Bəziləri deyirdi ki, o heç vaxt yatmır. Bəziləri deyirdi ki, anası uşaq vaxtı onu zibil yeşiyinə atıb. Bəziləri deyirdi ki, o, bütün ölkələri gəzib və bütün sirlərdən xəbəri var. Kimsə düşünürdü ki




Yüklə 0.54 Mb.
səhifə2/9
tarix23.02.2016
ölçüsü0.54 Mb.
1   2   3   4   5   6   7   8   9

Göydən üç alma düşmədi
Biri var idi, biri yox idi. Qəfəsdə bir quş yaşayırdı. Hər dəfə o qəfəsdən açıq səmaya baxır, küləyin səsini dinləyir, o ağacdan bu ağaca uçan quşlara tamaşa edirdi. Yazıq quşcuğazın dərdi böyük idi. O da digər quşlar kimi azad, təmiz, sonsuz səmada qanadlarını çırparaq uzaqlara uçmaq istəyirdi. Hərdən başqa quşlar qəfəsin yanında qonub ona təəccübə baxırdılar. Onlar quşun qəfəsdə necə tək yaşadığını başa düşə bilmirdilər.Yazıq quş isə ağacların budaqlarında özünə yuva qurub balalarını böyütmək, yazda çiçəklərin ətrini alıb, payızda gölməçələrdə çimmək istəyirdi. Günlərin bir günü quşun sahibi qəfəsin qapısını bağlamağı unudur. Quş parlaq səmaya baxır, küləyin səsini dinləyir. Qəfəsin açıq qapısından uçuşan quşlara tamaşa edir. Ağaclardakı yuvaları görür, çiçəklərə baxır.Uçsun ya yox? Seçimini etmək istəyir. Elə bütün günü bu seçim qarşısında düşünür. Günün sonunda quşun sahibi gəlib qəfəsin açıq olduğunu görüb yavaşca qapını bağlayır.

Həyatımızda elə anlar olur ki, ediləcək seçim bütün taleyimizi dəyişir. Ayseli qaçırtmaqla mən həyatımın ən böyük səhvini etdim. Amma Ayseli qaçırtmaqla mən həm də həyatımın ən böyük düz seçimini etdim.Yol boyu bir kəlmə də damışmadıq. Axşam düşəndə ocaq qaladım. Hava elə də soyuq deyildi. Göyün üzünə o qədər ulduz səpələnmişdi ki, heç bizim estradada o qədər ulduz olmazdı. Yenə də Ayseldən gözlərimi çəkə bilmirdim.Mənim yalançı şahzadəm.Təsadüf və Taleyim.Bəzən insanlar bir biriləri üçün o qədər yaxın olurlar ki, heç danışmağa da ehtiyac qalmır.Amma sükut sonsuz davam edə bilməzdi. Ilk olaraq mən dedim:

- Soyuq deyil?

-Yox , soyuq deyil. Olar bir sual verim?

-Ver.

- Sən yaxşı insansan?



Mən bir az duruxdum:

-Nə bilim vallah, özünə görə hamı yaxşıdı. Amma hələ adam öldürməmişəm. Bilmirəm, bu məni yaxşı edir ya yox. Bəs sən? Sən yaxşısan?

Aysel gözlərini qaçırtdı:

- Yox, mən yaxşı deyiləm. Mən çox pis adamam. Həmişə başqalarına paxıllıq eləmişəm.Yad adamlarla ikiüzlü, doğma adamlarla soyuq olmuşam. Məni bura gətirməklə sən böyük səhv elədin. Məni axtarırlar. Tapandan sonra yenidən qızıl qəfəsimə aparacaqlar. Amma səni tapsalar öldürə bilərlər. Mən istəmirəm sənə bir şey olsun. Axı mən səni sevmişəm. Sən mənə həyatımdakı ilk öpüşü verdin. Mən bu öpüşü uzun illərdi ki, gözləyirdim. Səni ilk baxışdan tanıdım.

- Mən də səni ilk baxışdan tanıdım. Səni həmişə arzularımda, xəyalarımda canlandırırdım. Amma sən pis insan deyilsən. Pis insanlar pis olduqlarını demirlər axı. Bəs kim səni axtarır ki? Niyə bu qədər qorxursan?

- Mən kimsəsiz bir qızam.Ən böyük arzum da mahnı oxumaq olub. Yetim qız idim, nə evim vardı, nə pulum.Günlərin bir günü qarşıma çox varlı bir adam çıxdı. O mənə sonsuz sevgi və xoşbəxt həyat vəd etdi. Mən də sadəlöv uşaq kimi ona inandım. Mənə ev aldı, sonra maşın, sonra qızıl. Günlərini işdə gecələrini mənimlə keçirirdi. Söz vermişdi ki, tez bir zamanda evlənəcəyik. Mən də axmaq kimi gözləyirdim. Bir gün xəbər tutdum ki, ailəsi var. Ondan uzaqlaşmaq istədim, qoymadı. Bakı kimi kiçik bir şəhərdə ondan gizlənmək mümkün deyildi. O məni inandırdı ki, ilk ailəsi cavanlıq səhvi olub. Amma o uşaqlarını atasız qoya bilməzdi. Mən də yenə ona inanmışdım. Sonra məlum oldu ki, mən tək deyiləm. Onun başqa məşuqələri də var. Amma mən heç nə demirdim. Bəlkə öyrəşmişdim, bəlkə pul gözlərimi bağlamışdı, bəlkə qorxu. Bir müddət sonra onun vəziyyəti daha da yaxşılaşdı. İndi onun əlində həm pul , həm də hakimiyyət var. İndi o əvvəlkindən daha qəddar və təhlükəlidir. İndi o məni sevdiyinə görə yox, həzz aldığına görə yox, sadəcə özününkü hesab etdiyinə görə buraxmaq istəmir. İndi onun məşuqələrinin sayı-hesabı yoxdu. Amma bilmirəm belə əyyaş bir adamda bu qeyrət hissi deyim ya nə deyim bu hiss hardan əmələ gəlib. O artıq məni rahat buraxa bilər. Amma buraxmır. Mən onun oyuncağıyam. Uşaq kimi məni bir kənara atıb. Heç yadına da düşmürəm. Amma kimsə məni götürmək istəyən kimi qışqırır ki, əl vurma mənimdir. Deyirəm də, mən pis qızam. Bu da mənim vaxtı ilə yolumu azdığıma görə başıma gələn bəladır. Mən elə bilirdim ki, artıq həyatımın heç bir mənası yoxdur. Amma səni gördüm. Bilmirəm sənin gücün var ya yox. Bilmirəm məni xilas edə bilərsən ya yox. Amma mən səninlə olmaq istəyirəm.

Ayselin danışdıqlarından pis olmuşdum.Elə bil itirilmiş bir dostunu tapırsan və xəbər tutursan ki , nə qədər sənə ehtiyacı olub. Amma sən bilməmisən. Bəlkə mən əvvəllər Ayseli görsəydim heç o alçağın əlinə düşməzdi. Biz bütün gecəni danışdıq. Mən öz ailəmdən danışdım, o öz ailəsindən. Arzularımızdan, yuxularımızdan, xoşladığımız filmlərdən tutmuş zəhləmiz gedən verilişlərə qədər hər şeydən danışdıq. Çox şeydə zövqlərimiz üst-üstə düşürdü.O gecə mənim həyatımda ən gözəl və unudulmaz gecələrdən biri oldu. Biz qucaqlaşıb hələ də istisini saxlamış ocaqdan çıxan son qığılcımların səmadakı ulduzlara qarışmasını seyr edirdik. Mən bilmirdim nə olacaq. Mən bilmirdim onu necə xilas edəcəm. Bilmirdim hara gedəcəyik. Sadəcə onunla olmaq istəyirdim.

Səhər açılanda uzaqdan avtomobil səsi eşitdim. Deyəsən şahzadəni mənim əlimdən almağa gəlirdilər. Tez atı minib yola düşdük. Cığır və kəsə yollarla avtomobilləri geridə qoymuşduq. Amma dayanmaq olmazdı. Onlar hər an bizə çata bilərdilər.Biz ocaq qalamaqla səhv etmişdik. Onlar yəqin ki, gecədən tüstünün izinə düşübmüşlər.Yoxsa bu boyda dağlarda bizi tapa bilməzdilər. Yenə də sevinirdim ki, avtomobil yox atla gedirik. Çünki atla elə yerlərdən keçirdik ki, oradan heç bir minik vasitəsi keçə bilməzdi. Hərdən Aysel deyirdi ki, burax məni. Onlar səni öldürərlər. Amma mən Ayselsiz yaşaya bilməzdim. Həyatımın mənasını tapan kimi itirmək istəmirdim. Günün yarısını yollarda keçirdik. Günortadan bir az keçmişdi ki, heç gözləmədiyim bir şey baş verdi. SƏRHƏD. Biz sərhədə çatmışdıq.


Mən hər şeyi düşünmüşdüm.Qarşımıza yırtıcı heyvanların çıxmasından, zəlzələyə qədər. Amma yadımdan çıxmışdı ki, bu xaraba dünyada torpaqları bir-birindən ayıran tikanlı sərhədlər var. Düzdü, yaxınlıqda əsgər yox idi, amma bizi izləyirdilər. Onlar görünməsələr də yaxındaydılar. Ən uzağı 20 dəqiqəyə bizə çata bilərdilər. Çox fikirləşmək olmazdı. Biz sərhədi keçməli idik. Atdan düşdük. Heyvanı sığallayıb dedim: “Sən artıq azadsan.Qaç , ürəyin hara istəyirsə get”. Sonra biz hündür tikanlı məftillərin arasından ehtiyatla o biri tərəfə keçdik. Dəqiq bilmirdim hansı ölkənin sərhədləridir. Amma ya Rusiya ya da Gürcüstan olmalı idi. Belə baxanda bilmək olmur axı. Ağaclar eyni, meşələr eyni, dağlar eyni. Ancaq biz gic insanların ağlına gələ bilər ki, bu yerlər arasında fərq var. Biri Rusiyadı, biri Azərbaycan.Ya da ki Norveç, ya da ki Yunanıstan. İnsanlar niyə özlərini belə çətinə salırdılar? Niyə özlərinə süni qəfəslər yaradırdılar? Sərhədlərlə öz yollarını kəsirdilər. Biz dənizdəki balıqlar kimiyik. Allah balıqları dənizdə yaratdı, bizi yer üzündə. İndi hər bir balıq istədiyi yerə üzə bilər. Amma biz torpaqları çəpərlərə saldıq. Hətta ən axmaq balıqlar belə sonsuz böyük dənizin içində özlərinə akvarium düzəldib içinə girməzlər. Bunu yalnız insanlar edə bilər. Təzəcə sərhədi keçmişdik ki, avtomobil səsləri eşidilməyə başladı. Sərhəd gözətçiləri hərbi maşınlarda bu tərəfə gəlirdilər. Arxadan da Ayselin adamları gəlirdi. Vəziyyətin çıxılmaz olduğunu görüb dedim:

-Aysel, indi bizə yaxınlaşanlara deyərsən ki, səni güclə qaçırmışam. Onda səni buraxarlar. Qayıdarsan öz evinə. Hamı sənə inanar. Amma bilsələr ki, sən mənimlə qaçmısan sənə hər şey edə bilərlər. Canım, sevgilim. Şahzadə, bağışla.

Bu sözü deyib ona şillə vurdum. O bunu gözləmirdi. Amma başa düşdü, bunu ona görə edirəm ki, yalanı inandırıcı olsun. Üzündəki qızartı onun zorla qaçırıldığına zəmanət idi. Əsgərlər yaxınlaşırdı. Ayselə dedim ki, ağlasın və əsgərlərə tərəf qaçıb onları qucaqlasın. Aysel bunu etmək istəmirdi. Mən onun gözərinin içinə baxıb dedim:

- Şahzadə, məni düşünmə. Mənə heç nə olmayacaq. Ən uzağı bir illik basarlar dama. Amma çıxan kimi mən Bakıya gəlib səni tapacam. İnan mənə, mən səni tapacam.


O ağlayıb əsgərlərə tərəf qaçmağa başladı. Hər şey düşündüyüm kimi oldu. Əsgərlər məni yerə yıxıb əllərimi bağladılar. Qaçaqmalçılıqdan tutmuş narkotiklərə qədər bütün şablon sualları verdilər. Sonra isə Ayseli axtaran adamlar gəldi. Aysel qaçıb onların yanına getdi və ağlamağa davam etdi. Onlar da inandılar. Aysel təhlükədən çıxdı. Əslində mən də təhlükədən uzaqlaşmışdım.Türmə hər halda divin adamlarının əlinə düşməkdən daha yaxşı idi.
Türmə və “A” nın dostu
Heç dəqiq bilmirdim hansı türməyə salmışdılar. Ora çatanda artıq gecə düşmüşdü. Hər halda dəmir türmə mənəvi türmədən yaxşı idi. Özümü barmaqlıqlar arasında çox rahat hiss edirdim.

Türmədə qəribə bir şey var. İçrədi də heç kəs özünü günahkar saymır. Hərənin etdiyi cinayətə görə bir bəhanəsi var. Onlar haqsız olaraq saxlanıldıqlarına inanırlar, polislərdən də zəhlələri gedir.

Mənimsə polislərlə işim yox idi. Gündəliyimi doldururdum. Buradakı boş vaxtımdan səmərəli istifadə edə bilərdim. Türmə dünyaya çox böyük şəxsiyyətlər verib. Elə Adolf Hitleri götürək. O ən məhşur əsərlərdən biri olan “Mayn Kampf“ı türmədə yazıb. Bundan sonra demək olar ki, bütün dünyanı dəyişib. Bəlkə mən də burada nə isə kəşf edə bildim. Yanımda bir oğlan da vardı. Üz-gözündən heç cinayətkara oxşamırdı. Bütün günü kitab oxuyur, arada qəhqəhə çəkib gülür, arada isə deyirdi - “bilirdim ki , belə olacaq. He-he”.

Adı Azad idi. İlk günlər o qədər də danışmasaq getdikcə söhbətimiz çoxalırdı. O da bura birinci dəfə düşmüşdü. Onu da haqsız olaraq salmışdılar. Küçədə üstünə düşən bir sərxoşu döydüyünə görə bura düşmüşdü. O mənim problemimi soruşanda mən də öz hekayəmi danışdım.

Azad soruşdu:

- Sən də bezmisən hər şeydən?

Başımla təsdiqlədim.O sakitcə danışmağa başladı:

- Bilirsən , sistem özü lap əvvəldən səhv qurulub. Bax, yadına sal Babili. İnsanlar bir gün uca bir bina tikmək qərarına gəlirlər. Bina ucaldıqca onlar onu daha da uca etmək , Allaha çatmaq istəyirlər.Bütün xalq bu işə qoşulur. Bəs Allah nə edir? Binalarını uçurur, özlərini də cəzalandırır - ayrı –ayrı millətlərə bölüb dillərini dəyişir ki, bir də Allahdan uca olmaq fikrinə gəlməsinlər. Ya da Misirlilər, adi insanları Allahlaşdırırdılar. Və yaxud inkivizisiya dövrü , xristianlıq sxolastikası. Alimləri edam edib, həkimləri cadügər adlandırırdılar. Birinci dünya müharibəsi , ikinci dünya müharibəsi. Bunların hansı doğru olub? Hansı ədalətli və düzgün olub? Heç biri. Amma fikir ver o dövrdəki insanların hamısı doğru yolda olduqlaını düşünürdülər. Necə ki , biz indi doğru yolda olduğumuzu düşünürük. O zaman da insanlar çoxluğun etdiyini edir, böyük dövlətlərin yolunu gedirdilər. Biz də elə. Müasirlik, inkişaf. Amma deyəsən dəmirlər insanlardan daha tez inkişaf edir. Əvvəl zəif avtomobillər tez sınırdı. İndi daha davamlı , müvazinətini saxlayan avtomobillər düzəldirlər. Amma insanlar hələ də yollarını azır. Raketlər kosmosu kəşf edir, Aya uçur, yeni planetlərlə tanış olur. Amma insanlar öz qapı qonşularıdan ulduzlar qədər uzaqdırlar. Telefonlar artıq məftilsizdir və istənilən yerdən danışmaq olur. Amma danışılan yenə də qiybət, yalan və yaltaqlıqdır.

Azadın fikirləri mənim fikirlərimlə üst-üstə düşürdü.

Bir gün soruşdum:

- Sən bu fikirləri hardan deyirsən? Sənə bunları kim danışır?

Azad cavab verdi:

-Mən tək deyiləm. Mənə bunları “A” danışıb. A Başqalarına da maraqlı həqiqətlər açırdı. Sonra biz hamımız birləşdik. İndi biz birlikdə bütün bu sualların cavabını, bütün bu tələlərdən çıxış yolunu axtarırıq. Əgər istəsən burdan çıxan kimi səni A ilə tanış edərəm. Özün onunla danışarsan. O mənim dostumdur.

- İstəyərdim. Amma deyəsən burda hələ çox qalacağıq.

- Yox, bu günlərdə buradan çıxırıq. A artıq hər şeyi fikirləşib.Bax, o biri kameradakı namaz qılan oğlanı görürsən?

- Hə, nədir ki?

- O da bizim qrupdandır. Aslan. Biz onunla eyni vaxtda bura düşdük. Mən sərxoşu vuranda o da yanımda idi. Həmin gün A adamlarını göndərdi. Onlar da Aslana səccadə verdilər ki, namazlarını rahat qılsın. O gündən Aslan namaz qılır.

Mən başa düşmədim:

- Nə olsun ki namaz qılır? Burdan çıxmağa nə dəxli var?

- Aslan mənim uşaqlıq dostumdur.Mən hələ onun namaz qılmağını görməmişəm. İndi isə özün görürsən bütün günü səccadənin üstündən qalxmır. Məncə burda nə isə bir iş var. Yüz faiz nə isə bir iş var.

Mən Azadın bu şübhələrinə o qədər fikir vermədim. Hər halda Aslan namaz qılmaqla nə edəcəkdi? Mələkləri bölməyə tökən deyil ki. Amma Azada dedim ki, çıxanda onlarla getmək istəyərəm.

Yenə Dünyanın haqsızlıqlarından danışırdıq.O da hər dəfə danışanda misal gətiridi. A belə deyir, A elə deyir, A deyir ki əslində, A-nın dediyinə görə... bu mənə çox qəribə gəlirdi. Nə demək idi A? Niyə A? Bu sualları içimdə düşünürdüm.

Son söhbətimiz mənəvi inkişafın təzadlarından idi.Azad deyirdi ki

- İzahlı lüğətlərdə bir dəfə sifətlər, insani keyfiyyətlər bölməsinə bax. Bütün sifətləri bir yerə yaz. Sonra köhnə bir lüğətə bax, paxıl , utancaq, yazıq, pis, acgöz sözlərini keçmiş lüğətlərdə axtar. Görəcəksən ki, bu sözlər 5 əsr əvvəl də olub, 5000 il əvvəl də olub. Deməli bu xüsusiyyətlər insanlarda hər zaman olub. Keçmiş lüğətlərdə elə bir insan xasiyyəti yoxdur ki, sonradan arxaikləşsin. Yəni ki gündəlik həyatda işlənməyib köhnəlsin. Əgər bütün o sözlər işlənirsə deməli hələ də insanlarda o xüsusiyyətlər, pis xasiyyətlər var. Köhnələn sözlər isə sadəcə alətlər, rütbələr və ölkə adlarıdır. Belə çıxır ki, əsrlər boyu dəyişən yalnız formadır. Mahiyyət isə dəyişmir. 21-ci əsr isə artıq boş formanı qırarağa tullayıb mahiyyəti dəyişmək əsridir. Biz bunu etmək istəyirik.

Onun danışdıqları mənə çox maraqlı gəlirdi. Söhbətimizin ən şirin yerində dedilər ki, yanıma gələn var. Həmin klip çəkən rejissor idi, yanında da paqonlu bir yekəpər durmuşdu. Rejissor barmağı ilə məni göstərib dedi:

-De budu xanımınızı qaçıran.

Paqonlu pəzəvəng mənə baxdı:

- Gədə, çox böyük zibilə düşmüsən. Səni sabahdan aparırıq öz bölməmizə. Başına oyun açacam sənin.

Sonra Pəzəvəng gözətçilərə nə isə dedi, onlar cəsarət eləyib kişinin üzünə də baxa bilmirdilər. Deyəsən çox samballı adam idi. Paqonlardan da başım çıxmır ki, bilim kimdi, nəçidi.

Onlar gedəndən sonra bir müddət özümə gələ bilmədim. Sabah məni aparıb nə istəsələr edə bilərdilər. Təzəcə həyata həvəsim yaranan vaxt ölmək istəmirdim. Bilirəm bu alçaqların işini adamı döyüb döyüb öldürərlər, adını da qoyarlar ki, yemək yeməyə gedəndə pilləkəndən yıxılıb. Çox təəssüf ki, paqonlar nə dövlətin qanunlarına əməl edir, nə də ki Allahın. Çox qorxmuşdum. Azad da məni sakitləşdirirdi ki, başını qoy yat, hər şey düzələr. Elə xəyalımda məni necə çırpacaqlarını təsəvvür edə-edə yuxuya getdim.

Gecə saat dörd olardı. Birdən qapı açıldı. Azad da, mən də yerimizdən dik atıldıq. Aslan idi, əlində səccadəsi, qapının ağzında durmuşdu. Bizə sakitcə yaxınlaşıb dedi:

- Durun, qaçmaq vaxtıdır.

Biz də yarı ayıq yarı yuxulu onunla getdik.

Gözətçilər daş kimi yatırdı. Aslan onların açarını götürüb dəhlizlə sağ tərəfə getdi. Oradan da pilləkənlə aşağı endik. Zirzəmidə xüsusi bir çıxış yolu vardı. Aslan ora kecib bizi də çağırdı. İçəridə polis paltarları hazır qoyulmuşdu. Biz geyindik. Sonra yenidən dəhlizə çıxıb başqa bir yolla getdik. Beşcə dəqiqəyə polis maşınında türmənin hasarlarını adlamışdıq. Bir az sonra maşını qaranlıq küçələrdən birində saxlayıb piyada getdik. Bakının mərkəzindəki binaların birində bizi artıq gözləyirdilər. Mənzilə daxil olduq. İçəridə iki oğlan vardı. Azad bizi tanış etdi:

- Tanış olun – bu, Anardı. Biz onunla türmədə bir yerdə qalırdıq. O da bizdən biridir. Anar, bunlar isə Araz və Aydındır - bizim yaxın dostlarımız.

Sonra Azad üzünü Aslana tutub dedi:

- İndi isə danış görəy. Bunu necə etdin? Vallah nə qədər fikirləşirəmsə ağlıma gəlmir. Bütün günü səccadədə oturmaqla belə plan qurmaq olar? Tez danış.

Aslan gülümsəyib dedi:

- Bəs bir həftədir mən səccadəyə baxıram. Heç fikirləşmədin ki, A niyə mənə səccadə göndərib? Onun naxışlarına diqqətlə bax.

Biz səccadəyə baxdıq, qeyri-adi heç nə yox idi. Naxışlar, xəttlər ..

Duruxduğumuzu görən Aslan dedi:

- Baxın burada sağdan sola əksinə yazılar yazılıb. İlk baxışdan naxışa bənzəyir. Diqqətlə baxın. Sağdan sola, aşağıdan yuxarı.

Sabah sənə su gətirəcəklər, onu içmə. Gözətçilərdən gizli qıfılın üstünə tök. Bu kimyəvi məhlul 3 günə qıfılı çürüdəcək. Cümə günü gözətçilərin yeməyinə dərman qatırıq oyanmayacaqlar.Onda qıfılı qır. Bu xətlər türmənin sxemidir. Arasındakı çiçəklər isə doğru yoldur. İlk yaşıl çiçəkdə paltarlar qoymuşuq. İkinci yaşıl çiçəkdə maşın var. Qalanı da aydındır”.

Bizə isə bu səccadəyə heyrətlə baxmaqdan başqa heç nə qalmırdı. Aslan dedi:

- Gördünüz, həyatda belə şeylər də olur. He-he.

Azad dedi:

- Hə.. Bəs bizə niyə demədin? Ürəyimiz partlayırdı. Axırıncı gün o yekəpərin hədələrindən sonra Anar lap dəli olmuşdu.

-Yox , sizə deyə bilməzdim. Eşidə bilərdilər. Nəzəri cəlb etmək olmazdı. Amma qulağım sizdə idi. Danışdıqlarınızı eşidirdim. Anar, sən çox cəsarətlisən. Qız günahkar olmasın deyə hər şeyi öz üzərinə götürdün.

Mən başımla yavaşca təşəkkürümü bildirdim. Sonra Azad dedi:

- Hə, Anar yaxşı oğlandı. Uşaqlar siz danışın görək. Bir həftədə təzə nə isə olub?

Bayaqdan sakitcə qulaq asan Aydın dedi:

- Hə qardaşlar. Biz Qərargahı ala bilmişik.

Bunu eşidən Aslan da, Azad da sevinclərini saxlaya bilmədilər.

“Əla!” , “Ola bilməz?!” , “Əla!”, ”Şükür Allaha!”

Mən nədən söhbət getdiyini bilmirdim amma haranısa almışdılar. Sonra Aydın nə isə danışmağa başladı. Belə məlum oldu ki, səhəri gün biz hamımız ora gedə biləcəyik.


Insanlar da Ağaclar kimidir. Onlar nə qədər yüksəklərə, işığa doğru can atırlarsa kökləri bir o qədər yerə, aşağı, qaranlıq və dərinliyə enir.

(“Zərdüşt belə deyirdi”-Nitşe)


QƏRARGAH

Gözlədiyimdən daha böyük idi. 7-8 otaqdan ibarət ən azı 300 kvadrat metrlik bir yer. Divarlar müxtəlif filosofların aformizmləri, dünya statistikasından rəqəmlər, müxtəlif qəzetlərdən kəsilmiş məqalərlərlə dolu idi. Kənardan çox adi bir binanın içindəki bu mənzil adamı tamam başqa bir dünyaya aparırdı. Ev içəridən qaynayırdı. Bizim kimi cavan oğlanlar, qızlar mənzilə yığışmışdılar. Xüsusi stereo sistemlə bütün otaqlarda kalonkalar quraşdırılmışdı. Bu kalonkalar mərkəzi mikrofona birləşirdi. İçəridə sakitcə Rock musiqi gedirdi arada bir Raplə əvəz olunurdu. Evdə 30-40 adam olardı. Çox hissəsi oğlanlar. Azad hər dəfə məni kimləsə tanış edir köhnə tanışları ilə zarafatlaşır, türmədən necə çıxdığımızı danışırdı. Onlar da evin müxtəlif otaqlarını bizə göstərirdilər - kiçik kitabxana, kinozal, idman otağı, bir neçə yataq otağı vardı. Biz otaqlara baxa-baxa dəhlizin sonundakı böyük zala daxil olduq. Zalda qalın xalçadan başqa heç bir şey yox idi. Mən Azada baxıb dedim:

- Bəs bu otağın mebelləri hanı?

Azad gülümsədi:

-Bu otağın mebelləri elə bizik.

Yavaş-yavaş hamı zala toplaşırdı. Təxminən başa düşmüşdüm ki, bu uşaqlar hansısa bir cəmiyyətin üzvləridir. Bu yeri də yəqin kirayə götürüb öz təşkilatlarını yaratmaq istəyirlər. Bir neçə dəqiqəyə demək olar ki, hamı zala gəldi. Sonra bir sarışın oğlan irəli çıxıb mikrofonu götürdü:

- xmm.. m... eşidirsiz? Azadla Aslan qayıdıb. Mən onları qayıdışları münasibəti ilə təbrik edirəm. Gördüyünüz kimi qərargahı ala bildik. Bu gündən Bura bizim hamımızın evidir. Bütün planlarımız burda hazırlanıb o divardakı lövhədə yazılacaq. Növbətçi və xadimə olmadığına görə təmizliyə özümüz baxırıq. Hərə öz ətrafını təmizləsə çirk yer qalmaz. Sıralaımıza təzəcə qoşulan Aynuru da salamlayıram. Aynur, yəqin sənə artıq deyiblər ki , təzə gələnlər birinci qayda olaraq bütün həyatını danışmalıdırlar. Hələ ki, hamımız cavanıq, ona görə hekayəmiz də çox uzun deyil. Buyur, danışa bilərsən. Özü də bil ki, burada hamı sənin dostundur.

Mən sakitcə Azaddan soruşdum:

- Budu A?

O dedi :


- Yox , bu Abbasdır. O ən ilk qoşulanlardandır. Demək olar ki, bütün təşkilatçılıq işlərinə o baxır. Elə bu qərargahı da o alıb. Onun çoxlu əlaqələri var. Bakıda demək olar ki, hər 5 ci adamı tanıyır. Yaxşı oğlandır. Qoy gəlsin səninlə tanış eliyərəm.

Azad bu sözləri deyən vaxtda artıq bir qız mikrofonun qarşısında durmuşdu. Onun üzündə qəribə sıxıntı vardı. Hər halda bütün həyatını danışmağa gəlmişdi. Bundan böyük çətinlik məncə ola bilməzdi. Aynur mikrofonu götürəndə Abbas əli ilə işarə etdi və kimsə işığı sondürdü. Pəncərələrin qarşısı qalın pərdə ilə örtüldüyünə görə otağa zülmət çökdü. Mən heç nə görmürdüm.Bircə Abbasın səsini eşitdim:

-Hə, Aynur, indi rahat danışa bilərsən.

Sonra Aynurun dərin nəfəsi eşidildi:

- Mənim anam xəstələnmişdi. Atam isə evdə tapılmırdı. Onun günü gecəsi fahişələrin yanında keçirdi. Anamın qanında xəstəlik vardı, tez-tez halı pisləşirdi,qusurdu. Gözlərinin altındakı qırışlar hər gün artırdı. Mənim 7 yaşım olardı, məktəbə gedirdim .Dərsdən sonra anama yemək bişirirdim.Onun yatağını dəyişdirirdim.Həftədə bir dəfə gələn həkimləri qarşılayırdım. Bakıda heç kəsimiz yox idi. Atam da anamın xəstəliyilə maraqlanmırdı. Bəlkə də anamın ölümünü ən çox elə o arzulayırdı. Anam ölsəydi rahatca avara həyatını davam etdirərdi. Hərdən içib qapının ağzında yuxuya gedirdi. Qonşulardan utandığımdan zəif canımla onu dartıb evə sürütləyirdim. O da ağzına gələn söyüşləri söyürdü. Çox heyf ki, ən pis söyüşləri küçədən əvvəl atamdan eşitmişdim. Bir tərəfdən atamın söyüşləri bir tərəfdən də anamın qusmaq səsi. Atamı dəhlizə salan kimi yatağın yanındakı vedrəni dəyişməyə gedirdim. Dərsdə müəllim məni danlayırdı, uşaqlar da gülürdü. Bir gün həkim atama dedi ki, filan filan dərmanları almalısınız. Hər gün onlardan içsə bir aya sağalacaq. Əks halda siz onu itirəcəksiniz. Mənlik burda daha iş qalmayıb. Əgər dərmanlardan sonra bir daha pristup olsa zəng edərsiniz.

Həmin gün həkim getdi. Atam isə dərmanları almadı. Mən soruşanda deyirdi ki , bir həftəyə maaş alacaq. Amma bu bir həftə qurtarmırdı, 3 ay idi ki, bu bir həftə qurtarmırdı. Mən öz paltarlarımı və oyuncaqlarımı sinif yoldaşlarıma satırdım. Yığdığım pula dərmanların yarısını almışdım. Anama hər gün dərman verirdim. Amma bir gün, daha dəqiqi ad günümdə anamın vəziyyəti çox pisləşdi. Bəlkə mənim ad günümdə onun qulluğunu çəkməyim ona pis təsir edirdi, bəlkə atamın biganəliyi. Amma həmin gün çox pis olmuşdu. Bütün günü sayaqlayırdı. 3 dəfə qusmuşdu, sonuncuda da qan qusmuşdu. Əlləri əsirdi. Soyuq tər axırdı. Amma bədəni od kimi idi. Yorğanı üstündən atırdı. Ürəyi çox sıxılırdı. Mən də onu soyundurmuşdum ki , isti olmasın. Rəngi qıpqırmızı idi. Yazıq anam lap pis gündə idi. Atam evə gələndə heç tanımadım onu. O qədər içmişdi ki, tamam başqa sima almışdı.Mənə baxıb dedi:



  • Ehh.. qızım, bilirsən mən nə böyük səhv eləmişəm? Bütün pullarımı fahişələrə xərcləmişəm öz arvadım ola-ola. O zibilçəyə dedim ki, bu dəfə pul yoxdu, gəl yataq, gələn dəfə verərəm. Dedi ki, onda gələn dəfə gələrsən. İt qızı it...güya sevirdi məni. Öz arvadım ola-ola gedib başqalarını niyə xoşbəxt eliyim ki ?

Mən onun danışdıqlarına fikir vermirdim. Ona görə də tez mətbəxə qaçdım ki, anama dərman hazırlayım. Atam yataq otağına keçdi. Anamın dərmanları indiyə kimi yadımdadır. Belə kiçik qırmızı paketdə ağ məhlul idi. Onu suda qarışdırıb isti isti içmək lazım idi. Mən onu hazırlayana kimi yataq otağından atamın səsi gəldi.

“Mən səni sevirəm. Eşidirsən sevirəm. Gəl mənim yanıma, qayıdaq əvvəlki vaxtlara. Sən məni istədiyin vaxtlara. Gəl yanıma .bax belə ..sev məni..ah..”

Atamın səsi kəsilmirdi.Mən isə onda uşaq idim yataq otağında nəyin baş verdiyini tam dərk eləmirdim. Anamın da qışqırıqları başladı. O məni çağırırdı köməyə... Elə bilirdim ki , xəstəliyinə görə qışqırır. Dərmanı gətirəndə isə elə bir səhnə gördüm ki , onu görüb dəli olmamaq olmazdı. Atam xəstə anamı zorlayırdı. Əlimdəki stəkan yerə düşüb çilik-çilik olmuşdu. Anam qan qusurdu sərxoş atam isə sanki bunu görmürdü, dayanmaq bilmirdi. Anam qışqırırdı: “Alçağ , namussuz, ölürəm..rədd ol... ölürəm...”

Sonra o daha da bərk qusmağa başladı. Bütün bədəni əsirdi. Atam yastığı götürüb onun üzünə basdı..Mən isə donub qalmışdım. Mənə sadəcə qıraqdan bu iyrənc hadisəni izləmək qalmışdı.

Həmin gecə anam öldü. Səhəri gün həkimlər gələndə gecəki hadisələri onlara danışmaq istədim. Amma atam məni otaqda bağlamışdı. 3 gün o otaqda ac susuz qaldım. Qapı açılanda isə artıq anam yox idi. Onu basdırmışdılar. Mən hələ də bilmirəm onun qəbri hardadır. Anamın ölümü atama pis təsir etmişdi deyə içməyi azaltmışdı. Mənə daha çox vaxt ayırırdı. Ona nifrət edirdim amma başqa heç kimim yox idi. 7 il onunla qaldım. Hərdən məni döyürdü. Doğma atam oldugundan heç nə edə bilməzdim.

16 yaşım olardı. O, evin əşyalarını satmağa başlayırdı. Deyəsən kiməsə borcu vardı. Çünki hər dəfə iki-üç kişi evimizə gəlib onu hədələyirdilər. Atam onlara yaltaqlanırdı, çay təklif edirdi, onlar da oturub çay içirdilər. Bəziləri məni tərs-tərs süzürdü. Mən uşaq deyildim, onların nə istədiyini çox gözəl başa düşürdüm. Həmişə onlar gedəndə atam nəsə verirdi. Bir gün televizor, bir gün maqnitofon. İş ütüyə çatanda gördüm ki, artıq evdə heç nə qalmayıb. O gecə həmin kişilər bıçaqla gəldilər. Mən çay süzənə kimi atamı divara sıxıb hədələyirdilər:

- Sən bizi hələ yaxşı tanımırsan. Biz elə belə çıxıb gedən deyilik. Əgər bu gün verəsi heç nəyin yoxdursa onda balaca barmağını kəsib aparacayıq. Narahat olma, pulu qaytarsan kimi biz də barmağı qaytararıq.

Bu sözləri eşidən kişilər gülməyə başladılar. Mən otağa kecdim. Onlar atamın barmağını kəsmək istəyirdilər. Atam qışqırırdı:



  • Yox, yox əl dəyməyin. Onu götürün, bu gün qızımı verirəm sizə. Onu götürün. Buraxın barmağımı.

Atam məni bir barmağına satdı. Mən donub qalmışdım. Amma o alçaqların da deyəsən bu fikir daha çox ağlına batmışdı. “Bax bu başqa məsələlə. Sən özünü belə aparanda bizim də xoşumuza gəlir. Bax bu tamam başqa məsələ. He-he-he”. Mənim tüklərim biz biz olmuşdu. Biri atamı tutmuşdu, o biri ikisi üstümə gəlirdi. Bir onu bildim ki, əlimdəki qaynar çayı onların üstünə tökdüm. Birinin üzü yandı. Mən də tez mətbəxə qaçdım. Bıçagı götürüb arxamca gələn kişinin böyrünə soxdum. Onu itələyib qapıya yaxınlaşdım. Elə qapını açmışdım ki, atamı tuan kişi üstümə yeridi. Onda ilk dəfə atamı köməyə çağırdım. O isə qorxaq pişik kimi küncə qısılıb qalmışdı. Bunu görüb məni tutmağa gələn yekəpərin qucağına atıldım. Dişlərimlə yanağından yapışdım. Bir dişləyə onun yanağını qopardım. Qan fışqırmağa başladı. İkinci dişləyim boğazına kecdi. Deyəsən qırtlağından yapışmışdım.Var gücümlə dişlərimi bir birinə yaxınlaşdırdım. O da saçımda tutub məni yerə çırpdı. Onu öskürək tutmuşdu, boğazı qan içindəydi. Iməkləyə-iməkləyə onun yanında qapıya doğru keçdim. Pilləkənlərdən üzüaşağı qaçmağa başladım. Nə qədər bərk qaçmağa çalışdımsa da həyətdən çıxanda o biri ikisi mənə çatdı. Həyətdə kimsə yox idi, zil qaranlıq idi. Onlar məni öldürəcəkdilər. Həmin anda A gəldi. O məni xilas etdi. İndi də mən buradayam. Çox sevinirəm ki, qısa vaxtda özümə bu qədər çox dost tapa bilmişəm. Keçmiş həyatımla vidalaşıb yeni həyata başlamağa hazıram.

Bu sözlərdən sonra Aynuru özümə elə yaxın hiss etdim ki. Istəyirdim bağrıma basıb onu necə çox istədiyimi deyim. Indi başa düşmüşdüm ki, işığı niyə söndürmüşdülər – Aynur cəkinməsin deyə. Qaranlıqda Aynurun danışdığı bütün səhnələr gözümün qarşısında canlanmışdı. Onun bütün ağrılarını hiss edirdim. İşıq yananda gördüm ki, Aynurun gözləri yaşla dolub. Ənənəvi olaraq hamı əl çalmağa başladı. Sonra Abbas dedi:

- Uşaqlar, bağışlayın mövzunu dəyişirəm. Bayaq A ilə görüşdüm. A dedi ki, bəzi dostlarımız artıq böyük planı həyata keçirməyə başlayıblar. Biz bilirik ki, A ilə olan söhbətləri hər kəs sirr saxlamalıdır. O özü dedi ki, bunu hamıya deyim. Hamı bilsin ki, artıq hazır olanlar işə başlayıb. Onları təbrik edirik. Yeni gələnlərə də uğurlar arzulayıram.

- Mən istəmirəm ki, kimsə özünü cinayətkar hesab etsin. Və istəmirəm ki , vicdanınız sizi incitsin. Həyat onsuz da axır-əvvəl hamını vicdansız edir. Burda hər kəs azaddır. Biz getdiyimiz hər yerdə xəyanət və yalanla üz-üzə dururuq. İnsanlar çox azğınlaşıb. Ürəklərdə qəribə bir xəstəlik var. Və bu xəstəlik günbəgün artır. Əvvəlcə hamı işıqlı gələcəyə, ümidli sabaha inanır. Hamı elə bilir bir gün gələcək və o arzularına çatacaq. Hər birimizin arzusunda o gözəl şahzadə var. İllərlə bizi gözləyən gözəl şahzadə. Amma biz onunla hər dəfə rastlaşanda daha bir isterika və kaprizlə üzləşirik. Hər bir qız xəyallarında o qəhrəmanı görür. Amma qarşısına çıxan kəs özündən razı maymaqdan başqa bir şey olmur. Uşaq vaxtı elə bilirdik ki, ən gözəl ev bizim evdir. Amma bir gün qonşu bizi qonaq çağırdı və ilk dəfə gözəl evin nə olduğunu gördük. Biz elə bilirdik ki , filmlərdəki super qəhrəmanlardan biriyik amma ilk küçə davasında nə qədər zəif olduğumuzu hiss etdik. Biz düşünürdük ki, ən ağıllı bizik. Ama məktəbə gedəndə əlaçıları gördük, sonra lövhədəki misalları.


1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə