Bəxtiyar Tuncay azərbaycan imperatorluğU (Əlyazması hüququnda) baki 2012 Bəxtiyar Tuncay azərbaycan imperatorluğU




Yüklə 2.15 Mb.
səhifə17/36
tarix22.02.2016
ölçüsü2.15 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   36

"Xaqan İosif yazdığı məktubda xəzərlərə yaxın qohum olan 10 soyun adını çəkir.Həmin soylar bunlardır: Uyğur, Turis, Avar, Oğuz, Bizal, Trna, Xəzər, Yanur, Bulqar və Savir."

Xəzər xaqanının çəkdiyi türk soy adlarından subarların adına erkən mixi yazılarda, yəni eradan əvvəl lll - ll minilliklərə aid mətnlərdə rast gəlirik. Əslində İosifin məktubunda bu soyun adı "savir" şəklindədir. Fəqət sözügedən soyun adına müxtəlif mənbələrdə "savir", "sabir", "sibir", "suvar", "subar " şəklində rast gəlinir. Eradan əvvəl lll minilliyə aid mətnlərdə "subir" forması işlənməkdədir. Bu türk xalqı adını Azərbaycan toponimikasında suvar şəklində əbədiləşdirmişdir. Söhbət "Biləsuvar" toponimindən gedir.

Firidun Ağasıoğlunun yazdığına görə, mixi yazılardan belə aydın olur ki, subarlar İkiçayarsının şimlında yaşayırdılar və şumerlərin qonşusu olmuşlar. Şumerlər ikiçayarasının cənubuna Subar ölkəsinin ərazisindən keçərək gəlmişdilər.

Azərbaycan xalqının etnogenezində yaxından iştirak etmiş türk soy və boylarından biri də bulqarlardır. Azərbaycanın 4 - cü şahı Toqarmanın 10 oğlundan birinin - Bulqarın nəsli olan bulqarların adı "Kitabi - Dədə Qorqud"da da çəkilməkdədir.

Şərqşünas alim Süleyman Əıiyarov deyir:

""Dədəm Qorqud" kitabının Vll boyunda etnogenez baxımından belə bir tutarlı yazıya rast gəlirik: "Altı başı balqar bir ər gördüm. Ol ərə bağdum. Dayım Əmən imiş."

Bu parçanı Ergin və Gökyay "alnı başı balkır bir ər gördüm" kimi yazmışlar. Bartold isə rus dilinə "muja s blestyaşim çelom i qolovoy" kimi çevirmişdir. Yalnız Bakı çaplarını hazırlayan Həmid Araslı parçanı "balqar bir ər" oxumuş, ancaq bu "balqarın" kimliyi və nə demək olması barədə bir söz söyləmədən keçinmişdir.

Vll boyda "altı başı balqar bir ər" dedikdə, Azərbaycan xalqının yaranmasında iştirak edən bulqarların adı bir eponim kimi çəkilir.

Bu bulqarlar sonrakı Volqaboyu bulqarları deyil, qədim bir etnosdur, onları protobulqar, yəni ilk bulqar adlandırmaq daha düzgün olar. Onların adını ilkin olaraq lV əsrin Suriya tarixçisi Mir Abas Katina çəkmişdir. Onun yazısı gəlib bizə çatmasa da, Moisey Xorenatsinin "Ermənistan tarixi”ndə qalmışdır. Burada deyildiyinə görə, Yuxarı Ormansız-Basean deyilən yerdə "sonralar Bexendur Bulqar Vəndin köçürüb gətirdiyi ailələr yerləşmiş, onun adı ilə bağlı olaraq onlar Vənəd adlanmışdı.""

Biləsuvar rayonu ərazisindən axan Bolqarçay bu günədək bu qədim türk soyunun adını yaşatmaqdadır. Yaxın keçmişlərə qədər bu bölgədə Bolqar, Bolqarkənd və Bolqar - Göytəpə adlı etnotoponimlər mövcud olmuşdur.

Toqarmanın 10 oğlundan biri olan Uyğurun soyundan gələn uyğurlardan da ayrıca söhbət açmaq lazımdır.

Uyğur türkləri hazırda əsasən Çinin Sintzyan - Uyğur Muxtar Vilayətində, qismən də Qazaxıstan və Özbəkistanda yaşayırlar. Rəsmi statistikaya görə, sayları 15 milyon civarındadır. Qeyri - rəsmi məlumatlara əsasən isə, sayları 30 milyonla 100 milyon arasında göstərilir.Uyğurlaın tarixdə qurduqları ilk dövlətin Vlll əsrdə qurulan Onuyğur - Doqquzoğuz xaqanlığı olduğu hesab edilir. Bu dövlətin ərazisi Monqolustan, Sibir və İndiki Uyğurustan ərazilərini əhatə etmişdir. Dövlətin qurulmasında doqquzoğuzlarla onuyğurlar fəal rol oynamışlar. On uyğur soyunun birləşməsi ilə ortaya çıxan onuyğurların adına Orxon-Yenisey abidələrində sıx-sıx rast gəlinməkdədir:



"Su... orada qalmış xalq onuyğur, doqquzoğuz xalqlarının üzərində yüz il oturub...Orxon çayı...” (Moyunçur abidəsi, lll sətir)

Onuyğurların adının əks olunduğu Moyunçur abidəsi bəzən "Selenqa daşı" da adlanır. Monqolustan ərazisindən, Selenqa çayı sahilləri yaxınlığından tapılmış bu abidə 744 - 759-cu illər arasında qoyulmuşdur. Onuyğurların adına daha əvvəlki dövrlərə aid Qərb mənbələrində də rast gəlinməkdədir. Bu isə uyğurların, eləcə də onuyğurların Şərqə köçməmişdən öncə Qafqazda, o cümlədən Azərbaycan ərazisində yaşamış olduqlarından xəbər verməkdədir. İstər qədim erməni abidələrində, istərsə də Musa Kağankatlının "Alban tarixi"ndə onların adı Albaniyada baş verən hadisələrlə əlaqədar çəkilir. Bu mənbələrdə onların adı "honoğur" kimi qeyd edilmişdir.

Dilçi alim Elbrus Əzizov deyir:

"Fuad Köprülüzadə 1926-cı ildə Bakıda çap olunmuş "Azərbaycan ədəbiyyatına dair tədqiqlər" adlı kitabçasında Azərbaycan dilinin təmiz oğuz dili olduğunu göstərmişdir. Sonralar Çobanzadə və onun ardınca Dəmirçizadə Azərbaycan dilinin oğuz - qıpçaq dili olduğunu təsdiq etdilər. Əhməd Cəfər ana dilimizin oğuz - qıpçaq mənşəli dil olmasını təsdiq eməklə yanaşı, bidirmişdir ki, ancaq bu dilin uyğur dili ilə kiçicik müqayisəsi bizi Azərbaycan dilinin əmələ gəlməsində uyğur dili qatının çox işləməsi barədə düşünməyə məcbur edir."

Əhməd Cəfər isə yazmışdır:



"Dialektlərin faktlarına əsasən mən bu qənaətdəyəm ki, Azərbaycan dili əsas əlamətlərinə görə, türk dillərinin Qərb qrupuna aid olsa da, bu dil müəyyən dərəcədə türk dillərinin Qərb və Şərq qruplarını bağlayan halqadır"

Elburus Əzizovun yazdığna görə, müasir Azərbaycan dilində uyğur elementlərinin olduğunu Nəcib də göstərməkdədir. Azərbaycan və uyğur dillərinin ötəri müqayisəsi daha çox bu iki dil üçün əlamətdar olan izoqloslar aşkara çıxarmağa imkam verir. Məsələn, "a - e" səsdəyişməsini gözdən keçirək. Uyğur dili üçün xarakerik olan bu hal özünü Azərbaycanın cənub, şərq və şimal şivələrində də göstərməkdədir:



"Eyni hala Anadolu şivələrində də rast gəlinir. Bundan başqa Azərbaycanın ayrı-ayrı şivələrində uyğur dili üçün xarakterik olan "a-ə", "a-o", "o-a", "e-ə", "e-ö", "d-ç", "k-ç" və sairə əvəzlənmələr də müşahidə edilməkdədir."

Fərhad Zeynalovun yazdıqlarından belə anlaşılır ki, uyğurlar haqqında ilk məlumatlarda onlar "oqur", "saraoqur", "kotriqurlar", "onoqur" və s. adlarla qeyd edilmişlər. Maraqldır ki, onları bu adlarla məhz erkən orta əsrlər Avropa tarixçiləri Qafqaz və Şərqi Avropada yaşayan hunların tərkibində yad etmişlər. Qədim Çin mənbələrində hunlardan son dərəcə çox danışılsa da və bir çox türk soy və boylarının, o cümlədən se (sak) və yuecilərin (kuşanlıların) adları yad edilsə də, uyğurlar haqqında bircə kəlmə belə danışılmır. Yalnız sonrakı mənbələrdə onlardan "vey-ho", "hun-ho" və vey-vu-rh" adı ilə bəhs edilir. Bu isə o deməkdir ki, uyğurlar Qərbdən Şərqə saklardan və digər türk xalqlarından daha gec köç etmişlər.

Konkret olaraq, qıpçaqlara gəlincə, onların mənbələrdə ən geniş yayılmış adlarından biri “kuman”dır. Maraqlıdır ki, əski yazılı mənbələr bu xalqın hələ eradan bir neçə min il öncələrdən Azərbaycanda yaşadığını, başqa sözlə, ölkəmizin avtoxton əhalisi olduğunu birmənalı şəkildə təsdiqləyir.

Qədim mixi yazılarda (e.ə.Xlll-Xll əsrlər) "ku" və "kumen" (kuman) etnonimlərinin də adı çəkilməkdədir. "Ku" etnonimi ilə bağlı hesab edilir ki, bu, türk (prototürk) tayfalarından birinin adı olmuş və bu ad qədim türklər arasında geniş yayılmış qu quşu (qaz) totemi ilə əlaqədardır. İ. Dron qeyd edir ki, qu quşu (qaz) kultu qədim zamanlarda türk və monqol xalqları arasında geniş yayılıbmış. O bildirir ki, qədim türk əfsanələrində hun xaqanının qardaşı oğlu qu quşuna çevrilmiş və yeni bir türk soyunun əsasını qoymuşdur. Həmin türk qəbiləsi "ku" adlanmışdır. Məsələn, Tuva türklərinin toci qoluna bağlı qəbilələrdən biri kezek-kuular (qu quşları) özünü bu soydan hesab edir. Tədqiqatçının yazdığına görə, Sayan - Altay ərazisində yaşayan bir çox türk xalqlarında - tuvalılarda, xakaslarda, teleutlarda, kumandlilərdə qu quşu (qaz) haqqında totemik - mifik təsəvvürlər bu günə qədər yaşamaqdadır.

Türkoloqların bir qismi kuman etnoniminin də adının "qu" (ku) totemindən yarandığını irəli sürməkdədirlər. Məsələn, V. Q. Rodionov qədim çuvaş mənbələrinə əsaslanaraq "ku" və "kuman" etnonimlərini eyniləşdirir. İ. Dorn və O. Süleymenov da eyni fikri dəstəkləmişlər.

Kumanların adı qədim mənbələrdə (mixi yazılarda) ilk dəfə e.ə. XIlI-XII əsrlərdə "kumen" kimi çəkilməkdədir. Y.Yusifov da yuxarıda adı çəkilən müəlliflərlə eyni mövqedən çıxış edərək yazır:



"Bu etnonim də Türk dillərində etnik ad düzəldən "-man" (-men) şəkilçi birləşmələrindən əmələ gəlmişdir. Kuman sonrakı türk adı olmaqla "sarımtıl, ağımtıl" mənasını daşıyırdı."

Sözügedən etnonimlə l Tiqlapalsarın (e.ə. 1115 - 1077) kitabəsində də rastlaşırıq:



"(V,73) Kumanların ordusu gerçəkdən Musru ölkəsinin köməyinə çıxdı... (V.82) Bu zaman Musru ölkəsinə köməyə çıxmağı qət etmiş kumanların hamısı savaşın baş tutması və mənə qarşı durmaq üçün özlərinin bütün bölgələrini səfərbər etdilər... (Vl.22)... Kumanların mənim güclü döyüş təzyiqimdən qorxuya düşən şahları ayaqlarımı qucaqladı..."

Aşşur şahı ll Adadnerari (e.ə. 911 - 890) də öz kitabəsində kumanları yad etmişdir. Maraqlıdır ki, aparılan arxeoloji qazıntılar zaman Xocalıdan üzərində bu hökmdarın adı yazılmış bir qızıl muncuq tapılmışdır ki, bu da onun qıpçaq - kumanlarla üzləşdiyi ərazinin məhz Azərbaycan ərazisi olduğunu təsdiqləyir. Muncuğun tapldığı yerin Qarqar çayı yaxınlığında olması və həmin çayın qıpçaq – qarqarların adını daşıması da maraq doğuran faktlardan biridir.

Ən maraqlısı isə odur ki, Aşşur – Kuman (qıpçaq) əlaqələri təkcə müharibələrlə səciyyələnməmiş, eyni zamanda ədəbiyyat sahəsini də əhatə etmişdir. Məsələ burasındadır ki, dövrümüzədək alban, yəni qarqar – qıpçaq dilində yazılmış çox sayda xristian və dünyəvi məzmunlu didaktik heyayə gəlib çatmışdır. Onlara müxtəlif əlyazmalarda rast gəlinir. Bu hekayələrdən biri bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki o, alban və ümumqıpçaq ədəbiyyatının köklərinin biz düşündüyümüzdən çox – çox qədim olduğunu və bu köklərin Aşşurla birbaşa bağlılığnı sübut edir. Söhbət “Uslu Xiqarnınq sözü, esi, axılı” adlı hekayədən gedir. Aşşur hökmdarı Senekerimin (Sinnaxeribin) dövründə Ninəvədə (bugünkü Mosul) yaşadığı bilinən müdrik Xiqar (Axikar) haqqnda olan və təbii ki, xristianlıqla heç bir əlaqəsi olmayan bu hekayənin hələ e.ə. Vll – Vl əsrlərdə Yaxın Şərqin bir çox qədim dillərinə çevrildiyi məlumdur. Həmin əsər yalnız alban dilində dövrümüzədək tam şəkildə gəlib çıxa bilmişdir. Başqa dillərdə isə bu əsərin yalnız ayrı – ayrı fraqmentləri qalıb. Əsərin ən qədim variantı arami əlifbas ilə, arami dilində yazılıb və Misir ərazisindən tapılıb. Yuxarıda qeyd etdiyimiz kimi, qıpçaqlar, o cümlədən xəzər və krımçaklar arami əlifbasından istifadə ediblər. Bu isə deyilənlərə daha bir sübutdur.

Sözügedən hekayədən kiçik bir parçanı sevgidəyər oxuculara tərcüməsiz təqdim edirik:

Aytkanı da ögütü ki, ögütləngəylər adam oğlanları, da ata oğluna ögüt bergəy, da esinə alğaylar.

Eski Törə da xanlar vaxtına Senekarim atlı xan bar edi Ninove kermənninq da Asoresdannınq. Men, Xiqar uslu, 60 yaşına boldum, xatun aldım, oğul-xız bolmadı manqa. Bardım Tenqrim alnına da köp türlü xurban ettim, xaytıp çöktüm allarına da ayttım:

Ey, menim Eyələrim da Tenqrilərim! (1-ininq atı Pilşim edi, 2-inçisininq atı Šilim edi, üçünçüsününq atı Šahmil edi). Buyurunquz da manqa er oğul berinqiz ki, oşta Xiqar tirilə ölmiyir, ne aytkaylar adam oğlanları ki, Xiqar uslu cardar öldi, da oğul bolmadı ki, anı kömgəy edi da malın menqərgəy edi. Oğul bolğıy edi da kündə 10 xantar altın tas etkiy edi, bolmas edi menim malımnı tügətməgə. Oğul bolğıy edi ki, 2 xolu bilə üstümə toprax salğay edi, tek manqa 1 oğul jişadağ bolğıy edi! Ol sahat manqa avaz boldu Tenqrilərimdən da ayttılar:

Xiqar, buyurğandır ki, sanqa oğul bolğay. Sen xardaşınqnınq oğlun al sanqa oğul, saxlağaysen da östürgəysen anı sendən sonqra seninq ornuna. Ki işittim men bu avaznı Tenqrilərimdən, aldım men xardaşım oğlun 1 yaşına, kiydirdim anı türlü-türlü kamxalar içinə, da saldım boyuna altın-inci, necik xan oğlununq, içirdim da yedirdim anı barça süt bilə, da xaymax bilə, da çiybal bilə, da yuxlatır edim anı xaraxuşnunq da kügürçinninq moxundan yastıxlar üstünə anqar dirə ki, boldu 7 yaşına.

Mundan sonqra başladım anqar övrətməgə bitikni, esni u axılnı, dünyaninq bilməxin, kimlər ki yaxşılıxka utrudur, alarğa cuap da söz. Kündüz u kecə tıyılmadım övrətməxtən, toydurdum anı es u axıl bilə, necik kimesə suvdan u ötməktən toyğay. Dağı da mundan sonqra ündədi meni xan xatına da ayttı alay ki:

Uslu Xiqar, köriyirmen seni ki, xartayıpsen. Sendən sonqra kim tügəllisər cardarlıx bilə da es u axıl bilə menim xanlıxımnınq kerəkin? Men asrı xayğurıyırmen bu iştən.



Ayttım:

Xanım, sen xayğurma. Bardır menim oğlum ki, dağı cardar uslu da axıllıdır mendən esə.



Ayttı xan:

Keltir alnıma ki, köriyim.



Keltirdim da turğuzdum xannınq alnına. Kördü xan, da biyəndi, da ayttı ki:

Alğışlı bolğay bu oğlannınq künləri ki, Xiqar kendininq tirlixinə turğuzdu oğlun alnıma, kendi tınçlıxta bolğay!



Andan sonqra yügündüm xanıma, aldım oğlumnı da bardım palacıma. Bu türlü aytır edim övrətkəndə Natan atlı oğluma.

Oğlum, ne ki işitsənq xan, biy eşikinə, anı yürəkinqə tut, kimsəgə açma, baylını, möhürlüni çeşmə, çeşkənni baylama da, ne ki işitsənq, alani etmə da aytmağın.

Oğlum, közünq açıp, körklü xatın körsənq, kiyinişli da bezövlü, bolmağay ki anqar suxlanğaysen. Egər tirlikinqni barçasın da bersənq, azğına suxlanğanınq bolur, yoxesə alırsen Tenqridən nalətləməx da adamlardan, anınq üçün ki xatın kişi oxşar bir körklü kerezmanğa, ol kerezmannınq içi toludır sövəklər bilə da sasımax bilə ölününq...”

Qeyd edək ki, bu gün də “kuman” adını daşıyan türk etnosları vardır. Bu baxımdan Altayda yaşayan kumandiləri və özünü günümüzəcən kumanların davamı hesab edən qaraçay və balkarlıları misal gətirmək olar. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu türk tayfası orta əsrlərdə də Ön Asiya və Şərqi Avropanın siyasi tarixində xüsusi rol oynamış, Avropanın etnolinqvistik coğrafiyasının formalaşmasında son dərəcə böyük xidmətlər göstərmişdir. Bu rol o qədər böyük olmuşdur ki, həmin tayfaların dilini öyrənməyə xüsusi ehtiyac yaranmış və təqribən eyni dövrdə həm xristian Avropada, həm də İslam dünyasında kuman türklərinin dili ilə bağlı lüğətlər tərtib edilmişdir. Anadolunun Səlcuqlular tərəfindən tutulmasında və bu ərazinin yenidən Türk Yurdu halına gəlməsində kumanların ölçüyəsığmaz xidmətləri olmuşdur.

Kumanların orta əsrlərdə də Azərbaycanda yaşadıqlarını Musa Kağankatlının "Alban tarixi"ndən öyrənmiş oluruq (l kitab, Vl fəsil). Sözügedən kitabda yazılanlardan öyrənirik ki, Qafqaz Albaniyasında kumanlarla bağlı olan "Qomenk" adlı toponim olmuşdur. Həmin toponimin qomen (kuman) etnonimindən və qədim erməni dilindəki "k" yer, məkan bildirən şəkilçidən yarandığını ("Alban tarixi" kitabı dövrümüzədək erməni dilində çatmışdır) söyləyən Qiyasəddin Qeybullayevin fikrincə, bu yer ya Arsax (Qarabağ), ya da Sünik (Zəngəzur) ərazisində olmuşdur. O, 1727 - ci ilə aid bir arxiv sənədinə istinadən göstərir ki, həmin dövrdə, yəni XVlll əsrdə Zəngəzurun Çulundur bölgəsində azərbaycanlılarla məskun olan Koman kəndi mövcud imiş. Cəlilabad rayonunun Komankənd kəndinin də adı sözügedən türk boyu ilə bağlıdır.

Tarixi mənbələrdə kumanların iskitlərlə eyniləşdirilməsi, onlardan "koman iskitləri" kimi söz açılması halları da müşahidə edilmişdir. R. Q. Latam koman iskitlərinin etnik mənsubiyyəti barədə yazmışdır:



"Koman iskitləri, massagetlər, saklar, peçeneqlər, xəzərlər, hunlar öz mənşələri etibarilə türkdürlər və bunu sübut etməyə ehtiyac yoxdur."

İrəlidə sevgidəyər oxucularımıza Mxitar Qoşun “Tötə bitikki” kitabından kiçik bir parça Azərbaycan türkcəsinə tərcüməsi ilə birlikdə, eləcə də digər alban materialı orijinalın dilində, yəni alban (qarqar – qıpçaq) türkcəsində, fəqət tərcüməsiz təqdim ediləcəkdir.

Sevindirici haldır ki, əldə olan albandilli materiallar içərisində əslən Zəngəzurdan olan üç müəllifin də əsərinə rast gəlinmişdir. Ermənilərin bütün dünyaya “böyük erməni alimləri” kimi təqdim etdikləri bu üç nəfər Mxitar Qoşun tələbəsi olan vardapet Yovhannes Sarğavaq, keşiş Yohannes Karneçi və ilahiyyatçı alim Krikor Nareğaçidir. Bu, fakt Zəngəzurun tarixən albanlara məxsusluğunu və bu ərazidə tarixən alban türkcəsində danışıldığını sübut edən ən gözəl faktlardandır. Fəqət bunlar əldə olan yeganə faktlar deyil. Bu baxımdan Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Sisian rayonunun Urud kəndindən tapılan və haqlarında Məşhədixanım Nemətovanın məlumat verdiyi iki alban qəbrini də deyilənlərə əlavə etmək olar. Bu da son deyil.

Məsələn, Qafandakı Vaanvəng adlı alban monastrının həyətində alban katalikosu Stepannosun qəbrini misal çəkmək olar. Həmin qəbrin başdaşında yazılıb:

Mən, Albaniya katalikosu, hökümlü Stepannos taciklərin (müsəlmanların –B.T) təqibindən yaxa qurtarmaq üçün Şahanduxt və bacısı Kata tərəfindən tikdirilmiş kilsəyə gəldim və burada rahatlıq tapdım. Tanrı məni mükafatlandıraraq yuxarı mərtəbədə yerləşdirdi. Tanrı xanımızı (Albaniya və Sünik xanı Senekərimi – B.T) öz qüdrəti ilə qorususn”.

Eyni monastra bitişik, albanlara məxsus Həzrət Məryəm kilsəsinin üzərində isə bu yazı qeyd edilib:

Mən, Albaniya xanı Sevadın qızı və Aşotik oğlu Krikor xanın xatunu Şahanduxt və bacım Kata arami təqviminin 535 – ci ilində (1086 – cı il) övladımızın olmaması səbəbindən, Məryəm ananın mərhəmətini qazanmaq üçün onun şərəfinə bu kilsəni tikdirdik...”

Dövrümüzədək alban xanı Sevadın oğlu, Şahanduxt və Katann qardaşı, Albaniya xanı Senekəremin də bir neçə fərmanı gəlib çatıb. Onlardan biri belə başlanır:

Hər şeyə qadir İsanın hökmü ilə mən, Senekərem – Sünik və Albaniyanın xanı məndən öncəki xan və bəylərin ürəyəyatımlı yazılarını oxuyub, Məsihsevər bacılarım – xanbanu Şahanduxt və ... bakirə Katanın xaişi ilə Sisakan və Bağk vilayətlərində kilsə torpaqlarını kilsəyə qaytarmaq üçün bu fərmanı yazdım...”

Məlumat üçün bildirək ki, ermənilər bu fərmanı rus dilinə tərcümə edib çap etdirərkən, oradakı “Sünik və Albaniya xanı” ifadəsini “Ermənistan çarı” ifadəsi ilə əvəz etmişlər.

Eyni xanın başqa bir fərmanında yazılıb:

Bu, mənim – Sevad oğlu Senekərem xanın fərmanımdır. Tanrı məndən üz döndərmədi və İsmayıloğulları (müsəlmanlar – B.T) tərəfindən dağıdılmış doğma xanlığımda ikinci dəfə xan olmaq üçün mənə mərhəmət göstərdi. Müqəddəs kilsə və ecazkar Sünik taxt – tacının vərəsə torpaqları barədə əski fəmanları oxuyub, həmin torpaqları dördüncü dəfə paytaxt Tatevə qaytarıram...”

Senekərim xanın digər bir fərmanı da dövrümüzədək yetişmişdir:

Mən – Senekərem xan Əsənin (Həsənin) bu fərmanını öz qolumla təsdiq etdim. Bundan sonra onun qanı bahasına taciklərdən (müsəlmanlardan) geri alınan bu kəndlər mənim buyuruğumla Tatevə qaytarılır. Mən, oğullarım və azatlar buna şahidik. Bu kilsələr durduqca kimsə onlara əl uzatmağa cəsarət etməsin”.

Albaniya xanı Əsən (Həsən) Cəlalın qızı, xanbanu Minə Xatunun imzaladığı bir fərmanda yazılıb:

Qüdrəti hər şeyə yetən Tanrının iradəsi ilə bu yazı mənim – böyük xan Əsən Cəlalın qızı və bəylər bəyi Tarsaiçin xatunu Minə Xatun və oğlum Cəlal haqqındadır. Ona görə ki, Vedidəki Norpetdə onun gerçək sahiblərindən halal vəsaitimizlə bağ almış, orada ağaclar əkmiş, ...hasara almışıq. Nəzərə alaraq ki, bu bağ bir vaxt Yenqivəngə (Norvəngə) bağışlanmışdı, biz də onu həmin vəngə qaytarırıq.”

Başqa bir misal. Vardenis rayonunun Böyük Məzrə (Mets – Mazra) kəndindəki xaçkarın üstündə yazlıb:

Mən Krikor Artnersex – Sünik və Albaniyanın böyük bəyi aramiilinin 330 – cu ilində (881 – ci il) bu xaçı dindarlara kömək məqsədi ilə ucaltdım. Bu xaça təzim edənlər, dualarınızda məni də yad edin”.

Sünik, yəni Zəngəzur əhalisinin albanlar olduğunu əski erməni mənbələri də təsdiq edir. Məsələn, V əsrdə baş vermiş bir hadisədən - Mesrop Maştostsun erməni və albanlara əlifba düzəltməsindən danışan bütün erməni müəllifləri ona Sünikdən (Zəngəzurdan) gəlmiş Benyamin adlı birisinin kömək etdiyini yazırlar. Koroyun isə onun millətini də qeyd etmişdir:

Elə həmin vaxt onun yanına Benyamin adlı bir alban iereyi gəldi”.

Bu faktları bir qədər də artırmaq mümkündür. Əldə digər alban bəylərinə aid də çox sayda yazı bulunmaqdadır. Bu mənbələr təkcə Qərbi Azərbaycan, yəni bugünkü Ermənistan ərazisinin deyil, eyni zamanda Qarabağ və bütün Kür – Araz ovalığının tarixən guya ermənilərə aid olduğunu iddia edən erməni “alimlər”inə ən gözəl cavab ola bilər.

Qiyasəddin Qeybullayev ermənilərin bu ərazilərə iddiası barədə belə yazır:



"Erməni tarixçilərinin əsərlərində belə bir nəzər nöqtəsi hakimdir ki, Albaniyann Kür – Araz ovalığının (onların dili ilə desək, sağ sahil Albaniyasının) bir hissəsi, o cümlədən Dağlıq Qarabağ ərazisi e.ə. ll əsrdən başlayaraq 387 – ci ilədək (indisə ehtimal edirlər ki, 428 və 450 – 451 –ci illərədək) Böyük Ərməniyyənin tərkib hissəsi olmuş və göstərilən tarixdən sonra albanlara keçmişdir. Həmçinin hesab edilir ki, Albaniyanın bu hissəsində əzəldən ermənilər yaşamışlar və ya yerli əhali 600 il ərzində (e.ə ll əsr – b. e. lV əsri) erməniləşmişdi. Erməni ekstermistlərinin son illərdə Azərbaycana qarşı irəli sürsükləri ərazi iddiaları da əsasən bununla bağlıdır. Bu konsepsiyanın əsaslandırılması işinə təkcə tarixçilər (S. Yeremyan, A. Ter – Qevondyan, B. Ulubabayan, Q. Svazyan, A. Abramyan, A. Mnatsakanyan, A. Akopyan və s.) deyil, eyni zamanda Z. Balayan kimi... publisistlər də qoşulmuşlar.”

Bəri başdan qeyd edək ki, yuxarıda adı çəkilən erməni “alimlərinin” fikirləri barədə tam icmala Ziya Bünyadovun və Fəridə Məmmədovanın, eləcə də qismən Qiyasəddin Qeybullayevin əsərlərində rast gəlmək mümkündür. Onlardan bəzisini gözdən keçirək. Məsələn, Q. Kapatsyan Kür – Araz ovalığının ermənilərə məxsusluğunu “sübut” etmək üçün bu bölgənin əsas şəhərlərindən biri olan Bərdə şəhərinin adının etimologiyası ilə bağlı olduqca gülməli bir iddia irəli sürərək yazmışdır ki, guya “Bərdə” adı erməni (hay) dilindəki “barti” (ağa) sözündən yaranmışdır. Halbuki, ərəb mənşəli bu söz erməni (hay) dilinə fars dili vasitəsilə keçmişdir və mənası “quldar”, “qulların ağası” deməkdir. Sözügedən şəhər isə hələ e.ə. l minilliyin başlarına aid mixi mənbələrdə, yəni ərəblərin bu ərazilərdə izi – tozu olmayan bir dövrdən bu adla yad edilməkdədir.

Q. Kapatsyan fikrini “əsaslandırmaq” üçün qədim gürcü mənbələrində qeydə alınmış bir əfsanədə deyilənləri misal çəkmişdir. Söhbət Yafəsin soyundan olan Torqormosun (Toqarmanın) Bərdə şəhərinin əsasını qoyduğu hesab edilən Bardosu (Bardı) Kürdən cənubdakı torpaqların, daha dəqiq desək, Barduci çayından Kürlə Arazın qovuşduğu yerə qədər olan ərazilərin hakimi təyin etməsi barədə yazılanlardan gedir. Bu “dahi” erməni “alimi” daha sonra isə Ərməniyyə şahlarının Torqomosun (Toqarmanın) nəslindən olduqları barədə M. Xorenatsinin yazdıqlarını əsas “dəlil” kimi ortaya qoymuşdur. Lakin o unutmuşdur ki, təkcə qədim erməni mənbələri deyil, eləcə də onun misal çəkdiyi gürcü mənbələrində də Torqomosdan, yəni Yafəsin nəvəsi Toqarmadan gürcülərin ilk əfsanəvi çarlarının soy babası kimi söz açılmaqdadır. Musa Kağankatlı da özünün “Alban tarixi” kitabında Toqarmanı alban şahlarının soy babası və Albaniyanın 4 – cü şahı kimi təqdim etmişdir.

Yəqin Q. Kapatsyana məlum deyil ki, bütün yəhudi, xristian və müsəlman mənbələrində Toqarmanın babası Yafəs türklərin ulu babası hesab edimişdir. Eyni zamanda o da məlum deyil ki, xəzər türklərinin yəhudi dinini qəbul etmiş xaqanı İosif öz məşhur məktubunda Toqarmanın 10 türk xalqının, o cümlədən xəzərlərin soy babası olduğunu yazmışdır. Əgər erməni “aliminə” məlum olsaydı ki, bütün erkən orta əsr xristian müəllifləri Toqarmanın hökmü altında olan ölkələrdən söz açarkən birinci yerdə Midiyanın və ya Atropatenanın, ikinci yerdə isə Albaniyanın adlarını çəkmiş, yalnız bundan sonra Ərməniyyənin və digər Avrasiya ölkələrinin adını sadalamışlar və bununla da Toqarmanın dünyanı Midiyadan, daha dəqiq desək, Atropatena (Azərbaycan) ərazisindən idarə etdiyini, yəni böyük imperatorluğun mərkəzinin Azərbaycan olduğunu təsdiqləmişlər, cəfəng – cəfəng sözlər yazıb özünü biabır etməzdi.

Bu misalı çəkməkdə məqsədimiz erməni müəlliflərinin iddialarının bu cür boş – boş fikirlərə əsaslandığını, delitantizmdən və riyakarlıqdan başqa bir şey olmadığını göstərməkdir. İrəlidə görəcəyimiz kimi, erməni (hay) tarixçiləri öz boş xülyalarını əsaslandırmaq üçün faktları təhrif etməkdən heç vaxt çəkinməmişlər.

Ş. Smbatyanın yazılarındakı məntiq, daha doğrusu məntiqsizlik də həmkarınkından uzaq deyil. O yazır ki, “Albaniya” ifadəsi etnonim deyil, sadəcə coğrafi addır. Onun fikrincə albanlar iqtisadi baxımdan geriqalmş olduqlarından Albaniyanın siyasi və iqtisadi həyatında əhəmiyytli rol oynamırdılar və ermənilərdən xristianlığı qəbul etdikdən sonra etnik simalarını itirmişdilər.

Gördüyümüz kimi, müəllif öncə alban etnosunu ümumiyyətlə inkar edir, daha sonra isə antik mənbələrdə bu etnos haqqnda mövcud olan çoxsaylı məlumatlardan qaçmağın mümkün olmadığını görüb, albanların guya xristianlığı ermənilərdən qəbul edib erməniləşdiklərini iddia edir və bunun antik dövrlərdə baş verdiyini önə sürür. Halbuki, həm alban, həm də erməni mənbələrində yazıldığına görə, ermənilər xristianlığı albanlardan çox – çox sonralar qəbul etmişdilər. Albanların bir qisminin gerçəkdən də erməniləşdiyi məlumdur, fəqət bunun XlX əsrdən tez olmadığını sübut edən mənbələr var. Bu halda söhbət o dövrə qədər böyük əksəriyyəti İslamı qəbul edib Azərbaycan türkləri ilə qarışan türk mənşəli albanlardan (albanlar, qarqarlar, saklar, kəngərlər, qazaxlar, dondarlar, qaytaqlar, kergillər və s.) və ya bugünə qədər etnik simasını qoruyan qeyri – türk albanlardan (ləzgilər – leqlər, avarlar – silvlər, xınalıqlılar – qatlar, ubıxlar – boxlar və s.) yox, onların xristianlıqda dirənən kiçik bir hissədən gedə bilər. Hər halda, xristian udinlərin bu günə qədər etnik simalarını saxlamış olması da bu halın kütləvi olmadığını göstərir.

Əldə olan mənbələr isə Şamaxı və Ağsu bölgəsindəki bir - iki xristian tat kəndinin zamanla erməniləşdiyini təsdiq edir. Bu barədə Qiyasəddin Qeybullayev XlX – XX əslərə aid rəsmi sənədlərə istinadən məlumat verməkdədir. Bundan başqa sənədləşmiş heç bir fakt yoxdur və albanların bir qisminin guya orta əsrlərdə erməniləşməsi barədə söylənilənlər, o cümlədən Azərbaycan tarixçilərinin söylədikləri əslində sübut olunmamış fərziyyə və ehtimallardan başqa bir şey deyil. Fakt isə budur ki, türk mənşəli albanların əksəriyyəti İslamı qəbul edərək Azərbaycan türklərinin etnogenezində yaxından iştirak etmişlər. Bunu ən azı Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Sisian rayonunun Urud kəndindəki müsəlman qəbristanlığndan tapılmış və XlV əsrlərə aid edilən iki alban qəbri sübut edir. Hər iki qəbrin sinə daşının ərəb əlifbası ilə (biri türkcə, digəri farsca) ilə qeyd edilmiş kitabələrində onların məhz albanlara aid olduğu bildirirlir. Bu fakt eyni zamanda Qərbi Azərbaycan ərazisinin, yəni bugünkü qondarma Ermənistanın köklü əhalisinin ermənilər deyil, albanlar olduğunu da təkzibedilməz şəkildə ortaya qoyur.

Deyilənlərə onu da əlavə edək ki, türk mənşəli xristian albanlar XlX əsrə qədər Azərbaycan türkcəsində çox sayda şer nümunəsi yaratmışlar ki, bu fakt da onların ən azı XlX əsrə qədər öz ana dillərində danışdıqlarını və hətta şerlər yazdıqlarını göstərir. Erməni qrafikası (alban əlifbası) ilə yazılmış bu əsərləri Əkbər İrəvanlı üzə çıxarmış və hələ sovet dövründə onlar barədə məlumat vermişdir. Fəqət sovet dövründə mövcud olan basqı üzündən o, bu əsərlərin müəlliflərindən “azərbaycanca yazıb – yaratmış erməni şairləri” kimi söz açmışdır.

Ş. Smbatyanın irəli sürdüyü iddialardan biri də “ənənəvi erməni mövzusu”nu əhatə edir. O da digər erməni tarixçiləri kimi Kür – Araz ovalığının ermənilərə aid olduğunu önə sürür və antik müəlliflərin, ilk növbədə də Starbonun Albaniyanın sərhədləri bardə söylədiklərinə istinad edir. Yeri gəlmişkən qeyd edək bu, bütün erməni müəlliflərinin əsas arqumentidir. Digərləri kimi Smbatyan da başlanğıcda Albaniyann Kürdən şimalda yerləşdiyini əsas tutaraq, qeyd edir ki, V əsrə qədər (onun fikrincə, Kür – Araz ovalığı V əsrdə Albaniyanın tərkibinə keçmişdir) bu ərazilər yalnız Ərməniyyənin tərkibində ola bilərdi. Onun fikrincə, çünki o dövrdə guya bölgədə Ərməniyyədən başqa heç bir qüvvətli ölkə yox idi. Yəni müəllif bu halda hər hansı bir konkret fakta deyil, öz “erməni məntiqinə” əsaslanır. O ki qaldı V əsrə qədər bölgədə Ərməniyyədən güclü dövlətin olmaması məsələsinə, bu, əlbəttə ki, gülməli fikirdir. Çünki bu halda qüdrətli Parfiya - türk imperatorluğu və onu lll əsrdə əvəz etmiş fars – Sasani imperatorluğu bilərəkdən gözardı edilir. Üstəlik də həmin dövrdə Ərməniyyə və Albaniya hökmdarlarının türk – Arsaklar sülaləsinə mənsubluğu barədə də bir söz deyilmir.

Kür – Araz ovalığı ən azı e.ə. lX əsrdən etibarən Mannanın tərkibində idi və Bərdə də (Parta) Mannanın “Saqarta” (Zikertu) adlanan bölgəsinin mərkəzi şəhəri idi. Sonrakı dövrlərdə bu ərazinin adı mənbələrdə Sakasena, o cümlədən erməni mənbələrində “Şakaşen” kimi çəkilir ki, bu da “saklar ölkəsi” deməkdir. Sakların isə türklər olduğu məlumdur. Polibi və Strabonun verdiyi məlumatlardan isə belə aydın olur ki, e.ə. lV əsrdən, yəni Atropatena (Azərbaycan) dövlətinin tarix səhnəsinə çıxmasından sonra bu ərazi onun tərkibində olmuş və bu ölkənin nüvəsini təşkil etmişdir. Təsadüfi deyil ki, ölkənin həm yay, həm də qış paytaxtları bu ərazidə yerləşirdi.

Albaniya və albanlar haqqında cəfəng fikirlərə A. Akopyanın da əsərlərində rast gəlinməkdədir. Onun da fikrincə, Kür – Araz ovalığı Ərməniyyənin şərq torpaqları olmuş və Kür çayı təkcə guya Ərməniyyə ilə Albaniyanın deyil, həm də erməni etnosu ilə alban etnosunun sərhəddini müəyyən etmişdir. Müəllif iddia edir ki, guya bu ərazi e.ə Vl əsrdən, yəni Ervanditlər dövründən Ərməniyyənin, ondan öncə isə Urartunun tərkib hissəsi idi. Əlbəttə ki, dediklərini sübut edə bilmək üçün heç bir dəlil gətirə bilmir, sadəcə, faktların təhrifi ilə məşğul olur.

A. Akopyan da yazır ki, guya özünü “alban” adlandıran etnos olmamışdır və

guya bu adla Albaniya əhalisini qonşuları adlandırmışlar. O bunu iddia edərkən, təbii ki, Musa Kağankatlının “Alban tarixi” kitabında özünü və mənsub olduğu xalqı alban adlandırmasını gözardı edir. Onun fikrincə, Parfiya hökmdarı tərəfindən Albaniyanın məliyi təyin edilən Ərən (e.ə ll əsr, bəzi mənbələrə görə, l əsr) guya Ərməniyyənin şərq əyalətlərinin canişini olmuşdur.

Yeri gəlmişkən qeyd edək ki, “Alban tarixi”ndə olduğu kimi, əski erməni mənbələrində də Albaniya əvəzinə bəzən “Şərq ölkəsi” ifadəsi işlənməkdədir. Çağdaş erməni müəllifləri bu ifadəni çox zaman “şərq tərəf” kimi tərcümə etməkdə və yazmaqda, bununla da faktları təhrif edərək, guya Albaniyann müstəqil dövlət deyil, Ərməniyyənin şərq əyaləti olduğunu söyləməkdədirlər. Bu barədə Qiyasəddin Qeybullayev yazır:

1   ...   13   14   15   16   17   18   19   20   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə