Bəxtiyar Tuncay azərbaycan imperatorluğU (Əlyazması hüququnda) baki 2012 Bəxtiyar Tuncay azərbaycan imperatorluğU




Yüklə 2.15 Mb.
səhifə29/36
tarix22.02.2016
ölçüsü2.15 Mb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   36

İkincisi, bu cəhalət sadəcə Azərbaycanla sınırlı deyil, Səfəvi imperatorluğunun hakim olduğu coğrafiyanın bir çox yerlərində yayğın idi. Bu üzdən də daha geniş bir yetki və səlahiyətlə bu xurafatla mübarizə aparmaq lazım idi. Bu qədər geniş miqyaslı reformlar üçün şahzadə deyil, şah olmaq gərəkirdi”.

Tarixçinin sözlrinə görə, Abbas Mirzə bu məqsədlə Nadir Şahın həyata keçirdiyi məzhəb islahatını dərindən öyrənmişdi. Məlumat üçün bildirək ki, Nadir şah Səfəvilərin hakim qıldığı ələviliyin ölkənin geriliyinin əsas səbəbi olduğunu çox tez başa düşmüş, Azərbaycanı Səfəvilərdən öncə olduğu kimi yenidən sünni-hənəfi məzhəbinə qaytarmaq istəmiş, fəqət fanatik din xadimlərinin təzyiqi ilə ələviliyi şiə məzhəbləri içərisində İslamın əsaslarına nisbətən daha yaxınlığı ilə seçilə cəfəri məzhəbi ilə əvəz etməyi bacarmışdı. Onun fikrincə, bu, bidətdən gerçək islami dəyərlərə qayıdışın ilk mərhələsi olmalı, bundan sonra isə Azərbaycanı çıxmaq şərti ilə bütün Türk-İslam dünyasının, eləcə də Səfəvilərdən öncə Azərbaycann vahid məzhəbi olan sünni-hənəfi məzhəbinə qayıtmaq olar.

Jauber Tehrana yola düşməmişdən öncə Abbas Mirzənin ordusunun təntənəli keçidini (paradını) izlədi. Şahzadə çılğın bir atın üstündə məğrurcasına oturmuşdu və onu çox rahatca idarə edirdi. Parad bitdikdən sonra Jauber Abbas Mirzənin çadırına çağrıldı. Şahzadə ordusunun durumu haqda bir mütəxəssis onun fikrini öyrənmək istəyirdi. Jauber süvarilərin yaxşı təsir bağışladığını söylədi, ordunun ümumi durumunda isə intizamsızlığın nəzərə çarpdığını qeyd etdi. Abbas Mirzə üçün onun fikirləri çox önəmli idi, çünkü bu, sadəcə bir parad deyildi. Vəliəhd savaşa hazırlaşırdı.

Jauber, Napoleonun mesajını Fətəli Şaha çatdırmalı idi. Bu üzdən də şahzadədən ayrılıb Tehrana yola düşməli idi. Cahangir Mirzənin yazdığına görə, Abbas Mirzə özü onu yola saldı. At üstündə oturan şahzadə Jauberi yola saldıqdan dərhal sonra savaşa yollandı. Bu, şahzadə ilə Jauberin ilk və son görüşü oldu.

Fransız diplomat Xalxal yolu ilə Tehrana yola düşdü. Zəngana girərkən, bu şəhərin bazarı onun diqqətini cəlb etdi. Zənganın qapalı bazarına müştərilər sel kimi axın edirdi. Avşar elləri öz keçələrini, yunlarını satıb əvəzində qumaş, silah alırdılar. Zəngandan keçdikdən sonra Jauber Qəzvinə gəldi və burada Məhəmmədəli Mirzənin vəziri Baba Xanın möhtəşəm saraynı gördü. O bu sarayı özünün “Persiyaya səfər” kitabnda gördüyü ən gözəl memarlıq əsərlərindən biri kimi xarakterizə etməkdədir.

Diplomat Tehrana iyunda, istinin ən cırhacırında catdı. Jauber yazır ki, paytaxtın üç ağaclığında xarici qonaqların qarşılanması üçün özəl bir yer nəzərdə tutulmuşdu. Onu qarşılayan xanların və əyanların paltarlarındaki ziynətlər günəşin ışınları altında par-par parıldayırdı. Onlar Napoleonun özəl elçisini bu qədər sadə bir libasda olduğunu görüb çox heyrət etmişdilər. Onu bu şəkildə görə biləcəkləri ağıllarına belə gəlməmişdi. Tehranda Jauberi gözəl bir sarayda yerləşdirdilər.

Şahla görüş zamanı yetişdi. Diplomatn yazdıqlarından belə məlum olur ki, Fəthəli şah bir neçə pilləsi olan bir taxtda oturmuşdu. Jauberin şahla arasındakı məsafə çox olduğundan onun üzünü görə bilmirdi:

Qəbul törəninin sədri ayaqqabısını çıxarıb, başını əyərək şahın hüzurunda dayandı və türkcə dedi:



-Ey Şahi-hümayun, ey yer üzünün ən böyük şahı, ey zillüllah (Tanrının kölgəsi), Fransanın elçisi, Fransa xalqının ərbabını təmsil edən şəxs Sizinlə görüşmək istəyir. O, öz ərbabı tərəfindən Sizə bir məktub və hədiyə olaraq da cəvahirat gətirmişdir.

Şah “xoş gəlmişdir” deyə cavab verdi”.

Şahın bu sözlərindən sonra vəzirlərdən biri Jauberə yaxınlaşdı. Ona pillələri göstərib və irəli doğru yavaş-yavaş yürüməsini istədi. Taxtın yanında şşahın üç gənc oğlu və bir neçə xidmətçi dayanmışdı. Jauber diz çöküb padşahı salamladı. Napoleonun məktubunu altunla toxunmuş çantasından çıxarıb, altun bir tabağın içinə qoyaraq şaha təqdim.

Əminə Pakrəvan yazır ki, padşah Jauberin türkcə və farsca bilməsindən məmnun idi. Çünkü tərcüməçiyə ehtiyac olmadan danışa biləcəkdilər. Bu üzdən də rəsmi törənin sona çatmasından sonra bağçada baş-başa, bərabərcə gəzişdilər:

Lakin hərarətli qarşılanmaya rəğmən, Tehranın isti havası Jauberin zövqünə uyğun gəlməmişdi. Jauber qızdırma ilə müşayiət olunan çox ağır bir xəstəliyə tutuldu. Şahın özəl həkimləri onun müalicəsinə çalışırdılar. Padşah Jauberi Tehrandan uzaqlaşdırıb dincəlməsi, müalicə olunması üçün Sultaniyədəki sarayına göndərdi. Vəziyyəti nisbətən yaxşılaşan Jauber Sultaniyədə Qacarlarla Fransa arasındaki müttəfiqlik anlaşmasına imza atdı.



Jauber üçün vida mərasimi düzənlənərkən, şahın özəl həkiminə onunla sınıra qədər getməsi əmr edildi. Jauber sınırı keçdikdən sonra Şahın özəl həkimi rahat nəfəs aldı. Çünkü Şah ona demişdi :“Jauberin sağlığından sən sorumlusan, o öləcək olursa, sən də öləcəksən, bunu bilmiş ol. Bu üzdən də çox diqqətli ol, diqqətlə davran””.

Fəthəli şah sarayın önəmli adamlarından biri, Qəzvində Məhəmmədəli Mirzənin vəzirliyini etmiş Mirzə Rzaquluxan adında birisi Qacar hökumətini təmsilən Fransa imperatoru ilə görüşmək üçün elçi sifətində Avropaya göndərildi. O, Jauberlə bərabər Napoleonun bulunduğu Finkinaştayna gəldi və burada qaldı.

Anlaşmanın müfəssəl şəkildə hazırlanıb imzalanmasını gözlədi. Bu anlaşmaya görə Fransa Rusiyanın işğal etdiyi torpaqları, özəlliklə Gürcüstanı geri almaq üçün Qacariyəyə yardım edəcəkdı. Amma Rusiya ilə Fransa arasında sülh müqaviləsi bağlandıqdan sonra Fransa Qacarlarla olan anlaşmalara sadiq qalmadı.
3. 14. Abbas Mirzənin II Qarabağ yürüşü
Jauberin Təbriz və Tehranı ziyarət etdiyi dönəmlərdə Qacar hökumətinin durumu Bağdad və Bayəzid paşaları ilə yaranan gərgin vəziyyət səbəbindən çox ağır idi. Vəziyyəti gərginləşdirən kürd məsələsi idi. Bölgədə problem yaradan kürd əşirətlərinin rəhbərlərindən birisi Fəthəli şah tərəfindən himayə edilməkdə idi. Bu kürd, Fəthəli şaha sığınmış, şah da onun ölkədə yaşamasına izn vermişdi. Bu da əslində Fəthəli şahın Bağdadla bağlı gizlin planlarını ifşa etməkdə idi. Fəthəli şaha görə Bağdad, Səfəvilər və Nadir şah dövrlərində olduğu kimi, yenə də qızılbaş səltənətinin tərkibində olmalı idi. Bu torpaqlar Ağqoyunlular və Qaraqoyunlular zamanında da, ondan öncəki Hülakülr dövründə də Azərbaycan dövlətinin sınırları içərisində olmuşdu. Şah həmin orpaqları öz səltənəinə qatmaq üçün daima fürsət axtarırdı və bu, Osmanlılara məlum idi. İraq cəbhəsində Odur ki, sınır bölgəlrində Osmanlı ordusu ilə qızılbaş ordusu arasında tez-tez münaqişələr baş verirdi. Bu dəfə də eyni şey baş vermiş və çxan savaşda Məhəmmədəli Mirzə zəfər qazanaraq şöhrətini bütün ölkəyə yaymışdı. Bayəzid cəbhəsində də lokal qarşıdurmalar olmuşdu.

Sisinovun ölümündən sonra "sərdarlıq" Tiflisdə outran general Nesvetayevə tapşırılmışdı. Artıq iyun ayında general-feldmarşal İ.V.Qudoviç Qafqaza baş komandan göndərildi. Abbas Mirzə bundan Gürcüstan və Osmanlı sınırı arasında yerləşən Ağoğlan kəndində xəbər tutdu. General Sisyanovun yerinə Marşal Qudeviçin təyin edilmsi o demək idi ki, Rusiya ilə savaş yeni bir mərhələyə girmək üzrədir. Rəsmi Tehran Rusiya ilə savaşdan yana deyildi. Savaş yeni-yeni xərclər tələb edirdi ki, bu da Fəthəli şahı narahat etməyə bilməzdi. Odur ki, Abbas Mirzə ruslarla savaşın qaçılmaz olduğunu anlayan Abbas Mirzə ordunu öz hesabına təmin netmək məcburiyyətində qalmışdı. Tam bu sırada Abbas Mirzəyə və Tehrana xəbər gəldi ki, bir Rus hərbi birləşmələri yeni ərazilər işğal etmək üçün hücuma keçmişdir. Artıq Abbas Mirzəyə dəstək verməkdən başq çarə yox idi. Abbas Mirzə düşməni durdurmaq üçün Ağoğlandan hərəkətə başladı. Beləcə, Rusiya-Azərbaycan savaşı yeni bir dönəmə daxil oldu. 1806-cı ilin yazında Abbas Mirzə 20 minlik qoşunla yenidən Qarabağ xanlığına daxil oldu. Qızılbaş qoşunu Şuşa qalasının iki ağaclığına çatmışdı. İki ordu Xankəndində qarşı-qarşıya gəldi. İki gün ağır savaşdan sonra Abbas Mirzə Xudafərin körpüsünə tərəf geri çəkilmək məcburiyətində qaldı.

Həmin dövrdə Qarabağ xanlığında siyasi durum çox gərgin idi. Bunun başlıca səbəbi Azərbaycan ordusunun qarşısını almaq üçün yetərincə əsgəri qüvvənin olmaması idi. Rusiya burada yalnız bir batalyon və bir neçə yüz də yeger atlısı saxlayırdı. Bu hal Abbas Mirzənin şanslarını artırırdı. Kürəkçay müqaviləsinə görə Ibrahim xanın varisi elan olunmuş Məmmədhəsən ağanın ölümü və onun yerinə Mehdiqulu ağanın (Xurşud Banı Natavanın atası) irəli sürilməsi daxili çəkişmələri gücləndirmişdi. Məmmədhəsən ağanın oğlu polkovnik Cəfərqulu ağa atasının yerinə varis olmaq istədiyindən əmisi Mehdiqulu ağanın varisliyini qəbul etmir və öz tərəfdarları ilə pozuculuq işlərini gücləndirirdi. Xanın digər oğlu Əbülfət bəy isə Abbas Mirzə ilə birlikdə ruslara qarşı vuruşmaqda idi. Belə bir vəziyyətdə Ibrahim xanın qardaşı oğlu Mirzə Əli bəy rusların Gəncədə girov saxladığı oğlu Behbud bəy və qardaşı oğlu Feyzi bəylə gizli əlaqə yaradaraq onlarla birlikdə Abbas Mirzənin yanına qaçdılar. Tarixçi M. Xəzani bundan sonra bu prosesin gücləndiyini qeyd edərək yazırdı: "Qarabağın şöylə ümdə bəyləri dəxi Qızılbaşa gedirdilər".

Burada mövzudan bir qədər kənara çıxaraq qeyd etməliyik ki, M. Xəzaninin redaktə olunmadan dövrümüzədək yetişmiş əsərindən verdiyimiz bu sitatdan da göründüyü kimi, o dövrdə, yəni rus işğalı ərəfəsində yerli tarixçilər Qacar imperatorluğunu “Qızılbaş”, Qacar ordusunu isə “qızılbaş ordusu” adlandırmışlar ki, bu fakt Qacarlar dövlətinin Səfəvi – Qızılbaş dövlətinin, başqa sözlə, Azərbaycan imperatorluğunun bir davamı və uzantısı olduğunu təsdiqləyir. Rusların işlətdiyi “Persiya” adının ekvivalenti kimi “İran” kəlməsinin işlədilməsinin əsasını isə rus məmurları olan və çarizmin siyasətinə xidmət edən M. F. Axundzadə və Abbasqulu ağa Bakıxanov qoymuşlar ki, Cavad Heyət haqlı olaraq, M. F. Axundzadəni paniranizm cərəyanınn banisi hesab etməkdədir.

Əsas mövzuya keçək və bildirək ki, mövcud gərgin vəziyyətdə Ibrahim xan Cavad xanın qatili, xalq arasında "dəli mayor" adını qazanmış Lisaneviçdən ehtiyat edirdi. Belə olan halda, Abbas Mirzə əski düşmənlərlə ittifaqa girmək istədi. Xüsusən Şuşanın xanı İbrahim Xəlillə əski münasibətləri unudub dostluq ilişkiləri qurmaq fikrinə düşdü. Bunun üçün də İbrahim Xəlil Cavanşirin qızı, Tehranda atasının arvadlarından biri olan Ağabacı xanımı arada vasitəçi etdi. Abbas Mirzə bu yolla İbrahim Xəlillə yaxın münasibət qurmağı bacardı. Abbas Mirzənin atası ilə arasının düzəldilməsində əsas rolu, təbii ki, Ağabacı xanım oynadı.

Ruslar işğal etdikləri Azərbaycan xanlıqlarına öz vassalları kimi baxırdılar. Bu da xanların ruslardan üz döndərib Abbas Mirzəyə yaxaınlaşmalarına səbəb olurdu. Rusların bu şəkildə davrasının bir səbəbi də Sisianovun Bakı xanı tərəfindən öldürülməsi idi. Onlar azərbaycanlılara inanmrdılar. “Tarix-e Əzodi”dən belə aydın olur ki, İbrahim Xəlil xan gizlincə Abbas Mirzəyə belə bir xəbər göndərmişdi: “Şuşaya hücum etsəniz şəhərin darvazlarını üzünüzə açacağıq.” Lakin xanın yaxınlarından birisi bu xəbəri eşidib rusların yardımı ilə İbrahim Xəlili Şuşadan qaçmağa məcbur etdi:

Bu hadisədən xəbər tutan Abbas Mirzə, İbrahim Xəlil Xanın yardımına tələsdi. Ancaq Xudafərin körpüsündən azacıq aralanmışdı ki, gözlənilməz bir hadisə ilə qarşılaşdı. Təqribən yüz kişilik süvari dəstə yas içində İbrahim Xəlilin cənazəsini Xudafərinə doğru daşıyırdı. Yaşlanmış Xan bütün ailə üzvləri ilə bir yerdə öldürülmüşdü. Rusların xanlarla bu şəkildə davranmaları digər xanları qəzəbləndirmişdi. Artıq onlar açıq şəkildə Abbas Mirzəyə dəstək verməyə başladılar. Ləzgi (Qazi Qomuq) xanı kimi bəzi xanlar isə təhlükədən qurtulmaq üçün Abbas Mirzəyə sığınmış və Təbrizə yerləşmişdilər”.

Cahangir Mirzə də İbrahim xanın qətlə yetirilməsini eyni cür nəql edir. Sovet konsepsiyalarının əsirindən hələ də xilas ola bilməyən Azərbaycan tarixşünaslığında qəbul olunmuş versiyaya görə isə, Ibrahim xanın öz ailəsini Xanbağındakı evindən Şuşa qalasının iki verstliyinə köçürməsini Miraxur adlı bir gürcü və xanın digər düşmənləri Lisaneviçə xanın xəyanəti kimi çatdırmışdılar. "Dəli mayor" 200 rus əsgəri ilə qaladan çıxıb xanın evinə hücum etdi və təxminən 17 nəfəri yatdıqları yerdə qətlə yetirdilər. Qətlə yetirənlər arasında Ibrahim xanın özü, şəkili Hüseyn xanın qızı Tubu bəyim, Hərəmi xan, Səltənət bəyim, Abbasqulu ağa – Fərzəni xan, Hacı Hüseynəli bəy Kəbirli, Mirzə Haqverdi Kəbirli, Qərvəndli Hümmət bəy Cavanşir, onun oğlu Həsənağa Gülməli bəy Sarıcalı Cavanşir, Mirzətağı Afşar, Əlipənah – pişxidmət, Hacı Həsən Əcəm oğlu Kəbirli, onun iki oğlu, Şellidən iki nəfər, iki nəfər Şuşalı var idi. Rus qoşunları hətta kiçik yaşlı uşaqlara da rəhm etmədilər. Xanın nəslindən olan kiçik yaşlı Nəcibə və 13 yaşlı oğlan uşağı da qəddarlıqla qətlə yetirildi. Xanın övrəti və qızını yaralı vəziyyətə qalaya gətirsələr də həyatlarını xilas etmək mümkün olmadı. Xanın evindəki əşyalar ruslar tərəfindən qarət olundu.

Faciə baş verən zaman Mehdiqulu xan öz yaxınları ilə qalada idi və hadisədən sonra xəbər tutdu. Onu sakitləşdirmək üçün Lisaneviç əhalini divanxananın qarşısına yığıb xanlığın idarəsini ona tapşırdı. Qətldən 15 gün keçməmiş general Nebolsin öz qoşunu ilə Əsgərana yaxınlaşdı və Mehdiqulu xan da öz dəstəsilə ona qoşuldu. Iyulun 15 – də Xankəndi yaxınlığındakı yeddi saatlıq döyüşdə Abbas Mirzə rusların otuza qədər əsgər və zabitini məhv etdikdən sonra geri çəkilməyə məcbur oldu.

Xanlığa iddialı olan Cəfərqulu ağanın bütün səylərinə baxmayaraq 13 sentyabr 1806 – cı il taixili fərman ilə Mehdiqulu ağa Qarabağ xanı elan olundu. Bundan sonra o, qardaşı Xancan bəylə birlikdə Abbas Mirzənin yanına pənah apardılar.


3. 15. Abbas Mirzənin Bakı və Qubanın işğalına rəğmən, islahatlarını davam etdirməsi
1806 – cı il sentyabrın 5 – də general Bulqakovun komandanlığı ilə rus qoşunu yenidən Bakı üzərinə hücuma keçdi. O, yerli əhaliyə toxunmayacağını bildirmiş və sözünə təminat məqsədilə oğlunu Bakıya göndərmişdi. Lakin şəhər əhalisi onun sözlərinə inanmayaraq dağlara çəkilmiş, xan isə əvvəl Qubaya, oradan da Günrey Azərbaycana pənah aparmışdı. 1806 – cı il oktyabrın 3 – də Bakı ruslar tərəfindən işğal olundu və Bakı xanlığı ləğv edildi. Bundan bir qədər sonra isə Quba xanlığı işğal olundu və Şeyxəli xan dağlara çəkilərək partizan müharibəsi aparmaq məcburiyyətində qaldı.

Bakı və Quba xanlığının işğalından sonra rus qoşunları Şəkidəki üsyanı yatırmağa göndərildi. Oktyabrın 22 – də Səlim xanın silahlı qüvvələri məğlub oldu və Şəki xanı da Qacarlara pənah apardı.

Həmin dövrdə şahzadə, demək olar ki, bütün vaxtını Ağoğlan, Dədəbəyli və digər bu kimi hərbi düşərgələrdə keçirirdi. Təbrizdə olduğu zaman isə islahatlarına davam edirdi. Onun bu islahatlarını heç nə əngəlləyə bilmirdi. Həftədə bir dəfə Azərbaycan əhalisinin şikayətlərini qəbul edirdi. Şikayəti olan hər kəsin onunla rahatca əlaqəyə girə bilməsi üçün fərman imzalamışdı. O, daim Azərbaycanı içinə düşdüyü fəlakətdən necə qurtara biləcəyə haqda düşünür və ətrafındakılardan ona vəziyyət barədə mütəmadi və daha dərin bilgi vermələrini tələb edirdi.

“Tarix-i Əzodi”də yzılana görə, Abbas Mirzə səltənətin tarixində ilk dəfə bəylərbəyiləri haqqında xüsusi fərman imzaladı. Bu fərmana görə heç bir bəylərbəyi öz rəyyətini incitməməli, onunla insan kimi davranmalı, onun haqlarına hörmət etməlidir:

Bu əmrin bəylərbəyilərinə yazılı olaraq çatdırılmasından başqa, Abbas Mirzə əmr etdi ki, bu fərmanı carçılar bütün bölgələrdə insanlara çatdırsınlar və söyləsinlər ki, hər bir ksin Şahzadənin yardımçılarına və bilavasitə özünə şikayət etmə haqqı var. Bu üzdən də bəzi bəylərbəyləri için-için Abbas Mirzəyə nifrət edirdilər. Ancaq bu nifrətlərini elə içlərindəcə boğurdular, çünkü bilirdilər ki, Şahzadə Fəthəli şahın sevimlisidir və şah onunla hesablaşmaqdadır”.

Eyni qaynaqdan belə aydın olur ki, rusların yeni-yeni ərazilər işğal etməkdə olması faktı da şahın gözündə Abbas Mirzənin önəmini durmadan artırmaqda idi. İndi o, səltənətin yeganə ümid yeri idi. İslahatlardan narazı olan bir çox bəylərbəyi Abbas Mirzənin qardaşları ilə gizlin təmasa keçərək, onu ortadan qaldırmağı planlaşdırırdılar. Ancaq təkcə şah deyil, eyni zamanda geniş xalq kütləsi də Abbas Mirzədən yanına idi. Ən önəmlisi isə bu idi ki, Azərbaycan xalqı şahla bərabər onun da başına and içirdilər və “Şahın, Şahzadənin başına and olsun!” - deyərək şahzadəyə olan sonsuz hörmətlərini dilə gətiridilər.

Əminə Pakrəvanın Avropa müəlliflərinə istinadən bildirdiyinə görə, Abbas Mirzənin bir davranışı hamının təəccübünə səbəb olmuşdu. Bir dəfə o, hərbi düşərgələrinin birindən Təbrizə dönərkən buradaki sarayında insanların yas içində olduqlarını gördü. Nədən belə olduqlarını sorduğunda cavab verdilər ki, iki kiçik oğlunuz xəstələnib ölmüşdür:

“Abbas Mirzə əhəmiyyət vermədən onlara acıqlanaraq dedi ki, ağlayacağımı mı sanırsınız? Tanrıya and olsun ki, əgər mənə xəbər versəydiniz ki, iki əsgərin ölmüşdür ağlardım. Ancaq bu kiçik çocuqların böyüdüklərində əsgər ola biləcəkləri bəllimi idi? Tanrının iradəsinə təslim olmaq zorundayıq. Abbas Mirzənin bu davranışı hadisəyə şahid olan xariciləri təəccübləndirmişdi”.

Digər bir hadisəni də Jauber öz xatirələrində bu şəkildə təsvir etməkdədir:

Abbas Mirzə Azərbaycanın mşhur ailələrindən birinin oğlu ilə çox yaxın dostluq edirdi. Nəzərəli bəy adlı bu şəxs şahzadənin sarayında ən önəmli və sözükeçən şəxsiyətlərdən biri idi. Nəzərəli bəy çox yaraşıqlı və cəsur adam idi. Onun cəsarəti Abbas Mirzə üçün hər şeydən daha önəmli idi. Şahzadə ən çətin vaxtlarında ürəyini ona açar və kimsəyə danışmadığı, danışmaq istəmədiyi gizlin planlarını ona söyləyərdi. Cəsur Nəzərəli bəy də yaxşı bir dinləyici olduğu üçün Abbas Mirzənin hörmətini qazanmışdı. Bəlkə də elə buna görə Nəzərəli bəy şahzadənin onun bəzi xoşagəlməz davranışlarına göz yumacağını sanmışdı. Bu üzdən bəzən gizlin əyyaşlığından da geri qalmırdı.



Bir gün Nəzərəli bəy yarısından çoxu erməni olan bir kənddən keçərkən gözləri hamamdan çıxan bir erməni gözəlinə sataşdı. Erməni qızları müsəlman qadınları kimi özlərini qara və qaranlıq çadranın altında gizlətmirdilər. Bu səbəbdən də onların gözəlliklərini görmək və vurulmaq Azərbaycan gəncləri üçün rahat bir iş idi. Nəzərəli bəy qız haqqında araşdırma apardı və öyrəndi ki, hələ ərə getməyib. Bu da onun qızla sərbəst davranmasına imkan verirdi. Qızın evini öyrənib onu öz çadırına qaçırmağı planlaşdırmışdı. Qızı zorla çadırına gətirdi. Qızın fikri, istəyi ilə hesablaşmadan onunla bərabər oldu.

Nəzərəli bəy sərxoş vəziyyətdə erməni qızı ilə bərabər olduqdan sonra yuxuya dalar. Erməni qızı bu fürsətdən istifadə edərək çadırdan qaçar. Qızın atası Abbas Mirzəyə şikayət edər. Abbas Mirzə dostunun bu əməlindən çox narahats olur. Digər tərəfdən, şahzadə xristian azınlığa çox sayqı göstərməkdə idi. O, Nəzərəli bəyin edam edilməsi barədə fərman verər. Nəzərəli bəyin yaxınları nə qədər yalvarsalar da, Abbas Mirzəni qərarından vaz keçirə bilmirlər. Beləcə, Nəzərəli bu davranışının hesabını həyatı bahasına ödəmiş olur”.

1807-ci il baharının başlanğıcında Fransadan Gardane heyyətinin gəlməsindən bir az əvvəl, Qafqaz rus ordusunun komandanı və Gürcüstanın hakimi Marşal Qudeviç öz şəxsi nümayəndəsini Tehrana göndərdi. Stepanov soy adlı bu elçi Qudeviçin barış mesajını Tehrana çatdırmalı idi. O, Tehrana Təbriz yolu ilə gedəcəkdi. Bu üzdən də Abbas Mirzə rusların yeni siyasəti ilə tanış olmaq üçün səbirsizliklə onun yolunu gözləyirdi. Stepanov həm şahzadə, həm də Şah üçün böyük hədiyələr gətirmişdi. Lakin Abbas Mirzə Qudeviçin təklifləri ilə tanış olduqdan sonra çox narahat oldu. Çox hörmətlə yazılan məktubun məzmunu bərk əsəbləşdirmişdi. Burada Marşal Qudeviçin üstünlüyündən danışılır, üstü öetülü şəkildə Fətəli Şaha eyham vurulurdu ki, onun heç bir qələbə şans yoxdur. Ən yaxşısı budur ki, şah barış anlaşmasına imza atsın.

Məktubda bəzi ərazilər də tələb olunurdu. Lakin Qacar hökumətinin on il sonra məcburən qəbul edəcəyi müqavilələrlə müqayisə də buradak tələblər çox yumuşaq idi. Xarici ölkələrin elçiləri ilə çox hörmətlə rəftar edən Abbas Mirzə qəzəbini gizlədə bilməyərək, məktubda qeyd olunanların onlar tərəfindən qəbul edilməsinin mümkün olmadığnı söylədi. Stepanov Tehrana yollanmamışdan öncə Abbas Mirzə atasına özəl bir çapar göndərdi. Çapar Stepanovdan daha əvvəl Tehrana çatıb və şahzadənin məktubunu şaha çatdırdı. Abbas Mirzə atasından xahiş edirdi ki, məktubda qeyd olunanlarla razılaşmasın. Ya da anlaşmalara Qacar hökumətinin də tələbləri yerləşdirilsin.

Tehranda Stepanovu çox yaxşı qarşıladılar. Lakin şah anlaşma təklifinə çox soyuq münasibət göstərdi, öz şərtlərini irəli sürdü. Stepanov bildirdi ki, bu şərtləri müzakirə etmək onun səlahiyyətlərinə daxil deyil. Bu üzdən də geriyə dönmək üçün izn istədi. Şah tərəddüd içində idi. Amma Abbas Mirzə açıq şəkildə savaşmaq arzusunda idi. Həmin bahar heç bir döyüş olmadı. Qacar hökumətinin üzvləri içərisində savaşa tərəfdar olanlar da, olmayanlar da bütün ümidlərini Fransa ilə ittifaqa bağlamışdılar.


3. 16. Fransız hərbiçilərin qızılbaş ordusunu modernləşdirməsi
Gardane heyyəti gəlmədən öncə Fransa ordusunda yarbay mühəndis olan Buntan tərcüməçisi ilə birlikdə Abbas Mirzə ilə görüşmək üçün Azərbaycana gəlmişdi. Ona Fransa dövləti tərəfindən Azərbaycan ordusunun modernləşməsi işinə yardım etmək tapşırığı verilmişdi. General Gardane öz heyyəti ilə gəldikdən sonra isə mühəndis yarbay Lami və yarbay Verdiye Şahzadənin xidmətində olmaq üçün onun sərəncamına verildilər. Bunlar Abbas Mirzənin ordusuna Avropa standartlarına uyğun şəkildə təlim keçməli idilər. Fransa hərbçilərinin texnikası ilə tanış olan Abbas Mirzə anladı ki, özü də modern savaş haqqında heç nə bilməməkdədir və hər şeyi yenidən öyrənməlidir.

Fransız zabitlər şahzadəni öz xatirələrində daima hörmətlələ yad edərək, bu şagirdlərinin səmimiyətini dönə-dönə qeyd etmiş, onun Qərb savaş teknikasını öyrənmək üçün sadə bir əsgər kimi səy göstərdiyini yazmışlar. Onların sözlərinə görə, Abbas Mirzə fransız zabitlərinin təlim və dərslərinə əsgərləri ilə birlikdə qatılarmış. Şahzadə bu təlimlər zamanı Azərbaycan ordusunun nə qədər geri qaldığını başa düşür və ordusunun modernləşməsi üçün heç bir fədakarlıqdan çəkinmirdi. Çünkü his edirdi ki, ordusunun mövcud səviyəsi ilə Azərbaycanı rus ordusunun işğal planlarından qoruya bilməyəcək.

Əminə Pakrəvan yazır ki, Gardanenin məmuriyətinin ilk illəri Abbas Mirzənin bəlkə də ən mutlu illərindən sayılmalıdır:

Savaş teknikası və teknologiyası ilə bağlı öyrəndiyi yeniliklər onu çox sevindirirdi. Abbas Mirzə ən istedadlı döyüşçülərinə xəritəşünaslığı dərindən öyrənməyi tapşırmışdı. Özü də bununla bağlı dərslərə qatılır və böyük bir həvəs və gələcəyə inam hissi ilə ordu mənsublarını hərb elminin sirrlərini öyrənməyə təşviq edirdi. Dərsləri daha yaxşı mənimsəyən əsgərlri mükafatlandırır, onların gələcək təlimatçılar kimi yetişməsinə çalışırdı. Saatlarca yarbay Lamidən riyaziyat öyrənirdi.



Atəşkəsə rəğmən, hərbi vəziyyət davam etməkdə idi. Abbas Mirzə fransız dostları ilə Qarabağı, Ərdəbili və Aranı dolaşırdı. Bəzən Araz boyunca at çapırdılar və səhər erkəndən Ağrı dağının zirvəsini aydınladan günəşi seyr edirdilər. Bəzən də Göyçə gölünün ətrafında istirahət edirdilər. Amma bu səyahətlər əyləncə məqsədi daşımrdı. Onlar gələcək döyüşlər üçün müdafiə və hücum mövqelərini təsbit edir, topların haralarda yerləşəcəyini dəqiqləşdirirdilər. İrəvan qalasının savunma sistemini inkişaf erdirirdilər... Abbas Mirzə ilə fransız hərbiçiləri arasındaki işgüzar münasibətlr tədricən gerçək dostluq münasibətlərinə çevrilməkdə idi”.

Abbas Mirzə Təbrizin dışında fəaliyyət göstərən fransız mütəxəssislərlə də ciddi maraqlanmaqdaydı. 1808-ci ilin avqustunda General Gardane bütün heyyəti ilə bərabər şahın Sultaniyədəki ordusuna qatıldılar. Sultaniyədə təşkil olunacaq manevrlərdə böyük ordu hissələri iştirak etmkdəydi idi. Ceyms Morierin xatirələrində qeyd etdiyinə görə, bütün saray adamları və dövlət məmurları bu manevrləri seyr etmək üçün gəlmiş və münasib yerlərdə çadır qurmuşdular, hər kəs öz yerini müəyyən etmişdi. Qadınlar üçün ayrıca bir köşk də nəzərdə tutulmuşdu. Şahın böyük köşkü gənc və gözəl xanımların rəsmləri ilə bərabər savaş səhnələri ilə də bəzədilmişdi. Şahzadələrin rəsmləri isə hər tərəfdə vardı:

Bu manevrlərdə İsmayıl bəy adlı bir süvarinin çox sürətlə hərəkət etməsi hər kəsi heyran qoymuşdu”.

Abbas Mirzənin ordusunda vəzifə sahibi olan İsmayıl bəy haqqında fransız zabitlər Fransaya bilgi vermişdilər. Sultaniyədəki bu nümayiş Azərbaycan ordusu tarixində Qərb üsuluna uyğun ilk möhtəşəm manevrlər idi.

O ilin baharında Baron Doverd adında yarırəsmi bir elçi də gəlmişdi. Bu elçi öncəki il Stepanovun gətirdiyi barış anlaşmasını bir qədər yenilənmiş və daha sərt dillə yazılmış variantını gətirmişdi. General Gardanenin istəyi göstərişi ilə onu hörmətlə qarşıladılar. Fəqət şahzadə buna qarşı çıxdı. Abbas Mirzənin sərt tutumu səbəbindən Gardane Fəthəli şaha təklif etdi ki, bu haqda danışıqlar Parisdəki rus elçisi Tolstoy ilə o zaman Parisdə bulunan və Qacar dövlətini təmsil edən Əsgərxan arasında aparılsın. Gardane şahı inandırmağa çalışırdı ki, Qacariyənin müttəfiqi olan Fransa imperatorluğunun nəzarətində yürüdülən müzakirələr pis nəticə verməz. Şah, Gardanenin bu təklifini qəbul etdi.

Əminə Pakrəvan həmin hadisəyə toxunaraq haqlı olaraq yazr ki, şahzadə hələ diplomatiyanın incəlikləri haqda bilgi sahibi deyildi. Bu səbəbdən də Azərbaycanın bir bölümündən vaz keçməsini istəyən Qudeviçin məktubunu cırıb, elə o şəkildə də atasına göndərdi:

Lakin, nə olursa-olsun, sülhün tərəfdarı olan general Gardane kağızın cırıqlarını bir-birinə calayaraq, oxunar hala gətirdi və şaha çatmasını təmin etdi. General Gardane Qudeviçə çox nəzakətli şəkildə bir məktub yazaraq qeyd etdi ki, Fəthəli şahın Fransanın müttəfiqi olması unudulmamalıdır. Bu səbəbdən də Qacar hökumətinə qarşı Rusiyanın genış çaplı hərbi əməliyatları Napoleon tərəfindən xoş qarşılanmayacaqdır. Gardane məktubunu Qudoviçə göndərmədən əvvəl Abbas Mirzəyə bir çapar göndərdi və onun sülhə qarşı çıxmamasın rica etdi.

1   ...   25   26   27   28   29   30   31   32   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə