaqların saçlarına sığal çəkməkdən də iyrənir. Amma yaxşılıq tam ürəkdən olmalıdır. Yaxşılıqda yazığın gəlməməlidir. Yaxşılıqda sevməlisən. Sıralarımıza bəzi varlı uşaqlar da qoşulmuşdu. Onlar da öz pullarını əsirgəmirdilər. Tezliklə HOST işarəli avtomobillərimiz çıxdı. Bu işarə Pentaqramm idi. Bəzi üzvlərimiz qruplar yaradıb musiqi bəstələməklə məşğul olurdular. Çünki gəncləri kitabdan, qəzetdən çox musiqi cəlb edirdi. Tapşırıqlar getdikcə çətinləşirdi. Onları daxili mübarizə adlandırırdıq. Bunların hamısı A-dan gəlirdi. Amma mən hələ də A ilə qarşılaşmamışdım. Rastlaşanlar da heç nə danışmırdı. Deyirdilər ki:

- Hərənin vaxtı çatanda A özü ona yaxınlaşır.


MƏKTUB
Anar, inana bilmirəm. Bu doğrudan da sənsən? Mənə demişdilər ki, səni türmədə döyüb-döyüb öldürüblər. Qorxumdan ağlaya da bilmirdim. Damarımı kəsmək istədim. Sadəcə gücüm çatmadı. Sənin yanına gəlmək istəyirdim. Elə bilirdim ki, o dünyadasan. Amma qorxurdum özümü öldürməkdən. Canım, nə yaxşı məni tapa bildin. Anar, sevgilim, mənim günüm-gecəm yoxdur. Burda mənə zülm eləyirlər. Həyatımda heç bir həvəs qalmayıb. Gözlərimin nuru solub. Üzümdə gülüş yoxdu. Həyatımın mənasını ilk məhəbbətimi tapıb itirdim, sonra yenidən tapdım. Səni bir daha itirsəm dəli olaram. Anar, o alçaq məni sevmir. Mən onun üçün sadəcə bir oyuncağam. Neçə dəfə qaçmaq istəmişəm, amma evi möhkəm qoruyurlar. Həm də gedəsi bir yerim yoxdu. Hara getsəm məni tapacaqlar. Özün bilirsən ki, bu ev kimindir. Bilirsən onun əlində nə qədər adam, casus var. Mən səni sevirəm. İlk baxışdan səni sevdim. Mənim Nağılım , mənim qara atlı cəngavərim. Mən səninəm.Yalnız sənin. Hər nəfəsim, ürəyimin hər döyüntüsü sənindir. Bəlkə bədənim başqalarının ola bilər, amma qəlbim sənindir. Canım, yalvarıram, ruhum yanındadır, cismimi də yanına apar. Mən burada daha qala bilmirəm. Mən sənə inanıram. Öpürəm ilk dəfə öpdüyüm kimi. Sevirəm. Bu məktubu bu gecə qucaqlayıb yatacağam. Sənə çatanda sən də qucaqlayarsan. Bəlkə bir azca da olsa sənin istini duya bildim. Sevirəm, mənim ilk və son məhəbbətim...

Ayseldən Sevgilərlə


Bu məktub gələndə göz yaşlarımı saxlaya bilmədim. Ayselin harada olduğunu bilirdim, Ayselin nə əzablar çəkdiyindən xəbərim var idi. Amma ona heç cür kömək edə bilmirdim. Mənim nə yaşım vardı ki, təzəcə ayağa durmağa başlamış bir gənc. Amma o pəzəvəngin 40 yaşı vardı. Artıq nail ola biləcəyi hər şeyə nail olmuşdu. Mənim Ayseli qaçırası maşınım da yox idi. Pulum da yox idi. Heç nəyim yox idi. Bircə HOST. Mənim dəli dostlarım. Onlar mənə kömək edərdilər. Amma sonrası necə olacaqdı? Axır əvvəl hamımızı məhv eləyərdilər. Çox böyük adam idi. Onun hələ polisləri demirəm, özünün şəxsi mühafizəçilər dəstəsi var idi. 40 nəfər, 50 nəfər peşəkar idmançı killer. Biz isə altmışa yaxın həyatından bezmiş gənc insan. Tankın qabağına dırmıqla çıxmaq olardı bu. Amma namusum da dözə bilmirdi. Mənim sevgilim onun əlindədir. Onun iyrənc nəfəsinə dözməyə məcburdur. Bu gün onun evinə cumub iki mühafizəçini öldürüb həyətə girə bilərdim. Amma sonra məni eyvandan güllələyərdilər. Əslində ən namussuz hərəkət bunu etmək olardı. Özümün güya ki, şəhidliyimlə təmizə çıxardım. Amma Şahzadəyə bundan nə xeyir dəyə bilərdi ki? O yenə də onun altında qalacaqdı. Nəsə başqa bir şey fikirləşməli idim. Nəsə başqa bir çıxış yolu. Həmin günlər çox pis hiss edirdim özümü. Amma kaş ki, onda biləydim bircə ayın içində nə qədər şey baş verəcək.


FAHİŞƏLİK
Bu əxlaqsız sənət lap qədimlərdən qalıb. Hindlilərdə, Babildə, ermənilərdə, eskimoslarda və digər xalqların tarixi yazılarında fahişəlik qürurla vurğulanırdı. O dövrlərdə bu xalqlar xüsusi məbədlərdə əxlaqsız qadınları saxlayırdılar. Həmin qadınlar ölkəyə gələn səyahətçilərlə yatırdı. Bu adət həmin ölkədəki qonaqpərvərliyin göstəricisi idi. Misirdə fahişəlik ən müqəddəs peşələrdən biri olub. Hətta Misir Fironu Xeopsun ehramı onun qızının fahişəlikdən qazandığı pullarla tikilib. Fironun qızı ehrama qoyulan hər daşa görə quldarlarla bir dəfə yatırmış. Yəhudilərdə istənilən ata aldığı borc əvəzinə öz qızını bir müddətlik başqa kişilərə sata bilərdi. Qədimdən gələn bu ənənələr isə yalnız MUSA peyğəmbərin vaxtında qadağan olundu.

“Yer ləkə və çirkabla dolmasın deyə, qızlarını satma “ (K. Levit. XIX)



BMT nin bu günkü hesabatına görə isə dünyada 9.000.000 qadın fahişədir.
Abbas bir axşam iclasda dedi:

- Uşaqlar, A artıq bir neçə dəfə hücuma keçib. Burada gizli heç nə qalmasın deyə deyirəm. Mən özüm də daxil olmaqla beş altı nəfər bir neçə dəfə hücum etmişik. İndi isə bu işi bir az genişləndirmək lazımdır. Boş-boş məsləhətlərlə, gic-gic tərbiyəvi verilişlərlə, həftədə bir dəfə məsciddə, kilsədə xütbələrlə dünyanı xilas etmək olmaz. Biz onları onların silahı ilə öldürməliyik. Cəmiyyətin birinci ən böyük problemi ailədir. Aslan sizə bu haqda danışmaq istəyir.



Aslan əlindəki kağızı qırağa qoyub sözə keçdi:

- Xahiş edirəm kimin ailəsində hər şey yaxşıdırsa əlini qaldırsın. Ya da kim ailədə hər kəsin xoşbəxt olduğunu bilirsə əlini qaldırsın. Hmm. Mən elə də bilirdim ki, heç kim xoşbəxt ailədə yaşamır. Bilirsiniz niyə? Çünki xoşbəxt ailə qalmayıb. Xoşbəxt ailələr indi ancaq diş pastası reklamlarında olur. Əslində isə hər şey acınacaqlıdır. Statistikaya görə Azərbaycan kişilərinin 70 faizi arvadına xəyanət edir. Dünyadan isə heç danışmağa da dəyməz. Bəs niyə belə olur? Niyə ailələr dağılır? Əgər iki nəfər bir-birini sevib evlənirsə niyə ortaya xəyanət çıxır. Niyə kişi öz halal arvadı ilə olmaqdansa gedib pul verib başqa qadınlarla əlaqədə olur? Çox adi bir məntiqlə indi izah edəcəm. Əgər bu xəstəlikdirsə deməli bunun səbəbləri var. Qayıdırıq kişilərin cavanlıq illərinə - Hər cavan oğlan çox qəribə bir adət ənənə olan bazlığa getməlidir. Bu onu kişi edir, bu onun artıq böyümüş sayılması deməkdir. Hər bir gənc bu yoldan keçməlidir. Bu kefdir ki? Bundan yaxşı nə ola bilər? Qırxca manata qadın sənin olur. Heç evlənmək də lazım deyil. Amma burda çürük bir məntiq var, oğlanın cinsi əlaqəsi kişilik, qızın cinsi əlaqəsi isə əxlaqsız sayılır. Niyə bu belədir? Niyə biz bir dəfə də olsun başqası ilə olmuş qızla evlənmək istəmərik? Amma oğlan istəyir min dəfə olsun yenə adı təmiz qalır. Çünki kişidir. Belə 4 gözümüz aydın kişidir. Əgər qadınların əxlaqsızlığına görə onlara fahişə deyirlərsə bizim gözümüzdə fahişə ilə yatan da fahişədir. Necə oğlan eləcə də qız. Biz evlənəndə qarşımızdakı qızın necə təmiz olmasını istəyiriksə qız da bizdən həmin şeyi istəyir. Amma bu adətlərə görə səfehlikdir. Kişi gərək arvadından qabaq bakirəliyini pozsun. Çox heyif ki, bizim xalqda kişilik düşməni yox fahişəni altına yıxmaqla ölçülür. Əslində cəmiyyətin bütün bəlaları buradan başlayır. Bir dəfə bazlığa gedən oğlan sözsüz ki, bunu ikinci dəfə də istəyir. Sonra üçüncü dəfə. Qısa vaxtda bu vərdişə çevrilir. Artıq oğlan bir fahişənin deyil hər dəfə fərqli fahişələrin yanına gedir. Bir dəfə uzun boy, bir dəfə sarışın, bir dəfə qara, bir dəfə kök. Bir dəfə cavan, bir dəfə yaşlı. Bu evlənəcəyi günə qədər davam edir. Evləndiyi gün isə deyir - daha qurtardı, subaylığım sona çatdı... Belə yerdə biz deyirik ZIRT... Bazlıq siqaret kimidir. İllərlə yatağından min cür qız keçən oğlan, necə birdən-birə bircə qızla ömrünün axırına kimi öz seksual həyatını davam etdirə biləcək? Bəlkə birinci ay yox, bəlkə birinci il yox, amma bir gün, bir cındır günün birində deyəcək mənim xanımım kökdü, görəsən arıqla yatsam necə olar? Və çoxdankı vərdiş yenidən başlayacaq. Ər artıq dostlarını evə qonaq çağırmayacaq onlarla ya saunaya ya hansısa iyrənc bir kafeyə gedib bir iki zibilçə də aparacaq. Onların hər birinin evində həyat yoldaşları, uşaqları var. Amma kişilər də hərdən istirahət eləməlidirlər axı... Çox qəribədir ki, bu istirahətdən qadınlar eləyə bilməz. Onların başlarını da kəsərlər. Amma kişi kişidir də. Onun üzərində holoqram var, xüsusi bir ştamp var “Diqqət bu kişidir. Ona hər şey olar”.

Evdə tapılmayan ata uşaqlardan uzaqlaşır. Ərini tapa bilməyən analar mənəvi məhv olurlar. Onlar qocaldıqlarını hiss edirlər. Hər gün güzgüdə yeni qırış axtarırlar, hər gün artan kilolarına baxırlar. Onlar qocadır, onlar eybəcərdir, onlar yazıqdır. Beləliklə ailədə daxili bir kompleks yaranır. Ümidsizlik, özgəlik, ikiüzlülük. Ata öz dostları ilə ana öz rəfiqələri ilə uşaqlar da televizor ilə. Cəmiyyətin birliyi də elə ailədən başlayır da. Bizdə xalqı birləşdirməkdən, milləti birləşdirməkdən danışırlar. Elə millətçi axmaqlara demək lazımdır ki, ay kişi heç ailəndə birlik var ki, xalqı birləşdirirsən? Soruşmaq istəyirəm sizdən uşaqlar, sizdə ailəvi şam yeməyi hər axşam saat neçədə olur? Toy və yaslardan başqa qohumlar nə vaxt bir araya gəlir? Nə üçün evinizdə maaş ciblərdə olur? Niyə ümumi bir yerə yığılmır? Evdə gizlənəsi kim ola bilər ki? Ayda neçə dəfə ailəvi gəzintiyə çıxırsınız? Bəs əvvəllər valideynləriniz sevgili olanda gündə çıxıb gəzdikəri yerlərə indi niyə belə gec-gec gedirlər? Nəyə görə axşam televizor və qəzetlər ailəvi söhbətlərdən daha maraqlı olur?

Görürsünüz nə qədər ailə deppressiyaları var? Heç hiss etmisiniz ki, hər il Novruz bayramı, Yeni il daha maraqsız keçir? Hər il qar yağanda buna daha həvəssiz baxırsınız. Elə bil hər şeyin mənası itib. Hər bir şey solub. İnsanlar bozlaşıb, tündləşib, avtomatlaşıb, robotlaşıb. Əvvəllər dənizə getmək maraqı idi, indi bezdiricidir. Əvvəllər meşəyə getmək maraqlı idi, indi isə adi gəlir. Əvvəllər adi toyuq qızaranda da süfrədə daha dadlı görünürdü indi isə elə bil ki, köhnə ağ qara filmin içinə düşmüşük. Bəlkə bu Allahın cəzasıdır?

Hə? Bəlkə bu Allahın cəzasıdır? Bəlkə o artıq əvvəlki kimi bizi yoxsullaşdırmaqla, xəstələndirməklə yox, sadəcə hər şeyə qarşı həvəssiz etməklə cəzalandırıb? Bəlkə Allah süfrədəki yeməyi yox elə bir başa iştahımızı əlimizdən alıb? Niyə biz bütün dinlərdə açıq aydın qadağan olunan fahişəliyə qarşı heç nə etmirik? Niyə dövlət cəmiyyətin özəyini çürüdən, depressiyalara səbəb olan fahişəliyə qarşı heç nə etmir? Dövlət deyir bu cinayətdir. Allah deyir bu günahdır.İnsanlar deyir bu pisdir. Amma heç kəs heç nə etmir. Bəlkə biz başlayaq? Allah AİDS si də göndərdi amma bu insanlara xeyri olmadı. Biz elə zibillərik ki, ya gözümüz çıxmalıdır ya işığımız sönməlidir ki, baxmamalı olduğumuza baxmayaq. İndi əxlaqsızlığın fahişəxanaların, eyş işrətin qarşısını almaq üçün bunu ya oğlanlara qadağan etməliyik ya da ki, fahişələrə. İndi HOST ancaq bu yöndə gücünü birləşdirməlidir. Biz bunun qarşısını almalıyıq gələcək üçün. Evdə qalan bədbəxt analar, yazıq bədbəxt uşaqlar, özləri ilə bacara bilməyən bədbəxt kişilər üçün. Şeytanın yolunu kəsməliyik. Ailələrin xoşbəxtliyi üçün. Qadınların qiymətinin, hörmətinin artması üçün. Kişilərin artıq nəfsi kənara atıb başları ilə düşünmələri üçün. Ən nəhayət ailələrin sağlamlığı üzərində arzuladığımız sağlam cəmiyyəti qurmağımız üçün. A üçün. Onun qoyduğu yol üçün. Onun bizi burada birləşdirdiyi üçün. Onun arzusu olduğu üçün. Polislər fahişələrdən faiz alıb onları azad buraxırlar. Əgər dövlət məni qorumursa mən dövləti qoruyacağam. Prinsip budur. Sabahdan Böyük Təmizləməyə başlayırıq. İştirak etmək istəyənlər qoşula bilər. Biz avtomobillərdə fahişələri tutub pul ilə alacağıq. Sonra onları güya evimizə gətirirmiş kimi şəhərdən uzaq bir yerə sürəcəyik. Tutaq ki, Dərnəgül yoluna. Orada gecə heç kəs olmur, ancaq zavodlardı. Orada da bizi digər bir maşında 5 nəfər öz adamımız gözləyəcək.Yarımca saata bu gözəlçələri o ki var döyürük. Onlara mərhəmət etmək lazım deyil. Sonra xüsusi hazırlanmış dəmir möhürlə yanaqlarına A hərfini qızdırıb basırıq. Bu onların üzündə ömrlük qalacaq rüsvayçılıq nişanı olacaq. Daha fahişələr gecələri min oyundan çıxıb səhərlər adam arasında rahat gəzə bilməyəcəklər, hamı onların üzündəki A-nı görüb əxlaqsızlığından xəbər tutacaq. Biz sabahdan başlayırıq.

Uşaqlardan biri soruşdu :

- Bəs nə üçün A hərfi?

- Əvvəllər latın dilində “pozğun qadın” sözü bu hərf ilə başlayırdı. Hətta orta əsrlərdə zina etmiş qadınlara A hərfini boyunlarından asmağı məcbur edirdilər. Bununla o qadınlar camaat içində utanır və təmiz kişiləri aldadıb onlarla evlənə bilmirdilər.

Abbas da dedi :

- Hə, Azad düz deyir. Amma bu təkcə onunla bağlı deyil. Bunu A deyib. Bəlkə də o bununla artıq hücuma keçdiyini bildirmək istəyir. Bəlkə bu onun imzasıdır.

Adil qışqırdı:

- 100 faiz bu onun imzasıdır. Mən dünən onun köynəyində çevrənin içində A hərfinin olduğunu gördüm.

Aslan dedi :

- Çevrənin içində A? Bu ki Alfa və Omeqanın birliyi deməkdir. Bu rəmz sonsuzluq və bütövlük rəmzidir. Deyilənə görə Hz. İsa bu rəmzlə bilinirdi..

Bir dəqiqəlik içəridə sükut yarandı. Mən ürəyimdə fikirləşdim ki, bəlkə İsa qayıdıb? Amma bu fikir ani olaraq necə gəldisə elə də getdi. Hər halda İsa hara gəlsə də Azərbaycana gəlməz. Məni gülmək tutdu. Amma mən də sabah axşam bu prosesdə iştirak etmək istəyirdim. Fahişələrə ölüm lazımdır. Nəinki döyülmək. Onlar cəmiyyətin bədənindəki xərçəng şişi kimidirlər. Hər yerdən çıxa bilər və insanı məhv edə bilərdi.


O səni öldürməmiş sən onu öldür


Biz sonun əvvəliyik.

Bizim tərbiyəmiz bizə qarşı qoyuldu.

Bizim arzularımız bizə düşmən edildi.

Bizim azadlığımız bizim zəncirlərimizə çevrildi.

Bizim adımız qorxu ilə çəkilib nifrətlə unudulacaq.

Biz özümüzdən sonra heç nə qoymayacağıq.

Biz tikməyə yox, sökməyə gəldik.

Bizə bağışlanma yoxdur, deməli biz azadıq.
- Qəşəng oğlan, deyəsən bu gecə əylənmək istəyirsən? Mən necəyəm, xoşuna gəlirəm?

- Hə, pis deyilsən. 150 bəs edər?

- Hələ artıqlaması ilə, hara gedirik?

- Mənim evim var, indi boşdur. Otur maşına...

Biz çölün ortasında gözləyirdik. 10 dəqiqəyə Araz maşınla gəldi. Arxa qapını açıb fahişəni yerə tulladı. Biz onun yanına çatdıq. Fahişəyə heç nə deməyə ehtiyac yox idi. O özü bilirdi ki, nəyə görə onu döyəcəklər. Azad bircə cümlə dedi:

- Cındır, sənə görə neçə ailə dağılıb hə? Neçə qıza xəyanət olunub? Bax o qədər də dişin bu gün sınacaq.


Uşaqlar onu vururdular. Mən vura bilmirdim. Ürəyim gəlmirdi bəlkə. Bilirdim ki, zibildir, fahişədir. Amma əlim gəlmirdi. Uşaqlar isə bütün acıqlarını ondan çxırdılar. O vaxta kimi başqa maşında Adil qız gətirmişdi. Onu da maşından yıxıb vurmaq istəyəndə o qaçdı, mən onun saçından yapışıb yerə çırpdım. İlk dəfə idi fahişəyə əlim dəyirdi. Mən indi başa düşdüm ki, bu doğrudan da insan deyil. O nəslimi söyməyə başladı. Mən də təpiyi ağzının üstündən ilişdirdim. Onu öskürək tutdu. Nəfəsindən spirt və nikotin iyi gəlirdi. Yarı çılpaq bədəninə zərbələr endirirdik. Uşaqlar onu da əhatə etmişdilər. Mən o biri fahişəyə yaxınlaşdım. Onun sağ yanağında qırmızı yanıqla “A” yazılmışdı. O bizə baxırdı. Amma qara kapüşonda olduğumuzdan üzümüzü seçə bilməzdi. Biz onlara dərs verirdik. Onlar bir də çətin bu işlə məşğul olsunlar. Amma bizim dayanmaq fikrimiz yox idi. Böyük təmizləmə başlamışdı. Və A- nın planları həyata keçirdi. Həmin gecə biz səhərə kimi 7 fahişəni möhürlədik. Kimsə deyə bilər ki, onlar da insandır. Nə olsun fahişədirlər, onunların da öz hissləri, öz arzuları var. Bəlkə də içdə yaxşı insandırlar. O adamlara demək lazımdır ki, onda türmələrdəki manyakları da azadlığa buraxın da, onlar da insandır. Arzuları, hissləri var!

Bizim üçün zaman donub.

Biz günahlarınızın cəzasıyıq.

Bizi cinayətkar adlandıracaqsınız, amma biz sadəcə özümüzü axtarırıq.

Sizi insanlar adlandırırdıq.

Amma siz sadəcə insancıqlığınızı gizlədirdiniz.

Həmin həftə bu işi bir az da peşəkarlaşdırdıq. Artıq avtomobili fahişəxanadan bir az uzaqda saxlayırıq ki, heç kəs maşının nömrəsini görə bilməsin. Çalışırdıq ki, bir gecədə möhürləyəcəyimiz fahişələrin hamısı eyni yerdən olsun. Əgər bir gecədə bir neçə pritona getsəydik onda xəbər tez yayılardı amma təsiri az olardı. Bu dəfə biz bir avtomobildə 4 qız gətirirdik. Deyirdik ki, evdə ad günüdür dostlarımızın yanına aparırıq. Avtomobilin nömrəsinin üzərinə isə xüsusi zərli məhlul tökmüşdük. Adi gözlə heç nə görünmürdü. Amma nömrələrin yanına ultrafiolet rəngli kiçik lampalar qoymuşduq. O lampa yananda zərlər parıldayır və nömrədəki rəqəmləri seçmək olmurdu. Bu çox effektli üsul idi. Lampa o qədər kiçik idi ki, polislər onu nömrənin qırağında görə bilmirdilər. İşığı yandırmaq üçün düymə isə sükanın yanında yerləşirdi. Görəndə ki, polis gəlir tez o işığı söndürürdük. Polisin heç xəbəri də olmurdu ki, bizdə belə bir şey var. Əsas odur ki, fahişələr maşının nömrəsini görməsinlər. Bundan başqa Abbas xüsusi bir məhlul vermişdi. Bu məhlul kiçik iynələrin ucuna sürtülürdü. Kimə batsaydı həmin adam on dəqiqəlik tərpənə bilmirdi. Fahişələrin üzünü yandıranda biz bundan istifadə edirdik. Onların iniltisi bütün aləmi bürüyürdü. Yanmış insan ətinin iyi qədər iyrənc bəlkə heç bir şey ola biləməzdi. Amma mənə bu ləzzət eləyirdi. 10-ca günün içində biz bəlkə 100-dən çox fahişəni eybəcər günə salıb cəzalandırmışdıq. Onları bu sifətlə heç bir kişi götürməzdi. Bakının ən məhşur qəzetləri bu xəbəriləri yazırdı:

Bakıda gözlənilməz bir ekstremizm. Fahişə ovuna çıxan kimlərdi? Görəsən onlar hansı xarici təşkilat tərəfindən yönləndirilirlər? Bu skinhedlərdi yoxsa radikal İslamçılar? Bu Vəhabilərdi yoxsa MTN agentləri? Kütləvi zorlama müxalifətçilər tərəfindən edilir yoxsa dövlətin gizli planıdır?

Bizim haqqımızda isə heç nə yox idi. Çünki biz çox kiçik bir qrup idik. Heç kəs düşünə bilməzdi ki, 60 nəfər gənc bunu edə bilər. Həftənin sonu üçün qəzetlərin birində fahişəlik statistikası göstərilirdi. Son həftə ərzində fahişələrin sayı 40 % azalmışdı. Bu inanılmaz göstərici idi. Fahişələr tanımadıqları adamlarla getməkdən qorxurdular. Bəzi qəzetlər və televiziyada ayrı-ayrı şəxlər bu hadisəni rəğbətlə qarşılayırdılar. Yeni həftə başlayanda isə cəmiyyət artıq bunu tamamilə müsbət bir hadisə kimi qiymətləndirdi. Qəzetlərdə “Millətin namusu oyandı”, “ƏXLAQSIZLARA ÖLÜM”, “Mənim arvadım fahişə imiş ki? Üzündə möhür var” kimi müxtəlif məqalələr dərc olunurdu. Biz artıq qızları maşınlara mindirmir elə onların pritonlarındaca, öz yataqlarındaca bircə dəfə iynəni batırıb onları keyidəndən sonra bıçağımızı çıxarıb üz gözünü cırıq-cırıq edirdik. Səsləri də çıxmadığına görə hər şey çox sakit keçirdi. Bundan sonra biz özümüz qəsdən onların eybəcər hala düşmüş bədənlərinin şəklini ya da videosunu çəkib mətbuat orqanlarına anonim bağlamada göndərirdik. Onlar da ki, ölür sensassiya üçün. Bu xəbər tezliklə bütün ölkəyə yayılırdı. Şəkillər bütün qəzetlərdə çıxırdı. Videolar saytlara yerləşdirilirdi. “A” hərfini onlar müxtəlif cürə yozurdular. Bəziləri deyirdi ki, bu İslam terrorçularıdır. “A” isə Allahu Akbar kəliməsinin qısa rəmzidir. Onlar bu fahişələri Qurban edirlər. Bəziləri yazırdı ki, “A” Antixrist deməkdir. Bu şeytanpərəstlərin işidir. Bəziləri bunu Masonlarla bağlayırdı. Bəziləri feminist qadınların planı kimi qələmə verirdi. Çünki feminist qadınlar da həmişə fahişəliyə, qadının kişidən aşağı bir varlıq kimi alınıb satıla bilməsinə qarşı idilər. Amma Azərbaycanda heç feministlərin birliyi də yox idi. Ən maraqlısı isə o idi ki, bizim bu işimizdən on gün sonra A fahişələrə qarşı təmizləməni qadağan etdi. Çox qəribə idi. Hər şeyin yaxşı getdiyi bir vaxtda, biz yavaş-yavaş dünyanı dəyişirdik. Amma A qəti olaraq bu işi unutmağımızı və tamam başqa bir işə keçməyimizi tələb etdi. Mən Adildən soruşanda ki, bəs niyə belə oldu. Adil dedi :

- Anar bircə həftə gözlə özün görəcəksən.

Sonra mənə Ayseldən gələn növbəti məktubu verdi.


MƏKTUB
Anar haralardasan? Niyə heç nə yazmırsan? Yoxsa məni belə tez unutdun? Sənsiz bacara bilmirəm. Bəlkə səni görməsəydim indi mənə daha yaxşı olardı. Mən əvvəllər elə bilirdim ki, əsl sevgi yoxdur. Ona görə də bu haqda heç fikirləşmirdim. Ancaq musiqidən, incəsənətdən fikirləşirdim. Amma indi sevgi bütün qəlbimi doldurub. Səndən başqa heç kimi fikirləşə bilmirəm. Məni xilas elə. Məni bu əclafın əlindən qurtar.
MƏKTUB
Aysel, bağışla məni. Sadəcə nə yazacağımı bilmirəm. Nə yazım sənə? Yazım ki zəifəm, heç nə bacarmıram? Yazım ki, 10 gündür səni necə xilas edə biləcəyimi düşünürəm amma heç nə ağlıma gəlmir? Yazım ki, sənin şahzadən gücsüzün biri imiş? Nə yazım, canım? Ürəyim partlayır. Bilmirəm səni necə çıxarım ordan. Boş-boş sevgi sözləri yazmaqla da heç nəyi dəyişə bilmərəm. Beş dəfə sənin evinin yanından fırlanıb keçmişəm. Ev hər tərəfdən qorunur. Mən heç cürə səni oradan çıxara bilmərəm. Indi bu dəqiqə də gözlərim dolub. Hər gecə. Hər gecə sənin onunla bir yatağa uzandığını təsəvvür edəndə yastığımı yumruqlamağa başlayıram. Hər gecə istəyirəm ki, bir silah tapıb sizin evə hücum edim. Amma bu uşaqlıq olar. Səni bu cür xilas edə bilmərəm. Başqa yol tapmalıyam. Məni bağışla...
Bir həftə sonra Adil hamını zala yığıb dedi:

- Yəqin hamıya maraqlı idi, niyə A bizi dayandırdı? Mənə də maraqlı idi. Bu gün mən başa düşdüm. Buyurun qəzetlərə baxa bilərsiziniz.

Biz də qəzetləri bir-birimizə ötürməyə başladıq.

“Fahişə ovu davam edir, dünən daha 5 fahişənin üzü möhürlənib. Fahişələr bu haqda heç nə danışmaq istəmirlər. Onlar daha çox polislərin niyə bu işə qarışmadıqlarından şikayələnirlər. Əslində yəqin ki, dövlət özü də onlara qarşı mübarizə apardığı üçün Oğrudan oğurlamaq oğurluq deyil prinsipinə əməl edirlər. Düzdü bir çox Avropa təşkilatları və İnsan hüquqları ilə bilavasitə bağlı olan bir çox orqanlar bu işi cinayət və qanunsuzluq adlandırıb. Amma konkret olaraq bu işə qarşı heç bir tədbir görülmür”.


“Bu həftə ərzində daha 8 fahişə cəzalandırıldı. Xalqın yeni qəhrəmanları, qaçaqları bu dəfə də namussuzluq və əxlaqsızlığa qarşı mübarizəni davam etdirirlər”.
Bu xəbərlər bizi bir az çətinliyə salmışdı. Mən Adilə dedim:

- Axı bu həftə biz heç nə etməmişik? Bu nə məsələdir?

Adil əlini əlinə vurub gülməyə başladı:

- Bəs A bilmir nə edir? Görürsünüz, bu işləri biz etməmişik, artıq hansısa ayrı-ayrı gənclər də bu işə qoşulublar. Mən deyirdim ki, bizim kimi düşünənlər çoxdu, sadəcə onları bir araya toplamaq lazımdır. Bu işin bizlə heç bir əlaqəsi yoxdur. Bununla həm də bizim izimiz itəcək. Biz insanlara problemdən çıxış yolunu göstərdik. Onların gözü açıldı. Gördülər ki, bununla fahişəliyin sayı azalır. Gördülər ki, dövlət də bu işlə bağlı susur. Heç kəs buna görə cəzalanmır. Ona görə də bizim işimizi indi başqaları davam etdirəcək. Bizimsə daha böyük işlərimiz var.


Sonra Adil universitetlərdən danışdı. Tələbələrin arasında birliyin olmaması onları qoyun sürüsünə çevirirdi. Universitetlərdə rüşvət baş alıb gedirdi. Amma bunu dayandırmağın yolu vardı. Biz bölünüb müxtəlif universitetlərdə gənclərlə görüşüb onları mübarizəyə səsləyirdik. Onlar da təhsillərindən və artıq qocalmış müəllimlərdən narazı idilər. Yeni nəsil , savadsız nəsil yetişirdi. Bəzi müəllimlər ümumiyyətlə keçdiyi dərsləri bilmirdi. A deyirdi ki, əsl müəllim bilmədiyimizi öyrətməməli. Əsl müəllim hər kəsin içində olan gizli istedadı üzə çıxarmağı bacarmalıdır.
Amma buradakı müəllimlər sadəcə öz mühazirələrini oxuyub dərs saatlarını yola verməklə məşqul idi. YOLA VERMƏKlə. Bizim cəmiyyət belədir. Hamı bir-birini yola verir. Müəllim şagirdi, şagird müəllimi, uşaq valideyni, valideyn iş yoldaşlarını, onlar müdirlərini, müdirlər yol polislərini, yol polisləri nazirləri, nazirlər Prezidenti, Prezident dövləti, dövlət Avropanı, Avropa Amerikanı, Amerika Roma Papasını. O da sadə camaatı yola verirdi. Hərdən bir müəllimin sinifə girib bütün uşaqları təhqir etməsi elə gülünc olurdu ki, adam bilmirdi uşaqlara yazığı gəlsin yoxsa desin ki, elə bu cür qoyun uşaqlara belə də lazımdır. Bu lap qoyun sürüsü ilə canavarı xatırladırdı. Bir canavar bir qoyundan güclüdür. Bir canavar 10 qoyundan da güclüdür. Amma bir canavar 100 qoyundan güclü ola bilməz. Onlar canavarı ayaqlarının altına salıb sürüyərlər. Hərəsi canavara bir təpik vursa canavar cırıq-cırıq olar. Amma bu heç vaxt olmur. Çünki qoyunlarda birlik hissi yoxdur. Hərə ancaq öz canının sağlığını güdür. Ona görə də canavar bir sürünü parçalayıb gedir. Burada da bir müəllim bir sürü tələbəni parçalayırdı. Amma biz onlara maraqlı bir təklif vermişdik. Tutaq ki, bir müəllim tələbələrdən rüşvət alır, dərs keçmir, təhqir edir, haqsızlıq edir. Elə müəllimdən rektora şikayət etmək lazımdır. Amma bunu etmək üçün cəsarət gərəkdi, çünki həmin müəllim rektorun yaxın dostu da ola bilər. Şikayət edən tələbə isə min cür bəhanə ilə qovula bilər. Yəni hər bir tələbənin haqqını tələb etməməsinin səbəbi qorxmasıdır. Çünki müəllimlər onları həmişə imtahanlarda kəsə bilərlər. Ona görə də heç kəs buna cürət etmir. Amma biz bir universitetdə olan problemlərin həllində başqa bir universitetin tələbələrindən istifadə edirdik. Tutaq ki, Bakı Dövlət Universitetinin tələbələri İqtisad universitetindəki rüşvətxor müəllimlərin qarşısına çıxıb onlara təzyiq göstərirdilər. Belə olanda İqtisad universitetindən onları heç kəs qova bilməzdi, çünki onlar orada heç oxumurdular. Onları heç kəs orada tanımırdı. Eləcə də başqa universitetlərdə ya məktəb uşaqları ya da universiteti bitirmiş məzunlar mübarizə aparırdılar. Xüsusi qruplarla rüşvət alan müəllimlərin rüşvət almasını gizli videoya yazırdıq, onların təhqirlərinə qarşı döyüb qaçırdıq, ya hədə-qorxu gəlirdik. Bizim üstünlüyümüz onda idi ki, biz tələbə deyildik. Həmin universitetdə tələbə deyildik. Ya da ki həmin məktəbdə. Ona görə də bizə heç kəs heç nə edə bilməzdi. İstədiyimiz vərəqələri siniflərdə paylayıb istənilən axmaq müəllimin dərsini pozurduq. Getdikcə bu uşaqlarda da daxili bir ayılmaya gətirib çıxarmışdı. Onların gözlərinin qabağında it kimi qorxduqları rüşvətxor, qiymət kəsən, xəbərçi bir müəllimin mühazirəsi zamanı sinif qapısını iki qara geyimli oğlan açıb həmin kişinin başına bir verdə qırmızı rəng töküb qaçandan sonra aləm dəyirdi bir-birinə. Ya başqa bir müəllimin otağına göndərilən anonim hədiyyə bağlamasının içindən iylənmiş balıq başları, hörümçəklər çıxırdı. Rüşvətxor müəllimlərin adı divarlarda böyük söyüşlərlə yazılırdı. Onların avtomobillərinin təkərləri boşaldılırdı, qapıları mıxla cızılırdı. Bəzən həmin müəllimləri liftdə öz dərmanımızla keyidib anadangəlmə soyundurub dəhlizə buraxırdıq. 70 yaşlı qoca kaftar kişilər lüt eybəcər bədənləri ilə bütün tələbələrin qarşısında əlacsız qalırdılar. Hərdən biz uşaqlara bəzi fəndlər öyrədirdik. Məsələn istənilən sinfin döşəməsindən bir kiçik parketi qaldırıb içinə iki yumurta qoymaq kifayətdir ki, səhəri gün həmin sinifdə dərs keçmək mümkün olmasın. Sinfi elə iyrənc iy bürüyürdü ki, heç kəs bu iyə tab gətirə bilməzdi. İki yumurtanı 10 yumurta ilə əvəz etdikdə isə ümümiyyətlə dözülməz bir şey olurdu. Amma ən yaxşısı bunu zəhləniz gedən müəllimin otağında edin. Yumurtanı hər yerdə gizətmək olar. Masanın siyirtməsi, şkafın arxası, vazanın içi. Onsuz da iyin haradan gəldiyini müəyyənləşdirmək çox çətin olur. Amma yenə də ən effektli mübarizə roqatkalar idi. Biz qurğuşundan kiçik daşlar hazırlayırdıq. Onları roqatkadan atdıqda çox ağrıdırdı. Çox vaxt qanadırdı. Bir neçə güllə həmin insanın bütün həftəsini ağrılarla keçirməsinə səbəb olurdu. Amma içimizdən yalnız 10 nəfərdə tapanca vardı. Mən də bu siyahıda idim. Bu tapancaları Abbas Koreyadan sifariş etmişdi. Onların üstün cəhəti o idi ki , tapancalar iki hissədən ibarət idi. Birinci hissə adi əl fənəri digər hissə isə alışqan idi. Lakin bunlar xüsusi olaraq elə düzəldilmişdilər ki, onları birləşdirəndə tapanca alınırdı. Həmin tapanca alışqanın qığılcımı fənərin içindəki boşluqda yerləşən atıcı dəmiri hərəkətə gətirirdi. Güllələrsə lap adi xırda daşlar da ola biləri. Onlar çox bərk ağrıdır, yaralayır, başa tuşlandıqda isə öldürə də bilərdi. Həm də səssiz idilər. Amma hələ ki, heç kəsi öldürmək lazım deyildi. Ən müsbət cəhət o idi ki, bu Koreya tapancaları yalnız bizim üçün buraxılmışdı. Abbasın köhnə tələbə yoldaşlarından biri orada oyuncaq zavodunun sahibiydi. Tapancanı da özü kəşf etmişdi. Polislər tutsaydı heç vaxt buna görə cəzalana bilməzdik. Çünki bu qurğuları birləşdirmək çətin məsələ idi. Heç kəsin ağlına gələ bilməzdi ki, onları birləşdirmək olar. Çünki materialları da rəngləri də, firmaları da fərqli idi. Xüsusi instruksiya isə yalnız bizdə idi. Həm də onları birləşdirmək çətin olsa da bir-birindən ayırmağa bircə saniyə bəs edirdi. Bircə toxunuş. Və iki fərqli əşya. Bu tapancalarla şəhərin mərkəzində gəzirdik. Xoşumuza gəlməyən bütün hadisələrə öz təzyiqimizi göstərirdik. Hansısa qeyrətli bir kişinin qızı dalı-başı açıq-saçıq gəzməyə çıxanda, dalını burcuda-burcuda gedəndə birdən dik atılır. Sonra yanından qan axmağa başlayır. Bu çox kiçik bir yara onun bütün xarizmasını pozur. Camaatı cəlb edən yarı açıq dalındakı yarasından yapışıb ətrafına baxır. Bunu kim etdi? Axı şübhəli heç kəs yoxdu? Elə həmin an ikinci bir güllə çılpaq baldırından dəyir. Qız bu dəfə aradan çıxmağa başlayır. Biz isə yolun qırağındakı kafedə gülüşürük. Çünki bu bizim xoşumuza gəlir. Azad bu dəfə barmağı ilə yoldan keçən “mavi”ni göstərir. Biz tapancalarımızı hazır edirik. Bəzən hədəfimiz adi oğlanlar da olur. O oğlanlar ki bütün günü şəhər mərkəzində sülənib qızlara söz atırlar. Bu xüsusi bir fəsilədir. Biz onları “Ə” adlandırırıq. “Ə” yox, “ƏƏƏ”. Bu uşaqlar avaralar, bekarlar, qanacaqsızlardır. Onlar fahişələrdir. Yəni ki, bütün qadınlara fahişə kimi baxanlar. Onlar üçün ana, bacı, dost anlayışı yoxdur. Onlar çox vaxt məhəllə uşaqları olur. Çaqqallar kimi dəstə ilə gəzirlər. Tək olanda heç birinin səsi çıxmaz, bir yerdə onlar bütün dünyadan öz axmaqlıqlarının acığını çıxmaq istəyərlər. Ona görə özlərindən varlılara söz atır, özərindən ağıllıları təhqir edir, bütün qızların dalınca düşüb onların da nifrətini qazanırlar. Belə çaqqallara görə çox vaxt şəhərdə gəzənlərin əsəbləri pozulur. Onlar cəmiyyətə heç bir xeyri dəyməyən avaralardı.

Əvvəlcə bizim sıralarımızdan bir nəfər onlara yaxınlaşır və söhbət təxmini belə olur.

- Salam uşaqlar, bayaq yoldan iki qız keçdi ee, siz onlara niyə söz atdınız?

Böyükləri tək gələn oğlana baxıb xox gəlməyə başlayır:

- Ala , sən kimsən ki, o qızlara atviçatsan?

Bizim uşaq səsini qaldırmadan cavab verir.

- Qardaşlar, axı o qızların geyimləri də ədəbli idi, özləri də kiminsə bacısıdır, anasıdır bəlkə. Niyə söz atırsınız ki?

Bizim uşağın sakit olduğunu görəndə çaqqallar məzələnməyə başlayır:

- Uç burdan , uşaxx.. Bizə ağıl öyrədənə bax.

Onda bizim uşaq qırağa çəkilib deyir:

- Vurmayın məni yoxsa bacılarıma deyərəm gəlib sizi döyərlər.

Bu sözdən çaqqallar qaqqıldamağa başlayır.

- Buna bax ee , bacılarıma deyərəm. He he he.

Sonra bizim uşaq çıxıb gedir. Axşam üstü çaqqallar bir-bir evlərinə dağılışanda bizim qızlar işə başlayır. Hə yadımdan çıxmışdı deyim ki, HOST-da indi qızların sayı artıb. Biz tez-tez idman zallarına gedib qızları HOST-a cəlb edirdik. Karate ilə məşğul olan 15-ə yaxın qızımız var. Onlara “mələklər” deyirik. Axşam çaqqallar evlərinə gedəndə bizim mələklər onları əhatəyə alır. Mələklərimizdə beşbarmaq, taxta, daş, şüşə, bıçaq və başqa soyuq silahlar da olur. Həmin axşam çaqqallar eşşək kimi döyülür. Onlar üçün bundan pis heç nə ola bilməz. Çünki qıza döyülmək ümumiyyətlə inanılmaz bir rüsvayçılıqdır. Onlar içdən sınırlar. Həm də bizim mələklər bərkiyir. Sözsüz ki, biz onları tək qoymuruq. Biz həmişə özümüz qıraqdan baxırıq. Qızlara kömək lazım gələndə biz hücuma keçirik. İşlərimizi görəndən sonra hamımız maşınlara doluşub qərargaha gedirik. Orada günün hesabatı yazılır. Bir gün ərzində kimə nə yaxşılıq etdik. Hansı pislikləri aradan qaldırdıq. Ertəsi gün isə xəbərlərdə bizim haqqımızda danışırlar. Bu bizim çoox xoşumuza gəlir.


Məktub

Aysel, bir azca da döz. Özünü öldürüb eləmə. Qaçmağa da çalışma. Deyəsən səni oradan çıxarmağın yolunu tapmışam. Mənim məktubumu gözlə. Heç nə eləmə.



1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə